Məhkəmə qərarları › İş №1(100)-366/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-366/2023

31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-366/2023 31.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Ağdam rayon Əliağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində üç azyaşlı uşağı olan, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdam rayonu Əliağalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsi H.Əliyev prospektində yerləşən Şahid1 məxsus məzar daşlarının hazırlanması sexinin həyətində yerləşən otaqda həmin vaxtı orada olan tanışı Zərərçəkmiş şəxs istintaqla təyinatı və hazırlanma üsulu müəyyən edilməsi mümkün olmayan bıçağı istədikdə sonuncunun “özüm daha yaxşı istifadə edirəm” ifadəsini işlədib bıçağı verməməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış sözlü mübahisənin davamında onun ünvanına nalayiq ifadələr işlədib şəxsiyyətini alçaltmasından əsəbləşib buna görə qisas almaq məqsədilə əvvəlcə otağın pəncərəsinin alt hissəsindən götürdüyü zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən dəmir materiladan hazırlanmış qarmaqla Zərərçəkmiş şəxs üzünün sol hissəsinə bir və yumruq zərbəsi ilə üzünün sağ hissəsinə qəsdən bir olmaqla ümumilikdə iki zərbə vurub ona müştərək açıq kəllə beyin travması, baş beyinin əzilməsi, sağ təpə sümüyü kompression sınığı, əsas sümüyün böyük qanadının sınıq xətləri, sol əng-almacıq kompleksinin qəlpəli yerdəyişmiş sınığı, sağ təpə və sol gözaltı nahiyyələrinin əzilmiş yaraları, sol göz almasının əzilməsi dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində yaşadığı Qasımbəyli qəsəbəsində olan evində olan zaman dostu Şahid1 mobil telefon vasitəsilə zəng edərək ondan borc olaraq pul istəmişdir. Ramildə ona pul verəcəyini bildirmiş, o da həmin pulu almaq məqsədilə Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən “məzar daşı sexi”nin qarşısında görüşməyi bildirmişdir. Ramil onunla razılaşmışdır. O, idarə etdiyim VAZ-2107 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə daş sexinin qarşısına gəlmişdir. Daş sexinin qarşısına gələndə Ramil orada olmamışdır. O, Ramilin gəlməsini gözləmək məqsədilə daş sexinin həyətinə daxil olmuş və orada olan otağa girmişdir. Həmin vaxtı orada daş sexinin işçisi Bərxudar adlı şəxs öz otağında qəbir daşına şəkil döymüşdür. Bir neçə dəqiqə gözlədikdən sonra əvvəllər tanıdığı Elməddin adlı şəxs özünə məxsus olan ağ rəngli VAZ 2107 markalı, lakin nömrəsini xatırlamadığı avtomobillə daş sexinin həyətinə daxil olmuş və avtomobildən düşərək onun yanına otağa gəlmişdir. Elməddin onunla salamlaşdıqdan sonra bir qədər söhbət etmişdir. Elməddin həmin vaxtı sərxoş olmuş, lakin o sərxoş olmamışdır. Onlar otaqda olan zaman Elməddin cibindən bıçaq çıxarmış və əlində oynatmağa başlamışdır. Bu vaxtı Şahid1 otağa daxil olmuş və onlarla salamlaşaraq Bərxudarın yanına gedib tez qayıdacağını bildirmişdir. Ramil otağı tərk etdikdən sonra Elməddin onunla heç bir səbəb və əsas olmadan mübahisə etməyə başlamışdır. O, Elməddinin sərxoş olduğunu görüb ona fikir verməmişdir. Lakin Elməddin sakitləşməmiş və ona söyüşlə demiş ki, sən kimsənki, səni öldürərəm. O, Elməddini sakitləşdirmək istəsə də Elməddin sakitləşməmiş və əlindəki bıçaqla onu vuracağını demişdir. O, Elməddinə demişdir ki, vura bilirsənsə vur. Bu zaman Ramil otağa daxil olmuş və onları otaqdan bayıra çıxarmışdır. Onlar həyətdə mübahisə edib otağa qayıdanda Elməddin onun ana bacısının ünvanına nalayiq ifadələr işlətmişdir. O, bundan əsəbləşərək otaqda pəncərənin qarşısında olan qırmızı rəngli dəmir qarmağı sağ əlinə götürmüş və həmin qarmaqla Elməddin sifətinin sol nahiyyəsinə güclü zərbə vurmuşdur. Zərbədən sonra Elməddin divara çırpılmış və divarda aşağı sürüşən vəziyyətdə sol yumruğu ilə onun baş nahiyyəsinin sağ tərəfinə daha bir zərbə vurmuşdur. O, sonra Elməddinin yıxıldığını görüb dayanmış, daha sonra Ramil məsələnin daha da böyüməməsi üçün onu qucaqlayaraq otaqdan çıxarmış və onunla söhbət edəndən sonra yenidən otağa qayıtmışdır. Bundan sonra o, əlində olan həmin qırmızı rəngli dəmir qarmağı sexin həyətinə atmışdır. Bundan sonra o, avtomobilə əyləşib sexin həyətindən çıxmış və Quzanlı qəsəbəsində bir neçə dəqiqə gəzdikdən sonra yenidən daş sexinə gəlmişdir. Bir qədər sonra polis əməkdaşları sexə gəlmiş və onu rayon polis şöbəsinə gətirmişlər. Hadisənin baş verməsinə səbəb Elməddinin ona söyüş söyməsi olmuşdur. Belə ki, o sərxoş olduğundan onunla heç bir səbəb olmadan mübahisə etməyə başlamış və bundan sonra onların aralarında dava düşmüş və o, Elməddini vurmuşdur. Həmin dava baş verən zamanı orada o, Ramil və Elməddin olmuşdur. Əvvəlcə Elməddində olan bıçağı istəməyi ilə bağlı aralarında mübahisə olsada sonradan Ramil onları sakitləşdirib aralaşdırmışdır. Ancaq sonradan Elməddin onun ana və bacısının ünvanına nalayiq ifadələr işlətdiyinə görə o, özünü ələ ala bilməyib otaqdan götürdüyü dəmir parçası ilə onu vurmuşdur. Yəni onun Elməddini vurmağına əsas səbəb sonuncunun onun ana və bacısının ünvanına nalayiq söyüş söyməsi olmuşdur. Bütün bunlara baxmayaraq hadisədən sonra Zərərçəkmiş şəxs oğlu ilə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1la və Təqsirləndirilən şəxsla əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o Şahid1 məxsus qəbir daşları sexinə gəlmişdir. Onun sexə gəlməkdə məqsədi Ramillə əvvəlcədən telefonla danışaraq sexə məxsus kranı işlətməyini Ramilin ondan xahiş etməsi olmuşdur. O sexə gələndə sexin həyətində Təqsirləndirilən şəxs məxsus VAZ-2107 markalı avtomobil dayanmışdır. Həmin vaxtı sexdə rəssam işləyən Bərxudar adlı şəxs rəsm otağının qarşısında dayanmışdır. O Bərxudara salam verib sexin ofisiə getmiş, həmin vaxtı sexin ofisinə daxil olanda Şahinin ofisdə solda elektrik qızdırıcının qarşısında stulda oturmuşlar. Şahinlə salamlaşmış və bundan bir qədər sonra sexin sahibi Şahid1 ofisə daxil olmuş və onlarla salamlaşıb ofisdə olan stulda əyləşmişdir. Bundan sonra o əlində olan təsbeh formasında bəzəkli bıçağı oynatmışdır. Şahin ondan həmin bıçağı istəmişdir. O isə Şahinə demişdir ki, “mənə də pay veriblər” və bıçağı qaytarıb kəmərinə keçirmişdir. Həmin vaxtı o sərxoş olmuş, Ramil onlara demişdir ki, rəssamın yanına gedib tezliklə qayıdacaq. Bundan sonra Ramil otaqdan çıxıb Bərxudarın yanına getmişdir. Həmin vaxtı o özünə məxsus olan mobil telefonla tanışı Elmir adlı şəxsə zəng etmiş və telefonunu açmadığından Elmirin ünvanına söyüş söyərək demişdir ki, buna bax ey mənim telefonumu açmır. Bu zaman Şahin ona demişdir ki, söyüş söymə. O da Şahinə demişdir ki, sənlik deyil, o telefonunu açmadığına görə dostuna söymüşdür. Bu sözündən sonra Şahin onun üstümə yeriyərək onu iki əli ilə itələmiş və onların arasında mübahisə yaranmışdır. Şahini əli ilə geriyə itələmiş, bu zaman Ramil ofisə daxil olmuş, Şahinə və ona iradını bildirərək ofisdən çölə çıxarmış, evinin yaxında olmasını, ailə üzvlərinin narahatlıq keçirməsini bildirərək onlara çıxıb getmələrini bildirmişdir. Onlar hər ikisi Ramilin bu sözündən sonra çöldə sakitləşmiş və Şahin üşüdüyünü deyərək ofisə qayıtmışdır. Bundan sonra Ramildə Şahinin arxasınca ofisə tərəf getmiş, o da Ramilin arxasınca səssiz şəkildə ofisə tərəf yaxınlaşmışdır. Şahin ofisin qapısından girə-girə səbəsiz yerə qəflətən onun ünvanına yalan danışanın ana və bacısının deyərək söyüşlər etmişdir. O da bunu eşidən kimi Şahinə demişdir ki, etdiyin söyüşlər sənin ananın və bacının ünvanına getdisin. Şahin isə ona demişdir ki, “mən sənə yox, yalan deyənin ünvanına söyüş söydüm”. O bu zaman Şahinə səhv başa düşdüyünü bildirmiş və ona demişdir ki, elə bildim ki, “mənim anama və bacıma söydün, ona görə elə dedim”. Bu vaxt Ramil araya girərək onlara iradını bildirərək Şahini bayıra çıxarmışdır. Bundan sonra Ramil ofisə daxil olaraq ona iradını bildirməyə başlamışdır. Həmin vaxtı o əllərini cibinə qoyaraq hava soyuq olduğundan elektrik qızdırıcısının qarşısında dayanaraq sakit şəkildə Ramilin iradlarına qulaq asmışdır. Şahin ofisə daxil olmuş, Ramilin arxasından ona tərəf sağ əlində olan qırmızı rəngli dəmir qarmaqla sol sifət nahiyəsinə güclü zərbə ilə vurmuşdur. Zərbə çox güclü olduğundan o arxası üstə divara çırpılmış, başının arxası zərbə ilə divara dəymişdir. Sonra isə o huşunu itirdiyindən nə baş verdiyini xatırlamır. Lakin Ramil onu silkələdikdən sonra o özünə gəlmişdir. O orada Şahinin onu vurararkən əlində dəmir olduğunu demişdir. Həmin vaxtı Bərxudar da ofisə daxil olmuş və onun sözlərindən sonra Bərxudar demişdir ki, pəncərənin qarşısında olan qarmaq yerində yoxdur. Ramildə pəncərənin qarşısına baxdıqda qarmağın yerində olmadığını görmüşdür. Həmin vaxt Şahin həyətdə olmuş, ancaq onun əsəbi soyumamışdır. O içəriyə gəlməsə də bayırda yenə də ucadan qışqıraraq, səs-küy salaraq eyni sözləri təkrar edərək “sən mənim anama və bacıma söymüsən, əcəb elədim, səni vurdum”. O isə onu təcili olaraq xəstəxanaya çatdırmaları sağaldıqdan sonra onunla danışacağını demişdir. Şahin isə ona sağal danışarıq deyə cavab vermişdir. Bundan sonra o otaqdan çıxmış maşına əyləşib Ramil isə onu xəstəxanaya aparmışdır. Hadisə təxminən təxminən 15 dəqiqə müddətində davam etmişdir. Hazırda vəziyyəti yaxşıdır. Baş vermiş hadisə əlaqədar onun hər hansı şikayət və tələbi yoxdur. Həmin vaxtı şahinin sağ əlində qırmızı rəngdə olan tros qarmağı olduğunu və Şahin onu həmin qarmaqla vurduğunu bildirmişdir. Həmin vaxtı o sərxoş olmuş, lakin Şahinin sərxoş olmamışdır. Hadisə zamanı orada o, Ramil və Şahin olduğunu, sexdə rəssam işləyən Bərxudar isə davadan sonra səs-küyə gəldiyini, Şahinin onu dəmir parçası və yumruqla vurmasında məqsədi onun otaqda söyüş söyməsindən sonra onun irad bildirməsi ilə əlaqədar aralarında yaranmış mübahisə görə qisas almaq istəməsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla və Təqsirləndirilən şəxsla əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər onunla qonşuluqda yaşamışdır, Zərərçəkmiş şəxs isə kran sürücüsüdür. xx.xx.2022-ci il saat 23 radələrində sahibi olduğu sexə getmişdir. Sexə çatmağa təxminən 100 metr qalmış ağ rəngli Vaz 2107 markalı avtomobilin sexin həyətinə daxil olduğunu görmüşdür. Sexin həyətinə daxil olanda həyətdə Təqsirləndirilən şəxs məxsus yaş asfalt rəngli VAZ 2107 markalı və Zərərçəkmiş şəxs məxsus ağ rəngli avtomobillərin olmasını, Zərərçəkmiş şəxs sexin ofisinə daxil olduğunu görmüşdür. O yerə enərək ofisə daxil olanda Şahinin ofisdə solda elektrik qızdırıcının qarşısında stulda oturmasını, Elməddinin isə ayaqüstə divanın yanında dayanmasının şahidi olmuşdur. Onlarla salamlaşarkən Şahin və Elməddin hər ikisi sakit dayanmış, Elməddin əlində təsbeh formasında bəzəkli bıçaq oynatmışdır. Şahin Elməddindən həmin bıçağı istəmiş, Elməddin isə “mənə də pay veriblər” deyərək bıçağı qaytarıb kəmərinə keçirmişdir. Lakin, bu hərəkətlər onun xoşuma gəlməmiş, Elməddinin sərxoş olmasından və baş verənlərdən narahatlıq keçirmişdir. Buna görə də hər ikisinə rəssamın yanına gedib tezliklə qayıdacağını bildirmişdir. Bundan sonra o otaqdan çıxıb Bərxudarın yanına gedərək orada olan aparatın yerini təxminən 5 dəqiqə ərzində dəyişərək geri qayıtmışdır. Ofisə çatmadan Şahin və Elməddinin ucadan səslərinin gəİməsini, bir-birlərinin ünvanlarına nalayiq ifadələr işlətməsini, hər ikisinin ucadan birlərinə qışqırmalarını eşitmişdir. Ofisə daxil olanda Şahin və Elməddinin üzbəüz ayaqüstə dayanaraq mübahisə etdiklərini görmüşdür. O hər ikisinə iradını bildirərək ofisdən çıxaraq evlərinin yaxında olmasını, ailə üzvləri narahatlıq keçirməsini bildirərək onalara çıxıb getmələrini bildirmişdir. Ancaq həmin səs-küy heç bir halda onların yaşadıqları evə getmir. Onun elə deməsinə səbəb onların sakitləşməsinə nail olmaq olmuş, Şahin və Elməddin çöldə sakitləşmiş və Şahin üşüdüyünü deyərək ofisə qayıtmışdır. O Şahinin arxasınca, Elməddin isə onun arxasınca səssiz şəkildə ofisə tərəf yaxınlaşmışlar. Şahin ofisin qapısından girə-girə qəflətən Elməddinə münasibətdə yalan danışanın ana və bacısının ünvanına söyüşlər etmişdir. Elməddin bunu eşidən kimi Şahinə etdiyin söyüşlər sənin ananın və bacının ünvanına getdisin demişdir. Şahin isə Elməddinə ona yox, yalan deyənə söydüyünü demişdir. Elməddin isə səhv başa düşdüm, elə bildim ki, mənim anama və bacıma söydün, ona görə elə dedim deyərək əlavə etmişdir. Bundan sonra ofisə daxil olaraq Elməddinə iradını bildirməyə başlamış, həmin vaxt Elməddin əlləri cibində elektrik qızdırıcısının qarşısında sakit dayanaraq onun iradlarına qulaq asmışdır. Qəflətən o arxada kiminsə olmasını hiss etmiş və dönərkən Şahin Elməddinin sol sifət nahiyyəsinə güclü zərbə ilə vurmuşdur. Zərbədən Elməddin arxası üstə divara çırpılmış, başının arxası zərbə ilə divara dəymişdir. Eyni anda Şahin “sən mənim anama və bacıma söyürdün, səni öldürəcəm” deyərək sol əli ilə ikinci zərbəni Elməddinin divara dəyib döşəməyə tərəf üzü aşağı sürüşən halında sağ sifət nahiyyəsinə vurmuşdur. Bundan sonra Şahin Elməddindən aralanıb ona zərbələr vurmağı dayandırmışdır. O isə hər ehtimala qarşı Şahini qucaqlayaraq bayıra tərəf çıxarmağa çalışmış, Şahinin sağ əlində qırmızı rəngli dəmir tros qarmağı olmuşdur. O Şahini sexdən kənara çıxardıqdan sonra Şahin əlindəki qarmağı yerə atmış, ofisdən təxminən 5 metr kənarda olan çinar ağacının altına aparanadək Şahin eyni qaydada söyüşlər söyərək və Elməddini yaxşı edib vurduğunu onu cəzalanadırdığını demişdir. Şahin bundan sonra Elməddini vurmayacağına söz vermiş və ondan ona kömək etməsini xahiş etmişdir. O ofisə daxil olmuş, ofisə daxil olanda Elməddin huşunu itirmiş, başı divara dayanmış, bədəni isə döşəmədə uzanmış vəziyyətdə olmuşdur. Lakin, özünü itirməyərək ona yaxınlaşmış və çağırmağa başlayaraq silkələmişdir. Elməddin ayılaraq Şahinin sonuncu dəfə bayırda gödəkçəsini çıxaraq otağa daxil olub, onu tros qarmağı ilə vurmasını bildirmişdir. Həmin vaxt Bərxudar da ofisə daxil olmuş və pəncərənin qarşısında olan qarmağın yerində olmadığını bildirmişdir. O da baxdıqda qarmağın yerində olmadığını görmüş, həmin vaxtı o Şahin yanlarına gəlməsə də bayırda yenə də ucadan qışqıraraq, səs-küy salaraq eyni sözləri təkrar edərək “sən mənim anama və bacıma söymüsən, əcəb elədim, səndən qisasımı aldım” öz-özünə demişdir. Elməddin isə Şahinə sağalıb onunla söhbət edəcəyini demişdir. Şahinə bir daha irad bildirərək uzaqlaşmasını bildirmişdir. Şahin isə yenə də “söydü və cavabını aldı, ona bu da azdır” deyərək özünə məxsus olan avtomobilinə minərək sexin həyətindən çıxmışdır. O isə ofisə qayıdaraq Elməddinin qusduğunu görərək aldığı xəsarətin daha ciddi olduğunu bilmiş və otaqda olan bintlə Elməddinin başını sarımağa çalışaraq Elməddini öz avtomobil ilə X17 Stansiyasına aparmışdır. Elməddinin Şahinə səhvən ana bacı söyüşü söyməsi səbəbindən Şahin qisas almaq məqsədilə Elməddini dəmir parçası və yumruqla vuraraq qisas aldığını, həmin vaxtı Elməddin sərxoş olduğunu, lakin Şahinin sərxoş olmadığını, dava zamanı orada o, Elməddin və Şahin olduğunu, sexdə rəssam işləyən Bərxudar isə davadan sonra səs-küyə gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla arasında əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. Ağdam rayonu Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində yerləşən və Şahid1 məxsus olan məzar daşı sexində rəssam işləyir. xx.xx.2022-ci il tarixdə sexin sahibi Ramil ona demişdir ki, Rəsul adlı şəxsin nənəsinin qəbir daşının rəsmi təcili döyülməlidir. O da buna görə evə getməmiş və işdə qalıb həmin məzar daşının rəsmini döyməyə başlamışdır. Sexin həyətində dayanıb siqaret çəkəndə əvvəllər rayon sakini kimi tanıdığı Şahin adlı şəxs özünə məxsus olan yaş asfalt rəngində olan VAZ 2107 markalı, lakin nömrəsini xatırlamadığı avtomobillə sexin həyətinə gəldiyini görmüş, Şahin avtomobildən düşəndən sonra ona tərəf baxmış, uzaqdan əlini yelləyərək salamlaşmış, ona uzaqdan demişdir ki, Ramili gözləyir onunla işi vardır və bundan sonra sexin ofisinə getmişdir. Bundan təxminən 2-3 dəqiqə sonra sexin həyətinə ağ rəngli VAZ 2107 markalı avtomobil gəlmiş, sürücü avtomobildən düşmüş və həmin şəxsdə sexin ofisinə getmişdir. Lakin həmin şəxsi tanımamış, o sonradan bilmişdir ki, həmin oğlanın adı Elməddindir. O sonra işlədiyim otağa getdim. Bundan təxminən 10-15 dəqiqə sonra Ramil otağa gəlmiş və tapşırığını verib getmişdir. Ramil otaqdan çıxıb getdikdən təxminən 15-20 dəqiqə sonra səs-küy eşitmiş, pəncərədən çölə baxdıqda Şahinin ofisin binasının qarşısında dayanıb nəsə əl-qol hərəkətləri etydiyini, davranışına nəzarət olunmadığını görmüş və çölə çıxmışdır. Bu zaman Şahin ofisin qarşısında dayanmış, o dərhal ofisə tərəf gəlmiş və gələn zaman Şahinin öz-özünə uca səslə danışdığını, ünvansız söyüş söydüyünü eşitmişdir. Həmin vaxtı Ramil Şahinə “Şahin sən neylədin, niyə adamı bu günə saldın” demişdir. O Şahinə heç bir əhəmiyyət vermədən nə baş verdiyini öyrənmək məqsədilə sexin ofisinin otağına yaxınlaşmış, otağın qapısı açıq vəziyyətdə olmuş, o otağa daxil olmuş və həmin vaxtı Elməddinin otağın sol tərəfində üzünün və baş hissəsinin qan olduğunu və oturuqlu vəziyyətdə olduğunu görmüşdür, Ramildə Elməddinin yarasına əski qoymuşdur ki, qan axmasın. Otağın döşəməsində, sol tərəfdə divarda və otaqda olan divanda qan ləkələri olmuş, o cəld gedib su gətirmişdir ki, Elməddinin üzünü yusun. Çünki onun baş hissəsi və sifəti qana boyanmışdır. O gətirdiyi su ilə Elməddinin üzünü yumuş və ona su vermişdir ki, içsin özünə gəlsin. Bundan sonra Elməddin özünü pis hiss elədiyini və xəstəxanaya getmək istədiyini bildirmişdir. Sonra Elməddini xəstəxanaya aparmışdır. Hadisə zamanı otağında olduğundan hadisənin necə baş verdiyini görmədiyini bildirmişdir.X6 vurduğunu, ancaq nə ilə vurduğunu görmədiyini bildimişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağdam rayonu Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində yerləşən məzar daşları hazırlanması üçün istifadə olunan sexin həyətində yerləşən otaqdır. Hadisə yerinə baxış zamanı dəmir materialdan olan qarmaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. “Baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 01 ədəd boz rəngli cins şalvar və 01 ədəd qırmızı rəngli uzunqol kofta təqdim edilmiş və həmin geyim əşyaları müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. “Baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan bir ədəd qara rəngli cins şalvar və qara rəngli uzunqol kofta müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 444 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ baldır nahiyyəsinin sıyrığı, küt əşyanın təsirindən törənmişdir.Müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir.Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 13 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- müştərək açıq kəllə beyin travması, baş beyinin əzilməsi, sağ təpə sümüyü kompression sınığı, əsas sümüyün böyük qanadının sınıq xətləri, sol əng-almacıq komleksinin qəlpəli yerdəyişmiş sınığı, sağ təpə və sol gözaltı nahiyyələrinin əzilmiş yaraları, sol göz almasının əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, ekspertizaya təqdim olunmuş dəmir parçası- kran asqısı təsirinən törənə bilməsi inkar olunmur, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/651 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthinin üzərində kənar lif mikrohissəcikləri vardır.Tərkib və kənar mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir.Tədqiaqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən edilən geyim əşyalarının sətlərinin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur.Tədqkiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli 102/2023-MTKŞ saylı rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın və cins şalvarın üzərində zədə aşkar edilmədi.Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus uzunqol koftanın və cins şalvarın üzərində zədə aşkar edilmədi.Təqdim edilmiş qarmaq zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı alətdir və soyuq silah hesab edilmir. Maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli 140/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta (İ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta, cins şalvar, hadisə yerindən götürülmüş 02 ədəd saslfetka kağızı və 03 ədəd pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın topası üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstərcisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertiaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərində qan, kofta üzərində isə qana şübəli ləkələr aşkar olunmamışdır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 777 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anamnestik məlumatlar və aparılmış ekspertiza imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəktlərini idarə etmək qabiliyyətindədir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 667 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxsi qismində tutulmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ooğlunun barəsindən həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 dekabr 2022-ci il tarixdən hesablanmışdır. X18 Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Şəxsiyyəti emosional tipli davamsız pozuntuzu” diaqnozu ilə X18 Dispanserində dispanser müşahidəsində olub. Ağdam MRX-nın Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Mərkəzi Xəstəxansının narkoloji kabinetində qeydiyyatda durmur. Ağdam rayon Quzanlı köçkün qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Quzanlı köçkün qəsəbəsində həyat yoldaşı X7, övladları X8, X9 və X3 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İ № 364289 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. AZ-İİİ № 548487 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X4r. AZ-İİ № 539649 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X4r. AZ-İİ № 539649 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X4r. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi 01 ədəd qarmaq, ona məxsus 01 ədəd uzunqol köynək, cins şalvar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd uzunqol köynək və 01 ədəd cins şalvar, hadisə yerində götürülmüş 02 ədəd salfet kağızı və 03 ədəd pambıq topası Ağdam rayon polis şöbəsinin maddi sübutlar otağında saxlanılır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində üç azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli höküm ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdam Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin hökm üzrə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının cəzasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydası üzrə, yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Ağdam rayon polis şöbəsinin maddi sübutlar otağında saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs məxsus 01 ədəd uzunqol köynək və 01 ədəd cins şalvar, zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol köynək, cins şalvar, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, 01 ədəd qarmaq, 02 ədəd salfet kağızı və 03 ədəd pambıq topası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı hazırkı iş üzrə şübhə edilən şəxs qismində tutulduğu 18 dekabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Ağdam rayon polis şöbəsinin maddi sübutlar otağında saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs məxsus 01 ədəd uzunqol köynək və 01 ədəd cins şalvar, zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol köynək, cins şalvar, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın qəbul edilmədikdə məhv edilsin, 01 ədəd qarmaq, 02 ədəd salfet kağızı və 03 ədəd pambıq topası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar