Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-367/2025 12.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, İsrafilbəyov küçəsi ev 53-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaq zamanı ittiham verilmişdir ki, o,10 iyun 2024-cü il tarixdə saat 13:00 radələrində ünvan 2 ünvanında yerləşən ictimai yer hesab edilən 25 saylı tam orta məktəbin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək arvadı Zərərçəkmiş şəxs1 evə geri qayıtmamasını bəhanə edib heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən kustar üsulu ilə hazırlanmış təsərrüfatməişət təyinatlı turist bıçağım silah qismində tətbiq edib sonuncuya qəsdən zərbələr vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən ürəyin kisəsinin və sol ağciyərin zədələnməsi, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin arxa səthinin bir ədəd deşilmiş- kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının arxa səthinin 2 ədəd kəsilmiş-deşilmiş yaraları, sol bazu nahiyəsinin arxa səthində bir ədəd kəsilmiş-deşilmiş yarası, sağ əlin ovuc səthinin bir ədəd kəsilmişdeşilmiş yarası, alt dodağın bir ədəd kəsilmiş-deşilmiş yarası xəsarətlərini yetirməklə, silah qismində istifadə edilən əşya tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi müşayiət edilən hərəkətlərlə qərəzli xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 bıçaq vurmasının qarşısını almaq niyyəti olan Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi həmin bıçaqla qəsdən zərbələr vuraraq sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən sol bazu nahiyəsinin kəsilmiş yarası, sağ dirsək nahiyəsinin sıyrığı xəsarətlərini yetirməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, arvadından evə qayıtmasını istədiyini bildirmiş, lakin Zərərçəkmiş şəxs1 etiraz edərək evə qayıtmamış, daha sonra qardaşı onlara müdaxilə edərək anasına zəng etmiş və zərərçəkmiş şəxsin anası ona nalayiq ifədələr işlədərək Zərərçəkmiş şəxs1 onunla birlikdə evə qayıtmasına etiraz etmişdir. Hadisə məktəbin qarşısında yol kənarında baş vermiş, o, həyat yoldaşı ilə 30 dəqiqə söhbət etmiş, sonuncunu evə qayıtması üçün təkid etmişdir. Həmçinin o, hadisə zamanı əsəbi olduğunu və hadisəni tam olaraq xatırlamadığını bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslə 7 il evli olduqları müddətdə əvvəllər də mübahisələri olmuş, Zərərçəkmiş şəxs1 dəfələrlə küsərək ailəsinin yanına getmiş, ən son mübahisələri isə 1 ay əvvəl olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs1 ayrılmaq istəmədiyini lakin, Ayselin anasının arvadını ondan ayrılmağa məcbur etdiyini və bu səbəbdən də, qaynanasının qızı üçün ayrıca ev tutduğunu bildirmiş və hazırda Bolqarıstanda yaşadığını əlavə etmişdir. Hadisə 25 nömrəli məktəbin yaxınlığında baş vermiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arxasınca getmiş, Ayseldən onunla evə qayıtmasını istəmiş, lakin Aysel etiraz edərək ona qayıtmayacağını bildirmişdir. Bu zaman qaynı - digər Zərərçəkmiş şəxs2 onlara müdaxilə etmiş o isə əsəbiləşərək həyat yoldaşına xəsarət yetirdiyini, lakin Zərərçəkmiş şəxs2 heç nə etmədiyini bildirmiş, eyni zamanda Zərərçəkmiş şəxs1 yerə yıxılan zaman onu yenidən vurmadığını qeyd etmişdir. Eləcə də, üzərində olan bıçağı Zərərçəkmiş şəxs1 öldürmək üçün yox, özünü müdafiə etmək məqsədilə saxladığını bildirmişdir. Hadisə zamanı heç kimin olmadığını bildirərək insanların sonradan yığışdığını və hazırda Zərərçəkmiş şəxs1 ilə barışdıqlarını demiş, sonuncunu vurarkən məqsədinin öldürmək olmadığını bir daha qeyd etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs2lə birlikdə kirayə ev tutduqlarını, kənddən Gəncə şəhərinə qayıdan zaman bəzi əşyalarını evdən götürüb, qohumlarıgilə apardıqlarını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs yolun kənarında dayanaraq onları izləməsini, daha sonra onlara yaxınlaşaraq onun qolundan tutub haradan gəldiklərini soruşmuşdur. Həmçinin təqsirləndirilən şəxs ondan uşaqların yanına gedib getməyəcəyini soruşmuş, o isə Təqsirləndirilən şəxs boşanmaq üçün vəkil tutduğunu və uşaqları da ondan alacağını demişdir. Biraz sonra o, telefonda anasıyla danışan zaman Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələr işlətmiş və aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs ondan son dəfə onunla gedib getməyəcəyini soruşmuş, “yox” cavabı alanda isə ona bıçaqla xəsarətlər yetirmişdir. Bu zaman o zərbənin təsirindən yerə yıxılmış, lakin Rafel Hüseynov yenə də vurmağa davam etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə 7 il evli olmuş, həmin müddət ərzində əri içki aludəçisi olduğu üçün dəfələrlə mübahisələri olmuş, sonuncu davaları isə Rafael evə gec gəldiyi üçün olmuşdur. Hadisə zamanı təqsirləndirilən şəxs arxa cibindən bıçaq çıxardaraq ona 5-6 dəfə bıçaq zərbəsi vurmuş, bədəninə çoxsaylı xəsarətlər yetirmişdir, həmin vaxt qardaşı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı nalayiq ifadə işlətdiyi üçün əsəbi olmuşdur. O, həmin zaman Zərərçəkmiş şəxs2 xəsarət almadığını, sadəcə bıçağın onun qolunu cızdığını qeyd etmişdir. Həmçinin anasının onları ayrılmaq istədiyini bildirmiş, hazırda təqsirləndirilən şəxslə barışdıqlarını, bir yerdə yaşadıqlarını və ona cəza verilməməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla barışmadığını, sonuncunun ona və qardaşına zərbələr yetirməsini, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Eləcə də, ifadələri arasındakı ziddiyətin səbəbi olaraq ilkin ifadə verərkən qaynanasına məxsus evdə yaşamasını və sonuncunun ona psixoloji təsir və təzyiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə zamanı bacısı Zərərçəkmiş şəxs1 ilə evdən bəzi əşyaları götürərək başqa yerə getdiklərini bildirmiş, bu vaxt Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsi görmüş, bacısının həyat yoldaşı Rafel Hüseynov 25 nömrəli məktəbin qarşısında onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaxınlaşaraq uşaqların evdə ağladığını demiş və sonuncudan onunla evə qayıtmasını istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 onlara müdaxilə etmiş, daha sonra isə aralarında mübahisə yaranmışdır. O, Rafel Hüseynovun belə hərəkət edəcəyini gözləmədiyini və həmin zaman şok içərisində olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla vurmuş, bu zaman o müdaxilə edərək Təqsirləndirilən şəxs çanta ilə itələmişdir. Həmçinin Təqsirləndirilən şəxs o və anasının onların ailəsini dağıtdığını düşündüyünü bildirmiş, həmçinin təqsirləndirilən şəxsin bacısı Zərərçəkmiş şəxs1 dəfələrlə şiddət göstərdiyini əlavə etmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs söhbət edən zaman təqsirləndirilən şəxs qəflətən bıçağı çıxardaraq zərərçəkmiş şəxsə bıçaq zərbələri endirmiş, bıçaqla Ayselin ağzını və əlini kəsmiş, müdaxilə edən zaman isə onu da vurmağa çalışmışdır. O, Təqsirləndirilən şəxs arxasınca gedib onu tutmağa çalışmış, lakin çata bilməmişdir. Həmçinin təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu qeyd etmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Gəncə şəhər şöbəsi tərəfindən Zərərçəkmiş şəxs2 barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 834 saylı məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlər - sol bazu nahiyyəsinin kəsilmiş yarası - kəsici əşyanın, sağ dirsək nahiyyəsinin sıyrığı isə küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Gəncə şəhər şöbəsi tərəfindən Zərərçəkmiş şəxs1 barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 1110 saylı məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədənində altı ədəd deşilmiş-kəsilmiş yara müəyyən edildi. Bu yaralardan üç ədədi döş qəfəsinin sol yarısının arxa səthində, bir ədəd yara sol bazu nahiyəsinin arxa səthində, bir ədəd yara sağ əlin ovuc səthində, bir ədəd yara isə alt dodaqda yerləşir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir, yetirilmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, xx.xx.2024-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə döş qəfəsinin arxa səthində olan yaralardan biri daxilə keçib ürəyin kissəsini və sol ağciyəri zədələyib, sol tərəfli hemopnevmotoraksla müşayiət olunduğundan həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aid edilir; digər xəsarətlər isə (sol bazu, sağ əl, alt dodaq nahiyələrinin yaraları) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə, saat 22:30-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən 25 nömrəli orta məktəbin qarşısında arvadına xəsarət yetirdiyi və qaynı ilə mübahisə etdiyi yeri göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən verilmiş xx.xx.2024-cü il tarixli 5488 nömrəli Arayışdan görünür ki, Hüseynov X2 qeydiyyatda deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2024-cü il tarixli, 631 saylı Arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs “Kəskin psixotik vəziyyət” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Gəncə şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 35 saylı ekspert rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə О (İ) alfa, betadır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi 0 (İ) alfa, beta olduğundan Zərərçəkmiş şəxs1 qızma məxsus ola bilər. Zərərçəkmiş şəxs1 qızma məxsus bir ədəd qara rəngli sintetik lifli qısaqol köynək, bir ədəd göy rəngli cins şalvarın üzərində üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi 0 (İ) alfa, beta olduğundan onun özünə məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlı olub-olmamasını müəyyən etmək məqsədilə təyin olunmuş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 sentyabr 2024-cü il tarixli 645 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindan verilmiş 631 saylı arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinədə onda az ifadəli emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi, onda kəskin psixoproduktiv simptomatika (hallisinasiya va sayıqlama ideyaları) aşkar edilməməsi, qavrama, yaddaş, təfəkkür və intellekt pozuntuları müəyyən olunmaması, törətdiyi amala qarşı tənqidi münasibət bəsləmsə və s.) sübut edir. Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman o, hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, hal hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21- ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi-xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər İcra Hakimiyyətinin Sadılı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli, 852 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nümayəndəliyə heç bir şifahi və yazılı müraciət daxil olmayıb. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs 2018-ci il və 2021-ci il təvəllüdlü iki azyaşlı övladı var. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X4 Regional Bölməsindən xx.xx.2024-cü il tarixli məhkəməkriminalistik və məhkəmə-trasoloji ekspertizasının 16/1058/1059 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunan qısaqol köynəyin üzərində olan 03 ədəd "a", "b" zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən cins şalvarın səthində mexaniki zədə aşkar edilmədi. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli 1110 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş köynəyin səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən "yaralardan üç ədədi döş qəfəsinin sol yarısının arxa səthində yerləşən deşilmiş - kəsilmiş yaralar" xəsarətləri ilə köynəyin səthində olan "a", "b" zədələri yerləşmə sahəsinə və sayma görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üst-üstə düşür. Belə ki, təqsirləndirilən şəxs Rəfael Hüseynovla Zərərçəkmiş şəxs1 arasında baş verən mübahisə zamanı zərəçəkmiş şəxsin küsərək evdən getməsi, azyaşlı övladları ilə maraqlanmaması, sonuncunun dəfələrlə evə qayıtmağını, boşanmaqdan imtina etməsini və ailəsini dağıtmamağı xahiş etsə də, Zərərçəkmiş şəxs1 heç bir vədlə onunla barışmamış və evə qayıtmamışdır. Qeyd olunanlar göstərir ki, onun Zərərçəkmiş şəxs1 xəsarət yetirməsinə əsas səbəb tərəflərin arasında olan və uzun müddət davam edən mübahisə olmuşdur. Təqsirləndirilən şəxs Rəfael Hüseynov dəfələrlə arvadını evə qaytarıb, barışmağa çalışmasına baxmayaraq, ailəsinin dağıdılmamasını xahiş etmişdir. Eləcə də, Rəfael Hüseynov həmin zaman orda olan və onları ayırmağa çalışan Zərərçəkmiş şəxs1 qardaşı Faiqi itələyərək yerə yıxmış və əlində olan bıçaqla ona xəsarət yetirmişdir. Hadisənin baş verdiyi Gəncə şəhəri Dədə Qorqud küçəsi 25 saylı tam orta məktəbin qarşısını ictimai yerdir. Rəfaelinin Faiqi vurmasında əsas səbəb onun cəmiyyətə üstünlüyünü nümayiş etdirməsindədir. Belə ki, xüsusilə qərəzli xuliqanlıq təkcə təqsirkarın silah və ya silah qismində istifadə edilən əşyaların köməyilə zərərçəkmişin sağlamlığına zərər vurduğu və ya zərər vurmağa cəhd etdiyi halları deyil, həm də şəxslərin həyatı və ya sağlamlığı üçün real təhlükə yaratdığı halları əhatə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli Qərarında da deyilir ki, CM-in 221.3-cü maddəsində (1 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş) «tətbiq etməklə müd-dəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Məhkəmə tədqiq edilmiş sübutlara müqayisəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, X7 Hüseynovaya xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəmnində münaqişə zamanı xəsarət yetirmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, 2 ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 5-ci bəndində qeyd edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq hərəkəti təqsirkarın təhlükəli davranışıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Sözügedən Qərarda göstərilir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma anlayışına Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarlarının tövsiyyələrini əsas götürərək belə hesab edir ki, həmin cinayətin motivi xuliqanlıq niyyəti olmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, münaqişə zamanı Rəfael Hüseynovun bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs X7 Hüseynovaya xuliqanlıq niyyəti ilə xəsarət yetirməsi müəyyən edilməmiş, eyni zamanda bu xüsusatlar məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, 10 iyun 2024-cü il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında yerləşən ictimai yer hesab edilən 25 saylı tam orta məktəbin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək arvadı Zərərçəkmiş şəxs1 evə geri qayıtmamasını bəhanə edib heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən kustar üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı turist bıçağım silah qismində tətbiq edib sonuncuya qəsdən zərbələr vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən ürəyin kisəsinin və sol ağciyərin zədələnməsi, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin arxa səthinin bir ədəd deşilmişkəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının arxa səthinin 2 ədəd kəsilmiş-deşilmiş yaraları, sol bazu nahiyəsinin arxa səthində bir ədəd kəsilmiş-deşilmiş yarası, sağ əlin ovuc səthinin bir ədəd kəsilmiş-deşilmiş yarası, alt dodağın bir ədəd kəsilmiş-deşilmiş yarası xəsarətlərini yetirməklə, silah qismində istifadə edilən əşya tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi müşayiət edilən hərəkətlərlə qərəzli qəsdən sağlamlığa ağır zərər vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 bıçaq vurmasının qarşısını almaq niyyəti olan Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi həmin bıçaqla qəsdən zərbələr vuraraq sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən sol bazu nahiyəsinin kəsilmiş yarası, sağ dirsək nahiyəsinin sıyrığı xəsarətlərini yetirməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərmişdir. Aysel Hüseynovla uzun müddətli ailə daxili yaşanan münaqişə zamanı qisas almaq niyyəti ilə etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Belə olduqda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirməsində xuliqanlıq niyyəti müəyyən edilməsə də belə, onun həmin zaman ictimai yerdə bu cinayət hadisəsini törədərək cəmiyyətdə qəbul olunmuş birgə yaşayış qaydalarına münasibətdə öz üstünlüyünü nümayiş etdirməyə yönəlmişdir. Eləcə də, Aysel Hüseynovun qardaşı Zərərçəkmiş şəxs2lə də mübahisə etməsi, sonuncuya xəsarət yetirməsi də daxil olmaqla Təqsirləndirilən şəxs bu hərəkətləri ümumilikdə xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmçinin CPM-nin 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi xuliqanlıq niyyəti ilə törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin təqsirləndirilən şəxs Rəfael Hüseynov tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rəfael Hüseynovun Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs Rəfael Hüseynovunəməlində Azərbaycan Respublikası CM-in 126.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif olunmalı və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Rəfael Hüseynovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi təqsirləndirilən şəxs Rəfael Hüseynova cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsla barışmasını bildirməsinə və bu barədə notarial ərizə təqdim etməsinə baxmayaraq, məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslə barışmadığını, ona ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. İlkin barışıq ərizəsini verməsini isə həmin dövrdə Rəfael Hüseynova məxsus evdə, sonuncunun anası ilə birlikdə yaşamasını və anasının təkidi ilə barışmasını bildirmiş, hazırki məqamda şikayətçi olmasını diqqətə çatdırmışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməlindən peşman olması, himayəsində 2 azyaşlı övladının olması təqsirləndirilən şəxs Rəfael Hüseynovun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Rəfael Hüseynovun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 27 (iyirmi yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 297 (iki yüz doxsan yeddi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxsdən 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə BPİ-nin maddi sübutların saxlanması otağına verilmiş hadisə törədilən zaman Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qara rəngli, qolu qısa yay köynəyi, bir ədəd göy rəngli cins şalvar sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Cinayət aləti olan bir ədəd bıçaq məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 297 (iki yüz doxsan yeddi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə BPİ-nin maddi sübutların saxlanması otağına verilmiş hadisə törədilən zaman Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qara rəngli, qolu qısa yay köynəyi, bir ədəd göy rəngli cins şalva sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Rəfael Hüseynovun hadisə törətdiyi bıçaq məhv edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-367/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-367/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver