Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-368/2021 20.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Rüstəmov Elmin İltizam oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1959-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, olrta təhsilli, işləməyən, məhkum olunmuş, Gəncə şəhəri Şeyxzamanov küçəsi, ev 8, mənzil 26-da qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu təkrar satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 455,798 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, 20 aprel 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-yə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 15 radələrində istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 455,798 qram olan narkotik vasitə qurudulmuş marixuananın 450 qramını yaşadığı evdə saxlayıb, 5,798 qram hissəsini 1 ədəd kibrit qutusunda bölüb əynində olan pencəyin sol iç cibinə qoyub yaşadığı Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 8 ünvanının qarşısında daşıyarkən saxlanılıb Gəncə şəhər Kəpəz RPİ-yə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan pencəyin sol iç cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,798 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, aşkar edilərək götürülmüş, həmin tədbirin davam olaraq 20 aprel 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvan 2 ünvana baxış keçirilən zaman həmin evin həyətində olan divanın alt saxlanc yerindən 1 ədəd polietilen torbada təmiz çəkisi 450 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar 12 aprel 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında tanışı Şahid3 satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 0,604 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 45 manat müqabilində əldə edib daşıyaraq üzərində saxlamış, 20 aprel 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-yə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 15 radələrində yaşadığı Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 8 ünvanının qarşısında Şahid3 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,604 qram narkotik vasitə olan heroini əynində olan şalvarın sağ yan cibinə qoyub daşıyarkən saxlanılıb Gəncə şəhər Kəpəz RPİ-yə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,604 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Təxminən 15 ildir ki, narkotik vasitə heroindən damarına iynə ilə vurmaqla istifadə edir. Təqribən 25 il əvvəl Yevlax şəhərində olarkən Məhərrəm adlı şəxslə tanış olmuş və həmin vaxtdan onların münasibətləri yaranmışdır. Daha sonra o, Məhərrəmin də, narkotik vasitə istifadəçisi olduğunu bilmiş və birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. 17 aprel 2021-ci il tarixdə polis əməkdaşlarının təkidi ilə istifadəsində olan “**********” saylı mobil nömrə ilə Məhərrəmin istifadəsində olan “**********” saylı mobil nömrəsilə əlaqə saxlayaraq ona 5 qram heroin təşkil etməsini bildirmişdir. Məhərrəm isə narkotik vasitə heroin təşkil edə biləcəyini bildird Məhərrəm daha əvvəllər ona əgər ehtiyacı olarsa narkotik vasitə heroin təşkil edə biləcəyini demişdi. Bundan sonra təxminən 17.04.2021-ci il tarixdə Məhərrəm yaşadığı ünvan 2 ünvanının qarşısına gəlmiş və ona istədiyi narkotik vasitə heroin verib pulu götürdükdən sonra çıxıb getmişdir. Bir qədər sonra Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları gəlmiş və onu polis idarəsinə dəvət edib üzərində şəxsi axtarış aparmışar. Şəxsi axtarış zamanı əynində olan pencəyin sol iç cibindən içərisində narkotik vasitə marixuana olan kibrit qutusu, əynində olan şalvarın sağ yan cibindən isə içərisində narkotik vasitə heroin olan kağız büküm aşkar edilmiş və götürülmüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, narkotik vasitə marixuana olan kibrit qutusu ona məxsus olmamış, polislər özləri həmin narkotik vasitəni onun cibinə qoymuşlar. Üzərindən aşkar edilmiş 0,604 qram narkotik vasitə heroini 12.04.2021-ci il tarixdə Şahid3 almış, üzərindən və evindən aşkar edilmiş ümumilikdə 455,798 qram narkotik vasitə marixuana ona məxsus deyil. Məhərrəmdən sadəcə bir dəfə 12.04.2021-ci il tarixdə narkotik vasitə heroini almış, digər vaxtlarda isə hər hansı bir alış-verişi olmamışdır. Polislər onu saxlayanda üzərində cəmi “1 çet” narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 15 ildir ki, narkotik vasitə heroindən və marixuanadan istifadə edir. Heroini damarına iynə ilə vurmaqla, çəkməklə marixuananı isə çəkməklə istifadə edir. Həmin narkotik vasitələri əvvəllər tanımadığı şəxslərdən əldə edir. Təxminən 25 il əvvəl isə o, Yevlax şəhərində olarkən Məhərrəm adlı şəxslə tanış olmuş və həmin vaxtdan onların münasibətləri yaranmışdır. Daha sonrasında o, Məhərrəmin də, narkotik vasitə istifadəçisi olduğunu bilmiş və birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. Təxminən 7-8 il əvvəl o, Samux rayonunda, Kür çayının sahilində 1 nəfər şəxslə tanış olmuş və həmin şəxslə söhbətləri zamanı həmin şəxs ona narkotik vasitə marixuana təşkil edəcəyini bildirmiş və o, razılaşdıqdan sonra ümumilikdə 200 manat qarşılığından həmin şəxsdən təxminən yarım kiloqram marixuana alaraq yaşdığı evə gətirmiş, lakin marixuananı o, nadir hallarda istifadə etdiyi üçün yaşadığı evdə yerləşən divanın alt hissəsində saxlamış və lazım olduqca istifadə etmişdir. O, Məhərrəmlə söhbəti zamanı Məhərrəm ona əgər ehtiyacı olarsa narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmişdir. O, istifadəsində olan “**********” saylı mobil nömrə ilə Məhərrəmin istifadəsində olan “**********” saylı mobil nömrəsilə əlaqə saxlayaraq ona 1 qram heroin təşkil etməsini istəmişdir. Məhərrəmdə onunla razılaşaraq 45 manat qarşılığında 1 qram narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra təxminən 12.04.2021-ci il tarixdə saat 13 radələrində Məhərrəm onun yaşadığı ünvan 2 ünvanının qarşısına gəlmiş və o, Məhərrəmə 45 manat ödədikdən sonra Məhərrəm ona 1 bükümdə olan narkotik vasitə heroin vermiş, Məhərrəm pulu götürdükdən sonra çıxıb getmişdir. 20.04.2021-ci il tarixdə o, hava almaq üçün küçəyə çıxmağa qərar vermiş, o, evdən çıxdıqda isə adətən ehtiyat üçün əgər ağrıları olarsa cəkmək üçün üzərində narkotik vasitə də, götürmüş, bu məqsədlə həmin gün Məhərrəmdən aldığı heroini əynində olan şalvarın sağ yan cibinə qoymuş, həmçinin əlavə olaraq ehtiyat üçün evdə olan marixuanadan bir qədərini sellofan torbadan götürüb kibrit qutusuna dolduraraq əgər heroin istifadə etməyə imkanı olmasa marixuandan istifadə etmək üçün əynində olan pencəyin sol iç cibinə qoymuş, bundan sonra o, təxminən saat 14 radələrində yaşadığı binanın həyətinə çıxıb gəzərkən bir neçə nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüş, həmin şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirib, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək birlikdə Gəncə şəhər Kəpəz RPİ-yə dəvət etmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasınına aparmışlar. İdarənin inzibati binasında xidməti iş otağında hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlmunmаğındаn ötrü ona müdаfiəçilərin siyаhısını təqdim edilmiş və ona həmin müdаfiəçilərdən kimi istəyərsə sеçə biləcəyini, əgər sеçməkdə tərəddüd еdərsə həmin gün növbətçi vəkilin yаrdımındаn istifаdə еdə biləcəyini bildirilmişdir. O, təqdim оlunmuş vəkillərin siyаhısındаn X11 оğlunu hüquqlаrının dövlət hеsаbınа müdаfiə оlunmаsı üçün sеçdim və bu barədə ərizə ilə müraciət etmiş, müdаfiəçi X11 оğlu dəvət оlunаrаq ona təqdim еdilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı onun əynində olan pencəyin sol iç cibindən içərisində narkotik vasitə marixuana olan kibrit qutusu, əynində olan şalvarın sağ yan cibindən isə içərisində narkotik vasitə heroin olan kağız büküm aşkar edilmişdir. Bundan sonra əvvəlcə üzərindən aşkar edilmiş kibrit qutusuna baxış keçirilmiş və içərisində kəskin iyli, narkotik vasitə marixuana olması, üzərindən aşkar edilmiş kağız bükümə baxış keçirilən zaman isə içərsində kəskin iyli narkotik vasitə heroin olması müəyyən edilmişdir. Sonra kütlələr elektron tərəzidə çəkilmiş, nakrotik vasitə marixuananın kibrit qutusu ilə birlikdə ümumi çəkisi 9 qram, narkotik vasitə heroinin isə kağız bükümlər birlikdə ümumi çəkisinin 1 qram olması müəyyən edilmişdir. Bundan sonra 02 (iki) ədəd zərflərin üzərlərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar və tərəfindən imzalanmış, aşkar edilmiş narkotik vasitələr paketlərin içərisinə qoyulduqdan sonra ağızları bağlanmış, möhürlənərək götürülmüş, həmin istintaq hərəkəti zamanı o, yaşadığı evdə marixuana saxladığını da, etiraf etmişdir. Bundan sonra o, yaşadığı evin otaqlarına baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə təqdim etmiş, sonra onu yaşadığı evin həyətinə aparmışlar. Vidoçəkiliş altında o, polis əməkdaşlarını yaşadığı evin həyətində olan divanı əli ilə göstərib oradakı içərisində narkotik vasitə marixuananı təqdim etmiş, sonra sellofan torbada olan marixuanaya polis əməkdaşları baxış keçirmişlər. Baxış zamanı sellofan torbada kəskin iyli yaşıl rəngli marixuana olması müəyyən edilmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və narkotik vasitə marixuananın ümumi çəkisinin 450 qram olması müəyyən edilmişdir. Bundan sonra 1 ədəd kağız üzərində müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar və onun tərəfindən imzalanmışdır. Aşkar edilmiş narkotik vasitə marixuana sellofan torbada ağızı bağlanmış, möhürlənərək götürülmüşdür. Bununla da evinə baxış keçirilməsi başa çatdırılmışdır. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o, üzərindən aşkar edilmiş 1 ədəd qızılı rəngli kağız bükümdə 0,604 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,798 qram bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evdən aşkar edilmiş 1 ədəd polietilen torbada təmiz çəkisi 450 qram bitki mənşəli kütlə isə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Yuxarıda qeyd etdiyi kimi üzərindən aşkar edilmiş 0,604 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 12.04.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında tanışı Şahid3 45 manat qarşılığında, üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumilikdə 455,798 qram narkotik vasitə marixuananı isə təxminən 7-8 il əvvəl Samux rayonunda, Kür çayının sahilində tanımadığı şəxsdən 200 manat qarşılığında özü istifadə etmək üçün almışdır. O, əvvəllər isə narkotik vasitələri ayrıayrı tanımadığı şəxslərdən əldə etmişdir. Həmin şəxslərin isə adını, harada yaşamalarını, telefon nömrələrini bilməmişdir. O, Məhərrəmdən sadəcə bir dəfə 12.04.2021-ci il tarixdə saat 13 radələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroini almış, digər vaxtlarda isə hər hansı bir alış-verişi olmamışdır. O, həmin şəxsin adını, telefon nömrəsini, harada yaşamasını bilməmiş və sadəcə bir dəfə yuxarıda qeyd etdiyi narkotik vasitəni almışdır. Daha sonrasında o, həmin şəxsi görməmiş, həmçinin həmin şəxslə təsadüfən rastlaşmışdır. O, əldə edib üzərində və yaşadığı evdə saxladığı narkotik vasitə olan heroin və ya marixuanadan heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. O, həmin narkotik vasitələri özü istifadə etmək üçün saxlamışdır. O, marixuananı yuxarıda qeyd etdiyi vaxt ehtiyat üçün az-az istifadə etmək üçün almışdır. O, əsasən heroin istifadəçisidir. Buna görə də, əlavə olaraq heroin almış, həmçinin bəzən yaşadığı evdən kənarda olarkən heroini qəbul etmək çətinlik yaratdığı üçün marixuana qəbul edirmiş. Qeyd etdiyi tarixdə də, eyni məqsədlə həmin marixuananı kibrit qutusu ilə bölmüşdür. Onun narkotik vasitə olan heroin və ya marixuana əldə etməyindən, daşımağından, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Onu heç kəs narkotik vasitə heroin istehlak etməyə təhrik etməmişdir. Onun özümün narkotikə marağı yarandığı üçün istifadə etmişdir. Həmçinin o da heç kəsi narkotik vasitə istifadə etməyə təhrik etməmişdir. Ona heç kəs köməklik etməmiş, heç kəsin xəbəri olmamış, bütün bunların hamısını o, tək özü etmişdir. Onun bu barədə heç bir məlumatı olmamışdır. Onun barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bu barədə hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20.04.2021-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış, həmin gün saat təxminən 15 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 8 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs razılaşaraq idarəyə gəlmiş, Gəncə şəhər Kəpəz RPİ-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək X6 müdafiəçisi kimi iştirakı təmin edilmiş, daha sonra X2 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan pencəyin sol iç cibindən 1 ədəd kibrit qutusu, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümü aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd kibrit qutusunun içərisinə baxış zamanı narkotik vasitə marixuana aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” olduğunu, özü qurutduğunu demişdir. Aşkar edilmiş 1 ədəd qızılı rəngli kağız bükümə baxış zamanı isə narkotik vasitə heroin aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu demiş, bundan sonra əvvəlcə 1 ədəd kibrit qutusu içərisindəki narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 9 qram olması, daha sonra isə 1 ədəd qızılı rəngli kağız bükümü içərisindəki narkotik vasitə heroinlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1 qram olması müəyyən edilmiş, sonra iki ədəd zərfin üzərində müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış, aşkar edilmiş kütlələr ayrı-ayrılıqda zərflərin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, qablaşdırılıb möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına da, baxış keçirilmiş, baxış zamanı evin həyətində olan divanın alt saxlanc yerindən 1 ədəd polietilen torba aşkar edilmiş, aşkar edilmiş 1 ədəd polietilen torbanın içərisinə baxış zamanı narkotik vasitə marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” olduğunu, 4-5 il əvvəl özü istifadə etmək üçün tanımadığı şəxsdən aldığını demişdir. Bundan sonra 1 ədəd polietilen torba içərisindəki narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 450 qram olması müəyyən edilmişdir. Sonra içərisində narkotik vasitə marixuana olan həmin polietilen torba digər bir polietilen torbaya qoyularaq, üzərində müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra tərəflərindən imzalanmış, qablaşdırılıb möhürlənmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. Həmçinin aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini Yevlax rayon sakini Təqsirləndirilən şəxs aldığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Qüdrətə qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da, hər hansı bir müqavimət göstərməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 20 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Heroini bədəninin müxtəlif nahiyələrində yerləşən əzələlərinə iynə ilə vurmaqla istifadə edir. Bu müddət ərzində bir neçə dəfə heroinin istifadəsini tərgitmiş, daha sonra ağrıları artıqca isə yenidən başlamışdır. Təxminən 1 ay əvvəldən isə səhhəti pisləşdiyindən bədənində olan ağrılarını dindirmək üçün yenidən narkotik vasitə heroindən istifadə etməyə başlamış, adətən həmin narkotik vasitəni Yevlax şəhərində tanımadığı qaraçılardan əldə etmişdir. Təxminən 25 il əvvəl isə o, Təqsirləndirilən şəxsla tanış olmuş və həmin vaxtdan onların münasibətləri yaranmışdır. Daha sonrasında o, Qüdrətin də, narkotik vasitə istifadəçisi olduğunu bilmiş və Qüdrətlə birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. Sonuncu dəfə isə o, 12 aprel 2021-ci il tarixdə Gəncə şəhərinə gedərək orada Qüdrətlə görüşüb şəxsi işlərindən söhbət etmiş, həmçinin birlikdə narkotik vasitə heroin istifadə etmişlər. Həmin vaxt Qüdrət özündə olan, o isə özündə olan heroindən istifadə etmişdir. 17.04.2021-ci il tarixdə isə o, şəxsi işilə əlaqədar Gəncə şəhərinə gəlib qayıtmışdır.20.04.2021-ci il tarixdə səhər saat 09 radələrində o, Yevlax şəhərində bir nəfər tanımadığı qaraçı ilə tanış olmuş və həmin qaraçı ona təxminən 3-4 qram narkotik vasitə heroin təşkil edə biləcəyini bildirmiş, onlar razılaşdıqdan sonra o, 100 manat ödəniş etmiş, həmin şəxs isə narkotik vasitəni bir qədər sonra ağacın altına atacığını və oradan götürməsini istəmiş, o da razılaşdıqdan sonra onlar ayrılmış və o, bir qədər sonra yenidən həmin yerə qayıtdıqda ağacın altında gümüşü rəngli kağız büküm görmüş, həmin kağız bükümü açıb içərisinə baxıdıqda orada iki ədəd sellofanda heroin bükümlərinin olduqdalarını görmüş və dərhal götürüb cibinə qoymuşdur. Bundan sonra Gəncə şəhərinə gedib Qüdrətlə görüşmək və həmin narkotik vasitəni birlikdə istifadə etmək qərarına gəlmiş, bu məqsədlə həmin gün, yəni 20.04.2021-ci il tarixdə saat 15 radələrində Yevlax şəhərindən çıxaraq markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksi ilə Gəncə şəhərinə gəlmiş, o, Gəncə şəhərinə gəlib Qüdrətgilin evlərinin yaxınlığına çatdıqda bir neçə nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüş, həmin şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirmiş, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək birlikdə Gəncə şəhər Kəpəz RPİ-yə dəvət etmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasınına aparmışlar. İdarənin inzibati binasında xidməti iş otağında hüquqlаrımın müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlmunmаğındаn ötrü ona müdаfiəçilərin siyаhısını təqdim edilmiş və ona həmin müdаfiəçilərdən kimi istəyərsə sеçə biləcəyini, əgər sеçməkdə tərəddüd еdərsə bu gün növbətçi vəkilin yаrdınındаn istifаdə еdə biləcəyini demişlər. O, təqdim оlunmuş vəkillərin siyаhısındаn X9 оğlunu hüquqlаrının dövlət hеsаbınа müdаfiə оlunmаsı üçün sеçmiş və bu barədə ərizə ilə müraciət etmiş, müdаfiəçi X9 оğlu dəvət оlunаrаq ona təqdim еdilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı onun əynində olan köynəyin sol ön cibindən içərisində narkotik vasitə heroin olan kağız büküm aşkar edilmiş, bundan sonra üzərindən aşkar edilmiş bükümə baxış keçirilimiş və içərisində kəskin iyli, narkotik vasitə heroin olması müəyyən edilmiş, sonra kütlələr elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə heroinin kağız bükümlə birlikdə ümumi çəkisinin 5,49 qram olması müəyyən edilmiş, bundan sonra 01 ədəd zərfin üzərlərinə müvafiq qeydlər aparılmışdır. Qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar və tərəfindən imzalanmış, aşkar edilmiş narkotik vasitə heroin zərfin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, möhürlənərək götürülmüşdür. Bununla da üzərinə şəxsi axtarış və götürmə başa çatdırılmış, daha sonra ona ekspertin rəyi elan edilmiş və o, üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli falqa bükümünün içərisində 2 (iki) ədəd iç-içə qoyulmuş şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 1,421 qram, 2,229 qram ümumi təmiz çəkisi 3,650 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğunu öyrənmişdir. O, narkotik vasitə heroini çox əldə etdiyinə görə Qüdrətlə birgə istifadə etmək qərarına gəlmiş, buna görə də, Qüdrətin yanına getmiş Qüdrət əvvəlcədən onun ümumi təmiz çəkisi 3,650 qram olan narkotik vasitə heroini əldə etməyindən, daha sonra Qüdrətin yanına gedəcəyindən xəbəri olmamış, bu barədə hər hansı bir razılaşması olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.07.2021-ci il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20.04.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, daha sonra isə yaşadığı ünvan 2 ünvana baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasında video çəkiliş ilə üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər Kəpəz RPİ təhqiqatçısı X10 şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis mayoru Şahid2, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan pencəyin sol iç cibindən 1 ədəd kibrit qutusu, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümü aşkar edilir. Aşkar edilmiş 1 ədəd kibrit qutusunun içərisinə baxış zamanı narkotik vasitə marixuana aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” olduğunu, özü qurutduğunu deyir. Aşkar edilmiş 1 ədəd qızılı rəngli kağız bükümü baxış zamanı isə narkotik vasitə heroin aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu deyir. Bundan sonra əvvəlcə 1 ədəd kibrit qutusu içərisindəki narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 9 qram olması, daha sonra isə 1 ədəd qızılı rəngli kağız bükümü içərisindəki narkotik vasitə heroinlə ilə birlikdə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 1 qram olması müəyyən edilir. Sonra iki ədəd zərfin üzərində müvafiq qeydlər aparılır, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanır, aşkar edilmiş kütlələr ayrıayrılıqda zərflərin içərisinə qoyulduqdan sonra ağzı bağlanır, qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Bununla da, şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər Kəpəz RPİ təhqiqatçısı X10 şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis mayoru Şahid2, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana baxış keçirilir. Baxış zamanı evin həyətində olan divanın alt saxlanc yerindən 1 ədəd polietilen torba aşkar edilir. Aşkar edilmiş 1 polietilen torbanın içərisinə baxış zamanı narkotik vasitə marixuana aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” olduğunu, 4-5 il əvvəl özü istifadə etmək üçün tanımadığı şəxsdən aldığını deyir. Bundan sonra 1 ədəd polietilen torba içərisindəki narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 450 qram olması müəyyən edilir. Sonra içərisində narkotik vasitə marixuana olan həmin polietilen torba digər bir polietilen torbaya qoyularaq, üzərində müvafiq qeydlər aparılır, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanır, qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-bioloji və kimyəvi ekspertizasının 21 aprel 2021-ci il tarixli 16/366 nömrəli rəyində göstərilmişdir ki, tədiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə 0,604 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,798 qram bitki mənşəlii kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşdığı ünvandan aşkar olunmuş narkotik vasitə” yazılar və imzalar olan polietilen torbadakı, digər 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 450 qram bitki mənşəli kütlə, tərkibində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 21 aprel 2021-ci il tarixli 16/367 nömrəli rəyində göstərilmişdir ki, tədiqata təqdim edilmiş üzərində “Şahid3 üzərindən aşkar olunmuş narkotik vasitə.” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli falqa bükümünün içərisində, 2 (iki) ədəd içə-içə qoyulmuş şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,421 qram, 2,229 qram ümumi təmiz çəkisi 3,650 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid3 üzərindən aşkar olunmuş narkotik vasitə” sözlər və imzalar olan kağız paketdəki heroinlər ilə üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə” yazılar və imzalar kağız paketdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.04.2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, ifadələrində əhəmiyyətli ziddiyyət olduğunu görə Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Şahid3 üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.04.2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X3 azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Abbasov X1 Şəhər Xalq Məhkəməsinin 12.08.1976-cı il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 144-cü madddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.07.1979-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Kiyev şəhər Dnepr Rayon Məhkəməsinin 10.08.1982-ci il tarixli hökmü ilə Ukrayna SSR CM-nin 141-ci maddəsilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 06.10.1992-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmiş, 15.07.1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Bundan başqa o, Moskva şəhər Məhkəməsinin 13.06.1996-cı il tarixli hökmü ilə RF CM-in 146-cı maddəsinin 2-ci hissəsi, “A,B”, 102-ci maddəsinin “Q,E” bəndləri ilə təqsirli bilinərək 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22.07.2005-ci ildə Somekan şəhər Məhkəməsinin 12.07.2005ci il tarixli qərarı ilə 03 il 07 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16.12.2013-cü il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 23.02.2015-ci il tarixli qərarı ilə 07 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07.06.2019-cu il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.10ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən X5 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07.06.2019-cu il tari hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay 20 gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq hökmlərin məcmusu üzrə ona qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 22 aprel 2021-ci il tarixli 573 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 03 may 2021-ci il tarixli 681 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroinindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin 19 may 2021-ci il tarixli 122-18141-1221 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,604 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Şahid3 pul müqabilində satış məqsədilə əldə edib daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş təmiz çəkisi 455,798 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə edib daşıyaraq saxlasa da, həmin narkotik vasitəni hansı mənbədən və nə vaxt əldə etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri satış məqəsdilə əldə edib daşıyaraq saxlasa da, onun həmin narktik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Şahid3lə və digər bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsilə məşğul olması müəyyən edilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsində kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən əlavə olaraq yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin 07.06.2021-ci il tarixli 2299 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 19.08.2019-cu il tarixdən opioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin 03.06.2021-ci il tarixli ********* saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 30.06.2007-ci il tarixdən “Üzvü sürən psixozdan sonrakı dayanıqlı depressiv sayıqlama sindromu psixotik hallarla” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, stasionar məhkəmə-psixiatrik ekspertizasının 09 avqust 100 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər keçirilmiş psixi pozuntudan sonra yaranan psixsteniya sindromundan əziyyət çəkir. Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən psixsteniya sindromundan əziyyət çəkməsinə baxmayaraq öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilir, əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir, məcburi mülaicəyə ehtiyacı və barəsində tibbi xaraketrli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Onun hal-hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29.09.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.2-ci maddələrinə tövsif edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,504 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,598 qram olan narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evdən aşkar aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 449,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin cinayət işinə əlavə edilmiş 20 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış keçirilməsi zamanı, istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, bundan əlavə "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Probasiya Şöbəsinin 07.12.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkərməs:qin 1(044)-46/2021 saylı, 27.01.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 24.02.2021-cı il tarixdə şöbədə qeydiyyata alınmış və cəza müddəti hesablanmağa başlamışdır. Təqsirləndirilən şəxs oğiu bu günkü tarixədək barəsində olan 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 09 ay 13 gün hissəsini çəkmiş, 01 il 08 ay 13 gün hissəsi çəkilməmiş qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ İ 838066 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13.09.2006-cı il təvəllüdlü X4 Təqsirləndirilən şəxs oğludur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində 20 aprel 2021-ci il tarixdə üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan pencəyin sol iç cibindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,798 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, eləcə də həmin gün saat 16 radələrində yaşadığı ünvan 2 ünvana baxış keçirilən zaman həmin evin həyətində olan divanın alt saxlanc yerindən 1 ədəd polietilen torbada təmiz çəkisi 450 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmaması, sözügedən narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun cibinə və evinə qoyulmasına dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı tədqiq edilmiş mötəbər sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həmin xüsusatlara tənqidi yanaşaraq sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə ittiham irəli sürsə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 455,798 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlaması epizodu üzrə sözügedən narkotik vasitənin əldə edilmə tarixini müəyyən edə bilməmiş və bu halı ittihamın məzmununa daxil etsə də ehtimallar əsasında Təqsirləndirilən şəxs qeyd olunan əməlin təkrar törədilməsi qənaətinə gəlmişdir. Məhkəmə vurğulayır ki, belə olan halda şəxsə Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülməsi yolverilməzdir və nə qədər ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 455,798 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlaması epizodu üzrə sözügedən narkotik vasitənin əldə edilmə tarixi müəyyən deyil ona satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma ittihamı üzrə əməlin təkrar törədilməsi qənaətinə gəlmək qanunsuzdur. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin imperativ tələbinə əsasən Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin məcəllənin 21.2-ci maddəsində isə vurğulanır ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Abbasov X1 Şəhər Xalq Məhkəməsinin 12.08.1976-cı il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 144-cü madddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.07.1979-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Kiyev şəhər Dnepr Rayon Məhkəməsinin 10.08.1982-ci il tarixli hökmü ilə Ukrayna SSR CM-nin 141-ci maddəsilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 06.10.1992-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmiş, 15.07.1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Bundan başqa o, Moskva şəhər Məhkəməsinin 13.06.1996-cı il tarixli hökmü ilə RF CM-in 146-cı maddəsinin 2-ci hissəsi, “A,B”, 102-ci maddəsinin “Q,E” bəndləri ilə təqsirli bilinərək 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22.07.2005-ci ildə Somekan şəhər Məhkəməsinin 12.07.2005ci il tarixli qərarı ilə 03 il 07 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16.12.2013-cü il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 23.02.2015-ci il tarixli qərarı ilə 07 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07.06.2019-cu il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.10ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən X5 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07.06.2019-cu il tari hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay 20 gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq hökmlərin məcmusu üzrə ona qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Probasiya Şöbəsinin 07.12.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkərməsinin 1(044)-46/2021 saylı, 27.01.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 24.02.2021-cı il tarixdə şöbədə qeydiyyata alınmış və cəza müddəti hesablanmağa başlamışdır. Təqsirləndirilən şəxs oğiu bu günkü tarixədək barəsində olan 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 09 ay 13 gün hissəsini çəkmiş, 01 il 08 ay 13 gün hissəsi çəkilməmiş qalmışdır. Qeyd olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini cəza çəkdiyi dövrdə törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan Gəncə şəhər Nizami Rayon Məhkərməsinin 1(044)-46/2021 saylı, 27.01.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 8 aydan ibarət hissəsi hazırki hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 1(044)-46/2021 saylı, 27.01.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 8 aydan ibarət hissəsi 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 03 may 2021-ci il tarixli 681 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroinindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən 93-1.2. Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20.04.2021-ci il tarixdən 22.04.2021-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalı, cəzaçəkmənin əvvəli 20.12.2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,504 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,598 qram olan narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evdən aşkar aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 449,8 qram olan narkotik vasitə qurudulmuş marixuana Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, həmçinin 20 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış keçirilməsi zamanı, istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd “CD” disk iş cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,504 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,598 qram olan narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evdən aşkar aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 449,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 20 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış keçirilməsi zamanı, istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskin, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd “CD” diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 186 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03.05.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20.04.2021-ci il tarixdən 22.04.2021-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 3 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 1(044)- 46/2021 saylı hökmü ilə ona təyin edilmiş cəzanın azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 8 ay ibarət hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək qəti olaraq Təqsirləndirilən şəxs 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edislin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı tutulduğu 20.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,504 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,598 qram olan narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evdən aşkar aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 449,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 20 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış keçirilməsi zamanı, istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskin, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd “CD” diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-368/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-368/2021
20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver