Məhkəmə qərarları › İş №1(100)-368/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-368/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-368/2022 19.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrəİdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncəşəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Kəlbəcər rayonu, Susuzluq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, Kəlbəcər rayonu, Susuzluq kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Qaradəmirçi kəndində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Gəncəİstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ən e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki, o, 2022-ci ilin aprel ayında Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanununun İİİ siyahısınа əsasən külli miqdarda, yəni 16 (on altı) ədəd ümumi təmiz çəkisi 65 qram оlan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib, yetişdirməklə kultivasiya etmiş, 21 iyun 2022-ci il tarixdə saat 06:30 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirlən zaman onun tərəfindən kultivasiya edilmiş 16 (on altı) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Аzərbаycаn Rеspublikаsının CM-in 237.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında yaşadığı Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində ara yol ilə gedərkən yerdən bir ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarının olduğubüküm tapmışdır. Narkotik vasitələrdən istifadə etdiyi üçün toxumların çətənə bitkisinə aid olduğunu bilmiş və onlarışəxsi istifadəsi üçün yaşadığı evə apararaq plastik su qablarının baş hissəsinin kəsərək ayrı-ayrılıqda həmin qablara əkmişdir. Toxumlardan 17 ədəd kol bitsə də, sonradan bitmişşitillərə qulluq edən zaman birini ehtiyatsızlıqdan məhv etmişdir. Daha sonra getdikcə boy atan çətənə kollarını yaşadığı evin otaqlarından birində pəncərənin gün düşən hissəsində yerləşdirərək onlara xüsusi qulluq etmişdir. O, kolların yaxşı inkişaf etmələri üçün onlara mütəmadi olaraq peyin və su vermişdir. 21 iyun 2022-ci il tarixdə saat 06:30 radələrində polis əməkdaşları yaşadığı evə gəlib onu saxlamış və evində narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu, bu səbəbdən evə baxış keçirəcəklərini bildirmişlər. O, evə baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd edərək bununla bağlıərizə yazmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə evə daxil olmuş və otaqda əkib-becərdiyi narkotik tərkibli bitkiləri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları tərəfindən həmin kollar basdırıldığı qablardan çıxarılaraq qablaşdırılmış və möhürlənmişdir.O, narkotik tərkibli kolları yalnız şəxsi istifadəsi üçün əkmiş, kollardan hər hansışəxsə verməmiş va ya satmamışdır. Daha sonra polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinə gətirmiş, müdafiəçinin iştirakı iləüzərinə baxış keçirilsə də, üzərindən heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Hazırda törətdiyi əməldən peşmandır məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 iyun 2022-ci il tarixdə polis şöbəsinə Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə kollarıəkibbecərməsi, istifadəsi və yaşadığı evdə narkotik vasitələrin saxlanılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün Eşqin Məmmədov, Şahid2, Şahid3 və onun iştirakı iləəməliyyat qrupu təşkil edilmiş və Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən ünvana getmişlər. Baxış keçirilməsində iştirak edərək rəy bildirməsi üçün mütəxəssis qismində aqronom Şahid4 da dəvət edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən çölə çağırılmış və yaşadığı evdə narkotik tərkibli bitkilər əkibbecərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də evə baxış keçirilməli olduğu izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkibbecərdiyini səmimi şəkildə etiraf etmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları və aqronomla birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına mişar daşlarından tikilmiş birmərtəbəli evi göstərərək həmin evin özünə məxsus olduğunu, evin içərisində narkotik tərkibli bitkilərə qulluq etdiyini demişdir. O, evə daxil olduqda giriş hissədən sol tərəfdə olan masanın üzərindəki dibçəklərdə çətənə bitkisinin kollarının olduğunu görmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kolları 2 ay əvvəl əkdiyini söyləmişdir. Aqronom kollara baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra kollar nömrələnib bir-bir çıxarılmış və sayılaraq 16 ədəd olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra tərəzidə çəkilib kütlələri müəyyənləşdirilmiş və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılıb götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Ardınca onun və adlarını qeyd etdiyi polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Xanım İsayeva da iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olubolmaması barədə sual verilmiş və müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirərək əynindəki şalvarın cibindən 1 ədəd açar və 1 ədəd 20 qəpik pul çıxarıb göstərmişdir. Şübhəli şəxsin üzərində axtarış aparılsa da, heç bir qanunsuz əşya və predmet aşkarlanmamış, şəxsin təqdim etdiyi əşyalar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, digər şəxslərlə birlikdə həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 21 iyun 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək onu şəxsin yaşadığıünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Həmin gün saat 07:00 radələrində onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən ünvana yollanmışlar. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmışdır. Təqsirləndirilən şəxs evin darvazası qarşısına çıxanda həmin şəxsə yaşadığıünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də evə baxış keçirilməli olduğu bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazı olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs ərizə yazıb imzamaqla buna heç bir etirazı olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına mişar daşlarından tikilmiş birmərtəbəli evi göstərərək həmin evin özünə məxsus olduğunu, evin içərisində narkotik tərkibli bitkilərə qulluq etdiyini demişdir. Evə daxil olduqda o, giriş hissədən sol tərəfdə olan masanın üzərindəki dibçəklərdə çətənə bitkisinin kollarının olduğunu görmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kolları göstərərək onları 2 ay əvvəl əkdiyini qeyd etmiş, ardınca o, kollara baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra kollar nömrələnmiş, bir-bir gövdələrindən tutub çıxarılmış və sayılaraq 16 ədəd olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra tərəzidəçəkilib kütlələri müəyyənləşdirilmiş və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılmışlar. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, o isə baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında ”protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2022-cu il tarixdəşübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Аzərbаycаn RеspublikаsıƏdliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-bioloji ekspertizasının 21 iyun 2022-ci il tаriхli 16/694 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində“Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş 16 ədəd çətənə kollarına bənzər kollar..” yazıları və imzalar olan sintetik kisədəki, sayı 16 (on altı) ədəd ümumi təmiz çəkisi 65 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aparıcı aqronom (mütəxəssis) Şahid4 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncəşəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2022-ci il tarixli 1037 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış nаrkоmаniya xəstəliyindən əzаb çəkir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X8 Mərkəzinin aparıcı aqronomu Şahid4 21 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Bərdə rayonu Qaradəmirçi kəndində yaşamışTəqsirləndirilən şəxs aşkar edilmiş 16 ədəd çətənə kollarına baxış keçirilən zaman bitkilərin hər birinə ayrıayrılıqda aqrotexniki qaydada qulluq olunduğu və becərildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş baxış keçirilməsi haqqında 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman 16 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 25 dəqiqə 38 saniyə müddətində davam edən videogörüntülərdə 21 iyun 2022-ci il tarixdəTəqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman 16 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilməsi öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 iyun 2022-ci il tarixdə verilmişəməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 21 iyul 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı tikilidən aşkar edilərək götürülmüşçətənə kollarınıəkib-becərməklə kultivasiyası ilə məşğul olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 21 iyul 2022-ci il tarixli 11-750 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Əsədov X3 rayonundan məcburi köçkün düşdükdən sonra Bərdə rayonu, Qaradəmirçi kəndində tək yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə mənfi xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 yanvar 2007ci il təvəllüdlü X5, 21 mart 2008-ci il təvəllüdlü X13 və 25 sentyabr 2012-ci il təvəllüdlü X7 olmaqla üç azyaşlı uşaq vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 21 iyul 2022-ci il tаriхli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 22 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum edilmiş, 20 iyun 2016-cı il tarixdə həbs olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək 03 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı müddət nəzərə alınaraq 01 il 10 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 14 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon məhkəməsinin 20 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilinsə də, Azərbaycan Respublikasının CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə 01 il 10 gün vaxtından əvvəl şərti azad olunmuş, 24 noyabr 2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, 12 may 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmiş və Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmişTəqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüşümumi təmiz çəkisi 64,84 qram olan 16 ədəd narkotik tərkibli çətənə bitkisi və baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündəəks etdirən 01 ədəd “DVD” disk 22 iyul 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrəəhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağstafa rayon Məhkəməsinin 22 iyun 2022-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərədə tutulan cinayətin tərkibi vadır. Təqsirləndirilən şəxs özünə məxsus evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının qanunsuz olaraq əkib-becərməklə kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi iləəlaqədar qeyd edir ki, elmi mənasına görə“kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündəəks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunlarıəkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməli, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Bakışəhəri Xəzər rayon məhkəməsinin 05 fevral 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə 01 il 10 gün vaxtından əvvəl şərti azad olunmuş, 24 noyabr 2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ümumiyyətlə çəkilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 128-ci maddəsinin baş vermə vaxtını və hökmün tarixini, habelə hazırkı iş üzrə CM-nin 237-ci maddəsində nəzərdə tutulan “əkmə”nin tarixini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 18 sentyabr 2020-ci il tarixli qərarının müddəalarını nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cümaddəsi üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1.-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1.-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran hal kimi residivinin olmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 21 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş“həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. . Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdərayon Polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş ümumi təmiz çəkisi 64,84 qram olan 16 ədəd narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəüzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməldir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. İş üzrə mülki iddia , xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasıilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasınıciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinəəsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Bərdərayon Polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş ümumi təmiz çəkisi 64,84 qram olan 16 ədəd narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi Bərdərayon Polis şöbəsinə və «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. İş üzrə 30 (otuz) manat 40 (qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar