Məhkəmə qərarları › İş №1(100)-368/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-368/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-368/2024 10.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X9 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X4 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1975-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Düyərli kəndinin ərazisində, Şəmkir şəhəri istiqamətinə olan avtomobil yolunun kənarında yabanı halda bitmiş çətənə (kannabis) kollarının yarpaqlarını toplayıb qurudaraq, 03 sentyabr 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini qara rəngli polietilen torbaya, digər hissəsini isə kibrit qutusuna yığaraq üzərində saxlamaqla yaşadığı Gədəbəy rayonuna aparmaq məqsədilə Şəmkir şəhəri istiqamətinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs həmin gün saat 15 radələrində Şəmkir rayonu ərazisində “Dördyol” adlanan ərazidə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisində 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 7,36 qram çəkidə, eləcə də üzərindən aşkar edilmiş həmin qurudulmuş marixuana ilə tərkibinə görə eynilik təşkil edən əlində olan qara rəngli polietilen torbanın içərisindəki külli miqdarda, yəni təmiz çəkisi 1970 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Şahid6la birlikdə Gədəbəy rayonunun bazar deyilən yerindən Şəmkir rayonuna getməyi qərara almışlar. Onun əvvəllər Xaliqlə tanışlığı olmamış, o, Rusiya Federasiyasına getmək üçün deportasiya ilə bağlı aviakassadan məlumat almaqdan ötrü Şəmkirə getmiş, Xaliq də Şəmkirdə işinin olduğunu bildirib birlikdə taksi ilə getməyi demişdir. Taksi sürücüsü həmkəndlisi olmuşdur. Onlar birlikdə həmin taksi ilə Şəmkir rayonunun dördyol adlanan yerinə getmiş, Xaliq görüşünün burada olduğunu, görüşdükdən sonra isə aviakassaya yaxınlaşıb onun işini həll etməyi, sonra isə birlikdə Gədəbəy rayonuna qayıtmağı demişdir. O da sonuncu ilə razılaşmışdır. Şəmkirdə dördyol deyilən yerdə taksidən düşdükdən sonra o, bir siqaret yandırmış, Xaliq isə telefonla danışa-danışa təxminən 10 metr ondan uzaqlaşmışdır. O, həmin vaxt taksinin yanında siqaret çəkmişdir. Sonra 10-15 metr məsafədən Xaliqin əli ilə onu çağırdığını görüb sonuncuya yaxınlaşanda Xaliq ona görüşünün burada olacağını və burada bir az gəzişməyi demişdir. Gəzişən zaman Xaliq ondan bir qədər irəlidə getmişdir. Onlar gül kollarının yanına çatanda Xaliq əlini atıb kolun dibindən bir paket götürərək skamyanın üzərinə qoymuş və ona həmin paketin yanında dayanmağını, özünün isə gedib marketdən başqa paket alıb gələcəyini demişdir. O, həmin vaxt bunun nə isə oyun olduğunu anlamış, çünki onun başına gələn birinci oyun deyildi, bundan əvvəl də üç dəfə oyuna düşmüşdür. O, Xaliqə sonuncunun özünün paketinin yanında durmasını, özünün isə gedib paket alaraq gələcəyini demişdir. Xaliqdən uzaqlaşanda Şəmkirə gəldiyi taksinin elə onun düşdüyü yerdə dayandığını, yolun digər tərəfində də başqa bir həmkəndlisi olan taksi sürücüsünün Gədəbəy rayonu istiqamətində dayanıb müştəri gözlədiyini görmüşdür. O, arxaya çevriləndə Xaliqin paketi barmağına keçirib onun arxasınca gəldiyini və əli ilə onu çağırdığını görmüşdür. O, yolu keçərək digər taksi sürücüsü olan həmkəndlisinin yanına gedib Gədəbəyə getməyi demişdir. Taksi sürücüsü də müştəri olmadığını, müştəri olduqdan sonra gedəcəyini demişdir. O da müştərinin verəcəyi pulu özünün verəcəyini dedikdə sonuncu razılaşmışdır. Çünki o, artıq oyunun içərisində olduğunu hiss etmişdir. O, avtomobilin qapısını açıb ön oturacaqda əyləşmişdir. Bir qədər sonra Xaliq də əlində paketlə həmin avtomobilin arxa qapısını açıb əyləşmişdir. Xaliq avtomobilə əyləşən kimi Müşfiq adlı polis əməkdaşı və adlarını bilmədiyi daha iki polis əməkdaşı avtomobilin yanına gəlmişlər. Həmin vaxtı avtomobilin qapısı açıq olmuşdur. Müşfiq adlı polis əməkdaşı arxa oturacaqdakı paketi Xaliqin əlindən alaraq onun qoluna taxmışdır. Polis əməkdaşları onu avtomobildən çıxarıb qoluna qandal vurmuşlar və Xaliqlə onu öz avtomobillərinə mindirib Zəyəm polis bölməsinə aparmışlar. Polis Bölməsinə çatanda bölmə rəisi onu pilləkənin başında qarşılamış, həmin vaxt paket də qoluna taxılı olmuşdur. Rəis ondan paketin nə olduğunu soruşanda o, bilmədiyini demişdir. Daha sonra rəis onu vurmağa başlamış və “sənin qolundadır, sənin deyil?” demişdir. Bir qədər sonra onu bölməyə aparan üç nəfər mülki geyimli polisdən biri getmişdi. Onun yanında Müşfiqlə adını bilmədiyi digər polis əməkdaşı qalmışdır. Onu otağa aparmışlar və polis ona “sənə 15 dəqiqə vaxt veririk yaxşı fikirləş, bu paket sənindir” demişdir. O isə paketin özünə məxsus olmadığını demişdir. 15 dəqiqə keçdikdən sonra onu təpik və yumruq zərbələri ilə döymüşlər. O, özünü İrəvanda əsir kimi hiss etmişdir. O, buna dözməyib polislərlə razılaşmış və ondan əl çəkmələri üçün nə varsa özünün olmasını etiraf edəcəyini demişdir. Bundan sonra rəisləri gəlib cibinə kağızda nəsə qoyaraq “bu da məndən sənə yadigar, heroindir” demişdir. Polislər ona “Şəmkir rayonuna, Düyərli qəsəbəsinə işləməyə gəldiyini, işdən çıxıb evə gedəndə yabanı halda bitdiyini görüb yığdığını, quruması üçün oradakı fəaliyyət göstərməyən yanacaq doldurma mərkəzinə sərdiyini, sonra da Gədəbəyə getdiyini, 25-30 gün sonra gəlib nəşəni götürərək Şəmkirə gedən zaman dörd yol deyilən yerdə polis əməkdaşlarının onu tutduğunu” deməyini bildirmişlər. Daha sonra o, polislərin dedikləri yerə getmiş, hansı ki o, həmin yeri tanımamış, Müşfiq adlı polis əməkdaşı göstərmiş, o da razılaşmış və Zəyəm polis bölməsində çəkiliş olmuşdur. Ona görə də Xaliqin götürdüyü paketi və kibrit qutusunu polislər onun üzərinə qoymuş, o, çəkiliş vaxtı onu öyrətdikləri kimi danışmış, polislər də çəkiliş edib yazmışlar. Sonra da onu Şəmkir RPŞ-ə aparmışlar. Onun heç nədən xəbəri olmamış, nə üçün başına belə iş gəldiyini də anlamamışdır. Kimsəsiz və xəstə insan olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər narkotik vasitə istifadə etmiş, 2007-ci ildə həbs olunduqdan sonra isə narkotik qəbul etməmiş və tövbə etmişdir. O, narkotik vasitəni Azərbaycanda yox xaricdə istifadə etmişdir. Xaricdə olan zaman kokain, heroin, nəşə, bir sözlə narkotik vasitənin hər növündən istifadə etmişdir. Onun məhkumluğu Azərbaycanda olmuş və həmin məhkumluqlar narkotiklə bağlı olmuşdur. Sonuncu dəfə 2018-ci ildə həbs olunmuş, o zaman da polis əməkdaşları marixuananı üzərinə qoymuş, halbuki o, 2007-ci ildən narkotik vasitə istifadə etməmişdir. Onu narkoloji ekspertizaya aparmışlar, o, məhkəmədə danışdığı həqiqəti həkimə də danışmış, həkim onu sorğu-sual etmiş, o, 2007-ci ildən narkotik vasitə istifadə etmədiyini bildirmiş, lakin ekspertin rəyində nə yazdığını bilməmişdir. Onun üzərində paketdən başqa polislərin qoyduğu kibrit qutusu da olmuş və polislər ona kibrit qutusunu cibinə qoymağını demişlər. O, üzərinə bir sellofan torba marixuana qoyduqları halda kibrit qutusuna nə ehtiyac olduğunu bilməmişdir. Gədəbəy rayonuna getmək istədiyi taksi sürücüsünün adı Şahid7 olmuş və onu sonuncunun avtomobilinə əyləşəndə saxlamışlar. Şəmkir rayonuna gəldiyi taksi sürücüsünün adı isə Elçin olmuşdur. O, tez-tez spirtli içki qəbul etməmiş, satdığı əşyaları da işsizlikdən satmış, çünki işsizliyə görə hər yerə müraciət edib iş tələb etmiş, lakin işlə təmin edilməmiş, ona görə də məcbur olub öz əşyalarını satmışdır. Onu döyən polis əməkdaşlarından birinin adı Müşfiq olmuş, onu döyəndə qolunu burmuşlar, qolunu hərəkət etdirə bilməmiş, xəsarətləri ilə bağlı yanına nə həkim, nə də ki digər yoxlama gəlmişdir. Müvəqqəti saxlama yerinə və istintaq təcridxanasına daxil zaman onu xəsarəti ilə bağlı sorğu-sual edib baxmamışlar, sanksiya üçün məhkəmədə olanda da hər şeyi hazırda danışdığı kimi danışmışdır. Çəkilişdən bir gün sonra onu Şəmkir RPŞ-yə aparmışlar, o, polis əməkdaşlarına bunların ona aid olmadığı halda necə özünün olduğunu söyləyə biləcəyini dedikdə polis əməkdaşları yenidən onu döymüş, onu plantasiya olan yerə aparıb bir də danışmalı və çəkiliş aparılmalı olduğunu demişlər. Şahid6 ona qarşı niyə belə etdiyini bilməmiş, o, ibtidai istintaq dövründə Xaliqin adını çəkməmiş, ilk dəfə məhkəmədə demiş, sonuncu ilə aralarında əvvəllər narazılıq olmamışdır. O, hadisə günü Şəmkirə gedəndə üzərində mobil telefon olmamış, Gədəbəy rayonundan Şəmkir rayonuna həmkəndlisi Elçinin avtomobilində Xaliqlə birlikdə gəlmiş, həmin vaxtı saat 11 radələri olmuş, Şəmkirə gəldikləri taksi Gəncəyə gedən marşrutların yanında dayanmışdır. Xaliq Gədəbəy rayonundan Şəmkir rayonuna gələndə yolda telefonla danışmamış, taksidən düşəndən sonra telefonla danışa-danışa 15 metr qabağa getmiş, sonra da onu əli ilə çağırıb görüş yerinin bura olduğu üçün burada gəzişməyi demişdir. O, heç vaxt Xaliqlə ortaq işləməmiş, sadəcə bir-iki dəfə birlikdə sonuncunun əmisi oğlu usta olduğu üçün yanına fəhləliyə getmişdir. Xaliq paketi yolun sağında olan gül kollarının dibindən götürmüş və ona paketin yanında durmağını, özünün isə marketdən paket alıb gələləcəyini demişdir. O, həmin vaxt oyun olduğunu başa düşüb Xaliqə özünün paketin yanında durmasını, marketdən paketi isə onun alacağını demişdir. Sonra yolu keçib Bayramın avtomobilinə əyləşmiş, Xaliq də arxası ilə avtomobilə əyləşmiş və həmin vaxtı polislər onu tutmuşdur. Polis əməkdaşı paketi Xaliqin əlindən alıb onun qoluna keçirmişdir. Polis əməkdaşlarının onun üzərinə qoyduqları kibrit qutusunun içərisində marixuana olmuş, polis rəisinin kağızda cibinə qoyduğu heroini isə sonra götürmüşlər. Polis bölməsinin rəisi onu döymüş, o, həmin şəxsin adını bilməmiş, həmin şəxs bir dəfə əli ilə qarnına, sonra da sillə ilə vurmuşdur. Digər polis əməkdaşları da onu yumruqla döymüşlər, o, müvəqqəti saxlama yerinə və istintaq təcridxanasına daxil olanda bədənində xəsarət olmamış, ibtidai istintaq vaxtı döyülməsi faktı ilə bağlı Baş Prokurorluğa və Ombudsmana şikayət etmiş, həkim gəlmiş, onu ağrıyan halda həkimin yanına qaldırmışlar, həmin şəxsin həkim olduğunu bilməmiş, həmin şəxs ondan ağrıyıb-ağrımadığını soruşmuş, o da ağrıdığını demişdir. Prokurorluqda qəbul olunmuş qərardan şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə və həmin ifadəsinə dair videoçəkiliş nümayiş etdirilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, əvvəllər mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmiş, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən tutulanadək narkotik vasitələrin daha çox marixuana növündən və kokain növündən istifadə etmiş, əvvəllər narkotik vasitə istifadəçisi olduğu üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olmuş, 2023-cü ilin dəqiq yadında qalmayan günündə Şəmkir rayonu, Düyərli kəndinə fəhləlik üçün gəlmiş, tanımadığı şəxsə məxsus istilikxanada bir neçə gün işlədikdən sonra işini qurtarıb yaşadığı Gədəbəy rayonuna getmək qərarına gəlmiş, həmin işlədiyi şəxsə məxsus istilikxana elə yerdə olmuş ki, Düyərli kəndinin ərazisində olmasına baxmayaraq yaşayış yerindən kənarda olmuşdur. İşlədiyi yerdən çıxıb Şəmkir şəhərinə gələn zaman Düyərli kəndi ərazisində yolun kənarında özü narkotik vasitə olan marixuanadan istifadə etdiyi və tərkibində narkotik vasitə olan çətənə kollarını tanıdığı üçün çətənə kollarını görmüş, həmin kolların yarpaqlarını yolub qurudaraq istifadə etmək qərarına gəlmiş, tərkibində narkotik vasitə olan çətənə kollarına yaxınlaşmış və yarpaqlarını yolmağa başlamışdır. Çətənə kollarının yarpaqlarını yolub bir qədər topladıqdan sonra həmin yarpaqları aparıb heç kimin görməyəcəyi yerdə sərmiş, həmin yer insanların çox gediş gəlişi olmayan yer olduğu üçün Gədəbəy rayonuna getdikdən sonra qayıdıb həmin çətənə kollarının sərdiyi yarpaqları yığıb aparacağını fikirləşmişdir. O, Gədəbəy rayonuna getmiş, 03 sentyabr 2023-cü il tarixdə Gədəbəy rayonundan çıxıb tanımadığı şəxsə məxsus taksi ilə Şəmkir rayonuna gəlmiş, Şəmkir rayonu, Düyərli kəndi ərazisində sərərək qurumasını gözlədiyi tərkibində narkotik vasitə olan çətənə kollarının yarpaqlarını gizlətdiyi yerə getmiş və çətənə kollarının yarpaqlarının qurduğunu görmüşdür. Özü ilə evdən çıxan zaman qara rəngli torba götürərək həmin çətənə kollarının yarpaqlarını içərisinə yığan zaman kimsə görməsin deyə fikirləşmişdir. O, həmin torbaya çətənə kollarının qurumuş yarpaqlarını yığmış, həmin vaxt siqaret çəkdiyi üçün cibində kibrit qutusu olmuş, həmin kibrit qutusuna çətənə bitkisindən yığdığı yarpaqları yolda rahat bir yerdə istifadə edəcəyini fikirləşib kibrit qutusunun içərisinə doldurmuş, Gədəbəy rayonuna getmək üçün Şəmkir rayonu ərazisində “4 Yol” adlanan yerə gələrək taksi ilə Gədəbəy rayonuna getmək istəmiş, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib onlarla birlikdə Şəmkir rayon PŞnin Zəyəm PB-nə gedəcəyini demişlər. Onlara heç bir etiraz etməmiş və onu içərisində narkotik tərkibli çətənə kollarının qurumuş yarpaqları olan 01 ədəd qara rəngli torba ilə birlikdə Zəyəm PB-nə aparmışlar. Sonra Şəmkir rayon polis şöbəsinin Zəyəm PB-nin inzibati binasında müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra video görüntü vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. O, masaya doğru yaxınlaşıb əlində olan və içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan qara rəngli torbanı təqdim etmiş, həmin torbaya baxış zamanı içərisindəki kütlənin marixuana olması müəyyən olunmuş, sonra bir ədəd içərisində narkotik vasitə marixuana olan 01 ədəd qara rəngli sellofan torba elektron tərəzidə çəkilmiş və 2070 qram olması müəyyən olunmuşdur. Əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı içərisində narkotik vasitə marixuana olan bir ədəd kibrit qutusunu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxarıb masaya qoymuş, onun təqdim etdiyi bir ədəd kibrit qutusuna baxış keçirildikdə həmin bir ədəd kibrit qutusunun içərisində marixuana olması müəyyən olunmuş, bundan sonra bir ədəd içərisində narkotik vasitə marixuana olan kibrit qutusu ilə birlikdə çəkisi 6,8 qram olduğu müəyyən edilmiş, videoçəkiliş zamanı içərisində marixuana olan 01 ədəd sellofan torba və içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusu qablaşdırılmış və üzəri möhürlənmişdir. Sonra tərtib edilmiş protokola başqa iştirakçılar kimi o da imza etmiş və videoçəkiliş dayandırılmışdır. O, narkotik vasitənin marixuana növündən mütəmadi olaraq istifadə etmiş və alqı-satqısı ilə məşğul olmamış, ona polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək polis əməkdaşları tərəfindən ona qarşı qanunsuzluğa yol verildiyini, narkotik vasitə olan marixuananın ona məxsus olmadığını, polislər tərəfindən döyüldüyünü, bu səbəbdən də videoçəkiliş zamanı məcbur olub üzərinə qoyulan marixuananın özünə məxsus olduğunu etiraf etdiyini qeyd edərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, qolu onu döydüklərindən bir ay sonra düzəlmiş, həmin müddətdə qolunu tərpədə bilməmiş, onu əvvəl hazırlayıb sonra çəkiliş etmişlər, onu döydükləri üçün etiraf etmiş, vəkilə düzünü demək üçün imkanı olmamış, çünki vəkilin yanında da onu döymüşlər, ibtidai istintaq zamanı vəkili Akif İsmayılovun iştirakı ilə məhkəmədə verdiyi kimi ifadə versə də, çəkiliş vaxtı onu döydükləri üçün məcbur olub etiraf məzmunlu ifadə vermişdir. O, sonradan vəkilə hər şeyi danışmışdır. İfadəsini dəyişməsinin səbəbi polis əməkdaşlarının artıq onu döyə bilməyəcəklərini bilməyi olmuşdur. O, saxlanılan zaman polis əməkdaşlarına “yerə düşək kişi kimi danışaq” demişdir. O, həkimə aşkar edilmiş narkotik vasitəni çöldən yığdığını deməmiş, həkim ümumiyyətlə bu barədə ondan heç nə soruşmamış, polis əməkdaşları tərəfindən döyüldüyü üçün video çəkiliş zamanı aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu bildirmiş, video çəkiliş zamanı cibindən aşkar edilmiş kibrit qutusundakı narkotik vasitəni polis əməkdaşları üzərinə qoymuş, içərisində narkotik vasitə olan paketi üzərinə qoymalarına baxmayaraq əlavə kibrit qutusunda narkotik vasitəni hansı səbəbdən üzərinə qoyduqlarını bilməmiş, o, təzyiq altında olduğu üçün etirafedici ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2023-cü il tarixində Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirmişlər. Əməliyyat qrupunda o, Şahid4, Şahid3 və Şahid2 iştirak etmişdir. Şəmkir şəhərində 4 yol adlanan ərazidə Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Zəyəm polis bölməsinə gətirilmişdir. Bölmədə sonuncunun üzərində şəxsi axtarış aparılmış və sellofan torbada olan narkotik vasitə marixuana aşkar edilmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, məzmunu Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi ilə bağlı olmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs olmuş və əlində sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan ərazidə taksilər dayanmışdır. Saxlanılma zamanı kiminsə Mübarizi gözləməsi, yaxud Mübarizlə sövdələşməsi barədə bir şey müəyyən etməmişlər. Ola bilsin ki, Təqsirləndirilən şəxs Gədəbəy rayonuna qayıdacaqdı, çünki onun istiqamətində olan taksilər Gədəbəy rayonuna gedir. Saxlanılan zaman Təqsirləndirilən şəxs şifahi formada əlindəki sellofan torbada marixuana olduğunu bildirmiş, bundan sonra da onlar sonuncunu bölməyə dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxs təxminən saat 15 radələrində saxlamışlar. Ümumiyyətlə əməliyyat tədbiri qısa bir müddət ərzində həyata keçirildiyindən bu vaxt daxilində Mübarizdən “Gədəbəy rayonundan nə vaxt gəlməsi, yaxud nə vaxt getməsi” barədə suallar vermək üçün imkan olmamışdır. Onlar Zəyəm polis bölməsində işlədiyi üçün Təqsirləndirilən şəxs Şəmkir RPŞ-yə deyil, Zəyəm polis bölməsinə aparmışlar. Mübariz Şəmkir rayonu, Düyərli kəndi ərazisində yabanı halda bitmiş marixuananı yığdığını, qurutduğunu və saxladığını demişdir. Onlar Təqsirləndirilən şəxs taksinin qabaq sağ oturacağında olarkən deyil, taksinin qarşısında saxlamışlar. Mübariz saxlanılarkən o, taksidə arxa oturacaqda olan sərnişindən narkotik vasitə olan torbanı götürüb Mübarizə verməmişdir. O, Təqsirləndirilən şəxs döyməmiş və sonuncunun nə üçün belə dediyini bilməmişdir. Saxlanılarkən və bölməyə aparılarkən Təqsirləndirilən şəxs hər hansı bir psixoloji və fiziki təsir göstərilməmişdir. O, şəxsi axtarışda iştirak etməmiş, sadəcə sonradan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edildiyini bilmişdir. Müstəntiqin ifadəsini nə üçün həmin formada qeyd etdiyini bilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Zəyəm PBnin polis sahə rəisi Şahid2, RPŞ-nin Zəyəm PB-nin polis nəfəri Şahid4, RPŞ-nin Zəyəm PB-nin polis nəfəri Şahid3, eləcə də məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Zəyəm PB-nin rəisi Şahid1 Şahid5 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə saat 11-12 radələrində fəhlə işi tapmaq üçün yaşadığı Gədəbəy rayonundan Şəmkir şəhərinə gəlmiş, lakin iş tapa bilməmişdir. Bundan sonra yenidən Gədəbəy rayonuna qayıtmaq istəmişdir. Bu zaman orada taksi fəaliyyət göstərən həmkəndlisi Şahid7ovu görüb sonuncuya yaxınlaşmışdır. Şahid7 1 nəfər də müştəri gəldikdən sonra Gədəbəy rayonuna gedəcəyini demişdir. Belə ki, həmin vaxt avtomobildə ondan başqa iki nəfər tanımadığı qadın olmuşdur. Bundan sonra həmkəndlisi Təqsirləndirilən şəxs da Şahid7 yaxınlaşıb Gədəbəy rayonuna getmək istədiyini demişdir. Mübariz avtomobilə əyləşdikdən sonra 4 nəfər mülki geyimli şəxs avtomobilə yaxınlaşaraq sonuncunu avtomobildən düşürüb aparmışlar. Sonradan bildiyinə görə Təqsirləndirilən şəxs avtomobildən düşürən şəxslər polis əməkdaşları olmuş və Mübarizi polis şöbəsinə aparmışlar. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, polis əməkdaşları onu şöbəyə aparmamış, sonradan bildiyinə görə polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı saxlamış, Təqsirləndirilən şəxs 4 nəfər mülki geyimli şəxs yaxınlaşmış, o, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq göstərilməsini görməmiş, polis əməkdaşları yaxınlaşarkən Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərməmiş, sonuncular yaxınlaşan zaman Təqsirləndirilən şəxs avtomobildə əyləşmişdir. Mülki geyimli şəxslər yaxınlaşdığı zaman Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs yaxınlaşan mülki geyimli şəxslər sonradan özlərini təqdim etdikləri üçün o, sonuncuların polis əməkdaşları olduqlarını bilmişdir. Onlar Təqsirləndirilən şəxs öz avtomobillərinə mindirib aparmışlar. Təqsirləndirilən şəxs həmin vaxt sakit formada dayanmış, heç bir etiraz etməmişdir. Şahid7 avtomobilini taksilər dayanan tərəfdə üzü “Oba” market istiqamətində saxlamışdır. O və Şahid7 avtomobilin yanında dayandığı vaxt Təqsirləndirilən şəxs əlində qara rəngli bir paketlə onlara yaxınlaşmışdır. Sonuncu avtomobilə əyləşən kimi 4 nəfər mülki geyimli şəxs yaxınlaşıb onu aparmışdır. Avtomobildə o, arxa oturacaqda, Təqsirləndirilən şəxs isə əlində paketlə qabaq oturacaqda əyləşmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayan zaman heç kim sonuncunun üzərinə paket atmamış, saxlanılan zaman polis əməkdaşları Təqsirləndirilən şəxs döyməmiş, Təqsirləndirilən şəxs avtomobilə tərəf gələndə bir qədər həyəcanlı olmuşdur. Onun əvvəllər Mübarizlə aralarında narazılıq olmuş, sonuncu bir neçə dəfə spirtli içki qəbul etdikdən sonra onunla dalaşmış, ümumiyyətlə də Mübariz spirtli içki aludəçisi olmuşdur. O, həmkəndlisi Şahid8 idarə etdiyi avtomobillə Gədəbəy şəhərindən Şəmkir şəhərinə gəlmiş və həmin vaxtı Təqsirləndirilən şəxs da onunla eyni avtomobildə gəlmişdir. Şahid8 yalan danışmış, onun əlində paket olmamış, Elçin onları oraya düşürdükdən sonra heç Şəmkir dairəsinə qayıtmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Gədəbəy-Şəmkir marşrutu üzrə özünə məxsus “VAZ-21074” markalı, **- BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin sentyabr ayında Şəmkir rayonu 4 yol adlanan ərazidə Gədəbəy rayonuna aparmaq üçün sərnişin çağırmışdır. Bu zaman Şahid6 və Təqsirləndirilən şəxs ona yaxınlaşıb rayona getmək istədiklərini demişlər. O da avtomobilə əyləşmələrini demişdir. O, avtomobilə əyləşib mühərriki işə saldığı vaxt iki mülki geyimli polis əməkdaşı Təqsirləndirilən şəxs avtomobildən çıxarmışlar və özləri ilə birlikdə aparmışlar. İfadəsinin davamı olaraq Şahid7 bildirmişdir ki, avtomobilə əyləşəndə Təqsirləndirilən şəxs əlində qara rəngli paket olmuş, həmin vaxtı onun avtomobilində Mübariz, Xaliq və tanımadığı bir nəfər olmuşdur. Xaliq və Mübariz Gədəbəy rayonuna getmək üçün avtomobilinə birlikdə yaxınlaşmışlar, onlardan sonra da tanımadığı bir nəfər gəlmişdir. Mübariz ona yaxınlaşanda o, sonuncuda hər hansı fərqli emosional vəziyyət hiss etməmişdir. O, avtomobilini həmişə Şəmkir şəhərinin dairəsində Şəmkir istiqamətindəki dayanacaqda saxlamışdır. O, Təqsirləndirilən şəxs yolu Gəncə şəhəri istiqamətindən onun olduğu tərəfə keçdiyini görmüşdür. Yolu keçərkən Təqsirləndirilən şəxs əlində paket olub-olmasına fikir verməmiş, lakin polis əməkdaşları Təqsirləndirilən şəxs onun avtomobilindən çıxaran zaman sonuncunun əlində paket olduğunu görmüşdür. Təqsirləndirilən şəxs avtomobildə qabaq sağ, Xaliq isə arxa sağ oturacaqda əyləşmişdir. Mübariz və Xaliq avtomobilə əyləşən zaman o, digər sərnişinin yükünü baqaja qoyduğu üçün sonunculardan hansınınsa əlində paket olduğuna fikir verməmişdir. Polis əməkdaşları avtomobilə sağ tərəfdən yaxınlaşmış, bu zaman o, sükan arxasında əyləşmişdir. Polis əməkdaşları yaxınlaşan zaman Şahid6 Mübariz tərəfə, yaxud polis əməkdaşlarının özlərinin qapını açdıqdan sonra Mübarizin üzərinə hər hansı paket atmasını görməmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı təzyiq göstərilməsini də görməmişdir. Təqsirləndirilən şəxs avtomobildən çıxanda paket sonuncunun əlində olmuşdur. O, Mübarizin “bu nədir mənim üzərimə atdınız” deyə polis əməkdaşlarına etiraz etməsini görməmişdir. O, sadəcə Mübarizin polis əməkdaşlarına “yerə düşək kişi kimi danışaq” dediyini eşitmişdir. Avtomobilə əyləşməmişdən qabaq Xaliq və Mübarizlə bir qədər söhbət etmişlər, polis əməkdaşlarının hər ikisi qabaq sərnişin qapısına yaxınlaşmış, birinci Mübarizi, sonra isə Xaliqi polislər avtomobilindən düşürüb aparmışlar. Mübariz ona “avtomobili sür qalan yerlərin pulunu mən verəcəm” deməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Gədəbəy-Şəmkir marşrutu üzrə “VAZ- 21099” markalı avtomobili ilə taksi kimi işləyib ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, xatırladığı qədəri ilə bundan xeyli vaxt əvvəl həftənin bazar günü həmkəndliləri Xaliq və Mübariz Gədəbəy şəhərində bazarın yaxınlığında ona yaxınlaşıb Şəmkir şəhərinə getmək istədiklərini demişlər. O, sonuncularla razılaşmış və əlavə iki nəfər sərnişin də götürüb Şəmkir şəhərinə getmişdir. Xaliq və Mübarizi Şəmkir şəhəri “Dördyol” adlanan əraziyə aparmış və sonuncular da ona yol pulu kimi 5-6 manat vermişlər. Xaliq və Mübariz avtomobildən düşdükdən sonra o, dairənin digər tərəfinə keçib avtomobilində olan o biri sərnişinləri də düşürmüşdür. Bundan sonra o, avtomobilini təmir etmək üçün sexə aparmış, lakin bazar günü olduğundan sex işləməmişdir. O, yenidən Şəmkir şəhərindəki dairəyə qayıtmışdır. Həmin vaxt Şəmkir şəhərinə gələndən təxminən 1 saat keçmişdir. O, kənardan Xaliq və Mübarizin gəldiklərini görmüş, lakin onlar Gədəbəyə geri qayıtmaq üçün ona yox digər həmkəndlisinə yaxınlaşmışlar. Həmin vaxt Xaliqin əlində qara rəngli paket olduğunu görmüşdür. O, Gədəbəyə qayıtmaq üçün müştəri gözləmiş və kənardan Xaliqin əlindəki qara rəngli paketi Mübarizə verdiyini görmüşdür. Bundan sonra 2-4 nəfər Xaliq və Mübarizi tutub öz avtomobilləri ilə aparmışlar. Ertəsi gün Xaliqin Gədəbəy rayonunda olduğunu görmüş, lakin Mübarizi görməmişdir. İfadəsinin davamı olaraq Şahid8 bildirmişdir ki, o, Gədəbəy şəhərindən Şəmkir şəhərinə gəlmək üçün saat 12-13-də yola düşmüş, Gədəbəy şəhərindən Şəmkir şəhərinə gələn zaman Mübariz və Xaliqin əlində heç bir şey olmamış, o, sadəcə Şəmkir şəhərində olarkən kənardan Xaliqin əlindəki qara rəngli paketi Mübarizə verdiyini görmüşdür. Təqsirləndirilən şəxs Şəmkir şəhəri “Dördyol” adlanan ərazidə tutmuşlar və səhv etmirsə həmin vaxt sonuncu avtomobildə əyləşmişdir. Mübarizlə Xaliq ona yaxınlaşmadığı üçün artıq öz işi ilə məşğul olub başqa müştəri axtarmağa davam etmiş, bundan sonra 10-15 metr aralıdan Mübariz və Xaliqin həmkəndlisi olan digər taksi sürücüsünün avtomobilinə əyləşdiklərini, həmin vaxt isə 3 nəfərin Mübarizgilin əyləşdiyi avtomobilə yaxınlaşıb sonuncunu tutaraq qandalladıqlarını görmüşdür. O, Gədəbəy şəhərindən Şəmkir şəhərinə gələrkən yolda Xaliqin və Mübarizin nəinki paket və narkotik barədə, ümumiyyətlə danışdıqlarını eşitməmiş, həmin vaxt Xaliq qabaqda, Mübariz isə arxada əyləşmişdir. O, Mübarizlə Xaliqin həmkəndlisinin avtomobilindən düşürüldüyünü görmüş, sonuncular hər iki avtomobildə əyləşmişdir, Mübariz qabaq oturacaqdan, Xaliq isə arxa tərəfdən düşürülmüşdür. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/878 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Gədəbəy rayonu, Arıxdam kənd sakini Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə” yazı və imzaları olan qara rəngli polietilen paketdəki 01 (bir) ədəd göy rəngli polietilen paketdə olan 1 (bir) ədəd qara rəngli sellofan paketdə təmiz çəkisi 1970 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır; tədqiqata təqdim edilmiş üzərində “Gədəbəy rayonu, Arıxdam kənd sakini Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə bənzər kütlə” yazı və imzaları olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 7,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: marixuananın ümumi təmiz çəkisi – 1977,36 qr., tədqiqata sərf edildi – 0,04 qr., qalıq - 1977,32 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1991 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 722 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəlik əlamətləri aşkar edilmir, onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, ona şamil edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1054 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 15:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 sentyabr 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əlində olan qara rəngli polietilen torbanı təqdim edərək içərisində marixuana olduğunu bildirmişdir. Həmin torbanın içərisinə baxdıqda yaşıl rəngli, spesifik iyli, quru halda narkotik vasitə marixuanaya bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 2070 qram təşkil etməsi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusunu təqdim edərək qutudaki kütlənin də marixuana olduğunu bildirmişdir. Həmin qutuya baxdıqda yaşıl rəngli, spesifik iyli, quru halda narkotik vasitə marixuanaya bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 6,8 qram təşkil etməsi müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs torbanın içərisində olan kütlənin marixuana olduğunu, marixuanadan istifadə etdiyini, əvvəllər dəfələrlə məhkum olunduğunu, bir müddət əvvəl Şəmkir rayonu, Düyərli kəndində istilikxanada fəhləliklə məşğul olduğu vaxt istilikxananın ətrafında gördüyünü, yığdığını və qurudaraq gələcəkdə öz istifadəsi üçün saxladığını, kibrit qutusundaki kütlənin də marixuana olduğunu və həmin kütləni çəkmək üçün ayırıb üzərində saxladığını, 03 sentyabr 2023-cü il tarixdə saat 15-16 radələrində yaşadığı ünvana apardığı vaxt Şəmkir rayonu ərazisində dördyol adlı yerdə Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Şəmkir rayonu, Düyərli kəndi ərazisində yerləşən su kanalının ətrafında yabanı halda bitən ərazini göstərərək üzərindən aşkar olunmuş narkotik vasitəni məhz həmin yerdən tapdığını bildirib törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs Şəmkir rayonu ərazisində üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitə saxlamasında və daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitə saxlamasında və daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:30-da Şəmkir rayonu “Dördyol” dairəsi yaxınlığında saxlanılaraq Şəmkir RPŞ-nin Zəyəm PB-nə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Zəyəm PB-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda marixuananı Şəmkir rayonu, Düyərli kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığaraq qurudub qara rəngli sellofan torbaya və kibrit qutusuna yığaraq istifadə etmək məqsədi ilə üzərində saxladığı, eləcə də onun cəmiyyət arasında narkotik vasitələrin aludəçisi kimi xarakterizə olunması və dəfələrlə narkotik vasitələrdən istifadəsinə görə əvvəllər məhkumluğu olmasını müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli və xx.xx.2018-ci il tarixli hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir rayon prokurorluğunun icraatında olmuş 253 C-23 nömrəli ilkin yoxlama materialından görünür ki, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən ona qarşı qanunsuzluğa yol verilməsi barədə Təqsirləndirilən şəxs müraciəti əsasında Şəmkir rayon prokurorluğunda araşdırma aparılaraq hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Şəmkir rayon prokurorluğunun müstəntiqi X3 qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gədəbəy RİH başçısının Arıqdam kənd İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 1.02.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1977,32 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də telefon danışıqlarına dair özündə məlumatları əks etdirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 ədəd disk və "xxxx" MMC-dən təqdim olunmuş 01 (bir) ədəd iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə RPŞ-nin MSY-nə daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş bir ədəd torbada olan narkotik vasitə marixuananın özünə məxsus olmadığını, həmin narkotik vasitənin Şahid6 məxsus olduğunu və polislər tərəfindən saxlanılarkən Şahid6 həmin torbanı onun qucağına tulladığını, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusundaki narkotik vasitə olan marixuananın da özünə məxsus olmadığını, həmin kütləni onun üzərində polis əməkdaşlarının qoyduqlarını, içərisində narkotik vasitə olan paketi üzərinə qoymalarına baxmayaraq əlavə kibrit qutusunda narkotik vasitəni hansı səbəbdən üzərinə qoyduqlarını bilmədiyini, polislərin ona qarşı qanunsuzluğa yol verərək döydüklərini, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı üzərinə qoyulmuş narkotik vasitə marixuananın özünə məxsus olduğunu etiraf etdiyini və ona qarşı edilmiş psixi zorakılıq nəticəsində ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində Şəmkir rayonu ərazisində dördyol adlı yerdə saxlanılarkən Təqsirləndirilən şəxs əlində paket görmədiyini, həmin qara rəngli paketin ilk əvvəl Şahid6 əlində olduğunu, Şahid6 həmin paketi Təqsirləndirilən şəxs verdiyini və sonuncunun həmin torba ilə birlikdə polis əməkdaşları tərəfindən tutulduğunu gördüyünü bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, eləcə də Şahid8 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətinə dair videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan Şəmkir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportlarda, eləcə də digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs məhz qanunsuz olaraq narkotik vasitə saxlamasında və daşımasında şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirilməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd polietilen torbanın içərisində olan kütlənin marixuana olduğunu, marixuanadan istifadə etdiyini, əvvəllər dəfələrlə məhkum olunduğunu, bir müddət əvvəl Şəmkir rayonu, Düyərli kəndində istilikxanada fəhləliklə məşğul olduğu vaxt istilikxananın ətrafında gördüyünü, yığdığını və qurudaraq gələcəkdə öz istifadəsi üçün saxladığını, kibrit qutusundaki kütlənin də marixuana olduğunu və həmin kütləni çəkmək üçün ayırıb üzərində saxladığını, 03 sentyabr 2023-cü il tarixdə saat 15-16 radələrində yaşadığı ünvana apardığı vaxt Şəmkir rayonu ərazisində dördyol adlı yerdə Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməkdaşları tərəfindən saxlanıldığını etiraf edərək saxlanılan zaman və polis şöbəsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyni göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış, habelə ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq ifadələrini oxuduğunu və doğruluğunu imzası ilə təsdiq etdiyini göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin xüsusatları müdafiəçisinin iştirakı ilə xx.xx.20233-cü il tarixdə təqsirləndirilən şəxs qismində videoçəkliş vasitəsi ilə ifadə verərkən də təsdiq edərək bir daha saxlanılan və polis şöbəsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyni göstərmişdir. O cümlədən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli polietilen torbanı təqdim edərək içərisində marixuana olduğunu bildirmişdir. Həmin torbanın içərisinə baxdıqda yaşıl rəngli, spesifik iyli, quru halda narkotik vasitə marixuanaya bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 2070 qram təşkil etməsi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusunu təqdim edərək qutudaki kütlənin də marixuana olduğunu bildirmişdir. Həmin qutuya baxdıqda yaşıl rəngli, spesifik iyli, quru halda narkotik vasitə marixuanaya bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 6,8 qram təşkil etməsi müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs torbanın içərisində olan kütlənin marixuana olduğunu, marixuanadan istifadə etdiyini, əvvəllər dəfələrlə məhkum olunduğunu, bir müddət əvvəl Şəmkir rayonu, Düyərli kəndində istilikxanada fəhləliklə məşğul olduğu vaxt istilikxananın ətrafında gördüyünü, yığdığını və qurudaraq gələcəkdə öz istifadəsi üçün saxladığını, kibrit qutusundaki kütlənin də marixuana olduğunu və həmin kütləni çəkmək üçün ayırıb üzərində saxladığını, 03 sentyabr 2023-cü il tarixdə saat 15-16 radələrində yaşadığı ünvana apardığı vaxt Şəmkir rayonu ərazisində dördyol adlı yerdə Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Həm təqsirləndirilən şəxsin dindirilməsinə, həm də şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişlərdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə hər iki videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda müdafiəçisinin suallarına qəti olaraq cavab verib üzərindən aşkar edilmiş narkotik vasitəni Şəmkir rayonu, Düyərli kəndi ərazisində yolun kənarından tapdığını, həmin torbadakı marixuana ilə kibrit qutusundaki marixuananın özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, üzərinə heç kimin narkotik vasitə qoymadığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Eyni zamanda şahid qismində dindirilmiş polis əməkdaşları Şahid5, Şahid2, Şahid4, Şahid3 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və narkotik vasitəni üzərində saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayonu ərazisində dördyol deyilən yerdə saxlanıldığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən sonuncuya qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, hər hansı bir polis əməkdaşının onu döymədiyini və üzərinə narkotik vasitə qoymadığını, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunan bir ədəd torbadaki və bir ədəd kibrit qutusundaki narkotik vasitə olan qurudulmuş marixuananı Şəmkir rayonu, Düyərli kəndi ərazisində yolun kənarında yabanı halda bitən çətənə kollarının yarpaqlarını yığaraq qurudub əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişlər. Habelə iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadələrində bir ədəd qara rəngli torbanın Təqsirləndirilən şəxs əlində olduğunu, Təqsirləndirilən şəxs saxlayan zaman Şahid6 və polis əməkdaşlarının sonuncunun üzərinə hər hansı bir torba atdıqlarını, sonuncuya qarşı psixi və ya fiziki zorakılıq hallarına yol verildiyini, eləcə də Təqsirləndirilən şəxs “bu nədir mənim üzərimə atdınız” deyə polis əməkdaşlarına etiraz etməsini görmədiyini bildirmişdir. Qeyd edilən xüsusatları Şahid6 da ifadəsində təsdiq etmiş və əlaqə olaraq göstərmişdir ki, bir ədəd qara rəngli torba Təqsirləndirilən şəxs əlində olmuş, o, sonuncuya hər hansı bir torba verməmiş və saxlanılarkən həmin torbanı Təqsirləndirilən şəxs üzərinə atmamış, bu səbəbdən də sonuncu yalan danışmışdır. O cümlədən iş materiallarında məhkəmə-tibbi ekspertizasının rəyində təqsirləndirilən Təqsirləndirilən şəxs bədəni üzərində tutulan tarixə uyğun zədə və ya xəsarətlərin olması öz təsdiqini tapmamışdır. Eləcə də iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasından və Şəmkir RPŞ-dən daxil olmuş məktublardan da görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını iddia etsə də, tibbi sənədlər ilə onun bədəni üzərində xəsarətin olması öz təsdiqini tapmamışdır. Hətta iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviriəsaslandırıcı hissəsindən görünür ki, narkoloji müayinədən keçərkən həkim komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni ibtidai istintaq zamanı verdiyi ifadələrinə uyğun olaraq çöldən yığını bildirmişdir. Bundan başqa, Şahid8 ifadəsində bir tərəfdən Şəmkir rayonu dördyol adlı ərazidə Təqsirləndirilən şəxsla Şahid6 görən zaman qara rəngli torbanın sonuncunun əlində olduğunu, daha sonra Şahid6 əlindəki həmin torbanı Təqsirləndirilən şəxs verdiyini, sonuncuların orada olan taksiyə mindiklərini və həmin vaxtı üç nəfər mülki geyimli şəxslərin yaxınlaşaraq Təqsirləndirilən şəxs tutduğunu göstərsə də, digər tərəfdən Gədəbəy şəhərindən Şəmkir şəhərinə gələrkən yolda Şahid6la Təqsirləndirilən şəxs nəinki paket və narkotik barədə, ümumiyyətlə danışdıqlarını eşitmədiyini, həmin vaxt Şahid6 qabaqda, Təqsirləndirilən şəxs isə arxada əyləşdiyini, polislər tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxsla Şahid6 həmkəndlisinin avtomobilindən düşürüldüyünü, sonuncuların hər ikisinin avtomobildə əyləşdiyini, Təqsirləndirilən şəxs qabaq oturacaqdan, Şahid6 isə arxa tərəfdən düşürüldüyünü göstərmişdir. Göründüyü kimi Şahid8 bir tərəfdən içərisində narkotik vasitə qurudulmuş marixuana olan qara rəngli torbanın ilk əvvəl Şahid6 əlində olduğunu göstərsə də, digər tərəfdən Şəmkir rayona gələrkən yolda Şahid6la Təqsirləndirilən şəxs ümumiyyətlə yol boyu ünsiyyətdə olmadıqlarını və sonuncuların əlində qara rəngli torba görmədiyini göstərmişdir. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərdiyi xüsusatların həqiqətə uyğun olmasına dair hər hansı bir mötəbər sübut təqdim edə bilmədiyi üçün məhkəmə həmin şəxsin Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla yaxın münasibətdə olmasını nəzərə alıb hesab edir ki, Şahid8 məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar hər hansı bir mötəbər sübutla təsdiq olunmadığı üçün həmin məzmunlu ifadələr uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı təqsirləndirilən şəxsin müraciəti əsasında Şəmkir rayon prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, prokurorluqda aparılmış araşdırma ilə bağlı qəbul edilmiş qərardan şikayət etməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə, eləcə də təqsirləndirilən şəxsin dindirilməsinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin sualına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, üzərindən aşkar edilmiş bir ədəd qara rəngli torbada və bir ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs və dövlət hesabına təyin olunmuş müdafiəçisinin təqsirləndirilən şəxsin müraciəti əsasında Şəmkir rayon prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, təqsirləndirilən şəxsin dindirilməsinə dair videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan quruduluş marixuananın qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana (kannabis) narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 500 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/878 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd qara rəngli sellofan paketdəki və 01 (bir) ədəd kibrit qutusundaki narkotik vasitə olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 1977,36 qram olmaqla külli miqdar təşkil edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 03 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 49 (qırx doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 294 (iki yüz doxsan dörd) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1977,32 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də telefon danışıqlarına dair özündə məlumatları əks etdirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 ədəd disk və "xxxx" MMCdən təqdim olunmuş 01 (bir) ədəd iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1991 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 03 sentyabr 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 294 (iki yüz doxsan dörd) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1977,32 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də telefon danışıqlarına dair özündə məlumatları əks etdirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 ədəd disk və "xxxx" MMCdən təqdim olunmuş 01 (bir) ədəd iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar