Məhkəmə qərarları › İş №1(100)-369/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-369/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-369/2021 09.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühafizəçi işləmiş, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs mühafizəçi işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən aqroparkına aid, həmin kənd ərazisində yerləşən kartof əkin sahəsindən 11 avqust 2021-ci il tarixdə saat 21 radələrində işdən çıxan zaman MMC-də fəhlə işləmiş, X11 mühafizəçilərdən gizli şəkildə özü ilə gətirdiyi çantaya iki kilo kartof yığıb apararkən həmin MMC-nin mühafizə rəisi Şahid9 MMC-nin inzibati binasının qarşısında keçirdiyi yoxlanış zamanı bunu aşkar etməsi və sonuncunun əlindən kartofu alıb anbara təhvil verdikdən sonra, ona və digər mühafizəçilərə irad tutmasından sonra 13 avqust 2021-ci il tarixdə, saat 18 radələrində MMC-nin Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən kartof əkin sahəsinin 24-cü ləki ilə həmsərhəddə yerləşən 1-ci ləkində mühafizəçi kimi vəzifəsinin icrasına başlayarkən, həmin vaxt kartof əkin sahəsində ondan təxminən 100 metr aralı məsafədə oturub istirahət edən fəhlələri görüb kartof oğurluğunun qarşısını almaq məqsədi ilə işdən çıxan zaman bütün fəhlələri yoxlayacağına dair xəbərdarlıq etmiş, bunu eşidən Novruz Mansurov onun bu sözlərindən xoşlanmayaraq cavab qaytarıb üzərinə gəldiyindən əvvəlcə aralarında sözlü mübahisə yaranmış, daha sonra isə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Novruz Mansurovun onun və yaxın qohumlarının ünvanına nalayiq ifadələrlə söyməsindən hiddətlənərək sonuncunu öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün üzərində saxladığı soyuq silah hesab edilməyən turist bıçağı ilə Novruz Mansurovun bədəninə bir dəfə zərbə vuraraq sonuncuya sol döş qəfəsinin 7-8-ci qabırğaarası nahiyəsinə, daxilə nüfuz edərək ürəyin zirvəsinin və sol ağciyərin aşağı payının zədələnməsi və daxili qanitirmə ilə müşayiət olunan, ürəyin və ağciyərin zədələnməsindən törənən kəskin daxili qanitirmə nəticəsində əmələ gələn hemorragik şok nəticəsində ölümünə səbəb olan sağlamlığa ağır zərər vuran kəsilmiş-deşilmiş yara xəsarətini yetirərək Novruz Mansurovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 13 avqust 2021-ci il tarixdə axşam saat 17 radələrində o, mühafizəçi işlədiyi "xxxx" MMC-nin əsas binasına getmiş, saat 18:00-da kartof əkin sahəsindəki xidmət yerinə getmişdir. Kartof sahəsində 1-ci ləkin yanında növbə rəisi Şahid10 mühafizə növbəsini dəyişdikdən sonra işdən çıxan mühafizəçiləri MMC-yə aparmışdır. Növbədən çıxan mühafizəçilərin içərisində qardaşı Şahid8 da olmuşdur. Həmin vaxtı texnika işləyən ləklərdə mərhum Novruz Mansurov və digər adını bilmədiyi 3- 4 nəfər fəhlə texnikanın dalınca gedərək torpaqdan çıxan kartofu ləkdə qalmağa və əzilməyə qoymayaraq iş görmüşlər. İşlədikləri üçün o, sonunculara bir o qədər də diqqət yetirməmişdir. O və digər mühafizəçilər xidmət yerlərinə getməyə hazırlaşan zaman Novruz Mansurov və yanında olan 3-4 nəfər fəhlə sahədə çoxlu sayda yığılmış 20 litirlik ağ rəngli plastmas su qablarının yanında oturaraq istirahət etməyə başlamışlar. Novruz Mansurovgilin oturduğu su qabları ilə onların arasında ən azı 100 metr məsafə olmuşdur. Onlar əraziyə daxil olaraq hərə öz postuna doğru hərəkət etmişdir. Çünki, hər biri ayrı-ayrı yerlərdə duraraq fəhlələrin işinə nəzarət etməli olmuş və postları arasında təxminən 150 metrə yaxın məsafə olmuşdur. Onun dayanmalı olduğu post elə 1-ci ləkdə işləyən traktorun yaxınlığında yerləşmişdir. O, həmin traktora tərəf gedərkən Novruz Mansurovgillə birlikdə olan adını bilmədiyi cavan bir oğlanın su qablarının yanından duraraq sahədə işləyən traktora tərəf getdiyini görüb digər fəhlələrə çatdırması üçün ümumi olaraq hamısına “işdən çıxan zaman mənə deyin, gəlib avtomobillərə və sizin zənbillərinizə baxış keçirəcəm” deyərək hərəkətinə davam etmişdir. Bu sözləri deyib xidmət aparacağı yerə doğru iki-üç addım da atdıqda, Novruz Mansurov təxminən 80-90 metr aralı məsafədə olan su qablarının yanında oturduğu yerdən uca səslə ona “sən nə deyirsən?” deyib duraraq üstünə gəlmişdir. Bunu görən kimi o da sonuncunun üstünə getmişdir. Ona çatmağa üç-dörd metr qalmış Novruz Mansurov “sənin var-yoxunu s....... əgər sən mənim zənbilimi yoxlasan” deyərək üstünə doğru gəlməyə davam etmişdir. O da bunu eşidib, işə gələrkən meyvə-tərəvəz doğramaq üçün evdən özü ilə götürdüyü açılıbqatlanan və tiyəsinin bir tərəfi kəsən bıçağı əlindəki zənbildən çıxarıb Novruz Mansurovun üstünə getmişdir. Sonuncu çatan kimi təpiklə bir dəfə onun sinəsinə vurmuş və həmin vaxtı aralarında uzağı bir metr məsafə olmuşdur. Novruz Mansurov onun bıçaq çıxaracağını gözləməmiş və o da bıçağı sağ əlində tutaraq bir dəfə sonuncunun ürək nahiyəsinin alt hissəsinə zərbə vurmuşdur. Bıçaq vurduqdan sonra Novruz Mansurov yenə də ona söyüş söyərək iki-üç adım dal-dala getmişdir. Həmin vaxtı yanlarında ən azı 20 metr aralı məsafədə heç kim olmamış və o, Novruz Mansurovla üzbəüz dayanmışdır. Bıçaq zərbəsi vurduqdan sonra adını bilmədiyi iki nəfər fəhlə su qabları tərəfdən qaçaqaça Novruz Mansurova yaxınlaşaraq köməklik edib sonuncunu su qablarının yanına qədər aparmışlar. Həmin vaxtı təxminən 80-90 metr aralı məsafədə olan su qablarının yanında qışqırıq səsi eşitmiş və diqqət yetirdikdə Novruz Mansurovun adını bilmədiyi qardaşının əlləri ilə başına-başına vurduğunu görmüşdür. Onunla gələn Şahid3 təxminən 100-120 metr aralı məsafədə olduğu üçün onlara yaxın gəlməmiş, lakin Şahid4 yanından keçərək Novruz Mansurova tərəf qaçıb köməklik etmişdir. Daha sonra o, etdiyi hərəkətdən qorxaraq bıçağı şalvarının cibinə qoyub kəndə doğru qaçmışdır. Novruz Mansurovun qardaşı və digərləri isə su qablarının yanında yerə uzadıb sonuncuya köməklik etmişlər. O isə dayanmadan kəndə doğru getmiş və kəndə çatmağa az qalmış sahədə səngər kimi yer görüb orada oturmuşdur. Bir neçə dəqiqə keçdikdən sonra özünə gələrək istifadəsində olan mobil telefonda quraşdırılmış Whatsapp mobil tətbiqi vasitəsi ilə Qazax rayon polis şöbəsində işləyən həmkəndlisi Şahid11 adam bıçaqladığı, təslim olmaq istədiyi və gəlib onu götürməsi barədə mesaj yazmışdır. Təxminən yarım saat səngərdə gözlədikdən sonra Şahid11 polis avtomobili ilə hadisə baş verən yerə gələrək ona zəng edib hadisə baş verən yerdə olduğunu bildirərək yerini soruşmuşdur. O da sonuncuya hadisə baş verən yerdən bir qədər aralıda olduğunu bildirmişdir. Dediyi yerə gəldikdən sonra o, Şahid11 işarə verməsini demiş və sonuncu polis avtomobilinin sayrışan işiqlarını yandırıb söndürmüşdür. Bunu görən kimi o, Şahid11 tərəf gedib təslim olmuş, bıçağı sonuncuya təhvil vermiş və onu polis avtomobilinə mindirib Qazax rayon polis şöbəsinə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, X5 onun oğlu olmuşdur. 13 avqust 2021-ci il tarixdə Novruzla Şahid1lar səhər saat 05 radələrində həmişəki qaydada işə getmişlər və saat 10 radələrində evə qayıtmışlar. Həmin günü axşam saat 17 radələrində Novruzla Tural yenə də işə getmişlər. Evdən çıxarkən Novruz Mansurovun əynində tünd boz rəngli şalvar və ön tərəfində yazılar olan göy rəngli qısaqol köynək olmuşdur. Təxminən saat 19 radələrində kənd camaatında kimsə qapılarına gələrək kənd sovetindən Novruz Mansurovun şəxsiyyət vəsiqəsini istədiklərini bildirmişdir. O isə hazırda xatırlamadığı evinə gələn şəxsə nə üçün oğlunun şəxsiyyət vəsiqəsinin lazım olduğunu soruşanda həmin şəxs heç nə deməmişdir. O da həmin adamı tanımadığı üçün qorxusundan Novruz Mansurovun vəsiqəsini verməmişdir. Təxminən yarım saat keçməmiş Şahid1 həyəcanlı formada həyətə girmişdir. Nə baş verdiyini soruşanda Şahid1 “qorxma ay mama, Novruz dalaşıb və ona şüşə batıb” bildirmişdir. Daha sonra Şahid1 Novruzun vəsiqəsinin lazım olduğunu demişdir. Nəyə görə lazım olduğunu soruşanda, Şahid1 vəsiqəsiz xəstəxanaya buraxmadıqlarını bildirmişdir. O da oğluna evdən gətirib Novruzun şəxsiyyət vəsiqəsini vermiş və sonuncu vəsiqənin şəkilini kiməsə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərmişdir. Turalın dalınca qapılarına oğlunun dostları da yığışmış və o, şübhələnməyə başlamışdır. Bir daha Turaldan nə baş verdiyini soruşanda oğlu heç nə deməmiş və dostları ilə harasa getmişdir. O isə nigaran qaldığı üçün halı pisləşmiş və qapılarına qonum-qonşular yığışmışdır. Həmin günü ona hadisə barədə heç kim heç nə deməmiş və o, oğlunun bıçaqlandığını hələki bilməmişdir. Halı pisləşdiyi üçün qapılarında olanlar da ona heç nə deməmişlər. Sabahısı günü səhər saatlarında qapılarında olan camaatdan Novruz Mansurovun bir gün əvvəl bıçaqlandığını və oğlunun öldüyünü öyrənmişdir. Yas ərəfəsində ona məlum olmuş ki, MMC-də mühafizəçi işləyən Qazax rayonu, Yuxarı Salahlı kənd sakini Nəsimi adlı şəxs 13.08.2021-ci il tarixdə axşam saat 18-19 radələrində kartof əkin sahəsində aralarında yaranmış mübahisə vaxtı Novruzu bıçaqlayaraq öldürmüşdür. Novruzla Nəsimi arasında mübahisə kartofun gizli götürülməməsinə görə olmuş, lakin oğlu Novruz heç vaxt kartof oğurlamamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Feyruz oğlu ifadəsində göstərdi ki, kiçik qardaşı X5 ilə birlikdə Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən "xxxx" MMC-də günəmuzd fəhlə işləmiş və kartof yığımı ilə məşğul olmuşlar. 11 avqust 2021-ci il tarixdə saat 17 radələrində Novruz Mansurovla işə bir getmişdir. Həmin günü axşam saat 21 radələrində işdən çıxan zaman MMC-nin dövlət qeydiyyat nişanını xatırlamadığı QAZEL markalı avtomobili sahəyə dallarınca gəlmişdir. Avtomobilə minib MMC-nin inzibati binasına gedən zaman Novruz Mansurov yolda özü ilə gətirdiyi məktəbli çantasına heç kimə demədən üç kilo kartof yığdığını bildirmişdir. O isə qardaşını danlayaraq nahaq yerə xəlvət kartof yığdığını demişdir. Çünki, adətən işdən çıxıb MMCnin inzibati binasının qabağında yığışan zaman mühafizəçilər hamını yoxlamış ki, heç kim evə oğurluq kartof aparmasın. Hətta MMC-də bir neçə nəfər dəfələrlə oğurluq kartofla tutulmuşlar. QAZEL markalı avtomobillə MMC-nin inzibati ərazisinə daxil olduqdan sonra MMC-nin mühafizəsinin rəisi işləyən Şahid9 həm avtomobili, həm də ki onları yoxlamışdır. Yoxlanış zamanı Novruz Mansurovun çantasında kartof aşkar olunmuşdur. Qardaşı isə kasıb adamlar olduqları üçün ehtiyaca görə iki-üç kilo kartof götürdüyünü Şahid9 bildirmişdir. Sonuncu da qardaşını danlayaraq xəlvət götürdüyü kartofu əlindən alıb anbara təhvil vermişdir. Həmin vaxtı Şahid9 qardaşı ilə profilaktiki söhbət apardığı üçün o, evə tək qayıtmışdır. Evdə də anası Kifayət Mirzəyevaya hər şeyi olduğu kimi danışaraq qardaşının işdən çıxan zaman özü ilə gətirdiyi çantada xəlvət iki-üç kilo kartof götürdüyünü və tutulduğunu bildirmişdir. Təxminən bir saat sonra Novruz Mansurov evə gəlmiş və anası qardaşını danlamışdır. Sabahısı günü səhər saat 07-08 radələrində həmişəki qaydada qardaşı ilə kartof əkin sahəsinə getmişdir. Sahədə iş görən zaman MMC-də mühafizəçi işləyən Qazax rayonu, Yuxarı Salahlı kənd sakini Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq və şəxsən ona üz tutub kartofu bir gün qabaq kimin oğurladığını soruşmuşdur. O isə qardaşının xəlvət iki-üç kilo kartof götürdüyünü, səhv etdiyini və bir daha belə bir hərəkət etməyəcəyini bildirib üzrxahlıq etmişdir. Təqsirləndirilən şəxsla normal tonla danışmış və ətrafda digər fəhlələr də olmuşdur. Qardaşı Novruz isə onlardan aralıda texnikanın dalınca gedərək kartof yığmışdır. Təqsirləndirilən şəxs Novruz Mansurovun bu hərəkətinə görə mühafizənin rəisinin onu danladığını və irad bildirdiyini deyərək üstünə çəmkirmişdir. Lakin, orada olan yoldaşlar onları mübahisə etməyə qoymamışlar. O isə bir daha Təqsirləndirilən şəxs qardaşının hərəkətinin səhv olduğunu bildirib üzrxahlıq etmişdir. Təqsirləndirilən şəxs isə bundan sonra hər gün işdən çıxan zaman həm fəhlələri, həm də onları aparan avtomobili yoxlayacağını demişdir. Bununla məsələ həmin günü bitmiş və Təqsirləndirilən şəxs işinin dalınca getmişdir. Qardaşı aralıda sahədə texnikanın dalınca getdiyi üçün bu danışıqda olmamışdır. Bir qədər sonra Novruz Mansurov ona yaxınlaşanda o, qardaşına Təqsirləndirilən şəxsla aralarında olan söhbəti danışmış və üzrxahlıq etdiyimi bildirmişdir. 13 avqust 2021-ci il tarixdə axşam saat 17 radələrində o, qardaşı ilə yenə də işləmək üçün kartof sahəsinə getmişdir. Onlarla birlikdə həmin günü həmkəndliləri olan fəhlələr Şahid5 və Şahid2 da MMC-yə gəlmişlər. Onlar hamısı MMC-nin inzibati binasının qarşısında yığışmış və MMC-nin traktorları ilə kartof əkin sahəsinə getmişlər. Həmin vaxtı onlarla birlikdə həmkəndlisi Şahid6 də olmuş və sonuncu MMC-də traktor sürücüsü işləyən atası Zülfüyə yemək aparmışdır. Getdikləri əkin sahəsi Qazax rayonu, İkinci Şıxlı kəndində MMC-nin inzibati binasından təxminən 2-3 kilometr aralıda məsafədə yerləşmişdir. Onlar əkin kartof sahəsinə çatan zaman səhv etmirsə üç ədəd traktor növbə ilə torpağı şumlayaraq kartof çıxarmış, MMC-də sahə rəisi işləyən Şahid7 isə kənarda əkin sahəsinin ləklərini saymışdır. Orada fəhlələrdən o, Novruz Mansurov, Şahid2 və Şahid5 olmuşdur. Onlar hər qrupda iki nəfər olmaqla iki qrupa bölünüb traktorların arxasınca gedərək kartofu yığmağa başlamışlar. Şahid5lə bir qrupda qardaşı, onunla isə bir qrupda Şahid2 olmuşdur. Qrupda növbə ilə işləmişlər və biri texnikanın arxasınca gedən zaman, digəri əkin sahəsində çoxlu sayda yığılmış 20 litirlik ağ rəngli plastmas su qablarının yanında oturaraq istirahət etmişdir. Həmin günü saat 18 radələrində MMC-nin mühafizə rəisi Şahid10 MMC-yə məxsus NİVA markalı avtomobillə Təqsirləndirilən şəxs, Həsən və Asif adlı mühafizəçiləri əkin sahəsinə gətirib növbəni dəyişərək getmişdir. Digər iki mühafizəçi Təqsirləndirilən şəxs xeylaq qabaqda hərəsi öz postuna doğru getmişlər. Mühafizəçilərdən lap birinci yaşlı kişi Şahid3, ondan sonra cavan oğlan Şahid4, axırda isə Təqsirləndirilən şəxs getmişdir. Hər birinin arsında 20-30, bəlkə də artıq məsafə olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tak olmuşdur. Həmin vaxtı o, qardaşı Novruz Mansurov, Şahid2 və Şahid5 su qablarının yanında dincəlmişlər, Şahid6 isə duraraq atasının idarə etdiyi traktora tərəf getmişdir. Oturduqları yerlə Şahid10 Təqsirləndirilən şəxs və digər mühafizəçiləri düşürdüyü yerin arasında təxminən 100 metrə yaxın məsafə olmuşdur. Təqsirləndirilən şəxs elə maşından düşən kimi atasının idarə etdiyi traktor tərəfə getdiyini görüb Şahid6 “ay qa bura sizi aparmağa maşın gələndə mənə deyin, sizi yoxlayacam” demişdir. Təqsirləndirilən şəxsla Şahid6 arasında təxminən 50-60 metr məsafə olmuş və Təqsirləndirilən şəxs uca səslə və normal tonla bu sözləri demişdir. Şahid6 isə Təqsirləndirilən şəxs “yaxşı, gələndə deyəcəm” demişdir. Elə həmin vaxtı Novruz Mansurov oturduqları yerdən Təqsirləndirilən şəxs “niyə helə deyirsən?” deyib ayağa qalxaraq sonuncuya tərəf getmiş və aralarında 80-90 metr məsafə olmuşdur. Çünki, qardaşı Təqsirləndirilən şəxs bu sözlərindən xoşlanmamışdır. Təqsirləndirilən şəxs tərəf gedəndə sonuncu da Novruz Mansurova tərəf gəlmiş və üzbəüz vəziyyətdə bir-birinə çatmağa az qalmış Təqsirləndirilən şəxs əlində olan zənbili yerə qoymuşdur. Novruz Mansurov onlardan təxminən 20 metr artıq Təqsirləndirilən şəxs tərəf uzaqlaşmışdır ki, Şahid2la Şahid5 də qardaşının dalınca getmişlər. O isə xəstəliyi səbədindən həyəcanladığı üçün getməmiş və su qablarının yanında gözləmişdir. Çünki, Təqsirləndirilən şəxs qardaşına bıçaqla vuracağını heç gözləməmişdir. Sonuncu qardaşına çatmağa bir metr qalmış əlini şalvarının xatırlamadığı cibinə ataraq sanki bıçaq çıxartmış və bir-birinə yaxınlaşan kimi qardaşı Təqsirləndirilən şəxs təpik atmış, sonuncu isə əlindəki bıçaqla ürək nahiyəsindən bir dəfə Novruz Mansurova zərbə vurmuşdur. Onlar üzbəüz dayandıqları üçün və məsafə aralı olduğu üçün o, bıçağı konkret görməmiş, sadəcə Təqsirləndirilən şəxs əl hərəkətlərindən, yəni sanki əlində bıçaq tutumuş kimi etdiyi hərəkətdən onun qardaşına bıçaq zərbəsi vurduğunu hesab etmişdir. Çünki, zərbədən sonra Novruz Mansurov əlini ürək nahiiyəsinə tutaraq dal-dala iki-üç metr gedib yerə yıxılmışdır. Bu zaman o, qardaşından təxminən 70-80 metr aralı məsafədə su qablarının yanında dayanaraq ağlamağa başlamış və şok vəziyyətində qışqıraraq əlləri ilə başınabaşına vurmuşdur. Çünki hadisəyə hələki inanmamışdır. Həmin vaxtı Novruz Mansurovdan 20 metr aralı məsafədə olan fəhlələr Sənan və Abdulla çataraq Novruz Mansurova kömək edib su qablarına qədər gətirmişlər. Daha sonra qardaşını orada otluq sahəyə uzadıb kömək etmişlər. Novruz Mansurovun əynindəki köynəyə baxanda ürək nahiyəsində bıçaq yeri olduğunu görmüş və həmin yaradan qan axmışdır. Onda başa düşmüş ki, Təqsirləndirilən şəxs Novruz Mansurova ürəyindən bıçaqla zərbə vurmuşdur. Həmin vaxtı Şahid6 də onların yanına gələrək qanaxmanın qarşısını kəsmək üçün əynindəki rəngini xatırlamadığı köynəyi çıxarıb Novruz Mansurovun ürəyinin üstündə olan bıçaq yarasına tutmuşdur. Bu zaman qardaşı özünə gələrək Təqsirləndirilən şəxs baxıb əli ilə işarə edərək “qaqa sən yaxşı hərəkət eləmədin” demişdir. Təqsirləndirilən şəxs isə bu qısa müddət ərzində dayanıb olanları seyir etmiş və Novruz Mansurovun özünə gəldiyini görüb əlində bıçaqla kəndə tərəf qaçmışdır. Daha sonra Novruz Mansurovu avtomobilə qoyub xəstəxanaya aparmışlar. Qardaşı Qazax rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs kiçik qardaşıdır. O, 12 avqust 2021-ci il tarixdə həmişəki qaydada MMC-də işdə olan zaman eşitmiş ki, 11 avqust 2021-ci il tarixdə axşam saat 21 radələrində X18 işdən çıxarkən özü ilə gətirdiyi məktəbli çantasında heç kimə demədən, xəlvət şəkildə iki-üç kilo kartof yığaraq evə aparmaq istəmiş, lakin MMC-nin mühafizə rəisi Şahid9 MMC-nin inzibati binasının qarşısında yoxlanış apararkən Novruz Mansurovun çantasında olan oğurladığı kartofu aşkar edərək sonuncunu danlamış və kartofu əlindən alaraq anbara təhvil vermişdir. Həmin məsələyə görə Şahid9 Təqsirləndirilən şəxs birbaşa rəisi olan Şahid10 danlamış və sonuncu da öz növbəsində qardaşını danlayaraq ayıqsayıq olmasını tələb etmişdir. Çünki, oğurluq məhz Təqsirləndirilən şəxs növbəsində olmuşdur. Ona görə də, 12 avqust 2021-ci il tarixdə axşam işə gəldikdən sonra Nəsimi X9rdaşı Turalı xəbərdarlıq edərək bir daha oğurluq etməmələrini tələb etmiş, sonuncu isə qardaşının hərəkətinin səhv olduğunu bildirərək üzrxahlıq etmişdir. 13 avqust 2021-ci il tarixdə o, həmişəki qaydada səhər saat 07 radələrindən etibarən MMC-yə məxsus Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində MMC-nin inzibati binasında təxminən iki-üç kilometr aralıda yerləşən kartof əkin sahəsində işə başlamışdır. Həmin günü o, hadisə baş verən 24-cü ləkin yaxınlığında ərazidə xidmət aparmışdır. Saat 17 radələrində mərhum Novruz Mansurov qardaşı Tural və digər adını bilmədiyi həmkəndliləri ilə birlikdə işləmək üçün kartof əkin sahəsinə gəlmişlər. Sonuncular növbələşib traktorun dalınca gedərək kənara düşən kartofu yığmaqla məşğul olmuşlar. Onun sonuncularla hər hansı bir problemi olmamışdır. Novruz Mansurovun əynində tünd boz rəngli şalvar və göy rəngli qısaqol köynək olmuşdur. Həmin günü axşam saat 18 radələrində Şahid10 MMC-yə məxsus ağ rəngli NİVA markalı avtomobillə gələrək onun növbəsini dəyişmişdir. Şahid10lə birlikdə avtomobildə qardaşı Nəsimi və həmkəndliləri Şahid3la Şahid4 gəlmişlər. Sonuncular da MMC-də mühafizəçi işləmişlər. Şahid10 növbəni dəyişərkən o, qardaşı ilə salamlaşmış və hər şey normal olmuşdur. Nəsimi özü ilə birlikdə içərisində yemək olan balaca bir zənbil gətirmişdir. Şahid10 mühafizə növbəsini dəyişdikdən sonra onu və digər növbədən çıxan mühafizəçiləri götürüb növbəti mühafizə postuna getmişlər. Təxminən 10-15 dəqiqə sonra mühafizəçi Şahid3 zəng edərək Təqsirləndirilən şəxs Novruz Mansurovu bıçaqladığını bildirmişdir. Şahid10 digər mühafizəçiləri düşürüb onunla birlikdə Nəsimigilin yanına qayıtmışdır. Kartof əkin sahəsində 24-cü ləkin yaxınlığında Novruz Mansurovu boş su qablarının yanında torpağın üstündə uzanıqlı vəziyyətdə görüb ona yaxınlaşmışlar. Həmin vaxtı orada Novruz Mansurovun qardaşı Tural, iki-üç nəfər həmkəndliləri və sahə rəisi Şahid7 olmuşdur. X17 kömək etmişlər. Maşından düşüb yaxınlaşanda Novruz Mansurovun ürək nahiyəsində bıçaq zərbəsi olduğunu və qan axdığını görmüşdür. Həmin vaxtı Təqsirləndirilən şəxs orada olmamış və oradaki şəxslər sonuncunun kəndə tərəf getdiyini bildirmişlər. Daha sonra onlar köməkləşib X30 rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Onlar xəstəxanaya çatan kimi dərhal Novruz Mansurovu həkimlərə təhvil vermişlər. Daha sonra ona məlum olmuş ki, qardaşı Təqsirləndirilən şəxs “var-yox söyüşü” söydüyü üçün Novruz Mansurovu ürəyindən bıçaqlamış və sonuncu ölmüşdür. Xəstəxanada Qazax rayonu İkinci Şıxlı kənd camaatı çoxaldığı üçün o, oradan çıxaraq evə qayıtmışdır. Bir qədər sonra isə öyrənmiş ki, qardaşı həmkəndlisi olan polis əməkdaşı Şahid11 zəng edərək təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 13 avqust 2021-ci il tarixdə saat 17.00-da həmkəndliləri Novruz, onun qardaşı Şahid1 və Şahid2la birlikdə günəmuzd fəhlə işlədiyi "xxxx" MMC-də yığışmış və MMC-nin traktorları ilə kartof əkin sahəsinə getmişlər. Həmin vaxtı onlarla birlikdə həmkəndlisi Şahid6 də olmuş və sonuncu MMC-də traktor sürücüsü işləyən atası Zülfüyə yemək aparmışdır. Onlar əkin kartof sahəsinə çatan vaxtı səhv etmirsə üç ədəd traktor növbə ilə torpağı şumlayaraq kartof çıxarmış, MMC-də sahə rəisi işləyən Şahid7 isə kənarda əkin sahəsinin ləklərini saymışdır. Onlar hər qrupda iki nəfər olmaqla iki qrupa bölünüb traktorların arxasınca gedərək kartofu yığmağa başlamışlar. Onunla bir qrupda Novruz Mansurov, Şahid2la isə bir qrupda Şahid1 olmuşdur. Qrupda növbə ilə işləmişlər və biri texnikanın arxasınca gedən zaman, digəri əkin sahəsində çoxlu sayda yığılmış 20 litirlik ağ rəngli plastmas su qablarının yanında oturaraq istirahət etmişdir. Şahid6 sahəyə çatan kimi aparıb atasına yeməyi verib qayıdaraq su qablarının yanında oturmuşdur. Həmin günü saat 18 radələrində MMC-nin mühafizə rəisi Şahid10 MMC-yə məxsus ağ rəngli NİVA markalı avtomobilə Təqsirləndirilən şəxs və digər adını bilmədiyi iki mühafizəçini əkin sahəsinə gətirib növbəni dəyişərək getmişdir. Mühafizəçilərdən biri cavan olsa da, digəri yaşlı bir kişi olmuşdur. Digər iki mühafizəçi Təqsirləndirilən şəxs qabaqda hərəsi öz postuna doğru getmişlər. Ona görə də, Təqsirləndirilən şəxs tək qalmışdır. Həmin vaxtı o, Novruz, qardaşı Tural və Sənan su qablarının yanında dincəlmişlər, Şahid6 isə duraraq atasının idarə etdiyi traktora tərəf getmişdir. Oturduqları yerlə Şahid10 Təqsirləndirilən şəxs düşürdüyü yerin arasında təxminən 100 metrə yaxın məsafə olmuşdur. Təqsirləndirilən şəxs öz postuna doğru gedərkən geriyə dönüb onları göstərərək hərəkətdə olan Şahid6 "xxxx" demişdir. Sərxan MMC-də fəhlələri aparıb-gətirən dövlət qeydiyyat nişanını xatırlamadığı QAZEL markalı avtomobili idarə etmişdir. Həmin vaxtı Şahid6 onlardan artıq 15-20 metr uzaqlaşmışdır. Təqsirləndirilən şəxs Şahid6 bu sözü deyəndən sonra Novruz Mansurov tonla və məsafə uzaq olduğu üçün uca səslə Təqsirləndirilən şəxs “nə deyirsən qaqa?” demişdir. Bu zaman Təqsirləndirilən şəxs Novruz Mansurov tərəfə gəlmiş, sonuncu da duraraq Təqsirləndirilən şəxs üstünə getmişdir. Novruz Mansurovun onlardan təxminən 20 metr aralaşdığını görüb o, Şahid2la sonuncunun arxasınca getmişlər. Üzbəüz Təqsirləndirilən şəxs çatan kimi aralarında nəsə mübahisə olmuş, Novruz Mansurov ayağını havaya qaldırıb Təqsirləndirilən şəxs təpik vurmaq istəyərkən digər ayağının altında sanki nəsə qalmış və az maz büdrəmişdir. Bu zaman Təqsirləndirilən şəxs qəfildən Novruz Mansurovun ürək nahiyəsinə bir dəfə bıçaqla zərbə vurmuşdur. O, Təqsirləndirilən şəxs bıçağı hansı əlində tutmasına dəqiq fikir verməmişdir. Çünki, sonuncular qabaq-qabağa dayandığı üçün onları ətraflı görmək mümkün olmamışdır. Bunu görən kimi o, Şahid2la Novruz Mansurova tərəf qaçmış və sonuncu iki-üç metrə dal-dala gəlmişdir. Daha sonra Novruz Mansurovun sanki dili qatlanmış və o, Şahid2la Novruz Mansurovu tutaraq kürəyi üstə yerə uzatmışlar. Həmin vaxtı Novruz Mansurovun qardaşı Şahid1 onlardan təxminən 30-40 metr arxada su qablarının yanında dayanaraq sanki şok vəziyyətdində olmuş və əlləri ilə başına-başına vurmuşdur. Novruz Mansurovun dilinin qatdalandığını görüb o, Şahid2la köməkləşib onun dilini çıxartmışdır. Novruz Mansurovu su qablarının yanına aparmış və otluq sahədə yerə uzatmışlar. Həmin vaxtı Şahid6 də gələrək qanaxmanın qarşısını kəsmək üçün əynindəki rəngini xatırlamadığı köynəyi çıxarıb Novruz Mansurovun ürəyinin üstündə olan bıçaq yarasına tutmuşdur. Bu zaman Novruz Mansurov özünə gələrək Təqsirləndirilən şəxs tərəfə baxıb əli ilə işarə edərək “qaqa sən yaxşı hərəkət eləmədin” demişdir. Təqsirləndirilən şəxs isə bu qısa müddət ərzində dayanıb olanları seyir etmiş və Novruz Mansurovun özünə gəldiyini görüb əlində bıçaqla kəndə tərəf getmişdir. Novruz Mansurovu daha sonra xəstəxanaya aparmışlar, lakin xeyri olmamış və sonuncu ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid6 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 13 avqust 2021-ci il tarixdə həmişəki qaydada ərazidə xidmət aparmışdır. Saat 19.40 radələrində Qazax RPŞ-də olarkən həmkəndlisi Təqsirləndirilən şəxs işlədiyi Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən "xxxx" MMC-nin kartof əkin sahəsində həmin kənd sakini Novruz Mansurovu bıçaqlaması barədə məlumat daxil olmuşdur. O da Təqsirləndirilən şəxs tanıdığı üçün istifadəsində olan +99***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs cavab verən kimi “Whatsapp”a girməsini bildirmişdir. Daha sonra o, sonuncuya həmin proqramda nəyə görə hadisə törətdiyini və bıçaq zərbəsini harasından vurduğunu soruşmuşanda, Nəsimi X10 qarşı var-yox söyüşü söydüyünü və buna görə sonuncunu bıçaqla böyründən vurduğunu mesajla yazmışdır. Daha sonra o, sonuncudan neçə dəfə bıçaq vurduğunu soruşanda, Təqsirləndirilən şəxs cəmi bir dəfə bıçaqla zərbə vurduğunu yazmışdır. O, axtarıldığını yazanda Təqsirləndirilən şəxs təslim olmaq istədiyini və gəlib onu götürməsini yazmışdır. Sonuncu ilə aralarında olan bütün danışıqlar istifadəsində olan mobil telefonda quraşdırılmış “Whatsapp”a yaddaşda saxlanılmışdır. Daha sonra o, öz komandirinin müavini Şahid12 deyərək sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs dalınca Qazax rayonu, İkinci Şıxlı kəndinə getmişdir. Kəndə çatan kimi o, Təqsirləndirilən şəxs zəng edərək harada olduğunu soruşmuşdur. Sonuncu isə 6-cı mühafizə postuna yaxınlaşmağı və özünün də ora gəldiyini bildirmişdir. O da Şahid12la həmin posta getmişdir. Qeyd edilən post Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində, kənddən bir qədər aralıda "xxxx" MMC-nin əkin torpaq sahəsində yerləşmişdir. Onlar ərazini tanımadıqları üçün ilk öncə MMC-yə getmiş və oradan da MMC-nin adını bilmədiyi əməkdaşının müşayiəti ilə 6-cı mühafizə postuna yaxınlaşmışlar. Onlar çatan kimi Təqsirləndirilən şəxs ona zəng edərək işarə verməyi bildirmişdir. Çünki, kənd camaatı onu axtardığı üçün Təqsirləndirilən şəxs gizlənmişdir. O da gəldiyi avtomobilin sayrışan işiğını yandırıb söndürmüşdür. Bunu görən kimi Təqsirləndirilən şəxs onlara yaxınlaşmışdır. Sonuncunun əynində qara rəngli şalvar olsa da, bədəni lüt olmuşdur. Nəyə çılpaq olduğun soruşanda, sonuncu köynəyinin çırıldığını və tulladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs tiyəsinin üstündə qan ləkələri olan açılıb-qatlanan, dəstəyi tünd rəngli, dəstəyinin tiyəsinə yaxın hissəsi isə qızılı rəngli və üzərində “X” formasında naxışlar olan bıçağı ona verərək, həmin bıçaqla Novruz Mansurovu vurduğunu bildirmişdir. O da bıçağı götürərək faylın içərisinə qoyub özündə saxlamışdır. Həmin vaxtı kənd camaatı Təqsirləndirilən şəxs axtardığı üçün onlar orada vaxt itirmədən sonuncunu Qazax RPŞ-yə aparmışlar. Yolda olarkən Təqsirləndirilən şəxs hadisə barədə soruşduqda sonuncu Novruz Mansurovun əvvəllər bir neçə dəfə kartof sahəsindən işdən çıxan zaman kartof oğurladığını, mühafizə rəisinin bunu tutduğunu və buna görə onu danladığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs məhz buna görə rəisindən bir daha irad almamaq üçün Novruz Mansurovu və digərlərini oğurluq etməmələri barədə xəbərdarlıq etdiyini, 13 avqust 2021ci il tarixdə də axşam saat 19 radələrində eyni qaydada Novruz Mansurovu və digər işçiləri xəbərdarlıq edən zaman aralarında mübahisə yarandığını, Novruz Mansurovun ona qarşı var-yox söyüşü söydüyünü və üstünə gələrək təpik vurduğunu, özünün isə üzərində olan bıçaqla Novruz Mansurovun sol döş qəfəsinə bir dəfə bıçaqla zərbə vurduğunu demişdir. Bunun hamısı yolda Təqsirləndirilən şəxs özü onlara danışmışdır. Onlar Qazax RPŞ-yə çatan kimi Təqsirləndirilən şəxs və sonuncunun cinayəti törədərkən istifadə etdiyi cinayətin aləti olan bıçağı məsul növbətçiyə təhvil vermişlər. Ona görə də, məlum baş vermiş hadisə barədə məlumat əldə etdikdən sonra həmkəndlisi olduğu üçün o, Nəsimiyə zəng etmiş və sonuncu təslim olmaq istədiyini bildirdiyi üçün dalınca gedərək polis şöbəsinə gətirmişdir. Hadisə günü kənd camaatı Təqsirləndirilən şəxs axtardığı üçün sonuncu İkinci Şıxlı kəndi ərazisində torpaq sahəsində gizlənərək onu gözləmişdir. Ona görə də, Nəsimi hər hansı bir əməliyyat-axtarış tədbirləri nəticəsində deyil, məhz könüllü təslim olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 Şahid11 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 13 avqust 2021ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri – Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən "xxxx" MMCnin kartof əkin sahəsinin 1-ci ləkidir (cız) və həmin lək 24-cü ləklə həmsərhəddir. Qeyd edilən yer Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 506-cı kilometrində sol tərəfdə, Qazax rayonu, İkinci Şıxlı kəndinin cənub-qərbində, kənddən təxminən 3 kilometr, magistral yoldan isə 5 kilometr aralı məsafədə yerləşir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 14 avqust 2021ci il tarixdə könüllü təqdim edilən əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə vaxtı onun əynində olmuş - qara rəngli bel hissəsinin arxa tərəfində tikilmiş etiketin üzərində “KENZO” sözləri yazılmış şalvar prokurorluğun “Zərflər üçün” möhürü ilə möhürlənərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 14 avqust 2021ci il tarixdə keçirilmiş bıçağa baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi cinayətin aləti olan bıçaq – dəstək və tiyə hissəsindən ibarət olmaqla qatlanan və ümumi uzunluğu 20 sm-dir. Bıçağın dəstəyi tünd rəngli, dəstəyinin tiyəsinə yaxın hissəsi isə qızılı rəngli və üzərində “X” formasında naxışlar vardır. Dəstəyin uzunluğu 105 mm, orta hissədə eni 10 mm, qalınlığı isə 12 mm-dir. Bıçağın tiyəsi boz rəngli olmaqla metaldandır, bir tərəfi küt, bir tərəfi kəsici, ucu deşicidir. Tiyənin uzunluğu 95 mm, orta eni hissədə 10,5 mm, qalınlığı 1,7 mm olmaqla üzərində qanabənzər ləkələr var. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 14 avqust 2021ci il tarixli, 118 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14.08.2021-ci il tarixdə ayıq olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27-Təcrübi və Tədris Birliyinin 14 avqust 2021-ci il tarixli, 297 nömrəli ekspert rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs məhkəmə tibbi müyinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27-Təcrübi və Tədris Birliyinin 13 avqust 2021-ci il tarixli, 10 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-tibb müayinəsi zamanı X2 meyitində aşkar edilmiş xəsarətlər - sol döş qəfəsinin 7-8-ci qabırğaarası səviyyəsinin 9 sm ölçüdə cərrahi əməliyyatdan sonrakı yara vardır. Ürəyin zirvəsinin və sol ağciyərin aşağı payının və daxili qanaxma ilə müşayiət olunan daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası vardır. Qeyd olunan xəsarətin kənarları hamardır. Sol döş qəfəsinin 7-8-ci qabırğa arası nahiyənin, ürəyin zirvəsinin və sol ağciyərin aşağı payının zədələnməsi və daxili qanitirmə ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası həyatidir, döş qəfəsində olan xəsarət mərhumun ölümündən az əvvəl kəsici-deşici alətlə yetirilmiş və ağırlıq dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X2 Qazax RMX-da tərtib edilmiş xəstəlik tarixində qeyd edilən xəsarətlə hadisə zamanı onun əynində olmuş paltarlardakı zədələr üst-üstə düşür. X2 ölümünə səbəb ürəyin və ağciyərin zədələnməsindən törənən kəskin daxili qanitirmə nəticəsində əmələ gələn hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə görə söyləmək olar ki, X11 ölümü meyitin məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Yaranın lokalizasiyasına görə xəstəlik tarixində qeyd edilən məlumatları nəzərə alaraq demək olar ki, xəsarət yetirilən zaman zərərçəkmişlə xəsarət yetirən şəxs qarşı-qarşıya duruş vəziyyətində ola bilərdi. X2 meyitində aşkar olunmuş xəsarətlər kəsicideşici alətlə yetirilmişdir. Həmin xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməsi halı inkar edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 6/3674 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X11 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 №-li cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında– Novruz Mansurovun şalvarının üzərində aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər; Təqsirləndirilən şəxs şalvarının üzərində aşkar edilmiş tünd boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Novruz Mansurovun şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi 21 sentyabr 2021-ci il tarixli, 3/1460-3/1461 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd şalvarın səthində zədə yoxdur; tədqiqata təqdim edilmiş bağlamanın üzərində “X11 əynində olmuş...” qeydləri edilmiş bir ədəd köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd köynəyin səthində olan zədənin təqdim edilmiş bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür; təqdim edilmiş bir ədəd köynəyin səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə yuxarı sağ istiqamətdə olmaqla yetirilmişdir; tədqiqata təqdim edilmiş bağlamanın üzərində “X11 əynində olmuş...” qeydləri edilmiş bir ədəd şalvarın səthində zədə yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin 16 sentyabr 2021-ci il tarixli, 553/186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmiş, Təqsirləndirilən şəxs hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik keçirmir, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuş və onun keçirdiyi həmin emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X27-Təcrübi və Tədris Birliyi” Publik Hüquqi şəxsin 06 oktyabr 2021-ci il tarixli, 621/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, X11 ABO sistemi üzrə qan qrupu 0/İ/-dir; Ekspertizaya təqdim edilmiş X13 məxsus köynək və şalvar üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə 0/İ/ qruplu şəxsə, o cümlədən X13 məxsus ola bilər; Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində olan ləkələrdə qan aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə nazirliyi Qazax Rayon Psixiatriya Xəstəxanasının 23 avqust 2021-ci il tarixli, 1223 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X7 qeydiyyatda dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Qazax RPŞ-nin 173-16126-1221 nömrəli, 26.08.2021-ci il tarixli məktubundan görünür ki, hadisə ilə əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki: 13.08.2021-ci il tarixdə baş vermiş hadisəyə qədər X18 üzərində bıçaq gəzdirməsə də, Təqsirləndirilən şəxs həmin vaxtadək üzərində meyvə bıçağı gəzdirmiş; 13.08.2021-ci il tarixdə baş vermiş hadisəyə qədər X18 və Təqsirləndirilən şəxs arasında heç bir münaqişə və ya dava- dalaş baş verməmiş; 13.08.202-ci il tarixdə baş vermiş hadisəyə qədər Təqsirləndirilən şəxs işlədiyi "İnvestel Group” MMC-də hər hansı bir işçinin üstünə bıçaq çıxarmamış; X5 işlədiyi "xxxx" MMC-dən 13.08.2021-ci il tarixdə baş vermiş hadisəyə qədər, son günlərdə işdən çıxarkən özü ilə xəlvət şəkildə kartof götürübgötürməməsi və bunu kiminsə aşkar edib- etməməsini müəyyən etmək mümkün olmamış; 13.08.2021-ci il tarixdə Qazax rayonu, İkinci Şıxlı kəndində Təqsirləndirilən şəxs və X18 arasında baş vermiş davaya səbəb sonuncunun işlədiyi "xxxx" MMC-dən xəlvət şəkildə bir neçə kilo kartof çıxarmaq istəməsi və həmin vaxt orada gözətçi işləyən Təqsirləndirilən şəxs buna müdaxilə edərək onun kartofu aparmasına icazə verməməsi olmuş; 13.08.2021-ci il tarixdə Qazax rayonu, İkinci Şıxlı kəndində Təqsirləndirilən şəxs ilə X18 arasında mübahisə baş verərkən sonuncu Təqsirləndirilən şəxs və onun ailəsinin ünvanına nalayiq ifadələr işlətmiş; Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 22 oktyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş “Cappy” butulkası və “Croissant” şirniyyatının boş qabı; Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, 13.08.2021-ci il tarixdə baş vermiş hadisə vaxtı əynində olmuş qara rəngli şalvar; Qazax RPŞ-nin Növbətçi hissəsinin məsul növbətçisi X3 təqdim etdiyi, 13 avqust 2021-ci il tarixdə Qazax RPŞ-yə gətirilərkən Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi cinayətin aləti olan bıçaq; “Qazax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin cərrahiyyə şöbəsinin cərrahı X1 təqdim etdiyi, cərrahi əməliyyatdan qabaq zərərçəkmiş şəxs X11 əynində olmuş üzərində qan ləkələri olan tünd boz rəngli şalvar, həmçinin üzərində zədə izi və qan ləkələri olan göy rəngli qısaqol köynək maddi sübut kimi tanınaraq Qazax rayon prokurorluğunun maddi sübutları saxlama otağına verilmiş, bundan başqa Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə Qazax rayonu, İkinci Şıxlı kəndində kənd sakini X14 qəsdən öldürdükdən sonra istifadəsində olan 070 335-01-35 mobil nömrədən “Vhatsapp” mobil tətbiqi vasitəsi ilə Qazax RPŞ-nin PPXB-nin tağım komandiri işləyən, polis leytenantı Şahid11 ilə yazışmasını və onun xahişi ilə hadisə yerinə gələn polis əməkdaşlarına təslim olması, Təqsirləndirilən şəxs hər hansı bir əməliyyat-axtarış tədbirləri nəticəsində deyil, əksinə heç bir kənar təyziq olmadan Qazax rayon polis şöbəsinə könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, 811-21/639 və 11-21/638 nömrəli arayışlarda və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası X22, qardaşları X19, Şahid8 və X16 ilə birlikdə Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 23 avqust 2021-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 14 avqust 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması” protokolundan və 15 avqust 2021-ci il tarixli Qazax rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X8 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin etiraf edici ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması qənaətinə gəlir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətinin xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, yəni cinayətin bıçaq ilə törədilməsini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yetirdiyi xəsarətin xarakterini və həyat üçün mühüm orqana xəsarət yetirilməsi ilə lokalizasiyasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasındakı qarşılıqlı münasibətləri, təqsirləndirilən şəxsin cinayət əməlini zərərçəkmiş şəxsin onun ünvanına söyüş söyməsi nəticəsində törətməsini iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 16 avqust 2021-ci il tarixdə keçirilmiş Qazax RPŞ-nin PPXB-nin tağım komandiri, polis leytenantı Şahid11 isitfadəsində olan içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış “İphone 11 Pro MAX” mobil telefona baxış protokolundan görünür ki, “Kişilər” bələdçi proqramında Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrə “Nəsimi” adı ilə yaddaşa verilmiş, “Whatsapp” mobil tətbiqi proqramında “Söhbətlər” bölməsində 13.08.2021-ci il tarixə aid yazışmalara baxdıqda orada +99***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçmiş “Nəsimi” adlı şəxslə Şahid11 bir-birinə mesaj yazdıqları müşahidə edilmiş, həmin mesajlar 13.08.2021-ci il tarixdə saat 19.46-da başlanılmış və saat 19.57dək davam etmiş, söhbət əsnasında da Təqsirləndirilən şəxs ona var-yox söyüşü söydüyü üçün Novruz Mansurovu bıçaqladığını, sonuncuya bir dəfə bıçaqla zərbə vurduğunu, təslim olmaq istədiyini və gəlib onu aparmasını Şahid11 yazmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin qeyd edirlir ki, könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, müəyyən təsir və təzyiq nəticəsində şəxsin öz təqsirini boynuna alması və şübhəli şəxs kimi saxlandığı zaman cinayət hadisəsini törətməkdə iştirak etməsini etiraf etməsi halları könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Hər bir halda “könüllülük” məsələsi ciddi araşdırılmalı və könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün edir. Könüllü gəlib təqsirini boynuna alma haqqında ərizə yazılı və ya şifahi ola bilər. Şifahi ərizə zamanı CPM-in 204.2-ci maddəsində göstərilmiş qaydada ayrıca protokol tərtib edilməlidir. Protokol və yazılı ərizə, ərizəni verən və onu qəbul edən şəxs tərəfindən imzalanmalıdır. Eyni zamanda, bu qaydaya riayət edilməməsi nəticəsində könüllü gəlib təqsirini boynuna alan şəxsin haqqında rəsmiləşdirmənin aparılmaması aşkar edildikdə, konüllü gəlib təqsirini boynuna almanın mövcud olub-olmaması faktı cinayət prosesini həyata keçirən orqanlar tərəfindən icraatlarında olan cinayət işində və ya cinayət təqibi ilə bağlı digər materiallarda olan sübutlar əsasında araşdırıb müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qərarından açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna almasını (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır) şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Təqsirləndirilən şəxs könüllü olaraq Qazax rayon polis şöbəsinə gəlməsi barədə protokol tərtib olunmamasına baxmayaraq, məhkəmə yuxarıda qeyd edilən plenum qərarında nəzərdə tutulmuş müddəaları rəhbər tutaraq cinayət işinin mövcud olan və məhkəmə istintaqı zamanı araşdırılmış 16 avqust 2021-ci il tarixdə keçirilmiş polis leytenantı Şahid11 istifadəsində olan içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış “İphone 11 Pro MAX” mobil telefona baxış protokoluna, təqsirləndirilən şəxs və iş üzrə şahidlər Şahid11, Şahid12 həmin xüsusatla bağlı ifadələrində qeyd etdiklərinə əsasən hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs hər hansı bir əməliyyat-axtarış tədbirləri nəticəsində və ya təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, öz istəyi və xahişi ilə polis əməkdaşlarına törətmiş olduğu cinayət əməlini könüllü etiraf edərək, gəlib onu polis şöbəsinə aparmalarını bildirməsi, hadisə zamanı istifadə etdiyi bıçağı və hadisə zamanı əynində olmuş paltarları könüllü olaraq polisə təqdim etməsi müəyyən edildi. Odur ki, təqsirləndirilən şəxsin həmin əməli könüllü gələrək təqsirini boynuna alma kimi qiymətləndirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 14 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Qazax rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş “Cappy” butulkası və “Croissant” şirniyyatının boş qabı, Təqsirləndirilən şəxs məxsus qara rəngli şalvar, X13 məxsus tünd boz rəngli şalvar, həmçinin göy rəngli qısaqol köynək və cinayət hadisəsi zamanı istifadə edilmiş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz ön dörd) manat məhkəmə lifli materialların tədqiqi ekspertizası və 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə ballistik-trasoloji ekspertizası xərci, cəmi isə 242 (iki yüz qırx iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Qazax rayon Vəkil Bürosunun vəkili X25 prosessual hərəkətlərdə 50 saat, məhkəmə istintaqı zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 prosessual hərəkətlərdə 20 saat iştirak etməklə, müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 14 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlar - Qazax rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq, “Cappy” butulkası, “Croissant” şirniyyatının boş qabı, həmçinin təsərrüfat təyinatını itirdiyindən Təqsirləndirilən şəxs məxsus qara rəngli şalvar və X13 məxsus tünd boz rəngli şalvar, göy rəngli qısaqol köynək məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 242 (iki yüz qırx iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X20 vəkil işlədiyi Qazax rayon Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat, Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ( və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar