Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-369/2022 28.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X4 ibarət tərkibdə, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, M.P.Vaqif küçəsi, 8-ci dalan, ev 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, narkotik vasitə olan külli miqdarda heroinin qanunsuz olaraq satışı ilə bağlı şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq qazanc əldə etmək barədə razılaşdıqdan sonra məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 185.541 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq Bakı şəhərinin məlum olmayan konkret yerində əldə edib şəxsiyyəti məlum olmayan şəxsin tapşırığına görə narkotik vasitəni çəkib satmaq üçün istifadə etdiyi 1 ədəd elektron tərəzi ilə birlikdə satış məqsədi ilə Gəncə şəhərinə aparmaq üçün idarə etdiyi qaynatası Şahid4 Nürəddin oğluna məxsus “Opel Vectra” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq eyni məqsəd ilə daşıyarkən Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Bolmar” adlı mağazanın qarşısında saxlanılaraq idarə etdiyi avtomobili ilə birlikdə ünvan 1 ünvanında yerləşən ünvan 2inik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən ön sol oturacağın altından qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxlayaraq daşıdığı 01 ədəd sarı rəngli folqa kağız bükümündə olmaqla 01 ədəd sellofan bükümün içərisində və 185.541 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan həmin heroin, həmçinin ön sağ oturacağın üzərindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.3-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Vaqif küçəsi, 8ci döngə, ev 8-də ailə üzvləri ilə birlikdə yaşamışdır. Evlidir, himayəsində iki azyaşlı övladı var. Bakı şəhərində icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Dəliməmmədli şəhərində yaşayan qaynatası Arifə məxsus gümüşü rəngli, “Opel Vectra” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsiredici maddələrdən ümumiyyətlə istifadə etməmişdir. 2021-ci ilin oktyabr ayında, dəqiq xatırlamadığı tarixdə Bakı şəhərində olarkən taksi avtomobilimdə olan tanımadığı müştəri özündə smartfon tipli mobil telefon olmadığına görə “whatsapp” mobil tədbiqi ilə danışmaq üçün ondan mobil telefonunu istəmiş, həmin vaxt o, qeyd olunan müştəriyə mobil telefonunu vermiş və müştəri avtomobildən düşüb kiminləsə danışıb sonra geri qayıtmış və onu xatırlamadığı yerdə düşürmüşdür. Bir neçə saat sonra İran İslam Respublikasına aid xatırlamadığı mobil nömrədən onun “whatsapp” nömrəsinə zəng gəlmiş, telefon danışığı zamanı özünü İran vətəndaşı kimi təqdim edən tanımadığı şəxs azərbaycan dilində danışaraq ona bildirmişdir ki, onun telefonu ilə zəng etmiş avtomobilindəki həmin müştəri narkotik vasitə alıb, lakin pulunu verməmişdir. O isə həmin müştərini xatırlamadığı yerdə düşürdüyünü bildirib tanımadığını demişdir. Beləcə, telefonla danışmaqla həmin şəxslə tanışlığı yaranmışdır. Danışıq zamanı həmin şəxs adını Cabir olaraq bildirmişdir. O da həmin şəxsə özü haqqında məlumat verib Gəncə şəhərində yaşadığını, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Tutulmamışdan bir həftə əvvəl Cabir onun “whatsapp” nömrəsinə zəng edərək Bakı şəhərindən Gəncə şəhərinə narkotik vasitə aparmaq lazım olduğunu, aparan həmin şəxsə bunun üçün 300 manat pul verəcəyini bildirmişdir. O isə pula ehtiyacı olduğu üçün narkotik vasitəni Gəncə şəhərinə aparmaq barədə həmin şəxslə razılaşmışdır. Həmin vaxt o, qeyd olunan şəxsə Gəncə şəhərində olduğunu, Bakı şəhərinə gedib qayıtmaq üçün benzininin olmadığını bildirdikdə Cabir onun üzərində 5243 7544 1040 6746 nömrəsi qeyd edilmiş Unibank ASC-yə məxsus “albalı” kartına 50 manat pul köçürtmüşdür. Bundan sonra Cabir onun “whatsapp” nömrəsinə məkan göndərib həmin yerə getməsini və orada ağacın dibində qara sellofan torbanın içərisində oraya qoyulmuş narkotik vasitəni götürüb Gəncə şəhərinə aparmasını, münasib bir yerdə gizlədib həmin yerin fotoşəklini və məkanını “whatsapp” nömrəsi ilə göndərməsini tapşırmışdır. Bundan sonra Bakı şəhərinə yola düşmüşdür. O, Cabirin tapşırığı ilə gedərək Bakı şəhərində “Papanin” adlanan hərbi hospitalın yanına çatmış və orada olan tək ağacın dibindən həmin torbanı götürüb Gəncə şəhərinə yola düşmüşdür. Gəncə şəhərində həmin narkotik vasitəni yaşadığı küçənin yaxınlığında olan ağacın dibinə gizlədib həmin yerin şəklini çəkmiş və məkan ünvanını “whatsapp” nömrəsi ilə Cabirə göndərmişdir. Bundan sonra Cabir onun kart hesabına hissə-hissə olmaqla 250 manatı da göndərmişdir. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Cabir yenə ona zəng edərək Bakı şəhərində “kola” kimi tanınan narkotik vasitə heroin olmasını bildirmiş və həmin narkotik vasitəni götürüb Gəncə şəhərinə gətirməsini tapşırmışdır. O, ilkin olaraq Cabirdən pul istədikdə Cabir tapşırığı icra etdikdən sonra pulunu verəcəyini bildirmişdir. O da X3 tanımadığı müştəri götürüb xx.xx.2022-ci il tarixdə, axşam saatlarında qaynatası Arifə məxsus Opel Vectra markalı avtomobillə Bakı şəhərinə yolda düşmüşdür. Bakı şəhərinə gecə saatlarında çatmış və Cabir ona yenə “whatsapp” nömrəsi ilə məkan və narkotikin olduğu yerin fotoşəklini göndərmişdir. O, həmin yerə, yəni Bakı şəhər, Mərdəkan qəsəbəsində yerləşən H.Əliyev adına parkın yaxınlığına gedib oradan “Cipsi” sellofanının içərisində olan həmin narkotik vasitəni götürmüş və Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında hosteldə gecələmişdir. Ertəsi gün günorta saatlarında o, Bakı Beynəlxalq Avtovağzaldan tanımadığı şəxsləri müştəri kimi götürüb Gəncə şəhəri istiqamətində yola düşmüş, müştəriləri yolda Kürdəmir rayonunda düşürmüşdür. Sonra Dəliməmmədli şəhərinə, qaynatasıgilin evinə gedib azyaşlı qızını oradan götürmüş və Gəncə şəhərinə yoluna davam etmişdir. Gənə şəhərinə çatdıqdan sonra saat 20:00 radələrində evə ərzaq almaq üçün Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” mağazasına getmiş, həmin vaxt azyaşlı qızı da avtomobildə olmuşdur. O, avtomobildən düşüb marketə getmək istəyərkən mülki geyimdə olan tanımadığı polis əməkdaşları onu saxlamışlar. Həmin şəxslər ona xidməti vəsiqələrini nümayiş etdirib özlərini Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşları kimi təqdim etmiş və onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində və avtomobildə gəzdirməkdə, həmçinin satmaqda şübhəl olduğunu bildirib Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt onun xahişi ilə anası onun olduğu yerə gələrək qızını evə aparmış, özü isə polis əməkdaşları ilə öz avtomobilini idarə edib Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Polis İdarəsində polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə videoqeydiyyat aparılaraq onun üzərində xidməti iş otaqlarının birində axtarış aparılmışdır. Axarış zamanı üzərində hər hansı qanunsuz əşya, predmet, o cümlədən narkotik vasitə aşkar edilməmiş, üzərində olan “Samsung A 50” markalı mobil telefonu və 01 ədəd “albalı” kartı polis əməkdaşı tərəfindən axtarış zamanı ondan götürülmüşdür. Bundan sonra polis əməkdaşlarının və müdafiəçisnin iştirakı ilə qaynatası Arifə məxsus “Opel Vectra” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə videoqeydiyyat aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı o özü avtomobilin sürücü oturacağının altında gizlətdiyi sarı rəngli sellofan bükümdə narkotik vasitə olan həmin heroini, yəni “kola”nı polis əməkdaşlarına təqdim etmişdir. Avtomobilə baxış zamanı ön oturacağın üzərində olan və ev əşyası kimi istifadə etdiyi, insanın çəkisini çəkmək üçün nəzərdə tutulan tərəzini də polis əməkdaşları götürmüşlər. O, tərəzini həmin gün qaynatasıgilin evindən götürüb öz evinə aparmaq istəmişdir. Belə ki, həmin tərəzi onun tərəzisidir, qızını qaynatasıgilə apararkən oraya aparılmış, başqa sözlə, tərəzini başqa məqsədlə isifadə etməmişdir. O, heç vaxt heç kimə narkotik vasitə satmamış, satmaq fikri olmamış, üzərindən aşkar edilmiş narkotik vasitəni də kiməsə satmağı düşünməmişdir. Sadəcə, Cabirin tapşırığı ilə bir yerə gizlədib yerini Cabirə bildirmişdir. O, sadəcə vasitəçi olmuşdur. Qeyd edilən “müştəri” ni görməmiş, Cabirin həmin narkotik vasitəni kimə satacağını bilməmişdir. Cabir ona İran İslam Respublikasında adamlarının olduğunu, həmin adamlar vasitəsi ilə narkotik vasitələri qaçaq yollarla Azərbaycan Respublikasının ərazisinə keçirdiklərini bildirmişdir. O, Cabiri ancaq mobil telefonla görüntülü danışmaqla görmüşdür. Belə ki, Cabir 30-35 yaşlarında bir şəxs olduğunu, İran İslam Respublikasında, bilmədiyi şəhərdə yaşadığnı bilmiş, onun haqqında başqa heç nə bilməmişdir. O, Cabirin nömrəsini xatırlamır. telefonundan da silmişmişdir ki, İran nömrəsi olduğuna görə problem yaşamasın. Qaynatası Arifin həmin narkotik vasitəni avtomobilin qabaq sol oturacağının altında gizlətdiyindən xəbəri olmamışdır. Əməlindən peşmandır, yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Vaqif küçəsi, 8-ci dalan, ev 8-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” mağazasının qarşısında idarə etdiyi “Opel Vectra” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib şübhənin mahiyyətini izah etdikdən sonra Təqsirləndirilən şəxs özləri ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirmişlər. Həmin vaxt Anarın avtomobilində azyaşlı uşağı olmuş, həmin uşağı Anarın anası aparmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin edilmiş və videoqeydiyyat aparılaraq müdafiəçisinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə verilən suala cavab olaraq sonuncu “yox” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon və bank kartı təhqiqatçı tərəfindən götürülmüşdür. Axtarış zamanı şübhəli şəxsə başqa yerdə narkotik vasitə saxlayıb-saxlamamsı barədə sual verildikdə şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs iranlı bir şəxsin dünən saat 01 radələrində Bakı şəhəri, Mərdəkan qəsəbəsində qoydurduğu narkotik vasitəni götürüb idarə etdiyi avtomobili ilə Gəncə şəhərinə gətirdiyini, bunun müqabilində həmin şəxsdən 300 manat alacağını, narkotik vasitənin yerinin fotoşəkil və məkan bildirişi ilə ona çatdırıldığını, həmin narkotik vasitəni Gəncə şəhərində hər hansı bir yerə qoyub yerini və fotoşəklini iranlı olan həmin şəxsə bildirməli olduğunu, təxminən bir həftə əvvəl də iranlı həmin şəxsin tapşırığı ilə Bakı şəhərindən narkotik vasitə götürüb Gəncə şəhərinə gətirdiyini, həmin şəxsin mobil nömrəsini sildiyini demişdir. Sorğusual zamanı şübhəli şəxs avtomobilinin sürücü oturacağının alt hissəsində narkotik vasitə olmasını və həmin avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onların da iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Vectra” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli avtomobilə baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs özü avtomobilin qapısını açaraq sürücü oturacağının altından bir ədəd sellofan bağlama çıxarıb içərisində narkotik vasitə olduğunu, dünən gecə Bakı şəhəri, Mərdəkan qəsəbəsində iranlı şəxsdən götürdüyünü, Gəncə şəhərinə gətirdiyini bildirmişdir. Avtomobilin ön sərnişin oturacağının üzərində olan sellofan torbalara baxış zamanı onların içərisində məişətdə istifadə edilən qida məhsulları, geyim əşyaları olması müəyyən olunmuşdur. Baxış zamanı həmin oturacağın üzərində 01 ədəd elektron tərəzi də aşkar edilmişdir. Bundan sonra təqdim edilmiş, içərisində narkotik vasitə olduğu bildirilən sellofan büküm açılmış və içərisində qəhvəyi rəngli, toz halında, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə aşkar edildiyi sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 203 qram təşkil etmişdir. Həmin kütlə boş kağız zərfin içərisində qablaşdırılmış, zərfin üzərində qeydlər aparılmış, möhürlənərək imzalarla təsdiq edilmişdir. Baxış və götürmə zamanı 01 ədəd elektron tərəzi də götürülmüşdür. Daxil olmuş əməliyyat məlumatına əsasən, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə İran İslam Respublikasının vətəndaşından əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri müddəti 01 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/190 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sarı rəngli folqa kağız bükümdəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 185,541 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 990 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 264 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus “albalı” kartı vasitəsi ilə edilən mədaxil və məxaric əməliyyatları barədə məlumatlar ələ keçirilərək baxış keçirilmiş və müəyyən olmuşdur ki, 5243-7544-1040-6746 seriya nömrəli bank kartı Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Həmin kart vasitəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı bank əməliyyatları edilmişdir. Həmin əməliyyatlar arasında təqsirləndirilən şəxsin ifadəsində bildirdiyi kimi tutulmazdan təxminən bir həftə əvvəl İran İslam Respublikası vətəndaşı tərəfindən onun kartına pul köçürülməsi ilə bağlı mədaxil əməliyyatları da yer almaqdadır. Belə ki, Təqsirləndirilən şəxs adına olan müvafiq kart hesabına xx.xx.2022-ci il tarixdə 50 manat və 200 manat olmaqla ümumilikdə 250 manat pul köçürülmüşdür. Həmin pul e-manat sistemi vasitəsi ilə göndərilmişdir. Pulun kim tərəfindən göndərildiyi qeyd edilən məlumatlardan məlum olmur. Qeyd edilən məlumatlar arasında olan digərləri iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrı-ayrılıqda qeyd olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 00:00-dan xx.xx.2022-ci il, saat 20:00-a qədər olan müddət ərzində mobil telefonlar vasitəsi ilə edilmiş zənglərin siyahısı, tarixi, danışıq müddətləri və anten dairələri barədə məlumatlar "xxxx" MMC-dən əldə edilərək baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, idarə etdiyi avtomobilə baxış və götürmə aparılmasının videogörüntüləri olan 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxışla müəyyən olmuşdur ki, diskdin içərisində 02 ədəd videogörüntü var. Birinci videogörüntü 10 dəqiqə 21 saniyədən ibarətdir. Görüntüdə çıxış edən şəxs Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X5, görüntüdə olan digər şəxslərin isə Gəncə şəhər BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili,polis polkovnik-leytenantı Şahid1, həmin Bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, videooperator qismində Gəncə şəhər BPİ-nin KTB-nin baş inspektor kriminalisti, polis mayoru Şahid3, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxsdur. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilməsi səsləndirilir. Axtarışdan əvvəl baş təhqiqatçı, polis baş leytenantı Kamil Abdullayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet, o cümlədən narkotik vasitə olub-olmaması barədə sual verilir, Təqsirləndirilən şəxs isə “yox” deyərək cavab verir Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin üzərindən hər hansı narkotik vasitə, psixotrop maddə, o cümlədən dövriyyəsi qanunla qadağan edilmiş digər predmet aşkar edilmir.Axtarış zamanı şübhəli şəxsin üzərindən aşkar edilən 01 ədəd “albalı” kartı və 01 ədəd “Samsung A50” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülür. Axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə saxlayıbsaxlamadığı barədə sual verilir, şübhəli şəxs Təqsirləndirilən şəxs isə avtomobilində narkotik vasitə olduğunu bildirərək verilən suallara cavab olaraq iranlı bir şəxsin dünən saat 01 radələrində Bakı şəhəri, Mərdəkan qəsəbəsində qoydurduğu narkotik vasitəni götürüb idarə etdiyi avtomobili ilə Gəncə şəhərinə gətirdiyini, bunun müqabilində həmin şəxsdən 300 manat alacağını, narkotik vasitənin yerinin fotoşəkil və məkan bildirişi ilə ona çatdırıldığını, həmin narkotik vasitəni Gəncə şəhərində hər hansı bir yerə qoyub yerini və fotoşəklini iranlı olan həmin şəxsə bildirməli olduğunu, təxminən bir həftə əvvəl də iranlı həmin şəxsin tapşırığı ilə Bakı şəhərindən narkotik vasitə götürüb Gəncə şəhərinə gətirdiyini, həmin şəxsin mobil nömrəsini sildiyini qeyd edir.Sorğu-sual zamanı şübhəli şəxs avtomobilinin sürücü oturacağının alt hissəsində narkotik vasitə olmasını və həmin avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirir. Diskin içərisində olan ikinci videogörüntü 10 dəqiqə 58 saniyədən ibarətdir. Görüntüdə olan şəxslər tam tərkibdə şəxsi axtarışda iştirak edən şəxslərdir, əlavə şəxs yoxdur. Baxış “Opel Vectra” minik markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli avtomobilə keçirilir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs özü avtomobilin qapısını açaraq sürücü oturacağının altından bir ədəd sellofan bağlama çıxarıb içərisində narkotik vasitə olduğunu, dünən gecə Bakı şəhərində Mərdəkan qəsəbəsində iranlı şəxsdən götürdüyünü, Gəncə şəhərinə gətirdiyini bildirir. Avtomobilin ön sərnişin oturacağının üzərində olan sellofan torbalara baxış zamanı onların içərisində məişətdə istifadə edilən qida məhsulları, geyim əşyaları olması müəyyən olur. Baxış zamanı həmin oturacağın üzərində 1 ədəd elektron tərəzi də aşkar edilir. Bundan sonra təqdim edilmiş, içərisində narkotik vasitə olduğu bildirilən sellofan büküm açılır və içərisində qəhvəyi rəngli, toz halında, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilir. Həmin kütlə aşkar edildiyi sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 203 qram təşkil edir. Həmin kütlə boş kağız zərfin içərisində qablaşdırılır, zərfin üzərində qeydlər aparılır, möhürlənir və imzalarla təsdiq edilir. Baxış və götürmə zamanı 01 ədəd elektron tərəzi də götürülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığı əsasında Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroini İran İslam Respublikasının vətəndaşı Cabir adlı şəxslə əlbir olub pul müqabilində Bakı şəhərindən götürərək Gəncə şəhərinə gətirdiyi müəyyən edilsə də, Cabir adlı şəxsin şəxsiyyətini, eləcə də Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni kimə gətirməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanmağa verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqatından qalıq qalmış 185.341 qram narkotik vasitə olan heroin, 01 ədəd mobil telefon, 01 ədəd bank kartı, 01 ədəd elektron tərəzi hazırkı cinayət işi üzrə maddi sübut, eləcə də cinayət işinin istintaq materiallarında Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, şəxsi axtarış, baxış və götürmə aparılmasının videogörüntüləri, telefon danışıqları və bank əməliyyatları barədə məlumatlar və cinayət işinin digər sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin və Gəncə şəhər Rayonlararası Ruhi-Əsəb Dispanserinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan dispanserlərdə qeydiyyatda durmur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onda aşkar edilən narkotik vasitələri satmaq üçün deyil, sadəcə 300 manat müqabilində Cabir kimi tanıdığı iranlı şəxsin tapşırığı ilə aşkar olunan narkotik vasitəni Bakı şəhərindən Gəncə şəhərinə gətirməsi, aşkar olunan tərəzinin narkotik vasitə üçün istifadə olunmamasıilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq ümumi təmiz çəkisi 185.541 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan həmin heroin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının külli miqdardan dəfələrlə artıq olması, qanunsuz olaraq əldə edib, pul qarşılığında daşıyb saxlaması, telefon danışıqları və sms bildirişlərinin olması onun qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan Cabir adlı tanışı ilə əvvəlcədən pul müqabilində razılaşaraq, vatshap proqramı vasitəsilə bir-birilərinə narkotik vasitənin olduğu yerin görüntüsünü çəkərək göndərməsi və həmin razılaşmaya əsasən Cabirin tapşırığı ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Bakı şəhərindən Gəncə şəhərinə gətirməsi, idarə etdiyi avtomobilindən 01 ədəd elektron tərəzinin aşkar edilməsi onun qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlanmasını bir daha təsdiq edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən iki azyaşlı uşağının olması, Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 01 ədəd mobil telefon təqsirləndirlən şəxsin yaxın qohumuna qaytarılmalı imtina etdikdə məhv edilməli, 01 ədəd elektron tərəzi, 185.341 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 01 ədəd bank kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 01 ədəd mobil telefon təqsirləndirlən şəxsin yaxın qohumuna qaytarılsın, imtina etdikdə məhv edilsin. 01 ədəd elektron tərəzi və 185.341 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 01 ədəd bank kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-369/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-369/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver