Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-369/2024 30.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X4 ibarət tərkibdə Məhkəmə iclas katibləri: X16 və X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili oğlunun iştirakı ilə, xx.xx.1999-cu ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul , Tərtər rayonu Sarıcalı kəndində qeydiyyatda olmaqla, yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində "X22" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq “nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə” yə əsasən istifadəsində olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Opel Astra” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə-Tərtər yolunun Tərtər rayonu Sarıcalı kəndindən keçən 13-cü kilometrliyində Tərtər şəhəri istiqamətində hərəkətdə olarkən "X22" Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamaq, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamamaq, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamaq, eyni zamanda "X22" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini, yəni nəqliyyat vasitəsini maksimum icazə verilən 80 km/saatdan çox olmayan sürətlə idarə etməli olduğu halda bunu etməyərək, 3.24 "maksimum sürətin məhdudlaşdırılması" yol nişanının tələblərini pozaraq 90-100 km/saat sürətlə hərəkət etdirib, istifadəsində olan mobil telefonla məşğul olarkən ani diqqətsizlik edərək avtomobilinin sağ təkərini yol çiyniehtiyat hissəyə çıxararaq avtomobilin idarəetməsini itirmiş, əks istiqamətdə Zərərçəkmiş şəxs1 60-70 km/saat sürətlə idarə etdiyi “VAZ 2106” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq Bərdə rayonu istiqamətində yolun orta xəttindən sağa doğru 1.7 metr məsafədə həmin avtomobilin ön hissəsinin sağ tərəfi ilə toqquşmuş, nəticədə O, ehtiyatsızlıqdan “VAZ 2106” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol İ, İİ, İİİ, İV, V sağ İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların sınıqları, divararalığına qansızma , ağ ciyərin hissəvi kontizusiyası, döş sümüyünün ikili sınığı, başın təpə, sağ və sol dirsək oynaqlarının arxa səthinin, sağ diz oynağının, sağ budun aşağı 1/3-nin bayır səthinin əzilmiş yaraları xəsarətləri ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vuran xəsarətlər, atxa oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 Əlövsət oğlunun ağır dərəcəli travmatik şokla müşayiət olunan sağ bud sümüyü boynunun və orta 1/3-nin, sağ bazu sümüyünün, aşağı 1/3-nin, sağ V daraq sümüyünün yerdəyişmiş qapalı sınıqları, sağ mil sinirinin zədələnməsi, sinfizin aralanması, sağdan oma sümüyünün yerdəyişməsiz sınığı xəsarətləri ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vuran xəsarətlər almasına, ön sərnişin oturacağında əyləşmiş X9 isə ağır kəllə beyin travması, baş beyin qişalarına, baş beyin toxumasına və mədəciklərinə qansızma, başın alın-təpə sümüyünün sınığı, kəllə əsasının sınığı, başın arxa təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin qançırı, sağ dirsək nahiyəsi ilə sağ said nahiyəsinin arxabayır səthini əhatə edən sahənin, sağ, sol diz, sol baldır nahiyələrinin sıyrıqları, sağ bud nahiyəsinin əzilmiş yarası, sağ bud sümüyünün açıq, sol baldır sümüyünün qapalı qəlpəli sınıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hadisə vaxtı idarə etdiyi “Opel Astra” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə satın almışdır, sürücülük vəsiqəsi yoxdur. xx.xx.2023-cü ildə saat 15 radələrində avtomobildə benzini bitdiyi üçün Tərtər şəhərinə yanacaq doldurma məntəqəsinə getmiş, Bərdə-Tərtər-İstisu avtomobil yolu ilə Tərtər şəhəri istiqamətində 90-100 km/saat sürətlə hərəkətdə olarkən istifadəsində olan mobil telefonla məşğul olduğu üçün ani diqqətsizlik etdiyindən avtomobilin sağ təkəri ehtiyyat hissəyə keçmiş, avtomobilin idarəetməsini itirmiş, avtomobil sol tərəfə istiqamətlənib əks hərəkət zolağına çıxmışdır. O avtomobili öz hərəkət zolağına qaytara bilməmiş, buna görə əks hərəkət istiqamətindən də sağa keçirib yaşıllıq sahəyə çıxmasını istəsə də qarşıdan gələn “VAZ 2106” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən avtomobili yolun soluna dərəyə yanı üstə aşmış, avtomobildə sıxılıb qalmış, yoldan keçən şəxslər avtomobili çevirib, ona köməklik edib çıxartmışlar. Toqquşduğu “VAZ 2106” markalı avtomobildə olan şəxslərdən birinin vəfat etdiyini, iki nəfər şəxsin isə yerdə uzandığını görmüşdür. O zəng edib qardaşı Elməddin çağırmış, ətrafa şəxslər toplaşmış, təcili tibbi yardım avtomobili gəlmişdir. Əvvəlcə yaralıları sonra isə mərhumu təcili yardım maşını ilə göndərmişlər. Həmin vaxt mərhumun qohumları gəldiyi üçün dava olmasın deyə qardaşı Elmədinin “VAZ 21074” markalı avtomobili ilə təcili yardım avtomobilinin arxası ilə xəstəxanaya getmiş, lakin orada da ölən və yaralanların yaxınları olduğu üçün avtomobildən düşməmiş, xəstəxanaya gələn müstəntiqə özünü təqdim etmiş və onun xidməti avtomobili ilə hadisə yerinə qayıtmış, sənədləşmədə iştirak etmiş, sonra isə Bərdə RMX-də tibbi müayinədən keçmiş, sonra isə DYP-nin Bərdə rayonundakı stasionar posta gedib izahat vermişdir. Hadisədən sonra yalnız mərhumun ailəsi ilə barışıq əldə etməyə səy göstərsə də, qohumları gəlməməyi dediyi üçün aralarında barışıq olmamış, digər zərərçəkmişlərlə barışıq əldə etməyə cəhd edə bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, tutduğu əməldən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslərdən üzrxahlıq edir, özü uşaqlıqdan yetim böyümüş və babasının himayəsində yaşamışdır. Cavan olmasını, hadisəni istəmədən törətdiyi üçün məhkəmədən ona yüngül cəza verilməsini istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, idarə etdiyi “VAZ 2106” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil X13 X7 Şöbəsi tərəfindən ona təhkim olunmuşdur. “BCD” kateqoriyalı sürücülük vəsiqəsi var. X24 iş yoldaşı olmuşdur. xx.xx.2023-cü il tarixdə Kənan, O və digər iş yoldaşı Nurlan Tərtər şəhərinə işlə bağlı getmiş, həmin gün saat 14 radələrində Bərdə şəhərinə qayıtmışlar. Avtomobili O idarə etmiş, Kənan ön sərnişin yerində, Nurlan isə arxada əyləşmişdir. Avtomobil yolunun Tərtər rayonu Sarıcalı kəndindən keçən hissəsində 60-70 km/saat sürətlə hərəkətdə olarkən qəfil 20-30 metr məsafədən döngədən onun hərəkət yoluna yüksək sürətlə gələn və idarəetməni itirən “Opel Astra” markalı avtomobil çıxmış, həmin avtomobil düz onun üzərinə gəlmiş, öz hərəkət yoluna qayıtmamış, hadisə saniyələrlə ölçülən qısa müddətdə baş verdiyi üçün qəzadan yayınmaq mümkün olmamışdır. İdarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə avtomobilin qabaq sağ tərəfi onun hərəkət yolunda toqquşmuş, hadisədən sonra özündə olmamışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 göstərdi ki, hadisə anidən baş verdiyi və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil idarəetmədən çıxıb yüksək sürtələ üzərinə gəldiyi üçün qəzadan yayına bilməmiş, toqquşma da onun yolunda baş vermişdir. Təqsirləndirilən şəxsin göstərdiyi onun guya hadisə vaxtı toqquşmadan əvvəl əyləcdən istifadə etməməsi barədə göstərdikləri isə əsassızdır. Təqsirləndirilən şəxs avtomobili öz yoluna qaytarmaq əvəzinə onun yoluna doğru sürməyə davam etdiyindən toqquşma labüd olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir, ona ədalətli cəza verilməsini xahiş edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X15 göstərdi ki, Bərdə şəhərində X24 oğlu olmuş, X3 işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində oğlunun olduğu avtomobilin avtoqəzaya düşdüyünü eşitmiş, bundan sonra Tərtər RMX-yə getmiş, Kənanın vəfat etdiyini öyrənmişdir. Xəstəxanada olarkən Kənanın iş yoldaşı Qabilin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Tərtərdən Bərdəyə qayıdarkən qarşıdan yüksək sürətlə gələn “Opel” markalı avtomobilin onların hərəkət yoluna çıxması nəticəsində avtomobillərin toqquşmasını öyrənmişdir. Təqsirləndirilən şəxsin göstərdiyi barışığa cəhd edilməsi barədə göstərilənlər isə əsassızdır. Nə oğlunun dəfnində, nə də yas mərasimində Elmanın özü və ailə üzvlərindən heçkim iştirak etməmiş, hadisədən 3-4 ay sonra Elmanın qohumlarından bir neçə qadın onların qapısına gəlmişdir ki, onları da arvadı ilə normal qonaq kimi qəbul edib, həmin vaxta qədər gəlməmələrinə haqlı iradlarını bildirmiş və təqsirləndirilən şəxsi bağışlamayacağını demişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Səhrab Novruzov göstərdi ki, Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamışdır və bağışlamır. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 da əri Səhrab Novruzovla eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə dindirilmiş digər Zərərçəkmiş şəxs2 göstərmişdir ki, hadisə vaxtı AQTA-nın X12 stajor baytar vəzifəsində işləmiş, xx.xx.2023-cü ildə səhər Agentliyin əməkdaşları Qabil və Kənanla birlikdə Tərtər rayonuna reydə getmişlər, həmin gün saat 14 radələrində isə geri qayıtmışlar. Özü arxa sərnişin yerində mərhum Kənan isə ön sərnişin yerində oturmuşdur. Qabilin idarə etdiyi VAZ-2106 markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən təxminən 10-15 metr qarşıdan əks hərəkət zolağından gələn “Opel Astra” markalı avtomobilin onların üzərinə gəldiyini görmüşdür. Qabil avtomobili azca sağa çəksə də qəzadan yayınmaq mümkün olmamışdır. Avtomobillər toqquşmuş, zərbənin təsirindən özündə olmamış, ancaq xəstəxanada ayılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 göstərdi ki, o hadisə vaxtı baş verənləri müşahidə etmiş, Təqsirləndirilən şəxs sürdüyü avtomobil düz onların üstünə gəlmiş və hadisə qısa müddətdə baş vermişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış 05 sentyabr 2023cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə-Tərtər yolunun Tərtər rayonu Sarıcalı kəndindən keçən 13-cü kilometrliyidir. Hadisə yerində Yolun ümumi eni 8,5 metrdir. Hərəkət hissənin eni isə 7,6 metrdir. Avtomobil yolu iki istiqamətlidir, Tərtər rayon, Bərdə rayon istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Hər iki istiqaməti ağ qırıq xətlər ayırır. Yolun hər iki istiqamətinin sağında 2,5 metr enində yol çiyni yerləşir, Yolun hərəkət hissəsi yol çiyinləri sarı düz nişanlama xətti ilə işarələnmiş 45 sm. enində asfalt hissəyə yerləşir. Toqquşma yeri yolun Bərdə şəhəri istiqmətindənki hərəkət zolağında orta xəttdən 1,7 metr məsafədə “Vaz 2106” markalı avtomobilin hərəkət yolunda baş vermişdir. Hadisə yerində hərəkət sürəti 80 km/saatla məhdudlaşdırılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli 1142 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs1 Cahandar oğlu hadisə zamanı sərxoş olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli 1143 nömrəli tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT B PHŞ-dən verilmiş xx.xx.2022-ci il tarixli, 24 №-li rəydən görünür ki, X9 meyitində aşkar edilmiş xəsarətlər-ağır kəllə beyin travması, baş beyin qişlarınına, baş beyin toxumasına və mədəicklərinə qansızma, başın alın-təpə sümüyünün sınığı, kəllə əsasının sınığı, başın arxa təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin qançırı, sağ dirsək nahiyəsi ilə sağ said nahiyəsinin arxa-bayır səthini əhatə edən sahənin, sağ, sol diz, sol baldır nahiyələrinin sıyrıqları, sağ bud nahiyəsinin əzilmiş yarası, sağ bud sümüyünün açıq, sol baldır sümüyünün qəlpəli sınıqları olmuşdur. Həmin xəsarətər həyatidir, bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş beyin qişalarına , baş-beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X9 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodianzepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2022-ci il tarixli 3343/k №-li maddi sübutların müayinəsi aktı) İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETTB PHŞ-dən verilmiş xx.xx.2023-сü il tarixli 805 №li rəydən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsi zamanı döş qəfəsinin sol İ, İİ, İİİ, İV, V sağ İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların sınıqları, divararalığına qansızma, ağ ciyərin hissəvi kontizusiyası, döş sümüyünün ikili sınığı, başın təpə, sağ və sol dirsək oynaqlarının arxa səthinin , sağ diz oynağının, sağ budun aşağı 1/3-nin bayır səthinin əzilmiş yaraları xəsarətləri küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sürücü kimi törənə bilərdilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan Sağlamlığa AZ Ağır zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X26 şəxsdən verilmiş xx.xx.2023-сü il tarixli 800 №li rəydən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı - ağır dərəcəli travmatik şokla (İİİ dərəcə) müşayiət olunan sağ bud sümüyü boynunun və orta 1/3-nin, sağ bazu sümüyünün, aşağı 1/3-nin, sağ V daraq sümüyünün yerdəyişmiş qapalı sınıqları, sağ mil sinirinin zədələnməsi, sinfizin aralanması, sağdan oma sümüyünün yerdəyişməsiz sınığı xəsarətləri küt əşyanın(lar) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilən və məhkəmə araşdırılan Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəmə-avtotexniki ekspertizasının 21 noyabr 2023-cü il tarixli 8/3169 nömrəli rəyindən görünür ki, “VAZ 2106” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. “Opel Astra” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X22» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.Z.X29 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün hərəkətlərində “X22» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü E.Z.X29 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 90- 100 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində “X22» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Tərtər RMX PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 102 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Daxili İşlər Nazirliyi BƏSİİdən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə araşdırılan Tərtər rayonu Sarıcalı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 194 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu Sarıcalı kəndində yaşamış və müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, yol nəqliyyat hadisəsində iştirak etmiş “Opel Astra” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı və VAZ 2106 markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut qismində tanınaraq BDYP-nin 716 saylı postunda saxlanılır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri, digər sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə,.... nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan və icazə verilən hərəkət sürətindən yuxarı həddə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq 1 nəfərin şəxsin ölümünə, nəfər şəxsin Az Ağır, 1 nəfər şəxsin isə Ağır bədən xəsarəti almasına səbəb olan yol nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və O, həmin maddədə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında toqquşduğu “Vaz 2106” markalı avtomobilin sürücüsünün hadisə vaxt toqquşmadan əvvəl əyləcdən istifadə etməməsini, onun müdafiəçisi isə həmin halın hadisənin ağır nəticələrə səbəb olmasında mühüm rol oynadığını göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materialları, məhkəmədə tədqiq edilmiş digər zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə avto-nəqliyyat ekspertizanın rəyindən görünür ki, “Vaz 2106” markalı avtomobilin sürücüsü olan Zərərçəkmiş şəxs1 hərəkətlərində hansısa yol hərəkət qaydaları və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə nəticələnən hər hansı uyğunsuzluq aşkar edilməmiş, bununla bağlı, yəni iş üzrə əlavə, yaxud təkrar avtonəqliyyat ekspertizasının təyin edilməsi barədə müdafiə tərəfindən vəsatət verilməmişdir. Həmçinin ibtidai araşdırma dövründə müəyyən edilməsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hadisədən əvvəl diqqətinin yayınıb avtomobilin yol çiyninə çıxmasının mobil telelfonla məşğul olması ilə əlaqədar olmasını səmimi etiraf etmişdir ki, məhkəmənin qənaətinə görə məhz həmin hal ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisəsinin baş verməsində əsas faktor olmuşdur. Həmçinin təqsirləndirilən şəxsin hadisə vaxtı toqquşmadan əvvəl olan hərəkətləri və qərarları (ön çəkimə malik avtomobilin idarəetməsinin bərpa edilməsi hərəkət yoluna qaytarılması üçün əyləc əvəzinə qaz pedalından istifadə etmə bacarığının olmaması, avtomobili öz hərəkət zolağına qaytarmalı, yaxud buna cəhd etməli olduğu halda əks hərəkət zolağında hərəkətə davam edib avtomobili boş sahəyə salmaq istəyi) toqquşmanı labüd etmişdir ki, bu da şəxsin sürücülük hüququ əldə etmək üçün müvafiq tədris prosesinə cəlb edilməməsi və yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını bilməməsi mühüm rol oynamışdır. Məhkəmənin qənaətinə görə mövcud qanunvericilik aktları şəxsin nəqliyyat vasitələrini idarə etməsi üçün xüsusi hazırlıq keçməsini, nəzəri və təcrübi biliklərə malik olduqdan sonra imtahan verilməsi ona görə imperativ olaraq müəyyən etmişdir ki, sürücülər və yol hərəkətinin digər iştirakçıları oxşar situasiyalarla üzləşərkən, onların yol nəqliyyat hadisəsindən yayınmağa, yaxud nəticələrinin ağırlığını azaltmağa müvafiq hazırlığı( nəzəri bilik və təcrübəsi) olsun. Məhz həmin əsasları görə qanunverici nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan cinayət hadisəsi törətmiş şəxslər barəsində daha ciddi sanksiyalar müəyyən etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Elman Əlziadə törətdiyi əməlin ehtiyatsızlıqdan baş verməsini və əməlindən səmimi peşmançılıq çəkdiyini, qohumalrı tərəfindən barışıq əldə edilməsi üçün zərərçəkmiş şəxsin hüquqi varisi ilə cəhd etsə də barışmadığını göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, işin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs yalnız ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi olan valideyni ilə hadisədən uzun müddət (hər bir halda 3 aydan çox) sonra barışıq əldə etməyə cəhd etsə də baş vermiş yol ağır yol nəqliyyat hadisəsi nəticəsində ölmüş zərərçəkmiş şəxsin dəfn, yaxud yas mərasimlərin iştirak etməmiş, həmin xərclərinin ödənilməmiş, dəymiş ziyanın ödənilməsi lə bağlı hər hansı aktiv hərəkət(lər) olmamış, göstərilənlərlə əlaqədar məhkəmə baxışında hər hansı sübut təqdim edilməmiş, bunu təsdiq edəcək hallar isə iş materiallarına əlavə edilməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavan övladının həyatdan məhrum olması onun ailə üzvlərinə və yaxın qohumlarına sarsıdıcı təsir göstərməklə, barışıq üçün uzun müddət onlara müraciət edilməməsi hüquqi varisinin təqsirləndirilən şəxslə barışmasına, yaxud onu bağışlamasına mane olan əsas amil olmuşdur. Həmçinin məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, hadisə nəticəsində ağır və az ağır bədən xəsarəti almış digər zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinə isə təqsirləndirilən şəxs və ailə üzvləri ümumiyyətlə hər hansı cəhd etməmiş, avtomobilin məxsus olduğu quruma avtomobilə görə dəymiş ziyanın ödənilməsi ilə bağlı təşəbbüs göstərməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün isə əsaslar yoxdur. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X10 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təqdim edilmiş sənədlərə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə və həmin cəzanı çəkməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən məhkəmə tərkibi, sanksiyada nəzərdə tutulmuş ən aşağı həddə cəzanın verilməsi, təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi və ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən etmədiyinə görə, təqsirləndirilən şəxsə veriləcək daha aşağı hədd cəzanın cəmiyyətdə, xüsusilə eynixarakterli qayda pozuntusuna yol verən şəxslər arasında cəzasızlıq mühiti və psixologiyası yaranması ehtimallarına yaranmasına səbəb olma ehtimalını, hüquqi varis və zərərçəkmiş şəxslərin bütün ibtidai araşdırma və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən şikayətçi olmasını nəzərə alıb, Təqsirləndirilən şəxs qanunun müəyyən etdiyi həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini onun islah olunmasına sosial ədalət və qanunçuluq prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi qeyd edilən cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti təyin edilməlidir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın orta həddən yuxarı təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və O məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı hökmün çıxarıldığı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq və məhkəmədə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-HL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnam əsasında əldə etdiyini bildirsə də, məhkəmə qeyd edir ki, qanunvericlikdə həmin etibarnamə əsasında onun yalnız sahiblik və istifadə hüququ tanındığından abvtomobil mülkiyyətçisinə, yaxud onun səlahiyyətli nümayəndəsinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan və BDYPİ-nin 716 №li stasionar postunda saxlanılan “VAZ 2106” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil AQTA-nın X14 və “Opel Astra” markal,ı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil isə qanuni sahibi X11, yaxud nümayəndəsinə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri ümumilikdə 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Odur ki, iş üzrə məhkəmə məsrəfini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasına əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 may 2024-cü ildən hesablansın. İş üzrə maddi sübut olan və BDYPİ-nin 716 №li stasionar postunda saxlanılan “VAZ 2106” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil” AQTA-nın X14 və “Opel Astra” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil” isə qanuni sahibi X6, yaxud səlahiyyətli nümayəndəsinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-369/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-369/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver