Məhkəmə qərarları › İş №1(100)-369/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-369/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-369/2025 01.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1999-cu ildə Qazax rayonu, Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində 11 iyun 2024cü il tarixdə saat 23 radələrində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ / 5 saylı ASAN xidmət tərəfindən ona verilmiş В1, В, Cl, C dərəcəli sürücülük vəsiqəsinə sahib olmaqla sürücülük hüququ əsasında etibarnaməsiz idarə etdiyi, atası Şahid3 mülkiyyətində olan “Mercedes Benz E220 CDİ minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri, Heydər Əliyev prospektində üzü Ağstafa rayonu, Dağ Kəsəmən kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndininin tələblərinə əsasən avtomobili sərxoş vəziyyətdə idarə etməməli olduğu halda həmin maddənin tələblərinə riayət etməyib avtomobili sərxoş vəziyyətdə idarə etməklə yanaşı, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində saatda 50 kilometrdən çox olmayan sürətlə hərəkət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin maddələrin tələblərinə riayət etməyərək yol hərəkəti qaydalarını pozub 100-110 km/saat sürətlə avtomobilin hərəkətini davam etdirmişdir. Bu səbdən də hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarə etdiyi avtomobilin ön hissəsinin Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yolun əks istiqaməti ilə hərəkət edib sol tərəfə dönən, onun avtomobilinin hərəkətinə yol verməli olan Şahid1 idarə etdiyi “Ford Tranzit yük” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ ön qapısı ilə toqquşması nəticəsində sonuncu avtomobil zərbənin təsirindən hərəkət zolağından çıxmaqla sol tərəfi ilə həmin vaxt Qazax şəhəri, Səməd Vurğun küçəsində yolu piyada keçməkdə olan, zərərçəkmiş şəxs - xx.xx.1957-ci il təvəllüdlü X4 vurmasına səbəb olaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Şahlıx Mustafayevanın açıq kəllə-beyin travması, başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alın sümüyünün açıq-qəlpəli sınığı, baş-beyin toxumasının əzilməsi, baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sağ said sümüklərinin aşağı 1/3 hissəsinin qapalı yerdəyişməli sınığı, sol bazunun və sol saidin, gövdənin arxa hissəsinin, onurğa nahiyəsinin, 8-12-ci qabırğalar səviyyəsinin və bel şöbəsinin qançırları ilə nəticələnən, yetirildiyi anda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər almasına və sonuncunun başın alın sümüyünün basılmış sınığı nəticəsində törənən baş-beyin toxumasının əzilməsi, baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma nəticəsində 12 iyun 2024-cü il tarixdə Qazax rayon X7 şöbəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, 11 iyun saat 24:00 radələrində “Mercedes Benz E220 CDİ minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman “Ford Transit yük” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıcından qarşısına dönüş etmiş və nəticədə toqquşma baş vermişdir. Toqquşma hadisəsi baş verdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E220 CDİ minik” markalı avtomobil sürüşərək yolu piyada keçməkdə olan şəxsə dəymiş və nəticədə həmin şəxs qəza sonrası vəfat etmişdir. Həmçinin təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verdiyi zaman özü də xəsarət aldığından xəstəxanaya yerləşdirilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, hadisə olmamışdan təxminən 5-6 saat qabaq içki içmiş və avtomobili içkili vəziyyətdə idarə etmişdir. Təqsirləndirilən şəxs həmin zaman Qazaxdan Ağstayafa doğru hərəkət edirmiş, həmçinin sürət həddi 50 km/saat olduğu halda təqsirləndirilən şəxs avtomobili 70-80 km/saat sürətlə idarə etmişdir. Yol ayırıcına gələn zaman keçid üstünlüyü təqsirləndirilən şəxsin olmuş, lakin “Ford Transit yük” markalı avtomobilin sürücüsü onu gözləmədən yoluna çıxmışdır. O, hadisənin saat 12 radələrində baş verdiyini və qəza zamanı avtomobilinin ön hissəsinin zədələndiyini, keçid üstünlüyü onda olduğu üçün sürətini azaltmadığını və “Ford Transit yük” markalı avtomobilin sürücüsünün onu gözləyəcəyini düşündüyünü, lakin gözləmədiyi üçün qəzanın baş verdiyini bildirmiş, həmçinin qəzadan sonra xəstəxanada oyandığını və digər avtombilin qəza sonrası aşıb-aşmadığını görmədiyini qeyd etmişdir. O, qəza sonrası kiminsə xəsarət aldığını görməmiş və zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə etmədiklərini, Şahid1 səhv danışdığını və kameraya baxılsa, hərşeyin aydın olacağını demişdir. Onun idarə etdiyi avtomobilin sürətinin təxminən 60-70 km/saat olduğunu və qarşıdan gələn “Ford Transit yük” markalı avtomobili təxminən 50 metr məsafədən gördüyünü, avtomobili sağ zolaqda idarə etdiyini, “Ford Transit yük” markalı avtomobilin isə yol ayrıcında dayanmadığını, sol zolaqdan keçib onun qarşısın çıxdığını, hadisə zamanı tək olduğunu və maşınında yük olmadığını, qarşı tərəfin idarə etdiyi avtombilin sürətinin təxminən 15-20 km/saat olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişdir ki, Cinayət Prosessual Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri,tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətinin protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı hüquqi varis qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, hadisənin 10 ay əvvəl baş verdiyini, Təqsirləndirilən şəxs içkili vəziyyətdə avtomobil sürdüyünü və bu səbəbdən baş verən qəza zamanı anasının vəfat etdiyini, təqsirləndirilən şəxsin sürət həddi 50 km/saat olan yolda 150 km/saat sürətlə avtomobil idarə etdiyi üçün qəzanın baş verdiyini, əgər sürət həddi aşağı olsaydı, qəzanın baş verməyəcəyini bildirmiş, həmçinin qəza baş versə belə ölüm hadisəsinin olmayacağını qeyd etmişdir. Hüquqi varis Təqsirləndirilən şəxs şikayətçi olduğunu, hadisədən 7 ay sonra təqsirləndirilən şəxsin ailəsinin barışıq üçün onlara gəldiyini, təqsirləndirilən şəxsin anasının barışıq üçün onları təkid etdiyini, lakin onların qarşısına az miqdarda pulla çıxdıqları üçün barışıq əldə etmədiklərini qeyd etmişdir. Eləcə də Təqsirləndirilən şəxs mütəmadi olaraq rayon ərazisində yüksək sürətlə avtomobil idarə edərək, qəza şəraiti yaratmasını bildirmiş, məhkəmədən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə ən ağır cəzanın verilməsini xahiş etmişdir. Hüquqi varis ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yüksək sürətlə avtomobil idarə etdiyini bütün şahidlər demiş, həmçinin təqsirləndirilən şəxsin valideyni barışıq üçün onu təkid etmişdir. Həmçinin o, mülki iddia qaldırmış, mülki iddiaya əsasən ona dəymiş ziyanın təqsirləndirilən şəxslər arasında məhkəmə tərəfindən bölüşdürülərək ödənilməsini istəmişdir. O, mülki iddiada kreditlə bağlı sənəd təqdim etmiş, anasının banka 2000 (iki min) manat borcu qaldığını, lakin sığorta ödəmədiyi üçün bu məbləği qarşı tərəfdən istədiyini, eləcə də o, məhkəmədən mülki iddiada qeyd etdiyi miqdarın təqsirləndirilən şəxslər arasında bölüşdürülməsini, həmçinin Təqsirləndirilən şəxs şikayətçi olduğunu və barışıq əldə etmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyun axşam saat 12 radələrində “Ford Transit yük” markalı avtomobil hərəkətdə olmuş, yol ayrıcından digər yola dönməyə hazırlaşarkən maşın işığı görmüş, döndükdən sonra isə səs eşitmiş, toqquşma baş verdikdən sonra gözünü xəstəxanada açmış və nə baş verdiyini bilməmişdir. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, idarə etdiyi “Ford Transit yük” markalı avtomobil **-FO-*** dövlət qeydiyyat nişanlı olmuş, hal-hazırda barəsində Qazax Rayon Məhkəməsində iş olduğunu qeyd etmiş, Şahid1 yol nəqliyyat hadisəsi zamanı işlədiyi ərazi olan Qazax rayonundan çıxıb yaşadığı əraziyə getdiyini bildirmişdir. Hadisə yol ayrıcında baş vermiş, bu zaman isə Şahid1 idarə etdiyi Ford markalı avtomobilin sürəti təxminən 10- 12 km/saat olmuş, o, keçid üstünlüyünün digər tərəfdə olduğunu, özünün də gözləməli olduğunu, lakin gözləmədiyini əlavə etmişdir. O, qarşıdan gələn avtomobili təxminən 150 metr məsafədən görmüş, həmçinin qəzanın yüksək sürət səbəbi ilə baş verdiyini, qarşı tərəf avtomobili yüksək sürətlə idarə etməsə, qəza baş verməyəcəyini bildirmişdir. Həmçinin o, yol ayrıcında dayanmamış, qarşıdan gələn avtomobilə isə işıq, yaxud da səslə dönəcəyinə dair heç bir xəbərdarlıq etməmiş və döndükdən sonra toqquşma nöqtəsinə qədər düz hərəkət etmiş, təxminən 6-7 metr məsafə qət etmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman o, tək omuş və idarə etdiyi avtomobil yüklü olmamışdır. Həmçinin o, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı evə yenicə gəlmiş, gəldikdən sonra yüksək səs eşitmiş və tanımadığı bir şəxs evlərinə gələrək anasının qəza keçirtdiyini demiş, xəstəxanaya gedən zaman isə anasının başının partlamış vəziyyətdə olduğunu görmüş, daha sonra isə anası gözünün önündə vəfat etmişdir. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə baş verdikdən sonra hər kəs Təqsirləndirilən şəxs avtomobili içkili vəziyyətdə idarə etdiyini danışmış, hadisənin təfərrüatlarından o şəkildə xəbərdar olmuşdur. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 11 iyun tarixində ona oğlunun qəzaya düşdüyünə dair xəbər verilmiş, xəstəxanaya gedən zaman isə oğlu-Təqsirləndirilən şəxs və Şahid1ı orada görmüş, daha sonra isə şəkər xəstəsi olduğu üçün vəziyyəti pisləşmiş və evə geri qayıtmışdır. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin onun adına olmuş və Təqsirləndirilən şəxs etibarnamə verməmiş, qəza zamanı avtomobilin qabaq hissəsi zədələnmişdir. Şahid3 zərərçəkmiş şəxsin ailəsi ilə barışmağa dəfələrlə cəhd etdiklərini, lakin qarşı tərəfin razı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi baş verdiyi üçün hadisə yerinə getdiklərini, həmin zaman isə hər iki avtomobilin sürücüsünün aldıqları xəsarətlə bağlı hadisə yerində olmadığını, nəqliyyat hadisəsinin Ford Transit yük və “Mercedes Benz E220 CDİ minik” markalı avtomobillər arasında baş verdiyini, araşdırma etdikdən sonra növbətçi hissəyə məlumat verildiyini və hadisə yerinə müstəntiqin gəldiyini bildirmişdir. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsinin baş verdiyi ərazi H.Əliyev prospekti və S.Vurğun küçəsinin kəsişməsi, şəhərin girişi olmuş, həmin yolda sürət həddi 60 km/saat olmuş, hadisənin baş vermə mexanizmi ilə bağlı müstəntiq özü protokol hazırlamış, şahidin məlumatı olmamışdır. H.Əliyev prospekti baş yol, S.Vurğun küçəsi isə ikinci dərəcəli yol olmuş, hadisə baş verməzdən öncə Ford Transit yük markalı avtomobil ikinci dərəcəli yolda hərəkətdə olmuşdur. O, hadisə zamanı protokola qol çəkdiyini, lakin yolun eninin neçə metr olması məsələsinin müstəntiqi maraqlandırdığını və özünün məlumatı olmadığını, hadisədən sonra Təqsirləndirilən şəxs həkim müayinəsindən keçdiyini və hadisə zamanı içkili vəziyyətdə olduğunu bildirmişdir. Həmçinin o, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Dürdanə Abdullayeva anasının ölümü ilə əlaqədar məhkəmədə mülki iddia qaldırmış, mülki iddiaçı qismində tanınmışdır. Dürdanə Abdullayeva təqdim etdiyi ərizədə anasının dəfn xərclərinə, eləcə də mərhumun hüzr mərasiminin keçirilməsi ilə əlaqədar xərclərinə istinad edərək bildirmişdir ki, anasının ölümü onlara həm maddi həm də mənəvi ziyan vurmuşdur. Belə ki, mərhum anası üçün 3000 manat xərcləyərək qəbir daşı sifariş vermişlər, əlavə olaraq da qəbrin ətrafı və dəfnə əlavə olaraq 1500 manat pul xərcləmişlər. Əlavə olaraq hüzr mərasimi ilə əlaqədar ehsan və başqa xərclərinin olmasını bildirmişdir. Eyni zamanda mərhum anasının hazırda əlilliyi olan qardaşının qayğısına qaldığını, indiki vəziyyətdə özünün işdən çıxaraq xəstə qardaşına baxmasını bildirmişdir. İş materiallarına əlavə edilməsi məqsədilə banka olan kredit borclarına aid çıxarışları təqdim etmişdir. Nəticədə, hər iki təqsirləndirilən şəxsdən müştərək qaydada 18367 (on səkkiz min üç yüz altmış yeddi) manat maddi və 10000 (on min) manat mənəvi ziyan tələb etmişdir. Ərizəsində maddi ziyandan 9367 manatını və mənəvi zərərdən 5000 manatını Təqsirləndirilən şəxs aid edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in məhkəmə-tibbi ekspertizasının 12 iyun 2024-cü il tarixli 06 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X3 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Açıq kəllə-beyin travması, başın alın nahiyyəsinin əzilmişcırılmış yarası, alın sümüyünün açıq-qəlpəli sınığı, baş beyinin toxumasının əzilməsi, başbeyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sağ said sümüklərinin aşağı 1/3 hissəsinin qapalı-yerdəyişməli sınığı, sol bazunun və sol saidin, gövdənin arxa hissəsinin, onurğa nahiyyəsinin, 8-12-ci qabırğalar səviyyəsinin və bel şöbəsinin qançırları. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhum Şahlıx Mustafayevanın ölümündən bir qədər əvvəl küt-bərk əşyaların təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə yetirildiyi anda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb başın alın sümüyünün basılmış sınığı nəticəsində törənən baş-beyin toxumasının əzilməsi, baş-beyin toxumasına, onun mədəciklərinə və qişası altma qansızma olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Qazax şəhəri, H.Əliyev prospekti ilə Qazax şəhəri, Səməd Vurğun küçəsinin kəsişməsidir. Qeyd olunan yerdə H.Əliyev prospektinin sağ hərəkət hissəsinin kənarından 16 metr, S.Vurğun küçəsində sol hərəkət hissəsinin kənarına birləşən səkinin küncündən 6 metr, sol hərəkət hissəsinin kənarında yerləşən “yol ver” nişanından 8 metr məsafədə avtomobillər toqquşmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2024-cü il tarixli 35 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə olan aktdan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədən zaman yüngül dərəcə sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Səhiyyə Nazirliyinin Qazax Psixiatriya Xəstəxanasının 12 iyun 2024-cü il tarixli xx/xx-2024 saylı məktubundan görünür ki, 12 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən onlarda narkoloji sərxoşluq vəziyyəti müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2024-cü il tarixli Avtomobilə baxış keçirilməsi haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə olmadan idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ minik” markalı avtomobilin texniki məlumatları yoxlanılmış və texniki sənədlərlə uyğun gəlmişdir. Baxış zamanı qeyd edilən avtomobilin BD366763 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olan Şahid3 məxsus olması, həmin avtomobilin sedan tipli, 1999-cu il buraxılışlı, WDB2100061A966240 ban nömrəli, gümüşü metallik rəngli olması, qeydiyyat şəhadətnaməsində avtomobilin mühərrik nömrəsinin qeyd olunmaması, 4 qapılı olması müəyyən edilmişdir. Baxış zamanı avtomobilin mühərrikxanasının və kapotunun tamamilə əzilərək deformasiyaya məruz qalması, ön faraların sınıb tökülməsi, ön alın şüşəsinin sol aşağı küncündə çat izlərinin, sol ön və sol arxa qapılarda, həmçinin sol arxa qapının üst hissəsində batıqların olması, avtomobilin sükanında olan təhlükəsizlik yastığının açılmış vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında Protokolda Təqsirləndirilən şəxs baş vermiş hadisənin yerini göstərərək, yol nəqliyyat hadisəsini təfərrüatları ilə birlikdə danışmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon İcra Hakimiyyəti başçısının Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş 14 iyun 2024-cü il tarixli, № 5-58-2-12-21/2-657/2024-li Arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası, anası və 2019-cu il təvəllüdlü övladı ilə birlikdə rayonun Ağköynək kəndində yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon İcra Hakimiyyəti başçısının Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş 14 iyun 2024-cü il tarixli, Xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət, narazılıq və təqsirləndirici sənəd daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Səhiyyə Nazirliyinin X2n daxil olmuş 14 iyun 2024-cü il tarixli, 1282 nömrəli məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X2 psixoloji qeydiyyatda yoxdur, lakin 2023-cü ildən xəstəxananın narkoloji kabinetində “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2024-cü il tarixli qərarla X6 hadisə nəticəsində vəfat etmiş, anası X3 hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cəlb edilərək, ona sözügedən maddə üzrə ittiham elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 4(023)-40/2024 nömrəli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 sentyabr 2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli 4(104)-158/2024 saylı Qərarı ilə Təqsirləndirilən şəxs barəsində Qazax Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 4(023)-40/2024 nömrəli həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində 18 sentyabr 2024-cü il tarixindən həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 4(023)-45/2024 nömrəli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 22 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Qazax Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 4(023)- 59/2024 nömrəli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 12 yanvar 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 4(023)-4/2025 nömrəli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 27 yanvar 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş komisyon məhkəmətibb ekspertizasının 03 dekabr 2024-cü il tarixli T788/2024 nömrəli rəyindən görünür ki, mərhum Ş.M.Mustafayevanm meyitinin müayinəsi zamanı açıq kəllə-beyin travması, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alın sümüyünün açıq-qəlpəli sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sağ said sümüklərinin aşağı 1/3 hissəsinin qapalı yerdəyişmiş sınığı, sol bazunun və sol saidin, gövdənin arxa hissəsinin, onurğa nahiyəsinin, Vİİİ-Xİİ qabırğalar səviyyəsinin və belin qançırları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, yetirilmə müddəti qərarda göstərilən vaxta yəni xx.xx.2024-cü ilə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Mərhum Ş.M.Mustafayevanm ölümünə səbəb bədənin küt travması nəticəsində yaranan baş beyin toxumasının əzilməsi, baş-beyin toxumasına, onun mədəciklərinə və qişası altına qansızma ilə müşayiət olunan alın sümüyünün açıq qəlpəli sınığı olmuşdur. X1 bədəni üzərində olan xəsarətlər vertikal və ya buna yaxın vəziyyətdə olarkən hərəkətdə olan “Ford Transit” markalı avtomobillə piyadanın vurulması zamanı və piyadanın atılması, zərblə yer örtüyünə çırpılması zamanı yarana bilərdi. Yetirilmiş xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Mərhum Ş.M.Mustafayevanm bədəni üzərində olan xəsarətlər avtomobilin onu sıxması və ya avtomobilin alt hissəsində sürüklənərək asfaltla təması nəticəsində yaranmağa xarakterik deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təkrar komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 dekabr 2024-cü il tarixli 8/3349 nömrəli rəyindən görünür ki, sürücü nəqliyyat vasitəsini hadisə baş verdiyi yerdə icazə veriləndən artıq sürətlə idarə etdiyi və ya nəqliyyat vasitəsində texniki nasazlıq olduqda, sürücünün qeyd olunan hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olubolmaması yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən olunur. Çünki həmin uyğunsuzluqlar hadisənin baş verməsinə səbəb olmaya bilər. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Ford Transit markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa birbaşa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz E 220 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğusuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Sürücü M.X12 E 220 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin Tovuz rayonu RQİ və TBŞ-si tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli, 016-855 nömrəli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdən 19 yanvar 2032-ci il tarixə kimi BD- 023541 saylı Bl, B, Cl, C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını və himayəsində yaşlı və xəstə atasının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2023-cü il tarixli, 5 nömrəli Qərarına əsasən şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edibetməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasənnəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİMnin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin olunmasını və əlavəcəzanın icrasınınəsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı hüquqi varis X5 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Təqsirləndirilən şəxs maddi ziyan 9367 manat və mənəvi zərər 5000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Eləcə də, zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum Qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halda görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən qəza onun faktiki olaraq iradəsindən kənar və ehtiyatsızlıqdan baş vermiş bir haldır. İdarə etdiyi avtomobilin başqa bir avtomobilə dəyməsi nəticəsində sözügedən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs 2250 manat maddi zərərə və 1250 manatda mənəvi zərərə görə tutulmalı və zərərçəkmiş şəxsə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla mülki iddia qismən təmin edilməli. 2250 (iki min iki yüz əlli) manat maddi zərərə və 1250 (min iki yüz əlli) manat da mənəvi zərərə görə pulun Təqsirləndirilən şəxs tutulmaqla hüquqi varis X5 ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 164 manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və Qazax RPŞ-nin avtomobil duracağında saxlanılan “Mercedes Benz E220 CDİ minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 sentyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 2250 (iki min iki yüz əlli) manat maddi zərərə və 1250 (min iki yüz əlli) manat da mənəvi zərərə görə pul tutularaq hüquqi varis X5 ödənilsin. İbtidai və məhkəmə istintanqı zamanı keçirilmiş ekspertizalar ilə əlaqədar Təqsirləndirilən şəxs 164 (yüz altmış dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Qazax RPŞ-nin avtomobil duracağında saxlanılan “Mercedes Benz E220 CDİ minik” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar