Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-37/2021 12.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X32 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1981-ci ildə Şəmkir rayonu Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinkik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Şiştəpə kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun və xx xxxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Abşeron raoynu, Saray qəsəbəsi, M.Müşviq küçəsində yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə, saat 06 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsi “Dörd Yol” adlanan ərazidə tanışı Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan kustar usulla tiryəkdən hazırlanmış ümumi təmiz çəkisi 4,393 qram çəkidə narkotik vasitə olan heroini 180 manata almış, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 10:15-də daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Şəmkir şəhəri, N.Nərimanov küçəsində müəyyən edilib saxlanılaraq idarə etdiyi “X27” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Şəmkir rayon polis şöbəsinə gətirilərək baxış keçirilərkən, avtomobilin sükanın alt sol hissəsində saxlanc kimi istifadə etdiyi yerdən “Keno Club” markalı siqaret qutusunun üzərindəki şəffaf rəngli örtüyün içərisində hissələrə bölməklə satış məqsədi ilə daşıyaraq saxladığı 9 (doqquz) ədəd qırmızı rəngli kağız falanqalara bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,560 qram, 0,522 qram, 0,456 qram, 0,464 qram, 0,498 qram, 0,448 qram, 0,508 qram və 0,492 qram, ümumi təmiz çəkisi 4,393 qram çəkidə külli miqdarda Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 8,001 qram çəkidə narkotik vasitə olan kustar usulla tiryəkdən hazırlanmış heroin əldə edib üzərində saxlamış və gəlir əldə etmək məqsədilə daşıyaraq Şəmkir rayonuna gəlib xx.xx.2019-cu il tarixdə, saat 06 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsi “Dörd Yol” adlanan ərazidə ümumi təmiz çəkisi 4,393 qram çəkidə külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 180 manata Təqsirləndirilən şəxs1 satmış, xx xxxxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri zamanı o, Bakı şəhəri ərazisində X5 dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 3.608 qram çəkidə külli miqdarda və xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 satmış olduğu ümumi təmiz çəkisi 4,393 qram çəkidə külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə eyni xassəli və eyni tərkibli olan Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi qaydada özünə məxsus "Mitsibushi Space" markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 3 ildir ki, narkotik vasitə olan heroin və marixuana qəbul edir, heroini plastik butulkada iyləmək yolu ilə qəbul edir. Şahmarı təxminən 1 il əvvəl Bakı şəhərində tanışları vasitəsi ilə tanımışdır. Sonradan onun narkotik vasitə istifadə etdiyini bilmiş, tutulduğu müddətə qədər bir neçə dəfə Bakı şəhərində yerləşən Beynalxalq avtovağzalın yanında Şahmarla zəngləşib görüşmüş və bir neçə dəfə özü istifadə etmək üçün natkotik vasitə olan heroin satmasını istəmişdir. Bundan başqa üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı tutulmamışdan əvvəl yaşadığı Şiştəpə kəndinin aşağı hissəsindən axan su kanalının kənarından özü istifadə etmək üçün toplayıb avtomobilində gəzdirmişdir. Həmin narkotik vasitəni toplayarkən dəqiq çəkisini xatırlamır. 22 sentyabr və xx xxxxxxxx 2019-cu tarixlərdə Şahmar özünə məxsus ***-***-**-** mobil nömrədən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib, ona “Şəmkir rayonuna gəlirəm, sizin rayondan keçəcəm nəsə lazımdısa, gətirim” sözlərini demişdir. O da cavabında Şahmara, “gələndə mənə 6-7 qram heroin gətirsin" sözlərini demişdir. Şahmar da razılaşmışdır. Səhəri gün yəni xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 06 radələrində Şahmar istifadəsində olan 50-462-41-40 mobil telefonuna zəng edərək “10-15 dəqiqə ərzində Şəmkir şəhərində “4 Yol" adlanan əraziyə çatıram”demişdir. Bundan sonra yaşadığı evdən avtomobili ilə hərəkətə başlayıb həmin əraziyə gəlmiş və orada Şahmarla görüşmüşdür. Şahmar da ondan 180 manat məbləğində pul alaraq 6 qram heroini satmışdır. Sonra həmin heroini özü qəbul etmək üçün bükümlərə ayırmış və 12 büküm olmuşdur. Həmin heroinin 3 bükümünü bir neçə gün ərzində istifadə etmiş, qalan hissəsini isə avtomobilinin sükanın aşağı hissəsində olan saxlanc yerində "Keno" siqaretimin qutusunun üzərində olan şəffaf seıllofanında saxlamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Şəmkir şəhəri 13-cü küçədə xalası oğlu Arzunun icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində özünə məxsus "Mitsibushi Space" markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilini yuyarkən, tanımadığı 3-4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olmağını bildirib, Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onu özünə məxsus "Mitsibushi Space" markalı avtomobil ilə rayon polis şöbəsinə gətirmişlər, şübhəli şəxs kimi tutulduqdan sonra dövlət hesabına vəkillə təmin edilmiş, vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparmış, üzərindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxt üzərində 500 manat pul olmuş, pulunu qaytarıb özünə vermişlər. Bu barədə protokol tərtib edilmiş və protokolu imzalamışdır. Bundan sonra öz razılığı ilə polis şöbəsinin həyətində olan "Mitsibushi Space" markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxışın videoçəkilişlə aparılması barədə ona məlumat verilmiş, o da etirazı olmadığımı bildirmişdir. Baxış zamanı polis əməkdaşları və müdafiəçisi iştirak etmişdir. Baxış zamanı avomobilinin salonunda sükanın alt hissəsində siqaret qutusunda falanqalara bükülü formada saxladığı 9 büküm heroin və marixuananı təqdim etmişdir. Heroin bükümləri və marixuana ayrı-ayrılıqda elektron tərəzidə iştirakı ilə çəkilmiş, həmin narkotik vasitə əlan heroin 4,9 qram, marxuana isə 0,9 qram olmuşdur və bu barədə protokol tərtib olunmuşdur. Vəkiliilə birgə protokolu oxuyub imzalamışdır. Narkotik vasitə əldə edib saxladığına görə peşmandır. Avtomobilindən aşkar edilmiş narkotk vasitələrdən başqa evində və ya başqa hər hansı yerdə narkotik vasitə saxlamamış, hər hansı şəxsə satmamışdır özü istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitə saxlamağı barədə heç kəsin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 yalnız 6 qram narkotik vasitə olan heroin almış, bir miqdarını istifadə etmiş, qalanı isə polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilindən aşkar olunmuşdur. O, bunun üçün Şahmara 180 manat pul ödəmiş, Təqsirləndirilən şəxs2 pulun qalığını qaytarmamışdır. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu Saray qəsəbəsi M.Müşviq küçəsində ünvansız evdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin yaşadığı ünvanda ayaqqabı tikməklə məşğul olaraq ailəsini dolandırır. O, təxminən 10 il olar ki, narkotik vasitə olan herioni iynə vurma üsulu ilə qəbul edir. Təqsirləndirilən şəxs1 Bakı şəhərində tanışı Əlinin vasitəsi ilə tanış olmuşdur. Ruslan ilə görüşəndə sonuncu onun da narkotik vasitə olan heroin qəbul etdiyini bilib, ona da narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 06 radələrində o, Gəncə şəhərinə gəlmiş və Ruslana məxsus ***-***-**-** saylı sim nömrə ilə istifadəsində olmuş ***-***-**-** mobil nömrədən zəng edib, Ruslanla görüşmək istədiyini bildirmişdir. O, Ruslanla görüşəndə sonuncu ondan heroin istəmiş, o, da üzərində olan narkotik vasitə olan heroinin üzərindən özü istifadə etmək üçün bir hissəsini götürüb və qalan hissəsini təxminən 6 qramını Ruslana vermişdir. Ruslan da ona 180 manat pul vermişdir. Sonra da İsmayıllı rayonuna gəlib orada dostu ilə görüşüb Bakı şəhərinə qayıtmışdır. xx xxxxxxxx 2019-cu il saat 14 radələrində Bakı şəhərinə gəlmiş və Beynalxalq Avtovağzalın giriş hissəsində olarkən özünü Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edən 3 nəfər mülki geyimli polis əməkdaşaları ona yaxınlaşıb, barəsində şübhəli şəxs qismində axtarış elan olunduğunu və buna görə də onu Şəmkir rayon polis Şöbəsinə gətirmişlər. Yolda gələrkən mobil telefonuna çoxlu zəng gəldiyindən, telefonunu söndürüb polis əməkdaşına təqdim etmişdir. Daha sonra vəkil dəvət olunmuş, barəsində şəxsi axtarış keçrildiyini bildirdikdən sonra əynində olan gödəkçənin sol yan cibindəki narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Elektron tərəzidə çəkilmiş və bu barədə tərtib olunmuş protokola və qablaşdırmaya imza atmışdır. O, həmin vaxt özündə olmadığından həmin narkotik vasitənin səhvən Anar adlı şəxsdən aldığını demiş, narkotik vasitə olan heroini Corat qəsəbəsində qəbirstanlığın yanından tanımadığı şəxsdən almış, narkotik vasitənin təsirində olduğu üçün Anardan aldığımı demişdir. Bundan başqa o, ifadəsində Anar ona ayyaqqabı altlığı gətirməsini, ona görə onu gözlədiyini və bu məqsədlə xx.xx.2019-cu il tarixdə Anarla yaşadığı qəsəbədə görüşüb ayaqqabbı altlığı aldığını və öz sexinə qoyaraq Gəncə şəhərinə gəlmişdir. O, Anardan həmin vaxt narkotik vasitə almamışdır. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanımış, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, habelə ədavət və ziddiyyət olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Şəmkir rayonu Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs1 X5 dövriyyəsi, yəni istifadəsi, saxlanması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar dərhal müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair raportla rəhbərliyə məruzə edib, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 olduğu yer müəyyənləşdirilib, onun saxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tərəfindən xx xxxxxxxx 2019cu il tarixdə saat 10:15 radələrində Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən avtoyuma məntəqəsinin yaxınlığından müəyyən edilərək saxlanılmış və idarə etdiyi “Mitsubishi” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Şəmkir RPŞnə gətirilmişdir. Sonra Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, müdafiəçinin bilavasitə iştirakı və razılığı ilə videoçəkilişdən istifadə olunmaqla əvvəlcə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qadağan olunmuş hər hansı əşya olmadığını, lakin idarə etdiyi “Mitsubishi” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik tərkibli maddə olduğunu bildirmişdir. Sonra onun əynində olan göy rəngli cins şalvarın cibindən 4 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinazları aşkar olunmuş və əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 üzərindən dövriyyəsi qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilərək götürülməmişdir. Bu barədə protokol tərtib edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 razılığı ilə videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 avtomobilinin qabaq sol qapısını açıb, sükanın alt sol hissəsində saxlanc kimi istifadə etdiyi yerdə “Keno” markalı, qara rəngli siqaret qutusunun sellofan örtüyünə qoyulmuş qırmızı rəngli siqaret kağızına bükülmüş bükülüləri və ondan başqa bir ədəd ağ kağız parçasına bükülmüş bükümləri təqdim etmişdir. Həmin bükümlə sayıldıqda 9 ədəd olması müəyyən olunmuş, daha sonra bükümlər açıldıqda içərisində kəskin iyli heroinəbənzər kütlə olduğunu və kağız bükümlərdə açıldıqda isə orada kəskin iyli qurudulmuş yaşıl rəngli maruxuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə 1-ci büküm 0,5 qram, 2-ci büküm 0,6 qram, 3-cü büküm 0,5 qram, 4-cü büküm 0,5 qram, 5-ci büküm 0,4 qram, 6-cı büküm 0,6 qram, 7-ci büküm 0,6 qram, 8-ci büküm 0,6 qram və 9-cu büküm 0,6 qram, bir ədəd kağız bükümdə olan olan qurudulmuş maruxuanaya bənzəır kütlə isə 0,9 qram çəkidə olması müəyyən olunmuşdur. Həmin kütlələr ayrı-ayrılıqda bir ədəd zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş marixunaya bənzər kütləni yaşadığı kəndə su kanalının ətrafından toplayaraq qurudub özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, heroinə bənzər kütləni isə Bakı şəhərində yaşayan Şahmar adlı şəxsin ona Şəmkir rayonu “4 Yol” adlanan ərazidə 12 bükümdə satdığını, üzərində isə özü istifadə etmək məqsədi ilə gəzdirdiyini, 3 ədəd bükümdə olan heroini isə özü istifadə etdiyini bildirmişdir. Bununla da baxış yekunlaşmış, videoçəkilişə baxılaraq protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılara oxunduqdan sonra imzalanmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etməsi, saxlaması və satması barədə Şəmkir RPŞ-nə əməliyyat məlumatı daxil olsa da, onun konkret olaraq kimə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin post patrul xidmətinin polis nəfəri, polis serjantı vəzifəsində işləyir.X6 xx xxxxxxxx 2019-cu il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, habelə ədavət və ziddiyyət olmamışdır. Rəhbərlik tərəfindən ona X20 RPŞnin İB-i tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaqda şübhəli olduğunu və barəsində axtarış elan edildiyini və onun Abşeron rayonu saray qəsəbəsində yaşadığını bildirərək, yerini müəyyən etmək üçün Şəmkir RPŞ-nin əməkdaşları ilə birlikdə xx.xx.2019-cu il tarixdə Bakı şəhərinə ezam olunub, həmin günü saat təxminən 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bakı şəhərində yerləşən “Beynalxalq Avtovağzal”-ın yaxınlığında saxlanılmış və İstintaq Bölməsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 və müdafiəçinin bilavasitə iştirakı və razılığı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsi təklif olunmuş. Təqsirləndirilən şəxs2 əynində olan qara gəngli qolsuz gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli şəffav bükülüdə olan kütləni təqdim etmiş və həmin kütlə açıldıqda kəskin spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan heroini ona Sumqayıt şəhər sakini Anar adlı şəxsin satdığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 4, 5 qram olması müəyyən olunmuş və tərəflərin iştirakı ilə kütlə zərfdə qablaşdırılmış, Daxili İşlər Nazirlyinin 118 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 əynində olan paltarların cibində şəxsi axtarış aparılmış və üzərindən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd bir manatlıq və 80 qəpik xırda pullar, 1 ədəd qara rəngli eynək və “Vest” siqareti aşkar edildi, iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra videoçəkilişə baxılıb protokol tərtib edilmiş, tərəflərə oxunmuş və bu barədə tərtib edilmiş protokol tərəflər imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində vəzifəsində işləyir. Şəmkir rayonu Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdən etibarən bilavasitə xidməti vəzifəmin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, habelə ədavət və ziddiyyət olmamışdır. xx xxxxxxxx 2019cu il tarixdə Şəmkir rayonu Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs1 X5 dövriyyəsi, yəni istifadəsi, saxlanması və satışı ilə məşğul olması barədə Şəmkir RP-nin Zəyəm PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. O, həmin faktla əlaqədar müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair raportla rəhbərliyə məruzə edərək, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 olduğu yer müəyyənləşdirilib, saxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə saat 10:15 radələrində Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsində müəyyən edilərək saxlanıldı və idarə etdiyi Mitsubishi markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə saxlanılaraq Şəmkir RPŞnə gətirilmişdir. Sonra Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs1 və müdafiəçisinin bilavasitə iştirakı və razılığı ilə videoçəkilişdən istifadə olunmaqla əvvəlcə onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən hər hansı narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qadağan olunmuş hər hansı əşya olmamışdır, lakin idarə etdiyi Mitsubishi markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik tərkibli maddə olduğunu bildirmişdir. Sonra onun əynində olan göy rəngli cins şalvarın cibindən 4 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinazları aşkar olunmuş və əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 üzərindən dövriyyəsi qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilərək götürülməmişdir. Bu barədə protokol tərtib edildi vətərəflərə oxunmuş, iştirakçılar imzalanmışdır. Sonra digər iştirakçılar Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirilərək onun avtomobilindən 9 bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş və sonuncu həmin narkotik vasitəni Bakı şəhər sakini Şahmar adlı şəxsin ona satdığını bildirmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şahmar adlı şəxsin şəxsiyyəti müəyyən olunmuş və məlum olmuşdur ki, həmin şəxs Abşeron rayonu Saray qəsəbəsi M.Müşfiq küçəsində yaşayan Təqsirləndirilən şəxs2dur. İstintaq tərəfindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 fotoşəkili ilə tanımış və buna görə də onun barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs2 yerinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və onun Bakı şəhərində olması müəyyən edilmişdir. Bu barədə rəhbərliyə məlumat verdikdən sonra xx.xx.2019-cu il tarixdə saat 08 radələrində Bakı şəhərinə ezam olunmuşlar. Həmin günü saat təxminən 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bakı şəhərində yerləşən “Beynalxalq Avtovağzal”-ın yaxınlığında saxlanılaraq Şəmkir RPŞ-nə gərilərək İstintaq Bölməsinə təqdim edilmiş və digər iştirakçılarla onun üzərində şəxsi axtarış aparılmışdır. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etməsi, saxlaması və satması barədə Şəmkir RPŞ-nə əməliyyat məlumatı daxil olsa da, onun konkret olaraq kimə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Şahid X24 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş və hazırda barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli ayrıca cinayət işi ayrmışdır.O, Sumqayıt şəhəri, 18-ci Mikrorayon, ev 1B, mənzil 80-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq Sumqayıt şəhər Təmizlik Depatamentində sürücü işləyib ailəsini dolandırmış, Təqsirləndirilən şəxs2 oğunu təxminən 3 ay əvvəl tanıyır. Belə ki, onunla Abşeron rayonu, Saray qəsəbəsində tanış olmuş, aralarında heç bir ədavəti və düşmənçiliyi yoxdur. X2 ilə təxminən 1 il əvvəl avtomobil alqı-satqısı edən zaman tanış olmuş, ədavəti və düşmənçiliyi yoxdur. Rüfətlə tanış olduqdan sonra bir neçə dəfə birlikdə oturub çörək yemiş, həmin vaxt o, Rüfətlə söhbət edən zaman Rüfət ona narkotik vasitə olan heroin lazım olsa təşkil edə biləcəyini, İran İslam Respublikasından narkotik vasitə olan heroin əldə edə bildiyini demişdir. O, Şahmarla tanış olduqdan sonra onunla da münasibəti yaranmışdır və bir neçə dəfə oturub çay içmişlər. Şübhəli şəxs qismində tutulan müddətdən bir ay əvvəl Şahmarla oturub çay içən zaman sonuncu narkotik vasitə olan heroin istifadəçisi olduğunu və buna görə özü üçün 50 qram narkotik vasitə olan heroin lazım olduğunu demişdir. Həmin vaxt o, Şahmara bir nəfər tanışı olduğunu və onunla əlaqə saxlayıb ona xəbər edəcəyini demişdir. Şahmarla sağollaşıb aralaşdıqdan sonra Rüfətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edib, narkotik vasitə olan heroin lazım olduğunu demişdir. Həmin vaxt Rüfət ona, “nə qədər lazımdısa deyərsən gətirərəm” sözlərini demişdir. O, Rüfətə 50 qram narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir.Rüfət qramını 21 manata verəcəyini bildirmiş, sonra o, Şahmarla görüşmüş və manatdan narkotik vasitə olan heroinin qramını 23 təşkil edə bilcəyimi demişdir. Şahmar onunla razılşmış və 1150 manat pul verib 50 qram narkotik vasitə olan heroin təşkil etməyini bildirmişdir. O, pulu Şahmardan götürdükdən sonra, həmin puldan 100 manatını özü üçün götürmüşdür. Səhəri gün axşam saatlarında Rüfət özünə məxsus idarə etdiyi “Audi” markalı, **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Abşeron rayonu Saray qəsəbəsinə gəlmiş və onlar orada görüşmüşlər. Rüfət ona 1 qramı üçün 1 manatdan şəffaf sellofana bükülmüş vəziyyətdə bir bükülüdə 50 qram heroin vermişdir. O, isə Rüfətə 1050 manat pul vermişdir. Sonra onlar sağollaşıb aralaşmışlar. Daha sonra o, Şahmarın yaşadığı evin yanına getmiş və onun ayaqqabı tikdiyi yerdə onunla görüşüb, orada Rüfətdən aldığı 50 qram narkotik vasitə olan heroini Şahmara vermişdir. Həmin narkotik vasitəni Rüfətdən alıb Şahmara satmağının müqabilində 100 manat qazanc əldə etmişdir. Təxminən 25 gün əvvəl Şahmar ona “şüşə” adlı narkotik vasitə olduğunu, qəbul etdikdə insanı gücləndirdiyini bildirib, həmin narkotik vasitədən istifadə etməyi təklif etmişdir. O, da Şahmarın təklifi ilə razılaşıb həmin narkotik vasitəni falqanın üzərinə tökərək yandırıb tüstüsünü udmaq yolu ilə istifadə etmişdir. Həmin narkotik vasitədən hər gün istifadə etməyə başlamışdır. Təxminən 10 gün əvvəl xx xxxxxxxx 2019-cu il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək 100 qram narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. O, isə Şahmara həmin narkotik vasitəni təşkil edəcəyini demiş və sonra Rüfətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib 100 qram heroin lazım olduğunu bildirmişdir. Rüfət axşamadək çatdıracağını bildirmişdir. Sonra o, gedib Şahmarla Saray qəsəbəsində görüşüb, ondan 100 qram heroin üçün 2300 manat pul almışdır. Həmin gün axşam saatlarında Rüfət özünə məxsus idarə etdiyi “Audi” markalı, **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Abşeron rayonu Saray qəsəbəsinə gəlmiş və onlar orada görüşmüşlər. Rüfət bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 100 qarm narkotik vasitə olan heroini ona qramı 21 manatdan satmışdır. O, əvəzində Rüfətə Şahmardan götürdüyü 2300 manatın 2100 manatını vermiş və nəticədə 200 manat qazanc əldə etmişdir. Sonra Rüfətlə sağollaşmış və Şahmarın evinin yanına ayaqqabı tikdiyi yerə getmişdir. Orada Şahmarla görüşüb bir ədəd şəfaf sellofanda olan Rüfətdən aldığı 100 qram çəkidə narkotik vasitə olan heroini Şahmara vermişdir. Ondan sonra o, çıxıb evlərinə getmişdir. Rüfətin həmçinin BMV markalı, **-SB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili də vardır. xx.xx.2019-ci il tarixdə səhər saatlarında evlərinin yanında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və X5 dövriyyəsində şübhəli olduğumu bildirdib onu Şəmkir rayon polis şöbəsinə gətirmişlər.Bundan başqa o, ilkin ifadəsində verilmiş suallara cavab olaraq, Rüfət Qədimovdan başqa heç kimdən narkotik vasitə olan heroin almadığını, başqa heç vaxt hər hansı şəxsə narkotik vasitə satmadığını, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Bundan başqa istintaqın sonrakı mərhələsində X21 ifadəsini qismən təqzib edərək əsassaz özünü müdafiə xarakterli ifadələr verərək, Rüfət adlı şəxsin ona narkotik vasitə olan heroin satmadığını, Təqsirləndirilən şəxs2 satdığı narkotik vasitə olan heroini Mustafa adlı şəxsdən aldığını və ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroin satmadığını bildirməklə əvvəlki ifadələrindən imtina etmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəmkir rayonu Şiştəpə kəndində yaşayan Təqsirləndirilən şəxs1 X5 dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müyyənləşdirmək məqsədi ilə yaşadığı evin ətrafında onun ola biləcəyi yerlərin müşahidəsi aparılması, saxlandığı zaman üstünə və mənzilinə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 5(076)-120/2019 saylı qərarından görünür ki, Şəmkir rayonu Şiştəpə kəndində yaşayan Təqsirləndirilən şəxs1 X5 dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müyyənləşdirmək məqsədi ilə yaşadığı evin ətrafında onun ola biləcəyi yerlərin müşahidəsi aparılması, saxlandığı zaman üstünə və mənzilinə baxış keçirilməsinə dair Azərbaycan Respublikası DİN-nin Şəmkir RPŞ-nin Zəyəm Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 xx xxxxxxxx 2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir. Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Məhmədov Şahmar Əyyub oğlu heç vaxt X24 arasında ayaqqabı altlığı və ya hörgü daşı almamışdır. Anar Qasımov qeyd edilən tarixdə əməliyyat yolu ilə müəyyən edilməyən məbədən 100 qram narkotik vasitə olan heroin alaraq gətirib Abşeron rayonu Saray qəsəbəsində Təqsirləndirilən şəxs2 2300 manata satmış, sonuncu da həmin narkotik vasitəni Şəmkir rayonu Dəllər qəsəbəsinə gətirərək 80 qramını Təqsirləndirilən şəxs1 satmış, digər 20 qramının bir hissəsini satdığı şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamışdır. Eləcə də Təqsirləndirilən şəxs2 qeyd edilən narkotik vasitənin alqı-satqısı zamanı istifadə etdiyi elektron tərəzini yaşadığı Abşeron rayonu Saray qəsəbəsində atdığı yeri müəyyən etmək mümkün olmamışdır. Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrinə daxil olan və çıxan zənglər barədə məlumatların, zəng etmiş mobil telefon nömrələrinin sahiblərinin anket məlumatlarının, həmin zənglərin anten dairələri barədə məlumatların, habelə həmin nömrələrə daxil olmuş və həmin nömrələrdən göndərilmiş sms-lərin (mesajların) mətnlərinin müvafiq olaraq «xxxx» MMC-dən, «xxxx» MMC-dən və «xxxx» MMC-dən alınaraq təqdim edilmiş 3 ədəd disklərlə əsasən Anar Qasımovun, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 başqa hər hansı şəxs və ya şəxslərə narkotik vasitə olan heroin və digər narkotik vasitələr satdıqları şəxslərin şəxsiyyətləri müəyyən etmək mümkün olmamışdır.Eləcə də Təqsirləndirilən şəxs1 hər hansı şəxsə narkotik vasitə olan heroin satması halları müəyyən edilməmişdir. “Şəxsi axtarış və götürmə barədə ” xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində videoçəkişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya, vasitə, narkotik vasitə və digər dövriyyəsi qadağan olunmuş əşya götürülməmişdir. Bu barədə tərtib edilmiş protokol tərtib edilmiş, videoçəkiliş köçürülmüş disk maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. “Şəxsi axtarış və götürmə barədə ” xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 3.608 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüş və iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək saxlanılması üçün Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Bu barədə tərtib edilmiş protokol tərtib edilmiş və videoçəkiliş köçürülmüş disk isə maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və ona ələvə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “X29” markalı, 99BJ441 dövlət qeydiyyat nişanlı avtomobilinə videoçəkişlə baxış keçirilmiş və baxış zamanı avtomobilin salonundan sükanın alt sol hissəsində saxlanc kimi istifadə etdiyi yerdən “Keno Club” markalı siqaret qutusunun üzərindəki şəffaf rəngli örtüyün içərisində hissələrə bölməklə satış məqsədi ilə daşıyaraq saxladığı 9 (doqquz) ədəd qırmızı rəngli kağız falanqalara bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,560 qram, 0,522 qram, 0,456 qram, 0,464 qram, 0,498 qram, 0,448 qram, 0,508 qram və 0,492 qram, ümumi təmiz çəkisi 4,393 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlələr və 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0, 435 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək saxlanılması üçün Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Bu barədə tərtib edilmiş protokol tərtib edilmiş və videoçəkiliş köçürülmüş disk isə maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. “Götürmə və baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. Telefona baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və ona ələvə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, arxa örtük hissəsinə “ Samsung” sözləri həkk olunmuşdur. Həmçinin arxa hissəsində 32 GB yaddaşın olması, Hindistan İstehsalı olması və 3591xx/xx/436574/4 və 3591xx/xx/436574/2 İMEİ kodları olması həkk olunmuşdur. Həmin mobil telefon işə salındıqdan sonra əvvəlcə, mobil telefonda daxil və çıxan zənglərin siyahısı olan tətbiqə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, həmin mobil telefondan təqsirləndirilən şəxs X12 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə və digər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrələri arasında 11-xx xxxxxxxx 2019-cu il tarixlərdə müxtəlif müddətlərdə danışıq olmuşdur. Həmin tətbiqdə başqa iş üçün əhəmiyyət kəsb edəcək hallar aşkar edilmədi. Daha sonra həmin mobil telefonun mesjlaşma tətbiqinə baxış keçirildi və orada olan xx xxxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə yazılmış və eləcə də sonuncudan yazılmış mesajlaşmadan görünür ki, onların arasında alqı-satqı ilə bağlı söhbət aparılır. X12 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə isə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrə arasında hər hansı iş üçün əhəmiyyət kəsb edəcək yazışma yoxdur. Bundan sonra mobil telefonda olan “Whatsapp” ani mesajlaşma tətbiqində X12 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrə arasında alqı-satqı ilə xx xxxxxxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il tarixllərdə müxtəlif tarixlərdə yazışmalar və səs yazıları göndərmələri vardır. Belə ki, 77-543-00-63 mobil nömrəsinə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrədən yazılmış xx.xx.2019-cu il tarixdə saat 20:02-də yazılmış mesajda göstərmişdir ki, “Anar səni gözlüyürəm heç nəyim yoxdu mənə bir xəbər de”. xx.xx.2019cu il tarixdə saat 11:39-da yazılmış mesajda isə göstərilmişdir ki, “sabahın xeyir tuklu, qardaşımsan nə qədər tez olsa. Valla-billa vəziyyət ruscadı, səbirsizliklə gözləyirəm”. Həmin tarixdə saat 11:43-də 77-543-00-63 mobil nömrədən yazılmış mesajda isə “ baş üstə” sözləri yazılmışdır. Həmin tarixdə saat 16:03-də eyni nömrələr arasında yazılmış mesajda isə “Tüksüz gör hardayam” sözləri yazılmış, 77-543-00-63 mobil nömrəsindən X35 Olimpiya kompleksinin yanında olmasını təsdiq edən xəritəni göndərmişdir. Həmin vaxt onlar arasında müxtəlif mövzulu yazışmalar vardır. Eləcə də Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:52-də yazmış olduğu mesajda “Şəmkirdə oyannan zəng atır” sözlərini yazmışdır. Anar Qasımov isə “orada olduğunu yazır, çıxanda xəbər edəcəyini” bildirir. Həmin tarixdə saat 21.13-də Təqsirləndirilən şəxs2 yazmış olduğu mesajında müştərilərə saat 10-da söz verdiyini bildirir. Bundan başqa Anar Qasımov yazmış olduğu mesajlarda başqa kanallar olduğunu bildirmişdir. Həmin tarixdə saat 23:22-də yazdığı mesajda, “1 saata gətirəcəklərini” yazmışdır. Həmin tarixdə saat 23:29-da Anar Qasımov yazdığı mesajda “əli boş qayıtmaq istəmədiyini” yazmışdır. Həmin tarixdə saat 23:49-da Anar Qasımov göndərdiyi səs yazısında “yeni kanalın ona etibar etmədiyini, sabaha alınacağını, səhərə qədər gözləməyi, evindən eşiyindən gəldiyini beş-üç manat qazanmaq istədiyini” bildirmişdir. Təqsirləndirilən şəxs2 isə göndərdiyi səs yazısında “alınmayacağı halda başqa yerdən tapacağını, bazar bağlanıb-bağlamadığını” soruşur. Anar Qasımov isə bazarın bağlanmadığını bildirmişdir. xx.xx.2019-cu il tarixdə saat 14:00-da Anar Qasımov yazmış olduğu mesajda “2-sində olacak” sözlərini yazmışdır. Daha sonra isə Anar Qasımov çıxdığını və 2 saata çatacağını bildirmişdir. Həmin tarixdə saat 18:55-də göndərdiyi səs yazısında isə “Astaradan gəldiyini, 10-un yarısı çatacağını, super bir şey gətirdiyini bildirir”. Təqsirləndirilən şəxs2 isə göndərdiyi səs yazısında bildirmişdir ki, “müştərilərin 2 gündü onu bezdirir və onun gəlməsini gözləyir”. Anar Qasımov isə cavabında göndərdiyi səs yazısında isə bildirmişdir ki, “torpaq yox, kubik gətirdiyini”. Bundan başqa iş üçün əhəmiyyət kəsb edəcək hər hansı yazışma müəyyən olunmadı. Eləcə də Təqsirləndirilən şəxs2 mobil telefonundan Təqsirləndirilən şəxs1 istifadəsində olan 50-462-41-40 mobil nömrəsinə xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixlərədək müxtəlif mövzularda yazışmalar və səs yazıları vardır. Belə ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 12:13-də Təqsirləndirilən şəxs2 yazdığı mesajdan görünür ki, “Rusi salam tema belədi, 3 gunə kofe gəlir, mənə, 100 dənə götürüb gəlsəm necə olar, 27 manatdan”. Sonra isə səs yazısına qulaq asanda görünür ki, “Təqsirləndirilən şəxs2 100 dənə götürüb Ruslana gətirib verməyi, qiymətinin 27 manat olduğunu, bir dəfəlik çox gətirib vermək istədiyini, arxası olacağını, arxası gələcəyini, ucuz qiymətə verə biləcəyini, gəlib Şəmkirdə ona verəcəyini” deyir. Bundan sonra Təqsirləndirilən şəxs1 göndərdiyi səs yazısında “problem olmadığını bir az qaldığını, razılaşdığını, pul göndərmək istədiyini bildirir”. xx.xx.2019-cu il tarixdə saat 19:42-də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısında “özündə heç bir şey saxlamadığını, vəziyyətinin pis olduğunu və tezləşdirməyini” bildirir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edəcək hər hansı yazışma və səs yazıları aşkar olunmadı. İş üçün əhəmiyyət kəsb edən yazışmaların fotoları və eləcə də səs yazıları 2 ədəd disklərə köçürülmüş və maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. Axtarış aparılması haqqında xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 Zülfiqar oğlunun yaşadığı Şəmkir rayonu Şiştəpə kəndində yerləşən evində Şəmkir rayon Məhkəməsinin qərarı ilə axtarış istintaq hərəkəti aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya, predmet və digər maddi sübutlar aşkar edilərək götürülməmiş, bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. Axtarış aparılması haqqında xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 evində və həyətində axtarış keçirilmiş və axtarış zamanı üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya, vasitə, narkotik vasitə və digər dövriyyəsi qadağan olunmuş əşya götürülməmişdir. Bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. Şəxsin tanınması haqqında xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 Zülfiqar oğlunun iştirakı ilə fotoşəkillərlə tanıma istintaq hərəkəti keçirilmiş və təqdim edilmiş fotoşəkillər içərisindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 fotoşəkilini tanıyaraq, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini ona həmin şəxsin satdığını bildirmişdir. Bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. Şəxsin tanınması haqqında xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 iştirakı ilə fotoşəkillərlə tanıma istintaq hərəkəti keçirilmiş və təqdim edilmiş fotoşəkillər içərisindən Təqsirləndirilən şəxs2 X12 fotoşəkilini tanıyaraq, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini ona həmin şəxsin satdığını bildirmişdir. Bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi ilə Təqsirləndirilən şəxs1 ifadələri arasında yaranmış ziddiyətləri aradan qaldırmaq məqsədilə onlar arasında videoçəkilişdən istifadə edilməklə üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları təfərrüatları ilə, yəni Təqsirləndirilən şəxs1 80 qram narkotik vasitə olan heroin satmasını sonuncunun üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. Bu barədə tərtib edilmiş protokol tərtib edilmişdir. Videoçəkiliş köçürülmüş disk iş üçün əhəmiyyət kəsb etdiyindən protokol ilə birlikdə iş materiallarına əlavə edilmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki,X12 ifadəsi ilə Təqsirləndirilən şəxs2 ifadələri arasında yaranmış ziddiyətləri aradan qaldırmaq məqsədilə onlar arasında videoçəkilişdən istifadə edilməklə üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Anar Qasımov ifadəsində göstərdiyi xüsusatları təfərrüatları ilə sonuncunun üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. Bu barədə tərtib edilmiş protokol və videoçəkiliş köçürülmüş disk maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, «xxxx» MMC-dən, «xxxx» MMC-dən və «xxxx» MMC-dən məktubla daxil olmuş disklərə baxış keçirilmiş, baxış zamanı məhkəmə qərarına əsasən, xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə və X12 istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatların, zəng etmiş mobil telefon nömrələrinin sahiblərinin anket məlumatlarının, həmin zən İstintaq zamanı cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədilə məhkəmə qərarına əsasən, xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə, X13 istifadəsində olmuş 50-873-06-68 mobil nömrəsinə, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə və X12 istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatların, zəng etmiş mobil telefon nömrələrinin sahiblərinin anket məlumatlarının, həmin zənglərin anten dairələri barədə məlumatların, habelə həmin nömrələrə daxil olmuş və həmin nömrələrdən göndərilmiş sms-lərin (mesajların) köçürüldüyü 3 ədəd “CD” disklər müvafiq olaraq «xxxx» MMC-dən, «xxxx» MMC-dən və «xxxx» MMC-dən istintaqa təqdim edilmiş və həmin disklərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, əvvəlcə ***-***-**-**, ***-***-**-** sim nömrələrinə daxil olan və çıxan zənglər barədə məlumatların, zəng etmiş mobil telefon nömrələrinin sahiblərinin anket məlumatlarının, həmin zənglərin anten dairələri barədə məlumatların, göndərilmiş sms-lərin (mesajların) mətnlərinin «xxxx» MMC tərəfindən köçürülərək xx xxxxxx 2019-cu il tarixli 33398 nömrəli məktub ilə birlikdə Şəmkir RPŞ-nə göndərilmiş bir ədəd diskə keçirildi və baxış zamanı həmin diskdə 50-462-41-40, ***-***-**- ** sim nömrələrinə daxil olan və çıxan zənglərin siyahıları, mesajlar, abunəçilərin siyahıları və anten dairələri qeyd olunmuşdur. Həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı sim nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və 70-827-15-55 saylı sim nömrələr arasında xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək tarixə kimi müxtəlif vaxtlarda mütəmadi olaraq qısa və uzunmüddətli telefon danışıqları aparılması aşkar edildi. Belə ki, həmin cədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 00:02:53-də, 04:54:14-də, 05:26:46 və 05:44:47-də mobil telefon danışıq əlaqəsi olarkən Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil nömrənin anten dairəsi Şəmkir rayonu Şiştəpə kəndi ərazisini göstərir. Eləcə də ***-***-**-** cin nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatların, zəng etmiş mobil telefon nömrələrinin sahiblərinin anket məlumatlarının, həmin zənglərin anten dairələri barədə məlumatların, göndərilmiş smslərin (mesajların) mətnlərinin «xxxx-Telekom» MMC tərəfindən köçürülərək xx xxxxxx 2019-cu il tarixli BKC/LGL-26572/19 nömrəli məktub ilə birlikdə Şəmkir RPŞ-nə göndərilmiş bir ədəd diskə baxış zamanı müəyyən edil ki, Təqsirləndirilən şəxs2 isə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı sim nömrə ilə müvafiq olaraq xx.xx.2019-cu il tarixdə saat 00:02:53-də, 04:54:14-də, 05:26:46 və 05:44:47-də mobil telefon danışıq əlaqəsi olarkən "Göygöl rayonu, Mollacəlilli kəndi" ,"Şəmkir rayonu, Çaparlı kəndi və "Şəmkir şəhəri, mərkəzi avtomaşın təmiri emalatxanasının şimal-qərbi hissəsi adlanan ərazilərdə olmuşdur. Eləcə də görünür ki, Təqsirləndirilən şəxs2 öz istifadəsində olan 55-722-30-13 mobil nömrəsindən xx.xx.2019-cu il tarixdə saat 05:56:18, ********* mobil nömrənin sahibi ilə əlaqə saxlayarkən Şəmkir rayonu, Dəllər qəsəbəsi, N.Nərimanov 43 ünvanında, xx.xx.2019-cu il tarixdə saat 05:56:57-də və 05:59:25 16 isə Şəmkir şəhəri, Mərkəzi avtomaşın təmiri emalatxanasının şimal-qərbi hissəsində və ********* mobil nömrə ilə xx.xx.2019 06:22:25 "Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolu adlanan ərazidə olmuşdur.Bundan başqa ***-***-**-** nar nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatların, zəng etmiş mobil telefon nömrələrinin sahiblərinin anket məlumatlarının, həmin zənglərin anten dairələri barədə məlumatların, göndərilmiş sms-lərin (mesajların) mətnlərinin «xxxx MMC tərəfindən köçürülərək xx xxxxxx 2019-cu il tarixli AZF/LGL- 29941/19 nömrəli məktub ilə birlikdə Şəmkir RPŞ-nə göndərilmiş bir ədəd diskə baxış keçirilən zaman görünür ki, Anar Qasımovun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən X13 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı sim nömrələr və Təqsirləndirilən şəxs2 istifadəsində olan 55-722-30-13 və ***-***-**-** mobil nömrələri arasında xx xxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək tarixə kimi müxtəlif vaxtlarda mütəmadi olaraq qısa və uzunmüddətli telefon danışıqları aparılması və sms yazışmaları aşkar edildi. Belə ki, Rüfət Qədimovun istifadəsində olan **********57 mobil nömrəsində Anar Qasımovun istifadəsində olan **********63 mobil nömrə arasında xx.xx.2019 saat 18:41:23 8 saniyə müddətdə danış olarkən sonunucun anten dairəsi Keledehne / ünvan 6 ünvanını göstərir. Həmçinin A.Qasımovun istifadəsində olan 77-543- 00-63 mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 55-722-30-13 mobil nömrə ilə xx.xx.2019 saat 19:31:32 tarixdə 86 saniyə müddətində danış olarkən A.Qasımovun anten məlumatı Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisini göstərir. 55- 606-88-92 mobil nömrəsi ilə 99***-***-**-** mobil nömrəsi arasında xx.xx.2019 saat 20:09:50 tarixdə 30 saniyə müddətində telefon danışıqları olarkən A.Qasımoun istifadə etdiyi mçobil nömrənin anten dairəsi Salyan rayonu, Yenikənd kənd ərazisini göstərir, A.Qasımovun istifadəsində olmuş 77-543-00-63 nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 55-722-30-13 mobil nömrə arasında xx.xx.2019 saat 21:06:10 tarixdə 43 saniyə müddətində danış olarkən A.Qasımovun anten dairəsi Euro Home / Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ərazisini, həmin nömrələr arasında eyni tarixdə saat 21:15:33, 21 saniyə müddətində danışıq olarkən A.Qasımovun anten ərazisi Saray 2 / Abşeron rayonu, Saray qəsəbəsi, V. Axundov küçəsi, saat 21:18:57 -də 18 saniyə danış olarkən A.Qasımovun anten dairəsi Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsi, saat 21:22:45-də 20 saniyə müddətində danışıq olarkən A.Qasımovun anten ərazisi Abşeron rayonu, Saray qəsəbəsi, Əliağa Vahid küçəsi 1A unvanında yerləşən Saray Aptek, xx.xx.2019-cu il tarixdə saat 23:34:35 –də 23 saniyə əlaqə olarkən A.Qasımovun anten ərazisi Saray 2 / Abşeron rayonu, Saray qəsəbəsi, V. Axundov küçəsini və **********46 nömrə ilə A.Qasımovun istifadəsində olan **********63 nömrələr arasında xx.xx.2019-cu il tarixdə saat 23:45:37-də 13 saniyə danışıq olarkən isə A.Qasımovuun anten dairəsini Saray Aptek / Abşeron rayonu, Saray qəsəbəsini göstərmişdir. Bundan başqa baxış keçirilmiş hər 3 disklərdən iş üçün əhəmiyyət kəsb edən cədvəllər çıxarılaraq protokola əlavə olundu. Qeyd edilən 3 ədəd disklər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək, iş materiallarına əlavə edilmişdir. Materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizasının xx.xx.2019cu il tarixli 538 saylı rəyindən görünür ki,tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs1 məxsus Mitsibusi markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilin salonunda aşkar edilmiş 9 ədəd heroinə bənzər kütlələr” sözləri yazılmış kağız paketdəki, “Keno Club” adlı siqaret qutusunun içərisində 9 (doqquz) ədəd qırmızı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,445 qram, 0,560 qram, 0,522 qram, 0,456 qram, 0,464 qram, 0,498 qram, 0,448 qram, 0,508 qram və 0,492 qram, ümumi təmiz çəkisi 4,393 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs1 məxsus Mitsibusi markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilin salonunda aşkar edilmiş bir ədəd marixuanaya bənzər narkotik vasitə” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0, 435 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 545 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “ Şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” sözü yazılmış kağız paketdəki, bir ədəd sellofan bükümdə təmiz çəkisi, -3, 608 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 məxsus Mitsibusi markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilin salonunda aşkar edilmiş 9 ədəd heroinə bənzər narkotik vasitə” sözləri olan bir ədəd “Keno Club” adlı siqaret qutusunun içərisində 9 (doqquz) ədəd qırmızı rəngli kağız bükümlərdə olan heroinlər ilə üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” sözü yazılmış kağız paketdəki, bir ədəd sellofan bükümdə olan heroin xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 606 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs1 hadisəni törədərkən anlaqlı vəziyyətdə olmuş, əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddənin təsiri altına düşmür və halhazırda tibbi xarakterli məcburi müəlicəyə ehtiyacı yoxdur Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 582 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisəni törədərkən anlaqlı vəziyyətdə olmuş, əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddənin təsiri altına düşmür və halhazırda tibbi xarakterli məcburi müəlicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 903 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 902 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Şəmkir Rayon Konsultativ Poliklinikasının xx.xx.2019-cu il tarixli 445 saylı arayışından görünür ki, Əliyev X8 Rayon Konsultativ Poliklinikasının narkoloji və psixonevroloji kabinetlərində dispanser qeydiyytda yoxdur. Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 1896 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur, xx.xx.2011-ci il tarixdən “Xroniki narkomaniya”diaqnozu ilə narkoloji kabinetində dispanser qeydiyyatındadır. Abşeron rayon Saray qəsəbə X30 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron raoynu, Saray qəsəbəsi, M.Müşviq küçəsi 20 saylı evdə arvadı X7 və övladı X14 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəmkir rayon Şiştəpə kənd X30 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir rayon Şiştəpə kəndində arvadı X22, övladları X26, X19 və X10 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İİ № 053652 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X19 xx.xx.2002-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X15r. AZ-İ № 737694 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X15r. AZ-İİ № 053771 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X26 xx.xx.2008-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X15r. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bakı şəhəri ərazisində tutularaq Şəmkir RPŞ-nin İB-nə təqdim edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 sentyabr 2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki,Təqsirləndirilən şəxs2 Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs1 məxsus “X29” markalı, 99BJ441 dövlət qeydiyyat nişanlı avtomobilinə videoçəkişlə baxış keçirilmiş və baxış zamanı avtomobilin salonundan sükanın alt sol hissəsində saxlanc kimi istifadə etdiyi yerdən “Keno Club” markalı siqaret qutusunun üzərindəki şəffaf rəngli örtüyün içərisində hissələrə bölməklə satış məqsədi ilə daşıyaraq saxladığı 9 (doqquz) ədəd qırmızı rəngli kağız falanqalara bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,560 qram, 0,522 qram, 0,456 qram, 0,464 qram, 0,498 qram, 0,448 qram, 0,508 qram və 0,492 qram, ümumi təmiz çəkisi 4,393 qram çəkidə narkotik vasitə heroinə və 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0, 435 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitənin daşınmasında istifadə etdiyi özünə məxsus “X29” markalı, 99BJ441 dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, narkotik vasitələr saxlanılması üçün Şəmkir RPŞ-nin saxlanc yerinə, “X29” markalı, 99BJ441 dövlət qeydiyyat nişanlı avtomobilisə polis şöbəsinin duracağına təhvil verilmiş, xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun əynində olmuş gödəkcənin sol yan cibindən götürülmüş 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 3.608 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və Şəmkir RPŞ-nə saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk, onun təqsirləndirilən şəxs qismində dindirmə zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk, ona məxsus “X29” markalı, 99BJ441 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk və Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti aparılarkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə edilmiş, istintaq zamanı X11 üzərində şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. İstintaq zamanı X12 üzərində şəxsi axtarış aparılan zaman və şübhəli şəxs qismində dindirmə zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk, yaşadığı ünvanda axtarış aparılarkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk və Anar Qasımov ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və sürətləri cinayət işi materiallarına əlavə edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün Şəmkir rayon polis şöbəsinin saxlama otağına təhvil verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefona baxış zamanı telelefondan səs yazıları köçürülmüş 2 ədəd DVD-R markalı disklər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilmiş, istintaq zamanı «xxxx» MMC-dən, «xxxx» MMC-dən və «xxxx» MMC-dən içərisində məlumatlar köçürülmüş 3 ədəd CD disklər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxs X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* №-li cinayət işi ayrıca icraata ayrılaraq ərazi aidiyyəti üzrə Abşeron RPİ-nə göndərilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 oğlunun əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə deyil, özü istifadə etmək üçün saxladığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiklərindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı, başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, marixuanakannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinkik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən cəzalarını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu maddənin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Keno Club” markalı siqaret qutusunun üzərindəki şəffaf rəngli örtüyün içərisində hissələrə bölməklə satış məqsədi ilə daşıyaraq saxladığı 9 (doqquz) ədəd qırmızı rəngli kağız falanqalara bükülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan ümumi təmiz çəkisi 3,493 qram çəkidə narkotik vasitə heroinə və 1 (bir) ədəd ağ rəngli kağız bükümdə və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan təmiz çəkisi 0, 385 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 əynində olmuş gödəkcənin sol yan cibindən götürülmüş 1 ədəd gümüşü kağız bükümdə və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan təmiz çəkisi 3.558 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət X3 Göstərən İşçi Qrupu tərəfindən həyata keçirilməlidir. Bundan başqa Şəmkir RPŞ-nin duracağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 məxsus “X29” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalı, eləcə də Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. Eləcə də şəxsi axtarış zamanı və üzləşdirmədə dindirmə istintaq hərəkəti aparılarkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 10 ədəd DVD-R disk və «xxxx» MMC-dən, «xxxx» MMC-dən və «xxxx» MMC-dən içərisində məlumatlar köçürülmüş 3 ədəd CD disklər iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 95 (doxsan beş) manat 20 (iyirmi) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 oğlu oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Keno Club” markalı siqaret qutusunun üzərindəki şəffaf rəngli örtüyün içərisində hissələrə bölməklə satış məqsədi ilə daşıyaraq saxladığı 9 (doqquz) ədəd qırmızı rəngli kağız falanqalara bükülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan ümumi təmiz çəkisi 3,493 qram çəkidə narkotik vasitə heroinə və 1 (bir) ədəd ağ rəngli kağız bükümdə və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan təmiz çəkisi 0, 385 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 əynində olmuş gödəkcənin sol yan cibindən götürülmüş 1 ədəd gümüşü kağız bükümdə və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan təmiz çəkisi 3.558 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət X3 Göstərən İşçi Qrupu tərəfindən həyata keçirilsin. Bundan başqa Şəmkir RPŞ-nin duracağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 məxsus “X29” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın, eləcə də Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Eləcə də şəxsi axtarış zamanı və üzləşdirmədə dindirmə istintaq hərəkəti aparılarkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 10 ədəd DVD-R disk və «xxxx» MMC-dən, «xxxx» MMC-dən və «xxxx» MMC-dən içərisində məlumatlar köçürülmüş 3 ədəd CD disklər iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 95 (doxsan beş) manat 20 (iyirmi) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X32 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-37/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-37/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver