Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-37/2022 18.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, X2 və Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 11 (on bir) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,728 qram, 0,743 qram, 0,506 qram, 0,937 qram, 0,872 qram, 0,638 qram, 0.964 qram, 1,045 qram, 0,828 qram, 0,719 qram, 0,697 qram olmaqla ümumi təmiz çəkisi 8,677 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 1,884 qram və 5,896 qram olmaqla ümumi təmiz çəkisi 7,780 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanında saxlamış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 yanvar 2021-ci il tarixdə saat 17 radələrində onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin yataq otağında yerləşən masanın üzərindən 11 (on bir) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,728 qram, 0,743 qram, 0,506 qram, 0,937 qram, 0,872 qram, 0,638 qram, 0.964 qram, 1,045 qram, 0,828 qram, 0,719 qram, 0,697 qram olmaqla ümumi təmiz çəkisi 8,677 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 1,884 qram və 5.896 qram olmaqla ümumi təmiz çəkisi 7,780 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, gündəlik olaraq fəhləlik etməklə qazanc əldə edir. Təxminən 4-5 ildir ki, narkotik vasitə heroindən və marixuanadan istifadə edir. Heroini damarına iynə ilə vurmaqla, marixuananı isə çəkməklə istifadə edir. İstifadə etdiyi narkotik vasitələrin miqdarını müəyyən etmək üçün elektron tərəzi almış, lakin daha sonra həmin tərəzi işləmədiyindən o, yenidən eyni məqsədlə elektron tərəzi alaraq yaşadığı evə qoymuşdur. Tutulmamışdan təxminən 10 gün əvvəl tanımadığı şəxsdən 10 qram heroin və 10 qram marixuana alaraq ümumilikdə həmin şəxsə 600 manat pul vermişdir. Bundan sonra yaşadığı evə gələrək həmin heroin bükümlərini evində olan elektron tərəzidə çəkərək üzərindən bir qədər götürüb iynə ilə damarına vurub istifadə etmiş, qalan hissəsini isə elektron tərəzidə çəkərək 11 ədəd sellofan bükümlərə bölmüşdür. Bundan sonra həmçinin marixuananın da, bir hissəsini sellofan torbadan götürərək elektron tərəzidə çəkib kibrit qutusuna qoymuşdur. Sonrakı günlərdə isə o, marixuananın üzərindən bir qədər götürərək çəkmiş, qalanını isə yaşadığı otaqda saxlamışdır. 12 yanvar 2021-ci il tarixdə saat 14 radələrində hava almaq üçün yaşadığı evin önündə küçədə dayanan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinə dəvət etmişlər. O, da, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlunmаsındаn ötrü ona müdаfiəçilərin siyаhısı təqdim edilmiş və bildirilmişdir ki, həmin müdаfiəçilərdən kimi istəyirsə sеçə bilər. Əgər sеçməkdə tərəddüd еdirsə bu gün növbətçi vəkilin yаrdımındаn istifаdə еdə bilər. O, təqdim оlunmuş vəkillərin siyаhısındаnYusif Hüseynovu hüquqlаrının dövlət hеsаbınа müdаfiə оlunmаsı üçün sеçmiş və bu barədə ərizə ilə müraciət etmiş, müdаfiəçi dəvət оlunаrаq ona təqdim еdilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla daşınması qadağan edilən digər əşya aşkar edilməmişdir. Həmin vaxt o, yaşadığı evdə heroin, marixuana və iki ədəd elektron tərəzi saxladığını etiraf etmiş, bundan sonra o, yaşadığı evin otaqlarına baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə təqdim etmişdir. Sonra onu yaşadığı evin həyətinə aparmışlar. Videoçəkiliş altında o, polis əməkdaşlarını yaşadığı evin otağına aparmış, otaqda olan stolun üzərini əli ilə göstərib orada olan şəffaf rəngli sellofan torbada və kibrit qutusunda olan marixuananı,11 ədəd içərisində heroin olan sellofan bükümləri və elektron tərəziləri təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitələrvə elektron tərəzilər zərflərin içərisinə qoyulduqdan sonra bağlanmış, möhürlənərək götürülmüşdür. İfadəsinə əlavə olaraq göstərmişdir ki, əldə edib, yaşadığı evdə saxladığı narkotik vasitə olan heroin və ya marixuanadan heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də, olmamışdır. O, həmin narkotik vasitələri xəstəliyilə bağlı bədənində ağrıları olduğu üçün özü istifadə etmək məqsədilə əldə edərək saxlamışdır. Həmçinin narkotik vasitəni əldə etməkdə çətinlik çəkdiyi üçün onları artıq miqdarda almış, narkotik vasitələri aldıqdan sonra onları istifadə edərkən dozalarını dəqiq müəyyənləşdirmək üçün tərəzidə çəkərək onları bölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt 12 yanvar 2021-ci il tarixdə şöbəyə ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuana, heroin əldə edib istifadə etməsi, yaşadığı evdə saxlaması və qanunsuz dövriyyəsilə məşğul olması ilə bаğlı əməliyyat məlumatı dахil оlmuşdur. Həmin əməliyyаt məlumаtının yохlаnılаrаq Təqsirləndirilən şəxs cinаyət əməlinin ifşа оlunmаsı məqsədi ilə əməliyyаt-ахtаrış tədbirlərini həyаtа kеçirməkdən ötrü sələhiyyətli subyеktin qərаrı çıхаrılmışdır. Şöbənin əməkdаşlаrındаn ibаrət əməliyyаt qrupu təşkil еdilərək 12.01.2021-ci il tаriхdə sааt 14:50 rаdələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının qarşısına gedərək orada ona yахınlаşıb pоlis əməkdаşlаrı оlduqlarını bildirərək, onun şəхsiyyətini müəyyən etdikdə həmin şəхs özünü Təqsirləndirilən şəxs оğlu kimi təqdim еtmişdir. Bundаn sоnrа Təqsirləndirilən şəxs оğluna qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuana, heroin əldə edib istifadə etməsində, yaşadığı evdə saxlamasında və qanunsuz dövriyyəsilə məşğul olmasında şübhəli оlduğu üçün sахlаnıldığı еlаn оlunаrаq, o DİN-in BNMİ-nin QBRŞ-yə аpаrılmışdır. DİN-nin BNMİ-nin QBRŞ-də Təqsirləndirilən şəxs hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlunmаsı məqsədi ilə müdаfiəçilərin siyаhısı təqdim еdilmiş, Təqsirləndirilən şəxs təqdim оlunmuş müdаfiəçilərin siyаhısındаn müdаfiəçi sеçmiş, bundаn sоnrа müdаfiəçi dəvət оlunаrаq оnа təqdim еdilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, bundan sonra o üzərində qadağan edilmiş hər hansı bir əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilən şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının otağında şəxsi istifadəsi üçün narkotik vasitə heroin, marixuana və 2 ədəd elektron tərəzi olduğunu, tərəzilərdən birinin işləmədiyini, digərinin isə işlək olduğunu, işlək olmayan tərəzini də, əvvəllər istifadə etdiyini, elektron tərəzini narkotik vasitələri qəbul edərkən çəkisini müəyyən etmək üçün istifadə etdiyini, bununla bağlı yaşadığı evə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsinə və götürmə aparılmasına icazə verdiyini, heç bir etirazının olmadığını bildirmişdir. Həmin ərizədən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş, baxışa başlanarkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi zamanı yaşadığı evdə saxladığı narkotik vasitə heroini, marixuananı və 2 ədəd elektron tərəzini harada saxlaması soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs istiqamətləndirməsi ilə həmin həyətdə yerləşən otağa daxil olunmuşdur. Təqsirləndirilən şəxs otaqda olan masaya yaxınlaşaraq masanın üzərində olan 2 ədəd elektron tərəzini, 1 ədəd sellofan torbada olan narkotik vasitə marixuananı, 1 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı və 11 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sellofan torbada və kibrit qutusunda olan kütlələrə ayrı-ayrılıqda baxış zamanı kütlələrin kəskin iyli, yaşıl rəngli, narkotik vasitə marixuana olması, digər 11 ədəd bükümlərə baxış keçirilən zaman isə həmin bükülünün içərisində kəskin iyli, qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmişdir. İki ədəd elektron tərəziyə baxış zamanı onların adsız, birinin gümüşü, digərinin isə qara rəngli olması müəyyən edilmişdir. İçərisində narkotik vasitə marixuana kütlələri olan 1 ədəd sellofan torba və 1 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş və müvafiq qaydada zərflərdə qablaşdırılıb möhürlənmiş və doğruluğu imzaları ilə təsdiq etmişlər. Bundan sonra evin digər otaqlarına və yardımçı tikililərə baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə edilmiş 12 yanvar 2021-ci tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuana və heroin əldə edib istifadə etməsi, yaşadığı evdə saxlaması və onların qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı hər hansı bir qanunsuz əşya aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin otağında öz şəxsi istifadəsi üçün bükümlərdə narkotik vasitə heroin, marixuana və iki ədəd elektron tərəzi saxladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 12yanvar 2021-ci tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki,ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin evin yataq otağında Təqsirləndirilən şəxs əli ilə stolun üzərini göstərərək, bükümlərdə olan kütlələrin narkotik vasitə heroin, sellofan torbada və kibrit qutusunda olan kütlələrin isə narkotik vasitə olan marixuana olduğunu bildirmiş, həmin kütlələrin yanında iki ədəd elektron tərəzi aşkar edilmişdir. Sonra sellofan torbada və kibrit qutusunda olan kütlələrə ayrı-ayrılıqda baxış keçirilmiş, baxış zamanı kütlələrin kəskin iyli yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər olmaları müəyyən edilmişdir. Daha sonra 11 (on bir) ədəd sellofan bükümlərə baxış keçirilmiş, bükümlərin kəskin iyli, qəhvəyi rəngli, narkoitik vasitə heroinə bənzər olmaları müəyyən edilmişdir. İki ədəd elektron tərəzilərə baxış keçirilən zaman onların adsız, birinin gümüşü , digərinin isə qara rəngli olmaları müəyyən edilmişdir. Daha sonra kütlələr elektron təzəridə çəkilmiş, narkotik vasitə marixuanaya bənzər kütlələrin ümumi çəkisi 11,72 qram, narkotik vasitə heroinə bənzər kütlələrin ümumi çəkisinin isə 9,55 qram olması müəyyən edilmişdir. Bundan sonra 04(dörd) ədəd paketlərin üzərlərinə müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional Bölməsinin 13yanvar 2021-ci il tarixli 16/35 nömrəli materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizasına dair rəyindən görünür ki,tədqiqata təqdim olunmuş üzərində “12.01.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş 11 (on bir) bükümdə narkotik vasitə heroinə bənzər kütlələr.” yazılar və imzalar olan kağız paketdəki, 11 (on bir) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,728 qram, 0,743 qram, 0,506 qram, 0,937 qram, 0,872 qram, 0,638 qram, 0.964 qram, 1,045 qram, 0,828 qram, 0,719 qram, 0,697 qram, ümumi təmiz çəkisi 8,677 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim olunmuş üzərində “12.01.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş 1 (bir) ədəd sellofan torbada və 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlələr.” yazılar və imzalar olan kağız paketdəki, ayrı-ayrılıqda təmiz çəkiləri 1,884 qram, 5.896 qram, ümumi təmiz çəkisi 7,780 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “12.01.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş 1 (bir) ədəd elektron tərəzi.” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində herion izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Tədqiqata təqdim olunmuş üzərində “12.01.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş 1 (bir) ədəd elektron tərəzi.” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “qara” rəngli elektron tərəzinin üzərində herion izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Tədqiqata təqdim olunmuş üzərində “12.01.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş 1 (bir) ədəd sellofan torbada və 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlələr.” yazılar və imzalar olan kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “12.01.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş 11 (on bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr.” yazılar və imzalar olan kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş 12 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə saat 14:50-də Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablanmaqla, 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 12 yanvar 2021ci il tarixli qərarının Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 4(044)-58\2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçiilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olumuş, “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 12 aprel 2021-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 12 aprel 2021-ci il tarixli Gəncə şəhər BPİ-si İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 23 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsi tərəfindən verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin və marixuananı hansı mənbədən və nə vaxt əldə etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş narkotik vasitə heroin və marixuananı satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin nakotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, qanunsuz olaraq narkotik vasitə əldə etməsindən Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən əlavə olaraq yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Moskva şəhəri, Lefortov Rayon Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli hökmü ilə RF-nın CM-nin 264-cü maddəsinin, 5-ci hissəsinə əsasən 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Ryazan vilayət Ryazan rayon məhkəməsinin 14.01.2015-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli № 31/31 məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin icraatında cinayət işi və ya digər material olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 01.03.2021-ci il tarixli 195 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 09.04.2021-ci il tarixli 948 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 09.04.2021-ci il tarixli 1149 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Onkoloji Xəstəxanası tərəfindən verilmiş 18 may 2021-ci il tarixli 263 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Onkoloji Xəstəxanasında “S-vari bağırsağın törəməsi” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X11 canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 15 oktyabr 2021-ci il tarixli 766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 14.03.2020ci il tarixdən “S-vari bağırsağın törəməsi” diaqnozu ilə xəstəxanada ambulator qeydiyyatdadır, qeyd olunan xəstəlik uzun sürən xroniki gedişli xəstəliklərə aiddir. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu ilə əlaqədar onun cəzaçəkmə müəssisəsində saxlanıla bilməsi məqsədə müvafiq hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən, CM-in 234.1-ci maddəsilə təqsirli bilərək ifadəsində baxış zamanı aşkar edilmiş narkotik vasitələrin və 2 ədəd tərəzinin ona məxsus olduğunu bildirsə də, həmin heroin və marixuanadan heç kəsə satmadığını, əvəzli, yaxud əvəzsiz olaraq vermədiyini, belə bir məqsədinin də, olmadığını, həmin narkotik vasitələri xəstəliyilə bağlı bədənində ağrıları olduğu üçün özü istifadə etmək məqsədilə əldə edərək saxladığını, narkotik vasitəni əldə etməkdə çətinlik çəkdiyi üçün onları artıq miqdarda aldığını və narkotik vasitələri aldıqdan sonra onları istifadə edərkən dozalarını dəqiq müəyyənləşdirmək üçün tərəzidə çəkərək onları böldüyünü göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəni işin faktiki halları ilə uyğun olmayan, uydurma,məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri “şəxsi axtarış və götürmə aparılmasına dair” protokol, “baxış keçirilməsi və götürmə haqqında” protokol, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin yataq otağında yerləşən masanın üzərindən 11 (on bir) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,728 qram, 0,743 qram, 0,506 qram, 0,937 qram, 0,872 qram, 0,638 qram, 0.964 qram, 1,045 qram, 0,828 qram, 0,719 qram, 0,697 qram olmaqla,ümumi təmiz çəkisi 8,677 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 1,884 qram və 5.896 qram olmaqla ümumi təmiz çəkisi 7,780 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması onun həmin narkotik vasitələri şəxsi istehlak məqsədilə saxlamasına dair verdiyi ifadəsini şübhə altına almış olur. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Gəncə Şəhər Onkoloji Xəstəxanasında “S-vari bağırsağın törəməsi” diaqnozu ilə qeydiyyatda olmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarı ilə barəsində seçiilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olumuş, “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 12 aprel 2021-ci il tarixədək müəyyən edilmiş, 12 aprel 2021-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs “həbs”də və “ev dustaqlığında”saxlanıldığı 3 ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8,127 qram olan heroin, qalıq çəkisi 7,68 qram olan marixuana və 2 ədəd elektron tərəzi məhv edilməli, cinayət işinə əlavə edilmiş 12 yanvar 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə dair video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 50 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs “həbs”də və “ev dustaqlığı”nda saxlanıldığı 03 (üç) ay müddət ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi tarixdən, yəni 18 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8,127 qram olan heroin, qalıq çəkisi 7,68 qram olan marixuana və 2 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinə əlavə edilmiş 12 yanvar 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə dair video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-37/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-37/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver