Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-37/2023 13.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X10 oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrinadə dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyyə müşaviri X2, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx xxx 1995-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olan, orta təhsilli, Gəncə şəhər H.Əliyev prospekti 265-də qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsində fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni, təmiz ümumi çəkisi 2,923 qram narkotik vasitə olan heroini, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 12 avqust 2021-ci il tarixdə saat 19:50 radələrində keçmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan X3 qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Füzuli” parkının qarşısında yolun kənarında saxlanılaraq, Gəncə şəhər H.Əliyev prospekti 265 ünvanında yerləşən keçmiş Kəpəz RPİ-yə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın, sağ ön cibindən 1 ədəd şəffaf sellofana bükülmüş 2,923 qram maddə, kustar üsulla hazırlanmış, narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs edilənə qədər narkotik vasitə olan heroindən istifadə etdiyinə görə bu zərərli vərdişin aludəçisi olmuşdur. Müxtəlif şəxslərdən narkotik vasitə heroini öz istifadəsi üçün alaraq istifadə etsə də, bu kimi maddələrin alqı-satqısı heç vaxt məşğul olmamışdır. xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən Gəc zavodu kimin tanınan yerin yaxınlığında öz istifadəsi üçün narkotik vasitə olan heroin əldə etmiş,həmin kütləni istifadəsi üçün üzərində gizlədərək saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 19:50 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Füzuli” parkının qarşısında yolun kənarında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və onlarla birlikdə Kəpəz RPİ-yə getməli olduğunu tələb etmişlər. O, həmin polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birgə Kəpəz RPİ-yə gəlmiş, polis idarəsində olan zaman ona narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Buna görə də şübhəli şəxs qismində saxlanıldığını ona izah etmişlər. Bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən bir ədəd şəffaf sellofana bükülmüş heroin aşkar edilərək götürülmüşdür. O, həmin narkotik vasitəni Məhsəti qəsəbəsində yerləşən Gəc zavodunun yaxınlığından tapdığını bildirmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, ondan aşkar olunan narkotik vasitəni guya satış məqsədilə əldə etməsinə dair xüsusatlar tamamilə absurd və yalandır. Müstəntiqin, Prokurorun ona belə bir ittiham irəli sürməsinin əsl səbəbi bu gün də ona aydın deyil. O heç vaxt kiməsə narkotik vasitə satmamış və ya pay verməmişdir. Narkomaniya xəstəliyindən ciddi şəkildə əziyyət çəkdiyi üçün sözügedən narkotik vasitəni əldə etmiş və istifadə etməyə macal tapmamış polis əməkdaşları tərəfindən yaxalanmışdır. Odur ki, məhkəmədən əməlinin düzgün tövsif edilməsini, ondan aşkar olunan narkotik vasitəni guya satış məqsədilə əldə edilməsinə dair müddəaların ittihamdan xaric edilməsini hakim heyətindən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-in CAŞ-in əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Gəncə şəhəri H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində daşıması və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və Kəpəz RPİ-in CAŞ-in kiçik inspektoru Şahid2 iştirakı ilə onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 19:50 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Füzuli” parkının qarşısında saxlanılaraq Gəncə şəhər H.Əliyev prospekti, 265 ünvanında yerləşən Kəpəz rayon polis idarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması bildirilmişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, Kəpəz rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda Suliddin Qurbanovun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ilk baxışdan narkotik vasitə olan “heroin”ə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni 2 gün əvvəl Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Gəc zavodunun yaxınlığından tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, bu xüsusat öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin kiçik inspektoru Paşalı X5 Azər Məmməd oğlu ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021ci iil tarixli “Cinayət işi başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, 12 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlamasında və istifadəsində şübhəli olması ilə bağlı 12 avqust 2021-ci il tarixdə saat 19:50 radələrində Gəncə şəhər Kəpəz RPİnin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan X3 qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Füzuli” parkının qarşısında yolun kənarında saxlanılaraq, Gəncə şəhər H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın, sağ ön cibindən 1 ədəd şəffaf sellofana bükülmüş 2,923 qram maddə, kustar üsulla hazırlanmış, narkotik vasitə-heroin aşkar edilərək götürülməsi əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 avqust 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 14 avqust 2021-ci il tarixdə qəbul edilmiş 4(043)- 160/2021 nömrəli qərarından göürnür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 12 noyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 4(043)-214/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1(bir) ay müddətinə uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(943)232/2021-002 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay müddətinə, yəni 13 dekabr 2021-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 1(043)-61/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 avqust 2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında“ protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində təhqiqatçı, polis baş leytenantı Nicat Məmmədov, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs heç bir əşya təqdim etmədiyi üçün onun üzərinə baxış keçirilir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ilk baxışdan narkotik vasitə olan “heroin”ə bənzər kütlə aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə aptek tərəzisində çəkilir, həmin kütlənin çəkisi şəffaf sellofan ilə birlikdə 3 qram olduğu aşkar edilir. Həmin bükülüdə olan narkotik vasitə olan heroinə bənzər kütlələr zərfə qoyulub, qablaşdırılır və zərfin ağzı Az.Resp-sı DİN-nin 120 saylı möhürü ilə möhürlənərək zərfin üzəri tərəfimizdən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 2 gün əvvəl Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Gəc zavodunun yaxınlığından tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəməkimyəvi ekspertizasının 13 avqust 2021-ci il tarixli 16/840 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə....” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,923 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Hoeroinin ümumi təmiz çəkisi – 2,923 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 2,823 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmənarkoloji ekspertizasının 15 noyabr 2021-ci il tarixli 1378 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 oktyabr 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələri alan şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Həmçinin qeyd olunan vaxtlarda Təqsirləndirilən şəxs istifadəsində hər hansı mobil nömrənin olması müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 dekabr 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroini, həmçinin əvvəllər istifadə etdiyi narkotik vasitəni haradan, kimdən, nə vaxt əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroindən satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl istifadəsində ***-***-**- ** saylı mobil nömrə işlətməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 mart 2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroini, həmçinin əvvəllər istifadə etdiyi narkotik vasitəni haradan, kimdən, nə vaxt əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə üzərində gəzdirmiş, onun əvvəllər də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olmuş, lakin həmin heroindən satdığı şəxslərin dairəsini, həmçinin əldə etdiyi narkotik vasitədən yaşadığı evində, yaxud, digər yerlərdə gizlədərək saxlamasını müəyyən etmək mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində ********** saylı mobil nömrənin sahibi Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 475-də qeydiyyatda olan İdris Quliyevin və ********** saylı mobil nömrənin sahibi ünvan 10 ünvanında qeydiyyatda olan Əmrah Əliyevin şəxsiyyətlərini və olduqları yeri müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kəpəz rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə 600 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şərti 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum edilmiş və 1600 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməklə cəzası 05 ilə endirilib, 67-ci maddəyə əsasən qəti 05 il azadlıqdan məhrumetmə və 1500 manat cərimə təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya şöbəsinin 13 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 7(043)-61/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə 01 (bir) il azaldılmışdır. Bununla belə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın 06 ay müddətinə azadlığın məhdudlaşdırılması hissəsi çəkilməmiş qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 avqust 2021-ci il tarixli, 3015 saylı Azərbyacan Respublikası Gəncə şəhər, Psixonevroloji Dispanserindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər, Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbyacan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər, Narkoloji Dispanserindən verilmiş 17 avqust 2021-ci il tarixli 4068 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 2,823 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxışın video çəkilişi olan 1 ədəd DVD disk və "xxxx" MMCdən daxil olmuş 1 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, üstündə qanunsuz saxlamaqla daşıdığı ümumi təmiz çəkisi təmiz ümumi çəkisi 2,923 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə bununla bağlı sübut təqdim edilməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanının tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı ibtidai istintaq orqanına həmdə məhkəmə istintaqı zamanı “üzərindən aşkar edilmiş narkotik vasitələri özü istifadə etmək üçün alaraq üzərində saxladığını bildirmiş, bu mövqedən çıxış edərək onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən yalnış olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edildiyindən, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, ona həmin maddə ilə ittiham elan olunmaqla ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin cinayət işinin materiallardan görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində “narkotik vasitədən istifadə etdiyini lakin onun satışı ilə məşğul olmadığını, həmin maddə ilə özünü təqsirli bilmədiyini vurğulamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Həmçinin, cinayət işi üzrə dindirilən şahidlər Şahid1 və Şahid2 da şahid qismində ifadə verərkən Təqsirləndirilən şəxs ilkin sorğu zamanı və digər istintaq hərəkətləri aparılan zaman sonuncunun üzərindən aşkar edilən kütləni şəxsi istifadəsi üçün üzərində saxladığına dair xüsusatları polis əməkdaşlarının diqqətinə çatdırdığını vurğulamışlar. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki bu qəbildən olan işlərə baxılarkən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarının həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Göründüyü kimi, iş üzrə mövcud olan heç bir sübut növü Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satış məqsədilə əldə etdiyini, saxladığını və üzərində daşıdığını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında öz əksini tapan sübutlarla Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satış məqsədi olmadan əldə etdiyi və daşıdığı sübut olunur və cinayət işində mövcud olan heç bir sübut bu halı təkzib etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.4.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Cinayət prosessual qanunvericiliyin bu tələblərinə riayət edilib-edilməməsi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşınmasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında həmin nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – təmiz ümumi çəkisi 2,923 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşıması özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadələrlə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai araşdırma orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Bununla bağlı məhkə eyni zamanda aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasənyalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə,saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2 və 234.3-cümaddəsində nəzərdə tutulmuş əməllər: -234.4.3. külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir.“Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinəyetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslərtərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-cimaddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirməkimkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundanməhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin,psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satmadeyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama,hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində narkotik maddələrin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəməinin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallaraəsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları vəqanunvericiliyin istinad edilən normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında verilən tövsiyələrin tələbləri baxımından qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi iş materialları ilə kifayət qədər sübuta yetirilmir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs əməli “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.4.3-cü maddəsindən, “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli və Təqsirləndirilən şəxs həmin maddə ilə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsiüçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onlarınkülli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə eyni zamanda vurğulayır ki, Təqsirləndirilən şəxs yol verdiyi əməl CM-in 234.1-1ci maddəs ilə tövsif edilə bilməz. Belə ki, sözügedən norma 2022-ci ilin may ayından cinayət qanununa əlavə edilməklə qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli isə bu tarixdən əvvəl baş vermişdir. Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündəcəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155.4-cü maddəsinə əsasən Polisin nəzarəti altına vermə qətimkan tədbiri yalnız azadlıqdan məhrum etmə növündə cəza tətbiq edilə bilən cinayətin törədilməsində şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilə bilər. Digər tərəfdən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri, “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilməli və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 1(043)-61/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Probasiya şöbəsinin 13 iyun 2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, “8 noyabr-zəfər qünü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin icrası ilə əlaqədar Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 7(043)-61/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 1(043)-61/2021 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın mədudlaşdırılması cəzası 01 (bir) il azaldılmış, Təqsirləndirilən şəxs Kəpəz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 1(043)-61/2021 saylı hökmü ilə təyin edilmiş cəzanın 06 ay müddətinə azadlığın məhdudlaşdırılması hissəsi çəkilməmiş qalmışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələblərini nəzərə alaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 1(043)-61/2021 saylı hökmü ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 03 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2021-ci il tarixli 1378 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 avqust 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 12 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 2,823 qram narkotik vasitə olan heroin üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxışın video çəkilişi olan 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 2,823 qram narkotik vasitə olan heroin məhv edilməli, xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxışın video çəkilişi olan 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” diskin iş üzrə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 85 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 510 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 1(043)-61/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ay hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və çəkilməmiş 03 (üç) azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq qəti olaraq Təqsirləndirilən şəxs 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edislin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri, “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilsin və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 12 avqust 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CPM-in 162.1.2, 162.3 və 162.5.1-ci maddələrinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 2,823 qram narkotik vasitə olan heroin məhv edilsin, xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxışın video çəkilişi olan 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” diskin iş üzrə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 85 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 510 (beş yüz on) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-37/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-37/2023
13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver