Məhkəmə qərarları › İş №1(100)-37/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-37/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-37/2024 15.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X18, X19, X9 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Aslan qızı, Zərərçəkmiş şəxs4 Novruz oğlu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Sərdər qızı, Təqsirləndirilən şəxs iştirakları ilə, - xx.xx.1985-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Göygöl rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 10 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Goranboy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə 01 il 06 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Goranboy rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən, cəzası 01 il müddətinə azaldılmış, Goranboy rayonu, Dəliməmmədli şəhəri, Səməd Vurğun küçəsi, ev 51-də qeydiyyatda olmaqla yaşayan və hazırki Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 178.2.2, 178.2.4, 310cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmiş, təkrar özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə sonuncunun icazəsi ilə daxil olaraq oradan “Samsung” markalı 1 ədəd televizor, “Çinar” markalı 1 ədəd soyuducu, 2 ədəd xalça, 1 dəst mətbəx mebeli və internet avadanlıqları olmaqla ümumi dəyəri 1100 manat olan əşyaları gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, eyni niyyətlə, yəni tamah niyyəti ilə inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim edərək geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun pul verəcəyi halda oğlu X15 Gəncə şəhərində yerləşən istintaq təcridxanasına nəzarətçi vəzifəsinə təyin edilməsi üçün qeyd olunan Baş Polis İdarəsinin adı istintaqa məlum olmayan vəzifəli şəxs və şəxslərinə təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədini yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Kapitalbank” filialının qarşısında 3000 (üç min) manat, daha sonra 2018-ci ilin noyabr ayında, günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında 23000 (iyirmi üç min) manat pulu, vahid niyyətlə cəmi 26000 (iyirmi altı min) manat məbləğində əmlakı ələ keçirərək zərərçəkmiş şəxsə qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, eyni niyyətlə, yəni tamah niyyəti ilə inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsi ehtiyacının olmasını və qısa müddət ərzində qaytaracağını yalandan vəd verərək, vədini yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında zərərçəkmiş şəxsdən 1200 (min iki yüz) manat məbləğində pulu ələ keçirərək zərərçəkmiş şəxsə qarşı ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, eyni niyyətlə, yəni tamah niyyəti ilə inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən fermada qeyri-rəsmi mühafizəçi işləyən, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan Rasim adlı şəxsə özünü tikinti sahəsində çalışan şəxs kimi təqdim edərək Gəncə şəhəri, Avtozavod qəsəbəsində ev tikdirməsi, orada işləyən işçilərin isə müvəqqəti yaşayışı üçün vaqon lazım olmasını, Rasimə guya fermanın sahibi Zərərçəkmiş şəxs2 həmin vaqonu istifadə etmək üçün aparmasında xəbərinin və icazəsinin olması barədə həqiqətə uyğun olmayan məlumatları verib aldadaraq müvəqqəti istifadə edib qısa müddət ərzində qaytaracağı barədə yalandan vəd verərək, vədini yerinə yetirməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin fevral ayında, günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs2 həmin fermada olan 1500 (min beş yüz) manat dəyərində qoşqulu vaqonunu ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, eyni niyyətlə, yəni tamah niyyəti ilə inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Goranboy rayonu, Faxralı kəndində ferma tikdirməsi və orada lazım olan su tələbatını ödəmək məqsədilə su çəninə ehtiyacı olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib aldadaraq müvəqqəti istifadə edib qaytarmaq barədə yalandan vəd verərək, vədini yerinə yetirməyərək xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Goranboy rayonu, Xınalı kəndindəki fərdi yaşayış evinin həyətyanı sahəsində olan 2500 (iki min beş yüz) manat dəyərində 3.5 ton su tutumlu 1 ədəd dəmir su çənini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, eyni niyyətlə, yəni tamah niyyəti ilə inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Aslan qızına cəzaçəkmə müəssisəsində cəza çəkən kürəkəni X6 məhkum olunduğu cinayət işi üzrə zərərçəkmiş şəxsdən barışıq ərizəsi alacağı barədə yalan vəd verərək Zərərçəkmiş şəxs3 inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə vermək adı ilə 2021-ci ilin iyun ayında, günü istintaqa məlum olmayan tarixlərdə Goranboy rayonu Hazırəhmədli kəndində Zərərçəkmiş şəxs3 Aslan qızının 1330 (min üç yüz otuz) manat pulunu vahid niyyətlə hissə-hissə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, eyni niyyətlə, yəni tamah niyyəti ilə inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 özünü Goranboy rayon X25 X29 əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs7 məxsus təkərli konteyneri tikinti işləri ilə bağlı 14 gün müddət ərzində istifadə edib qaytaracağını yalandan vəd verərək, vədini yerinə yetirməyərək etibardan suiistifadə etmə və aldatma yolu ilə 2021-ci ilin iyul ayında, günü istintaqa məlum olmayan tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Zərərçəkmiş şəxs7 məxsus torpaq sahəsində sonuncuya məxsus 10000 (on min) manat dəyərində 1 ədəd təkərli konteyneri ələ keçirib zərərçəkmiş şəxsə qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, eyni niyyətlə, yəni tamah niyyəti ilə inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə 2022-ci ilin fevral ayında, günü istintaqa məlum olmayan tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs5 məxsus Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yaşayış olmayan nömrəsiz fərdi yaşayış evinin qarşısından Zərərçəkmiş şəxs5 5000 (beş min) manat dəyərində 10 ton su tutumlu 1 ədəd dəmir su çənini gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, eyni niyyətlə, yəni tamah niyyəti ilə inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs4 Novruz oğluna məxsus Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən açıq torpaq sahəsindən Zərərçəkmiş şəxs4 4000 (dörd min) manat dəyərində 20 ton su tutumlu 1 ədəd dəmir su çənini gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, eyni niyyətlə, yəni tamah niyyəti ilə inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 ayağında olan xəstəliklə bağlı Goranboy rayon X14 Hüquqi Şəxsin direktoru X7 vasitəsi ilə əlillik dərəcəsi təyin etdirib pensiya almasını təşkil edəcəyi barədə yalan vəd verərək, vədini yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Rauf Yahyayevə vermək adı ilə vahid niyyətlə və hər dəfə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısında olmaqla zərərçəkmiş şəxsdən xx.xx.2022-ci il tarixdə, günorta saatlarında 400 (dörd yüz) manat, xx.xx.2022-ci il tarixdə, günorta saatlarında 1500 (min beş yüz) manat, xx.xx.2022ci il tarixdə, günorta saatlarında 400 (dörd yüz) manat pulu, vahid niyyətlə cəmi 2300 (iki min üç yüz) manat məbləğində əmlakı ələ keçirərək zərərçəkmiş şəxsə qarşı ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.2, 178.2.2, 178.2.4, 310-cu maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayında, xəstələndiyindən Sevinc adlı tibb bacısı onun qoluna sistem qoymuşdur. Söhbət əsnasında Sevinc əl çantasından Zərərçəkmiş şəxs1 adlı qadın tərəfindən 100 (yüz) manat məbləğdə pul götürüldüyünü bildirərək pulunun alımasında köməklik etməsini xahiş etmişdir. Sevincin vasitəsilə Ruhangizi tanımışdır. Ruhangiz ona döşünün bir hissəsinin həkimlər tərəfindən kəsildiyini, cinsi əlaqədə olmasının zəruri olduğunu bildirərək münasibət qurmasını təklif etmişdir. O, həmin təkliflə razılaşmış və Gəncə şəhərində kirayə mənzil tutmuşdur. Onlar mütəmadi olaraq axşam saatlarında görüşərək Ruhangizlə faktiki yaşamış, anası evdə olmadığı zaman Ruhangizin öz evinə getmişdir. Ruhangiz bu münasibətdən əl çəkməməsi üçün ona yalvarmışdır. 2018-ci ilin sentyabr ayından 2019-cu ilin fevral ayına qədər Ruhangizlə münasibəti olmuşdur. Ruhangiz bu münasibətin müqabilində ayrı-ayrı vaxtlarda ona müxtəlif məbləğlərdə pul vermişdir. Daha sonra həyat yoldaşının biləcəyindən ehtiyatlanaraq Ruhangizdən ayrılmışdır. Ruhangizə qarşı heç bir qanunsuz hərəkətə yol verməmiş, onun evindən oğurluq etməmiş, sonuncu ilə münasibəti olmuş və bunun müqabilində pul almış, həmin pulların qaytarılması ilə bağlı aralarında hər hansı razılaşma olmamışdır. Ruhangiz ona borc qismində və ya oğlu Fuadın hərbi biletini yararlı edib işə düzəltmək müqabilində pul verməmiş, o, Fuadın hərbi biletini yararlı etməyi, hər hansı yerə işə düzəltməyi vəd etməmişdir. Ruhangiz və Sevincə özünü Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı qismində təqdim etməmiş, öz adını bildirmişdir. Ruhangiz və Sevincin arasında olan problemi həll etmək üçün özü Sevinc Tağıyevaya 100 (yüz) manat pul vermişdir. Bundan başqa, Goranboy rayonu, Düzqışlaq kənd sakini Əbülfətin həmin kəndin yaxınlığında yerləşən dəmirdən düzəldilmiş, təkərli, qoşqulu ev kimi istifadə olunan vaqonu olmasını görmüş və 2020-ci ilin fevral ayında Goranboy rayonu, Düzqışlaq kəndinin yaxınlığına Əbülfətin fermasına gedərək orada işləyən Rasim adlı şəxsə Gəncə şəhəri, Avtozavod qəsəbəsində ev tikdirdiyini, orada işləyən fəhlələrin qalması, istirahət etməsi üçün həmin vaqon olacağı müvəqqəti olaraq ona verməsini xahiş etmişdir. Rasim isə həmin olacağın Əbülfətə məxsus olmasını bildirmiş, o da yalandan Rasimə Əbülfətdən icazə almasını demişdir. Bundan sonra həmin vaqon olacağı fermada işləyən Rasimdən almış və işlədib qaytaracağına söz vermişdir.Daha sonra olacağı evakuatora yüklətdirib sürücüyə 25 manata vermiş və Gəncə şəhərinə aparmışdır. Həmin evakuatoru Gəncə şəhərində xatırlmadığı yerə sürdürmüş və olacağı 350 manata xatırlamadığı şəxsə satmışdır. Bundan sonra olacağın sahibi Əbülfət onun telefon nömrəsinə dəfələrlə zəng edərək olacağı qaytarmasını tələb etmiş, o isə hər dəfə olacağı qaytaracağını bildirmişdir. Bundan başqa, 2020-ci ilin may ayında Goranboy rayonu, Xınalı kəndində Dağlar adlı şəxsin evinin qarşısında küçədə dəmir su çəni görmüş və fikirləşmişdir ki, həmin çəni satıb pul əldə edər. Bu məqsədlə 2020-ci ilin may ayının 25-də Goranboy rayonu, Xınalı kəndinə , həmin evin yanına getmiş və çənin sahibi ilə söhbət edərək Goranboy rayonu, Faxralı kəndinin yaxınlığında ferma tikdirdiyini və həmin fermada tikintidə işlətməyə su gətirilməsi üçün çən lazım olduğunu bildirmişdir. Dağlar adlı şəxsdən həmin çənini bir-iki aylıq müvəqqəti olaraq işlətmək üçün ona verməsini xahiş etmişdir. Dağlar ona inanaraq razılaşmışdır. xx.xx.2020-ci il tarixdə evakuator avtomobili gətirərək Goranboy rayonu, Xınalı kəndində Dağlar adlı şəxsə məxsus olan su çənini aparmış və Gəncə şəhərində xatırlamadığı şəxsə 300 manata satmışdır. Evakuatora yükün aparılması üçün 40-50 manat da pul vermişdir. Çəni satdığı şəxsə çənin özünə məxsus olduğunu, pul ilə aldığını bildirmişdir. Bundan başqa, Goranboy rayonu, Hazırəhmədli kənd sakini Zərərçəkmiş şəxs3 tanımışdur. Belə ki, Gəncə şəhərində istintaq təcridxanasında saxlanılarkən İlqar adlı şəxslə bir kamerada olmuş, azadlığa çıxandan sonra İlqarın qaynanası Siyasətlə görüşmüş, İlqardan şikayətçi olan şəxsdən barışıq ərizəsi almaq barədə danışmışdır. Lakin pul istəməmiş, pul məsələsi ilə bağlı hər hansı danışıqları olmamışdır. İlqardan şikayətçi olan şəxsləri tanımamış və həmin şəxlə heç bir münasibəti olmamışdır. Siyasətin qızı Gülnarla münasibəti olmuş, lakin sonradan ayrıldığına görə Siyasət ona böhtan atmışdır. Bundan başqa Bərdə şəhərində yaşayan, Goranboy rayonu, Aşağı-Ağcakənd qəsəbəsində yaşayış evi olan Fəxrəddin adlı tanışı 2021-ci ilin sentyabr ayında ondan özünə məxsus olan evlərin satılmasına kömək etməsini xahiş etmişdir. O, Fəxrəddinin iki evinin satılmasına kömək etmişdir. Həmin vaxt Fəxrəddinin evinin yanında olan təkərli, qoşqulu konteyneri istəmiş və Fəxrəddin həmin konteyneri ona hədiyyə etmişdir. O da Goranboy rayonu, Dəliməmmədli şəhərində yaşayan X20 bu barədə demiş və gedib Aşağı Ağcakənd qəsəbəsindən konteyneri götürməsini tapşırmışdır. O, Fəxrəddinin telefon nömrəsini Elşada vermiş və Elşad özü Fəxrəddinlə danışaraq konteyneri gedib götürməsinə razılıq almışdır. Bundan sonra X34 qəsəbəsində həmin konteynerə görə ona 1200 manat pul vermiş və konteyneri gətirmişdir. Lakin, sonradan Xocalı rayon polis şöbəsinin əməkdaşları gəlib onu konteyneri oğurlamaqda şübhəli kimi polisə çağırmış, fakt təsdiqini tapmamış, bundan sonra o, polisə müqavimətə görə 20 gün inzibati həbs olunmuşdur.Konteyneri isə Elşad Əsədovdan alıb Fəxrəddinə qaytarmışlar. Bundan başqa, 2022-ci ilin fevral ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsində olarkən torpaq sahələrinin birində evin yanında yerdə üzərində su çəni olmasını görmüş və həmin su çənini özü istifadə etmək adı ilə ələ keçirib satmaq və pul əldə etmək məqsədi ilə orada olan qonşulardan su çəninin kimə məxsus olmasını soruşmuşdur. Həmin vaxt qonşulardan biri çənin Rauf adlı şəxsə məxsus olmasını bildirib Raufun mobil nömrəsini ona vermişdir. O, Raufla danışarkən Raufun Gəncə şəhəri Göz Xəstəxanasında olmasını öyrənmiş və görüşmək istədiyini bildirib Raufun olduğu yerə getmişdir. Orada Rauf adlı şəxslə görüşüb su çəninin Avtozavod qəsəbəsində istifadə etmək üçün ona lazım olduğunu bildirmiş, Raufdan bir neçə müddətlik həmin çəni ona verməsini xahiş etmişdir. Həmin vaxt Raufa Dəliməmmədli şəhərindən olduğunu bildirib özü haqqında tanışlıq verdikdən sonra Rauf ona inanıb razılıq vermiş və Bakı şəhərinə gedəcəyini, burada olmayacağını, gedib özü su çənini götürə biləcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra o evakuator vasitsəi ilə su çənini götürdüb Dubay bazarı adlanan bazarın yaxınlığına sürdürmüş və orada metal alqısatqısı məntəqəsində adını bilmədiyi, üzdən tanıdığı şəxsə su çəninin özünə məxsus olduğunu bildirib 500 manata satmışdır. Bir müddət sonra Rauf tez-tez ona zəng edərək su çənini istəmiş, o isə Raufa hər dəfə bir söz deyərək tez bir zamanda qaytaracağını bildirmişdir. Bundan başqa, 2022-ci ilin mart ayının ortalarında Raufun təklifi ilə Gəncə şəhər Texnologiya Universitetinin yaxınlığında dostu Rafael ilə birlikdə görüşmüşlər. Rauf Goranboy rayonunda tanışlarının olmasını, əlaqələrinin genişliyini önə çəkib Kamildən ayağındakı qüsura görə pensiya təyin etdirmək məsələsində köməklik istəmişdir. O isə bu yolla Raufun pulunu ələ keçirə biləcəyini düşünüb Goranboy rayon Xəstəxanasının baş həkimi Rauf həkimin vasitəsi ilə Raufa pensiya təyin etdirə biləcəyini yalandan bildirmişdir. Belə ki, o, Raufa Goranboy rayonunda tanınmış Qulam adlı şəxsin qohumu olmasını bildirib Raufu inandırmış və işin həlli üçün 1500 manat pul istəmişdir. Həmin vaxt Rauf onunla razılaşmış, lakin pulun hamısını birdəfəyə verə bilməyəcəyini bildirmişdir. Rauf 500 manat pulu Rafaelin yanında ona vermişdir. Həmin vaxt o, anası Elmiraya zəng edərək bir nəfər tanışına pul lazım olduğunu bildirib Elmiradan 800 manat pul istəmiş, tez bir zamanda qaytaracağına söz vermişdir. Anası Elmira isə onunla razılaşsa da sonradan ona 400 manat vermişdir. Belə ki, həmin vaxt pula ehtiyacı olmuş və anasından 400 manat almışdır. Raufa isə verməli olduğu pulun bir hissəsini anası Elmiradan alıb lazımi şəxsə verəcəyi barədə yalan danışmışdır. Bir neçə gün sonra Rafael, özü və Rauf Gəncə şəhərində Texnologiya Universitetinin yaxınlığında yenidən görüşmüşlər. Həmin vaxt qeyd edilən məsələnin həlli üçün Rauf ona “Unibak”ın terminalından 1000 manat pul çıxarıb vermişdir. Beləliklə, Rauf ümumilikdə əlilliklə bağlı pensiya təyin etdirməsi üçün ona 1500 manat pul vermişdir. Pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş, daha sonra Rauf ondan pulunu və su çənini istəsə də, su çənini satdığı, pulu da xərclədiyi üçün Raufla bir daha görüşməmişdir. Bundan başqa, Qoşqar adlı şəxsi tanımır, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Bununla belə Qoşqarın adını xatırlamadığı kürəkəni ilə tanışlığı olmuşdur. Belə ki, Qoşqarın kürəkənini 2022-ci ilin fevral ayının sonlarında Gədəbəy rayonundan olan İlham adlı tanışının vasitəsi ilə tanımış, sonradan Qoşqarın kürəkəninin oğluna sürücülük vəsiqəsi alınması üçün sənədlərin toplanılmasında köməklik göstərmişdir. Bir dəfə Qoşqarın adını xatırlamadığı kürəkəninin qara rəngli, “Hundai Sontafe” markalı avtomobili ilə Qoşqarın yaşadığı evə, yəni Avtozavod qəsəbəsinə gedərkən həmin şəxs ona yolustü boş torpaq sahəsi göstərib özlərinə məxsus olduğunu bildirmişdir. Həmin torpaq sahəsində bir ədəd də irihəcmli dəmir su çəni olmuşdur. O, həmin su çəninin kimə məxsus olduğunu soruşmuş, Qoşqarın kürəkəni özünə məxsus olmasını bildirmişdir. O da həmin çənini istifadə etmək adı ilə alıb sonradan satmağı fikirləşmişdir. Belə ki, o, qumar oyunlarının xəstəsi olduğu, qumar oynadığı üçün pula ehtiyacı olmuşdur. Həmin vaxt Qoşqarın kürəkəninə xahiş edib müvəqqəti istifadə üçün su çənini ona verməsini demiş və Gəncə şəhəri, Avtozavod qəsəbəsində özünün boş torpaq sahəsinin olduğunu deyib həmin torpaq sahəsində istifadə edəcəyi adı ilə həmin şəxsi aldatmışdır. Həmin şəxs də etiraz etməyərək çənini istifadə etmək üçün ona şifahi razılıq əsasında vermişdir. Bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixdə həmin çəni götürmüş, Avtozavod qəsəbəsinin Hacıməlik qəsəbəsinə gedən yol istiqamətinə yaxın yerləşən hissəsinə aparmışdır.O, su çənini təxminən iki küçə aralıda yerləşən başqa bir boş torpaq sahəsinə apartdırmışdır ki, birdən su çəninin sahibi su çəninə baxmaq istəsə şübhələnməsin. İki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə başqa bir qaldırıcı kran avtomobilinin xatırlamadığı sürücüsü ilə 30 manat pul müqabilində danışıb həmin 10 tonluq su çənini olduğu yerdən götüzdürüb Avtozavod qəsəbəsində “Komandirin küçəsi” adlanan küçədə yerləşən metal alqı-satqısı məntəqəsinə aparmış, orada Qədir adlı köhnə tanışına 500 manata satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra Qoşqarın kürəkəni ona zəng edərək su çənini istəmiş, o isə bir neçə gün həmin şəxsə müxtəlif bəhanələr gətirərək vaxt qazanmışdır. O, Raufdan 2300 manat deyil, 1500 manat almış, həmin pulu da özü üçün almış, pensiya təyin etdirmək məqsədi olmamış, bu barədə heç kimlə danışmamışdır. Bunun üçün yalandan Goranboy rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf həkimin adından istifadə etmişdir. Bundan başqa, Qoşqar adlı şəxsi tanımır. Qoşqarın adını bilmədiyi, üzdən tanıdığı kürəkəninin razılığı ilə, eləcə də Raufun özünün razılığı ilə su çənlərini götürmüş, lakin niyyəti çənləri satıb pul əldə etmək olmuş, götürərkən qaytarmaq niyyətində olmamışdır. Bundan başqa, Rafael sadəcə onunla Gəncə şəhərinə sürücü kimi gəlmiş, Rafaelin bu işlə heç bir əlaqəsi olmamışdır. Su çənini satdığı Qədir adlı şəxsin, eləcə də Zərərçəkmiş şəxs5 məxsus su çənini satdığı şəxsin, Goranboy rayonundan ələ keçirdiyi vaqon olacağı və su çənini satdığı şəxslərin həmin əşyaların cinayət yolu ilə əldə edilməsindən xəbərləri olmamışdır. Zərərçəkmiş şəxs4 kürəkəninin razılıq verdiyi su çəni boş torpaq sahəsində yerləşmiş və torpaq sahəsində isə yerə mişar daşları tökülmüşdür. Məhkməmədən ona verilməsini xcahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayında sistem qəbul etmək məqsədilə tanıdığı Sevinc adlı qadını evinə dəvət etmişdir. Sevinc sistem vurub getdikdən təxminən 1 (bir) saat sonra ona zəng vurmuş və əl çantasından pul itdiyini demişdir. Sevinc də pul itməsi barədə heç bir məlumatının olmadığını, çantasına yaxşı baxmasını bildirsə də, Sevinc bu barədə polisə məlumat verəcəyini demişdir. Sonrakı gün səhər saatlarında tanımadığı bir nəfər şəxs ona zəng vurub özünü X3 təqdim edərək Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı olduğunu demiş və həmin idarəyə gəlməsini tələb etmişdir. O, polis idarəsinə gələ bilməyəcəyini demişdir. Həmin gün saat 16 radələrində Tunar onun yaşadığı evə gəlmiş, polis vəsiqəsini göstərmiş və özünü Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim edib işin ona həvalə olunmasını bildirmiş və həmin işlə bağlı suallar vermişdir. Bir müddət keçdikdən sonra həmin şəxs özü barədə məlumat verərək anasının xərçəng xəstəliyindən vəfat etdiyini, atasının Bakı şəhərində yaşadığını və onunla küsülü olduğunu bildirmişdir.Tunar mütəmadi olaraq onların yaşadığı evə gəlmiş və hər hansı çətinliklərinin olub-olmadığını soruşmuşdur. Tədricən onun etibarını qazanmış, hətta bir neçə dəfə ondan borc alaraq qaytarmışdır. Bir müddət sonra müayinəyə getmək üçün pula ehtiyacı olduğundan ünvan 3 ünvanında yerləşən özünə məxsus bir otaqlı mənzilini satmaq barədə fikrini Tunara bildirmişdir. Tunar ona həmin evi 23 (iyirmi üç) min manata sata biləcəyini demişdir. Lakin daha sonra 23 (iyirmi üç) min manata alınmayacağını bildirərək 19 (on doqquz) min manata satılmasının mümkün olduğunu demişdir. Nəticədə həmin evi 19 (on doqquz) min manata xx.xx.2018-ci il tarixdə İlham adlı şəxsə satmışdır. Həmin pulu onda olan 4000 (dörd) min manatla birlikdə, cəmi 23 (iyirmi üç) min manat olmaqla evdə saxlamışdır. Tunar xx.xx.2018-ci il tarixdə onun evini İlham adlı şəxsə təhvil verdiyi zaman, oradakı “Samsung” markalı 1 ədəd televizor, “Çinar” markalı 1 ədəd soyuducu, 2 ədəd xalça, 1 dəst mətbəx mebeli və internet avadanlıqları olmaqla ümumi dəyəri 1100 manat olan əşyaları ondan xəbərsiz götürmüşdür. Belə ki, o,mənzilini satdıqdan sonra həmin gün Tunara evin açarını götürüb İlham adlı şəxsə mənzili təhvil verməsini demişdir. O, evin təhvil-təsliminə getməmişdir. Tunar ona həmin əşyaların satış məbləğinin qarşılığında evi alan şəxsə çatmalı olduğunu demişdir .O, daha sonra evə gedib baxdığı zaman orada bir ədəd çarpayı və bir ədəd dolabın olduğunu görmüşdür. Digər əşyaların harada olmasını soruşduqda İlham evi təhvil aldıqda orada yalnız çarpayı və dolabın olduğunu demişdir. Həmin vaxt əşyaların Tunar tərəfindən götürülməsi ona aydın olmuşdur. Tunardan bunun səbəbini soruşduqda sonuncu həmin əşyaları hələlik bir yerdə saxladığını, yaxın vaxtda evinə gətirəcəyini bildirmişdir. Tunar əşyaları götürdüyünü ona etiraf etmiş, lakin vədinə əməl etməyərək əşyaları gətirməmiş və ondan 1100 (min yüz) manat məbləğində oğurluq etmişdir. Daha sonra Tunar ona oğlu Fuadı işə düzəldəcəyini vəd etmişdir. O, Fuadın hərbi xidmətə yararsız olduğunu, bu səbəbdən ədliyyə orqanlarında işləyə bilməyəcəyini dediyi zaman Tunar ona Gəncə şəhər Baş Polis İdarəsində işləyən, hal-hazırda adını xatırlamadığı bir nəfər şəxsə pul verməklə əvvəlcə Fuadın hərbi biletini yararlı edəcəyini, daha sonra istintaq təcridxanasında nəzarətçi qismində işə düzəldəcəyini bildirmişdir. Tunar buna görə ondan 3000 (üç min) manat pul istəmişdir. xx.xx.2018-ci il tarixdə “Kapitalbank”-dan 2000 (iki min) manat kredit götürüb onun üzərinə özündən 1000 (min) manat əlavə etməklə cəmi 3000 (üç min) manat pulu Gəncə şəhəri, Nizami prospektində yerləşən “Kapitalbank” filialının qarşısında Tunara vermişdir. Bir həftə sonra, xx.xx.2018-ci il tarixdə gündüz vaxtı Tunar onun yaşadığı evə gələrək təcili surətdə 1200 (min iki yüz) manat pul lazım olduğunu, qısa müddət ərzində qaytaracağını bildirmişdir. O, anası X4 1200 (min iki yüz) manat almaqla anasının gözünün qarşısında, yaşadığı evdə borc qismində Tunara vermişdir. Lakin Tunar həmin borcu qaytarmamışdır. 2018-ci ilin noyabr ayının sonunda, Tunar Fuadın istintaq təcridxanasında işə düzəlməsi üçün daha çox pul lazım olduğunu deyərək əlavə pul istəmişdir. O, xəstə olduğu üçün saxladığı 23 (iyirmi üç) min manatı Tunara vermişdir. Bundan sonra Tunar yoxa çıxmış, əlaqə saxlamaq mümkün olmamışdır. O, Tunar barəsində araşdırma aparmış və həmin şəxsin Goranboy rayonu, Dəliməmmədli şəhərində yaşayan Təqsirləndirilən şəxs olduğunu, polis orqanında işləmədiyini, evli və bir övladı olduğunu, anasının sağ-salamat olduğunu öyrənmişdir. Təqsirləndirlən şəxsə qarşı şikayətçidir. Ona ağır cəza təyin edilməsini məhkımıdın xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilomiş Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsinti təsdiq edərək bildirmişdir ki, Kamil ona vurduğu ziyanı ödəmişdir,onun Kamildən heç bir şikayət və tələbi yoxdur. İstintaq zamanı dindirilmiş ifadəsi məhəkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 istintaq zamanı ifadəsində bildirmişdir ki; « yaşadığı Goranboy rayonu, Duzqışlaq kəndinin yaxınlığında ferması vardır. Həmin fermada işləyənlərin yaşaması üçün oraya qoşqulu, üst hissəsi aliminiumdan, təkərli, yəni bir yerdən, digər yerə daşınması mümkün olan olacaq ev qoymuşdur. O həmin olacağı təxminən 2 il əvvəl 1500 manata alıbmış. 2020-ci ilin fevral ayının əvvəllərində Goranboy rayonu, Dəliməmmədli şəhərində yaşayan Təqsirləndirilən şəxs gəlib fermaya nəzarət edən Rasim adlı şəxsi aldadaraq Gəncə şəhərində avtozavod yolunda ev tikdiyini bildirib həmin evi tikən fəhlələrin qalması üçün müvəqqəti istifadə etmək adı ilə dəmir olacağı Rasimdən alıb evakuatorla aparmışdır. O həmin yerdən keçəndə olacağın yerində olmadığını görmüş, Rasimdən bu barədə maraqlananda Rasim olacağı Təqsirləndirilən şəxs gəlib apardığını, Kamilin bu barədə onun özü ilə danışdığını demişdir. Bundan sonra o, dəfələrlə Kamilin nömrəsini öyrənib sonuncuya zəng etsə də, zənglərinə cavab verməmişdir. Dəfələrlə evlərinə gedib anasına desə də, Kamil onun vaqon olacağını qaytarmamışdır. Daha sonra Göygöl rayon polis şöbəsində Kamilin barəsində cinayət işinin olduğunu öyrənmişdir. O, Göygöl RPŞ-yə müraciət etmiş, ancaq ona Goranboy rayon polis şöbəsinə şikayət etməsini bildirmişlər. O da Goranboy RPŞ-yə ərizə ilə müraciət etmişdir. O, Kamilin olacağı apardığı evakuatorun telefon nömrəsini öyrənib zəng edərək olacağı hara aparmasını soruşmuş, ancaq evakuator sürücüsü ona həmin olacağı hara aparmasını deyə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona məxsus 1500 manat dəyərində olacağı dələduzluq yolu ilə ələ keçirtmişdir. O, zərərçəkmiş şəxs qismində əlavə ifadəsində həmçinin bildirmişdir ki, Rasim ona məxsus fermada gözətçi işləmiş, hal-hazırda ferma fəaliyyət göstərmədiyinə görə artıq Rasim də oraya işləmir. Rasim özü Goranboy rayonu, Düzqışlaq kəndində yaşayır. 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs, Rasimi aldatmışdır ki, guya ona məxsus olacağı götürməsi ilə bağlı onun razılığı var və bu səbəbdən də Rasim özü ona bu barədə bir söz deməmişdir. Kamil çox peşəkarcasına Rasimi inandırmışdır ki, sonuncunun bu barədə ondan soruşmaq ağlına gəlməmişdir. Təqsirləndirilən şəxs özü həmin olacağın götürülməsi ilə bağlı ona məlumat verməmiş, istər müvəqqəti istifadə üçün, istərsə də satın almaq adı ilə həmin olacağı ondan istəməmiş, olacaq aparıldıqdan sonra onun bu barədə məlumatı olmuşdur». Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Aslan qızı ifadəsində göstərmişdir ki, kürəkəni X10 2019-cu ildə qız qaçırtmasına görə həbs olunmuşdur. Kürəkənimin işinin düzəlməsi üçün bankdan 4000 manat pul kredit götürmüşdür. Kamil ona kürəkənin barəsində olan cinayət işini köməklik göstərilməsi üçün ondan 1330 manat pul almışdır. İş düzəlmədiyindən Kamilin anasına bildirmiş, Kamilin anası da həmin məbləği, yəni 1330 manat pulu ona qaytarmışdır. Kamilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Novruz oğlu ifadəsində bildirmişdir ki, ona məxsus torpaq səhəsində 20.000 litr həcmdə dəmir materialdan olan su çəni də olmuşdur. O, torpaq sahəsini alarkən həmin su çənini də əlavə pul ödəyib sahibindən almışdır. Sonradan maddi imkanı ilə əlaqədar orada tikinti işləri apara bilməmiş və Bakı şəhərinə getmiş və qohumu Asifə vaxtı olduqca oraya gedib su çəninə də nəzarət etməyi tapşırmışdır . 22 mart 2022-ci il tarixdə, qohumu Asif ona zəng edib ona məxsus torpaq sahəsində olan 20.000 litr həcmdə su çəninin yerində olmadığını bildirmişdir. Həmin gün o, Bakı şəhərindən Gəncə şəhərinə qayıdıb özünə məxsus qeyd edilən torpaq sahəsinə getmiş və su çəninin həqiqətən də yerində olmadığını görmüşdür. O, su çəninin oğurlandığını düşünmüşdür. Ertəsi gün Avtozavod qəsəbəsində “komandirin küçəsi” adlanan küçədə olan metal alqı-satqısı məntəqəsinə su çəninin orada olub-olmadığını öyrənmək üçün getmişdir. Həmin vaxt məntəqədə işləyən Qədir adlı şəxslə danışanda Qədir ona su çənini 10 mart 2022-ci il tarixdə Kamil adlı şəxsdən şəxiyyət vəsiqəsi əsasında 840 manat pul müqabilində almış və alarkən Kamil özünə məxsus olmasını bildirmişdir. O, su çəninin Kamilə yox, özünə məxsus olmasını, su çəninin oğurlandığını bildirəndə Qədir həmin çəni doğratdırıb Bakıya göndərdiyini, geri qaytarmağın mümkünsüz olduğunu bildirmişdir. O da məcbur qalıb 25 mart 2022-ci il tarixdə Gəncə şəhər Nizami RPİ-yə gedib bu barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, əvvəllər ona məxsus torpaq sahəsində oğurluq olmamışdır. Su çəninin qiyməti 4000 manat olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 2022-ci ilin fevral ayının 17-də Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən göz xəstəxanasında olarkən mobil telefonuna xatırlamadığı mobil nömrədən zəng gəlmiş, danışıq zamanı özünü “Misir müəllim”in oğlu, “Qulam”ın bacısoğlu kimi təqdim edən Kamil adlı şəxs onunla görüşmək istədiyini bildirmişdir. O, olduğu yeri bildirdikdən bir qədər sonra Kamil adlı həmin şəxs adının Rafael olmasını sonradan bildiyi şəxslə birlikdə “Opel Vectra” markalı avtomobillə oraya gəlmiş, söhbət zamanı Kamil adlı şəxs onun Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən, yaşayış olmayan yarımtikili evinin yaxınlığında torpaq yerinin olmasını, təsərrüfat işləri ilə bağlı su çəninə ehtiyacının olmasını bildirib ondan yaşayış olmayan evinin yanındakı 10 tonluq su çənini müvəqqəti olaraq verməsini istəmişdir. O həmin çənə özünün də ehtiyacının olmasını bildirib imtina etdikdə Kamil, Rafael ilə birlikdə heç bir söz demədən oradan çıxıb getmişdir. O həmin vaxtadək Kamili tanımamış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. İki-üç gün sonra işləri ilə əlaqədar Bakı şəhərinə getmiş, 2022-ci ilin mart ayının 5-də isə Bakı şəhərindən Gəncə şəhərinə qayıtmış və yaşayış olmayan evinə baş çəkməyə gedəndə evinin qarşısında küçənin su ilə bir olduğunu, 10 tonluq su çəninin yerində olmadığını aşkar etmişdir. Həmin vaxt tez qonşuluqda yaşayan hər bir şəxsdən su çənini kimin götürdüyü ilə maraqlanmış, lakin su çəninin necə, nə vaxt və kim tərəfindən aparıldığını görən olmamışdır. O, su çəninin axtarmış ,tapa bilməmiş və çəni tapa bilmədikdə ağlına Kamil gəlmiş, çünki Kamil bir müddət əvvəl həmin çəni ondan istəsə də o, verməmişdir. O, Kamilin ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, telefon danışığı zamanı Kamil su çənini götürdüyünü etiraf etmiş və özünə lazım olduğuna görə götürdüyünü, tez bir zamanda qaytaracağını bildirmişdir. O isə bərk əsəbləşib Kamilə iradını bildirmişdir. Bundan sonra iki-üç gün sonra Kamillə danışıb su çənini qaytarmasını istəmiş, lakin hər dəfə Kamil onu su çənini qaytaracağına inandırmağa çalışmışdır. 16 mart 2022-ci il tarixdə Kamil, tanışı Rafael və o, Gəncə şəhəri Texnologiya Universitetinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Kamil ona ayağındakı qüsura görə ona əlillik dərəcəsi təyin etdirə biləcəyini və onun aylıq pensiya ala biləcəyini, yanında olan Rafael adlı şəxsin arvadına da pensiya təyin etdirdiyini, Goranboy rayon Xəstəxanasının baş həkimi Rauf həkimin vasitəsi ilə ona da pensiya təyin etdirəcəyini, Rauf həkimin vəzifəyə dayısı Qulamın vasitəsi ilə təyin olunduğunu bildirmişdir.Həmin vaxt Kamil ona bu işi 3100 manata həll edə biləcəyini demiş, o isə Kamillə razılaşmışdır. Kamil tələmtələsik ondan işin həlli üçün ilk başda 1000 manat pul istəyəndə o, həmin məbləğdə pulunun olmadığını bildirib 400 manat verə biləcəyini demişdir. Kamil isə narazılıq edib onun xətrinə guya ki, qalan 600 manatı anası Elmiradan borc alıb verəcəyini, daha sonra onun pulu verməli olduğunu demişdir. O, 400 manat pulu Rafaelin yanında həmin yerdə Kamilə vermiş və oradan çıxıb getmişlər. Həmin vaxt Kamil onun şəxsiyyət vəsiqəsini də qeyd edilən işə görə özü ilə götürmüşdür. Ertəsi gün Kamil və Rafael yenə Gəncə şəhərinə gəlib onunla həminki yerdə görüşmüşlər. Əvvəlcədən aralarında olan danışığa əsasən o, işinin həlli üçün Kamilə yenə Rafaelin yanında Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən «Unibank»ın qarşısında 1500 manat pul vermiş və həmin vaxt Kamil ona Goranboy rayon xəstəxanasına getməyi təklif etmişdir. O da razılaşıb özünə məxsus «VAZ 2106» markalı avtomobillə Kamil və Rafaellə birlikdə həmin xəstəxanaya yollanmışlar. Orada Kamil onu bir nəfər tanımadığı qadın həkimin yanına aparmış, o, adını, soyadını, ata adını həmin həkimə bildirmişdir. Həmin həkim ona heç bir söz deməmiş və o, çıxıb çöldə gözləmişdir. Kamilin həmin həkimlə sonradan nə danışdığını bilməmişdir. Lakin Kamil ona işinin həll olacağını bildirmişdir. Bundan sonra o, Gəncə şəhərinə qayıtmış, 19 mart 2022-ci il tarixdə Kamil və Rafael yenə həmişəki kimi Texnologiya Universitetinin yanına gəlib onunla görüşmüşlər. Görüş zamanı Kamil ondan verməli olduğu pulu, yəni qalan 1200 manatı istəyəndə o, həmin məbləğdə pulunun olmadığını bildirib həmin yerdə olan «Unibank»ın qarşısında 400 manat pulu Kamilə vermiş və sonuncu Rafaellə birlikdə oradan çıxıb getmişdir. Daha sonra Kamillə əlaqə saxlasa da Kamil hər dəfə müxtəlif bəhanələr gətirib işinin düzələcəyini bildirmişdir. O da Kamil tərəfindən aldadıldığını başa düşüb polisə şikayət etmişdir. O, Təqsirləndirilən şəxs əlilliklə bağlı pensiya təyin etdirmək məqsədilə hissə-hissə, yəni 16 mart 2022-ci il tarixdə 400 manat, 17 mart 2022-ci il tarixdə 1500 manat, 19 mart 2022-ci il tarixdə isə 400 manat olmaqla ümumilikdə 2300 manat məbləğində pul vermiş, lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyib onun pulunu mənimsəmişdir. Təqsirləndirilən şəxs onun əlillik dərəcəsini kimin vasitəsi ilə həll edəcəyini bildirməmiş, ona sadəcə həmin xəstəxananın baş həkimi Rauf həkimin vasitəsi ilə həll edəcəyini demişdir. O, Kamillə olan telefon danışıqlarını, eləcə də sonuncu ilə üz-üzə olan danışıqların səs yazılarını mobil telefonu ilə qeydə alıb bir ədəd diskə köçürdərək Kəpəz RPİ-də Nadir adlı polis əməkdaşına təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 isitintaq zamanı verdiyi ifadəsini iəsdiq edrək ifadəsində göstərmişdir ki, Kamil ondan kəndə su səkdirmək adı ilç 3 ton yarımlıq su çəni istəmiş, sonra isə onu yola vermişdir. Onların arasında pul söhbəti olmamışdır.Çəni 300 manata almışdır.Əgər ziyanı ödəyərsə barışar, hələ ki ödəməyib bu səbədən barışmamışdır.Bildiyinə görə Kamil çəni 350 manata satmışdır.Təqsirləndirilən şəxsdən şikayətçidir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Kamil Ağcakənd qəsəbəsində ona məxsus torpaq sahəsindəki təkərli konteyneri müvəqqəti isifadə üçün götürmək istədiyini bildirmiş,konteyneri götürüb aparmışlar.O, Kamilə dedikdən sonra konteyneri gətirib yerinə qoymuşdur. Təqsirləndirlən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Kamil onun maşınına benzin töküb, gedib gəlmişlər. Kamil ondan 1300 manat pul da almış və qaytarmışdır. İfadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki ; «Dəliməmmədli şəhər Uşaq-Musiqi məktəbində tar müəllimi işləyir, arasıra yaşadığı ərazidə müxtəlif kafelərdə skripka da ifa edir. Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayından işlədiyi kafedən tanıyır. Təqsirləndirilən şəxs həmin yerə müştəri qismində gələn vaxt tanışlıqları oradan yaranmış, daha sonra sonuncu ilə ara-sıra görüşüb danışmışlar. Təqsirləndirilən şəxsla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır.16 mart 2022-ci il tarixdə Kamil ona Gəncə şəhərində Texnologiya Universitetinin qarşısında bir nəfər şəxsdən sənəd götürməli olduğunu deyib xahiş etmişdir ki, onun avtomobilinə yanacaq töksün və Kamili Gəncə şəhərinə gətirsin. O da Kamili tanıdığı üçün etiraz etməmiş və həmin gün Kamillə birlikdə Gəncə şəhərinə gəlib Texnologiya Universitetinin qarşısında tanımadığı bir şəxslə görüşmüşlər. Həmin vaxt o, avtomobildə əyləşib avtomobildən yerə düşməmişdir. Kamil isə həmin şəxslə görüşüb öz aralarında nə isə danışmışlar, danışıqların məzmunundan onun xəbəri olmamışdır. Bir qədər sonra Kamil geri gəlib Goranboy rayonuna qayıtmalı olduqlarını demiş və onlar yenə birlikdə yola çıxıb Goranboy rayonuna qayıtmışlar. Ertəsi gün Kamil yenə ondan xahiş etmişdir ki, avtomobili ilə Gəncə şəhərinə gəlsinlər, Kamil ötən gün görüşdükləri şəxsə pensiya düzəltməklə bağlı görüşməli olduğunu bildirmişdir. O isə isə həmin məsələyə aidiyyəti olmadığı üçün qarışmamış, sadəcə Kamili bir tanış kimi avtomobilinə benzin tökdüyünə və xahişinə görə Gəncə şəhərinə gətirmişdir. O, Kamili yenə Texnologiya Universitetinin qarşısına gətirmiş, orada Kamil həmin şəxslə görüşmüşdür. O, yerə düşməyib avtomobildə olduğu üçün onların nə danışdıqlarını bilməmişdir. Bir qədər sonra Kamil geri dönüb Goranboy rayon xəstəxanasına aparmasını xahiş etmiş, o da Kamili həmin yerə apardıqdan sonra öz işinin ardınca getmişdir. 19 mart 2022-ci il tarixdə Kamil yenə ondan xahiş etmişdir ki, qeyd edilən məsələyə görə Gəncə şəhərinə gətirsin. O, yenə etiraz etməmiş və Kamili həmin gün Gəncə şəhəri Texnologiya Universitetinin yanına gətirmiş, özü də həmişəki kimi avtomobildə gözləmiş, Kamil isə həmin şəxslə görüşüb onun yanından uzaqlaşmışdır. Bir qədər sonra Kamil geri qayıdıb avtomobilinə əyləşmiş və onlar geri qayıtmışlar. Həmin hadisə ilə bağlı bildikləri, gördükləri bunlardan ibarətdir. Adının Rauf olduğunu sonradan bildiyi şəxs onun yanında Kamilə pul verməmiş, onun yanında danışıqları olmamış, o, pensiya məsələsini Kamilin özündən eşitmiş, lakin həmin məsələyə qarışmamışdır. Onun işi sadəcə Kamilin xahiş ilə taksi əvəzi sonuncunu Gəncə şəhərinə gətirib-qaytarmaq olmuşdur. Kamil onun həyat yoldaşına pensiya düzəltməmiş, bu barədə aralarında söhbətləri olmamışdır. Onun həyat yoldaşı ümumiyyətlə pensiya almır. Zərərçəkmiş şəxs5 məxus su çəninin oğurlanması barədə onun məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifaədəsində bildirmişdir ki, Kamil ona dəmir çən (bak ) gətirmiş, həmin çənin (bakın) özünə məxsus olduğunu bildirmiş, o da almış və sonradan çəni doğratdırıb metal kimi Bakı şəhərinə göndərib satmışdır. İfadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki ; «o, Gəncə şəhəri, Avtozavod qəsəbəsində “komandirin küçəsi” adlanan küçədə metal alqı-satqısı məntəqəsini işlədir. Təqsirləndirilən şəxs 10 mart 2022-ci il tarixdən tanıyır, Kamili əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 10 mart 2022-ci il tarixdə, günorta saatlarında Kamil adlı şəxs xatırlamadığı evakuator avtomobili ilə 10 tonluq su çənini onun işlətdiyi metal alqı-satqısı məntəqəsinə gətirib özünə məxsus olduğunu və satmaq istədiyini bildirmiş, o da həmin dəmir çəni metal olaraq çəkdirib bir kiloqramı 42 qəpikdən olmaqla 2000 kiloqram olan həmin çəni 840 manata almışdır. Həmin vaxt o, su çəninin fotoşəklini çəkmiş, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və alqı-satqı barədə məlumatları özündə olan qeydiyyat jurnalında qeyd etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin su çənini oğurlamışdır. Belə ki, bir müddət keçdikdən sonra oraya gələn Qoşqar adlı şəxs ondan su çəninin işlətdiyi metal alqı-satqısı məntəqəsinə satılıbsatılmadığını soruşanda o, Kamil adlı şəxsin satdığı su çəninin fotoşəklini həmin şəxsə göstərmiş, Qoşqar adlı şəxs də həmin çənin sahibi olduğunu bildirib əmlakını ondan tələb etmişdir. O isə həmin çənin artıq əridildiyini bildirmişdir. Kamil onun olduğu yerə su çənini gətirərkən yanında bir nəfər şəxs də olmuş, Kamil ondan aldığı pulun bilmədiyi məbləğdə olan hissəsini həmin şəxsə vermişdir. Sonradan onu polis idarəsinə dəvət etmiş, ondan izahat almışlar və o, qeydiyyat jurnalından müvafiq hissənin kserosurətini izahatını alan polis əməkdaşına təqdim etmişdir. O, Kamildən su çənini alarkən çənin cinayət yolu ilə əldə edildiyini bilməmiş, Kamil ona su çəninin özünə məxsus olduğunu, sadəcə dəmir əvəzi satmaq istədiyini bildirmişdir. O, Kamildən yalnız bir dəfə, yəni 10 mart 2022-ci il tarixdə 10 tonluq dəmir su çəni almışdır.» İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 iyun 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-135/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(045)-57/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlma müddəti 18 avqust 2022-ci il tarixədək uzadilmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(045)-26/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X11 tərəfindən xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatdığından və uzadılmadığından o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasından Azərbaycan Respublikası CPM-in 162.5.1-ci maddəsinə əsasən həbsdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər prokrorluğunun müstəntiqi X12 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs qismində ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. İstintaq hərərəkəti icra edilərkən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin üsul və mexanizminin baş vermiş cinayət hadisələri ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ********* nömrəli cinayət işi Goranboy RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi G.Yusifovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ilə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun ona məxsus su çənini onun xəbəri və icazəsi olmadan ələ keçirdiyini, yəni oğurladığını, həmçinin ona ayağındakı qüsurla balı əlillik dərəcəsi təyin etdirib pensiya almasını təmin edəcəyi barədə yalan vədlər verərək ümumilikdə 2300 manat pulunu ələ keçirdiyini deyərək ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 Novruz oğlu ilə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun ona məxsus dəmir su çənini oğurladığını, kürəkəninin məlumatının və icazəsinin olmadığını, ümumiyyətlə kürəkəninin Gəncə şəhərində ona məxsus su çəninin harada olmasından xəbərsiz olduğunu deyərək ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 Aslan qızı ilə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun onun kürəkəni İlqardan şikayətçi olan şəxsdən zərərçəkmiş şəxsdən barışıq ərizəsi alacağını yalan vəd verib onun 1330 manat pulunu ələ keçirdiyini deyərək ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun onun mənzilindən 1100 manat dəyərində əşyaları oğurladığını, xidməti vəsiqə göstərməklə özünü Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı X3 təqdim edərək oğlu Fuadı Gəncə şəhərində yerləşən istintaq təcridxanasında nəzarətçi qismində işə düzəlməyi vəd edib ondan əvvəlcə 3000 manat, daha sonra 23000 manat, borc qismində sonradan qaytarmayaraq 1200 manat aldığını bildirərək ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs7 ilə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs ona məxsus təkərli konteynerin K. Ələkbərov tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini üzünə qarşı bildirərək ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki, şahid X23 ilə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı şahid E.Əsədov Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun 1 ədəd təkərli konteyneri ona 1200 manata satdığını bildirərək ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki, şahid X8 ilə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı zərərçəkmiş şəxs G.Ələsgərova Təqsirləndirilən şəxs üzünə qarşı sonuncu ilə aralarında yaxınlığının, o cümlədən qeyri rəsmi ər-arvad münasibətini olmadığını, Təqsirləndirilən şəxs onun əri İlqardan şikayət edən şəxsdən barışıq ərizəsi alacağını yalandan vəd edib anası Siyasətin 1330 manat pulunu ələ keçirdiyini deyərək ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki, Şahid2 ilə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı zərərçəkmiş şəxs Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun onun yaşadığı evə gələrək yeznəsi İlqardan şikayət edən şəxsdən barışıq ərizəsi alacağını vəd edərək anası Zərərçəkmiş şəxs3 5.000 manat pul istədiyini deyərək ifadəsini təsdiq etmişdir. Üzləşdirmə istintaq hərəkəti icra edilərkən Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi əvvəlki ifadəsinə zidd olaraq Zərərçəkmiş şəxs3 Aslan qızının evinə gedib kürəkəninin məhkum olunduğu cinayət işi üzrə zərərçəkmiş şəxsdən barışıq ərizəsi almaqla bağlı onunla və Zərərçəkmiş şəxs3 ilə söhbətlər apardığını, lakin pul barədə danışmadığını və pul almadığını bildirmiş, əvvəlki ifadəsində sonuncunun evinə getməməsi barədə göstərdiyi xüsusatı Şahid2 üzünə qarşı deyə bilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki, şahid qismində dindirilmiş Şahid3 təqdim etdiyi 01 ədəd CD disk götürülərək cinayət işinin materiallarına əlavə edilmiş və Zərərçəkmiş şəxs4 Novruz oğlunun iştirakı ilə həmin diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olmuşdur ki, diskin içərisində iri həcmli dəmir su çəninin metal qəbulu məntəqəsinə satılmasının və həmin vaxt orada Təqsirləndirilən şəxs da olmasını əks etdirən fotoşəkillər var. Baxış zamanı Zərərçəkmiş şəxs4 Novruz oğlu fotoşəkillərdə olan dəmir su çəninin ona məxsus su çəni olmasını, eləcə də Təqsirləndirilən şəxs tanıyıb təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki, şahid qismində dindirilmiş X13 təqdim etdiyi metal qəbulu barədə qeydlərin aparıldığı jurnala baxış keçirilmiş və müəyyən olmuşdur ki, həmin jurnalda xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 1070 kq çəkidə dəmir su çəninin 535 manata alınması, eləcə də sonuncunun şəxsiyyət vəsiqəsi barədə məlumatlar öz əksini tapmışdır. Baxış zamanı jurnalın iş üçün əhəmiyyət kəsb edən vərəqinin surəti çıxarılaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şahid3 izahatına əlavə etdiyi metal qəbulu barədə qeydlərin aparıldığı jurnaldan çıxarışdan görünür ki, orada xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 2000 kq çəkidə dəmir su çəninin 840 manata alınması, eləcə də sonuncunun şəxsiyyət vəsiqəsi barədə məlumatlar öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs5 izahatına əlavə etdiyi 01 ədəd CD diskdə olan səs yazısı istintaq zamanı şübhəli şəxs qismində Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə dinlənilmiş, müəyyən olmuşdur ki, səs yazısı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs5 arasında Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs5 pensiya təyin etdirmək barədə yalan vədlər verilməsinə, 2300 manatının ələ keçirməsinin etirafına dair danışıqlardan ibarətdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs səslərin özünə və Zərərçəkmiş şəxs5 məxsus olmasını təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş kompleks məhkəmə-psixoloji və ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 414/172 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 araşdırmaya düzgün izahat vermək qabiliyyətindədir, o, yalan danışmağa, özündən uydurmağa, araşdırma zamanı yalan izahat verməyə meyilli deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış arayışdan görünür ki, o, Göygöl rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 10 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Goranboy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə 01 il 06 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Goranboy rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən, cəzası 01 il müddətinə azaldılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 1(100)-164/2023 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Baş polis İdarəsinin 2-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubundan və protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir Rayon ərazisində tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 məxsus su çənini sonuncunun məlumatı və razılığı ilə ələ keçirməsi, Zərərçəkmiş şəxs4 Novruz oğluna məxsus su çənini sonuncunun kürəkəninin məlumatı və razığı əsasında ələ keçirməsi, Zərərçəkmiş şəxs5 2300 manat deyil, 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi, Zərərçəkmiş şəxs3 Aslan qızının pulunu ələ keçirməməsi, bu şiykəytin Gülnar ilə aralarında münasibətlər pohulduğundan həmin münasibətin pozulmasına görə Zərərçəkmiş şəxs3 qərəzli oloaraq ona böhtan atması ilə , Zərərçəkmiş şəxs1 qarşı heç bir qanunsuz hərəkət etməməsi, Zərərçəkmiş şəxs7 məxsus təkərli konteyneinr sonuncu tərəfindən ona bağışlanması və razılığı əsasında onun tərəfindən X20 verilməsi bardə ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri inandırıcı hesab etməyib özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-137-1ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.2, 178.2.2, 178.2.4 və 310 maddələrində nəzərədə tutulan cinayətin tərkibi vadır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə tövsif edilməli, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o,həmin maddələrəl təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhəkəmə bu mənada“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının izanlarını da nəzərə alır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19” may 2023-cü il №11 2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın bir qismin könüllü olaraq ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzansını ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış arayışdan görünür ki, o, Göygöl rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 10 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Goranboy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə 01 il 06 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Goranboy rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən, cəzası 01 il müddətinə azaldılmışdır. Məhkəmə hesab edir ki, onun əvvələr məhkum olunmasına baxmayaraq CM-nin 18.4-cü maddəsinə əsasən rəstivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 178.2.4, 310-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 04 (dörd) ay 22 (iyimi iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti cəza təyin edilməldir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 02 iki ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, 177.2.2-cüi maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 04 (dörd) ay 22 (iyimi iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu xx.xx.2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 02 iki ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar