Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-371/2021 23.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X10, zərərçəkmiş şəxs Hüseynova Mahizər Zakir qızının, zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Sabir İlyas oğlunun, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.7, 29, 120.2.4, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclasını keçirərək məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.7, 29, 120.2.4, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində, 23 noyabr 2021-ci il tarixdə hazırlıq iclasında baxılmışdır. Məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə, saat 18 radələrində əvvəllər aralarında ailə-məişət zəminində olan narazılıqlarla bağlı arvadı Zərərçəkmiş şəxs ondanmüvəqqətiayrılaraq yaşadığı anası X3 məxsus Şəmkir rayonunun Şiştəpə kəndində yerləşən yaşayış evinə gəlmiş və uşaqları ilə görüşmək istəməsi ilə bağlı arvadı Zərərçəkmiş şəxs iləaralarında yaranmış mübahisədən hiddətlənərək qisas almaq niyyətilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin tarixdə saat 19 radələrində özünün yaşadığı Şəmkir rayonunun Şiştəpə kəndində yerləşənevin yataq otağındakı çarpayının altında saxladığı mərhum babası X1 miras qalmış, kustar üsulla hazırlanmış, ümumi təyinatlı, qatlanmayan, deşici-kəsici, deşici-çapıcı və deşici-kəsici-çapıcı xassələrə malik olmaqla qanunsuzolaraqəldəetdiyi soyuq silah hesab edilən ov xəncərini götürübüzərindəgəzdirməklə qayınanası Sədaqət İbadullayevanınyaşadığı evə gələrəkhəyətdəki tövlənin qarşısında sonuncuilə mübahisə edib sağ əlində tutduğu xəncərlə qəsdən 01(bir) dəfə zərbəvuraraqonun sol döşqəfəsi nahiyəsinə xəsarət yetirmiş, həminvaxt Sədaqət İbadullayeva onun əlindən çıxaraq qaçmış, bundansonraİntizamHüseynov “övladın Mahizərin başını kəsəcəm” deyərək əlindəki xəncərlə arvadı Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə evin məişət təyinatlı əşyalarınınsaxlandığıotağa gəlmiş, qaynanası Sədaqət İbadullayeva isə qızı Zərərçəkmiş şəxs kürəkəni Təqsirləndirilən şəxs tərəfindən öldürülməsinə mane olmaq məqsədilə yaralı vəziyyətdə arxadan onu təqib etmiş, lakin, Təqsirləndirilən şəxs özünü daha tez çatdıraraq sağ əlində olan xəncərlə arvadı Zərərçəkmiş şəxs bədən səthinə döş qəfəsinin ön səthinin sol yarısının daxilə keçən, sol ağ ciyəri zədələyən, kəskin qanitirməyə səbəb olmuş 01 (bir) ədəd sağlamlığa ağır zərər vuran insan həyatı üçün təhlükəli olan deşilmişkəsilmiş yarası, döş qəfəsinin ön səthinin daxilə keçməyən 01(bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun orta üçdə birini dəlib-keçən 01(bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin və sol dirsək oynağının ön səthinin 01(bir) ədəd, sol əlin birinci barmağının ovuc səthinin 2(iki) ədəd, sol əlin üçüncü barmağının daraq falanqa oynağının 01(bir) ədəd, sol əlin ikinci barmağının dırnaq falanqasının iç səthinin 01(bir) ədəd sağlamlığa yüngül zərər vuran sağlamlığın qısa müddətə pozulmasına səbəb olan kəsilmiş yaraları iləmüşayiətedilən, cəmi 8 (səkkiz) ədəd çoxsaylı xəsarətlər yetirmiş, həmin vaxt qayınanası Sədaqət İbadullayevanın onun qarşısını kəsməsi və hadisə yerində olan sonuncunun bacısı Şahid1 yerdən götürdüyü tut ağacının budağı ilə Təqsirləndirilən şəxs kürək nahiyəsinə vuraraq onun hərəkətlərinin qarşısını almaq üçün müqavimət göstərmələri səbəbindən Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək arvadı Zərərçəkmiş şəxs anası Sədaqət İbadullayevanın gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla təqsirkar şəxs üçün aşkar surətdə zərərəçəkmiş şəxsə xüsusi ağrılar, yəni çoxsaylı bədən xəsarətləri yetirməklə qəsdən öldürməyə cəhd etmiş, bundan sonra Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirərək arvadı Zərərçəkmiş şəxs və qaynanası Sədaqət İbadullayevanın bacısı Şahid1 gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla təqsirkar şəxs üçün aşkar surətdə zərərəçəkmiş şəxsə xüsusi ağrılar yetirmək niyyətilə sağ əlində olan xəncərlə qəsdən zərbələr vuraraq yaralı vəziyyətdə olan qayınanası Sədaqət İbadullayevaya döş qəfəsinin sol yarısının ön və sol arxa-yan səthinin döş boşluğuna keçən ürəyi və sol ağ ciyəri zədələyən 2(iki) ədəd, qarının ön səthinin qarın boşluğuna keçən nazik bağırsaq ilgəyini zədələyən 01(bir) ədəd kəskin qanitirməyə səbəb olmuş deşilmiş kəsilmiş yaraları cəmi 3 (üç) ədəd olmaqla insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri, hər iki bazunun və qarının ön səthinin, sol əlin arxa səthinin qançırları, sol dirsək oynağının arxa səthinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmayan və ağırlıq dərəcəsi təyin edilməyən çoxsaylı bədən xəsarətləri yetirməklə onu qəsdən öldürmüş, yənionu qəsdən həyatdan məhrum etmiş, sonra isə həyətə çıxaraq qaynı X5 11 avqust 2018-ci il təvəllüdlü, 3 (üç) yaşında olan oğlu Qərib İbadullayevi öldürüb onların soyunu kəsəcəyini deyərək həyətdən evin ikinci mərtəbəsinə qalxan pilləkənin üzərində dayanmış qaynı arvadı Şahid2 və onun azyaşlı oğlu Qəribə hücum çəkərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək azyaşlı körpə uşağı anası Şahid2 gözləri qarşısında onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq onların hər ikisini qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə əlindəki xəncərlə onlara zərbə vurmaq istəmiş, lakin həmin vaxt arvadı Zərərçəkmiş şəxs yaralı vəziyyətdə olmasına baxmayaraq özünü yetirib əri Təqsirləndirilən şəxs qarşısını kəsərək sağ əli ilə xəncərin tiyəsindən tutub ona zərbə vurmağa imkan verməmiş və nəticədə Təqsirləndirilən şəxs arvadı Mahizər Hüsenyovaya sağ əlin ovuc səthinin 2(iki) ədəd sağlamlığa yüngül zərər vuran sağlamlığın qısa müddətə pozulmasına səbəb olan kəsilmiş yaraları ilə müşayiət edilən xəsarət yetirmiş, onun hərəkətlərinin qarşısını almaq üçün Zərərçəkmiş şəxs və onun xalası Şahid1 müqavimət göstərmələri, həmçinin Şahid2 uşağı qucağına götürüb oradan qaçaraq uzaqlaşması səbəbindənİntizamHüseynov bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qaynı arvadı Şahid2 və onun azyaşlı oğlu Qəribi, xüsusi amansızlıqla iki və ya daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bundan başqa, o, 7,62x54 mm kalibrli yivli odlu silahlar olan “SVD”, “Mosin” karabinlərində, “PK”, “PKM” pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadəyə (atəşə) yararlı, 7,62x54 mmkalibrlidöyüşsursatıolan 1 (bir) ədəd patronu qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etməklə daşıyaraq yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndində olan fərdi yaşayış evinin yataq otağındakı çarpayının altında saxlamış, 07 avqust 2021-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən qeyd edilən 7,62x54 mm kalibrli döyüş sursatı olan 1 (bir) ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Zaur Qasımov vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.7, 29, 120.2.4, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, Məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Şəmkir rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X11 barəsində xüsusi qərar çıxarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlanılma müddətinin 1 ay uzadılmasını xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin Məcəllənin 284- 286-cı maddələrininin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxsə Şahid2 və onun azyaşlı oğlu Qərib İbadullayevi, xüsusi amansızlıqla iki və ya daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi ilə bağlı ittiham verilsə də, Şahid2 və onun azyaşlı oğlunun zərərçəkmiş şəxs qismində tanınmaları və azyaşlı zərərçəkmiş şəxsə qanuni nümayəndə təyin edilməsi təmin edilməmiş, həmçinin məhkəmə tibbi ekspertizasının rəyi ilə zərərçəkmiş Sədaqət İbadullayevanın ölümünün səbəbi müəyyən edilsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamda Sədaqət İbadullayevanın ölümünün səbəbi göstərilməmişdir. Bundan başqa istintaq zamanı təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində 10 ədəd bədən xəsarətinin olması müəyyən edilsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamda cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs cəmi 8 ədəd xəsarət alması qeyd edilmişdir. Həmçinin işin faktiki hallarından və verilmiş ittihamdan təqsirləndirilən şəxsin köməksiz vəziyyətdə olan azyaşlı, 11.08.2018-ci il təvəllüdlü X7 da həyatdan məhrum etməyə cəhd etdiyi göstərilmiş, ittiham aktında isə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.7-ci maddəsinə əsasən cinayəti təqsirkar üçün aşkar surətdə azyaşlı, yəni 11.08.2018-ci il təvəllüdlü X8 qarşı törətməsini cəzanı ağırlaşdıran hal kimi göstərməklə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar və ittiham aktında təqsirləndirilən şəxsə işin faktiki hallarına uyğun gəlməyən qeyri müəyyən ittiham verilmişdir. Məhkəmə dövlət ittihamçısının vəsatətilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisinin, zərər çəkmiş şəxsin, həmçinin müdafiəçinin və təqsirləndirilən şəxsin mövcud kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında fikirlərini dinləyərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş üzrə təqsirləndirilən şəxsə Şahid2 və onun azyaşlı oğlu Qərib İbadullayevi, xüsusi amansızlıqla iki və ya daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi ilə bağlı ittiham verilsə də, Şahid2 və onun azyaşlı oğlunun zərərçəkmiş şəxs qismində tanınmaları və azyaşlı zərərçəkmiş şəxsə qanuni nümayəndə təyin edilməsi təmin edilməmişdir. CPM-nin 87-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Yetkinlik yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir.Həmin maddədə də zərər çəkmiş şəxsin hüququ və vəzəfiləri öz əksini tapmışdır. CPM-nin 100.2-ci maddəsinə əsasən 14 yaşına çatmamış zərər çəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayanlar hesab olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən isə cinayət prosesini həyata keçirən orqan cinayət prosesində iştirak edən hər bir şəxsə hüquq və vəzifələrini izah etmək, onların həyata keçirilməsinə imkan yaratmalı, etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər zəruri məlumatları cinayət prosesinin iştirakçılarına bildirməlidir. Göründüyü kimi, ibtidai istintaq zamanı Şahid2 və onun azyaşlı oğlu Qərib İbadullayev zərərçəkmiş şəxs qismində tanınmaqla onların hüquq və vəzifələrinin həyata keçirilməsinə imkan yardılmamış, həmçinin, onlara etiraz edilə bilən şəxslər və ibtidai istintaqın qurtaması barədə məlumat verilməsi və cinayət işinin materialları ilə tanış edilmələri təmin edilməmişdir. CPM-nin 284-cü maddəsinə əsasən ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verilməli və müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaratmalıdır. CPM-nin 303.3.8-cü maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddələrinin tələblərinin pozulması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Bundan başqa, ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi iə zərərçəkmiş Sədaqət İbadullayevanın ölümünün səbəbi müəyyən edilsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamda Sədaqət İbadullayevayanın ölümün səbəbi göstərilməmişdir. Həmçinin, istintaq zamanı təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində 10 ədəd bədən xəsarət olması müəyyən edilsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamda cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs cəmi 8 ədəd xəsarət alması qeyd edilmişdir. Eyni zamanda, işin faktiki hallarından və verilmiş ittihamdan görünür ki, təqsirləndirilən şəxs köməksiz vəziyyətdə olan azyaşlı 11.08.2018-ci il təvəllüdlü X7 da həyatdan məhrum etməyə cəhd etmişdir. CM-nin 120.2.9-cu maddəsi ilə təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qəsdən adam öldürməyə görə cinayət məsuliyyətini nəzərədə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarınnın 13-cü bəndinə əsasən CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. İttiham aktında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.7-ci maddəsinə əsasən cinayəti təqsirkar üçün aşkar surətdə azyaşlı, yəni 11.08.2018-ci il təvəllüdlü X8 qarşı törətməsi cəzanı ağırlaşdıran hal kimi göstərilmişdir. CPM-in 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti, qərarın nəticə hissəsində isə törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. CPM–nin 289-cu maddəsinə əsasən isə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməli, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar və ittiham aktında təqsirləndirilən şəxsə işin faktiki hallarına uyğun gəlməyən qeyri müəyyən ittiham verilmişdir. Beləliklə, iş üzrə ittiham aktı CPM-nin 289 maddəsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir ki, bu da həmin Məcəllənin 303.3.6-ci maddəsinə əsasən kobud pozuntu hesab edilir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 300 və 307-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r v e r d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.7, 29, 120.2.4, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəmkir rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X11 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6 və 303.3.8-ci maddələrinin tələblərini kobud surətdə pozduğundan müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verilsin. Qərarın surəti Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilsin. Görülmüş tədbirlər barədə 30(otuz) gündən gec olmayaraq məhkəməyə məlumat verilsin.
Məhkəmə qərarları › İş №1(100)-371/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-371/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver