Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-371/2025 04.03.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Müslümov Bəhruz Firizman oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, X20 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları; kiçik ədliyyə müşaviri X17 və ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X11, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri; Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Bərdə şəhəri, Yenidaşkəndə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Firavan küçəsi , ev 42, mənzil 24-də qeydiyyatda olmaqla, Tərtər rayonu, H.Z.Tağıyev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində POCO markalı mobil telefonu vasitəsi ilə TikTok media platformasındakı digər istifadəçilər tərəfindən açılan müxtəlif canlı yayımları izləyərkən @user**********415 adlı istifadəçi profilində tanışı Şahid3 yaşlı atası X10 qadın cinsli şəxslə canlı yayımda olması, platformada digər istifadəçi şəxslər tərəfindən ələ salınmasını mənfi hal kimi dəyərləndirərək görüntünün Tərtər şəhəri, H.Əliyev prospektindəki “Heydər Əliyev” parkında olmasını ehtimal edib Xanlar Əliyevin rüsvayedici hərəkətlərindən çəkindirmək, eləcə də, sonuncunun canlı yayımda baxıcı kütləsi tərəfindən rüsvay edilməsinə şərait yaradan şəxsin kimliyini müəyyən edib irad bildirmək üçün tanışı Şahid3 ilə getdiyi Tərtər şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Heydər Əliyev” parkının daxilindəki çayxanada Xanlar Əliyevin zərərçəkmiş şəxs X12 ilə birlikdə masa arxasında əyləşdiklərini görüb Yaşar Abdullayevə yaxınlaşaraq sonuncunu yol verdiyi hərəkətlərin səbəbini təklikdə aydınlaşdırmaq məqsədi ilə yaxınlıqda olan açıq hava səhnəsinin qarşısına dəvət edib böyüyü olan Xanlar Əliyevi geniş kütlə arasında rüsvay etməsini Yaşar Abdullayevə irad tutduqda sonuncu onun haqlı iradına məhəl qoymayaraq onu və sülaləsini nalayiq ifadələr ilə təhqir etməsinə əsəbiləşdiyi üçün özündə yaranmış qəzəb hissini büruzə verərək aralarında baş vermiş mübahisə zamanı şəxsi münasibətlər zəminində Yaşar Abdullayevin sifət nahiyəsinə qəsdən bir dəfə sol əli ilə yumruq zərbəsi vuraraq sağlamlığa zərər vurmayan xəsarət olduğundan ağırlıq dərəcəsi təyin edilməyən “hər iki göz ətrafı nahiyənin hər iki göz qapağı əhatə olunmaqla, burun kökü, üst dodaq nahiyələrinin qançırları, alt dodağın sağ yarısının əzilmiş yarası” xəsarətini yetirilməsindən sonra sonuncunun müvazinətini itirərək öz boyu hündürlüyündən yıxılması zamanı təpə ənsə nahiyəsinin hamar səthli aqlay örtüklü yerə dəyməsi nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bərk küt əşya(lar)nın təsirindən əmələ gələn və birbaşa ölümünə səbəb olmuş kəllə əsası sümüklərinin sınıqları baş beyin qişalarına, qişalaraltına, baş beyin toxumasına qansızma ilə ağır qapalı kəllə-beyin travması ilə nəticələnən xəsarətlər alması nəticəsində Yaşar Abdullayevin 02 oktyabr 2024-cü il tarixdə müalicədə olduğu Tərtər rayon Mərkəzi Xəstəxanasında səbəb olmaqla, cinayətkarcasına etinasızlıqla ehtiyatsızlıqdan Yaşar Abdullayevi öldürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun dostunun atasına tiktok sosial platformasında təhqiramiz hərəkətlər olmuşdur. O hadisəni aydınlaşdırmaq istəmişdir. Həmin vaxt arxa fonda olan həmin şəxsin parkda olmasını bilmişdir. Bundan sonra o həmin yerə gəlmiş və həmin şəxsin masada əyləşməsini görmüşdür. Həmin vaxt o dostuna zəng etmiş və ona “gəl atan yiyəsizdir götür...” demişdir. Onun dostunun atasının yaşı çox olmuş və ağılında problemlər olmuşdur. Bundan sonra “mən idim yazan olarmı sizi...” demişdir. Həmin vaxt onun dostunun atası ona heç nə deməmişdir. Bundan sonra onlar kənara çəkilmişlər. Həmin vaxt o həmin şəxsə “ayıb deyilmi yaşından başından ağsaqqal kişini üzr istəyim söyüş yiyəsi elemisən. ”,o isə cavab olaraq həmin şəxsin onun nəyi olmasını soruşmuşdur. Bundan sonra o orada soyuş işlətmiş o isə cavabında həmin şəxsi bir dəfə yumruq zərbəsi ilə vurmuşdur. Yumruq zərbəsindən sonra həmin şəxs yıxılmışdır. O həmin şəxsə “ay kişi qalx görüm ayaqa” demiş, lakin həmin şəxs reaksiya verməmişdir. Bundan sonra o həmin şəxsin tərpənməməsini görmüş və yəqin o gedendən onra ayağa qalxacağını düşünmüşdür. Lakin həmin şəxs yerdən qalxmamışdır. Bundan sonra o həmin şəxsi qaldırmaq istəyərkən həmin şəxsin qalxmamasını və ağırlaşmasını görmüşdür. Daha sonra həmin əraziyə insanlar toplaşmışlar. O orada olan şəxslərdən 102 xidmətinə zəng etməsini xahiş etmişdir. Həmin vaxt oarada olan şəxslər və o da həmin şəxsin öldüyünü düşünüb şoka düşmüşlər. Daha sonra o həmin şəxsin əl üzünü su ilə yumuşdur. Həmin şəxs ayılmışdır. Bundan sonra həmin şəxs orada olan pilləkəndə oturmuşdur. Hadisə vaxtı həmin şəxs içkili olmuşdur. Lakin onun həmin şəxsin içkili olmasından xəbəri olmamışdır. Həmin şəxs ayılandna sonra o həmin şəxsi evə aparmaq istəmişdir. O həmin şəxsi sentyabr ayının 27-də evinə apararaq ailəsinə təhvil vermişdir. Lakin həmin vaxt onun ailəsinə yumruq ilə vurmasını deməmişdir. Sadəcə olaraq həmin şəxsin yıxılmasını demişdir. Bundan sonra o əlaqə saxlayan zaman ona məlum olmuşdur ki, həmin şəxs xəstəxanaya aparılmış və xəstəxanada ölmüşdür. O polis əməkdaşına zəng edərək ona həmin şəxslə dalaşmasını və belə bir hadisənin baş verməsini demişdir. Bundan sonra onunla danışan polis əməkdaşı ona şöbəyə dəvət etmişdir. Lakin həmin vaxt o ailəsi ilə Gəncə şəhərində olmuşdur. Sonra o ailə uşağı evə yerləşdirmiş və polis şöbəsinə gedərək təslim olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, gecə saat 11 radələrində qonşu Rafail gəlmiş və onu çağırmışdır. O elə başa düşmüşdür ki, Rafailə harasa getmək üçün avtomobil lazımdır. Həmin vaxt Rafail ona onun qardaşının vəziyyətinin pis olmasını demişdir. Bundan sonra o qardaşının yanına getmiş və qardaşının üstünün su olmasını görmüşdür. O həmin vaxt “qaqa nə olubdur” deyə soruşmuşdur. Qardaşı isə ona “yıxılmışam” demişdir. Qardaşı ona heç nə deməmişdir. Qardaşı ona vurulmasını deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o parkda çayxan işlətmişdir. Həmin hadisə də parkda baş vermişdir. Həmin vaxt o İnqlaba su aparıb vermişdir. İnqlab həmin suyu Yaşarın üzünə vurmuşdur. Sonra isə Yaşarın qoluna girərək onlar getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İnqlab onun dostudur. İnqlab ona “whatsapp” vasitəsi ilə zəng edərək ona atasının tiktok sosila platformasında görməsin demişdir. İnqalb ona “yəqin ki, içkilidir gedək gətirək” demişdir. Bundan sonra onlar parka getmişlər. O parkda olan zaman atasının da parkda olmasını görmüşdür. O orada olan zaman atasını vəfat etmiş şəxslə oturmasını görmüşdür. O aralıdan atasını çağırmış və atasından “bu canlı yayım nədir, səni görmüşlər” demişdir. O həmin vaxt atası ilə söhbət edən zaman səs eşitmişdir. Həmin vaxt İnqlab kömək et demişdir. Bundan sonra o İnqlabın olduğu yerə getmiş və orada vəfat etmiş şəxsin yıxılmasını görmüşdür. Mərhumun adı Yaşar olmuşdur. Həmin vaxt İnqlab orada olan şəxslərdən Yaşarın üzünə su vurulmasını xahiş etmişdir. Sonra Yaşarın üzünə su vurulmuş və Yaşar özünə gəlmişdir. Bundan sonra İnqlab ona “sən atanı götür get, mən bunu götürüb gəlirəm” demişdir. İnqlab Yaşarı öz avtomobilinə əyləşdirərək evlərinə aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə sentyabr ayının 27 günü olmuşdur. Saat təqribən 11-12 radələri olmuşdur. Onlar qapı bir olaraq qonşudurlar. Yaşarı gətiriən zaman o görmüşdür. Yaşarın vəziyyəti normal olmuşdur. Həmçini Yaşar içkili olmuşdur. Onlar Yaşara yaxınlaşaraq nə olmasını soruşmuşlar, Yaşar isə yıxılmasını bildirmişdir. Bundan sonra Yaşar evdə qalmışdır. Ertəsi günü o işdə olmuşdur. Ondan sonrakı gün o, Yaşarın yanına bir daha getmiş və Yaşarın vəziyyəti normal olmuşdur. Sonra isə o getməmişdir. Bundan sonra Yaşar vəfat edən zaman onun məlumatı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o mərhumun arvadıdır. Necə dalaşmışlarını o bilməmişdir. Gecə saat 11- 12 radələrində. uşaqlar kiminsə çağırmalarını demiş o uşaqlarla tapşırıq vermişdir ki, çölə çıxmasınlar. O özü yataqdan dururaq çölə çıxmışdır. Həmin vaxt qonuşuluqda yaşayan şəxsin oğlu ona “ay bibi Yaşar əmini maşınla gətirmişlər, maşından yerə düşə bilmir” o isə həmin şəxsdən “niyə?” deyə sonruşmuşdur. Həmin şəxs isə ona “bilmirəm” demişdir. Bundan sonra o həmin istiqamətə getmiş və orada olan avtomobilin qapısının açıq olmasını görmüşdür. O avtomobilin markası xatırlamır. O ərini avtomobildən yerə düşürmək istəsə belə onun gücü çatmadığından düşürə bilməmişdir. Həmin vaxt onlar qonşusu Rafail adlı şəxsi çağırmışlar. Həmin vaxt Vaqif dayının oğlu da gəlmişdir. Bundan sonra onların köməyi ilə əri avtomobildən düşmüdür. Həmin vaxt o yuxulu olmuşdur. Orada olan şəxsin İnqilab olmasını xatırlamır. Həmin şəxsin üzü tüklü olmuşdur. O orada olan şəxsdən onun ərini hardan götürməsini soruşmuşdur. Onun sualına cavab olaraq “parkın yanından götürmüşük, yerdə uzanmışıdr, qoyudq maşına gətirdik” deyilmişdir. O isə həmin şəxslərə təşəkkür etmişdir. O həmin şəxsin taksi olmasını bilmişdir. Bundan sonra həmin şəxslər getmişlər. O həmin vaxt Yaşarın qardaşının çağırılmasını istəmişdir. O Yaşarın qardaşına Yaşarı parkın yanından gətirilməsini demiş, o isə həmin avtomobilin harada olmasını soruşmuşdur. Həmin avtomobilin çöldə olmasını ona bildirilsə də o çölə çıxan zaman həmin avtomobil çöldə olmamamışdır. Bundan sonra onlar Yaşarı işıqlı yerə gətriən zaman Yaşarın burun və ağız nahiyyəsindən qan gəlməsini görmüşlər. Onlar Yaşardan nə olmasını soruşmuşlar, Yaşar isə yıxılmasını demişdir. Həmin vaxt Yaşarın üstü su olmuşdur. Bundan sonra qardaşının və qonşuların köməkliyi ilə Yaşarı evə aparmışlar. Hadisə gününün səhəri qardaşı Yaşarı xəstəxanaya aparmışdır. Yaşar xəstəxanada olan zaman onun döyülməsi müəyyən olunmuşdur. Yaşarı kimlərin döyməsini o bilməmişdir. O hazırda da Yaşarı kimlərin döyməsini bilmir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tərtər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(061)-43/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. “Məhkəmə Tibbi Ekspertiza və X15” X30 Bərdə rayonlararası zona mərkəzinin 22 oktyabr 2024-cü il tarixli, 26 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi ekspertizasına, onun adına yazılmış müşahidə vərəqəsində qeyd olunanlara və əlavə məhkəmə-kimyavi, məhkəmə-histololoji laborator müayinə cavablarına əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir 1.X2 meyitinin bədənində aşağıdakı xəsarətlər- kəllə əsası sümüklərinin sınıqları, baş beyin qişalarına, qişalaraltına, baş beyin toxumasına qansızma ilə ağır qapalı kəllə-beyin travması, hər iki göz ətrafı nahiyənin hər iki göz qapağı əhatə olunmaqla, burun kökü, üst dodaq nahiyələrinin qançırları, alt dodağın sağ yarısının əzilmiş yarası, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrığı vardır. 2.Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə: a) kəllə əsası sümüklərinin sınıqları baş beyin qişalarına, qişalaraltına, baş beyin toxumasına qansızma ilə ağır qapalı kəllə-beyin travması canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər; b) hər iki göz ətrafı nahiyənin hər iki göz qapağı əhatə olunmaqla, burun kökü, üst dodaq nahiyələrinin qançırları, alt dodağın sağ yarısının əzilmiş yarası, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrığı canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 3.X2 ölümünə səbəb başın küt travması nəticəsində kəllə əsası sümüklərinin sınıqları ilə baş beyin qişalarına, qişalar altına və baş beyin toxumasına qansızma olmuşdur. 4.X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-3 saat əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə saat 14:35-də xəstəxanada baş vermişdir. 5.X2 aldığı xəsarətlərin yerləşdiyi nahiyələri, xarakterini və ağırlığını nəzərə alaraq şəxsin üz nahiyəsindən zərbə aldıqdan sonra təpə, ənsə nahiyəsindəki xəsarətlərin öz boyu hündürlüyündən yıxılması nəticəsində törənməsi inkar olunmur. 6.X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (xx.xx.2024-cü il tarixli 3450k saylı maddi sübutların müayinəsi aktı). Komisyon məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2024-cü il tarixli KEŞ-1097 nömrəli rəyindən görünür ki, 1974-cü il təvəllüdlü X7 Tərtər rayon Mərkəzi Xəstəxanası PHŞ-də göstərilmiş tibbi xidmət səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur.Yaşar Abdullayevin adına tərtib edilmiş tibbi sənədlər düzgün və əsaslı olmuşdur.Yaşar Abdullayevə təyin edilmiş diaqnozlar düzgün olmuşdur. Yaşar Abdullayevin almış olduğu travma ilə əlaqədar ona aparılmış müayinələr və göstərilmiş tibbi yardımlar təyin edilmiş diaqnozlara uyğun olmuşdur. X16 rayon Mərkəzi Xəstəxanası PHŞ-nə ilkin müraciəti zamanı ona obyektiv, ultrasəs və rentgenoloji müayinələr aparılmışdır.Yaşar Abdullayevin almış olduğu travma ilə əlaqədar ona müaviq tibbi yardımlar göstərilmiş və travmanın ağırlıq dərəcəsi MRT müayinəsi ilə dəqiqləşdirilmişdir. Lakin buna baxmayaraq travmanın ağır kliniki gedişi sonra ölümə səbəb olmuşdur.Yaşar Abdullayevin meyiti müayinə olunmuş və onun ölümünə səbəb başın küt travması nəticəsində kəllə əsası sümükülərinin sınıqları ilə baş beyin qişalarına, qişalar atına və baş beyin toxumasına qansızmanın olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi“ Publik Hüquqi şəxsi X18 Şöbəsinin 07 noyabr 2024-cü il tarixli 846 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı və ona qədər ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyindən əziyyət çəkmişdir. -Təqsirləndirilən şəxs hadisə zamanı ANLAQLİ olmuşdur. -Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, hadisə zamanı öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qbiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs keçirdiyi ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi mülayim ifadəli olması səbəbindən onun əməli AR CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. -Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, hal hazırda da öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. -Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. -Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi keçirməsi səbəbindən qoyulmuş psixoloji suallara cavab vermək mümkün deyildir. Məhkəmə-narkoloji ekspertizasının 23 dekabr 2024-cü il tarixli 2020 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. 03 oktyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Tərtər şəhəri H.Əliyev prospektində yerləşən, “Heydər Əliyev adına park”ın daxilindəki Mədəniyyət Mərkəzi ilə üzbəüz dayanmış vəziyyətdə sağında yerləşən və “Zaurun” çayxanası adlanan çayxaya bitik olan açıq hava səhnəsinin qarşısıdır. Hadisə yerinə baxış mərkəzdən ətrafa doğru aparılmaqla həyata keçirilmiş, hadisə yerinin müayinəsi zamanı yerini dəyişməyən obyekt kimi ölçülər açıq hava səhnəsi ilə üzbəüz dayandıqda şərti olaraq 1 rəqəmi ilə işarələnmiş sol künc divarından hesablanılmışdır. Səhnənin 10 metr qarşısında əsasən göy və ağ rəngli oturacaqların olduğu ərazi vardır. İştirak edən Təqsirləndirilən şəxs səhnənin aqlay örtüklü küncündən çəp şəkildə mərkəzə doğru 45 dərəcə bucaq altında 4 metr məsafədə Yaşar Abdullayevin yıxılıb başının yerə dəydiyi ərazi olduğu bildirdi. Hadisə yerində yer örtüyü hamar örtüklü ağlaydır. Səhnə ilə üzbəüz dayandıqda sol küncdən sol istiqamətdə 11 metr məsafə Tərtər çayının bir qolunun keçdiyi müəyyən edildi. Hadisə yerinə baxış zamanı çayxana eləcə də, ətrafda müşahidə kamerasının olmaması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı qanabənzər ləkə aşkar edilməmişdir. 02 oktyabr 2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təşrih masası üzərində paltarlı meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: göy rəngli qısaqol kofta, qara rəngli mayka, aralıq nahiyəsinə pampers bağlanmışdır. Pampers açıldı, sonra məlum oldu ki, meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 181 sm-dir. Meyitin dəri örtüyü və görünən selikli qişaları ölgün avazımış rəngdədir. Əllə yoxladıqda meyit soyumuşdur. Meyitin bədəninin arxa səthində yan səthlərində zəif ifadə olunmuş göyümtül-bənövşəyi rəngdə yayılmış meyit ləkələri vardır. Ləkələrə barmaqla təzyiq etdikdə itir və 10-15 saniyədən sonra öz əvvəlki rəngini alır. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında zəif ifadə olunmuşdur. Başın tükləri şabalıdı rəngdədir, düzdürlər, ön təpə nahiyəsində seyrəkdir, uzunluqları 4,0 sm-dir. Meyitin üzü az uzunsov formadadır. Meyitin gözləri qapalı vəziyyətdədir. Göz qapaqlarının birləşdirici qişası solğun çəhrayı rəngdədir, göz almaları salamatdır. Göz bəbəkləri dairəvi formada olub bərabər ölçülərdədir, hər biri 0,5 sm diametrindədir. Burunun sümük və qığırdaqlarını, eləcə digər üz skleti sümüklərini əllədikdə tamdır. Burun və xarici qulaq keçəcəkləri sərbəstdirlər, ifrazat yoxdur. Qulaq seyvanları normal quruluşludur. Ağzı qapalı vəziyyətdədir. Görünən dişləri-üst çənədə sol kəsici azı dişi, sağda 1 azı dişi, arxada bir diş var, alt çənədə 4 ədəd kəsici dişləri var, qalan dişləri yoxdur. Alveol yataqları hamarlaşmışdır. Ağız boşluğunda xəsarət yoxdur. Boynu gövdəyə mütanasib inkişaf etmişdir, qacımaya görə az hərəkətlidir. Döş qəfəsi silindirik formada olub simmetrikdir. Əllədikdə döş qəfəsi sümükləri tamdırlar. Qarını döş qəfəsi səviyyəsindədir. Onurğa sütununda patoloji əyilmələr yoxdur, əllədikdə fəqərə sümükləri tamdır. Xarici cinsiyyət üzvləri kişi tiplidir, normal quruluşludur, ifrazat yoxdur. Arxa keçəcək dəliyi qapalı vəziyyətdədir, ətrafı təmizdir, xəsarət yoxdur. Hər iki yuxarı və aşağı ətraflar normal quruluşludur. Sol əlin arxa səthində vazofiks vardır. Əllə yoxladıqda ətraf sümüklər tamdırlar. Meyitin xarici müayinəsində aşağıda qeyd olunan xəsarətlər aşkar edilmişdir: hər iki göz ətrafı nahiyədə, hər iki göz qapağı əhatə olunmaqla sağda 6,5 x 4,0 sm, solda 5,0 x 3,5 sm, burun kökü nahiyəsində 2,7 x 1,5 sm, üst dodağın sağ yarısında 1,5 x 1,0 sm, üst dodağın dodaq haşiyəsi və selikli qişada 5,0 x 3,2 sm ölçülərdə, qeyri-müəyyən formalı, göyümtül-bənövşəyi rəngli qançırlar vardır. Alt dodağın sağ yarısında 2,0 x 1,7 sm ölçüdə, qeyri-müəyyən formalı, kənarları nahamar konturlu yara vardır. Sağ baldırın orta 1/3-nin ön səthində 2,0 x 1,0 sm ölçüdə, qeyri-müəyyən formalı, üzərində ətraf dəri səviyyəsindən bir qədər hündür yerləşən açıq qəhvəyi rəngli qartmaq olan sıyrıq vardır. Təpə-ənsə nahiyəsində şişkinlik əllənir. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs “POCO” markalı mobil telefonuna baxış keçirilməsi haqqında 02 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Mobil telefonun “instaqram” sosial şəbəkəsinə daxil oluqda, Təqsirləndirilən şəxs istifadəsində olan profildən “gultekin_esgerova2019” adlı istifadəçiyə xx.xx.2024-cü il tarixdə saat 02:21-də “Ay insan vallah ciddi məsələdi, Adam vurmuşam” mesajı göndərilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, Gültəkin Əsgərova onun ikinci dəfə ailə həyatı qurduğu şəxs olmuş, belə ki, onunla 2022-ci ildən 2023-cü ilə qədər bir ailə kimi olduğunu, daha sonra ayrılıb hazırkı ailəsinə qayıtdığını bildirdi. Gültəkin Əsgərova ilə ayrılsa da, ondan halallıq almamış, tutulacağını düşünüb Gültəkin Əsgərovadan halallıq almaq üçün sonuncuya instagramda mesaj bölməsinə qeyd edilən mesajı yazsa da, Gültəkin Əsgərova ona cavab verməmişdir. Mobil telefonun menyusunda olan zənglər və mesajlar bölməsinə daxil olundu. Qeyd edilən hissələrdə müəyyən zənglər və mesajlar olsa da, iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. Mobil telefonun menyusunda olan qalereya hissəsinə daxil olundu. Qeyd edilən hissədə özünə və yaxınlarına aid foto və videoşəkilləri olsa da, iş üçün əhəmiyyət kəsb edən şəkil, video və ya məlumat aşkar edilmədi. 05 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəl və istintaq hərəkətinin videogörüntüsünün olduğu 01 ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən videogörüntüsü CD diskə köçürülərək və fotoşəkillərindən fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. 03 oktyabr 2024-cü il tarixli Şahid1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldəm görünür ki, Şahid1 ifadəsinin düzgünlüyü özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və Təqsirləndirilən şəxs mərhum Yaşar Abdullayevə yumruq xəsarəti yetirdiyi yeri göstəmiş, istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillərindən fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. 03 oktyabr 2024-cü il tarixli Şahid2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldəm görünür ki, Şahid2 ifadəsinin düzgünlüyü özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və Təqsirləndirilən şəxs mərhum Yaşar Abdullayevə yumruq xəsarəti yetirdiyi yeri göstəmiş, istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillərindən fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Tərtər rayon polis şöbəsindən daxil olmuş 21 oktyabr 2024-cü il tarixli 113/2- 20697/24 nömrəli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində yoxlanılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməliyyat tapşırığına Tərtər rayon polis şöbəsinin 15 noyabr 2024-cü il tarixli, 3-13- 113/2-21903/24 nömrəli nömrəli məktubla vermiş olduğu cavabdan görünür ki, həmin cinayətin törədilməsində digər şəxslərin, eləcə də Fəxrəddin Anad adlı şəxslərin bu və ya digər formada iştirakı, marağı, eləcə də cinayətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs təhrik etməmişdir. Yaşar Abdullayevi hadisədən sonra yaşadığı evə aparan şəxsləri müəyyən etmək üçün əməliyyat axtarış tədbirləri davam edir. Təqsirləndirilən şəxs Yaşar Abdullayevə baş nahiyəsindən xəsarət yetirmişdir. X6 cinayət əməlini törətməzdən əvvəl hər hansı şəxsə və ya şəxslərə bu niyyəti barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə motivi və məqsədi əsəbi halda anidən olmuşdur. Təqsirləndirilən şəxs ilə X2 arasında olmuş mübahisənin səbəbi tanışı Şahid3 atası Xanlar Əliyevi TikTok sosial şəbəkəsində ələ salması olmuşdur. Əməliyyat tapşırığına Gəncə 2 saylı istintaq təcridxanasının 05 dekabr 2024-cü il tarixli 3-16-17/41/2-7277/2024 nömrəli məktubla vermiş olduğu cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Tərtər rayonu ərazisində X12 ilə aralarında yaranmış münaqişə zəminində sonuncunun üz nahiyəsinə yumruq vuraraq xəsarət yetirmiş və o yıxılarkən baş yerə dəyərək xəsarət almış xx.xx.2024-cü il tarixdə isə xəstəxanada vəfat etmişdir. Həmin cinayətin törədilməsində digər şəxslərin bu və ya digər formada iştirakı, marağı, eləcə də Təqsirləndirilən şəxs cinayət əməlini törətmək üçün təhrik edilməsi, cinayət əməlini törətməzdən əvvəl belə bir niyyətdə olmasını hər hansı şəxs və ya şəxslərə bildirməsi, onların aralarında əvvəllər mübahisənin olması barədə maraq kəsb edən məlumatlara rast gəlinməmişdir. Hadisədən sonra X8 Təqsirləndirilən şəxs avtomobildə onun yaşadığı evə aparmışdır. Tərtər rayon İcra Hakimiyyəti, Tərtər şəhər İƏD Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-78-1/2-52/2024 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Firavan küçəsi, ev 42, mənzil 24-də qeydiyyatda olmaqla, Tərtər şəhəri, H.Z.Tağıyev küçəsində müvəqqəti yaşayır. Ailə üzvləri - anası X9, arvadı X23, 2019-cu il təvəllüdlü oğlu Məhəmməd Qayıbzadə, 2020-ci il təvəllüdlü qızı Fatimə Qayıbzadə, 2023cü il təvəllüdlü qızı Zəhra Qayıbzadədən ibarət olmuşdur. Onun haqqında heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi X11 notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. İbtidai istintaq orqanı tərəfindən ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən X1 ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bununla belə məhkəmə kollegiyası tövsiflə razılaşmayaraq Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 126.3-cü maddəsinin deyil, Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddələrinin tərkibi olması qənaətinə gəlir, başqa sözlə Təqsirləndirilən şəxs qəsdən X1 ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 126.3-cü madəsinin dispozisiyasında göstərilmişdir ki, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda bu cinayət əməli sayılır. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi məhz CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir. Baş vermiş ölüm isə artıq sağlamlığa vurulmuş ağır zərərin nəticəsidir. Bu isə o deməkdir ki, əməlin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 126.1 və ya 126.2-ci maddələrinin tərkib əlamətləri olmalı, daha sonra isə qeyd edilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmalıdır. Yəni sağlamlığa vurulmuş ağır zərərlə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə olmalıdır. Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir, obyektiv cəhəti isə başqa şəxsin sağlamlığına ağır zərər vurulmasından ibarətdir. Bununla belə hazırki cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmi bir dəfə üzbəüz dayanan zaman zərərçəkmiş Yaşar Abdullayevin sifət nahiyəsinə yumruqla zərbə yetirmiş və həmin zərbənin təsiri nəticəsində sonuncuya ümumilikdə canlı şəxslərdə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən “hər iki göz ətrafı nahiyənin hər iki göz qapağı əhatə olunmaqla, burun kökü, üst dodaq nahiyələrinin qançırları, alt dodağın sağ yarısının əzilmiş yarası” xəsarətini yetirmişdir. Qeyd edilən hal həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm iş üzrə şahidlərin ifadələri, həm də işdə olan 22 oktyabr 2024-cü il tarixli, 26 nömrəli məhkəmə-tibbi ekspertizasının və komisyon məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2024-cü il tarixli KEŞ-1097 nömrəli rəyləri ilə tam təsdiq olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs cəmi bir dəfə Yaşar Abdullayevə zərbə vurmuş və həmin zərbə nəticəsində sonuncunun sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər deyil, məhz ümumilikdə canlı şəxslərdə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş və qeyd edilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə yoxdur. Yaşar Abdullayevin ölümünə səbəb olan aldığı ağır zərərvurmaya aid sağ gicgah-ənsə nahiyəsinin geniş sahəli epidural hematoması, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumalarının hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması xəsarətləri isə Yaşar Abdullayevin onun sol yanaq nahiyəsinə cəmi bir dəfə zərbə yetirdikdən sonra müvazinəti itirib öz boyu hündürlüyündən yıxılması zamanı sağ gicgah nahiyəsinin hamar səthli beton-asfalt örtüklü səkiyə dəyməsi nəticəsində əmələ gəlmişdir. Qeyd edilən hal məhkəmə-tibb ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Bundan başqa, CM-nin 126.3-cü maddəsində sağlamlığa ağır zərərvurmaya münasibətdə şəxsin təqsiri qəsddən ibarətdir. CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan adam öldürmə zamanı isə cinayət törədən şəxsin təqsiri yalnız ehtiyatsızlıqdan ibarətdir, yəni o, nəinki ölümün baş verəcəyini, hətta zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulacağını da qabaqcadan görmür, lakin lazımı diqqət və ehtiyatlıq göstərərək baş verəcək nəticəni qabaqcadan görməli idi və görə bilərdi. Şəxsin cinayəti təqsirli olaraq törətməsi onu törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk edib-etməməsi, əgər dərk etmirsə dərk etməli olub-olmamasında ifadə olunur. Şəxs əməli təqsirin qəsd formasında törədirsə onda o, öz əməlin ictimai təhlükəli olduğunu, yəni əməlin obyektinin və obyektiv cəhətlərinin elementlərini (ictimai təhlükəli hərəkət və ya hərəkətsizlik, ictimai-təhlükəli nəticə, səbəbli əlaqə, cinayətin törədilmə üsulu, şəraiti və s.) dərk edir. Əgər şəxs öz əməlinin obyektiv əlamətlərindən hər-hansı birini dərk etmirsə onda onun əməlində qəsd istisna olunur və bu zaman artıq şəxsin həmin obyektiv əlaməti dərk etməli olub-olmadığı araşdırılmalıdır. Bununla belə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Yaşar Abdullayevlə aralarında əvvəllər münaqişə, ədavət və ya düşmənçilik olmamış, hadisə vaxtı da Yaşarı həyatdan məhrum etmək fikri olmamış, ümumiyyətlə o, Yaşar Abdullayevə yumruqla vurub zərbə endirərkən sonuncunun yıxılaraq başının yer səthinə dəyməsi nəticəsində ağır dərəcəli bədən xəsarəti almasını və bunun nəticəsində həyatdan məhrum oluna biləcəyəni dərk etməmişdir. Onun niyyəti ancaq Yaşar Abdullayevi yumruqla vuraraq xəsarət yetirmək olmuşdur ki, həmin zərbə, yəni sol yanaq nahiyəsinə yetirilən zərbə bilavasitə Yaşar Abdullayevi ölümünə səbəb olmamışdır. Təqsirləndirilən şəxs yetirdiyi yumruq zərbəsinin nəticəsində Yaşar Abdullayevin yerə yıxılaraq ağır dərəcəli bədən xəsarəti alması imkanını qabaqcadan görməsi və həmin nəticəni arzu edərək şüurlu şəkildə buna yol verməsi halında onun CM-in 126.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunması mümkündür ki, iş üzrə də bu cür hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Yaşar Abdullayevi bilavasitə sol yanaq nahiyəsinə yumruq vuraraq yetirdiyi xəsarət üst və alt dodaqların selikli səthlərində olan qançırlara səbəb olmuş və onun Yaşar Abdullayevin sol yanaq nahiyəsinə zərbə ilə vurarkən sonuncunun yıxılaraq başının yer səthinə dəyib ağır dərəcəli bədən xəsarəti almasından ibarət nəticələrin baş verməsini görməli və görə bilməli olduğu halda həmin nəticələrə ehtiyatsızlıqdan yanaşaraq onları görməmişdir. Məhkəmənin yuxarıda gəldiyi nəticələr iş üzrə təyin edilmiş komisyon və məhkəmətibb ekspertizalarının rəyləri ilə də təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan 22 oktyabr 2024-cü il tarixli, 26 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, sağ gicgah əzələsinin və dərialtı yumşaq toxumaların hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ dirsək oynağının arxa səthinin sıyrığı isə həmin zərbə hesabına öz boyu hündürlüyündən yıxılması zamanı sağ gicgah nahiyyəsinin hamar səthli beton-asfalt örtüklü səkiyə dəyməsi nəticəsində əmələ gəlməyə uyğundurlar. Qeyd edilən ekspert rəyində göstərilən nəticə komisyon məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2024-cü il tarixli KEŞ-1097 nömrəli rəyi ilə tam təsdiq olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs bir yumruq zərbəsi nəticəsində Yaşar Abdullayevə yetirdiyi ümumilikdə canlı şəxslərdə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən xəsarətlər sonuncunun ölümünə səbəb olmamışdır. 22 oktyabr 2024-cü il tarixli, 26 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində də göstərilmişdir ki, X2 aldığı xəsarətlərin yerləşdiyi nahiyələri, xarakterini və ağırlığını nəzərə alaraq şəxsin üz nahiyəsindən zərbə aldıqdan sonra təpə, ənsə nahiyəsindəki xəsarətlərin öz boyu hündürlüyündən yıxılması nəticəsində törənməsi inkar olunmur. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 26.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, bu Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üç az yaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, Təqsirləndirilən şəxs keçirdiyi ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi mülayim ifadəli olması səbəbindən onun əməli AR CM-nin 22.1-ci maddəsinin təsiri altına düşdüyündən, yəni cinayət anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası CMnin 59.1.9-cu, həmçinin 44 X13isi, İİİ qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.4, 59.1.8, 59.1.9-cu maddədlərində nəzərdə tutulmuş hallar yüngülləşdirici hallar kimi nəzərə alınmalı, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda isə əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb CM-in 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 124.1ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan ehtiyatsızlıqdan adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən maddənin sanksiyasından göründüyü kimi azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç ildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. 02 oktyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun tutulduğu 02 oktyabr 2024-cü il tarixdən 04 mart 2026-cı tarixə kimi həbsdə olduğu müddətlə əvəz edilməklə cəzasını çəkmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs » qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi Tərtər rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd «POCO» markalı mobil telefon və 01 ədəd qara rəngli qısa qol köynək, 01 ədəd qara rəngli idman şalvarı ona qaytarılmalı, imtina etdikdə məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası, onun 02 oktyabr 2024-cü il tarixdən 04 mart 2026-cı tarixə kimi həbsdə olduğu müddətlə əvəz edilməklə cəzası çəkilmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi Tərtər rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd «POCO» markalı mobil telefon və 01 ədəd qara rəngli qısa qol köynək, 01 ədəd qara rəngli idman şalvarı ona qaytarısın, imtina etdikdə məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-371/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-371/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver