Məhkəmə qərarları › İş №1(100)-372/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-372/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-372/2022 14.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu vəƏləkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, X4 və X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrəİdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamışdır. Belə ki, o, məlum olmayan müddətdə və mənbədən satış məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ vəİİ siyahılarına əsasən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,233 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini vəümumi təmiz çəkisi 0,068 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamini satış məqsədi ilə üzərində saxlamış, 15 aprel 2022-ci il tarixdə saat 23:45 dəqiqədə Bərdə Rayon Polis Şöbəsinin NMQ-nin və X6 Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, Bakı küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə saxladığı 05 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrı təmiz çəkiləri 0,802 qram, 0,370 qram, 0,350 qram, 0,399 qram və 0,312 qram olmaqla ümumi təmiz çəkisi 2,233 qram olan kustar üsula hazırlanmış narkotik vasitə heroin və 02 ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram və 0,350 qram olmaqla, ümumi təmiz çəkisi 0,698 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, az müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə etməyə başlamışdır. Narkotik vasitə və psixotrop maddələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. O, narkotik vasitələri və psixotrop maddələri Bərdə rayon, Şirvanlı kəndində yaşayan soyadın bilmədiyi Aqşin Abbas oğlu adlı şəxsdən satın almışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Aqşinlə yaşadığı evin həyətyanı sahəsində görüşərək ondan narkotik maddə olan 4 qram heroin və psixotrop maddə olan 1 qram metamfetamin (şüşə) satın almış və Aqşinə ümumilikdə 75 manat pul vermişdir. Aqşinə məxsus həyətyanı sahəsindən çıxdıqdan sonra yol kənarında olan ağacın yanında gizlənərək satın aldığı narkotik vasitələrdən istifadə etmişdir. Daha sonra tanımadığı taksi vasitəsi ilə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsinə gələrək orada olan çayxanaların birində 2 saata yaxın oturduqdan sonra oradan duraraq yenidən narkotik vasitə istifadə etmək məqsədi ilə Bərdə şəhəri, Bakı küçəsinə gəlmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb Bərdə RPŞ-nin inzibati binasına aparmışlar. Bundan sonra nə baş verdiyini xatırlamır. Həmin vaxt onun üzərində cəmi bir bükümdə narkotik vasitə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixatrop maddələrdən istifadə etməsi, qanunsuz dövriyəsi ilə məşğul olması, mütamadi şəkildə üzərində narkotik maddə gəzdirməsi barədə məlumatlar olduğu üçün onun, Şahid1, Şahid2 və Şahid3 tərəfindən Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbirləri həyata keçirilib və 15 aprel 2022-ci il tarixdə saat 23:45 dəqiqədə adıçəkilən şəxs Bərdə şəhəri, Bakı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi X2 iştirakı ilə Azərbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmetlərin olub-olmaması soruşulmuş və könüllü olaraq təqdim etməsi tövsiyyə olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellefon çıxardaraq həmin bükülünün içərisində olan kütlələrlə birlikdə masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şalvarının ciblərini tam olaraq göstərməsi təklif edilmiş, o da paltarının cibini tam şəkildə göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülü açılmış və həmin bükülünün işərisində 7 ədəd müxtəlif həcmlərdə olan sellofana bükülmüş kütlələr aşkar olunmuş, həmin bükümlərə baxış keçirilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin 5 ədədinin heroin digər 2 ədədinin isə metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 05 ədəd şəffaf sellafonda olan narkotik vasitə hesab edilən heroinə bənzər kütlə proses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmiş, ümumi çəkisi 2,65 qram, sarı rəngli sellafonda olan narkotik vasitə hesab edilən metafetaminə bənzər kütlələr proses iştirakşılarının iştirakı ilə elektron tərəzi ilə çəkilərək ümumi çəkisi 0,86 qram müəyyən edilmişdir. Həmin narkotik vasitə hesab edilən heroinə və metafetaminə bənzər kütlələrin tərkibini və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün özünün iştirakı ilə tərəflərindən müvafiq qaydada, 02 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid4 ifadəsinə uygun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş16 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 17 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 16 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/442 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddəyə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 05(beş) ədəd şəffaf polietilin kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,802 qaram, 0,370 qram, 0,350 qaram, 0,399 qram, 0,312 qaram, ümumi təmiz çəkisi 2,233 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddəyə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 2(iki) ədəd sarı rəngli politelin kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qaram, 0,350 qaram, ümumi çəkisi 0,698 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədiqata təqdim edilmiş bir ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Zərfdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısıın İİ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2022-ci il tarixli 724 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdə üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülü çıxardaraq həmin bükülünün içərisində olan kütlələrlə birlikdə çıxarıb təqdim etmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığına Bərdə Rayon Polis Şöbəsinin 25 iyun 2022-ci il tarixli cavabından görünür ki, Bərdə şəhəri Fizuli küçəsi döngə 1 ev 4 ünvanında yaşamış və həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni aldığı Aqşin adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər nаrkоtik vаsitələrin, psixotrop maddələrin və yа оnların prеkursоrlаrının satışı ilə məşğul olmuşdur. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 2018-ci il tarixdən mobil telefon işlətmir, onun adına Azercell, Bakcell, Narmobile operatorlarından nömrə qeydiyyat edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 08 iyul 2022-ci il tarixli 4049 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 25 aprel 2022-ci il tаriхli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsi ilə məhkum olunmuş, sonuncu dəfə Ucar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 iyul 2022-ci il tarixli sübutların qiymətəndirləməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,233 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,133 qram olan heroin, 0,698 qram, lakin ekspertiza təqdiqatından sonra qalıq qalmışümumi təmiz çəkisi 0,598 qram olan metamfetamin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 2,233 qram tədqiqatdan sonra 2,133 qram olan narkotik vasitə - heroin və ümumi təmiz çəkisi 0,698 qram təqdiqatdan sonra 0,598 qram olan psixotrop maddə - metamfetamin saxlama müddəti ərzində Bərdə rayon polis şöbəsinin “maddi sübutların saxlanması otağı”-nda saxlanılmasına verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ondan aşkar olunan narkotik vasitələri öz istifadəsi üçün əldə etməsi, heç kimə satmaması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 2,233 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və ümumi təmiz çəkisi 0,068 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamini və 05 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrı təmiz çəkiləri 0,802 qram, 0,370 qram, 0,350 qram, 0,399 qram və 0,312 qram olmaqla ümumi təmiz çəkisi 2,233 qram olan kustar üsula hazırlanmış narkotik vasitə heroin və 02 ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram və 0,350 qram olmaqla, ümumi təmiz çəkisi 0,698 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürməsi məhkəmədə tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının külli miqdardan dəfələrlə artıq olması, 2,233 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və ümumi təmiz çəkisi 0,068 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini və 05 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrı təmiz çəkiləri 0,802 qram, 0,370 qram, 0,350 qram, 0,399 qram və 0,312 qram olmaqla ümumi təmiz çəkisi 2,233 qram olan kustar üsula hazırlanmış narkotik vasitə heroin və 02 ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram və 0,350 qram olmaqla, ümumi təmiz çəkisi 0,698 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasınının yüngülləşdirən hallar olmamasını müəyyən etdi. Təqsirləndirilən şəxs cinayətin residivini törətməsi Azərbaycan Rеspublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 25 aprel 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsi ilə məhkum olunmuş, sonuncu dəfə Ucar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; məhkumluqları ödənilmiş hesab olunur. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilməlidir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikasının CM-nin 18.2.1-ci maddəsinə əsasən təhlükəli residiv hesab edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İşüzrə maddi sübut kimi tanınıb Bərdə rayon Polis şöbəsinə saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,233 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,133 qram olan heroin, 0,698 qram, lakin ekspertiza təqdiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,598 qram olan metamfetamin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 2,233 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,133 qram olan heroin, 0,698 qram, lakin ekspertiza təqdiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,598 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Bərdə Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə маddi subut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşüzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İşüzrə maddi sübut Bərdə rayon Polis Şöbəsinə saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üzərindən aşkar edilərək götürülmüş 2,233 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,133 qram olan heroin, 0,698 qram, lakin ekspertiza təqdiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,598 qram olan metamfetamin vəTəqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 2,233 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,133 qram olan heroin, 0,698 qram, lakin ekspertiza təqdiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,598 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi Bərdə Rayon Polis Şöbəsi və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəüzrə dövlət komissiyası” tərəfindən həyata keçirisin.Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə маddi subut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə 32,40 manat (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar