Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-372/2025 26.02.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X4 ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1976-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, "xxxx" QSC-də dülgər işləmiş, Bərdə rayonu, Türkmən kəndində qeydiyyatda olmaqla, tutulanadək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs keçmiş arvadı 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona xəyanət etməsində, ailəsinin dağılmasında, tək qalmasında və uşaqları ilə münasibətlərinin pozulmasında günahlandırdığı üçün, qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə 03 oktyabr 2024-cü il tarixdə, saat 08 radələrində Zərərçəkmiş şəxs işlədiyi Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən “təzə bazar” adlanan ticarət mərkəzinin Bərdə şəhəri, “Bakı” küçəsindən gəldikdə 2-ci giriş qapısı istiqamətində yerləşən 564 saylı mağazaya gedərək həmin mağazaya daxil olmuş və özü ilə gətirdiyi qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən əldə edərək üzərində gəzdirdiyi deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağı ilə Zərərçəkmiş şəxs bədən səthinin müxtəlif nahiyələrinə sonuncuya xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, xüsusi amansızlıqla çoxsaylı zərbələr yetirməklə sonuncuya qarının ön divarının epiqastral nahiyənin qarın boşluğuna nüfuz edən 02 ədəd, döş boşluğuna nüfuz edən 03 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilən cəmi 05 ədəd, sağ bazunun yuxarı-orta 1/3-nin öniç yan səthinin 01 ədəd, sağ saidin orta 1/3-nin arxa səthinin 01 ədəd, ön-bayır səthinin 02 ədəd, sağ mil-bilək oynağının arxa-bayır səthinin 02 ədəd, sol saidin yuxarı 1/3-nin arxabayır səthinin 02 ədəd, sol budun yuxarı 1/3-nin ön səthinin 01 ədəd, ön-bayır səthinin 01 ədəd, sol budun aşağı 1/3-nin arxa-bayır səthinin 01 ədəd, sol əl pəncəsinin arxa səthinin 01 ədəd, ovuc səthinin 01 ədəd, sol əlin V barmağının İİ-İİİ falanqasının bayır səthinin 01 ədəd, sol çiyin qurşağının üst-arxa səthinin 01 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma əlamətlərinə aid edilən cəmi 15 ədəd, yəni ümumilikdə 20 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs yerə yıxıldığından, onun ölməsi qənaətinə gələrək mağazadan çıxmış, mağazanın qarşısına toplanmış çoxsaylı şəxslər tərəfindən təcili tibbi yardımın çağırılması və həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi və gəzdirdiyi deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən qatlanan tipli ov bıçağı ilə xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun əvəllər də Zərərçəkmiş şəxs ilə mübahisələri olmuş, buna görə də işləmək üçün Bakı şəhərinə getmişdir. Gülnar ona qarşı anidən soyuq münasibətlər göstərmiş, daha sonra boşanmaq istəmişdir. O isə boşanmamaq üçün Zərərçəkmiş şəxs təkidlər etsə də, Gülnar boşanacağını bildirib onu polisə şikayət etmişdir. Bundan sonra o, arabir Bakı şəhərindən rayona gəlmiş və gəldiyi vaxt da aralarında dava yarandığı üçün dərhal çıxıb getmişdir. O yenidən mobil telefonla Zərərçəkmiş şəxs zəng edərək boşanmağı onun ağlına kimin saldığını, öz düşüncəsinin olmadığını bildirdikdə, Gülnar ona nalayiq ifadələr işlətmişdir. Bundan sonra o Zərərçəkmiş şəxs işlədiyi bazara gedən zaman, sonuncu ona “sən kişi olsan bura gəlməzsən” demiş və ona qarşı söyüşlü ifadələrdən istifadə etmişdir. Gülnarın işlətdiyi ifadələr onun qüruruna toxunmuş və ona bıçaqla zərbələr endirməyə başlamışdır. Daha sonra isə özünə bıçaqla 7 dəfə zərbə endirmişdir. O qəzəbli olduğu üçün çoxlu sayda bıçaq zərbəsi endirmiş və “Təcili tibbi yardım” ilk öncə Zərərçəkmiş şəxsı sonra isə onu xəstəxanaya aparmış və o 14 gün xəstəxanada qalmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, onların arasında mübahisə qısqanclığa və bazarın müdirinə görə baş vermiş, boşanmamışdan öncə o, Zərərçəkmiş şəxs demiş ki, “məndən boşansan gəlib səni də öldürəcəm, özümü də”. Onun üzərində həmişə bıçaq olmuşdur. Hadisə günü mağazaya girdikdə Zərərçəkmiş şəxs arxası ona tərəf əyilmiş vəziyyətdə mal yerləşdirmiş və o mağazaya xəbərsiz getmişdir. Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün onu təpiklə vurmuş, sonra isə bıçaqla zərbələr endirmişdir. Bıçaqla zərərçəkmiş şəxsin hansı nahiyəsinə zərbə endirdiyini xatırlamamış, lakin zərbələrin sayı təxminən 8 olmuşdur. O, 8 zərbə endirdikdən sonra zərərçəkmiş şəxsin öldüyünü ehtimal etmişdir. Onun niyyəti öldürmək yox qorxutmaq olmuşdur. Ölmək istədiyi üçün sonradan özünə də bıçaqla 7 dəfə xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, mağazada mal yerləşdirən zaman kürək nahiyəsinə zərbə dəydiyini hiss etmişdir. Geriyə dönən zaman Təqsirləndirilən şəxs əli havada bıçaqla görüb qışqırmış və həmin an sonuncu ona bıçaqla zərbə endirməyə başlamışdır. Təxminən 4 zərbə endirdikdən sonra stol qırılmış və o stolun altına yıxılmışdır. Stolun altında olan zaman sonuncu onun ayaq nahiyələrinə bıçaqla zərbələr endirmiş və çölə çıxıb “kim yaxına gəlsə öldürəcəm” deyə qışqırmışdır. Sonra bazarın polisi Mübariz adlı şəxs ona ilkin tibbi yardım göstərmişdir. Əlavə olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ona şiddət göstərdiyi üçün boşanmışlar və onu ölümlə təhdid etmişdir. Sonuncunun niyyəti onu öldürmək olmuş və ona 20 bıçaq zərbəsi endirmişdir. Ona zərbə endirdiyi zaman Təqsirləndirilən şəxs “mənim itirəcək heç nəyim yoxdu, elə bilirsən bəzənib ərə gedəcəksən?” kimi ifadələr işlətmişdir. O, sonuncunun çöldə insanlara “heç kəs yaxın gəlməsin, gələni öldürəcəm” deməsini eşitmiş, lakin özünə xəsarət yetirən zaman görməmişdir. Ona heç kim Təqsirləndirilən şəxs ayrılmağı üçün hədə-qorxu gəlməmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs həbs olunmaqdan qorxduğu üçün özünə xəsarət yetirdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o baş vermiş hadisəni görməmiş, baş verən hadisə barədə məlumatı ona dayısı vermişdir. Əlavə olaraq şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, yaşanan mübahisələr qısqanclıqla əlaqədar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, işdə olan zaman Zərərçəkmiş şəxs işlədiyi mağazadan səs-küy gəlmişdir. Səs-küyün haradan gəlməsinə baxmaq istəyərkən Təqsirləndirilən şəxs əlində bıçaq mağazadan çıxdığını görmüşdür. Təqsirləndirilən şəxs bıçaqla özünə xəsarət yetirmiş və 2-ci xəsarəti yetirən zaman onun oğlu “102” qaynar xəttinə zəng edib məlumat vermişdir. Sonra hadisə yerinə polislər və təcili tibbi yardım gəlmiş, Zərərçəkmiş şəxs yerdə qan içində olduğunu görmüşdür. Zərərçəkmiş şəxsin xəsarətləri daha çox olduğu üçün təcili tibbi yardım ilk onu, sonra isə Təqsirləndirilən şəxs aparmışdır. Əlavə olaraq şahid qismində dindirilmiş Şahid9 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, gələn qışqırtı qadın səsi olmuş və “vurma məni, vurma məni” ifadəsi eşitmişdir. Təqsirləndirilən şəxs əlində bıçaq olduğu üçün heç kim mağazaya yaxınlaşmamışdır. Gələn səs-küydən təxmini 5-6 dəqiqə sonra, Təqsirləndirilən şəxs mağazadan çıxdığını və özünə xəsarət yetirdiyini görmüşdür. Lakin o yaxınlaşmamış sadəcə kənardan baş verənləri izləmişdir. Sonuncu özünə xəsarət yetirdikdən sonra insanlar mağazaya daxil olmuş və zərərçəkmiş şəxsin yerdə ölümcül vəziyyətdə olduğunu görmüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o hadisə günü səs-küy eşitmiş və sonradan mübahisə yaşandığını öyrənmişdir. Əlavə olaraq şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs mağazası ilə onun mağazası arasında məsafə təxminən 20-25 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxsla yoldaşı mübahisə etmiş və o sonuncunu sinə nahiyəsi qanlı vəziyyətdə görmüşdür. Təqsirləndirilən şəxs hadisə yerində olan insanlara qarşı “heç kim yaxınlaşmasın” və “dovşanlar” ifadələrini işlətmişdir. Sonra Təqsirləndirilən şəxs çöldə dizlərini yerə qoyaraq uzanmışdır. Mübariz adlı şəxsin Zərərçəkmiş şəxs yardım etdiyini demişlər, lakin o görməmişdir. Eyni zamanda, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs “artıq boşanıbsız, o öz işi ilə məşğul olsun sən də mənimlə Ukraynaya gəl” demişdir. Həmin günün səhəri isə qonşusu gəlib ona baş verən hadisə barədə məlumat vermişdir. O da Təqsirləndirilən şəxs onlarla birlikdə Ukraynaya gedəcəkləri üçün, Zərərçəkmiş şəxsla vidalaşmağa getdiyini ehtimal etmişdir. Əlavə olaraq şahid qismində dindirilmiş Şahid6 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, mübahisələr Zərərçəkmiş şəxs narazı rəftarı nəticəsində baş vermişdir. Təqsirləndirilən şəxs üzərində həmişə bıçaq olmuşdur. Eyni zamanda, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, baş vermiş hadisəni görməmiş, onun sonradan məlumatı olmuşdur. Əlavə olaraq şahid qismində dindirilmiş Şahid10 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, o hadisə anını görməmiş və ona bu barədə zəng vasitəsi ilə xəbər vermişlər. Xəstəxanada Təqsirləndirilən şəxs nə üçün Zərərçəkmiş şəxs yanına getdiyini soruşduqda, sonuncu “mən onunla vidalaşmağa getmişdim” demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid18 ifadəsində bildirmişdir ki, hadisə günü işə gec gəlmiş və o gəldikdə hadisə artıq bitmişdir. Əlavə olaraq, şahid qismində dindirilmiş Şahid18 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, ona Təqsirləndirilən şəxs zərərçəkmiş Gülnarı bıçaqladığını və sonra özünə xəsarət yetirdiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirmişdir ki, o sifariş olunan çayı müştəriyə aparıb geri qayıdan vaxt Təqsirləndirilən şəxs arvadını bıçaqlamışdır. O sadəcə, Təqsirləndirilən şəxs özünə bıçaqla xəsarət yetirməsini görmüşdür. Əlavə olaraq, şahid qismində dindirilmiş Şahid15 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, o kənarda olduğu üçün səs eşitməmiş, hadisə yerinə getikdə Təqsirləndirilən şəxs dizi üstə yerə çökdüyünü görmüşdür. Polis gələnədək heç kim sonuncuya yaxınlaşmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsində bildirmişdir ki, hadisə təxminən səhər saat 08 radələrində baş vermiş, qışqırtı səsini eşidən zaman kömək üçün hər-hansısa bir şəxsi çağırmaq üçün qaçmışdır. Əlavə olaraq, şahid qismində dindirilmiş Şahid17 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxsla onun mağazası qarşı-qarşıya olmuşdur. O, 2-ci dəfə qadın qışqırtı səsini eşitdikdə, kiminsə vurulduğunu başa düşmüşdür. Mühafizəni çağırıb qayıtdıqda isə Təqsirləndirilən şəxs çöldə özünə bıçaqla xəsarət yetirdiyini görmüşdür. Onun əlində bıçaq olduğu üçün müdaxilə etməmişdir. Ayazın özünə xəsarət yetirdiyi əsnada yenidən Zərərçəkmiş şəxs yanına girməyini xatırlamamış və sonuncunun əlindəki bıçaq qanlı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, bazarda nəzarətçidir. Səhər saat təxminən 08 radələrində bir nəfər şəxs ona yaxınlaşıb, “orada adam bıçaqlayırlar” deyə bildirmişdir. Hadisə yerinə yaxınlaşanda Təqsirləndirilən şəxs əlində bıçaqla mağazadan çıxdığını görmüşdür. Şahid17 məxsus mağazanın qarşısında “əlindəkini tulla yerə” deyə qışqırmışdır. Yaxınlıqdakı şəxslər “içərdəki ölür” deyə bildirdikdə, mağazaya daxil olub Zərərçəkmiş şəxs stolun altında qanlar içində uzandığını görmüşdür. Orada Zərərçəkmiş şəxs satdığı paltarlardan istifadə edərək ilkin tibbi yardım göstərmiş və sonra “102 qaynar xətt”-inə zəng etmişdir. Təqsirləndirilən şəxs isə özünə xəsarət yetirməsi ilə bağlı məlumatı olmamışdır. Əlavə olaraq, Şahid qismində dindirilmiş Şahid14 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əlində bıçaqla Şahid17 mağazasının qarşısında olmuşdur. O kömək etmək üçün mağazaya daxil olmuşdur. İçəri ilk girdikdə Zərərçəkmiş şəxsı görməmiş, qapıdan çıxan əsnada “Mübariz kömək et, qoyma ölüm” dediyini eşitmişdir. Təqsirləndirilən şəxs yıxıldığı anı görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, mağazada olan zaman səs-küy eşidib çölə çıxmışdır. Sağ tərəfə baxanda Təqsirləndirilən şəxs özünə bıçaqla xəsarət yetirdiyini görmüşdür. Sonuncu 2 dəfə qarın nahiyəsinə, 1 dəfə də yuxarı hissəsinə zərbə endirmişdir. O Təqsirləndirilən şəxs yaxınlaşıb biləyindən tutmuş, bıçağı alıb stolun kənarına qoymuşdur. Təqsirləndirilən şəxs sağ tərəfə çəkəndə dizləri üstə yerə yıxılmışdır. Zərərçəkmiş şəxs içəridə olduğunu sonradan bilmişdir. 1-ci gələn təcili tibbi yardım Zərərçəkmiş şəxsı, 2-ci isə Təqsirləndirilən şəxsı aparmışdır. Əlavə olaraq, şahid qismində dindirilmiş Şahid13 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə yerində çox adam olmuş, Təqsirləndirilən şəxs yaxınlaşanda nəsə demiş, lakin o nə dediyini xatırlamamışdır. Zərərçəkmiş şəxs olduğu mağazaya daxil olmamış və onun da xəsarət aldığını sonradan bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, o bazarda fərdi əməklə məşğuldur. Səhər Zərərçəkmiş şəxs mal daşımaq üçün kömək etmiş, lakin hadisəyə şahid olmamışdır. Təqsirləndirilən şəxs isə avtomobil yolunun üzərində uzandığını görmüşdür. Əlavə olaraq, şahid qismində dindirilmiş Şahid12 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Gülnarı bıçaqladığını görmüş, hadisənin nə səbəbdan baş verdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, boşandıqdan sonra atası Təqsirləndirilən şəxs belə bir hadisə törədəcəyini söyləmişdir. O, bazarda olmamış, ona hadisə ilə bağlı həyat yoldaşı məlumat vermişdir. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs polisə müraciəti olmuş, müvafiq araşdırma çərçivəsində Təqsirləndirilən şəxs və Gülnardan izahat almışdır. Ayazla profilaktiki söhbətlər aparılmışdır. Əvvəl də təhqiqat bölməsində onlar arasında olan mübahisələr ilə bağlı araşdırma olmuş, lakin Zərərçəkmiş şəxs barışdığı üçün işə xitam verilmişdir. Əlavə olaraq, şahid qismində dindirilmiş Şahid16 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs Ayaz barədə əvvəllər olan müraciətinin məzmunu, sonuncunun onu narahat etməsi və ünvanına təhqirlər ünvanlaması ilə bağlı olmuşdur. Hadisə baş verən zaman orada olmamışdır. Eyni zamanda, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman orada olmamış və hadisəni bilavasitə görməmişdir. Əlavə olaraq şahid qismində dindirilmiş Şahid11 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxsla Gülnarın tez-tez mübahisələri olmuş və bu mübahisələr onlar boşandıqdan sonra da davam etmişdir. Onun yanında olan vaxt Ayaz Zərərçəkmiş şəxs təhqir etməmişdir. Baş verən hadisə barədə sonradan məlumatı olmuşdur. Eyni zamanda, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o Bərdə rayonunda yerləşən “Təzə Bazar”-da dönərxana işlətmiş, hadisə günü təxminən səhər saat 08 radələrində çöldən qışqırtı səsləri gəlmişdir. İlk başda səsin haradan gəldiyi məlum olmamış, lakin çölə çıxdıqda səslərin Zərərçəkmiş şəxs obyektindən gəldiyi ona məlum olmuşdur. Valideyini yanında olduğu üçün hadisə yerinə yaxınlaşmamış, Təqsirləndirilən şəxs özünə bıçaqla xəsarət yetirməsini də görmüşdür. Mübariz adlı şəxs də Zərərçəkmiş şəxs köməklik etmişdir. Əlavə olaraq, şahid qismində dindirilmiş Şahid8 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, onun obyekti Zərərçəkmiş şəxs mağazasının sağındadır. O sadəcə qışqırtını eşitmiş və Təqsirləndirilən şəxs mağazadan çıxdığını görmüşdür. Zərərçəkmiş şəxs əvvəllər hər-hansı kənar şəxslə görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o baş vermiş hadisəni şəxsən görməmişdir. Əlavə olaraq, şahid qismində dindirilmiş Şahid7 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisədən bir gün əvvəl Təqsirləndirilən şəxsla birlikdə olmuş, lakin sonuncu törədəcəyi əməl barədə heç nə deməmişdir. Sonuncu Zərərçəkmiş şəxs onun yanında hədələməmişdir. Təqsirləndirilən şəxs ona bütün pulunu övladına xərclədiyini və onu ölüm həddinə çatdırdıqlarını demişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Bərdə şəhər, Aydın Əhmədov küçəsi, ev 41-də yaşayır. Ailəlidir, bir qız övladı var. 2010-cı il tarixdən Bərdə şəhər "xxxx" MMC-də icarəyə götürdüyü mağazada geyim əşyalarının satışı ilə məşğul olur. "xxxx" insanlar arasında “Təzə bazar” kimi tanınır. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs və onun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki tanıyır. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs onun mağazası ilə üzbəüz mağazada geyim və xırdavat əşyalarının satışı ilə məşğul olurmuş. Arada sadəcə maşın yolu vardır. Ayazı da bir neçə dəfə mağazaya gələndə görmüşdür. O, hər gün səhər tezdən təxminən saat 8 radələrində işdə olur. Eyni qayda ilə 03 oktyabr 2024-cü il tarixdə də səhər saat 8 radələrindən işə getmişdir. Mağazada mallarını yerbəyer edirmiş. Qışqırıq səsi gəlmiş, səsin Gülnarın mağazasından gəldiyini başa düşmüş, amma, elə bilmişdir ki mağazaya it girib bu səbəbdən Gülnar qışqırır. Belə ki, həmin ərazidə bir yekə it var, gəlib onun da Gülnarın da, digər şəxslərin də mağazalarına girir. O, mağazalarına girəndə Gülnar da o, da qışqırırmışlar. Bu səbəbdən o, heç çölə çıxmamışdır. Elə biraz sonra ətrafdan çoxlu insanların səsi gəlməyə başlamışdır. Pəncərədən baxanda insanların onların mağazanın ətrafına yığıldığını görmüşdür. Çölə çıxanda Təqsirləndirilən şəxs onun mağazasına doğru asfaltın üstündə qanlar içərisində uzanıqlı vəziyyətdə görmüşdür. Tez qorxub qapını örtüb içəri keçmişdir. Özü dərman tapıb atmış və əlləri ilə qulağını tutmuşdur ki, çöldəki səsləri eşitməsin. Sonradan polislər gəlmişdir. Hərkəsi hadisə yerindən kənarlaşdırmışdılar. Təcili yardım maşınları gəlib Gülnarı və Ayazı xəstəxanaya aparmışdılar. Şahid4 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər bazara gəlib-getməsi, Zərərçəkmiş şəxs narahat etməsi halının şahidi olmamışdır. Düzü onun Gülnarla elə yaxın münasibəti yox imiş. Yəni, bir araya gəlib söhbət edib ailələrinin haqqında danışmırmışlar. Bu səbəbdən onun özündən də belə bir şey eşitməmiş və ya görməmiş. O, Gülnarın hansısa başqa şəxslə danışdığını və ya görşüdüyünü görməmiş və ya eşitməmişdir. Qeyd edilən hal barədə məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 4(021)-143/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 23 (iyirmi üç) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 oktyabr 2024-cü il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bərdə Müalicə və Diaqnostika Mərkəzinin tibb bacısı Şəlalə Əliyeva Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilən zaman əynindən çıxarılan 01 cüt qara rəngli hündür daban ayaqqabı, 01 ədəd qara rəngli iç tərəfində “ymr moda, made in Turkey” sözləri yazılan şalvar, 01 ədəd qara rəngli qadın alt paltarı, 01 ədəd ağ-qara zolaqlı qadın qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli sepli və papaqlı gödəkcəni, 01 ədəd paketdə içərisində 01 ədəd qızılı rəngli üzük, 01 ədəd qızılı rəngli sırğa, 01 ədəd qara rəngli qol saatı və 01 ədəd şəffaf rəngli qabı olan 01 ədəd mavi rəngli “samsung” markalı telefonu, həmçinin Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərilən zaman əynindən çıxarılan 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd göy rəngli uzunqol köynək, 01 ədəd boz rəngli mayka, 01 ədəd tünd göy rəngli cins şalvar və şalvarın üzərində olan qara rəngli kəməri, 01 ədəd kibrit qutusu, 01 ədəd 01 manat, 01 ədəd 05 manat, 01 ədəd 10 qəpik olmaqla ümumilikdə 06 manat 10 qəpik pul əskinazı, 01 ədəd göy rəngli cib dəsmalı, 01 ədəd ”carbon” markalı siqaret paçkasını və 01 ədəd “samsung” markalı telefonu təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 oktyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bərdə rayon, Güloğlular kənd ərazisində yerləşən “təzə bazar” adlanan ticarət mərkəzinin 2-ci giriş qapısından 55 metr içəriyə doğru sol kənar hissəsidir. Hadisə yerinə baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik 01 ədəd üzərində qana bənzər ləkələr olan tünd qəhvəyi qulplu bıçaq və qan nümunələri qanunamüvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 oktyabr 2024-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə, təxminən saat 08:00 radələrində Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə bıçaqla zərbə vurduğu yeri və şəraiti göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 15 oktyabr 2024-cü il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 noyabr 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı verdikləri ifadələrdə ziddiyətlər olan zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə qarşı ailəsini dağıtdığına, xəyanət etdiyinə görə günahlandırdığından qisas almaq üçün sonuncunun işlədiyi mağazaya getdiyini, orada Gülnarın onu təhqir etməsindən, qovmasından sonra bıçaqla zərbələr vurduğunu, bıçaq zərbələri vuran zaman yalvarmadığını, bıçaqla zərbə vuran zaman çölə çıxıb heç kimi hədələmədiyini bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı heç vaxt ona xəyanət etmədiyini, mağazaya gələn zaman onu təhqir etmədiyini və qovmadığını, aşağı əyilmiş vəziyyətdə yerdən malları götürən zaman Ayazın birbaşa içəri girib təpiklə onu vurub yerə yıxdığını və bıçaqla xəsarət yetirməyə başladığını, onu bıçaqlayan zaman çölə çıxıb oradakı insanları hədələyib kömək etməyə qoymadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 867 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- qarının ön divarının epiqastral nahiyənin qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd, döş boşluğuna nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaralärı, sol tərəfli hemopnevmatoraks, döş qəfəsi, qarın boşluğu, yuxarı və aşağı ətrafların çoxsaylı (15 ədəd) deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alət (alətlər) ola bilsin bıçaq təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə: döş və qarın boşluğuna nüfuz etmiş 5 (beş) ədəd daxili orqanların zədələnməsinə səbəb olmuş deşilmiş-kəsilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya; sağ bazunun yuxarı-orta 1/3-nin ön-iç-yan səthinin 1 (bir) ədəd, sağ saidin orta 1/3-nin arxa səthinin 1 (bir) ədəd, ön-bayır səthinin 2 (iki) ədəd, sağ mil-bilək oynağının arxa-bayır səthinin 2 (iki) ədəd, sol saidin yuxarı 1/3-nin arxa-bayır səthinin 2 (iki) ədəd, sol budun yuxarı 1/3-nin ön səthinin 1 (bir) ədəd, ön-bayır səthinin 1 (bir) ədəd, sol budun aşağı 1/3nin arxa-bayır səthinin 1 (bir) ədəd, sol əl pəncəsinin arxa səthinin 1 (bir) ədəd, ovuc səthinin 1 (bir) ədəd, sol əlin V barmağının İİ-İİİ falanqasının bayır səthinin 1 (bir) ədəd, sol çiyin qurşağının üst arxa səthinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin lokalizasiyasına və digər xarakterik xüsusiyyətlərinə görə demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir, həmçinin, həmin xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaq və yaxud həmin bıçağın xarakterik konstruktiv xüsusiyyətlərinə malik digər bıçaqlar təsirindən törənə bilmələri inkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 818 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- daxili qanaxma, sol döş boşluğuna keçən 3 (üç) ədəd və qarının ön divarının daxilə keçən 3 (üç) ədəd, döş qəfəsi nahiyəsinin 1 (bir) ədəd boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası, sol ağ ciyərin üst payının zədələnməsi, döş qəfəsinin sol yarısında V-Vİ qabırğanın iti uclu sınıqları, döş sümüyünün kəsilməsi deşici-kəsici alət (alətlər) ola bilsin bıçaq təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin lokalizasiyasına və digər xarakterik xüsusiyyətlərinə görə demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilə bilmələri, həmçinin həmin xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaq və yaxud həmin bıçağın xarakteri konstruktiv xüsusiyyətlərinə malik digər bıçaqlar təsirindən törənə bilmələri inkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 827 nömrəli rəyindən görünür ki, Məhkəmə psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər (X15 Dispanserindən verilmiş xx.xx.2024-cü il tarixli, 141 saylı arayış, Bərdə RMX PHŞ-dan verilmiş xx.xx.2024-cü il tarixli arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinələrin nəticələri (müayinə zamanı onda az ifadəli emosional davamsızlıq müşahidə edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, qavrama, yaddaş, təfəkkür və intellekt pozuntusu aşkar edilməməsi, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, törətdiyi əmələ qarşı tənqidi münasibət bəsləməklə həmin əməldən peşiman olduğunu söyləməsi və s) sübut edir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Ekspert psixoloq belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs halhazıradək olan dövr ərzində hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, öz hərəkətlərini ölçüb-biçmək və ya onlara hesabat vermək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl, cinayət əməlini törədən zaman və ondan sonrakı dövrdə, həmçinin hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqət pozulmasından və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi olmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmamışdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Hal-hazırda təqsirləndirilən şəxsin psixi vəziyyətində hər hansı pozuntu aşkar edilmir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə - Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqmda məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs törətmiş olduğu qanunazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 751/2024-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs portaldan çıxarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu O (İ)-dir. Təqsirləndirilən şəxs portaldan çıxarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu O (İ)-dir. Ekspertizaya təqdim edilmiş, 01 ədəd bıçaq, 02 ədəd pambıq tampon, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, kəmər, alt mayka, kofta, 01 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus 01 cüt qısaboğaz çəkmə, gödəkcə, alt mayka, tuman, şalvar və kofta üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrup mənsubiyyəti tədqiq olunduqda yalnız «H» antigeni alındı, aqqlyutininlər alınmadı. Bu qan ləkələri Oalfabeta/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 530-2024/MTKŞ nömrəli ekspert rəyindən görünür, Ekspetizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs qızma məxsus sviterin ön səthinin sağ-orta yarısının yuxan hissəsində 01 (bir) ədəd, ön səthinin sol yansının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol-orta hissəsinin orta nahiyəsində 01 (bir) ədəd, arxa səthinin sol yansımn orta hissəsində 03 (üç) ədəd, arxa səthinin sol yansmın yuxan hissəsində 02 (iki) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd və sol qolunun arxa səthində 01 (bir) ədəd (cəmi 10 (on) ədəd); maykanın ön səthinin sağ yansının orta hissəsində 01 (bir) ədəd, ön səthinin orta nahiyəsinin yuxan hissəsində 02 (iki) ədəd və ön səthinin sağ- orta hissəsinin orta nahiyəsində 01 (bir) ədəd (cəmi 04 (dörd) ədəd); şalvann ön səthinin sol yansımn yuxan hissəsində 02 (iki) ədəd, sol ayaqlığının bayır səthinin yuxan hissəsində 01 (bir) ədəd, sol ayaqlığının orta səthinin yuxan hissəsində 01 (bir) ədəd və sol ayaqlığının arxa səthinin orta hissəsində 01 (bir) ədəd (cəmi 05 (beş) ədəd); retuzun bir ayaqlığının orta hissəsində 02 (iki) ədəd; gödəkçənin ön səthinin sol yansımn aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının yuxan hissəsində 02 (iki) ədəd, ön səthinin sağ yansımn yuxan hissəsində 05 (beş) ədəd, ön səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin orta nahiyəsinin yuxan hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yansının yuxan hissəsində 01 (bir) ədəd, sol qolunun ön səthinin aşağı hissəsində 01 (bir) ədəd, sol qolunun arxa səthinin aşağı hissəsində 02 (iki) ədəd, sağ qolunun arxa səthinin aşağı hissəsində 01 (bir) ədəd və sağ qolunun üst hissəsində 02 (iki) ədəd (cəmi 17 (on yeddi) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. - Ekspetizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs qızma məxsus gödəkçənin kapuşonun sol yan səthi üzərində bir ədəd səthi kəsilmiş zədə vardır. Bu zədə iti kənara malik olan hər hansı bir iti alətin kəsici kənarının təsirindən törənməyə xarakterikdir. - Ekspetizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs qızma məxsus gödəkçənin ön səthinin sağ yansının yuxarı hissəsində bir ədəd və şalvann ön səthinin sol yansının yuxarı hissəsində bir ədəd (cəmi 02 (iki) ədəd) fasiləli dəlib-keçən və keçməyən zədələr vardır. Bu zədələr kombinə olunmuş deşilmiş-kəsilmiş və səthi kəsilmiş zədələrdir və iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənməyə xarakterikdirlər. - Ekspetizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs qızma məxsus makyanın ön səthinin sol yansının yuxan və aşağı hissələrində 02 (iki) ədəd kənari kəsilmiş zədələr vardır. Bu zədələr iti kənara malik olan hər hansı kəsici alətin (alətlərin/predmetin (predmetlərin)) təsirindən törənməyə xarakterikdirlər. - Ekspetizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus bir cüt ayaqqabımn üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus qısaqollu (şərti 1 №-li) köynəyin ön səthinin sol yansımn aşağı hissəsində 02 (iki) ədəd, ön səthinin sol yansımn orta hissəsində 02 (iki) ədəd, ön səthinin sol yarısının yuxan hissəsində 01 (bir) ədəd və ön səthinin sağ yarısının orta-aşağı hissəsində 01 (bir) ədəd (cəmi 06 (altı) ədəd); uzunqollu (şərti 2 №-li) köynəyin ön səthinin sol yansının aşağı hissəsindi yansının orta hissəsində 01 (bir) ədəd, ön səthinin sol yansının və ön səthinin sağ yansının aşağı-orta hissəsində 01 (bir) ədəd ( isə, ön səthinin sol yarısının orta hissəsində 03 (üç) ədəd, ör hissəsində 03 (üç) ədəd və ön səthinin sağ yarısının orta hissəsində 01 (bir) ədəd (cəmi 07 (yeddi) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsid alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. - Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus şalvar, kəmər və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşid-kəsid xassəyə malik soyuq silahdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertiasının xx.xx.2024-cü il tarixli, 1958 nömrəli rəyinə əsasən Qasımov X5 vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 27623 nömrəli məktub və məktuba əlavə edilmiş 01 (bir) ədəd “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış keçirən zaman 01 ədəd “17154-xx.xx.2024” adlı 01 (bir) ədəd “ZİP-RAR” formatlı arxiv faylı aşkar edildi. Qeyd olunan faylarda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. Qeyd olunanlardan başqa diskə baxış keçirilən zaman sübut əhəmiyyəti kəsb edən əlavə məlumat aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus telefona baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətə malik olan hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus telefona baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətə malik olan hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Penitensiar Xidmətin 2 saylı istintaq təcridaxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-in əməkdaşları tərəfindən təcridxanaya təhvil verilən zaman həkim müayinəsində sağ əlin baş barmağında, sol döş qəfəsində və qarının ön nahiyəsində çox saylı kəsilmiş, cərrahi tikiş qoyulmuş yaralar aşkar edilmiş, şəxs Bərdə rayonunda törətdiyi cinayət hadisəsi zamanı əsəbi vəziyyətdə üzərində olan bıçaqla özünə xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, hadisə yerinin baş verdiyi ərazidə kameranın olması müəyyən edilməmiş, eyni zamanda hadisəni bilavasitə görən şəxslərin rayon prokurorluğuna gəlmələri təmin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli,10091 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:20 radələrində Bərdə RMX-ın TTTY şöbəsinə təcili yardım tərəfindən ağır vəziyyətdə gətirilmiş, xəstə təcili cərrahi əməliyyata götürülmüşdür. İlkin diaqnoz: Hər iki yuxarı ətrafın, sol budun çoxsaylı kəsilmiş-deşilmiş yaraları. Gövdənin sol döş və qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yaraları. Kəskin qanitirmə. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 10090 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə , saat 08:25 radələrində Bərdə RMX-ın TTTY şöbəsinə təcili yardım tərəfindən ağır vəziyyətdə gətirilmiş, xəstə təcili cərrahi əməliyyata götürülmüşdür. İlkin diaqnoz: Gövdənin sol döş və qarın boşluğuna nüfuz edən çoxsaylı kəsilmiş deşilmiş yaraları. Kəskin qanitirmə. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 1029 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs cərrahiyə şöbəsində müalicəsi davam etdirilir. Diaqnoz: Sol döş boşluğuna üç ədəd və qarının ön divarının daxilə keçən üç ədəd kəsilmiş deşilmiş yarası. To1.8 sol ağciyərin üst payının zədələnməsi və qabırğaların (V- Vİ) sınığı. Daxili qanaxma. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RMX-ın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-ın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser müşahidəsində deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X2 Sistemindən daxil olan məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə sorğu verilmiş və məhkumluğunun olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" QSC-dən daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs QSC-də xx.xx.2023-cü il tarixdə usta köməkçisi kimi işə götürülmüş və xx.xx.2024-ü il tarixdə 342 №-li əmrlə əmək müqaviləsinin müddəti qurtardığından əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı “Nikahın pozulması” tələbinə dair iddiası rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (9021)-1418/2024 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs barəsində 3 il ərzində başqa mülki, cinayət və inzibati işlərə baxılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bərdə RPŞ-in TB-də Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı araşdırma aparılmış, Zərərçəkmiş şəxs araşdırma gedişində şikayətinin olmaması ilə əlaqədar ərizə vermiş və xx.xx.2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə polis şöbəsinə müraciət edərək boşanma müddətində olduğu əri Təqsirləndirilən şəxs tərəfindən təhqir edildiyini və narahat edildiyini bildirmiş, tərəflərin izahatı alınmış və müvafiq olaraq Bərdə RPŞ-in İTB-in sahə polisləri Şahid16 və Taleh Dadaşov tərəfindən hüquq pozuntusu qeydə alınmadığından işə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RİHB-in Mirzəxan-Qaraqoyunlu İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 868 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon, Türkmən kəndində yaşayır. Ailə üzvləri-anası X6, oğlu- Şahid1, qızı-X7r. Təqsirləndirilən şəxs özünü cəmiyyətdə, kənddə daim nizam-intizamlı aparır. Yaşadığı kənddə əxlaqlı, böyük-kiçik yeri bilən şəxs kimi tanınır. Ərazidə yaşadığı müddətdə vətənpərərliyi, əməksevərliyi və işgüzarlığı ilə fərqlənmişdir. Onun və ya ailə üzvüləri barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RİHB-in Mirzəxan-Qaraqoyunlu İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 869 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Bərdə rayon, Türkmən kəndində yaşayır. Ailə üzvləri- oğlu Şahid1, qızı- X7r. Zərərçəkmiş şəxs özünü ailədə, kənddə daim nizam-intizamlı aparır. Yaşadığı kənddə , böyük-kiçik yeri bilən şəxs kimi tanınır. Ona görə də kənd ictimaiyyəti, qohum və qonşular arasında böyük hörməti var. Onun və ya ailə üzvüləri barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Zərərçəkmiş şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 228.4-cü maddələrinə tövsif edilmiş və ona yenidən ittiham elan olunmuş, bununla yanaşı 01 ədəd bıçaq, 02 ədəd qan nümunələri, Zərərçəkmiş şəxs məxsus 01 cüt qara rəngli hündür daban ayaqqabı, 01 ədəd qara rəngli iç tərəfində “ymr moda, made in Turkey” sözləri yazılan şalvar, 01 ədəd qara rəngli qadın alt paltarı, 01 ədəd ağ-qara zolaqlı qadın qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli sepli və papaqlı gödəkcə, Təqsirləndirilən şəxs məxsus 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd göy rəngli uzunqol köynək, 01 ədəd boz rəngli mayka, 01 ədəd tünd göy rəngli cins şalvar və şalvarın üzərində olan qara rəngli kəmər Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılması üçün təhvil verilmiş, 01 ədəd “DVD” disk və 01 ədəd “CD” disk isə iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında verdiyi ifadəsində, Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, sadəcə Gülnarın ona “sən mənə heç nə edə bilməzsən, məni saxlayan adam çox güclüdür” kimi ifadələr işlətməsi, eyni zamanda ona xəyanət etməsinə əsaslı şübhələrinin olması kimi halların onun qüruruna toxunduğunu, buna görə də Gülnarın işlədiyi bazara gələrək, Gülnardan mobil telefonunda dediklərinin həqiqət olub-olmadığın soruşduğu zaman, Gülnarın yenidən ona nalayiq ifadə işlədərək üzünü çevirib işinə davam etmək istədiyi an, Gülnara bıçaq zərbələri endirməyə başladığını, həmin vaxt özündə olmadığını və təxminən ümumilikdə 7-8 ədəd bıçaq zərbəsi vurduğunu, ittihamda qeyd olunan sayda bıçaq zərbəsi vurmadığını, Gülnarı həyatdan məhrum etmək niyyətinin olmadığını, onu yanlız qorxutmaq istədiyini, həmçinin hadisəni törətdiyi bıçağın hər zaman işlətdiyi cib bıçağı olduğunu, ov bıçağı olmadığını bildirməsinə dair göstərdiyi sözügedən xüsusatlar, iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (təqsirləndirilən şəxsin istidai istintaq zamanı ilkin ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, keçirilmiş çoxsaylı istintintaq hərəkətləri, protokollar, ekspert rəyləri və.s) tamamilə təkzib edilmişdir. Belə ki, Məhkəmə tərkibi təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar ilə bağlı bildirməyi vacib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməkdə niyyətinin sonuncunu həyatdan məhrum etməyə yönəlmədiyini, sadəcə qorxutmaq məqsədi daşıdığını məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etsə də, istər zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin lokalizasiyası, istərsə də, təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışları özü-özlüyündə belə bir niyyətin mövcudluğunu təkzib edir. Eyni zamanda yetirilmiş xəsarətlərin sayına nəzərə salarkən belə qənaətə gəlmək olur ki, Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarına zərər yetirərək onu həyatdan məhrum etməklə yanaşı, həmçinin bədəninin digər nahiyyələrinə də çoxsaylı xəsarətlər yetirməklə bir növ şüurlu şəkildə öz aqresiyasını göstərərək, zərərçəkmiş şəxsi hətda xüsusi iztirablar verməklə həyatdan məhrum etmək olmuş, bundan sonra Təqsirləndirilən şəxs zərərçəkmişə yetirdiyi xəsarətlər nəticəsində onu həyatdan məhrum etdiyini zənn edərək (özünün də ifadəsində qeyd etdiyi kimi) ona zərbələr endirməyi dayandırmışdır. Bundan başqa, 06 noyabr 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı verdikləri ifadələrdə ziddiyətlər olan zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə qarşı ailəsini dağıtdığına, xəyanət etdiyinə görə günahlandırdığından qisas almaq üçün sonuncunun işlədiyi mağazaya getdiyini, orada Gülnarın onu təhqir etməsindən, qovmasından sonra bıçaqla zərbələr vurduğunu, bıçaq zərbələri vuran zaman yalvarmadığını, bıçaqla zərbə vuran zaman çölə çıxıb heç kimi hədələmədiyini bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı heç vaxt ona xəyanət etmədiyini, mağazaya gələn zaman onu təhqir etmədiyini və qovmadığını, aşağı əyilmiş vəziyyətdə yerdən malları götürən zaman Ayazın birbaşa içəri girib təpiklə onu vurub yerə yıxdığını və bıçaqla xəsarət yetirməyə başladığını, onu bıçaqlayan zaman çölə çıxıb oradakı insanları hədələyib kömək etməyə qoymadığını bildirmişdir. Həmçinin, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 867 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- qarının ön divarının epiqastral nahiyənin qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd, döş boşluğuna nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaralärı, sol tərəfli hemopnevmatoraks, döş qəfəsi, qarın boşluğu, yuxarı və aşağı ətrafların çoxsaylı (15 ədəd) deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alət (alətlər) ola bilsin bıçaq təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə: döş və qarın boşluğuna nüfuz etmiş 5 (beş) ədəd daxili orqanların zədələnməsinə səbəb olmuş deşilmiş-kəsilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya; sağ bazunun yuxarı-orta 1/3-nin ön-iç-yan səthinin 1 (bir) ədəd, sağ saidin orta 1/3-nin arxa səthinin 1 (bir) ədəd, ön-bayır səthinin 2 (iki) ədəd, sağ mil-bilək oynağının arxa-bayır səthinin 2 (iki) ədəd, sol saidin yuxarı 1/3-nin arxa-bayır səthinin 2 (iki) ədəd, sol budun yuxarı 1/3-nin ön səthinin 1 (bir) ədəd, ön-bayır səthinin 1 (bir) ədəd, sol budun aşağı 1/3-nin arxa-bayır səthinin 1 (bir) ədəd, sol əl pəncəsinin arxa səthinin 1 (bir) ədəd, ovuc səthinin 1 (bir) ədəd, sol əlin V barmağının İİ-İİİ falanqasının bayır səthinin 1 (bir) ədəd, sol çiyin qurşağının üst arxa səthinin 1 (bir) ədəd kəsilmişdeşilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin lokalizasiyasına və digər xarakterik xüsusiyyətlərinə görə demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir, həmçinin, həmin xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaq və yaxud həmin bıçağın xarakterik konstruktiv xüsusiyyətlərinə malik digər bıçaqlar təsirindən törənə bilmələri inkar olunmur. Əlavə olaraq, məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 530-2024/MTKŞ nömrəli ekspert rəyinə əsasən, Ekspetizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs qızma məxsus sviterin ön səthinin sağ-orta yarısının yuxan hissəsində 01 (bir) ədəd, ön səthinin sol yansının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin solorta hissəsinin orta nahiyəsində 01 (bir) ədəd, arxa səthinin sol yanının orta hissəsində 03 (üç) ədəd, arxa səthinin sol yarısının yuxan hissəsində 02 (iki) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd və sol qolunun arxa səthində 01 (bir) ədəd (cəmi 10 (on) ədəd); maykanın ön səthinin sağ yansının orta hissəsində 01 (bir) ədəd, ön səthinin orta nahiyəsinin yuxan hissəsində 02 (iki) ədəd və ön səthinin sağ- orta hissəsinin orta nahiyəsində 01 (bir) ədəd (cəmi 04 (dörd) ədəd); şalvann ön səthinin sol yarısının yuxan hissəsində 02 (iki) ədəd, sol ayaqlığının bayır səthinin yuxan hissəsində 01 (bir) ədəd, sol ayaqlığının orta səthinin yuxan hissəsində 01 (bir) ədəd və sol ayaqlığının arxa səthinin orta hissəsində 01 (bir) ədəd (cəmi 05 (beş) ədəd); retuzun bir ayaqlığının orta hissəsində 02 (iki) ədəd; gödəkçənin ön səthinin sol yansımn aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının yuxan hissəsində 02 (iki) ədəd, ön səthinin sağ yarısının yuxan hissəsində 05 (beş) ədəd, ön səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin orta nahiyəsinin yuxan hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yarısının yuxan hissəsində 01 (bir) ədəd, sol qolunun ön səthinin aşağı hissəsində 01 (bir) ədəd, sol qolunun arxa səthinin aşağı hissəsində 02 (iki) ədəd, sağ qolunun arxa səthinin aşağı hissəsində 01 (bir) ədəd və sağ qolunun üst hissəsində 02 (iki) ədəd (cəmi 17 (on yeddi) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. -Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşid-kəsid xassəyə malik soyuq silahdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, onlara istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal hesab edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə yoxdur. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməllərlə (hərəkətlərlə) Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsini rəhbər tutub, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət və ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Təqsirləndirilən şəxs islah olunmasına nail olmaq olar. Eləcə də, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 4(021)-143/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 23 (iyirmi üç) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub Bərdə rayon prokurorluğunda maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd bıçaq, 02 ədəd qan nümunələri məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 cüt qara rəngli hündür daban ayaqqabı, 01 ədəd qara rəngli iç tərəfində “ymr moda, made in Turkey” sözləri yazılan şalvar, 01 ədəd qara rəngli qadın alt paltarı, 01 ədəd ağ-qara zolaqlı qadın qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli sepli və papaqlı gödəkcə, Təqsirləndirilən şəxs məxsus 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd göy rəngli uzunqol köynək, 01 ədəd boz rəngli mayka, 01 ədəd tünd göy rəngli cins şalvar və şalvarın üzərində olan qara rəngli kəmər qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, 01 ədəd “DVD” disk və 01 ədəd “CD” diskin isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-ci maddəsi ilə 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə isə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə rayon prokurorluğunda maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd bıçaq və 02 ədəd qan nümunələri məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 cüt qara rəngli hündür daban ayaqqabı, 01 ədəd qara rəngli iç tərəfində “ymr moda, made in Turkey” sözləri yazılan şalvar, 01 ədəd qara rəngli qadın alt paltarı, 01 ədəd ağ-qara zolaqlı qadın qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli sepli və papaqlı gödəkcə, Təqsirləndirilən şəxs məxsus 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd göy rəngli uzunqol köynək, 01 ədəd boz rəngli mayka, 01 ədəd tünd göy rəngli cins şalvar və şalvarın üzərində olan qara rəngli kəmər qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 01 ədəd “DVD” disk və 01 ədəd “CD” diskin isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-372/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-372/2025
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver