Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-375/2022 28.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi ev 34, mənzil 29-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən külli miqdarda, yəni təmiz çəkisi 12.162 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və külli miqdarda, yəni təmiz çəkisi 15.822 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək hər birini ayrı-ayrılıqda ağ rəngli polietilen sellofan torbada qablaşdırıb üzərində gəzdirdiyi qara rəngli çantada daşıyaraq saxlamış, 05 aprel 2022-ci il tarixdə, saat 04:20-də Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 20 saylı binanın qarşısında olarkən həmin vaxt ərazidə xidmətdə olan Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfərləri yaxınlaşaraq şəxsiyyətini dəqiqləşdirmək istədikdə o, özünü şübhəli apararaq qaçmış, lakin polis əməkdaşlarının çevikliyi nəticəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən üzərində daşıdığı qara rəngli çantadan bir ədəd «Kent» siqaret qutunusun içərisində ağ rəngli sellofana bükülmüş 12.162 qram çəkidə psixotrop maddə olan metamfetamin və bir ədəd «Vinston» siqaret qutusunun içərisində ağ rəngli sellofana bükülmüş 15.822 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 04:20 radələrində Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 20 saylı binanın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq Gəncə şəhər BPİ-nə gəlməsi üçün dəvət etmişlər. Həmin vaxt o, üzərində narkotik vasitə olduğu üçün qaçmaq istəmiş, lakin polis əməkdaşları onu tutub saxlamış və özləri ilə Gəncə şəhər BPİ-nə gətirmişlər. Gəncə şəhər Baş Polis İdarəsinin xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, əlində gəzdirdiyi qara rəngli çantanın içərisindən 01 ədəd “Vinston” adlı siqaret qutusunun içərisində olan sellofan torbaya bükülmüş narkotik vasitə olan heroini və 01 ədəd “Kent” adlı siqaret qutusunun içərisində sellofan torbaya bükülmüş halda psixotrop maddə olan metamfetamini çıxararaq təqdim etmişdir. Ondan həmin bükülülərin nə olması soruşulduqda sonuncu 01 ədəd sellofan bükülüdə olan kütlələrin “heroin”, digər sellofan torbanın içərisində olan kütlənin isə metamfetamin olduğunu, həmin bükülülərin özünə məxsus olmasını, onları instagram sosial şəbəkəsində tanış olduğu İsa adlı şəxsdən aldığını bildirmişdir. O, qeyd olunan narkotik vasitələr üçün İsaya Dəliməmmədli şəhərində yerləşən marketdən milliön vasitəsilə 379 manat pul ödəmiş, həmin şəxs də whatchap sosial şəbəkəsində əlaqə zamanı narkotik vasitələri Bakı şəhərindən götürəcəyini bildirmişdir. Həmin şəxs vatchapda narkotik vasitələri qoyduğu yeri bildirən fotoşəkilləri ona göndərmiş, o da həmin narkotik vasitələri Bakı şəhəri, Memar Əcəmi metrostansiyasına yaxın Yeganə şadlıq sarayının yaxınlığında yerdən götürmüş və taksi vasitəsilə Gəncə şəhərinə qayıtmışdır. Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən 20 saylı binanın yaxınlığında polis əməkdaşları onu idarəyə dəvət etmiş, həmin vaxt o qaçsa da polis əməkdaşları onu saxlayaraq BPİ-nin inzibati binasına gətirmişlər. Orada iştirakçılar tərəfindən onun üzərinə axtarış keçirilmiş və üzərindən 01 ədəd “Xiaomi” markalı mobil telefon, həmin şəxsə narkotik vasitə alması üçün göndərdiyi pul məbləğinə dair qəbz, 01 ədəd poverbank, 01 ədəd elektrik başlığı, 01 ədəd naqil aşkar edilmişdir. Sonra ondan aşkar edilmiş 01 ədəd sellofan bükülünün içərisində olan qəhvəyi rəngli ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 17,26 qram, digər sellofan torbanın içərisində psixotrop maddə olan metamfetaminin ümumi çəkisi isə 12,34 qram olması müəyyən olunmuşdur. Sonra ona məxsus olan 01 ədəd mobil telefonu və 03 ədəd qəbz sübut əhəmiyyətli olduğu üçün götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Onun üzərindən aşkar edilmiş kütlələr iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq möhürlənmiş, baxış zamanı video kamera ilə çəkilərək protokola əlavə edilmişdir. O, özü narkotik vasitələrdən istifadə etmiş, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özü qəbul etmək üçün Bakı şəhərindən almış, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 aprel 2022-ci il tarixdə, saat 04:20 radələrində o, Şahid1, Şahid3 və Şahid4 ilə bir yerdə xidmətdə olmuş, 05 aprel 2022-ci il tarixdə saat 04:20 radələrində xidmətdə olan vaxt Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən 20 saylı binanın qarşısında bir nəfər adını sonra bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin sərxoş vəziyyətdə hərəkət etdiyini, onları görən vaxt isə əlləri ilə əvvəlcə ciblərini yoxladığını görmüşlər. Təqsirləndirilən şəxs onları görən vaxt tez-tez onlara baxaraq iti addımlarla getməyə başlamışdır. Təqsirləndirilən şəxs gecə saat 04 radələrində küçədə olması və onları görən vaxt etmiş olduğu hərəkətləri şübhə doğurduğu üçün onlar Təqsirləndirilən şəxs yaxınlışaraq özlərini təqdim etmiş, həmin vaxt Təqsirləndirilən şəxs onların yanından qaçmağa başlamış, lakin o və xidmət yoldaşları tez Təqsirləndirilən şəxs tutub saxlamışlar. Onlar Sadiqdən üzərində hər hansı bir qanunsuz əşya olmasını soruşduqda sonuncu onlara üzərində narkotik vasitə olduğunu bildirmiş, buna görə də onlar Təqsirləndirilən şəxs özləri ilə Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. Gəncə şəhər Baş Polis İdarəsində təhqiqatçı Elçin Vəliyevin xidməti otağında müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın içərisindən bir ədəd «Vinston» siqaret qutusunun içərisində sellofan torbaya bükülmüş vəziyyətdə narkotik vasitə olan heroin və bir ədəd «Kent» siqaret qutusunun içərisində sellofan torbaya bükülmüş halda psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə olan heroin elektron tərəzi vasitəsi ilə çəkilmiş və 17.26 qram olduğu müəyyən edilmiş, daha sonra psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və 12.34 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı bir ədəd «Xiaomi» markalı mobil telefon, bir ədəd narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini almaq üçün göndərdiyi qəbz, bir ədəd poverbank, bir ədəd elektrik başlığı, bir ədəd mobil telefona enerji yığmaq üçün istifadə edilən naqil aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş mobil telefon və pul göndərilməsinə dair qəbz götürülmüş, 01 ədəd poverbank, 01 ədəd elektrik başlığı və 01 ədəd mobil telefona enerji yığmaq üçün istifadə edilən naqil isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ekspertizaya göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılmış, imzalarla təsdiq edilmiş və möhürlənmiş, bu barədə protokol tərtib edilərək video və foto şəkillər çəkilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 05 aprel 2022-ci il tarixli 16/381 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr …..» sözləri və imzalar olan kağız paketdəki, -2(iki) ədəd iç-içə qoyulmuş polietilen kəsiyi bükümlərində təmiz çəkisi 15,822 qram maddə, kustar üsula hazırlanmış narkotik vasitə –heroindir. -1 (bir) ədəd sellofan torbacıqda olan şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 12,162 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı İ) daxildir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 03 iyul 2022-ci il tarixli 979 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığından görünür ki, əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs Gəncə şəhərində konkret olaraq kimlərlə görüşməyə gəlməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd «Xiomi» markalı mobil telefona baxış keçiririlən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona yüklənmiş «Vhatchap»ında «+**********39» nömrəsi ilə yazışmalarında 05 fevral 2022-ci il tarixdə salam yazmış, daha sonra həmin şəxs də ona salam yazmış, bundan sonra isə həmin şəxs Təqsirləndirilən şəxs «Qardaş qadasın allam mən İranlıyam, nə qulluğunda lazıdı mən varam, hər şeydə varımdı orda» deyə səs göndərmiş, bundan sonra yenidən həmin şəxs səs ataraq «qardaş sən svyaza çıxa bilərsən, biz sivyazla danışaq, səsimə qulaq as mənə cavab ver, 5 dəqiqə danışaq», 22 fevral 2022-ci il tarixdə Sadıq Mustafayev həmin nömrənin sahibinə «Qardaşım, hələ məndə onu deyirəm da. Pul düzəldim işləyərik. Axı sənə gerək biz pul atım ki, sən mal verəsən. Belə məni sən tanımırsan deyə. Etibar eləmirsən axır ki malını verəsən mən burda 3-5 günə gəncədə yerbəyer eliyim pulunu vurum. İkimizdə pul tutaq soram mən öz qazandıqımda sənə vurum yavaş yavaş 3-5 dəfiyə mən 1 kilonun mayasını düzəldərəm elimdə sən məni tanımırsan etibar elemirsən deyə. Mən də məcbur bir iki tanıdıqlarımın köməklərinən mal verilər onlarnan işləyim elimə pul salım sənən elaqə saxlayacam» «Ama kişi oğlu bui ş hələ işdir ki, burda gərək yüksək məbləqli iş görmək fürsəti tüşərsə gərək risk edəsən. Kişiyik tüpürəsən o malın içinə ki, onan ötəri kişiliyimizi ortaya qoyaq. Sən etibar etsən mənə özüdə ki, bu dəyqə burda çox yaxşı iş görmək imkanlarım var bircə dəfəm sən mənə malını etibar eləsən mən o malı gətirən kimi yebəyer eliyib sənə pulunu vurub bunada işimizi başlaya bilərdik dalını pul vurmaqla qazancımı. Ama bilirəm ki, bu sözləri boşuna danışıram onsuzda sən pul vurulmamış mal verəsi döyülsən. Buna görə də pul düzəltməyənə kimi səninlə gündjə bu sözləri danışıb özümü yaxşı hiss eləmirəm axı. Mənim özümə xoşdeyil mən görəndə ki mənə kimsə etibar etmir. Düzdü səninlə olan məsələdə özümə təsəlim odur ki, tanımırsan deyən ola bilər. Ama ki, yenədə pisimə gəlir. Hər dəfəm mən qarşımdakı insana kişiliyimi sübüt etməyə çalışıram, o da sonunda mala pula görə mənə inamsızlıq edəndə» mözusunda mesaj göndərmiş. 28 mart 2022-ci il tarixdə Sadıq Mustafayev həmin nömrənin sahibinə «sənin qadan alım, bunu mən özümə istəmirəm, istəyən adama verəcəm, mən də həmişə 50-dən aşağı verməmişəm, yəni 50 birindən, 50 birindən vermişəm. İndi vəziyyət pisdi deyə 25-25 razılaşmışam. Mən həmin adama 50 verib pulumu almalıyam. Mən də sənə deyirəm ki, vəziyyət nətəridi, mən bilsəm sən Gəncədə verə bilərsən, ol pulumuda onun üstünə qoyub sənə verərdim. Pulum olsa gətirib özüm verərdim, almasam da gətirib verə bilməsəm, əmələ gəlmir, pulu götürə bilmirsən deyə pulu öz cibimdən verməli oluram, ordan sən mənə 200 etibar elədin ya 100-də üstündə etibar elədin, mən onu gətirib verəndə ordan 10 dənənin pulu mənə qalırsa, sən də deyirsən ki, 10 dənə əskik olsun, onda mənə pul qalmır, elə eləyək ki, mən 50 gətirib verəndə, sənin pulunu da verəndə bilim ki, bir də sənə deyəndə 50 dənənin pulunu nəğd əlimdə eliyə biləcəm, 300 dürsə, mənim pulu 300-400-500 olacaq, yəni artacaq ki, azalmayacaq. Bakı ilə bizim aramızda 400 km, 360 km yol edir, yəni mən 800 km yol gəlib gedəcəm, mənim yolumu da çıxan pul mənim üstümdədi, mən nəyə görə 100-dən aşağı həll eləmirəm. Ondan aşağı alış-veriş olanda mənə sərf eləmir, aldım-qoz, satdım qoz olur. Sən satırsan pulunu vuracam, kim alır onun malını verəcəm, mənim xeyrim nə olur bəs. Bir startdı da verək başlayaq, pataloku 1-2 reysdə köməklik eliyəcəksən, sonra mənim əlimdə 100 dənənin pulu olandan sonra mənə etibar da olacaq, kimsə 150 istəsə də sən etibar edib 50 dənə də verərsən. Bundan başqa 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin şəxsə «salam, hə daş mütlək lazımdı yəni tək birindən istəmirlər, ikisindən nə vaxt düzələcək sizdə daş məsələsi, sabah alınsa xəbər elə mən Bakıya çıxım, mən səndən cavab gözləyirəm, alınırsa sabax ikisindəndə de mən gəlim» sözləri, bundan sonra isə «qardaş səninlə keçən dəfə danışdım, başa düşürəm sizə zəng eliyənlər çoxdu, ola ğbilsin yaddan çıxarırsan, burda istəyən var, hərəsindən 50 istəyir, dedim ki, mənim o qədər pulum yoxdu ki, sənə 50 gətirim, dedim çalışıb hərəsindən 25 gətirə bilərəm birinci dəfə, sonra pulum düzəlsə elə eliyərik, o da mən sənə dedim qaqa 340 manat pulum var, sənə dedim 250-300 vursam sən onu verə bilərsənmi 50 dənə pulu götürən kimi sənə vurum, uzunq danışdıq, sən də axır sözün bu oldu ki, belə eliyə bilərəm ki, hərəsindən 20 dənə yəni 40 dənə eliyim, arada qalan 10 dənəni də mən gəlib o adama verəndən sonra götürüm vurum, mənim də axır sözüm bu oldu ki, bir belə əziyyət çəkirəm, arada borc qalır, o da qoyulsa mənimdə əziyyətim var, 5-3 manat artıra bilim, ondan sonra danışmadıq əmələ gəlirsə ikisindən də lazımdı, yəni mən o 300-ü vurum, hərəsindən 25-25 götürüm gəlim bura çatım, səhərisi onnan görüşəcəm, görüşüm verim, pulu götürüm yenə hansı kart deyərsiz orada vurum, yox əgər alınmırsa 3-4 gün gözləyək, görüm 50-100 artıra bilirəmmi, artırmaq da budu ki, gərək nəsə iş görəsən artırasan, yəni əmələ gəlirsə 25-25 eliyək, gedib qayıdım, gələn kimi də yerdə qalanı vurum, yerdə qalanda nədi ki, yarsını verirəm, yarısı qalır, əmələ gəlmirsə heç nə, bir cavab denən, yəni burda nə var ki, işimizə başlayaq görəcən özündə, yəni mən yarısını verim, yarısını da götürdüyüm günün səhərisi onnan görüşüb götürən kimi zəng vuracam, hansı kart desən ona da vurum, prostu 20 dənə 20 dənə deyirsən e, inanırsan ordakı o 10 dənədən qalan pullardır, mənə qalan pullar kəsilir, mən 50 dənədən aşağı kiməsə mal verəndə mənə pul qalmır, sən də deyirsən ki, birinci dəfədir belə eliyək, sonra eliyərik, yəni alınar belə eliyək, alınmaz 20 dənə birindən, 20 dənə birindən heç nə da, yenə də çalışıb 25-25 olsa yaxşı olar, əgər 20-20 deyirsənsə məndə gələnə kimi görüm pulu artıra bilsəm artıq vuraram, yoxu pul burdada nağdıya işlənir, burda malı verməsən pulu vermirlər, baroda elə şey yoxdu, burdakılar malı tərəziyə qoyursan, görür yoxluyur da sonra pulu verir, yazıqlarınq o qədər başlarına iş gəlib ki, hamı qorxur, Bakıda da camaahatı o qədər aldatdılar ki, xarab millətlər, qanı xarablar, heç nə bir cavab de, ikisindəndə lazımdı, ikisindən də olan da de, yenə də nəzərə alki, 800 kilometr yoldur, gəlib getmək, gəlim qalmıyım, gecikməyim, hamısı puldu, maşın gözləmək pulu alır, vaxt gedir, danışandan sonra gəlim ora, orda təzdən alınmadı, birindən alınır, qadan alım elə olsun ki, dəqiq biləndə var, ikisindən də düzəlir,sən malı ayırtdır, hazır elə sonra, bir dəki sən imkan daxilində onu Lökbatana yaxın yerə zada ata bilsəydilər, bomda olardı mən birdə şəhərin içinə girməzdim, həm də ki yəni mənə veşi atan adam, bərk yer olsun ki, atıb getsin ola bilər ki, mən gec çataram.» mövzusunda səs yazısı getmişdir. Bundan başqa mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxslə narkotik vasitəni götürmək üçün Bakı şəhərinə getməsi, pul göndərməsi, Bakı şəhərində harada görüşəcəyini dəqiqləşdirməsi, narkotik vasitələrin və psixotrop maddələrin olduğu yerlərin şəkillərini göndərməsi aşkar olundu. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantanın içərisindən 1 ədəd «Vinston» siqaret qutusunun içərisində olan sellofan torbaya bükülmüş narkotik vasitə olan heroini və bir ədəd «Kent» siqaret qutusunun içərisində sellofan torbaya bükülmüş halda psixotrop maddə olan metamfetamini çıxarraq təqdim təqdim edir. Bundan başqa onun üzərinə şəxsi axtarış aparılan vaxt bir ədəd «Xiomi» markalı mobil telefon və bir ədəd pul qəbzi aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azrbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş arayışdan görünürü ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 15.622 qram olan narkotik vasitə heroin, 11.962 qram çəkidə psixotrop maddə olan metamfetamin, bir ədəd ödəniş qəbzi, bir ədəd «Xiomi» markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. 05 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ondan aşkar olunan narkotik vasitələri öz istifadəsi üçün əldə etməsi, heç kimə satmaması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən küllimiqdarda, yəni təmiz çəkisi 12.162 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və külli miqdarda, yəni təmiz çəkisi 15.822 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək hər birini ayrı-ayrılıqda ağ rəngli polietilen sellofan torbada qablaşdırıb üzərində gəzdirdiyi qara rəngli çantada daşıyaraq saxlamış, 05 aprel 2022-ci il tarixdə, saat 04:20-də Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 20 saylı binanın qarşısında olarkən həmin vaxt ərazidə xidmətdə olan Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nun polis nəfərləri yaxınlaşaraq şəxsiyyətini dəqiqləşdirmək istədikdə o, özünü şübhəli apararaq qaçmış, lakin polis əməkdaşlarının çevikliyi nəticəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən üzərində daşıdığı qara rəngli çantadan bir ədəd «Kent» siqaret qutunusun içərisində ağ rəngli sellofana bükülmüş 12.162 qram çəkidə psixotrop maddə olan metamfetamin və bir ədəd «Vinston» siqaret qutusunun içərisində ağ rəngli sellofana bükülmüş 15.822 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının külli miqdardan dəfələrlə artıq olması, təmiz çəkisi 12.162 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminivə külli miqdarda, yəni təmiz çəkisi 15.822 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinidn 59.2-ci maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hallar kmi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan bir ədəd «Xiomi» markalı mobil telefon təqsirləndirlən şəxsin yaxın qohumuna qaytarılmalı, imtina etdikdə məhv edilməldir. Qalıq çəkisi 15.622 qram olan narkotik vasitə heroin, 11.962 qram çəkidə psixotrop maddə olan metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsi və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan bir ədəd ödəniş qəbzi və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut bir ədəd «Xiomi» markalı mobil telefon təqsirləndirlən şəxsin yaxın qohumuna qaytarsın imtina etdikdə məhv edilsin. Qalıq çəkisi 15.622 qram olan narkotik vasitə heroin, 11.962 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsindəvə “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan bir ədəd ödəniş qəbzi və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32 manat 40 qəpikməbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-375/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-375/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver