Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-376/2025 18.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X14 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri X4, Müdafiəçi3 və Müdafiəçi2, Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6, mülki iddiaçı - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada sürücü işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 213-1.2.1 və 315ci maddələri ilə, xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada sahibkarlıqla məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, ünvan 3ndə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə, xx.xx.1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada sahibkarlıqla məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5əsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə, xx.xx.1998-ci il tarixdə Şəki rayonu, Cəfərabad kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada sürücü işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 7əsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 idarə etdiyi yük nəqliyyat vasitəsinin faktiki sahibi Təqsirləndirilən şəxs4 24 iyun 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda tanışı Təqsirləndirilən şəxs3 Yevlax şəhəri ərazisində götürərək digər yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs2 25 iyun 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda həmin şəhər ərazisində verdiyi külli miqdarda, yəni 272000 manat dəyərində 14093264 Rusiya rublunu Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Gürcüstanda şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək həmin pul vəsaitinin Gürcüstana aparılaraq orada şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən X7 dollarına mübadilə edildikdən sonra Təqsirləndirilən şəxs3 geri qaytarılması üçün əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qeyd olunan pul vəsaitini əldə edərək Təqsirləndirilən şəxs2lə birgə tamah məqsədilə müəyyən pul müqabilində razılaşmaya əsasən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə özünün idarə etdiyi “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonunda olan yataq yerinin arxasındakı örtüyün altında gizlətməklə 25 iyun 2024-cü il tarixdə saat 20:22-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda külli miqdarda, yəni 272000 manat dəyərində 14093264 Rusiya rublunu Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Gürcüstana qəsdən keçirməklə qaçaqmalçılıq etmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Gürcüstanda şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 25 iyun 2024-cü il tarixdə ölkə ərazisindən gömrük nəzarətindən gizli Gürcüstana qaçaqmalçılıq yolu ilə keçirdikləri Təqsirləndirilən şəxs3 məxsus külli miqdarda, yəni 272000 manat dəyərində 14093264 Rusiya rublunu Gürcüstanda istintaqa məlum olmayan həmin şəxsin (şəxslərin) ABŞ dollarına mübadilə etməsindən sonra razılaşmaya uyğun olaraq əldə olunan 160000 ABŞ dolları məbləğində pul vəsaiti ilə yanaşı Təqsirləndirilən şəxs3 əvvəllər də istintaqla müəyyən edilməyən tarixdə və üsulla hissəhissə Gürcüstana göndərərək orada mübadilə edildikdən sonra istintaqa məlum olmayan şəxsin (şəxslərin) özündə saxladığı 60000 ABŞ dolları, yəni ümumilikdə Təqsirləndirilən şəxs3 məxsus 220000 ABŞ dolları məbləğində pul vəsaitini təkrarən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Gürcüstanda istintaqa məlum olmayan həmin şəxslə (şəxslərlə) qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2lə birgə tamah məqsədilə müəyyən pul müqabilində külli miqdar hesab edilən 374000 manat dəyərində 220000 ABŞ dolları məbləğində pul vəsaitini 28 iyun 2024-cü il tarixədək olan müddət ərzində Gürcüstanda istintaqa məlum olmayan yerdə və istintaqa məlum olmayan şəxsdən (şəxslərdən) əldə etməklə, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək ölkə ərazisində Şahid1 çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Gürcüstanda şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə (şəxslərlə) qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2lə birgə tamah məqsədilə müəyyən pul müqabilində Şahid1 məxsus 179548,9 manat dəyərində 105617 ABŞ dolları məbləğində pul vəsaitini 28 iyun 2024-cü il tarixədək olan müddət ərzində Gürcüstanda istintaqa məlum olmayan yerdə və istintaqa məlum olmayan həmin şəxsdən (şəxslərdən) əldə edərək Azərbaycan Respublikasına çatdırmaq məqsədilə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə özünün idarə etdiyi “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının sərnişin oturacağının sağ üst hissəsindəki plastmas hissəsinin altına yerləşdirərək gizlətməklə Gürcüstandan Azərbaycan Respublikasına gələrək 28 iyun 2024-cü il tarixdə, saat 22:20-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda ümumilikdə xüsusilə külli miqdarda, yəni 553548,9 manat dəyərində olan 325617 ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qəsdən keçirməklə təkrarən qaçaqmalçılıq etmiş, habelə o, Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra stasionar rentgen qurğusunda olarkən Dövlət Gömrük Komitəsinin əməkdaşı tərəfindən onun idarə etdiyi nəqliyyat vasitəsində şübhəli hal müəyyən edildiyindən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman avtomobilini hərəkətə gətirərək gömrük nəzarəti zonasını özbaşına tərk edib Qazax-Bakı magistral yolu ilə hərəkətini davam etdirərək bir qədər irəlilədikdən sonra sürətini azaldıb avtomobilində gizlətdiyi həmin pul vəsaitlərini götürməsi üçün həmin yolun kənarında onu gözləyən digər yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs2 Qazax rayonu ərazisində avtomobilə minməsinə şərait yaratmış, nəticədə Təqsirləndirilən şəxs2 avtomobilin içərisində bir ədəd sellofan torbada olan həmin pul vəsaitlərini götürüb avtomobildən enərək yolun qarşı tərəfinə keçdikdən sonra DGK-nin əməkdaşlarından yayınmağa çalışsa da, onlar tərəfindən saxlanılmış, xx.xx.2024-cü il tarixdə saat 03:40-da Tovuz Gömrük İdarəsinin Tovuz rayonunda yerləşən inzibati ərazisində Təqsirləndirilən şəxs2 saxlanılan zaman əlində olan bir ədəd sellofan torbaya keçirilmiş baxış zamanı ümumilikdə xüsusilə külli miqdarda, yəni 553548,9 manat dəyərində olan 325617 ABŞ dolları məbləğində pul vəsaiti aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, Gürcüstanda istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən bir ədəd qutusunun qiyməti 6.5 manat olmaqla 1300 manat dəyərində 200 qutu “X18”, bir ədəd qutusunun qiyməti 6.5 manat olmaqla 1950 manat dəyərində 300 qutu “X19”, bir ədəd qutusunun qiyməti 6.5 manat olmaqla 2600 manat dəyərində 400 qutu “X24”, bir ədəd qutusunun qiyməti 6.5 manat olmaqla 2600 manat dəyərində 400 qutu “X11", bir ədəd qutusunun qiyməti 7 manat olmaqla 252 manat dəyərində 36 qutu “X20”, bir ədəd qutusunun qiyməti 7 manat olmaqla 378 manat dəyərində 54 qutu “X21” markalı siqaretləri, yəni ümumilikdə külli miqdarda – 9080 manat məbləğində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarını əldə edərək özünün idarə etdiyi “DAF” markalı 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının sərnişin oturacağının sağ üst hissəsindəki plastmas hissənin altında gizlətməklə satış məqsədilə saxlamış, 28 iyun 2024-cü il tarixdə, saat 22:20-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan istifadə etməklə Gürcüstandan Azərbaycan Respublikasına gəldikdən sonra xx.xx.2024-cü il tarixdə saat 03:40-da Tovuz Gömrük İdarəsinin Tovuz rayonunda yerləşən inzibati ərazisində Təqsirləndirilən şəxs1 idarə etdiyi yük nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı ümumilikdə külli miqdarda, yəni 9080 manat məbləğində olan tütün məmulatları gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 28 iyun 2024-cü il tarixdə saat 22:20-də idarə etdiyi “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan istifadə etməklə Gürcüstandan Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra idarə etdiyi nəqliyyat vasitəsi gömrük nəzarətindən keçirildikdən sonra gömrük yoxlaması aparılması üçün həmin postun yaxınlığında yerləşən stasionar rentgen qurğusuna yönləndirilməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin baş inspektoru X10 tərəfindən onun idarə etdiyi nəqliyyat vasitəsində şübhəli hal müəyyən edildiyindən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman avtomobilini hərəkətə gətirərək gömrük nəzarəti zonasını özbaşına tərk edib Qazax-Bakı magistral yolu ilə hərəkətini davam etdirmiş, həmin vaxt gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların törədilməsi faktını müəyyən etdikdə pozuntunun predmeti olan nəqliyyat vasitəsinin saxlanması üçün tədbir görməklə əlaqədar xidməti vəzifələrinin icrasını həyata keçirən Azərbaycan Respublikası DGK-nin Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 idarə etdiyi DGK-nin Avtomobil Nəqliyyatı İdarəsinin balansında olan **-AU-*** dövlət qeydiyyat nişanlı, “Vaz Niva 21214” markalı avtomobillə həmin avtomobildə sərnişin qismində olmuş, eyni xidməti vəzifələrin icrasını həyata keçirən Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 və keçirilən tədbirlərdə iştirak etməklə əlaqədar xidməti vəzifələrinin icrasını həyata keçirən DGK-nin “Azərterminalkompleks” X2 Dəstəyin Təşkili İdarəsinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu Zərərçəkmiş şəxs6, həmçinin DGK-nin “Azərterminalkompleks” X2 Dəstəyin Təşkili İdarəsinin Gömrük işinə yardım şöbəsinin instruktoru Zərərçəkmiş şəxs3 idarə etdiyi həmin birliyin balansında olan **-YF-*** dövlət qeydiyyat nişanlı, “Fiat Doblo” markalı avtomobillə, DGK-nin “Azərterminalkompleks” X2 Dəstəyin Təşkili İdarəsinin Gömrük işinə yardım şöbəsinin instruktoru Zərərçəkmiş şəxs5 idarə etdiyi həmin Birliyin balansında olan **-YF-*** dövlət qeydiyyat nişanlı, “Fiat Doblo” markalı avtomobillə, həmin avtomobildə sərnişin qismində olan DGK-nin Tovuz Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin böyük inspektoru Zərərçəkmiş şəxs4 gömrük nəzarətinin həyata keçirilməsi zamanı yoxlama baxış sistemlərindən istifadə etməklə gömrük sərhədindən keçən nəqliyyat vasitələrinin gömrük yoxlamasını həyata keçirməklə bağlı xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 idarə etdiyi yük nəqliyyat vasitəsini təqib edərək gömrük yoxlamasının başa çatdırılması üçün avtomobilin saxlanmasını təmin edərkən Təqsirləndirilən şəxs1 tabesizlik göstərməklə idarə etdiyi “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə 28 iyun 2024-cü il tarixdə axşam saat 23 radələrində Bakı-Qazax magistral yolunun Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisindən keçən hissəsinin 505.5-ci kilometrliyində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz Niva 21214” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobili və Zərərçəkmiş şəxs5 idarə etdiyi “Fiat Doblo” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobili, həmçinin Bakı-Qazax magistral yolunun Qazax rayonu, Hüseynbəyli kəndi ərazisindən keçən hissəsinin 473-cü kilometrliyində Zərərçəkmiş şəxs3 idarə etdiyi “Fiat Doblo” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələməklə müşayiət olunan, zor tətbiq etməni özündə ehtiva edən hərəkətlər edib hakimiyyət nümayəndəsi sayılan Dövlət Gömrük Komitəsinin əməkdaşları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 qarşı müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs3 24 iyun 2024-cü il tarixdə istintaqa məlumat olmayan vaxtda Yevlax şəhəri ərazisində Təqsirləndirilən şəxs4 ilə görüşüb sonuncunun faktiki sahibliyində olan yük nəqliyyat vasitələrinin sürücüləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Gürcüstanda şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah məqsədilə Gürcüstana aparılaraq orada X7 dollarına mübadilə edildikdən sonra geri qaytarılması üçün özünə məxsus külli miqdarda, yəni 272000 manat dəyərində 14093264 Rusiya rublunu həmin şəhər ərazisində Təqsirləndirilən şəxs4 təhvil verərək əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs4 tamah məqsədilə müəyyən pul müqabilində yük avtomobilləri təşkil etməklə cinayətkar fəaliyyətə cəlb etdiyi həmin avtomobillərin sürücüləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan pul vəsaitlərini gömrük nəzarətindən gizli Gürcüstana keçirərək orada istintaqa məlum olmayan şəxsə (şəxslərə) çatdıraraq həmin şəxs (şəxslər) vasitəsilə ABŞ dollarına mübadilə edilməsindən sonra geri qaytarılması barədə əvvəlcədən aralarındakı razılaşmaya uyğun olaraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonunda yataq yerinin arxasındakı örtüyün altında gizlətməklə 25 iyun 2024-cü il tarixdə, saat 20:22-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda külli miqdarda – 272000 manat dəyərində 14093264 Rusiya rublunu Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Gürcüstana qəsdən keçirməklə qaçaqmalçılıq etmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Gürcüstanda şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 25 iyun 2024-cü il tarixdə ölkə ərazisindən gömrük nəzarətindən gizli Gürcüstana qaçaqmalçılıq yolu ilə keçirdikləri özünə məxsus külli miqdarda, yəni 272000 manat dəyərində 14093264 Rusiya rublunu Gürcüstanda istintaqa məlum olmayan həmin şəxsin (şəxslərin) orada ABŞ dollarına mübadilə etməsindən sonra razılaşmaya uyğun olaraq əldə olunan 160000 ABŞ dolları məbləğində pul vəsaiti ilə yanaşı özünün əvvəllər də istintaqla müəyyən edilməyən tarixdə və üsulla hissə-hissə Gürcüstana göndərərək orada mübadilə edildikdən sonra istintaqa məlum olmayan şəxsin (şəxslərin) özündə saxladığı 60000 ABŞ dolları, yəni ümumilikdə özünə məxsus 220000 ABŞ dolları məbləğində pul vəsaitini təkrarən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Gürcüstanda istintaqa məlum olmayan həmin şəxslə (şəxslərlə) qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs4 tamah məqsədilə müəyyən pul müqabilində yük avtomobilləri təşkil etməklə cinayətkar fəaliyyətə cəlb etdiyi həmin avtomobillərin sürücüləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan, yəni külli miqdar hesab edilən 374000 manat dəyərində 220000 ABŞ dollar məbləğində pul vəsaitini 28 iyun 2024-cü il tarixədək olan müddət ərzində Gürcüstanda istintaqa məlum olmayan yerdə və istintaqa məlum olmayan həmin şəxsdən (şəxslərdən) əldə edərək Azərbaycan Respublikasında ona çatdırmaq məqsədilə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının sərnişin oturacağının sağ üst hissəsindəki plastmas hissənin altına yerləşdirərək gizlətməklə Gürcüstandan Azərbaycan Respublikasına gələrək 28 iyun 2024-cü il tarixdə saat 22:20-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda ümumilikdə külli miqdarda – 374000 manat dəyərində olan 220000 ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qəsdən keçirməklə təkrarən qaçaqmalçılıq etmiş, bununla yanaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra stasionar rentgen qurğusunda olarkən Dövlət Gömrük Komitəsinin əməkdaşı tərəfindən sonuncunun idarə etdiyi nəqliyyat vasitəsində şübhəli hal müəyyən edildiyindən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman avtomobilini hərəkətə gətirərək gömrük nəzarəti zonasını özbaşına tərk edib Qazax-Bakı magistral yolu ilə hərəkətini davam etdirərək bir qədər irəlilədikdən sonra sürətini azaldıb avtomobilində gizlətdiyi həmin pul vəsaitlərini götürməsi üçün həmin yolun kənarında gözləyən digər yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs2 Qazax rayonu ərazisində avtomobilə minməsinə şərait yaratmış, nəticədə Təqsirləndirilən şəxs2 avtomobilin içərisində bir ədəd sellofan torbada olan həmin pul vəsaitlərini götürüb avtomobildən enərək yolun qarşı tərəfinə keçdikdən sonra DGK-nin əməkdaşlarından yayınmağa çalışsa da, onlar tərəfindən saxlanılmış, xx.xx.2024-cü il tarixdə saat 03:40-da Tovuz Gömrük İdarəsinin Tovuz rayonunda yerləşən inzibati ərazisində Təqsirləndirilən şəxs2 saxlanılan zaman əlində olan bir ədəd sellofan torbaya keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs3 məxsus 220000 ABŞ dolları ilə yanaşı Şahid1 məxsus 105617 ABŞ dolları olmaqla ümumilikdə xüsusilə külli miqdar – 553548,9 manat dəyərində olan 325617 ABŞ dolları məbləğində pul vəsaiti aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 24 iyun 2024-cü il tarixdə istintaqa məlumat olmayan vaxtda Yevlax şəhəri ərazisində Təqsirləndirilən şəxs3 ilə görüşüb özünün faktiki sahibliyində olan yük nəqliyyat vasitələrinin sürücüləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə Təqsirləndirilən şəxs3lə, eyni zamanda Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Gürcüstanda şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah məqsədilə Təqsirləndirilən şəxs3 məxsus külli miqdarda, yəni 272000 manat dəyərində 14093264 Rusiya rublunu Gürcüstana aparılıb orada X7 dollarına mübadilə edildikdən sonra geri qaytarılması üçün həmin şəhər ərazisində sonuncudan təhvil alaraq əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq yük avtomobillərini təşkil edərək həmin avtomobillərin sürücüləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tamah məqsədilə müəyyən pul müqabilində qeyd olunan cinayətkar fəaliyyətə cəlb edib həmin pul vəsaitini 25 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 verməklə onlar vasitəsi ilə gömrük nəzarətindən gizli Gürcüstana keçirərək orada istintaqa məlum olmayan həmin şəxsin (şəxslərin) qeyd olunan pul vəsaitlərini mübadilə etdikdən sonra geri qaytarılması barədə əvvəlcədən aralarındakı razılaşmaya uyğun olaraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonunda yataq yerinin arxasındakı örtüyün altında gizlətməklə 25 iyun 2024-cü il tarixdə saat 20:22-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda külli miqdarda – 272000 manat dəyərində 14093264 Rusiya rublunu Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Gürcüstana qəsdən keçirməklə qaçaqmalçılıq etmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Gürcüstanda şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 25 iyun 2024-cü il tarixdə ölkə ərazisindən gömrük nəzarətindən gizli Gürcüstana qaçaqmalçılıq yolu ilə keçirdikləri Təqsirləndirilən şəxs3 məxsus külli miqdarda, yəni 272000 manat dəyərində 14093264 Rusiya rublunu Gürcüstanda istintaqa məlum olmayan həmin şəxsin (şəxslərin) ABŞ dollarına mübadilə etməsindən sonra razılaşmaya uyğun olaraq əldə olunan 160000 ABŞ dolları məbləğində pul vəsaiti ilə yanaşı Təqsirləndirilən şəxs3 əvvəllər də istintaqla müəyyən edilməyən tarixdə və üsulla hissə-hissə Gürcüstana göndərərək orada mübadilə edildikdən sonra istintaqa məlum olmayan şəxsin (şəxslərin) saxladığı 60000 ABŞ dolları, yəni ümumilikdə Təqsirləndirilən şəxs3 məxsus 220000 ABŞ dolları məbləğində pul vəsaitini təkrarən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Gürcüstanda istintaqa məlum olmayan həmin şəxslə (şəxslərlə) qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq tamah məqsədilə müəyyən pul müqabilində faktiki sahiblik etdiyi yük nəqliyyat vasitələrinin sürücüləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayətkar fəaliyyətə cəlb, edib yəni külli miqdar hesab edilən 374000 manat dəyərində 220000 ABŞ dolları məbləğində pul vəsaitini onlar vasitəsilə Gürcüstanda 28 iyun 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə və istintaqa məlum olmayan şəxsdən (şəxslərdən) əldə etməsində vasitəçilik etməklə, həmçinin o, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək ölkə ərazisində Şahid1 çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Gürcüstanda şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə (şəxslərlə) də qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq tamah məqsədilə müəyyən pul müqabilində sürücüləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayətkar fəaliyyətə cəlb edib Şahid1 məxsus 179548,9 manat dəyərində 105617 ABŞ dolları məbləğində pul vəsaitini onlar vasitəsilə Gürcüstanda 28 iyun 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə və istintaqa məlum olmayan digər şəxsdən (şəxslərdən) əldə edərək Azərbaycan Respublikasına çatdırmaq məqsədilə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının sərnişin oturacağının sağ üst hissəsindəki plastmas hissənin altına yerləşdirərək gizlətməklə Gürcüstandan Azərbaycan Respublikasına gələrək 28 iyun 2024-cü il tarixdə saat 22:20də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda ümumilikdə xüsusilə külli miqdarda - 553548,9 manat dəyərində 325617 ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qəsdən keçirməklə təkrarən qaçaqmalçılıq etmiş, bununla yanaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra stasionar rentgen qurğusunda olarkən Dövlət Gömrük Komitəsinin əməkdaşı tərəfindən sonuncunun idarə etdiyi nəqliyyat vasitəsində şübhəli hal müəyyən edildiyindən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman avtomobilini hərəkətə gətirərək gömrük nəzarəti zonasını özbaşına tərk edib Qazax-Bakı magistral yolu ilə hərəkətini davam etdirərək bir qədər irəlilədikdən sonra sürətini azaldıb avtomobilində gizlətdiyi həmin pul vəsaitlərini götürməsi üçün həmin yolun kənarında gözləyən digər yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs2 Qazax rayonu ərazisində avtomobilə minməsinə şərait yaratmış, nəticədə Təqsirləndirilən şəxs2 avtomobilin içərisində bir ədəd sellofan torbada olan həmin pul vəsaitlərini götürüb avtomobildən enərək yolun qarşı tərəfinə keçdikdən sonra DGK-nin əməkdaşlarından yayınmağa çalışsa da, onlar tərəfindən saxlanılmış, xx.xx.2024-cü il tarixdə saat 03:40-da Tovuz Gömrük İdarəsinin Tovuz rayonunda yerləşən inzibati ərazisində Təqsirləndirilən şəxs2 saxlanılan zaman əlində olan bir ədəd sellofan torbaya keçirilmiş baxış zamanı ümumilikdə xüsusilə külli miqdar – 553548,9 manat dəyərində olan 325617 ABŞ dolları məbləğində pul vəsaiti aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 idarə etdiyi yük nəqliyyat vasitəsinin faktiki sahibi Təqsirləndirilən şəxs4 24 iyun 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Yevlax şəhəri ərazisində tanışı Təqsirləndirilən şəxs3 götürdüyü külli miqdarda, yəni 272000 manat dəyərində 14093264 Rusiya rublunu Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, sonuncunun faktiki sahibliyində olan digər yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs1 və Gürcüstanda şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək həmin pul vəsaitinin Gürcüstana aparılaraq orada istintaqa məlum olmayan həmin şəxs (şəxslər) tərəfindən X7 dollarına mübadilə edildikdən sonra Təqsirləndirilən şəxs3 geri qaytarılması üçün 25 iyun 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda həmin şəhər ərazisində Təqsirləndirilən şəxs4 təhvil alaraq əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1la birgə tamah məqsədilə müəyyən pul müqabilində razılaşmaya əsasən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonunda olan yataq yerinin arxasındakı örtüyün altında gizlətməklə 25 iyun 2024-cü il tarixdə, saat 20:22-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda külli miqdarda – 272000 manat dəyərində 14093264 Rusiya rublunu Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Gürcüstana qəsdən keçirməklə qaçaqmalçılıq etmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Gürcüstanda şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 25 iyun 2024-cü il tarixdə ölkə ərazisindən gömrük nəzarətindən gizli Gürcüstana qaçaqmalçılıq yolu ilə keçirdikləri Təqsirləndirilən şəxs3 məxsus külli miqdarda, yəni 272000 manat dəyərində 14093264 Rusiya rublunu Gürcüstanda istintaqa məlum olmayan həmin şəxsin (şəxslərin) ABŞ dollarına mübadilə etməsindən sonra razılaşmaya uyğun olaraq əldə olunan 160000 ABŞ dolları məbləğində pul vəsaiti ilə yanaşı Təqsirləndirilən şəxs3 əvvəllər də istintaqla müəyyən edilməyən tarixdə və üsulla hissəhissə Gürcüstana göndərərək orada mübadilə edildikdən sonra istintaqa məlum olmayan şəxsin (şəxslərin) özündə saxladığı 60000 ABŞ dolları, yəni ümumilikdə Təqsirləndirilən şəxs3 məxsus 220000 ABŞ dolları məbləğində pul vəsaitini təkrarən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Gürcüstanda istintaqa məlum olmayan həmin şəxslə (şəxslərlə) qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1la birgə tamah məqsədilə müəyyən pul müqabilində külli miqdar hesab edilən 374000 manat dəyərində 220000 ABŞ dolları məbləğində pul vəsaitini 28 iyun 2024-cü il tarixədək olan müddət ərzində Gürcüstanda istintaqa məlum olmayan yerdə və istintaqa məlum olmayan şəxsdən (şəxslərdən) əldə etməklə, həmçinin o, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək ölkə ərazisində Şahid1 çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Gürcüstanda şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə (şəxslərlə) də qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1la birgə tamah məqsədilə müəyyən pul müqabilində Şahid1 məxsus 179548,9 manat dəyərində 105617 ABŞ dolları məbləğində pul vəsaitini 28 iyun 2024-cü il tarixədək olan müddət ərzində Gürcüstanda istintaqa məlum olmayan yerdə və istintaqa məlum olmayan həmin şəxsdən (şəxslərdən) əldə edərək Azərbaycan Respublikasına çatdırmaq məqsədilə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin dartıcısının sərnişin oturacağının sağ üst hissəsindəki plastmas hissəsinin altına yerləşdirərək gizlətməklə Gürcüstandan Azərbaycan Respublikasına gələrək 28 iyun 2024-cü il tarixdə, saat 22:20-də Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda ümumilikdə xüsusilə külli miqdarda – 553548,9 manat dəyərində olan 325617 ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qəsdən keçirməklə təkrarən qaçaqmalçılıq etmiş, habelə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra stasionar rentgen qurğusunda olarkən Dövlət Gömrük Komitəsinin əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsində şübhəli hal müəyyən edildiyindən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman sonuncu avtomobilini hərəkətə gətirərək gömrük nəzarəti zonasını özbaşına tərk edib Qazax-Bakı magistral yolu ilə hərəkətini davam etdirərək bir qədər irəlilədikdən sonra sürətini azaldıb avtomobilində gizlətdiyi həmin pul vəsaitlərini götürməsi üçün Qazax rayonu ərazisində onun avtomobilə minməsinə şərait yaratmış, nəticədə avtomobilin içərisində bir ədəd sellofan torbada olan həmin pul vəsaitlərini götürüb avtomobildən enərək yolun qarşı tərəfinə keçdikdən sonra DGK-nin əməkdaşlarından yayınmağa çalışsa da onlar tərəfindən saxlanılmış, xx.xx.2024cü il tarixdə saat 03:40-da Tovuz Gömrük İdarəsinin Tovuz rayonunda yerləşən inzibati ərazisində saxlanılan zaman əlində olan bir ədəd sellofan torbaya keçirilmiş baxış zamanı ümumilikdə xüsusilə külli miqdar – 553548,9 manat dəyərində olan 325617 ABŞ dolları məbləğində pul vəsaiti aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 206.3.1, 206.3.2, 213-1.2.1 və 315-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ona zəng edərək 20.000 ABŞ dolları dəyərində Rusiya rublunu mübadilə edilməsi üçün Gürcüstan Respublikasına keçirməli olduğunu demişdir. Onlar həmin məbləği adambaşına 10.000 ABŞ dolları dəyərində olmaqla bölərək birlikdə Gürcüstan Respublikasına keçirmişlər. Gürcüstan Respublikasından qayıdarkən Təqsirləndirilən şəxs2 ona bağlama təqdim etmiş və içərisində Təqsirləndirilən şəxs3 çatası 100.000 ABŞ dollarının olduğunu, həmin məbləği Azərbaycan Respublikasına keçirməli olduğunu və Elbrusun gömrük postunda bu barədə problem yaranmayacağını dediyini bildirmişdir. Təqsirləndirilən şəxs3 belə dediyini bildikdən sonra o, daha da arxayın olmuşdur. Yolda olan zaman Təqsirləndirilən şəxs2 ona zəng edərək əvvəldən tanıdığı Fərid adlı şəxsin ölkə ərazisinə keçiriləsi bağlamalarının olduğunu dediyini bildirərək həmin bağlamaları götürməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 çatası olduğunu deyərək verdiyi pullar bağlı bağlamada olsa da, Fəridə məxsus pullar açıq bağlama formasında olmuşdur. O, Fəridin verdiyi bağlamaları götürdükdən sonra yoluna davam etmişdir. Gömrük postunda ilkin yoxlanış zamanı gömrük əməkdaşları heç nə aşkar etməmişlər. Ardınca gömrük əməkdaşları idarə etdiyi avtomobili rentgen qurğusunda müayinə edərək ondan siqareti və pulları gizlətdiyi avtomobilin kabinə hissəsindəki örtüyü açmağını tələb etmişlər. O, örtüyü açmış, gömrük əməkdaşı da telefon işığı vasitəsilə gizlətdiyi siqaretləri görmüşdür. O, gömrük əməkdaşından getməyinə icazə verməsini xahiş etsə də, sonuncu artıq məlumat verildiyini bildirmiş və avtomobili kənara verib saxlamağını tələb etmişdir. Bundan sonra o, Gündüz adlı şəxsə zəng edərək gömrük əməkdaşlarının avtomobildə gizlətdiyi siqaretləri və pulları tapdığını demiş, sonuncu isə pulların müsadirə ediləcəyini bildirmişdir. O, pulun müsadirə ediləcəyi təqdirdə geri qaytarmağa imkanı olmayacağını bildiyi üçün avtomobilini idarə edib gömrük nəzarətindən qaçmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 zəng edərək gömrük əməkdaşının avtomobildə gizlətdiyi siqaretləri tapdığını və buna görə onlardan qaçdığını demişdir. Yolunun üzərində olan körpüdə avtomobilinin qarşısını “Niva” markalı avtomobilin kəsdiyini gördükdə o, idarə etdiyi avtomobilin istiqamətini dəyişərək geriyə hərləmiş və əks hərəkət istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt gömrük orqanının heç bir avtomobili ilə toqquşmamışdır. Bir az getdikdən sonra gömrük orqanı əməkdaşı idarə etdiyi avtomobili ilə sağ tərəfindən keçib qarşında əyləci basmışlar, nəticədə o, gömrükçülərin avtomobilin arxa hissəsi ilə toqquşdur. O, avtomobilini dayandıraraq bir müddət hərəkət etməmişdir. Bu zaman gömrük əməkdaşları onun idarə etdiyi avtomobilinin şüşəsini sındırmışlar. Həmin vaxt arxasınca xeyli sayda avtomobillərin təqib etdiyini nəzərə alıb öldürüləcəyindən qorxduğu üçün avtomobili idarə etməyə davam etmişdir. Ardınca Sənana zəng edib pulu ondan götürməsini demişdir. Sonuncu pulu ondan götürdükdən sonra o, Sənana vaxt qazandırmaq üçün bir az da hərəkət edib avtomobilini dayandırmışdır. Bundan sonra Sənanın ondan əvvəl saxlanıldığını öyrənmişdir. Aşkar edilmiş siqaretləri həm şəxsi istifadəsi, həm də satmaq üçün gətirmişdir. Siqaretlərlə pulları yük avtomobilinin eyni yerində gizlətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin yay aylarında ümumilikdə 10.000 ABŞ dolları dəyərində olan Rus rublunu Gürcüstan Respublikasına aparıb mübadilə etməsi üçün Təqsirləndirilən şəxs2 vermişdir. Gürcüstan Respublikasının sərhədini keçdikdən sonra o, həmin pulları sonunculardan götürəcəklərini demişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, qeyri-rəsmi şəkildə valyuta mübadiləsini həyata keçirmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs2 10.000 ABŞ dolları dəyərində rus rublu vermişdir. İttihamda qeyd olunan 272.000 manat məbləğində vəsait əvvəlki vaxtlarda mübadilə üçün Gürcüstan Respublikasına keçirdiyi və orada toplanan pullar olmuşdur. Gündüz adlı şəxsin ölkə ərazisinə keçirməyə çalışdığı pul barədə məlumatı olmamışdır. Həmişə pul ölkə ərazisindən Gürcüstan Respublikasına aparılarkən və əksinə mübadilə edilərək geriyə qaytarılarkən hər bir şəxs üçün icazə verilən həddi keçməmişdir. Lakin sonuncu dəfə ittihamda qeyd olunan məbləğ ayrı-ayrı şəxslər arasında bölünərək gətirilməli olduğu halda bu formada gətirilmişdir. Təqsirləndirilən şəxs2 onunla danışıq zamanı ölkə ərazisinə gətiriləcək pulu ayrı-ayrı şəxslər arasında bölüşdürüb keçirəcəyini və narahat olmamağımı demişdir. O, yanına gəlib özünə məxsus avtomobilləri sığorta etdirməsi ilə bağlı Anar Yusifovu tanımışdır. Təqsirləndirilən şəxs2lə isə Təqsirləndirilən şəxs4 vasitəsilə tanış olmuşdur. Yük avtomobilləri Təqsirləndirilən şəxs4 məxsus olmuş, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 isə sürücülər olmuşlar. O, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 mübadilə edildikdən sonra ölkə ərazisinə gətirdikləri hər 10.000 ABŞ dolları qarşılığında 20-30 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs2 keçirəcəkləri məbləğin gömrükdə aşkar edilməsi halında oradan qaçmalarını deməmişdir. Ümumiyyətlə də Təqsirləndirilən şəxs2 verdiyi pulun Təqsirləndirilən şəxs1 olması barədə onda məlumat olmamışdır. Əvəzlə Sənanın gömrükdən qanunsuz siqaret keçirmələri barədə də məlumatı olmamışdır. İttiham aktında qeyd edilən və gömrük əməkdaşları tərəfindən götürülən 220.000 ABŞ dolları məbləğində pul ona məxsus olmuşdur. Mübadilə məqsədilə Gürcüstan Respublikasına göndərilən pul Rusiya rublu, qaytarılarkən isə ABŞ dolları olmuşdur. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra o, özü hüquq mühafizə orqanına gedib pulun özünə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs2 ölkə ərazisinə 220.000 ABŞ dolları məbləğində pulu tək yox qanunvericiliyin imkan verdiyi həddə digər şəxslər arasında bölüşdürərək gətirməli olmuşdur. Təqsirləndirilən şəxs4 sürücüləri ilə onun Gürcüstan Respublikasına pul göndərməyindən məlumatlı olsa da, bunda hər hansı maddi marağı olmamışdır. Təqsirləndirilən şəxs4 sonuncu dəfə mübadilə olunması üçün Gürcüstan Respublikasına göndərilən pulun məbləğini bilmiş, lakin qaytarılacaq məbləğdən məlumatsız olmuşdur. O, Təqsirləndirilən şəxs2 10.000 ABŞ dolları dəyərində Rusiya rublu vermiş, sonuncu da, mübadilədən sonra ölkəyə 10.000 ABŞ dolları qaytarmalı olmuşdur. Lakin onun Gürcüstan Respublikasında əvvəldən göndərdiyi və mübadilə olunduqdan sonra qaytarılmamış 210.000 ABŞ dolları məbləğində pulu olmuş, bu səbəbdən ümumilikdə 220.000 ABŞ dolları pulun ona məxsus olduğunu bildirmişdir. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən heç bir təzyiq yaxud təsirə məruz qalmamış, ifadəsini də oxuduqdan sonra imzalamışdır. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs3 həmin ifadələrində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs4 yük avtomobili sürücüləri ilə Gürcüstana pul göndərməyinə və oradan geri qaytarmağına şərait yaratmasını xahiş etmiş, Təqsirləndirilən şəxs4 da buna razılıq vermişdir. Bundan sonra 24 iyun 2024-cü il tarixdə axşam saat təxmini 10-12 radələrində Yevlax şəhəri ərazisində Təqsirləndirilən şəxs4 ilə görüşüb sürücüləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vasitəsilə gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Gürcüstana aparılıb orada ABŞ dollarına mübadilə edildikdən sonra ona geri qaytarılması üçün Təqsirləndirilən şəxs4 160000 ABŞ dolları dəyərində Rusiya rublu vermiş, Təqsirləndirilən şəxs4 da həmin pul vəsaitini sürücüsü Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Onun Təqsirləndirilən şəxs4 verdiyi 160000 ABŞ dolları dəyərində Rusiya rublunun məbləğindən həm sonuncunun, həm də Təqsirləndirilən şəxs2 məlumatı olmuş, eyni zamanda Təqsirləndirilən şəxs4 sürücülərə verməsi üçün 320 manat məbləğində pulu da vermişdir. Həmin vaxt aralarında olan danışıq zamanı 220.000 ABŞ dolları məbləğində pul vəsaitinin də Gürcüstandan ona gəlməli olduğunu Təqsirləndirilən şəxs4 bildirmiş, bundan başqa əvvəllər müxtəlif vaxtlarda hissə-hissə Gürcüstana göndərdiyi 60000 ABŞ dolları məbləğində pul vəsaiti geri qaytarılmayaraq Gürcüstanda yaşayan, əslən azərbaycanlı olan Sərvan adlı şəxsdə qalmış, həmçinin pul gedib çatandan sonra da oradan həmin pulun geri qaytarılmalı olduğu barədə Təqsirləndirilən şəxs4 ilə bir daha danışmış, yəni həmin vaxt Təqsirləndirilən şəxs4 220.000 ABŞ dolları məbləğində pul vəsaitinin ona geri qaytarılmalı olduğundan məlumatı olmuşdur. 25 iyun 2024-cü il tarixdə saat 21-22 radələrində o, Sənan adlı şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb 160.000 ABŞ dolları dəyərində Rus rublunu Gürcüstana keçirə bilib-bilmədiyini soruşmuş, sonuncu da həmin pul vəsaitini ölkə ərazisindən çıxardığını ona bildirən zaman o, Təqsirləndirilən şəxs2 160.000 ABŞ dolları dəyərində Rus rublunu Sərvan adlı şəxsə təhvil verməsini söyləmiş, buna görə də Təqsirləndirilən şəxs2 qeyd olunan pul vəsaitini ABŞ dollarına mübadilə edilməsi üçün Gürcüstanda yaşayan Sərvan adlı şəxsə vermiş və bu barədə onu məlumatlandırmışdır. 28 iyun 2024-cü il tarixdə Sərvan adlı şəxs 160.000 ABŞ dolları dəyərində Rusiya rublunu ABŞ dollarına mübadilə etdiyini mobil telefon vasitəsi ilə ona bildirmiş, o da Sərvan adlı şəxsə həmin pul vəsaiti ilə yanaşı əvvəlki vaxtlardan yığılıb qalan 60.000 ABŞ dolları məbləğində pul vəsaitini də ona çatdırması üçün Təqsirləndirilən şəxs2 təhvil verməsini söyləmişdir. Bundan sonra Sənanla əlaqə saxlayaraq Sərvanın 10 ədəd bağlamada 100.000 ABŞ dolları verəcəyini və həmin pul vəsaitini ona çatdırmasını, bununla bağlı ümumilikdə 200 manat məbləğində zəhmət haqqı verəcəyini söylədikdə Təqsirləndirilən şəxs2 onunla razılaşmışdır. Həmin gün bir qədər sonra Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq Sərvanın pulları təhvil verdiyini, həmin pulu yük nəqliyyat vasitəsində gizlətdiyini və axşam saat təxminən 20-21 radələrində “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasına gələcəyini söyləmişdir. 28 iyun 2024-cü il tarixdə axşam saat 21 radələrində Təqsirləndirilən şəxs2 zəng edərək harada olmasını, problem olub-olmamasını maraqlandıqda sonuncu ona Təqsirləndirilən şəxs1 ilə birlikdə gömrük postunu keçdiklərini və yolda olduqlarını bildirmiş, lakin sonradan Təqsirləndirilən şəxs2 xəbər olmadığına görə yük avtomobillərinin sahibi Təqsirləndirilən şəxs4 zəng edərək bu barədə maraqlanmış, sonuncu isə Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 gömrük əməkdaşları tərəfindən saxlanıldıqlarını söyləmişdir. Bunu öyrəndikdən dərhal sonra o, Yevlax şəhərinə gedərək Təqsirləndirilən şəxs4 götürmüş və onlar birlikdə “Qırmızı Körpü” gömrük postuna doğru yola düşmüşdür. Orada Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 Tovuz Gömrük İdarəsinə gətirildiklərini öyrəndikdən sonra həmin idarəyə gedərək ona məxsus olan 220.000 ABŞ dollarının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən sonuncunun idarə etdiyi yük nəqliyyat vasitəsində gizlədilməklə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərkən gömrük nəzarəti zamanı Təqsirləndirilən şəxs1 gömrük nəzarətindən yayınıb qaçdığını, daha sonra isə hər iki sürücünün gömrük əməkdaşları tərəfindən saxlanıldığı, ona məxsus 220.000 ABŞ dollarının da gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürüldüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs4 mobil telefonuna baxış zaman müəyyən edilən danışıq zamanı qeydə alınmış səs yazıları və yazışmalara əsasən aralarında “veş”, “paçka” kimi ifadələr işlədərkən pul vəsaiti nəzərdə tutmuş, Anarın da bundan məlumatı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, Gürcüstan Respublikasına göndərilən pulun çatdırılması ilə bağlı mütəmadi olaraq sürücülərlə əlaqə saxlamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 zəng edərək Gürcüstan Respublikasına pul göndərməli olduğunu deyib ona məxsus yük avtomobillərinin sürücülərinin nə vaxt Gürcüstan Respublikasına gedəcəklərini soruşmuş və təxminən 20.000 ABŞ dolları dəyərində Rusiya rublunun Gürcüstan Respublikasına göndərilməsi üçün ondan xahiş etmişdir. Bundan sonra o, Elbrusdan 20.000 ABŞ dolları dəyərində Rusiya rublunu alıb Təqsirləndirilən şəxs2 vermiş ki, sonuncu Təqsirləndirilən şəxs1la aralarında hər birinə 10.000 ABŞ dolları dəyərində bölüşdürməklə Gürcüstan Respublikasına keçirsinlər. Daha sonra baş verənlər barədə onun məlumatı olmamışdır. Bir neçə gün sonra Elbrus onunla əlaqə saxlayıb Sənana zəng çatmadığını və səhv etmirsə sonuncunun gömrükdə saxlanıldığını demişdir. O və Elbrus baş verənlər barədə məlumat almaq üçün Tovuz rayonuna getmişlər. O, orada Sənangilin Elbrusa məxsus 220.000 ABŞ dolları dəyərində pul vəsaitini Gürcüstan Respublikası ərazisindən gətirib gömrükdən keçirərkən tutulduğunu öyrənmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, o, sonuncu dəfə mübadilə olunması üçün Gürcüstan Respublikasına 20.000 ABŞ dolları dəyərində Rusiya rublunun göndəriləcəyini bilsə də, ölkəyə qaytarılacaq məbləğdən məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs3 ona zəng edərək dərhal pulun Gürcüstan Respublikasına göndərilməsini xahiş etmişdir. Bununla belə, pulun göndərilməsində onun heç bir marağı olmamışdır. Mübadilə edilməsi üçün göndərilən pullar ona məxsus avtomobillər ilə gətirildiyi üçün hadisədən sonra gömrük idarəsinə getmişdir. Hadisə günü Təqsirləndirilən şəxs2 zəng etsə də, sonuncu cavab verməmişdir. O, pulun Təqsirləndirilən şəxs1 olmasını sonradan bilmiş, bu səbəbdən də sonuncu ilə əlaqə saxlamağa çalışmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 vasitəsilə tanımışdır. Bir gün Elbrus ona zəng edərək 20.000 ABŞ dolları dəyərində Rusiya rublunu Gürcüstan Respublikasına keçirmək lazım olduğunu demişdir. O, Təqsirləndirilən şəxs1la birlikdə həmin məbləği hər birinə 10.000 ABŞ dolları dəyərində bölüşdürüb bəyan etməklə ölkə ərazisindən Gürcüstan Respublikasına keçirmişlər. Gürcüstandan Azərbaycan Respublikasına qayıdan zaman Təqsirləndirilən şəxs3 Sərvan adlı şəxsdən ona məxsus 220.000 ABŞ dollarını götürməyini və həmin məbləği ayrı-ayrı şəxslər arasında bölüb ölkə ərazisinə gətirməyini demişdir. O isə həmin məbləğin hamısını təkbaşına gömrük sərhədindən keçirmişdir. O, gömrük sərhədindən keçirdiyi hər 10.000 ABŞ dolları qarşılığında 10-20 manat pul almışdır. Bundan əlavə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətirməyi üçün Fərid adlı şəxs ona 105.000 ABŞ dolları vermişdir. Fərid bu barədə onunla danışsa da, həmin vaxt işi olduğu üçün sonuncu pulu Təqsirləndirilən şəxs1 vermişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, hadisədən əvvəl gömrük sərhədini keçib Təqsirləndirilən şəxs1 gözləmiş, bir qədər sonra isə Təqsirləndirilən şəxs1 ona zəng edərək “məni tutdular, qaçdım” demişdir. O, 220.000 ABŞ dollarının hamısını gömrük sərhədindən keçirməsi üçün Təqsirləndirilən şəxs1 vermişdir. O, hadisə günü sonuncu ilə gömrük sərhədinə eyni vaxtda daxil olmuş, lakin hər nə səbəbdənsə o, sərhəddən keçdikdən sonra gömrük əməkdaşları Təqsirləndirilən şəxs1 rentgen aparatına salmışlar. Bundan sonra o, yanacaq doldurma məntəqəsinə gedib yanacaq almış və yemək-yemək üçün Təqsirləndirilən şəxs1 gözləmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs3 ona zəng edərək gömrüyü keçib-keçmədəyini soruşduqda o, sonuncuya birlikdə gəlmək üçün Əvəzi gözlədiyini demişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 zəng edərək tutulduğunu, gömrük postundan qaçdığını, avtomobilin yanacağının az olduğunu və gömrük əməkdaşlarının arxasınca düşdüklərini deyib kömək etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 mübadilə edilməsi üçün aparılan pulların Təqsirləndirilən şəxs1 olduğunu bilməmişdir. O, Elbrusa sadəcə Təqsirləndirilən şəxs1la yoldaşlı gəldiyini və ona görə Əvəzi gözlədiyini demişdir. Təqsirləndirilən şəxs1 pullarla birlikdə saxlanmaması üçün o, öz avtomobili ilə bir qədər irəliyə hərəkət etmişdir. Həmin vaxt Əvəz Bakı-Qazax-Gürcüstan magistral yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etmiş və polislərlə gömrük əməkdaşları tərəfindən təqib olunmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs1 əks, yəni Qazax şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. O, yolun hərəkət istiqamətlərini ayıran beton arakəsmənin üzərində dayanmış və Təqsirləndirilən şəxs1 yaxınlaşan zaman sürətini azaltması üçün o, əli ilə sonuncuya işarə etmişdir. Əvəz sürətini azaltdıqda o, avtomobil dayanmadan qapısını açıb minmişdir. Bundan sonra o, bağlamalardakı pulu götürmüş və Təqsirləndirilən şəxs1 yolun kənarı ilə hərəkət etməsini demişdir. Həmin vaxtı məqsədi avtomobildən görünmədən düşüb getmək olmuşdur. O, avtomobildən düşüb yolun kənarından aşağıya keçəndə ani bir vəziyyətdə gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 uzun müddətdir sürücü kimi işlədiyini və yaşlı olduğundan şübhə çəkməyəcəyini düşünərək o, 220.000 ABŞ dollarının hamısını gömrük sərhədindən keçirməsi üçün sonuncuya vermişdir. Təqsirləndirilən şəxs3 220.000 ABŞ dollarını onun gömrük sərhədindən tam şəkildə keçirəcəyindən xəbərsiz olmamışdır. Təqsirləndirilən şəxs4 gömrükdən keçərkən onlara kömək etmək və nə baş verdiyini öyrənmək məqsədilə gəlmiş, lakin sonuncu da saxlanılmışdır. Təqsirləndirilən şəxs4 onunla Təqsirləndirilən şəxs1 idarə etdiyi yük avtomobillərinin sahibi olmuşdur. Təqsirləndirilən şəxs3 Gürcüstan Respublikasına keçirib hazırda adını xatırlamadığı şəxsə çatdırılması üçün 20.000 ABŞ dollar dəyərində Rusiya rublunu ona Təqsirləndirilən şəxs4 vasitəsilə vermişdir. Gürcüstan Respublikasından qayıdacaq pul barədə Təqsirləndirilən şəxs4 məlumatı olmamışdır. Əvvəllər Gürcüstan Respublikasına qanunla imkan verilən həddə valyuta keçirmiş, lakin ilk dəfə idi ki, ölkə ərazisinə ABŞ dolları keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda yuxarıda qeyd olunan cinayət əməllərini törətmələri Təqsirləndirilən şəxs4 başqa digər təqsirləndirilən şəxslərin qismən etirafedicisi ifadələri ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməliyyat və təhqiqat şöbəsində əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 29 iyun 2024-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda xidmətdə olarkən Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda tətbiq edilmiş gömrük nəzarəti zamanı şübhəli cizgilər müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ətraflı baxış keçirilməsi üçün avtomobili bir qədər irəlidə saxlaması tapşırılsa da sonuncu rentgen qurğusunu tərk etmək üçün avtomobil idarə edib oradan uzaqlaşmışdır. Bundan sonra Tovuz Gömrük İdarəsinin əməkdaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi, onun da sərnişin kimi əyləşdiyi “Niva” markalı və digər əməkdaşların idarə etdiyi iki ədəd “Fiat Doblo” markalı avtomobillə Təqsirləndirilən şəxs1 təqib edərək saxla əmri vermişlər, lakin sonuncu tabesizlik göstərərək avtomobili saxlamamışdır. Bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili saxlamış, onlar sonuncunun qaçmayacağını düşünmüş və Zərərçəkmiş şəxs2 idarə etdiyi “Niva” markalı avtomobili Təqsirləndirilən şəxs1 avtomobilinin qarşısında saxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs1 avtomobili idarə edərək əvvəlcə Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili, daha sonra isə digər əməkdaşların idarə etdiyi “Fiat Doblo” markalı avtomobili vuraraq ərazidən uzaqlaşmışdır. Onlar da sonuncunu təqib etməyə davam etmişlər. İncə Su postundan sonra polis əməkdaşı da xidməti avtomobillə onlarla birlikdə Əvəzi təqib etməyə başlamışdır. Bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs1 avtomobilin sürətini azaltmış və şəxsiyyəti onlara sonradan məlum Təqsirləndirilən şəxs2 avtomobilə minmişdir. Təxminən bir kilometr gedəndən sonra Təqsirləndirilən şəxs1 avtomobilin sürətini azaltmış və Təqsirləndirilən şəxs2 əlində torba ilə avtomobildən düşüb qaçmışdır. O, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 avtomobillərdən düşərək Sənanın arxasınca qaçmışlar. Bir qədər sonra yolun kənarında dayanan zaman Sənanı saxlayıb idarəyə aparmışlar. İdarədə Sənanın əlindəki torbanın içərisində 325.617 ABŞ dolları və siqaret olması məlum olmuşdur. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs1 iki “Fiat Doblo” və iki “Niva” markalı avtomobil olmaqla, ümumilikdə 4 avtomobillə təqib etmişlər. İkinci Şıxlı kəndinin ərazisindən onların postunadək təxminən 10 kilometr məsafə olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs1 postdan təxminən 10 kilometr uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 təqib edən “Fiat Doblo” markalı avtomobillərdə gömrük nişanı olmuş, həmçinin avtomobillərdə olan sayrışan işıqlar da yanlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 onu təqib edənlərin gömrük postunun əməkdaşları olduğunu bildiyi halda saxla əmrinə tabe olmamışdır. Yolun müəyyən hissəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin sürətini azaltmış, bu zaman onlar sonuncunu saxlamaq məqsədilə avtomobillə qarşısına keçmiş, digər əməkdaşların idarə etdikləri avtomobillər isə arxasında dayanmış, Əvəz isə idarə etdiyi avtomobili arxaya verib mühasirədən çıxmaq istəyəndə həm onun olduğu “Niva” markalı avtomobili, həm də arxada olan “Fiat Doblo” markalı avtomobili vuraraq zədələyib həmin yerdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 yolun əks hərəkət istiqamətində də hərəkət etmiş, bir qədər getdikdən sonra sürəti təxminən 10-20 km/saata endirmiş və Təqsirləndirilən şəxs2 əlində torba ilə avtomobilin sağ qapısını açaraq düşüb qaçmışdır. Bu vaxt onun olduğu “Niva” markalı avtomobil zədəli olduğu üçün onlar dayanmış, digər avtomobillər isə təqibi davam etmişdir. Təqsirləndirilən şəxs2 avtomobildən düşüb qaçarkən əlində olan torbanın içərisində nə olduğu onlara hələki məlum deyildi. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 kömək etmək məqsədilə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 etdiyi kömək içərisində pul olan torbanı götürüb qaçırmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə pul olması ilə bağlı onlarda əməliyyat məlumatı olsa da, pulun məbləği ilə bağlı məlumat olmamışdır. Təqsirləndirilən şəxs2 başqa şəxslərlə bağlı məlumat verməmişdir. Onlar Təqsirləndirilən şəxs2 saxlayarkən sonuncunu vurmamışlar. Sənanı saxlayarkən gecə saat 01 radələri olduğu üçün hava qaranlıq olmuşdur. Sənan və arxasınca qaçan əməkdaşlar təxminən 2-3 metr dərinliyi olan dərəyə yıxılmış, Sənanın üzündəki izlər də həmin vaxt yaranmışdır. Ona görə saxlanılan zaman heç kim Sənanı döyüb xəsarət yetirməmiş, dərəyə yıxılanda onların əməkdaşları da xəsarət almışlar. O, Sənana məxsus iki ədəd telefonu, pul qabını və pulu qaranlıqda öz telefonunun işığı ilə axtarıb tapmış, lakin sonuncu üzüyü ilə bağlı heç nə bilməmişdir. Onlar Sənanı saxlayandan sonra təhqiqata təhvil vermiş və sonuncu postda bir gün qalmışdır. Təqsirləndirilən şəxs1 onun sərnişin kimi əyləşdiyi “Niva” markalı avtomobili vuranda o, xəsarət almamışdır. O, Təqsirləndirilən şəxs1la barışmamış, sonuncudan şikayətçi olmuş və barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməliyyat və təhqiqat şöbəsində əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29 iyun 2024-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda xidmətdə olarkən Təqsirləndirilən şəxs1 stasionar rentgen cihazından qaçması ilə bağlı məlumat daxil olmuşdur. Onlar sonuncunu təqib etməyə başlamış, həmin vaxtı o, **-AU-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobili idarə etmişdir. Bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs1 avtomobili saxlamış, onlar da sonuncunun avtomobildən düşüb təslim olacağını fikirləşdiyi üçün o, idarə etdiyi avtomobili Əvəzin avtomobilinin qarşısında saxlamışdır. Onlar avtomobildən düşəndə Əvəz avtomobili idarə edərək əvvəlcə onun idarə etdiyi “Niva” markalı avtomobili, sonra da arxada olan digər əməkdaşın idarə etdiyi “Fiat Doblo” markalı avtomobili vuraraq oradan uzaqlaşmışdır. Onlar avtomobillərə minib yenidən Əvəzi təqib etməyə başlamışdır. Bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs2 Əvəzin idarə etdiyi avtomobildən düşüb qaçmışdır. Bu vaxt onun idarə etdiyi “Niva” markalı avtomobil zədəli olduğu üçün yolun ortasında xarab olmuş, o da məcbur olub avtomobilin yanında qalmış, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 isə avtomobildən düşüb Sənanın arxasınca qaçmışlar. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun idarə etdiyi “Niva” markalı avtomobili sol ön tərəfdən vurmuşdur. İdarə etdiyi avtomobildə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 əyləşmiş, həmin vaxt heç biri xəsarət almamışdır. Onlar qəza vəziyyəti yaratmamış, o, avtomobili Əvəzin idarə etdiyi avtomobilin qarşısında saxlayanda sonuncu avtomobili dayandırmışdır. Onlar Əvəzin təslim olacağını düşünüb avtomobildən düşəndə sonuncu avtomobilini idarə edərək onların avtomobillərini vurub qaçmışdır. Sənan qaçanda o, sonuncunun arxasınca qaçmadığına görə saxlanılmasında iştirak etməmişdir. Onların avtomobillərində fərqlənmə nişanı və sayrışan işıqlar olmuş, Təqsirləndirilən şəxs1 onu təqib edən avtomobillərin Dövlət Gömrük Komitəsinə məxsus olduğunu bilmişdir. O, Əməliyyat və Təhqiqat şöbəsinin əməkdaşı olduğuna görə idarə etdiyi avtomobildə fərqlənmə nişanı olmamış, lakin avtomobildə əyləşən şəxslər formada olmuşlar. “Fiat Doblo” markalı avtomobillərdə fərqlənmə nişanları olmuş, eyni zamanda İncə Su stasionar postunun əməkdaşları da xidməti avtomobillə onlarla birlikdə Təqsirləndirilən şəxs1 təqib etmişlər. Onun idarə etdiyi “Niva” markalı avtomobil Dövlət Gömrük Komitəsinin balansında olmuşdur. Təqsirləndirilən şəxs1 onun idarə etdiyi avtomobili Şıxlı kəndi tərəfdən gələndə posta çatmamış, radarın altında vurmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs1 şikayətçi olmuş və sonuncuya qanuna müvafiq cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin Biləsuvar bölməsində kiçik mühafizəçi işləyən Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman o, “Azərterminalkompleks” X2 Dəstəyin Təşkili İdarəsinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 rentgen qurğusunu tərk etmək üçün avtomobili idarə edib qaçması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qazax rayonu Birinci və ya İkinci Şıxlı kəndi ərazisində Zamin, Rafail və o, “Niva” markalı avtomobillə Əvəzi təqib edən avtomobillərə qoşulmuşlar. Avtomobili Təqsirləndirilən şəxs1 idarə etdiyi yük avtomobilinin yanına sürərək sonuncudan avtomobili saxlamasını tələb etmişlər, lakin Əvəz idarə etdiyi avtomobili onların üzərinə sürərək tabe olmamış, eyni zamanda xidməti avtomobillərə zərər yetirmişdir. Həmin vaxt onlar iki “Fiat Doblo” markalı və iki “Niva” markalı avtomobillə Əvəzi təqib etmişlər. “Fiat Doblo” markalı avtomobillərdə gömrük nişanı olmuşdur. Həmçinin avtomobillərdə olan sayrışan işıqlar da yanlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 onu təqib edənlərin gömrük postunun əməkdaşları olduğunu bildiyi halda saxla əmrinə tabe olmamışdır. Əvəz avtomobili təhlükəli idarə etmiş, hətta əks hərəkət istiqamətinə çıxaraq təhlükə yaratmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs1 avtomobili saxlamış, bu zaman onlar sonuncunun təslim olacağını düşünüb avtomobillərini Əvəzi avtomobilinin ətrafında saxlayaraq düşmüşlər. Lakin Təqsirləndirilən şəxs1 avtomobilini idarə edərək xidməti avtomobilləri vurub zədələmiş və həmin yerdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 yolun əks hərəkət istiqamətində hərəkət etmiş, bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs2 əlində torba ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən düşüb qaçmışdır. Onların Sənanın arxasınca gedəndə sonuncunu özünü yolun kənarındakı dərəyə atmış, onlar da arxasınca dərəyə düşüb Sənanı saxlayaraq Tovuz Gömrük İdarəsinə aparmışlar. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs6 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 üzərinə və əlində olan torbaya baxış keçirilməsində iştirak etməmiş, lakin sonradan torbanın içərisində pul olduğunu öyrənmişdir. Məlumat əməliyyatçılara daxil olduğu üçün o, məzmununun nə olduğunu bilməmişdir. Onlar gömrük əməkdaşı olaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili iki “Fiat Doblo” markalı və iki “Niva” markalı avtomobillə təqib etmişlər. “Niva” markalı avtomobillər əməliyyatçılara məxsus olduğu üçün onlarda fərqləndirici nişan olmamışdır. Hadisə zamanı ona zərər dəyməmişdir. Təqsirləndirilən şəxs2 əlində olan torbanın içərisindəki pulları haradan və nə üçün əldə etdiklərini bilməmişdir. Təqsirləndirilən şəxsləri saxlayıb Tovuz Gömrük İdarəsinə aparanda sonuncular pulu haradan və nə üçün gətirdiklərini deməmişlər. Onlar Təqsirləndirilən şəxs1 təqib edərkən sonuncunun avtomobildə tək olduğunu düşünmüşdür. O, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 avtomobilinə mindiyini görməmiş, sadəcə düşüb qaçdığını görmüşdür. Onun olduğu “Niva” markalı avtomobildə səs gücləndirici olmamış, “Fiat Doblo” markalı avtomobillərdə isə olmuşdur. Səs gücləndiricilərdən istifadə edərək avtomobili saxlaması bildirilmiş, hətta yolda stasionar polis postunun əməkdaşları xidməti avtomobillə yaxınlaşıb özlərində olan səs gücləndirici ilə saxla əmri də vermişlər. Saxlanılan zaman Sənana fiziki təsir göstərilməmişdir. Sənan özünü dərəyə atanda onlar sonuncunun arxasınca dərəyə atılmış, həmin vaxt onun da dizi daşa dəyib zədələnmişdir. Sənana qarşı fiziki təsir olunmamış və sonuncu üzüyünün itməsi ilə bağlı onlara heç nə deməmişdir. Onun təqsirləndirilən şəxslərdən heç bir tələbi olmamış, sonuncularla barışmış, onlarla heç bir qərəzli münasibəti də olmamış, o, sadəcə xidməti vəzifəsini icra etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Skanlaşdırma şöbəsində böyük inspektor Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı avtomobillə skanlaşdırma şöbəsinə daxil olmuşdur. Stasionar rentgen qurğusunda tətbiq edilmiş gömrük nəzarəti zamanı avtomobildə şübhəli cizgilər müəyyən edilmişdir. Bu səbəbdən onlar avtomobilə baxış keçirmiş, lakin əvvəlcə heç nə müəyyən etməmişlər. İkinci dəfə avtomobilə baxış keçirəndə Əvəzdən üzlüyün içərisində nə olduğunu soruşmuşlar, sonuncu da heç nə olmadığını bildirmişdir. Bundan sonra digər əməkdaş üzlüyü sökməyə başlamış, bu zaman Əvəz avtomobilində 50 blok siqareti olduğunu deyib onu buraxmağı xahiş etmişdir. Onların isə sonuncunu buraxmaq kimi səlahiyyəti olmadığından avtomobilə tam baxış keçirilməsi üçün pasportu və avtomobilin açarını təhvil verib avtomobildən düşməsini bildirmişlər. Təqsirləndirilən şəxs1 pasportunu ona təhvil verdikdən sonra o, avtomobildən düşmüş, digər əməkdaş isə avtomobilin qarşısında durub Əvəzin düşməsini gözləmişdir. Anidən Əvəz avtomobili idarə edib ərazidən uzaqlaşmışdır. Əbülfəz adlı keçmiş əməkdaş da “Fiat Doblo” markalı xidməti avtomobili ilə yaxınlıqda olmuşdur. Vətəndaşın qaçdığını görüb o, Əbülfəzlə birlikdə, xidməti avtomobillə sonuncunun arxasınca getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 avtomobilində nəyi gizlətdiyini bilməmişlər. Bundan sonra bu barədə rəhbərliyə məlumat vermişlər və ərazidə olan bütün avtomobillər onlara qoşulub Əvəzi təqib etməyə başlamışdır. Hətta onlardan irəlidə xidmətdə olan avtomobillər də Əvəzi təqib etməyə başlamışdır. Yəni onlar 2-ci Şıxlı kəndində olanda 1-ci Şıxlı kəndində xidmətdə olan əməkdaşlar yolda Əvəzin qarşısını kəsmişlər, bu zaman Əvəz idarə etdiyi avtomobillə əks yola çıxmışdır. 1-ci Şıxlı kəndi ilə 2ci Şıxlı kəndi arasında Əvəz dayananda onlar xidməti avtomobillərlə sonuncunu mühasirəyə almışlar. Onlar avtomobili sonuncunun qarşısında saxlamışlar, fikirləşmişlər ki, Əvəz təslim olacaq, lakin sonuncunun onları vuracağı ağlına gəlməmişdir. Bu vaxt Əvəz avtomobili idarə edib onun olduğu “Fiat Doblo” markalı xidməti avtomobilin arxa sol tərəfini vuraraq əzmişdir. Bundan sonra onlar avtomobildən düşmüş, Əvəz də avtomobilini əks hərəkət istiqəmətində idarə edib geriyə, Qırmızı körpüyə tərəf getmişdir. Onlar stasionar polis postunun əməkdaşlarına da məlumat verdiyi üçün İncə su postunda postun əməkdaşları xidməti avtomobillə Əvəzi təqib etməyə başlamışlar. Sonuncunu təqib etdiyi xidməti avtomobillərdə həm sayrışan işıqlar, həm də səs gücləndirici olmuşdur. Dəfələrlə Əvəzə avtomobili saxlaması deyilsə də sonuncu tabe olmamışdır. Onlar avtomobilin içərisində silah və başqa partlayıcı maddə olacağından ehtiyat edərək, özlərini qorumaq məqsədilə həm Əvəzə yaxınlaşmamağa çalışmış, həm də arxasınca gedib təqibi davam etmişlər. Əvəz avtomobilini elə yüksək peşəkarlıqla idarə etmiş ki, heç kim sonuncuya yaxınlaşa bilməmişdir. Əvəz demək olar ki, yolda hərəkəti tamamilə dayandırmışdır. Yolun müəyyən hissəsində avtomobillərin sürəti tamamilə azalmış və Əbülfəzlə Əvəz danışmağa başlamış, Əvəz “niyə belə elədiniz, bu qədər avtomobil vurdum, həbs olunacam” demişdir. O, bu zaman nəsə olacağını bilmiş, çünki qaçan şəxs avtomobili onu təqib edən avtomobilə bu qədər yaxınlaşıb sürətini azaldaraq söhbət etməzdi. Yolda Əvəzin avtomobilinə kiminsə mindiyini görməsə də avtomobillərin sürəti azalan vaxtda Əvəzin avtomobilindən kiminsə əlində torba ilə düşüb qaçdığını görmüşdür. Həmin şəxsin əlində torba olduğu üçün avtomobildən rahat şəkildə düşməmiş, sonuncunun düşməsi bir qədər vaxt aparmışdır. Həmin şəxs yolda olan beton arakəsmələri keçəndə o, Fərid və Rafail avtomobillərdən düşüb qaçan şəxsin arxasınca getmişlər. Yolun kənarında 7-8 metr hündürlüyündə dərə olmuş və Əvəzin avtomobilindən düşən şəxs özünü həmin dərəyə atmışdır. Onlar da sonuncunu saxlamaq üçün məcbur olub arxasınca dərəyə düşmüşlər. Bu zaman o, bədəninin müxtəlif yerlərindən xəsarətlər almışdır. Onlar qaçan şəxsi saxlamışlar, sonuncunun əlindəki torbanın içərisində narkotik vasitə olduğunu düşünmüşlər, lakin həmin şəxs özü pul olduğunu demişdir. Ardınca onlar həmin şəxsləri Tovuz Gömrük İdarəsinə təhvil vermişlər. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 özünü dərədən atanda onlar da sonuncunun arxasınca özlərini oraya atmışdır. Həmin dərənin 7-8 metr hündürlüyü olmuş və yolun düzlüyünü təmin etmək üçün iri çay daşları ilə düzəldilmişdir. Oradan özünü atanda xəsarət alması normal hal olmuş, o, özü də xəsarət almış və bədənində olan sıyrıqlar bir aya kimi qalmış, yəni Sənana fiziki təzyiq olunmamışdır. Eyni zamanda həmin vaxt onun olduğu avtomobil də vurulmuşdur. Əvəzin avtomobili idarə edərkən etdiyi manevrlər çox peşəkarcasına və təhlükəli olmuş, yəni onlar hamısı psixoloji gərginlik keçirmişlər. Təqsirləndirilən şəxs2 üzüyünün itməsi ilə bağlı nəsə bilməyi mümkün olmamışdır. Ola bilər ki, sonuncu özünü dərəyə atanda oraya düşüb. Lakin həmin vaxt Sənan onlara üzüyünün itməsi ilə bağlı heç nə deməmişdir. Saxlanılan zaman onlar Sənanla pis davranmamışlar. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və ya tələbi olmamış, sonuncularla barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” X2 Dəstəyin Təşkili İdarəsinin Gömrük işinə yardım şöbəsinin instruktoru Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 28 iyun 2024-cü il tarixdə “Fiat Doblo” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Qırmızı Körpü” gömrük postunun yaxınlığına gəlmişdir. Həmin vaxt iş yoldaşı Zərərçəkmiş şəxs5 ona zəng vuraraq yük nəqliyyat vasitəsinin “X-ray” cihazından yayındığını və təcili gəlməyini demişdir. O, həmin vaxt Qazax rayonu, Birinci Şıxlı kəndi ərazisində olmuşdur. Oraya çatdıqda “Qırmızı Körpü” gömrük postu tərəfdən “DAF” markalı yük nəqliyyat vasitəsinin gəldiyini görmüşdür. Nəqliyyat vasitəsini dayandırmaq məqsədilə yolu bağlasa da, sürücü yolu kəsdiyini görüb manevr edərək geriyə doğru hərəkət edib “Qırmızı Körpü” gömrük postu istiqamətində hərəkət etmişdir. Bundan sonra o, öz idarə etdiyi, Əbülfəz isə “Fiat Doblo” markalı avtomobil ilə həmin nəqliyyat vasitəsini təqib etməyə başlamışlar. Sürücü saxlama əmrinə tabe olmayaraq yüksək sürətlə hərəkətinə davam etmişdir. Onlar dərhal Yol Patrul Xidmətinin əməkdaşlarına **-SJ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin müayinədən yayındığını və saxlamaq lazım olduğunu demişlər. Buna baxmayaraq, Əvəz YPX-nın əməkdaşlarının göstərişlərinə tabe olmayaraq yüksək sürətlə hərəkətinə davam etmişdir. Bundan sonra onlar Ağstafa-Qazax magistral yolunda idarə etdiyi avtomobili yük nəqliyyat vasitəsinin qarşısına verib saxlamışlar. Lakin onlar Əvəzə yaxınlaşmaq istəyəndə sürücü qəfildən yenidən hərəkətə başlamışdır. Əvəz həmin vaxt onun idarə etdiyi “Fiat Doblo” markalı avtomobilə, eyni zamanda Əbülfəzə məxsus avtomobilə ziyan vuraraq hərəkət etmişdir. Bundan sonra Əbülfəz həmin yük nəqliyyat vasitəsinə hərəkətdə ola-ola digər bir vətəndaşın əyləşməsini, ardınca avtomobildən sellofan bağlama götürərək yenidən düşməsini gördüyünü demişdir. O, avtomobilin sol tərəfindən hərəkət etdiyi üçün bunları görməmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, idarə etdiyi “Fiat Doblo” markalı avtomobildə sayrışan işıq, həmçinin üzərində “Dövlət Gömrük Komitəsi” yazılı fərqlənmə nişanı olmuşdur. Sürücü onların gömrük əməkdaşları olduğunu açıq-aşkar bilmişdir. O, avtomobili yük avtomobilinin sol hissəsi ilə idarə etdiyi üçün yük avtomobilinə hər hansı şəxsin əyləşib bir qədər sonra düşdüyünü görməmişdir. Bu barədə iş yoldaşı Zərərçəkmiş şəxs5 demişdir. Onlar yük avtomobilinin arxasınca gedəndə avtomobilinin sayrışan işıqları yanmışdır. Yük avtomobili sonuncu dəfə Ağstafa rayonu yaxınlığında yolun sol hissəsində dayanmış, bundan sonra da o, gömrük postuna qayıtmışdır. Sonradan eşitdiyinə görə həmin avtomobildə külli miqdarda pul aşkar olunmuşdur. O, təqsirləndirilən şəxslərlə barışmış, sonunculardan heç bir şikayət və tələbi olmamış, barələrində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” X2 Dəstəyin Təşkili İdarəsinin Gömrük işinə yardım şöbəsinin instruktoru Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, həmin birliyin mülkiyyətində olan “Fiat Doblo” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı xidməti nəqliyyat vasitəsi ilə “Qırmızı Körpü” gömrük postunun qarşısındakı yük avtomobillərinin yoxlanıldığı stasionar rentgen qurğusunun yanında olan zaman Təqsirləndirilən şəxs1 “DAF” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə rentgen qurğusundan çıxdıqdan sonra gömrük əməkdaşlarının tələbinə tabe olmayaraq gömrük baxışından yayınaraq həmin nəqliyyat vasitəsi ilə Tovuz rayonu istiqamətində hərəkət etdiyini gördükdə sonuncunu təqib etməyə başlamışdır. Digər gömrük əməkdaşı Zərərçəkmiş şəxs3 Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində idarə etdiyi “Fiat Doblo” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə yolu kəsib həmin yük avtomobilinin dayanmağını gözləmişdir. Sürücü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 yolu kəsdiyini gördükdə geriyə doğru “Qırmızı Körpü” gömrük postu istiqamətində, yolun hərəkət istiqamətinin əksi ilə hərəkət edərək təhlükəli vəziyyət yaratmış, bu zaman digər gömrük əməkdaşları da Niva “Vaz 21214” markalı avtomobil ilə Təqsirləndirilən şəxs1 saxlamağa çalışmış, sonuncu həmin vaxtı “İncəsu” adlanan YPX postuna yaxınlaşmış, polis əməkdaşı həmin sürücüyə saxla əmri vermiş, lakin sürücü buna məhəl qoymayaraq yüksək sürətlə hərəkətini davam etdirmişdir. Bir qədər sonra sürücü əlini pəncərədən çıxarıb avtomobili dayandırmaq niyyətində olduğunu işarə etmişdir. Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsini tam dayandırdıqdan sonra Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 önündə, o isə arxasında saxlamışdır. Ani hərəkətlə sürücü hərəkətə başlayaraq Zərərçəkmiş şəxs3 idarə etdiyi “Fiat Doblo” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı xidməti nəqliyyat vasitəsini arxa tərəfdən vurub hərəkətinə davam etmişdir. Bir qədər irəlilədikdən sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 idarə etdiyi yük avtomobili hərəkətdə ola-ola qapısını açıb kabinəyə daxil olmuşdur. O, Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində sürücünün məcbur olub dayanması üçün özünün idarə etdiyi nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs1 idarə etdiyi həmin yük avtomobilinin önünə sürərək sürətini azaltmış, lakin bunun əksinə olaraq, sürücü sürətini artıraraq onun idarə etdiyi nəqliyyat vasitəsini arxa hissədən vurmuş, sonra isə avtomobilini sıxaraq onu yoldan çıxarmağa çalışmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsini ciddi zədə görmüşdür. Təqsirləndirilən şəxs1 yol boyu təqib zamanı onların idarə etdikləri xidməti avtomobillərə maddi ziyan vurmuş, bir qədər sonra isə Təqsirləndirilən şəxs1 avtomobilinin yanacağı bitdiyi üçün sonuncu məcburən dayanmış və onlar sürücünü saxlamışdır. Təqibdə iştirak edən gömrük əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 yük nəqliyyat vasitəsindən götürüb düşdüyü, içərisində təxminən 325000 ABŞ dolları məbləğində pul vəsaiti olan sellofan torba ilə birlikdə saxlanılaraq hər ikisi Tovuz Gömrük İdarəsinə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX alayının 9-cu tağımının inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, o, “İncəsu” postunda xidmətdə olarkən post patrul xidmətinin komandiri və gömrük postunun əməkdaşları tabe olmayan vətəndaşı saxlamağa kömək etməyi xahiş etmişlər. Həmin avtomobil postdan keçəndə o, avtomobildən çıxıb saxlaması üçün sonuncuya işarə vermiş, lakin həmin avtomobil tabe olmamışdır. Həmin vaxt gecə olduğundan yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün sayrışan işıqlarla arxasınca təqib etməyə başlamışlar. Bir müddət sonra sürücü körpüdən əks hərəkət zolağına daxil olmuşdur. Körpünün altında dayanan zaman gömrük postunun əməkdaşları xidməti avtomobillərlə ətrafında dayanmışlar və avtomobildən düşüb həmin şəxsə yaxınlaşmışlar. Bu zaman sürücü avtomobili arxaya verib yenidən hərəkətə başlayanda gömrük postunun xidməti avtomobilini vurmuş və əks hərəkət zolağı ilə hərəkətə davam etmişdir. Bir müddət sonra həmin sürücü özü dayanmışdır. Sonradan məlum olmuş ki, avtomobilin yanacağı bitdiyi üçün dayanmışdır. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, onlar sürücüyə dayanması üçün işarə vermiş, sonuncu isə əlini pəncərədən çıxarıb əli ilə işarə edərək arxasınca gəlməməsini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gürcüstanda yaşayan Samir adlı qohumu Fərid adlı şəxs vasitəsilə ona pul göndərməli olmuşdur. Elə alınmış ki, Fərid pulu gətirməsi üçün Təqsirləndirilən şəxs1 vermişlər və əlaqə saxlamaq üçün sonuncunun mobil telefon nömrəsini, həmçinin avtomobilinin nömrəsini də demişlər. Həmin vaxt onun telefonunda mobil internet olmadığı üçün Şahinin telefonunda özünə internet açaraq Əvəzlə əlaqə saxlamışdır. Sonuncu əvvəlcə neytral zonada olduğunu, sonra gömrüyə daxil olduğunu bildirmişdir. Gömrükdən çıxanda radarın altında o, Əvəzə yaxınlaşmış, sonuncu da rentgendən çıxanda görüşəcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs1 rentgen qurğusundan çıxıb getdiyini, gömrük əməkdaşlarının da arxasınca getdiklərini görüb o da arxasınca getmişdir. Yolda Əvəzlə danışıb ondan Sənanın mobil nömrəsini alaraq sonuncya zəng etmişdir. Sənana Əvəzin təqib olunduğunu demiş, sonuncu da bir kəlmə “gəlirəm” deyib zəngi sonlandırmışdır. O, Təqsirləndirilən şəxs1 çatanda sonuncu artıq gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Gömrük əməkdaşlarından nə baş verdiyini soruşanda aydınlaşdırılacağını demişlər. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Fərid adlı şəxs Gürcüstan Respublikası vətəndaşı olmuşdur. O, qohumu Samirin göndərdiyi pulla yük avtomobili alıb ortaq işləmək istəmişdir. O, sərhəddə yaxın yerdə yaşadığı üçün sərhədkeçmə ilə bağlı qaydaları demək olar ki, bilmişdir. Buna görə də pulu göndərəndə gömrükdə qanuni şəkildə bəyan olunacağını bildirmişdir. Əvəz təqib olunanda o, artıq pulun qaçaqmalçılıq yolu ilə gəldiyini başa düşüb sonuncudan heç nə soruşmamışdır. Çünki o, pulun qanuni şəkildə bəyan olunmaqla gətiriləcəyini düşünmüşdür. 105617 ABŞ dolları məbləğində pul vəsaiti ona göndərilən pul olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/758 nömrəli sənədlərin məhkəmə-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3256 ədəd 100 nominal, 1 ədəd 10 nominal, 1 ədəd 5 nominal və 2 ədəd 1 nominal X7 dolları pul əsginasları (cəmi 325617 məbləğdə ABŞ dolları) poliqrafik çap üsulu ilə hazırlanmış, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmuş və ABŞ X22 tərəfindən tədavülə buraxılmış eyni nominal pul əsginası ilə eynilik təşkil etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-7/1105-9/5361 nömrəli məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilərək götürülüb tədqiqata təqdim edilmiş bir ədəd qutusunun qiyməti 6.5 manat olmaqla 1300 manat dəyərində 200 qutu “X18”, bir ədəd qutusunun qiyməti 6.5 manat olmaqla 1950 manat dəyərində 300 qutu “X19”, bir ədəd qutusunun qiyməti 6.5 manat olmaqla 2600 manat dəyərində 400 qutu “X24”, bir ədəd qutusunun qiyməti 6.5 manat olmaqla 2600 manat dəyərində 400 qutu “X11”, bir ədəd qutusunun qiyməti 7 manat olmaqla 252 manat dəyərində 36 qutu “X20”, bir ədəd qutusunun qiyməti 7 manat olmaqla 378 manat dəyərində 54 qutu “X21” markalı siqaretlər tütün məlumatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur, 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti ümumilikdə 9080 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9472 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Fiat Doblo” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1250 manat, “Fiat Doblo” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 530 manat, “Vaz Niva 2114” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 747 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 10:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 03:40-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 29 iyun 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 10:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 03:40-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 29 iyun 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətdikdə şübhə edilən şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Xudaverdi oğlu həmin tarixdə saat 10:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 Xudaverdi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 Xudaverdi oğlu barəsində həbsetmənin əvvəli 30 iyun 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 Xudaverdi barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətdikdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə saat 12:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 barəsində həbsetmənin əvvəli 02 iyul 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin və malların yoxlaması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük avtomobilinə tətbiq edilmiş yoxlama nəticəsində dartıcının sərnişin oturacağının sağ üst hissəsindəki plastmas hissənin altında gizlədilmiş 200 qutu “X18”, 300 qutu “X19”, 400 qutu “X24”, 400 qutu “HEETS Turquorse Selection”, 36 qutu “X20”, 54 qutu “X21” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 saxlanılan zaman əlində olan sellofan torbada 3256 ədəd 100 nominallı, 1 ədəd 10 nominallı, 1 ədəd 5 nominallı və 2 ədəd 1 nominallı olmaqla, ümumilikdə 325617 ABŞ dollarından ibarət pul vəsaitinin olması müəyyən edilmiş və pulların seriya nömrələri ayrı-ayrılıqda yazılaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, 99SJ489/ 99ZC879 dövlət qeydiyyat nişanlı yük avtomobilinin dartıcısının sağ ön diskindəki zədəni təqdim edərək həmin zədənin ağ rəngli “Niva” markalı avtomobillə toqquşma zaman əmələ gəldiyini, həmçinin yük avtomobilinin dartıcısının buferinin sağ künc hissəsindəki, qoşqunun arxa hissəsindəki qoruyucu metal hissəsinin üzərindəki zədələrin isə iki ədəd, üzərində sayrışan işıqlar və DGK yazılar olan “Fiat Doblo” markalı avtomobillə toqquşma zamanı əmələ gəldiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 və DGK-nin əməkdaşı Zərərçəkmiş şəxs2 “VAZ Niva 21214” markalı, 99AU563 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol ön qanad, qabaq bufer, ön radiator barmaqlığı və ön kapot hissələrdə olan zədələrin Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, 99SJ489/ 99ZC879 dövlət qeydiyyat nişanlı yük avtomobilini saxlayan zaman, toqquşma nəticəsində əmələ gəldiyini bildirmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs3 “Fiat Doblo” markalı, 77YF594 dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa şüşələrində, arxa buferin sağ hissəsində olan zədələrin Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, 99SJ489/ 99ZC879 dövlət qeydiyyat nişanlı yük avtomobilini saxlayan zaman, toqquşma nəticəsində əmələ gəldiyini bildirmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs5 Məmməd oğlu “Fiat Doblo” markalı, 77YF496 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol ön və arxa qanadlar, sol ön və arxa qapılar, sol arxa fara və sağ ön qapı hissələrdə olan zədələrin Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı 99SJ489/ 99ZC879 dövlət qeydiyyat nişanlı yük avtomobilini saxlayan zaman, toqquşma nəticəsində əmələ gəldiyini bildirmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi olan cbar.az saytına daxil olduqda 28 iyun 2024-cü il tarixdə 1 ABŞ dollarının 1.70 Azərbaycan manatı məzənnəsində olması, nəticədə baxış zamanı hüquqpozma predmeti olan 325617 ABŞ dollarının məzənnəsinin ümumilikdə 553548,9 manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “SAMSUNG A23” markalı mobil telefona baxış zamanı WhatsApp ani mesajlaşma proqramında Təqsirləndirilən şəxs4la “Elbrus Veş” kimi qeyd edilmiş +**********1 mobil nömrə arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq “veş” kimi qeyd edilən əşyaların daşınması ilə bağlı qarşılıqlı danışıqların olması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcısı olan diskdən görünür ki, cinayət işinə əlavə edilmiş DGK-nin Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 təqdim etdiyi diskə baxış zamanı Təqsirləndirilən şəxs1 Daxili İşlər Nazirliyinin YPX-nin xidməti avtomobilinin də tələblərinə əməl etməyərək avtomobili saxlamaması, ziqzaqvari hərəkətlər edərək yük avtomobilini xidməti avtomobillərin üzərinə sürməsi, hətta yolun əks hərəkət istiqamətində çıxaraq hərəkət etməsi, yalnız gömrük əməkdaşları tərəfindən qarşısı avtomobillə alındıqdan sonra saxlanıldığı, xidməti avtomobillərə ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (“İAMAS SERVİCE”-ə) baxış keçirilərək Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı 99SJ489/ 99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin həm dartıcısı, həm də qoşqusunun X8 (AZE№********) adına olması, Təqsirləndirilən şəxs1 isə həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində (“İAMAS SERVİCE”-ə) Təqsirləndirilən şəxs1 sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 20:22-də idarə etdiyi “DAF” markalı 99SJ489 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə pasport nəzarətindən keçib X27 X3 istifadə etməklə Azərbaycan Respublikası ərazisini Gürcüstan istiqamətində tərk etməsi və xx.xx.2024-cü il tarixdə saat 22:20-də eyni yolla geri qayıtması, Təqsirləndirilən şəxs2 sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 20:16-da idarə etdiyi “DAF” markalı 99TR956 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə pasport nəzarətindən keçib həmin yoldan istifadə etməklə Azərbaycan Respublikası ərazisini Gürcüstan istiqamətində tərk etməsi və xx.xx.2024-cü il tarixdə saat 22:14-də, yəni Təqsirləndirilən şəxs1 6 dəqiqə əvvəl eyni yolla geri qayıtması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş disklərdən görünür ki, "xxxx" MMC və "xxxx" MMC-dən əldə olunan telefon və digər qurğularla aparılan danışıqlar, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlara dair informasiya daşıyıcısı olan disklərə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1) Diskin içərisində olan “Mushteri zenglerinin detallashmasi_MSİSDN_558035510” adlı PDF faylında olan xx.xx.2024-cü il tarixə aid zənglərin siyahısına baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi saat 20:18:12-də “LGNJ5377O1/LGNJ5377 HAVARLİ/Yevlax rayonu, Havarlı kəndi/Yevlakh/ (40.741xx/xx.1015)” anten dairəsində, saat 20:21:01-də “LGNJ5109O1/LGNJ5109 Hajiselli/Yevlax rayonu, Hacıselli kəndi/Yevlakh/ (40.716xx/xx.12079)” anten dairəsində, saat 20:25:28-də və 20:43:25-də “LGNJ0517O3/LGNJ0517 Xaldan-HUB//Yevlakh/ (40.717xx/xx.21336)” anten dairələrində olmuşdur. Bundan başqa qeyd olunan mobil nömrə həmin gün saat 23:08:59-dən 23:28:16-dək “LGNJ1501O1/LGNJ1501 Garoglan/Yevlax rayonu, Qaraoğlan kəndi/Yevlakh/ (40.660xx/xx.1885)”, “LSVN1345G3/LSVN1345 Pirkeke//Aghdash/ (40.68xx/xx.3502)” və “LGNJ1717O1/LGNJ1717 Yukhari Qarkhun//Yevlakh/ (40.6xx/xx.1894)” anten dairələrində olmuşdur. 2) Bundan başqa baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 01:01:55-də Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edilmiş və 125 saniyə danışıq olmuş, həmin danışıq zamanı Təqsirləndirilən şəxs3 mobil nömrəsi “LGNJ0517O3/LGNJ0517 Xaldan-HUB//Yevlakh/ (40.717xx/xx.21336)” anten dairəsində olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs3 mobil nömrəsi xx.xx.2024-cü il tarixdən saat 01:03-dən etibarən ardıcıl olaraq Göygöl, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının anten dairəsində olmuşdur. 3) Həmçinin CD diskin içərisində olan “Mushteri zenglerinin detallashmasi_MSİSDN_558432262” adlı PDF fayla baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 23:35:07-də zəng gəlmiş və aralarında 137 saniyə danışıq olmuşdur. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs1 mobil nömrəsi “UGNJ1941B/UGNJ1941 Siniq Korpu/Qazax rayonu, İkinci Şıxlı kəndi/Gazakh/ (41.326xx/xx.0753)” anten dairəsində olmuşdur. 4) Bundan başqa CD diskin içərisindəki “Mushteri zenglerinin detallashmasi_MSİSDN_556880604” adlı PDF faylından görünür ki, Təqsirləndirilən şəxs2 Sabir oğlunun isifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 01:21:10-də və 02:46:08-də Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrədən zənglər daxil olmuş, aralarında 13 saniyə və 9 saniyə danışıqlar olmuş, həmin danışıqlar zamanı Təqsirləndirilən şəxs2 mobil nömrəsi “UGNJ0667E/UGNJ0667 Yevlax- 2/Yevlax rayonu, Yevlax şəhəri, Yevlax-Gəncə şassisinin sağ tərəfində mebel mağazası/Yevlakh/ (40.601xx/xx.13947)” və “UGNJ0667A/UGNJ0667 Yevlax-2/Yevlax rayonu, Yevlax şəhəri, Yevlax-Gəncə şosesinin sağ tərəfində mebel mağazası/Yevlakh/ (40.601xx/xx.13947)” anten dairələrində olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 mobil nömrəsi xx.xx.2024-cü il tarixdə saat 02:12:47-də “UGNJ0927B/UGNJ0927 Yevlax New/Yevlax şəhəri, Nizami prospekti,128/Yevlakh/(40.612xx/xx.15746)” anten dairəsində olmuşdur. 5) Daha sonra baxış zamanı müəyyən edildi ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 23:48:37-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş və 24 saniyə danışıq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcısı olan diskdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 Gürcüstan Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilən 220.000 ABŞ dollarından məlumatlı olduğunu Təqsirləndirilən şəxs4 üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Dövlət Gömrük Komitəsinin əməkdaşları Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələrində bildirdikləri xüsusatlarla bağlı hadisənin baş verdiyi yeri əyani olaraq göstərmişlər. Nəticədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 28 iyun 2024-cü il tarixdə axşam saat 23 radələrində Bakı-Qazax magistral yolunun Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisindən keçən hissəsinin 505.5-ci kilometrliyində Dövlət Gömrük Komitəsinin əməkdaşları Zərərçəkmiş şəxs2 idarə etdiyi Niva “Vaz 21214” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobili və Zərərçəkmiş şəxs5 idarə etdiyi “Fiat Doblo” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobili, həmçinin Bakı-Qazax magistral yolunun Qazax rayonu, Hüseynbəyli kəndi ərazisindən keçən hissəsinin 473-cü kilometrliyində DGK-nin əməkdaşı Zərərçəkmiş şəxs3 idarə etdiyi “Fiat Doblo” markalı, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyib DGK-nin mülkiyyətində olan hər üç xidməti avtomobilə də maddi ziyan vurmaqla onlara qarşı müqavimət göstərərək qanunsuz hərəkətlər etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “HONOR 90 Lite” markalı mobil telefona baxış zamanı telefonun yaşıl rəngli “telefon” yazılmış bələdçi proqramı vasitəsi ilə adlı siyahı və nömrələr əks olunmuş alt proqramına daxil olduqda zənglər bölməsindən görünür ki, kontaktda adı “Qaqaş Tir” qeyd olunan +**********04 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrəsinə 28 iyun 2024-cü il tarixdə saat 23:35-də zəng gəlmiş və 2 dəqiqə 17 saniyə danışıq olmuş, həmçinin xx.xx.2024-cü il tarixdə saat 23:40, 23:43, 23:45, 23:49, 23:53 və 23:55-də Təqsirləndirilən şəxs1 həmin nömrəyə zəng etmiş, nəticədə 58 saniyə, 28 saniyə, 1 dəqiqə 3 saniyə, 39 saniyə, 36 saniyə və 49 saniyə danışıqlar olmuşdur. Bununla yanaşı Təqsirləndirilən şəxs1 tərəfindən yenidən həmin nömrəyə xx.xx.2024-cü il tarixdə saat 00:01, 00:12 və 00:19-da zənglər edilmiş, həmin danışıqlar ardıcılıq olaraq 1 dəqiqə 16 saniyə, 4 dəqiqə 6 saniyə və 9 dəqiqə 2 saniyə çəkmişdir. İstintaqla +**********04 mobil nömrəsinin iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olması müəyyən edilir; Bundan başqa kontaktda adı “Anar Qonşu” qeyd olunan +**********55 mobil nömrəsi ilə olan danışıqlardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:37-də və xx.xx.2024-cü il tarixdə saat 02:48-də həmin mobil nömrədən Təqsirləndirilən şəxs1 mobil nömrəsinə zəng gəlmiş, 4 dəqiqə 42 saniyə və 9 saniyə danışıqlar olmuşdur. Həmçinin xx.xx.2024-cü il tarixdə saat 15:22 və saat 15:59-da, xx.xx.2024-cü il tarixdə saat 03:48-də Təqsirləndirilən şəxs1 həmin mobil nömrədən zənglər gəlmiş və ardıcıl olaraq 29 dəqiqə 53 saniyə, 26 dəqiqə 42 saniyə və 2 saniyə danışıqlar olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 04:09-da həmin nömrədən zəng gəlsə də, danışıq baş tutmamışdır. İstintaqla +**********55 mobil nömrəsinin iş üzrə Təqsirləndirilən şəxs4 istifadəsində olduğu müəyyən edilmişdir; Habelə baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 03:19-da Təqsirləndirilən şəxs1 mobil nömrəsinə kontaktda adı qeyd olunmayan +**********58 mobil nömrəsindən zəng edildiyi və 55 saniyə danışıq olduğu görünür. İstintaqla həmin +**********58 mobil nömrəsinin X16 adlı sürücü yoldaşının istifadəsində olduğunu müəyyən edilir; Həmçinin mobil telefonun “Qalereya” bölməsinə daxil olduqda xx.xx.2024-cü il tarixdə saat 16:59-da çəkilmiş fotoşəkildə nəqliyyat vasitəsinin içərisində on bütöv və bir yarım bağlama şəklində ABŞ dolları vəsaitlərinin olduğunu müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki: 1) Təqsirləndirilən şəxs2 məxsus mobil telefon “Galaxy A04” markalı olmaqla qara rəngdədir, telefonda menyu dili “Azərbaycan” dilindədir, içərisində +99***-***-**-** mobil nömrələri quraşdırılmışdır; 2) Mobil telefonun yaşıl rəngli “telefon” yazılmış bələdçi proqramı vasitəsi ilə adlı siyahı və nömrələr əks olunmuş alt proqramına daxil olduqda zənglər bölməsindən görünür ki, kontaktda adı “X33” qeyd olunan +**********62 mobil nömrəsinə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrədən 28 iyun 2024-cü il tarixdə saat 23:35-də, 25 iyun 2024-cü il tarixdə saat 03:39-da zəng getmiş və 2 dəqiqə 16 saniyə, 1 dəqiqə 23 saniyə danışıq olmuşdur. Bundan başqa həmin nömrələr arasında xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə də danışıqlar baş tutmuşdur. İstintaqla +**********62 mobil nömrəsinin iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olduğu müəyyən edildi; 3) Həmçinin kontaktda adı “Anar Qonşu” qeyd olunan +**********55 mobil nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsindən olan mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 23:58-də zəng edilmiş, lakin danışıq olmamışdır. Bundan başqa həmin nömrədən Təqsirləndirilən şəxs2 mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə 21:05-də zəng daxil olmuş və 58 saniyə danışıq olmuş, saat 16:52-də zəng daxil olmuş və 17 saniyə danışıq olmuş, saat 15:45-də zəng daxil olmuş 1 dəqiqə 46 saniyə danışıq olmuş, saat 02:46-da zəng daxil olmuş 8 saniyə danışıq olmuş, saat 01:21-də zəng daxil olmuş və 12 saniyə danışıq olmuş, xx.xx.2024-cü il tarixdə yenidən zəng daxil olmuş və 7 dəqiqə 47 saniyə danışıq olmuşdur. Həmçinin müxtəlif vaxtlarda həmin mobil nömrələr arasında danışıqların olması müəyyən edilir. İstintaqla +**********55 mobil nömrəsinin iş üzrə Təqsirləndirilən şəxs4 istifadəsində olduğu müəyyən edildi; 4) Bundan başqa kontaktda adı “Yasin Şofir” qeyd olunan +**********58 mobil nömrəsindən 28 iyun 2024-cü il tarixdə saat 23:00-da Təqsirləndirilən şəxs2 mobil nömrəsinə zəng gəlmiş və 1 dəqiqə 9 saniyə danışıq olmuş, saat 22:54-də zəng gəlmiş və 39 saniyə danışıq olmuş, saat 22:37-də Təqsirləndirilən şəxs2 nömrəsindən həmin şəxsin nömrəsinə zəng edilmiş və 29 saniyə danışıq olmuşdur. Daha sonra baxış zamanı həmin mobil nömrələr arasında xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və əvvəlki vaxtlara aid danışıqların olması müəyyən edildi; 5) Həmçinin mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs2 mobil telefonunda quraşdırılmış “WhatsApp” mobil tətbiqinə daxil olaraq kontaktda adı “Anar Qonşu” qeyd olunan +99***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs2 mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 13:47-də zəng gəlmiş 7 dəqiqə danışıq olmuş, həmçinin xx.xx.2024-cü il tarixdə saat 00:25-də həmin nömrədən “Qaqaş nətər oldu qaqa bir xəbər denən görək” məzmunda səs yazısının göndərildiyi, saat 04:50-də “Salamatcilidi, Minqi netrdi yaxşidi” məzmunda mesaj göndərildiyi müəyyən edildi. Bundan başqa “Anar Qonşu” adlı kontaktdan 07 iyun 2024-cü il tarixdə saat 12:07-də “Qaqaş hər vaxtın xeyir qadam nətərsiz, nağardız qaqa keçə bildiz, salamatçılıxdı, veşlər çatdı?” məzmununda səs yazısı göndərilmiş, saat 12:08-də Təqsirləndirilən şəxs2 tərəfindən “Salam qaqa salam hə keçmişik qaqa, gedib yükü boşaltmışıq, veşləri də vermişik, hamısı salamatçılıqdı” məzmununda cavab verilmişdir; Bundan başqa 11 iyun 2024-cü il tarixdə saat 13:27-də Təqsirləndirilən şəxs2 tərəfindən “belə də yəni salamatçılıqdı şükur allaha, Elbrus dayı sa nəsə demiyifdi? Onun yükü var idi onu götürüf gəlirəm” məzmununda səs göndərilmiş, “Anar Qonşu” adlı kontaktdan isə “hə qadam xəbərim var, hə yaxşı eliysən get götür gəl” məzmununda səs yazısı göndərilmişdir; Həmçinin 05 iyun 2024-cü il tarixdə saat 11:53-də “Anar Qonşu” adlı kontaktdan Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəyə “Qaqaş sabahın xeyir nətərsən, qaqaş birdən Elbrus veş desə denən Əvəz də yığıbdı heş demə, denən biz iki maşınıq, heç Əvəz demə, denən iki maşın ikimiz də yığmışıq, yəni ola bilsin 10 dənə zad veş alaq yoxsa elə vermir, desə denən ikimiz də yığmışıq” məzmununda səs yazısı göndərilmiş, sonra isə həmin vaxt S.Allahverdiyə zəng etmiş və 33 saniyə danışıq olmuşdur; 6) Bundan başqa kontaktda adı “X32” qeyd olunan +99***-***-**-** mobil nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 23:43-də Təqsirləndirilən şəxs2 mobil nömrəsinə zəng edilmiş və 18 saniyə danışıq olmuş, saat 23:44-də həmin nömrədən zəng gəlmiş və 19 saniyə danışıq olmuş, saat 23:54-də yenidən zəng gəlmiş və 1 dəqiqə danışıq olmuşdur. Həmçinin saat 22:32-də Təqsirləndirilən şəxs2 tərəfindən həmin mobil nömrəyə “keçmişəm abi arxeyin ol, Əvəz də keçib, mən də keçmişəm, salamatçılıqdı, birazdan xəbər eliyəjəm gələrsən yaxşımı” məzmunlu səs yazısı göndərilmişdir. Həmin nömrədən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 göndərilən mesajlar silindiyi üçün oxunması mümkün olmadı. Həmçinin hər iki mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə müxtəlif vaxtlarda telefon danışıqları olmuşdur. İstintaqla +99***-***-**-** mobil nömrəsinin iş üzrə şahid qismində dindirilmiş X5 istifadəsində olduğu müəyyən edildi; 7) Eyni zamanda kontaktda adı qeyd olunmayan +99***-***-**-** mobil nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 23:39-da zəng gəlmiş və 37 saniyə danışıq olmuş, saat 23:56-da zəng gəlmiş və 26 saniyə danışıq olmuş, xx.xx.2024-cü il tarixdə saat 00:09-da zəng gəlmiş və 1 dəqiqə danışıq olmuşdur. İstintaq zamanı +99***-***-**-** mobil nömrəsinin iş üzrə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olduğu müəyyən edildi; 8) Baxış zamanı kontaktda adı “Fərid Gürcü” qeyd olunan +995557-56-56-30 mobil nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 21:05-də Təqsirləndirilən şəxs2 “Salam abi, X31” məzmunlu mesaj göndərildiyi, Təqsirləndirilən şəxs2 isə saat 21:06-da “Abi biliriəm qadanalım, xəbərim var, danışmışam, indi çörək yeyirəm, mən sa xəbər eliyəndə onu gətirərsən də qadanalım, birdə onu qara salafana qoyarsan elə görüşərik ataram maşına, yaxşı abi” məzmunda səs yazısı göndərilmiş, saat 21:08-də 52 saniyəlik, saat 22:03-də 15 saniyəlik, xx.xx.2024-cü il tarixdə isə saat 13:55, 15:26, 16:36, 16:53, 23:40 və 23:52-də aralarında telefon danışıqları olmuşdur; 9) Bundan başqa kontaktda adı “X34” qeyd olunan +99***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 mobil nömrəsi arasında xx.xx.2024-cü il tarixdə saat 20:46-da 27 saniyəlik, saat 22:54-də 36 saniyəlik, saat 23:34-də 18 saniyəlik danışıqlar olmuşdur; 10) Həmçinin kontaktda adı qeyd olunmayan +7***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 mobil nömrəsi arasında xx.xx.2024-cü il tarixdə – “Dayı salam nətərsən Elbrus dayı sabahın xeyir nəvar nəyox, Elbrus dayı qabağımızda maşın azalıbdı yəgin ki səhərə yaxın keçərik biz saat 9-10-11-ə, nəyinsə olsa bugündən bir məlumat verərsən qadanalım sənin yaxşı”, + “sabahın xeyir qaqaş sabahin xeyir, olajax hə olajax, elə orada uşaqlardadı, deyərəm gətirib verər, təxmini neçədənə nəqədər var qabağınızda maşın” + “qaqaş gözdərinə qurban götürüb yerləşdirə bildin, yoxsa yox qadanalım”, – “dayı qadanalım yerləşdirdim narahat olma salamatçılıqdı”, + “nağarsan qadanalım, keçmədiniz qardaş”, – “dayı keçmişik qadanalım narahat olma, hər şey yaxşıdı, salamatçılıxdı şükür allaha, narahat olma, keçmişiy hər şey qaydasındadı, inşallah gələk Dəliməmmədlidə yenə saxlıyajıx maşını, əlaqə saxlıyarıq” və.s məzmununda səsli danışıqlar olmuşdur. İstintaqla +7***-***-**-** mobil nömrəsinin iş üzrə Təqsirləndirilən şəxs3 istifadəsində olması aşkar edilmişdir; 11) Mobil telefonun kontaktında adı “Roman Polis” qeyd olunan +99***-***-**-** mobil nömrəsindən “WhatsApp” mobil tətbiqi ilə Təqsirləndirilən şəxs2 mobil nömrəsinə 28 iyun 2024-cü il tarixdə saat 23:08-də “Qardas kecmedin” məzmunlu mesaj göndərilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 tərəfindən həmin şəxsə “Qaqa keçmişəm ey qadanalım sənin, ama üzürlü say yadımnan çıxıb demək, başım qarışıb olub, burda istoilin qabağındayam dədə, pul da məndədi, gəlsən xəbər elə ma” məzmunlu səs yazısı göndərilmiş, Roman adlı şəxs tərəfindən “Cahangir ordadisa ureyine qurvan ona ver, İstoyilda” məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs2 tərəfindən isə “yaxşı qardaş, yaxşı qadanalım, qoy narahat olma verərəm problem yoxdu” məzmunlu səs yazısı göndərilmiş, bundan sonra isə Roman adlı şəxs tərəfindən S.Allahverdiyə “ Sənan qardaşımsan, Cahangir evdədi dedi səni tanıyır, dedi orda uşaqlara versin, Vüqara, desin ki bu Cahangirə çatajaxdı, Vüqar bilmirəm kimdi orda işliyir, deyir hansı olsa ona versin desin Cahangirə çatajaxdı, özü də deyir uşaqlara” məzmunlu səs yazısı göndərilmişdir. Həmçinin saat 23:32-də Roman adlı şəxs tərəfindən S.Allahveriyevə mesajlar göndərilmiş, lakin həmin mesajlar göndərən şəxs tərəfindən iki tərəfli silindiyi üçün oxunması mümkün olmadı. Daha sonra isə Təqsirləndirilən şəxs2 tərəfindən Roman adlı şəxsin mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:07-də zəng edilmiş və 1 dəqiqə danışıq olmuşdur. İstintaqla +99***-***-**-** mobil nömrəsinin iş üzrə şahid qismində dindirilmiş X1 istifadəsində olması müəyyən edildi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi olan cbar.az saytına daxil olduqda 25 iyun 2024-cü il tarixdə 1 ABŞ dollarının 1.70, 100 Rusiya rublunun isə 0,0193 Azərbaycan manatı məzənnəsində olması, nəticədə baxış zamanı cinayətkar qrupun üzvlərinin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasından qaçaqmalçılıq yolu ilə Gürcüstana keçirdikləri 160000 ABŞ dolları dəyərində 14093265 Rusiya rublunun 272000 manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsi olan cbar.az saytına daxil olduqda 28 iyun 2024-cü il tarixdə 1 ABŞ dollarının 1,70 Azərbaycan manatı məzənnəsində olması, nəticədə baxış zamanı hüquqpozma predmeti olan ümumilikdə 325617 ABŞ dollarının 220000 ABŞ dolları olan hissəsinin 374000 manat, 105617 ABŞ dolları olan hissəsinin isə 179548,9 manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs4 xx.xx.2024-cü il tarixli ərizəsindən və həmin tarixli “könüllü təqdim etmə haqqında” protokoldan görünür ki, o, istifadəsində olmuş “SAMSUNG A23” markalı mobil telefonunu könüllü olaraq istintaq orqanına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən və həmin tarixli “könüllü təqdim etmə haqqında” protokoldan görünür ki, o, istifadəsində olmuş “SAMSUNG GALAXY A15” və “HONOR 90 LİTE” markalı mobil telefonlarını könüllü olaraq istintaq orqanına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Mingəçevir ŞPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polis şöbəsində heç bir təqsirləndirici material yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, 325617 (üç yüz iyirmi beş min altı yüz on yeddi) ABŞ dolları maddi sübut kimi tanınaraq saxlanılması üçün Dövlət Gömrük Komitəsinin Xəzinəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cüil tarixli elektron gömrük xidmətinə ünvanlanmış ərizədən görünür ki, Şahid1 Dövlət Gömrük Xidmətinə müraciət edərək 105617 ABŞ dolları məbləğində pul vəsaitinin ona məxsus olmasını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 xəstəxananın psixo-nevroloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AC 612356 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21214 minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Tovuz Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “VAZ-Niva” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi DGK-nin Avtomobil Nəqliyyatı İdarəsinin balansında, “Fiat Doblo” markalı, **-YF-*** və **-FY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri isə DGK-nin “Azərterminalkompleks” Birliyinin balansında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Mingəçevir şəhər 3 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri, Dilarə Əliyeva küçəsi ev 16, mənzil 11-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Yevlax şəhər İH başçısının Yevlax şəhər 1 nömrəli sahə İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, Nəbati küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Yevlax şəhər İH başçısının Yevlax şəhər 1 nömrəli sahə İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, Vaqif küçəsi mənzil 8 qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Yevlax şəhər İH başçısının Yevlax şəhər 1 nömrəli sahə İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, S.Əsgərova küçəsi, mənzil 2-də qeydiyyatda olmaqla ünvan 8 ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli və Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki: 1) 19 mart 2024-cü il tarixli əmrlə DGK-nin Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuş Zərərçəkmiş şəxs1 xidmət etdiyi müddət ərzində müsbət xarakterizə olunmuşdur; 2) 01 iyun 2023-cü il tarixli əmrlə DGK-nin Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 xidmət etdiyi müddət ərzində müsbət xarakterizə olunmuşdur; 3) 31 yanvar 2024-cü il tarixli əmrlə DGK-nin “Azərterminalkompleks” X2 Dəstəyin Təşkili İdarəsinin Gömrük işinə yardım şöbəsinin instruktoru vəzifəsinə təyin olunmuş Zərərçəkmiş şəxs3 xidmət etdiyi müddət ərzində müsbət xarakterizə olunmuşdur; 4) 01 iyun 2023-cü il tarixli əmrlə DGK-nin Tovuz Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilmiş Zərərçəkmiş şəxs4 xidmət etdiyi müddət ərzində müsbət xarakterizə olunmuşdur; 5) 31 yanvar 2024-cü il tarixli əmrlə DGK-nin “Azərterminalkompleks” X2 Dəstəyin Təşkili İdarəsinin Gömrük işinə yardım şöbəsinin instruktoru vəzifəsinə təyin olunmuş Zərərçəkmiş şəxs5 xidmət etdiyi müddət ərzində müsbət xarakterizə olunmuşdur; 6) 09 fevral 2024-cü il tarixli əmrlə DGK-nin “Azərterminalkompleks” X2 Dəstəyin Təşkili İdarəsinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu vəzifəsinə təyin edilərək xx.xx.2024-cü il tarixdə Baş Gömrük Mühafizə Xidmətinin Mühafizə şöbəsinin Biləsuvar bölməsinin kiçik mühafizəçisi vəzifəsinə keçirilmiş Zərərçəkmiş şəxs6 xidmət etdiyi müddət ərzində müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 325617 ABŞ dolları məbləğində pul vəsaitinin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılması, Təqsirləndirilən şəxs1 idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalan 1295 qutu tütün məmulatlarının maddi sübut kimi tanınaraq Qazax rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məxsus “Galaxy A04” markalı, Təqsirləndirilən şəxs1 məxsus “HONOR 90 Lite” və “Galaxy A15” markalı, Təqsirləndirilən şəxs4 məxsus “Samsung A23” markalı və Təqsirləndirilən şəxs3 məxsus “Galaxy A23” markalı mobil telefonların maddi sübut kimi tanınaraq Qazax rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması qərara alınmış, həmçinin “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin və onun dartıcısının mülkiyyətçisinin istifadəsinə verilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülkiyyətində olan “Fiat Doblo” markalı **-YF-*** və **-YF-*** dövlət qeydiyyat nişanlı, “Vaz Niva 21214” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillərin mülkiyyətçisinin istifadəsinə verilməsi, eləcə də 325617 ABŞ dolları məbləğində pul vəsaitindən 105617 ABŞ dollarının Şahid1, 220000 ABŞ dollarının isə Təqsirləndirilən şəxs3 məxsus olması nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş mülki iddiaçı - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli mülki iddia ərizəsinin sürətindən görünür ki, həmin qurum iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülki iddiaçı qismində tanınmasını, həmçinin Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin və “Azərterminalkompleks” Birliyinin balansında olan “VAZ Niva 21214” minik markalı, **-AU- *** dövlət qeydiyyat nişanlı, “Fiat Doblo” markalı, **-YF-*** və “Fiat Doblo” markalı, **-FY- *** dövlət nömrə nişanlı xidməti avtomobillərə ümumilikdə dəymiş 2527 (iki min beş yüz iyirmi yeddi) manat məbləğində ziyanın təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 084357 nömrəli, xx.xx.2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 müharibə veteranıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İİİ 197160 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2013-cü il təvəllüdlü Yeganə Yusibli adlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdikləri xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs1 şikayətçidir və sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 məhkəməyə təqdim etdikləri xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs1 şikayət və tələbləri yoxdur, barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdikləri xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs1 şikayət və tələbləri yoxdur, barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli teleqramından görünür ki, onun Təqsirləndirilən şəxs1 şikayət və tələbləri yoxdur, barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Gürcüstan Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilən 220.000 ABŞ dollarından məlumatlı olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs4 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin digər təqsirləndirilən şəxslərin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, telefon danışıqlarına və mobil telefonlara baxış keçirilməsi haqqında protokollar, eləcə də digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdikləri bütün ifadələrində X12 Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilən 220.000 ABŞ dollarından məlumatlı olduğunu, ümumiyyətlə bu formada bir neçə dəfə Təqsirləndirilən şəxs3 məxsus pullar Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirdiklərini, hər dəfəsində də onlara pulları Gürcüstana keçirməsi üçün Təqsirləndirilən şəxs4 verdiyini, Gürcüstandan gətirdiyi pulları isə Təqsirləndirilən şəxs3 verdikdən sonra Təqsirləndirilən şəxs4 onlara hər bağlamaya görə 10 manat verdiyini, qalan 10 manatı isə özünə götürdüyünü göstərmişlər. Həmçinin iş materialında olan xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən açıq-aydın görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 Gürcüstan Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilən 220.000 ABŞ dollarından Təqsirləndirilən şəxs4 məlumatlı olduğunu sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. O cümlədən iş materiallarında olan həm Təqsirləndirilən şəxs2, həm Təqsirləndirilən şəxs3, həm də Təqsirləndirilən şəxs4 istifadələrində olmuş mobil telefonlara və həmin telefonlardan quraşdırılmış WhatsApp ani mesajlaşma proqramındakı yazışmalara baxış zamanı sonuncular arasında “veş” adlandırdıqları pulların ölkədən çıxarılması, eləcə də ölkəyə qaytarılması ilə bağlı mütəmadi olaraq qarşılıqlı formada danışıqların və mesajların olması aşkar edilmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs4 özünün müdafiəsi üçün gətirdiyi dəlillərin tam olaraq təkzib olunduğunu təsdiq edir. Bununla da yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli külli miqdarda malları qaçaqmalçılıq yolu ilə qəsdən keçirmələri, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli xüsusilə külli miqdarda malları təkrarən keçirməklə qaçaqmalçılıq cinayət əməllərini törətmələri, eləcə də Təqsirləndirilən şəxs1 külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədilə saxlaması, habelə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməsi tam olaraq sübuta yetirilmişdir. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli 10 saylı qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Həmin Qərarın eyni bəndində göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq qazanc əldə etmək məqsədi ilə özünə məxsus külli miqdarda Rusiya rublu Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Gürcüstan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirmək, həmçinin həmin ölkədən Azərbaycan Respublikasına külli miqdarda ABŞ dollarını gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə gətirmək üçün qrupun digər üzvü olan Təqsirləndirilən şəxs4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 özünə məxsus Rusiya rublunu Təqsirləndirilən şəxs4 vermiş, həmçinin Təqsirləndirilən şəxs3 sonuncunun özünə məxsus yük nəqliyyat vasitələrinin sürücüləri vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirəcəyi içərisində pul olan hər bir bağlamaya görə Təqsirləndirilən şəxs4 müəyyən məbləğdə pul da vermiş, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 aldığı qaçaqmalçılıq yolu ilə keçirməli olan bağlamalardakı pulları özünə məxsus yük nəqliyyat vasitələrinin sürücülərinə verərək və Təqsirləndirilən şəxs3 adlığı hər bir bağlamaya görə pulun yarısını sürücülərə təklif edərək sonuncularla da cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, nəticə etibarı ilə sürücülər Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 həm külli miqdarda Rusiya rublu Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, həm də külli miqdarda ABŞ dollarını Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirməklə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri aralarında olan rolların bölgünüsə əsasən ayrı-ayrılıqda real olaraq icra etmişlər. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli 10 saylı qərarının 25-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin CM-in 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində nəzərdə tutulmuş xeyli, külli və ya xüsusilə külli miqdarda biləbilə pis keyfiyyətli məhsulları, keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirməsi və satması qeyd olunan məhsulların növündən və dəyərindən asılı olaraq CM-in 206-cı maddəsi ilə yanaşı, həm də müvafiq olaraq CM-in 200 və ya 200-1-ci maddələri ilə tövsif edilir. Beləliklə, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduqları əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ayrı-ayrılıqda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 əməlləri ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri, Təqsirləndirilən şəxs1 isə əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 213-1.2.1 və 315-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərkibi müharibə veteranı olmasını və əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi əməlindən peşman olmasını və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə cinayət əməli üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilənlər, zərərçəkənlər və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələrində, digər Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 213-1.2.1 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, ayrı-ayrılıqda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri, digər Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 213-1.2.1 və 315-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növü də təyin edə bilər. Məhkəmə tərkibi cinayətin məqsədini və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onların davranışını, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda əməllərindən peşman olmalarını, həmçinin Təqsirləndirilən şəxs1 zərərçəkmişlərlə barışıq əldə etməsini, Təqsirləndirilən şəxs4 isə himayəsində bir azyaşlı uşağının olmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla həmin halların məcmusunu hər bir təqsirləndirilənə münasibətdə müstəsna hal kimi qiymətləndirərək, eləcə də təyin olunacaq cəzanın onların ailələrinin rifahına, himayələrində olan yetkinlik yaşına çatmayan uşaqlarının tərbiyəsinə və həyat şəraitinə təsir edə biləcəyini, eyni zamanda məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməyəcəyini nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 hər birinə ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3-cü maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən halların olmasını, cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2ci maddələri ilə təqsirli bilinərək, Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs2 münasibətdə sonuncular barəsində ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə onlara Cinayət Məcəlləsinin 206.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddən də aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 206.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, digər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 213-1.2.1 və 315-ci maddələri təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 206.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddən də aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 213-1.2.1 və 315-ci maddələri ilə ayrıayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin barəsində işdə olan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxsin məhkəmə iclaslarında davranışını, səmimi peşmançılıq nümayiş etdirməsini, danışıq tərzləri ilə törətmiş olduqları cinayət əməllərinə görə bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasını, bundan əlavə ailənin qazanc gətirən yeganə şəxsi olmasını, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs3 təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkəcəyi halda öz ailəsini ağır vəziyyətə sala biləcəyini, hətta ailəsinin rifahına və həyat şəraitinə təsir edə biləcəyini, eyni zamanda onun cəzanı real olaraq çəkəcəyi halda bunun məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməyəcəyini nəzərə alaraq və şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə tərkibi ayrı-ayrılıqda Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onların üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, ona davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti onlara təyin ediləcək cəza müddətinə daxil edilməli, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onların tutulduqları vaxtdan, yəni 29 iyun 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs4 münasibətdə isə cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu vaxtdan, yəni 02 iyul 2024-cü il tarixdən hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs3 hökm çıxarılanadək tutulduğu müddət, ona təyin edilən cəza şərti olaraq tətbiq edildiyi üçün cəza müddətinə hesablanmamalıdır. Cinayət işinin materiallarından görünür ki, mülki iddiaçı - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli mülki iddia ərizəsinin sürətindən görünür ki, həmin qurum iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülki iddiaçı qismində tanınmasını, həmçinin Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin və “Azərterminalkompleks” Birliyinin balansında olan VAZ Niva 21214 minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, “Fiat Doblo” markalı, **-YF-*** və “Fiat Doblo” markalı, **-FY-*** dövlət nömrə nişanlı xidməti avtomobillərə ümumilikdə dəymiş 2527 (iki min beş yüz iyirmi yeddi) manat məbləğində ziyanın təqtəqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Cinayət-Prosessual Məcəllənin 89.1-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəllənin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəllənin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət-Prosessual Məcəllənin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Cinayət-Prosessual Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Cinayət-Prosessual Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət-Prosessual Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Məhkəmə tərkibi işin faktiki hallarına və yuxarıda qeyd olunan araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli nəticəsində mülki iddiaçı - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə maddi ziyan vurulması məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Ona görə məhkəmə tərkibi hesab edir ki, mülki iddiaçının mülki iddiası tam təmin edilməli, Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin və “Azərterminalkompleks” Birliyinin balansında olan “VAZ Niva 21214” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, “Fiat Doblo” markalı, **-YF- *** və “Fiat Doblo” markalı, **-FY-*** dövlət nömrə nişanlı xidməti avtomobillərə ümumilikdə dəymiş 2527 (iki min beş yüz iyirmi yeddi) manat məbləğində ziyan təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsi Qazax Rayon vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən müqavilə əsasında həyata keçirilsə də, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 müdafiəçi X6 tərəfindən göstərilmiş 27 (iyirmi yeddi) iş saatı (15 iş saat xx.xx.2025-ci il tarixədək, 17 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 222 (iki yüz iyirmi iki) manat pul, Təqsirləndirilən şəxs3 Müdafiəçi3 tərəfindən göstərilmiş 44 (qırx dörd) iş saatı (08 iş saat xx.xx.2025-ci il tarixədək, 36 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 444 (dörd yüz qırx dörd) manat pul, Təqsirləndirilən şəxs2 Müdafiəçi2 tərəfindən göstərilmiş 38 (otuz səkkiz) iş saatı (18 iş saat xx.xx.2025-ci il tarixədək, 20 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 328 (üç yüz iyirmi səkkiz) manat pul onların vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 250 (iki yüz əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli 10 saylı Qərarının 27-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009cü il tarixli Qərarlar) əsaslansınlar. Eyni zamanda nəzərə alınmalıdır ki, GM-nin və digər normativ-hüquqi aktların tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan isfadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 325617 ABŞ dolları məbləğində pul vəsaitindən gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra 105617 ABŞ dolları Şahid1, 220000 ABŞ dolları isə Təqsirləndirilən şəxs3 qaytarılmalı, Qazax rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalan 1295 qutu Azərbaycan Respublikası aksiz markası ilə markalanmamış siqaretlər Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə alınmalı, Qazax rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus “Galaxy A04” markalı, Təqsirləndirilən şəxs1 məxsus “HONOR 90 Lite” və “Galaxy A15” markalı, Təqsirləndirilən şəxs4 məxsus “Samsung A23” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs3 məxsus “Galaxy A23” markalı mobil telefon isə sahibinə qaytarılmalı, “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin və onun dartıcısının, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülkiyyətində olan “Fiat Doblo” markalı **-YF-*** və **-YF-*** dövlət qeydiyyat nişanlı, “Vaz Niva 21214” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillərin mülkiyyətçisinin istifadəsində olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 213-1.2.1 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 213- 1.2.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə mülki iddiaçı - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülki iddiası tam təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin və “Azərterminalkompleks” Birliyinin balansında olan “VAZ Niva 21214” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, “Fiat Doblo” markalı, **-YF-*** və “Fiat Doblo” markalı, **-FY-*** dövlət nömrə nişanlı xidməti avtomobillərə ümumilikdə dəymiş 2527 (iki min beş yüz iyirmi yeddi) manat məbləğində ziyan təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından müdafiəçi X6 üçün 222 (iki yüz iyirmi iki) manat, Müdafiəçi3 üçün 444 (dörd yüz qırx dörd) manat və Müdafiəçi2 üçün 328 (üç yüz iyirmi səkkiz) manat pul onların vəkil işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 250 (iki yüz əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 325617 ABŞ dolları məbləğində pul vəsaitindən gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra 105617 ABŞ dolları Şahid1, 220000 ABŞ dolları isə Təqsirləndirilən şəxs3 qaytarılsın. - Qazax rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalan 1295 qutu Azərbaycan Respublikası aksiz markası ilə markalanmamış siqaretlər Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə alınsın. - Qazax rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus “Galaxy A04” markalı, Təqsirləndirilən şəxs1 məxsus “HONOR 90 Lite” və “Galaxy A15” markalı, Təqsirləndirilən şəxs4 məxsus “Samsung A23” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin yaxın qohumlarına, Təqsirləndirilən şəxs3 məxsus “Galaxy A23” markalı mobil telefon isə sahibinə qaytarılsın. - “DAF” markalı, 99SJ489/99ZC879 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin və onun dartıcısının, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülkiyyətində olan “Fiat Doblo” markalı **-YF-*** və **-YF-*** dövlət qeydiyyat nişanlı, Niva “Vaz 21214” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillərin mülkiyyətçisinin istifadəsində olması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-376/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-376/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver