Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-377/2022 20.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İİİ qrup əlil, məhkum olunmayan, ünvan 1 qeydiyyatda olan və şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamışdır. Belə ki, o, satış məqsədi ilə məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahısına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,845 qram və 3,137 qram olmaqla ümumi təmiz çəkisi 3,982 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, ayrı-ayrılıqda təmiz çəkiləri 1,850 qram, 0,845 qram, 0,959 qram, 0,465 qram,0,453 qram və 0,407 qram olmaqla ümumi təmiz çəkisi 4,979 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, konvalyut kəsiyində 05 (beş) ədəd, hər bir həbdə 0,04 qram olmaqla ümumi miqdarı 0,2 qram 05 (beş) ədəd narkotik vasitə olan metodon həbləri qanunsuz olaraq əldə edərək üzərində gəzdirdiyi bir ədəd çantada saxlamış, 29 aprel 2022-ci il tarixdə, saat 19:30 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Ü. Hacıbəyov küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılmaqla Bərdə rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əlində olan çantadan 2 (İki) ədəd çəhrayi rəngli polietilen kəsiyi bükümündə külli miqdarda yəni, ümumi təmiz çəkisi 3,982 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində külli miqdarda yəni, ümumi təmiz çəkisi 4,979 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, konvalyut kəsiyində ümumi miqdarı 0,2 qram narkotik vasitə olan 05 (beş) ədəd metodon həblər və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 10 ilə yaxındır ki, marixuana, son bir ilə yaxındır ki, metamfetamindən istifadə etmişdir. O, İİİ qrup əlil olmaqla, 10 ildir ki, psixlolji pozuntuya görə müalicə almışdır. O, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Bərdə şəhəri, Ü. Hacıbəyov küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitələrin satışında və gəzdirilməsində şübhəli olduğunu bildirib onu Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış həyata keçirilməzdən əvvəl ona üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əlində olan qara rəngli əl cantasının içərisindən altı ədəd kibrit qutusunu masanın üzərinə qoyaraq nəşə, yəni marixuana olduğunu bildirmişdir.Daha sonra həmin cantadan altı ədəd şəffaf rəngli polietilin kəsiyinə bükülmüş ağ rəngli kütləni cıxarıbmasanın üzərinə qoyaraq “şüşə” olduğunu bildirmiş, həmçinin cantadan iki ədəd tünd rəngli polietilen kəsiyinə bükülmüş qara rəngli kütləni cıxarıbmasanın üzərinə qoyub “kakos” olduğunu bildirmişdir. Həmin çantadan 2 ədəd və 3 ədəd olmaqla ümumilikdə 5 ədəd həbi cıxardaraq təqdim etmiş və onların metadon olduğunu bildirmişdir. Altı ədəd kibrit qutusu icərisində olan kütlələrlə birlikdə elektron tərəzi ilə çəkilərək ümumi çəkisinin 36,76 qram, altı ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş ağ rəngli kütlələr birlikdə elektron tərəzi ilə çəkilərək ümumi çəkisinin 5,45 qram,iki ədəd tünd rəngli politeklin kəsiyinə bükülmüş qara rəngli kütlələr birlikdə elektron tərəzi ilə çəkilərək ümumi çəkisinin 5,09 qram olması müəyyən olunmuş və 2 və 3 olmaqla ümumilikdə 5 ədəd üzərilərinə “metadon” şözləri yazılmış həblərhər biri ayrı-ayrı zərflərdə onun iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Həmçinin o, cantadan bir ədəd qara rəngli elektron tərəzini cıxardaraq stolun üzərinə qoymuş, həmin tərəzi də bir ədəd zərfə qoyularaq qablaşdırılımış və möhürlənmişdir. Ona məxsus cantada və üzərinə özünün razılığı ilə axtarış aparılmış, hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Sorğu-sual zamanı o, həmin cantanı Bakı şəhərindən tapdığını və çantanın içərisində narkotik vasitə olduğunu bildikdən sonra özü istifadə etmək üçün üzərində gəzdirdiyini və istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş bükümlər ekspertiza tədqiqatı üçün onun iştirakı ilə ümumilikdə 04 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, o və iştirakçılar birlikdə həmin qablaşdırmanın üzərin imzalamışlar. O, üzərində gəzdirdiyi çantada aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni tutulmamışdan təxminən dörd gün əvvəl 25 aprel 2022-ci il tarixdə Bakı şəhərində olanda avtovağzal yaxınlığındın çanta ilə birlikdə tapmış, çantanı açıb baxanda içərisində narkotik vasitələr olduğunu görüb özü ilə birlikdə Bərdə şəhərinə gətirmişdir. Narkotik vasitə və psixotrop maddəni ayrıca bir neçə büküm halında tapmış, aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni bükümlərə o ayırmamışdır.Narkotik vasitələri saxlamağını ailə üzvlərindən heç kim bilməmiş, kənar şəxslərdən heç kim bilməmiş, bu barədə heç kimə heç nə deməmişdir.O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Üzərində gəzdirdiyi çantada aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək məqsədi ilə saxlamış, marixuanadan və metamfetamindən istifadə etmiş, heroini və metadonu kimə verəcəyimi bilməmiş, tərəzini də çanta ilə birlikdə tapdığına görə çıntada qalmışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərmişdir ki, 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etməsi, saxlaması və alqı-satqısı ilə məşğul olması barədə Bərdə rayon polis şöbəsinə məlumat daxil olmuşdur.Məlumat əsasında o, Şahid2 ilə birlikdə 29 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində müəyyən etdikdən sonra, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib, Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra ona vəkil təqdim edilmiş, daha sonra üzərində narkotik vasitələrin qanunsuz gəzdirməsində, istifadəsi, alqı-satqısında şübhəli olunduğu bildirildikdən sonra videoçəkiliş vasitəsilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotok maddə, qeyri qanunu nə kimi əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasında olan 06 ədəd kibrit qutularında olan kütləni masanın üzərinə qoyub, nəşə, yəni qurudulmuş marixuana olduğunu, sonra 06 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində olan kütlələri əl çantasından çıxarıb masanın üzərinə qoyub şüşə, yəni metamfetamin olduğunu, daha sonra 02 ədəd çəhrayi rəngli polietilen kəsiyi bükümlərdə olan kütləni də həmin əl çantasından çıxarıb kokos, yəni heroin olduğunu bildirmişdir.Daha sonra o, həmin çantadan iki ədəd və üç ədəd olmaqla ümumilikdə 5 ədəd üzərinə «metadon» yazılmış həbləri və bir ədəd qara rəngli elektron tərəzini də çıxarıb masanın üzərinə qoymuş, üstündə əlavə qeyri qanunu əşya, narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, başqa qeyri qanuni əşya aşkar olunmamışdıe. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələr, psixotrop maddə elektron tərəzidə çıkilmiş, dəqiq neçə qram olmasını xatırlamamışdır.Həmin maddələr, beş ədəd həblər və bir ədəd elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs özü də imza etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri, psixotrop maddəni, üzərinə «metadon» yazılmış beş ədəd həbləri və bir ədəd elektron tərəzini çanta ilə birlikdə tutulmamışdan beş gün əvvəl Bakı şəhərindən çanta ilə birlikdə tapdığını, elektron tərəzinin də çantada olduğunu, narkotik maddə aludəçisi olduğunu, üzərindən aşkar edilən narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir.Təqsirləndirilən şəxs saxlanınlıb polis şöbəsinə gətiriləndə onun yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik maddə satıb-satmaması əməliyyat yolu ilə yoxlanılmış, lakin bu öz təsdiqini tapmamışdır, lakin satış məqsədi ilə saxlaması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 aprel 2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon məhkəməsinin 30 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin məhkəməbioloji ekspertizasının kimyəvi-bioloji ekspertizasının 30 aprel 2022-ci il tarixli 16/502 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş narkotikə bənzər kütlələr..» sözləri və imzalar olan zərfdəki, 2 (iki) ədəd çəhrayi rəngli polietilens kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,845 qram, 3,137 qram, ümumi təmiz çəkisi 3,982 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş narkotikə bənzər kütlələr..» sözləri və imzalar olan zərfdəki, 6 «altı » ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,850 qram, 0,845 qram,0,959 qram,0,465 qram,0,453 qram və 0,407 qram olmaqla ümumi təmiz çəkisi 4,979 qram maddəçlər kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir.Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd zərfdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd zərfdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər.Heroin, «Azərpbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir.Metamfetamin, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in 1-ci siyahısının İİ bəndinə daxildir.Məhkəmə X4 regionlar şöbəsinin laboratoriyasında texniki avadanlıq olmadığından, təqdim olunan dərman və naməlum bitki mənşəli kütlələrin tədqiqatını aparmaq mümkün olmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 iyul 2022-ci il tarixli 6/3431 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №94» və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 X7 №1» dairəvi möhür əksləri, «Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş həblər.. Rəy 16/502…» yazılar olan zərfdə üzərində «Methadone 40» göstəricisi olan konvalyut kəsiyində ümumilikdə 5 (beş) ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadondur, 05 (beş) ədəd həbin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram) olduğu müəyyən edilmişdir. Metadonlar təsiredici maddəsinin miqdarına görə bir-biri ilə eynidirlər,metadon, «Azərpbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhər narkoloji dispanserin 25 may 2022-ci il tarixli 721 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsnarkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniyya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji dispanserin məhkəmə psixiatrik ekspertizasının 01 iyun 2022-ci il tarixli 347 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.30 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməliyi törədən zaman öz əməlinin faktiki mahiyyətini və xarkterini dərk etmiş, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini idarə etmək və hərəkətlərini dərk etmək imkanına malikdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə şəhər poliklinikasının X11 xx.xx.2022-ci il tarixli, 2068 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013 və xx.xx.2022-ci ildən Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə şəhər poliklinikasının X11 xx.xx.2022-ci il tarixli, 2068 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdən Bərdə şəhər poliklinikasının ruhi əsəb kabinetində «Şəxsiyyətin orta dərəcəli affektiv tip pozuntusu özünü kəsmələr və özünə xəsarət yetirmələrlə» diaqnozu ilə dispanser qeydiyyatdadır. İİİ qrup əlildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli 120 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarirxdən xx.xx.2021-ci il tarixədək «Şəxsiyyətin emosional davamsız pozğunluğu» diaqnozu ilə Gəncə şəhər psixatriya xəstəxanasında müalicədə olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Rəcəb Rəcəboovun əlində olan qara rəngli əl çantasından 2 (İki) ədəd çəhrayi rəngli polietilen kəsiyi bükümündə ekspert rəyinə əsasən külli miqdarda yəni, təmiz çəkisi 3,982 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ekspert rəyinə əsasən külli miqdarda yəni, təmiz çəkisi 4,979 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, konvalyut kəsiyində ümumi miqdarı ekspert rəyinə əsasən 0,2 qram narkotik vasitə olan 05 (beş) ədəd metodon həbləri və bir ədəd elektron tərəzi təqdim etmiş, həmin bükümlər, metodon həblər və bir ədəd elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüş, istintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 15 may 2022-ci il tarixli protokoldan görünür ki, 29 aprel 2022-ci il tarixdə saat 20:15 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilıməsi zamanı 17 dəqiqə 23 saniyə müdətində çəkiliş olmuş, çəkiliş zamanı Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısının, NMQ-nin və KTQ-nin əməkdaşlarının və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində nə kimi qeyri qanuni əşya, narkotik maddə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasından 2 (İki) ədəd çəhrayi rəngli polietilen kəsiyi bükümündə olan kütləni, 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində olan kütlələri, konvalyut kəsiyində iki ədəd və üç ədəd olmaqla 05 (beş) ədəd «metodon» həbləri və bir ədəd elektron tərəzi təqdim etmiş, üstündə başqa heç nə olmadığını bildirmiş, bundan sonra özünün razılığı ilə üzərinə şəxsi axtarış keçirilmiş, başqa qeyri qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 2 (İki) ədəd çəhrayi rəngli polietilen kəsiyi bükümündə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilib, çəkisi 5,09 qram olması, 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində olan metamfetaminə bənzər ağ rəngli kütlələr elektron tərəzidə çəkilib, çəkisi 5,45 qram olması müəyyən edildikdən sonra zərfə qoyulub qablaşdırılaraq götürülmüş, üzəri iştirakçılar tərəfindlən imzalanmış, Təqsirləndirilən şəxs özü də imza etmişdir. Eyni zamanda aşkar olunmuş 2 ədəd və 3 ədəd olmaqla ümumilikdə 5 ədəd üzərinə «metadon» yazılmış həblər və bir ədəd qara rəngli elektron tərəzi ayrı-ayrılıqda zərfə qoyulub qablaşdırılaraq götürülmüş, üzəri iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs özü də imza etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi çantada aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni, elektron tərəzini tutulmamışdan təxminən dörd gün əvvəl 25 aprel 2022-ci il tarixdə Bakı şəhərində olanda avtovağzal yaxınlığındın çanta ilə birlikdə tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış, aşkar olunmuş bükümlər, elektron tərəzi və istintaq hərəkəti videoçəkliş zamanı qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 may 2022ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 14 may 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi əl çantasında aşkar olunan narkotik vasitələri, psixotrop maddəni və 1(bir) ədəd elektron tərəzini satış məqsədi ilə saxlamış, bundan heç kimin məlumatı olmamış, bu barədə hər hansı bir şəxsə bildirmədiyi müəyyən edilmiş, onun narkotik vasitələri kiməsəyə satması, digər cinayətlərdə iştirakını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamış, himayəsində üç ayzaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş“sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki,Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi əl çantasında aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,982 qram, ekspertiza tədqiqatından sonra qalıq ümumi təmiz çəkisi 3,882 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 4,979 qram, ekspertiza tədqiqatından sonra qalıq ümumi təmiz çəkisi 4,679 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 5 həb, ekspertiza tədqtqatından sonra qalıq 4 həb narkotik vasitə metodon və bir ədəd elektron tərəzi cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ondan aşkar olunan narkotik vasitələri öz istifadəsi üçün əldə etməsi, heç kimə satmaması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,845 qram və 3,137 qram olmaqla ümumi təmiz çəkisi 3,982 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, ayrı-ayrılıqda təmiz çəkiləri 1,850 qram, 0,845 qram, 0,959 qram, 0,465 qram,0,453 qram və 0,407 qram olmaqla ümumi təmiz çəkisi 4,979 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, konvalyut kəsiyində 05 (beş) ədəd, hər bir həbdə 0,04 qram olmaqla ümumi miqdarı 0,2 qram 05 (beş) ədəd narkotik vasitə olan metodon həbləri qanunsuz olaraq əldə edərək üzərində gəzdirməklə bir ədəd çantada saxlaması, eləcə də polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əlində olan çantadan 2 (İki) ədəd çəhrayi rəngli polietilen kəsiyi bükümündə külli miqdarda yəni, ümumi təmiz çəkisi 3,982 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində külli miqdarda yəni, ümumi təmiz çəkisi 4,979 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, konvalyut kəsiyində ümumi miqdarı 0,2 qram narkotik vasitə olan 05 (beş) ədəd metadon həblər və bir ədəd elektron tərəzi aşkar edilərək götürülməsi məhkəmədə tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının külli miqdardan dəfələrlə artıq olması, təmiz çəkisi 2 (İki) ədəd çəhrayi rəngli polietilen kəsiyi bükümündə külli miqdarda yəni, ümumi təmiz çəkisi 3,982 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində külli miqdarda yəni, ümumi təmiz çəkisi 4,979 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, konvalyut kəsiyində ümumi miqdarı 0,2 qram narkotik vasitə olan 05 (beş) ədəd metadon qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxshimayəsində üç azyaşlı uşağının olmasıAzərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinidn 59.2-ci maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hallar kmi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 29 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi əl çantasında aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,982 qram, ekspertiza tədqiqatından sonra qalıq ümumi təmiz çəkisi 3,882 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 4,979 qram, ekspertiza tədqiqatından sonra qalıq ümumi təmiz çəkisi 4,679 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 5 (beş) həb, ekspertiza tədqtqatından sonra qalıq 4 (dörd) həb narkotik vasitə metodon və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Bərdə RPŞ-də və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 175,40 (yüz yetmiş beş manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş)il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi əl çantasında aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,982 qram, ekspertiza tədqiqatından sonra qalıq ümumi təmiz çəkisi 3,882 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 4,979 qram, ekspertiza tədqiqatından sonra qalıq ümumi təmiz çəkisi 4,679 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 5 (beş) həb, ekspertiza tədqtqatından sonra qalıq 4 (dörd) həb narkotik vasitə metodon və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Bərdə RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 175,40 (yüz yetmiş beş manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-377/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-377/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver