Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-377/2024 27.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X4 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X8 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1991-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, İ. Qayıbov küçəsi, ev 30-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə gecə saat 02:30 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Bərdə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən “Rəvan Ticarət Mərkəzinin” bərabərliyində tanışı Zərərçəkmiş şəxs ilə görüşərkən sonuncu bir neçə gün əvvəl mobil telefon vasitəsilə ona zəng etməsinə baxmayaraq qəsdən zənginə cavab verməməsini irad bildirərkən o, zəng gəlməsinə fikir vermədiyini dedikdə Zərərçəkmiş şəxs zəng etməsini sübut etmək məqsədi ilə baxış keçirmək üçün ondan mobil telefonunu tələb edərkən, onun içərisində şəxsi məlumatların olduğunu bildirib telefonu verməkdən imtina etməsi səbəbindən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar aralarında zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə zamanı şəxsi münasibətlər zəminində sonuncunun hərəkətlərinə son qoymaq və qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan divar kağızı kəsmək üçün nəzərdə tutulmuş bıçaq ilə əvvəlcə Zərərçəkmiş şəxs sol mil-bilək nahiyəsinə qəsdən 1 (bir) dəfə zərbə vurub sol mil-bilək nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirmiş, daha sonra divar kağızı bıçağını əynində olan gödəkçəsinin sağ yan cibinə qoyub oradan uzaqlaşarkən Zərərçəkmiş şəxs onun arxasınca gələrək söyüş söyə-söyə əlində olan daşla onu vurmaq istəyərkən o, divar kağızı bıçağı ilə sol sifət nahiyəsinə qəsdən 1 (bir) dəfə zərbə endirib sağlamlığına sol üz sinirinin travmatik neyropatiyası ilə müşayiət olunan sifətin sol yarısı ilə boyun nahiyəsini əhatə edən sahənin kəsilmiş yarasından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 dekabr 2023-cü il tarixdə gecə saat 02 radələrində evdə spirtli içki qəbul etdikdən sonra şəhərə tərəf getmişdir. Bərdə şəhəri, İsmət Qayıbov küçəsi ilə Heydər Əliyev küçəsinin kəsişməsində Zərərçəkmiş şəxsla qarşılaşmışdır. Zərərçəkmiş şəxsla bir qədər söhbət etdikdən sonra sonuncu ona nə üçün zənginə cavab vermədiyini soruşmuş və əlini ataraq onun telefonunu götürmək istəmiş, o isə zəngini görmədiyini demişdir. Bundan sonra onlar mübahisə etməyə başlamış və o, Raufdan aralanıb getmiş, lakin səs-küyə dönüb geriyə baxdıqda sonuncunun əlində daşla onun arxasından gəldiyini görmüşdür. Bu vaxt özünü qorumaq üçün Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanımış, sonuncu ilə əvvəllər aralarında heç bir mübahisələri olmamış, əskinə yaxın olmuşlar. Hadisə günü o, evdə spirtli içki qəbul etdikdən sonra mağazadan siqaret almaq üçün çölə çıxmış, yolda olarkən də Zərərçəkmiş şəxsla qarşılaşmışdır. Sonuncu ilə qarşılaşdıqda Zərərçəkmiş şəxs ondan nə üçün zənginə cavab vermədiyini soruşmuş, o isə zəngi görmədiyini demiş, Zərərçəkmiş şəxs da əlini ataraq onun mobil telefonunu götürmək istəmiş, o isə telefonunda şəxsi şeylərin olduğunu deyib götürməyə imkan verməmişdir. Bu zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söyərək onunla mübahisə etməyə başlamış, o isə hər ikisinin də içkili olduğunu bildirib sonuncudan uzaqlaşmışdır. Lakin Zərərçəkmiş şəxs yenə də onun ünvanına ağır söyüşlər söyərək mübahisəyə davam etmişdir. Həmin vaxtı Rauf telefonunu əlindən almaq üçün güc tətbiq etsə də ala bilməmiş, çünki o, əli ilə sonuncunu itələmişdir. O, Raufa zəng gəlmədiyini demiş, sonuncu isə ona zəng etdiyini sübut etmək üçün mobil telefonunu götürmək istəmiş, telefonu vermədikdən sonra mübahisə etmişlər. O, bir qədər uzaqlaşdıqdan sonra Raufun əlində daşla qaça-qaça onun üzərinə gəldiyini görmüşdür. Daha sonra onlar bir az da mübahisə etmiş və o, özünü müdafiə etmək üçün üzərindəki rezakla Raufu vurmuşdur. O, Raufa rezakla bir dəfə üz nahiyəsinə vurmuş, rezakı atdığı vaxt sonuncunun üz nahiyəsinə dəymiş, başqa yerinə xəsarət yetirməmiş, öz əlini də kəsmişdir. Ona görə də, Raufu itələyən zaman sonuncuya rezakla vurmamış, həmin vaxt rezakı cibindən çıxarmamış, əli cibində olan zaman da rezak öz əlini kəsmişdir. Raufun üz nahiyəsinə rezakla xəsarət yetirməkdə hər hansı məqsədi olmamış, sadəcə rezakı atmış və təsadüfdən rezak sonuncunun üzünə dəymişdir. Zərərçəkmiş şəxs əlindəki daşı atmaq istəmiş, lakin o, daşı atmaması üçün sonuncunu vurmuşdur. Zərərçəkmiş şəxs daş atmağa cəhd etməmişdən qabaq o, sonuncunu vurmamış, sadəcə getməsi üçün Raufu əli ilə itələmiş, həmin vaxtı hava qaranlıq olmuş, sonuncu yerdən qalxmış, götürmək üçün daş axtarmış, o isə qaçmış, Rauf da arxasınca gəlib ağır söyüş söymüşdür. Ona görə də onlar yaxalaşmış, o da özünü müdafiə etmək üçün vurmuşdur. Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra oradan getmişdir. Bir qədər sonra polis əməkdaşlarına zəng edib yanlarına getmiş və onu şöbəyə aparmışlar. O, Zərərçəkmiş şəxs qan axmasını görməmiş, çünki sonuncunu vurduqdan sonra getmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra sonuncu yıxılmamışdır. Rezakı yerdən tapıb cibinə qoymuş, lakin atmaq yadından çıxmışdır. Zərərçəkmiş şəxs ona ağır söyüş etdiyi və əlindəki daşla xəsarət yetirmək istədiyi üçün o, sadəcə özünü müdafiə etmək üçün sonuncunu vurmuş, Raufun üz nahiyəsinə o formada xəsarət yetirmək məqsədi olmamışdır. Hadisə gecə saat üçə 15-20 dəqiqə işləmiş baş vermiş, ətrafda o və Raufdan başqa heç kim olmamış, Zərərçəkmiş şəxsla da qabaqcadan gecə vaxtı görüşmək barədə razılaşmamış, çünki sonuncunun ümumiyyətlə telefonu olmamış, hadisə günü təsadüfən qarşılaşmışlar. Raufu itələməmişdən qabaq sonuncu ona söyüş söymüş, o isə Raufu itələyərək aralanıb qaçandan sonra sonuncu onun ünvanına daha ağır söyüşlər etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında Zərərçəkmiş şəxs sol mil-bilək nahiyəsinə xəsarət yetirib-yetirməməsi xüsusatı ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, həmin tarixdə şübhəli şəxs qismində verdiyi ilkin ifadəsi, həmçinin xx.xx.2023-cü il və xx.xx.2024cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, ………………… Rauf zəng etdiyini sübut etmək üçün onun mobil telefonunda zəng etdiyi tarixi göstərmək istəmişdir. O, isə işi olduğundan cavab verə bilmədiyini bildirdikdən sonra aralarında sözlü mübahisə yaranmışdır. Həmin vaxt Rauf onun üstünə tərəf gələrkən o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı divar kağızı bıçağını (rezak) çıxardıb vurmaq istəyərkən Rauf sol əlini qarşıya verdiyi üçün bıçaq sonuncunun sol bilək nahiyəsinə dəydiyi üçün Rauf xəsarət almışdır. O, Raufu əli ilə arxaya itələyib kənarlaşıb üzü İsmət Qayıbov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən işıqfora tərəf gedərkən divar kağızı bıçağını (rezakı) yenidən gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Bir qədər getdikdən sonra Raufun onun arxasınca qaçaraq söyüş söyə-söyə əlində daşla gəldiyini görüb həmin küçədə yerləşən “Rəvan Ticarət” mərkəzinin qarşısında dayanmışdır. O, Raufun əlində daşla gəldiyini və onu vurmaq istədiyini görüb özünü müdafiə etmək məqsədilə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən divar kağızı bıçağını (rezak) çıxardaraq sağ əlində tutub Raufun sol sifət, boğaz nahiyəsinə bir dəfə xəsarət yetirmişdir.…….. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs əli ilə itələyən zaman rezakı cibindən çıxarmış, lakin sonuncunun qeyd olunan xəsarəti nə vaxt aldığını bilməmiş, həmin xəsarəti də o yetirmişdir. Hadisə yeri şəhərin mərkəzi küçəsi olmuş, lakin səs-küyə heç kim gəlməmişdir. Hadisədən sonra tanımadığı avtomobili əl ilə işarə edib saxlatmış və Raufu həmin avtomobilə əyləşdirib xəstəxanaya yola salmışdır. Hadisədən əvvəl Zərərçəkmiş şəxs ondan zənglərə baxmaq üçün telefonunu istədikdə o, verməmiş və həmin vaxtı sonuncunun əlinə xəsarət yetirmişdir. O, birinci mübahisədən sonra uzaqlaşıb gedən zaman Zərərçəkmiş şəxs arxadan onun üzərinə gəlib daş atmış və ağır söyüş etmiş, lakin daş ona dəyməmişdir. O da özünü müdafiə etmək üçün sonuncuya sifət nahiyəsindən xəsarət yetirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dost kimi münasibətləri olmuş, 13 dekabr 2023-də gecə saat 1-2 radələrində Bərdə şəhər mərkəzində Fəridlə görüşmüş və həmin vaxt ikisi də içkili olmuşdur. Zarafatlaşan zaman o, içkili olduğu üçün Fəridə nə isə demiş, bu vaxt Fəridlə bir-birlərinə yaxınlaşmışlar, sonuncunun əlindəki şey qəsdən yox, zarafatyana onun üzünə dəymiş və o, yaralanmışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə dostluq münasibətində olmuş və bir-birini uşaqlıqdan tanımışlar. Hadisə günü spirtli içkini sonuncu ilə birlikdə qəbul etməmiş, çünki şəhərdə təsadüfən görüşmüşlər. İçkili olduğu üçün Fərid ilə zarafatlaşan zaman sonuncunu təhqir etmiş, buna görə də Fərid qəsdən yox, zarafatla onun üzünə xəsarət yetirmişdir. Həmin vaxtı Fərid ilə aralarında zəngə cavab verməməklə bağlı mübahisə olmuşdur. Xatırladığı qədəri ilə Fəridin əlində rezak olmuş, sonuncu onu qorxutmaq istəyəndə üzünə xəsarət yetirmiş, onun özü də bunu sonradan başa düşmüşdür. Üzə bu formada xəsarət yetirməyin mənasını bilmiş, lakin bu təsadüf nəticəsində baş vermiş hadisə olmuşdur. Fərid ona xəsarət yetirərkən əlini yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya hərəkət etdirməsini xatırlamamışdır. O, içkili olduğu üçün Fəridə söyüş etmiş və nəticədə bu hadisə baş vermişdir. Fərid xəsarət yetirdikdən sonra onu xəstəxanaya aparmışdır. Xatırladığı qədəri ilə Fərid ilə aralarındakı mübahisə zənglə bağlı olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ildən çoxdur tanımış, münasibətləri yaxşı olmuş, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 12 dekabr 2023-cü il tarixdə gecə saat 23:30 radələrində o, tək olaraq yemək üçün Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən «Çinar» restoranına getmişdir. Orada yemək yeyərkən spirtli içi olan araqdan təxminən 300-500 qram qəbul etmişdir. O, həmin gün gecə saat 23 radələrinə kimi orada olduqdan sonra restorandan çıxıb piyada yaşadığı Şorəlli kəndi istiqamətində H.Əliyev prospekti ilə hərəkətdə olmuşdur. Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən 1 nömrəli məktəbin yaxınlığındaki işıqforun yanında Təqsirləndirilən şəxs tək dayandığını görüb yaxınlaşmışdır. Həmin vaxt onlar salamlaşdıqdan sonra o, Təqsirləndirilən şəxs də içkili olduğunu görmüşdür. Daha sonra o, Təqsirləndirilən şəxs ilə birlikdə İsmət Qayıbov küçəsinə daxil olub həmin küçədə yerləşən «Rəvan Ticarət» mərkəzinin qarşısına doğru hərəkət edərək asfalt yolun üzərində dayanıb sözlü mübahisə etmişdir. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs həmin gündən 2-3 gün əvvəl sonuncuya zəng etməsini və nə səbəbə cavab verməməsini soruşanda aralarında mübahisə yaranış və onlar söhbət edə-edə birlikdə həmin küçədə yerləşən «Nar Mobil» mağazasının qarşısına gəlmişlər. Həmin vaxtı o, Təqsirləndirilən şəxs əlində olan sadə «Nokia» markalı mobil telefonu görüb zəng etməsini sübut etmək üçün telefona baxmaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs ona telefonuna baxmağa icazə vermədiyi üçün o, Fəridin əlində olan həmin telefonu özünə tərəf çevirib baxmaq istəyərkən Təqsirləndirilən şəxs qəflətən cibindən kəsici alət olan divar kağızı bıçağını, yəni (rezak) çıxarıb onu vurmaq istəyərkən o, sol qolunu qarşıya verdiyi üçün sol əlinin bilək, yəni bayır səthindən xəsarət almışdır. Həmin vaxt o, arxaya tərəf gedərkən yerə yıxılmışdır. O, Təqsirləndirilən şəxs İsmət Qayıbov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən işıqfora tərəf getdiyini görüb yerdən daş götürərək ayağa qalxıb sonuncunun arxasınca getmişdir. İsmət Qayıbov küçəsində yerləşən «Rəvan Ticarət» mağazasının qarşısında yerdən götürmüş olduğu daşı Təqsirləndirilən şəxs tərəf atsa da, həmin daş Fəridə dəyməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs arxaya çevrilib ona tərəf gələrək əlindəki kəsici alət olan divar kağızı bıçağı, yəni rezak ilə onun sifətinin sol hissəsindən gicgah nahiyəsinin boğaz nahiyəsinə kimi kəsmişdir. Onun sifət nahiyəsindən qan gəlmiş və o, asfalt üzərində dizi üstə aşağı oturmuşdur. Təqsirləndirilən şəxs isə oradan uzaqlaşıb getmişdir. Həmin vaxt oradan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əl işarəsi edib saxlatdıqdan sonra avtomobilə əyləşib sürücüdən xəstəxanaya çatdırılmasını xahiş etmişdir. Buna görə də sürücü onu X1rşısına aparmışdır. Həmin mərkəzdə ona ilkin olaraq tibbi yardım göstərildikdən sonra sol sifət nahiyəsinə və sol bilək nahiyəsinə tikiş qoyulmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs daş atmış, sonuncu ilə aralarında “sənə zəng etmişəm niyə telefona cavab verməyibsən” məzmununda söhbət olmuş və zəng etdiyini sübut etmək üçün Fəriddən telefonunu istəmiş, lakin sonuncu telefonu verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini “tanımadığım taksi sürücüsünü saxlayıb xəstəxanaya aparmasını xahiş etdim” hissəsi istisna olmaqla qalan hissədə təsdiq etmiş, çünki həmin vaxt o, yox Təqsirləndirilən şəxs onu avtomobilə qoyub xəstəxanaya göndərmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş maddi zərəri tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 887 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ əlin İİ, İİİ, İV və V barmaqlarının səthi kəsilmiş yaraları, kəsici xassəyə malik olan əşyanın (əşyaların) ola bilsin divar kağız bıçağı təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 62 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sifətin sol yarısı ilə boyun nahiyəsini əhatə edən sahənin və sol mil-bilək nahiyələrinin kəsilmiş yaraları kəsici xassəyə malik olan əşyanın (əşyaların), ola bilsin divar kağız bıçağı təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir; Zərərçəkmiş şəxs sifətin sol yarısının və boyunun ön səthinə kimi geniş həcmli olan xəsarətin sifətin eybəcərləşdirilməsi kimi qiymətləndirilməsi məhkəmə-tibbi ekspertinin səlahiyyətinə aid deyildir; sifətdə xəsarətin silinməz və silinən olub-olmamasını və aldığı xəsarətin dərəcəsini müəyyən etmək üçün Zərərçəkmiş şəxs 1 (bir) aydan sonra təkrar məhkəmə-tibbi müayinədən keçirilməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 03 (xx.xx.2024-cü il tarixli 62 saylı rəyə əlavə) nömrəli rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol üz sinirinin travmatik neyropatiyası ilə müşayiət olunan sifətin sol yarısı ilə boyun nahiyəsini əhatə edən sahənin kəsilmiş yarası və sol mil-bilək nahiyəsinin kəsilmiş yarası, kəsici xassəyə malik olan əşyanın (əşyaların), ola bilsin divar kağızı bıçağı təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir; 2) Dərəcələrinə görə: a) sol üz sinirinin travmatik neyropatiyası ilə müşayiət olunan sifətin sol yarısı ilə boyun nahiyəsini əhatə edən sahənin kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir; b) sol mil-bilək nahiyəsinin kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığı yüngül zərər vurmaya aiddir; 3) Zərərçəkmiş şəxs sifətin sol yarısı ilə boyun nahiyəsinin ön səthinə kimi olan xəsarət sifətdə izi silinməz (üzdə asmietriya, sol üz sinirinin travmatik neyropatiyası) xəsarət kimi hesab olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2024-cü il tarixli, 863/2023- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi O alfa, beta (İ); 2) Ekspertizaya təqdim edilmiş iki ədəd gigiyenik çubuqlu pambıq tampon, iki ədəd pambıq topasına hopdurulmuş maddə ləkəsi üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «H» antigeni alındı. «H» antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 X5 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 126 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir, onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və onları dərk etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur, o, cinayəti törədən zaman öz hərəkətlərini dərk etmək və ya idarə etmək imkanında olmuş, hal-hazırda da öz hərəkətlərini dərk etmək və ya idarə etmək imkanındadır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, baxış keçirilən otaq - Bərdə Müalicə və X2 Tibbi Yardım Xidmətinin cərrahiyyə otağıdır. Həmin otaqda cərrahiyyə masasında olan xəsarət alan şəxs Zərərçəkmiş şəxs uzanıqlı vəziyyətdədir. Zərərçəkmiş şəxs sifətinin gicgah nahiyəsində sol tərəfindən boğaz nahiyəsinə kimi geniş həcmli yara xəsarəti və sol bilək nahiyəsinin bayır səthinin kəsilmiş yara xəsarəti olduğu görsənir. Baxış zaman xəstəxananın həkimləri xəsarət alan şəxs Zərərçəkmiş şəxs sifətinin sol gicgah nahiyəsindən boğaz nahiyəsinə kimi yara aldığı yerə tikiş qoymuşlar. Daha sonra sol qolun bilək nahiyəsinin bayır səthində olan yara xəsarətinə də tikiş qoyulmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs şpris vasitəsi ilə qan nümunəsi götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Bərdə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən “Rəvan Ticarət” mağazasının qarşısı və həmin mağazanın yaxınlığıdır. Hadisə yerinə baxış keçirilərkən İsmət Qayıbov küçəsində “Rəvan Ticarət” mağazasının qarşısında asfalt yolun üzərindən aşkar edilmiş qana bənzər ləkələr 2 (iki) ədəd pambığa və 2 (iki) ədəd qulaq çubuğuna hopdurulmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, hadisənin yerini və baş vermə şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 03:30-da Bərdə Müalicə və Diaqnostika Mərkəzindən növbətçi həkimi Zərərçəkmiş şəxs sol boğaz nahiyəsindən kəsilmiş yara xəsarəti ilə xəstəxanaya daxil olması barədə polis şöbəsinə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 1719 və 1720 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktlardan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə gecə saat 02:30 dəqiqədə Bərdə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən “Rəvan Ticarət Mərkəzinin” yaxınlığında tanıdığı Zərərçəkmiş şəxs xəsarət yetirmiş olduğu divar kağızı bıçağın yerini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamış, həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zamanı orada hər hansı bir şəxs olmamış, hadisədən sonra xəsarət alan Zərərçəkmiş şəxs Bərdə Diaqnostika Mərkəzinə aparan taksi sürücüsünün şəxsiyyətini və idarə etdiyi avtomobilin qeydiyyat nişanını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 05 (beş) ay 15 (on beş) gün hissəsi 01 (bir) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilməklə Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Bərdə şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus üzərində qan ləkələri olan 2 (iki) ədəd gigiyenik çubuqlu pambıq tampon və üzərində qan ləkələri olan 2 (iki) ədəd pambıq topası maddi sübut kimi tanınaraq saxlanılması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ibtidai istintaq orqanına təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncudan şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənildiyini göstərərək Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmiş, təqsirləndirilən şəxsin əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri, həm də ibtidai istintaq zamanı verdikləri ifadələri ilə təsdiq olunur ki, 13 dekabr 2023-cü il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs orta dərəcəli sərxoş vəziyyətində Təqsirləndirilən şəxs təsadüfən küçədə görüb sonuncuya yaxınlaşaraq iki-üç gün əvvəl ona zəng etdiyini və nə səbəbə onun zənginə cavab vermədiyini bildirdiyi üçün onlar arasında ilk əvvəl sözlü mübahisə yaranmış, daha sonra Zərərçəkmiş şəxs zəng etdiyini sübut etmək üçün əlini uzadaraq Təqsirləndirilən şəxs iradəsinə zidd olaraq mobil telefonu götürmək istədikdə, sonuncu mobil telefonda şəxsi məlumatların olduğunu bildirib zərərçəkmiş şəxsin ədəbsizliyinə son qoymaq məqsədi ilə üzərində gəzdirdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan divar kağızı bıçağı ilə əvvəlcə Zərərçəkmiş şəxs sol mil-bilək nahiyəsinə bir dəfə zərbə vurub sonuncunu özündən uzaqlaşdırmaq istəmiş, həmin vaxtı Zərərçəkmiş şəxs arxa-arxaya gedərək yerə yıxılmış, Təqsirləndirilən şəxs isə ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətində olmayaraq, əskinə divar kağızı bıçağını cibinə qoyaraq qalmaqal salmağa meylli olan zərərçəkən şəxsdən uzaqlaşmış, buna baxmayaraq Zərərçəkmiş şəxs ayağa qalxaraq nalayiq ifadələr işlədib əlində küt əşya hesab olunan daşla Təqsirləndirilən şəxs arxasınca gedib sonuncuya xəsarət yetirmək istəmiş, bunu görən Təqsirləndirilən şəxs isə yenidən üzərində olan divar kağızı bıçağı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə vuraraq sonuncuya xəsarət yetirmişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı sonuncuya az ağır xəsarət yetirilməsi ilə nəticələnmiş mübahisənin konkret halda faktiki olaraq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi söyməsi nəticəsində başlanması Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə törətməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda motiv olaraq xuliqanlıq niyyəti göstərilmişdir. Bununla da konkret cinayətin motivi kimi çıxış edən xuliqanlıq niyyətinin əsassız olaraq təqsirkarın təhlükəli davranışı olan xuliqanlıq əməli ilə eyni vaxtda baş verməsinin israr edilməsinə yol verilmişdir. Halbuki şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulması, eyni zamanda təqsirkarın davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsdin hər hansı elementinin olmaması hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməni istisna edir. Göründüyü kimi zərərçəkən Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri, yəni zəng etməsini sübut etmək məqsədi ilə mobil telefona baxış keçirmək üçün telefonu ona təqdim etməsini təqsirləndirilən şəxsdən tələb etməsi, qarşı tərəfin isə bundan imtina etdikdə zərərçəkmişin təqsirləndiriləni söyüb təhqir etməsi səbəbindən tərəflər arasında məhz elə zərərçəkmişin təşəbbüsü ilə başlanmış mübahisə zamanı gərgin münasibət yaranmış, daha sonra şəxsi münasibətlər zəmində hər iki tərəf öz aqressiyasını “realizə” etmiş və nəticədə məlum cinayət hadisəsi baş vermişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qeyri-etik hərəkətlərinə görə sonuncu ilə mübahisə edib ona qəsdən sağlamlığa ağır zərər vurmasından ibarət cinayətin “heç bir əsaslı səbəb olmadan”, “xuliqanlıq niyyəti ilə” törədilməsi haqqında ibtidai istintaq orqanının nəticə çıxarmasını ziddiyyətli, yəni ittihamda təsvir edilmiş faktiki hallardan irəli gəlməyən hüquqi mövqe kimi qiymətləndirir və bu zaman xüsusilə onu qeyd etməyi vacib hesab edir ki, “ittihamın təsvirindən aşkar surətdə görünən, əməlin yanlış tövsif edilməsinə gətirib çıxaran hal odur ki, ibtidai istintaq orqanı “əsaslı səbəb” və sadəcə “səbəb” anlayışlarını eyniləşdirmiş, “səbəb”in mövcud olub-olmaması barədə qənaətini ilk növbədə təqsirkar şəxsin baş verənlərə subyektiv münasibətinə görə formalaşdırmalı olduğunu nəzərindən qaçırmışdır. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisənin törədilməsinə dair irəli sürdüyü dəlilər şəxsi xarakterli konkret səbəb kimi qəbul edilməli, ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmə hesab olunmalı, o cümlədən təqsirləndirilən şəxsin kriminal davranışının məhz zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən konkret səbəb kimi də dəyərləndirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü bir-üzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstinad olunan Qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Bununla da məhkəmə tərkibi hesab edir ki, yuxarıda salanan halların mövcudluğu Təqsirləndirilən şəxs törətdiyi qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinin motivinin xuliqanlıq niyyəti olmasını inkar edir. Məhkəmə tərkibi cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 05 (beş) ay 15 (on beş) gün hissəsi 01 (bir) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilməklə Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 177.2-ci maddələri Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər hesab olunur. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 50-ci bəndində göstərilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürüldüyü üçün məhkum olunmamış hesab olunur və onun əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən müqavilə əsasında həyata keçirilsə də, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfləri xərci yoxdur. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış zamanı götürülmüş üzərində qan ləkələri olan 2 (iki) ədəd gigiyenik çubuqlu pambıq tampon və üzərində qan ləkələri olan 2 (iki) ədəd pambıq topası məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 dekabr 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş üzərində qan ləkələri olan 2 (iki) ədəd gigiyenik çubuqlu pambıq tampon və üzərində qan ləkələri olan 2 (iki) ədəd pambıq topası məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-377/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-377/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver