Məhkəmə qərarları › İş №1(100)-377/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-377/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-377/2025 29.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X18 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - qanuni nümayəndə Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs - X5 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Səməd Vurğun küçəsi, ev 226-da qeydiyyatda olmaqla, ünvan 5-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3, 133.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu 2024-cü ilin avqust ayının sonunda, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində spirtli içkinin təsiri altında sərxoş vəziyyətində olarkən, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qeyri-rəsmi nikah münasibətində olduğu xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisələr nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar vermiş, təkrar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində dəqiq tarixi istintaqla müəyyən edilməyən müddətdə, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evində eyni niyyətlə, spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirməklə arvadı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində sol kürək nahiyəsinin qançırları və sağ diz oynağı nahiyəsinin sıyrığından ibarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, təkrar xx.xx.2024-cü il tarixdə qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evində eyni niyyətlə, spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirməklə arvadı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisələr nəticəsində sol bazu nahiyəsinin qançırından ibarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə mütəmadi olaraq Zərərçəkmiş şəxs döymüş, sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar vermişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində yaşadığı ünvan 1 ünvanında spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olarkən, qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs onun üçün aşkar surətdə azyaşlı olan xx.xx.2022-ci il təvəllüdlü oğlu X5 yuxudan oyanaraq ağlaması səbəbindən əsəbiləşib, sonuncunun anası Zərərçəkmiş şəxs gözləri qarşısında Turqut Kərimova sillə və küt alətin təsirindən əmələ gələn xəsarətlər yetirməklə bədəninin müxtəlif nahiyələrinə dəfələrlə zərbə endirərək sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan ağır nəticələrə səbəb olmayan dərəcəsinə görə az ağır xəsarət olan döş qəfəsinin qapalı küt travması, sol İV, V, Vİ, Vİİ, Vİİİ, sağ Vİ və Vİİ qabırğaların sınığı, qapalı kəllə beyin travması, alın, burun, hər iki göz, hər iki yanaq, alt və üst dodaq nahiyələrinin dərialtı hematoması, hər iki dodağın və hər iki yanağın selikli qişalarına qansızma, döş qəfəsinin arxa səthinin, sol bazu, sağ baldır nahiyələrinin və sol ayaq pəncəsinin qançırları, sol bazu nahiyəsinin sıyrıqları xəsarətlərini yetirmiş, eləcə də ümumi təhlükəli üsulla, qaynar məhlulun təsiri ilə kürək nahiyəsini yandıraraq sonuncuya bel nahiyəsində İİ-İİİ dərəcəli termik yanıqlarından ibarət ümumilikdə aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 4450,71 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamaqla yaşadığı ünvan 1 ünvanında yerləşən evə daşıyaraq xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həmin evin yataq otağında divar küncündə 4450 qram hissəsini gizlədib saxlamış, həmçinin əkilib-becərilməsi qadağan olunmuş təmiz çəkisi 55 qram olan narkotik tərkibli bir ədəd kol çətənə (kannabis) bitkisini yaşadığı ünvan 1 ünvanında yerləşən həyətyanı sahəsində xx.xx.2024cü il tarixə kimi olan müddət ərzində 01 ədəd sintetik qabın içərisində aqro-texniki qaydada qulluq etməklə əkib becərmiş, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində həmin ünvana öz razılığı ilə baxış keçirilərkən evin yataq otağında divar küncündə bir ədəd ağ rəngli kisə torbanın içərisində külli miqdarda, yəni 4450 qram çəkidə olan həmin bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin evin həyətyanı sahəsində, böyürtkən kollarının arasında tərkibinə görə eynilik təşkil edən 01 ədəd sintetik qabda aqro-texniki qulluq edilmiş təmiz çəkisi 55 qram olan 01 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi, ünvan 2 ünvanda yerləşən Göygöl Rayon Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış aparılan zaman əynində olan gödəkcəsinin sağ cibində olan siqaret qutusunun içərisində 01 ədəd kağız bükümün içərisində tərkibinə görə eynilik təşkil edən təmiz çəkisi 0,71 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 127.2.2, 127.2.3 və 133.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 26 sentyabr 2024-cü il tarixdə gecə saatlarında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşmışdır. Mübahisə zamanı o, Kəmaləyə və sonuncunun birinci evliliyindən olan azyaşlı oğlu Turquta sillə ilə vurmuşdur. Ertəsi gün polis əməkdaşları işlədiyi yerə gələrək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində 4-5 nəfər polis əməkdaşı ona fiziki təsir göstərib sənədlərə imza etdirmişlər. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, arabir narkotik vasitə istifadə etmiş, evindən aşkar olunmuş dibçəkdə olan çətənə bitkisi ona məxsus olmuş, lakin torbada olan narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmamışdır. O, 26 sentyabr 2024-cü il tarixdə Kəmalə ilə dalaşanda sonuncunu və azyaşlı oğlu Turqutu sillə ilə vurmuşdur. Kəmalə və oğlu Turqutu vuranda sərxoş olmuş, Turqut ağlayıb səs-küy saldığı üçün o, sonuncuya sillə vurmuş, lakin neçə dəfə vurduğunu xatırlamamışdır. O, Kəmalə ilə 1 ildən uzun müddətdir birlikdə yaşamış, Turqut əvvəllər də səs-küy salmış, lakin o, heç vaxt buna görə sonuncunu vurmamışdır. O, Kəmaləni ilk dəfə 26 sentyabr 2024-cü il tarixdə dalaşanda vurmuşdur. Birlikdə yaşadığı müddət ərzində o, əvvəllər heç vaxt Kəmalə ilə mübahisə etməmişdir. Turquta sillə ilə vuranda Kəmalə müdaxilə etdiyi üçün o, sonuncuya da bir sillə vurmuşdur. O, Turqutun bədəninə dağ basmamış, sonuncunu soyuq suyun altında döyməmiş, sadəcə belində sıyrıq olduğu üçün soyuq su ilə yumuşdur. Turqutun belindəki sıyrığın nə vaxt və hansı şəraitdə yarandığını bilməmişdir. Polis əməkdaşları işlədiyi yerə gəlib onu döyərək zorla polis şöbəsinə aparmışlar. O, yaşadığı evdən iki küçə aralıda yerləşən evdə usta kimi işləmişdir. Onu polis şöbəsinə Turqutun döyülməsi ilə bağlı aparmışlar, orada onu döyüb yaşadığı evdə qapının arxasında olan torbadakı narkotik vasitənin özünə məxsus olduğunu deməyə məcbur etmişlər. Polis əməkdaşları onu yerə uzadıb təpik vurmuş və ayaqları ilə əlini əzmişlər. Polis əməkdaşlarının ona göstərdikləri fiziki təsirlər nəticəsində əli sınmış, ayaqları da şişmişdir. Əlinin sınması ilə bağlı onu həkim müayinəsindən keçirib rentgen etməmişlər. Evə baxış zamanı narkotik vasitəni qapının arxasından tapıb çıxarmışlar, o, həmin torbaya toxunmamış, həmin torbanı polislər özləri qoymuşdur. Onun evində 6-7 ay əvvəl təhlükəsizlik kamerası quraşdırılmış, polislər həmin kameranı da söküb aparmışlar. Polis əməkdaşları onu evə aparanda ev dağılmış vəziyyətdə olmuşdur. Çünki o, evdən çıxıb polis şöbəsinə gedəndə ev səliqəli şəkildə olmuşdur. Polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı şikayət etmiş, lakin nəticəsi olmamışdır. Polislərin onu döyməsi ilə bağlı Baş Prokurorluğa şikayət etmiş, lakin prokurorluğun əməkdaşı təcridxanaya gəlib ondan döyülməyi ilə bağlı izahat almamışdır. Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 127.2.2 və 234.4.3cü maddələri ilə qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, ünvan 1-də yaşamışdır. Zərərçəkmiş şəxs ilə bir ildir qeyri-rəsmi nikah münasibətində olmuşdur. Sonuncu ilə münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Kəmalə ilə “Tiktok” sosial şəbəkəsində tanış olmuş, daha sonra münasibətləri dərinləşdikdən sonra sonuncunu yaşadığı ünvana gətirmiş və həmin vaxtdan etibarən Kəmalə onunla birlikdə yaşamağa başlamışdır. Kəmalə özü ilə birlikdə 1 yaşlı oğlu Turqutu da evinə gətirmişdir. O, Turqutla həmişə normal davranmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində işdən çıxıb evə gəlmişdir. Yolüstü marketdən 6 ya 7 ədəd spirtli “Go” adlanan içkidən almışdır. Evə gəlib yemək yedikdən sonra həmin içkilərin hamısını içmişdir. İçkinin təsirindən sərxoş olmuşdur. Həmin vaxtı saat təxminən 23 radələri olmuşdur. Turqut həmin zaman otaqda oyuncaqları ilə oynamış, arabir də ağlamışdır. Turqut dayanmadan ağladığı üçün, həm də o, sərxoş halda olduğu üçün uşağın üzərinə hücum etmişdir. Əsəbini soyutmaq üçün Turquta sillə ilə dəfələrlə sifət və qarın nahiyəsindən zərbələr endirmişdir. Kəmalə uşağı əlindən almağa çalışsa da, o, imkan verməmiş, Turquta dəfələrlə zərbələr endirməyə davam etmişdir. Bir müddət sonra əsəbi soyuduğu üçün Turqutu buraxmış və gedib yerinə uzanaraq yatmışdır. xx.xx.2024cü il tarixdə yuxudan oyandıqda isə Turqutun sifətinin şişərək göyərdiyini görmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün çətənə bitkisi əkib becərmək qərarına gəlmişdir. Bunun üçün təxminən 2024-cü ilin aprel ayında özündə olan narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı həyətdə əkərək becərmək qərarına gəlmişdir. Həmin toxumları o, təxminən 1 il əvvəl Bakı şəhərində tapmışdır. Həmin vaxtı yerdə kibrit qutusunu gördüyü zaman maraqlı gəldiyi üçün götürüb açdıqda içərisində toxum olduğunu görmüşdür. Özü də əvvəllər qurudulmuş marixuanadan istifadə etdiyi üçün həmin toxumların çətənə bitkisinə aid olduğunu bilmişdir. Həyətyanı sahədə yer hazırlayıb çətənə bitkisinin toxumlarını kapron qablarda cücərmək üçün əkmişdir. Bir müddət sonra kapron qabda cücərməsi üçün əkdiyi toxumları torpağa köçürmək üçün cücərmiş şitilləri torpağa basdırmışdır. O, arabir əkdiyi şitillərə qulluq etmişdir. Təxminən 1 ay öncə bitkilər tam yetişdikdən sonra yığıb həyətində sərərək qurutmuş və kisə torbaya yığaraq evində gizlətmişdir. Həmin narkotik vasitədən arabir istifadə etmişdir. Həmçinin təxminən 1 ay əvvəl, yəni avqust ayının əvvəllərində özündə qalmış narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı həyətdə əkərək becərmək qərarına gəlmişdir. Həyətyanı sahədə yer hazırlayıb çətənə bitkisinin toxumlarını kapron qablarda cücərmək üçün əkmişdir. Bir müddət sonra kapron qabda cücərməsi üçün əkdiyi toxumları torpağa köçürmək üçün cücərmiş şitilləri torpağa basdırmışdır. Həmin şitillərdən bir ədəd çətənə bitkisi inkişaf etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində Göygöl şəhəri, Təzə Məhlələr adlanan ərazidə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onların Göygöl RPŞ-nin əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşları ona barəsində şikayət edildiyini, bununla bağlı izahat verməkdən ötrü polis şöbəsinə getməli olduğunu bildirib onu Göygöl RPŞ-nə dəvət etmişlər. O, etiraz etməmiş və könüllü surətdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olan zaman o, etdiyi əməli səmimi şəkildə etiraf etmişdir. Həmçinin həqiqəti etiraf edərək həyətyanı sahəsində narkotik tərkibli bitki əkməyini və evində narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra ərizə ilə müraciət edərək evinə və həyətinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və mütəxəssisin iştirakı ilə yaşadığı ünvana getmişlər. Orada ona videoçəkiliş vasitəsi ilə polis əməkdaşlarının və mütəxəssisin iştirakı ilə yaşadığı ünvana baxış keçirəcəkləri bildirilmiş, o da etiraz etməmişdir. Daha sonra baxışa başlanılmışdır. Ondan evdə hər hansı qanunsuz əşya və ya predmet olub olmaması soruşulmuşdur. Həmin zaman evdə yataq otağında əkib qurutduğu narkotik vasitə olmuşdur. O, polis əməkdaşlarına bunu bildirmiş və həmin narkotik vasitəni təqdim etmişdir. Sorğu zamanı o, həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, həmin kütləni 2024-cü ilin aprel ayında, həyətində əkdiyi çətənə bitkilərindən yığaraq qurudub hazırladığını, əvvəllər də qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etdiyi üçün evdə saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd kisə torbada olan qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi 4395 qrama bərabər olmuş, elə həmin kisə torbada qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa evdə heç bir qanunsuz əşya aşkar edilməmişdir. Həyətyanı sahəyə baxışdan öncə ona həyətdə hər hansı qanunsuz əşya və ya predmet olub olmaması soruşulmuş, o da həyətdə əkdiyi narkotik tərkibli bitki olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və mütəxəssisin iştirakı ilə həyətyanı sahəyə baxış keçirilmiş, aşkar edilmiş 01 ədəd bitki torpaqdan çıxardılaraq 01 ədəd kağız paketə qoyulub qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa həyətyanı sahədə və həyətdə olan nəqliyyat vasitəsində baxış keçirilmiş, lakin qanunla qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra o, polis əməkdaşları ilə Göygöl RPŞ-ya getmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin olunduqdnan sonra onun üzərində videoçəkiliş altında şəxsi axtarış aparılmışdır. Həmin vaxtı o, üzərində olan gödəkcəsinin sağ cibində olan siqaret qutusunun içərisində istifadə üçün saxladığı kağız bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirib təqdim etmişdir. Şifahi sorğu-sual zamanı o, həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, həmin kütləni 2024-cü ilin aprel ayında, həyətində əkdiyi çətənə bitkilərindən yığaraq qurudub hazırladığını, əvvəllər də qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etdiyi üçün evdə saxladığını və istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd kağız bükülüdə olan qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi 1.08 qrama bərabər olmuş, elə həmin kağız bükülüdə qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunan ifadənin Turqutun döyülməsi ilə bağlı olan hissəsini təsdiq etmiş, lakin narkotik vasitələrlə bağlı olan hissəsini təzyiq altında məcbur olub vermişdir. Şöbədə polis əməkdaşları tərəfindən üzərində olan siqaret qutusunun içinə bir büküm narkotik vasitə qoyulmuş, o da məcbur narkotikin özünə məxsus olduğunu demişdir. Evdə olan dibçəkdə əkdiyi narkotik tərkibli çətənə bitkisi ona məxsus olmuşdur. O, Turqutu hamamda soyuq suyun altında döyməmiş, sonuncunun belində sıyrıq olmuş, həmin sıyrıq da qanadığı üçün o, sonuncunun belini soyuq su ilə yumuşdur. Onu işlədiyi yerdən götürüb şöbəyə aparanda fiziki zor tətbiq etmişlər. Həmin vaxt Şahid1 avtomobil idarə etmiş, bir nəfər də başqa polis əməkdaşı olmuş, lakin Şahid2 orada olmamışdır. Şahid2 evə baxış keçirilən zaman videoçəkilişdə iştirak etmişdir. Polis şöbəsində Şahid1 və sonuncu ilə birlikdə onu işlədiyi yerdən götürən, adını bilmədiyi polis əməkdaşı ona fiziki təsir göstərmişlər. Onun xəsarətləri olmuş, şikayət də etmiş, lakin baxılmamışdır. Polis şöbəsində onu yerə uzadıb təpiklə vurmuşlar. Onu işlədiyi yerdən götürüb aparanda elə yoldaca fiziki təsir göstərərək evdə, qapının yanında olan qara torbadakı narkotik vasitənin özünə məxsus olmasını deməyini tələb etmişlər. Evdən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus olmamış, həmin narkotik vasitənin evə kim tərəfindən qoyulduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlunun yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs - qanuni nümayəndənin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs - qanuni nümayəndə qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, azyaşlı oğlu Turqut və qeyrirəsmi ər-arvad münasibətində yaşadığı Təqsirləndirilən şəxsla birlikdə ünvan 4 ünvanında yaşamışdır. 2024-cü il sentyabr ayının 26-dan 27-ə keçən gecə o, öz yatağında yatmış, oğlu Turqut isə digər otaqda öz yatağında, Şirin də sərxoş vəziyyətdə mətbəxdəki divanda yatmışdır. Həmin vaxtı o, Turqutun qışqırıq səsini eşidib oyanmış və Şirinin mətbəxdə Turqutu döydüyünü görüb yaxınlaşaraq uşağı sonuncudan almaq istəyəndə Şirin onu itələyərək yaxına buraxmamışdır. Həmin vaxt Şirin əli ilə Turqutun üz nahiyəsinə vurmuş, 15-20 dəqiqə sonra isə Turqutu ona vermişdir. Zərbənin təsirindən Turqutun üzü göyərmiş, o da oğlunu sakitləşdirib çarpayısında yatırmış, özü də otağına gedib yatmışdır. Bir qədər sonra o, yenidən Turqutun qışqırıq səsini eşidib oyanmış və Şirinin hamamda, soyuq suyun altında oğlunu belinə vuraraq döydüyünü görmüşdür. O, yaxınlaşıb Turqutu güclə Şirin əlindən almışdır. Həmin vaxt Şirinin vurduğu zərbələrin təsirindən Turqutun belində yara açılmışdır. O, oğlunun yarasına yod vurub əyninə paltar geyindirmişdir. Həmin gecənin səhəri o, əşyalarını yığıb edən çıxmış və polis şöbəsinə gedib Şirindən şikayət etmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Şirinlə iki ildir qeyrirəsmi ər-arvad münasibətində yaşamış, sonuncu onun oğlunun atası olmamış, oğlunun atası Bakı şəhərində yaşamışdır. Şirin əvvəllər evə sərxoş gəlməmiş, lakin son bir ayda spirtli içki qəbul edib evə sərxoş gəlməyə başlamışdır. Onun Şirinlə əvvəllər mübahisəsi olsa da sonuncu ona əl qaldırmamış, onu ilk dəfə hadisə baş verən gecə vurmuşdur. Şirin bir neçə dəfə Turqutun üz nahiyəsindən vurmuş, həmin vaxt da Şirin sərxoş olmuşdur. Həmin gecənin səhəri spirtli içkinin təsiri gedəndən sonra Şirinlə söhbət edən zaman uşağı bilərəkdən vurmadığını, sərxoş olduğu üçün vurduğunu demişdir. Hadisə 2024-cü ilin sentyabr ayının 26-dan 27-ə keçən gecə baş vermiş, ertəsi gün o, əşyalarını yığıb evdən çıxmış və polis şöbəsinə gedib Şirindən şikayət etmiş, sonra da polis əməkdaşları Şirinin işlədiyi yerə gedib sonuncunu saxlamışlar. Şirin əvvəllər də Turqutu bir neçə dəfə vurmuş, lakin heç vaxt sonuncu dəfə döydüyü kimi döyməmişdir. Turqutun belindəki izlər yanıq izləri deyil, xəstəxanada olanda həkim həmin izlərin yanıq izi olmadığını demiş, həmin izlər Şirin Turqutu hamamda döyəndə yaranmışdır. Şirin əvvəllər də Turqutu bir neçə dəfə döymüş, lakin onu ilk dəfə ayın həmin günü, yəni 26 sentyabr 2024-cü il tarixdə döymüşdür. Şirin onu bağlı otaqda saxlayıb işgəncə verməmiş, ümumiyyətlə 2024-cü ilin sentyabr ayına kimi onların mübahisəsi olmamışdır. İbtidai istintaq zamanı verdiyi əlavə ifadələrində Şirinin dəfələrlə onu döyüb işgəncə verməsini yox, son bir ayda dəfələrlə Turqutu döyüb işgəncə verməsini demişdir. Şirin ona işgəncə verib təsir altında saxlamamışdır. O, evdən çıxandan sonra polis şöbəsinə gedib Turqutu döydüyü üçün Şirindən şikayət etmiş, şikayət ərizəsini də Şirinin Turqutu döyməsi ilə bağlı yazmışdır. 21 sentyabr 2024-cü il tarixdə Şirin dostu ilə dalaşarkən o, ərinin dostunun əlindəki bıçağı almağa çalışarkən əli kəsilmişdir. İfadəsinin davamı olaraq Kamalə Kərimova bildirmişdir ki, evdən aşkar olunan, dibçəkdə əkilmiş narkotik Şirinə məxsus olmuş, lakin digər narkotik vasitələr ərinə məxsus olmamış, o, əşyalarını yığıb evdən çıxanda orada başqa narkotik vasitə olmasını görməmişdir. Şirin əvvəllər narkotik vasitə istifadə etmiş, lakin son zamanlar istifadə etməmişdir. Evdən aşkar olunmuş dibçəkdəki narkotik vasitəni Şirin özü əkmişdir. O, əvvəllər Şirinin narkotik vasitə qəbul etməsini görmüş, lakin 3-4 ay idi sonuncu narkotik vasitə istifadə etməmişdir. O, Şirinin kiməsə narkotik vasitə satmasının şahidi olmamış, iki il Şirinlə birlikdə yaşamış və sonuncunun kiməsə narkotik vasitə satmasını görməmişdir. Bəzən dostları qonaq kimi gəlib-getmişlər, lakin o, Şirinin dostlarına narkotik verməsini görməmişdir. Onun Şirinə münasibəti yaxşı olmuş və sonuncu heç vaxt ona kiməsə narkotik vasitə satması barədə heç nə deməmişdir. Şirin narkotik vasitə satış olsa idi onun bu barədə məlumatı olardı. O, həm özünə, həm də azyaşlı övladı Turqut Kərimova münasibətdə Şirinlə barışmış, sonuncudan şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, o, ünvan 1-də yaşamışdır. Təqsirləndirilən şəxs oğlu ilə bir ildir qeyri-rəsmi nikah münasibətində olmuş, sonuncu ilə münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Şirinlə təxminən bir ildir birlikdə yaşamışlar. Şirinlə ilk vaxtlar münasibəti qaydasında olmuş, sonuncu mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmiş və spirtli içkilər qəbul etmişdir. Həmin vaxtlarda Şirin özündə olmamış, əsəbi hərəkətlər etmişdir. Son bir ay ərzində Şirin daha da qəribə olmuş, davamlı olaraq spirtli içki və narkotik vasitə istifadəsi nəticəsində dözülməz olmuşdur. 2024-cü ilin avqust ayının sonlarında dəqiq xatırlamadığı vaxtı, evdə olan zaman Şirinlə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şirin sillə ilə onun sifət nahiyəsindən iki dəfə zərbə endirmişdir. O isə Şirinə cavab qaytarmamış və aralarında olan mübahisə bitmişdir. O, bu hadisədən sonra evdən çıxaraq rəfiqəsinin yanına gedib bir müddət orada qalmışdır. Bir neçə gün sonra o, geri qayıdıb təkrar Şirinlə yaşamağa başlamışdır. 2024-cü ilin sentyabr ayının ortalarında dəqiq xatırlamadığı vaxtı Şirin evdə sərxoş halda olmuşdur. Həmin vaxtı aralarında şəxsi münasibətlər zəminində təkrar mübahisə yaranmış və mübahisə zamanı Şirin onun sifət nahiyəsindən sillə ilə bir neçə dəfə zərbə endirərək döymüşdür. Bundan sonra mübahisə sakitləşmişdir. O, təxminən bir ildir birinci nikahdan olan bir yaşlı oğlu Turqut ilə birlikdə Şirinə yaşamışdır. Oğlu Turqut gecələr çox zaman oyanaraq ağlamış, həmin zamanlarda gec saatlarda yatan Şirin əsəbiləşmiş və uşağın üstünə qışqırmışdır. Təxminən 15 gün əvvəl gecə saatlarında Turqut yenidən yuxudan ayılaraq ağlamağa başlamış, Şirin isə uşağın ağlamağına və səsinə əsəbiləşərək onun üzərinə qışqırmış və Turqutun üzərinə gedib sillə ilə sifət nahiyəsindən bir neçə dəfə zərbə endirmişdir. O, dərhal araya girərək uşağı Şirinin əlindən almış və sonuncudan uşağı niyə vurduğunu soruşmuş, Şirin isə uşağın səsindən əsəbiləşdiyini demişdir. Bundan sonra o, gedib uzanaraq yatmışdır. Turqutun üzündə azacıq qızartı ləkələri olmuşdur. Bu hadisədən bir neçə müddət sonra xx.xx.2024-cü il tarixdə Şirin yenə sərxoş halda olmuşdur. Turqut yenə ağlayaraq yuxudan ayıldıqda Şirin təkrar uşağın üzərinə gedərək vurmağa başlamışdır. O, dərhal araya girərək uşağı əlindən almışdır. Lakin Turqutun üz və kürək nahiyəsində yaralar olmuşdur. Son dəfə isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə təxminən 03 radələrində yatdığı zaman Turqutun ağlamaq və qışqırıq səslərinə yuxudan ayılımışdır. Səsin mətbəxdən gəldiyini eşidib dərhal ora qaçmış və çatdıqda Şirinin Turqutu yerə qoyub sillə ilə kürəyinə zərbələr endirdiyini görmüşdür. O, yaxınlaşmaq istəyəndə Şirin üstünə qışqırıb yaxın gəlsə Turqutun başını kəsəcəyini söyləmişdir. Şirin azyaşlı oğlu Turqutu döyərək xəsarət yetirdiyi vaxt, o, Şirinə mane olmaq istəyən zaman Şirin onun sifət nahiyəsindən sillə ilə bir neçə dəfə zərbələr endirərək onu da döymüşdür. Bir neçə dəqiqə sonra Şirin sakitləşərək Turquru buraxmış və gedib yerinə uzanaraq yatmışdır. O, Turquta baxdıqda oğlunun üzünün şişmiş və göyərmiş halda olduğunu, belində isə dərin yara olmasını görmüşdür. Səhər olduqda isə dərhal Göygöl RPŞ-nə yaxınlaşaraq hadisə barədə məlumat vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, istintaq zamanı verdiyim ifadəsini oxumuş və həmin ifadəsini də təsdiq etmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı heç bir təzyiq olunmamış və sərbəst ifadə vermişdir. O, ibtidai istintaq zamanı ifadə verərkən Şirinin onu əvvəllər də döyməsini deməmiş, bədənində yaranan izlər 26 sentyabr 2024-cü il tarixdə, gecə saatlarında döyərkən yaranmışdır. Şirin 26 sentyabr 2024-cü il tarixdən əvvəl onu döyməmişdir. İfadəsinin sonundakı əl yazısı və imza ona məxsus olmuş, o, imza edəndə kağızda ifadə olmamışdır. Təqsirləndirilən şəxs ailə üzvləri ifadəsini dəyişməyi üçün ona təzyiq göstərməmiş, hazırda da sonuncunun ailə üzvləri ilə birlikdə yaşayır. Şirinin valideynləri tərəfindən ona təzyiq olunmamışdır. O, övladı ilə birlikdə hal-hazırda Şirinin babasına məxsus evdə qalır. Şirinin nənə və babası Moskva şəhərində yaşamışlar və arabir gəlib-getmişlər. Onun hazırda maddi təminatını Şirinin babası qarşılayır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göygöl RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs azyaşlı uşağa xəsarət yetirməsi ilə bağlı daxil olmuş şikayətə əsasən işlədiyi yerə gedib sonuncu polis şöbəsinə gətirmişlər. Şöbədə olarkən Şirin narkotik vasitələrin təsiri altında azyaşlı uşağa xəsarət yetirdiyini və əməlindən peşman olduğunu bildirmişdir. Daha sonra Şirin evində də narkotik vasitə saxladığını bildirmiş və buna görə onlar sonuncunun yaşadığı evinə baxış keçirmişlər. Baxış zamanı evin həyətində bir ədəd çətənə kolu, evin daxilində isə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, evdən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananın çəkisini xatırlamamış, lakin külli miqdarda olduğunu və un torbasının yarısından olduğunu xatırlamışdır. Təqsirləndirilən şəxsla bağlı şəxsən onda əməliyyat məlumatı olmamış, səhv etmirsə NMQ-nin əməkdaşı Şahid1 əməliyyat məlumatı olmuşdur. O, Şirinin işlədiyi yerə Şahid1 ilə birlikdə getmişdir. O, evinə baxış keçirməzdən əvvəl Şirinin evinə getməmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunan narkotik vasitələri şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Evin mətbəxində narkotik vasitə çəkən zaman istifadə etmək üçün butulkalar da olmuşdur. Şirinin işlədiyi yerlə Göygöl RPŞ-nin arasındakı məsafənin nə qədər olduğunu bilməmiş, lakin o qədər də uzaq deyilmiş. Evin həyətindən aşkar olunmuş çətənə kolu torpağa əkilmiş vəziyyətdə, yəni yaş olmuşdur. Həyətdən aşkar olunan çətənə kolunun dibçəkdə yoxsa bir başa torpaqda əkildiyini xatırlamamışdır. Evin daxilindən aşkar olunan narkotik vasitə ağ rəngli un torbasında olmuş, çəkisi də bir kiloqramdan artıq olmuşdur. O, torbanın içinə baxmış və orada ota bənzəyən kütlə olmuş, lakin o, ekspert olmadığı üçün ilkin olaraq nə olduğunu bilməmişdir. Ekspert rəyindən sonra narkotik vasitə olan qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs evinə onlardan əvvəl NMQ-nin əməkdaşının getməsi mümkün olmamış, çünki NMQ-nin bir əməkdaşı olmuş, o da Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs dalınca getmişdir. Baxış zamanı o, Şirinin evinin dağınıq olmasını xatırlamamışdır. Bir gün əvvəl gecə saatlarında Şirin birlikdə yaşadığı qadınla dalaşdığı üçün ola bilər ki, həmin vaxt ev dağılmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göygöl RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 550 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin İ-İİ barmaqlararası sahənin kəsilmiş yarası, sol kürək (cəmi iki ədəd), sol bazu nahiyələrinin qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı. Qeyd edilən xəsarətlərdən - sağ əlin İ-İİ barmaqlararası sahənin kəsilmiş yarası - kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sol kürək (cəmi iki ədəd), sol bazu nahiyələrinin qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı isə bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri: sağ əlin İ-İİ barmaqlararası sahənin kəsilmiş yarası müayinədən 8-12 gün əvvələ, sol kürək nahiyəsinin qançırları və sağ diz oynağı nahiyəsinin sıyrığı müayinədən 5-8 gün əvvələ, sol bazu nahiyəsinin qançırları isə müayinədən 1 gün əvvələ uyğun gəlir. (Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi müayinəsindən keçmişdir.) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 549 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin qapalı küt travması, sol İV, V, Vİ, Vİİ, Vİİİ, sağ Vİ və Vİİ qabırğaların sınığı, qapalı kəllə beyin travması, alın, burun, hər iki göz, hər iki yanaq, alt və üst dodaq nahiyələrinin dərialtı hematoması, hər iki dodağın və hər iki yanağın selikli qişalarına qansızma, döş qəfəsinin arxa səthinin, sol bazu, sağ baldır nahiyələrinin və sol ayaq pəncəsinin qançırları, sol bazu nahiyəsinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir. X1 bədəni üzərində yuxarıda qeyd edilmiş xəsarətlərdən başqa bel nahiyəsində yüksək hərarətin təsiri nəticəsində əmələ gəlmiş İİ-İİİ dərəcəli (bədən səthini 10-15 % əhatə edən) termiki yanıq yarası da aşkar edilmişdir. X1 bədəni üzərində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri müayinə olunanın anasının dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 685 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, yəni onun bədən səthində 29-30 sentyabr 2024-cü il tarixlərə uyğun gələn xəsarət olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1634 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 X17 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 746 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik keçirməmiş və hazırda da heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Təqsirləndirilən şəxs əqli inkişafdan geri qalma və ya ləngimə halları müşahidə olunmur. O, baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq qabiliyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 X17 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 734 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Zərərçəkmiş şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs əqli inkişafdan geri qalma və ya ləngimə halları müşahidə olunmur. Zərərçəkmiş şəxs baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq qabiliyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/998 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi – 0,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 2) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs oğlunun yaşadığı evdən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...” sözləri və imzalar olan sintetik kisədə və həmin kisədəki 1 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1700 qram və 2750 qram, ümumi təmiz çəkisi 4450 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 3) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs oğluna məxsus həyətyanı sahədən aşkar edilmiş bitki...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd təmiz çəkisi 55 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir; 4) Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkibinə görə eynidir; 5) Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkiyə aqrotexniki qaydada qulluq göstərilmişdir; 6) Çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş müstəqilmütəxəssis, alim-aqronom X3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı evinin içərisindəki otaqların birindən kisəyə yığılmış 4 kq 395 qram çəkisi olan qurudulmuş marixuanaya bənzər bitki qalıqları aşkar edilmiş, həyətyanı sahədə kapron qabda əkilmiş 1 ədəd 60 sm hündürlüyündə narkotik xassəli bitkiyə bənzər çətənə kolu aşkar edilmişdir. Aşkar edilmiş narkotik xassəli bitkiyə bənzər çətənə koluna aqrotexniki qaydada qulluq edildiyi və becərildiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin gün saat 16:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs oğlu barəsində həbsetmənin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, yaşadığı ünvan 5-yə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs oğlu fərdi yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu qeyd edərək təqdim edə biləcəyini bildirmişdir. Evə daxil olduqda içəridə sol tərəfdə yerləşən yataq otağında Təqsirləndirilən şəxs divarın küncündə olan 01 ədəd ağ rəngli kisə torbanı göstərərək içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin torbaya açılıb baxıldıqda içərisində 01 ədəd rəngli sellofan paketdə və kisə torbanın içərisində spesifik qoxuya malik, yaşıl rəngli bitki kütləsi olması müəyyən edilmişdir. Həmin kisə torba xüsusi elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 4395 qram olması müəyyən edilmişdir. Qeyd edilən kisə torba müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Evin digər otaqlarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkətinin davamı olaraq evin həyətyanı sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs həyətdə narkotik tərkibli bitki olmasını bildirib həmin bitkini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin ərazini göstərərək torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirdiyini və orada əkdiyi bitki narkotik tərkibli çətənə bitkisi olduğunu, həmin bitkilərin toxumlarını xatırlamadığı yerdən tapdığını, toxumları gətirib özündə saxladığını, təxminən 2024-cü ilin iyul ayının əvvəllərində, hazırda olan sintetik qabda əkdiyini, bitki inkişaf etdiyi zaman dibini təmizləyərək gübrədən ibarət üzvi maddələr və su verərək yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən müstəqil mütəxəssis, alim-aqronom X9 həmin bitkinin narkotik tərkibli çətənə bitkilərinə bənzədiyini, həmin bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyini, diblərinin alaq otlarından təmizləndiyini, yumşaldıldığını, vaxtaşırı su və gübrə verildiyini göstərmişdir. Baxış zamanı həmin bitkinin əkildiyi sintetik qabdan çıxarılaraq bir ədəd kağız paketə qoyulub götürülmüşdür. Bundan sonra narkotik tərkibli bitkilər əkilən yerdən torpaq nümunəsi də bir ədəd rəngli sellofan torbaya qoyulmuş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin 01 ədəd sintetik qabdan ibarət əşya da iş üçün əhəmiyyət kəsb etdiyinə görə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan tünd narıncı rəngli, qolsuz gödəkcəsinin sağ cibində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirərək həmin siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusuna baxış keçirildikdə üzərində “Rothmans” sözləri yazılması müəyyən edilmişdir. Həmin siqaret qutusunun içərisinə baxıldıqda içərisində 07 ədəd siqaretlər və 01 ədəd ağ rəngli kağız bükülü olması müəyyən edilmişdir. Həmin kağız bükülü açıldıqda içərisində spesifik qoxuya malik, yaşıl rəngli bitki kütləsi olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, öz istifadəsi üçün üzərində gəzdirdiyini və yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuananın üzərindən götürdüyünü bildirmişdir. Daha sonra həmin kağız bükülü xüsusi elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,08 qram olması müəyyən edilmişdir. Qeyd edilən büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin bükümdən başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən digər əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X5 və Zərərçəkmiş şəxs xəsarət aldığı yer - ünvan 1 ünvanıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin yaşayış evini və evin daxilini göstərərək ilk dəfə təxminən 15 gün əvvəl gecə saatlarında Turqut Kərimovun yuxudan ayılaraq ağladığı üçün Təqsirləndirilən şəxs əsəbiləşərək azyaşlının üzərinə gedib sillə ilə sifət nahiyəsindən bir neçə dəfə zərbə vurduğunu, həmin vaxtı özünün araya girərək X26 Qasımovun əlindən aldığını, ikinci dəfə, yəni xx.xx.2024-cü il tarixdə gecə saatlarında baş verdiyini, həmin vaxtı Turqut Kərimovun yuxudan ayılaraq ağladığı üçün Təqsirləndirilən şəxs əsəbiləşərək azyaşlının üzərinə gedib sillə ilə sifət nahiyəsindən bir neçə dəfə zərbə vurduğunu, lakin yenə də özünün araya girərək X26 Qasımovun onun əlindən aldığını, həmin vaxtı Turqut Kərimovun üz və kürək nahiyəsində yaraların əmələ gəldiyini, sonuncu dəfə isə hadisənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə təxminən 03 radələrində baş verdiyini, həmin zaman Turqut Kərimovun ağlamaq və qışqırıq səslərinə yuxudan ayıldığını, səsin mətbəxdən gəldiyini eşidib dərhal ora qaçdığın və çatdıqda Təqsirləndirilən şəxs Turqut Kərimovu yerə qoyub sillə ilə kürəyinə zərbələr endirdiyini gördüyünü, yaxınlaşmaq istəyəndə Təqsirləndirilən şəxs onun üstünə qışqırıb yaxın gəlsə Turqut Kərimovun başını kəsəcəyini söylədiyini, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs sakitləşərək Turqut Kərimovu buraxdığını və gedib yerinə uzanaraq yatdığını, özünün Turqut Kərimovu götürdükdə isə sonuncunun üzünün şişdiyini və göyərmiş halda olduğunu, belində isə dərin yara olmasını gördüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs oğlu arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs son vaxtlar evə tez-tez sərxoş halda gələrək onu və azyaşlı övladı X6 döydüyünü və ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Göygöl RPŞ-ya ərizə ilə müraciət edərək qeyri-rəsmi yaşadığı həyat yoldaşı Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin təsiri altında mütəmadi olaraq onu və bir yaşlı oğlunu döyərək işgəncə verdiyini, həmçinin Təqsirləndirilən şəxs həyətində narkotik vasitə əkdiyini göstərib sonuncu barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin gün saat 15:00da Göygöl rayon Mərkəzi Xəstəxanasından 2022-ci il təvəllüdlü X5 qapalı kəllə beyin travması, hər iki göz ətrafı, üzün hematoması, kürək nahiyəsinin 2-3-cü dərəcəli bədəninin 12 faizini əhatə edən boy ölçülü yanığı, sol çiyinin küt travması ilə xəstəxanaya daxil olması, həmçinin valideynin deməsinə görə ögey atası tərəfindən döyülməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin konkret olaraq ünvan 1 ünvanında baş verməsi, eləcə də hadisənin Təqsirləndirilən şəxs oğlunun spirtli içki təsiri altında olması səbəbi ilə baş verməsi, hadisə zamanı X2 olaraq atalığı Təqsirləndirilən şəxs xəsarət yetirməsi, Turqut Kərimov və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında qeyrirəsmi ailə münasibətlərinin olması, X27 Qasımovun xəsarət yetirməsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirməsi, həmin hadisəyə şahid olan şəxslərin olmaması, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilsə də, onun qeyd edilən narkotik vasitələri konkret olaraq nə vaxtı, haradan, kimdən və nə məqsədlə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni həyətyanı sahəsində əkib qurudaraq əldə etməsinə dair ifadəsində göstərdiyi xüsusatlar da müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X10 tərəfindən 2394 C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun Göygöl RPŞ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə anası X4 müraciəti əsasında xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4450,47 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 54,97 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan paketdə torpaq nümunəsi və 01 ədəd kisə torbanın içərisində olan narkotik tərkibli bitkinin əkildiyi 01 ədəd sintetik qab maddi sübut kimi tanınaraq saxlanılması üçün Göygöl RPŞ-nin maddi sübutların saxlan kamerasına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AA6002412 nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2022ci il təvəllüdlüdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs – qanuni nümayəndə Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs oğlu tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onun sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RİH başçısının Göygöl Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu 1950-ci il təvəllüdlü babası – X16, 1960cı il təvəllüdlü nənəsi – X11 və 1980-ci il təvəllüdlü anası – X12 ilə birlikdə ünvan 5-də yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı evinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, üzləşdirmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş məhkumun tibbi kitabçasının surətində görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2024-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədən səthi üzərində xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı ünvan 5 ünvanının yaxınlığında təhlükəsizlik şəhər kamerası mövcud deyildir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək polis əməkdaşları tərəfindən yaşadığı evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarının oraya qoyduqlarını, polis əməkdaşlarının onu iş yerində tutduqlarını, saxlanılan zaman və polis şöbəsində olarkən ona qarşı fiziki və psixi zorakılığa yol verildiyini, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti zamanı da üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı polislərin onun üzərinə qoyduqlarını, ona göstərilmiş fiziki və psixi zorakılıq nəticəsində həm evindən, həm də üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın məhz özünə məxsus olduğunu etiraf etdiyini göstərmişdir. Həmçinin zərərçəkmiş şəxs - qanuni nümayəndə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs onu əvvəllər döymədiyini, ona onu birinci səfər 27 sentyabr 2024-cü il tarixdə gecə saatlarında döydüyünü göstərmişdir. Məhkəmə tərkibi həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxs - qanuni nümayəndənin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs yaşadığı evinə baxış, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində yaşadığı evindən aşkar edilmiş kisədəki kütlənin qurudulmuş marixuana olduğunu, həmin kütləni 2024-cü ilin aprel ayında həyətində əkdiyi çətənə bitkilərindən yığaraq qurudub hazırladığını, əvvəllər qurudulmuş marixuanadan istifadə etdiyi üçün evdə saxladığını, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı da üzərində aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı evdə saxladığını kütlənin üzərindən şəxsi istifadə üçün götürərək üstündə gəzdirdiyini göstərmişdir. Qeyd edilən ifadələr Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və həmin ifadələrdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını, eləcə də sonuncuların onun yaşadığı evinə və üzərinə qurudulmuş marixuana qoyduqlarını göstərməmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı sonuncu özün fərdi yaşadığı evində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu qeyd edərək təqdim edə biləcəyini bildirmiş, ardınca da içəridə sol tərəfdə yerləşən yataq otağından 01 ədəd ağ rəngli kisə torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin əvvəlində yaşadığı evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını, yaşadığı evində narkotik vasitə olan qurudulmuş marixuana saxladığını, həmin kütləni 2024-cü ilin aprel ayında həyətində əkdiyi çətənə bitkilərindən yığaraq qurudub hazırladığını, əvvəllər də qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etdiyi üçün evdə saxladığını, heç kimə satmadığını, şəxsi istifadəsi üçün yığaraq qurutduğunu, baxış keçirilən zaman evdə heç kimin olmadığını, istintaq hərəkətinin aparılma qaydasına və iştirakçılarına da heç bir etirazının olmadığını bildirmişdir. O cümlədən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda təhqiqatçı tərəfindən verilmiş suallara qəti olaraq cavab verib saxlanılarkən, yaşadığı evinə baxış keçirilərkən, eləcə də polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, təqdim etdiyi siqaret qutusundan aşkar edilmiş bir ədəd bükümdə olan kütlənin qurudulmuş marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Habelə iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Göygöl Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs içkili olduğu üçün özündə olmaması səbəbindən azyaşlı uşağı döydüyünü, narkotik vasitədən istifadə etdiyini, bununla belə, hadisə günü narkotik vasitə istifadə etmədiyini, narkotik vasitəni özünün istifadəsi üçün əkdiyini, 3-4 ay bundan əvvəl əkdiyi narkotik vasitəni yığdığını, həmin narkotik vasitəni də özünün istifadəsi üçün əkdiyini göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən polislər tərəfindən ona fiziki və psixi zorakılıq göstərildiyini, həmçinin sonuncuların onun həm yaşadığı evinə, həm də üzərində narkotik vasitə qoymalarını göstərməmişdir. Əksinə, yaşadığı evindən aşkar edilmiş narkotik vasitəni özünün əkdiyini və bir müddət sonra şəxsi istifadəsi üçün yığaraq saxladığını etiraf etmişdir. Hətta məhkəmə-narkoloji ekspertizasından keçirilən zaman həkim-məsləhət komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bir ildir narkotik vasitə olan marixuana çəkdiyini, aşkar edilən narkotik vasitəni özü istifadə etmək üçün əkib becərdiyini bildirmişdir. Eyni zamanda iş materiallarında 2 saylı istintaq təcridxanasından daxil olmuş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Eləcə də iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 685 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində 29-30 sentyabr 2024-cü il tarixlərə uyğun gələn xəsarət olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də tibbi sənədlərlə onun bədəni üzərində xəsarətin olması öz təsdiqini tapmamışdır. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2la Şahid1 ifadələrində saxlanılarkən, yaşadığı evinə baxış keçirilərkən və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq hallarına yol verimədiyini, yaşadığı evindən aşkar edilmiş bir ədəd kisədə olan narkotik vasitə qurudulmuş marixuananın, o cümlədən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd bükümdə qurudulmuş marixuananın sonuncunun özünə məxsus olduğunu etiraf etdiyini göstərmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona narkotik vasitə ilə bağlı elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində yaşadığı evindən aşkar edilmiş bir ədəd kisədə olan qurudulmuş marixuananın, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş bir ədəd bükümdə qurudulmuş marixuananın özünə məxsus olmadığını, polislər tərəfindən həm yaşadığı evinə, həm də üzərinə qoyulduğunu, eləcə də polislər tərəfindən qanunsuzluğa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin yaşadığı evinə baxış keçirilməsi, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişlərdə, habelə şahidlərin ifadələrində saxlanılarkən Təqsirləndirilən şəxs həm yaşadığı evindən, həm də şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş qurudulmuş marixuananın özünə məxsus olması tam olaraq sübuta yetirilmişdir. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində dövlət hesabına, sonra isə müqavilə əsasında müdafiəçilərə malik olmasına baxmayaraq, ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçilərinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Eləcə də, polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalması barədə Təqsirləndirilən şəxs anası Romella Qasımovanın müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, təzyiqlərə məruz qalması və onun üzərinə narkotik vasitə qoyulması faktları öz təsdiqini tapmadığı üçün Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsində göstərilən bəraətverici əsasla cinayət işinin başlanmasının rədd edilməsinə baxmayaraq, məhkəməyədək icraat zamanı həmin qərardan nə Təqsirləndirilən şəxs, nə də ki müqavilə əsasında müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Bundan başqa, zərərçəkmiş şəxs - qanuni nümayəndə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs onu əvvəllər döymədiyini, ona onu birinci səfər 27 sentyabr 2024-cü il tarixdə gecə saatlarında döydüyünü göstərsə də, məhkəməyədək icraat zamanı verdiyi bütün ifadələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu məlum baş vermiş hadisədən bir ay əvvəldən başlayaraq müxtəlif tarixlərdə mütəmadi olaraq döydüyünü göstərmişdir. Həmin ifadəsi ilə bağlı Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq ibtidai istintaq zamanı ifadə verərkən ona qarşı heç bir təzyiq olunmadığını və sərbəst ifadə verdiyini bildirmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 734 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, həkim-psixiatr komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs son bir ay ərzində narkotik vasitə və spirtli içki qəbul etdiyini, ona və oğluna qarşı da şiddət etməyə başladığını göstərmişdir. O cümlədən iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 550 nömrəli məhkəmətibbi ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibb eksperti tərəfindən verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs qeyri-rəsmi nikahda olduğu Təqsirləndirilən şəxs oğlu tərəfindən yaşadıqları evdə mütəmadi döyüldüyünü, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində özünün və azyaşlı övladının Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldğını göstərmişdir. Habelə iş materiallarında olan Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına ünvanlandığı xx.xx.2024-cü il tarixli, eləcə də onun müxtəlif yuxarı instansiya orqanlarına üvnanladığı xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ailə üzləri tərəfindən təzyiqlərə məruz qaldığını və sonuncuların ondan ifadəsini dəyişməsini tələb etdiyini göstərmişdir. Hazırkı məhkəmə istintaqı zamanı isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışdığını, sonuncu ilə faktiki olaraq hələ də ər-arvad münasibətində olduğu, hələ də azyaşlı övladı ilə birlikdə Təqsirləndirilən şəxs babası Səməd Əliyevə məxsus evdə yaşadığı və sonuncun onun bütün maddi tələbatını ödədiyini göstərmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, hal-hazırda faktiki olaraq ər-arvad münasibətində olduqları üçün zərərçəkən Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri-səmimidir və təqsirləndirilən şəxsin məsuliyyətinin yüngülləşməsinə xidmət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Sərdar Xəlilovun heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Hətta anası Romella Qasımovanın müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, təzyiqlərə məruz qalması və onun üzərinə narkotik vasitə qoyulması faktları öz təsdiqini tapmadığı üçün Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsində göstərilən bəraətverici əsasla cinayət işinin başlanmasının rədd edilməsinə baxmayaraq, məhkəməyədək icraat zamanı həmin qərardan nə Təqsirləndirilən şəxs, nə də ki müqavilə əsasında müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini zərərçəkmiş şəxs – qanuni nümayəndənin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin yaşadığı evinə baxış keçirilməsi istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Həmçinin məhkəmə tərkibi hesab edir ki, hal-hazırda faktiki olaraq ər-arvad münasibətində olduqları üçün, eləcə də hal-hazırda azyaşlı övladı ilə birlikdə təqsirləndirilən şəxsin babasına məxsus evdə yaşadığından və onun bütün maddi təminatını təqsirləndirilən şəxsin babası ödədiyindən zərərçəkmiş şəxs - qanuni nümayəndə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri-səmimidir və təqsirləndirilən şəxsin məsuliyyətinin yüngülləşməsinə xidmət edir. Ona görə ittiham həllində onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 133.2.4-cü maddələrinə münasibətdə Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif olunsa da, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilməmiş, onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Şirinn Qasımova verilmiş ittihamda onun qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə edib üzərində və yaşadığı evində saxlaması göstərilsə də, iş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavab məktubunda verilmiş ittihamla tamamilə ziddiyyət təşkil edən məlumat əks olunaraq, Təqsirləndirilən şəxs narkotik vasitələri konkret olaraq nə vaxtı, haradan, kimdən və nə məqsədlə əldə etməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid2la Şahid1 ifadələrində Təqsirləndirilən şəxs həm üzərindən, həm də yaşadığı evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün saxladığını etiraf etdiyini göstərmişlər. O cümlədən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələrində üzərindən və evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün saxladığını göstərmişdir. Habelə məhkəmə-narkoloji ekspertizasından keçirilən zaman həkim-məsləhət komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bir ildir narkotik vasitə olan marixuana çəkdiyini, aşkar edilən narkotik vasitəni özü istifadə etmək üçün əkib becərdiyini bildirmişdir. Hətta Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi məhkəmə-narkoloji ekspertizasının rəyi ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evində saxlaması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi ilkin raportlar və əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun narkotik vasitəni nə məqsədlə əldə etməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında heç bir əsaslandırma aparılmadan, yalnız formal mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bu hal isə cinayət qanunvericiliyinin ümumi qəbul edilmiş prinsiplərinə əsasən yolverilməzdir. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı evində saxlaması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında narkotik vasitə qurudulmuş marixuananı məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı nə məqsədlə əldə etməsini, eləcə də onun narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı istifadəçisi olduğunu güman etmək olsa da, onun qurudulmuş marixuananı satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib üzərində və yaşadığı evində saxlamasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə edib üzərində və yaşadığı evində saxlaması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəməsinin Plenumunun həmin Qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitəni satmaq niyyətində olmasını hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Bununla belə, cinayət işində satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının mötəbərliyini, yəni həqiqətə uyğunluğunu təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Eləcə də cinayət işinin materiallarından satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsini və onun hansı qaydada sübut kimi qəbul edilməsini də müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, sadəcə söz yığınından ibarət olan satışla əlaqədar əməliyyat məlumatına əsaslanıb Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinin tələblərinə ziddir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsin üzərindən və yaşadığı evindən sadəcə aşkar edilmiş narkotik vasitənin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində və yaşadığı evində saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs oğlundan aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana (kannabis) narkotik vasitə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 500 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/998 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tərkibinə görə eynilik təşkil edən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdəki və onun yaşadığı evindən aşkar edilmiş 01 (bir) ədəd sellofan paketdəki narkotik vasitə olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 4450,71 qram olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3, 133.2.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3, 133.2.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3, 133.2.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs oğluna cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3, 133.2.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 127.2, 133.2 və 234.1-1-ci maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 127.2 və 133.2-ci maddələrinə münasibətdə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən həmin epizod üzrə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 127.2 və 133.2-ci maddələri ilə Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların müddəti qeyd edilən maddənin sanksiyalarında göstərilən həmin cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göygöl Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müqavilə əsasında həyata keçirilmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs oğlundan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs oğlunun yaşadığı evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4450,47 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 54,97 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan paketdə torpaq nümunəsi və 01 ədəd kisə torbanın içərisində olan narkotik tərkibli bitkinin əkildiyi 01 ədəd sintetik qab məhv edilməli, Təqsirləndirilən şəxs oğlunun yaşadığı evinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, üzləşdirmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1634 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs oğlu barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3, 133.2.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 sentyabr 2024-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs oğlundan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs oğlunun yaşadığı evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4450,47 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 54,97 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan paketdə torpaq nümunəsi və 01 ədəd kisə torbanın içərisində olan narkotik tərkibli bitkinin əkildiyi 01 ədəd sintetik qab məhv edilsin. Təqsirləndirilən şəxs oğlunun yaşadığı evinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, üzləşdirmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlu barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğluna isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar