Məhkəmə qərarları › İş №1(100)-378/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-378/2021

20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-378/2021 20.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mkr. ev 4b mənzil 52-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, 30.07.2021-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Quliyev X10 Arzu Namik oğlu ilə sonuncunun Samux rayonu, Qarabağlar kəndinin ərazisində yerləşən, icarə əsasında işlətdiyi Şahid4 məxsus fermada ona məxsus heyvanlara çoban qismində baxması müqabilində hesablanmış əmək haqqının vaxtında və tam verməməsi, həmçinin qardaşı Sadiq Quliyevin arvadı Şahid5 barəsində yanlış, xoşagəlməz məlumatlar yayması səbəbindən əvvəlcədən aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində, həmçinin qeyd edilən narazılıqlara görə onu qərəzli olaraq işdən azad etməsinə görə Arzu Abdullayevdən qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlmiş və bu cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 29 iyul 2021-ci il tarixdə, təqribən saat 22:45 radələrində A.Abdullayevin icarə əsasında işlətdiyi yuxarıada qeyd olunan fermada olduğunu bilib, oraya gələrək fermanın istirahət otağında çarpayıda uzanmış vəziyyətdə olan Arzu Abdullayevə heç bir söz demədən hücum edib dalaşaraq üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, ümumi təyinatlı bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağının kəsici-deşici hissəsi ilə Arzu Abddulayevin döş qəfəsinin on və arxa səthindən, eləcə də bədəninin müxtəlif nahiyyələrindən qəsdən vuraraq ona döş qəfəsinin ön səthində solda orta körpücük xəttlə Vİİ qabırğa səviyyəsində bir-birinə parallel yerləşmiş 2,0x0,5 sm və 1,0x0,3 sm ölçüdə iki ədəd, döş qəfəsinin arxa səthində solda kürək xətti ilə İİİ qabırğa səviyyəsində 1,8x0,5 sm ölçüdə, sol çiyin nahyəsində 1,3x0,8 sm ölçüdə, sağ bazu nahiyəsinin orta 1/3-nin ön səthində 2,5x1,2 sm ölçüdə, sol sarğı nahiyəsinin yuxarı sağ kvadratında 1,0x0,3 sm ölçüdə, sağ bud nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa səthində 3,5x1,0 sm ölçüdə, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin iç səthində 1,5x0,2 sm ölçüdə, ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid cəmi səkkiz ədəd, burun nahiyəsinin sol qanadında 1,5x0,5 sm, sol qasıq nahiyəsində 4x0,3 sm, bel nahiyəsində solda 2x0,5 sm, sol baldır nahiyəsinin arxa-yan səthinin yuxarı 1/3-də 6x0,3 sm ölçülərdə və sağ dirsək nahiyəsində 4x2 sm ölçüdə qeyri-müəyyən formalı, qırmızımtıl rəngli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən cəmi 5 ədəd sıyrıqlardan, habelə döş qəfəsinin ön səthində, sağda döşyanı xəttlə Vİİİ qabırğa səviyyəsində 3,5x1,2 sm ölçüdə, sağ döş boşluğuna keçərək sağ ağ ciyəri və qara ciyərin zədələnməsi ilə müşayiət olunan, bel nahiyəsində solda 2,0x0,8 sm ölçüdə daxilə keçən peritonarxası nahiyyəyə keçməsi, sol böyrəyin zədələnməsi ilə müşayiət edilən, kəsilmişdeşilmiş yaralar nəticəsində əmələ gələn daxili və xarici qanitirmə nəticəsində ölümünə səbəb olan, ağırlıq dərəcəsinə görə hər biri ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən iki ədədi daxilə keçən olmaqla cəmi on ədəd kəsilmişdeşilmiş bıçaq xəsarətləri yetirib X7 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, X7 2021-ci ilin fevral ayından onun əmisi Mikayılın vasitəsilə tanımış, Mikayıl onu işsiz olduğu üçün Arzunun Samux rayonu Qarabağlar kəndində işlətdiyi fermaya gətirmiş, o Arzu ilə fermada aylıq ödənişi öz aralarında danışıb razılaşdıqan sonra çoban kimi fəaliyyətə başlamışdır. Əvvəlcə onların arasında hər şey normal olsa da, sonradan aralarında ödənişlə bağlı problemlər başlamış, hətta Arzunun vasitəsilə qardaşı Sadiqin evinə ət göndərdikdən sonra Arzu ona, onun qardaşı arvadı Elnurəyə onun dayısı oğlu Elçinin sürücülük etməsini bildirmiş, yəni Elnurəni yüngül həyat tərzi keçirən qadın olmasını bildirərək fikirləri ilə onu aşağılamışdır. O isə Arzuya üç gün vaxt verərək dediyi sözü sübut etməsini, sübut edə bilməyəcəyi təqdirdə isə onu ölürəcəyini bildirmişdir. Arzu isə gülərək sübut edəcəyini bildirmişdir. Bu səbəbdən, eləcə də ödənişlə bağlı onların arasında ciddi narazılıq yaranmış, iyul ayının sonuna yaxın günlərdə Arzu onu fermadan kənarlaşdıraraq yerinə Vüqar adlı oğlanı gətirmişdir. 29.07.2021-ci il tarixdə o fermanın yanında qonşuluqda yaşayan Rafiqlə onun evində yeyib içdikdən sonra gecə saatlarıda Arzunun fermada olmasını yəqin etmiş, onunla aralarında olan narazılıqlara son qoymaq məqsədilə onun yanına getmiş, fermanın istirahət otağına girərkən Arzunun çarpayıya uzanmasını görmüş, Arzu isə onu görən kimi çarpayıdan ayağa qalxmış, aralarında əlbəyaxa dava başlamış, sonra Arzu əlindəki bellə onu vurmuşdur. Bundan sonra o özündə gəzdirdiyi bıçaqla Arzunun bədəninin müxtəlif nahiyələrinə vurmuş, onu yaraladıqdan sonra isə fermadan çıxıb Gəncə şəhərinə getmişdir. Həmin gün o Gəncə şəhərində gecələmiş, səhəri gün polis işçilərinin onu axtarmasını bilib polisə təqdim olunmuş, cinayət hadisəsində istifadə etdiyi bıçağı və hadisə zamanı əynində olmuş paltarları polisə təqdim etmişdir. Həmçinin həmin gün qardaşı arvadı Şahid5 istifadə etdiyi mobil nömrəsinə zəng edərək Arzunu onun barəsində nəlayiq sözlər ifadə etməsinə görə onu öldürməsini bildirmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, əri, mərhum X13 ilə 2012-ci ildə ailə həyatı qurmuşdur. Arzu 2020-ci ildən ailə dostları olan Şahid7 vasitəsilə Samux rayonu Qarabağlar kəndinin ərazisində şərikli ferma işlətməyə başlamışdır. Arzunun əvvəllər fermada işi yaxşı getsə də, sonradan fermaya Samir adlı şəxsin gəlişindən sonra vəziyyət dəyişmiş, Samir heyvanların ölməsi barədə Arzuya məlumat versə də, dərilərini ona göstərməmişdir. Bu səbəbdən Arzunun Samirlə münasibətlərində gərginlik yaranmış, hətta hadisədən bir neçə gün öncə dalaşmışlar. Buna görə Arzu Samiri fermadan kənarlaşdırmış və Vüqar adlı şəxsi çoban kimi fermaya gətirmişdir. 29.07.2021-ci il tarixdə saat 11 radələrində Vuqar Arzuya zəng edərək telefonda ona nə isə demiş, Arzu cavabında ona «mən də heç onu görmək istəmirəm, gəlirəm» deyərək telefonu söndürmüşdür. Sonra Arzu fermaya getmiş və saat 17 radələrində evə gəlmişdir. Evə gələrkən fermaya gedəcəyini bildirərək yemək yeyərək evdən çıxmışdır.Gecə saatlarında saat 23 radələrində Arzunun dostu Samirin onlara gələrək Arzunun bıçaqladığını bildirmişdir. Buna görə o anası ilə xəstəxanaya gedərkən Arzunun artıq həyatda olmadığını görmüşdür. Arzunun «Elçin» adlı dayısı oğlunu tanısa da, onun «Elnurə» adlı xanımla nə kimi əlaqəsi olmasını bilməmişdir. Bu barədə Arzu sağlığında evlərində heç nə deməmişdir.Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, mərhum X7 2021-ci ilin yanvar ayından tanımış, o Ramiz adlı şəriki ilə onun evinin yaxınlığından icarəyə ferma ərazisi götürərək işlətmiş və Samiri isə həmin fermanın çobanı kimi tanımışdır. Samir həmin fermada işlədiyi müddət hərdən onun evinə gəlib getmiş, onunla spirtli içkilər qəbul etmiş və Samirin pulu olmadığı vaxtlarda ona maddi yardım etmişdir. Sonradan Samirin öz deməsinə görə Arzu ilə ödənişlə bağlı sözsöhbətləri yaranmış, Arzu onu fermadan qovmuş və yerinə Vüqar adlı çobanı gətirmişdir. 28.07.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində Samir onun yaşadığı evə gəlmiş və onun evində yeyib-içdikdən sonra fermaya getmək istəmişdir. Lakin onun təkidi ilə Samir onun evində qalmış və ertəsi gün fermada işləyən Vüqarın yanına getmişdir. Samir həmin axşam saat 19 radələrində yenə də onun evinə gəlmiş, onun evində yeyib-içdikdən sonra saat təxminən 21 radələrində fermaya gedəcəyini bildirərək onun evindən çıxmışdır. Bundan sonra o yuxuya gedərək yatmış və gecə saat təxminən 00:30 radələrində onu polis işçiləri yuxudan ayıldaraq qonşu Zaman kişinin evinin yanında dayanmış polis işçilərinin yanına gətirmişlər. Polis işçiləri ondan Samirin harada olduğunu soruşduqda o Samirlə birlikdə yeyib-içdikdərini və təxminən saat 21 radələrində isə fermaya gedəcəyini bildirərək onun evindən çıxmasını bildirmişdir. Bundan sonra Samiri görməmişdir. Həmin gün fermanın yeni çobanı X17 bıçaqlayaraq öldürdüyünü öyrənmişdir.O hadisənin səbəbini soruşduqda Vüqar ona Arzunun Samirə pul borcu olmasını və onu tapıb pulu ondan ala bilmədiyinə görə onu bıçaqlayıb öldürməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhum X7 2021-ci ilin yanvar ayından tanımış, Arzu Ramiz adlı şəxslə Qarabağlar kəndində onun evindən təxminən 100 metrlik məsafədə yerləşən fermanı kirayə götürərək xırda buynuzlu heyvanlar saxlamaqla məşğul olmuşdur. Həmin fermada çoban işləyən Samir adlı adamı şəxsi keyfiyyətlərinə görə keyfiyyətsiz bir insan kimi tanımışdır. Elə həmin keyfiyyətlərinə görə Arzu onu hadisdən bir müddət əvvəl fermadan kənarlaşdırmış və yerinə Vüqar adlı çoban gətirmişdir. Bundan sonra Samir onların qonşuluğunda yaşayan Rafiq adlı şəxsin evinə spirtli içki içmək üçün gəlib-getməsini görmüşdür. Arzunu isə 29.07.2021-ci il tarixdə axşam saatlarında onun həyətyanı sahəsinin sonundakı incil ağacının meyvəsini yeməsini görmüş və hətta Arzu buna görə ona minnətdarlıq da etmişdir. Bundan sonra o həmin kənddə yaşayan qızı Ziyafətin evinə qonaq getmiş və gecə saat təxminən 22:30 radələrində evinə gələrkən qonşu Anarın oğlu Əli onun üstüunə gələrək kimisə it tutmasını bildirmişdir. Həmin vaxt onların yanında Samiri də görmüşdür. Bundan sonra o evinin məhləsinə daxil olmuş və məhlənin «Gəncə çay»ı tərəfində olan qapısından bayıra çıxan zaman Arzunun ot tayasının yanında yerə uzanaraq çabaladığını və tez təcili yardıma zəng etməsini xahiş edərək Samirin onu bıçaqlamasını bildirmişdir. O, dərhal təcili tibbi yardıma zəng etmiş, bundan sonra fermanın çobanı Vüqar Vaz-21099 markalı avtomaşınla gələrək Arzunu xəstəxanaya aparmışdır. Sonradan isə Arzunun ölməsi xəbərini eşitmişdir. Samirin fermadan kənarlaşdırılmasına səbəb Samirin qonşu Rafiqlə spirli içki içməsi, fermanı sahibsiz qoyması olmuşdur. Bütün bunlara baxmayaraq Samirin Arzunu nə səbəbə bıçaqlayıb öldürməsinin səbəbini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, X15 onun əri X12 doğma qardaşıdır. Samir 2021-ci ilin fevral ayından Samux rayonunda fermada işləmiş, orada işlədiyi müddətdə bir dəfə onun evinə 2-3 kq.qoyun əti, bir dəfə Arzu adlı şəxs vasitəsilə təxminən 2 kq. pendir göndərmişdir. Elçin adlı taksi sürücüsünü tanımamış, onunla hər hansı bir əlaqəsi olmamışdır. Samir 30.07.2021-ci il tarixdə ona zəng edərək ferma sahibi Arzunu onun barəsində xoşagəlməz sözlər ifadə etməsini görə öldürməsini bildirmişir. O isə Samirə qardaşın var, niyə öldürdün, gəlib ona deyərdin deyə cavab vermişdir. Baş vermiş hadisənin onunla hər hansı bir əlaqəsi olmamış, hadisədən sonra isə Samrin Arzunu ona pul borcu olmasına görə öldürməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşayarkən 2019-cu ilin axırlarında ona Ramiz adlı şəxs zəng edərək Samux raonu Qarabağlar kəndində olan fermasını və otlaq sahəsini icarəyə götürmək istəməsini bildirmişdir. Odur ki, o bu barədə Ramizə hər ili üçün 900 manata razılaşaraq fermanı və otlaq sahəsini onlara icarəyə vermişdir. Pandemiya şəraiti olduğu üçün o bir müddət Azərbaycan Respublikasına gəlib gedə bilməmişdir. 2021-ci ilin iyul ayının ortalarında o yaşıadığı Samux rayonuna gəldikdən sonra yaşadığı kəndin ərazisində yerləşən fermasına baş çəkməyə getmişdir. O fermaya gedərək orada Ramizin şəriki Arzu, həmçinin onların Samir adlı çobanları ilə tanış olmuşdur. İlk tanışılıqdan onların, yəni Arzunun fermada işlətdiyi Samirə ödənişlə bağlı probleminin olmasını öyrənmiş və Arzuya Samirə olan borcunu ödəməsini xahiş etmişdir. Bundan sonra fermaya yolu düşməmiş, 29.07.2021-ci il tarixdə isə Samirin Arzunu bıçaylayıb öldürməsini polis əməkdaşlarından eşidərək hadisə yerinə gəlmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 30.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Samux rayonu Qarabağlılar kəndinin ərazisində yerləşən həmin kənd sakini Şahid4 məxsus fermanın həyətində tikilmiş istirahət otağıdır. cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən döşəmənin üzərindən və yardıçmı otaqdakı döşəmənin üzərində olan qanabənzər ləkələrdən pambıq tanpuna hopdurularaq nümunələr götürüldü.Bundan başqa VAZ 21099 markalı **-DA-*** dövlət nömrə nişanlı avtomobilinin sağ tərəf arxa qapısının içəri tərəf plastmas materialdan olan üzlüyündə, sağ tərəf arxa oturacağın üzlüyündə, sağ tərəf arxa ayaqaltı rezinin üzərində qanabənzər ləkələrdən pambıq tanpuna hopdurularaq nümunələr götürüldü.Bundan başqa hadisə yerindən aşkar edilmiş “Samsung” markalı telefon və üzərində qanabənzər maye ləkələri olan ot (saman) çöplərindən bir neçəsi nümunə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Meyitə baxış keçirilməsi haqqında» 30.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X5 meytinə baxış zamanı aşağıdakı xəsarətlər müəyyən edildi: döş qəfəsinin ön səthində sağda döşyanı xətlə Vİİİ qabırğa səviyyəsində 3,5x1,2 sm ölçüdə, bel nahiyyəsində solda 2,0x0,8 ölçüdə, döş qəfəsinin ön səthində solda orta körpücük xəttlə Vİİ qabırğa səviyyəsində bir-birinə paralel yerləşmiş 2,0x0,5 sm və 1,0x0,3sm ölçüdə iki ədəd döş qəfəsinin arxa səthində solda kürək xətti ilə İİİ qabırğa səviyyəsində 1,8x0,5 sm ölçüdə, sol çiyin nahiyyəsində 1,3x0,8 sm ölçüdə, sağ bazunahiyyəsinin orta 1/3 hissəsinin ön səthində 2,5x1,2 sm, sol sarğı nahiyyəsinin yuxarı sağ kvadratında 1,0x0,3 sm, sağ bud nahiyyəsinin yuxarı 1/3 hissəsinin arxa səthində 3,5x1,0 sm ölçüdə kənarları hamar bir ucu iti, bir ucu qövsvari formalı yaralar vardır.Sağ bazu nahiyyəsinin yuxarı 1/3 hissəsinin səthində 0,5x0,2 sm ölçüdə kənarları hamar, ətrafları qansızmalı bir ucu iti, bir ucu qövsvarı formalı yara vardır.Burun nahiyyəsinin sol qanadında 1,5 sm x0,5 sm sol qasıq nahiyyəsində 4x0,3 sm bel nahiyyəsində solda 2x0,5 sm, sol baldır nahiyyəsinin arxa yan səthinin yuxarı 1/3-də 6x0,3 sm ölçülərdə düz xətt formalı və sağ dirsək nahiyyəsində 4x2 sm ölçüdə qeyri müəyyən formalı, qırmızımtıl rəngli sıyrıqlar vardır. Mərhum X5 hadisə zamanı əynində olmuş açıq göy rəngli qısaqol üçdüyməli köynək, ağımtıl rəngli şalvar, qara rəngli dəri əvəz edici materialdan olan kəmər, qara rəngli corab, boz rəngli alt tumanı iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Avtomobilə baxış keçirilməsi haqqında» 30.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,VAZ 21099 markalı **-DA-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilinin sağ tərəf arxa qapısının içəri tərəf plastmas materialdan olan üzlüyündə, sağ tərəf arxa oturacağın üzlüyündə, sağ tərəf arxa ayaqaltı rezinin üzərində qanabənzər ləkələr aşkar olundu. Həmin qanabənzər ləkələr pambıq tanpuna hopdurularaq nümunələr müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Əşyaların götürlməsi haqqında» 30.07.2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd bıçaq və Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman əynində olan bir ədəd üç düyməli tünd qırmızı rəngli üzərində ağ xətləri olan yaygeyim koftası,bir ədəd qara rəngli cins şalvar, bir ədəd ağ rəngli mayka və bir ədəd qara rəngli alt geyim paltarı maddi subut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Baxış keçirilməsi haqqında» 03.08.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerindən götürülmüş «HİVATCH» markal bir ədəd sərt diskə baxış zamanı 29.07.2021-ci il tarixdə saat 22:45 dəqiqədə əynində qara rəngli şalvar və boz rəngli koftası olan (qaranlıq olduğundan süni işıqlanırma ilə görüntü çox zəifdir) bir nəfər şəxsin fermaya daxil olması və 22:48-də isə fermadan çıxaraq iti addımlarla irəliləyib kamera görüntüsündən itməsi, bundan sonra saat 22:49 dəqiqdə isə əynində boz rəngli şalvar və boz rəngli yay koftası olan bir nəfər şəxsin fermadan çıxaraq avtomobil yoluna doğru hərəkət edərək kamera görüntüsündən itməsi müəyyən olunmuşdur. «Telefona baxış keçirilməsi haqqında» 13.08.2021-ci il tarixli protokoldan görünür ki,X1 istifadə etdiyi Samsung markalı telefona baxış keçirilərkən onun 29.07.2021-ci il tarixdə saat 10:51 dəqiqədə yalnız ***-***-**-** mobil nömrəsi ilə danışıq aparması müəyyən edilmişdir. «SMS»və «Vatsapp» bölməsində isə hər hansı bir şəxslə mesajlaşması müəyyən edilməmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 01.08.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsini bir daha təsdiq etmiş və mərhum X7 öldürdüyü yeri göstərmişdir. Maddi sübutların ekspertizasının 14.09.2021-ci il tarixli 34 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, avtomobil və hadisə yerindən götürülmüş doqquz ədəd pambıq tamponlar üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB(4) olduğundan A.N.Abdullayevə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar və bir ədəd köynək üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB(4) olduğundan A.N.Abdullayevə məxsus ola bilər. X2 məxsus bir ədəd şalvar və bir ədəd köynək üzərində insana məxsus olan qan aşkar olunmuş, ABO sistemi üzrə qrup göstəricisi AB(4) olduğundan özünə məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçağın üzərində qanabənzər ləkələr aşkar olunmadığından müayinə edilməmişdir. Materialların məhkəmə ekspertizasının 25.08.2021-ci il tarixli 16/836 saylı rəyindən görünür ki,X9 və X14 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Belə ki, A.N.Abdullayevə məxsus olan 01 ədəd köynəyin üzərindən tapılmış qırımızı rəngli təibbi pambıq lifləri cinsi əlamətəlriən görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib lifləriən uyğun gəlir. A.N.Bullayevə məxsus olan bir ədəd şalvarın üzərindən tapılmış qara rəngli təbbi pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə-ballistik ekspertizasının 08.09.2021-ci il tarixli 16/837/838 saylı rəyindən görünür ki, təqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab olunmur. Tədqiqata təqdim edilmiş X9 məxsus köynəyin üzərində olan 09 ədəd «a», «b», «c», «d», «e» zədələri və şalvarın üzəiində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində hər hansı bir mexaniki zədə yoxdur. Məhkəmə-tibbi ekspertizasının 30.07.2021-ci il tarixli 04 saylı rəyindən görünür ki, X5 meyitinə baxış zamanı- döş qəfəsinin on və arxa səthindən, eləcə də bədənin müxtəlif nahiyyələrində döş qəfəsinin ön səthində solda orta körpücük xəttlə Vİİ qabırğa səviyyəsində bir-birinə parallel yerləşmiş 2,0x0,5 sm və 1,0x0,3 sm ölçüdə iki ədəd, döş qəfəsinin arxa səthində solda kürək xətti ilə İİİ qabırğa səviyyəsində 1,8x0,5 sm ölçüdə, sol çiyin nahyəsində 1,3x0,8 sm ölçüdə, sağ bazu nahiyəsinin orta 1/3 -nin ön səthində 2,5x1,2 sm ölçüdə, sol sarğı nahiyəsinin yuxarı sağ kvadratında 1,0x0,3 sm ölçüdə, sağ bud nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa səthində 3,5x1,0 sm ölçüdə, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin iç səthində 1,5x0,2 sm ölçüdə, ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid cəmi səkkiz ədəd, burun nahiyəsinin sol qanadında 1,5x0,5 sm, sol qasıq nahiyəsində 4x0,3 sm, bel nahiyəsində solda 2x0,5 sm, sol baldır nahiyəsinin arxa-yan səthinin yuxarı 1/3-də 6x0,3 sm ölçülərdə və sağ dirsək nahiyəsində 4x2 sm ölçüdə qeyri-müəyyən formalı, qırmızımtıl rəngli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən cəmi 5 ədəd sıyrıqlardan, habelə döş qəfəsinin ön səthində, sağda döşyanı xəttlə Vİİİ qabırğa səviyyəsində 3,5x1,2 sm ölçüdə, sağ döş boşluğuna keçərək sağ ağ ciyəri və qara ciyərin zədələnməsi ilə müşayiət olunun, bel nahiyəsində solda 2,0x0,8 sm ölçüdə daxilə keçən peritonarxası nahiyyəyə keçməsi, sol böyrəyin zədələnməsi ilə müşayiət edilən, kəsilmişdeşhilmiş yaralar nəticəsində əmələ gələn daxili və xarici qanitirmə nəticəsində ölümünə səbəb olan, ağırlıq dərəcəsinə görə hər biri ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən iki ədəd daxilə keçən olmaqla cəmi on ədəd kəsilmişdeşilmiş bıçaq xəsarətləri aşkar olunmuşdur. A.N.Abdullayevin meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı qanda tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Etil spirti aşkar edilməmişdir.A.N.Abdullayevin ölümünə səbəb döş qəfəsinin sağ yarısının daxilə keçən, sağ ağciyərin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan, bel nahiyəsinin peritonarxası nahiyəyə keçərək sol böyrəyin zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yaralar nəticəsində əmələ gələn daxili və xarici qanitirmə olmuşdur. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02.09.2021-ci il tarixli 519/171 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ekspertiza zamanı da öz əməlini faktiki xarakterini dərk etmək, hərəkələrini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 04.09.2021-ci il tarixli 1035 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomanlıq xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. 13.08.2021-ci il tarixli protokolundan görünür ki, mərhum X9 məxsus Samsung markalı mobil telefon həyat yoldaşı X4 təhvil verilmişdir. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 30.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Samux Rayon Məhkəməsinin 01.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 iyul 2021-ci ildən hesablanmışdır. Gəncə şəhər X18 11.08.2021-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Narkoloji Dispanserinin 11.08.2021-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər MKTİB-nin 6 nömrəli Xitmət sahəsinin 27.10.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyyatdadır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş CM-nin 144-cü maddəsinin 4-cü hissəsi ilə 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MM-nin 01.02.2001-ci il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə Azərbaycan Respublikası ACDİÜ Məhkəməsinin 30.10.2001ci il tarixli hökmü ilə 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 28.07.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. “Sübutların qiymətləndirilməsi barədə” 26.10.2021-ci il tarixli qərardan görünür ki, bir ədəd bıçaq, X1 hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli qısaqol yay koftası və bir ədəd krem rəngli cins şalvar,Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli şalvar,bir ədəd qırmızı rəngli yay koftası və hadisə yerinə baxış zamanı fermadan götürülmüş bir ədəd sərt disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Samiux rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Samux rayon prokurorluğunda saxlanılan X1 hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli qısaqol yay koftası və bir ədəd krem rəngli cins şalvar zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli şalvar,bir ədəd qırmızı rəngli yay koftası təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə baxış zamanı fermadan götürülmüş bir ədəd sərt disk sahibinə qaytarılmalı, eləcə də bir ədəd bıçaq istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 95 (doxsan beş) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Samux rayon prokurorluğunda saxlanılan X1 hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli qısaqol yay koftası və bir ədəd krem rəngli cins şalvar zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli şalvar,bir ədəd qırmızı rəngli yay koftası təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə baxış zamanı fermadan götürülmüş bir ədəd sərt disk sahibinə qaytarılsın, eləcə də bir ədəd bıçaq istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 95 (doxsan beş) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar