Məhkəmə qərarları › İş №1(100)-378/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-378/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-378/2025 18.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi: hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, iclas katibi X3 və X4, dövlət ittihamçıları - Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları ədliyyə müşaviri X10 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin və müdafiəçilər Gəncə şəhər 1 saylı Vəkillər Kollegiyasının vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu Əmiraslanlı kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Gəncə şəhəri, Bakı fəhləsi küçəsi ev 77-də müvəqqəti yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 126.2.3 və 221.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində müvəqqəti yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs digər şəxsə olan borc pulu verməməsi səbəbindən günorta saatlarından başlamış və evə gəldikdən sonra davam etmiş mübahisə zamanı qapını bağlayaraq sonuncunun evdən çıxmasına mane olmuş, ev sahibinin onları sakitləşdirmək üçün pəncərədən müdaxilə edərək sakit olmalarını tələb etməsinə baxmayaraq hərəkətlərinə davam etmiş həmin vaxt başının qarışmasında istifadə edərək azyaşlı uşaqları ilə evdə küçəyə çıxan zərərçəkmiş şəxsin səsinə və evdə yaranmış səsküyə digər evlərdə kirayədə yaşayan qonşuların toplaşmasına əhəmiyyət verməyib ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək əvvəlcədən mətbəxdən götürüb şalvarının arxa kəmər hissəsində saxladığı silah qismində istifadə etdiyi deşici-kəsici alətlə (bıçaqla) sonuncuya heçnə etməyəcəyini deyib yaxınlaşaraq qəflətən heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs azyaşlı övladları 17 mart 2015-ci il təvəllüdlü X5 və 16 sentyabr 2018-ci il təvəllüdlü Şahid4 gözləri qarşısında onlara xüsusi əzab və iztirab verdiyini dərk edərək Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısından qəsdən bir dəfə vuraraq döş qəfəsinin sağ yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, sağ plevranın zədələnməsi və hemopnevmotoraks ilə müşayiət edilən, dərəcəsinə görə ümumilikdə törənmə anında həyat üçün təhlükəli olan bədən xəsarəti yetirərək qəsdən ağır zərər vurmuş, həmçinin yaxındakı evlərdə yaşayan səsküyə toplamışmış qonşuların rahatlıq və dincliyini pozaraq, silah qismində istifadə etdiyi deşici-kəsici alətdən (bıçaqdan) istifadə edib qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə deyil, əvvəlcə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi sonra isə ehtiyatsızlıqdan xəsarət yetirmədə CM-nin 131-ci maddəsi ilə təqsirli bilib göstərmişdir ki, Zərərçəkmiş şəxs qeyri-rəsmi arvadı olmuşdur. Gülnara qəsdən zərər vermək istəməmişdir. Hadisə vaxtı həyətdə ev yiyəsi Vüqar və bir neçə nəfər adam olmuşdur. Evdən bıçağı götürüb Gülnarın üzərinə getmiş, özündə olmadan Gülnara bir neçə dəfə bıçaqla zərbə vurmuş, bıçağın hansı nahiyyəsinə dəydiyini bilməmiş, hadisədən sonra çıxıb getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Gülnara qəsdən xəsarət yetirməmiş, hadisə ehtiyatsızlıqdan olmuşdur. Əvvəlki mübahisənin təsirindən özündə olmamışdır. Gülnar həyətə çıxıb həyətdə olanların arxasına qaçdıqda bir anlıq özündə olmadan ona bıçaq zərbəsi vurmuş, əlavə heç bir hərəkət etməmişdir. Gülnarla münasibətim iş yerində yaranmış, hadisədən 5-6 ay əvvəldən birlikdə yaşamışlar. Gülnarla ailədaxili problemləri olmuş, münaqişə gedişatında Gülnara əl-qolla heçnə etməmişdir. Gülnarın uşaqları da onlarla birlikdə yaşamış, Gülnar həyətə çıxanda uşaqları çölə çıxarıbçıxarmamasını bilməmişdir. Həyətdə ev yiyəsi Vüqar və başqa şəxslər olmuş, ev sahibi ilə heç bir problemi olmamış, evin vaxtı-vaxtında pulunu vermişdir. Gülnara bıçaq zərbəsi vurandan sonra yıxılması ya ayaq üstə olması yadında deyil, hadisədən sonra uzaqlaşmış, heçnədən xəbəri olmamışdır. Gülnara yaşadığımız yerin həyətində qapının ağzında xəsarət yetirmiş, buna heçkəs müdaxilə etməmişdir. Xəsarət yetirdikdən sonra ona heç bir köməklik göstərmədən uzaqlaşmışdır. Gülnarla əvvəlcə aralarındakı mübahisə vaxtı qapıdan qaçmaq istədikdə qapını bağlamış, qapını bağlamağına səbəb Gülnarın çıxıb getməsinin qarşısını almaq olmuşdur. Gülnarla mübahisə ünvan 2 ünvanında yerləşən evin daxilində 5-10 dəqiqə, küçədə isə 3-5 dəqiqə ərzində baş vermişdir. O və Gülnarla arasında mübahisə baş verərkən evdə Gülnar azyaşlı övladları Rabiyə və Dəniz, küçədə Rabiyə və Dəniz, Vüqar və Vüqarın nəvəsi, həmçinin tanımadığı 4-5 nəfər olmuşdur. Gülnar sözünə baxmayıb evdən çölə çıxdığı, ondan ayrılmaq istədiyi üçün özündə olmadan vurub xəsarət yetirmişdir. Bıçağı küçəyə atmışdır. Gülnarın qızları Rabiyə və Dəniz onun vurduğu bıçaq zərbəsini görməmiş ətrafda başqa adam olmamışdır. Hadisə ehtiyatsızlıqdan olmuşdur. Əməlindən peşmandır, azyaşlı qızı var və ona aşağı cəza verilməsini xahiş edir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Gəncə şəhərində yaşamış, Eşqinlə arasında münaqişələr yarandığından Eşqindən şikayət etmiş və ondan uzaqlaşmaq üçün Gəncədən çıxıb yaşadığı Goranboy rayonuna getmişdir. Sonra Eşqin əl çəkməmiş, onu daha incitməyəcəyinə and içmiş, Eşqinə inanmışdır. Hadisə günü isə Eşqinlə arasında pulla bağlı problem olmuş, keçmiş həyat yoldaşı uşaqların atası aliment vermiş, Eşqin isə hərşeyi bilmiş, ondan gizlin heçnəyi olmamışdır. Ancaq keçmiş yoldaşının verdiyi aliment onda olmamış, pulları anası saxlamışdır. Eşqin ondan günorta işdə olarkıən telefonla zənf edib pul istəyərək kiməsə borcu olduğunu, ona verməli olduğunu demişdir. Eşqinə aliment pullarını verməyin mümkünsüz olduğunu, həmin pula uşaqlarına ev alacağını pulların uşaqların haqqı olduğunu demişdir. Axşam evə gəldikdən sonra yenə onu qıcıqlandırmağa başlamış, səs-küylü mübahisə yaranmışdır. Ev yiyəsi Vüqar səsi eşidib onlara evdən çıxmağı demiş, Eşqinə ondan ayrılacağımı, hər şeyin bitdiyini demişdir. Eşqin qapını içəridən bağlayıb evdən bıçağı götürmüş. özünü öldürəcəyini demişdir. Uşaqlar evdə olmuş, ev yiyəsi Eşqinin əlində bıçağın olduğunu pəncərədən görmüşdür. Evin pəncərəsi aşağıda olduğu üçün çöldən hər şey aşkar görünmüşdür. Vüqarla danışanda Eşqin əlindəki bıçaqla küçəyə çıxmışdır. Küçədə qonşular olmuş, onların arxasında gizlənmişdir. Eşqinə çıxıb getməsini, yaxşı olmayacağını desə də, Eşqin qızının canına and içərək ona yaxınlaşıb heçnə etməyəcəyini desə də yaxınlaşanda belindən bıçağı çıxartdığını görümüş həmin vaxt uşaqları da yanında olmuşdur Eşqin bıçaqla bir neçə dəfə ona tərəf zərbə atmış, sağ tərəfimdən xəsarət almış, bıçaqla vurandan dərhal sonra Eşqin hadisə yerindən uzaqlaşmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Eşqin çox qısqanc olmuş, hərşeyi danışmışdır. Eşqin evdə əlinə bıçaq alıb əvvəlcə özünü öldürəcəyini demiş, lakin ona inanmamışdır. Eşqin Vüqarla danışanda fürsətdən istifadə edib qapını açıb küçəyə çıxmış, uşaqları da özü ilə aparmışdır. Eşqin ona qızının canına and içərək heçnə etməyəcəyini deyib yaxınlaşmış, yaxınlaşan kimi bıçaq çıxartmış, qaçmağa çalışsa da, Eşqin onu uşaqlarının yanında vurmuşdur. Ona dəymiş maddi ziyan ödənməmiş, hadisə vaxtı hamilə olsa da, bunu nə özü, nə də Eşqin bilməmişdir. Eşqinlə barışmışdır, onu bağışlayır, şikayətçi deyil. Ona çox az cəza verilməsini xahiş edir. Məhkəmədə qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş X5 göstərmişdir ki, Eşqin hadisə günü günorta anası Gülnarla Eşqin telefonda dalaşmışdır. Axşam Eşqin evə gəlmiş Gülnar ilə yenidən mübahisə etməyə başlamışdır. Anası və Eşqinin səs-küyünə bacısı Dəniz yuxudan oyanmışdır. Mübahisənin səsini eşidən ev sahibi Vüqar onlara evə gəlmişdir. Vüqar evdə olan mübahisəni görüb Eşqini evdən qovmaq istəyəndə Eşqin evin qapısını bağlamaq istəmiş, anası Gülnar evdən çölə qaçmış, Gülnarın arxası ilə O və bacısı Dəniz evdən çıxmışlar. Ev sahibi Vüqar və digər tanımadığı şəxslər səs-küyə gəlmiş, O və Dəniz qorxub anası Gülnarın yanına sığınmışlar. Eşqin isə qəflətən əlində olan bıçaqla anası Gülnarı vurmuşdur. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid4 da eyniməzmunlu ifadə verərək, X5 ilə oxşar məzmunlu ifadə verib xüsusatları təsdiq etmiş, anasını Eşqinin onların yanında vurduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş gəlininin qohumudur. Təxminən 2024-cü ilin sentyabr ayının əvvəli yanına gəlib kirayə ev istəmiş, əvvəl ev vermək istəməsə də, Gülnarın yanında iki azyaşlı uşaq gördükdə yazığı gəlmiş və ünvan 3 ünvanında yerləşən evdə qalmalarına razılıq vermişdir. 25 sentyabr 2024-cü ildə səhər O, Zərərçəkmiş şəxs verdiyi evdən adını Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin çıxmasını görmüşdür. Bu zaman o, Gülnardan yad kişinin kim olmasını soruşmuşdur. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs ərinin olmasını və əri ilə barışdığını dediyi üçün Eşqinin qalmasına razılıq vermişdir. 28 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində Gülnargilin olduğu evdə səs-küy olmuş, O, Gülnarın yaşadığı evin pəncərəsini açmış və Gülnardan nə baş verməsini soruşmuş, Gülnar və Eşqinin hərəkətlərinə əsəbiləşib evdən çıxmalarını tələb etmiş, həmin vaxt Eşqinin əlində bıçaq olmuşdur. Gülnarın evdə azyaşlı övladları olmuş, küçəyə çıxmış və evin qapısını açıb evdən çıxmasını eşitmişdir. Küçədə Eşqinin əli ilə belindəki bıçağı çıxartmasını görmüş və Eşqindən bıçağı yerə atmağı, ya da ona verilməsini tələb etmişdir. Eşqin bıçağı ona verməmiş və Gülnara tərəf getmişdir. Gülnar iki azyaşlı övladı ilə küçəyə çıxan xatırlamadığı qonşuların yanında olmuşdur. Eşqin yavaş-yavaş Gülnar tərəfə getmiş və qəflətən belində olan bıçaqla Gülnarı azyaşlı iki övladının gözü qarşısında bir və ya iki dəfə vurmuşdur. Gülnardan qan axmağa başlamış, Eşqin isə oradan qaçıb getmişdir. O və hadisə yerində olan nəvəsi Şahid2 ilə birlikdə Gülnarı Goranboy rayon xəstəxanasına aparmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Eşqin Gülnara bıçaqla vurarkən Gülnarın azyaşlı qızları da orada olmuş və hadisədən qorxmuşlar. Hadisə zamanı orada həmçinin tanımadığı 4-5 nəfər şəxs və sonradan gələn nəvəsi Şahid1 olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımamış, Gülnarla düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisədən əvvəl bir və ya iki dəfə Eşqini kirayəyə verdiyi evdə görmüşdür. Eşqinin hansı səbəbdən orada olmasından məlumatı olmamışdır. 2024-cü ilin sentyabr ayının əvvələrində Gülnar onun babası Şahid1 kirayə verdiyi Goranboy şəhəri, Nizami küçəsi, ev 57-də yaşamağa başlamışdır. 28 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində o, Goranboy şəhərindən yaşadığı evə gəlmişdir. Qapıya çatdıqda babası Vüqarın qışqırıq səsini eşitmişdir. Dərhal Gülnarın yaşadığı evin darvazası tərəfə qaçmışdır. Küçədə babası Vüqar, Gülnar və Eşqin dayanmış vəziyyətdə olmuş, Gülnarın az yaşlı övladları küçədə olmuşlar. Babası Vüqar: “Bıçağı mənə ver!” - deyib Eşqinə qışqırmış, Eşqin isə yavaşca addımlarla Gülnarın üzərinə getmişdir. Bu zaman o, Eşqinin üzərində, belində bıçaq olmasını görmüşdür. Eşqin qəflətən Gülnarın üzərinə gedərək belindən bıçağı çıxarıb, Gülnarı bıçaqla vurmuşdur. Hadisə yerindən qaçıb getmişdir. Gülnardan qan axmasını gördükdə dərhal təcili yardım çağırmışdır. Gülnarın qan itirməsini gördükdə küçəyə çıxıb tanımadığı taksi taparaq o və babası Gülnarı Goranboy rayon mərkəzi xəstəxanasına çatdırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs övladıdır. Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs övladı Təqsirləndirilən şəxsla qeyri-rəsmi yaşamışlar. Gülnarı əvvəllər tanımamışdır. Gülnarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Gülnarla tanışlığı 2024-cü ilin avqust ayında baş vermişdir. Zərərçəkmiş şəxs onun övladı Eşqindən şikayət etmiş və həmin şikayət əsasında onun övladı Eşqinin barəsində Gəncə şəhər BPİ-nin 2 saylı Polis Şöbəsində araşdırma aparılmış, Eşqinə əsəbiləşmişdir. Eşqin Sevda ilə evli ola-ola Gülnarla yaşadığı üçün hadisədən sonra X8 ilə birlikdə yaşamağa başlamışdır. O isə digər övladının xəstəliyi ilə bağlı müalicə işləri ilə məşğul olmuşdur. 29 sentyabr 2024-cü il tarixdə saat 01 radələrində ona polisdən zəng gəlmiş və Eşqinin Goranboy şəhərində Gülnarı bıçaqla vurması barədə məlumat vermişlər. O, dərhal Goranboy rayon mərkəzi xəstəxanasına gəlmiş və Gülnara xəstəxanada yardım etməyə başlamışdır. O, Gülnardan nə baş verməsini soruşduqda, Eşqinin onu bıçaqla vurmasını ona bildirmişdir. O, Eşqinə zəng etmək istəmiş, lakin Eşqinin mobil telefonları sındırmasını öyrəndikdə Eşqini tapa bilməmişdir. Oğlu Eşqin törətdiyi əmələ görə peşmandır, Eşqinin bağışlanmasını və yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 22:45 radələrində Zərərçəkmiş şəxsə Elxan qızı sağ qabırğalltı nahiyyənin qarın boşluğuna keçən kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya gətirilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər Birləşmiş Xəstəxanadan verilən xx.xx.2024-cü il tarixdə verilən 151 №li arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə döş qəfəsinin sağ yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası (sağ tərəfli hemotoraks) diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 14 oktyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri Goranboy şəhəri, Nizami küçəsində yerləşir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli 3-13-75/2- 20159/2024 saylı məktubdan görünür ki, qəbul edilmiş şübhəli şəxsin axtarışı haqqında qərara əsasən həmin tarixdə Goranboy RPŞ-də Aİ 471174/24 saylı axtarış işi açılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli 3-xxxx/220216/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhərində saxlanılaraq Goranboy RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:50-də Gəncə şəhərində saxlanılmış və Goranboy RPŞ-yə gətirilib MSY-yə təhvil verilmişdir. İş materiallarında olan “üzləşmə keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, məhkəmə baxışında olduğu kimi istintaqın ilkin mərhələsində də zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə sonuncunun onu xx.xx.2024-cü il saat 22 radələrində borca pul vermədiyi üçün aralarında yaranmış münaqişə zamanı küçədə 5-6 nəfər tanımadığı kişinin və azyaşlı qızlarının yanında bıçaqla vuraraq xəsarət yetirdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Goranboy Rayon Məhkəməsinin 4(045)-54/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli saxlanıldığı xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında əlavə edilən və məhkəmədə tədqiq edilən 07 oktyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında protokol” və əlavəsi olan fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs deşici-kəsici alətlə (bıçaq ilə) onu vurarkən əynində olan mayka, köynək və büstqalter götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 640 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, sağ plevranın zədələnməsi, hemopnevmotoraks deşicikəsici alət(lərin), o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibbi kriminalistik ekspertizasının 05 noyabr 2024-cü il tarixli 514-2024/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sağ yarısının orta hissəsində 01 (bir) və maykanın arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ici və zəif dərəcədə biruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş döş qəfəsinin arxa səthinin sağ yarısında bir ədəd deşilmiş-kəsilmiş yara ona məxsus və ekspertizaya təqdim edilmiş köynək və maykanın üzərində aşkar olunmuş eyni xarakterli zədə ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq uyğun gəlirlər. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-bioloji ekspertizasının 21 noyabr 2024-cü il tarixli 728/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu AB/İV/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda “A və B” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB0 sistemi üzrə AB/İV/ qrupu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmədə araşdırılan ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 oktyabr 2024-cü il tarixli 771 saylı rəyindən görünür ki: Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilərkən YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, cinayət hadisəsi törədərkən törətmiş olduğu əməlin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, hal-hazırda da öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 21 oktyabr 2024-cü il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəməfə tədqiq edilən 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qeyri-rəsmi ər-arvad münasibətlərində birlikdə yaşadığı Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi faktı üzrə əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati işlər üzrə icraatın başlanması üçün qərarın surəti Gəncə şəhər BPİ-nin 2-ci X9 təhlükəsizlik bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırlan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 227c-24 saylı material üzrə qəbul edilmiş qərardan görünür ki, təqsirləndirilən şəxsin atası Şahid5 Goranboy RPŞ-nin əməliyyat müvəkkillərinin oğlunun cinayət məsuliyyətdən azad edilməsi müqabilində pul istəməsi və alması ilə bağlı şikayətinə dair cinayət işinin başlanması xx.xx.2024-cü il tarixli qərarla polis əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 01 dekabr 2024-cü il tarixli 3-13- 75/1-23880/24 nömrəli Goranboy RPŞ-dən verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tərəfindən baş vermiş hadisə zamanı istifadə edilmiş bıçaq müəyyən edilməmişdir. Hadisə baş verərkən iştirakçılarından başqa hadisəni görmüş şəxslər X5, Şahid4, Şahid2 və Şahid1 və digər şəxslər olması müəyyən edilmişdir. Baş vermiş hadisə zamanı ətrafda yaşayan qonşular səs-küy eşidərək hadisə yerinə gəlmişlər, lakin həmin şəxslər ünvanlarda müvəqqəti yaşadıqlarından şəxsiyyətlərini müəyyən etmək mümkun olmamışdır. Hadisə zamanı ictimai qayda pozulmuş, cəmiyyətə qarşı açıqca hörmətsizlik edilmiş, ətrafda yaşayan qonşuların rahatlığı pozulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasından 04 dekabr 2024-cü il tarixli 3-13-75/1-23888/24 nömrəli daxil olmuş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra hadisə yerinə həmin evdə yaşayan Vüqar adlı şəxs gəlmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan tarixli qərardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd mayka və 01 ədəd köynək cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə həllinədək saxlanması üçün Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan atalığın müəyyən edilməsi haqqında AZ İ-462279 saylı şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2024-cü il təvəllüdlü X6 var. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Eşqin Hüseynlva barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gədəbəy RİHB-nin Əmiraslanlı Kən İƏD üzrə nümayəndəlikdən verilmiş 5-44/2-101/2024 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Hüseynov X1 qeydiyyatda olsa da, özü və ailəsi uzun müddət yaşamadığına görə xasiyyətnamə verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gədəbəy RMX PHŞdən verilən xx.xx.2024-cü il tarixli, 18-138/2-877/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın narkoloji və psixonevroloji kabinetdə qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə Narkoloji dispanserindən verilmiş 3490 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 narkoloji dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi yəni Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri və şəraiti əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 2851 saylı Gəncə şəhər psixonevroloji dispanserdən verilmiş xx.xx.2016-ci il tarixli 1780/16 saylı arayışdan görünür ki, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək həmin dispanserdə müayinədə olmuş, ona şəxsiyyətin primitiv inkişafı, qıc olma tutmaları diaqnozu qoyulmuşdur. İbtidai araşdırma və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs öz müdafiəsinə dəlil olaraq göstərmişdir ki, zərərçəkmiş bədən xəsarətini qəsdən yetirmədiyini, hadisə baş verərkən özündə olmadığını, məhkəmə baxışının son mərhələsində isə yeni müdafiəçisi işə qoşulduqdan sonra əvvəlki ifadələrinin əksinə olaraq hadisə vaxtı zərərçəkmiş ailə üzvləri azyaşlı qızlarının hadisə yerində olmadığını, eləcə də hadisə vaxtıı ikisindən başqa heç kimin olmadığını və Gülnara xəsarət yetirməsini heç kimin görmədiyini və bir neçə nəfər şəxsin sonradan gəldiyini bildirmişdir . Lakin məhkəmə qeyd edilənlərə şəxsin müdafiə hüququndan irəli gələn aşağıda qeyd edilən bəzi əsaslar üzrə isə müdafiə strategiyasının və taktikasının yanlış formalaşdırıldığı hüquqdan sui-istifadə meyilləri açıq-aşkar sezilən hallar üzrə heç bir sübutla təsdiqini tapmayana daha ağır cəzadan yayınmaq cəhdi kimi qiymətləndirir işin məhkəmə baxışı zamanı tədqiq edilən sübutlarla inkar edildiyindən həqiqətəuyğun olmayan ifadə kimi qiymətləndirir. Belə ki, işin faktiki hallarından görünür ki, hadisədən əvvəl xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə göstərilmiş fiziki zorakılıqla (onun bel nahiyyəsinə əlləri ilə fiziki ağrı yetirən zərbələr vuraraq döyməsi ilə bağlı davranışlar) bağlı GƏNCƏ ŞBPİ 2-ci Polis Şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş, həmin araşdırma müddətində zərərçəkmiş təqsirləndirilən şəxsdən ayrılaraq Goranboy rayonuna hadisənin baş verdiyi ünvana gəlib orada mənzil kirayələrək azyaşlı qızları ilə birlikdə yaşamışdır. Yəni təqsirləndirilən şəxsin şəxsiyyəti də onun fiziki zorakılıq göstərməyə, dava-dalaş salmağa qəsdən münaqişə yaratmağa meyilli şəxs olduğunu göstərir. Bundan başqa müdafiə tərəfindən mübahisələndirilsə də, azyaşlı şahidlər zərərçəkmiş şəxs və şahid ifadələri ilə hazırkı cinayət hadisənin məhz zərərçəkmişin övladlarının gözü qarşısında olması işin mübahisəsiz halıdır. Həmçinin xuliqanlıq hadisəsi olmamasına münasibətdə isə qeyd edilməlidir ki, hadisə yerinə baxış, şübhəli şəxsin ifadəsini yerində yoxlanılması protokollarına əlavə edilmiş fotocədvəllərdən görünür ki, müdafiəçi tərəfindən işə qoşulduqdan sonra hadisənin həyətdə baş verməsinə dair mülahizələr irəli sürülsə də, hadisənin məhz küçədə eyni ünvanda baş verməsi, kirayədə yaşayan şəxslərin (məhkəmənin mülahizəsinə görə həmin ünvan gündəlik ucuz qiymətə kirayə verilən ev tipli otaqlar olmuşdur) dincliyinin pozulması onların küçəyə çıxaraq hadisə ilə maraqlanmaları üçün toplaşmaları, zərərçəkmişin uşaqları ilə birlikdə onların arxasında yaxud yanında dayanaraq təqsirləndirilən şəxsdən özünü qorumaq istəməsi işin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma və əvvəlki məhkəmə baxışı zamanı məhkəmə istintaqında verdiyi ifadələrdə ətrafda şəxslərin olmasını bildirsə də, işə müqavilə əsasında müdafiəçisi qoşulduqdan sonra tamamilə əks ifadə vermiş, hadisə vaxtı ətrafda heç kəsin olmadığını, onun Gülnara bıçaqla istəmədən xəsarət yetirməsini heç kimin görmədiyini demiş, bununla ağır cəzadan yaxa qurtarmağa çalışmışdır. Məhkəmə qeyd edir ki, hadisələr Təqsirləndirilən şəxs göstərdiyi şəkildə yəni istəmədən xəsarət yetirməsi fonunda baş versəydi, onun hadisədən sonra zərərçəkmişə kömək edərək onu tibb müəssisəsinə aparması, könüllü şəkildə hüquq mühafizə qorqanına gələrək təslim olması, cinayətin alətini təqdim etməsi və hadisədən sonrakı dövrdə törətdiyi əməlin ictimai təhlükəliliyini aradan qaldırmağa yönələn davranışlar etməsi tələb olunurdu. Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan ( bəzən isə istəmədən yəni dolayı qəsdlə) baş verməsini iddia etsə də, zərərçəkmiş Gülnara yetirilən bədən xəsarətinin daha az fiziki zərərlə nəticələnəyi yxuarı ətraf (əl qol) yaxud aşağı ətraflara bud ayaq nahiyyəsinə deyil hər bir şəxs üçün aşkar olan mübahisələndirilməyən həyat üçün vacib əhəmiyyətlli daxili orqanların yerləşdiyi qarın və sinə boşluğuna yetirilməsi, zərbələrin bir neçə dəfə yetirilməsi (qaçamağa çalışdığı üçün zərbələrdən ancaq biri zərərçəkmişə dəymişdir) təqsirləndirilən şəxsin məhz birbaşa qəsdlə zərərçəkmişə Ağır bədən xəsarəti yetirdiyini təsdiq edir. Lakin iş materiallarından da görünür ki, O zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirdikdən dərhal sonra hadisə yerindən yayınmış, 2 (iki) gün naməlum ünvanlarda Gəncə yaxud Şəmkir şəhərində qalmış, sonradan isə polisin təkidi ilə aldadılaraq (həyata keçirilmiş əməliyyata axtarış tədbirlərinin qanuniliyi və əsaslılığı eləcədə yol verilmiş digər prosessul pozuntularla bağlı məhkəmə mövqeyini əlavə ifadə edəcəkdir) ilə Gəncə şəhərində saxlanılıb istintaqa təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hadisə vaxtı ( zərərçəkmiş şəxsin arxası ilə küçəyə qaçıb onun səs-küyə yığılmış şəxslərin arxasında özünü qorumaq üçün gizlənməsinə, ətrafdakı şəxslər ona qanunsuz hərəkətlərinə son qoymasına tələb etməsinə baxmayaraq, həmin şəxslərin yaxud hərəkətlərinin qarşısını alaraq ona mane olacağından ehtiyat edərək aldatma yolu ilə zərərçəkmiş şəxsə yaxınlaşıb qəfil zərbə yetirməsi, bununla kifayətlənməyib arxası ilə qaçması) və hadisədən sonrakı davranışları (qaçıb getməsi,öz deməsinə görə bıçağı hadisə yerinə tullaması ((məhkəmənin mülahizəsinə görə isə bıçağı gizlətməsi, yaxud ondan qurtulması)) şəxsin öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etsə də, öz şəxsiyyətini cəmiyyətə və zərərçəkmiş şəxsə qoyaraq heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə xəsarət yetirməsini göstərir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin müdafiə tərəfi şübhəli təqsirləndirilən şəxsə istədiyi kimi ifadə vermək yaxud verməmək hüququnu, müdafiəçiyə isə qanunla qadağan olmayan üsullarla müdafiə taktikası və strategiyası mövqeyini formalaşdırmaq imkanı verməsi hüquqdan sui-istifadə kimi başa düşülməsi və istifadə edilməsi (təqsirləndirilən şəxsin əvvəlki məhkəmə baxışı zamanı verdiyi ifadəsini dəyişdirməyə, şəxslərə zərərçəkmiş şəxsə təsir göstərməyə isitqamətlənməsi) yolverilməzdir, gələcəkdə müdafiəçi tərəfindən digər işlərdə də eynixarakterli davranış ediləcəyi təqdirdə barəsində müvafiq qərar qəbul ediləcəkdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Eşqi Hüseynovun Azərbaycan Respublikası CM-nin 126.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə baxışında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan tərəflərin ifadələri, ekspertiza rəylərini, hadisə yerinə baxış ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi var, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3cü və 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında 5 ildən 11 ilədək ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə.....müşayiət edilən qərəzli hərəkətlər silahdan və silah qismindən istifdə edilməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və törətdiyi əməlin ictimai təhlükəliliyi nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan qanunvericiliyin imkan verdiyi aşağı həddə yaxın, Cinayət Məcəlləsinin 221.3-cü maddəyə münasibətdə isə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və toplanmış cəzaları qismən toplamaqla cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi, yaxud maddənin sanksiyasında nəzərdə tutulan həddən də aşağı azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, yaxud digər daha yüngül cəzanın tətbiq edilməsi işin faktiki halları, törədilmiş əməlinin ictimai təhlükəliliyi və xarakteri ilə tərs mütənasibdir və sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah olunması, cəzanın ümumi xəbərdaredici funksiyası ilə uyğun deyil və ədalət mühakiməsinin mənafeyi ilə əsaslı ziddiyyət təşkil edir. Hadisənin motivi (təqsirləndirilən şəxsin borcunu ödəmək üçün zərərçəkmiş şəxsə təzyiq göstərməsi, sonradan anasında olan aliment, pul məbləğini verməsindən imtina etməsinə görə evdəki əşyaları dağıdıb təsir etməyə cəhd etməsi, səs-küyə gəlib onu sakitləşdirməyə çalışan ev sahibinə irad tutaraq hərəkətlərinə davam etməsi, otağın qapısını açarla bağlaması, hərəkətlərindən qorxuya düşən zərərçəkmiş şəxsin yüksək həyəcan və psixoloji grərginliklə övladlarından əvvəl özünün küçəyə qaçması və gizlənməsi) hadisəni təqsirləndirilən şəxsin hər hansı təsir altında deyil əvvəlcədən nəticələri görüb arzulayaraq birbaşa qəsdlə törətməsini təsdiq, fizioloji yaxud pataloji affekt halında törədilməsini təkzib edir. Hazırki iş üzrə cinayət əməlinin ictimai təhlükəliliyinə əsas verən hallar gələcəkdə oxşar hadisələri törətmiş şəxslərdə zərərçəkmiş şəxslərlə barışıq əldə edildikdən sonra daha yüngül - azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məruz qalmasına dair əsassız ehtimalların, cəmiyyətdə cəzasızlıq mühitinin yaranmasının qarşısının alınması üçün məhkəmə tərkibi təqsirləndirilən şəxsin ancaq təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını rejim daxilində real çəkəcəyi halda islah olacağı qənaətinə gəlməsinə əsas olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasının Azərbaycan Rеspublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Rеspublikası CM-nin 59.1.12-ci maddəsinə, özünün psixi xəstəlikdən əziyyət çəkməsini, bacısının dializ xəstəsi olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəyə əsasən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını- ümumi rejimli cəzaçəkmı müəssisəində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan iş üzrə maddi sübut olan Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş zərərçəkmiş şəxsin hadisə vaxtı əynində olan 01 ədəd mayka və 01 ədəd köynək Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul etmədikdə məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 126.2.3 və 221.3-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay, Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə isə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümummi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi anadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş zərərçəkmiş şəxsin hadisə vaxtı əynində olan 01 ədəd mayka və 01 ədəd köynək Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar