Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-38/2021 29.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X1 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1959-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmuş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılmış 24.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, ümumi çəkisi 9550 qram narkotik vasitə olan qurudulmuş marixuananı və 945 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki Gəncə şəhəri, Kəpəz rayonu Poçt qəsəbəsində açıq bir ərazidə saxlamış, sonradan narkotik vasitə olan qurudulmuş marixuanadan 1800 qramını sellofan torbada ayırıb həmin yerdə saxlayıb, 13 iyun 2020-ci il tarixdə, saat 18 radələrində 7750 qram narkotik vasitə olan qurudulmuş marixunanı və 945 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki bazar çantasında satış məqsədi ilə daşıyan zaman Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhər, Poçt qəsəbəsində saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib saat 18:45-dən 19:25-dək olan müddət ərzində əlində olan əl çantasına baxış keçirilmiş və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq bazar çantasında daşıdığı 7750 qram narkotik vasitə olan qurudulmuş marixuana və 945 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş, 13 iyun 2020-ci il tarixdə, saat 19:50-dən 20:15-ə qədər olan müddət ərzində Gəncə şəhər Poçt qəsəbəsində, dəmiryol xəttinin yaxınlığında yerləşən hasarın dibində nar ağacının budaqlarının arasına baxış keçirilmiş və Təqsirləndirilən şəxs göy rəngli üzərində “Azərbaycan” sözü yazılmış sellofanın içərisində satış məqəsdi ilə saxlamış olduğu 1800 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə özünü qismən, CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini göstərsə də, məhkəmə istintaqının gedişində özünü ümumiyyətlə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə qəbul etməmişdir. Daimi yaşayış yeri olmadığı üçün havalar isti olanda parklarda və yaxud da yatmaq üçün əlverlişli ərazidə yatmışdır. 12 iyun 2020-ci il tarixdə gecə çöldə yatmış, elə yatdığı yerin yanında, ağacın dibində bir ədəd bazar çantası görmüş və bu çanta marağını cəlb etdiyindən, həmin bazar çantasına yaxınlaşaraq həmin çantanın içərisində pal-paltarın olduğunu düşünərək həmin çantanı götürmüşdür. Elə 20 addım çantanı götürüb getmişdir ki, Vilayət adlı polis əməkdaşı avtomobili qabağında saxlayıb şöbəyə getməli olduqlarını demişdir. Ona avtomobilə oturmalı olduğunu dediklərindən avtomobilə oturmuşdur. Onu Kəpəz RPİ-nə aparmışlar. Ora getdikdən sonra ona məlum olmuşdur ki, tapdığı həmin bazar çantasının içərisində narkotik vasitə olmuşdur. Lakin həmin çanta ona məxsus olmamış, həmin narkotik vasitədən onun məlumatı olmamışdır. Bundan sonra isə Poçt qəsəbəsində, dəmiryol xəttinin yaxınlığında yerləşən hasarın dibindən baxış zamanı narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotikdən də onun məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 13 iyun 2020-ci il tarixdə ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məlumat verdikdən sonra tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Qərarın icrası ilə əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili Şahid2, Cinayət Axtarış İdarəsinin kiçik inspektorları Şahid3 və Şahid4 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs adətən Gəncə şəhəri Poçt qəsəbəsi ərazisində olması müəyyən olunduqdan sonra həmin gün, saat 18:15 radələrində adlarını yuxarıda qeyd etdiyi Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən «Tural» şadlıq evinin yaxınlığında olması müəyyən edilmiş və əlində iri bazar çantası ilə piyada hərəkət etdiyini görüb sonuncunu səsləyərək dayandırmışdılar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə əlindəki iri bazar çantası ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına getməsi təklif edilmiş, sonuncu onlarla razılaşıb birlikdə həmin idarəyə gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə və əlindəki bazar çantasına baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Niyaməddin Məmmədova tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Elxan Osmanov adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncu üzərində qanunsuz saxlanılan hər hansı bir əşya və ya predmet varsa çıxardıb təqdim etməsi təklif olunanda üzərində və ya əlindəki iri çantanın içərisində qanunsuz saxlanılan hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra müdafiəçinin və onunla yanaşı digər polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də sonuncunun üzərindən istər narkotik vasitə, istərsə də saxlanılması qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki iri bazar çantasının içərisinə baxış keçirilən zaman əlavə olaraq qara rəngli torbanın içərisində ağ rəngli politelin sellofan paket aşkar edilmiş, eyni zamanda bazar çantasının içərisindən yaşıl rəngli, spesifik iyə malik qurudulmuş ot kütləsi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əlindəki iri bazar çantasını içərisindən aşkar olunub götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə 12 iyun 2020-ci il tarixdə axşam saatlarında “Poçt” qəsəbəsində dəmir yol xəttinin yaxınlığında tapdığını bildirmişdir. Həmin narkotik vasitədən istifadə edib-etmədiyi soruşulanda Təqsirləndirilən şəxs həmin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs “Poçt” qəsəbəsində dəmir yol xəttinin yaxınlığında tapdığı narkotik vasitənin bir hissəsini saxlanıldığı gün, yəni 13 iyun 2020-ci il tarixdə “Poçt” qəsəbəsində dəmir yol xəttinin yaxınlığında gizlətdiyini, bir hissəsini isə əlindəki iri bazar çantasında apararkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki iri bazar çantasının içərisindən aşkar olunub götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana çanta ilə birlikdə tərəzidə çəkilmiş, ümumi çəkisi 8 kq 250 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki iri bazar çantasının içərisindən aşkar olunub götürülən politelin sellofan paketə bükülmüş tünd qəhvəyi rəngli kütlə də tərəzidə çəkilmiş və həmin kütlənin sellofanla birlikdə ümumi çəkisi 980 qram olmuşdur. Təqsirləndirilən şəxs əlindəki iri bazar çantasının içərisindən aşkar olunub götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya oxşar kütlə və həmin çantanın içərisindən aşkar olunub götürülmüş tiryəkə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxslə yanaşı, özü, eləcədə baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs “Poçt” qəsəbəsində dəmir yol xəttinin yaxınlığında narkotik vasitənin bir hissəsini gizlətdiyi yeri göstərə biləcəyini bildirdiyi üçün bundan sonra müdafiəçi Elxan Osmanovla yanaşı, polis əməkdaşları ilə birlikdə video çəkilişdən istifadə olunmaqla İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Niyaməddin Məmmədovla birlikdə Təqsirləndirilən şəxs narkotik vasitənin bir hissəsini gizlətdiyi yerə, yəni sonuncunun göstərdiyi yolla “Poçt” qəsəbəsində dəmir yol xəttinin yaxınlığına getmişlər. Orada gizlətdiyi narkotik vasitənin bir hissəsini təqdim etməsi Təqsirləndirilən şəxs bildirilmişdir. Sonuncu da dəmir yol xəttinin yaxınlığında digər tikiliyə məxsus daş hasarın yanındakı nar ağacının budaqlarının arasından üzərində “Azərbaycan” sözləri yazılmış göy rəngli sellofana bükülmüş bükülünü çıxardıb təqdim etmiş və həmin bükülünün içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə olan marixuananı əlindəki bazar çantasının içərisindən aşkar olunub götürülmüş narkotik vasitənin bir hissəsi olduğunu bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə həmin sellofan açılaraq içərisinə baxış keçirilmiş, baxış zamanı sellofanın içərisindən yaşıl rəngli, spesifik iyə malik qurudulmuş ot kütləsi aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1 kq 890 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitədən istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Bundan sonra həmin sellofana bükülmüş kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxslə yanaşı, özü və baxışda iştirak edən digər şəxslər protokolu imalamışdılar. Baxış keçirilən zamanı rəqəmsal videoaparatdan istifadə olunmuş və həmin video görüntülər diskə köçürülərək protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili Şahid2, Cinayət Axtarış İdarəsinin kiçik inspektorları Şahid3 və Şahid4 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə edilmiş 13 iyun 2020-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməklə üzərində gəzdirməsi və saxlanılması barədə daxil olmuş əməliyyat məlumatı və həmin məlumat əsasında qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən, şübhəli şəxs Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu “Poçt” qəsəbəsində, əlində olan bazar çantası ilə birlikdə 13.06.2020-ci il tarixdə, saat 18:15-də müəyyən edilərək Gəncə şəhəri BPİ-nə gətirilmiş və onun üzərinə şəxsi axtarış keçirməyə başlanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olunmuş narkotik vasitə və ya digər əşya və predmetlərin olub– olmaması, əgər vardırsa da təqdim etməsi bildirilmişdir. Şübəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və narkotik vasitənin olmadığını bildirmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində oları açıq rəngli qısa qol köynəyin sol ön döş cibindən 1 qutu siqaret, 1 ədəd alışqan, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd özünə məxsus ümumvətəndaş pasportu, 2 ədəd şokolad, 1 ədəd 5 manatlıq əskinas, şalvarın sağ yan cibindən əlavə olaraq 1 qutu siqaret aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən şübəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan bazar çantasnın nə olması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin çantanı 12.06.2020-ci il tarixdə axşam saatlarında “Poçt" qəsəbəsində Dəmiryol xəttinin yaxınlığından tapdığını bildirmişdir, sonradan həmin çantanın içərisində nə olması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs çantanın içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana (nəşə) olmasını bildirmişdir. Şübhəli şəxsdən həmin narkotik vasitədən istifadə edib-etməməsi soruşulmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni necə müəyyən edildiyi soruşulmuş, o tapdığı narkotik vasitənin bir hissəsini 13.06.2020-ci il tarıxdə gizlətdikdən sonra qalan hissəsini apararkən polis əməkdaşları tərəfindən müəyyən edildiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilmiş bazar çantasının içərisinə baxış keçirilmiş, baxış zamanı bazar çantasının içərisındə əlavə olaraq qara rəngli torbanın içərisində ağ rəngli polietilen sellofan paket aşkar edilmiş, eyni zamanda bazar çantasının içərisindən yaşıl rəngli, spesfik iyə malik qurudulmuş ot kütləsi aşkar edilmiş, daha sonra bazar çantasının içərisindən aşkar edilmiş polietlilen sellofan torbanın içərisındən tünd qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələrdən istifadə edib–etməməsi və başqa bir şəxsə satıb–satmaması soruşulmuş, sonuncu həmin kütlələrdən istifadə etmədiyini və heç kəsə satmadığını bildirmişdir. Daha sonra şübhəli şəxsdən həmin kütlələrdən başqa hardasa saxladığı soruşulmuş, sonuncu həmin kütlələrin bir qismini Poçt qəsəbəsi ərazisındə gizlətdiyini və həmin kütəlini gizlətdiyi yeri göstərə biləcəyini bildirmişdir. Şübhəli şəxsın əlində olan əl çantasının içərisindən aşkar edilmiş kütələlərin hamısının bir yerdə olduğu olduğunu bildirmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan bazar çantasının içərisindən aşkar edilmiş narkotik vasitə hesab edilən marixuanaya oxşar kütlə çanta ilə birlıkdə tərəzidə çəkilmiş, ümumi çəkisi 8 kq. 250 qram olmuşdur. Bundan sonra şübhəli şəxsin əlində olan bazar çantasının içərisindən polietlen sellofan paketə bükülmüş tünd qəhvəyi rəngli kütlə tərəzidə çəkilmiş, həmin kütlənin sellofanla birlikdə ümumı çəkisi 980 qram olmuşdur. Müdafiəçi şübhəli şəxsdən harada yaşadığını və əvvəllər məhkum olub–olmamasını soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs əvvələr bacısının yaşadığı Sevinc qəsəbəsinə getdiyini, hal-hazırda ora getmədiyi, əvvəllər xuliqanlıq cinayəti ilə məhkum olunduğunu bildirmişdir. Müdafiəçi şübhəli şəxsdən həmin narkotik vasitələri haradan əldə etdiyini soruşmuş, şübhəli şəxs narkotik vasitələri Poçt qəsəbəsində dəmiryolunun qırağından gecə vaxtı yatmağa gedərkən bazar çantasını görüb açıb içərisinə baxdıqda görmüşdür ki, çantanın içərisindəki nəsə də ota oxşamır. Müdafıəçi şübhəli şəxsdən narkotik vasitəni tanıyıb-tanımadığını soruşmuş, şübhəli şəxs narkotik vasitə marixuana (nəşə) olduğunu əvvəllər gördüyünü demişdir. Müdafiəçi şübhəli şəxsdən həmin narkotik vasitənin bir qismini gizlətdiyini dediyini, nə üçün gizlətdiyini soruşmuş, şübhəli şəxs arada bir narkotik vasitə çəkdiyini bildirmişdir. Müdafiəçi şübhəli şəxsdən soruşmuşdur ki, bəlkə həmin narkotik vasitəni ona kimsə də verdiyini və ya polis işçiləri tərəfindən verildiyi polis işçiləri onun yaşayış yeri olmadığını ona qalmağa yer təşkil edəcəklərini deyib vəd vermişlər. Şübhəli şəxs həmin narkotik vasitəni ona heç kim vermədiyini özü tapdığını ona polis işçiləri tərəfindən heç bir təzyiq təsir olunmadığını bildirmişdir. Bundan başqa şühbəli şəxsin əlində olan bazar çantasından aşkar edilərək götürülmüş kütləni tapdığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir təyziqə məruz qalmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Poçt qəsəbəsində dəmiryol xəttinin yanında gizlətdiyi sellofanı müdafiəçinin iştirakı ilə polis əməkdaşlarının baxış keçirilməsinə hər hansı bir etirazının olub–olmaması soruşulmuş, sonuncu heç bir etirazının olmadığını bildirmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş əşyalar sübut əhəmiyyətinə malik olmadığından görə özünə qaytarılıb verilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan bazar çantasının içərisindən aşkar edilmiş narkotik vasitə hesab edilən marixuanaya oxşar kütlə və həmin çantanın içərisindən aşkar edilmiş tiryəkə oxşar kütlə videoçəkiliş vasitəsilə qablaşdırılmış, DİN-in 91 saylı möhürü ilə möhürlənərək götürülmüş. Baxış zamanı video çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 13 iyun 2020-ci il tarixli “baxış keçirmə və götürmə” haqqında protokoldan görünür ki, baxış keçirilən yer Gəncə şəhəri Kəpəz rayonu, Poçt qəsəbəsi istifadə olnmayan dəmiryol xəttinin kənarı açıq sahəlik ərazidir. Baxıç keçirilə yerdə sağ digər tikiliyə məxsus daş hasar vardır. Şübhəli şəxs Təqsirləndirilən şəxs baxış keçirməzdən əvvəl hüquq və vəzifələri barədə yazılı bildiriş təqdim edilmişdir. Bundan sonra tədbirin davamı olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlələri gizlətdiyi bir hissəsini yerini göstərməsi təklif edilmişdir. Sonuncu açıq ərazidə olan hasara bitişik nar ağacıın yanına gedərək ağacın sıx budaqlarının arasından üzərində “Bakı-Azərbaycan” yazısı yazılmış göy rəngli politelen paketi çıxardaraq baxışa təqdim etmiş, bundan sonra həmin politelen sellofanının içərisində nə olduğu soruşulmuş, şübhəli şəxs həmin politelenin içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, həmin marixuananı əlində aşkar edilən bazar çantasının içərisində olan marixuananın bir qismi olduğunu bildirmişdir. Daha sonra sellofan paketin ağzı açılmış, içərisində yaşıl rəngli spesifik iyə məxsus qurudulmuş ot kütləsi aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş ümumi çəkisi 1 kq 820 qr olmuşdur. Şübhəli şəxsdən həmin kütlədən istifadə edibetmədiyi sorusulmuş, sonralar kütlədən istifadə etmədiyini və heç kəsə vermədiyi, satmadığını bildirmişdir. Daha sonra şübhəli şəxsin təqdim etdiyi kütlə qablaşdırılmış və üzəri yazılmışdır. DİN-in 91 saylı möhürü ilə möhürlənmiş və ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş polis idarəsindən alınmış 22 iyul 2020-ci il tarixli, 120-14473-1220 nömrəli əməliyyat tapşırığına cavabdan görünür ki, narkotik vasitələri Gəncə şəhəri Poçt qəsəbəsinin ərazisində hazırda istifadə olunmayan dəmiryol xəttinin yaxınlığına atmış şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmasa da Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə edib üzərində saxlaması və Gəncə şəhəri Poçt qəsəbəsi ərazisində açıq ərazidə gizlətməsi, o cümlədən satışı həyata keçirmək üçün müştəri axtarması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində törədilmiş digər cinayət hadisələrində iştirakının olması barədə əməliyyat marağı doğuran məlumatlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş kompleks məhkəmə-kimyəvi ekspertizasına dair 14 iyun 2020-ci il tarixli 16/411 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan bazar çantasının içərisindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən tiryəkə oxşar kütlə» yazı və imzalar olan kağız paketdəki, bir ədəd polietilen torbada olan digər bir ədəd şəffaf rəngli polietilen torbadakı, üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi–945 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə–tiryəkdir. Tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs Gəncə şəhəri Poçt qəsəbəsində hasarın dibində nar ağacının yanında gizlətdiyi 1 ədəd üzərinə “Azərbaycan” sözü yazılmış sellofanın içərisində narkotik vasitə hesab edilən marixuanaya oxşar kütlə» sözü və imzalar olan polietilen torbada, təmiz çəkisi–1800 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs əlində olan bazar çantasının içərisindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya oxşar kütlə» sözü və imzalar olan bazar çantasında olan digər bir ədəd bazar çantasındakı təmiz çəkisi–7750 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd bazar çantasında və bir ədəd polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər narkoloji dispanseri tərəfindən verilmiş 23 iyul 2020-ci il tarixli, 608 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 iyun 2020-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətində, “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 17.09.2019cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail rayon məhkəməsinin 22.11.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 23.05.2014-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 17.09.2019cu tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş polis idarəsindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, 12.06.2020-ci il tarixdə Gəncə şəhər BPİ-nin Cinayət Axtarışı idarəsinə Gəncə şəhəri Z.Hacıyev küçəsində yaşayan Elman adlı şəxsin narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə 174 tm nömrəli əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində, həmin şəxsin- Gəncə şəhəri, Kəpəz rayonu Z.Hacıyev küçəsi ev 69, mənzil 6-da daimi qeydiyyatda olan, əvvəllər Azərbaycan Respublikası CMnin 228.1, 221.3, 177.2.3 və 234.1-ci maddələrilə dəfələrlə məhkum olunmuş, xx.xx.1959cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. E.Ə Rzayevin barəsində əməliyyat qeydiyyat işi olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən daxil olmuş 24.07.2021-ci il tarixli 17/36 1609 nömrəli məktubla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 24.07.2021-ci il tarixdə saat 17.40 radələrində müalicə tədbirlərinə baxmayaraq müəssisənin intensiv terapiya şöbəsində “Kaxetik vəziyyət” ilkin diaqnozu ilə ölmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə özünü qismən, CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini göstərsə də, məhkəmə istintaqının gedişində özünü ümumiyyətlə təqsirli bilməyərək ifadəsində əvvəllər narkotik vasitə qəbul etmədiyini bildirərək içərisində narkotik vasitə olan bazar çantasının ona məxsus olmadığını, həmin çantanın içərisində narkotik vasitədən onun məlumatının olmadığını, həmin çantanın içərisində pal-paltar olduğunu güman edərək həmin çantanı götürdüyünü, həmçinin dəmir yolunun yaxınlığında aşkar edilmiş narkotik vasitədən məlumatının olmadığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü təqsirli bilməməklə verdiyi qeyd edilən məzmunlu ifadələrini işin faktiki hallarına uyğun olmayan, məsuliyyətdən kənarda qalmağa xidmət edən, uydurma ifadələr kimi qəbul edərək, hesab edir ki, onun təqsiri məhkəməyədək icraat zamanı özünü qismən təqsirli bilməklə verdiyi ifadəsilə, şahidlərin ifadələri, baxış keçirilməsinə dair protokollar və həmin protokollara əlavə edilmiş çəkiliş diskləri, ekspert rəyləri və digər iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, məhkəməyədək icraat zamanı özünü CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilməklə verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, “... o, əvəllər odlu silah gəzdirdiyi, həmçinin xuliqanlıq etdiyi üçün məhkum edilmiş, sonuncu dəfə isə 2019-cu idə oğurluq etdiyi və qanunsuz olaraq narkotik vasitə gəzdirdiyi üçün Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1-ci maddələri ilə məhkum edilmişdir. Əvvəllər də narkotik maddə qəbul etsə də son zamanlar isə pulu olmadığı üçün narkotik vasitə ala bilməmiş və bunun üçün də narkotik vasitə qəbul etməmişdir. 12 iyun 2020-ci il tarixdə Gəncə şəhəri Poçt qəsəbəsindəki «dəmiryol» xəttinin yanı ilə piyada gedərkən yolun kənarında gördüyü dolu vəziyyətə olan bir ədəd bazar çantası onun marağını cəlb etmişdir. Həmin bazar çantasına yaxınlaşıb baxanda içərisində narkotik vasitə olan marixunana və marixunanın arasında selofana bükülmüş vəziyyətdə narkotik vasitə olan tiryəkə bənzər kütlə olduğunu görmüşdür. O, uzun müddət pulu olmadığı üçün narkotik vasitə əldə edib qəbul edə bilmədiyi üçün qərara almışdır ki, həmin nartkotikləri götürüb özü isifadə etmək üçün saxlasın və qəbul etsin. Onun daimi yaşayış yeri olmadığı üçün havalar isti olanda parklarda və yaxud da əlverlişli yatmaq üçün ərazidə yatır. O, həmin narkotik vasitəni götürüb Poçt qəsəbəsində narkotiki tapdığı yerin yaxınlığında gecələr yatdığı ərazinin yaxınlığında ağacın altında gizlətmiş, həmin narkotik vasitədən istifadə etmək məqsədilə bir qədərini götürüb selofana büküb həmin yerdə saxlamış, çox hissəsini isə 13 iyun 2020-ci il tarixdə narkotiki tapdığı bazar çantasının yerini dəyişmək üçün, yəni daha gizli, etibarlı yerdə saxlamaq məqsədilə həmin yerdən götürüb gedərkən 3-4 nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, onu narkotik maddə istifadə etməkdə, üzərində daşımaqda və saxlamaqda şübhəli olduğunu bildirib polis idarəsinə getmələrini təklif edilmiş, onlarla razılaşıb polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsində bir xidməti otağa gəlmişdir. Onun üzərinə baxış keçiriləcəyini deyib onu hüquq və vəzifələri izah edilmiş, ona dövlət hesabına Gəncə şəhər 1 saylı hüquq bürosunun vəkili X3 təqdim edilmiş və özü həmin vəkilə heç bir etirazının olmadığını və dövlət hesabına hüquqlarını müdafiə etməsinə razı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən müdafiçinin iştirakı ilə video çəkilişlə üzərinə və əlində olan bazar çantasına baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməsə də əlindəki bazar çantasının içərisindən qurudulmuş marixuana və tiryək aşkar olunmuşdur. Sorğu zamanı o, həmin narkotik vasitəni Poçt qəsəbəsindən tapdığını və özü istifadə etmək üçün götürüb saxladığını bildirmişdir. Həmçinin o, polislərə tapdığı narkotik vasitə olan qurudulmuş marixunanın bir hissəsini Poçt qəsəbəsində gecələdiyi yerin yaxınlığında açıq bir ərazidə saxladığını da deyib etiraf etmişdir. Onun daşıdığı olan əl çantasından aşkar edilimiş narkotik vasitə olan marixuana və tiryək tərəzidə çəkilmiş, onun və digər iştirakçıların iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra polis əməkdaşlarının işrtirakı ilə onun göstərdiyi yolla narkotik vasitə saxladığı yerə getmişlər, o, həmin narkotik vasitənin olduğu yeri polislərə görstərmişdir. Polis əməkdaşları hasara bitişik nar ağacının dibində olan 1 ədəd göy rəngli selofanı götürmüşlər. Həmin selefona baxış keçirilmiş, içərisindən qurudulmuş marixuna olan kütlə aşkar edilmiş, həmin kütlə tərəzidə çəkilmiş, onun və digər iştirakçıların işrtirakı ilə qablaşdırılmışdır. O, daha sonra ifadəsinin sonunda göstərmişdir ki, narkotik vasitə satmamış və bu cür niyyəti də olmamışdır. Onun gecələdiyi yer açıqlıq bir ərazi olduğundan güman etmişdir ki, kimsə həmin narkotik vasitəni tapıb götürər. Bu səbəbdən də həmin narkotikin bir hissəsini ayırıb həmin yerdə saxlamış, tiryəki və yerdə qalan marixuananı isə daha gizli yer tapıb saxlamaq üçün özü ilə götürüb yer axtaran zaman yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır”. Bundan başqa iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəydən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Göründüyü kimi narkoloji tibbi yoxlamanın rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkmişdir. Bu da Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitələrdən istifadə etməməsilə bağlı verdiyi ifadəsinin həqiqətə uyğun olmadığnı göstərir. Həmçinin məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 17.09.2019-cu il tarixli hökmü tədqiq edilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində uzun müddət narkotik vasitələrdən istifadə etdiyini, narkomaniya xəstəliyindən əzab çəkdiyini bildirərək ona elan edilmiş CM-in 234.1-ci maddəsilə özünü təqsirli bilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24.07.2021-ci il tarixdə saat 17.40 radələrində müalicə aldığı müəssisədə ölmüşdür. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə). Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən isə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır (həmin Məcəllənin 44.2.1-1-ci maddəsi). Həmçinin həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin öldüyü üçün cəza təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs məxsus bazar çantasından aşkar olunub götürülmüş təmiz çəkisi 7750 qram narkotik vasitə olan qurudulmuş marixuana və həmin çantanın içərisində qara rəngli torbanın içərisindəki bir ədəd ağ rəngli polietilen sellofan paketə bükülmüş təmiz çəkisi 945 qram narkotik vasitə olan tiryək, həmçinin Gəncə şəhəri Poçt qəsəbəsində açıq ərazidə olan hasarın dibində nar ağacının budaqları arasında gizlətdiyi üzərində «Azərbaycan» sözü yazılmış bir ədəd göy rəngli sellofanın içərisindən aşkar olunub götürülmüş təmiz çəkisi 1800 qram narkotik vasitə olan qurudulmuş marixuana narkotik vasitələrin ekspertizadan qaytarılmış qalıqları, yəni ayrı-ayrılıqda 7749,8 qram narkotik vasitə olan qurudulmuş marixuana, 944,8 qram narkotik vasitə olan tiryək və Gəncə şəhəri Poçt qəsəbəsində açıq ərazidə nar ağacının budaqları arasından aşkar olunub götürülmüş 1799,8 qram qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 02 (iki) ədəd DVD disk cinayət işi materiallarına əlavə edilərək saxlanılmalıdır. Təqsirləndirilən şəxs öldüyü üçün məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 346, 347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin öldüyü üçün cəza təyin edilməsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs məxsus bazar çantasından aşkar olunub götürülmüş təmiz çəkisi 7750 qram narkotik vasitə olan qurudulmuş marixuana və həmin çantanın içərisində qara rəngli torbanın içərisindəki bir ədəd ağ rəngli polietilen sellofan paketə bükülmüş təmiz çəkisi 945 qram narkotik vasitə olan tiryək, həmçinin Gəncə şəhəri Poçt qəsəbəsində açıq ərazidə olan hasarın dibində nar ağacının budaqları arasında gizlətdiyi üzərində «Azərbaycan» sözü yazılmış bir ədəd göy rəngli sellofanın içərisindən aşkar olunub götürülmüş təmiz çəkisi 1800 qram narkotik vasitə olan qurudulmuş marixuana narkotik vasitələrin ekspertizadan qaytarılmış qalıqları, yəni ayrı-ayrılıqda 7749,8 qram narkotik vasitə olan qurudulmuş marixuana, 944,8 qram narkotik vasitə olan tiryək və Gəncə şəhəri Poçt qəsəbəsində açıq ərazidə nar ağacının budaqları arasından aşkar olunub götürülmüş 1799,8 qram qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 02 (iki) ədəd DVD disk cinayət işi materiallarına əlavə edilərək saxlanılsın. Təqsirləndirilən şəxs öldüyü üçün məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilsin. Hökmdən 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-38/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-38/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver