Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-38/2024 14.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11 və X20, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X39 və Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Oqtay oğlunun iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, ev 89, mənzil 4-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Səfəvilər küçəsi, ev 34də yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X17 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsi və qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi təqsirləndirilməsinədair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 bir qrup şəxslə özgəsinin əmlakını qanunsuz götürmək məqsədi ilə yaşayış sahəsinə sındırmaqla girib hücuma məruz qalanın sağlamlığına ağır bədən xəsarəti yetirməklə və zərər çəkənə mühüm ziyan vurmaqla basqın edib quldurluq etmiş, digər şəxsi tamah məqsədi ilə qəsdən öldürmüş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edibsaxlayaraq daşımışdır. Belə ki, o, xx.xx.2000-ci il tarixdə axşam saatlarında tanışları X52 və X45 ilə birlikdə Gəncə şəhər İcra hakimiyyətinin qarşısında yerləşən çay evində Xəyal Səfərovun qonşusu, 1939-cu il təvəllüdlü X8 yaşadığı evə basqın etməklə sonuncunu zərərsizləşdirib 30000 ABŞ dolları pulunu ələ keçirmək barədə razılıq əldə etdikdən sonra, bir qrup şəxs halında qabaqcadan müəyyən edilmiş plana və ümumi cinayətkar niyyətə uyğun olaraq Solmaz Yolçuyevanın yaşadığı ünvan 1 ünvana gəlib, qonşuluqdakı Xəyal Səfərovun yaşadığı evin həyətyanı sahəsindən Solmaz Yolçuyevanın yaşadığı evin həyətyanı sahəsinə keçərək, yaşayış evinin qapısını təpiklə vurmaqla sındırıb içəri daxil olmaqla, əvvəlcə o, əli ilə yatmış vəziyyətdə olan Solmaz Yolçuyevanın ağzını tutaraq yataqdan qalxmasına mane olmuş, həmin vaxt otağa daxil olan Arzu Hacıyev və XəyalSəfərov isə müqavimət göstərən S.Yolçuyevanın əl və ayaqlarını mələfə ilə bağlayıb, pulun yerinin bildirməsi ilə bağlı tələblərini yerinə yetirmədiyi üçün quldurluq niyyəti ilə onu bir qrup şəxs halında öldürmək məqsədi ilə ona döş qəfəsinin sol tərəfində doqquz qabırğanın beş anatomik xəttlər üzrə, sağ tərəfdə isə doqquz qabırğanın dörd anatomik xəttlər üzrə sınığı, döş sümüyünün köndələn sınığı kimi sonuncuya sağlamlığa ağır dərəcəli bədən xəsarətləri və sağ əlin qançırı, üst dodağın yara və qansızma kimi yüngül dərəcəli bədən xəsarətləri yetirib, zərərçəkmişin özünü müdafiə etmə imkanını aradan qaldırmaqla onuzərərsizləşdirib zərərçəkmişin həyatdan məhrum edilməsi ilə bağlı köməklik etdikdən sonracinayətkar plana uyğun olaraq o, Xəyal Səfərovla birlikdə pulun tapıb götürmək üçün yaşayış evini axtarmağa başlayıb pəncərəni sındırmaqla evin digər otaqlarına daxil olmuş, Arzu Hacıyev isə ümumi niyyətə uyğun olaraq qəsdən öldürmək məqsədilə Solmaz Yolçuyevanın arxadan üzərinə çıxıb əlləri ilə onun boyun nahiyəsini arxadan tutub sıxaraq boğma zamanı ölümünə səbəb olmaqla sağlamlığa ağır zərərəvurmaya aid olan hər iki gözlərin konyuktivalarına, ağciyərlərin plevrası altına, ürəyin xarici qişası altına qansızmaların olması, sifətin sionetik və ödemli olması, dilaltı sümüyün sağ buynuzunun sınması, qanın boşluqlarda maye halda olması, daxili orqanların doluqanlı olması, çənəaltı nahiyyədə sıyrığın olması əlamətləri ilə müşayiət olunan xəsarətlər yetirib mexaniki asfiksiya nəticəsində Solmaz Yolçuyevanı tamah məqsədi ilə qəsdən öldürmüş, bundan sonra hər üçü Solmaz Yolçuyevaya məxsus sandığı götürüb evin giriş qapısından çıxararaq təxminən 200 metr məsafəyə aparıb sandığın qıfılını sındıraraq, içərisindəki paltarların arasından 220 ABŞ dolları və bir ədəd qızıl üzüyü götürdükdən sonra sandığı paltarlarla birlikdə həmin yerə atıb bir qrup şəxslə özgəsinin əmlakını qanunsuz götürmək məqsədi ilə yaşayış sahəsinə sındırmaqla girib S.Yolçuyevaya mühüm ziyan vurmaqla Solmaz Yolçuyevanın sağlamlığına ağır bədən xəsarəti yetirərək basqın edib quldurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, qanunsuz olaraq, narkotik vasitə olan metadonun təsir maddəsinin miqdarı 0.04 qram təşkil edən üzərində “methadone-40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində bir ədəd qəhvəyi rəngli, dairəvi formalı həbi əldə edərək üzərində daşıyarkən, 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 94-cü maddənin birinci hissəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra 16 avqust 2022-ci il tarixdə saat 18:10-da Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilərkən onun üzərinə baxış zamanı əynində olan şalvarın sağ yan cibindənnarkotik vasitə olan metadonun təsir maddəsinin miqdarı 0.04 qram təşkil edən üzərində “methadone-40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində bir ədəd qəhvəyi rəngli, dairəvi formalı həb aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Oqtay oğlu 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddəsinin birinci hissəsi ilə özünü təqsirli bilməyərək və qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək göstərmişdir ki, X52 ilə 1998-ci il tarixdə X37 şəhərində tanış olmuş və oradan dostluq münasibətləri yaranmışdır. 1999-cu il tarixdə X45 ilə Gəncə şəhərində kafedə tanış olmuş və dostluq münasibətləri yaranmışdır. İlk məhkumluğu da Xəyal ilə birlikdə narkotik vasitə istifadə etmələrinə görə yaranmışdır. 2000-ci ilin fevral ayının əvvəllərində Arzu Hacıyev və Xəyal Səfərovla birlikdə Kəpəz stadionu tərəfdən Xəyalın yaşadığı keçmiş Lenin indiki Ş.İ.Xətai propektinə tərəf Fizuli küçəsi ilə piyada hərəkətdə olan zaman, bir nəfər ağ saçlı yaşlı qadının orta yaşlı təxminən 30-35 yaşlı bir nəfər kişi ilə sözlü uca səslə pul mübahisəsi etdiklərinin şahidi ola-ola küçədən hərəkət edərək keçib getdikdə, onunla Arzu Xəyala bu məsələni araşdırmağı xahiş etmişlər. 2000-ci ilin fevral ayının 14-ü axşam saatlarında Gəncə şəhər İcra hakimiyyətinin qarşısında Xəyal Səfərov və Arzu Hacıyevlə birlikdə çayçıda oturarkən, Xəyal onlara qonşuluğundakı sələmə pul verən qadınla şahidi olduqları mübahisə edən şəxsin 30000 ABŞ dolları pul qaytardığını Xəyala dediyini bildirmişdir. Bundan sonra talama məqsədi ilə həmin sələm verən qadının evinə girməyi Xəyal onlara təklif etdikdə o razılaşmamış, beləliklə də Solmaz Yolçuyevanın evinə girilməsində və sonuncunun ölüdürülməsində iştirak etməmişdir. X25 öldürülməsi barədə eşitdikdə başa düşmüşdür ki, Arzu Hacıyev və Xəyal Səfərov planladıqları cinayəti törətmişlər. Lakin hadisə barəsində heç kimə bildirməmiş, hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. CM-in 234.1-ci maddəsinə münasibətdə bildirmişdir ki, o, narkotik maddə aludəçisi olmuşdur. Barəsində Gəncə şəhər prokurorluğunda istintaq olunan cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq xx.xx.2022-ci il tarixdə saat 18:10 dəqiqədə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Orada üzərinə baxış keçirən zaman əynində olan şalvarının sağ yan cibindən 1 ədəd qəhvəyi rəngli kəsilmiş konvalyutda narkotik tərkibli “Metadon” dərman həbi, 1 ədəd sarı rəngli alışqan və 1 ədəd qəhvəyi rəngli təsbeh aşkar edilərək götürülmüşdür. Ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tanınaraq, üzərindən aşkar edilmiş 1 ədəd qəhvəyi rəngli kəsilmiş kanvalitdə narkotik tərkibli “Metadon” dərman həbinə baxış keçirilmişdir. Həmin narkotik tərkibli “Metadon” dərman həbi zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar və onun tərəfindən imzalanıb bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan “Metadon” dərman həbini bir gün bundan qabaq xx.xx.2022-ci il tarixdə təxminən günorta vaxtı Gəncə şəhəri Nizami prospektində yerləşən Mərkəzi Univermağın yanında yerdən tapmış, üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddəsinin birinci hissəsi ilə olan ittihama münasibətdə ifadəsində ziddiyətlər olduğuna görə CPM-in 327-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ifadəsi elan edilmiş, Elsəvər Məmmədov quldurluq və narkotik vasitə saxlamaq cinayətini etiraf edərək, lakin adam öldürməni onun etmədiyini və əməlindən peşman olduğunu qeyd etməklə, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə istintaqa verdiyi ifadələrində bildirmişdir ki, X52 ilə 1998-ci il tarixdə X37 şəhərində tanış olmuş və oradan dostluq münasibətləri yaranmışdır. 1999-cu il tarixdə X45 ilə Gəncə şəhərində kafedə tanış olmuş və dostluq münasibətləri yaranmışdır. İlk məhkumluğu da Xəyal ilə birlikdə narkotik vasitə istifadə etmələrinə görə yaranmışdır. 2000-ci ilin fevral ayının əvvəllərində Arzu Hacıyev və Xəyal Səfərovla birlikdə Kəpəz stadionu tərəfdən Xəyalın yaşadığı keçmiş Lenin indiki Ş.İ.Xətai propektinə tərəf Fizuli küçəsi ilə piyada hərəkətdə olan zaman, bir nəfər ağ saçlı yaşlı qadının orta yaşlı təxminən 30-35 yaşlı bir nəfər kişi ilə sözlü uca səslə pul mübahisəsi etdiklərinin şahidi ola-ola küçədən hərəkət edərək keçib getdikdə, onunla Arzu Xəyala bu məsələni araşdırmağı xahiş etmişlər. 2000ci ilin fevral ayının 14-ü axşam saatlarında Gəncə şəhər İcra hakimiyyətinin qarşısında Xəyal Səfərov və Arzu Hacıyevlə birlikdə çayçıda oturarkən, Xəyal onlara qonşuluğundakı sələmə pul verən qadınla şahidi olduqları mübahisə edən şəxsin 30000 ABŞ dolları pul qaytardığını Xəyala dediyini bildirmişdir. Bundan sonra həmin sələm verən qadının evinə basqın etməyi Xəyal onlara təklif etdikdə bununla razılaşaraq, 14 fevral 2022-ci il tarixdə axşam saatlarında hava qaranlıq olan vaxt pulu ələ keçirmək məqsədilə trolleybusla dəmiryolu vağzalı istiqamətində Xəyalın evinə tərəfə birlikdə yollanmışlar. Belə ki, Xəyal həmin sələm verən qadının qonşuluğunda yaşamışdır. Keçmiş Lenin indiki Ş.İ.Xətai propektində Xəyalın evinin qarşısında trolleybusdan düşərək, Xəyalın evinə daxil olmuşlar. Xəyalın evində girəcəkləri evdə iz buraxmamaq üçün ayaqlarına və əllərinə sellofan torba taxmışlar. Daha sonra Xəyalın yaşadığı evin həyətyanı sahəsindən Xəyal və Arzu ilə birlikdə qonşu həyətə düşmüşlər. Həmin həyətyanı sahədə birmərtəbəli ev və onun qarşısında birmərtəbəli tikili olmuşdur. Birmərtəbəli tikilidə həyətyanı sahəyə baxan iki ədəd taxta qapı olmuşdur. Tikiliyə baxdıqda sağ tərəfdəki taxta qapı açıq olmuş və həmin qapıdan içəri ilk o daxil olmuşdur. Həmin otağın anbar kimi istifadə olunduğunu düşünərək, daha sonra tikilinin digər taxta qapısını yoxladıqda qapının arxadan bağlı olduğunu, otaqdan xorultu səsinin gəldiyini eşitmiş və taxta qapını təpiklə vuraraq, qapını sındırıb otağa daxil olduqda bir nəfər qadının çarpayıda uzandığını və qapını təpiklə açma səsinə oyandığını görərək, dərhal sağ əli ilə qadının ağzını tutaraq, çığırmamasını, səssiz qalmasını, 5 dəqiqəyə işlərini görüb çıxacaqlarını deyərək, uşaqlara gəlib qadını tutmalarını, evi axtarmağa getdiyini demişdir. Bundan sonra Arzu qadının ağzını əli ilə tutmuş və o, otaqdan çıxaraq, həyətyanı sahədəki birmərtəbəli evə qarşısındakı açıq olan taxta qapısından daxil olmuşdur. Bu zaman Xəyal arxası ilə gəlmişdir. Arzu isə qadının yanında qalmışdır. Xəyalla daxil olduqları evin ilk otağı zal kimi istifadə olunan otaq olmuş və həmin otaq tamamilə boş olmuşdur. Həmin otaqdan digər iki otağa qapı olmuşdur. Otaqların birinə daxil olduqda o boş olmuşdur. Digər otağa daxil olduqda həmin otaqda taxtadan hazırlanmış üzəri dəmir örtüklə bəzənmiş sandıq və sandığın üzərində yorğanlar, sandığın ön tərəfində dəmir qıfıl olmuşdur. Həmin an qıfılı əllərilə açmağa cəhd etsələr də aça bilmədiklərindən, sandığı özlərilə aparmağı planlaşdırmışlar. Bu zaman Arzu otağa daxil olaraq qadının öldüyünü dedikdə, bunun səbəbini Arzudan soruşduqda, Arzu onlara sakit durmadığından qadını öldürdüyünü bildirmişdir. Onlar da, həyəcanlanaraq, sandığı da götürüb evin giriş darvazasından çıxaraq, Kəpəz stadionuna tərəf sandığı aparmışlar. Yolda sandığı növbəli olaraq iki nəfər daşımışdır. 100-150 metr getdikdən sonra Xəyal yoldan dəmir parçası taparaq, gəlib sandığın qıfılını sındırmışdır. Sandığı açdıqdan sonra içərisində parça olduğunu görmüş və parçaları silkələyərək arasında pul axtarmağa başlamışlar. Sandığı axtardıqdan sonra onun içərisindən kağıza bükülmüş 220 ABŞ dolları və bir nazik qızıl üzük aşkar edərək götürüb, sandığı və parçaları orada qoyaraq, oranı tərk etmişlər. Həmin gecə dəmiryolu vağzalındakı kafeyə gedərək, həmin puldan xərcləyərək yemək yemiş, yerdə qalan pulu isə aralarında bölüşdürmüşlər. Hadisədən sonra mütəmadi olaraq mənəvi narahatçılıq keçirmiş və hərəkətlərindən peşman olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, 14 fevral 2000-ci il tarixdə Xəyal Səfərov və Arzu Hacıyevlə birlikdə Gəncə İcra hakimiyyətinin qarşısında çayçıda oturarkən, Xəyal onlara qonşuluğundakı sələmə pul verən qadına şahidi olduqları mübahisə edən şəxsin 30000 ABŞ dolları pul qaytardığını Xəyala dediyini bildirdikdən sonra həmin sələm verən qadının evinə basqın etməyi Xəyal onlara təklif etdikdə bununla razılaşaraq, pulu ələ keçirmək məqsədilə həmin ünvana doğru yollanmışlar. İlk dəfə 14 fevral 2000-ci il tarixdə hazırki cinayəti törətmək barədə razılığa gələrək, törətmişlər. Bundan sonra həmin şəxslərlə hər-hansı bir cinayəti törətməkdə əlbirlikləri olmamışdır. Yalnız 2000-ci ilin ortalarında Xəyalla birlikdə narkotik vasitə gəzdirməyə görə tutulmuşlar. Hadisə vaxtı üzərində olan, həmçinin Xəyalın və Arzunun, Solmaz Yolçuyevanın üzərindəki paltarları xatırlamır. Solmaz Yolçuyevanın yatdığı otaqda çarpayının olduğunu xatırlayır. Qaranlıq olduğundan digər əşyaları görə bilməmişdir. Solmaz Yolçuyevanın evindən götürdükləri sandıq Solmaz Yolçuyeva yatdığı birmərtəbəli tikilinin yaxınlığındakı digər birmərtəbəli evin daxili otağında olmuş və sandıq taxtadan olmaqla üzərində dəmir işləmələr və qarşısında bir ədəd dəmir qıfıl olmuşdur. Xəyalla evin daxili otağında sandığın qıfılını açmağa çalışarkən Arzu otağa daxil olaraq, qadını öldürdüyünü dedikdən sonra, Arzudan bunu səbəbini soruşduqda Arzu onlara sakit durmadığından qadını öldürdüyünü bildirmişdir. Bundan sonra onlar sandığı götürüb evin giriş darvazasından çıxmışlar. Heç biri qorxduqlarından qadının öldüyünü yoxlamaq üçün yanına getməmişlər. Arzu dediyinə görə həmin qadını boğaraq öldürmüşdür. Xəyalla birmərtəbəli evin daxili otağına girərkən və otaqda olarkən hər-hansı bir səs-küy eşitməmişdir. Cinayəti törətməyilə bağlı heç kimə məlumat verməmişdir. 14 fevral 2000-ci il tarxixdə onun təxminən 95-100 kq çəkisi olmaqla, boksla məşğul olmuşduü. Xəyal və Arzunun çəkiləri təxminən 70-75 kq olmuşdur. 14 fevral 2000-ci il tarixdə Xəyal Səfərov və Arzu Hacıyevlə birlikdə Solmaz Yolçuyevaya məxsus evə daxil olarkən onun, Xəyalın, Arzunun əlində və üzərində silah və ya silah qismində istifadə olunan əşya olmamışdır. Xəyal Səfərov və Arzu Hacıyevi sonuncu dəfə hadisədən bir müddət sonra görmüş və həmin ildən sonra onlarla əlaqəsi kəsilmişdir. Sonradan ona məlum olmuşdur ki, Xəyal Səfərov 2001-ci il tarixdə Qazaxıstan Respublikası, Almaatı şəhərində, Arzu Hacıyev isə 2004-cü ildə Rusiya Federasiyası Sankt Peterburq şəhərində öldürülmüşdür. Solmaz Yolçuyevaya məxsus evdə o, Arzu, Xəyal və Solmaz Yolçuyeva olmuş, başqa heç kim olmamışdır. X8 üzərində aşkarlanmış xəsarətlərin hansı şəraitdə yaranması ilə bağlı bir söz deyə bilmir. Solmaz adlı qadının ağzını tutanda çırpınaraq, qışqırmağa can atmışdır. O da arvada demişdir ki, “səs-küy salma, bizi səni öldürməyə vadar eləmə, biz evdə pul və qızıl-zinət əşyaları götürmək istəyirik”. Bundan sonra Arzu və Xəyala səslənmişdir ki, “gəlin arvadın ağzını tutun, mən evə getdim”. Məqsədləri 30000 ABŞ dolları pulu ələ keçirmək olmuşdur. Həmin vaxt onlar razılığa gəlmişlər ki, “əgər Solmaz adlı qadın bizə müqavimət göstərsə, lazım olarsa onun əl-qolunu tutardıq və nə olursa olsun evindən pul və qızıl-zinət əşyaları götürməliydik”. Yəni evə girmişlərsə pul və qızıl-zinət əşyalarını götürmək başlıca məqsədləri olmuşdur. Solmaz Yolçuyeva onu, Xəyal və Arzunu qaranlıq olduğundan görsə belə, üzlərini tanımaq imkanı olmamışdır. Solmaz Yolçuyeva hadisədən əvvəl yalnız qonşusu kimi Xəyal Səfərovu tanımışdır. Onu amma dəqiq tanımamışdır. O, qadını gördükdə çarpayıda uzanıqlı olaraq, içəri daxil olduqlarından çarpayıdan dikəlmək istədikdə sağ əlilə ağzından tutaraq, çarpayıya sıxıb sakit durmasını söyləmişdir. O, otaqdan çıxdıqdan sonra qadının qollarının və belinin mələfəyə dolanmasından və hansı şəraitdə ölməsindən məlumatı olmamışdır. Yalnız Arzu ona qadını boğaraq öldürməsini dediksən sonra Solmazın ölməsindən xəbəri olmuşdur. Evin qapısı bağlı olduğundan şüşəbəndin evin həyətinə baxan pəncərəsini əlilə sındıraraq, pəncərini açıb ilk olaraq o, ardınca isə Xəyal balkona daxil olub, sandığı götürdükdən sonra da həmin açıq pəncərədən çıxaraq, evin giriş darvazasından çıxıb uzaqlaşmışlar. Xəyal ona Solmazın dəyərli əşyalarını sandıqda saxlamasını dediyindən evdə axtarış keçirmədən bir başa sandığı taparaq açmağa çalışmışlar. Sandığı aça bilmədiklərindən də götürüb pəncərədən çıxarıb aparmışlar. Törətdikləri cinayət yəni evə basqın edib qadın öldürdüklərindən o artıq onlarla yoldaşlıq edə bilməyərək, bu əmələ görə həmişə peşmançılıq çəkmişdir. 15 fevral 2000-ci il tarixdə axşam saatlarında Gəncə İcra hakimiyyətinin qarşısında Arzu və Xəyalla görüşdükdən sonra, tralleybusla keçmiş Ş.İ.Xətai prospektində Xəyalın nənəsigilin evinin yaxınlığında dayanacaqda düşdükdən sonra, Arzu və o dayanacaqda gözləyərkən, Xəyal yolu keçib nənəsigilin həyətyanı sahəsinə daxil olub, orada qohumlarının yatıb-yatmamasını müəyyən etmişdir. 20-30 dəqiqə sonra Xəyal gələrək, nənəsigildə hamının yatdığını, Solmazgilin evinə düşə biləcəklərini bildirmişdir. Hamısı dayanacaqda birlikdə siqaret çəkərək, Xəyalın qohumlarının yaşadığı həyətyanı sahəyə girib, əl və ayaqlarına sellofan torba keçirərək, Solmazın həyətinə düşmüşlər. Həmin vaxtlar troleybuslar axşam saat 11- 12 radələrinədək işləmişdir. Xəyal yəqinki Arzu ilə o dayanacaqda gözlədikləri vaxt gedib siqaret almışdır. Çünki Xəyal yanlarına qayıtdıqdan birdə sandığı açıb, dəmiryolu vağzalına gedib yemək yedikdən sonra ondan aralanmışdır. Solmaz Yolçuyevanın yaşadığı Gəncə şəhəri Fizuli küçəsi ev 28-də əvvəllər olmamışdır. Həmin evə 15 fevral 2000-ci il tarixdə Arzu və Xəyalla birlikdə girmişdir. Xəyal onlara evdə heç kimin olmayacağını, evdəkilərin harasa gedəcəklərini demişdir. Amma o evdə Solmazdan başqa kiminsə yaşadığını və kim olduqlarını bilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa verdiyi ifadəsində 2000-ci ilin fevral ayının 14-ü Xəyalın yaşadığı evin həyətyanı sahəsindən Xəyal və Arzu ilə birlikdə qonşu həyətə düşərək, həyətyanı sahədə sol tərəfdəki tikilinin açıq taxta qapısından içəri daxil olduqda, ilk otağı zal kimi istifadə olunan otaq olduğunu, həmin otağın tamamilə boş və həmin otaqdan digər iki otağa qapı olduğunu, otaqların birinə daxil olduqda boş olduğunu, az sonra Xəyalın yanına gəldiyini və evin digər otağına daxil olduqda həmin otaqda taxtadan hazırlanmış üzəri dəmir örtüklə bəzənmiş sandıq və sandığın üzərində yorğanlar olduğunu, sandığın ön tərəfində dəmir qıfıl olduğu, həmin an qıfılı əllərilə açmağa cəhd etsələr də aça bilmədiklərindən, sandığı özlərilə aparmağı planlaşdırdıqları zaman Arzu otağa daxil olaraq evdə Solmaz adlı qadının olduğunu və onu öldürdüyünü dedikdə, bunun səbəbini Arzudan soruşduqda, Arzu onlara sakit durmadığından qadını öldürdüyünü bildirdiyini, həyəcanlanaraq sandığı da götürüb evin giriş darvazasından çıxaraq, Kəpəz stadionuna tərəf sandığı apardıqlarını, əvvəlki ifadələrini özü uydurduğunu, hadisənin qeyd etdiyi kimi olduğunu, həmin evdə Solmaz Yolçuyevanın olmasını bilmədiyini, Arzunun gəlib öldürdüyünü dedikdə Solmazın evdə olmasını bildiyini, hadisə baş verən vaxt Solmaz Yolçuyevanı görmədiyini, Solmaz Yolçuyevanın yatdığı, həmçinin öldürüldüyü otaqda olmadığını, həmin evdə pəncərə sındırmadığını və pəncərədən heç bir otağa daxil olmadığını, daxil olduğu otaqlara açıq qapısından girdiyini və evin giriş darvazasından çıxaraq uzaqlaşdığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaq zamanı tədqiqi edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs foto və videoçəkiliş aparılmaqla keçirilmiş ifadəsinin yerində yoxlanılması haqqında 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs Oqtay oğlu ona isnad edilən cinayəti törətməsi faktı ilə bağlı şübhəli şəxs qismində istintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək, hadisə yerində hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X21 bildirmişdir ki, Gəncə şəhəri, Təbriz küçəsi, ev 13, mənzil 16-da qeydiyyatda olmaqla, Gəncə şəhəri Gülüstan qəsəbəsi, bina 4, mənzil 23-də ailəsilə birlikdə yaşayır. Atası Fikrət 2000-ci ilin yanvar ayının əvvəllərində Rusiya Federasiyasında vəfat etmişdir. X57 isə xx.xx.2011-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Rzaqulu qızı xalası olmuşdur. X54 şəhəri, Fizuli küçəsi 28 saylı evdə yaşamışdır. Onun Samir adlı bir oğlu var. Samir təxminən 1993-cü ildən Almaniyada yaşayır. Xalası eltisi Solmaz və qızı Zümrüdlə yaşaymışdır. Xalası öldürüldükdən sonra ev eltisi Solmaza qalmışdır. Xalası təqaüdə çıxdıqdan sonra alver etmişdir. Xalası Solmaz öldürülməmişdən 3-4 gün qabaq anası Azadə ilə atasının qara bayramı ilə əlaqədar məsləhət almağa xalasıgilə getmişlər. 15 fevral 2000-ci il tarixdə anası Azadə bazara getmiş, o isə xəstlələndiyindən evdə tək olmuşdur. Saat 11:30-da xalasının evində kirayədə qalmış Mehman yaşadıqları evə gəlib anasını soruşaraq, ona xalası Solmazın öldürüldüyünü və evindən oğurluq edildiyini bildirdikdən sonra, çıxıb getmişdir. Anası bazardan qayıtdıqdan sonra anasına Mehmanın dediklərini bildirmiş və taksiylə xalasıgilə getmişlər. Xalasıgilin evində şüşəbəndin bir gözünün aşağı şüşəsinin sındığını, pəncərə taybatay olduğunu görmüş, şüşəni sındırıb pəncərənin çəftəsini açdıqlarını fikiləşmişdir. Xalasının meyiti əl damında çarpayının yanında yerdə ayaqları birbirinə bağlanmış vəziyyətdə olmuşdur. Əl damının qapısı taxtadan olmaqla, kilidi yerindən çıxıb harasa düşmüşdür. Otaqda olan əşyalar yerində olmuşdur. Anası sandığın aparıldığını demişdir. Polis əməkdaşlarının sandığı evin yaxınlığından tapıb-götürdüklərini eşitmişdir. Xalası Solmazı kimin öldürməsini bilməmiş, lakin həmin vaxt eşitmişdir ki, xalası Solmazın qonşuluğunda yaşamış Xəyal adlı biri xalasının öldürüldüyü gecə qonşu Yaşardan bir qutu siqaret almışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs Oqtay oğlunu və X40 tanımamışdır. X45 isə xalası Solmazın həyətyanı qonşusu Minayənin nəvəsi olduğunu xatırlayır. Xəyalı tanımamış, lakin həmin vaxt eşitmişdir ki, xalası Solmazın qonşuluğunda yaşamış Xəyal adlı biri xalasının öldürüldüyü gecə qonşu Yaşardan bir qutu siqaret almışdır. X3 ünvan 5 evindən götürülmüş 80x40x40 ölçüdə, adi naxışlı, qırmızı, qara, göy, yaşıl rəngli metal üzlü sandıq və içərisindəki əşyaları hadisədən əvvəl görməmişdir. Belə ki, xalası həmin sandığı evin arxa otağında saxlamışdır. Amma xatırladığı qədərilə həmin sandıq və içərisindəki əşyalar anası Azadənin xahişi ilə istintaq müddətində anasına qaytarılmışdır. Sonradan anası Azadənin sandığı haraya qoyduğunu bilməmişdir. Hazırda Təqsirləndirilən şəxs Oqtay oğlundan hər hansı tələbi yoxdur, cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 1997-ci ildən Gəncə şəhəri, Fizuli küçəsi ev 27-də yaşayır. 1992-ci ildən 1997-ci ilə kimi həmin küçədə X12 məxsus 28 saylı evdə kirayədə yaşamış və Solmaz Yolçuyevanı da 1992-ci ildən tanımışdır. Solmaz Yolçuyeva ilə heç bir qohumluğu və düşmənçiliyi olmamışdır. 15 fevral 2000-ci il tarixdə saat 12 radələrində Solmaz Yolçuyevanın yaşadığı evlə Ş.İ.Xətai prospektinə doğru küçənin başı hissəsində özünə məxsus Vaz 21011 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobildə taksi kimi dayanarkən, yeddi yaşlı oğlu Seymur ağlayaağlaya, yanına gəlib Solmaz xalagilə gedəndə yataq otağında arxası üstə uzandığını, deyəsən öldüyünü demişdir. Həmin vaxt qonşu Sevda küçədə olmuş və Sevdadan nə məsələ olduğunu soruşduqda, Sevda xəbəri olmadığını bildirmişdir. Küçədən Solmazın yaşadığı həyətə girəndə evin həyətə baxan pəncərəsinin açıq olduğunu və pəncərənin şüşəsinin sınıb yerə töküldüyünün şahidi olmuşdur. Bir azda irəliləyib Solmazın yatdığı otağa tərəf getdikdə, Solmazın yatdığı otağın qapısının açıq olduğunu və Solmazın həmin otaqda döşəmənin üstündə arxası üstə ölmüş vəziyyətdə olduğunu görmüşdür. O, həyətyanı sahəyə girdikdə orada heç kim olmamışdır. Sevda ona dərhal polisə məlumat vermək lazım oluğunu dedikdən sonra qonşulardan kimsə polisə məlumat verdi və o, Solmazın bacısı Azadəyə məlumat vermək üçün Mahrasa bağında yerləşən evlərinə getmişdir. Azadə evdə olmadığından oğlu Etibara Solmazın öldüyünü demişdir. Solmazı sonuncu dəfə 14 fevral 2000-ci il tarixdə günorta saatlarında küçədə qonşu Sevda ilə söhbət edərkən görmüşdür. Solmazı kim və nəyə görə öldürdüyünü bilməmişdir. Bundan başqa o, 2000-ci il fevral ayının 14-dən 15-nə keçən gecə Solmaz Yolçuyevanın yaşadığı ünvan 5 evdən səs-küy eşitməmişdir. Belə ki Solmaz Yolçuyevanın yaşadığı evlə onun yaşadığı ev arasında 5-6 ev olmuşdur. Təqsirləndirilən şəxs Oqtay oğlunu və X40 tanımamışdır. X31 tanımışdır. Belə ki, Xəyal qonşuluqda yaşayan Minayənin nəvəsi olmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 həmin xüsusatları təsdiq edərək Şahid1la oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıyeva(Sadıxova) Sevda Sabir qızı ifadəsində bildirmişdir ki, Gəncə şəhəri Fizuli küçəsi ev 30-da yaşayan X46 ilə 1984cü il tarixdə evlənərək ailə quraraq, həmin ünvanda yaşayır. Qonşuluqda yaşamış X13 qonşu kimi 1984-cü ildən tanımış, onunla qohumluq və düşmənçiliyi olmamışdır. Münasibətləri yaxşı və səmimi olmuşdur. Əri Yaşar və o yaşadıqları ünvanın qarşısında dükanda ərzaq və sənaye malları alıb-satmışlar. Hər gün səhər həmin dükanı açaraq, axşam saat 23-24 radələrinədək dükanda olmuşlar. Sonra yenə mağazanı yığışdırıb evə qoymuşlar. 15 fevral 2000-ci ildə saat 11-12 radələrində evin qarşısında olduqda, qonşusu Mehmanın oğlu X26 yaşadığı evdən ağlaya-ağlaya çıxdığını görmüşdür. O, Solmaz Yolçuyevanın yaşadığı evə tərəf gedərək, evin giriş darvazasının açıq qapısından həyətyanı sahəyə boylandıqda, həyətyanı sahənin sağ tərəfində yerləşən evin aynabəndinin şüşəsinin qırılmış vəziyyətdə yerə töküldüyünün şahidi olmuşdur. O, həyətyanı sahəyə girməyə ehtiyyat etmiş, qonşu Mehman və digərləri gəldikdən sonra onlar içəriyə daxil olmuşlar. Bir müddət sonra içəridən çıxan qonşular Solmaz Yolçuyevanın boğularaq öldürüldüyünü deyərək, dərhal polisə məlumat vermişlər. Bundan sonra həmin ünvana gələn Solmaz Yolçuyevanın bacısı Azadə Solmazın evindən sandığın aparıldığını demişdir. O, Solmazı kim və nəyə görə öldürdüyünü bilməmişdir. Solmazın meyitinin aşkarlanmasından bir müddət sonra evindən götürülmüş sandığın evdən təxminən 200 metr aralıda aşkarlandığı onlara məlum olmuşdur. Solmaz Yolçuyeva riyaziyyat müəllimi işləmiş, pensiyaya çıxdıqdan sonra isə evində pal-paltar satmaq və sələmə pul verməklə məşğul olmuşdur. Lakin o və Yaşar Solmazdan borc pul götürməmişlər. Solmaz gün ərzində evinin qarşısında, o isə öz evinin qarşısındakı dükanda oturaraq, söhbətləşmişlər. Xasiyyətcə Solmaz tünd xarakterli olmuş və qonşularla gediş-gəlişi olmamış, şəkər xəstəliyindən əziyyət çəkmişdir. Solmazın əri Sabir rəhmətə getmişdir. Solmazın oğlu Samir Almaniyada yaşamışdır. 90-cı illərin ortalarında Yolçuyeva Solmazın eltisi X44 küçəsi 28 saylı ev üstündə məhkəmə mübahisələri olduğundan, Solmaz Yolçuyeva ona evində olan bir neçə dəyərli əşyasını saxlamağa vermişdir. Həmin əşyalar bir ədəd köhnə qadın üzüyü, bir ədəd fionit qaşlı üzük, bir cüt brilyant qaşlı sırğa, yeddi ədəd xrustal qablar olmuşdur. 15-20 gün sonra, qonşuların iştirakı ilə həmin əşyaları Solmaza qaytarmışdır. Solmazın evində olmuş, lakin sandığın harada olmasına fikir verməmişdir. Sonuncu dəfə Solmaz Yolçuyevanı 14 fevral 2000-ci il tarixdə 16-17 radələrində görmüş, evinin qarşısında söhbət etmişlər. 12 fevral 2000-ci il tarixdə Solmaz Yolçuyeva ilə birlikdə yaşayan Solmaz Sadıxova və qızı X55 Sadıxovanın Bakı şəhərində rəhmətə gedən qardaşının 40 mərasiminə gedib, 16 fevral 2000-ci il tarixdə geri qayıtmışlar. Solmaz Sadıxovanın qardaşının Bakıda rəhmətə getməsini qonşular bilmişlər. X31 tanımışdır. Belə ki, Xəyal qonşuluqda yaşayan Minayənin nəvəsi olmuşdur. Son illərədək Xəyal və ailəsi Minayənin evində yaşamışlar. Sonradan Sadıllı qəsəbəsinə köçmüşlər. 2000-ci il fevral ayının 14-dən 15-nə keçən gecə saat 01-02 radələrində evlərində yatarkən, Xəyal evin pəncərəsini döydükdən sonra, əri Yaşar oyanıb Xəyala bir qutu siqaret satmışdır. O, Xəyalı görməsə də, səsindən Xəyal olduğunu bilmiş, əri Yaşarda qaytıdıqdan sonra həqiqətəndə çağıranın Xəyal olduğunu və ona bir qutu siqaret satdığını ona demişdir. O isə söylənərək niyə bu saatda adamı oyatdığından öz-özünə gileylənmişdir. Xəyalın anası X27 sələmə borc götürüb sonra qaytarmasını eşitmişdir. Bundan başqa o, 2000-ci il fevral ayının 14-dən 15-nə keçən gecə Solmaz Yolçuyevanın yaşadığı ünvan 5 evdən səs-küy eşitməmişdir. Həmin gecə 12 radələrində yatmış, 01-02 radələrində Xəyalın Yaşarı çağırması ilə oyanmış, Yaşar Xəyala siqaret satdıqdan sonra, yenidən yatmışlar. Təqsirləndirilən şəxs Oqtay oğlunu və X40 tanımamışdır. X31 tanımışdır. Belə ki, Xəyal qonşuluqda yaşayan Minayənin nəvəsi olmuşdur. X28 xx.xx.2012-ci il tarixdə infarktdan vəfat etmişdir. ünvan 5 ev Solmaz Yolçuyeva öldürüldükdən sonra eltisi Sadıxova Solmazın mülkiyyətinə keçmişdir. 2006-cı il tarixdə də Solmaz Sadıxova həmin evi ona satmışdır. Həmin evi aldıqdan sonra, həyətyanı sahənin sağ tərəfindəki evin şüşəbəndini sökərək, otaq halına salmış, evin digər otaqlarını təmir etdirmişdir. Həyətyanı sahənin sol tərəfindəki tikililərə, yəni Solmaz Yolçuyevanın meyitinin aşkarlandığı otaqda, hamam və tualetdə təmir işləri gördürsə də, konstruktiv dəyişiklik etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X46 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Fizuli küçəsi ev 30-da uşaqlıqdan yaşamışdır. Onunla bir küçədə qonşuluqda ev 28-də yaşamış mərhum X13 uşaqlıqdan tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi olmamışdır. Yaxın bir qonşu kimi münasibətləri səmimi, mehriban olmuşdur. O, arvadı Sevda ilə yaşadığı ünvanda dükan-butka qoyub, sənaye və ərzaq mallarının alış-verişini etmişlər. Dükan-butkası yaşadığı evin qarşısında küçədə olmuşdur, yay mövsümündə dükan butkası bütün sutka ərzində işləmişdir. Soyuq qış mövsümündə malları səhər tezdən evdən dükana yığıb, axşam saat 23-24-ə kimi alver edərək sonra yenə evə daşımışlar. xx.xx.2000-ci il tarixdə saat 12 radələrində o, evdə çörək yeyərkən arvadı Sevda dükanda olmuşdur. Bu vaxt küçədən səs-küy eşidərək, küçəyə çıxdıqda qonumqonşunun Mehman, arvadı Hicran, Zülfiyyə, arvadı Sevdanın Solmazın evinin qarşısında olduğunu görmüşdür. Mehmanın balaca oğlu Seymur ağlayıb demişdir ki, “anamı öldürüblər”. Seymur Solmazı “ana” deyə çağırmış, bir neçə il Solmazın evində kirayədə yaşamışlar. Münasibətləri çox yaxşı ana-bala kimi olmuşdur. Orada yığışan adamlar Seymurun Solmazı həyətdəki yaşadığı otaqda döşəmənin üstündə arxası üstə tapdığını, içəri girmək lazım olmadığını, polisə xəbər vermək lazım olduğunu demişlər. Kimsə zəng edib polisə məlumat vermiş və biraz keçməmiş polis işçiləri gələrək, içəri girib baxdıqdan sonra Solmazın əl-ayağını bağlayıb boğub öldürdüklərini demişlər. Amma Solmazın kim tərəfindən və nəyə görə boğulub-öldürüldüyünü bilməmişdir. Solmazın bacısı Azadə Solmazın sandığının evdə olmadığını demişdir. Sonradan sandığın Pambıq zavodun qəsəbəsində tapılmasını bilmişdir. Bu hadisədən əvvəl fevral ayının 14-nən 15-nə keçən gecə təxminən saat 1-2 radələrində evdə yatdığı otağın pəncərə şüşəsinin döyülməsi səsinə oyanmış (həmin yataq otağının pəncərəsi küçəyə baxmışdır) və həmin pəncərəni açıb pəncərəni döyən qonşuluqda yaşayan Minayənin nəvəsi Xəyal olduğunu görmüşdür. Xəyaldan nə istədiyini soruşduqda ona bir paçka “Golden” siqaretinin verməsini istəmiş və Xəyala bir paçka həmin siqareti vermişdir. Xəyal siqaret üçün ona 2000 pul vermiş, Xəyala 500 manat qaytarmışdır. Həmin gecə o, dükanı küçədən evə yığışdırıb gələndə saat 23 olmuş, oturub çörək yeyə-yeyə təxminən 1 saat televizorda kinoya baxarkən işıqlar sönmüş və bundan sonra o, yatmış və pəncərənin döyülməsi səsinə, yəni Xəyalın pəncərəni döyməsi səsinə oyanmış, ona görə həmin vaxt saat 1-2 radələri olmuşdur. Xəyalın yanında kimsə olmasını görməmiş, həmin vaxt Xəyalın əynində qara rəngli plaş ya da gödəkçə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X45 ifadəsində bildirmişdir ki, 1997ci ildən Gəncə şəhər 18 saylı orta məktəbi bitirmiş, heç yerdə işləməmişdir. ona yuxuda Allah tərəfindən vergi verilmişdir. Belə ki, Qurana baxmaqla insanların taleyini üzünə demişdir. Gəncə şəhəri Fizuli küçəsi ev 28-də yaşamış mərhum Solmaz Yolçuyevanı nənəsi Minayənin qonşusu kimi uşaq vaxtlarından tanımışdır. Onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. Ailəlikcə 1995-ci ilədək ata nənəsi Minayənin Ş.İ.ünvan 2 ünvanda yerləşən evində yaşamışlar. 1995-ci ildə Sadıllı qəsəbəsinə köçmüşlər. Atası Knyaz 5-6 ay olar ki, Almaata şəhərinə getmiş, anası İradə işsiz olmuşdur. Ailədə iki bacı və bir qardaş olmuşlar. Solmaz müəllimə işləmiş və 3-4 il olarki, pensiyaya çıxmışdır. Sələmə pul verməklə və evinin qarşısında pal-paltar satmaqla məşğul olmuşdur. 1999-cu ilin iyul ayında atası Knyaz Almaataya gedəndə ona pul lazım olduğundan, anası Solmazdan sələmlə 400 dollar pul almışdır. Həmin borcu da anası İradə üç ay ərzində Solmaza tam ödəmiş, heç bir borcu qalmamışdır. Solmazın əri ölmüş, Samir adlı oğlu bir neçə ildir ki, Almanyada yaşamışdır. 15 fevral 2000-ci il tarixdə saat 12-13 radələri evlərinə yanına Qurana baxdırmağa gələn adamlardan Solmazı evində öldürüldüyünü eşitmişdir. Amma kim tərəfindən və nəyə görə öldürülməsini bilməmişdir. Elə həmin günü axşam qohum qonşuların danışmasından Solmazın evindən sandığını da apardıqlarını eşitmişdir. Həmin sandıq da pampıq zavodunun qəsəbəsindən tapılmışdır. Solmaz Yolçuyevanın anasından başqa kimsəyə sələmə pul verməsi barədə məlumatı olmamışdır. Anası İradə qonşusu Sevdadan borc pul istədikdə o anasına Solmazın sələmə pul verdiyini demişdir. Solmaz qonşuları Hicran, Zülfiyyə və Sevda ilə yaxın münasibətdə olmuşdur. Yolu düşəndə qonşu Sevdanın dükanından siqaret almışdır. Sonuncu dəfə 10-15 gün bundan öncə oradan siqaret almışdır. Belə ki, təxminən 10-15 gün bundan əvvəl axşam saat 23-24 radələrində, dəmiryolu vağzalında çayxanadan çay içib evə qayıdıb gedərkən Sevdagilin dükanından bir ədəd siqaret almışdır. Siqareti almaq üçün baxdıqda Sevdagilin dükanı yığışdırdıqlarını görmüşdür. Yaşar küçə tərəf otaqda oturub televizora baxmışdır. Həmin otağın pəncərəsini döydükdə, Yaşar pəncərəni açaraq, ona bir paçka siqaret vermişdir. Həmin siqaret üçün Yaşara 1500 manat pul verməsi indiki kimi dəqiq yadında olmuşdur. Yaşara bir ədəd minlik bir ədəd beş yüz manatlıq vermişdir. Ondan sonra Sevdanın mağazasından heç bir şey almamışdır. Bu hadisə təxminən fevral ayının ya üçü ya dördü olmuşdur. Həmin vaxt çayxanada yanında dostları Elman, Samir, İltifat və Rövşən olmuşdur. Elman dəmiryolunun alt hissəsində yaşamışdır. Küçələrinin adını bilməmiş, evlərini tanımışdır. Atasının adını familyasını bilməmiş, heç yerdə işləməmişdir. Samir beşinci blok deyilən yerdə yaşamış, evlərini tanımış, aliminium zavodunda gözətçi işləmiş, atasının adı Ramazan, familyasını bilməmişdir. İltifat poçtavoy qəsəbəsində yaşamış, evlərini tanımış, bir nömrəli şərab zavodunda gözətçi işləmiş, familyasını, atasının adını bilməmişdir. Rövşən çumaka küçəsində ikimərtəbəli binada yaşamış, evlərini tanımış, işsiz olmuş, familyasını, atasının adını bilməmişdir. Siqaret alanda tək olmuş, yanında heç kim olmamışdır. Fevral ayının 14-dən 15-nə keçən gecə saat 01-02 radələrində nənəsi Minayənin qoşusu Yaşardan siqaret almağı ilə bağlı fikirlər yalandır, bunu kim deyibsə yalan danışmışdır. Qeyd etdiyi kimi Yaşardan sonuncu dəfə fevral ayının ya üçü ya dördü siqaret almışdır. Bu da saat gecə bir iki radələri deyil, 23-24 radələrində almışdır. X46X45 ilə istintaq zamanı xx.xx.2000-ci il tarixdə olan üzləşmədə ifadəsində göstərilənləri sonuncunun üzünə qarşı demiş, lakin X63 Hacıyevin dediklərini təsdiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 1975-ci ildən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ev 10, mənzil 88-də yaşamış, Gəncə şəhəri X18 fəhlə işləmişdir. xx.xx.2000-ci il tarixdə səhər 06:50-də axşamdam yumuş olduğu paltarları suya çəkmək üçün evdən götürüb çölə çıxmışdır. Məqsədi həmin paltarları 20 saylı məktəblə yolun o biri böyründəki beşmərtəbəli yaşayış binasının qarşısındakı su kranında suya çəkmək olmuşdur. O, evdən çıxanda hava hələ tam işıqlanmamış, ala-toran olmuşdur. Təzəcə evin qarşısına yola çıxdıqda, ondan təxminən 15 metr aralıda Bakinski küçəsinə doğru əllərində çörək keçən iki nəfər qadın öz aralarında “Buna bax ay qız bu nə sandıqdır, gətirib atıblar bura, görəsən kimin evini yıxıblar” danışığını eşitmiş və bu cür danışa-danışa keçmişlər. Həmçinin, yolun sağ tərəf kənarına boylanıb baxmışlar və həmin qadınlar dayanmadan çıxıb getmişlər. O, əlindəki paltarı yerə qoyub qadınlar boylanan həmin yerə gəldikdə, yolun kənarında sahibsiz bir ədəd üzərində qırmızı, göy və qara naxışları olan dəmir sandıq olduğunu görmüşdür. Sandığın ağız qapaq hissəsi açıq vəziyyətdə və sandığın içərisindən yerə müxtəlif palpaltar tökülmüşdür. Sandığın yanında heç kim olmamışdır. O, tez polisə məlumat vermək üçün bu qəsəbədə 03 saylı binada yaşayan Aqidə müəllimənin evinə keçmiş, çünki öz evində telefon olmamışdır. Aqidə müəllimə birinci mərtəbədə yaşamış, onu yuxudan oyatmadan dəhlizdəki telefondan polisə zəng vurmuşdur. Oradan Kəpəz rayon Polis İdarəsinə 5-31-75 saylı telefona zəng etməyi demişlər. Həmin nömrəyə zəng edərək, Pambıq zavodunun qəsəbəsində çörək sexinin arxa hissəsində içərisi pal-paltarla dolu yiyəsiz bir sandıq olduğunu məlumat vermişdir. Telefona bu cür məlumat verdikdən sonra küçədə dayanıb polis işçilərinin gəlməsini gözləmişdir. Təxminən 10 dəqiqə sonra həmin yerə bir qırmızı jiquli maşını gələrək, içərisindən iki nəfər polis işçisi düşüb sandıq olan yerə yaxınlaşmışlar. O, onlara yaxınlaşmadan, kənardan əlilə sandıq olan yeri göstərərək, çıxıb getmişdir. Paltarları suya çəkib qayıdanda artıq sandıq olmadığını, polis işçiləri onu apardıqlarını görmüşdür. Həmin sandıq olan yerə diqqətlə baxanda oraya bir vərəq kağız düşdüyünü, üzərində pul borcu ilə bağlı qeydlər olduğunu görmüş və onu götürərək, Kəpəz rayon Polis İdarəsinin polislərinə təhvil vermişdir. Saat 1 radələrində qəsəbədən xeyli yuxarıda Solmaz adlı qadını evində öldürdüklərini, sandığı da evindən apardıqlarını eşitmişdir. Onda başa düşmüşdür ki, səhər-səhər gördüyü sandıq elə həmin qadının sandığı olmuşdur. Solmaz adlı həmin qadını tanımamış, onun kimlər tərəfindən və nəyə görə öldürülməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin MSY-də növbədə olan zaman Gəncə şəhəri H.Əliyev prospekti ev 89 mənzil 4-də qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Məmmədov X41 şəhər prokurorluğunda istintaq olunan 52417 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq xx.xx.2022-ci il tarixdə saat 18:10 dəqiqədə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanması mərkəzində daxili intizam qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası DİN-nin xx.xx.2021-ci il tarixli Q2-001/21 saylı qərarının 2ci bəndinin 2.3-cü hissəsinə əsasən Təqsirləndirilən şəxs Oqtay oğlunun üzərinə baxış keçirən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd narkotik vasitə “Metadon”a bənzər qəhvəyi rəngli kəsilmiş kanvalitdə kəsildiyi üçün üzərindəki yazıları oxumaq mümkün olmayan dərman həbi, 1 ədəd sarı rəngli alışqan və 1 ədəd qəhvəyi rəngli təsbeh aşkar edərək götürmüşdür. Bundan sonra aşkar etdikləri ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə raportla məruzə etmişdir. Elsevər Məmmədova təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq, şübhəli şəxs qismində tanınmış və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Elsəvərin üzərindən aşkarolunaraq götürülmüş 1 ədəd narkotik vasitə “Metadon”a bənzər dərman həbinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Oqtay oğlu üzərindən aşkar edilmiş narkotikvasitə aludəçisi olduğunu, üzərindən aşkar olunmuş dərman həbinin narkotik tərkibli“Metadon” dərman həbi olduğunu, həmin dərman həbinin özünə məxsus olduğunu,1günbundan qabaq Gəncə şəhəri Nizami prospektində yerləşən Mərkəzi Univermağın yanında yerdən tapdığını, özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir.ElsevərMəmmədovun üzərindən aşkar edilmiş 1 ədəd narkotik tərkibli “Metadon” dərman həbinə bənzər dərman həbi müdafiəçinin və iştirakçılarının iştirakı ilə zərfdə qablaşdırılaraq, tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaq zamanı tədqiq edilmiş 15 fevral 2000-ci il tarixli hadisə yerinin və meyitin xarici müayinə edilməsi haqqında protokoldan görünür ki,hadisənin baş verdiyi yer mərhum X12 məxsus ünvan 5 ünvanda yerləşən evdir. Həmin evə küçədən dəmir darvazadan daxil olunur. Bu darvazanın həyətə giriş qapısı, onda olan açar qıfıl salamatdır. Giriş qapısı içəri tərəfdən dəmirdən olan rəzə ilə də bağlanır. Hansı ki onda da heç bir zədə yoxdur, salamatdır. Həyətə daxil olduqda 05x06 metr ölçülü sahə boşluqdur. Üst hissəsi örtülüdür. Hansı ki həmin sahəyə daxil olduqda sol tərəfdə kaba manqalı və müxtəlif məişət əşyaları vardır. Qeyd olunan boş sahədən sonra mərhum Solmaz Yolçuyevaya məxsus bir mərtəbəli 28 saylı ev yerləşir. Bu ev iki otaqdan bir şüşəbənddən və bir balkondan ibarətdir. Evin həyətinə daxil olduqda sol yan hissəsində bir-birinə bitişik vəziyyətdə tikilmiş əl damından, hama və tualetdən ibarət üç otaq vardır. əl damı kimi istifadə olunan otağa giriş qapısı taxtadan olmaqla bir taylıdır və açıq vəziyyətdədir. Bu qapının çərçivəsinin iç tərəfində rəzənin ilişkən adlı metal hissəsi yerində yoxdur. Mismarlanmış olduğu yerdən qopub, otaqdakı soyuducunun altına düşmüşdür. Həmin otağın orta hissəsində boylama istiqamətdə başı cənuba ayaqları şimala doğru arxası üstə paltarlı qadın meyiti vardır. Polis işçiləri məlumat verib bildirdilər ki, həmin meyit X8 meyitidir. Meyitin əynində aşağıdakı paltarlar vardır. Qəhvəyi rəngli öndən düymələnən qollu yun jaket. Həmin jaketin sağ qolu bədənə geyilməmişdir. Ondan iki düymə isə düyməlidir. Qırmız rəngli qollu üzərində göy və ağ damalı naxışları olan jaket. Ağ rəngli qırmızı qəhvəyi rəngli gülləri olan alt köynəyi. Kəmər hissəsində ağ və qəhvəyi rəngdə damaları olan böyük şərf bağlanmışdır. Ağ rəngli sintetik materialdan lifçik. Göy rəngli idman şalvarı, ağ rəngli tursik. Ayaqlarında şabalıdı rəngli uzunboğaz qadın corabları. Meyitin ayağında ağ rəngli üzərində sarımtıl rəngli naxışları olan mələfə hissəsi ilə iki dəfə doladılıb iki düyünilə bağlanmışdır. Həmin eyni mələfə hissəsi meyitin arxa bel hissəsində də vardır. Hansı ki, meyitin sol əli də arxada həmin nahiyyədədir. Bel hissədə olan mələfə sol əl və yan hissədə olan sağ əllə doladılmış kimidir, amma düyünlənməmişdir. Qeyd olunan həmin mələfə hissələri iş üçün əhəmiyyətli olduğundan qaplaşdırılmış Gəncə şəhər prokurorluğunun zərflər üçün möhürü ilə möhürlənib götürüldü. Bundan başqa meyitin sağ yan baş hissəsində döşəmə üzərində yeri ağ, üzərində göy rəngli gülləri olan eyni bir yorğan üzlüyünün iki ədəd hissələri vardır. Hansı ki, həmin hissələrin əsası meyitin sağ yan tərəfində olan dəmir başlıqlı və setkalı çarpayının üstündədir. Qeyd olunan yorğan üzlüyü hissələri də iş üçün əhəmiyyətli olduğundan qablaşdırılaraq. Yuxarıda göstərilən möhürlə möhürlənib götürüldü. Meyit ləkələri bənövşəyi rəngdə olub meyitin bədəninin arxa və yan səthlərində yaranmışdır. Meyit qacıması əllənməsi mümkün olan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit çürüməsi müəyyən edilmədi. meyitin bədəni üzərində və əynindəki paltarlarda qızıl zinyət əşyaları pul və digər qiymətli əşyalar aşkar olunmadı. Meyitin çənəaltı nahiyyəsində bir ədəd qırmızımtıl rəngli qeyri-müəyyən formalı sıyrıq vardır. Başqa xəsarət müşahidə edilmir. Meyitin başının sağ yan hissəsində 35 sm aralı məsafədə taxta döşəmə üzərində üç ədəd damalı şagird dəftəri və yaşıl üzlüklü qeydiyyat dəftərçəsi vardır. Bu dəftərlərdə əlyazma şəklində qeydlər aparılmışdır. Bu dəftərlərdən biri on vərəqli, ikincidə on vərəqli, üçüncüsü isə biri salamat dördü isə bir hissəsindən cırılmış cəmi beş vərəqdən ibarətdir. Qeydiyyat vərəqləri dəftəri isə yeddi vərəqi tam, iki vərəqi isə cırılmış(yarı) vəziyyətdə olmaqla, cəmi doqquz vərəqdən ibarətdir. Qeyd olunan dəftərlərin dördü də iş üçün əhəmiyyətli olduğundan tərəfimdən götürüldü. Meyit olan otağın ölçüləri 03x05 metrdir. Otağın həyətə tərəf baxan bir pəncərəsi vardır, tam və salamatdır. Otağa daxil olduqda sol tərəfdə orta divar boyunca iki güzgülü paltar şkafı, onun yanında üzərində paltar asılmış asılqan vardır. Hər iki predmetdə səliqə səhman pozulmamışdır. Giriş qapısı ilə üzbəüz yan divar boyunca “ORSK-2” soyuducu, üzərində elektrik qızdırıcısı olan iki güzgülü tumba, dəmir başlıqlı və setkalı çarpayı üzərində bir dəst yataq ləvazimatı vardır. Sağ tərəf orta divarın qarşısında qabaq stolu, stolun üstündə köhnə buraxılışlı radio qəbul edici onun üstündə bir ədəd neft lampası, stolun üzərində içərisində çörək olan qazan, çaynik, termos, stəkan, nəlbəki, qəndqabı və içərisində ət yeməyi olan qazan vardır. Sağ yan divar boyunca neft qızdırıcısı, onun üstündə çaynik, iki gözlü tumba və onun içərisində təzə geyinilməmiş paltarlar olan çanta vardır. Çantanın içərisində təzə geyilməmiş, aşağıdakı geyim paltarları aşkar edildi. Bir ədəd qara rəngli qolsuz qadın koftası, bir ədəd yeri qara və üzərində göy və qırmızı gülləri olan qızılı düyməli çit materialdan qadın xalatı, bir ədəd zoğalı rəngli buxov materialdan olan qadın şərfi, bir ədəd sarı rəngli üzərində qara gül naxışları olan qadın xalatı, bir ədəd qadın saroçkası(qara), şabalıdı rəngli bir ədəd uşaq üçün şərf və bir ədəd papaq, bir çüt üstü boz dəridən qadın ayaqqabısı, bir ədəd yaşıl rəngli qadın xalatı, bir ədəd sarı rəngli qadın xalatı, yaşıl rəngli uşaq jaketi, şabalıdı rəngli bir ədəd uşaq jileti. Qeyd olunan paltarlar sumka ilə birlikdə iş üçün əhəmiyyətli olduğundan götürüldü. Meyit olan otaqda iş üçün əhəmiyyətli ola biləcək digər şeyləri müəyyən edilmədi. Meyit olan otağın giriş qapısının arxa hissəsində olan qadın xalatının cibindən açarlar götürüldü və həmin açarlardan istifadə olunmaqla, evin qapısı açılaraq evə daxil olundu. Birinci olaraq evin balkonuna daxil olundu. Balkonun ölçüləri 3.5x4 metrdir. Balkona daxil olduqda solda kiçik şüşəli kamot, sol küncdə güzgü, sol divar önündə stol üstündə “vesta 308” televizoru və bir ədəd əymə stul, arxa divar önündə iki qapılı kamot, sağ divar önündə ayaqla işləyən tikiş maşını “çinar” soyuducusu, döşəmədə qırmızı boz zolaqlı kilim vardır. Şüşəbənddə iki taylı ağ rəngli qapıdan daxil olduqda sağda servant, solda stol, “Foton-iş-276” televizoru, ondan öndə telefon(işləyir), şüşəbəndin evin həyətinə baxan sağ yan pəncərəsi taybatay açıqdır. Həmin pəncərənin sol tayını fortoçkasının şüşəsi sınıb tökülmüşdür. Bu pəncərə çərçivəsindən 04 ədəd əl-barmaq izləri aşkar edilərək, iş üçün əhəmiyyətli olduğundan götürüldü. Şüşəbənddə həmin pəncərənin alt hissəsində divan və döşəmə üzərində qatlanmış şəkildə xalça vardır. Şüşəbənddə stol üstündə üzərində əlyazma şəklində qeydlər aparılmış dörd vərəq müəyyən edilərək, iş üçün əhəmiyyətli olduğundan götürüldü. Şüşəbənddən sol tərəf baş hissədə qıfılla bağlı giriş qapısı vardır. Tam və salamatdır. Məlumat verildi ki, həmin otaqda mərhumun eltisi Solmaz adlı qadın yaşayır. Hazırda Bakı şəhərindədir. Həmin otağa həyətdən də giriş qapısı vardır. O da bağlı olmaqla tam və salamatdır. Şüşəbənddən sonra iki otaq vardır, biri solda biri sağda olmaqla hər ikisinin giriş qapıları şüşəbəndə açılır. Sağ otağın qapısı taxtadan olmaqla iki taylıdır. Otaqda sol və sağ divar boyunca olan stol və çarpayılarında səliqə səhmanı pozulmamışdır. Pəncərələri tam və salamatdır. Sol otağında qapısı taxtadan olmaqla iki taylıdır. Otaqda solda kamot sol divar qarşısında şifoner, 2 ədə servant, şüşə bəndə tərəf olan pəncərə önündə üst-üstə qoyulmuş çamadanlar, sağda şifoner, çarpayı(yataq dəsti ilə), şifonerin yan hissəsində davamlı şəkildə 3 ədəd xalça və orta hissədə stol, onun üstündə 4 ədə stul və qazan vardır. Orta divar önündə qap kamodu qoyulmuşdur. Otağın pəncərəsi tam və salamtdır. Otaqda səliqə səhman pozulmamışdır. Müayinə zamanı polis işçiləri məlumat verərək bildirdilər ki, əvvəllər bu evdə kirayə yaşamış və indi qonşuluqda yaşayan Şahid1 7 yaşlı oğlu Seymur ilk dəfə olaraq Solmaz Yolçuyevanın meyitini gılib görmüş və bu barədə atası Mehmana xəbər vermiş və bundan sonra polisə məlumat vermişdir. Hadisə baş vermiş 28 saylı evin ətrfları nəzərdən keçirilərkən həmin küçədə 1 saylı döngədə yerləşən, 01 saylı hazırda heç kim yaşamayan evin həyətində 28 saylı evin barısının yanında torpaq üzərində bəzəkli krasofka ayaqqabı izləri müşahidə edildi. Həmin izin uzunluğu 31.5 sm, eni 11 sm, dabanının 10.5 sm və eni 9.5 sm müəyyən edildi. Lakin izlərin götürülməsi mümkün olmadı. Hadisə yerinin fotoşəkilləri çəkildi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 15 fevral 2000-ci il tarixli meyitin xarici müayinə edilməsi haqqında protokoldan görünür ki, meyit masası üzərində arxası üstə paltarlı qadın meyiti uzadılmışdır və əynində aşağıdakı paltarlar vardır: qəhvəyi rəngli, qollu yun jaket, qırmızı rəngli qollu üzərində göy, ağ damalı naxışları olan jaket, ağ rəngli qırmızı güllü alt köynəyi, göy rəngli idman şalvarı, ağ rəngli tursik, qəhvəyi rəngli corablar, ağ rəngli sintetik materialdan büstqalter (lifçik), şabalıdı rəngli uzunboğaz qadın corabları. Meyit düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 165 sm-dir, dərisi ağımtıl meyit rəngindədir, əllə yoxladıqda soyuqdur. Meyit ləkələri bədəninin arxa səthində inkişaf etmişdir, göyümtül-bənövşəyi rəngdədir. Barmaqla təzyiq etdikdə rəngi itir və öz əvvəlki rənginə 3 dəqiqədən sonra bərpa olur. Meyit qacıması adi yoxlanılan əzələ qruplarında zəif inkişaf etmişdir, çürümə əlamətləri yoxdur. Başının tükləri qırmızımtıl rəngdə olub, uzunluqları 10 sm-ə qədərdir. Kəllə qapağı sümükləri tamdır. Üzü sionetikdir, ödəmlidir, göz qapaqları örtülüdür, konyuktivalara qansızmalar müşahidə edilir. Bəbəklər dairəvi formadadır, bərabər genişlənmişlər, Burun və qulaq dəlikləri sərbəstdir, burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdır, ağzı yarıaçıq vəziyyətdədir. Üst çənədə öndə iki dişi vardır, biri təbii, biri isə sarı metaldandır. Alt çənədə dişləri çıxan protez olmaqla ağ rəngli plasmasdandır. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Hərəkətlidir, döş qəfəsi normastenikdir, simmetrikdir, qabırğalar əllə yoxladıqda tamdır. Qarın döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, nəcislə bulaşmayıb. Yuxarı və ətraf sümükləri əllə yoxladıqda tamdırlar. Meyitin bədənində aşağıdakı xəsarətlər müəyyən edildi: üst dodağın selikli qişasında ortada qırmızı rəngli 01 x 01 sm ölçüdə qansızma, həmin qansızmanın orta hissəsində 0.3 x 0.5 sm ölçüdə səthi yara, çənəaltı nahiyədə qırmızımtıl rəngli, qeyrimüəyyən formalı sıyrıq, döş qəfəsinin ön səthində sinə nahiyədə göyümtül-bənövşəyi rəngli 12 x 10 sm ölçüdə qançır, sağ əlin arxa səthində birinci barmaq səviyyəsində 2 x 1.5 sm ölçüdə qançır, meyitin bədəni üzərində sadalananlardan başqa xəsarət müəyyən edilmədi. Meyitin müayinəsi zamanı meyitin bədənində qızıl-zinyət əşyaları və digər qiymətli əşyalar, həmçinin əynindəki paltarlarda qızıl-zinyət əşyaları, pul və digər qiymətli əşyalar müəyyən edilmədi. Meyitin əynindəki yuxarıda sadalanan paltarlar qablaşdırılaraq götürüldü və Gəncə şəhər prokurorluğunun “Zərflər üçün” möhürü ilə möhürləndi. Həmçinin meyitin əl-barmaq izləri, dırnaqları və baş nahiyəsindəki saçından nümunələr götürülüb ayrı-ayrı zərflərdə qablaşdırılaraq Gəncə şəhər prokurorluğunun “Zərflər üçün” möhürü ilə möhürləndi. Meyitin fotoşəkilləri çəkildi, meyitin xarici müayinəsi otaq şəraitində təbii işıqda aparılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 15 fevral 2000-ci il tarixli müayinə aparılması haqqında protokoldan görünür ki, müayinəsi keçirilən sandıq 80 x 40 x 40 sm ölçülərdə və adi naxışlı, qırmızı-qara-göy-yaşıl rəngli metal üz örtüklü, üç ədəd sürgülü və bir ədəd qıfıl üçün kilidə malikdir. Üzərində kilid yoxdur, arxa hissədə qapının iki ədəd hissəsi sınıqdır, qapaq açıqdır, içərisində aşağıdakı predmetlər olduğu müəyyən edildi. Yerliyi və gülləri narıncı, 2.5 metr uzunluğunda ipək parça; Qırmızı rəngli 2.5 metr ipək parça;Qırmızı rəngli 2.5 metr ipək parça;Qırmızı rəngli ipək stol örtüyü;Qəhvəyi rəngli 2.5 metr yun parça;Ağ rəngli 5 metr çit parça;Qırmızı rəngli stol örtüyü;Qırmızı rəngli 1.5 metr çit parça;Pəmbə rəngli ipək yorğan üzü; Ağ rəngli, göy xallı yorğan üzü;Ağ rəngli, narıncıgöy xallı yorğan üzü;Ağ-göy güllü yorğan üzü;Pəmbə rəngli ipək yoğan üzü; 02 ədəd qızılı rəngli ipək balış üzü;Qırmızı rəngli ipək stol örtüyü;Narıncı rəngli sadə stol örtüyü;Əl-üz məhrəbaları – 06 ədəd;Əl üz məhrəbaları – 02 ədəd;Stəkan məhrəbaları – 04 ədəd;Sarı rəngli 1.5 metr ölçülü parça;Qara və yaşıl güllü ipəkdən 1.5 metrli parça – 02;Yataq dəsti 01 komplekt;Narıncı güllü parça – 02 metr ölçüdə;Pəmbə rəngli 2.5 metr ölçüdə ipək parça;Narıncı rəngli 2.5 metr ölçüdə ipək parça;Stəkan mərhəbası – 01 ədəd;Mələfə - 01 ədəd;Qadın alt köynəyi – 04 ədəd;Mavi rəngli, qara xallı, yuxa kofta dəsti;01 ədəd qadın jaketi;Stol örtüyü (kiçik) – 01 ədəd;Qadın corabı – boz rəngli – 02 ədəd;Kalqotka – 06 ədəd;Uşaq jaketi zolaqlı – 01 ədəd;Uşaq ayaqqabısı – 01 cüt;Uzun ayaqlı qadın alt tumanı – 06 ədəd;Çit dəsmal – 08 ədəd;Baş örtüyü yaylığı – 04 ədəd; Uşaq trikotaj paltar dəsti, yaşıl, qırmızı – 02 ədəd;Uşaq əlcəyi, qara, göy – 02 cüt;Kişi köynəyi, ağ – 01 ədəd;Uşaq trikotaj jileti – 01 ədəd;Qadın üçün boz rəngli alt tumanı 01 ədəd;Uşaq şalvarı, ağ – 01 ədəd;Uşaq corabı – 03 ədəd;Uşaq qış papağı – 01 ədəd;Cib dəsmalı – 01 ədəd;Körpə köynəyi – 06 ədəd;Körpə papağı və yaylığı – 02 ədəd;“Siqnatur” ətri – 01 ədəd və 01 ədəd;Pomada – 01 ədəd;Dırnaqtutan və maqqaş – 01 ədəd;Qırmızı lent – 11 metr;X8 adına 42 № ******* saylı pasport;X14 qəbzi və qeyd. Qeyd edilən əşyalar hamısı təzə və təmiz olmaqla müayinə olunaraq sandığa yığıldı, pasport, qəbz və qeyd götürüldü. Sandıq içərisindəki əşyalarla birlikdə həmin protokola əlavə edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaq zamanı tədqiq edilmiş xx.xx.2000-ci il tarixli müayinə aparılması haqqında protokoldan görünür ki, müayinəsi aparılan hadisə yeri Gəncə şəhəri, Xətai prospekti 28-ci məhəllədə yerləşən kiçik futbol-voleybol meydançasının şərq küncündə olmaqla sağ tərəfdən baxça hasarı ilə əhatə olunmuşdur. Asfalt örtüklüdür, meydançanın bir küncündə bir ədəd küknar ağacı göstərən E.Babaşov və Q.Həsənov bildirdilər ki, xx.xx.2020-ci ildə saat 07:15-də Gəncə şəhər Pİ-nin növbətçisi F.Hüseynovun tapşırığı əsasında buraya gəlib ağacın dibində içərisi boş, qapağı açıq, böyrü-başı müxtəlif parça paltarla dolu sandıq görünüşlə, sandığın içərisində 01 ədəd pasport, 02 ədəd yazılı qeyd vərəqi olmuşdur. Sandığı götürüb Kəpəz RPŞ-nə aparmışlar. Növbətçi Z.Əhmədova məlumat verib, H.Həsənovun xidməti otağına qoymuşlar. Saat 09 radələrində sandıq haqqında Kəpəz RPŞ rəis müavini X22 və CAB rəisi X32 şəxsən məruzə etmişlər, heç bir göstəriş almamışlar. Sandıq tapılan yerdən hasara qədər 1.5 metr, futbol qapısına qədər 2 metr məsafə vardır. Hadisə yerində əhəmiyyətli iz və predmet aşkar olunmadı, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaq zamanı tədqiq edilmiş 16 avqust 2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Gəncə şəhər prokurorluğunda istintaq olunan 52417 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, xx.xx.2022-ci il tarixdə saat 18:10 dəqiqədə Məmmədov X41 şəhər BPİ-nin MSY-yə təhvil verilərkən onun üzərinə baxış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd qəhvəyi rəngli kəsilmiş kanvalitdə kəsildiyi üçün üzərindəki yazıları oxumaq mümkün olmayan narkotik tərkibli “Metadon” dərman həbinə bənzər dərman, 1 ədəd sarı rəngli alışqan və 1 ədəd qəhvəyi rəngli təsbeh aşkar edilərək götürülmüşdür. Həmin 1 ədəd narkotik tərkibli “Metadon” dərman həbinə bənzər dərman həbinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, üzərindən aşkar olunmuş dərman həbinin narkotik tərkibli “Metadon” dərman həbi olduğunu, həmin dərman həbinin ona məxsus olduğunu, 1 gün bundan qabaq Gəncə şəhəri Nizami prospektində yerləşən Mərkəzi Univermağm yanında yerdən tapdığını, özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd narkotik tərkibli “Metadon” dərman həbinç bənzər dərman həbi müdafiəçinin və iştirakçılarının iştirakı ilə zərfdə qablaşdpalaraq tərkibinin çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinə göndəriləcəkdir. Bundan başqa vətəndaş Təqsirləndirilən şəxs Oqtay oğlunun üzərindən Gəncə şəhər BPİ-nin MSY-nin baxış otağında aşkar olunan, 1 ədəd sarı rəngli alışqan və 1 ədəd qəhvəyi rəngli təsbeh iş üçün əhəmiyyət kəsb etmədiyi üçün Gəncə şəhər BPİ-nin MSY-nin saxlanc yerində saxlanılması üçün təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaq zamanı tədqiqi edilmiş 17 avqust 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, xx.xx.2000-ci il tarixdə yaşadığı evin yataq otağında bədəni üzərində xəsarətləri olan meyiti aşkar edilmiş X8 bədəninin baş, boyun və sinə nahiyələrinin ön tərəfdən çəkilmiş fotoşəkli 28x20 sm ölçüdə böyüdülməklə kağız daşıyıcıda, ona oxşar olan iki ədəd fotoşəklin arasında Gəncə şəhər Baş Polis İdarəsinin X38 masa üzərində sıra ilə nömrələnmiş vəziyyətdə şübhəli şəxs Təqsirləndirilən şəxs Oqtay oğluna tanınmaya təqdim olunmuş, şəkillər nömrələnərkən və masa üzərinə sıra ilə qoyularkən şübhəli şəxs Təqsirləndirilən şəxs Oqtay oğlu dəhlizdə gözlədilmiş, ölmüş vəziyyətdə iki nəfər yaşlı qadının bədəninin baş, boyun və sinə nahiyələrinin ön tərəfdən çəkilmiş fotoşəkilləri müvafiq olaraq “1” və “3” rəqəmləri ilə, X8 fotoşəkli “2” rəqəmi ilə nömrələnmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Oqtay oğlu otağa dəvət olunaraq, ona təklif olunmuşdur ki, mərhum X8 fotoşəklinin həmin fotoşəkillərin arasında olub-olmamasını göstərsin və əgər mərhuma məxsus fotoşəkli tanıyırsa hansı əlamətlərinə görə tanımasını bildirsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs Oqtay oğlu cəmi 03 ədəd nömrələnmiş şəkillərə baxdıqdan sonra “2” nömrəsi ilə nömrələnmiş fotoşəkli göstərərək məhz həmin şəklin mərhum X12 məxsus olduğunu göstərmişdir. Həmin fotoşəkli mərhumun üz nahiyəsindən tanıdığını, “1” və “3” rəqəmləri ilə nömrələnmiş fotoşəkilləri tanımadığını, ilk dəfə gördüyünü bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaq zamanı tədqiq edilmiş 31 avqust 2022-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğlunun üzərindən aşkar olunmuş narkotik vasitəyə baxış zamanı qeydə alınmış görüntüyə baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin baş təhqiqatçısı polis kapitanı X15, Gəncə şəhər BPİ-nin MSY-in növbətçisi, polis nəfəri, polis baş serjantı Şahid5, Gəncə şəhər BPİ-nin MSY-nin mühafizə üzrə polis nəfəri polis baş serjantı X33, Təqsirləndirilən şəxs Oqtay oğlunun, müdafiəçisi X35 iştirakları ilə Təqsirləndirilən şəxs Oqtay oğlunun üzərindən aşkar edilmiş 1 ədəd qəhvəyi rəngli kəsilmiş kanvalitdə kəsildiyi üçün üzərindəki yazıları oxumaq mümkün olmayan narkotik tərkibli “Metadon" dərman həbinə bənzər dərman həbinə baxış keçirilir. Baxış zamanı Gəncə şəhər prokurorluğunda istintaq olunan 52417 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq xx.xx.2022-ci il tarixdə saat 18:10 dəqiqədə Məmmədov X41 şəhər BPİ-nin MSY-yə təhvil verilərkən onun üzərinə baxış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd qəhvəyi rəngli kəsilmiş kanvalitdə kəsildiyi üçün üzərindəki yazıları oxumaq mümkün olmayan narkotik tərkibli “Metadon” dərman həbinə bənzər dərman, 1 ədəd sarı rəngli alışqan və 1 ədəd qəhvəyi rəngli təsbeh aşkar edilərək götürülən 1 ədəd narkotik tərkibli “Metadon” dərman həbinə bənzər dərman həbinə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, üzərindən aşkar olunmuş dərman həbinin narkotik tərkibli “Metadon” dərman həbi olduğunu, həmin dərman həbinin ona məxsus olduğunu, 1 gün bundan qabaq Gəncə şəhəri Mərkəzi Univermağın yanında yerdən tapdığını, özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd narkotik tərkibli “Metadon” dərman həbinə bənzər dərman həbi müdafiəçinin və iştirakçılarının iştirakı ilə zərfdə bir ədəd zərfdə qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Yekunda müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir təzyiqə məruz qalıb-qalmaması, üzərindən aşkar edilmiş kütlənin kimə məxsus olması soruşulur, Təqsirləndirilən şəxs isə cavabında hər-hansı bir təzyiqə məruz qalmadığını, heç bir etirazının olmadığını, hüquq və vəzifələrinin aydın olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını, arada istifadə etdiyini bildirir. Bununla da, baxış və götürmə istintaq hərəkəti başa çatdırılaraq video çəkiliş yekunlaşır. Cinayət işinin materiallarına əlavə edilmiş və istintaq zamanı tədqiq edilmiş xx.xx.2000-ci il tarixli, 15 nömrəli rəyindən görünür ki, mərhum S.R.Yolçuyevanın meyitinin müayinəsi zamanı aşkar edilmiş hər iki gözlərin konyuktivalarına, ağciyərlərin plevrası altına, ürəyin xarici qişası altına qansızmaların olması, sifətin sionetik və ödemli olması, dilaltı sümüyün sağ buynuzunun sınması, qanın boşluqlarda maye halda olması, daxili orqanların doluqanlı olması, çənəaltı nahiyyədə sıyrığın olması əlamətlərinə əsasən belə nəticəyə gəlinmişdir ki, S.Yolçuyevanın ölümünə səbəb boyun nahiyəsinin əllə sıxılması nəticəsində əmələ gələn mexaniki asfiksiya olmuşdur. Mərhum S.R.Yolçuyevanın meyitinin bədənində qeyd edilən asfiksiyanı təsdiq edən əlamətlərdən başqa aşağıdakı xəsarətlər də müəyyən edilmişdir: döş qəfəsinin sol tərəfində doqquz qabırğanın beş anatomik xəttlər üzrə, sağ tərəfdə isə doqquz qabırğanın dörd anatomik xəttlər üzrə sınığı, döş sümüyünün köndələn sınığı, döş qəfəsinin və sağ əlin qançırları, üst dodağın daxili səthində qansızma və yara. Bu xəsarətlərin hamısı həyatidir, S.Yolçuyevanın ölümündən az qabaq bər küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcələrinə görə döş sümüyünün və döş qəfəsinin hər iki tərəfində qabırğalarən çoxsaylı sınmasına səbəb olan döş qəfəsinin qapalı küt travması ağır dərəcəli bədən xəsarətləri qrupuna; sağ əlin qançırı, üst dodağın yarası və qansızması isə yüngül dərəcəli bədən xəsarətləri qrupuna aiddirlər. mərhum S.R.Yolçuyevanın xarici cinsiyyət üzvlərində və anus dəliyində təbii və qeydi-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər müəyyən edilmədi, uşaqlıq yolundan götürülmüş tampon və yaxmada isə məhkəmə-bioloji tədqiqat zamanı spermatozoidlər aşkar edilməmişdir. S.R.Yolçuyevanın ölümdən qabaq spirtli içki qəbul edib-etməməsi sualına cavab, meyitdən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsinin nəticəsi alındıqdan sonra əlavə veriləcəkdir. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edilmişdir ki, ölüm müddəti 8-10 saatdır (meyit təşrihə başlanan vaxta nəzərən).xx.xx.2000-ci il tarixli 376/K nömrəli akt: X8 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2170 nömrəli rəyindən görünür ki, X8 ölümünə səbəb olan boyun nahiyəsinin əllə sıxılması nəticəsində əmələ gələn mexaniki asfiksiya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1456 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğlunun bədənində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin məktubu ilə 52417 nömrəli cinayət işinin içərisindəki hadisə yerindən götürülmüş iki ədəd əl-barmaq və iki ədəd ovuc izlərinin Daxili İşlər Nazirliyinin bazasında saxlanılan əl-barmaq izləri ilə eyniləşdirilərək yoxlanılması üçün göndərilməsindən sonra, hadisə yerindən götürülməklə tədqiqata təqdim edilmiş əl izlərindən 03 ədədinin xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Oqtay oğlunun sağ əlinin ovuc, şəhadət və orta barmaqlarının əksəri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə daktiloskopik ekspertizasının xx.xx.2000-ci il tarixli, 38 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Fizuli küçəsi ev 28-də X8 zorakı ölüm əlamətləri ilə meyitinin tapılması faktı ilə əlaqədar, hadisə yerinə baxış keçirilən zaman götürülüb, ekspertizaya təqdim olunmuş 4 şəffaf daktoplyonkaların üzərində olan əl-barmaq izlərindən 2 ədədi barmaq və 2 ədədi ovuc izləri olub tədqiqata(şəxsiyyəti eyniləşdirmək üçün) yararlıdırlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə daktiloskopik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/603R nömrəli rəyindən görünür ki, xx.xx.2000-ci il tarixdə Gəncə şəhəri, Fizuli küçəsi ev 28-də yaşamış 1939-cu il təvəllüdlü mərhumə X8 qətlə yetirilməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 04 ədəd lent kəsikləri üzərində olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs Oqtay oğlunun sağ əlinin çeçələ və sol əlinin şəhadət barmaqları yararsız, digər əl-barmaq və ovuc əksləri(daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izlərindən xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Oqtay oğlunun sağ əlinin şəhadət, orta barmaqları və sağ əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4406 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmişüzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №120” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə üzərində “Methadone-40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində bir ədəd qəhvəyi rəngli, dairəvi formalı həbdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1367 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 14/07 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğlu hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2022-ci il tarixli 4754 saylı arayış, Gəncə şəhər Narkoloji Dispanserindən verilmiş 4436 saylı arayış və məhkəmə narkoloji ekspertiza rəyi, Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2022-ci il tarixli 211 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, müayinə zamanı özünü demonstrativ aparması, bəzən verilən suallara yekəxana tərzdə, acıqlı şəkildə cavablar verməsi, törətmiş olduğu cinayət əməli barəsində danışarkən isə baş vermiş hadisələri soyuqqanlı və sakit tərzdə təsvir etməsi, kobud olması və s.) imkan verir. Təqsirləndirilən şəxs Oqtay oğlunda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs Oqtay oğlu hazırki ekspertiza zamanı da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarma malikdir. Təqsirləndirilən şəxs Oqtay oğlunun əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs Oqtay oğlunun əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2022-ci il tarixli 4754 saylı arayış, Gəncə şəhər Narkoloji Dispanserindən verilmiş 4436 saylı arayış və məhkəmə narkoloji ekspertiza rəyi, Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2022-ci il tarixli 211 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv əlamətlər (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya və davranış pozuntularının (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, müayinə zamanı özünü demonstrativ aparması, bəzən verilən suallara yekəxana tərzdə, acıqlı şəkildə cavablar verməsi, törətmiş olduğu cinayət əməli barəsində danışarkən isə baş vermiş hadisələri soyuqqanlı və sakit tərzdə təsvir etməsi, kobud olması və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs Oqtay oğlu aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.Təqsirləndirilən şəxs Oqtay oğlu ittiham olunduğu cinayət əməlini törədərkən adi psixi emosional halda olmuşdur.Təqsirləndirilən şəxs Oqtay oğlu cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarından və tədqiqi edilmiş sənədlərdən görünür ki, 15 fevral 2000-ci il tarixdə Gəncə şəhəri, Fizuli küçəsi ev 28-də yaşamış 1939-cu il təvəllüdlü X8 yaşadığı evdə bədəni üzərində xəsarətlər aşkar olunması faktına görə Gəncə şəhər prokurorluğunda 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə cinayət işi başlanmışdır.14 aprel 2000-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın müddəti xx.xx.2000-ci il tarixədək uzadılmışdır. 15 may 2000-ci il tarixli qərarla Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi, Nürəddin Qasımov tərəfindən cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər prokuroru,tərəfindən cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilərək, istintaqı davam etdirilmişdir. 16 avqust 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın müddəti uzadılmışdır. 16 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in (köhnə redaksiya) 95-ci maddəsi istintaq edilən cinayət işi həmin Məcəllənin 94.1-ci maddəsinə tövsif olunmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 15:30-da Təqsirləndirilən şəxs Oqtay oğlu Azərbaycan Respublikası CM-in (köhnə redaksiya) 94.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 18 avqust 2022-ci il tarixdə cinayət işi həmin Məcəllənin 93-5-ci maddəsinin İİ və İİİ hissələri və 94.1-ci maddəsinə tövsif olunaraq, həmin tarixdə Təqsirləndirilən şəxs Oqtay oğlu 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri və 94-cü maddənin birinci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Oqtay oğlu barəsində 2 (iki) ay müddətinə, həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Oqtay oğlunun əməli 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri və 94-cü maddənin birinci hissəsindən, 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsi və qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddələrinə tövsif edilərək, ona qeyd edilən maddələrlə yenidən ittiham elan edilmişdir. 08 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş X52 və X31 barələrində 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri və 94-cü maddənin birinci hissəsi ilə cinayət təqibi Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Oqtay oğlunun 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94cü maddənin birinci hissəsi və qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 52417 №-li cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir . xx.xx.2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-454/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Oqtay oğlunun 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsi və qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilərək, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Oqtay oğluna elan olunmuş ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək ona 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsi və qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 4436 nömrəli arayışından görünür ki, Məmmədov X16 qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 211 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğlu həmin xəstəxanada müalicə olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4754 nömrəli arayışdan görünür ki, Məmmədov X41 şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Oqtay oğlu məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs X13 1939-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, təqaüdçü, Gəncə şəhəri, Fizuli küçəsi ev 28-də qeydiyyatda olmaqla yaşamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 211 saylı məktubundan görünür ki, X23 həmin xəstəxanada müalicə olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4757 nömrəli arayışdan görünür ki, X4 şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 4431 nömrəli arayışından görünür ki, X2 qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, X23 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, baxış keçirilməsi haqqında protokolları, ekspert rəylərini, maddi sübutları, iş materiallarına əlavə edilmiş rəsmi sənədləri və digər sübutları birgə təhlil edərək belə qənaətə gəlir ki, X1nun 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsivə qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Oqtay oğlu məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi X12 qarşı quldurluq cinayəti törətməməsi, onun öldürülməsində iştirak etməməsi xüsusatlarına tənqidi yanaşır və təqsirləndirlən şəxsin irəli sürdüyü dəlillərin toplanılmış sübutlarla tam təkzib edildiyindən özünü müdafiə xarakterli dəlilər kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin ifadələrində “Solmaz adlı qadının ağzını tutanda çırpınırdı və qışqırmağa can atırdı. Mən də arvada deyirdim ki, səsküy salma, bizi səni öldürməyə vadar eləmə, biz evdə pul və qızıl-zinət əşyaları götürmək istəyirik”, “həmin vaxt biz razılığa gəlmişdik ki, əgər Solmaz adlı qadın bizə müqavimət göstərsə, lazım olarsa onun əl-qolunu tutardıq və nə olursa olsun evindən pul və qızıl-zinət əşyaları götürməliydik”, son ifadəsində Solmaz Yolçuyevanın yatdığı, həmçinin öldürüldüyü otaqda olmadığını, həmin evdə pəncərə sındırmadığını və pəncərədən heç bir otağa daxil olmadığını, daxil olduğu otaqlara açıq qapısından girdiyini qeyd etmişdir. Bundan başqa hadisə yerinə baxış protokolundan göründüyü kimi meyitin ayağında ağ rəngli üzərində sarımtıl rəngli naxışları olan mələfə hissəsi ilə iki dəfə doladılıb iki düyün ilə bağlanmış, bel hissədə olan mələfə sol əl və yan hissədə olan sağ əllə doladılmış kimi, amma düyünlənməmişdir Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2000-ci il tarixli, 15 nömrəli rəyindən görünür ki, S.Yolçuyevanın ölümünə səbəb boyun nahiyəsinin əllə sıxılması nəticəsində əmələ gələn mexaniki asfiksiya olmuşdur. Mərhum S.R.Yolçuyevanın meyitinin bədənində qeyd edilən asfiksiyanı təsdiq edən əlamətlərdən başqa aşağıdakı xəsarətlər də müəyyən edilmişdir: döş qəfəsinin sol tərəfində doqquz qabırğanın beş anatomik xəttlər üzrə, sağ tərəfdə isə doqquz qabırğanın dörd anatomik xəttlər üzrə sınığı, döş sümüyünün köndələn sınığı, döş qəfəsinin və sağ əlin qançırları, üst dodağın daxili səthində qansızma və yara. Bu xəsarətlərin hamısı həyatidir, S.Yolçuyevanın ölümündən az qabaq bər küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcələrinə görə döş sümüyünün və döş qəfəsinin hər iki tərəfində qabırğalarən çoxsaylı sınmasına səbəb olan döş qəfəsinin qapalı küt travması ağır dərəcəli bədən xəsarətləri qrupuna; sağ əlin qançırı, üst dodağın yarası və qansızması isə yüngül dərəcəli bədən xəsarətləri qrupuna aiddirlər. Məhkəmə daktiloskopik ekspertizasının xx.xx.2022-ci il tarixli, rəyindən görünür ki, xx.xx.2000-ci il tarixdə X8 qətlə yetirilməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 04 ədəd lent kəsikləri üzərində olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs Oqtay oğlunun sağ əlinin çeçələ və sol əlinin şəhadət barmaqları yararsız, digər əl-barmaq və ovuc əksləri(daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izlərindən xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Oqtay oğlunun sağ əlinin şəhadət, orta barmaqları və sağ əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. İşin faktiki halları və mərhum zərərçəkmiş şəxsin bədəni üzərində aşkar edilmiş xəsarətlərin lokalizasiyası və yetirilmə mezanizmi ilə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi bir şəxs yəni Arzu Hacıyev tərəfindən öldürməsini istisna etməklə yanaşı, Təqsirləndirilən şəxs Oqtay oğlunun ibtidai istintaq zamanı qeyri-səmimi ifadə verməsini göstərmiş olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 1993-cü il 3 may tarixli 2 №-li qərarı və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarına əsasən, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Həmin qərara əsasən təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Məhkəmə belə hesab edir ki, X1nun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməlinin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, X1nuncinayət əməli 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsi və qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci bəndi ilə düzgün tövsif edilmişdir. Belə ki, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri ilə səkkiz ildən on beşilədək azadlıqdan məhrum etmə 94-cü maddənin birinci hissəsində qəsdən tamah niyyəti ilə adamöldürmə səkkiz ildən on beşilədək azadlıqdan məhrum etmə və ömürlük azadlqıdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hazırda qüvvədə olan CM-in 120.2-ci maddəsinin əsasən ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 181.3.3-cü maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətinə başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməmişdən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzanı çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsini tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Təqsirləndirilən şəxs Oqtay oğlu xx.xx.2000-ci il -ci il tarixdə hazırki iş üzrə cinayət əməlini törətdiyi zaman 2000-ci ilədək qüvvədə olmuş CM-nin 94-cü maddənin birinci hissəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ölüm cəzası cəzası nəzərdə tutulmuşdur. 2000-ci ilədək qüvvədə olmuş CM-nin 93-5-ci maddəsinin ikinci və üçüncü hissələrinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Oqtay oğlunun əməlinin tövsifi və cəza təyin ilə bağlı cinayət əməlini törətdiyi zaman qüvvədə olan cinayət məcəlləsinin tələbləri nəzərə alınmalıdır. Bundan başqa xx.xx.1998-ci il tarixli Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının qanunu ilə Cinayət Məcəlləsinin 94-cü maddəsinin, sanksiyasında “ölüm cəzası” sözləri “ömürlük azadlıqdan məhrumetmə cəzası” sözləri ilə əvəz edilmişdir. 2000-ci ilədək qüvvədə olmuş CM-in 46-cı maddəsinə əsasən 15 il müddətin keçdikdə şəxs cinayət məsuliyyətin məsuliyyətə cəlb edilə bilməz, ölüm cəzası nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ölüm cəzası təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinin tələblərinə görə xüsusi ilə ağır cinayətin törədildliyi gündən on beş il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinin tələbinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham qanuni qüvvəyə mindiyi anadək hesablanır.Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilməz. Cinayət işinin materiallarından məlum olur ki, Elsəvər Məmmədov quldurluq və tamah niyyəti ilə qəsdən adam öldürmə cinayət əməllərini xx.xx.2000-ci il -ci il tarixdə törətmiş və cinayət əməlini törətdiyi vaxtan hazırki vaxta həmin vaxt qüvvədə olan CM-in 46-cı maddəsi ilə nəzərdə tutulmuş on beş il müddət keçmişdir. Odur ki, Elsəvər Məmmədova 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri müddətin keçməsi ilə əlaqadar cinayət qanunvericliyinin tələblərinə müvafiq olaraq cəza təyin edilə bilməz. Lakin məhkəmə Elsəvər Məmmədovun şəxsiyyətini, törətdiyi cinayətin içtimai təhlükəliliyini və xarakterini nəzərə alıb hesab edir ki, onun barəsində cinayətin törədildiyi vaxt qüvvədə olan CM-in 46-cı və hazırda qüvvədə olan CM-in 75-ci maddəsinə nəzərdə tutulan müddətin keçməsi ilə bağlı onun cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmir. Belə ki, işin faktiki hallarından görünür ki, 3 nəfər şəxs o cümlədən, hazırki təqsirləndirilən Təqsirləndirilən şəxs bir qrup şəxs halında tamah məqsədi ilə quldurluq üsulu ilə tək yaşayan və yaşlı qadına qarşı qəsdən adam öldürmə cinayətini törətmişdir. Məhkəmə hesab edir ki, hadisə baş verən zaman qüvvədə olan Azərbaycan SSRİ CM-in 37-ci maddəsinion 5-ci və 7-ci hissələrinə əsasən cinayətin 70 yaşlı köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi, həmçinin qəsdən adam öldürmənin mexanizminə əsasən xüsusi amansızlıqla törədilməsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmamasını mütləq şərtləndirir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxslər Solmaz Yolçuyevanın qabırğalarını sındırmaqla onu boğub xüsusi amansızlıqla həyatdan məhrum etmişlər. Belə bir amansız cinayət törətmiş şəxsə cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməsi qərarı özü-özlüyündə ədalətsiz və qeyri-obyektiv olar. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən cinayətləri törətmiş, həmçinin sonradan narkotik vasitə aludəçisi olmaqla saxlanılarkən yenidən qüvvədə olan qanunvericiliklə cinayət hesab edilən əməli törətmiş şəxs islah edilmiş, qeyri-səmimi ifadələr verməklə əməlindən peşman olan şəxs hesab edilə bilməz. Ona görə də Elsəvər Məmmədov 2000ci ilədək qüvvədə olmuş CM-in 94-cü maddənin birinci hissəsi ilə, həmçinin qüvvədə olan CM-in 234.1-ci maddəsilə təqsirli bilinib ona həmin maddələrin sanksiyası həddinsə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə olan halda da ona cinayət əməlini törətdiyi zaman qüvvədə olan 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 94-cü maddənin birinci hissəsi sanksiyasında nəzərdə tutulan ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti on beş ildən çox ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Oqtay oğlunun əməli 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsiilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Oqtay oğlu 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsi və qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsi barədə müdafiə tərəfinin razılığı olmadıqda məһkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiһam һökmü çıxarır. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsin razılığı olmadan barəsində olan cinayət təqibinin həmin hissəsinə xitam verilməsi barədə qərar çıxarılmasına əsaslar mövcud olmadığından Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Oqtay oğluna 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri cəza təyin edilməməklə ittiһam һökmü çıxarılmalıdır. Bundan başqa «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X29 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metadon- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1.6 qram nəzərdə tutulmuşdur. Cinayət əməlinin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Oqtay oğlunun yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Oqtay oğlunun əməlində 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSRİ CM-in CM-in 37-ci maddəsinion 5-ci və 7-ci hissələrinə, həmçinin qüvvədə olan CM-in 61.1.7 və 61.1.9-cu maddələrinə əsasən cinayətin 70 yaşlı köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Oqtay oğlu törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Cinayət Məcəlləsinin 17ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Məhkəmə Təqsirləndirilən şəxs Oqtay oğluna cəza təyin edərkən hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs Oqtay oğlunun törətdikləri cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunması təcrübəsi haqqında” 1997-ci il 30 dekabr tarixli 3 nömrəli qərarına və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarına əsasən, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qüvvədə olan Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi məsələsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: -Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkir. CM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs Oqtay oğlunun törətdiyi əməl xüsusilə ağır cinayət hesab edildiyindən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. -01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi islah-əmək koloniya-məntəqələrinə, ümumi, möhkəm, ciddi və xüsusi rejimli koloniyalara və ya həbsxanaya, habelə ümumi və möhkəm rejimli tərbiyəəmək koloniyalarına təyin olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası qanununa əsasən, məhkəmə tərəfindən xüsusi təhlükə residivist hesab edilmiş şəxslər cəzalarını xüsusi rejimi cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə qanunun bu mövqeyini və Azərbaycan SSRİ Cinayət Məcəlləsində cinayətlərin təsnifatını nəzərə alaraq hesab edir ki, hazırki CM-in 56.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Oqtay oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs Oqtay oğlunun cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs Oqtay oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək İş üzrə maddi sübut olan Gəncə şəhər prokurorluğunun maddi sübutlar saxlanılan otağına təhvil verilmiş, qəhvəyi rəngli qollu yun jaket, qırmız rəngli qollu üzərində göy və ağ damalı naxışları olan jaket, ağ rəngli qırmızıqəhvəyi rəngli gülləri olan alt köynəyi, ağ və qəhvəyi rəngdə damaları olan böyük şərf, ağ rəngli sintetik materialdan lifçik, göy rəngli idman şalvarı, ağ rəngli tursik, şabalıdı rəngli uzunboğaz qadın corabları, ağ rəngli üzərində sarımtıl rəngli naxışları olan mələfə, ağ, üzərində göy rəngli gülləri olan yorğan üzlüyünün iki ədəd hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra hüquqi varisə qaytarılsın, qəbul etmədikdə isə məhv edilməli, Gəncə şəhər BPİ-də saxlanılan tədqiqata sərf edildikdən sonra qalmış ½ hissə metadon həbi isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edillədir.. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X19 X29 üzrə Dövlət Komissiyasının Daimi X51 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə madi sübut olan 03 ədəd damalı şagird dəftəri və 01 ədəd yaşıl üzlüklü qeydiyyat dəftərçəsi, pəncərə çərçivəsindən aşkar edilmiş 04 ədəd əl-barmaq izləri, əlyazma şəklində qeydlər aparılmış dörd vərəq, X8 adına 42 № ******* saylı pasport cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş hesabat arayışdan görünür kiməhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 60 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Oqtay oğlunun hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri65 manat məbləğində pul Təqsirləndirilən şəxs Oqtay oğlundan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: X30 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsi və qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı X24 01 sentyabr 2000ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri ilə cəza təyin edilməsin. X24 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 94-cü maddənin birinci hissəsi 11 il (on bir) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və hazırda qüvvədə olan Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplamaq yolu ilə qəti olaraq X24 12 ( on iki) il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Oqtay oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs Oqtay oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər prokurorluğunun maddi sübutlar saxlanılan otağına təhvil verilmiş, qəhvəyi rəngli qollu yun jaket, qırmız rəngli qollu üzərində göy və ağ damalı naxışları olan jaket, ağ rəngli qırmızı-qəhvəyi rəngli gülləri olan alt köynəyi, ağ və qəhvəyi rəngdə damaları olan böyük şərf, ağ rəngli sintetik materialdan lifçik, göy rəngli idman şalvarı, ağ rəngli tursik, şabalıdı rəngli uzunboğaz qadın corabları, ağ rəngli üzərində sarımtıl rəngli naxışları olan mələfə, ağ, üzərində göy rəngli gülləri olan yorğan üzlüyünün iki ədəd hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra hüquqi varisə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Gəncə şəhər BPİ-də saxlanılan tədqiqata sərf edildikdən sonra qalmış ½ hissə metadon həbi isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X19 X29 üzrə Dövlət Komissiyasının Daimi X51 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə madi sübut olan 03 ədəd damalı şagird dəftəri və 01 ədəd yaşıl üzlüklü qeydiyyat dəftərçəsi, pəncərə çərçivəsindən aşkar edilmiş 04 ədəd əl-barmaq izləri, əlyazma şəklində qeydlər aparılmış dörd vərəq, X8 adına 42 № ******* saylı pasport cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 65 manat məbləğində pul Təqsirləndirilən şəxs Oqtay oğlundan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. X30 oğlunun müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 360 manat dövlət büdcəsindən tutularaq, müvafiq olkaraq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-38/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-38/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver