Məhkəmə qərarları › İş №1(100)-38/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-38/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-38/2025 17.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X6 ibarət tərkibdə, İclas katibləri: X19, X24 və X20 və X25, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri X29, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X3, zərərçəkmiş şəxsn hüquqi varisi X32 və nümayəndəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Nümayəndə oğlunun, təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Gəncə İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, arvadı X9 ona qarşı olan münasibətində əvvəlki qaydada rəğbət bəsləməyib soyuqluq göstərməsi səbəbindən ona xəyanət edəcəyindən şübhələnib arvadı Gülnar Məmmədovanın evdə olduğu müddətdə başqa şəxslərlə əlaqəsinin olub-olmamasını aydınlaşdırmaq üçün istifadəsində olan “Xiaomi” markalı telefonda səs yazan mobil tətbiqi aktiv edib evin müxtəlif yerlərində gizlədərək arvadı Gülnar Məmmədovanın qonşuluqda yaşayan qaynı X17 evində təmir işləri aparan usta xx.xx.1992-ci il təvəllüdlü X18 ilə yaxın münasibətdə olmasını ehtimal edib, 19 fevral 2023-cü il tarixdə gecə saat 03:45 radələrində Tərtər şəhəri, Mübariz Kərimov küçəsi 07 ünvanında yerləşən evində olarkən arvadı Gülnar Məmmədovanı özünün yatdığı yataq otağına dəvət edərək söhbət edərkən sonuncunun ona qarşı verdiyi reaksiyalarda cüzi səbəbləri əsas gətirməklə öz üstünlüyünü isbat etmək və özünə qarşı hörmət tələb etmək niyyəti ilə Gülnar Məmmədovanın ona xəyanət etməsini bəhanə edərək öz eqoizmini nümayiş etdirməklə sonuncunu heç bir əsaslı səbəb olmadan qəsdən öldürmək qərarına gələrək bir qədər mübahisə etdikdən sonra öz cinayətkar niyyətini reallaşdırmaq məqsədi ilə əvvəlcədən yataq otağındakı çarpayının altında gizlətdiyi dəstəyi ağ rəngli, ümumi uzunluğu 380 mm olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq və hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə Gülnar Məmmədovanın səs salmasının qarşısını almaq məqsədi ilə otaqda olan yastıqla sifət nahiyəsini bağlayıb öz azğınlığını nümayiş etdirərək sonuncunun boğazını bıçaqla kəsib həyat və sağlamlığına və təhlükəsiz yaşamaq konstitusion hüququna qəsd etməklə sağlamlığa ağır zərərvurmaya aid edilən boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə əlaqədar vidaçi venanın, yuxu, qırtlaq, udlaq arteriyalarının, İİİ-İV boyun fəqərələri kəsilməsi ilə boyunun kəsilmiş yarası xəsarətləri, həmçinin döş qəfəsinin, sol və sağ əlin barmaqlarının, alt çənənin, kəsilmiş yaraları nəticəsində baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan xəsarətlər yetirməklə X4nı xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməklə öldürmüş, daha sonra öz etdiyi əmələ kölgə salmaq və ətrafdakı insanları cinayətkar əməlinə inandırmaq üçün xuliqanlıq hərəkətlərinə davam edərək heç bir əsaslı səbəb olmadan həmin gün saat 09:15 radələrində usta X7 atası ilə birlikdə qaynı X17 fərdi yaşayış evinə gələrək təmir tikinti işlərinə başladığını görüb sonuncunun vedrə ilə ona məxsus fərdi yaşayış evinin həyətində yerləşən su krantına yaxınlaşaraq su aparmasından istifadə edib yaranmış fürsəti dəyərləndirmək məqsədi ilə Namiq Allahverdiyevi öz təşəbbüsü ilə münaqişəyə çəkib sonuncunun söhbət əsnasında onun üzərinə gəlməsini bəhanə edərək atasından yadigar qalmış qeydiyyatsız, saz vəziyyətdə olmaqla 16 kalibrli, “TOZ-B” modelli, xarici çaxmaqlı, 1956-cı ildə zavod üsulu ilə istehsal edilmiş, K39980-56 nömrəli hamar-yivsiz qoşa lüləli odlu ov tüfəngi ilə Namiq Allahverdiyevi öldürmək məqsədi ilə ümumilikdə 04 dəfə atəş açmaqla sonuncunun həyat və sağlamlığına və təhlükəsiz yaşamaq konstitusion hüququna qəsd edib sağlamlığa ağır zərərvurmaya aid edilən sağ İ-İİ-İİİ-İV-V-Vİ, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınıqları, İX, X, Xİ-Xİİ döş fəqərələrinin sınıqları, daxili üzvlərin-ürək, ağciyərin yaralanmaları ilə döş qəfəsinin daxilə keçən 1 (bir) ədəd və onurğa nahiyəsindən daxilə keçən 1 (bir) ədəd və qoltuq arteriyası və venasının zədələnməsi ilə döş qəfəsinin daxilə keçməyən-dəlib keçən 2 (iki) ədəd odlu silah (qırma) yaralanmaları xəsarətləri yetirməklə kifayətlənməyib mərhum Namiq Allahverdiyevin həyat və sağlamlığı üçün təhlükə törətdiyini dərk etməklə öz hərəkətləri ilə sonuncuya əzab, işgəncə və aşkar surətdə xüsusi ağrılar yetirdiyini arzulayaraq müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib əvvəlcədən yaşadığı fərdi yaşayış evindən götürməklə üzərində saxladığı dəstəyinin ön hissəsi qırmızı, orta hissəsi göy, arxa hissəsi isə ağ rəngli, ümumi uzunluğu 265 mm olmaqla bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə şəxsin həyatdan məhrum edilməsindən bilavasitə əvvəl ümumilikdə 03 dəfə olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən sol körpücüküstü, sol körpücükaltı nahiyələrinin daxilə keçən 2 (iki ədəd) deşilmiş-kəsilmiş yarası və canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ körpücüküstü nahiyənin daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirərək döş qəfəsi nahiyəsinin odlu silah (qırma) yaralanmaları ilə əlaqədar daxili üzvlərin (ürək, ağciyər) yaralanmaları və qoltuq arteriyası, venasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Namiq Allahverdiyevi xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş CM-nin 120.2.2-ci və 120.2.4-cü maddələri ilə təqsilri bilmir. Ona qarşı verilmiş mülki iddianı isə qəbul etmir. Özünü Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən 3-4 ay əvvəl yoldaşının ona qarşı soyuq münasibətini hiss eləmişdir. Həmin vaxt evdə digər ustalarla birlikdə Faiq ilə oğlu da işləmiş, ev tikmişlər. Onların həyətinə bitişik sahəni - qardaşının torpağını qaynı Anar almışdır. Ücdə işləməə başladıqdan bir müddət sonra ustalardan Faiqin oğlu Namiqdə nəsə narahat olduğunu görmüş, şübhələnərək onlarla oturanda misal çəkərək, “eşitmisizmi bir adam bazardan gedəndə əlində veş var imiş, verib başqasına ki, apar bizə. O da soruşub evdə kişi varmı, adam da deyib ki, evə gedənin kişiliyi lazımdı, evdə kişinin olmağı yox!” demişdir Başqa misal da çəkmiş əslində belə hal olmasa da guya tanıdığı bir yoldaş olduğunu, usta kimi xalası nəvəsini evə işləməyə gətirdiyini, sonra yoldaşı ilə ustanın münasibəti olduğunu öyrənib ikisini də güllələdiyini demişdir. 15 yanvar 2023-cü ildə günorta içkili olub, uşaqlarla oynamış, sonra arvadıGülnarın başına sığal çəkmək istəyəndə arvadı onu itələmiş, buna görə arvadına bir sillə vurmuş, aralarında problemlər başlamışdır. Mərhum əvvəlcə bacısına, sonra da qardaşına əzng etmiş, evdə uşaqlar Anar dayısının gəldiyini demiş, Anarla söhbətləri o həddə çatmışdır ki, bir-birilərini öldürmək istəmişlər.Hətta Anar əlinə bıçaq da almışdır. Davaları isə niyə onun bacısına sillə vurmaq üstündə olmuşdur. Anar gedəndən sonra zəng eləsə də adboy eləmiş, etməsin, gecə qalmağı, söhbət eləməyi desə də Anar çıxıb getmişdir. Səhər tezdən 10 radələrində “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Anara səslər atmış, bir-birilərini öldürəclərini, yaza bilmədiyi üçün səs göndərdiyini demişdir. Anar onunla razılaşmış, “əvvəlki günə lənət, sən mənim böyük qardaşımsan” demiş, arlarında səsli mesajlar olmuşdur. Bundan sonra o telefonu səsyazmaya qoyub müxtəlf yerlərə qoymuş, yanvar ayının 27-si olan səsyazmada ustalar çölə çıxandan sonra Gülnar içəri keçməsi, Namiqin atası ilə söhbət edərkən Gülnar onun yanından keçəndə “nə durmusan gözümün qabağında” dediyi aydın eşidilmişdir. Gülnarın 2 telefonu olmu, birini gizli işlətmişdir. Sonrakı səsdə isə Faiqin nalayiq ifadə işlədərək “nə iş görürsüz?!” deməyi eşidilir. Gülnarla Faiqin arasında mübahisə olur. Başqa bir səs yazısında isə qadın ayaq səsi eşidilir, qapıdan içəri keçilməsi, ardınca isə kişi ayaq səsi tələsik getməyi eşidilir. O nə arvadını nə də Namiqi istəyərək öldürməmişdir. Namiq həmin vaxt içkili olmuşdur. Fevral ayının 9-dakı səs yazıları isə həyətdəki hamam otağında qeydə alınmış, Faiq ordan keçəndə “yenə nə səs-küydü deməsi eşidilmişdir, Bütün bunlar, Faiqin də hər şeydən xəbəri olduğunu göstərmişdir. Hadisə günü gecə uşaqlar yatmış, mərhuməni otağa çağırıb “mənə niyə xəyanət etmisən?!” soruşmuşdur. Əvvəlcə imtina edib “yox! mən sənə xəyanət etməmişəm!” desə də onun telefon səsyazmalarına qulaq asdırmış, qapını da heç kim otağa girə bilməsin deyə bağlamışdır. Daha sonra əsəblərini cilovlaya bilməyib əlindəki yastıqla ağzını yumub, əlindəki mətbəx bıçağı ilə boğazına bir dəfə çəkmiş, daha sonra o, əli ilə bıçağı tutmaq istəyəndə bıçaq əlini kəsib və yerə yıxılmışdır. Sonra səsə küyə uşaqlar da oyanıb çölə çıxmış, uşaqlara “gedin uzanın yerinizə mən də gəlirəm” demiş. Hamamda yuyunub uşaqların yanına qayıtmış, biraz uşaqlarla biryerdə uzanıb söhbət etmiş, Oğlu, anam hardadır? Soruşanda “ananızı qovaladım, bir daha qayıtmayacaq” deyib oğlunun telefonundakı səsləri və video çəkilişləri öz telefonun göndərmiş, səhər uşaqları yedirib paltarlarını geyindirib anasıgilə aparmaq istəmişdir. Qardaşı ilə danışıb uşaqları bazarın yanında qardaşına vermiş, sonra isə evə qonşuluqda qaynımnn evində usta kimi işləyən və onunla xəyanət edən Namiqlə söhbət etməyə qayıtmışdır. Saat 09:00 radələrində Namiq həyətə su doldurmağa gələndə onu çağırıb “niyə bizim evə söz söhbət salırsan? Demiş, sonuncu ona mən məcburi heçnə etməmişəm deyəndə əsəbiləşib ona tərəf atəş açmış, 1-ci güllə dəyəndən sonra o, yıxılmayıb yenə üstümə gəldiyi üçün qorxub 2-ci dəfə də atəş açmış, Namiq yerə yıxılmışdır. Namiq yıxılandan sonra səsə atası gəlmiş, Namiqi yerdə görəndən gözlərindən yaş gəlmiş, onu da vurmaq istəsə də yazığı gəldiyi üçün ona atəş açmamışdır. Ona “niyə bizi bədbəxt elədiz?!” sözlərini deyəndən sonra çıxıb getmkişdir. Ondan sonra gəlib digər gülləni götürüb yerə atdım. Sonra isə bıçağı və tüfəngi götürüb qoydum avtomobilimin arxa oturacağına və polisə təslim olmağa getmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, Gülnar və Namiqi ona xəyanət etdikləri və əxlaqsızlığa baxmayaraq özlərini laqeyd aparmaları və soruşanda onunla aqressiv danışdıqlarına görə qəzəblənib öldürmüş, bundan əvvəl telefonunun səsyazmaya qoyub evin müxtəlif yerlərinə və həyətdəki hamam otağına qoymuş, xəyanət etdiklərini dəqiqləşdirmişdir. Əslindı Namiqin ölümünün səbəbkarı da arvadı Gülnar olmuşdur. Gülnarı öldürən vaxt yataq otağında ikisindən baçqa heç kim olmamışdır. Boğazını kəsdikdən sonra, azyaşlı uşaqları səs-küyə onların yanına gəlmək istəsələr də qapı bağlı olduğu üçün içəri girə bilməmişlər. Namiqə atəş açanda ikisindən başqa heç kim olmamış, Faiq gələndən sonra əsəbi halda silahı sonuncuya tərəf çevirsə də Faiq öldürmək niyyətinin olmamışdır. Namiqə bıçaqla xəsarət yetirdiyini xatırlamır. Namiq ona “mən zorla heçnə eləməmişəm” sözlərini deyib arvadı Gülnarla könüllü intim münasibətdə olduğunu dediyi üçün onu da öldürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən X32 göstərmişdir ki, X4 onun bacısı, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Asəflə əvvəllər arasında hər hansı düşmənçilik və ədavət eləcə də mübahisə və münaqişəsi olmamışdır. Aralarında daim mehriban münasibət olmuşdur. 15 yanvar 2023-cü il tarixdə o, yaşadığı ünvanda olduğu vaxt Gülnarla əlaqə saxlamışdır. Danışıq zamanı Gülnarın səsində narahatlıq hiss etmiş və nə baş verdiyini soruşmuşdur. Bacısı Asəflə mübahisə etdiyini və sonuncunun içkili onu döydüyünü demişdir. Asəflə əlaqə saxlamış, Asəf telefonunu açmamışdır. Əsəbi olduğu üçün Asəfə təkrarən bir neçə dəfə zəng etmiş, Asəfə cavab verəndən sonra mübahisə etmişlər. Tərtərə gələndən sonra Asəfin evdə olmadığı görmüş, bacısı oğlu Asəfə zəng edib evə çağırmışdır. Asəf qardaşı Məhəbbətlə birlikdə evə gəlmiş, Asəfdən nə səbəbə bacısını döydüyünü soruşduqda Asəf ailə işi olduğunu demiş, əsəbi olduğu üçün Asəfi vurmaq istəsə də bunu etməmiş, Asəfin qardaşı Məhəbbət Asəfə şillə vurub otaqdan çıxartmışdır. Mübahisədən sonra Bakıya qayıtmış, növbəti gün Asəf ona zəng edib olanlardan peşman olduğunu bildirərək barışmış, daha sonra Asəflə hər hansı bir mübahisəsi olmamış, lakin Asəf hadisədən sonra bacısı Gülnarla küsülü qalmışdır. Bacısı ilə danışanda Asəfin evdə yemək yemədiyini və onunla danışmadığını demişdir. 19 fevral 2023-cü də o, evin tikintisi ilə əlaqədar səhər Tərtər rayonuna gəlmək üçün avtovağzala gəlmiş, Asəfdən ona “Whatsapp” da səsli mesaj gəlmiş, Asəf medajda ona ona “ Anar qaqa mən dediyimi elədim, onun da başın kəsdim, o oğracında, dədəsin də öldürmək istədim, lakin yazığım gəldi öldürmədim. Dörd dənə güllə vurdum, bir dənədə boğazından bıçaq, açar Babaşdadı, uşaq Məhəbbətgildədi, Məhəbbət də bilmir, day biləsən. Evin açarı Babaşdadı və dəftər, pul, qızıl ordadı.” demişdrr. Asəfə zəng edəndı ona Tərtər rayon polis şöbəsinə könüllü təslim olmağa getdiyini, telefonu əlindən alacaqlarını deyib telefonu söndürmüşdür. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki Gülnarla yeznəsi Təqsirləndirilən şəxs əvvəllər mehriban olsalar da son iki ayda mübahisələri olmuş, Asəfin tez-tez spirtli içki içmiş, Gülnargilin qonşuluğunda olan tikinti işləri aparılan evin qardaşı İslama məxsus olmuş, sonuncu dealiz xəstəsi olduğu üçün evi özü tikdirmiş, bütün xərcləri ödəmiş, tikintiyə xərclənən pulları Gülnara vermiş, ustalara pulu isə Asəf özü şəxsən aparıb təqdim etmişdir. Bacısının kiminləsə o cümlədən evində işləyən usta Namiqlə münasibəti olamsına inanmır. Gülnar tərbiyəli ağır təbiətli qadın olmuş, nəinki usgtalar işdə belə öz iş yoldaşları ilə hər dəqiqə danışıb gülməmiş və ünsiyyət saxlamamışdır. Asəf bacısını usta ilə ona xəyanət etdiyini deyib öldürsə də buna inanmır. Hadisədən sonra bacısı Gülnarın azyaşlı uşaqları onun himayəsindədir. Asəfdən şikayətçidir, barışmamışdır. Ən ağır cəza olan ömürlük həbs verilməsini istəyir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində dindirilmiş X8 göstərmişdir ki, usta işləyir. Mərhum Namiq onun oğludur. Mərhumun iki azyaşlı övladı vardır. Hal-hazırda həmin uşaqlar anaları ilə birlikdə onun yanındadır. Təqsirləndirilən şəxsla arasında düşmənçilik və ədavət olmamışdır. Oğlu Namiqlə birlikdə Asəfin qaynının evində təmir tikinti işlərinə 2022-ci ilin iyun-iyul aylarında başlamış, səhər gedib axşam evə qayıtmışlar. Asəf qonşuluqdakı evdə arvadı Gülnar və iki az yaşlı övladı ilə birlikdə yaşamışdır. Asəfin arvadı Gülnarı isə həmin müddətdə çox az işdən gələrkən görmüş, özü və oğlu Namiqin işlədikləri müddətdə Gülnarla ünsiyyəti olmamışdır. 19 fevral 2023-cü ildə səhər Namiqlə birlikdə “VAZ-21099” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Asəfin yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlmiş, hər dəfə olduğu kimi maşını Asəfin həyətində saxlamış, Asəf evin həyətinə düşüb onlarla hal-əhval tutmuşdur. Oğlu Namiqlə işlərini davam etmək üçün Asəfin qaynının həyətinə getmiş, sement və qum qarışdırmışlar. Namiq su gətirmək üçün Asəfin həyətinə getmiş, ilk vedrəni gətirib Asəfin həyətinə gedəndən sonra Asəfgildən iki dəfə atəş səsi gəlmiş, ah-nahlə eşitmiş, darvazadan içəri girəndə qapının yanında Namiqin xırıldadığını görmüşdür. Namiqi çağırsa da sonuncu ona cavab verməmiş, tüfəngə güllə qoymuşdur. Asəfin atəş açdığını bilib ağlayaraq sonuncunu söymüş, “niyə belə elədin, gəl oğlumu xəstəxanaya aparaq” deyəndə, Asəf öz maşını ilə yanından keçəndə “ay oğraş dincəldinmi!?” ifadəsini demiş, lakin həmin sözləri nə məqsədlə dediyini başa düşməmişdir. Asəf laqeyd halda “day ondan keçdi” deyib silahı ona tərəf tutmuşdur. Asəfin ona güllə atacağını düşünüb hasarın arxasına keçib uzaqlaşmış, darvazadan çıxıb bir qədər uzaqlaşanda üçüncü güllə səsini eşitmiş, təxminən 200 metr sonra küçənin əks tərəfinə qaçmış, Məhəbbətin maşınla ona tərəf gəldiyini görüb, oğlunu xəstəxanaya çatdırmaq üçün kömək etməsini xahiş etmiş, Məhəbbətlə birlikdə oğlunun yanına gəlmiş, hadisə yerinə çatanda ətrafda çoxlu insanlar olmuşdur. O, dərhal maşından düşüb oğlunun vurulduğu yerə getmiş, oğlu hərəkətsiz olmuş, təcili tibbi yardım işçiləri Namiqin nəbzini yoxlayıb öldüyünü demişlər.Hadisə yerinə çoxlu adam toplaşmış polis və prokurorluq işçiləri gəlmişlər. Məhkəmədə verilmiş suallara cavab olaraq Faiq Allahverdiyev göstərdi ki, oğlu mərhum Namiqi qarışığa su tökmək üçün Asəfgilin həyətinə vedrə ilə su gətirməyə getmiş, səsi eşidib içəri girəndə Asəfi biraz kənarda görmüşdür. Asəf silahı ona tərəf tutuandan sonra hadisə yerindən qaçmış, bir qədər uzaqlaşdıqdan sonra üçüncü dəfə atəş səsini eşitmiş, Asəfin dördüncü dəfə atəş açması və mərhum oğluna bıçaqla zərbə yetirməsindən məlumatı olmamış, Asəf silahı ona tərəf çevirəndə əlində bıçaq olmuş və bıçağın tiyəsində qan ləkələri olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ən ğır cəza verilməsini istəyir. Oğlunun öldürülməsindən sonra onun məzar daşının hazırlanması, yas mərasiminin verilməsi üçün xeyli xərci çıxmışdır. Həmçinin oğlunun ölümündən sonra onun 2 azyaşlı övladı qalmışdır. Buna görə ona dəymiş maddi və mənəvi ziyana görə 30000 manat ödənilməsini və mülki iddianın tam olaraq təmin edilməsini, təqsirləndirilən şəxsə ömürlük həbs cəzaı verilməsini xahiş edir. Məhkəmədə qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası Gülnar Məmmədova isə anasıdır. Atası və anası əvvəllər mehriban olsalar da son dövlərdə aralarında tez-tez mübahisələr olmuşdur. Bir dəfə gecə vaxtı bacısı ilə yatarkən evdən yüksək səs gəldiyi üçün yuxudan oyanmış, bacısı Mədinəni atasının yatdığı otağın qapısının qarşısında dayanıb ağlayırmış. O, bacısını görəndə atasıgilin yatdığı otağın qapısı bağlı vəziyyətdə olmuş və içəridən atasın səsi gəlsə də nə dediyini bilməmişdir. Bir qədər sonra atası otaqdan çıxıb qapını kilidləyib hamama getmiş, bacısını sakitləşdirmiş və daha sonra onlara səhər yeməyi vermiş, onları əmisigilə aparacağını demiş, aparıb əmisinin maşınına qoymuş, özü isə çıxıb getmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 Asəf qızı da qardaşı ilə eyniməzmunlu ifadə verərək göstərmişdir ki, xx.xx.2023-cü ildə qapıda içəridən qışqırıq səsi eşitmiş və olmasını bilməmişdir. Hadisədən sonra Bakı şəhərində dayısı Anargilin yanında qalırlar. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş X13 ifadəsində göstərmişdir ki, Asəf balaca qardaşıdır. Qardaşı ilə arasında hər hansı düşmənçilik və ya ədavət, eləcə də mübahisə və münaqişəsi olmamışdır. Asəf daim ailəsinə qarşı mehriban və ailəcanlı olmuşdur. Təqsirləndirilən şəxs 13 il əvvəl, 2010-cu ildə evlənib mübahisə və münaqişələri olmasa da evinə mütəmadi gediş gəlişləri olmamışdır. Asəf və Gülnarın son dövr aralarında olan münasibətdən məlumatı olmamışdır.2023-cü ilin yanvar ayında dəqiq xatırlamdığ tarixdə günorta Gülnar ona zəng edib qardaşı Asəfdən şikayətlənib içki içib mübahisə etdiyini demiş, O Gülnardan sonra qardaşı Asəfə zəng etmiş, Asəf telefonu açsa da onunla danışmamış, telefonu uşaqlara verib nə olubsa bibilərinə deməyi tapşırmışdır. Uşaqlar ona heç nə demədiyi üçün Asəf telefonu götürmüş, nə baş verdiyini soruşanda sonuncu əsəbi olduğu üçün onu təhqir etmişdir. Qardaşının onu təhqir etməsindən inciyib söhbətini yekunlaşdırmış, incidiyi üçün bir daha danışmamışdır. 19 fevral 2023-cü il tarixdə səhər yaşadığı evdə olarkən digər qardaşı ona zəng edib Asəfin arvadı Gülnarı öldürdüyünü demiş, dərhal hazırlaşıb qardaşının yaşadığı ünvana getmiş, sonradan qardaşının gecə arvadı Gülnarı, sonra isə adını sonradan bildiyi usta Namiqi öldürdüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Tərtər rayon polis şöbəsinin X54 bölməsinin dövlət avtomobil müfəttişi Şahid13 göstərmişdir ki, 19 fevral 2023-cü il tarixdə səhər saat 10 radələrində Tərtər rayon polis şöbəsinin X16rşısında yol-patrul xidmətinin əməkdaşı, polis baş leytenantı Şahid10 ilə dayanarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs “Opel Astra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlib X16rşısında saxlamış və onu avtomobilə tərəf çağırmışdır. Təqsirləndirilən şəxs avtomobildən düşüb idarə etdiyi avtomobilin arxa sol qapısını açaraq ona göstərdiyi bıçaq və qoşalüləli ov tüfəngi ilə arvadını və ustanı öldürdüyünü bildirmişdir. O, Asəfi həyəcanlı olduğunu görüb iş yoldaşı Şahid10 maşına əyləşib avtomobili Tərtər rayon polis şöbəsinin duracağına sürməyi demiş, Asəf özünün avtomobili sürəcəyini desə də Asəfə avtomobili idarə etməsinə icazə verməmiş, Asəfə Dilqəmin yanında əyləşmiş və onlar birlikdə avtomobillə Tərtər rayon polis şöbəsinin duracağına getmişlər. Təqsirləndirilən şəxs Tərtər rayon polis şöbəsinin məsul növbətçisinə təhvil vermişdir. Sonradan isə Təqsirləndirilən şəxs arvadını və ustanı öldürməsi, “Opel Astra” avtomobillə Tərtər rayon polis şöbəsinə gəlməsi, qoşa lüləli ov tüfəngini və bıçağı təhvil verərək könüllü təslim olması barədə raport yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Tərtər rayon polis şöbəsinin X54 bölməsinin yol-patrul xidmətinin baş inspektoru, polis baş leytenantı Şahid10 oxşar məzmunlu ifadə verərək Şahid13 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Asəf onun balaca qardaşıdır. Asəf daim ailəsinə qarşı mehriban və ailəcanlı olmuşdur. Təqsirləndirilən şəxs arvadı X21 ilə ailəsi ilə aralarında mübahisə və münaqişə olmasa belə bir-birilərinin evinə mütəmadi gediş-gəlişləri olmamışdır. Qardaşı Asəflə arvadı Gülnar arasında inciklik olmasını arabir mübahisələri olsa da son dövr aralarında olan münasibətdən dəqiq məlumatı olmamışdır. 19 fevral 2023-cü ildə arvadı X14 Tərtər şəhərində yerləşən bazara gətirmiş, bazarda nəqliyyat vasitələri çox olduğu üçün o, arvadından özünün bazarlıq etməyi xahiş etmiş, maşında əyləşib arvadını gözləmişdir. Həmin vaxt qardaşı Asəf ona zəng edərək harada olduğunu soruşmuş, O isə Asəfə bazar ərazisində olduğunu bildirmiş, bir neçə dəqiqə sonra Asəf yenidən zəng edib bazarda hansı tərəfdə dayandığını soruşmuşdur. O, qardaşına dəqiq yerini izah etdikdən sonra qəfil avtomobilin arxa qapısı açılmış və Asəf dərhal qızı Mədinə və oğlu Məhərrəmi maşının arxa oturacağına əyləşdirmişdir. O, qardaşından nə baş verdiyini, Gülnarın harada olduğunu soruşduqda Asəf ona arvadı Gülnarı evdən qovduğunu deyib çıxış getmişdir. Bir qədər sonra arvadı onun yanına gəlmiş, arvadını və uşaqlarını yaşadığı ünvana aparmışdır. Bundan sonra o, narahat qaldığı üçün qardaşı Asəfə yenidən zəng etmiş, lakin sonuncu onun telefon zəngini açmamışdır. Uşaqları evə qoyduqdan sonra şəhər istiqamətinə qayıtmış və “Kapital Bank”ın yanına çatanda Asəfə zəng etmiş, Asəf telefonu açıb “Gülnarı gecədən öldürmüşdüm, ustanı da indi öldürdüm” deyib telefonu söndürmüşdür. O, dərhal maşını Asəfgilin evinə sürmüşdür. 3-4 dəqiqə sonra qardaşı Asəflə yaşadığı küçəsinin çıxışında qarşılaşmış, O, Asəfi görən kimi avtomaşını saxlayıb maşından düşsə də Asəf maşını saxlamadan yanından keçib uzaqlaşmışdır. Bu vaxt orta yaşlı bir kişi ona yaxınlaşıb “Məhəbbət müəllim oğlum yaralıdı, xahiş edirəm gedək onu xəstəxanaya aparaq” sözlərini demiş, O, dərhal ustanı idarə etdiyi avtomaşına əyləşdirib Asəfin yaşadığı ünvana aparmış, 100-150 metr sonra hadisə yerinə çatanda qonşulardan bir neçəsi orada olmuş, çatanda ətrafdakılara səs-küy edərək təcili-tibbi yardım çağrılmasını xahiş etmişlər. Sonradan adı Namiqin uzandığı yerə yaxınlaşmışdır. Namiq yerdə hərəkətsiz vəziyyətdə olmuş, Namiqin öldüyünü başa düşmdüşdür.. Bu barədə Tərtər rayon polis şöbəsinə məlumat vermiş, Qısa müddət sonra polis əməkdaşlarından biri zəng edib qardaşı Asəfin könüllü polis şöbəsinə yaxınlaşaraq təslim olduğunu bildirmişdir Məhkəmədə verilmiş suallara cavab olaraq göstərmişdir ki, Asəfin Namiqi vurduğu silah mərhum atasından yadigar qalmış, təqribən bir ay əvvəl Gülnar Məmmədova ilə qardaşı Asəfin ailəsində ailə daxili mübahisə baş verdiyini, həmin vaxt Gülnarın qardaşı Anarın da onlara gəldiyini, lakin o, mübahisəni böyük qardaş kimi qaydasına qoyub yekunlaşdırdığını, sonrakı məsələlərdən xəbəri olmadığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 göstərmişdir ki, o, Asəfgilin qonşusu olmuş mübahisə və münaqişələri olmamışdır. Gülnar və Asəfin son dövrlərdə aralarındakı münasibətdən xəbəri yoxdurr. Qonşu olduqları müddətdə daim mehriban münasibətləri olmuşdur. 19 fevral 2023-cü ildə səhər saatlarında yaşadığı evdə olarkən küçədən bir dəfə atəş səsi gəliş, oğlu Ülvidən nə baş verdiyini soruşanda, oğlu ona guya küçədə silahla it vurduqlarını demişdir. İkinci dəfə atəş səsi gələndə narahat olub səsin haradan gəldiyini soruşmuşdur. Ülvi ona səsin qonşuları Asəfin həyətindən gəldiyini bildirmişdir. O, bundan bir qədər sonra küçəyə çıxmaq üçün darvazanın yanına gəlmişdir. Küçədə Asəfin yaşadığı evin qarşısında xeyli sayda insanların və rayon polis şöbəsinin əməkdaşlarının yığışdığını görmüşdür. Nə baş verdiyini öyrənmək üçün ora getmək istəmiş, lakin oğlu o, ürəyindən əməliyyat olduğu üçün küçəyə çıxmasına icazə verməmişdir. Ətrafdakı adamlardan nə baş verdiyini soruşanda küçədəki adamlar Asəfin usta Namiqi silahla yaraladığını demiş, bir müddət sonra Asəfin arvadı Gülnarı da qətlə yetirdiyi məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur, daim mehriban münasibətləri olmuşdur. 19 fevral 2023-cü il səhər saatlarında o, yaşadığı evin həyətində olarkən küçədən bir dəfə atəş səsi eşitmiş, atası ondan nə baş verdiyini soruşanda küçədə silahla it vurduqlarını fikirləşib atasına məlumat vermişdir. Küçədən ikinci dəfə atəş səsi gələndə səsin qonşuları Asəfin həyətindən gəldiyini eşitmiş və dərhal küçəyə çıxmışdır. Küçəyə çıxanda qonşular Asəfin əlində silah darvazanın qarşısında gəzişdiyini görmüş, Asəfin yaşadığı evin qarşısında xeyli adam olmuş, evin qarşısına yaxınlaşanda mərhum Namiq Allahverdiyevin meyiti yerdə olmuşdur. Atası nə baş verdiyini öyrənmək üçün ora getmək istəsə də küçəyə çıxmağına icazə verməmiş obil telefonu ilə təcili-tibbi yardıma zəng edib hadisə barədə məlumat vermişdir. Evdə olduqları vaxt Asəfin həyətindən üçüncü dəfə atəş səsi gəlmişdir. Lakin üçüncü atəşi kimə açdığını bilməmişdir. Bir qədər sonra yenidən hadisə yerinə getmiş, polis əməkdaşları orada olmuş, sonradan Asəfin həmin gün gecə saatlarında arvadı Gülnarı öldürdüyünü bilmişdir. Asəflə Gülnarın arasında son dövrlərdə mübahisə və ya münaqişə olmasından məlumatının olmadığını, Mərhum Namiqi əvvəllər tanımamış, sonuncunu Asəfin qaynı Anarın evində usta işlədiyi müddətdə tanıdığını, Namiqin mehriban bir insan olduğunu, sonuncunun Anarın evində işlədiyi müddətdə hər hansı bir mənfi hərəkəti ilə qarşılaşmadığını bildirmişdir. İş üzrə məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərmişdir ki, o, usta işləyir. Asəf və Gülnar qonşuları olmuşdur. Hər iki şəxslə arasında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Qonşuları son dövrdə aralarında olan münasibətdən məlumatlı deyil. 19 fevral 2023-cü ildə səhər yaşadığı evin həyətində olmuşdur. Həmin vaxt küçədən bir dəfə atəş səsi gəlmiş, nə baş verdiyini öyrənmək üçün küçəyə çıxıb Asəfgilə tərəf getmiş, həmin vaxt həyətdən ikinci dəfə atəş səsi gəlmişdir. O, çatana yaxın Asəf özünü itirmiş vəziyyətdə maşına əyləşib hadisə yerindən uzaqlaşmış, hadisə yerində çoxlu adamlar olmuşdur. Həyətə girəndə mərhum Namiqin meyitini həyətdə görmüşdür. Hadisə yerində mərhum Namiqin atası Faiq və qonşusu Asəfin qardaşı Məhəbbət sonra isə polislər gəlmişdir. Sonradan bilmişdir ki. Asəf həmin gün gecə arvadı Gülnarı da öldürmüşdür. Təqsirləndirilən şəxs hər hansı şəxs və ya şəxslərlə arasında düşmənçilik, ədavətin olmasından məlumatı yoxdur. Qonşu olsalar da, bir-birinin evinə gediş-gəlişlərinin olmamış, Asəflə Gülnarın arasında son dövrlərdə mübahisə və ya münaqişə olmasından xəbəri yoxdur İş üzrə məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, o, rayon ərazisində usta fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs onun qaynı Anarınn evinin tikintisində işləyəndə tanımışdır. O, 2023-cü il yanvar ayından Anar Rüstəmovun evinin tikintisində, köməkçisi Şahid6 da həmin evində işləmiş, dam örtüyü onlara tapşırılmışdır. Yaşarla həmin evdə təxminən bir ay işləmiş, işlədikləri müddətdə birlikdə mərhum Namiq Allahverdiyev və sonuncunun atası Faiq Allahverdiyev işləmişdir. Onlarla eyni vaxtda işə gəlib axşam saatlarından evlərinə getmişlər. İşlədikləri müddətdə mərhum Gülnar təqribən 1-2 dəfə görmüş, Gülnar günorta işdən evə gələndə bəzən onlara başı ilə salam verib yaşadığı evə girmiş, onların Gülnarla söhbəti, qarşılaşmağı olmamış, işlədikləri müddətdə mərhum Namiqlə Gülnar arasında hansısa şübhəli hal görməmişdir. Hadisədən iki gün əvvəl köməçisi ilə işlərini yekunlaşdırıb yaşadıqları ünvana getmiş, hadisədən sonradan məlumatı olmuşdur. Təqsirləndirilən şəxs mehriban sakit insan olmuş, aralarında heç vaxt mübahisə və münaqişə olmamış, bəzən işlərində nöqsan olanda bunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 da Şahid7la eyniməzmunlu ifadə verib onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X26 göstərmişdir ki, Tərtər rayon İcra Hakimiyyətində işləyir. X21 həm əmisinin həyat yoldaşı, həm də iş yoldaşı olmuşdur. Gülnar qohumu olsa da özünə qapalı biri olmuş, əmisi Asəflə aralarında olan narazılıq və mübahisələri olmamışdır. Əmisi Asəf və bibisi Gülnar daim insanlara qarşı mehriban və təvazökar olmuş, ailə daxili mübahisəsindən məlumatı olmamışdır. Gülnar iş yoldaşlarına eləcə də ona ailədaxili problemlər barədə heç vaxt bu barədə məlumatı olmamışdır. 19 fevral 2023-cü ildə səhər yaşadığı evdə işə getməyə hazırlaşarkən anası yataq otağına daxil olub ona əmisi Asəfin kimisə öldürdüyünü bildirmişdir. O, dərhal əmisigilin evinə getmiş, çatanda küçədə çoxlu insan toplaşdığını və əmisi Məhəbbətin orada olduğunu görmüşdür. Evin həyətinə girəndən sonradan bildiyi mərhum Namiqin yerdə hərəkətsiz qaldığını görmüş, əmisi Asəfin gecə arvadı Gülnarı da yaşadığı evdə qətlə yetirdiyini öyrənmişdir. Məhkəmədə şahid qismində X22 da X26 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş, əlavə olaraq göstərmişdrir ki iş yoldaşı olsalar da Gülnar özünə qapalı olmuş, işdən evə işdən evə gedib gəlmiş, rəsmi olmuş, onlarla dərləşməmiş evlə bağlı hansısa problemi olduğu deməmiş, son dövrlər onun davranışlarında hər hansl fərqli cəəht olduğunu hiss etməmişdir. Hadisəni eşidəndə əvvəlcə buna inanmış sonradan məlumatı olmuşdur. Mərhum Gülnarın digər mobil telefonu olub-olmamasını isə bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 göstərmişdir ki, o Təqsirləndirilən şəxs qiyabi tanısa da və X9 iş yoldaşı olmuşdur. O, Gülnarla eyni şöbədə çalışmışdır. Gülnarla arasında hər hansı düşmənçilik və ya ədavət, eləcə də mübahisə və münaqişəsi olmamışdır. Gülnar əvvəllər bankda işləmiş, özü də həmin dövrdə qaz idarəsində çalışdığı üçün ora tez-tez gedib gəlmiş, Gülnarı mehriban və təvazökar xanım kimi tanımışdır. Gülnar iş yoldaşları evdəki problemlər mübahisələri barədə heç vaxt məlumatı olmamış, hadisədən bir neçə gün əvvəl uşaqlarının xəstə olduğunu bildirmiş və bir az narahat olduğu hiss olunmuşdur. 19 fevral 2023-cü il tarixdə səhər yaşadığı evdə olarkən, mobil telefonla zəng edərək Gülnarı əri Asəfin öldürdüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, evdar qadındır. X28 əri olmuş, O, Namiqlə yaşadığı dövrdə sonuncunun ona xəyanəti olmamışdır. Namiqlə mübahisə və münaqişəsi olmamışdır. Namiq atası ilə birlikdə rayon ərazisində usta kimi işləyib ailəsini dolandırmışdır. Əri Namiq evinə bağlı olmuş, dost-tanışı ilə arabir əlaqə saxlamışdır. Evli olduqları müddətdə Namiqin hansısa qadınla danışdığını kiminləsə qeyri rəsmi münasibəti olmamışdır. 19 fevral 2023-cü il səhər saatlarında o, yaşadığı evdə olmuş, evdə olduqları müddətdə qayınatası Faiq qaynanası Nəzakətə zəng edərək Namiqin öldüyünü bildirmiş, hadisə barədə heç bir məlumat verməmişdir. O atasına zəng edərək məlumat almaq istədikdə atası ona Namiqi evində usta işlədiyi şəxsin öldürdüyünü bildirmişdir. Gülnar Məmmədova və Təqsirləndirilən şəxs tanımamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tibbi ekspertiza sahəsində mütəxəssis qismində dindirilmiş, MTE PA ETTB Publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin məhkəmə tibb eksperti X35 verilən suallara cavab olaraq göstərdi ki, şəxslərin cinsi əlaqədə olmasının əsas göstəricisi cinsi orqanlarda təbii və qeyri təbii yolla əlaqədə olduqdan sonra sperma yaxud qadın cinsi ifrazatının qalmasıdır. Lakin ola bilər ki cinsi əlaqə zamanı hər hansı ifrazat boşalma sperma ifrazı olmasın. Bakirəliyə, yəni qızlıq pərdəsinin cırılmasına münasibətdə cinsi əlaqədə olmanı müəyyən etmək daha asan olmaqla, qızlıq pərdəsinin pozulma müddəti çapıq toxumasının inkişaf səviyyəsinə görə müəyyən edilə bilirsə, qadınlarda davamlı cinsi əlaqəni (təbii yaxud qeyri təbii yolla) müəyyən etmək yəni əlavə faktorlar olmadan şəxslərin nə vaxt cinsi əlaqədə olmasını müəyyən etmək qeyri-mümkündür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 19 fevral 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Tərtər şəhəri, Mübariz Kərimov küçəsi 07 ünvanında yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evinin darvazasından içəri daxil olduqda darvazadan 290 sm məsafədə yerdə şərti olaraq 1 rəqəmi ilə işarələnmiş giliz həmin gilizdən 360 sm məsafədə isə 2 rəqəmi ilə işarələnmiş ikinci giliz vardır. Fərdi yaşayış evinin darvazasından sağa doğru baxdıqda torpağın üzərində kürəyi üstə uzanmış, ətrafında qanabənzər gölməçə olmaqla üzərində qətl əlamətlərinin izlərini daşıyan kişi cinsli şəxs vardır. Meyitin kənarında 01 ədəd üzərində plastik örtüyü olan tıxac var. 9 pilləli pilləkənlə qalxdıqda fərdi yaşayış evinin içəri tərəfə açılan, qəhvəyi rəngli dəmir giriş qapısı vardır. Fərdi yaşayış evi 01 dəhliz, 01 mətbəx və biri bağlı olmaqla 04 otaqdan ibarətdir. Giriş qapısından içəri daxil olduqda qapısı açıq qəhvəyi rəngdə olan, giriş qapısı ilə paralel yerləşən mətbəxdən sağ tərəfdə ikinci yataq otağı mövcuddur. Yataq otağına daxil olduqda yerdə kürəyi üstə uzanıqlı, uzandığı yerdə qanabənzər gölməçə, üzərində qətl əlamətləri olan qadın cinsli şəxs və onun sol qolundan 21 sm məsafədə şərti olaraq 3 rəqəmi ilə nömrələnmiş 01 ədəd dəstəyi ağ rəngli, tiyəsinin uzunluğu 22 sm olan bıçaq var. Evin həyətindəki hamam otağına baxış zamanı 1 ədəd tünd göy və mavi rəngli olmaqla üzərində qanabənzər ləkələri olan şalvar və uzunqol köynəkdən ibarət idman geyimi, 01ədəd qara rəngli olmaqla iç hissəsi boz rəngdə olan qısaqol jilet və 01 ədəd göy rəngli üzərində ağ xətlər və qanabənzər ləkələr olan qısaqol köynək aşkar edilmişdir. Evin hamamından aşkar edilmiş paltarlar, 02 ədəd giliz və 01 ədəd üzərində plastik örtüyü olan tıxac, 01 ədəd dəstəyi ağ rəngli, tiyəsinin uzunluğu 22 sm olan bıçaq, X2 meyitinin olduğu yataq otağından 03 ədəd çubuqlu tampon vasitəsilə götürülmüş qanabənzər nümunələr, X1 meyitinin olduğu yerdəən torpaq üzərindən 03 ədəd çubuqlu tampon vasitəsilə götürülmüş qanabənzər nümunələr qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 19 fevral 2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X2 meyiti təşrih masasının üzərinə uzadılmışdır. Meyitə bükülmüş parça açıldı, meyitin əynində 01 ədəd ağ rəngli, üzərində “Love” sözləri yazılmış və qanabənzər ləkələri olan uzunqol üst gecə geyimi, 01 ədəd tünd boz rəngli şalvar və 01 ədəd qara rəngli, üzərində qanabənzər ləkələri olan mayka vardır. Xarici cinsiyyət üzvləri qadın tiplidir, normal quruluşludur. Arxa keçəcək dəliyi yumulu vəziyyətdədir, ətraf dərisi, aralıq nahiyəsi təmizdir, zədəsizdir. Hər iki yuxarı və aşağı ətraflar normal qurluşludur. Ətraf sümüklərini əllədikdə tamdır. Meyitin xarici müayinəsi zamanı boyun nahiyəsinin ön səthində 17,0 x 3,0 sm ölçüdə, kənarları hamar, qansızmalı, qurtaracaqlarından biri iti, digəri küt olan açılmış yara vardır. Yaranın sol kənarında yaraya bitişik 4 ədəd ən böyüyü 2,0 x 0,2 sm, ən kiçiyi 0,4 x 0,2 sm, sağ kənarında isə 5 (beş) ədəd ən böyüyü 3,7 x 0,2 sm, ən kiçiyi 1,9 x 0,4 sm ölçülərdə,xətt şəkilli, zolaq formalarda, kənarları hamar, qansızmalı, ucları iti səthi yaralar vardır. Həmin yaradan 1,0 sm aşağı döş qəfəsinə doğru 9,0 x 3,0 sm ölçüdə, zolaq formada, kənarları hamar, qansızmalı, qurtaracaqlarının biri iti, digəri küt olan yara vardır. Boyun nahiyəsinin sağ yarısında aşağı hissədə 3 (üç) ədəd 3,2 x 0,2 sm, 2,5 x 0,2 sm, 1,5 x 0,1 sm, sol yarısında 1 (bir) ədəd 2,8 x 0,1 sm ölçülərdə, xətt şəkilli formalarda, kənarları hamar, qansızmalı, ucları iti səthi yaralar vardır. Döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthindəorta körpücük xətti üzrə 10,2 x 0,5-0,2 ölçüdə, zolaq formada, kənarları hamar, qansızmalı, ucları iti yara vardır. Sol əlin İ daraq falanqa oynağında 3,2 x 1,7 sm ölçüdə, kənarları hamar, qansızmalı, ucları iti yara vardır, daraq falanqa oynağı kəsilmişdir. Sol əlin İİ barmağının İİ falanqasmın ovuc səthində 1,5 x 0,5 sm, İİİ barmağının ovuc səthində 1,4 x 0,3 sm, İV barmağının uc falanqasmın ovuc səthində 0,4 x 0,2 sm, İ barmağın İ falanqasının ovuc səthində 1,5 x 0,2 sm, sağ əlin İ-İİ barmaqlarının arxasında 4,0 x 1,3 sm, İİ barmağının İİ falanqasmın ovuc səthində 2,5 x 0,5 sm, İİİ barmağın İİ falanqasmın ovuc səthində 1,7 x 0,5 sm, İV barmağın İ falanqasmın ovuc səthində 1,4 x 0,5 sm, V barmağın uc falanqasmın ovuc səthində 1,0 x 0,3 sm, alt çənə nahiyəsində 1,0 x 0,2 sm ölçülərdə, xətt şəkilli, zolaq və qeyri-müəyyən formalarda, kənarları hamar, qansızmalı, ucları iti yaralar vardır. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilmədi. X15 məxsus meyitin əynində olan 01 ədəd ağ rəngli, üzərində “Love” sözləri yazılmış və qanabənzər ləkələri olan uzunqol üst gecə geyimi, 01 ədəd tünd boz rəngli şalvar və 01 ədəd qara rəngli, üzərində qanabənzər ləkələri olan mayka, 01 ədəd qızıl sep iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarına əlavə edilmiş 02 mart 2023-cü il tarixli qəbzdən görünür ki, meyitə baxış keçirilməsi zamanı götürülmüş Gülnar Məmmədovaya məxsus 01 ədəd qızıl sep zərərçəkmiş şəxsin hüquqi varisi X27 qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 19 fevral 2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X1 meyiti təşrih masasının üzərinə uzadılmışdır. Meyitə bükülmüş parça açıldı, meyitin əynində 01 ədəd qara rəngli, sol sinə və qolaltı nahiyəsində zədələri və üzərində qanabənzər ləkələri olan uzunqol köynək, 01 ədəd göy rəngli, üzərində qanabənzər ləkələr olan şalvar, 01 ədəd boz rəngli, üzərində qanabənzər ləkələr və zədələri olan uzunqol jaket, 01 ədəd qara rəngli, boğazının iç nahiyəsində “PUMA” sözləri yazılmış və üzərində qana bənzər ləkələr olan qısaqol jilet və 01 ədəd boz rəngli, üzərində qanabənzər ləkələr olan mayka vardır. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi dərəcədə köklükdədir, boyunun uzunluğu 177 sm-dir. Meyitin ümumi dəri örtüyü və görünən selikli qişaları ölgün avazımış rəngdədir. Əllə yoxladıqda meyit soyumuşdur. Meyitin bədənin arxa səthində adacıqlar şəklində göyümtülbənövşəyi rəngdə meyit ləkələri vardır. Xarici cinsiyyət üzvləri normal quruluşda olub kişi tiplidir. Arxa keçəcək dəliyi yumuludur, zədəsizdir. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər tapılmışdır: sağ körpücüküstü nahiyədə 2,1 x 0,5 sm, sol körpücüküstü nahiyədə 2,2 x 1,9 sm, sol körpücükaltı nahiyədə 2,3 x 0,8 sm, ölçülərdə, zolaq formada, kənarları hamar, qansızmalı, qurtaracaqlarından biri iti digəri küt olan yaralar vardır. Həmçinin sağ körpücükaltı nahiyədə 3,5 x 2,3 sm ölçüdə, oval formada, kənarları nahamar, qansızmalı, toxuma deffekti olan və kənarları içəriyə doğru nisbətən çevrilmiş yara vardır, yara kənarında qırmızımtıl rəngdə sıyrıq halqası vardır. Döş qəfəsinin sol yarısının ön səthində-məmə xətti üzrə İİİ-İV qabırğa bərabərliyində birbirindən 0,8 sm aralı 2 (iki) ədəd 4,8 x 3,1 sm, 4,0 x 2,5 sm ölçülərdə, dairəvi formalarda, kənarları nahamar, qansızmalı, toxuma deffekti olan və kənarları içəriyə doğru nisbətən çevrilmiş yaralar vardır, yara kənarında qırmızımtıl rəngdə sıyrıq halqası vardır. Yaranın ətrafında 0,3 x 0,3 sm-ə qədər ölçülərdə, bir neçə ədəd oval və dairəvi formalarda yaralar vardır. Sol qoltuqaltı nahiyədə bazunu əhatə etməklə 8,0 x 6,0 sm, sol qoltuq nahiyəsinin döş şöbəsində isə 6,0 x 4,0 sm ölçüdə, yarıq şəkilli formalarda, kənarları nahamar, qansızmalı, kənarları xaricə doğru çevrilmiş yaralar vardır. Qeyd edilən yaralar nahiyəsi müayinə olundu, qoltuq arteriyası və venasının zədələnməsi müəyyən edildi. Yara kanalının istiqaməti sağdan-sola, aşağıdan nisbətən yuxarıdır. Onurğa nahiyəsinin döş şöbəsində 4,0 x 3,0 sm ölçüdə, oval formada, kənarları nahamar, qansızmalı, toxuma deffekti olan və kənarları içəriyə doğru nisbətən çevrilmiş yaralar vardır, yara kənarında qırmızımtıl rəngdə sıyrıq halqası vardır. Yara kanalının içərisində 1 (bir) ədən tıxac konteyner çıxarıldı. Yara kənarında 0,3 x 0,3 sm-ə qədər ölçülərdə, bir neçə ədəd yaralar vardır (kor). Meyitin xarici müayinəsində yuxarıda qeyd edilən xəsarətlərdən başqa digər xəsarət tapılmadı. Baxış zamanı X1 əynində olan 01 ədəd qara rəngli, sol sinə və qolaltı nahiyəsində zədələri və üzərində qanabənzər ləkələri olan uzunqol köynək, 01 ədəd göy rəngli, üzərində qanabənzər ləkələr olan şalvar, 01 ədəd boz rəngli, üzərində qanabənzər ləkələr və zədələri olan uzunqol jaket, 01 ədəd qara rəngli, boğazının iç nahiyəsində “PUMA” sözləri yazılmış və üzərində qana bənzər ləkələr olan qısaqol jilet və 01 ədəd boz rəngli, üzərində qanabənzər ləkələr olan mayka, mərhumun bədənindən aşkar edilmiş 20 ədəd qırma, 02 ədəd üzərində plastik örtüyü olan tıxac götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 19 fevral 2023-cü il tarixli “götürmə və baxış keçirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş və istintaqa könüllü olaraq təqdim etdiyi 01 ədəd qara rəngli, üç düyməli uzunqol köynək, bir ədəd qara rəngli, boğazında xəzi olan gödəkcə və 01 ədəd boz rəngli şalvar iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırmaqla götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 03 mart 2023cü il tarixli “mobil telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Nokia” markalı mobil telefon götürülmüş, telefonun “Kontakt” menyusuna, həmçinin, “Gələn zənglər” və “Mesajlar” menyularında iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumat müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 03 mart 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi” markalı mobil telefon smartfon tiplidir, modelinə görə barmaq toxunuşu ilə işləməkdədir. Üzərində və ekranının ətraf hissələrində heç bir fərqləndirici əlamət yoxdur. Həmin telefonun “Kontakt” menyusuna, “Gələn zənglər”, “Mesajlar”, “Şəkillər” və digər menyularına daxil olduqda cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək heç bir şey aşkar olunmadı. Daha sonra “Səsli Notlar” menyusuna daxil olundu. Mobil telefonun “Səsli Notlar” menyusuna daxil olduqda mobil telefona müxtəlif tarixlərdə (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023) səs yazıları olması, müəyyən edilmiş, həmin səs yazılarında iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək heç bir şey aşkar olunmamış, səs yazıları 01 ədəd “CD” diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 06 mart 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X9 istifadəsində olmuş “Mİ1906G71”markalı mobil telefon ön tərəfdən qara, arxa tərəfdən isə tünd yaşıl rənglidir, kilitli ekranı yandırdıqda X2 və iki nəfər az yaşlı oğlan və qız uşaqlarının şəkili görsənir. “Smartfon” modellidir, ön tərəfində heç bir düymə yoxdur, modelinə görə barmaq toxunuşu ilə işləməkdədir. Üzərində və ekranının ətraf hissələrində heç bir fərqləndirici əlamət yoxdur. Həmin telefonun “Kontakt” menyusuna, həmçinin, “Gələn zənglər”, “Mesajlar”, “Şəkillər” və digər menyularına daxil olduqda cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək heç bir şey aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 20 fevral 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən nəqliyyat vasitəsi “Opel Astra” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı olmaqla xarici gümüşü rəngdə, içərisi qara və qırmızı rəngdədir. Nəqliyyat vasitəsinin içərisində arxa oturacaqların üzərində 01 ədəd K39980-56 markalı, 16 kalibirli, qoşa lüləli ov tüfəngi və tüfəngin içərisində olan 02 ədəd giliz, eləcə də 01 ədəd üzərində qanabənzər ləkələr olan, dəstəyi göy, qırmızı və ağ rəngli olmaqla tiyəsinin uzunluğu 14,5 sm olan bıçaq aşkar edilmişdir. Avtomobilin arxa oturacağın üzərindən aşkar edilmiş 01 ədəd K39980-56 markalı, 16 kalibirli, qoşa lüləli ov tüfəngi və tüfəngin içərisində olan 02 ədəd giliz, eləcə də 01 ədəd üzərində qanabənzər ləkələr olan, dəstəyi göy, qırmızı və ağ rəngli olmaqla tiyəsinin uzunluğu 14,5 sm olan bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 21 fevral 2023cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış ifaədsində göstərdiklərini əyani şəkildə hadisə yerində göstərərək təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizanın 17 mart 2023-cü il tarixli, 06 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər: sağ İ-İİ-İİİ-İV-V-Vİ, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınıqları, İX, X, Xİ-Xİİ döş fəqərələrinin sınıqları, daxili üzvlərin-ürək, ağciyərin yaralanmaları ilə döş qəfəsinin daxilə keçən 1 (bir) ədəd və onurğa nahiyəsinin daxilə keçən 1 (bir) ədəd və qoltuq arteriyası və venasının zədələnməsi ilə döş qəfəsinin daxilə keçməyən-dəlib keçən 2 (iki) ədəd odlu silah (qırma) yaralanmaları, sağ, sol körpücüküstü, sol körpücükaltı nahiyələrinin daxilə keçən 2 (iki) ədəd və daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları vardır. Həmin xəsarətlər həyatidir, ölümdən az vaxt əvvəl törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü ilə uyğun gəlir, xəsarətlərin xarakterinə, formasına, marfoloji əlamətlərinə, yara kanalı içərisindən aşkar edilərək çıxarılan 2 (iki) ədəd tıxac konteyner və metal yad cismə (qırmaya) əsasən demək olar ki, bu yaralar patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş (atəşlər) təsirindən törənmişdir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 meyitinin bədəni üzərində müəyyən edilmiş sağ, sol körpücüküstü, sol körpücükaltı nahiyələrinin daxilə keçən (iki ədəd) və daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları isə deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla törənə bilər, törənmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə; a) sol körpücüküstü, sol körpücükaltı nahiyələrinin daxilə keçən deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər; sağ körpücüküstü nahiyənin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası isə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. X1 oğlunun ölümünə səbəb döş qəfəsi nahiyəsinin odlu silah (qırma) yaralanmaları ilə əlaqədar daxili üzvlərin (ürək, ağciyər) yaralanmaları və qoltuq arteriyası, venasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X1 meyitinin qanından götürülmüş məhkəmə-kimya tədqiqiatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0,8%o-dir. Etil spirtinin aşkar edilmiş bu qatılığı canlı şəxslərlə Yüngül dərəcəli sərxoşluq hesab edilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2023-cü il tarixli 773/k saylı maddi sübutların müayinəsi aktı). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə tibbi ekspertizasının 17 mart 2023-cü il tarixli, 07 nömrəli rəyindən görünür ki, X2 meyitinin bədənində aşağıdakı xəsarətlər- kəskin qanitirmə, boyun damarlarmm-vidaçi vena, yuxu arteriyası, venası, qırtlaq, udlaq arteriyalarının kəsilməsi, qırtlağın, udlağın, İİİ-İV boyun fəqərələri kəsilməsi ilə boyunun kəsilmiş, deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin, sol və sağ əlin barmaqlarının, alt çənənin kəsilmiş yaraları vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl kəsici kənara və iti uca malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, bıçaqla törənə bilər, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X2 ölümünə səbəb boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə əlaqədar vidaçi venanın, yuxu, qırtlaq, udlaq arteriyalarının kəsilməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 12-15 saat olar baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqiatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2023-cü il tarixli 774/k saylı maddi sübutların müayinəsi aktı). X4 hamilə deyildir. X2 uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 02 ədəd tamponun tədqiqi zamanı sperma aşkar olunmadı (əsas xx.xx.2023-cü il tarixli 9/38 saylı tampon və yaxmaların tədqiqi aktı). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən ambulator məhkəmə psixatrik və pxisoloji ekspertizanın 28 aprel 2023-cü il tarixli 253 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən və törətməzdən əvvəl hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs halhazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərini olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibbi bioloji ekspertizanın 2 may 2023-cü il tarixli, 251/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X9 ABO sistemi üzrə qan qrupu: AB/H//İV/. X7 ABO sistemi üzrə qan qrupu: A-beta/H//ll/. Ekspertizaya təqdim edilən mərhumə X15 məxsus üst gecə geyimi-kotfa, şalvar, mayka, Təqsirləndirilən şəxs məxsus hadisə yerindən-«hamamdan» götürülmüş gödəkcə tipli jilet, idman geyimi dəsti/gödəkcə tipli kofta, şalvar/, qısaqol köynək, ağ rəngli dəstəyi olan bıçaq üzərindəki ləkələrdə və hadisə yerindən/«evdən»/ 4,5,6 rəqəmləri ilə işarələnmiş 03 ədəd ağ plastik qapaqlı polietilen flakonda yuxarı tənəffüs yollarından yaxma götürmək üçün nəzərdə tutulmuş plastik çubuqların sərbəst uclarına sarınmış pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,B,H antigenləri, aqqlyutininlər isə alınmadı. Beləliklə, bu qan ləkələri AB/H//İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə X15 məxsus ola bilər. Təqdim edilən mərhum X10 məxsus jilet, sviter, pulover, cins şalvar, mayka, Təqsirləndirilən şəxs məxsus gödəkcə, şalvar, qırmızı, göy, ağ dəstəkli mətbəx bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 1,2,3 rəqəmləri ilə işarələnmiş 03 ədəd ağ plastik qapaqlı polietilen flakonda yuxarı tənəffüs yollarından yaxma götürmək üçün nəzərdə tutulmuş plastik çubuqların sərbəst uclarına sarınmış pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləklə, bu qan ləkələri A-beta/H//ll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X10 məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus poliver üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 10 aprel 2023-cü il tarixli, məhkəmə-trasoloji-ballistik ekspertizanın 3/449;3/450;3/451 nömrəli rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş “1” və “2” rəqəmi ilə işarlənmiş 02 (iki) ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. -tədqiqata təqdim edilmiş bir ədəd qoşalülə ov silahının lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. -tədqiqata təqdim edilmiş “Namiq Allahverdiyevin üzərindən götürüldüyü” qeyd edilən bir ədəd gödəkçə, bir ədəd uzunqol köynək, bir ədəd sviter, bir ədəd mayka, üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin ətrafından atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bir ədəd gödəkçə üzərində “c”, “i”, “q” zədələri, bir ədəd sviter üzərində “b", “d”, “e” zədələri, bir ədəd uzunqol köynək üzərində “m”, “n”, “o” zədələr və bir ədəd maykanın üzərində “g” və “h” zədələr ( giriş), bir ədəd gödəkcənin üzərində “k” zədəsi, bir ədəd sviterin üzərində “a” zədəsi, uzunqol köynəyin üzərində “ı” zədəsi isə çıxış zədəsi olmaqla, yivsiz lüləli odlu silahdan açılan çoxsaylı atəşlər nəticəsində mərmininqırmanın təsirindən yetirilməyə xarakterikdir. Bu zədələr tədqiqata təqdim edilmiş 16 kalibrli silahdan açılan atəşlər nəticəsində yarana bilər. -tədqiqata təqdim edilmiş mərhum “Namiq Allahverdiyevə” məxsus üzərində zədə olmayan bir ədəd tünd cins şalvarın səthindən atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi və şalvarın səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədə aşkar edilmədi. -tədqiqata təqdim edilmiş üzərində mərhum “Gülnar Məmmədovaya” məxsus olduğu qeyd edilən geyim əşyaları bir ədəd uzunqol köynək, bir ədəd şalvar, bir ədəd mayka və üzərində təqsirəndirilən şəxs “Təqsirləndirilən şəxs” məxsus geyim əşyaları və hadisə yerinə baxış zamanı hamam otağından aşkar olduğu qeyd edilən geyim əşyalarının səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədə aşkar edilmədi. -tədqiqata təqdim edilmiş üzərində mərhum “Gülnar Məmmədovaya məxsus” olduğu qeyd edilən geyim əşyalarının, üzərində mərhum “Namiq Allahverdiyevə məxsus ”olduğu qeyd edilən geyim əşyalarının səthində trasoloji zədə, bıçaq zədəsi, o cümlədən hər hansı alətin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Üzərində təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs məxsus” olduğu qeyd edilən geyim əşyalarının, təqsirləndirilən şəxsə məxsus hadisə yerinə baxış zamanı hamam otağından aşkar olduğu qeyd edilən geyim əşyalarının səthində trasoloji zədə, o cümlədən hər hansı alətin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən 10 aprel 2023-cü il tarixli, 6/1352 nömrəli məhkəmə-lifli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs, X10, X15 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X15 məxsus olduğu qeyd edilən gecə köynəyin səthi üzərindən aşkar edilmiş qara rəngli poliakril kimyəvi liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən poliverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə X10 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X10 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş boz rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan 07 aprel 2023-cü il tarixli 3/445 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki: tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah, 16 kalibrli olmaqla, “TOZ-B” modelli, patronluğun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1956-cı illdə zavod üsulu ilə istehsal olunmuş, “K39980-56” nömrəli hamar-yivsiz, qoşalüləli odlu ov tüfəngidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, istifadəyə(atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 4(dörd) ədəd üzərində vurucunun izi olan gilizlər 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir-gilizidir. Üzərində “hadisə yerindən aşkar edilmiş şərti olaraq “2” rəqəmi ilə işarələnmiş 1 ədəd giliz“ yazıları olan zərfin içərisində olan 1 ədəd 16 kalibrli giliz, “K39980-56” №-li odlu ov tüfəngin sağ lüləsindən, “hadisə yerindən aşkar edilmiş şərti olaraq “1” rəqəmi ilə işarələnmiş 01 ədəd giliz“ yazıları olan zərfin içərisində olan 1 ədəd 16 kalibrli giliz isə “K39980-56” №-li odlu ov tüfəngin sol lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş “Silahın içərisində aşkar edilən gilizlər 2 ədəd“ yazıları olan zərfin içərisində olan və ekspert tərəfindən şərti olaraq “3” və “4” rəqəmləri ilə işarələnmiş gilizlərdən. "3” rəqəmi ilə işarələnmiş giliz “K39980-56” №-li odlu ov tüfəngin sağ lüləsindən “4” rəqəmi ilə işarələnmiş giliz isə “K39980-56” №-li odlu ov tüfəngin sol lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - tıxacdır (“konteyner” tipli). Həmin tıxacların digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli, “TOZ-B” modelli, “K39980-56” №-li ov tüfəngindən atəş açılması mümkündür, lakin tıxacların üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduğuna görə, onların təqdim edilmiş 16 kalibrli, “TOZ-B” modelli, “K39980-56” №-li ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilən 17 (on yeddi) ədəd metal müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissələridir qırmalardır və döyüş sursatı hesab edilmirlər. Təqdim edilmiş qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə, eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, 17 (on yeddi) ədəd qırmanın 16 kalibrli, “TOZ-B” modelli, “K39980-56” №-li ov tüfəngindən və ya hər hansı başqa silahdan atılıb- atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Cinayət işinə əlavə edilmiş məhkəmə narkoloji eksertizanın 04 may 2023-cü il tarixli, 785 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 10 aprel 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X7 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəyə müxtəlif şəxslərdən çoxsaylı telefon zənglər daxil olduğu və həmin nömrələrdən müxtəlif şəxslərə çoxsaylı telefon zəngləri edildiyi müəyyən olunmuş, diskə baxış zamanı diskdə qeyd olunan telefon nömrələrinə daxil olan və çıxan zənglər, anten dairəsi, həmin mobil nömrələrin sahibləri barədə məlumatladan başqa iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 13 aprel 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**; ***-***-**-** və zərərçəkmiş şəxs X9 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə müxtəlif şəxslərdən çoxsaylı telefon zənglərinin daxil olduğu və həmin nömrələrdən müxtəlif şəxslərə çoxsaylı telefon zənglər edildiyi, telefon nömrələrinə daxil olan və çıxan zənglər, anten dairəsi, həmin mobil nömrələrin məxsus olduğu şəxslər barədə məlumatlardan başqa iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən hüquqi varisi X47 rayon prokurorluğunda təqdim etdiyi 02 mart 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, disk ağ rəngdə olmaqla üzərinə diyircəkli göy rəngli qələmlə “Asəf səs yazısı” sözləri yazılmışdır. Baxış zamanı diskdə 02 ədəd səs yazısı olduğu müəyyən edilmiş, birinci səs yazısının 19 saniyə olması, həmin səs yazısında Təqsirləndirilən şəxs Anar Rüstəmova xitabən “Anar qaqa sabahın xeyir, nə var nə yox, nağarırsan, Anar mənim kartıma 100 manat at, amma keçən dəfəki kimi olmasın, gələndə verəcəm. Mənə demə ki, ay lazım deyil, bir az problemim var”. 2-ci səs yazısının isə 25-ci saniyə olması, səs yazısında Təqsirləndirilən şəxs Anar Rüstəmova xitabən “Anar qaqa, mən dediyimi elədim, onun da başın kəsdim, o oğracında, dədəsində öldürmək istədim, lakin yazığım gəldi öldürmədim. Dörd dənə güllə vurdum, bir dənə də boğazından bıçaq, açar Babaşdadı, uşaq Məhəbbətgildədi, Məhəbbətdə bilmir, day biləsən. Evin açarı Babaşdadı və dəftər, pul, qızıl ordadı.” sözləri deməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə tədqiq edilən xx.xx.2023-cü il tarixli “axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı 47 ədəd 100 AZN, 01 ədəd 500 AZN, 03 ədəd 200 AZN, 01 ədəd 50 AZN əskinazlardan ibarət olan və ümumilikdə 5850 AZN məbləğində pul vəsaiti, 101 ədəd 100 USD əskinazlarından ibarət və ümumilikdə 10100 USD məbləğində pul vəsaiti, üzərində “Gülnar” yazılmış 01 ədəd kağız paketin içərisində 01 ədəd 50 AZN əskinazı, üzərində yazı olmayan 01 ədəd kağız paketin içərisindən 01 ədəd 50 AZN əskinaz, üzərində “Exotic summer” yazılan 01 ədəd qırmızı rəngli üzlüyü olan dəftər, 01 ədəd ağ rəngli şəffaf paketin içərisindən aşkar edilmiş 01 ədəd yaşıl rəngli üzük və üzüyün 1 cüt sırğası, 01 ədəd qızıla bənzər bilərzik, 03 ədəd qızıla bənzər klonlar, 01 ədəd üzərində “Karina” sözü yazılan qəhvəyi rəngli pul qabının içərisindən aşkar edilmiş 01 ədəd mirvari boyunbağı, 01 ədəd üzərində yaşıl rəngli qaş olan üzük, üzərinə “Promise” yazılan bənövşəyi rəngli qabın içərisindən aşkar edilmiş 01 ədəd qara rəngli üzərində 08 ədəd qaş olan qolbaq, 01 ədəd boşluq və xəttləri olan qızıla bənzər üzük, 01 ədəd zəncirvari quruluşu olan qızılabənzər boyunbağı, 01 ədəd üzərində 05 ədəd qaş olan qızıla bənzər üzük, 01 ədəd orta və yan hissələrində qaşlar olan qolbaq, üzərində ayrıayrılıqda 3 naxışlı qaşlar olan 1 cüt qızıla bənzər sırğa və üzük, üzərində gül şəkili olan 01 ədəd qızıla bənzər üzük və həmin üzüyün 01 cüt sırğası, içəirisində üzərində “Tural-Tovuz 239” yazan kağızı olan şəffav paketin içərisindən aşkar olunmuş 01 cüt qızıla bənzər romb şəklində sırğa, üzərində “009481 300 AZN” yazılan şəffav paketin içərisindən aşkar olunmuş üzərində qızıl gül şəkili olan 01 ədəd qızıla bənzər klon, və 01 ədəd nazik qızıla bənzər boyunbağı, içərisində tən onluq klon olan 01 ədəd şəffav paket, 01 ədəd şəffav paketdə bitişik şəkildə olan 3 xəttli boyunbağı, yataq otağının mebeli üzərində aşkar olunmuş 01 ədəd 5 AZN, 03 ədəd 10 AZN, 02 ədəd 20 AZN əskinazlardan ibarət və ümumilikdə 75 AZN məbləğində olan pul vəsaiti, çəhrayı rəngli pul qabından çıxan 06 ədəd 1 AZN, 01 ədəd 5 AZN əskinazlardan ibarət və ümumilikdə 6 AZN məbləğində pul vəsaiti, 01 ədəd üzərində xarı bülbül şəkili olan boyunbağı, şəffav qutunun içərisində olan 02 ədəd qızılabənzər üzük, balaca ölçülü şəffav paketdən əl formasında olan 01 ədəd klon, 01 cüt böyük halqaları olan sırğa, kənarında göy rəngli naxışları olan 01 ədəd nazik boyunbağı, 01 ədəd ağ dəmir bilərzikli qol saatı, 01 ədəd naxışlı üzük, cütü olmayan 01 ədəd qızıla bənzər sırğa, 01 ədəd bilərzik, 01 cüt kiçik ölçülü sırğa, fərdi yaşayış evinin giriş qapısından daxil olduqda 900 istiqamətdə yerləşən yataq otağının güzgülü mebelinin 2-ci siyirməsindən aşkar edilmiş 01 ədəd qol saatı, üzərində qaş olan 01 ədəd üzük və həmin üzüyün 01 cüt sırğası, üzərində rəngli qaşlar olan qızıla bənzəməyən 01 ədəd üzük və üzüyün 01 cüt sırğası, üzərində ağ qaş olan 01 ədəd üzük, 01 ədəd gümüşə bənzər üzük, üzəri bantikə bənzər formada olan 01 ədəd üzük, 01 ədəd qara rəngli kəməri olan qol saatı, qara qəngli qabın içərisindən aşkar olunmuş 01 ədəd qızıla bənzər kiçik ölçülü kişi cinsi üçün nəzərdə tutulmuş üzük, 01 ədəd beşlik, 2 ədəd onluq, ümumilikdə 03 ədəd klon, 01 ədəd qalın kənarları olan kişi cinsi üçün nəzərdə tutulmuş üzük, 02 ədəd bəzəkli bilərzik, böyük ölçüdə olan qara rəngli qabın içərisindən aşkar olunmuş 01 ədəd üzük və üzərində gül olan 01 cüt sırğadan ibarət komplekt, ağ rəngli qabın içərisində olan üzərində “ЧАЙКА” yazılan 01 ədəd qızıla bənzər qol saatı, 01 ədəd “ЧАЙКА” markalı qızıl saat, 01 ədəd narıncı rəngli nazik klonlu boyunbağı, 02 cüt bir-birinə oxşar üzük istintaq üçün mühüm əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götülümüş, “Exotic summer” yazısı olan qırmızı rəngli üzlüyü olan dəftərdə ev tikintisinə xərclərlə bağlı qeydlər aparılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Tərtər rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab kimi verilmiş 09 mart 2023-cü il tarixli, 3- 13-113/2-4566/2023 nömrəli nömrəli məktubdan görünür ki, cinayətin törədilməsində digər şəxslərin bu və ya digər formada iştirakı, marağı, eləcə də Təqsirləndirilən şəxs cinayət əməlini törətmək üçün təhrik etməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl hər hansı şəxs və ya şəxslərə bu niyyəti barədə məlumat verməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs arvadı Gülnar Məmmədova ilə qaynı X17 evində təmir işləri aparan usta X18 ilə yaxın münasibətdə olması qənaətinə gəldiyi üçün onları öldürməsi müəyyən edilmişdir. Cinayətin qisas motivi ilə törədilməsi ehtimal olunur. Baş vermiş hadisə barədə hər hansı xüsusi əhəmiyyətli məlumata malik olan şəxs və ya şəxslərin dairəsinin müəyyən edilməsi məqsədilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də hər hansı müsbət nəticə əldə olunmamışdır. X4 ilə Tərtər rayonu, Kəngərli kənd sakini X18 arasında sevgi münasibətinin olması, eyni zamanda yuxarıda adları qeyd edilən şəxslər arasında münasibətin olmasından məlumatı olan şəxslərin dairəsi müəyyən olunmamışdır. Müəyyən olunmuşdur ki, K39980-56 markalı 16 kalibrli qoşa lüləli ov tüfəngi Təqsirləndirilən şəxs atası Məmmədov İbrahimə məxsus olmuş və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməmiş, atası vəfat etdikdən sonra silah Təqsirləndirilən şəxs yadigar qalmışdır. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən əməliyyat tapşırığına 2 saylı İstintaq Təcridxanasından verilmiş 14 mart 2023-cü il tarixli 3-16-17/39/2- 1618/2023 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arvadı X21 və X11 ona xəyanət etməsi qənaətinə gəldiyi üçün öldürmüş, cinayətin törədilməsində digər şəxslərin iştirakı, marağı, həmçinin onu cinayəti törətməkdə təhrik edilib-edilməməsi barədə məlumat müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə şəhəri Psixonevroloji Dispanserdən daxil olmuş 24 fevral 2023-cü il tarixli 1468 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırılan “Tərtər rayon mərkəzi xəstəxanası” X48 verilmiş 24 fevral 2023-cü il tarixli, PHŞ-6-75/2-191/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəstəliklə bağlı Tərtər RMX PHŞ-ya müraciət etməmiş və poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabnetlərində dispanser qeydiyyatında olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Tərtər RPŞ-nin 07 mart 2023-cü il tarixli 3-13113/2-4476/2023 nömrəli, 3-13113/2-4477/2023 nömrəli 3-13113/2-4479/2023 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs, X9 X7 barəsində Tərtər RPŞ-də müraciəti, təqsirləndirilməsinə dair cinayət işi və ya material olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 403 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşamış, yaşayış yer üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Tərtər RPŞ-dən verilmiş 09 mart 2023-cü il tarixli 3-13-113/2-4561/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına odlu silah qeydiyyata alınmamışdır. „K39980-56“ nömrəli 16 kalibrli, qoşa lüləli ov tüfəngi isə ümumiyyətlə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” xx.xx.2023-cü il tarixli 42 nömrəli aktdan görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs ayıq olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 04 mart 2023-cü il tarixli qəbzdən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(061)- 14/2023 saylı qərarına əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən götürülmüş qızıl zinət əşyaları və pul vəsaitləri zərərçəkmiş şəxsin hüquqi varisi X27 qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “cinayət işi üzrə əməlin tövsif edilməsi və toplanmış sübutların qiymətləndirilməsi haqqında” 20 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus hamam otağından aşkar edilmiş 01 dəst tünd göy və mavi rəngli olmaqla üzərində qanabənzər ləkələri olan şalvar və uzunqol köynəkdən ibarət idman geyimi, 01 ədəd qara rəngli olmaqla iç hissəsi boz rəngdə olan qısaqol jilet və 01 ədəd göy rəngli üzərində ağ xətlər və qanabənzər ləkələr olan qısaqol köynək, eyni zamanda istintaqa könüllü təqdim etdiyi 01 ədəd qara rəngli, üç düyməli uzunqol köynək, bir ədəd qara rəngli, boğazında xəzi olan gödəkcə və 01 ədəd boz rəngli şalvar, hadisə yerinə baxış zamanı götürülmüş 06 ədəd çubuqlu tampon vasitəsilə götürülmüş qan ləkələri, 02 ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab edilməyən mətbəx bıçaqları və cinayətin törədildiyi alət olan 01 (bir) ədəd 16 kalibrli olmaqla, “TOZ-B” modelli, patronluğun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1956-cı illdə zavod üsulu ilə istehsal olunmuş, “K39980-56” nömrəli hamar-yivsiz, qoşalüləli odlu ov tüfəngi, 04 ədəd giliz, 03 ədəd üzərində plastik örtüyü olan tıxaclar və 17 ədəd qırma, Təqsirləndirilən şəxs məxsus 02 ədəd “Xiaomi” markalı və “Nokia” markalı mobil telefonlar və X4na məxsus 01 ədəd “Mİ1906G71”markalı mobil telefon, X15 məxsus 01 ədəd ağ rəngli, üzərində “Love” sözləri yazılmış və qanabənzər ləkələri olan uzunqol üst gecə geyimi, 01 ədəd tünd boz rəngli şalvar və 01 ədəd qara rəngli, üzərində qanabənzər ləkələri olan mayka, X10 məxsus 01 ədəd qara rəngli, sol sinə və qolaltı nahiyəsində zədələri və üzərində qanabənzər ləkələri olan uzunqol köynək, 01 ədəd göy rəngli, üzərində qanabənzər ləkələr olan şalvar, 01 ədəd boz rəngli, üzərində qanabənzər ləkələr və zədələri olan uzunqol jaket, 01 ədəd qara rəngli, boğazının iç nahiyəsində “PUMA” sözləri yazılmış və üzərində qana bənzər ləkələr olan qısaqol jilet və 01 ədəd boz rəngli, üzərində qanabənzər ləkələr olan mayka sübut kimi tanınıb Tərtər Rayon prokurorluğunda saxlanılır. hüquqi varisi Anar Rüstəmovun rayon prokurorluğuna təqdim etdiyi 01 ədəd disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi” markalı mobil telefondan CD diskə köçürülmüş səs yazıları maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs arvadı Gülnar Məmmədovanı və usta Namiq Allahverdiyevi yaxın münasibətdə olmalarına görə qisas almaq məqsədilə öldürdüyünü, Namiq Allahverdiyevi isə ancaq 2 dəfə sinə nahiyyəsinə atəş açıb öldürdüyünü, hüquqi varis Faiq Allahverdiyevin isə oğlunun öldürməsini görməyib sonradan gəldiyini bildirmişdir. Məhkəmə hadisənin motivi istisna edilməklə təqsirləndirilən şəxsin digər ifadələrinin yuxarıda qeyd edilən hissədə əsassız olduğu, öz ifadəsindən başqa digər sübutlarla təsdiq edilmədiyi, məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv hallarına uyğun olmaması və həmçinin cinayət işinin materialları, zərərçəkmiş şəxsin hüquqi varislərinin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və əlavə edilmiş video-foto çəkilişlərlə təkzib olunduğuna görə həmin hissəsinə tənqidi yanaşıb inandırıcı hesab etmir və təqsirləndirilən şəxsin hüququndan istifadə edərək xüsusilə ağır cinayət əməlinə görə məruz qalacağını ehtimal etdiyi ağır cəzadan yayınmaq məqsədilə verməsi və özünümüdafiə kimi qiymətləndirir. Belə ki, ümumi formalaşmış məhkəmə praktikasına əsasən hər hansı iş üzrə şübhəli və təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı könüllü olaraq verilən ilkin ifadə və izahatlar adətən hadisədən dərhal sonra verildiyindən ifadə verən şəxs hadisəni olduğu kimi, obyektiv əlamətlərlə qavradığı kimi təsvir etməyə çalışır, həmin vaxt onda məsuliyyəti yüngüllləşdirmək, yaxud yayınmaq meylləri daha az olur. İstintaqın sonrakı mərhələsində xüsusilə istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində şəxsin olduğu mühit və sonrakı dövrdə törədilmiş əməlin hərtərəfli qavranılması şəxsi özünümüdafiəyə meylləndirməklə hadisəni təhrif etməyə sövq edir. Hazırki iş materiallarından da görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs arvadının başını yataq otağında kəsərkən səs-küyə gələn qapı arxasında çağıran azyaşlı övladlarına gedib yatmalarını demiş, şübhəli şəxs kimi verdiyi ilkin ifadəsində zərərçəkmiş şəxs Namiq Allahverdiyevə tüfəngdən atəş açıb öldürdüyünü və sonuncuya bir neçə dəfə sinə nahiyyəsindən bıçaqla da xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqa ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsas götürərək məhkəmə istintaqında verdiyi ifadələrini yuxarıda qeyd edilən hissədə həqiqətəuyğun hesab etmir. İşin faktiki halları və məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əvvəlcə gecə vaxtı arvadı Gülnar Məmmədovanı sonuncunun ona xəyanət etməsinə dair şübhələrinə görə qəsdən öldürmüş, bundan başqa həmin gün səhər saatlarında niyyətinin davamı olaraq hadisəni bilavasitə görən hüquqi varis Faiq Allahverdiyevin yanında həmin vaxt hələ sağ olan oğlu Namiq Allahverdiyevə təkrar atəş açıb sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək onu da qəsdən öldürmüşdür. Bundan başqa məhkəmədə tədqiq edilmiş zərərçəkmişlərin meyitlərinə keçirilmiş baxış və məhkəmə tibbi ekspertiza rəyləri ilə də zərərçəkmişlərə yetirilmiş xəsarətlər hadisənin təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən mexanizm üzrə törədilməsini təsdiq edən sübutlardandır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsi və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi...təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası, Plenum qərarında göstərilən hüquqi mövqeyi hazırki cinayət işininin məhkəmə istintaqı zamanı müəyyən edilən hallara tətbiq edib əsaslı olaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona xəyanət etməsini güman etdiyi Gülnar Məmmədovanı qısqanclıq motivi ilə xəyanət etməsinə dair şübhələrinə görə məişət təyinatlı bıçaqla seçdiyi və formalaşmış mənfi “mental dəyər”lərə əsasən xüsusi anlam daşıyan (başını kəsməklə) üsulla öldürmüş, bundan sonra vahid niyyətlə arvadının ona xəyanət etdiyini güman etdiyi digər zərərçəkmiş şəxs Namiq Allahverdiyevi də odlu silahdan atəş açmaqlabərabər xüsusi iztirab verdiyini dərk edib bıaçqla xəsarətlər yetirməklə həyatdan qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışında 2-ci epizod üzrə Təqsirləndirilən şəxs hadisəni qavrayan zərərçəkmiş Namiqi atası Faiqə xüsusi əzab və iztirab verdiyini dərk edərək onun yanında (qaçan anda) təkrar atəş açaraq xüsusi amansızlıqla qəsdən öldürməsi, eləcə də mərhum zərərçəkmiş şəxs Gülnarı gecı xüsusi anlam daşıyan üsulla amansızlıqla ödlürülməsi müəyyən edilsə də, məhkəmə həmin hissədə ittiham verilmədiyi üçün şəxsin məhkəməyə verildiyi ittiham daxilində baxılmasını ədalətli və qanuni hesab edir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs əməlini 2-ci epizoda (Namiq Allahverdiyevin öldürülməsinə) münasibətdə xüsusi amansızlıq kimi qiymətləndirilmişdir. Lakin məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ittihamdakı digər maddə xuliqanlıq niyyəti ilə adamöldürmə ilə tövsif edilməsini qanuni və ədalətli hesab etmir və həmin maddənin ittihamdan xaric edilməsinə dair qənətə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 14№li qərarına əsasən əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. Belə ki, cinayət işinin ilkin ibtidai istintaqından başlayaraq bütün araşdırma dövründə və məhkəmə baxışında Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət hadisəsini qısqanclıq motivi ilə qisas almaq məqsədilə törətdiyini açıq şəkildə ifadə etmişdir. Bundan başqa, onun hadisəyə qədərki davranışları (istifadəsində olan mobil telefonu səsyazma funksiyası aktiv etməklə yaşadığı evdə və həyətdəki yardımçı tikiliyə və digər yerlərdə qoyaraq, arvadının xəyanəti sübut etmək üçün təxminən 20 gün müddətində çoxsaylı səsyazmalar aparması və sonradan da həmin səslərə qulaq asması, hadisədən dərhal sonrakı hərəkətləri (qaynı və zərəçəkmiş şəxs Gülanr Məmmədovanın hüquqi varisi Anar Rüstəmova göndərdiyi səs mesajları (dediyimi elədim,onun başını kəsdim.... o oğra..ı da öldürdüm), məhz hadisənin qısqanclıq zəminində baş verməsini təsdiq edən mötəbər sübutlardır. İbtidai istintaq və məhkəmə baxışı zamanı mərhum zərərçəkmiş şəxslər arasında hansısa yaxın münasibət olması təsdiqini tapmasa da, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə ibtidai araşdırma orqanı tərəfindən verilən Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinin ittihamdan xaric edilməsi qənətinə gəlmişdir. Beləliklə ibtidai istintaqdan fərqli olaraq məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs rəsmi nikah bağlamaqla arvadı olan X9 hadisədən əvvəlki dövrdə ona qarşı əvvəlki kimi rəğbət bəsləməyib soyuqluq göstərməsini arvadının ona xəyanət etməsi kimi qəbul edib, X31 Allahverdiyev, yaxud başqa şəxslərlə əlaqəsinin olub-olmamasını aydınlaşdırmaq üçün istifadəsində olan “Xiaomi” markalı mobil telefonda səs yazan tətbiqi aktiv edib evin müxtəlif yerlərində gizlədərək arvadı Gülnar Məmmədovanın qonşuluqda yaşayan qaynı X17 evində təmir işləri aparan usta X18 ilə yaxın münasibətdə olmasını ehtimal edib, 19 fevral 2023-cü il tarixdə gecə saat 03:45 radələrində ünvan 2 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində Gülnar Məmmədovanı özünün yatdığı yataq otağına dəvət edərək telefonunda arvadının ona xəyanət etməsi ilə bağlı intim səslər kimi qəbul etdiyi səsyazılarına qulaq asdırdıqdan sonra aralarındakı mübahisə zamanı sonuncunun ona qarşı verdiyi reaksiyanı özünə qarşı hörmətsizlik kimi qəbul edib hiddətlənərək Gülnar Məmmədovanı ona xəyanət etməsini özlüyündə qətiləşdirib qəsdən sonuncunu öldürmək qərarına gəlmiş, öz cinayətkar niyyətini reallaşdırmaq məqsədi ilə Gülnar Məmmədovanın yastıqla sifət nahiyəsini bağlayıb Gülnar Məmmədovanın boğazını bıçaqla kəsib sağlamlığa ağır zərərvurmaya aid edilən boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə əlaqədar vidaçi venanın, yuxu, qırtlaq, udlaq arteriyalarının, İİİ-İV boyun fəqərələri kəsilməsi ilə boyunun kəsilmiş yarası xəsarətləri, həmçinin döş qəfəsinin, sol və sağ əlin barmaqlarının, alt çənənin, kəsilmiş yaraları nəticəsində baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan bədən xəsarətlər yetirməklə X4nı qısqanclıq niyyəti ilə qəsdən öldürmüşdür. Bundan başqa O, cinayətkar qəsdinin davamı olaraq həmin gün saat 09:15 radələrində arvadı ilə yaxın münasibətdə olmasından şübhələndiyi usta X11 öldürmək qəsdini qətiləşdirib mərhum atasından yadigar qalmış qeydiyyatsız, saz vəziyyətdə olan 16 kalibrli, “TOZ-B” modelli, xarici çaxmaqlı, 1956-cı ildə zavod üsulu ilə istehsal edilmiş, K39980-56 nömrəli hamar-yivsiz qoşa lüləli odlu ov tüfəngi hazır atışa hazır vəziyyətə gətirib atası ilə birlikdə qaynı X17 fərdi yaşayış evinə gələrək təmir-tikinti işlərini davam edən, ona məxsus fərdi yaşayış evinin həyətindən su aparmağa gələn zərərçəkmiş şəxs Namiq Allahverdiyevdən niyə arvadı ilə münasibətdə olmasını soruşduqdan sonra sonuncunun laqeyd cavab verməsindən qəzəblənib ov tüfəngi ilə Namiq Allahverdiyevi qəsdən öldürmək məqsədi ilə ümumilikdə 04 dəfə atəş açmaqla sonuncuya sağlamlığa Ağır zərərvurmaya aid edilən sağ İ-İİ-İİİ-İV-V-Vİ, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınıqları, İX, X, Xİ-Xİİ döş fəqərələrinin sınıqları, daxili üzvlərin-ürək, ağciyərin yaralanmaları ilə müşayiət edilən döş qəfəsinin daxilə keçən 1 (bir) ədəd və onurğa nahiyəsindən daxilə keçən 1 (bir) ədəd və qoltuq arteriyası və venasının zədələnməsi ilə müşayiət edilən döş qəfəsinin daxilə keçməyən-dəlib keçən 2 (iki) ədəd odlu silah (qırma) yaralanması xəsarətləri yetirmiş, Namiq Allahverdiyevə əzab, işgəncə və aşkar surətdə xüsusi ağrılar yetirdiyini arzulayaraq müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib əvvəlcədən yaşadığı fərdi yaşayış evindən götürməklə üzərində saxladığı dəstəyinin ön hissəsi qırmızı, orta hissəsi göy, arxa hissəsi isə ağ rəngli, ümumi uzunluğu 265 mm olmaqla bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfatməişət təyinatlı, zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə ümumilikdə 03 dəfə olmaqla sağlamlığa Ağır zərərvurmaya aid edilən sol körpücüküstü, sol körpücükaltı nahiyələrinin daxilə keçən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara və canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ körpücüküstü nahiyənin daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirərək döş qəfəsi nahiyəsinin odlu silah (qırma) yaralanmaları ilə əlaqədar daxili üzvlərin (ürək, ağciyər) yaralanmaları və qoltuq arteriyası, venasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Namiq Allahverdiyevi qısqanclıq niyyəti ilə qisas almaq məqsədilə xüsusi amansızlıqla qəsdən öldürmüş, beləliklə 2 (iki) şəxsi vahid niyyətlə və xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, üzləşdirmə protokollarını, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü və 120.2.7-ci maddələrinə uyğun olduğundan, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı, CM- 120.2.2-ci maddəsi ittihamdan xaric edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci mdəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsiri boynuna almasını, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması, CM-nin 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal isə onun xüsusi amansızlıqla qəsdən adamödlürmə cinayətini odlu silahdan istifadə edərək törətməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-ci və 120.2.7-ci maddələrinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən müsbət hallar olsa da törədilmiş əməlin yüksək ictimai təhülkəliliyi və ağır nəticələri təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müyyəfə azadlıqdan məhrumetm cəzasının tətbiq edilməsini yəni, təqsirləndirilən şəxsə 20 (iyirmi) il müddətinə cəza təyinini istisna edən haldır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə gecə arvadı Gelnarı qətlə yetirdikdən sonra olduqca soyuqqanlı şəkildə övladlarını səhər qardaşına təhvil verib, təhlükəsizliklərinə əmin olduqdan sonra xəyanət etməsindən şübhələndiyi digər şəxsi usta Namiq Allahverdiyevi öldürmək üçün planlaşdırılmış şəkildə davranaraq əvvəlcədən cinayətin alətini, yivli odlu ov tüfəngini) hazır vəziyyətə gətirmiş, hadisədən qısa müddət əvvəl həyətə gəlib onunla salamlaşan mərhum Namiq və atası Faiq Allahverdiyevlə sanki heçnə olmamış kimi mehriban və sakit şəkildə davranmış, niyyətini həyata keçirtmək üçün əlverişli məqamı yəni, Namiq Allahverdiyevin tək və nədənsə şübhələnmədən su doldurmaq üçün həyətə gələcəyi vaxtı gözləmiş, sonradan da onunla qısa söhbətdən sonra şübhələrini dəqiqləşdirib ardıcıl olaraq odli silah və kəsici deşici alət (bıçaqla) mərhumu xüsusi amansızlıqla qəsədn öldürmüşdür. Müdafiə tərəfi hadisənin ağır nəticələrə səbəb olsa da əməlin motiv və məqsədi nəzərə alınmaqla ona müəyyən müddətə azadlıqdan məhruetmə növündə cəza təyini edilməsinə əsaslar olduğunu göstərsə də məhkəmə qeyd edir ki ki xüsusilə ağır cinayət əməlini psixo emosional halda deyil, yəni baş vermiş güclü kənar qıcıq nəticəsində olan əsəbilik və nevroloji vəziyyətdə yox, məhz əvvəlcədən planlaşdırılmış soyuqqanlı şəkildə həyata keçirilməsi şəxsin yüksək ictimai təhlükəliliyini göstərən digər obyektiv hallardır Əməlin xüsusilə ağır nəticələrlə - 2 nəfər şəxsin həyatdan məhrumedilməsi ilə nəticələnməsi, hər iki zərərçəkmişin himayəsində azyaşlı ata-ana qayğısımna möhtac uşaqların olması, cinayət hadisəsi nəticəsində ağır psixoloji travma və mənəvi zərər almaları, əməlin cəmiyyətdə yaratdığı mənfi ictimai rezonans, bundan başqa cəmiyyətdə yanlış təsəvvür və əsassız ehtimalların, cəzasızlıq mühitinin yaranması kimi xarakterizə edilən mənfi halların qarşısının alınması üçün təqsirləndirilən şəxsə şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən ömürlük təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın cinayət qanununda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Qeyd edilən əməllərin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə ilə yanaşı, daha yüngül cəza olan 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, təqsirləndirilən şəxsin şəxsiyyətinin yüksək ictimai təhlükəliliyi ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyinini istisna edir. Təxminən 2 il davam edən ibtidai araşdırma və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 1 (bir) dəfə belə əməlindən peşman olmasını hər hansı formada ifadə etməməsi, yalnız son məhkəmə baxış iclasında zərərçəkmişlərdən Namiq Allahverdiyevi öldürmək istəyinin olmamasını bildirməsi, lakin buna baxmayaraq məhkəmə iclaslarında iştirak edən mərhum zərərçəkmişin ailəsi (anası, arvadı, eləcə də hüquqi varisi olan atasından üzrxahlıq etməməsi,) digər hüquqi varis olan Anar Rüstəmova münasibətdə isə xüsusi aqresiya və davranış göstərməsi, məhkəmə baxışında davranış və istəklərinin məhz mərhum zərərçəkmiş şəxslər arasındakı olmasını ehtimal etdiyi yaxın münasibət (cinsi əlaqə) və xəyanət edilməsini əsaslandırmağa yönəlmişdir ki, bu da təqsirləndirilən şəxsin şəxsiyyətinin olduqca yüksək ictimai təhlükəliliyini göstərən, ona müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyinini istisna edən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan halların məcmu halında qiymət verərək məhkəmə cəzanın əsas məqsədləri olan islah olunma və sosial ədalətin bərpası prinsiplərinə görə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.7-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş ömürlük azadlıqdan müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün cəzanın həbsxanalarda çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Prosessual Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Odur ki, cinayətin aləti olan 01 (bir) ədəd 16 kalibrli olmaqla, “TOZ-B” modelli, patronluğun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1956-cı ildə zavod üsulu ilə istehsal olunmuş, “K39980-56” nömrəli hamar-yivsiz, qoşalüləli odlu ov tüfəngi dövlət nəfinə müsadirə edilməklə DİN-nin silah və sursat anbarına təhvil verilməlidir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Faiq Allahverdiyev tərəfindən verilmiş mülki iddia isə, hazırkı məhkəmə baxışında baxılması (təqdim edilmiş dəfn və yas mərasimi xərcləri kimi göstərilən qəbzlərin araşdırılması) kifayət qədər vaxt və resurs tələb etdiyindən məhkəmə mülki iddianın baxılmamış saxlanılması qənaətinə gəlmişdir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Tərtər rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan: -Təqsirləndirilən şəxs məxsus hamam otağından aşkar edilmiş 01 dəst tünd göy və mavi rəngli olmaqla üzərində qanabənzər ləkələri olan şalvar və uzunqol köynəkdən ibarət idman geyimi, 01 ədəd qara rəngli olmaqla iç hissəsi boz rəngdə olan qısaqol jilet və 01 ədəd göy rəngli üzərində ağ xətlər və qanabənzər ləkələr olan qısaqol köynək, istintaqa könüllü təqdim etdiyi 01 ədəd qara rəngli, üç düyməli uzunqol köynək, bir ədəd qara rəngli, boğazında xəzi olan gödəkcə və 01 ədəd boz rəngli şalvar, hadisə yerinə baxış zamanı götürülmüş 06 ədəd çubuqlu tampon vasitəsilə götürülmüş qan ləkələri, 02 ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab edilməyən mətbəx bıçaqları, 04 ədəd giliz, 03 ədəd üzərində plastik örtüyü olan tıxaclar və 17 ədəd qırma, - eləcə də X15 məxsus 01 ədəd ağ rəngli, üzərində “Love” sözləri yazılmış və qanabənzər ləkələri olan uzunqol üst gecə geyimi, 01 ədəd tünd boz rəngli şalvar və 01 ədəd qara rəngli, üzərində qanabənzər ləkələri olan mayka, X10 məxsus 01 ədəd qara rəngli, sol sinə və qolaltı nahiyəsində zədələri və üzərində qanabənzər ləkələri olan uzunqol köynək, 01 ədəd göy rəngli, üzərində qanabənzər ləkələr olan şalvar, 01 ədəd boz rəngli, üzərində qanabənzər ləkələr və zədələri olan uzunqol jaket, 01 ədəd qara rəngli, boğazının iç nahiyəsində “PUMA” sözləri yazılmış və üzərində qana bənzər ləkələr olan qısaqol jilet və 01 ədəd boz rəngli, üzərində qanabənzər ləkələr olan mayka məhv edilməli, - cinayətin aləti olan 01 (bir) ədəd 16 kalibrli olmaqla, “TOZ-B” modelli, patronluğun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1956-cı ildə zavod üsulu ilə istehsal olunmuş, “K39980-56” nömrəli hamar-yivsiz, qoşalüləli odlu ov tüfəngi dövlət nəfinə müsadirə edilərək Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməli, - Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı və “Nokia” markalı mobil telefonlar yaxın qohumlarına və X4na məxsus 01 ədəd “Mİ1906G71”markalı mobil telefon yaxın isə hüquqi varisə, yaxud yaxın qohumuna qaytarılmalı, -Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondakı səs yazılarının köçürüldüyü 1 ədəd “CD” disk, hüquqi varis tərəfindən təqdim edilmiş içərisində watsapp səs mesajlarının olduğu 1 ədəd CD disk, telefon danışıqlarına dair məumatlar olan 2 ədəd CD disklər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmalı, mülki iddiaçı Faiq Allahverdiyevə mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra iddia ərizəsinə əlavə olaraq verilmiş sənədlərin əsli mülki iddiaçıya qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 410 (dörd yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinsin və ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını həbsxanada çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus hamam otağından aşkar edilmiş 01 dəst tünd göy və mavi rəngli olmaqla üzərində qanabənzər ləkələri olan şalvar və uzunqol köynəkdən ibarət idman geyimi, 01 ədəd qara rəngli olmaqla iç hissəsi boz rəngdə olan qısaqol jilet və 01 ədəd göy rəngli üzərində ağ xətlər və qanabənzər ləkələr olan qısaqol köynək, istintaqa könüllü təqdim etdiyi 01 ədəd qara rəngli, üç düyməli uzunqol köynək, bir ədəd qara rəngli, boğazında xəzi olan gödəkcə və 01 ədəd boz rəngli şalvar, hadisə yerinə baxış zamanı götürülmüş 06 ədəd çubuqlu tampon vasitəsilə götürülmüş qan ləkələri, 02 ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab edilməyən mətbəx bıçaqları, 04 ədəd giliz, 03 ədəd üzərində plastik örtüyü olan tıxaclar və 17 ədəd qırma məhv edilsin. X15 məxsus 01 ədəd ağ rəngli, üzərində “Love” sözləri yazılmış və qanabənzər ləkələri olan uzunqol üst gecə geyimi, 01 ədəd tünd boz rəngli şalvar və 01 ədəd qara rəngli, üzərində qanabənzər ləkələri olan mayka, X10 məxsus 01 ədəd qara rəngli, sol sinə və qolaltı nahiyəsində zədələri və üzərində qanabənzər ləkələri olan uzunqol köynək, 01 ədəd göy rəngli, üzərində qanabənzər ləkələr olan şalvar, 01 ədəd boz rəngli, üzərində qanabənzər ləkələr və zədələri olan uzunqol jaket, 01 ədəd qara rəngli, boğazının iç nahiyəsində “PUMA” sözləri yazılmış və üzərində qana bənzər ləkələr olan qısaqol jilet və 01 ədəd boz rəngli, üzərində qanabənzər ləkələr olan mayka məhv edilsin. Cinayətin aləti olan 01 (bir) ədəd 16 kalibrli olmaqla, “TOZ-B” modelli, patronluğun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1956-cı illdə zavod üsulu ilə istehsal olunmuş, “K39980-56” nömrəli hamar-yivsiz, qoşalüləli odlu ov tüfəngi dövlət nəfinə müsadirə edilərək Daxili İşlər Nazirliyi Silah sursat anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı və “Nokia” markalı mobil telefonlar yaxın qohumlarına və X4na məxsus 01 ədəd “Mİ1906G71”markalı mobil telefon isə hüquqi varisə, yaxud yaxın qohumuna qaytarılsın. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondakı səs yazılarının köçürüldüyü 1 ədəd “CD” disk, hüquqi varis tərəfindən təqdim edilmiş içərisində watsapp səs mesajlarının olduğu 1 ədəd CD disk, telefon danışıqlarına dair məlumatlar olan 2 ədəd CD disklər cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 410 (dörd yüz on manat) ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Verilmiş mülki iddia baxılmamış saxlanılsın. Mülki iddiaçı Faqi Allahverdiyevə mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iddia ərizəsinə əlavə olaraq verilmiş sənədlərin əsli mülki iddiaçıya qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar