Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-380/2023 25.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəli Müdafiəçi iştirakları ilə xx xxxxx 1994-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Zinzahal kəndində qeydiyyatda olan və Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə, saat 23 radələrində Şahid1 tərəfindən ona etibar edilmiş “Vaz 21013” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə sürcülük hüququ məhdudlaşdırıldığı üçün sürücülük hüququ olmadan idarə edib Gəncə şəhəri, Atarük prospekti ilə hərəkətdə olarkən Ş.İ.Xətai prospektində yerləşən “Araz” supermarketin bərabərliyində “X11” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəısinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, həmin tələblərə əməl etməyərək, yaşayış məntəqəsində avtomobili 100 km/saat sürətlə idarə etməklə və nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla, yolu soldan sağa keçən piyada 1971-cı il təvəllüdlü X5 vuraraq ehtiyatsızlıqdan sonuncuya döş qəfəsinin sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğalarının iki anatomik, sol tərəfində isə İİİ-İV-V-Vİ qabırğaların bir anatomik xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ ağciyərin cırılması, sol bud-çanaq oynağının qapalı, sağ said sümüklərinin isə açıq sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, başın yumşaq toxumalarına sağ təpə nahiyyəsində qansızmalar, burun sol qasıq, sağ baldır, sol qalça tini nahiyyələrinin sağ ayağın İ barmağının sol əlin İ barmağının yaraları, təpə nahiyyəsinin səthi yarası, burun alın-təpə nahiyyəsinin qançırı, burun-dodaq arası nahiyyəsinin sıyrığı ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş Murad Qurbanovun döş qəfəsinin qapalı küt travması nəticəsində qabırğaların çoxsaylı sınığından, sağ ağciyərin cırılmasından, sol bud və sağ bud sümüklərinin sınıqlarından əmələ gələn ağır dərəcəli travmatik və hemorragik şok nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Vaz 21013 markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil atası Şahid1 mülkiyyətindədir. Lakin atasının sürcülük hüququ olmadığı üçün həmin avtomobili o etibarnamə əasaında edir. xx.xx.2023-cü il tarixdə avtomobil ilə şəhərdə gəzirmiş, daha sonra avtomobilimin yancağı azaldığı üçün Atatarük prospektində olan yanacaqdoldurma məntəqəsindən yanacaq doldurub dayısı oğlu ilə onun yaşadığı Sadıllı qəsəbəsində görüşmək istəmişdir. Həmin gün saat 23 radələrində Gəncə şəhəri Atarük prospekti ilə Vaz 21013 markal **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman həmin prospektdə yerləşən Araz marketin qarşısında olan zaman 2 nəfər piyada yolu keçdiyni görmüş və həmin piyadalardan 1-ci yolu keçdikdən sonra əlində idman çantası olan digər piyada yolu keçən zaman avtomobil gəldiyini görüb əvvəlcə geri çəkilmişdir. Daha sonra isə yenidən yolu keçməyə cəhd etmişdir. Bu zaman o hadisənin qarşısını almaq üçün əyləcə basıb avtomobilini sol tərəfə çəksədə hadisənin qarşısını ala bilməmişdir. Bundan sonra o həmin şəxsin çantasının onun avtomobilinə dəydiyini zənn edib avtomobili dayandırmayaraq hərəkətini davam etdirmişdir. Sonra yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Avtomobili yaşadığı evin həyətinə saldıqdan sonra hadisə yerinə qayıtmışdır. Hadisə zamanı qorxmuş və bu səbəbdəndə hadisə yerində dayanmamışdır. Hadisə yerinə qayıdaraq piyadanı vurub xəsarət yetirib-yetirmədiyini dəqiqləşdirmək istəmişdir. Hadisə yerində su olduğunu görmüşdür. Sonra isə yenidən yaşadığı ünvana qayıtmışdır. Səhəri gün isə atasının mobil telefon nömrəsinə polis əməkdaşı zəng edərək Vaz 21013 markal **-EX-*** dövlət qeydiyyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədildiyini bildirmişlər. Həmin prospektdə işıqlandırma olmamışdır. Həmçinin avtomobilinin farasının lampaları zəif yanmışdır. Həmin piyadanın əks istiqamətdə hərəkətdə olan avtomobilin arxasında çıxaraq əvvəlcə geriyə çəkilib sonra yendən yolu keçmək istəməsi onun diqqətimi yanıltmışdır. O piyadanı təxminən 10 metr məsafədə görmüşdür. Lakin piyada əvvəlcə arxaya çəkildiyi üçün yolu keçəməyəcəyini düşünmüş və hərəkətimi davam etdirmişdir. Piyadanın yanına 1 metr qalmış həmin piyada yenidən yolu keçmək istəmişdir. O avtomobilini təxminən saatda 60-65 kilometr sürətlə idarə etmişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur. Hadisə zamanı spirtli içki və narkotik vasitə qəbul etməmişdir.Hadisə yerindən yayınmağına səbəb o piyadanı yox onun çantasını vurduğunu zənn etmişdir. Həmçinin bundan əlavədə qorxduğu üçün hadisə yerindən qaçmışdır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, X7 onun əridir. X12 şəhəri Vağzal adlanan yerdə Şam Bağı adlı restoranda kababçı işləmişdir. Mütamadi olaraq səhər işə gedib axşam saat 12 radələrində yaşadığı evə qayıtmışdır. 05 fevral 2023-cü il tarixdə azyaşlı nəvəsi ona bildirmişdir ki, küçədə polis əməkdaşları və xeyli adam yığışıb. O pəncərdən çölə baxmış və bilmişdir ki, nəsə hadisə olub. Bundan sonra o əri Murada mobil telefon vasitəsi ilə dəfələrlə zəng etsə də telefonu götürməmişdir. Sonuncu dəfə zəng etdikdə tanımadığı bir qadın telefonu götürərək ondan həmin şəxsin nəyi olduğunu soruşmuşdur. sonra isə onun ilə danışan qadın yanında olan hər hansısa bir şəxsə o buna nə deyim deyə səslənmişdir. Bundan sonra Muradı avtomobil vurduğunu hiss etmiş və dərhal çölə çıxmışdır. Yaşadığı binanın qarşısında olan şəxslərdə biri xəsarət alan şəxsi 3 nömrəli xəstəxanaya aparıblar deyə bildirdiyi üçün o əvvəlcə 3 nömrəli xəstəxanaya getmişdir. Bundan sonra isə əri Muradı 3 nömrəli xəstəxanaya deyil Abbas Səhhət adına xəstəxəxanaya apardığları ona məlum olduğundan o xəstəxanaya getmişdir. Həmin xəstəxanada ona məlum olmuşdur ki, əri Murad Qurbanov yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Yol nəqliyyat hadisəsini törətmiş sürcü isə hadisə yerində qaçmışdır. O hal-hazırda əri Murad Qurbanovu avtomobil ilə vuran Təqsirləndirilən şəxs şikayətçi olduğunu ona azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Onun “Vaz 21013” minik markalı “**-EX-***” qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs ona məxsus avtomobili idarə etmişdir. Təxminən gecə saat 02 radələrində onun yaşadığı evin həyətinə baxanda maşının orda olmasını görmüşdür. Lakin oğlu Aqil evdə olmamışdır. O avtomobilə yaxınlaşanda avtomobilin sağ krelosunda əzik olmasını və ön alın şüşədə çatlar olmasını gördükdə dərhal oğlu Aqilə zəng vurmuş və maşının niyə bu vəziyyətə olmasını soruşmuşdur. Aqildə ona şəhərdə olduğunu və “boş şeydi” deyərək narahat olmamağını demişdir. Səhər saatlarında polis əməkdaşları ona zəng edərək ona məxsus avtomobil ilə qəza törədilməsi barədə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhər X14 Şöbəsində işləyir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Nizami prospektində baş vermiş yol nəqliyyat hadisəsi barədə bildirmişdir ki, həmin gün xidmət aparan zaman axşam saatlarında Növbətçi Hissədən məlumat vermişlər ki, Gəncə şəhəri Atatürk prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. O dərhal hadisə yerinə getmişdir. O həmin yerə çatanda hadisə yerinə tanımadığı çoxlu adamların toplaşdıqlarını görmüşdür. Həmin vaxt tanımadığı bir şəxs ona yaxınlaşaraq Lada markalı avtomobilin yolu keçən iki nəfər piyadadan birini vurduğunu və hadisə yerindən qaçdığını bildirmişdir. Həmin vaxt vatomobil və sürücünün hadisə yerində olmamışdır. Bundan sonra hadisə yerinə müstəntiq gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Atatürk prospektində yerləşir. Yolun hərəkət hissəsi düz olmaqla yolun örtüyü asfaltbetondur və örtüy quru vəziyyətdə olmuşdur. Yolun örtüyünün eni 16 metr olmaqla 4 zolaqlıdır. Yolda hərəkət iki tərəfli təşkil edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin şəkilləri çəkildi. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhər Atataürk prospektində yerləşən Araz supermarketin bərabərliyində baş vermişdir. Yol örtüyünün eni 16 metr olmuşdur. 4 hərəkət zolağı olmuşdur. Hərəkət hissəsinin eni isə 8 metr olmuşdur. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Baxış zamanı iş üzrə mühüm əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet götürülməmişdir. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Vaz 21013” minik markalı “**-EX-***” qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin nəqliyyat vasitəsi tünd göy rəngdən və qara rəngdən ibarətdir.Baxış zamanı avtomobilin ön şüşəsi qırıq vəziyyətdə olmuşdur.Həmçinin nəqliyyat vasitəsinin sağ təkərinin üst tərəfi əznik vəziyyətdə olmuşdur.Ön şüşəsinin qırıntıları avtomobilin salonuna tökülmüş vəziyyətdə olmuşdur. “Video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, görüntü Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində quraşdırılmış təhlükəsizlik şəhər kamerası vasitəsilə qeydə alınıb və xx.xx.2023-cü il tarixdə, saat 23:37:02-də başlanır. Görüntüyə baxış zamanı avtomobillərin hərəkət etdiyi görünür. Gəncə şəhəri Atatürk prospekti ilə tünd göy rəngli Vaz 2103 markalı **-EX-*** avtomobil Ziyadxanov küçəsi istiqamətində yüksək sürətlə hərəkət edir, Atatürk prospekti iki tərəflidir. Görüntünün 23:37:07 vaxtında, hava qaranlıq olduğundan avtomobillərin işıqlarından görünür ki, Gəncə şəhəri Atatürk prospektində yolu sol tərəfdən sağ tərəfə keçmək istəyən iki piyada görünür. Həmin piyadalardan biri yolu tam şəkildə soldan sağa keçir ikinci piyada isə yolu keçmək istəyən zaman Atatürk prospekti ilə Ziyadxanov küçəsi istiqamətində hərəkətdə olan tünd göy rəngli Vaz 2103 markalı **-EX-*** avtomobil piyadanı vurmaqdan qaçınmaq üçün yolun sağ istiqamətindən ani şəkildə sol istiqamətə keçir və piyadanı vurur və yenidən ani şəkildə yolun sağ istiqamətinə keçərək hərəkətini davam etdirir. Həmin tünd göy rəngli Vaz 2103 markalı **-EX-*** avtomobilin sürücüsü hadisə zamanı əyləcdən istifadə etmir. Görüntü 23:38:01-də qurtarır. Məhkəmə-genetik ekspertizası 09 mart 2023-cü il tarixli 23/191R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində Vaz 21013 markalı **-EX-*** d.q.n avtomobildən götürülmüş 01(bir) ədəd sükan üzərində aşkar edilmiş 1 və 2 № qanabənzər ləkələrin insan mənşəli qan nümunəsi olduğu və həmin 1 və 2 №-li qan nümunələrinin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla).Həmçinin ekspertiza nəticəsində müəyyən edildi ki, Vaz 21013 markalı **-EX-*** d.q.n avtomobildən götürülmüş 01 (bir) ədəd sükan və 01(bir) ədəd sürət qutusunun başlıq hissəsi üzərində yaralı bioloji mənşəli materillar vardır və həmin biloji mənşəli materillar Təqsirləndirilən şəxs məxsusdur(eyni yumurta əkizi istisna olmaqla) Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cq il tarixli 8/468 saylı rəyindən görünür ki, Vaz 21013 markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtyomobilin sürcüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanunun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onnun hərəkətlərində X11” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış. Məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində X11” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə -kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 642K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil, spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər(həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannaboid (çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-ci il tarixli 13 saylı rəyindən görünür ki, 1971-ci il təvəllüdlü X3 meyitinin məhkəmə-tibbi müayinəsinə, laborator müayinələrin cavabına əsasən və ekspertiza qarşısında qoyulan sualları da nəzərə alaraq, nəticəyə gəlirəm:X1 bədənində müəyyən edilmiş xəsarətlər- döş qəfəsinin sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğalarının iki anatomik, sol tərəfində isə İİİ-İV-V-Vİ qabırğaların bir anatomik xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ ağciyərin cırılması, sol bud-çanaq oynağının qapalı, sağ said sümüklərinin isə açıq sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma. Başın yumşaq toxumalarına sağ təpə nahiyyəsində qansızmalar. Burun sol qasıq, sağ baldır, sol qalça tini nahiyyələrinin sağ ayağın İ barmağının sol əlin ı barmağının yaraları, təpə nahiyyəsinin səthi yarası, burun alın-təpə nahiyyəsinin qançırı; burun-dodaq arası nahiyyəsinin sıyrığıQeyd olunan xəsarətlər həyatidir,-bərk Küt əşyanın/əşyaların/təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X1 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması nəticəsində qabırğaların çoxsaylı sınığından, sağ ağciyərin cırılmasından və sol bud və sağ said sümüklərinin sınıqlarından əmələ gələnm ağır dərəcəli travmatik və hemorragic şok olmuşdur X1 meyitindən götürülmüş qada məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirtli və narkotik maddələr aşkar edilmədi. xx.xx.2023-cü il tarixli 266/23 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. AC 666188 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/Gəncə ASAN x.m verilmiş sürücülük vəsiqəsi vardır və һəmin vəsiqə xx.xx.2030-cu il tarixədək etibarlıdır. AD N 944179 nömrəli “Vaz 21013” minik markalı “**-EX-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin şəhadətnaməsinin sürətindən görünür ki, “Vaz 21013” minik markalı “**-EX-***” dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 məxsusdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polsi İdarəsinin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AC 666 188 saylı -BC- kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürcülük hüququ 6 (altı) ay müddətinə xx.xx.2022-ci il tarixdə məhdudlaşdırılmışdır.(EQ 952 29 98).Təqsirləndirilən şəxs məxsus AC 666 188 saylı sürcülük vəsiqəsi BDYPİ-nin Gəncə RQİ və TBŞ-nə daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinə əsasən xüsusi hüquqi məhdudlaşdırılmış fiziki şəxs hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizəni verdiyi gündən başlayır.Vaz 21013 markalı, 20-Ex-304 dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə Təqsirləndirilən şəxs xx.xx.2020-ci cil tarixdən xx.xx.2030-cu il tarixədək verilmişdir. Gəncə şəhəri Psixo-Nevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. № 112994 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. № 1-67723 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. № 1-6580 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində “Zəngilanın azad olumasına görə” medalı ilə təltif olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin dəyişdirilməsi haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21013” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Gəncə şəhər DYPŞ-nin cərimə meydançasına saxlanca verilmişdir. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və həcmi kiçik olduğundan cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən özünün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələrinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, əlavə cəza olan nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər DYPŞ-nin cərimə meydançasında yerləşdirilmiş “Vaz 21013” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalıdır. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 04 ( dörd) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 ( bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 ( bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3. və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 05 ( beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 ( beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər DYPŞ-nin cərimə meydançasında yerləşdirilmiş “Vaz 21013” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-380/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-380/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver