Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-380/2024 08.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X2 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X3 və ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci il tarixdə Bərdə rayonu, Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu oğlu 08 dekabr 2023-cü il tarixdə saat 23:30 radələrində Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən “İmamzadə” türbəsinin yaxınlığında tanışı ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs ilə, sonuncunun onun qardaşı Şahid2 ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özü ilə gətirdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan kəsici-deşici xassəyə malik bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sağ arxa nahiyyəsinə qəsdən bir zərbə vuraraq sonuncunun sağlamlığına, sağ tərəfli travmatik hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ arxa divarından sağ plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən dərəcəsinə görə törənmə anında insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verməmək hüququndan istifadə etmiş, bu səbəbdən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmiş, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilimiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında anası ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, əvvəllər xuliqanlıq və narkotik üstündə cinayət məsuliyyətinə cəlb olunmuş və cəzasından xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İfadə verməyinin səbəbi ona məlumdur və bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən, 13-14 ildir ki, qardaşı Dağbəyi vasitəsi ilə tanımışdır. Araları daim yaxşı olmuş və aralarında heç bir düşmənçilik, ədavət olmamışdır. Zərərçəkmiş şəxs onların evlərinə qonaq gəlib-gedən adam olmuşdur. xx.xx.2023-cü il tarixdə o, öz evində yatarkə, qardaşı Dağbəyi anasının telefonuna zəng edərək, onunla danışmaq istədiyini bildirmişdir. Qardaşı Şahid2 təxminən 9 aydır ki, Rusiya Federasiyasında Saratov vilayətinə işləmək üçün getmişdir. Qardaşı Dağbəyi ilə telefonda danışan zaman Dağbəyi ona, Zərərçəkmiş şəxs “ayaq körpüsü” adlanan yerin yanında yerləşən “Pub”da içki içdiyini və içkili olduğundan Dağbəyini təhqir etdiyini bildirmişdir. Dağbəyi ondan bu məsələnin səbəbini araşdırmasını və məsələnin nə olması ilə bağlı məlumat verməsini söyləmişdir. O da bunun üçün həmin “Pub”un yerləşdiyi ünvana getmiş, lakin orada Ceyhunu tapa bilməmişdir. Bundan sonra təxminən saat 23 radələrində Zərərçəkmiş şəxs xatırlamadığı telefon nömrəsinə zəng edərək, harada olmasını soruşmuş və görüşərək bu məsələnin nə olduğunu bilmək istədiyini bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs işdən gəldiyini, hamamdan təzə çıxdığını və yorğun olduğunu bildirmişdir. Görüşmək üçün ancaq evin qarşısına gələ biləcəyini söyləmişdir. O da dövlət qeydiyyat nişanını xatırlamadığı taksi sürücüsü ilə Ceyhunun yaşadığı küçəyə tərəf getmişdir. Maşında olan zaman Ceyhununun aralıdan şortik geyimində çöldə siqaret çəkdiyini görmüşdür. Taksidən düşüb Ceyhunun yanına tərəf getməyə başlamışdır. Ceyhunun yanına gəldikdən sonra, Ceyhun əl verib onunla görüşmək istəyən zaman o, əlini belinə atmışdır. Bu vaxt Ceyhun qaçmağa başlamış, o da Ceyhunun arxasınca qaçmışdır. Təxminən 50-60 metr sonra Ceyhuna çatmış və əvvəlcədən üzərində götürdüyü pnopkalı bıçaq vasitəsilə Ceyhunun döş qəfəsinin arxa tərəfinə qəsdən bir ədəd bıçaq zərbəsini vurmuşdur. Bundan sonra Ceyhun yerə yıxılmış və o da oradan uzaqlaşmışdır. Bundan sonra o, evə getmiş və hadisə barədə heç kimə məlumat verməmişdir. Hadisə yerindən evə qayıdanda körpünün üstündən keçən zaman bıçaq qanlı olduğundan bıçağı çaya atmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları onun evinə gələrək, polis şöbəsinə dəvət etmişdirlər. Həmçinin Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Bərdə şəhəri, Nüşabə küçəsi istiqamətində Zərərçəkmiş şəxs evinin yaxınlığında baş vermişdir. Hadisənin baş vermə səbəbi isə Zərərçəkmiş şəxs onun qardaşı Dağbəyini telefonda təhqir etməsi olmuşdur. Hadisə təxminən 1 dəqiqə çəkmiş, həmin hadisəni heç kim görməmişdir. O, Ceyhunun arxasınca qaçmış və vurmuşdur. Hadisə yerinə heç kim gəlməmiş, o, Ceyhunu vurduqdan dərhal sonra oradan uzaqlaşmışdır. Hadisə gecə saatlarında baş verdiyindən və ətrafda heç kim olmadığından kənar şəxslərin narahatçılığına səbəb olmamışdır. Onun Ceyhunu öldürmək kimi niyyəti olmamışdır. O, Ceyhunun ayaq nahiyyəsinə zərbə endirmək istəyirmiş ki, etdiyi söyüşün əvəzi olsun. Lakin, Ceyhun qaçdığından o, Ceyhunu vuran zaman döş qəfəsinin arxa tərəfinə bıçaq daxil olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Nüşabə küçəsi, ev 85 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, Elbəyini qardaşı Dağbəyinin vasitəsi ilə tanımış, Elbəyi ilə münasibəti yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olduğu zaman, Elbəyinin qardaşı Dağbəyiyə zəng etmiş, spirtli içki içdikdən sonra sərxoş vəziyyətə düşdüyü üçün danışıq zamanı Dağbəyi ilə aralarında sözlə mübahisə baş vermişdir. Bir qədər sonra Elbəyi ona geri zəng etmiş və onlar bir neçə dəqiqə telefonda danışmışlar. Dağbəyi ilə danışığından bir qədər sonra sonuncunun qardaşı Təqsirləndirilən şəxs onun evinin yaxınlığına gəlmiş, onunla qardaşı Dağbəyi arasında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün onun evdən çıxıb küçəyə gəlməsini tələb etmişdir. Elbəyinin hərəkətlərindən başa düşmüşdür ki, o, da sərxoşdur. Hər ikisi sərxoş olduğu üçün aralarında mübahisə böyümüşdür. Mübahisənin gedişində Təqsirləndirilən şəxs üzərində olan bıçağı çıxararaq ona bir zərbə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış, Elbəyi isə oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Dağbəyi ilə hal-əhval tutmaq üçün əlaqə saxlamış, sərxoş olduğu üçün dialoqun məcrası dəyişmiş və aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Baş vermiş hadisənin yaranmasına səbəb onun telefonda Dağbəyi ilə mübahisə etməsi olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Nüşabə küçəsi, ev 85 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, Elbəyini qardaşı Dağbəyinin vasitəsi ilə tanımışdır. Elbəyi ilə münasibəti çox yaxşı olmuşdur. Ailəvi gediş-gəliş münasibətləri olmuşdur. Bir müddət əvvəl Elbəyi ilə şəhərdə rastlaşan zaman aralarında kiçik mübahisə baş vermişdir. Həmin hadisədən sonra Elbəyi ilə bir neçə şəhərdə görüşmüşlər, lakin aralarında heç bir problem yaşanmamışdır. O daha sonra Füzzuli rayonuna işləmək üçün getmişdir, 08 dekabr 2023-cü il tarixində o, Füzuli rayonundan Bərdəyə qayıtmışdır. O, təxminən saat 20 radələrində Bərdə şəhərində yerləşən “Bərdə Pub” adlanan yerdə pivə içməyə getmişdir. Bu zaman o, Elbəyinin qardaşı Dağbəyini telefonda yığmışdır. Danışıq zamanı həmişəki kimi Dağbəyi ilə zarafatlaşmışdır. Təxminən saat 21 radələrində o, həmin yerdən çıxaraq yaşadığı Bərdə şəhəri, Nüşabə küçəsinə getmişdir. Evdə olarkən Elbəyi ona zəng eləmiş və onlar təxminən 5 dəqiqə telefonda danışmışdırlar. Danışıq zamanı Elbəyi ondan nə səbəbə qardaşı Dağbəyi ilə söyüşlə zarafat etdiyini soruşmuşdur. O isə cavabında Dağbəyi ilə uzun müddətdir zarafatlarının olduğunu söyləmişdir. Bu zaman Elbəyi də onu təhqir etmişdir. O da cavabında Elbəyini təhqir etmişdir. Bu zaman o Elbəyiyə “hardasan, gəl söhbətimizi həll edək” demişdir. Elbəyi da cavabında gələcəyini bildirmişdir. O, saat 23:30 radələrində qapılarının ağzına siqaret çəkməyə çıxmışdır. Bu zaman Elbəyi əlində ağacla ona yaxınlaşmağa başlamışdır. Elbəyi əlindəki ağacla onu vurmağa çalışmışdır. O, isə arxasını dönüb oradan uzaqlaşarkən Elbəyi arxadan ona yaxınlaşmış və bıçaqla onun döş qəfəsinin sağ yan hissəsinə bir dəfə bıçaqla zərbə vurmuşdur. O, zərbənin təsirindən yerə yııxlmış, Elbəyi isə oradan uzaqlaşmışdır. O yerdə olarkən qaonşusu Nadir onu görmüş və ona yaxınlaşmışdır. Nadir onun telefonu ilə qardaşı Məhəmmədə zəng etmişdir. Məhəmməd isə Təcili Tibbi yardım vasitəsilə onu xəstəxanaya çatdırmışdır. Həmçinin Zərərçəkmiş şəxs ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır, sadəc bir müddət əvvəl aralarında kiçik mübahisə baş vermişdir. O, Elbəyinin onu vurduğu bıçağı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Mahiyyəti üzrə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs isə onun dostudur. Zərərçəkmiş şəxs o, uzun müddətdir ki, tanıyır. Belə ki, onun Ceyhunla ailəvi gediş-gəlişi olmuşdur. O, bir müddət bundan əvvəl Rusiya Federasiyasına işləmək üçün getmişdir. Qardaşı Elbəyi isə Bərdə rayonunda olmuşdur. 08 dekabr 2023-cü il tarixində Rusiya Federasiyasında olan zaman Zərərçəkmiş şəxs ona “Whatsapp” tətbiqi vasitəsilə zəng etmiş, telefonu kənarda olduğundan telefonunu dostu açmışdır. Zərərçəkmiş şəxs telefonu açaraq dostunu səsini, onun səsinə bənzədib nalayiq ifadələrlə təhqir etməyə başlamış, daha sonra o, dostundan telefonu alaraq Ceyhuna onun telefonunu başqası götürdüyü halda nə səbəbə onu təhqir etdiyini soruşsa da, Ceyhun yenidən onu təhqir etməyə başlamışdır. O, zəngi bitirdikdən sonra qardaşı Elbəyiyə zəng etmiş və Elbəyiyə Zərərçəkmiş şəxsla görüşüb nə üçün onu təhqir etməsini aydınlaşdırmağı bildirmişdir. Elbəyi də onunla razılaşmış və telefonu bağlamışdır. Ondan sonra qardaşı Elbəyinin telefonuna zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, Elbəyi Ceyhunun yaşadığı evə gedərək sonuncu ilə mübahisə etmiş, mübahisənin gedişində Elbəyi özü ilə götürdüyü bıçaqla Ceyhuna xəsarət yetirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Nüşabə küçəsi, ev 85 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Mahiyyəti üzrə qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs isə uzun müddətdir ki, tanıyır. Qardaşı Ceyhun və tanışı Elbəyinin münasibəti həmişə yaxşı olmuşdur. Onların ailəvi gediş-gəlişi olmuşdur. O, qardaşı ilə Elbəyi arasında mübahisə olduğunu bilmirmiş. Qardaşı Ceyhun təxminən iki aydır ki, Füzuli rayonuna işləmək üçün getmişdir. 08 dekabr 2023-cü il tarixində qardaşı Ceyhun iki günlük Bərdəyə qayıtmışdır. Həmin gün 23 radələrində Ceyhun siqaret çəkmək üçün çölə çıxmışdır. Təxminən saat 23:30 radələrində qonşuları Nadir Ceyhunun telefonu ilə ona zəng edərək, Ceyhunun Elbəyi tərəfindən bıçaqlandığını söyləmişdir. O, dərhal qardaşı Ceyhunun yanına gəldim. O, oraya çatanda Ceyhun yerdə uzanmış vəziyyətdə, üstü qan içində olmuşdur. O, dərhal təcili tibbi yardım çağırmış, Təcili tibbi yardım vasitəsilə Ceyhunu xəstəxanaya yerləşdirmişdir. Həmçinin Şahid1 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, qardaşı Ceyhun ilə tanışı Elbəyi arasında hər hansı bir düşmənçilik və ya ədavət olması ilə bağlı onun məlumatı olmamışdır. Lakin sonradan aralarında mübahisə olduğunu öyrənmişdir. O,hadisə yerinə gedəndə orada Ceyhun və qonşusu Nadir olmuşdur. O, Elbəyinin Ceyhunu vurarkən istifadə etdiyi bıçağı görməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 dekabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 4(021)-232/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 dekabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış protokolundan görünür ki, baxış Bərdə şəhəri, Nüşabə küçəsi ilə Gəncə küçəsinin kəsişməsində, “İmamzadə” türbəsinin arxa hissəsinin yaxınlığında, açıq hava şəraitində keçirilmişdir. Şahid1 baxış zamanı qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilən hadisə yerini göstərmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə tərəfimdən protokol tərtib olunmuş, hadisə yerinin fotoşəkili çəkilmiş, fotoşəkillər həmin protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 dekabr 2023-cü il tarixli “əşyaya baxış götürmə aparılması haqqında” protokoldan görünür ki, Bərdə rayon Mərkəzi Xəstəxanasının tibb bacısı X1 təqdim etdiyi Zərərçəkmiş şəxs xəstəxanaya gələrkən əynində olmuş 01(bir) ədəd mayka, 01(bir) ədəd qoluqısa köynək, 01(bir) ədəd uzun qol kişi köynəyi və 01(bir) ədəd qısa şalvar tərəfimdən götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsindən alınmış 05 fevral 2024-cü il tarixli, 21 nömrəli rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ tərəfli travmatik hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ arxa divarından sağ plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümümilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi kriminalistik-bioloji ekspertizasının 20 fevral 2024-cü il tarixli, 68/2024-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus alt maykası, qısaqol mayka, köynək, şort üzərində olan ləkələrdə A(İİ) qruplu insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələri A(İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. MTE və PA Birliyinin 26 fevral 2024-cü il tarixli, 48/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin, qısaqol köynəyin və maykanın arxa hissəsində sağda 01(bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir. Uzunqol köynəyin sol qolun sərbəst kənarında bir ədəd tikiş sapı üzrə sökülmüş zədə aşkar edilmişdir. Bu zədə köynəyin müvafiq nahiyyəsinə fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 12 dekabr 2023-cü il tarixli 789 saylı rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırdakı ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək iş üzrə Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən EPİLEPSİYA, ARABİR QİCOLMA TUTMALARİ ilə XBT-10 xəstəlik keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olması səbəbindən öz hərəkətlərini ölçübbiçmək və öz hərəkərlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs EPİLEPSİYA, ARABİR QİCOLMA TUTMALARİ ilə XBT-10 xəstəliyi keçirir. Onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 02 fevral 2024-cü il tarixli 18-1-28/2-208/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞ-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Lakin xx.xx.2015-ci il tarixdən Bərdə RMX-nin Nevroloji kabinetində “Epilepsiya, qıcolma tutmaları” diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 21 saylı Tibbi Sosial Ekspert Komissiyasının 646FLC0003 saylı sənədindən görünür ki, Təqsirləndirilən şəxs “Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu ilə 2-ci dərəcəli əlildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Narkoloji Dispanserin 04 mart 2024-cü il tarixli 364 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 14 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 02 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edimişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs notariat qaydada ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Mənzil Təmir İstismar Sahəsindən alınmış xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospekti ev 7/29 ünvanında yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 mart 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, hadisə zamanı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan 01(bir) ədəd mayka, 01(bir) ədəd qoluqısa köynək, 01(bir) ədəd uzun qol kişi köynəyi və 01(bir) ədəd qısa şalvar maddi sübut əhəmiyyəti daşıdığından maddi sübut tanınmış və Bərdə RPŞ-də maddi sübutların saxlanc anbarında saxlanması üçün təhvil verilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşman olmasını, 2-ci qrup əlil olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində törətməsini, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, yüngülləşdirən hallar kimi, nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllində cinayətlərin residivinin olmasını, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs barəsində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 02 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edimişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını – ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 09 dekabr 2023-cü il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Narkoloji Dispanserin 04 mart 2024-cü il tarixli 364 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 nömrəli, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərarının 3-cü maddəsinin 2-ci bəndinə əsasən əlilliyi olan şəxslərə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 21 saylı Tibbi Sosial Ekspert Komissiyasının 646FLC0003 saylı sənədindən görünür ki, Təqsirləndirilən şəxs “Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu ilə 2-ci dərəcəli əlildir. Odur ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olduğundan onun barəsində narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan 01(bir) ədəd mayka, 01(bir) ədəd qoluqısa köynək, 01(bir) ədəd uzun qol kişi köynəyi və 01(bir) ədəd qısa şalvar qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bundan əlavə cinayət işinin ibtida istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Bərdə rayon vəkil bürosunun vəkili X6, məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 12 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X4 işlədiyi Bərdə rayon vəkil bürosunun hesabına 72 manat, Təqsirləndirilən şəxs göstərilmiş 32 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 192 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 dekabr 2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan 01(bir) ədəd mayka, 01(bir) ədəd qoluqısa köynək, 01(bir) ədəd uzun qol kişi köynəyi və 01(bir) ədəd qısa şalvar qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 12 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X4 işlədiyi Bərdə rayon vəkil bürosunun hesabına 72 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 32 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 192 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-380/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-380/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver