Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-380/2025 17.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X3, təqsirləndirilən şəxslər Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 3 mart 1981-ci il tarixdə Türkiyə Respublikası, Yığılca rayonunda anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, yük nəqliyyat vasitəsi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, Yığılca rayonu, Hoşavoğlu kəndi, ev 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda müvəqqəti olaraq Qazax rayonu, İkinci Şıxlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 1 mart 1981-ci il tarixdə Türkiyə Respublikası, Yığılca rayonunda anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, yük nəqliyyat vasitəsi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, Yığılca rayonu, Akçaörən kəndi, ev 11 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda müvəqqəti olaraq Qazax rayonu, İkinci Şıxlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 16 avqust 1996-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində xeyli miqdarda xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək, Azərbaycan Respublikasından Gürcüstana aparmaq barədə qabaqcadan əlbir olub, bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs3 öz şəxsi pul vəsaitini, yəni ümumilikdə xeyli miqdarda - 70875 Azərbaycan manatı ekvivalentində ******* Rusiya rublunu qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından Gürcüstana apararaq, digər şəxslərə çatdırmaları üçün cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etmiş, Təqsirləndirilən şəxs1 və Cotur Raif isə öz növbələrində maddi maraq müqabilində həmin valyuta vəsaitlərinin qəbul edərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə birgə idarə etdikləri “Mercedes- Benz” markalı, 34EVP219 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonundakı yataq yerinin üzərində olan döşəyin altında yerləşdirərək gizlətmiş və cinayətkar qrupun Gürcüstanda olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvlərinə çatdırmaq məqsədilə onunla aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 10 oktyabr 2024-cü il tarixdə Gürcüstan ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişlər, həmin tarixdə saat 12 radələrində qeyd edilən gömrük postunda gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı həmin valyuta vəsaitləri gizlədildikləri yerdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlini törətmələri onların özlərinin qismən etiraf ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bankdan pul götürərək, təxminən 10 oktyabr 2024-cü il tarixdə səhər saatlarında həmkəndlisi “Nurlan”a müəyyən məbləğdə pulunun olduğunu söyləyib, həmin pulları maşın almaq üçün Azərbaycan Respublikasından Gürcüstana keçirə biləcək tanışının olub-olmadığını soruşmuş və Gürcüstana çatdıqda isə xalası oğlunun həmin pulu götürcəyini bildirmişdir. “Nurlan” da ağlına belə bir şəxs gəldiyi təqdirdə ona məlumat verəcəyini söyləmişdir. Həmin gün günorta saatlarında həmkəndlisi Nurlan ona zəng edərək, tanışlarının getdiklərini və pulu aparmaq üçün onlara verə biləcəyini demişdir. O, Nurlanın işlədiyi yerə getmiş və Nurlan onu ilk dəfə gördüyü Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə tanış etmişdir. O, həmin şəxslərlə danışıb razılaşdıqdan sonra pulu həmin şəxslərə verdikdən sonra əlaqə nömrələrini götürmüşdür. Sonradan həmin şəxslərin gömrük əməkdaşları tərəfindən saxlanıldığını bilmişdir. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş pulları Gürcüstan Respublikasına göndərməkdə məqsədi, özünə “TİR” markalı yük avtomobili alması olmuşdur. Gürcüstan Respublikasına avtomobil almaq üçün göndərmək istədiyi pul vəsaitini, qayınanasının və qaynının adlarına bankdan kredit götürərək əldə etmişdir. Həmin kreitin götürülməsi sənədlərini də DGX-yə təqdim etmişdir. Onun almaq istədiyi yük avtomobili, Almaniyadan Gürcüstan Respublikasına gətirilmiş, pulu Gürcüstan Respublikasında yaşayan xalası oğluna göndərərək, xalası oğlunun maşını öz adına keçirib onun üçün Azərbaycan Respublikasına gətirməsini istəmişdir. Həmin məbləğdə olan pul vəsatinin yük avtomobili ilə göndərilməsinin qanunsuz olduğunu bilməmişdir. Gürcüstan Respublikasına göndəriləcək olan pul vəsaitini Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özü təqdim etmişdir. Həmin şəxslərə isə yemək yemələri üçün 25 ABŞ dolları məbləğində pul vermişdir. Azərbaycan Respublikası sərhədlərindən 10.000 manatdan artıq pul keçirilməsinin qanunsuz olduğunu bilməmişdir. Onun almaq istədiyi yük avtomobilini başqa şəxsdə almaq istədiyi üçün pul təcili göndərilməli olduğundan, pulu Gürcüstana gedən hər hansı şəxslə göndərmək istəmişdir. Pulu rus rublu ilə göndərməsinə səbəb, pulun valyutasını dəyişən zaman rus rublunu ucuz aldığı üçün Gürcüstan Respublikasında həmin pulun valyutasını dəyişən zam 500-600 ABŞ dolları artıq olacağını düşünmüşdür. Onun Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pula diqqət etmələri üçün ehtiyatlı olmalarını demişdir. Əlavə olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə, məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan, cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər qeyri-rəsmi valyuta mübadiləsi ilə məşğul olmuşdur, son zamanlar isə yük nəqliyyat vasitəsi sürücüsü işləmişdir, hazırda işsizdir. 10 oktyabr 2024-cü il tarixdə səhər saatlarında həmkəndlisi “Nurlan”a müəyyən məbləğdə pulunun olduğunu söyləyib ondan pulları Azərbaycandan Gürcüstana keçirə biləcək tanışının olub-olmadığını soruşmuş, bunun müqabilində həmin şəxslərə 25 ABŞ dolları məbləğində pul verəcəyini bildirmiş, “Nurlan” da ağlına belə bir şəxs gəldiyi təqdirdə ona məlumat verəcəyini söyləmişdir. Bundan bir neçə saat sonra “Nurlan”ın işlədiyi “TİR Park” ərazisinin qarşısında sonuncu ilə görüşdükdə “Nurlan” “Mercedes-Benz” markalı, 34EVP219 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun pullarını pul qarşılığında Azərbaycandan Gürcüstana keçirməyə razı olduqlarını bildirməklə nəqliyyat vasitəsini göstərib ora yaxınlaşaraq sürücülərlə bu barədə özünün danışmağını söyləmişdir. Bundan sonra o, nəqliyyat vasitəsinə yaxınlaşaraq sürücülər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə tanış olmuş, Nurlanın dediyi, pulları Azərbaycandan Gürcüstana göndərmək istəyən şəxs olduğumu demiş, ardınca dörd ədəd şəffaf bağlamada qablaşdırılmış pulları onlara təqdim edərək ehtiyatlı olmalarını söyləyib pulları Gürcüstana aparmalarını, Gürcüstanda tanışının onları qarşılayaraq pulları onlardan təhvil alacaqlaırnı söyləmiş, ardınca pulları Azərbaycandan Gürcüstana aparmaları müqabilində onlara 25 ABŞ dolları məbləğində pul vermiş. 25 ABŞ dollarını Təqsirləndirilən şəxs1 götürmüş, Təqsirləndirilən şəxs2 həmin vaxt Təqsirləndirilən şəxs1 yanında olmuşdur. Bunun ardınca o, onların pulları hara yerləşdirmələrini görmədən oradan uzaqlaşmışdır. Daha sonra ona məlum olmuşdur ki, “Qırmızı Körpü” gömrük postunda gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı pullar aşkar edilərək götürülmüşdür. O, pulları Gürcüstanda rublu ABŞ dollarına çevirərək əlavə gəlir əldə etmək və bütovlükdə bu pula Gürcüstanda nəqliyyat vasitəsi əldə etmək üçün göndərmişdir. Pulları manat formasında qohumlarının adına kredit şəklində bankdan əldə etmişdir, onları əvvəlcə tanımadığı şəxs vasitəsilə ABŞ dolları, ABŞ dollarından isə rus rubluna dəyişmişdir. O, “Nurlan”a, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı məbləğdə və valyutada pulu Azərbaycandan Gürcüstana göndərdiyini deməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pul vəsaitlərini hansı məqsədlə Azərbaycandan Gürcüstana göndərməyibarədə məlumat verməmişdir. “Nurlan”a isə ümumi olaraq pulu Gürcüstan ərazisində ABŞ dollarına dəyişdirib qazanc əldə etmək məqsədilə göndərdiyini söyləmişdir, nəqliyyat vasitəsi əldə etmək niyyəti barədə “Nurlan”a heç nə deməmişdir. O, “Nurlan”la pul vəsaitlərini qaçaqmalçılıq, yaxud hər hansı digər şəkildə gömrük sərhədindən keçirmək istəməyi ilə bağlı ümumiyyətlə hər hansı formada danışıq aparmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə pul vəsaitlərini verərkən ehtiyatlı olmalarını söyləmişdir, konkret olaraq onları qaçaqmalçılıq, yaxud hər hansı digər şəkildə gömrük sərhədindən keçirmələrini bildirməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirmələrini söyləmədiyi halda hansı səbəbdən onların həmin vəsaitlərini gömrük orqanına bəyan etməyərək gizlətmələrini bilmir. O, “Nurlan”a pulu Azərbaycandan Gürcüstana keçirəcək bir nəfər tapmağı müqabilində pul, maddi və sair nemət təklif, vəd etməmiş, yaxud verməmişdir, “Nurlan” həmkəndlisi olduğundan onun bu xahişini yerinə yetirmişdir. Pul vəsaitlərini Gürcüstanda xalasıoğlu, Gürcüstan vətəndaşı X7 götürəcəkmiş. O, “İlqar”a pulları sürücülər vasitəsilə göndərəcəyini demişdi, lakin konkret kimlər vasitəsilə göndərdiyini bildirməmişdir. Pullar Azərbaycanda gömrük sərhədini keçdikdən sonra “İlqar”a bu barədə məlumat verməyi düşünmüşdür. “İlqar”a sürücüləri ona “Nurlan”ın tapdığını söyləməmişdir. Həmçinin “İlqar”la aralarında pulların gömrük sərhədindən hansı şəkildə keçirilməsi ilə bağlı danışıq olmamışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, yeddi il müddətdir ki, yük nəqliyyat vasitələrində sürücü işləyir. Türkiyə Respublikası vətəndaşları olduğu üçün Azərbaycan Respublikası qanunlarını bilmədiklərindən Təqsirləndirilən şəxs3 onlara Gürcüstan Respublikasına keçirmək üçün verdiyi pul vəsaitini gömrük orqanlarına bəyan etməli olduqlarını bilməmişlər. Eyni zamanda pul vəsaitini göndərən şəxs də onlara keçirəcəkləri pul vəsaitini bəyan etməli olduqlarını bildirməmişdir. Əvvəllər Azərbaycan Respublikası sərhədlərindən heç vaxt pul vəsaiti və ya hər hansı qanunsuz predmet keçirməmişlər. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Türkiyə Respublikası sərhədlərindən hansı miqdarda pul vəsaiti çıxarmağın qanuni olduğunu bilməmiş, eyni zamanda gömrük orqanlarının əməkdaşları onlara gömrük orqanına bəyan olunmalı hər hansı predmetin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs3 onlara verdiyi pul vəsaitinin məbləğini və valyutasını bilməmişdir. Təqsirləndirilən şəxs3 onlara yemək yemələri üçün 25 ABŞ dolları məbləğində pul vermişdir. Pul vəsaitləri 4 bağlamada olmuş, iki bağlama yük avtomobilinin yataq yerinin üzərində olan döşəyin altında, digər iki bağlama isə əl çantasının içərisində olmuşdur. Pul vəsaitini Təqsirləndirilən şəxs3 götürən zaman Təqsirləndirilən şəxs3 ona pul vəsaitinin miqdarı barədə məlumat verməmiş, həmçinin onlara pul vəsaitindən ehtiyatlı olmalarını bildirmişdir. Onara gömrük orqanları tərəfindən hər hansı müqvimət göstərilməmişdir. Təqsirləndirilən şəxs3 onlara verdiyi pul vəsaitini gömrük orqanlarından gizli olaraq keçirmələrini deməmişdir. Əlavə olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə, məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan, cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir yük nəqliyyat vasitələrində sürücü işləyir. Yük nəqliyyat vasitəsi sürücüsü kimi təxminən 3 ildir Türkiyədə fəaliyyət göstərən “Orallar” logistika şirkətində çalışır. Sonuncu dəfə sürücü yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Türkiyənin İzmit şəhərindən “diri cücə” yüklü “Mercedes- Benz” markalı, 34EVP219 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini götürərək təyinatı üzrə Azərbaycan Respublikasına gətirib Biləsuvar şəhərinə çatdırdıqdan sonra Türkiyəyə qayıtmaq üçün 09 oktyabr 2024-cü il tarixdə Qazax rayona gedərək orada olan “Qırmızı körpü” gömrük postu ərazisindəki “TİR park”a daxil olmuşlar. Təqsirləndirilən şəxs2lə birlikdə ikisi eyni nəqliyyat vasitəsini növbəli olaraq idarə edirlər, yəni yolda yorğun olduqda bir-birilərini əvəz edirlər. Onlar “TİR park”a daxil olduqdan sonra yorğun olduqlarından Təqsirləndirilən şəxs2lə birlikdə nəqliyyat vasitəsində yatmışlar. Səhəri gün, yəni 10 oktyabr 2024-cü il tarixdə onlar Türkiyə istiqamətində hərəkət etmək üçün “TİR park”ın ərazisini tərk etməyə hazırlaşarkən “TİR park”da nəqliyyat vasitələrini dayanacağa yerləşdirməklə məşgul olması ilə əlaqədar tanıdıqları “Nurlan” adlı şəxs onlara yaxınlaşaraq bir tanışının pulları olduğunu söyləyib, həmin pulları Azərbaycandan Gürcüstana apara bilib-bilməyəcəklərini soruşmuş və aparmaları müqabilində ikisinə birlikdə 25 ABŞ dolları pul veriləcəyini bildirmişdir. Onlar da pula ehtiyacları olduğundan Təqsirləndirilən şəxs2lə birgə “Nurlan”ın bu təklifi ilə razılaşmışlar. “Nurlan” onların yanından getdikdən sonra Təqsirləndirilən şəxs2 “Nurlan”ın 10 oktyabr 2024-cü il tarixdə səhər saatlarında telefonla da ona bu təklifi etdiyini, lakin “Nurlan”la razılaşmaqda tərəddüd etdiyini bildirmişdir. Onlar “Nurlan”la razılaşdıqdan sonra həmin tarixdə, yəni 10 oktyabr 2024-cü il tarixdə “TİR park”ın ərazisindən çıxaraq “Qırmızı körpü” gömrük postuna doğru yola düşmüşlər, həmin vaxt növbədə onlardan öncə bir neçə nəqliyyat vasitəsi olmuşdur. Onlar növbədə gözləyərkən əvvəlcədən tanımadığı, sonradan ləqəbinin “Ufus”, adının isə “Ülfət” olduğunu öyrəndiyi şəxs onların nəqliyyat vasitəsinə yaxınlaşaraq Təqsirləndirilən şəxs2lə birgə ona adının “Ufus” olduğunu, “Nurlan”ın dediyi, pulları Azərbaycandan Gürcüstana göndərmək istəyən şəxs olduğunu demiş, ardınca dörd ədəd şəffaf bağlamada qablaşdırılmış pulları onlara təqdim edərək, pulları gömrük orqanına təqdim etmədən, hər hansı formada bəyan etmədən keçirərək Gürcüstana aparmalarını, Gürcüstanda hansısa şəxsin onları qarşılayaraq pulları onlardan təhvil alacağını söyləmiş, ardınca pulları Azərbaycandan Gürcüstana aparmaları müqabilində onlara “Nurlan”ın söylədiyi kimi 25 ABŞ dolları məbləğində pul vermişdir. Qeyd edim ki, 25 ABŞ dollarını “Ufus”dan o, götürmüş, Təqsirləndirilən şəxs2 həmin vaxt yanımda olmuşdur. O, 4 ədəd bağlamadakı pulları “Ufus”dan təhvil aldıqdan sonra onları Təqsirləndirilən şəxs2lə birlikdə idarə etdikləri “Mercedes-Benz” markalı, 34EVP219 nömrə nişanlı nəqliyyat vasitəsinin salonundakı yataq yerinin üzərində olan döşəyin altına yerləşdirmişlər, ardınca nəqliyyat vasitəsilə hərəkət edərək “Qırmızı Körpü” gömrük postunun yoxlama xəttinə daxil olmuşlar. Həmin vaxt nəqliyyat vasitəsini o, idarə etmişdir. Onlar postda yoxlama xəttinə daxil olduqdan sonra orada xidmət aparan gömrük əməkdaşları onlara yaxınlaşaraq idarə etdikləri nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı, yaxud gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmamasını soruşmuşlar, onlar da cavab olaraq hər ikisi nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı, yaxud gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirmişlər. Bundan sonra gömrük əməkdaşları nəqliyyat vasitəsində yoxlama aparmağa başlamışlar və bu zaman nəqliyyat vasitəsinin salonundakı yataq yerinin üzərində olan döşəyin altına yerləşdirdikləri 4 şəffaf bağlamada olan pulları aşkar etmişlər. Pullara baxış zamanı onların ******* rus rublundan ibarət olduğu müəyyən edilmiş, ardınca pulları qablaşdırılıb götürülmüş və bu barədə sənədlər tərtib edilmiş, onlar da sənədlərlə tanış olaraq onları imzalamışlar. Ülfət həmin pulları gömrük orqanına bəyan etməmələrini söyləyib, onları Azərbaycandan Gürcüstana aparmaları müqabilində onlara 25 ABŞ dolları məbləğində pul vermişdir, buna görə həmin pulları gömrük orqanına bəyan etməmişlər. O, uzun illərdi sürücü kimi müxtəlif ölkələrə yük daşıma ilə məşğul olduğumdan yüksək məbləğdə pul vəsaitlərinin nağd formada gömrük sərhədindən keçirilməsinə icazə verilmədiyini bilir. Lakin Azərbaycanda konkret hansı məbləğə icazə verildiyini bilmir. Bununla belə, “Ufus” pulları gömrük orqanına bəyan etməmələrini söylədikdə o, pulun icazə verilən həddən artıq olduğunu başa düşmüşdür. “Ülfət” 4 bağlamada pul vəsaitlərini onlara təqdim edərkən pulların hansı məbləğdə və valyutada olduğunu ona, yaxud Təqsirləndirilən şəxs2 bildirməmişdir, eyni zamanda “Nurlan” da əvvəlcədən Təqsirləndirilən şəxs2lə ona bu barədə məlumat verməmişdir. Bununla belə bağlamaların sayı çox və həcmi böyük olduğundan o, pulların çox məbləğdə olduğunu anlamışdır. Təqsirləndirilən şəxs2lə o, 25 ABŞ dollarını yarı-yarıya aralarında bölüşəcəkmişlər, yəni 12.5 ABŞ dollarını o, qalan 12.5 ABŞ dollarını isə Təqsirləndirilən şəxs2 götürəcəkmiş. “Nurlan” ona və ya Təqsirləndirilən şəxs2 pul vəsaitlərini qaçaqmalçılıq, yaxud hər hansı digər şəkildə Azərbaycandan Gürcüstana aparmalarını söyləməmişdir, “Nurlan”ın əvvəldən bu barədə məlumatlı olubolmamasını bilmir, “Ufus”un “Nurlan”a əvvəlcədən bu barədə məlumat verə biləcəyini güman edir. “Nurlan” onlara belə bir təklif etməyi və onların razılıqlarını almağı müqabilində “Ufus”, yaxud hər hansı digər şəxsdən pul, maddi və sair nemət alıbalmaması barədə məlumatı yoxdur. Ümumilikdə “Nurlan”ın onunla Təqsirləndirilən şəxs2 “Ufus”la əlaqələndirməkdə, sonuncunun təklifini onlara çatdırmaqda marağının nədən ibarət olmasını bilmir. “Ülfət” pulların onladan “Gürcüstan”da konkret olaraq kim tərəfindən götürüləcəyini deməmişdir, sadəcə Gürcüstana keçədən sonra onlardan pulun alınacağını bildirmişdir. Düşünür ki, “Ülftə” onların nəqliyyat vasitəsinin nömrəsini pulu götürməli şəxslərə söyləcəkmiş, həmin şəxslər də bunun əsasında onları tanıyacaqmış. Pul vəsaitlərini Təqsirləndirilən şəxs2lə birlikdə nəqliyyat vasitəsində döşəyin altında gizlətmişlər, yəni pulların bir qismini o, bir qismini isə Təqsirləndirilən şəxs2 həmin yerdə gizlətmişdir. “Ülfət”in pul vəsaitlərini hansı məqsədlə Azərbaycandan Gürcüstana göndərməsi və həmin pulları haradan əldə etməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Qırmızı Körpü”də hoteldə olarkən, Nurlan adlı zəxs ona zəng etmiş və tanışının Gürcüstan Respublikasına pul vəsaiti göndərməli olduğunu və onlarla tanış olmaq istədiyini bildirmişdir. Daha sonra Nurlanın onlara “Ufus” olaraq təqdim etdiyi şəxslə tanış olmuşlar və “Ufus” olaraq tanış olduqları şəxs pulu onlara vermişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs3 onlara yemək yemələri üçün 25 ABŞ dolları məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs3 onlara verdiyi pul vəsaiti 4 ədəd şəffaf bağlamada olmuş, iki bağlama yük avtomobilinin yataq yerinin üzərində olan döşəyin altında, digər iki bağlama isə əl çantasının içərisində olmuşdur. Pul vəsaiti olan bağlamalarını ayrı-ayrılıqda qoyma səbəblərini bilməmişdir. Həmçinin Azərbaycan Respublikası sərhədlərindən 10.000 manat məbləğindən artıq pul çıxarmağın qanun pozuntusu olduğunu bilməmişlər. Gömrük orqanlarına onlarda olan pul vəsaitini bəyan etməmişlər. Gömrük orqanının əməkdaşları ondan pul keçirmələri barədə soruşmamış, onlarda pul vəsaitini bəyan etməmişlər. Onlar təxminən 6-7 ildir ki, Naxçıvan MR vasitəsilə Azərbaycan Respublikası sərhədlərindən keçmişlər. Əvvəllər Azərbaycan Respublikası sərhədlərindən pul vəsaiti keçirməmişlər. Gömrük orqanlarının əməkdaşları onlardan soruşacaqları təqdirdə onlarda pul vəsaitini gömrük orqanının əməkdaşlarına bəyan edəcəklərmiş. Əlavə olaraq törətdiyi əməldən dərin peşmançılıq hissi keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yük avtomobili idarə etmişlər. Onu Şahid4 ilə birlikdə Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri yük avtomobilinin yataq yerinin üzərində olan döşəyin altından pul aşkar olunduğunu bildirib, onlara şahidlik etmələri barədə bildirmişlər və onlarda sözügedən yük avtomobilinə baxış zamanı iştirak etmişlər. Yük avtomobilndən aşkar olunan pul vəsaiti, ümumilikdə ******* rus rublu idi. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, “Qırmızı Körpü” gömrük postunda fəhlə kimi işləyir. Aşkar olunan pul vəsaitləri Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri yük avtomobilinin yataq yerinin üzərində olan döşəyin altında 4 ədəd bağlamada idi. Baxış keçirildikdən sonra aşkar olunan pul vəsaitləri sənədləşdirilərək götürülmüşdür. Pul vəsaitlərinin valyutası rus rublu olmuş və sözügedən pul əskinasları qarışıq olaraq 50-lik, 100-lük, 5000-lik və.s əskinaslardan ibarət olmuşdur. “Qırmızı Körpü” gömrük postunda fəhlə kimi rəsmi işləyir. Ondan başqa sözügedən postda 4 ədəd fəhlə işləyir. Nəqliyyat vasitəsinə baxışı gömrük əməkdaşı Elçin Abdıyev etmiş və sözügedən pul vəsaitlərini o, aşkar etmişdir. Baxış keçirilən zaman orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, şahid qismində dindirilmiş Şahid3 ilə eyni mzəmunlu ifadə verərək, Şahid3 göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən “TİR Park”da nəqliyyat vasitələrinin dayanacağa yerləşdirilməsinində nəzarətçi kimi işləyir. Həmkəndlisi kimi tanıdığı Təqsirləndirilən şəxs3, ona müəyyən məbləğdə pulunun olduğunu və maşın almaq üçün həmin pulları Azərbaycan Respublikasından Gürcüstana keçirə biləcək tanışının olub-olmadığını soruşmuş, o, da ağlına belə bir şəxs gəldiyi təqdirdə məlumat verəcəyini söyləmişdir. Bundan sonra əvvəlcədən yük nəqliyyat vasitəsi sürücüləri kimi tanıdığı, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs3 tanış etmiş, daha sonra Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aralarında olan danışıq və pulun məbləği barədə məlumatı olmamışdır. Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs3 onun həmkəndlisidir. Təqsirləndirilən şəxs3 hansı məbləğdə pul göndərməsi barədə onun məlumatı olmamış və əvvəllər Təqsirləndirilən şəxs3 ona belə bir təklif etməmişdir. Sonradan Təqsirləndirilən şəxs3 sözügedən pulu Gürcüstan Respublikasına keçirmələri üçün Türkiyə Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15-20 ABŞ dolları məbləğində pul verdiyi barədə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə, məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan, cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, “MC Group” şirkətində nəzarətçi işləyir, xidməti vəzifəsi “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən “TİR Park”da nəqliyyat vasitələrinin dayanacağa yerləşdirilməsini təşkil etməkdən ibarətdir. 10 oktyabr 2024-cü il tarixdə səhər saatlarında həmkəndlisi, hamının “Ufus” kimi tanıdığı Təqsirləndirilən şəxs3 ona müəyyən məbləğdə pulunun olduğunu söyləyib ondan həmin pulları Azərbaycandan Gürcüstana keçirə biləcək tanışının olub-olmadığını soruşmuş, bunun müqabilində həmin şəxslərə 25 ABŞ dolları məbləğində pul verəcəyini bildirmiş, o da ağlına belə bir şəxs gəldiyi təqdirdə məlumat verəcəyini söyləmişdir. Bundan sonra əvvəlcədən yük nəqliyyat vasitəsi sürücüləri kimi tanıdığı, aralarında yaxşı münasibətlər olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Tır Park”da olduğunu bilib Ülfətin təklifini onlara çatdırmaq qərarına gəlmiş və bu məqsədlə Təqsirləndirilən şəxs2lə telefon danışığı həyata keçirmiş, danışıq zamanı Təqsirləndirilən şəxs2 pulu Azərbaycandan Gürcüstana aparmağa tərəddüd etmişdir. Bundan bir qədər sonra o, “TİR Park”ın ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə görüşmüş, hal-əhval tutduqdan sonra onlara Ülfətin təklifini çatdıraraq ad çəkmədən tanışında pul olduğunu, həmin pulu Azərbaycandan Gürcüstana apara biləcək adam axtardığını, pulu aparması müqabilində həmin şəxslərə 25 ABŞ dolları pul verəcəyini söyləmiş və onlardan bu təkliflə razı olub-olmadıqlarını soruşmuş, onlar da bu təkliflə razı olduqlarını bildirmişlər. Bunun ardınca o, Təqsirləndirilən şəxs3 yanına gedərək “Mercedes-Benz” markalı, 34EVP219 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkliflə razı olduqlarını bildirmiş, növbədə gözləyən həmin sürücüləri Ülfətə göstərərək onlara yaxınlaşıb danışığı onlarla aparmasını bildirərək öz işinə davam etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gürcüstan istiqamətində ölkə ərazisini tərk edərkən “Qırmızı Körpü” gömrük postuna gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı onların idarə etdiyi nəqliyyat vasitəsindən Ülfətə məxsus pul vəsaitləri aşkar edilmişdir. Ülfət ona pulun məbləği və valyuta növü barədə heç nə deməmişdir, Ülfət əvvəllər valyuta mübadiləsi ilə məşğul olduğundan pulun az məbləğdə olmayacağını düşünmüşdür. Ülfət ona pulu Gürcüstan ərazisinə keçirərək qazanc əldə etmək məqsədilə orda pulun valyutasını ABŞ dollarına dəyişdirib həmin pulu Azərbaycan Respublikasına gətizdirmək niyyətində olduğunu bildirmişdir. Ülfətin pulu hansı mənbədən əldə etməsi barədə məlumatı yoxdur. Pulun Gürcüstanda kim tərəfindən sürücülərdən təhvil alınmalı olması barədə məlumatsızdır. Təqsirləndirilən şəxs3 pulların qaçaqmalçılıq, yaxud hər hansı digər şəkildə gömrük sərhədindən keçirilməsini istəməsi barədə ona hər hansı məlumat verməmişdir, eyni zamanda sürücülər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona pulları hansı şəkildə gömrük sərhədindən keçirəcəklərini demişdilər. Ülfət pulu Azərbaycandan Gürcüstana keçirəcək bir nəfər tapmağı müqabilində ona pul, maddi və sair nemət təklif, vəd etməmiş, yaxud verməmişdir. Təqsirləndirilən şəxs3 həmkəndlisi olduğundan sonuncunun xahişini yerinə yetirmişdir.Təqsirləndirilən şəxs3 ilk dəfədir ondan belə bir xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ”Qırmızı körpü” gömrük postunda növbədə olarkən posta daxil olmuş, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkətə edən “Mercedes-Benz” markalı nəqliyyat vasitəsini idarə edən sürücü ilə şifahi sorğu-sual apararaq, onlardan idarə etdikləri nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı hər hansı predmetin olub-olmamasını soruşmuş, buna cavab olaraq hər iki sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişlər. Hər iki sürücü özlərini şübhəli apardıqlarından, nəqliyyat vasitəsini yoxlamaq qərarına gəlmiş və iki hal şahidi dəvət edərək, nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundakı yataq yerinin üzərində olan döşəyin altından 4 ədəd bağlamada valyuta vəsaitləri aşkar olunmuşdur. Həmin bağlamalara baxış keçirildikdə vəsaitlərin ümumilikdə ******* rus rublundan ibarət olduğu müəyyən olunmuşdur. Şahid X8 verilən suallara cavab olaraq bildirmişdir ki, sürücülər avtomobildən aşkar olunmuş pul vəsaitlərinin onların olmadığını, başqa şəxsə məxsus olduğunu bildirmişlər. Sürücülər həyacanlı olduqları üçün şübhə yaratmışlar və onlara qarşı hər hansı müqavimət göstərilməmişdir. Həmin vaxt ölkədən çıxan nəqliyyat vasitələrinə baxışı həyata keçirmişdir. Pul vəsaitləri 4 bağlamada, təxminən 2000 və 5000-lik əskinaslardan ibarət olmuşdur. Aşkar olunmuş bağlamalar yatağın altından aşkar olunmuşdur. Sonradan gömrük baxışı zamanı gömrük əməkdaşı Şahid2 də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə, məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyət olduğundan, cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir X8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 10 oktyabr 2024cü il tarixdə ”Qırmızı körpü” gömrük postunda növbədə olarkən posta daxil olmuş, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkətə edən “Mercedes-Benz” markalı, 34EVP219 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs1 və ehtiyat sürücü Təqsirləndirilən şəxs2 ilə şifahi sorğu-sual apararaq onlardan idarə etdikləri nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı hər hansı predmetin olub-olmamasını soruşmuş, buna cavab olaraq hər iki sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişlər. Hər iki sürücü özlərini şübhəli apardıqlarından nəqliyyat vasitəsini yoxlamaq qərarına gəlmiş və iki hal şahidi dəvət edərək postda xidmət aparan gömrük əməkdaşı Şahid2 ilə birlikdə nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundakı yataq yerinin üzərində olan döşəyin altından 4 ədəd şəffaf sellofan bağlamada valyuta vəsaitləri aşkar olunmuşdur. Həmin bağlamalara baxış keçirildikdə vəsaitlərin 747 ədəd 5000-lik, 55 ədəd 2000-lik, 189 ədəd 1000-lik, 31 ədəd 500-lük, 1 ədəd 200-lük və 3 ədəd 100-lük əskinaslardan ibarət olmaqla, ümumilikdə ******* rus rublundan ibarət olduğu müəyyən olunmuşdur. Yekunda aşkar edilən vəsaitlər qablaşdırılaraq götürülüb bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolla tanış olaraq onu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ”Qırmızı körpü” gömrük postunda baş müfəttiş vəzifəsində işləyir. Gömrük postunda növbədə olarkən posta daxil olmuş, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkət edən nəqliyyat vasitəsini idarə edən Türkiyə Respublikası vətəndaşları olan sürücüləri ilə gömrük əməkdaşı Elçin Abdıyev şifahi sorğu-sual apararaq, onlardan idarə etdikləri nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı hər hansı predmetin olub-olmamasını soruşmuş, buna cavab olaraq hər iki sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişlər. Hər iki sürücü özlərini şübhəli apardıqlarından, Elçin Abdıyev nəqliyyat vasitəsini yoxlamaq qərarına gəlmiş və nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundakı yataq yerinin üzərində olan döşəyin altından 4 ədəd bağlamada rus rublu aşkar olunmuş və o, da sözügedən bağlamların aşkar olunmasını görmüşdür. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, sürücülər sorğu-sual zamanı aşkar olunmuş pul vəsaitlərini gizlətmişlər, gömrük orqanına bəyan etməmişlər. Sürücülər avtomobildən aşkar olunmuş pul vəsaitlərinin onların olmadığını, başqa şəxsə məxsus olduğunu bildirmişlər. Sürücüləri digər gömrük orqanın əməkdaşı Elçin Abdıyev sorğu-sual etmişdir. Sürücüləri şifahi sorğu-sual edən zaman onlardan idarə etdikləri nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı hər hansı predmetin olub-olmamasını soruşumuş, buna cavab olaraq hər iki sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişlər. Sürücələr qarşı hər hansı müqvimət göstərilməmişdir. Əlavə olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 yanvar 2025-ci il tarixli, “üzləşdirmə aparmaq haqqında” protokoldan görünür ki Ayrıayrılıqda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında həyata keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə keçirmələrini Təqsirləndirilən şəxs3 onlara söylədiyini sonuncunun üzünə qarşı demişlər, bununla belə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində verdiyi ifadəni bir daha təkrarlayaraq onlara pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə keçirmələrini söyləmədiyini, sadəcə gömrük sərhədindən keçərkən ehtiyatlı olmalarını dediyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 oktyabr 2024-cü il tarixli gömrük yoxlaması haqqında protokoldan görünür ki, 10 oktyabr 2024-cü il tarixdı Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes-Benz” markalı, 34EVP219 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Nəqliyyat vasitəsini yoxlamağa başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gömrük orqanlarına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin könüllü olaraq təqdim etməsi təklif edilmiş, onlar idarə etdikləri “Mercedes-Benz” markalı, 34EVP219 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunmalı heç bir predmetin olmadığını bildirmişlər. Daha sonra keçirilmiş yoxlama nəticəsində “Mercedes-Benz” markalı, 34EVP219 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonununda yataq yerinin üstündəki matrasın (döşəyin) altından 4 ədəd şəffaf sellofan bağlamada pullar aşkarlanmışdır. Həmin bağlamalara baxış keçirilmiş və 747 ədəd 5000-lik, 55 ədəd 2000-lik, 189 ədəd 1000-lik, 31 ədəd 500-lük, 1 ədəd 200lük, 3 ədəd 100-lük olmaqla ümumilikdə ******* rus rublu aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2024-cü il tarixli, 5/1234 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 747 ədəd 5000-lik, 55 ədəd 2000-lik, 189 ədəd 1000-lik, 31 ədəd 500-lük, 1 ədəd 200-lük, 3 ədəd 100-lük olmaqla ümumilikdə ******* rus rublu nominallı pul əskinasları xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla poliqrafik çap üsullarla hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 oktyabr 2024-cü il tarixli mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 1 ədəd “Samsung Galaxy A50” markalı mobil telefonundan ******* rus rublu ilə bağlı mobil telefonda adı “Nurlan 2” kimi qeyd olunan şəxslə, həmçinin adı “Ufus” kimi qeyd olunan şəxslə aparılmış danışıqlar müəyyən edilmişdir. Qeyd edilən danışıqlar 1 ədəd DVD diskə köçürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 oktyabr 2024-cü il tarixli X1 Sisteminə (VAİS) baxış keçirilməsi haqqında protokoldon görünür ki, rus rublunun xx.xx.2024-cü il tarixə Azərbaycan manatına olan məzənnəsi 0.0175 manatdır. Beləliklə, xx.xx.2024-cü il tarixə rus rublunun Azərbaycan manatına qarşı məzənnəsinin 0.0175 manat olmasını nəzərə almaqla ******* rus rublunun 70875 Azərbaycan manatı təşkil etdiyi məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 oktyabr 2024-cü il tarixli Dövlət Gömrük Komitəsinin X1 Sistemində anket və sərhədkeçmə hesabatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 (şəxsiyyət vəsiqəsi: AA*******, FİN: xxxxxxx) xx.xx.1996-ci il tarixdə Qazax rayonu, İkinci Şıxlı kəndində anadan olmuşdur, həmin kənddə qeydiyyatdadır. O, xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində Gürcüstan istiqamətində dəfələrlə Azərbaycan Respublikasının ərazisini tərk edərək geri qayıtmışdır. O, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmiş və xx.xx.2024-ci il tarixdə “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində Gürcüstan və Türkiyə istiqamətlərində olmaqla, dəfələrlə Azərbaycan Respublikasının ərazisini tərk edərək geri qayıtmışdır. O, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və xx.xx.2024-ci il tarixdə “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk edərkən öz istəyi ilə dövlət sərhədindən geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində Gürcüstan və Türkiyə istiqamətlərində olmaqla, dəfələrlə Azərbaycan Respublikasının ərazisini tərk edərək geri qayıtmışdır. O, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və xx.xx.2024-ci il tarixdə “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk edərkən nəqliyyat vasitəsinin salonunda gizlədilmiş şəkildə xeyli məbləğdə rus rublu aşkar olunmuşdur, həmin tarixdən sonra ölkə ərazisini tərk etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 oktyabr 2024-cü il tarixli mobil telefona və elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung Galaxy A50” markalı mobil telefonun adlar bölməsinə baxış keçirilərək Şahid5 (telefon: ***- ***-**-** və ***-***-**-**), Təqsirləndirilən şəxs3 (telefon: ***-***-**-**) və Təqsirləndirilən şəxs3 ifadəsində adını çəkdiyi X5 adları və istifadələrində olan mobil nömrələr üzrə axtarış aparılmış, bu zaman Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Nurlan 2” adı altında, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin isə “Ufus” adı altında qeydı alındığı, digər mobil nömrələrin, eləcə də İlqar Məmmədovun adına uyğun hər hansı adda mobil nömrənin qeydiyyata alınmadığı müəyyən edilmişdir. Daha sonra telefonun “Zənglər” bölməsinə baxış keçirilmiş, bu zaman Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 10 oktyabr 2024-cü il tarixdə, saat 15:44-də 1 çıxan zəngin, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə isə 10 oktyabr 2024-cü il tarixdə saat 15:44-də və saat 18:19-da ümumilikdə 2 çıxan zəngin icra edildiyi aşkar edilmişdir. Bundan başqa 10 oktyabr 2024-cü il tarixdə yuxarıda qeyd edilən mobil nömrələrlə hər hansı zəng müəyyən edilməmişdir. Daha sonra mobil telefonun yaddaşında olan “Votsap” mobil tətbiqinə baxış keçirilmişdir. Baxış zamanı Şahid5 istifadəsində ***-***-**-** saylı və Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrlə 10-11 oktyabr 2024-cü il tarixlərdə çoxsaylı danışıqlar aparıldığı müəyyən edilmişdir. Şahid5la aparılan 10-11 oktyabr 2024cü il tarixli danışıqların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 Şahid5 onlara narahat olmamalarını vəd etdiyini, buna baxmayaraq belə bir iş gəldiyini söyləyib, ondan onları xilas edə bilib-bilmyəcəyini soruşur, pulun “Ufus”un olduğunu, ona zəng etməsini, “Ufus”un onları xilas edə biləcəyini, buna cavab olaraq Təqsirləndirilən şəxs1 Şahid5 “Ufus”a zəng etdikdə nə olacağını söyləyib, sonuncuya zəng etdikdə onları xilas edibetməyəciyini soruşur, Şahid5 cavab qismində “Ufus”un onları xilas edəcəyini, “Ufus”la danışmasını söyləyir. Eyni zamanda danışıqlar zamanı Şahid5 Təqsirləndirilən şəxs1 adını çəkməməsini, bir şey etmədiyini, pulu “Ufus”un verdiyini söyləyir. Bundan əlavə həmin danışıqlardan görünür ki, Şahid5 Təqsirləndirilən şəxs1 iki səs yazısı yönəltmişdir. Qeyd edilən səs yazısının birində danışan şəxs soruşulduqda pulları bəyan etdiyini söyləməsini, belə dedikdə onları xilas edə biləcəyini bildirir. Digər səs yazısında eyni şəxs (səsin bənzəməsinə görə) türkün içəridə pulu verən şəxsləri tanımadığını, həmin şəxslərlə onu “Nurlan”ın tanış etdiyini dediyini söyləyir. Həmçinin danışıqlardan birində Təqsirləndirilən şəxs1 Şahid5 cəm halında adamların adlarını verdikdə nə olacağını soruşur, həmçinin bəzi danışıqlarda Şahid5 cəm halında hansısa şəxslərin onları xilas edə biləcəyini bildirir. Təqsirləndirilən şəxs3 aparılan 10-11 oktyabr 2024-cü il tarixli danışıqların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 onları xilas edə bilib-bilmyəcəyini soruşur, cavab olaraq Ülftə Məmmədov narahat olmamasını, nə olursa olsun yanında olduğunu, kömək edəcəyini bildirir. 11 oktyabr 2024-cü il tarixli mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd CD-diskə baxış zamanı elektron daşıyıcının yaddaşına köçürülmüş məlumatların yuxarıda qeyd edilən məlumatlarla eynilik təşkil etdiyi, daşıyıcıda əlavə hər hansı məlumatın olmadığı müəyyən edilmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 21 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqlarının olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qazax RİH başçısının İkinci Şıxlı kəndinin İƏD üzrə nümayəndəliyindən verilmiş, 24 oktyabr 2024-cü il tarixli, arayışdan və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Qazax rayonu İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla, arvadı-X6 və qızı-xx.xx.2022-ci il təvəllüdlü X2 ibarət tərkibində həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 2. Aşkar edilərək götürülmüş 747 ədəd 5000-lik, 55 ədəd 2000-lik, 189 ədəd 1000-lik, 31 ədəd 500-lük, 1 ədəd 200-lük, 3 ədəd 100-lük olmaqla ümumilikdə ******* rus rublu nominallı pul əskinasları, eləcə də Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon 6 yanvar 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün valyuta vəsaitləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 məhkəmə baxışı iclasında verdiyi ifadə də, Türkiyə Respublikası vətəndaşlarına pulları qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmələrini söyləmədiyini, onlara sadəcə göndərdiyi pul vəsaitindən ehtiyatlı olmalarını dediyini, eyni zamanda Azərbaycan Respublikası sərhədlərindən 10.000 manatdan artıq pul keçirilərkən bəyan edilməli olduğunu bilmədiyinə dair göstərdiyi xüsusatlara, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı iclası zamanı verdiyi ifadədə, Azərbaycan Respublikası qanunlarını bilmədiklərini, Təqsirləndirilən şəxs3 pul vəsaitini onlara qaçaqmalçılıq yolu ilə keçirmələrini bildirmədiyini və Azərbaycan Respublikası sərhədlərindən 10.000 manatdan artıq pul keçirilərkən bəyan edilməli olduğunu bilmədiklərinə dair göstərmiş olduqları xüsusatlara tənqidir yanaşır. Təqsirləndirilən şəxslərin göstərdiyi xüsusatlar iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, şahidlərin ifadələri, üzləşdirmə protokolları, mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında protokol, mobil telefona və elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokol, keçirilmiş çoxsaylı istintintaq hərəkətləri, ekspert rəyləri və.s) tamamilə təkzib edilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədilə bildirdiklərini vurğulayır və təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onlar tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs3, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxslərə cəz təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunamasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlindən səmimi peşman olmalarını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını isə Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiuq olaraq czalarını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, eyni zamanda onların şəxsiyyətlərini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, əməllərindən peşman olmalarını, həmçinin Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb, onları cəmiyyətdən təcrid etmədən, yəni təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq tətbiq etməklə onların islah olunmalarına nail olmaq mümkündür. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onların cəzalarını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini nəzərə alaraq barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tədbiq etməklə onlarınn cəza çəkmədən islah olunmalarını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs3, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışları üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışları üzərində nəzarət yaşayış yerləri üzrə müvafiq İcra və Probasiya şöbələrinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın sınaq müddəti ilə şərti hesab olunmasını nəzərə alaraq hesab edir ki, onların barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Məhkəmə hesab edir ki, xüsusi müsadirə təqsirləndirilən şəxslərin qanuni əsaslarla əldə etdiyi əmlaklarına, habelə onların himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilməməlidir. Belə ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquq olmaqla ali insan dəyərlərini özündə əks etdirən, demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiyası da mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları arasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Belə ki, Konstitusiyanın 13-cü maddsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquq və əsas azadlıqları haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Balkanovun Rusiyaya qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin ilk və ən əhəmiyyətli tələbi ondan ibarətdir ki, ictimai hakimiyyətin mülkiyyətdən maneəsiz istifadə hüququna dövlətin hər hansı müdaxiləsi qanuni olmalıdır. Birinci bəndin ikinci cümləsi nəzərdə tutur ki, əmlakdan məhrum etməyə yalnız qanunda nəzərdə tutulan hallarda yol verilir. İkinci bənd isə müəyyən edir ki, dövlət mülkiyyətdən istifadə üzərində “qanunla” icra etmək yolu ilə nəzarəti həyata keçirmək hüququna malikdir. Deməli cəmiyyətin maraqları ilə şəxsiyyətin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa nail olunması məsələsi yalnız o vaxt meydana çıxa bilər ki, şikayət verilən müdaxilə özbaşına olmamaqla qanunilik tələbinə müvafiq olsun. Həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin müddəalarına riayət edilməsi üzərində nəzarət etmək sahəsində onun səlahiyyətləri məhduddur. Milli məhkəmələrin pul vəsaitlərinin müsadirə edilməsinin hüquqi əsaslarını göstərməməsi və milli qanunvericiliyə münasibətdə presedent hüququnun ziddiyyətli olmasına görə Avropa Məhkəməsi hesab etdi ki, işin hallarının mövcud vəziyyətində ərizəçinin özünün hərəkətlərinin nəticəsini nəzərə ala bilməsinin təmini baxımından nəzərdən keçirilən milli qanunvericilik dəqiqliklə müəyyənləşdirilməmişdir. Deməli, mülkiyyət hüququna müdaxilə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından qanuni müdaxilə kimi nəzərdən keçirilə bilməz. Eyni nəticəyə Avropa Məhkəməsi “Qrifrost Fransaya qarşı” işində də gəlmişdir. Qaçaqmalçılıq cinayətinin predmeti olan əşyaların sahibinə qaytarılması məsələsi İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “İsmayılovun Rusiyaya qarşı işi üzrə” xx.xx.2008-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir. Qərarın 37-ci bəndində göstərilir ki, İsmayılovun törətdiyi qaçaqmalçılıq cinayətində cinayətin predmeti olan pullar qanuni yolla əldə edilmişdir və bu vəsaitin ölkəyə gətirilməsi gömrük orqanlarına bəyan edilməsi şərti ilə yol verilən idi. Deməli ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur. Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tətbiqinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına sınaq müddəti ilə azadlıqdan məhrum edilmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etdi və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirdi və qaçaqmalçılıq cinayətinin predmeti olan pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəldi. Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenumu da eyni mövqedən çıxış edərək özünün 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında göstərmişdir ki, məhkəmələr qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Eyni zamanda nəzərə alınmalıdır ki, Gömrük Məcəlləsinin və digər normativ-hüquqi aktların tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan istifadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 747 ədəd 5000-lik, 55 ədəd 2000-lik, 189 ədəd 1000-lik, 31 ədəd 500-lük, 1 ədəd 200-lük, 3 ədəd 100-lük olmaqla ümumilikdə ******* rus rublu nominallı pul əskinasları, eləcə də Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon, cinayət yolu ilə əldə olunmadıqlarından xüsusi müsadirə cinayət-hüquqi tədbirinin müsadirə obyekti ola bilməz və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsinin tələbinə əsasən qanuni sahibinə qaytarılmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinin imperativ tələbinə görə qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr xüsusi müsadirənin predmeti ola bilməz. Həmçinin vurğulanmalıdır ki, aparılmış ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaqında qeyd edilən maddi sübutların cinayət yolu ilə əldə olunduğunu təsdiq edən hər hansı sübut aşkar edilməmişdir. Lakin qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçirilən ******* Rusiya rublu gömrük orqanlarına bəyan edilməli olduğu halda, bəyan edilmədiyindən sözügedən cinayət hadisəsi baş vermiş və qeyd olunan mallar iş üzrə maddi sübut kimi tanınmışlar. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmiş 747 ədəd 5000-lik, 55 ədəd 2000-lik, 189 ədəd 1000-lik, 31 ədəd 500-lük, 1 ədəd 200-lük, 3 ədəd 100-lük olmaqla ümumilikdə ******* rus rublu nominallı pul əskinasları qanuni sahibi Təqsirləndirilən şəxs3, eləcə də 01 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon isə qanuni sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 həyata keçirmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdikləri hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən Təqsirləndirilən şəxs3 vəkil Müdafiəçi2, təqsirləndirilən Təqsirləndirilən şəxs1 vəkil Müdafiəçi1 və təqsirləndirilən Təqsirləndirilən şəxs2 isə vəkil Müdafiəçi3 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 15 (on beş) iş saatı (10 iş saatı xx.xx.2025-ci il tarixədək, 5 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkillər Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına hər bir müdafiəçi üçün ayrı-ayrılıqda 115 (yüz on beş) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikasıнын Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət onun hazırda müvəqqəti yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
3. Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun hazırda müvəqqəti yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmiş 747 ədəd 5000-lik, 55 ədəd 2000-lik, 189 ədəd 1000-lik, 31 ədəd 500-lük, 1 ədəd 200-lük, 3 ədəd 100-lük olmaqla ümumilikdə ******* rus rublu nominallı pul əskinasları qanuni sahibi Təqsirləndirilən şəxs3, eləcə də 01 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon isə qanuni sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına hər bir müdafiəçi üçün ayrı-ayrılıqda 115 (yüz on beş) manat məbləğində pul köçürülsün. İş üzrə məhkəmə məsrəfləri – 100 (yüz manat) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.