Məhkəmə qərarları › İş №1(100)-381/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-381/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-381/2021 22.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxxx 2001-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə təkrarən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində daşıyaraq satmışdır. Belə ki, Ece X3 şəhəri, N.Rəfibəyli küçəsi, ev 4a ünvanında yaşayan, bu əmələ görə məhkum olunmuş X6 10.05.2021-ci il tarixdə qanunsuz olaraq satış məqsədilə əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 0,103 qram narkotik vasitə olan heroini, həmin gün saat 17:00 radələrində yaşadığı Gəncə şəhəri Ü.Hacıbəyli küçəsi, ev 119Q-nin yaxınlığında Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, bina 119a, mənzil 5-də yaşayan Şahid1 15 (on beş) manata satmış, sonuncunun tanışı Təqsirləndirilən şəxs ona satdığı 0,103 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini könüllü şəkildə polisə təqdim etmişdir. Bundan başqa o, təkrar məlum olmayan vaxt və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,473 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, əldə edib üzərində saxlamaqla daşımış, 13 iyul 2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Ü.Hacıbəyli küçəsi, ev 119Q, mənzil 56-da qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri istifadə etməkdə, üzərində gəzdirməkdə və satmaqda şübhəli bilinərək Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində, Dəyirmanın dairəsi adlanan yerdə saxlanılaraq RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın, sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş külli miqdarda 3,473 qram maddə, kustar üsulla hazırlanmış, psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq protokolları, sübut xarakterli sənədlərlə tam sübuta yetirilmişdir. Beləki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 ildir ki, narkotik vasitə olan heroindən və bir müddətdir ki, metafetamindən istifadə edir. 10.05.2021-ci il tarixdə dəyirmanın dairəsi deyilən ərazidə olan zaman mülki geyimdə olan iki nəfər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu Nizami RPB-nə aparmışlar. Polis idarəsində baxış zamanı üzərindən 1 ədəd 10 manatlıq və 5 ədəd 1 manatlıq olmaqla 15 manat pul aşkar olunmuşdur. Əlavə olaraq o ifadəsində göstərmişdir ki, qonşu binada yaşayan Camal onun üçün də narkotik vasitə alıb saxlamasını demiş və sonra ondan götürəcəyini bildirmişdir. Daha sonra o, ifadəsində polis şöbəsində sorğu-sual edilərkən Camalın polisə təqdim etdiyi heroini Ruslan adlı tanışından 35 manat müqabilində aldığı 0.3 qram heroinin yarısını istifadə etmiş, yarısını da 15 manat müqabilində Camala satmışdır. Üzərindən aşkar olunmuş 15 manat pul Camalın narkotik vasitə əvəzində ona verdiyin puldur. İkinci dəfə 13.07.2021-ci il tarixdə dəyirmanın dairəsi deyilən ərazidə olan zaman mülki geyimdə olan iki nəfər polis yaxınlaşıb özlərini təqdim edərək onu Kəpəz RPİ-nə aparmışlar. Polis idarəsində ona üzərində psixotrop maddə saxlamaqda, gəzdirməkdə və satmaqda şübhəli olduğunu bildirmişlər. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və özü əynində olan şalvarın cibindən 3-4 gün əvvəl yaşadığı evin yaxınlığındakı dayanacaqdan taparaq öz istifadəsi üçün üzərində saxladığı 1,5 qram metafetamini, 3 manat pulu, bir ədəd açarı və bir ədəd darağı təqdim etmişdir. Onun həmin psixotrop maddəni satmaq fikri olmamış, əvvəllər heç kimə nə psixotrop maddə, nə də narkotik vasitə satmamışdır. Bundan başqa o, ifadəsində bildirmişdir ki, üzərindən aşkar olunan 3 manat pul, bir ədəd açar və bir ədəd daraq onun özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmşdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və bir neçə şəxsə narkotik vasitə satması barədə məlumatı olmuşdur. Fuad adlı şəxsdən narkotik vasitə istəmiş, Fuad da Mustafada olmasını bildirib onu Mustafaya yönəltmişdir. 10 may 2021-ci il tarixdə Mustafa ilə görüşüb ondan narkotik vasitə istəmiş, Mustafa da ona 15 manat qarşılığında el arasında kokos adlandırılan narkotik vasitə vermişdir. Sonra polislər onların hər ikisini polis idarəsinə aparmışlar, polis idrasində olarkən ərizə yazaraq Mustafadan aldığı narkotik vasitəni könüllü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPİ-nin PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 10.05.2021-ci il tarixdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, bina 119q, mənzil 56-da yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, daimi olaraq üzərində gəzdirməsi və satması barədə Nizami RPİ-nin PB-nə ərizə ilə müraciət etmiş Şahid1 Təqsirləndirilən şəxs 15 manat qarşılığında narkotik vasitə satması məlumatı ilə əlaqədar olaraq Nizami RPİ-nin PB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə keçirilmiş əməliyat axtarış tədbirləri nəticəsində 10.05.2021-ci il tarixdə saat 18radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Nizami RPİ-nin PB-nə dəvət edilmişdir. Polis bölməsində olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi, narkotik vasitələri qəbul etməsi və satması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya, narkotik vasitə və psixotrop maddə aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs üzərindən 1 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 15 manat pul aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs götürülmüş 15 manat pulu Şahid1 ona satdığı heroinin müqabilində aldığını bildirmişdir. Bundan başqa o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1 satdığı heroini əvvəldən tanıdığı X8 35 manata aldığını və özü istifadə etdikdən sonra qalan hissəsini 15 manata satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPİ-nin PB-nin əməliyyat müvəkkili Şahid3 şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPİ-nin PB-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, 10.05.2021-ci il tarixdə Şahid1 Nizami RPİ-nin PB-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş və ondan 15 manat müqabilində aldığı heroini könüllü olaraq təqdim etmişdir. Bununla əlaqədar olaraq Nizami RPİ-nin PB-nin əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmiş əməliyat axtarış tədbirləri nəticəsində 10.05.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində saxlanılaraq Nizami RPİ-nin PB-nə aparılmış, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunan 15 manat pulu Şahid1 satdığı heroinin əvzində ondan aldığını, Şahid1 satdığı heroini isə əvvəldən tanıdığı X6 35 manata aldığını və özü istifadə etdikdən sonra qalan hissəsini satdığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPİ-nin PB-nin baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkilli Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələri istifadə etməsi, üzərində və yaşadığı evdə saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 13.07.2021-ci il tarixdə saat 15 radələrində onun və Kəpəz RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid11 iştirakı ilə keçirilmiş əməliyat axtarış tədbirləri nəticəsində Ece X1 dairəsi adlanan yerin yaxınlığında saxlanılaraq Kəpəz RPİ-nə dəvət edilmiş və polis idarəsində onun üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş kristal formada ağ rəngli kəskin spesifik iyli və ilk baxışdan psixotrop maddə olan “metafetaminə” oxşar kütlə aşkar olunaraq götürülmüş, elektron tərəzidə çəkilərək ümumi çəkisi 3 qramdan artıq olması müəyyən olmuş və aşkar olunan kütlə qablaşıdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid11 Şahid10 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2021-ci il tarixli, 16/445 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid1 təqdim etdiyi” sözləri və imzalar olan kağız paketdəki 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,103 qram olan maddə kutsar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Vət. Şahid1 təqdim etdiyi” sözləri olan kağız paketdəki heroin və üzərlərində “Vət. X12 evindən aşkar olunmuş vasitələr” sözləri olan iki ədəd kağız paketdəki heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Heroin “Azırbaycan Respublikasının ərazsisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının 1-ci bəndinə daxildir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2021-ci il tarixli, 16/695 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd maddi sübut” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 3, 473 qram olan maddə kutsar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir. Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının 2-ci bəndinə aiddir. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Nizami TB-nin təhqiqatçısı polis mayoru X2 10 may 2021-ci il tarixli raportundan görünür ki, Şahid1 Nizami RPB-nə ərizə ilə müraciət edərək yaşadığı binanın yaxınlığında yaşayan Mustafa adlı şəxsdən 15 manat öz vəsaiti hesabına Gəncə şəhəri dəyirman dairəsi adlanan ərazidən narkotik vasitə olan heroin aldığını bildirmiş və həmin şəxsin ifşa olunması üçün könüllü olaraq almış olduğu narkotik vasitəni polisə təqdim etmişdir. Həmin tarixli əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Şahid1 təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilərək 0,2 qram çəkidə olması müəyyən olmuş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Nizami TB-nin təhqiqatçısı polis mayoru X2 10 may 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və satmaqda şübhəli olduğundan həmin tarixdə yaşadığı ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhəri Nizami RPİ-nə aparılmışdır. Məhkəmədə tədqiq edilən 10 may 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuş, 12 may 2021-ci il tarixli təqsiləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmədə tədqiq edilən şəxsi axtarış və götürmə haqqında 10 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində 01 ədəd 10 manatlıq, 05 ədəd 1 manatlıq əskinazlar aşkar olunmuş, sorğu zamanı aşkar olunan əskinazları Şahid1 satdığı heroin müqabilində ondan aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilən 13 iyul 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlamasında şübhəli olduğundan həmin tarixdə Dəyirman dairəsi adlanan yerin yaxınlığında saxanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə aparılmışdır. Məhkəmədə tədqiq edilən 13 iyul 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 4(043)-132/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 iyul 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən 13 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında və 14 iyul 2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş büküm aşkar edilmişdir. Həmin sellofan bükülüyə baxış keçirilərkən büklünün içərisində kristal formada ağ rəngli, kəskin iyli və ilk baxışdan psixotrop maddə olan metafetaminə oxşar kütlə aşkar olunaraq elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 3.66 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin 19 oktyabr 2021-ci il tarixli, 1254 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Nakoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Narkoloji Dispanserinin 04 noyabr 2021-ci il tarixli 5324 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs opioidlərin asılılıq diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmədə tədqiq edilən Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüffatı birliyinin 13 nömrəli xidmət sahəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən 15 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmədə tədqiq edilən 21 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 satdığı, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,053 qram heroin və Şahid1 narkotik vasitəni almaq üçün Təqsirləndirilən şəxs verdiyi 1 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinazları və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 3,373 qram metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitə və psixotrop maddədən istifadə etdiyini etiraf etsə də, heç kimə narkotik vasitə satmadığı, narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olmadığını, onları özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Eləcə də, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar Şahid1 ifadəsi, eləcə də çoxsaylı şahid ifadələri, habelə ekspertizanın gəldiyi nəticələrlə də təkzib olunur. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə satmasını, eləcə də külli miqdarda narkotik vasitəni və psixotrop maddələri əldə etməsini, daşımasını, saxlamasını nəzərə alaraq hesab edir ki, o, narkotik vasitələri və psixotrop maddələri məhz satış niyyəti ilə əldə edib saxlamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə təsdiq olunur. O, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıdığına və saxladığına görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdən 12 may 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlanılmış, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 4(043)-132/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 iyul 2020-ci il tarixdən hesablanmışdır. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən X7 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 13 iyul 2021-ci il tarixdən hesablanmalı, həmçinin “şübhəli şəxs qismində” tutulduğu 2 gün Azərbaycan Respublikasının CPM-in 158.2 və CM-in 69.3cü maddələrinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs tanışı Şahid1 satdığı, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,053 qram heroin və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 3,373 qram metamfetamin məhv edilməli, Şahid1 narkotik vasitəni almaq üçün Təqsirləndirilən şəxs verdiyi 1 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinazları Şahid1 qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdən 12 may 2021-ci il tarixədək “şübhəli şəxs qismində” tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi nakroloji dispanserində qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs tanışı Şahid1 satdığı, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,053 qram heroin və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 3,373 qram metamfetamin məhv edilsin, Şahid1 narkotik vasitəni almaq üçün Təqsirləndirilən şəxs verdiyi 1 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinazlar Şahid1 qaytarılsın. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 60 manat 80 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar