Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-382/2024 06.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X5 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin və müdafiəçisi Qazax Vəkil Bürosunun vəkili Müdafiəçi Faiq oğlunun iştirakı ilə, xx.xx.1992-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olumamış, işləməyən, Qazax rayonu, Bağanıs Ayrım kəndində qeydiyyatda olmaqla Qazaxbəyli kəndi, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə saat 19:35 radələrində Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbədəki 5-ci binanın yaxınlığında yerləşməklə ictimai yer hesab edilən çayxanada tanışı X14 ilə aralarında yaranmış mübahisə vaxtı sonuncunun pivəsindən az miqdar içməsinə görə Kənan Qəfərovun bakalı onun başına vuracağını söyləməsinə əsəbləşib cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, çayxanada əyləşən şəxslərə məhəl qoymadan, öz şəxsiyyətini tanışı və qohumu X8 və ətrafdakı şəxslərin fövqündə qoyub çayxanadakı şəxslərin normal istirahətinə mane olaraq sonuncu ilə əsassız yerə mübahisə edib ondan “ağıllı olmasını” tələb etmiş, tanışlıq və dostluq münasibətində olduğu Kənan Qəfərovun üz nahiyəsinə sol əli ilə sillə vurub ona fiziki ağrı yetirərək çayxanadakı şəxslərin həyəcanlanması və normal istirahətinin pozulması ilə müşayiət edilən aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, zor tətbiq etməklə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə X14 ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun həmin gün axşam saat 20 radələrində Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni Qəsəbə ərazisində bıçaqla onu vuraraq ona sol saidin orta 1/3-nin yan səthinin, sol budun yuxarı 1/3-nin ön səthinin tikişə ehtiyacı olan kəsilmiş-deşilmiş yarası və sol budun ön iç səthinin dərialtı qansızması ilə müşayiət olunan sağlamlığa Yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməsinə görə qisas almaq üçün Kənan Qəfərovu qəsdən öldürmək qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək üçün yaşadığı evdən götürdüyü, həmin vaxt soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağını üzərində gizlədib 22 noyabr 2023-cü ildə saat 19:20 radələrində sonuncunun istifadəsində olan və idarə etdiyi avtomobilin yaşadıqları qəsəbə ərazisində hərəkətdə olduğunu görüb sonradan belə imkanı olmayacağını qətiləşdirib avtomobili əl edib və səsləyərək saxlatmış, avtomobildən düşərək sürücü qapısını açıq vəziyyətdə qoymuş zərərçəkmiş şəxsi avtomobildən təxminən 5-10 metr aralıya İslam Nəsibov adına Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının yaxınlığına çağırıb xx.xx.2023-cü ildə onu səbəbsiz yerə vurmasını irad bildirmiş, avtomobildə arxa sərnişin oturacağında əyləşib onları müşahidə edən bacısı Zərərçəkmiş şəxs gözü qarşısında, sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk edib arzulayaraq Kənan Qəfərovun həyat üçün vacib əhəmiyyətli olan daxili orqanlarının yerləşdiyi qarın nahiyyəsinə 1 (bir) dəfə qəsdən zərbə vuraraq ölümünə səbəb olan qarnın ön divarının daxilə sirayət edən, enən-çənbər bağırsağın və müsariqə arteriyasının zədələnməsi və kəskin daxili qanaxma ilə müşayiət olunan, ölümünə səbəb olan travmatik hemorragik şokla nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən kəsilmiş-deşilmiş yara xəsarətlərini, zərərçəkmiş şəxs özünü müdafiə üçün əlini irəli verdikdə isə bıçaqla müqavimətini qırmaq üçün sol qoluna 1 (bir dəfə ) xəsarət yetirərək dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa Yüngül zərərvurmaya aid edilən sol saidin orta 1/3nin ön səthinin kəsilmiş-deşilmiş yarası xəsarətləri yetirməklə Kənan Qəfərovu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi və 120.2.4-cü maddələri ilə təqsirli bilməyib, özünü CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilib göstərdi ki, mərhum Kənan Qəfərovla dost və yoldaş olmuşdur. xx.xx.2023-cü ildə çayxanadakı münaqişə Kənanın içkili olub özünü apara bilməməsinə görə yaranmış, buna görə ona irad bildirmiş, hətta çayxanada olanlara ona pivə verməməyi demişdir. Lakin sonradan onun təkid etdiyini görüb səs-küy olmaması üçün Orxana pivə verməsini demiş, Pivəni götürüb stolda əyləşib içəndə Kənan ona bəs deyirdin “mənə pivə düşmür?!” demiş, aralarında yaranmış mübahisə zamanı yüngülcə sol əli ilə onun üz nahiyyəsindən böyük kimi toxunanda Kənan cırnamış və “bakalı götürüb başına vuraram” demişdir. Kənanın ona belə cavab qaytaracağına inanmamış, həmin vaxt çayxanda olan Orxan qoluna girib mübahisənin olmaması üçün Kənanı çölə çıxartmışdır. Sonradan özü də çölə çıxıb hər ikisini çağırıb irad bildirmiş, harasa gedib sonradan geri qayıdan Kənan qəfil onun qasıq nahiyyəsinə bir dəfə bıçaqla xəsarət yetirmişdir. Kənan ona bıçaqla həmin yerdən xəsarət yetirərək onun ləyaqətini alçaltmış, 6 (altı) gün utandığından evdən çölə çıxa bilmədiyi üçün Kənandan əvəz çıxıb intiqam alaraq ona bədən xəsarəti yetirmək istəmişdir. Hadisə olan gün də Kənanla danışmış, onun Bakıya gedəcəyini bildiyi üçün evdən gizlicə bıçaq götürüb çölə çıxmış və gözləmişdir. Qəsəbənin çıxacağında marşrutlar dayanan yerdə dayanıb Kənanın gəldiyini görəndə onu çağıraraq saxlamış, avtomobildə ön sərnişin yerində mərhumun yeznəsini görsə də, maşının arxa şüşəsində plyonka (örtük) olduğundan içərisi görünməmişdir. Kənanla o maşından 10-15 metr aralıda söhbət etmiş, Kənandan niyə onu vurmasını deyib bir dəfə bıçaqla qarın nahiyyəsinə xəsarət yetirmişdir. Həmin vaxt maşından düşüb yanlarına gələn kürəkənləri Novruza “götür xəstəxanaya apar” demiş, özü isə hadisə yerindən uzaqlaşmışdır. Gülnarın qışqırığını isə uzaqlaşandan, yəni hadisə yerindən təxminən 40-50 metr sonra eşitmiş, birbaşa polis şöbəsinə gedib təslim olmuş və bıçağı da təhvil vermişdir. Zərərçəkmişin bacısı Gülnar olanları, yəni onun qardaşı Kənana xəsarət yetirməsini görməmişdir. Nə O Gülnarı, nə də Gülnar Onu görməmiş, istintaq vaxtı aralarında üzləşmə keçirilərkən də Gülnar onu və olanları görmədiyini desə də, məhkəmədə ifadəsini dəyişmişdir. O, avtomobildə ancaq kürəkənləri Novruzun olduğunu güman etmiş, Kənanı vurandan sonra səsə yanlarına gələndə Novruza Kənanı xəstəxanaya aparmağı demişdir. Kənanı bir neçə dəfə vurmaq imkanı olsa da, öldürmək istəmədiyi üçün bunu etməmişdir. Hadisədən və törətdiyi əməldən peşmandır. Kənanı öldürmək üçün yox, əvəz çıxmaq üçün vurmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini istəyir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X15 göstərmişdir ki, 16 noyabr 2023-cü ildə axşam təxminən 19 radələrində çayxanada olarkən Rəşad və dostları, təxminən 2-3 dəqiqə sonra isə qardaşı Kənan iki dostu gəlmiş və Rəşadgilin stolunda əyləşmişlər. Özü çayxanın girişində əyləşsə də, qardaşıgilin masasında olanları eşitmişdir. X22 pivə süzməsini istəmiş, Rəşad da nisyə pivə vermədiyini demiş sonradan Rəşad qardaşının bakalından pivə içmək istəyəndə, qardaşı özünə pivə süzməsini demişdir. Həmin vaxt Kənanla Rəşadın arasında mübahisə yaranmış, Rəşad Kənanın üzünə əli ilə vuranda Kənan reaksiya verərək niyə belə etdiyini demiş və bakalla Kənanı vuracağını demişdir. Həmin vaxt Orxan qardaşımı çölə çıxarmış, bundan sonra çölə çıxanlar tanışı Orxanın qardaşı Kənanı çöldə kəllə ilə vurduğunu demişdir. Çölə qardaşımın yanına qaçmış, Rəşad da çölə çıxmışdır. Qardaşını uzaqlaşdırıb içkili vəziyyətdə söhbət etməyə ehtiyac olmadığını demiş, Kənanı çayxanadan uzaqlaşdırıb qəsəbədəki bağçaya tərəf gətirmişdir. Rəşad ona zəng edib yanına çağırmış, Rəşaddan Orxanın nə üçün qardaşını vurduğunu soruşmuş, həmin vaxt Kənan evə gedib bıçaq götürüb gəlsə də bundan xəbəri olmamışdır. Aralarındakı söhbət vaxtı Kənan Rəşada onunla deyil, Orxanla məsələni müzakirə edəcəyini demiş, Rəşad qardaşına Orxanı vurmağa hünəri olmadığını demiş bundan sonra qardaşı Kənan Rəşadı bıçaqla vurmuş, Rəşad xəstəxanaya aparılmış Kənan isə evə getmişdir. Qardaşı öldürüldüyü gün xx.xx.2023-cü ildə isə özünün işi, yəni hərbi xidmətə qayıtmaq məsələsi ilə əlaqədar Bakıya getməli olmuşlar. Axşam gedəcəklərinə görə müəyyən əşyaları götürmək üçün Qazax rayonu, Yuxarı Salahlı kəndinə getmiş, qardaşı Kənan evdə qalmışdır. Axşamüstü evə qayıdanda qardaşı Kənan nişanlısı ilə görüşmək istədiyini biryerdə getməyi deyəndə yorğun olduğunu bildirmiş, Kənan Rəşadın ona zəng edib polis şöbəsinə getməli olduqlarını dediyini, özünün isə Rəşada axşam Bakıya çıxacağını dediyini bildirmişdir. Həmin vaxt bacısıgillə Kənan evdən çıxmış, özü isə hamama yuyunmağa girmişdir. Qəfil bacısı Gülnar qışqıraraq evə gəlmiş, yerə çökərək Rəşadın qardaşı Kənanı bıçaqladığını demişdir. Həyəcanlı şəkildə hadisə yerinə tərəf qaçmış, çatanda qardaşı Kənan öz maşının arxa salonunda uzanmış vəziyyətdə olmuş, tez maşını sürmüş, yolda sürətli sürdüyü üçün Kənan ona “yavaş sür” demiş, xəstəxanaya çatanda isə həkimlər artıq qardaşının vəfat etdiyini demişlər. Məhkəmədə verilən suallara cavab olaraq hüquqi varis göstərdi ki, çayxanada olan ilk mübahisə vaxtı qəsəbənin əksər sakinləri orada olmuş, qardaşı ilə Rəşad mübahisə etdikdə Orxan çayxanadan qardaşını çölə çıxarmışdır. Çayxanada elə də böyük münaqişə yaşanmamış, qardaşı Rəşadı bıçaqlayandan sonra isə mübahisə ilə bağlı polisdə ifadə vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Onun ən ağır cəzaya məhkum olunmasını istəyir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 22 noyabr 2023-cü il axşam saat 7-8 radələrində qardaşı nişanlısıgilə gedəcəyini demiş, özü azyaşlı qızı və əri də Kənanla birlikdə evdən çıxanda Kənan nişanlısına zəng edib gəldiklərini bildirmişdir. Qəsəbədən çıxanda qəfil səs gəlmiş, qardaşı Kənan maşından düşərək onları gözləməyi demiş, maşının pəncərəsindən baxanda O, Rəşadı, Rəşad da onu görmüşdür. Rəşadla Kənanın mübahisə etdiyini görüb əri Novruza səslənərək Kənanla Rəşadın dava etdiyini demiş, aynadan yenidən baxanda Rəşad əli ilə qardaşının çiyin nahiyəsindən tutub gözlərinin içinə baxa-baxa Kənana bıçaq zərbəsi vurmuşdur. Daha sonra yoldaşı Novruz onlara tərəf qaçmış, mərhum qardaşı həmin vaxt ayaqüstə olmuş, əli ilə yaralı nahiyəsini tutmuşdur. Qardaşı Kənan ona keçib maşında əyləşməyi desə də, o qışqırıb evə qaçaraq ailə üzvlərini səsləmiş, onlarla birlikdə hadisənin olduğu yerə qayıtmışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs göstərdi ki, hadisə vaxtı maşında özü, mərhum qardaşı, yoldaşı və azyaşlı uşağı olmuşdur. Münaqişə başlayanda qışqıraraq qardaşını səsləmiş, Rəşad maşında kimlərin olduğunu görmüşdür. Kənan maşını yoldan səs gəldiyi Rəşad “Kənan!” deyə səsləndiyi üçün saxlamışdır, qardaşı düşüb gedəndən sonra Rəşadla Kənanın mübahisə etdiyini görmüşdür. Qardaşı maşından düşüb maşına paralel istiqamətdə dayanmışdır. Hadisə baş verən yerdə, ətrafda işıqlar yanılı olmuş, Kənanla arasında 6-7 metr məsafə olmuş, Rəşad bir əli ilə qardaşının çiynindən tutub qarnına bıçaq zərbəsi endirmişdir. Hadisə maşının arxa oturacağından sol tərəfdə baş vermişdir. İbtidai istintaq zamanı qardaşının ölümü ilə bağlı bitkin vəziyyətdə olduğu üçün ilkin ifadəsində demədiklərini növbəti ifadələrdə tamamlamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, Rəşadın ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, hərbçidir. Mərhum Kənanla təqsirləndirilən şəxs Rəşad arasında baş verən ilk mübahisə zamanı xidmət yerində olmuşdur. 2023-cü il noyabr ayının 17-də mən, rayona gəldikdə Kənan polis şöbəsində olmuş, qaynatasıgilə gedəndə artıq bütün məsələlər ona məlum olmuşdur. Hadisə günü 2023-cü il noyabrın 22-də gecə Sənanın işi ilə bağlı 00:00-da Bakıya çıxmalı olmuş, aranın sakitləşməsi üçün Kənanı da aparmışlar. Hazırlıq görmüş, qonşu kəndə gedib əşyaları götürməyi deyəndə Kənan Rəşadın ona zəng etdiyini və görüşmək istədiyini demiş, Kənana nişanlı olduğunu, mübahisəyə ehtiyac olmadığını demişdir. Kənandan Rəşadla nə danışdığını soruşanda Kənan Rəşadın onu polis şöbəsinə çağırdıqlarını, biryerdə getməyi, özünün isə ona Bakıya çıxacaqlarını dediyini bidirmişdir. Axşam Bakıya getməli olduqları üçün Kənan Ağstafaya gedib nişanlısını görmək istədiyini demiş, onunla razılaşmışdır. Kənan sükan arxasında, özü isə ona paralel qucağında azyaşlı uşağı ilə əyləşmiş, yoldaşı Gülnar isə arxada əyləşmişdir. Yol ilə gedəndə qəsəbədən çıxan vaxt Kənan qəflətən maşını saxlayıb düşmüş, o düşəndən sonra yandan ötüb keçmək istəyən maşına yol vermək üçün Kənanın açıq qoyduğu qapını örtmək üçün əyiləndə Kənanla Rəşadı görmüşdür. Maşından düşüb onların yanına getmiş, Rəşadı aralaşdırmaq üçün geriyə çəkmiş, Kənanın yanına yaxınlaşanda isə onun qan içində olduğunu görmüşdür. Bundan sonra arvadı Gülnar maşından düşüb qışqıraraq evlərinə tərəf qaçmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Rəşadın Kənanı səslədiyini eşitməmiş, qapını bağlamaq üçün əyiləndə Rəşad onun maşında olduğunu görmüşdür. Kənangil maşından təxminən 5-6 metr uzaqlıqda otluqda olmuşlar. Yoldaşı hadisə baş verən vaxt qışqırmağa başlamış, buna görə maşından düşüb Kənangilə tərəf qaçmışdır. Kənan avtomobili qəsəbənin çıxış istiqamətində saxlamış, sürücü qapısını açıb öz tərəfindən maşından düşüb sola tərəf getmişdir, hadisənin necə baş verdiyini, yəni Rəşadın Kənanı bıçaqladığını görmüşdür. Hadisə yeri ilə maşının dayandığı yer paralel olmuş, hadisə yeri açıqlıq və işıqlı olmuşdur. Müəyyən yerlərdə maneələr olsa da, Kənanla Rəşadın olduğu yer görünmüşdür. Rəşadın Kənana bıçaqla xəsarət yetirməsini öz gözləri ilə görmüş, əvvəlcə Rəşadın Kənana yumruq zərbəsi vurduğunu güman etmiş, yaxınlaşanda Rəşadın Kənana bıçaq zərbəsi vurduğunu başa düşmüşdür. Maşından düşəndə uşaq qucağından yıxılmış, Kənangilə tərəf qaçanda uşağı hara qoyduğunu xatırlamır. Rəşad Kənanı bıçaqladığı zaman üzü maşına tərəf olmuş, onlara baxa-baxa Kənana bıçaq zərbəsi vurmuşdur. Hadisədən sonra Rəşadın əlində bıçağı görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X20 göstərdi ki, xx.xx.2023-cü il Kənanın Rəşadı bıçaqladığını eşidib xəstəxanaya getmişdir. xx.xx.2023-cü il tarixdə o, axşam təxminən 7-də işdən çıxıb özünə məxsus “Chevrolet Cruze” markalı **-TB-*** nömrə nişanlı avtomobillə yaşadığı Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni Qəsəbədə olan evinə getmiş, qəsəbəyə çatmağa az qalmış Rəşad ona zəng edib harada olduğunu soruşanda qəsəbəyə çatdığını demiş, Rəşad isə “bəri gələrsən” deyib telefonu söndürmüşdür. Qəsəbədəki icra nümayəndəliyinin binası tərəfə yollanmış, şəhər marşrutlarının dayandığı yerdə Rəşadı görüb avtomobili saxlamış, avtomobildən düşüb Rəşadla görüşmüş, Rəşad ondan siqaret istəmiş o da vermişdir. Sonra isə Rəşadla sağollaşıb çıxıb getmiş, Rəşadla arasında olan söhbət qısa çəkmişdir. İcra nümayəndəliyinin binasından sonra evə getmək üçün geriyə dönüb qayıdanda qəsəbə marşrutlarının dayandığı yerdə Kənanın idarə etdiyi ağ rəngli “Ford Fusion” markalı, sonu 178 ilə bitən nömrə nişanlı avtomobilinin sürücü tərəf qapısının açıq vəziyyətdə olduğunu görmüş, Rəşad orada olduğu və Kənanın onu vurmasına görə maşına çatıb tez aşağı düşmüş, Kənanı otluqdan yeznəsi Novruz olan tərəfə getdiyini və Rəşadın bir qədər aralıda olduğunu görmüş, yanında gedəndə əlində bıçaq olduğunu görüb Kənana xəsarət yetirməməsi üçün qolundan tutmuş, Kənan kənardan “məni tut, başım fırlanır” deyəndə Rəşadı buraxıb Kənan tərəfə qaçmış, Kənanın qolunda və şalvarında qan görmüşdür. Rəşadın Kənanı bıçaqladığını bilmiş, Kənanı yerə yıxılmağa qoymamış, Rəşad çayxanaya tərəf getmiş, o isə Novruzla Kənanı xəstəxanaya aparmaları üçün Kənanın avtomobilinin arxa oturacağına yerləşdirmişlər. Həmin vaxt Kənanın qardaşı Sənan yanlarına gəlmiş, Sənan və Novruz Kənanı xəstəxanaya aparmış, o isə Sənangildən qısa müddət sonra Kənanın ailə üzvlərini də götürüb xəstəxanaya getmiş, xəstəxanaya çatandan qısa müddət sonra isə Kənanın öldüyünü bilmişdir. Məhkəmədə dindirilmiş şahid X6 bildirmişdir ki, özünə məxsus tünd bej “Vaz 2106”, **-BC-*** dövlət qeydiyyatlı nişanlı avtomobili var, həmin avtomobillə taksi işləyir. xx.xx.2023-cü ildə o, qohumları X26 rayonu, Qazaxbəyli kəndi ərazisində Yeni Qəsəbəyə yaxın yerdə işlətdiyi çayxanada eyni qəsəbə sakinləri ilə oturmuş, çayxananı tərk edib yaşadığı Qəsəbə ərazisində, çayxananın yaxınlığında avtomobilini saxladığı yerə gedəndə bir qədər aralıda səs-küy eşitmişdir. Ora çatanda Rəşad ona Kənan tərəfindən bıçaqlandığını söyləmiş, sonra Rəşadı Qazax RMX-ya aparmışlar. xx.xx.2023-cü il tarixdə axşam Qəsəbə ərazisinə daxil olarkən Kənanın “Ford Fusion” markalı avtomobilinin dayanıb yolu darlaşdırdığını görmüş, Kənanın yeznəsi Novruzun səsini eşitmiş, Kənanın “əlində bıçaq var idi, məni vurdu“ dediyini eşitmiş, maşında olan Amil düşüb Kənana doğru qaçmış, Rəşad isə yeriyə-yeriyə digər tərəfə getmişdir. Onlar Kənanın yanında olanda bacısı Gülnar avtomobildən düşüb Kənanın bıçaqlandığını bilib qışqıraraq binalara tərəf qaçmışdır. Hər üçü Kənanı öz avtomobilinə arxa sərnişin oturacaq hissəsinə uzandırmış. Qısa müddət sora Sənan qaçaraq yanlarına gəlmiş və xəstəxanaya getmişlər. O isə maşına minib Rəşadın arxası ilə getmiş, Rəşadı görüb aynadan hara getdiyini soruşanda Rəşad onu polis şöbəsinə aparmağı demişdir. Rəşada avtomobildə nasazlıq olduğunu demiş, Rəşad onun yanında, qabaq sağ sərnişin oturacağında əyləşmiş ona heç bir şey soruşmamağı demiş, yolda olanda avtomobil nasaz olduğu üçün dayandığından Rəşad dostu Orxana zəng edib bıçaqla Kənana xəsarət yetirdiyini, Qazax şəhərində Göyçə marketin yanından onu götürüb şöbəyə aparmağı demşdir. Göyçə marketin yanına çatandan bir qədər sonra Orxan ora gəlmiş, Rəşad Orxanın sürdüyü “Vito” markalı ağ rəngli avtomobilə əyləşmiş, o isə avtomobili nasaz olduğu üçün evə qayıtmış, sonradan isə Kənanın ölməsini öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saat 19-20 radələrində o, yaşadığı Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni Qəsəbəyə yaxın yerdə dostu Təqsirləndirilən şəxs ilə şərikli işlətdiyi kafedə olarkən dostu X14 ona yaxınlaşıb pivə istəmiş, o, Kənana bir bakal pivə süzmüşdür. Kənan çayxanada Rəşada yaxınlaşmış, orada Elviz adlı şəxs 3 nəfər dostu ilə birlikdə oturmuşdur. Kənan Rəşada yaxınlaşıb söyüşlə zarafat formasında “bəs nə oldu deyirdin pivə verməyəcəklər” demiş, Rəşad isə Kənana “sənin pivənin içinə ... çox içirsən, sərxoşsan” demişdir. Kənan Rəşada “var yoxunu belə edim, bu bakalı sənin başına vuracam” deyəndən sonra O, Rəşadla Orxanın münaqişə etməməsi üçün onu çölə çıxartmışdır. Çöldə də Kənan sakitləşməmiş və nalayiq ifadə işlətmiş, sonra da çıxıb evə doğru getmişdir. Qısa müddət sonra uşaq bağçası tərəfdə olanda Kənanın Rəşada bıçaqla xəsarət yetirdiyini eşitmişdir. Bir neçə gün sonra Kənanı qəsəbə ərazisində görüb Rəşadla görüşməməsini, Rəşadın onu vurmaq istədiyini deyib xəbərdarlıq etmişdir. xx.xx.2023-cü ildə Qazax şəhəri, Bakı küçəsində yerləşən atası evinə gəlmiş qonaqlara mağazadan araq və çörək almaq üçün avtomobilə əyləşib həyətdən çıxanda Rəşad ona zəng edib Kənanı bıçaqladığını, Anarın maşını ilə Yeni Qəsəbədən çıxıb şəhərə gəldiyini, maşın nasaz olduğu üçün şəhərdəki “Göyçə market”in yanından götürüb polisə aparmağı demişdir. O, atasıgilə Rəşadın Kənanı bıçaqla vurmasını deyib atası Şadətə məxsus ağ rəngli, “VİTO” markalı avtomobillə evdən çıxıb Rəşadın dediyi Göyçə marketə getmiş, Rəşad Anarın maşınından düşüb onun avtomobilinə sağ ön oturacağa əyləşmiş, Kənanı vurduğunu deyib şöbəyə sürməyini istəmişdir. X27 niyə vurmasını soruşanda Rəşad ona Kənana zəng edib görüşə çağırsa da, gəlmədiyini, Bakıya getməsini deyəndə maşını saxladıb çağırdığını və bıçaqla vurduğunu demişdir. Rəşaddan niyə belə bir hərəkət etdiyini soruşanda sonuncu ona “o mənə ana söyüşü elədiyinə görə mən onu vurmalı idim və neçə gündü planlaşdırırdım” demişdir. Şöbəyə çatandan sonra Rəşad içəri girib Kənanı bıçaqla vurmasını deyib təslim olmuş, bir qədər sonra isə onlar polisdə olarkən Kənanın öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2023-cü ildə evdə olarkən yeməyini yeyib istirahət etmiş, sonra isə aşağı düşüb qəsəbə ərazisində qohumu və dostu olan Şahid6lə görüşmüş, daha sonra əmisioğlu Şahid7 da onlara qoşulmuş, üçü təxminən 5-10 dəqiqə qəsəbə ərazisində gəzmişlər. Həmin vaxt bağça tərəfdən qəfil qadın qışqırıq səsləri eşidilmiş, ətrafda sahibsiz it çox olduğu üçün itlərin kiməsə hücum etdiyini güman edib qardaşı və dostu ilə səs gələn tərəfə qaçmışlar. Şəhər marşrutlarının qəsəbədə dayandığı yerə çatanda Kənanın maşınının dayandığını, Kənanın avtomobilə çox yaxın yerdə huşunu itirmiş vəziyyətdə olduğunu, üzərində qan olduğunu görmüşlər. Qəsəbə sakini Amil Gülnarın əri Novruzla Kənana köməklik etmiş, qəsəbə sakini Anar da orada olmuş, sonuncunu avtomobilə qoymuşlar. Kənanın qardaşı Sənan Qəfərov da ora gəlmiş və avtomobilə əyləşib yeznəsi Novruzla Kənanı xəstəxanaya aparmışlar. Sonra Amil öz avtomobili ilə Kənanın ailə üzvlərini xəstəxanaya aparmış, Anarın isə avtomobili ilə hara getdiyini görməmişdir. Gülnar qayıdıb gələndən sonra Rəşadın ünvanına qarğışlar edəndə onlar Kənanı məhz Rəşadın bıçaqladığını başa düşmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və Şahid7 da Şahid5la eyniməzmunlu ifadələr verib onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Cinayət işində olan 27 noyabr 2023-cü il tarixli “görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbədəki çayxanada mərhum X4 Məhərrəmovun olduğu masaya yaxınlaşdıqdan sonra aralarında mübahisə olmuş, Təqsirləndirilən şəxs əyləşdiyi masadan qalxaraq sol əli ilə Kənan Qəfərovun üzündən sillə ilə vurmuş, bundan sonra mərhum çayxanadan çıxarılmış, ətrafdakı masalarda əyləşmiş şəxslərin narahatlığı müşahidə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən Yeni Qəsəbənin ərazisi Qazax-Bakı avtomobil yolunun Yeni Qəsəbəyə dönən yerdən 204 metr məsafədə yerləşir. Hadisə yeri yola bitişik səkidən 3 metr məsafədə, 3 ədəd paralel əkilmiş ağacdan mərkəzdə olan ağacın qarşısıdır. Sağ tərəfdə 16 metr məsafədə işıq dirəyi müşahidə olunur. Hadisə yerində olan ot örtüyü üzərində şərti olaraq 1,2,3 № ilə işarələnmiş damcışəkilli qanabənzər ləkələr aşkar edilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan “meyitə baxışın keçirilməsi və götürmə haqqında” 22 noyabr 2023-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, meyitin əynində qara rəngli qısaqol boğazlı köynək, ağ rəngli qolsuz mayka, açıq göy rəngli 2 yan 2 arxa cibləri olan və bel hissəsində qara rəngli kəməri olan cins şalvar, qara rəngli tursik olmuş, qısaqol köynəyin üzərində aşağı ətəyindən yuxarıya doğru 15 sm məsafədə, köynəyin ortasında çəpinə doğru 1,2 sm ölçüdə kəsik vardır. Köynəyin üzərində qana bənzər ləkələr mövcuddur. Qolsuz maykanın aşağı ətəyində qana bənzər ləkə var, aşağı ətəkdən yuxarıya doğru mayka ortasında 1,5 sm ölçüdə çəpinə kəsik müşahidə olunur, maykanın üzərində qeyd olunan xəsarət izindən başqa çoxsaylı qana bənzər ləkələr vardır. Cins şalvarın ön və arxa hissəsində çox saylı qana bənzər ləkələr var. Kənan Qəfərovun meyitinin bədəni üzərində sağ saidin orta 1/3nin iç səthində, köndələn istiqamətdə yerləşmiş, uzunluğu 6 sm, qırmızımtıl rəngli, bir qədər bərk konsistensyalı, az hərəkətli çapıq toxuma qeyd edilir. Qarının ön divarında, göbəkdən 0,8 sm yuxarı və 0,4 sm sağda, köndələn-çəp istiqamətdə, kənarları hamar, 1,6 sm ölçüdə, kəsilmiş-deşilmiş, üzəri qanlı yara qeyd edilir. Yaranın istiqaməti sağdan sola və aşağı istiqamətdədir. Qarının ön divarında orta xətt üzərində cərrahi tikişlər olan 11 sm ölçüdə yara vardır. Baxış zamanı meyitin əynində olmuş geyimlər və qan nümunəsi götürülmüşdür. Cinayət işinə əlavə edilmiş 23 noyabr 2023-cü il tarixli, 141 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “bıçağa baxış keçirilməsi haqqında” 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, bıçaq açıq vəziyyətdə qara rəngli olmaqla ümumi uzunluğu 15,7 sm, tiyəsi 7 sm, dəstəyi isə 8,7 sm-dir, açılıbqatlanma xüsusiyyətinə malikdir, üzərində qanabənzər ləkələrin olması müəyyən edilmişdir. Bıçağın tiyəsində rəngsiz bayraq üzərində “USA” sözü, ondan kənarda “Columbia” sözü, tiyənin əsas dairəsinə yaxın hissədə isə “3CR13” sözləri yazılmışdır. Həmçinin bıçağın dəstək tutacağı hissəsində yumru dairənin içərisində ulduza bənzər işarə aşkar edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə araşdırılan “tanımaya təqdimetmə haqqında” 24 noyabr 2023-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, tanınmalı olan, cinayətin törədilməsində istifadə edilən bıçaq “3” nömrə altında işarələnərək eyni növdən olan “1”, “2” və “3” nömrəsi ilə işarələnmiş digər 3 ədəd bıçaqla masanın üzərində düzüldükdən sonra Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib “3” nömrəsi altında işarələnmiş bıçağı göstərək 22 noyabr 2023-cü il tarixdə X11 məhz həmin bıçaqla qarın nahiyyəsinə xəsarətlər yetirdiyini bildirmişdir. Cinayət işi materiallarında olan məhkəmədə tədqiq edilən “götürülmə və baxış keçirilməsi haqqında” 23 noyabr 2023-cü il tarixli protokol və əlavəsi olan fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə vaxtı əynində qara rəngli idman şalvarı, qara rəngli uzunqol gödəkçə, həmçinin tünd göy rəngli qısaqol köynək və “Samsung Galaxy A41” markalı mobil telefonu götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 13 nömrəli rəyindən görünür ki, Kənan Qəfərovun meyitində aşkar edilmiş xəsarətlər - sol saidin orta 1/3-nin ön səthinin kəsilmiş-deşilmiş yarası, Qarının ön divarının daxilə sirayət edən, enən-çənbər bağırsağın və müsariqə arteriyasının zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası, qarının ön divarının çoxlu sayda, müxtəlif istiqamətdə yerləşmiş sıyrıqları, xəsarətlər həyatidirlər və mərhumun ölümündən az əvvəl törənmişlər. - sol saidin orta 1/3-nin ön səthinin kəsilmiş-deşilmiş yarası, kəsici-deşici əşyanın təsirin törənmişdir, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - qarnın ön divarının daxilə sirayət edən, enən-çənbər bağırsağın və müsariqə arteriyasının zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası, kəsici-deşici əşyanın təsirindən törənmişdir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. - qarının ön divarında müəyyən edilmiş çoxlu sayda, müxtəlif istiqamətdə yerləşmiş sıyrıqların isə cərrahi əməliyyata hazırlıq vaxtında qarının tüklü hissəsinin qırxılması nəticəsində əmələ gəlməsi halı istina edilmir. - mərhum K.Qəfərovun ölümünə səbəb qarının ön divarının daxilə sirayət edən, enən-çənbər bağırsağın və müsariqə arteriyasının zədələnməsi və kəskin daxili qanaxma ilə müşayiət olunan travmatik hemorragik şok olmuşdur. - K.Qəfərovun qarının ön divarının daxilə sirayət edən, enən-çənbər bağırsağın və müsariqə arteriyasının zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan kəsilmişdeşilmiş yarası və sol saidin orta 1/3-nin önsəthinin kəsilmiş yarasının ekspertizaya prokurorluq tərəfindən təsvir və təqdim edilmiş bıçaqla yetirilməsi halı istisna edilmir. - K.Qəfərovun xarici müayinəsi zamanı qeyd edilən xəsarətlə hadisə zamanı onun əynində olmuş paltarlardakı zədələr üst-üstə düşür. - yaranın lokalizasiyasına görə demək olar ki, xəsarət yetirilən zaman zərərçəkmişlə xəsarət yetirən şəxs müxtəlif duruş vəziyyətində ola bilərdilər. - K.Qəfərovun bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq həmin xəsarətləri mərhumun özü-özünə yetirməsi halı inandırıcı deyil. - İlkin meyit əlamətlərinə görə K.Qəfərovun ölümü, meyitin məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvəl baş vermişdir. -K.Qəfərovun meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik vasitə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş sol saidin orta 1\3-nin yan səthinin və sol budun yuxarı 1\3-nin ön səthinin tikişə ehtiyacı olan (tikilmiş) kəsilmiş-deşilmiş yarası, sol budun ön-iç səthinin dərialtı qansızması, kəsici-deşici əşyanın təsirindən törənmişdirlər, törənmə müddəti vətəndaşın qeyd etdiyi müddətə, yəni 16 noyabr 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə örə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir, həmin xəsarətləri Təqsirləndirilən şəxs özüözünə yetirməsi halı inandırıcı görünmür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 38 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa-betadır. X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ) alfadır. Təqdim edilmiş bir ədəd bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi B (İİİ) alfa olduğundan mərhum K.Qəfərova məxsus ola bilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlar (bir ədəd qış gödəkçəsi, bir ədəd idman şalvarı) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi B(İİİ) alfa olduğundan K.Qəfərova məxsus ola bilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol köynək üzəərində qan aşkar olunmadı. Təqdim edilmiş mərhum K.Qəfərova məxsus paltarlar (bir ədəd mayka, bir ədəd tursik, bir ədəd köynək, bir ədəd şalvar) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi B(İİİ) alfa olduğundan mərhumun özünə məxsus ola bilər. Təqdim edilmiş hadisə yerindən götürülən nümunələr üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi B(İİİ) alfa olduğundan mərhum K.Qəfərova məxsus ola bilər. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə lifli materiallarının tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6494 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş X8 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəldə göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında K.Qəfərovun şalvarının üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs idman şalvarının üzərindən aşkar edilmiş açıq göy rəngli pampıq liflər cinsi əlamətlərinə K.Qəfərovun şalvarının tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 01 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyac yoxdur. Həmçinin Təqsirləndirilən şəxs qeyd olunan fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəbi zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə ballistik və məhkəmə trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/2181 və 3/2189 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq tiyəsi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının hissəsidir – tiyəsidir və soyuq silah hesab edilmir. Təqdim edilmiş X11 məxsus qısaqol köynəyin və maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Qısaqol köynəyin səthindəki zədə və maykanın səthində olan “a” zədəsi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin bu zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qısaqol köynəyin və maykanın material xüsüsiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onların səthində olan zədələrin yaranma mexanizmini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş X11 məxsus maykanın səthində olan “b” zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Təqdim edilmiş X11 məxsus cins şalvarın və tumanın üzərində, həmçinin təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçənin, bir ədəd idman şalvarının və bir ədəd qısaqol köynəyin səthində trasoloji zədə yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Qazax rayon Polis şöbəsinin 23 noyabr 2023-cü il tarixli, 3-13-88/2-21980/2023 nömrəli məktubu və xx.xx.2023-cü il tarixli “könüllü gəlmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 19:50-də Qazax RPŞ-yə gedərək könüllü təslim olmuş, mərhum X11 xəsarət yetirdiyi bıçağı təhvil vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “mobil telefonuna baxış keçirilməsi haqqında” 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, telefondakı “Whatsapp” proqramına baxış zamanı “Elmir Yezne S” adı ilə qeyd olunmuş +**********00 mobil nömrəsi ilə danışıqlarda xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən saat 12:01-də həmin şəxsə göndərilən 25 saniyəlik səs yazısında “Salam Elmir, salam, hər vaxtın xeyir olsun, hə narahat olma evdəyəm, bekar şeydi, eləbelə yüngülvari şeydi, ə yo narahat olma ə qoy birazcana əyağa düzəlim onun ***** si....əm tələsmə, qoy bidənə əyağa durum, ə belə qalandımı, Elşadın canı, balacanın canı onu si...... məndən əksik adam yoxdu, onun gö**nü deşəjəm tələsmə” məzmunlu, həmin tarixdə saat 14:13-də Təqsirləndirilən şəxs tərəfindən həmin şəxsə “Sen narahat olma onu men özüm si....em” məzmunlu mesaj göndərilmişdir. “Whatsapp” proqramında telefonda adı “Seide Ev” kimi qeyd olunan mobil nömrəyə Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə saat 13:44-də fotoşəkil göndərilmiş şəkildəki stolun üzərində qara rəngdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayətin törədilməsi zamanı istifadə etdiyi bıçağa oxşar bıçaq olmuşdur. Cinayət işində olan və məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbədəki 5-ci binanın yaxınlığında yerləşən çayxanada mərhum X4 Məhərrəmovun olduğu masaya yaxınlaşdıqdan sonra aralarında mübahisə baş vermiş və həmin mübahisə zamanı saat 19:35 radələrində Təqsirləndirilən şəxs əyləşdiyi masadan qalxaraq sol əli ilə Kənan Qəfərovun üzünə sillə vurmuşdur. Cinayət işi materiallarında olan əməliyyat tapşırığına cavab olaraq Qazax RPŞ-dən verilmiş 22 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, 1995-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə qohumu 1992-ci təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq öldürülməsinə səbəb xx.xx.2023-cü il tarixdə Qazax rayonu, Qazaxbəyli kəndi Yeni Qəsəbə ərazisində Kənan Qəfərovun aralarında yaranmış şəxsi münasibətlər zəmnində Təqsirləndirilən şəxs 2 dəfə bıçaqla xəsarət yetirməsi, Rəşadın bu hadisədən sonra Kənandan qisas almaq məqsədi olmuşdur. İş materiallarında olan X3 daxil olmuş xx.xx.2023-cü il tarixli, 1947 nömrəli məktubdan görünür ki, Qazax rayonu, Bağanıs Ayrım kəndində qeydiyyatda olmaqla Qazax rayonu, Yeni Qəsəbə, bina 10, mənzil 26-da yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Qazax psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 09 dekabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, iş üzrə maddi sübut olan hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş qara rəngli idman şalvarı, qara rəngli uzunqol gödəkçə, tünd göy rəngli qısaqol köynək, X1 əynində olmuş qara rəngli qısaqol boğazlı köynək, ağ rəngli qolsuz mayka, açıq göy rəngli şalvar, qara rəngli alt paltarı, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi özünə məxsus “Samsung Galaxy A41” markalı mobil telefon Qazax rayon prokurorluğunun maddi sübutları saxlama otağında, cinayətin aləti olmuş 01 ədəd qara rəngli bıçaq isə Qazax rayon Polis şöbəsində saxlanılır, istintaq hərəkətlərinin qeydə alındığı hadisə anının görüntüləri olan və avtomobillə bağlı görüntüləri əks etdirən 3 ədəd dvd disk, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıqlara dair məlumatlar olan 1 ədəd CD disk isə iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Qazax RİHBnin Aşağı Əskipara kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 5- 58-6-12-21/2-961 saylı arayışdan görünür ki, Qazax rayonu Bağanis Ayrım kənd sakini Təqsirləndirilən şəxs məcburi köçkün kimi Qazax rayonu, Yeni Qəsəbədə məskunlaşmışdır və ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü azyaşlı oğlu Elşad Məhərrəmov var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, Qazax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(023)-94/2023 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs bütün ibtidai araşdırma dövründə verdiyi ifadələrində və məhkəmə baxışında özünü müdafiəsinə dəlil olaraq göstərmişdir ki, xx.xx.2023-cü ildə zərərçəkmiş şəxsi ona xəsarət yetirməsinə görə əvəz çıxmaq (qisas almaq) məqsədilə, öldürmə niyyəti olmadan və ancaq 1 dəfə bıçaqla xəsarət yetirmiş, hadisədən sonra yanlarına gələn kürəkənləri X13 xəstəxanaya aparmağını deyib hadisə yerini tərk edib polisə gedərək təslim olmuş, sonradan maşında olduğunu bildiyi bacısı Zərərçəkmiş şəxs isə hadisələri ümümiyyətlə görməmiş, sonradan qərəzli ifadələr vermişdir. Məqsədi zərərçəkmişi öldürmək yox, onu əvvəl vurduğu üçün bədən xəsarəti yetirib cəzalandırmaq olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, işin faktiki halları - hadisənin başvermə mexanizmi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək məqsədinin olmamasını təkzib edir. Belə ki, hadisənin mübahisələndirilməyən başvermə mexanizmindən görünür ki, ilk zərbə zərərçəkmiş şəxsə qarın nahiyyəsindən yetirilmiş və sonradan ibtidai istintaq və məhkəmə baxışında inkar etsə də, Təqsirləndirilən şəxs Kənana növbəti zərbə(lər)i vurmağa cəhd etmişdir. Mərhum zərərçəkmiş şəxs X9 əlində aşkar edilmiş kəsilmiş yara xəsarətləri də təsdiq edir və həmin hal zərərçəkmişin hadisə vaxtı özünümüdafiə etməsini göstərən hal olaraq məhkəmə tərəfindən qiymətləndirilir. Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə baxışında göstərdiyi kimi zərərçəkmiş Kənan İsrəfilova qisas almaq məqsədilə bıçaq zərbəsi vursa idi, məntiqi olaraq zərbənin özünün də xəsarət aldığı qasıq, yaxud aşağı ətraf nahiyyədən vurulması tələb olunurdu. (zərərçəkmiş şəxsin xx.xx.2023-cü ildə təqsirləndirilən şəxsə məhz qasıq nahiyyəsindən bıçaq xəsarəti yetirməsini, həmin xəsarətlə onun ləyaqətini alçaltmasını, utandığından 6 (altı) gün evdən çölə çıxmamasını ibtidai istintaq və məhkəmə baxışında Təqsirləndirilən şəxs açıq şəkildə ifadə etmişdir) Məhkəmənin qənaətinə görə hazırki xüsusilə ağır cinayət əməlinin törədilmə motivi də məhz bununla bağlı yaranmış qisas hissi olmuşdur. Təqsirləndirilən şəxs kəsici deşici alət (bıçaqla) zərərçəkmiş şəxsə zərbəni yuxarıda qeyd edildiyi kimi cəzalandırmaq və əvəz çıxmaq üçün nisbətən az zərərlə nəticələnəcək yuxarı və aşağı ətraflara deyil məhz həyati vacib orqanların yerləşdiyi qarın boşluğuna yetirilməsi, sonradan digər xəsarətlər yetirməyə cəhd edərkən zərərçəkmiş şəxsin əli ilə özünü müdafiə edərək qolundan xəsarət alması və yaranmış səs-küyə yaxınlaşan Şahid3 görə hərəkətlərin dayandırılması məhkəmə baxışı zamanı tam olaraq sübuta yetirildiyindən məhkəmə təqsirləndirilən şəxsin qəsdinin bilavasitə zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrumetməyə yönəlməsini göstərən obyektiv və subyektiv meyar kimi qiymətləndirir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə ifadə oluna bilər. Məhkəmədə müdafiə tərəfinin əsas mübahisələndirildiyi hal isə hadisənin digər zərərəçəkmiş şəxs mərhum Kənan İsrafilovun doğma bacısı Zərərçəkmiş şəxs gözü qarşısında törədilməsi ilə bağlıdır ki, bununla bağlı gəldiyi nəticəni məhkəmə aşağıdakı sübutlara əsasən qiymtəndirmişdir. İlk növbədə hadisə yerinə baxış keçirilməsi haqqında protokol, əlavəsi olan fotocədvəl və və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı qeydə alınmış videogörüntülərə məhkəmədə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ilə mərhuma məxsus olmuş avtomobil arasında görüntünü məhdudlaşdıran, yaxud qapayan obyekt (digər avtomobil, qalın gövdəli ağac yaxud hər hansı digər maneə və təbii hal - duman, çən, yağış qar olmamış), ilin fəslinə görə də ərazidəki ağaclar yarpaqları tökülmüş və çılpaq formada olmuş, yaxınlıqdakı işıqlanma dirəyindəki işıqlar isə yanılı vəziyyətdə olmuş, yəni ərazi süni işıqlandırılmışdır. Avtomobilin salonun işıqlarının yanılı olub-olmaması ilə bağlı məhkəmə baxışında da ifadə edilmiş şübhələrin olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bütün ifadələrində və məhkəmə baxışında avotmobildə Kənandan başqa məhz kürəkəni Novruzun olmasını gördüyünü bildirmişdir. Avtomobilin salonunda işıq yanmadığı təqdirdə görməsi inandırıcı deyil. Ölmüş zərərçəkmiş şəxsə məxsus avtomoblin arxa yan aynalarında tünd rəngli örtük olmasına (plyonkaya) görə, zərərçəkmiş Zərərçəkmiş şəxs zərərçəkmişə bıçaq xəsarətinin yetirilməsini görməsinin mümkün olmaması ilə bağlı məhkəmə qeyd edir ki, həmin hal zərərçəkmişin məhkəmə baxışında verdiyi ifadəsi ilə təkzib edilmiş, ilkin istintaq zamanı və üzləşdirmədə bu barədə bildirməsini isə zərərçəkmiş şəxs həyəcanlı olması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, istənilən cinayət işi üzrə (şahid yaxud zərərçəkmiş şəxs hüquqi varis qismində tanınan şəxslərin) şəxslərin baş verənləri müşahidə etməsini dərk edən hadisəni törədən şəxin (istər yaxın qohum olan ailə üzvləri, istərsə də qəsdən həyatdan məhrum edilən şəxslə dostluq, sevgi və sair şəxsi bağlılıq münasibətində olan şəxslər olsun) gördüyü, yaxud orada olduğunu dərk edərək törətdiyi əməl formalaşmış məhkəmə praktikasına əsasən qəsdən digər şəxslərə xüsusi əzab və iztirab verərək törədilən əməl kimi qiymətləndirilməlidir. Hazırki baxılan iş üzrə də müdafiə tərəfinin zərərçəkmişin hadisəni görməməsi iddiasının doğru olması qəbul edilsə belə, Zərərçəkmiş şəxs hadisədən sonra qardaşını alqan içində görməsi, güclü psixi-emosional hal keçirərək davamlı şəkildə qışqırması, həmin qışqırığın şahid ifadələrinə əsasən nisbətən uzaq 150-200 metr məsafədən aydın eşidilməsi, əvvəl qardaşına, sonra evə tərəf qaçıb ailə üzvlərinə baş verənləri qışqıraraq çatdırması, zərərçəkmişin baş vermiş hadisə ilə bağlı güclü psixoloji təsir və təzyiqə məruz qalmasını göstərən haldır. Bundan başqa yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenum qərarı ilə hadisənin bilvasitə zərərçəkmiş şəxs yaxud hüquqi varisinin (və ya hər ikisinin) gözü qarşısında deyil yanında baş verməsini əməlin xüsusi amansızlıq kimi əsas qiymətləndirilmə meyarı kimi müəyyən etmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, üzləşdirmə protokollarını, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla qəsdən adamöldürmə) tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı çıxışında dövlət ittihamçısı cinayət hadisəsinin zərərçəkmiş şəxsin qeyri-qanuni hərəkətləri nəticəsində törədilməsinin nəzərə alınmamasını bildirsə də, məhkəmə qeyd edir ki, hazırki qəsdən adamöldürmə cinayətinin motivi bilavasitə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə yetidiyi bədən xəsarətinə görə Təqsirləndirilən şəxs sonuncudan qisas almaq istəyi olmuşdur və həmin halı da məhkəmə yüngülləşdirici hal kimi nəzərə alacaqdır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladı olmasını CM-nin 59.1.4-cü maddəsinə, hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törədilməsini 59.1.8, könüllü gələrək təqsirini boynuna almasını 59.1.10-cu maddəyə, məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və törətdiyi əməldən səmimi peşmanlıq çəkməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə xüsusi amansızlıqla törədildikdə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət əcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırki baxılan iş üzrə təqsirləndirilən şəxsə verilmiş və məhkəmə baxışında sübuta yetirilmiş ittiham üzrə CM-nin 221.1-ci maddəsində azadlıqdan məhrumetməyə münasibətdə digər yüngül cəza növləri nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və sonrakı dövrdə baş vermiş “hadisələrin əlaqəli zəncirini”də ictimai təhlükəlilliyin artaraq sonda xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə nəticələnməsini nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsdə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq və ədalətli sayır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ......xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.2-ci maddəsinin tələbinə əsasən isə Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda 60.1-ci maddədə müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci və CM-nin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət hesab edildiyindən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Prosessual Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Qazax rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş qara rəngli idman şalvarı, qara rəngli uzunqol gödəkçə, tünd göy rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi özünə məxsus “Samsung Galaxy A41” markalı mobil telefon ailə üzvlərinə, yaxud yaxın qohumlarına təhvil verilməli, qəbul etmədikdə məhv edilməli, X1 əynində olmuş qara rəngli qısaqol boğazlı köynək, ağ rəngli qolsuz mayka, açıq göy rəngli şalvar, qara rəngli alt paltarı zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, Qazax rayon Polis şöbəsində saxlanılan və cinayətin aləti olan 01 ədəd qara rəngli bıçaq məhv edilməli, dindirmə və ifadəni yerində yoxlama istintaq hərəkətlərinin, eləcə də hadisə anının görüntüləri olan və avtomobillə bağlı görüntüləri əks etdirən 4 ədəd DVD disk, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıqlara dair məlumatlar olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 114 ( bir yüz on dörd) manat lifli materialların tədqiqi ekspertizasının, 180 (bir yüz səksən) manat məhkəmə ballistik-trasoloji ekspertizasının xərci olmaqla ümumilikdə 294 (iki yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə isə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Qazax rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş qara rəngli idman şalvarı, qara rəngli uzunqol gödəkçə, tünd göy rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi özünə məxsus “Samsung Galaxy A41” markalı mobil telefon ailə üzvlərinə yaxud yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin, X1 əynində olmuş qara rəngli qısaqol boğazlı köynək, ağ rəngli qolsuz mayka, açıq göy rəngli şalvar, qara rəngli alt paltarı zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Qazax rayon Polis şöbəsində saxlanılan və cinayətin aləti olan 01 ədəd qara rəngli bıçaq məhv edilsin, dindirmə və ifadəni yerində yoxlama istintaq hərəkətlərinin eləcə də hadisə anının görüntüləri olan və avtomobillə bağlı görüntüləri əks etdirən 4 ədəd DVD disk, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıqlara dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat lifli materialların tədqiqi ekspertizasının, 180 (bir yüz səksən) manat məhkəmə ballistik-trasoloji ekspertizasının xərci olmaqla ümumilikdə 294 (iki yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-382/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-382/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver