Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-382/2025 14.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Həsənov Hüseyn Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Yaqub qızı və qanuni nümayəndələri Qanuni nümayəndə, təqsirləndirilən şəxsin və müdafiəçiləri Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.2001-ci ildə Şəmkir rayonu, Kür qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Gəncə İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3, 2024-cü il yanvar ayının əvvəllərindən başlayaraq mart ayının məlum olmayan gününədək, mütəmadi olaraq öz cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə zərərçəkmiş şəxslərin atası Şahid1 məxsus Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən ünvansız fərdi yaşayış evinin qonaq otağında və mətbəxində qonşuları - on dörd yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx.xx.2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətindən istifadə etməklə və onlara qarşı zor tətbiq etmə hədəsi – ata, analarını və ya birini öldürüb digərinin əlinə bıçağı verəcəyəni deyərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tumanını (alt geyimini) əynindən çıxardıb gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını zərərçəkmiş şəxslərin anal dəliyinə sürtməklə və daxil etməklə qeyri-təbii yolla cinsi əlaqədə olaraq on dörd yaşına çatmayan zərərçəkmiş şəxslərə qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 17 mart 2024-cü il tarixdə, saat 15 radələrində təkrarən öz cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə zərərçəkmiş şəxslərin atası Şahid1 məxsus Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən ünvansız fərdi yaşayış evinin qonaq otağında, on dörd yaşına çatmayan, xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə, əvvəlki tarixlərdə zərərçəkmişlərə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini başqa şəxslərə deyəcəkləri təqdirdə onlara zor tətbiq edəcəyi, həmçinin ata və anasını öldürəcəyi ilə hədələyərək Zərərçəkmiş şəxs1 alt geyimini əynindən çıxardıb gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs1 anal dəliyinə yerləşdirməklə və sürtməklə, sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq ona anus dəliyi nahiyəsində qançır, arxa keçəcəyi büzən əzələdə (cfinktorda) cüzi boşalmasına səbəb olan olan xəsarətlər yetirməklə təkrarən on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuş həmçinin təkrarən gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs2 anal dəliyinə yerləşdirib sürtməklə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, O azyaşlılardan ancaq Duyğu ilə və barmağını sonuncunun anal dəliyinə salmaqla seksual xarakterli hərəkətlər etmiş, digər qıza yəni Zərərçəkmiş şəxs2 qarşı isə hər hansı seksual xarakterli hərəkət etməmiş və qeyri-təbii yolla əlaqədə olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərdi ki, o azyaşlı qızları vurmamış və döyməmiş, onlara hədə-qorxu gəlməmiş, sadəcə etdiyi hərəkətlər barədə heç kimə deməmələrini tapşırmışdır. Törətdiyi əməldən peşmandır. Qızlardan, ata-anaları və hamıdan üzrxahlıq edir, məhkəmədən ona aşağı cəza verilməsini xahiş edir. İbtdai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayır. Şəmkir rayonu sakinləri Damla və Zərərçəkmiş şəxs1lar qonşusudur. Şəmkir rayonu, Əliyaqublu kəndində günəmuzd fəhləlik etmiş, 2023-cü ilin avqust ayının sonlarında Bakı şəhərinə işləməyə getmiş, 2023-cü ilin dekabr ayının əvvəli az pul verdikləri üçün yaşadığı Şəmkir rayonu, Əliyaqublu kəndinə qayıtmış, günün çox hissəsini öz yaşadığı evdə keçirmişdir. Qonşuluqda yaşayan Qabil və arvadı Günay çox vaxt evdə olmadıqları üçün övladları Duyğu və Damlaya eləcə də balaca qardaşları Tunara baxmağı xahiş etmişlər. Günay və Qabil evdə olmayanda Tunara baxmaq üçün Duyğu və Damlaya kömək etmişdir. 2024-cü ilin yanvar ayının sonlarından başlayaraq xatırlamadığı tarixlərdə Duyğu və Damla onu yaşadıqları evə çağırmış azyaşlı qardaşları yatızdırdıqdan sonra Damlanın yanında qonaq otağında divanın üzərində Duyğunun paltarlarını zorla çıxartmış, cinsiyyət orqanını arxa nahiyyəsinə sürtmüş həm də barmağını arxa nahiyəsinə salmışdır. Damla ilə isə əlaqədə olmamışdır. Azyaşlılara bu barədə kiməsə desələr onları öldürəcəyini demişdir. Sonrakı müddətdə təxminən 2-3 gündən bir Duyğu ilə seksual xarakterli hərərkətlər etmiş, bunlar əksər vaxt qızların yaşadıqları evdə qonaq otağında olan divanın üzərində olmuş, Damlaya isə heçnə etməmişdir. Son dəfə xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində Duyğu və Damlanın yaşadığı evə gedib orada Duyğu ilə seksual xarakterli hərəkətlər etmiş, həmin vaxt Damla çölə çıxmış, evin qonaq otağının qapısı açılmış, qonşuluqda yaşayan Amil içəri girmişdir. Həmin vaxt Amin Duyğuya şalvarı aşağı olduğu üçün irad tutmuş və çıxıb getmişdir. Bundan sonra axşamüstü Qalib həyətlərinə gələrək onu yaşadığı evə çağırmış, qorxduğu üçün getməsə də, növbəti dəfə çağıranda çölə çıxmış, Qalib onun üstünə qışqırıb şərəfsizlik etdiyini deyib onu yumruqla vurmuş, qorxduğu üçün qaçmışdır. Kəndin mərkəzində biraz gəzdikdən sonra əmisinə məxsus istixananın yaxınlığında Qalib gəlib onu tapmış, taxta ilə başına vurmuş, sonradan butulkanı başında sındırmışdır. Səsə qonşuluqda yaşayan şəxslər gələrək onu Qalibin əlindən almış, oradan qaçmış, gecəni sahədə keçirtmişdir. Növbəti gün isə onu Şəmkir rayon polis əməkdaşları saxlayıb Şəmkir RPŞ-yə aparmış və həbs etmişlər. Məhkəmədə qanuni nümayəndəsi və mütəxəssisin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, İlkinin qardaşlarını yatırmağı bəhanə edib evlərinə gələrək onu və bacısına pis şeylər etmişdir. Öz cinsi orqanının çıxarıb onlara göstərmiş, onun arxa hissəsinə salmışdır. Bu şeylər İlkinin bacısının toyundan sonra 2024-cü il yanvar ayında ilk dəfə olmuş, sonra İlkin dəfələrlə onlara gəlib həmin hərəkətləri etmişdir. Həmişə İlkin kiməsə bu barədə nəsə desə bacısını öldürüb bıçağı onun əlinə verəcəyini, özünün isə orada olmadığını bildirdiyi üçün qorxmuş və heç kimə heçnə deməmişdir. xx.xx.2024-cü ildə İlkin yenə evə gəlib ona “pis şeylər” etmiş, Amin içəri girəndə paltarı aşağı olduğu üçün atasına deyəcəyini demiş, İlkin də evdən çıxıb getmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi və mütəxəssin iştirakı ilə dindirilmiş digər Zərərçəkmiş şəxs2 göstərmişdir ki, İlkin onlarla qonşuluqda yaşayır. 2024-cü ilin yanvar ayının sonlarında İlkin qardaşlarına baxmaq adı ilə evə gəlmiş, Tunar və Hüseyni yatandan sonra qonaq otağında olan divanın üzərində Duyğunun paltarlarını zorla çıxarmış, öz şeyini Duyğunun arxa hissəsinə salmışdır. İlkin ona qarşı da pis şeylər etmiş, heç kimə deməməyi, yoxsa bacısını öldürüb bıçağı ona verəcəyini demişdir. O da qorxub bu barədə ata-anasına heçnə deməmişdir. Atası və anası evdə olmayanda çağırmasalar da, İlkin özü gəlib qardaşlarını yatızdırdıqdan sonra bir neçə dəfə onlarla pis şeylər etmişdir. Son dəfə xx.xx.2024-cü ildə günorta anasıgil bazara gedəndə İlkin yaşadıqları evə gəlib Duyğu ilə pis şey edəndə o çölə çıxmış, qoyunları otarmağa gələn Amil içəri girmiş, atasına deyəcəyini bildirib getmiş, İlkin də qorxub getmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayır, İlkin, Duyğu və Damla həmkəndliləridir. İlkin Duyğu və Damla ilə qonşuluqda yaşayır. xx.xx.2024-cü ildə qoyun otararkən Damlagilin anası Günay anasına onların da qoyunlarını otarmağı demiş, o azyaşlı qızların yaşadığı evə getmişdir. Həyətə girdikdən sonra yaşadıqları evin qapısını açıb içəri girəndə İlkini divanda oturan, Duyğunu isə ondan bir qədər aralıda köynəyinin bir qədər yuxarı qalxdığını, şalvarının da belindən aşağı olduğunu görmüşdür. O, evdən çıxıb gedəndən sonra axşamüstü həm də qohumları olan Duyğugilin atası olan Niyaza evlərində gördükləri barədə demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, İlkinin Duyğu ilə cinsi əlaqədə olmasını görməmiş, o içəri girəndə İlkin divanda uzanmış vəziyyətdə geyimləri əynində, Duyğu isə ondan biraz irəlidə köynəyi yuxarı qalxmış şalvarı isə aşağı çəkilmiş vəziyyətdə olmuşdur. İbtidai istintaqda da eyni sözləri yəni gördüklərini demiş, lakin müstəntiq tərəfindən yazılmış ifadəsini oxumamışdır. İfadəsinin altındakı əlyazmalar isə ona məxsus deyil, mahiyyətini bilmədən yazılmış ifadəyə imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Qanuni nümayəndə göstərdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndində ailə üzvləri ilə birlikdə yaşayır, 4 övladı var, əri istixanalara işə getmiş, o isə özlərinə məxsus 9 baş xırdabuynuzlu heyvanı (qoyunu) otarmışdır. Uşaqlar evdə qalanda Duyğu və Damla özlərindən yaşca balaca qardaşlarına baxmış, bəzən qonşuları İlkin də onların evinə gələrək uşaqlara baxmağa kömək etmişdir. İlkingillə yaxın olmuş, ailəvi olaraq bir-birlərinin evinə gedib gəlmişlər. 17 mart 2024-cü ildə əri Qaliblə bazarlıq etmək üçün Şəmkir rayonuna getmiş, uşaqlar isə evdə qalmışlar. Saat 16 radələrində yaşadıqları evə qayıtdıqdan təxminən yarım saat sonra Qalibin xalası oğlu Amin onlara gəlib Qaliblə heyvanları otarmağa aparmış, bir neçə dəqiqə sonra küçədən səs-küy gəlmiş, Qalib İlkini döymüş, İlkin isə qaçıb getmişdir. Qızlar ona baş verənləri İlkinin onlar evdə olmayanda gəlib qızları soyunduraraq pis hərəkətlər etdiyini, heçkimə deməmələri üçün qorxutduğunu sonradan demiş, “102” yə zəng edib məlumat vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Qanuni nümayəndə bildirdi ki, təqsirləndirilən şəxslə barışsa da, veriləcək cəza məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayır, istixanalarda fəhləlik edir. Təqsirləndirilən şəxs qonşularıdır, tez-tez onlara gəlib uşaqlara baxmağa kömək etmiş, bir-birinin evinə gedib-gəlmişlər. 17 mart 2024-cü ildə səhər arvadı Günayla bazarlıq etmək üçün Şəmkir rayonuna getmiş, uşaqlar isə evdə qalmışdır. Evə gələndən sonra xalası oğlu Amin günorta onlara gələndə qızı Duyğunun İlkinin yanında paltarlarının köynək və şalvarının aşağı olduğunu gördüyünü demiş, uşaqlardan soruşanda Duyğu ağlamış, Damla isə onlar olmayan zaman İlkinin evə gələrək onları soyundurmasını və pis şeylər etdiyini demişdir. İlkinin evinə gedib onu çağırmış, əsəbi olduğu üçün onu döysə də, İlkin əlindən çıxıb qaçmışdır. O, İlkini əmisinin istixanasının yanında tutmuş, şüşə butulka ilə onun başına zərbə ilə vursa da, İlkin əlindən çıxıb qaçmışdır. Arvadı polisə məlumat vermiş və növbəti gün İlkini tutmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Qalib onların tanışıdır, o, arvadı Günay və uşaqları ilə birlikdə qonşuluqda yaşayır. Qalib və ailəsi ilə yaxşı münasibətləri olmuşdur. Qalibgil evdə olmayanda qızları oğlu İlkini köməyə çağırmış, oğlu İlkin isə onlara gedib Qalibin balaca uşaqlarına baxmağa kömək etmişdir. 17 mart 2024-cü ildə axşamüstü o evə gəldikdə Qalib səs-küy salaraq evinə gəlmiş, ondan İlkinin yerini soruşub söyüş söymüşdür. Nə baş verməsini soruşanda İlkinin onun azyaşlı qızlarının başına oyun açdığını demiş Qalib İlkini döymüş, İlkin qaçıb getmişdir. Axşam küçədə Qalib yenə İlkini tutub başına butulka ilə vurub ona xəsarət yetirmiş, oğlu qaçıb getmiş, evə gəlməmiş, səhəri gün Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Pərvizin oğludur, onlarla eyni kənddə yaşayır, münasibətləri normal olmuşdur. Qalib qardaşı Pərvizin qonşusudur. 17 mart 2024-cü il tarixdə axşam küçədə səs-küy olmasını eşitmiş, maraqlandıqda İlkinin Qalibin azyaşlı qızlarına qarşı pis hərəkətlər etməsini eşitmişdir. Axşam isə Qalibin İlkini döydüyünü, başına butulka ilə vuraraq xəsarət yetirdiyini öyrənmişdir. Sonrakı gün isə İlkinin polislər tərəfindən tutulduğunu öyrənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs nəvəsidir. Şahid1 isə İlkinin atası-oğlu Pərvizgillə qonşuluqda yaşayır, həmkəndli kimi normal münasibətləri olmuşdur. Pərvizgilin ailəsinin Qalibin ailəsi ilə yaxın olmalarını, bir-birinin evinə gedib gəlmələrini bilmişdir. 17 mart 2024-cü il küçədə səs-küy eşitmiş, maraqlandıqda İlkinin Qalibin azyaşlı qızlarının başına oyun açdığını demişlər. Oğlu Pərvizgilə gedəndə İlkinin üz başının qan olmasını görmüş, Qalibin İlkini vurub xəsarət yetirdiyini öyrənmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibbi ekspertizanın 18 mart 2024-cü il tarixli, 249 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs1 arxa keçəcəyində anus dəliyi nahiyəsində qançır, arxa keçəcəyi büzən əzələdə (sfinktorda) cüzi boşalma aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən, ola bilsin ki, gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən törənmişdir, törənmə müddəti 17 mart 2024-cü il tarixə uyğun gəlir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibbi ekspertizanın 18 mart 2024-cü il tarixli, 250 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs2 arxa keçəcəyində onunla arxa keçəcəkdən cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir xəsarət və dəyişiklik aşkar edilmədi. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibbi ekspertizanın 19 mart 2024-cü il tarixli, 256 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin kəsilmiş yarası İTİ kənarlı əşyanın təsirindən törənmişdir, sol gözətrafı yumşaq toxumaları və üst dodağın hematoması, sol gözün ağlı qişasına qansızma, sağ gözaltı nahiyənin qançırı, burun sümüyünün sınığı, boyunun sol yan səthinin sıyrığı KÜT əşyanın təsirindən törənmişlər, törənmə müddətləri 17 mart 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alın nahiyəsinin kəsilmiş yarası, sol gözətrafı yumşaq toxumaları və üst dodağın hematoması, sol gözün ağlı qişasına qansızma, burun sümüyünün sınığı həm ayrı-ayrılıqda, həm də birlikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, sağ gözaltı nahiyənin qançırı və boyunun sol yan səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evidir. Baxış zamanı divan örtüyü götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan 17 mart 2024-cü il tarixli “götürmə aparılması haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 hadisə zamanı üzərində olmuş 01 ədəd bənövşəyi rəngli uzunqol, dairəvi boğazlı, ön hissəsi naxışlı köynək, 01 ədəd qara rəngli, ağ-qırmızı naxışlı don, 01 ədəd mavi rəngli şortik, 01 ədəd çəhrayı rəngli alt geyimi götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan 17 mart 2024-cü il tarixli “götürmə aparılması haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 hadisə zamanı üzərində olmuş 01 ədəd boz-qara rəngli, boğaz hissəsi zəncirbəndli pulover, 01 ədəd boz-qəhvəyi rəngli şalvar, 01 ədəd göy-ağ rəngli alt geyimi, 01 cüt mavi rəngli corab götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-psixoloji ekspertizanın 11 oktyabr 2024-cü il tarixli, 752 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 əsas fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətəri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, əhəmiyyət kəsb edən halları düzgün qavraya bilmişdir. Zərərçəkmiş şəxs2 fərdi psixi xüsusiyyətlərindən, yaş həddindən, intellektual inkişafı və emosional halından asılı olaraq, o, ona qarşı baş vermiş qanunazidd əməlin mahiyyətini qismən dərk etmişdir. O, ona qarşı törədilmiş əməli “pis iş” deyə xarakterizə edir. Azyaşlı Zərərçəkmiş şəxs2 başqalarının təsiri altına qalmaq, baş vermiş hadisənin mahiyyəti üzrə fərqli izahat vermək və ya yalan danışmağa meyilli deyildir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-psixoloji ekspertizanın 11 oktyabr 2024-cü il tarixli, 753 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əsas fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətəri, şəxslər arası konflikt problemlərinin olması vəbaşqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, əhəmiyyət kəsb edən halları düzgün qavraya bilmişdir. Zərərçəkmiş şəxs1 fərdi psixi xüsusiyyətlərindən, yaş həddindən, intellektual inkişafı və emosional halından asılı olaraq, o, ona qarşı baş vermiş qanunazidd əməlin mahiyyətini qismən dərk etmişdir. O, ona qarşı törədilmiş əməli “pis iş” deyə xarakterizə edir. Azyaşlı Zərərçəkmiş şəxs1 başqalarının təsiri altına qalmaq, baş vermiş hadisənin mahiyyəti üzrə fərqli izahat vermək və ya yalan danışmağa meyilli deyildir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-psixiatrik ekspertizanın 11 oktyabr 2024-cü il tarixli, 750 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar edilmədiyindən o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş matariallarında olan və məhkəmədə tədqiq edilən lifli materialların məhkəmə ekspertizasının 22 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları, divan üzlüyünün səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Zərərçəkmiş şəxs1 Qalib qızına məxsus 01 ədəd qara rəngli, ağ qırmızı naxışlı don üzərindən tapılmış qəhvəti rəngli poliakrilonitril liflər cinsi əlamətlərinə görə divan üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 Qalib qızına məxsus digər geyim əşyalarının üzərində divan üzlüyünün tərkib liflərindən yoxdur. Zərərçəkmiş şəxs2 Qalib qızına məxsus 01 ədəd boz qara rəngli puloverin üzərindən tapılmış qəhvəyi rəngli poliakrilonitril liflər cinsi əlamətlərinə görə divan üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs2 Qalib qızına məxsus digər geyim əşyalarının üzərində divan üzlüyünün tərkib liflərindən yoxdur. 01 ədəd divan üzlüyünün üzərindən tapılmış qırmızı rəngli pambıq liflər cinsi əıamətlərinə görə Zərərçəkmiş şəxs1 Qalib qızına məxsus 01 ədəd qara rəngli, ağ qırmızı naxışlı donun tərkib liflərinə uyğun gəlirlər. 01 ədəd divan üzlüyünün üzərində Zərərçəkmiş şəxs1 Qalib qızına məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. 01 ədəd divan üzlüyünün üzərindən tapılmış qara rəngli poliester liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2 Qalib qızına məxsus 01 ədəd boz qara rəngli puloverin tərkib liflərinə uyğun gəlirlər. 01 ədəd divan üzlüyünün üzərində Zərərçəkmiş şəxs2 Qalib qızına məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, götürülmüş divan örtüyü, azyaşlılara məxsus 01 ədəd bənövşəyi rəngli uzunqol, dairəvi boğazlı, ön hissəsi naxışlı köynək, 01 ədəd qara rəngli, ağ-qırmızı naxışlı don, 01 ədəd mavi rəngli şortik, 01 ədəd çəhrayı rəngli alt geyimi, 01 ədəd boz-qara rəngli, boğaz hissəsi zəncirbəndli pulover, 01 ədəd boz-qəhvəyi rəngli şalvar, 01 ədəd göy-ağ rəngli alt geyimi, 01 cüt mavi rəngli corab, Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, iş üzrə zərərçəkmiş şəxslərin dindirilməsi istintaq hərəkətinin görüntüləri olan 2 iki ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 12 oktyabr 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi müdafiəçisinin iştirakı ilə yerində yoxlanılmış, seksual xarakterli hərəkətlər etdiyi yerləri əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli, 519 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın psixatrik və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir RİHB-nin Əliyaqublu kənd İƏD üzrə nümayəndəliyindən verilən xx.xx.2024-cü il tarixli, 206 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilən xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış AA ******* №li AA******* №li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2015ci ildə, X4 isə xx.xx.2016-cı ildə doğulmuşdur. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə saat 20:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şəmkir rayon məhkəməsinin 4(076)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən hal Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi ilə barışıq əldə etməsi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və əməlindən səmimi peşman olması, əvvəllər məhkum edilməməsidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsi 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal (əməllərin təkrar və zərərçəkmiş şəxslərin köməksiz vəziyyət olmaqla törədilməsi maddənin dispozisiyasında birbaşa ifadə olunduğundan) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, onların qanuni nümayəndəsinin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, eləcə də istintaq hərəkəti protokollarını, habelə iş üzrə təyin edilmiş məhkəmə ekspertizaların rəylərini bir-biri ilə müqayisəli şəkildə, məcmu halda araşdıraraq həmin ifadələri, istintaq hərəkəti protokollarını və məhkəmə ekspertiza rəylərini cinayət hadisəsinin mövcudluğu, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olması, törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən və ona qarşı irəli sürülmüş ittihamın həlli üçün kifayət edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə, göstərilən sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs öz cinsi ehtirasını təmin etmək üçün 2024-cü il yanvar ayından 2024cü il mart ayının 17-ə qədər olan müddətdə Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən ünvansız fərdi yaşayış evində, qonşuları on dörd yaşına çatmayanlar, xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx.xx.2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 azyaşlı və zəif fiziki bədən quruluşuna malik olmaqla müqavimət göstərmək imkanında olmadığından, yəni köməksiz vəziyyətindən istifadə etməklə, təkrarən onlarla qeyri-təbii yolla cinsi əlaqədə olmuş və onlara qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, kimsəyə məlumat verməməsi üçün hər birinə ayrı-ayrılıqda digərini öldürüb bıçağı əllərinə verməklə hədə-qorxu gəlmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmədə azyaşlılarla qeyri-təbii yolla cinsi əlaqədə olmadığını, Duyğu ilə ancaq əl barmağını sonuncunun anal dəliyinə salıb ona qarşı seksual xarakterli hərəkətlər etməsini, bacısı Zərərçəkmiş şəxs2 qarşı isə hər hansı cinsi zorakılıq etməməsini göstərsə də, həmin əsaslar məhkəmədə araşdırılmış işin faktiki halları, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla inkar edildiyindən, törətdiyi xüsusilə ağır cinayətə görə məsuliyyət və cəzadan yaxa qurtarmaq məqsədi daşıdığı, özünümüdafiə xarakterli olduğu üçün məhkəmə həmin ifadəyə tənqidi yanaşıb sübut növü kimi qəbul etmir və gəldiyini nəticəni aşağıdakı sübutlarla əsaslandırır. İş üzrə ibtidai istintaq və məhkəmə baxışında verdikləri ifadələrdə Damla və Zərərçəkmiş şəxs1lar 2024-ci il yanvar ayının sonu Duyğu qaçıb gizləndiyi üçün Təqsirləndirilən şəxs onu tapıb mətbəxdə stolun üstündə qeyri-təbii yolla zorla cinsi əlaqədə olmasını digərlərindən fərqli olaraq Duyğunun həmin vaxt ağrının təsirindən qışqırmasını və ağlamasını göstərmişlər. Məhkəmənin qənaətinə görə məhz həmin hal zərərçəkmiş şəxs olan azyaşlıların təqsirləndirilən şəxs tərəfindən cinsi zorakılığa məruz qalmasını - onlarla qeyri-təbii yolla cinsi əlaqədə olmasını təsdiq edən obyektiv sübutlardandır. Təqsirləndirilən şəxs məhkəmə baxışında ifadəsində göstərdiyi hal- yəni əl barmağını bir neçə dəfə Duyğu İsmayılovanın anal dəliyə salmaqla sair pozğun formada öz cinsi ehtirasını təmin etməsi halı istisna edilməsə də, hazırki halda onun həm də zərərçəkmiş şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olması daha inandırıcı və işin faktiki hallarına uyğundur. Məhkəmə baxışında verilmiş ifadələrdən azyaşlı zərərçəkmiş şəxslərin onlara qarşı edilmiş psixi təsir, hədə-qorxu təhdidi altında mahiyyətini tam dərk etməsələr də, onlara qarşı törədilən hərəkəti “pis iş” kimi xarakterizə etmələri, yaş və intellektual inkişaf səviyyələri nəzərə alınmaqla hadisəni ümumi şəkildə qavramaları və onlara qarşı cinsi zorakılıq və seksual xarakterli hərəkətlərin mütəmadi olaraq 2024-cü ilin yanvar-mart aylarında təkrar edilməsi ilə artıq onlarda həmin hala “maraq” yaranması istisna edilmir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən zərərçəkmiş şəxslərin istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrinin şəxsi düşüncə (fantaziya) məhsulu-uydurma, ailə üzvləri tərəfindən qərəzli öyrədilmə, yaxud işin faktiki halları ilə bağlı məqsədli yalan söyləməsini inkar edir. Zərərçəkmiş şəxslərin bütün ibtidai araşdırma və məhkəmə baxışı zamanı göstərdikləri işin faktiki halları ilə uyğunluq təşkil etdiyi üçün məhkəmə azyaşlı zərərçəkmiş şəxsin ifadələrini də baş vermiş cinayət hadisələrini təsdiq edən sübut kimi qiymətləndirir. Məhkəmə baxışı və çıxışında müdafiə tərəfi (müdafiəçilər) Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə (əxlaqsız hərəkətlər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) tövsif edilərək barışma əsası ilə barəsində yüngül cəza təyin edilməsini bildirmişlər. Bununla bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, müdafiə tərəfi əməlin faktiki tərəfinə kifayət qədər diqqət yetirmədiyindən təqsirləndirilən şəxsin ictimai təhlükəli hərəkətləri əxlaqsız hərəkətlər kimi qiymətləndirilməsi qənaətinə gəlmişlər. Halbuki hazırki iş üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə tövsif edilməsinin əsası zor tətbiq etmə hədəsidir. İşin faktiki halları ilə müqayisəli təhlil edildikdə bu zərərçəkmiş şəxslərin həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrdə birbaşa əks olunmuş, zərərçəkmiş şəxslər azyaşlı olsalar da, təqsirləndirilən şəxsin onlara edilmiş zor tətbiq etmə hədəsini dəqiq və qəti şəkildə ifadə etmişlər. (İlkin kiməsə desək ata-anamızı öldürəcəyini, bacımı öldürüb bıçağı əlimizə verib heçnədən xəbəri olmayacağını deyirdi və sair...) Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlləri tam sübuta yetirilmişdir. Onun əməlləri ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinə görə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşn faktiki hallarından da göründüyü kimi təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməllərini səmimi qonşuluq münasibətlərinə əsasən valideynləri tərəfindən azyaşlılara qayğı göstərməklə bağlı yaranmış etibardan və inamdan sui-istifadə edərək törətməsi ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə cəzanın da təyin edilməsini zəruri edir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cəzanın məhkumun islah edilməsindən sonrakı əsas vəzifəsi və məqsədi sosial ədalətin bərpa edilməsidir. Qüvvədə olan cinayət qanunu eynixarakterli cinayətləri törətmiş müxtəlif şəxslərə bərabər həddə deyil, törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınmaqla qanunun müəyyən etdiyi həddə ədalətli cəza təyinini vacib hesab etmişdir. İş üzrə zərərçəkmiş şəxslərin 2 nəfər və doğma bacı olmaları, onların bir-birinin gözü qarşısında eyni şəxs tərəfindən cinsi zorakılığa məruz qalmaları, cinayət əməllərinin dəfələrlə təkrarlanması sonuncularda ağır psixoloji travma yaratmışdır. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkməklə islah oluna biləcəyi qənaətinə gəldiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır. İş üzrə maddi sübut olan Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş divan örtüyü, azyaşlılara məxsus 01 ədəd bənövşəyi rəngli uzunqol, dairəvi boğazlı, ön hissəsi naxışlı köynək, 01 ədəd qara rəngli, ağ-qırmızı naxışlı don, 01 ədəd mavi rəngli şortik, 01 ədəd çəhrayı rəngli alt geyimi, 01 ədəd boz-qara rəngli, boğaz hissəsi zəncirbəndli pulover, 01 ədəd boz-qəhvəyi rəngli şalvar, 01 ədəd göy-ağ rəngli alt geyimi, 01 cüt mavi rəngli corab, zərərçəkmiş şəsxlərin qanuni nümayəndəsinə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, iş üzrə zərərçəkmiş şəxslərin dindirilməsi istintaq hərəkətinin görüntüləri olan 2 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət iş üzrə mülki iddia verilməmişdir. Cinayət iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi ilə əlaqədar müəssisələrdə hər hansı vəzifə tutmaq və peşə fəaliyyəti ilə məşğul olmaq qadağan edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş divan örtüyü, azyaşlılara məxsus 01 ədəd bənövşəyi rəngli uzunqol, dairəvi boğazlı, ön hissəsi naxışlı köynək, 01 ədəd qara rəngli, ağ-qırmızı naxışlı don, 01 ədəd mavi rəngli şortik, 01 ədəd çəhrayı rəngli alt geyimi, 01 ədəd boz-qara rəngli, boğaz hissəsi zəncirbəndli pulover, 01 ədəd boz-qəhvəyi rəngli şalvar, 01 ədəd göy-ağ rəngli alt geyimi, 01 cüt mavi rəngli corab, zərərçəkmiş şəsxlərin qanuni nümayəndəsinə qaytarılsın qəbul etmədikdə məhv edilsin, iş üzrə zərərçəkmiş şəxslərin dindirilməsi istintaq hərəkətinin görüntüləri olan 2 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. Cinayət iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-382/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-382/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver