Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-383/2025 26.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi: hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, iclas katibləri X2, X4 və X3, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Qazax rayonu, Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təxminən 2 il əvvəl 180 manata nisyə aldığı 1 baş xırdabuynuzlu heyvanın pulunu ödəməməsinə görə heyvanı ona satmış ət məhsullarının satışı ilə məşğul olan Şahid1 qardaşı və şəriki Zərərçəkmiş şəxs heyvanın pulunu istəməsi və verə bilmədiyinə görə telefonda aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun özünü və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsinə görə aralarındakı məsələyə aydınlıq gətirmək üçün xx.xx.2024-cü ildə əvvəl gecə ayrıayrılıqda sonuncunun və qardaşı Süleyman Qədiməliyevin yaşadığı evə gedərək onları çağırmış, evdən çıxmaqdan imtina etdikləri üçün onların növbəti gün səhər heyvan almaq üçün Qazax rayon heyvan bazarında olmasını dəqiqləşdirdikdən sonra söyüşlə bağlı məsələni aydınlaşdırmaq üçün 14 iyul 2024-cü il tarixdə saat 05 radələrində ünvan 1 ünvanda yerləşən Qazax rayon heyvan bazarına gedib bazarda Zərərçəkmiş şəxslə özü və ailə üzvlərinin ünvanına söyüş söyməsi ilə bağlı mübahisə etmiş, öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, ictimai yer hesab olunan heyvan bazarında həmin yerdə olan şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək heyvan alqı-satqısı edən şəxslərin ticarətlərinin pozulması ətrafa şəxslərin toplaşması və narahat olmalarında ifadə olunan hərəkətlər edərək məlum olmayan tarixdə və mənbədən əldə edib üzərində daşımaqla gəzdirdiyi silah qismində istifadə etdiyi həmin bıçaqla Zərərçəkmiş şəxs qarın və sol qol nahiyyələrinə qəsdən zərbələr vuraraq sonuncuya dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid “qarının ön divarının daxilinə sirayət etməyən 2 (iki) ədəd, sol bazunun yan səthinin, sol dirsək nahiyəsinin, sol əlin 3-cü barmağının arxa səthinin tikişə ehtiyacı olan (tikilmiş) kəsilmiş-deşilmiş yaraları” və dərəcəsinə görə yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid “qarnın ön divarının daxilə sirayət edən nazik bağırsağın və müsariqənin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yara xəsarətləri yetirməklə qəsdən zərərçəkmişin sağlamlığına Ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə arasındakı münaqişənin səbəbi heyvan olmuşdur. Adilin qardaşı Süleymandan bir neçə il əvvəl bir baş quzu almış, lakin Süleymana heyvanın pulunu verə bilməmişdir. Süleyman ona problem olmadığını, “üstünü düzəldəndə verərsən” demiş, Süleymanla aralarında problem olmasa da, Adil heyvanın pulunu istəmiş ziyanda olduqlarını demişdir. Sonuncu ona telefonda nalayiq ifadələr işlətmiş buna görə də ona acıqlı olmuşdur. xx.xx.2024-cü ildə saat 05 radələrində Qazax Mal Bazarına getmiş, Adil də bazarda olmuşdur. Adilə yaxınlaşıb ona “kənara çəkib məsələni həll edək” desə də, sonuncu ona qarşı nalayiq ifadələr işlətmiş, buna görə əsəbiləşib zərərçəkmiş şəxsə bıçaqla xəsarətlər yetirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Zərərçəkmiş şəxs xəstəxana xərclərini ödəmiş və sonuncu ilə barışıq əldə etmişdir. Adil əvvəl telefonda zəng edərək pulu tələb etmiş, qardaşı Süleymanla razılaşdığını desə də, Adil razılaşmamışdır. Süleymana pulu 1 həftə ərzində qaytaracağını bildirsə də, pulu verə bilməmişdir. Adillə danışandan sonra Süleymana zəng edərək qardaşının ondan pul tələb etdiyini demiş, Süleyman isə qardaşının içkili olduğu üçün elə dediyini bildirmişdir. Sonrakı müddətdə də Adil bir neçə dəfə pulu istəmiş lakin pulu olmadığı üçün verə bilməmişdir. Adilə 3 ədəd bıçaq zərbəsi vurması yadındadır. Hadisə baş verəndən sonra Adilin qardaşı Süleyman ora gəlmiş, hadisə yerində Süleymandan əlavə tanımadığı şəxslər də olmuş, onları aralamağa çalışmışlar. Bıçağı hadisə yerindəki gölməçəyə atmış, hadisədən sonra Ağstafa şəhərinə getmiş, orada parkda olarkən, Ağstafa RPŞ-nin əməkdaşları onu saxlayıb aparmışlar. Adil ona qarşı nalayiq ifadələr işlətdiyinə görə ona bıçaqla xəsarətlər yetirmişdir. Hadisədən əvvəl bazarda Şahid2 ilə birlikdə olmuş, lakin Süleymangilin qapısına Aliklə getməmişdir. Alik özü də bazara getdiyi üçün onunla birlikdə ora getmişdir. Gecə saat təxminən 11 radələrində Süleymangilə gedib qardaşı Adillə söhbət etməsini desə də, Süleyman ona qapı arxasından çıxıb getməyi, sabah danışmağı demişdir. Hadisəni törətdiyi bıçağı isə evdən götürmüş, hadisədən sonra ordan uzaqlaşmış, Ağstafada parka gedib orda oturmuş, Ağstafaya gedərkən Alik də həmin vaxt içkili olduğu üçün yanında olmuşdur. Adildən və ailəsindən üzrxahlıq etmiş, sonuncu onu bağışlamış və barışmışdır. Adilə vurduğu ziyanı tam ödəmişdir. Hadisəni özündə olmadan, spirtli içkinin təsiri altında törətmişdir. Əməlindən peşmandır. Ata-anasının xəstə olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Namaz təxminən 2 (iki) il əvvəl qardaşı Süleymandan 180 manat dəyərində nisyə bir baş quzu alsa da, pulunu verməmişdir. Həmin quzunu da Namaza verməyi Süleymana özü demişdir. Dəfələrlə Namazdan heyvanın pulunu istəsə də, Namaz pulu verməkdən imtina edib müxtəlif bəhanələr gətirmiş, pulu verməkdən boyun qaçırmışdır. Sonradan bilmişdir ki, Namaz 14 iyul 2024-cü il tarixdə gecə əvvəl Dağkəsəmən kəndindəki ata yurdu olan qardaşıgilə, sonra da onlara gəlib çağırmışdır. Bazar günü qardaşı Süleymanla birlikdə “Qazax Mal bazarı”na getmiş, orada olanda Namaz ona yaxınlaşıb mübahisə etmiş, aralanıb getdikdən sonra isə təkrar gəlib yenidən münaqişəyə başlamış və qarın nahiyyəsinə bir neçə dəfə bıçaqla vurmuşdur. Sonra Namaz qaçıb getmiş, qardaşı onu taksi ilə xəstəxanaya aparmış, bir neçə gün orada ağır vəziyyətdə qalmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, həmkəndli olduğu üçün hələ istintaq dövründə Namazla barışmış ona dəymiş maddi ziyan ödənilmişdir. İstintaq dövründə həm polisdə, həm də notariusda ərizə vermiş, lakin sonrakı dövrdə Namaz kənddə orda burda “mən Adilə 5000 (beş min) manat pul vermişəm” dediyi üçün həmin söz acığına gəlmiş və məhkəmədə ilk dəfə dindiriləndə Namazla barışsa da, ona pul verilmədiyini demişdir. Namazdan şikayət və tələbi yoxdur, veriləcək cəzanı isə məhkəmənin mülahizəsinə buraxır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 göstərmişdir ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayır, Adil həmkəndlisi Namaz isə uşaqlıq dostudur. 13 iyul 2024-cü il tarixdə saat 15 radələrində marşrutla alış-veriş etmək üçün Ağstafa şəhərində yerləşən ticarət mərkəzinə gedərkən, Namazla görüşmüş, hal-əhval tutduqdan sonra hava isti olduğu üçün Namaz ona pivə içməyi təklif etmiş, onlar Ağstafa rayonu ərazisində yolun kənarında olan “İzoyl” adlanan yanacaqdoldurma məntəqəsi yaxınlığında düşərək kafeyə gedib 5-6 saat orda oturub pivə içmişlər. Gecə O Namazla Süleymanın evinin qarşısına gəlmiş, Süleyman ona “Qazax Mal Bazarı”da görüşüb söhbət etmələrini demişdir. Onlar təkrar kafeyə gəlib orada pivə içmiş, təxminən gecə saat 04-ə qədər kafedə pivə içdikdən sonra Namazın təklifi ilə taksi ilə Qazaxda yerləşən “Qazax Mal bazarı”na gəlmişlər. Onlar bazara gələndə təxminən 05 radələri olmuş və hava işıqlaşmışdır. Namaz ondan aralanmış adamlar və heyvanlar çox olduğu üçün hara getdiyini görməmişdir. Heyvanlara baxan zaman təxminən 10-15 metr aralıdan qışqırıq səsləri eşitmiş və adamların həyəcanlı şəkildə səsə tərəf getdiklərini görmüşdür. Maraq üçün adamların toplaşdığı yerə gəldikdə Namazın əlində qanlı bıçaq olduğunu, Adilin isə hər iki əlləri ilə yarımbükülü vəziyyətdə qarnını tutmasını, Namazın isə bazarın çıxışı istiqamətinə qaçdığını görmüşdür. O, Namazın arxası ilə gedərək ”nə etmisən, Adili niyə vurmusan, məni zibilə salmaq istəyirsən?” demiş, Namaz ona heç nə deməmiş, birlikdə yol kənarına gələrək taksi ilə Ağstafa rayonuna gəlib oturmuş, polis əməkdaşları gəlib onları əvvəlcə Ağstafa, sonra isə Qazax RPŞ-yə aparmış, sorğu-sualdan sonra buraxmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Kiçik qardaşı X13 kəndinin mərkəzində “İzoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığında ət mağazası var. Namaz onun həmkəndlisidir, əvvəl aralarında narazılıq və ədavət olmamışdır. Namaz təxminən 2 il əvvəl dəqiq xatırlamadığı tarixdə, səhər avtomobillə qapısına gələrək ondan bir baş quzu istəmiş, heyvanı Namaza vermişdir. Dəfələrlə Namaza telefonla zəng edib pulu istəsə də o, müxtəlif bəhanələr gətirərək quzunun pulunu verməkdən imtina etmişdir. 2024-cü ilin aprel ayında Namaz ona zəng vuraraq, qardaşı Adilin ondan quzunun pulunu istədiyini, mübahisə etdiklərini və Adilin onu söydüyünü demişdir. 14 iyul 2024-cü ildə gecə yatarkən qapının döyüldüyünü eşitmiş, küçədən çağıranın Namaz olduğunu bilib ona səhər gəlməyi demişdir. Həftənin bazar günü olduğu üçün səhər qardaşı Adillə “Qazax Mal Bazarı”na getmiş, orada heyvanlara baxmaq üçün bir-birindən aralanmışlar. Heyvanlara baxanda Namaz yanına gələrək ondan Adilin ünvanına söyüş söyüb, harada olmasını soruşmuşdur. Namazı sakitləşdirmiş, heyvan satan bir kişi də Namazın qolundan tutub getməsini demiş, Namaz ondan aralanmışdır. Qısa müddət sonra səs-küy düşmüş, onu tanıyanlar qardaşı Adilin dalaşdığını demişlər. Adamların toplaşdığı yerə gələndə Adilin üst başının qan olduğunu, Namazın ondan bir qədər aralıda olduğu görmüşdür. Namaz onu gördükdə özözünə söyüb qaçmağa başlamış, Namazın arxası ilə qaçsa da, onu tuta bilməmiş, Adilin yanına gəlib qolundan tutaraq bazarın girişinə getmiş, orada olan həmkəndlisi “Etiş“ ləqəbli Etibara Adilin yaralanmasını, onu xəstəxanaya çatdırmağı xahiş etmiş, qardaşını xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, özünə məxsus minik avtomobili ilə taksilik edib ailəsini dolandırır, müharibə veteranıdır. Namaz və Adil eləcə də Namazı həmkəndlisi kimi tanımışdır. Hər iki tərəflə münasibəti yaxşıdır. 14 iyul 2024-cü il ildə səhər Qazax mal bazarında qapının yanında gözləyərkən Adil, kiçik qardaşı Süleymanla birlikdə ona tərəf gəlmiş, Adilin üstü başı qan olmuş, Süleyman ona qardaşının qan itirdiyini deyib, təcili onları xəstəxanaya aparmağı demiş, yolda nə baş verdiyini soruşduqda Adilin həmkəndliləri Namaz tərəfindən bıçaqlandığını bilmişdir. Xəstəxanadan sonra evə getmiş həmkəndli olduqları üçün təkrar xəstəxanaya gəlib səhhəti ilə maraqlandıqda Adilin yaxşı olduğunu demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən “Qazax Mal Bazarı” adlanan bazarda nəzarətçi işləyir. Süleymanı tanısa da, qardaşı Adili və ona xəsarət yetirən Namazı tanımamışdır. 14 iyul 2024-cü ildə saat 05 radələrində “Qazax Mal Bazarına”nın giriş hissəsində Şahid3 ilə birlikdə dayanarkən bazarın mərkəzində səs-küy, qışqırıq səsləri eşitmiş və adamların səs gələn yerə toplaşdığını görmüşdür. Tanımadığı bir kişi ona yaxınlaşıb həyəcanlı halda qəssab Süleymanın qardaşının bıçaqlandığı demişdir. Sonradan isə hadisənin bir neçə il əvvəl aldığı quzunun pulunun vermədiyinə görə Namazla Adil arasında yaranmış mübahisə vaxtı söyüş söyülməsinə görə olduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 da Şahid4la eyniməzmunlu ifadə verib, göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmiş, hadisənin baş verməsini və tərəfləri sonradan öyrəndiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 07 avqust 2024-cü il tarixli, 287 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - qarnın ön divarının 3 (üç) ədəd və birinin daxilə sirayət edərək, nazik bağırsağın və müsaqirəsinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası, sol bazunun yan səthinin, sol dirsək nahiyyəsinin, sol əlin 3-cü barmağının arxa səthinin tikişə ehtiyacı olan (tikilmiş) kəsilmiş-deşilmiş yaraları, kəsici-deşici əşyanın təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qarının ön divarının daxilə siyarət edən, nazik bağırsağın və müsaqirənin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Qarının ön divarının daxilə sirayət etməyən 2 (iki) ədəd, sol bazunun yan səthinin, sol dirsək nahiyyəsinin, sol əlin 3-cü barmağının arxa səthinin tikişə ehtiyacı olan (tikilmiş) kəsilmiş-deşilmiş yaraları isə dərəcəsinə görə sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində qarşılıqlı münaqişəyə xarakterik hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 246 №li rəyindən görünür ki, Şahid1 bədənində aşkar edilmiş xəsarətlər sol baldırın yuxarı 1/3-nin yan səthinin tikişə ehtiyacı olan kəsilmiş-deşilmiş yarası, kəsici deşici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 657 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmiş, gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməllərinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi mxüsusiyyətlərən malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosimal halda olmuşdur. Onun keçirdiyi həmin emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi kriminalistik ekspertizasının 21 noyabr 2024-cü il tarixli, 7/601 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində solda 03 (üç) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlərin) tiyəsinin təsirindən əmələ gələ bilərdilər. - Köynəyin ön hissəsində olan 7 ədəd düymədən yuxarıdan 5-ci düymə öz müvafiq yerində yoxdur, 3-cü düymə cırılıb tikiş sapından sallanıb, köynəyin sol yan hissəsində isə 6,7-ci düymələrə müvafiq ilgəklərin cırılması aşkar edildi. Bu zədələr köynəyin müvafiq nahiyyəsinə fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdilər. -Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxsluna məxsus şalvar və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilmədi. -Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəni üzərində qarının ön divarında olan 3 ədəd kəsilmiş-deşilmiş yaralar ilə yerləşmə nahiyyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. -Zərərçəkmiş şəxs sol bazunun yan səthində, sol dirsək nahiyyəsində və sol əlin 3cü barmağının arxa səthində olan kəsilmiş-deşilmiş yaralar ekspertizaya təqdim edilmiş paltarlarda öz əkslərini tapmamışlar, bu da paltarların həmin nahiyyələri örtməməsi ilə izah oluna bilər. İş üzrə təyin edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 742/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta (İİ). Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, cins şalvar və bir cüt ev başmağı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigeni alındı. Bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmədə araşdırılan 15 iyul 2024-cü il tarixli “əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, zərərçəkmişin qardaşı Şahid1 təqdim etdiyi hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd cins materialdan olan şalvar və 01 cüt ayaqqabı qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan 14 iyul 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri ünvan 5 ünvanında yerləşən “Qazax Mal Bazarı” adlanan heyvanların satışı və alışı bazarıdır. Hadisə yerinə baxış Şahid1 iştirakı ilə keçirilmiş, sonuncu qardaşının bıçaqlandığı ərazini əyani göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq, Qazax rayon Polis Şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-xx-xx/12584/2024 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə 14 iyul 2024-cü il tarixdə saat 05 radələrində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı ünvan 7 ünvanda yerləşən “Qazax Mal Bazarı” adlanan bazarda Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs bir neçə dəfə zərbə vurub sonuncuya xəsarət yetirmiş, cinayətin aləti olan bıçağın tapılması mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında xx.xx.2024-cü il tarixdə saat 10:34:20 də zəng olmuş və 95 saniyə danışıq aparılmışdır. xx.xx.2024-cü il tarixdə saat 21:35:34 dəqiqədə zəng olmuş aralarında 148 saniyə danışıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23:33:37 dəqiqədə zənglər olmuş 40 və 27 saniyə danışıq olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1, 177.3.2, 320.1 və 66.3-cü maddələrinə əsasən 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2014cü ildə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 1(100)- 113/2025 saylı cinayət işi hazırda icraatdadır. İş materiallarında olan və məhkəmədə araşdırılan Qazax rayon Psixiatriya Xəstəxanasından verilmiş 12 sentyabr 2024-cü il tarixli, 1757 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağstafa Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən verilmiş 12 sentyabr 2024-cü il tarixli, 18-1-24/2-557/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağstafa RMX PHŞ-in Polklinika şöbəsinin narkoloji və psixiatr kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərar”-dan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd cins materialdan olan şalvar və 01 cüt ayaqqabı maddi sübut kimi tanınmış və Ağstafa RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağstafa RİHB-nin Dağ Kəsəmən İƏD üzrə nümayəndəlikdən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə arvadı və oğlu ilə birlikdə yaşamış və müsbət xarakterizə edilir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-283/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qazax RPŞ rəisinə ünvanlanmış ərizədən və eyni tarixli və eyniməzmunlu Qazax notariat kontorunda verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmış və onun xəstəxanada çəkdiyi xərclər ödənilmişdir. Məhkəmədə dəymiş zərərin ödənilməsi ilə bağlı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Qazax RPŞ-nin istintaq bölmə rəisi X9 göstərdi ki, hadisə vaxtı məzuniyyətdə olmuş, sonradan gəldikdən sonra istintaq bölmə rəisi kimi cinayət işi ilə maraqlanmış, hər iki tərəf - həm zərərçəkmiş şəxs, həm də təqsirləndirilən şəxsin atası ona müraciət etmişdir. Belə ki, zərərçəkmiş şəxs maddi imkanı olmadığına görə çətinliyə düşdüyünü, buna görə də çəkdiyi xəstəxana xərclərinin ödənilməsini, təqsirləndirilən şəxsin atası Razim isə oğluna barəsindəki cinayət işində köməklik göstərilməsini xahiş etmişdir. Tərəflər öz aralarında sonda 5000 (beş min) manata razılaşmış, zərərçəkmiş şəxs ilkin olaraq əlyazma ilə ərizə yazsa da, rayon prokuroru notarial ərizə verilməsini təklif etmiş, zərərçəkmiş şəxs notarial ərizə yazıldıqdan sonra pulun ona veriləcəyində şübhəli olduğunu dediyi üçün qeyd edilən vəsait onun xidməti otağında qalmış, tərəflər notariusdan gəldikdən sonra eyniməzmunlu ərizə müstəntiq tərəfindən də tərtib etmiş, otaqda təqsirləndirilən şəxsin atası Razim onun yanında Adilə 5000 (beş min) manat pulu vermişdir. Məhkəmədə göstərilən xüsusatlara bağlı əlavə şahid qismində dindirilmiş Qazax RPŞ İB-nin müstəntiqi X1 da eyniməzmunlu ifadə verərək təqsirləndirilən şəxsin atasının zərərçəkmiş şəxsə 5000 (beş) min manat pul verildiyini sonradan həmin pulun təqsirləndirilən şəxs tərəfindən geri istənilməsi, yaxud qaytarılması aralarında hansısa anlaşılmazlıq olmasından məlumatsız olduğunu bildirmişdir. Məhkəmə, himayəsində azyaşlı uşağının olması Azərbaycan Rеspublikası CM-nin 59.1.4-cü maddəsində göstərilən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Rеspublikası Azərbaycan Rеspublikası CM-nin 59.1.12-ci maddəsinə dəymiş ziyanı tam olaraq ödənilməsini Azərbaycan Rеspublikası CM-nin 59.1.13-cü maddəsinə zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmamasını, əməlindən səmimi peşmanlıq çəkməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan tərəflərin ifadələri, ekspertiza rəylərini, hadisə yerinə baxış ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi var, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə...müşayiət edilən qərəzli hərəkətlər silahdan və silah qismində istifadə edilən əşyalardan törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və törətdiyi əməlin ictimai təhlükəliliyi nəzərə alınmaqla təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan qanunvericiliyin imkan verdiyi aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etməklə və cəzaları qismən toplamaqla cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Müdafiə tərəfinin şəxsə təyin ediləcək cəzanın şərti tətbiq edilməsi yaxud daha aşağı həddə və ya daha yüngül cəza təyin edilməsi ilə bağlı göstərdiklərinin əksinə olaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsi, yaxud maddənin sanksiyasında nəzərdə tutulan həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzasının yaxud digər yüngül cəza növünün təyin edilməsi, işin faktiki halları, törədilmiş əməlinin ictimai təhlükəliliyi və xarakteri və təqsirləndirilən şəxsin şəxsiyyəti ilə tərs mütənasibdir, sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah olunması, cəzanın ümumi və xüsusi xəbərdaredici funksiyası ilə uyğun deyil və ədalət mühakiməsinin mənafeyi ilə ziddiyyət təşkil edir. İşin faktiki halları yəni, Təqsirləndirilən şəxs hadisə vaxtı (təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə intiqam almaq üçün xəsarət yetirmək məqsədilə eyni gün bir neçə dəfə sonuncu ilə münaqişə yaradıb aralarındakı söyüş məsələsinə aydınlıq gətirmək istəməsi, əvvəlcə gecə yarı Dağ Kəsəmən kəndindəki qardaşıgilə və sonuncunun evinə, sonra isə səhər Qazax heyvan bazarına gedərək zərərçəkmiş şəxsi tapıb ətrafda şəxslərin olmasına baxmayaraq öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyaraq ona bir neçə dəfə qarın (münaqişə yaratmaqda təkidli olması) əldə edib üzərində saxladığı və zərərçəkmiş şəxslə aralarındakı məsələni həll etmək üçün özüylə götürdüyü kəsici deşici alətlə (bıçaqla) xəsarət yetirməsi) və hadisədən sonrakı davranışları (tibbi yardım göstərmək yerinə qaçaraq ərazidən uzaqlaşması, hazırki işə aidiyyəti olmasa da hadisə yerinə gəlmiş və baş vermiş hadisəni görüb onu tutmağa çalışan zərərçəkmiş şəxsin qardaşı Şahid1 ehtiyatsızlıqdan da olsa yüngül bədən xəsarəti yetirməsi, hadisədən sonra üzrxahlıq etmək, zərərçəkmiş şəxsə zəruri tibbi yardım göstərmək əvəzinə hadisə yerindən qaçaraq yayınması və sonradan anacaq polis əməkdaşları tərəfindən saxlanılması) təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməlinin planlı şəkildə, əvvəlcədən nəticələri görərək və arzulayaraq birbaşa qəsdlə törədilməsini göstərir. Nəzərdən qaçırılmamalıdır ki, hazırki mərhələdə məhkəmədə şəxsin bu hadisədən əvvəl törədilməsində ittiham edildiyi cinayət işi mövcud olsa da, təqsirləndirilən şəxs barəsində cinayət təqibi aparılmasını nəzərə almadan bu dəfə digər ağır cinayət hadisəsi törətmişdir ki bu da onun şəxsiyyətinin ictimai təhlükəliliyininin yüksək olduğunu, islah üçün mütləq şəkildə cəmiyyətdən təcrid edilməsini zəruriliyini göstərən haldır. Məhkəmə qeyd edir ki, zərərçəkmişin sol yuxarı ətrafında (qol, bazu dirsək və əlində) olan xəsarətlər də aralarındakı münaqişə zamanı Zərərçəkmiş şəxs özünü bıçaq zərbələrindən qorumaq istəməsi, Təqsirləndirilən şəxs isə ona bilavasitə ağır xəsarət yetirmək niyyətini təsdiq edən və qəsdini göstərən obyektiv hallardır. Həmçinin məhkəməyə təqdim və tədqiq edilən Ağstafa RPŞ tərəfindən təqdim edilən sənədlərdən və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, məhkəmənin çağırışından yayındığı müddətdə, yəni 2025-ci il may ayının 8-də Təqsirləndirilən şəxs yenidən hüquqazidd əməl törədib ailə üzvlərinin satdığı fərdi yaşayış evinin pəncərəsini sındırıb benzin tökərək yandırmağa cəhd etmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 202-1-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. Bu da şəxsin islah olunmazlığını göstərməklə azadlıqdan məhrum etmə növündə cəza təyinini və təyin ediləcək cəzanın çəkilmə zəruriliyini mütləq edir. Cinayət işi üzrə yuxarıda qeyd edilən - əməlinin və onu törədən şəxsin ictimai təhlükəliliyinə əsas verən hallar gələcəkdə oxşar hadisələri törətmiş şəxslərdə zərərçəkmiş şəxslərlə barışıq əldə edildikdən və dəymiş zərər ödənildikdən sonra daha yüngül azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi kimi əsassız ehtimalların, cəmiyyətdə cəzasızlıq mühitinin yaranmasının qarşısının alınması üçün məhkəmə tərkibi təqsirləndirilən şəxsin ancaq təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını rejim daxilində real çəkəcəyi halda islah olacağı qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəyə əsasən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını - ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, göstərilənlərə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut olan və Qazax RPŞ-də saxlanılan zərərçəkmiş şəxsə məxsus 01 ədəd qısaqol köynək, 01 ədəd cins materialdan olan şalvar və 01 cüt ayaqqabı Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 126.1 və 221.3-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə isə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Qazax RPŞ-də saxlanılan zərərçəkmiş şəxsə məxsus 01 ədəd qısaqol köynək, 01 ədəd cins materialdan olan şalvar və 01 cüt ayaqqabı Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(100)-383/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-383/2025
26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver