Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-384/2024 05.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakimləri Məmmədov Abdulla Elşad oğlu, (sədrlik edən) Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X5, X4 və X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və X8, zərərçəkmiş şəxsin hüquqi varisi X13, təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1989-cu ildə Qazax rayonu Saloğlu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, əvvvəllər məhkum olmamış Ağstafa rayonu Saloğlu qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin İnzibati Binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Vaz 2105” markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yaşadığı Ağstafa rayonu Saloğlu qəsəbəsində kəndarası yolda hərəkətdə olarkən Ağstafa rayonu, Düzqışlaq kənd sakini Şahid3 idarə etdiyi içərisində X7 da olduğu “Vaz 21011” markalı, ** BH *** qeydiyyat nişanlı avtomobilə yol verməməsi ilə bağlı aralarında sözlə mübahisə yaranmış, Şahid3 avtomobilində olan sərnişini həmkəndlisi Şahid5 Ələsgər oğlunun müdaxiləsindən sonra mübahisəyə son qoyulmuş, Şahid3 avtomobillə Şahid5 evlərinə düşürtmək üçün getmiş, o isə kəndarası yolda, Orxan Əlizadə və digərləri ilə arasında olan “məsələni aydınlaşdırmağa” kömək etmək üçün əvvəlcədən yanına çağırdığı qohumları Şahid2 və Şahid11lə avtomobildə yaranmış nasazlığı təmir etməyə çalışmış, həmin vaxt həmkəndlisi Şahid1 İsa oğlu da onun yanına gəlmiş, Şahid5 evinə düşürtdükdən sonra yaşadığı Düzqışlaq kəndinə getmək üçün onun dayandığı yerə tərəf hərəkətdə olan Şahid3 idarə etdiyi, içərisində X14, Şahid8 və Şahid4 olduğu avtomobil onların olduğu yeri keçib bir qədər irəlidə nasazlıqla əlaqədar hərəkəti dayandırdıqdan sonra tərəflər arasında yenidən yaranmış sözlə mübahisə zamanı Şahid1la Orxan Əlizadənin ortaq tanışları olması məlum olduqdan sonra yenidən mübahisəyə son qoyulmuş, Şahid1 Orxan Əlizadə ilə söhbət edərək maşınların hərəkətdə olduğu istiqamətdə piyada gedərək küçəni sola dönüb Saloğlu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasına doğru getmiş, O isə arxaları ilə həmin yerə gəldikdən sonra Orxan Əlizadənin “baxma bura sənin kəndindi mən də bu rayondanam mənim burda qabağımı kəsən oğlanın var yoxunu....” deyib əlini yüngülcə onun sifətinə toxundurmasını özünə qarşı təhqir hesab etmiş, aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qisas almaq üçün öldürmək məqsədi ilə istintaqa məlum olmayan məhdud səthə malik küt əşya(lar) ilə Orxan Əlizadənin yuxarı və aşağı ətraflarına və həyat üçün mühüm olan baş nahiyyəsinə ilkin kontakt yeri alın nahiyyəsi olmaqla zərbə(lər) vurub hər iki dirsək oynağı və sağ əlin arxa səthinin, hər iki baldırın ön səthinin çoxsaylı sıyrıqlarından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətlərini, baş beynin ağır dərəcəli əzilməsi, hər iki alın payının intraparenximal hematoması, sol gicgah, təpə, alın nahiyəsinin subdural hematoması, alın və təpə sümüklərinin xətti sınıqları, alın və sol sifət nahiyyəsinin sıyrılmış yarası ilə müşayiət olunan qapalı kəllə beyin travmasından ibarət həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid, başın qapalı küt travması nəticəsində hər iki alın payının intraparenximal hematoması, sol gicgah, təpə, alın nahiyyəsinin subdural hematoması ilə ağırlaşmış, alın və təpə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş-beyinin ağır dərəcəli əzilməsi nəticəsində xx.xx.2023-cü il tarixədək koma vəziyyətində qalaraq həmin tarixdə ölümünə səbəb olan bədən xəsarətləri yetirib sonuncunu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə təqsirli bilirək göstərdi ki, nə zərərçəkmiş şəxsi, nə də yanında gəlmiş şəxsləri tanımamış, onlarla əvvəl ədavət yaxud düşmənçiliyi olmamışdır. Hadisə günü Rozadan borca pul almaq üçün onunla danışmış və sonuncu ilə görüşüb onu qəsəbədən kəndə gətirmiş, onu düşürəndən sonra qaz paylayıcının yanına getmiş, Rozanı qardaşı Əlixanın yaşadığı evə öz avtomobili ilə aparmışdır. Avtomobildə Roza ona 1000 manat pulu sayıb vermiş, o yolun bir kənarında təpədə dayanmış yanından keçib getməyə yer olmuşdur. Aşağıdan üzü təpəyə doğru qırmızı rəngli Vaz 21011 markalı, dövlət nömrə qeydiyyat nişanını xatırlamadığı avtomobilin qalxmış, həmin avtomobilin keçə biləcəyini ehtimal etdiyi üçün avtomobilin içərisində oturmuşdur. Lakin sürücü pəncərədən başını çıxarıb əlini ona tərəf uzadıb nəsə demiş, avtomobilin sürücü, ön və arxa tərəfdən qapıları açılmış, həmin şəxslər düşüb üstünə gəlmiş və aralarında mübahisə yaranmışdır. Sözlə mübahisədən sonra həmin Vaz 21011 markalı avtomobil sürüb getmiş, özü Rozadan götürəcəyi pulun azlıq edəcəyini hesab edib yenidən Rozanın düşürtdüyü yerə qayıtmış, qaz paylayıcı olduğu yerə getmişdir. Həmin vaxt əvvəlcədən biryerdə Ağstafaya getməyi razılaşdıqları qohumları Valeh və Səlimə zəng edib onlara yolun qırağına gəlmələrini demiş, sonuncularla biryerdə olarkən həmin qırmızı rəngli Vaz 21011 markalı avtomobillə rastlaşmış avtomobilin içərisindəki 5 nəfər düşmüş, həmin şəxslərin içində yalnız həmkəndlisi Rəşadı tanımış, digərlərinin kim olduğunu bilməmişdir. Aralarında mübahisə yaranmış və yenidən çıxıb getmişlər. Həmin vaxt tanışı Röyal da dükanın yanına gəlmiş, ondan həmin şəxslərin niyə belə etdiyini soruşduqda Röyala həmin adamları tanımadığını biraz əvvəl yol vermək üstündə mübahisələri olduğunu sonradan da yenidən qayıdıb mübahisə etdiklərini demişdir. Biraz sonra həmin şəxslər Rəşadı evinə düşürüb geri qayıtmış, yanından keçib maşını qabaqda saxlamış, dördü də maşından düşüb olduğu yerə tərəf gələndə Valeh və Səlimlə dayandığı onlara tərəf getmişdir. Röyal, həmin şəxslərə “nə olub niyə mübahisə edirsiz” demiş sonradan isə söhbət zamanı adı Orxan olan və içkili olduğu aşkar görünən şəxs həmkəndlisi Röyalla tanış çıxmış, Röyal həmin şəxslərə “mübahisə etmək lazım deyil çıxın gedin” deyəndən sonra Röyal Orxan ilə söhbət edə-edə hadisənin olan yerə tərəf getmiş, Orxan gedəndə əl edib onu yanlarına çağırmışdır. Orxanla Röyalın yanına getmiş, döngəni dönüb biraz irəli gedib dayanmışlar. Səlimgilin və Orxanın gəldiyi şəxslərin olduğu yer görünməmiş orada ancaq özü, Röyal və Orxan olmuşdur. Röyalla Orxan söhbət etmiş Orxan ona “baxma bura sənin kəndindir, mən də bu rayondanam, mənim qabağımı kəsən oğlanın var-yoxunu belə-belə edərəm....” deyib nalayiq ifadə işlətmiş və ona qarşı yumruq atmışdır. Qarşılıqlı durarkən aralarında təxminən yarım metr məsafə olmuşdur. Ürəyindən əməliyyat olduğu üçün sonuncunun vuracağı zərbədən özünü qoruyub kənara çəkilmiş və hər iki əli ilə Orxanın sinəsindən möhkəm itələmişdir. Orxan arxası üstə gedərək təxminən 70-80 sm məsafədə arxada olan daş hasara, sonra da yerə yıxılıb sol üzü üstə dəmir turbaya çırpılmışdır. Bundan qorxub qaçaraq evinə getmiş, arvadı və bacısına hadisəni danışıb gedib oğlana baxmalarını demişdir. Sonradan isə xəstəxanada olan tanışından Orxanın vəziyyəti ilə maraqlanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki hadisə içkili vəziyyətdə olan mərhum Orxanın onu təhqir edərək nalayiq ifadə işlətməsi və ona yumruq atmasına cavab olaraq sonuncunu hər iki əli ilə divara itələyin çırpması nəticəsində olmuş, onun zərərçəkmişə xəsarət yetirmək, yaxud öldürmək məqsədi olmamışdır. Hadisə ehtiyatsızlıqdan olmuş, sonradan da qorxduğu üçün hadisə yerindən qaçıb getmişdir. Azyaşlı uşaqları var və xəstəlikdən əziyyət çəkir. Özünü Cinayət Məcəlləsinin 124-cü ehtiyatsıqlıqdan adamöldürmə maddəsi ilə təqsirli bilir və ona aşağı cəza verilməsini istəyir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X20 göstərmişdir ki, mərhum Orxan Əlizadə oğlu olmuş, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ona sahə rəisi zəng edib “Orxangil dalaşıb, xəstəxanaya gətiriblər, deyəsən sərxoşdur, ayılmır.” demişdir. Dərhal xəstəxanaya getmiş, xəstəxananın həyətində Orxanın qayınları Şamxal və Həmid, qayınlarının dostu Nurlanı görmüşdür. Nə olmasını soruşanda yanında olan şəxslər Orxanın nə ilə vurulduğunu görmədiklərini demişlər. X3 qəsəbəsində olan meşəlik sahədən qayıdanda yolda tanımadıqları avtomobillə qarşılaşdıqlarını, mübahisə yarandığını, qəsəbə sakini Baloğlan adlı şəxsin oğlunu vurub qaçdığını öyrənmişdir. Sonradan bilmişdir ki. hadisə vaxtı Baloğlanın yanında tanışı Röyal adlı şəxs də olmuşdur. Röyal oğlu Orxana “səni tanıyıram, nə məsələdi? gəl söhbət edək, ayıbdır” demişdir. Röyal Baloğlan ilə oğlu Orxanı digər istiqamətə, digərlərinin görə bilməyəcəkləri tərəfə aparmışdır. Digərləri maşının yanında olmuş yaranmış nasazlığı aradan qaldırmağa çalışmışlar. Qısa müddət sonra əvvəlcə Həmid arxası ilə Şamxal və Nurlan avtomobilin yanından Orxanla Röyalın getdiyi tərəfə getmiş, Orxangilin olduğu yerə çatanda görmüşlər ki, Orxan hadisə baş verən yerdə divardan təqribən bir metr aralıda yolun kənarında kürəyi üstdə yerdədir, Röyal adlı şəxs də yanındadır. Həmid nə olduğunu Orxanı kimin vurduğunu soruşanda X23 Baloğlanın vurub qaçdığını demişdir. Hadisə vaxtı orada olmamış, olanları Şamxal, Həmid və digərlərinin danışığı eləcə də özünün hadisə ilə bağlı şəxsləri sorğu-sual etməsi ilə öyrənmişdir Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamışdır. Ümumiyyətlə ondan kimsə hadisəyə görə üzrxahlıq etməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilib, ona ən ağır cəza verilməsini istəyir. Həmçinin məsuliyyətdən kənarda qalmış digər şəxs Röyalın da məsuliyyyətə cəlb edilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, hadisə baş verən gün mağazaya getmək üçün evdən çıxmış və yolda Baloğlanı görmüşdür. Baloğlan maşını təmir etmiş, köməyə ehtiyacı olub-olmadığını soruşmuş, söhbət əsnasında qarşı tərəfdən “Vaz 011” markalı, qırmızı rəngli maşın gəlmiş, maşındakı şəxs Baloğlana nəsə deyib və yumruq işarəsi göstərmiş, bir qədər irəlidə maşını saxlayıb onlara yaxınlaşmış, maşından 4 nəfər düşmüş, bir şəxs mənə yaxınlaşıb onu tanıyıb-tanımadığını soruşmuşdur. Nə baş verdiyini soruşanda Orxan yanına gəlmiş, Baloğlan gəlib Orxanla mübahisə etmiş, Orxanın qoluna girərək onunla söhbət etməyə başlayıb, maşının yanından uzaqlaşdırmış, tinə burulub içkili olduğu üçün mübahisə etməməsini demişdir. Söhbət edərkən Baloğlan onlara yaxınlaşmış, Baloğlana Orxanla tanış olduğu demiş, Baloğlan “Orxangil düzgün hərəkət eləmədilər” deyəndə Orxan da Baloğlana “sən yolkəsənlik elədin” demiş, Orxan çıxıb gedəndə Baloğlana dönüb yavaş səslə “ağıllı ol”d emiş, bu vaxt aralarında mübahisə yenidən yaranmışdır. Onları ayırmağa çalışsa da, alınmamış, Baloğlan Orxanı itələyərək qaçıb getmiş, Orxanın başı divara dəyib ordan keçən qaz turbasının üstünə yıxılmışdır. Ətrafdakılardan çağıraraq kömək istəmiş, əlini salıb Orxanın dilini çıxartmış, həmin vaxt Orxan qusmuş, onunla birlikdə səsinə gələn şəxslər təcili tibbi yardıma zəng edib xəbər vermişlər. Orxan təcili yardıma və səs-küyə ehtiyac olmadığını demiş, borunun üzərində əyləşmiş, polis əməkdaşı sahə rəisi hadisə yerinə gəldikdən sonra isə özü hadisə yerindən çıxıb getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, ilk olaraq Baloğlanla Orxanın mübahisə etmək niyyəti olmamış, onları ayırmağa çalışsa da, qarşılarını ala bilməmişdir. Baloğlan Orxanı itələmiş, Orxanın başı divra sonra da üzü yerdəki qaz turbasına dəymişdir. Baloğlan Orxanı iki əli ilə var gücü ilə arxaya doğru itələmiş, Orxan yerə yıxılanda dəmir torbaya boru ilə divarın arasındakı yerə düşmüşdür. Orxanla tinə doğru gedəndə Baloğlanı heç kim yanlarına çağırmamış, Baloğlanın niyə yanlarına gəlməsini bilmir. Baloğlan Orxanı itələyib yıxdıqdan sonra qaçıb getmiş, Baloğlanı səsləsə də sonuncu geri qayıtmamışdır. Baloğlan Orxanı iki əli ilə itələmiş, Baloğlanla Orxan arasında 60-70 sm məsafə olmuş, üzü boruya dəyərək iki əli və üzü üstə yerə yıxılmış, yıxılanda üzü boruya dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, hadisə günü işdən gəlib çörək üçün marketə getmiş, əmisioğlu Baloğlanın mağazanın qabağıda dayandığını görüb ona kömək etməyə başlamışdır. Maşını düzəldəndən sonra Baloğlan onu aparıb evə düşürmüş və işi olduğunu demişdir. Təxminən yarım saat sonra Baloğlan ona zəng edib, gəlib maşınının təmirinə kömək eləməyi, ətrafda içkili şəxslərin olduğunu demiş, təmirə kömək üçün qohumları Valehlə birlikdə Baloğlanın yanına getmişdir. Baloğlanın yanında olarkən qırmızı rəngli maşın gəlib qarşıda saxlamış, maşındakılar düşüb üzərlərinə gəlmişlər. Hərəkətlərindən içkili olduqlarını başa düşüb, vəfat edən şəxs Baloğlana yaxınlaşanda Baloğlan “içkilisən, mübahisəyə ehtiyac yoxdur, çıxın gedin evinizə” demiş, mübahisə yaranmış, ətrafdakı şəxslər onları ayırmağa çalışmış, maşın yenidən nasaz olduğu üçün itələyərək maşını düzəltməyə çalışmışlar. Geriyə qayıdan həmin maşın yenidən gəlib qarşılarında bir qədər irəlidə dayanmış, Valeh və həmkəndliləri Baloğlanın xəstə olduğunu, mübahisəyə ehtiyac olmadığını demiş, vəfat edən şəxs Orxan isə Baloğlanı çağırmış, onların danışaraq mübahisəyə son qoyacağını fikirləşmişdir. Qısa müddət sonra yanlarına gedəndə Orxanı yerə yıxılmış, və xəsarət almış vəziyyətdə görmüşdür. Yanında Röyal olmuş, onu qaldıraraq əyləşdirmişdir. X17 itələdiyini sonra öz evlərinə tərəf getdiyini demişdir. Mübahisə vaxtı kimin dediyini bilməsə də nalayiq ifadələr işlədilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, hadisə baş verən gün işdə olmuş, evə gələndə dayısı Baloğlangilə getmişdir. Dayısı onu düşürüb getmiş və işi olduğunu demişdir. Yarım saat sonra dayısı zəng edib, maşın xarab olduğu üçün köməyə yanına çağırmış, dayısının yanına getmişdir. Hadisə yerinə əmioğlusu Səlimlə getmiş, ora çatanda sonradan mübahiəs olduğunu bildiyi qarşı tərəfin maşını gəlib yanlarından keçib bir neçə metr qabaqda xarab olub qalmışdır. Qarşı tərəf dayısının üzərinə yerimiş, mübahisə yaranmışdır. Qarşıdakı nasaz maşındakı şəxslərdən ancaq “Yaşka” ləqəbli şəxsi həmkəndliləri Rəşadı tanımışdır. Bir müddət sonra dayısı ilə mərhum və Röyal olduqları yerdən küçənin tininə tərəfə burulmuş, təxminən 10-15 dəqiqə sonra səs-küy gəlmiş, həmin yerə gedəndə mərhumu Röyalın qucağında görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Orxangilin yanlarına gedəndə mərhum Orxan yaralı vəziyyətdə Röyalın qucağında görmüş, mərhumun danışdığını və nəsə dediyini görməmiş, dayısının mərhumu niyə və necə vurduğuğu itələdiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, hadisə baş verən gün saat 15:00 radələrində işdən gəlib, yorğun olduğu üçün yatmışdır. Axşam saat 17:00- 18:00 radələrində Baloğlan evə həyəcanlı şəkildə daxil olub adam itələyib yıxdığını demişdir. Əvvəlcə özü, təxminən 15 dəqiqə sonra isə baldızı hadisə yerinə getmiş, gedəndə şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu, ağzından maye gəldiyini görmüşdür. Ona yardım edib kənara çəkmiş, Orxan danışa biləcək vəziyyətdə olmamış, onu qaldırıb əl-üzünü yumağa başlamış, lakin mərhumun yanındakı şəxslər onlara qarşı nalayiq ifadələr işlətmiş, mübahisə baş vermiş, “Yaşka” ləqəbli həmkəndliləri Rəşad gəlib “qonağıma qarşı hörmətsizlik edirsiz”demiş, həmin vaxt orda mübahisə yaranmışdır. Mərhumu əvvəlcədən tanınmamış, Baloğlanın əvvəl heç kimlə ədavəti olmamışdır. Sonradan hadisənin yol verilməməsi üstündə olduğunu bilmiş, mübahisəni isə “Yaşka” ləqəbli şəxs başlatmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, özü hadisə yerinə gələndə mərhum uzanıqlı vəziyyətdə olmuş, mərhuma köməklik etməyə çalışmışdır. Mərhumu əvvəlcə tanımamış, hadisənin niyə olmasını Baloğlandan dəqiq soruşa bilməmişdir, mərhum ölənə qədər xəstəxanaya getməmişdir. Yoldaşının mərhumu öldürmək niyyəti olmamış, sonradan ərinin deməsinə görə itələyəndə, o yıxılıb xəsarət almışdır. Hadisə yerinə gedənə qədər orada mərhumla birlikdə 4 nəfər olmuş, eləcə də Röyal adlı qonşuları olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, hadisə günü saat 19:00 radələrində yatdığı vaxt Əfsanə onu oyadaraq dedi ki, Baloğlan adam itələdiyini və ona kömək etməyi istəmişdir. Gedəndə ətrafdakıların yaralı şəxsi borunun üzərində əyləşdirib, üzünə su vurub oyatmağa çalışdıqlarını görmüş, daha sonra qara rəngli maşın gəldiyini, xəsarət almış şəxsi həmin maşına qoyub apardıqlarını görmüşdür. Hadisənin hansı şəraitdə, niyə baş verdiyini görməmişdir. Baloğlan evə gəlib onları köməyə çağırmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” tarixli protokoldan görünür ki, hadisə yeri Ağstafa rayonu Saloğlu qəsəbəsi ərazisində, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasına doğru gedən küçədə, nümayəndəliyin binasına tərəf dayandıqda yolun sol tərəfində mişar daşından hörülmüş hasarın qarşısıdır. Hasarın qarşısında üzərində ağ rəngli boya ilə “555” yazılmış qara rəngli dəmir dirək, həmin dirəkdən icra nümayəndəliyinin binasına doğru 3,15 m məsafədə isə digər dəmir dirək yerləşir. Üzərində “555” yazısı olan qara rəngli dirəyin hündürlüyü ölçülərək müəyyən edildi ki, hündürlüyü 33 m, diametri isə 10.5 sm-dir. Hasardan qara rəngli dirəyə kimi məsafə 76 sm-dir. Qeyd edilən hissədə hasarın hamar səthinin hündürlüyü ölçülərək 167 sm, günbəz hissəsinin hündürlüyü ilə birlikdə isə 180 sm olduğu müəyyən edildi. Hasarın qarşısında küçə boyu yerə yaxın məsafədə qaz turbası keçir. Qaz turbasından hasara kimi məsafə 69 sm-dir. Qaz turbasının alt səthindən yerə kimi məsafə 46 sm-dir. Hasarın tinindən hadisə yerindəki dirəyə kimi məsafə 17,20 m-dir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Ağstafa Rayon Saloğlu qəsəbəsi İƏD-dən alınmış xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən qəsəbədə ailə üzvləri ilə birlikdə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən DİN-in Baş Əməliyyat və Statistik Əməliyyat İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Ağstafa Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən verilmiş 11 sentyabr 2023-cü il tarixli, 18-1-24/2-508/2023 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin psixoloji, narkoloji, onkoloji və vərəm kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Qazax Rayon Psixiatriya xəstəxanasından verilmiş 22 sentyabr 2023-cü il tarixli 1538 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən əməliyyat tapşırığına cavab olaraq Ağstafa RPŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-63/2-220/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərhum X9 qarşılıqlı söhbət zamanı küt alətlə baş və bədəninin digər nahiyələrinə xəsarət yetirməsi müəyyən edilsə də həmin küt əşyanın əlamətlərini müəyyən etmək mümkün olmamışdır. Hadisədə Şahid1 iştirakı müəyyən edilməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan verilmiş əməliyyat tapşırığı ilə bağlı Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasından verilmiş xx.xx.2023-cü il tarixli 3-16-17/39/2-8225/2023 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunda vətəndaş X14 ilə mübahisə etmiş və bu mübahisə zamanı Orxan Əlizadə xəsarət almışdır. Həbsdə saxlanılan Təqsirləndirilən şəxs mübahisə zamanı məhrum Orxan Əlizadəni əli ilə itələməsi və yaxud hər hansı bir alətlə vurması, hadisə zamanı Şahid1 istisna olmaqla digər şəxslərin hadisənin şahidi olubolmadıqlarını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 383 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Şahid1 barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 431 nömrəli rəydən görünür ki, Şahid1 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan kompleks-ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 626 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı ruhi-xəstəlikdən əziyyət çəkmir. O, gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Onun tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu keçirtməmişdir. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuş, bu halın yaranma səbəblərindən biri zərəçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (keçirməmişdir.) İş materiallarında olan və məhkəmədə tədqiq edilən kompleks məhkəmə trasolojilifli ekspertizası üzrə məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 3/1637 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “mərhum Orxan Əlizadəyə məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin, qolsuz maykanın, idman şalvarının, üzərində “Təqsirləndirilən şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edimiş cins şalvarın səthində trasoloji zədə yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən kompleks məhkəmə trasolojilifli ekspertizası üzrə məhkəmə-lifli ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 6/5358 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X7 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri var. Həmin kənar lif mikrohissəciklərinin arasında Orxan Əlizadənin geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs geyim paltarlarının üzərinə Orxan Əlizadənin geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 06 nömrəli rəyindən görünür ki, mərhum O.İ.Əlizadənin almış olduğu xəsarətlər-baş beyinin ağır dərəcəli əzilməsi, hər iki alın payının intraparenximal hematoması, sol gicgah, təpə, alın nahiyəsinin subdural hematoması, alın və təpə sümüklərinin xətti sınıqları, alın və sol sifət nahiyəsinin sıyrılmış yarası, hematoması ilə müşayiət olunan qapalı kəllə beyin travması-küt mexanizmdən, məhdud səthə malik bərk küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənməyə xarakterikdirlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə (xx.xx.2023) əmələ gəlmələri istisna olunmur, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərin əlamətlərinə aid olub, ölümlə nəticələnmişdir. Tibbi sənədlərdən də göründüyü kimi (230 №-li hərbi hissədə şəxsin adına tərtib olunmuş 5593 nömrəli xəstəlik tarixi) O.İ.Əlizadə xx.xx.2023-cü il tarixdə saat 12:10-da kənari ağır, komatoz vəziyyətdə N nömrəli hərbi hissəyə gətirilmiş, “QKBT.Baş beyin əzilməsi, alın və təpə sümüklərinin xətti sınıqları, alın payında qanaxma,subdural qanaxma, orta xəttin yerdəyişməsi, hər iki baldırın səthi sıyrılmış yaraları” diaqnozu qoyularaq stasionar müalicəyə qəbul olunmuş və reanimasiya bölməsinə yerləşdirilmişdir. Xəstəyə təxirə salınmaz qaydada intensiv terepiya tədbirləri olunmuş, xx.xx.2023-cü il tarixində xəstəyə SQ BKH-nın həkim neyrocərrahı və Azərbaycan Ordusunun baş anestezioloqreanimatoloqu ilə birgə baxış keçirilmişdir və əməliyyat qərarı verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:45-də ümumi intibasyon narkoz altında xəstəyə “sol tərəfli alın-təpə-gicgah nahiyəsinin dekompression kranioektomiyası, subdural hematomanın tam, intraparenximal hematomanın qismən boşaldılması”, xx.xx.2023-cü il tarixdə saat 16:30-da endotraxeal anesteziya altında “Traxeostomiya” cərrahiyyə əməliyyatları icra edilmişdir. xx.xx.2023-cü il tarixdində, saat 04:10 radələrində xəstədə ürək fəaliyyətinin asistolik tip dayanmasıkliniki ölüm qeyd edilmiş, dərhal xəstəyə reanimasion tədbirlər başlanılmış, aparılan intensiv reanimasion tədbirlərə baxmayaraq 04:40 radələrində bioloji ölüm qeydə alınmışdır. Hansı ki, ilkin meyit əlamətlərinin inkişaf dinamikası ilə də inkar olunmur. Mər.O.İ.Əlizadənin meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində olan-hər iki dirsək oynağının və sağ əlin arxa səthlərinin, hər iki baldırın ön səthində çoxsaylı sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsirindən, ölümündən az əvvəl törənməyə xarakterikdirlər, həyatidirlər, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. Mər.O.İ.Əlizadənin ölümünə bilavasitə səbəb başın qapalı küt travması nəticəsində hər iki alın payının intraparenximal hematoması, sol gicgah, təpə, alın nahiyəsinin subdural hematoması ilə ağırlaşmış, alın və təpə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi olmuşdur. Mər.O.İ.Əlizadənin almış olduğu xəsarətlərin yerləşmə nahiyələrini, xarakterlərini və hadisə yerinə baxış keçirilərkən hadisə yerinin xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən, həmçinin təqsirləndirilən şəxsin (Təqsirləndirilən şəxs) ifadələrinin yerində yoxlanması zamanı özünün göstərdiyi şəraitdə əmələ gəlməsi (yetirilməsi) mümkün deyildir. Məhkəmə kimyəvi laboratoriyanın 3553/K saylı, xx.xx.2023-cü il tarixli, aktından görünür ki, X7 meyitindən götürülmüş qan və öd nümunələrinin məhkəmə kimyəvi tədqiqatı nəticəsində qan nümunəsinin tərkibində etil spirti, narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələr aşkar olunmamış, öd nümunəsinin tərkibində yuxugətirici Propofol adlı dərman preparatı aşkar olumuşdur. Qeyd edilən dərman preparatının aşkar olunması stasionar müalicəsi zamanı reanimotoloq təyinatı əsasında sedasıya məqsədilə şəxsə damar daxili köçürülməsi ilə əlaqədardır. Mər. O.İ.Əlizadənin meyitinin məhkəmə tibbi müayinəsi zamanı hər iki körpücükaltı nahiyədə olan nöqtəvari xırda ölçülü yaracıqlar tibbi inyeksiyanın izləridir. İş materiallarından olan və məhkəmədə tədqiq edilən məhkəmə tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, T 859/2023 saylı ekspert rəyindən görünür ki, mərhum O.İ.Əlizadənin meyitinin müayinəsi zamanı baş beyinin ağır dərəcəli əzilməsi, hər iki alın payının beyindaxili hematoması, sol gicgah, təpə, alın nahiyəsinin subdural hematoması, alın və təpə sümüyünün xətti sınığı, sifətin sol yarısı və alının sıyrılmış yarası və hematoması, hər iki dirsək oynağı, sağ əlin arxa səthinin, hər iki baldırın ön səthinin çoxsaylı sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər məhdud səthə malik küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə ağır kəllə beyin tarvması, baş beyinin ağır dərəcəli əziyi, beyindaxili subdural hematomaları, təpə və alın sümüyünün xətti sınığı, sifətin sol yarısı və alının sıyrılmış yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sıyrıqlar isə istər birlikdə, istərsə də ayrılıqda sağlamlğa zərər vurnayan xəsarətlə olduğundan dərəcəsi təyin edilmir. Mərhum O.İ.Əlizadənin ölümünə səbəb başın küt travması və kəllə sümüklərinin xətti sınığı nəticəsində baş beyinin ağır zədələnməsi olmuşdur. Xəsarətlər qısa zaman kəsiyində olduğundan ardıcıllığını təyin etmək mümkün olmadı. Mərhum O.İ.Əlizadənin meyitinin müayinəsi zamanı qeyd edilən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başının divara dəyərək dəmir boru üzərinə yıxılması nəticəsində yaranmasını inkar edir. Belə ki, mərhumun başının arxa hissəsində hər hansı xəsarət aşkar edilməmiş, o cümlədən öz boyu hündürlüyündən sərbəst yıxılarkən boruya dəymə nəticəsində yaranmağa xarakterik xəsarətlər qeyd edilməmişdir. Qeyd olunan xəsarətlər məhdud səthə malik kifayət qədər sərtliyə malik olan əşyanın, ola bilsin ki, kəllə ilə yetirilən zərbə nəticəsində yarana bilərdilər. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr əsasən zərərçəkənlə həmlə edənin üzbəüz duruş vəziyyətinə uyğun gəlir. Xəsarət yetirilən nahiyədə xəsarət yetirən alətin xüsusi əlamətləri özünü büruzə etmədiyindən bu haqda dəqiq fikir söyləmək mümkün olmadı. Qeyd edilən ölümə səbəb olan xəsarətlərin xarakterinə əsasən yetirilən zərbənin istiqaməti öndən arxaya olmuşdur. Mərhum O.İ.Əlizadənin ölümünə səbəb olmuş xəsarətin yaranmasının ilkin kontakt yeri alın nahiyəsi olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə kompüter texniki ekspertizasının 27 noyabr 2023-cü il tarixli, 5/1604 nömrəli rəydən görünür ki, bir ədəd sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş “Poco M5” markalı, “22071219CG” modelli, “**********70386, **********70394” imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A12” markalı, “SM-A125F/DSN” modelli, “**********22454, **********22451” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissə”sinin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş Poco M5” markalı, “22071219CG” modelli mobil smartfonun yaddaşından hər hansı bir (SMS mesajlar, zəng qeydləri, “Whatsapp” və “İnstagram” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələrinin və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Rəyin “Tədqiqi hissə”sinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A12” markalı, “SM- A125F/DSN” modelli mobil smartfonun yaddaşından hər hansı bir (SMS mesajlar, zəng qeydləri, “Whatsapp” və “İnstagram” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələrinin və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. İş materiallarında olan və məhkəmədə tədqiq edilən cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsindən təqdim edilmiş 01 ədəd “hard disk”ə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Poco M5” və Şahid1 istifadəsində olmuş “Samsung Galaxy A12” markalı mobil telefonun yaddaşında olmuş məlumatlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmədə araşdırılmış Az- İİ№778351 saylı, Az-İİİ№477259 saylı, Az-İİİ№470304 saylı, Az-İİİ№470302, Az- İİİ№363449, Az-İİİ№470303, Az-İV№409377, Az-İV№07152№li doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Reyhan Bukavazin, xx.xx.2008-ci il təvəllüdlü Könül Bukavazin, xx.xx.2009-cu il təvəllüdlü Simarə Bukavazin, xx.xx.2011-ci il təvəllüdlü Gülbəniz Bukavazin, xx.xx.2013-cü il təvəllüdlü Dilbər Bukavazin, xx.xx.2015-ci il təvəllüdlü Rəhim Bukavazin, xx.xx.2017-ci il təvəllüdlü Abdul Bukavazin və xx.xx.2019-cu il təvəllüdlü Xanoğlan Bukavazin adlı azyaşlı övladları var. Müdafiə tərəfinfdən məhkəməyə təqdim edilmiş və iclasda tədqiq edilmiş Ağstafa RMX PHŞ-dən verilən xx.xx.2023-cü il təvəllüdlü, 4612№li arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Ağstafa RMX PHŞ-nin Poliklinika şöbəsində “J71.2 aortanın qalxan hissəsinin anevrzması. Aortal qapaq çatışmazlığı” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmədə və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünümüdafiəsinə dəlil olaraq göstərmişdir ki, xx.xx.2023-cü ildə baş vermiş hadisə, mübahisədə zərərçəkmiş Orxan Əlizadənin sərxoş halda ona qarşı nalayiq ifadə işlətməsi ona yumruq atması və ilə bağlı olmuş, sərxoş vəziyyətdə ondan əl çəkməyən zərərçəkmişi özündən aralamaq və ondan yaxa qurtarmaq üçün sonuncunu hər iki əli ilə sinəsindən möhkəm arxaya itələmiş, itələnmədən sonra zərərçəkmişin başının arxa hissəsi əvvəl ARXA hissədə yaxın məsafədə olan mişar daşından hörülmüş hamar divara dəymiş, sonra isə zərərçəkmiş Orxan Əlizadə üzü üstə dəmir turbaya yıxılaraq xəsarət almışdır. Onun zərərçəkmiş şəxsə xəsarət yetirmək, yaxud öldürmək niyyəti olmamışdır. Məhkəmə qeyd edir ki, işin faktiki halları və məhkəmə istintaqında tədqiq edilmiş və araşdırılmış sübutlar Təqsirləndirilən şəxs özünümüdafiə məqsədi ilə hərəkət etməsini, zərərçəkmiş şəxsə qəsdən ağır xəsarət yetirərək öldürmək məqsədinin olmamasını, eləcə də Orxan Əlizadənin ehtiyatsızlıqdan öldürülməsini inkar edir. Belə ki, hadisəyə qədərki və hadisədən sonra baş verənlər, təqsirləndirilən şəxsin hadisə vaxtı və sonrakı davranışları, Təqsirləndirilən şəxs özünümüdafiə vəziyyətində hərəkət etməsini, zərərçəkmişi ehtiyatsızlıqdan öldürməsini, zərərçəkmişi özündən kənarlaşdırmaq üçün öldürmək məqsədi olmadan ağır bədən xəsarəti yetirməsini inkar edir. İş materiallarına əsasən alkaqol sərxoşluğu vəziyyətində olması (dərəcəsi dəqiq müəyyən edilməsə də) və hadisədən əvvəlki dövrdə digər şəxslərə eləcə də təqsirləndirilən şəxsə qarşı aqressiv davranışlar və nalayiq ifadələr işlətməsi inkar edilməyən zərərçəkmiş şəxs Orxan Əlizadənin əlini təqsirləndirilən şəxsin üzünə toxundurması (Şahid1 ifadələrə əsasən) yaxud təqsirləndirilən şəxsin ifadəsinə əsasən ona sol sinə nahiyyəsinə doğru yumruq atması (zərbədən yayındığını, ona hər hansı xəsarət yetirmədiyini təqsirləndirilən şəxs məhkəmə baxışında açıq ifadə etmişdir) təqsirləndirilən şəxsə özünümüdafiə vəziyyəti yarada bilməzdi. Belə ki, sərxoş vəziyyətdə olan zərərçəkmiş şəxsin atdığı zərbənin nə dərəcədə effektiv olacağı təqdirdə (dəqiq olacağı halda kifayətə qədər güclü və sağlam fiziki bədən quruluşa malik təqsirləndirilən şəxsə hansı xəsarət yetirməsi) təqsirləndirilən şəxsə zərər yetirmək təhlükəsinin olması və qeyd edilən əsasa görə şəxsin özünümüdafiə vəziyyəti (zərərçəkmiş şəxsə cavab zərbəsi endirməsinə əsas olmuş) inandırıcı və ağlabatan deyil. İşin hallarından, təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadəsindən göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş Orxan Əlizadənin atdığı (iddia edilən) zərbədən yayınmış və belə halda əvvəl yaranmış özünümüdafiə vəziyyəti tam aradan qalxmış, eyni zamanda Təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq yayınmaq imkanına malik olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin göstərdiyi digər işin tövsifinə təsir edəcək əsas dəlil, yəni zərərçəkmiş şəxsi itələdikdən sonra sonuncunun əvvəlcə başının daş divara, sonra isə dəmir qaz turbasına dəyərək xəsarət alması, nəticə etibarilə sonuncuya ehtiyatsızlıqdan xəsarət yetirərərək onun ölümünə istəmədən səbəb olmasına münasibətdə qeyd edir ki, bu hal da məhkəmə istintaqı zamanı toplanmış mötəbər və mümkün sübutlarla inkar edilmişdir. İlk növbədə şəxsin iddia etdiyi əməlin baş vermə mexanizmi ilə bağlı cinayət əməlinin subyektiv cəhəti (təqsirlə) bağlı qeyd edilməlidir ki, hadisə şəxsin iddia etdiyi qeyd edilən şəraitdə ( vurulma zərbə deyil məhz itələnmə nəticəsində) baş versə idi belə, təqsirləndirilən şəxsin kifayət qədər həyata təcrübəsinə, məişət qayğıları ilə məşğul olan şəxs olmaqla istər daş divarın istərsə də ara metaldan olan qaz turbasını üzərinə yıxarkən (itələyərkən) sonuncunun həyati vacib orqanı olan başının qeyd edilən predmetlə dəyib xəsarət almasını və digər ağır nəticələri əvvəlcədən görməsi mümkünlüyə görə digər sübutlarla birlikdə şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilə bilərdi. Qeyd edilməlidir ki, CM-126.3-cü maddəsi ilə CM-nin.120.1 maddəsinin sanksiyaları arasında ciddi fərqlər mövcud deyil, yalnız cinayətlərin kateqoriyasına görə fərqlənir. Lakin iş üzrə digər sübutlara münasibətdə daha obyektiv olan məhkəmə tibbi ekspertizasının rəyi ilə zərərçəkmiş şəxsin baş nahiyyəsinin daş divara yaxud dəmir torbaya dəyərək xəsarət alması inkar edilmiş, rəydə birbaşa olaraq baş nahiyyəsinə məhdud səthə malik bərk küt əşya (lar) ilə xəsarət yetirilməsi birbaşa olaraq göstərilmiş, şəxsiin itələnmə nəticəsində yaxud öz boyuhündürlüyündən dəmir torbaya yıxılma nəticəsində yaranması inkar edilmişdir. İşin faktiki halları və araşdırılmış sübutlara məcmu halda qiymət verən məhkəmə tərkibi də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə baş nahiyyəsi ilə zərbə vurmasını daha ağlabatan və inandırıcı hesab edir. İş üzrə şahid qismində dindirilmiş hadisənin yeganə bilavasitə şahidi olan X18 Baloğlanın zərərçəkmişə əl-qol, başla zərbə vurmasını görmədiyini Baloğlanın Orxanı ancaq hər iki əli ilə üzbəüz durarkən arxaya doğru möhkəm itələdiyini görməsini bildirsə də məhkəmə qeyd edir ki, hadisələrin baş vermə mexanizminə əsasən şahid X12 hər iki əli ilə itələməmişdən əvvəl, yaxud itələməklə bərabər ilkin kontakt yeri alın nahiyyəsi olmaqla zərərçəkmişə baş (kəllə) zərbəsi vurmasını görə bilməməsi də mövcuddur. Şahid1 ibtidai istintaqın ilkin dövründən başlayaraq bütün ibtidai araşdırma və məhkəmə baxışında eyniməzmunlu (itələmə) ifadə verməsinə cinayət işindən ayrılmış digər işin istintaqı zamanı hüquqi qiymət verilməsi daha məqsədəmüavafiq hesab edir. Həmçinin təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları (dərhal hadisə yerini tərk edib qaçaraq yaşadığı evə getməsi, zərərçəkmiş şəxsə Şahid1 ifadəsinə əsasən nəinki tibbi yardım, eləcə də hər hansı kömək göstərməməsi, evə getdikdən sonra ailə üzvləri olan bacısı və baldızına gedib vəziyyəti öyrənməsini tapşırması) onun ehtiyatsızlıq deyil bilavasitə qəsdlə hərəkət etdiyini göstərir. Təqsirləndirilən şəxs hadisə yerindən getməsini qorxması ilə Orxan Əlizadəni həmin vəziyyətdə görüb qorxması ilə əlaqələndirsədə iş materiallarından da görünür ki, təqsirləndirilən şəxs fiziki cəhətdən kifayət qədər sağlaml olmqla yanaşı psixi cəhətdən də normal olmuşdur. (ilk dəfə zərərçəkmiş şəxs və şahidlərin olduğu avtomobillə yol verməyə görə mübahisə yaranarkən və sonrakı müddətdə hadisəyə qədər şahid ifadələrinə əsasən iki dəfə qarşılaşarkən onlardan çəkinməmiş, öz iradlarını bilvasitə hər hansı qorxu və həyəcan olmadan bildirmiş, sonrakı müddətdə mübahisə zamanı mövqeyindən çəkinməmişdir). Bundan başqa cinayət işi materiallarından da görünür ki, telefon danışıqlarına əsasən hadisədən dərhal sonra və bir neçə gün ərzində onunla Şahid1 arasında daimi və çoxsaylı telefon danışıqları olmuşdur ki, həmin danışıqların məzmununu zərərçəkmiş şəxsin vəziyyəti ilə əlaqələndirsə də məhkəmənin qənaətinə görə bu daha çox baş vermiş hadisənin əsas hissəsi olan zərbə yetirilmə ilə bağlı ola bilər. Lakin hər bir halda həmin xüsusata ayrılmış işin istintaqı zamanı digər sübutlarla müqayisəli şəkildə qiymət verilməlidir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə törədilmi şqəsdən admaöldürmə kimi tövsif edilməsi ilə bağlı) bildirir ki, işin müabhisəsiz faktiki halları ilə zərərçəkmiş şəxsin hadisədən əvvəl olduqca aqressiv olması, sərxoş vəziyyətdə mübahisə etdiyi şəxslərə xüsusilə Bukavazinə qarşı nalaiq ifadələr işlətməsi və hadisənin də onun hərərkətləri nəticəsində baş vermiş münqaişə zamanı törədilməsi tam sübuta yetirilmişdir və qeyd edilənlərə əsasən təqsirləndirilən şəxsin əməlinin “motivsiz cinayət” kimi qiymətləndirilməsi ədalətli və qanuni deyil. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilmişdir və o həmin maddə ilə nəzərdə tutulmiuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmaldır. “Qəsdən adam öldürmə işlərinə dair məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumun xx.xx.2002-ci il tarixli qərarının 1-ci bəndinə əsasən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adamöldürmə) tövsif edilmişdir və O, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşa çatmayana övladlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, hadisənin zərərçəkmiş şəxsin qeyri-əxlaqi davranışları nəticəsində baş verməsini və ürək xəstəliyindən əziyyət çəkməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması protokol”dan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası CM-in 126.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Ağstafa Rayon Məhkəməsinin 4(015)-37/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinini sanksiyasına əsasən qeyd edilən cinayət əməli doqquz ildən on dörd ildədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olan əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş.... xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin himayəsində 8 azyaşlı övladı olsa da, nəzərdən qaçırılmamalıdır ki, hər bir halda baş vermiş ağır nəticəyə baxmayaraq təqsirləndirilən şəxs və ailə üzvlərinin cavan və hərbi qulluqçu olan oğlunun ölümünün ağır mənəvi təsir göstərdiyi zərərçəkmiş şəxsin hüquqi varisi ilə hər hansı barışıq əldə edilməməsi, ümumiyyətlə buna heç bir təşəbbüs göstərilməməsi və məhkəmə baxış iclaslarında çoxsaylı ailə üzvləri və qohumları iştirak etməsinə baxmayaraq onların hadisədən təəssüf hissi keçirilməsini göstərən açıq bəyanat verilməməsi də məhkəmə tərəfindən cəza təyinində nəzərə alınan hallardır. Göstərilənlər isə məhkəmənin mülahizəsinə görə hüquqi varisin təqsirləndirilən şəxsdən şikayətçi olması, barışmaması, sonda isə ona ən ağır cəza verilməsini istəməsi ilə nəticələnmişdir. Yəni cəzanı yüngülləşdirən halları (himayəsində çoxlu sayda azyaşlı uşaqlarının olmasını) cinayət hadisəsi nəticəsində baş vermiş ağır nəticə ilə müqayisə etdikdə və zərərçəkmişə dəymiş mənəvi zərərin ödənilməməsi, nəinki hüquqi, həm də Azərbaycan xalqına xas olan ən mühüm mənəvi dəyərlərdən olan barışdırıcı, üzrxahlıq mövqeyin nümayiş etdirilməməsi, hüquqi varisin nəinki verilmiş və sübuta yetirilmiş ittiham üzrə, CMnin tövsifedici (ağırlaşdırıcı halları, xüsusilə xuliqanlıq əməli) hissələri ilə tövsif edilib ən ağır cəza verilməsini tələb etməsi, təqsirləndirilən şəxsə maddənin sanksiyasının aşağı və yuxarı həddi arasında cəza təyinini mütləq etmişdir. Bundan başqa məhkəmə törədilən əməlin ictimai təhlükəliliyin dərəcəsi və xarakterinini nəzərə alaraq şəxsin islah olunması və cəmiyyətdə xüsusilə ağır cinayət görə cəzasızlıq mühiti kimi yalnış fikir formalaşmasının qarşısının alınması, cinayət qanununun qanunçuluq və ədalət eləcə də humanizm prinsipləri əsas götürülməklə təqsirləndirilən şəxsə qanunun imkan verdiyi həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Ağstafa rayon prokurorluğunun inzibati binasında “maddi sübutların saxlanması otağı”nda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd boz rəngli cins şalvar ailə üzvlərinə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, zərər çəkmiş şəxs X10 məxsus saç nümunələri məhv edilməli, 01 ədəd boz rəngli parçadan tikilmiş şalvar, 01 ədəd qara rəngli qısaqol mayka və 01 ədəd sarı solğun rəngli qısaqol köynək isə hüquqi varisə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin qeydə alındığı videogörüntüləri olan 1 ədəd “DVD” disk, telefon məlumatları olan 1 ədəd hard disk, eləcədə tibbi müayinəyə dair görüntülər olan 1 ədəd CD disk, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 231 (iki yüz otuz bir) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 231 (iki yüz otuz bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə ekpsertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan Ağsatafa rayon prokurorluğunda maddi sübutların saxlanması otağı”nda saxlanılan 01 ədəd boz rəngli cins şalvar ailə üzvlərinə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, zərər çəkmiş şəxs X10 məxsus saç nümunələri məhv edilməli, 01 ədəd boz rəngli parçadan tikilmiş şalvar, 01 ədəd qara rəngli qısaqol mayka və 01 ədəd sarı solğun rəngli qısaqol köynək isə hüquqi varisə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin qeydə alındığı videogörüntüləri olan 1 ədəd “DVD” disk, telefon məlumatları olan 1 ədəd hard disk, eləcədə tibbi müayinəyə dair görüntülər olan 1 ədəd CD disk, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-384/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-384/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver