Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-385/2021 10.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Rüstəmov Elmin İltizam oğlu (məruzəçi hakim) və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçıları -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X19 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə saat 14 radələrində Şəmkir şəhəri, X26 küçəsində yerləşən “İstiqlal” parkında oturacaqda əyləşərək 250 qram spirtli içki araq qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı Şəmkir şəhəri S.Vurğun küçəsi 184 nömrəli fərdi yaşayış evinə gedərək spirtli içki qəbul etməyə davam etmiş, həmin tarixdə saat 18 radələrində dayısı, 19 noyabr 1970-ci il təvəllüdlü X2 vəziyyətdə olmaqla onu küçəyə çağırmış və ona 2016-cı ildə istintaqa məlum olmayan tarixdə və vaxtda Rusiya Federasiyası ərazisində borc verdiyi 150 ABŞ dolları məbləğində pulu tələb etməklə onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlədərək mübahisə etməyə başlamış, dayısı Nizami Böyükkişiyevə olan 150 ABŞ dolları məbləğində borcunu qaytarmaqdan yaxa qurtarmaq niyyətilə Nizami Böyükkişiyevi tamah məqsədilə öldürmək qərarına gəlib yaşadığı evin giriş qapısının qarşısındakı stolun üstündən zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürərək qəsdən öldürmək məqsədilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, ona xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla Nizami Böyükkişiyevin bədən səthinin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq təqsirkar şəxs üçün aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi ağrılar yetirməklə sonuncuya kəskin qanitirməyə səbəb olan boyun arteriya və venalarını zədələyən sol çiyinüstü nahiyəsinin 1(bir) ədəd, döş qəfəsinin arxa səthinin sağ və sol yarısının, döş boşluğuna keçən hər iki ağ ciyəri zədələyən, daxili qanaxmaya səbəb olmuş 5 (beş) ədəd, qarının sol yan səthinin qarın boşluğuna keçən və nazik bağırsaq ilgəyini zədələyən kəskin qan itirməyə səbəb olmuş 1(bir) ədəd, cəmi 07 (yeddi) ədəd həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığa ağır zərər vuran, insan həyatı üçün təhlükəli olan və X3 ölümünə səbəb olan deşilmişkəsilmiş yaralarla müşayiət edilən xəsarətlər, başın tüklü hissəsində sol təpə-gicgah nahiyəsinin 1(bir) ədəd və döş qəfəsinin arxa səthinin sol kürək sümüyü proyeksiyasında daxilə keçməyən sağlamlığa yüngül zərər vuran sağlamlığın qısa müddətə pozulmasına səbəb olan 2 (iki) ədəd kəsilmiş yaraları və sağ budun aşağı üçdə birinin bayır səthinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər, cəmi 10 (on) ədəd çoxsaylı xəsarətlər yetirib Nizami Böyükkişiyevi tamah məqsədilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası 1965-ci il təvəllüdlü Şahid5 qızı və məhum dayısı 1970-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Dayısı Nizami daim spirtli içki qəbul edərək etdiyi yaxşılıqları ailə üzvlərinin başına qaxınc etməklə ona qarşı təhqiredici ifadələr işlətmişdir. Belə ki, 2013-cü il tarixdə iyun ayının əvvəllərində o, Rusiya Federasiyasının Surqut şəhərində dayısı Nizami Böyükkişiyevin administrator işlədiyi “Emil” kafesində ofisiant işləmiş və dayısı ilə mübahisəli vəziyyəti həmin vaxtdan başlamışdır. Dayısı Nizami kafedə spirtli içki qəbul etdikdən sonra ona qarşı nalayiq ifadələr işlətdiyinə görə ondan aralaşmağa çalışmışdır. 2013-cü ilin dekabr ayının sonlarında Rusiya Federasiyasının Surqut şəhərindən Azərbaycan Respublikasına gəlmişdir. Dayısı Nizami 2019-cu ildə Azərbaycana qayıtmışdır. Dayısı təxminən 20 il bundan əvvəl arvadı Afətlə boşandığı üçün Azərbaycana qayıtdıqdan sonra onunla birlikdə anası Şahid5 məxsus evdə yaşamağa başlamışdır. Həmin ev anasının mülkiyyətində olsa da, anası həm dayısının spirtli içki qəbul edərək özünü idarə edə bilməyən dostlarının tez-tez gəlməsinin qarşısını almaq məqsədilə, həm də onun yaşaması üçün evi olsun deyə yaşadıqları evi 2 (iki) hissəyə böldürmüşdür. O, 2016-ci ilin may ayında Rusiya Federasiyasının Rostov şəhərinə getmişdir. Bu zaman dayısı kömək məqsədilə ona 150 ABŞ dolları məbləğində pul vermişdir. O, sonradan maddi imkanı zəif olduğu üçün həmin pulu dayısına geri qaytara bilməmişdir. O, 2017-ci ildə Rusiya Federasiyasının Rostov şəhərindən qayıtdıqdan sonra dayısı Nizami 150 ABŞ dolları məbləğində pulunu ondan istəməyə başlamışdır. Dayısı, ümumiyyətlə, spirtli içki qəbul etdikdən sonra onun şəxsiyyətinə və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətməkdən çəkinməmiş, onu qonşular arasında alçaltmağa çalışmışdır. Nəticədə, o, 26 iyul 2021-ci il tarixdə saat 14 radələrində Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında yerləşən “İstiqlal” parkının qarşısında olan oturacaqda oturaraq 250 qram miqdarında spirtli içkini qəbul etdikdən sonra yaşadığı evdə spirtli içki qəbul etməyə davam etmişdir. Bu zaman evdə heç kəs olmamışdır. Dayısı Nizami onu evin çöl tərəfinə səsləmişdir. Bu zaman Nizami də onun kimi spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olmuşdur. Aralarında mübahisə başlamışdır. Mübahisə məhz ünvan 1 ünvanının qarşısında-Çinar ağacının altında başlamışdır. Nizami yenidən ona əvvəllər vermiş olduğu 150 ABŞ dolları məbləğində pul vəsaitini geri tələb edərək atasının ünvanına “sənin atan kişi deyil, sənin var-yoxun...” məzmunlu söyüşlər söymüşdür. Ətrafda digər şəxs və ya şəxslər olmamışdır. Hadisə həmin gün saat 18 radələrində baş vermişdir. Nizami ona qarşı nalayiq ifadələr işlətdikcə və ondan 2016-cı il tarixdə Rusiya Federasiyasında vermiş olduğu 150 ABŞ dolları məbləğində pul vəsaitini geri tələb etdikcə o, özündən çıxaraq Nizamini öldürmək istəmiş və o, sağ əlində tutduğu bıçaqla Nizaminin sol böyrək və kürək nahiyəsində doğru dəfələrlə bıçaq zərbələri yetirmişdir. İlk bıçaq zərbəsini yetirən zaman dayısının sağ əli ilə onun sağ əlini tutmaq istədiyini və ona mane olmağa çalışdığını xatırlamışdır. O, dayısına bıçaq zərbələri yetirən zaman hər ikisi çinar ağacının altında oturaqlı vəziyyətdə olmuşlar. Dayısına bıçaq zərbələri yetirdikdən sonra o, çinar ağacının altında oturaqlı vəziyyətdə qalmışdır. Ayıldıqdan sonra dayısının qanlı vəziyyətdə üzbəüz “televizor təmiri” yerindən aparıldığını görmüşdür. Daha sonra polis əməkdaşları gələrək onu Şəmkir rayon polis şöbəsinə aparmışlar. Əməlindən peşman olmuş, dayısını öldürməyi təhqiredici ifadələrlə alçaltması və ondan 2016-cı il tarixdə Rusiya Federasiyasında vermiş olduğu 150 ABŞ dolları məbləğində pul vəsaitini geri tələb etməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşdükdən sonra dayısı Nizamiyə onun və ailə üzvlərinin şəxsiyyətini daim təhqir etdiyi və ona 2016-ci il tarixdə Rusiya Federasiyasında olduğu zaman vermiş olduğu 150 ABŞ dolları məbləğində pul vəsaitini maddi imkanının zəif olduğunu bilə-bilə daim tələb etdiyi üçün sayını bilmədiyi qədər bıçaq xəsarətləri yetirərək öldürmüşdür. Məqsədi 150 ABŞ dolları məbləğində pul vəsaitindən yaxa qurtarmaq olmuşdur. Hadisə zamanı istifadə etdiyi bıçağı dayısı Nizami ilə birgə yaşadıqları ünvan 1 ünvanında evin həyətində olan stolun üzərindən götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, Mehdiyeva Maral Qəzənfər qızı ifadə verərək göstərmişdir ki, qardaşı mərhum Nizami Böyükkişiyev yaşca ondan böyük olmaqla, onunla mehriban münasibətdə olmuşdur. Nizami təxminən 15 il bundan əvvəl arvadından boşandıqdan sonra Rusiya Federasiyasına çıxıb getmiş və bacısı Tərlanın oğlu Təqsirləndirilən şəxs özü ilə Rusiya Federasiyasının Surqut şəhərinə apararaq orada işlə təmin etmişdir. Turalla Nizaminin münaqişəli vəziyyəti Rusiya Federasiyasında olan vaxtdan başlamışdır. Belə ki, Nizami ilə Tural Rusiya Federasiyasının Surqut şəhərində daim dalaşaraq bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Bu barədə, Tural Azərbaycana qayıtdıqdan sonra məlumat vermişdir. Tural dayısı Nizaminin spirtli içki qəbul edərək şəxsiyyətini təhqir etdiyini, Nizaminin spirtli içki qəbul etməsinə baxmayaraq Turala spirtli içki qəbul etməyə icazə vermədiyini, bu səbəbdən, aralarında münaqişə baş verdiyini bildirmişdir. Tural Azərbaycana qayıtdıqdan sonra dayısına nifrət etdiyini və Nizami ilə yola getmədiyini açıq-aşkar ifadə etmişdir. Nizami qayıtdıqdan sonra Turalla birlikdə Şahid5 məxsus ünvan 1 ünvanında yaşamağa başlamışdır. Lakin bu zaman aralarında olan münaqişəli vəziyyət şiddətlənməyə başlamışdır. Nəticədə, Nizami yaşadıqları evi 2(iki) hissəyə bölərək orada tək yaşamağa başlamışdır. Cinayət hadisəsi baş verməzdən təxminən 2(iki) saat əvvəl o, qardaşı Nizamini evin qarşısında olan oturacaqda oturan zaman görmüş və söhbət etməyə başlamışdır. Qardaşı spirtli içki qəbul etmişdir. Onun yaşadığı fərdi yaşayış evi ilə Nizaminin yaşadığı ev arasında təxminən 100 (yüz) metr məsafə olmuşdur. O, qardaşı ilə ümumi söhbət edən zaman Nizami ona Turalla bacara bilmədiyini və söz eşitmədiyini bildirmişdir. O, Nizamiyə məsləhət verərək bildirmişdir ki, Turalın işlərinə qarışmasın. Həmin gün saat 18 radələrində tanıdığı Yusif evin qapısını döyərək “qorxma, xəstəxanaya get, Tərlanın oğlu Tural Nizamini bıçaqladı, get vəziyyəti ilə maraqlan” deyə bildirmişdir. O, dərhal Tərlana zəng edərək vəziyyəti bildirmiş və avtomobillə xəstəxanaya yola düşmüşlər. Xəstəxanaya çatan zaman məlum olmuşdur ki, qardaşı Nizami Böyükkişiyev artıq vəfat etmişdir. Daha sonra məlum olmuşdur ki, bacısı Tərlanın oğlu Tural spirtli içki qəbul edərək qardaşı Nizami Böyükkişiyevi bıçaqla qətlə yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 qızı zərərçəkmiş şəxsin hüquqi varisi Mehdiyeva Maral Qəzənfər qızının ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, mərhum X8 və Təqsirləndirilən şəxs ilə qonuşuluqda yaşamışdır. Nizami Turalın doğma dayısıdır. Yaşadıqları evin arasında 50 metr məsafə olmuşdur. Nizami daim spirtli içki qəbul edən, lakin mədəni, sakit və heç kəslə mübahisə yaratmayan bir insan olmuşdur. Tural isə spirtli içki qəbul etmiş, insanlarla daim münaqişəli vəziyyət yaratmaqla anası ilə yola getməmişdir. Hadisə olan gün, yəni 26 iyul 2021-ci il tarixdə saat 18 radələrində o, yaşadığı fərdi yaşayış evində olmuşdur. O, evindən çıxdıqdan sonra görmüşdür ki, X8 qanlı vəziyyətdə qonşuluqda olan Şahid1 məxsus Şəmkir şəhəri, Səməd Vurğun küçəsi ərazisində “televizor təmiri” emalatxanasında kresloda əyləşmişdir. Nizami Böyükkişiyev başı əyilmiş halda stola söykənmişdir. Bədəni qana bulaşmış vəziyyətdə olmuşdur. “Televizor təmiri” emalatxanasının divarları, giriş qapısı, kreslo və digər tərəflər qana bulaşmış vəziyyətdə olmuşdur. O, tez bir şəkildə X27 Stansiyasına zəng edərək baş verənlər barəsində bildirmiş və Nizami Böyükkişiyevin xəstəxanaya çatdırılmasının vacib olduğunu demişdir. Özü də lazımi köməkliyi göstərmişdir. Daha sonra ətrafa baxmış və mətbəx bıçağının Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında görmüşdür. Tural bıçağı ataraq “Annanfeld” restoranı istiqamətində hərəkət etmişdir. O, öz xidməti vəzifəsini icra edərək idarə etdiyi “VAZ-2107” markalı, “**-ED-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edib Turalın qaçmasına imkan vermədən avtomobilə əyləşdirmişdir. O, qonşusu Şahid4 Nizami oğlundan avtomobili idarə etməsini xahiş etmişdir. Özü də avtomobilin arxa oturacağında əyləşmişdir. Birbaşa Şəmkir rayon polis şöbəsinə getmişlər. Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil vermişdir. Nizami tam sərxoş vəziyyətdə olmuşdur. Özünü idarə edə bilməmişdir. Təqsirləndirilən şəxsla yol boyunca heç bir söhbət etməmişlər. Təqsirləndirilən şəxs tam sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 Nizami oğlu ifadəsində göstərimşdir ki, mərhum X8 və Təqsirləndirilən şəxs ilə qonuşuluqda yaşamışdır. Nizami Turalın doğma dayısıdır. Yaşadıqları evin arasında 150 metr məsafə olmuşdur. Nizami spirtli içki qəbul edən, lakin mədəni, sakit və heç kəslə mübahisə yaratmayan bir insan olmuşdur. Tural isə spirtli içki qəbul edən, insanlarla daim münaqişəli vəziyyət yaradan, anası ilə yola getməyən insan olmuşdur. Hadisə olan gün, yəni 26 iyul 2021-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanının qarşısında Turalı spirtli içki qəbul etmiş və özünü idarə edə bilməyən halda görmüşdür. Turalın əynində üst geyimi, o cümlədən mayka olmamışdır. Dərhal reaksiya bildirmiş və Turala “nə haldasan, özünü idarə edə bilmirsən” dedikdən sonra Tural ona qarşı rus dilində söyüş işlətməsindən sonra heç bir söz demədən evinə doğru hərəkət etmişdir. Təxminən 1(bir) saat sonra geri qayıtmışdır. Qayıdan zaman görmüşdür ki, ünvan 1 ünvanının qarşısına xeyli sayda adamlar toplaşmışdır. O, baş verənlər barəsində soruşmuşdir. Məlum olmuşdur ki, Tural dayısı Nizamini bıçaqla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. O, Nizaminin vəziyyəti və harada olması barədə soruşduqda bildirmişlər ki, Nizami yaralı vəziyyətdə televizor təmiri sexində sol tərəfi qana bulaşmış vəziyyətdə olmuşdur. Həmçinin, televizor təmiri müəssisəsinin ətrafı da qana bulaşmış vəziyyətdə olmuşdur. Polis patrul xidməti əməkdaşı Sənan Turalı öz şəxsi avtomobilinə əyləşdirmiş və ondan avtomobilini idarə etməyi xahiş etmişdir. Sənan Təqsirləndirilən şəxs cinayət törətdiyini müəyyən etdikdən dərhal sonra onun köməkliyi ilə Turalı Şəmkir rayon polis şöbəsinə aparmışlar. Yol boyunca Tural dayısını söyərək “ölmədimi şərəfsiz” deyə ondan və polis əməkdaşı Sənandan soruşmuşdur. O, Turalı təhvil vedikdən sonra evinə çıxıb getmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, mərhum X8 onun iş yeri ilə üzbəüz fərdi yaşayış evində yaşamışdır. Həmin fərdi yaşayış evi Nizami Böyükkişiyevin atasından miras qalmışdır. Nizami həmin evi bacısı Tərlan ilə iki hissəyə bölmüşdür. Evin bir hissəsində Nizami, digər hissəsində isə bacısı Tərlan oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Nizami Böyükkişiyev uzun müddətdir ki, ailəsindən ayrılmışdır. Nizami Böyükkişiyev heç bir yerdə işləməmiş, təqaüdçü olmuş və aldığı aylıq təqaüd ilə dolanmışdır. Nizami Böyükkişiyev daim spirtli içki qəbul etmiş, demək olar ki, hər gün evə içkili gəlmiş, lakin heç kəslə dalaşmamış və heç kəsi incitməmişdir. Ümumiyyətlə, o, xaraktercə sakit, mehriban və xoş xasiyyət bir insan olmuşdur. Nizami Böyükkişiyevin bacısı oğlu Təqsirləndirilən şəxs da spirtli içki aludəçisi olmuş, heç bir yerdə işləməmiş, tez-tez spirtli içki qəbul etmiş və sərxoş olduqdan sonra ətrafdakı insanlara qarşı nalayiq ifadələr işlətmişdir. Nizami Böyükkişiyev bacısı oğlu Təqsirləndirilən şəxs bu əməllərinə görə onunla tez-tez mübahisə etmişdir. X20 Əzizovu spirtli içki qəbul edərək ətrafdakı insanlara sataşdığına, onlara qarşı nalayiq ifadələr işlətdiyinə və sərxoş halda insanlara qarşı digər narahatçılıqlar törətdiyinə görə tənbeh etmişdir. Təqsirləndirilən şəxs dayısı Nizami Böyükkişiyev ilə tez-tez mübahisə etmişdir. X15 bacısı Tərlan ilə də münasibəti çox yaxşı olmuşdur. Hadisə günü, yəni 26 iyul 2021-ci il tarixdə o, işdə olmuşdur. Saat 18 radələrində o, pəncərədən çölə baxarkən Təqsirləndirilən şəxs dayısı Nizami Böyükkişiyevi evin giriş qapısının yanında yerə yıxaraq bıçaqla zərbələr endirdiyini görmüşdür. O, dərhal çölə çıxmaq istəyərkən Nizami Böyükkişiyev bacısı oğlu Təqsirləndirilən şəxs əlindən çıxaraq onun televizor təmiri sexinə girmişdir. Nizami sexə girərkən o, Nizaminin bütövlükdə, al-qanın içərisində olduğunu görmüşdür. Nizami sexə daxil olan zaman Turalın sağ əlində bıçaq arxasınca gələrək Nizamini öldürmək istədiyini bildirmişdir. Turalın əlində uzunluğu təxminən 20 sm olan tutacağı ağımtıl-göyümtül rəngli mətbəx bıçağı olmuşdur. O, Turalın qarşısını kəsərək mane olmuşdur. Sonra Tural sexdən çıxaraq ətrafda gəzməyə başlamışdır. O, Nizamini stula otuzdurmuş və X25 zəng etmişdir. Təxminən 5-6 dəqiqədən sonra Şəmkir rayon X27 Stansiyasının həkimləri gəlmiş və Nizamini Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həkimlər Nizamini xəstəxanaya apararkən sonuncu yarım can vəziyyətdə olmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X10 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, X17 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Nizami Böyükkişiyevi və Təqsirləndirilən şəxs əvvəllər görməmiş və tanımamışdır. Sadəcə olaraq o, orada işlədiyi 3-4 gün ərzində Nizami Böyükkişiyevi tanımışdır. Nizami bir neçə dəfə onun yanına gələrək ondan qarpız-yemiş almışdır. Bundan sonra X23lə münasibəti yaranmışdır. Ancaq Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmamışdır. O, sadəcə olaraq orada işləyərkən Təqsirləndirilən şəxs evinə girib-çıxan zaman görmüşdür. Nizami Böyükkişiyevi bir neçə dəfə içkili vəziyyətdə görmüşdür. Tural içkili olsa da heç kəsə qarşı hörmətsizlik etməmişdir. X23 ilə münasibəti normal olmuşdur. Hadisə günü, yəni 26 iyul 2021-ci il tarixdə o, həmin yerdə qarpız-yemiş satmışdır. Saat 17 radələrində onun yanına müştəri yaxınlaşmış və ondan qarpız istəmişdir. O, müştəriyə qarpız seçərkən Nizami Böyükkişiyevin qaçaraq Şahid1 sexinə girdiyini və Təqsirləndirilən şəxs da əlində bıçaq Nizaminin arxasınca sexə girmək istədiyini görmüşdür. Turalın sağ əlində tutacağı ağımtıl-göyümtül rəngli bıçaq olmuşdur. Bu vaxt o, Təqsirləndirilən şəxs sexə girməsinin qarşısını almaq üçün sexin qapısını örtmüş və tez bir şəkildə içərisində qarpız-yemiş olan yük avtomobilinin yanına getmişdir. Lakin, Tural yenidən qapını açıb sexə girmək istəyəndə sexin sahibi Şahid1 çölə çıxaraq Turalın qarşısını kəsərək içəri daxil olmasına mane olmuşdur. Tural əlindəki bıçağı kənara ataraq kövrəlmiş və ətrafda gəzməyə başlamışdır. Daha sonra Şahid1 Şəmkir rayonu, X27 Stansiyasına zəng etmiş və təxminən 5-6 dəqiqədən sonra X27 Stansiyasının həkimləri gəlmişlər. X12 Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Nicat Məmmədlinin 26.07.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə saat 18:15-də Şəmkir RPŞ-nin növbətçi hissəsindən Şəmkir şəhər sakini, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində bıçaqla çoxsaylı zərbələr vuraraq doğma dayısı Şəmkir şəhər sakini X6 qəsdən öldürməsi barədə Şəmkir rayon prokurorluğuna telefon məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.07.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Şəmkir şəhərinin mərkəzindən Şəmkir- Gədəbəy avtomobil yolunun Gədəbəy rayonu istiqamətində 1 kilometr 500 metrlik məsafədə ünvan 1 ünvanı ilə üzbəüz magistral yolun sol tərəfindədir. Hadisənin baş verdiyi ərazidən şimal-şərq istiqamətdə 20 (iyirmi) metrlik məsafədə “Bazar Store” marketi və “Gold Qafqaz” Şadlıq Sarayı yerləşir. Hadisə yerinə baxış zamanı aşkar olunan qanabənzər şübhəli ləklərin və qan gölməçəsinin işıqlanma qurğusu ilə təchiz olunmuş “Nikon” markalı rəqəmsal fotoaparatla fotoşəkilləri çəkilmişdir. Həmin qanabənzər ləkələrdən 5 (beş) ədəd müxtəlif yerlərdən pambıq çöplə nümunələr tərəfimdən götürülərək zərfə qoyulub qablaşdırılmaqla möhürlənmişdir. Bundan başqa hadisə yerinə baxış zamanı aşkar edilmiş Təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman istifadə etmiş olduğu və ümumi uzunluğu 20 sm təşkil edən məişət təyinatlı mətbəx bıçağı tərəfimdən götürülərək zərfə qoyulmaqla qablaşdırılıb möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.07.2021-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, meyitin müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər müşahidə edilmişdir: 1. Başın tüklü hissəsində sol təpə gicgah hissəsində 5x1 sm ölçüdə qövsvari formada kəsilmiş-soyulmuş yara vardır. 2. Sol çiyin üstü nahiyədə 2x0,5 sm ölçüdə yara vardır. Yaradan qan gəlir. 3. Döş qəfəsinin arxa səthinin sol yarısında arxa kürək xətti üzrə kürək sümüyünün orta 1/3 səviyyəsində 2,5x1sm ölçüdə yara daxilə keçmişdir. 4. Döş qəfəsinin arxa səthinin sol yarısında sol panoram xətt üzrə 8ci qabırğa səviyyəsində 5,5x1 sm ölçüdə daxilə keçən yara var. Yara soldan-sağa, yuxarıdan-aşağıya, arxadan önədir. 5. Döş qəfəsinin arxa səthində orta kürək xətti üzrə köndələn istiqamətdə yerləşmiş, 9-cu qabırğa səviyyəsində 2,5x1,5 sm ölçüdə daxilə keçən yara vardır. 6. Həmin yaradan 2 sm aşağıda və 2 sm sağda 2,5x2,3 sm ölçüdə bir yara var. Yara daxilə keçmir. 7. Döş qəfəsinin arxa səthinin sağ yarısında onurğa xətti üzrə çəp boylama istiqamətdə yerləşmiş, 9-cu qabırğa səviyyəsində 3,5 x 1 sm ölçüdə yara vardır. 8. Həmin yaradan 9 sm aşağıda sağ yarısında 2,7 x 0,5 sm köndələn istiqamətdə yerləşmiş və daxilə keçən yara vardır. 9. Qarının sol arxa yan səthində daxilə keçən yara vardır. 10. Sol ağ ciyəri və nazik bağırsaq ilgəyini zədələyən yara vardır. X1 meyitinin xarici müayinəsi zamanı yuxarıda qeyd edilən xəsarətlərdən başqa hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Meyitin müayinəsi zamanı meyitin əynində olan yaşıl rəngli 2 (iki) düyməli qısaqol köynək və tünd göy rəngli idmançı şalvarı iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.07.2021-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.07.2021-ci il tarixli “paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan üzərində zəif formada ağ cızıqlı xətləri olan solğun qara rəngli şalvar, üzərində ağ cızıqlı xətləri olan qara rəngli üç düyməli qısaqol köynək, açıq boz rəngli trusik iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.07.2021-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, dəstəyi mavi və ağ rəngli, ümumi uzunluğu 20 sm təşkil edən bıçaq bozumtul-gümüşü rəngli metal materialdan hazırlanmışdır. Bıçağın tiyəsinin aşağı kənarı itilənmiş vəziyyətdədir. Yuxarı kənarı isə itilənməmiş vəziyyətdədir. Tiyəni küp hissəsi “P” şəkilli olub qalınlığı 1 millimetr təşil edir. Tiyənin üzərində işlənmə izləri və tünd qonur-qəhvəyi rəngli ləkələr müşahidə olunur. Bıçağın dəstəyi mavi və ağ rəngli olmaqla, plasmass materialdan hazırlanmışdır. Dəstəyin yuxarı və aşağı kənarı nisbi dalğavari, maili formada olub, dəstəyin üzərində işlənmə izləri və qonur-qəhvəyi rəngdə ləkələr müşahidə olunur. Bıçağın üzərində olan millər paslanmış vintlərlə bərkidilmişdir. Bıçağa baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hal və ya fakt müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.07.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi 130 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu 0,7 promill təşkil etməklə, onun sərxoş olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28.07.2021-ci il tarixli 4(076)-98/2021 saylı Şəmkir rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 26.07.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Mərkəzi Xəstəxanasının 02.08.2021-ci il tarixli 744 nömrəli arayışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Şəmkir rayonu S.Vurğun küçəsi ev 184-də qeydiyyatda olan Əzizov X21 rayon Konsultativ Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir şəhər Mənzil İstismar Kontorunun 03.08.2021-ci il tarixli 283 nömrəli arayışından görünür ki, Şəmkir rayonu S.Vurğun küçəsi ev 184-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 1965-ci il təvəllüdlü anası Şahid5 qızından və 1991-ci il təvəllüdlü bacısı X5 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir şəhər Mənzil İstismar Kontorunun 03.08.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Şəmkir rayonu S.Vurğun küçəsi ev 184-də qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 27 iyul 2021-ci il tarixli, 926 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 26 iyul 2021-ci il tarixli, 27 nömrəli rəyində görünür ki, 1. X1 meyitinin bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir, bunlardan; 1.1. Başın tüklü hissəsində sol təpə-gicgah nahiyəsinin kəsilmiş yarası l(bir) ədəd; 1.2. Sol çiyinüstü nahiyənin deşilmiş-kəsilmiş yarası l(bir) ədəd. Yara kanalı boyunca boyun arteriya və venaları zədələnmişdir. 1.3. Döş qəfəsinin arxa səthinin sağ və sol yarısının döş boşluğuna keçən hər iki ağ ciyəri zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmişkəsilmiş yaraları, 5(beş) ədəd; 1.4. Döş qəfəsinin arxa səthinin sol kürək sümüyü proyeksiyasında daxilə keçməyən deşilmiş-kəsilmiş yarası, 1 (bir) ədəd; 1.5. Qarının sol yan səthinin qarın boşluğuna keçən nazik bağırsaq ilgəyini zədələyən deşilmiş-kəsilmiş yarası, l (bir) ədəd. 1.6. Sağ budun aşağı üçdə birinin bayır səthinin sıyrığı. Qeyd olunan xəsarətlərdən başın tüklü hissəsində sol təpə-gicgah nahiyəsinin kəsilmiş yarası, sol çiyinüstü nahiyənin, döş qəfəsinin arxa səthinin sağ və sol yarısının, qarının sol yan səthinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla, sağ budun aşağı üçdə birinin bayır səthinin sıyrığı isə KÜT əşya ilə ölümündən az əvvəl yetirilmişdir, həyatıdırlar. 2. X1 başın tüklü hissəsində sol təpə-gicgah nahiyəsinin kəsilmiş yarası, sol çiyinüstü nahiyənin, döş qəfəsinin arxa səthinin sağ və sol yarısının, qarının sol yan səthinin deşilmiş-kəsilmiş yaraları ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də, eyni konstruktiv xüsusiyyətə malik olan digər deşici-kəsici alətlə yetirilə bilərdi. X4 bədən səthində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən, həmin xəsarətlərin yetirilmə ardıcıllığını təyin etmək mümkün olmadı. 3. X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına və sayma əsasən onu demək olur ki, xəsarət yetirən şəxsin zərər çəkən şəxsin arxa tərəfində olması daha çox ehtimal olunur.
4. Ağırlıq dərəcəsinə görə kəskin qanitirməyə səbəb olmuş boyun arteriya və venalarını zədələyən sol çiyinüstü nahiyənin l (bir) ədəd, döş qəfəsinin arxa səthinin sağ və sol yarısının döş boşluğuna keçən hər iki ağ ciyəri zədələyən, daxili qanaxmaya səbəb olmuş 5(beş) ədəd, qarının sol yan səthinin qarın boşluğuna keçən nazik bağırsaq ilgəyini zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 7 ədəd), həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər, başın tüklü hissəsində sol təpə-gicgah nahiyəsinin kəsilmiş yarası və döş qəfəsinin arxa səthində sol kürək sümüyü proyeksiyasında daxilə keçməyən deşilmiş kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər, sağ budun aşağı üçdə birinin bayır səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən bədən xəsarətləri əlamətlərinə malikdir. 5. X1 ölümünə səbəb sol boyun arteriya və venalarını zədələyən sol çiyinüstü nahiyənin, döş qəfəsinin arxa səthinin döş boşluğuna hər iki ağ ciyəri zədələyən və qarının sol yan səthinin qarın boşluğuna keçən nazik bağırsaq ilgəyini zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X4 ölümü meyitin müayinəyə başlanmasından 1-3 saat əvvəl baş vermişdir. 6. X1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində l,3%o promilli qatılığında etil spirti aşkar edilmişdir, narkotik maddə aşkar edilməmişdir. Bu miqdar etil spirti rəsmi cədvəl üzrə canlı şəxslərdə yüngül dərəcəli alkoqol alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09.09.2021-ci il tarixli, 539/180 nömrəli kompleks məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki; 1. Təqsirləndirilən şəxs aşağıdakı fərdipsixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. 2. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi psixi-emosional vəziyyətdə olmuşdur və bu halın yaranma səbəblərindən biri hadisəni sərxoş vəziyyətdə törətməsi ola bilər. 3. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). 4. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hadisəni faktiki düzgün qavramış və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O. hal-hazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon polis şöbəsinin 08.10.2021-ci il tarixli, 190-32264-1221 nömrəli məktubundan görünür ki, 26 iyul 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə məişət təyinatlı mətbəx bıçağı ilə sərxoş vəziyyətdə olan və onunla birgə ünvan 1 ünvanında yaşayan, 19 noyabr 1970-ci il təvəllüdlü dayısı X7 çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürən zaman hadisə yerində Şəmkir şəhəri, Səməd Vurğun küçəsi ərazisində “televizor təmiri” müəssisəsinin sahibi Şahid1 və Şəmkir şəhər sakini X17 olmuşlar. Təqsirləndirilən şəxs daim spirtli içki qəbul etmiş və ailə üzvləri ilə qeyri-etik münasibət saxlamışdır. Təqsirləndirilən şəxs narkotik maddələrə qarşı aludəçiliyi olmamışdır. Təqsirləndirilən şəxs cinayət törtəməyə sövq edən, təhrik edən və yaxud cinayətin törədilməsində kömək edən hər hansı bir şəxs və ya şəxslər olmamışdır. Təqsirləndirilən şəxs və X4 2016-cı il tarixdə Rusiya Federasiyası ərazisində olmaları ilə bağlı keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10.12.2016-cı il tarixdən 06.12.2017-ci il tarixə qədər olan müxtəlif vaxtlarda Gürcüstan Respublikasının Tbilisi şəhərinə gedib gəlmiş və Nizami Böyükkişiyev 29.11.2017-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Qeyd edilənlərdən əlavə əməliyyat-yolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisəni dayısı X4 2016-cı il tarixdə Rusiya Federasiyası ərazisində olarkən ona vermiş olduğu 150 ABŞ dolları məbləğində pul vəsaitini dəfələrlə geri tələb etməsi səbəbilə törətmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 27 oktyabr 2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs əli ilə ünvan 1 ünvanını göstərərək dayısı X8 və anası ilə birlikdə həmin ünvanda yaşadığını, 26 iyul 2021-ci il tarixdə saat 14 radələrində Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında yerləşən “İstiqlal” parkının qarşısında olan oturacaqda oturaraq 250 qram miqdarında spirtli içkini qəbul etdikdən sonra həmin gün saat 17 radələrində yaşadığı evdə spirtli içki qəbul etməyə davam etdiyini, dayısı Nizami Böyükkişiyevin onu küçəyə çağırmasından sonra əli ilə göstərdiyi yerdən, yəni evin həyətində olan cinayət hadisəsi zamanı istifadə etdiyi mətbəx bıçağını götürdüyünü, mübahisənin məhz əli ilə göstərdiyi ünvan 1 ünvanının qarşısında-Çinar ağacının altında başladığını, bu zaman dayısı Nizami Böyükkişiyevin ondan 2016-cı il tarixdə vermiş olduğu 150 ABŞ dolları məbləğində pul vəsaitini geri tələb edərək atasının şəxsiyyətinə qarşı nalayiq ifadələr işlətdiyini, dayısının ona əvvəllər vermiş olduğu 150 ABŞ dolları məbləğində pul vəsaitini qaytarmaqdan yaxa qurtarmaq üçün həmin gün saat 18 radələrində əlində olan mətbəx bıçağı ilə dayısının sol böyrək və kürək nahiyəsində doğru dəfələrlə bıçaq zərbələri yetirdiyini, əli ilə göstərdiyi yerdə dayısına çoxsaylı bıçaq zərbələri yetirdikdən sonra çinar ağacının altında oturaqlı vəziyyətdə olduğunu bildirmiş, hadisədən sonra qismən ayılaraq dayısının qanlı vəziyyətdə üzbəüz “televizor təmiri” yerindən aparıldığını görmüş və daha sonra polis əməkdaşlarının gələrək onu hadisə yeri ilə 5 (beş) metrlik məsafədən götürməklə Şəmkir rayon polis şöbəsinə apardıqlarını qeyd etmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-tibbi kriminalistik və bioloji ekspertizasının məhkəmə-tibbi-bioloji ekspertizasının 01.09.2021-ci il tarixli, 594/MTBŞ-2021 №-li rəyindən görünür ki, 1. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X4 qan qrupu : O (1). 2. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Təqsirləndirilən şəxs qan qrupu: O (1). 3. Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş, 05 ədəd çubuğa sarınmış pambıq, 01 ədəd bıçaq, N.Q.Böyükkişiyevə məxsus köynək, şalvar və Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni O (1) qrupunu xarekterizə etdiyindən, aşkar olunmuş qan ləkələri N.Q.Böyükkişiyevə və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncunun bədənində hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa). 4. Təqsirləndirilən şəxs məxsus köynək və trusik üzərində qanaşübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-tibbi kriminalistik və bioloji ekspertizasının 25.08.2021-ci il tarixli, 427- 2021/MTKŞ №-li məhkəmə tibbi-kriminalistik ekspertizasının rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş və X7 məxsus köynəyin ön səthinin sol yarısında 04 (dörd) ədəd, arxa səthinin orta hissəsində 02 (iki) ədəd və arxa səthinin sol yarısında 04 (dörd) ədəd, cəmi 10 (on) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr yaxşı itilikli ucu, yaxşı itilikli ülgücü və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. 2. Ekspertizaya təqdim edilmiş və X7 məxsus köynək üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. 3. Ekspertizaya təqdim olunmuş və X7 məxsus şalvar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. 4. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus şalvarn sağ ayaqlığının yuxarı hissəsində, sağ yan tikişi üzərində bir ədəd küt yaranma mexanizminə malik olan və şalvarın müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterikdir sökülmə zədəsi vardır. Bu zədənin müxtəlif şəraitlərdə, eləcə də, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni dalaşma zamanı dartılma nəticəsində əmələ gəlməsi istisna olunmur. 5. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynək və tuman üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. 6. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.10. 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, istintaq zamanı 26.07.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş dəstəyi göy və ağ rəngli, ümumi uzunluğu 20 sm təşkil edən məişət təyinatlı mətbəx bıçağı, 5 (beş) ədəd hər iki tərəfi qanabənzər şübhəli ləkələrə batırılmış pambıq çöp, 26.07.2021-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş mərhum X7 məxsus paltarlar-hadisə vaxtı əynində olan yaşıl rəngli 2 (iki) düyməli qısaqol köynək və tünd göy rəngli idmançı şalvarı; 26.07.2021-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar- üzərində zəif formada ağ cızıqlı xətləri olan solğun qara rəngli şalvar, üzərində ağ cızıqlı xətləri olan qara rəngli üç düyməli qısaqol köynək, açıq boz rəngli trusik öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə təqdim etdiyi 07.12.2021-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur, onlar barışıblar. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərşəkmiş şəxsin hüquqi varisnin ondan hər hansı şikayət və tələblərinin olmamasını, onların barışmasını, əməlindən səmimi peşman olamsını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 26.07.2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut hesab edilən və Şəmkir rayon prokurorluğunda saxlanılan – dəstəyi göy və ağ rəngli, ümumi uzunluğu 20 sm təşkil edən məişət təyinatlı mətbəx bıçaq, 5 (beş) ədəd hər iki tərəfi qanabənzər şübhəli ləkələrə batırılmış pambıq çöp məhv edilməli, mərhum X7 məxsus paltarlar-hadisə vaxtı əynində olan yaşıl rəngli 2 (iki) düyməli qısaqol köynək və tünd göy rəngli idmançı şalvarı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar- üzərində zəif formada ağ cızıqlı xətləri olan solğun qara rəngli şalvar, üzərində ağ cızıqlı xətləri olan qara rəngli üç düyməli qısaqol köynək, açıq boz rəngli trusik qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03.05.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 26 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Şəmkir rayon Prokurorluğunda saxlanılan dəstəyi göy və ağ rəngli, ümumi uzunluğu 20 sm təşkil edən məişət təyinatlı mətbəx bıçaq, 5 (beş) ədəd hər iki tərəfi qanabənzər şübhəli ləkələrə batırılmış pambıq çöp məhv edilsin, mərhum X7 məxsus paltarlar-hadisə vaxtı əynində olan yaşıl rəngli 2 (iki) düyməli qısaqol köynək və tünd göy rəngli idmançı şalvarı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar- üzərində zəif formada ağ cızıqlı xətləri olan solğun qara rəngli şalvar, üzərində ağ cızıqlı xətləri olan qara rəngli üç düyməli qısaqol köynək, açıq boz rəngli trusik qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.