Məhkəmə qərarları › İş №1(100)-385/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-385/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-385/2024 12.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Həsənov Hüseyn Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, ədliyyə müşviri X10 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1989-cu ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3, 234.1, 66.2-ci maddələri ilə 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş Goranboy rayonu, Dəliməmmədli şəhəri, Ə.Fərəcov küçəsi, ev 5-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs Goranboy rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.1 və 66.2-ci maddələri ilə 02il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının 06 ay azaldılmasına və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 5,147 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvana daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 19:45-də ünvan 1 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Goranboy Rayon Polis Şöbəsinə gətirilib xidməti otaqların birində saat 21:05-dən etibarən üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli parça şalvarının sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 5,147 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Habil oğlu göstərdi ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona heç bir aidiyyəti yoxdur. Əvvəl cinayət hadisəsi törətsə də məhkum olunub islah olmuş, azadlığa çıxandan sonra fərdi əməklə qapı-darvaza ustalığı ilə məşğul olmuşdur. Saxlanıldığı gün yəni xx.xx.2023-cü ildə müştərinin qapısını düzəldərkən sahə rəisi və Goranboy rayon polis şöbəsinin 2 nəfər polis əməkdaşı işlədiyi yerə gəlib təxminən saat 11 radələrində onu müstəntiqin çağırıdığını deyib Goranboy rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt yanında əmisioğlu Rüzgar Uğurluyev və “Ratan” ləqəbli adını xatırlamadığı işçisi olmuşdur. Təxminən 1 neçə saat heç bir səbəb demədən onu polis şöbəsində xidməti otaqların birində saxlamış sonra isə Bakıdan gələn polis işçiləri ona “nə lotuluq edirsən burda!?, polisi vurursuz?” demiş və narkotik bükümü verərək götürməsini, əks təqdirdə zorakılığa məruz qalacağı və daha artıq narkotiklə yükələnəcəyini demişlər. Əvvəl etiraz etmək istəsə də mənasız olduğunu görüb polislərlə razılaşmış, aparılmış videoçəkilişdə polislərin cibinə qoyduğu bükümü çıxarıb təqdim edərək guya məktəbin yanından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, narkotik vasitələrə heç bir aidiyyəti yoxdur. Saxlanılmamışdan 1 həftə əvvəl Goranboy rayonu Dəliməmmədli şəhərində qohumu Emin Uğurluyevlə oğlu polis əməkdaşı olan Əli adlı şəxs arasında çayxanada münaqişə baş vermiş, həmin vaxt qohumunun atdığı butulka gedib Əlinin maşınına dəymiş və münaqişə olmuşdur. Həmin prosesdə iştirak etdiyi üçün polis əməkdaşları onun dava etdiyini güman edib polis şöbəsinə aparmış, sonradan isə narkotiklə “şərləmişlər”. Həmin kafedə baş vermiş davada iştirak etməmiş, kiməsə xəsarət yetirməmiş və vurmamışdır. Günahsız olduğu üçün azadlığa buraxılmasını istəyir. Məhkəmədən fərqli olaraq ibtidai araşdırmanın ilkin dövründə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilirəkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 13 radələrində öz şəxsi işlərini həll etmək üçün gedərkən yolun kənarında gözünə parıltı dəymiş və əyilib həmin əşyanı götürmüşdür. Yaxından diqqətlə baxdıqda büküm olduğunu görüb içərisini açanda narkotik vasitə olmasını görmüş və şəxsi istifadəsi üçün həmin bükümü cibinə qoymuşdur. 19 oktyabr 2023-cü il tarixdə axşam 19 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhərində olarkən neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmiş, vəsiqələrini göstərib Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, üzərində nəsə olub-olmamasını soruşduqda səmimi olaraq üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Polis əməkdaşları onu Goranboy rayon polis şöbəsinə aparmış, polis şöbəsinə gəldikdən sonra müdafiəçi çağırılmış və şübhəli şəxs qismində tutulmuşdur. Üzərində qanunsuz əşya varsa verməsi təklif edildikdə əynindəki boz rəngli parça şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm çəkilib qablaşdırılmış möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini günorta saatlarında Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən orta məktəbin yaxınlığında yerdən tapdığını bildirmişdir. İbtidai araşdırmanın son dövrü, yəni 01 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edildikdən sonra Təqsirləndirilən şəxs həmin maddə ilə özünü təqsirli bilməyərək ifadə verməkdən və tərtib edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Gornaboy rayonunda yaşayan əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitə əldə edib saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, idarə rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış, iş yoldaşları ilə birgə həmin gün Bakı şəhərindən Goranboy rayonuna gəlmişlər. Tayyar Uğurluyev axşam saat 19 radələrində Dəliməmməd şəhərində küçədə saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilmiş, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda özü və onunla gələn əməkdaşlar iştirak etmiş, üzərində qanunsuz saxladığı əşya varsa verməsi təklif edildikdə, Təyyar könüllü olaraq şalvarın cibində saxladığı 1 ədəd bükümü təqdim etmiş və yerdən tapdığını bildirmiş və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 göstərdi ki, Təyyarı yaşadığı ünvanın yaxınlığında küçədə saxlamış və Goranboy rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt şərait olmadığı və müdafiəçinin iştirakı üçün Təyyar ən yaxın olan Goranboy rayon polis şöbəsinə aparılmış, yolda və orada olduğu müddətdə heçbir psixoloji və fiziki təsir və təzyiq olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni yerdən tapdığını və istifadə üçün üzərində saxladığını bildirmişdir. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin satışla bağlı hissəsində təsdiqini tapmamış, bununla bağlı hansısa məlumat əldə edilməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Goranboy rayonu Dəliməmmədli şəhərinin sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxslə hər hansı ədavət yaxud düşmənçiliyi yoxdur onu xidmət etdiyi ərazinin sakini kimi tanımış, əvvəllər məhkumluğu olduğu üçün onunla arabir profilaktiki söhbətlər aparmışdır. xx.xx.2023-cü ildə də həmişəki kimi xidməti ərazidə olmuşdur. Lakin Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Goranboy rayon polis şöbəsinə O, dəvət etməmiş və aparmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 göstərdi ki həqiqətən hadisədən bir müddət əvvəl Dəliməmmədli şəhərində kafedə dalaşma olmuş və yanlış xatırlamırsa təqsirləndirilən şəxsin qohumlarından biri həmin hadisədə iştirak etmişdir. Baş vermiş münaqişə zamanı Təyyarın iştirakı ilə bağlı məlumatı olmamış, hadisə təhqiqat bölməsi tərəfindən araşdırılmışdır. Təqsirləndirilən şəxsin hansı səbəbdən Goranboy rayon polis şöbəsinə onun tərəfindən dəvət edilib aparılması və orada əsassız cinayət məsuliyyətinə cəlb edilməsini bildirməsinin səbəbini bilmir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 göstərdi ki, Təyyar onun əmisi oğlu və işçisi olmuşdur. 2023-cü il oktyabr ayında dəqiq xatırlamadığı tarixdə Goranboy rayonu Poylu kəndində müştərinin evində darvazada rəngləmə işləri görərkən yaşadığı yerin sahə rəisi olan Vahid adlı polis əməkdaşı ona zəng edib harada olması ilə maraqlanmış, təxminən günorta radələrində “Vaz 2106” markalı avtomobillə xidməti geyimdə olan 2 polis nəfəri ilə yanlarına gəlmiş, Təyyarın baş vermiş kafedəki dalaşma ilə əlaqədar şöbəyə çağırıldığını demişdir. Təyyar da Vahidgillə birlikdə getmiş, təxminən bir neçə saat sonra Vahidə zəng edib maraqlananda Tayyarın narkotikə görə saxlanıldığını öyrənmişdir. Sonradan isə Tayyarın bacısı onun Bakıya aparıldığını və orada istintaq təcridxanasında olduğunu demişdir. Əmisioğlu Təqsirləndirilən şəxs narkotiklərlə əvvəllər hansısa bağlılığı olmamış, onun narkotik istifadə etməsini və pis vərdişləri olmasını görməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 da Təqsirləndirilən şəxs son dəfə Ruzigarla birlikdə Poylu kəndində iş görərkən yanlarında olduğunu və yanlarına gəlmiş polis əməkdaşları ilə çıxıb getdiyini gördüyünü, sonradan isə nahar fasiləsinə getdiklərini və iş gördükləri üçün Təyyarla maraqlana bilmədiklərini, təxminən bir neçə gün sonra Təyyarın narkotikə görə saxlanılıb Bakıya aparıldığını öyrəndiyini bildirmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raport və həmin tarixli təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Goranboy rayonu Dəliməmmədli şəhəri, Ə.Fərəcov küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitə və psixotrop maddəərin satışı ilə məşğul olması əldə edərək saxlaması və daşıması barədə DİN BMCMİ-nə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün 19:45-də ünvan 4 ünvanı yaxınlığında saxlanılmış, saxlanıldığı yerdə üzərinə baxış keçirilməsinə şərait olmadığından prosessual hərəkətlərin aparılması üçün O, Goranboy RPŞ-yə aparılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 20:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol və əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı əynində olan boz rəngli parça şalvarın sol yan cibindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 5,147 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, şifahi sorğusual zamanı həmin narkotik vasitəni yaşadığı yerin yaxınlığında olan orta məktəbin yanından tapdığını və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 oktyabr 2023-cü il tarixli 3-16- 16/2-6/5658 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,147 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qalıq 5,097 qram. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzdən verilmiş məhkəmə-narkoloji tibbi ekspertizanın 20 oktyabr 2023-cü il tarixli, 6887 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Deməsinə görə təxminən 4-5 ildir ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir, həmçinin 2 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Cinayət işində olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3929/k №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində 6,047 qram paracetamol aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1515 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sol əlin və İİ barmağın sıyrıqları bərk küt əyanın təsirindən müayinədən 6-8 əvvəl əmələ gəlmiş, zərərçəkmişin göstərdiyi tarix və şəraitdə (yəni iş görərkən) əmələ gələ bilərdilər: sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1510/2023 saylı qərarından görünür ki, həmin tarixdə məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin 5(005)-1770/2023 saylı xx.xx.2023cü il tarixli qərarından görünür ki, DİN DİN BMCMİ-nin xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarı həmin hərəkətin keçirildiyi yer üzrə Goranboy rayon Məhkəməsinə göndərilməsi üçün əməliyyat-axtarış fəaliyyəti subyektinə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 23.02..2024-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıqlarda iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına verilmiş cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli xidməti yazıdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin satışını həyata keçirmək məqsədi ilə əldə edib saxlamasına dair məlumatlar əldə edilsə də Təqsirləndirilən şəxs satış məqsədilə əldə etdiyi narkotik vasitə heroinin mənbəyinin və tapşırıqda göstərilən digər halları müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsi və Goranboy rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.1, 66.2-ci maddələri ilə 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş və araşdırılan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Tunar Uğurluyev və xx.xx.2014-cü il təvəllüdlü Məlakə Uğurluyeva adlı azyaşlı övladları var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,097 qram olan heroin BMCMİ-nin maddi surtların saxlama otağına saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işindən narkotik vasitənin mənbəyi ilə bağlı material ayrı icraata ayrılmışdır. Müdafiə tərəfinin göstərdiyi Təqsirləndirilən şəxs saxlanılmamışdan bir müddət əvvəl baş vermiş münaqişədə polis əməkdaşıın atasının döyülməsii lə bağlı əsassız cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı xüsusatla əlaqədar məhkəmənin təşəbbüsü ilə Goranboy RPŞ-yə verilmiş sorğuya cavab olaraq təqdim edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Goranboy rayon Dəliməmmədli şəhər sakini X8 DİN “102” xidmətinə müraciəti və Goranboy RPŞ-yə Emin Uğurluyev tərəfindən döyülməsi ilə bağlı şikayəti əsasında Goranboy RPŞ TB-də toplanmış 2123 №li material üzrə cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığı üçün rədd edilmiş, X14 Uğurluyevlə barışdığı üçün sonuncu İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. İş materiallarında olan BMCMİ-nin baş əməliyyat müvəkkili Fərid Kazımovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda və “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və onun saxlanılması barədə qərar qəbul edilmişdir. İş üzrə ibtidai araşdırmanın aparıldığı bütün dövrdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində, eləcə də istintaq hərəkətlərinin aparıldığı videoçəkilişdə üzərindən aşkar edilən narkotik vasitə olan heroini yerdən tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, heçkimə satmadığını və vermədiyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş əməliyyat məlumatının daxil olduğu BMCMİ-nin baş əməliyyat müvəkkili Fərid Kazımov ibtidai istintaq və məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitə dövriyyəsi ilə məşğul olması barədə olsa da Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədilə əldə etməsi və ya satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavabda isə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, satdığı şəxslərin dairəsini və heroini həqiqətən haradan əldə etməsinin müəyyən edilmədiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması öz-özlüyündə hazırki iş üzrə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi, sövdələşməsi, alıcı(lar) ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar, narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu sair hərəkətlər) hallara dair heçbir sübut əldə edə və satışla bağlı hissədə təqsirini sübuta yetirə bilməmişdir. Həmçinin ibtidai istintaq orqanı məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyinə əsasən Təyyar Uğurlueyvin narkotik vasitələrdən sui-istifadə etməsi və narkomaniya xəstəliyindən əziyyət çəkməsini aşkar edilmiş narkotik vasitəni istehlak məqsədi ilə əldə etmə mümkünlüyünə diqqət yetirməməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz əldə edib saxlaması və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər halla təsdiq olunmayan barəsindəki əməliyyat məlumatı əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edən heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyil. Belə ki, cinayət işi materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Belə halda cinayət işində olan məktub və raporta istinad etməklə Tayyar Uğurluyevin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. İttiham tərəfindən Təqsirləndirilən şəxs satış məqsədini təsdiq edən yeganə hal kimi göstərilən isə narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və bir neçə bükümdə olmasıdır ki, buna münasibətdə məhkəmə qeyd edir ki, istintaq orqanı yalnız bir bükümdə olduğuna, narkomaniya xəstəliyindən əziyyət çəkməsinə və onun satış məqsədini təsdiq edən digər mötəbər sübut(lar) olmamasına diqqət yetirilməmişdir. Buna da Təqsirləndirilən şəxs küllli miqdar narkotik vasitənin satışı ilə məşğul olması kimi qiymət verilməsi məntiqi, qanuni, ədalətli, məntiqi və ağlabatan deyil və bu şəxsin narkotik vasitə satışını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə çəkisinin şəxsi istehlak miqdarından artıq çəkidə olması, onun narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması....- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yolla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İ siyahıya əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibi əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş heroinin ona məxsus olmaması, saxlanılmamışdan bir neçə əvvəl qohumunun polis əməkdaşının atası ilə kafedə davasında iştirak etdiyi üçün sonradan polis əməkdaşları tərəfindən Goranboy rayon Polis şöbəsinə aparılıb BMCMİ-nin əməkdaşları tərəfindən ona psixoloji təzyiq göstərilərək narkotik vasitə olan büküm qoyulub götürülməsinin tələb edilərək qanunsuz olaraq üzərinə qoyulmasını, edilmiş təzyiq nəticəsində əməli etiraf etməsinə, lakin istintaqın son dövründə elan edilmiş ittihamla razı olmayıb təqsirsiz olmasının təsdiqi kimi tərtib edilmiş sənədləri imzalamamasına münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin hallar Təqsirləndirilən şəxs özünün ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ilkin olaraq verdiyi tam etirafedici ifadələri, şahid ifadələri, eləcə də cinayət işi materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin qeydə alındığı videoçəkiliş, iş üzrə təyin edilmiş məhkəmə narkoloji və kimyəvi ekspertiza rəyləri və cinayət işinin digər faktiki halları ilə inkar edilmiş, öz ifadəsindən başqa digər hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır. Buna görə də məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından həqiqətəuyğun olmayan hesab edir, həmin hissədə sübut kimi qəbul etmir və gəldiyi nəticəni aşağıda qeyd edilən sübutların təhlili ilə əsaslandırır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, vəkil - müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuş, prosessual hərəkətlər isə videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkilişə məhkəmədə baxış zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində gözlə görünən hər hansı xəsarət, yaxud xəsarət izi, həmin vaxt edilən psixi və fiziki təzyiqə görə qeyri-adi psixi-emosional halda olduğunu göstərən, həmçinin digər adekvat olmayan hal(lar) müəyyən edilməmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroinin ona məxsus olmasını bildirmiş, videoçəkilişdə kifayət qədər imkana malik olmasına baxmayaraq, istintaq hərəkətlərinə və orada iştirak edən şəxslərə etirazını bildirməmiş, müdafiəçi tərəfindən ona qarşı hansısa zorakılıq olub-olmaması, təqdim etdiyi narkotik vasitəyə bənzər kütlənin ona məxsus olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs etiraz etməyib bükümün özünə məxsus olduğunu demişdir. Məhkəmə təqsirləndirilən şəxsin və müdafiə tərəfinin təqsirsizliyinə dəlil olaraq göstərdiyi xx.xx.2024-cü ildə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni ititham elan edildikdən sonra tərtib edilmiş sənədlərə imza etməməsinə münasibətdə qeyd edir ki, tərtib edilmiş prosessual sənədləri imza etməmək və sənəd və qərarları qəbul etməmək qanunvericiliyin təqsirləndirilən (şübhəli) şəxsə verdiyi hüquqlardan biri olaraq özünü ifşa etməmək, yaxud özünü ifşaeetməkdə müstəqillik hüququnun həyata keçirilməsinin əsas təminatlarından biridir. Məhkəmənin qənaətinə görə təqsirləndirilən (şübhəli) şəxsin tərtib edilmiş sənədlərə imza etməməsi müxtəlif (ittiham olunduğu maddə(lərlə) razı olmamaq, hərəkətlərə və qəbul edilən qərarlara etiraz etmək və sair) səbəblərdən ola bilər ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs prosessual sənədlərə imza etməməsi müstəntiq tərəfindən onun verilmiş ittihamla razı olmaması kimi qeyd edilmiş və istintaq hərəkətindən iştirak edən müdafiəçi tərəfindən imzalanmamışdır. Məhkəmədə müdafiə tərəfinin göstərdiyi oğlu polis əməkdaşı olan Əli Həsənovla qohumu Elmin Uğurluyev arasında olan münaqişə zamanı kafedə olması ilə bağlı əsassız cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, bununla bağlı müvafiq qərarın surəti sorğu edilərək iş materiallarına əlavə edilmiş tərəflrin iştirakı ilə tədqiq edilmişdir. Həmin qərardan da görünür ki, qeyd edilən cinayət xarakterli hadisə təqsirləndirilən şəxs saxlanıldıqdan 2 həftə əvvəl baş vermiş, o saxlanılanda isə artıq iş üzrə yekun qərar cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş, ilkin yoxlama hərərkətləri zamanı nəinki Təqsirləndirilən şəxs barəsində araşdırma aparılmamış, izahatı belə alınmamışdır. Adi məntiq və ağlabatanlıq meyarı əsas götürülərsə davada iştirak edən və müdafiə tərəfinin qeyd etdiyi kimi polis əməkdaşının atasına xəsarət yetirən şəxsin “cəzasız” qalması, davada heç bir iştirakı olamayan və kiməsə xəsarət yetirməyən Təqsirləndirilən şəxs polis tərəfindən qərəzli olaraq əsassız cinayət məsuliyyətinə cəlb edilmək yolu ilə “cəzalandırılması” heç bir halda inandırıcı deyil və məhkəmə qeyd edilənlərə əsasən bunu dəlil olaraq qəbul etmir. Həmçinin Təqsirləndirilən şəxs və müdafiəçisinin təqsirsizliyinə dəlil olaraq göstərdiyi yaşadığı ünvandan deyil təxminən 5-6 km aralıdan Goranboy RPŞ əməkdaşları tərəfindən rəsmilədirilmənin aparıldığı vaxtdan təxminən 7-8 saat əvvəl Goranboy RPŞ-yə aparılıb orada qanunsuz saxlaılması sonra isə DİN BMCMİ-nin əməkdaşları tərəfindən göstərilən təzyiq nəticəsində ona məxsus olmayan- polis tərəfindən qanunusz olaraq üzərinə qoyulmuş narkotik vasitə olan heroinin özünə aid olmasını etiraf etməsinə münasibətdə qeyd edir ki, şəxsin ittihamda göstərildiyi kimi hansı ərazidən aparılması (gətirilməsi), kimlər tərəfindən (BMCMİ yaxud Goranboy RPŞ əməkdaşları tərəfindən saxlanılması şəxsin üzərində narkotik vasitələrin olmamasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, cinayət hüququna və nəzəriyyəsinə görə zaman və məkan vacib elementlər olsa da narkotik vasitələrin dövriyyəsi ilə bağlı şəxsin üzərində narkotik vasitənin olub-olmaması dair qəti qənaəti formalaşdırmadığından yalnız biri digərini təsdiq edən digər mötəbər sübutlar (birbaşa yaxud dolayı) vasitəsilə şəxsin təqsirsizliyini göstərən hallar kimi qiymətləndirilə bilər. Hazırki iş üzrə müdafiə tərəfinin qeyd etdiyi halaların sübutu aparılmış videoçəkilişdə həmin halların təqsirləndirilən şəxs yaxud müdafiəçisi tərəfindən aparılan şəxsia xtarış istintaq hərərkəti və şəxslərə etirazı formasına ifadə edilə bilərdi ki, bu da yuxarıda qeyd edildiyi kimi olmamış, heç bir şifahi etiraz verilməmiş, bilavasitə yaxud dolayı yolla narkotik vasitənin üzrərində çıxması mübahisələndirilməmişdir. Həmçinin müdafiə tərəfi iş üzrə əməliyyat məlumatının daxil olduğu əməliyyat müvəkkili Şahid1 keçirilmiş şəxsi axtarışda iştirak etməməsi və buna görə şəxsi axtarı protokolunun sübutlar siyahısından çıxarılması, həmçinin çəkilişin aparıldığı saat və dəqiqədə fərqliliklər olmasına münasibətdə qeyd edir ki, məhkəmədə baxışında Şahid1 dindirilərkən həmin hal mübahisələndirildiyindən şahidin dindirilməsi ilə paralel olaraq hissəvi, sənədlərin tədqiqi mərhələsində isə bütövlükdə fasiləsiz baxış keçirilərkən videogörüntünün Şahid1 tərəfindən aparılmasını təhqiqatçının qeyd etməsi, şəxsin özünün də çəkilişi aparan şəxs özü olduğunu bildirməsi ilə inkar edilmişdir. Belə halda isə Təqsirləndirilən şəxs göstərdiyi müdafiə dəlilərin əsassız olduğu təsdiqini tapır. Videoçəkilişdə tarix (ay, il, gün, saat və dəqiqə) dəqiq göstərildiyindən və hər hansı şübhə olmadığından hansısa halın əsassız mübahisələndirilməsi peşəkar davranışla ziddiyyət təşkil edir. Məhkəmə xüsusilə müdafiəçinin diqqətinə çatdırır ki, işin hərtərfli, obyektiv və tam araşdırılması imkanının yaradılması heçbir halda hüquqdan sui-istifadəyə gətirib çıxarılmamalıdır. Beləliklə məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt mənbədən satış məqsədi olmadan naməlum olmayan çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 19 oktyabr 2023-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində saxlanılaraq Goranboy Rayon Polis Şöbəsinə gətirilmiş, saat 21:05 dəqiqədən saat 21:17 dəqiqəyədək üzərinə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli parça şalvarının sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 5,147 qram olan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. X2 əvəl məhkum edildiyi Azərbacan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayət kateqoriyasına aid olduğundan və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan və Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməli cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-1-ci maddəsinə əsasən satış məqsədi olmadan külli miqdar narkotik vasitələri......qanunsuz olaraq əldə etmə, saxlama, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2, 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, onun islah olunması və narkomaniya xəstəliyindən müalicə olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında olan cəza müddəti daxilində mümkündür. Həmçinin Məhkəmə narkoloji ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və O, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olaraq DİN-nin BMCMİ-nin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkilsi 5,097 qram olan heroin məhv edilməli, və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişin əks olunduğu 1 ədəd “DVD” disk və telefon danışlarına dair məlumatar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və O, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-nin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkilsi 5,097 qram olan heroin məhv edilsin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülər olan 1 ədəd “DVD” disk və teelfon danışaılqrına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar