Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-386/2025 11.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X13 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi - X6 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1979-cu il tarixdə Qazax rayonu, Kosalar kəndində anadan olan, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Qazax rayonu, Kosalar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmadan, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş halda etibarnaməsiz idarə etdiyi QAZ-2410 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu, Kosalar-Canallı avtomobil yolu ilə Kosalar kəndi ərazisində “Yol hərəkəti haqqında” Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən avtomobili “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saatdan çox olmayan sürətlə idarə etməli olduğu halda, qeyd olunan qaydaya əməl etməyərək avtomobili 70 km/saatda sürətlə hərəkət etdirərkən idarəetməni itirərək yolun sol tərəfinə doğru keçməklə “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, yolun sağ kənarında dayanmış vəziyyətdə olan piyadanın olmasını əvvəlcədən nəzərə alaraq onunla təhlükəsiz yan məsafəsini təmin etmək üçün zəruri tədbirlər görməli, lazım gəldikdə həmin piyadaya çatmadan avtomobilin dayandırılmasını təmin etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında yerinə yetirməklə avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməli olduğu halda, həmin tələblərə riayət etməyərək, idarə etdiyi avtomobilə tormoz verib yolun əks istiqaməti tərəfə hərəkətlənmiş və həmin vaxt onun hərəkət hissəsinin sol tərəfində, yolun ehtiyat hissəsi ilə hərəkətdə olan piyada X4 idarə etdiyi QAZ-2410 markalı avtomobilin qabaq sol tərəfi ilə vuraraq sonuncuya canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən açıq kəllə-beyin travması, sol tərəfli gicgah sümüyünün və kəllə əsası sümüklərinin sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar, döş sümüyünün və sol 4-5-6-7-8-ci qabırğaların yerdəyişməli sınıqları, sol ağ ciyərin cırılmış yarası, başın alın və sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol döş qəfəsinin, sağ və sol bazunun qançırları, epiqastral nahiyənin sıyrığı xəsarətləri yetirməklə Günel Xəlilovanın almış olduğu kəllə tağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar ilə müşayiət olunan açıq kəllə beyin travması nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olmaqla, sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta radələrində Qazax rayonu, Kosalar kəndində həmkəndlisinin keçirdiyi yığıncaqda iştirak edib bir qədər spirtli içki qəbul etmişdir. Bir müddət sonra həmin yığıncaqdan çıxıb idarə etdiyi QAZ-2410 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə pay torpağına gedib bir az vaxt keçirmişdir. Saat 19 radələrində torpaq sahəsindən çıxıb yaşadığı Kosalar kəndinə qayıdan zaman yolun sağ kənarından qarşısına uşaq çıxdığı üçün əyləci basıb sükanı bir qədər sola çəkmişdir. Bundan sonra avtomobili sürüşərək yolun sol tərəfində olan piyadaya dəymişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi QAZ-2410 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında almış, sürücülük vəsiqəsi əvvəl olmuş, lakin hadisə zamanı müddəti bitmiş və maddi imkansızlıqdan yeni sürücülük vəsiqəsini almamışdır. Həmkəndlisinin yığıncağında günorta radələrində 2-3 araq stəkanı miqdarında spirtli içki olan araq içmiş, daha sonra əkdiyi ağaclara nəzarət etmək üçün pay torpağına getmişdir. Hadisə Qazax rayonu, Kosalar kəndinin girəcəyində baş vermişdir. Hadisə zamanı o, avtomobili ən çox 60 km/saatda sürətlə idarə etmişdir. Hadisə baş verən yol iki tərəfli olmuşdur. O, yolun sağ kənarından qarşısına çıxan uşağı vurmamaq üçün avtomobilin sükanını sola çəkmiş, həmin vaxt ondan irəlidə və arxada digər bir avtomobilin hərəkət etdiyini görməmiş, əyləci basıb sükanı sola çəkdikdən sonra avtomobil sürüşmüş və hərəkət istiqamətində yolun sol kənarında olan piyadaya dəymişdir. Uşaq hərəkət istiqamətində yolun sağ tərəfindən qarşısına çıxmışdır. Hadisə zamanı o, o qədər də sərxoş olmamış, sadəcə əyləci basdıqdan sonra avtomobili sürüşüb piyadaya dəymişdir. Yolun sağ tərəfindən qarşısına çıxan uşaqları təxminən onlara çatmağa 10 metr qalmış görmüş, həmin vaxt hava alatoran olmuşdur. Hadisə zamanı o, avtomobildə tək olmuş, lakin piyadanı vurduqdan sonra həmkəndliləri Şahid1, Şahid2 və digərləri oraya toplanmışdır. Hadisədən sonra o, mərhum Günel Xəlilovanı öz avtomobilinə qoyub Qazax rayon mərkəzi xəstəxanasına aparmış və yolda təcili-tibbi yardıma zəng etmişdir. Qazax şəhərinin girişində təcili yardım avtomobili ilə qarşılaşmış və Günel Xəlilovanı həmin avtomobilə qoyub xəstəxanaya göndərmişdir. Onun görmə qabiliyyətində heç bir problem olmamış, döngədən çıxdıqdan təxminən 50-60 metr sonra hadisə baş vermiş, o da təxminən 10-15 metrdən yolun kənarında bir-birini itələyən uşaqları görmüşdür. Əməlindən səmimi peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam radələrində işdən qayıdan zaman həmkəndlilərindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Qazax rayonu, Kosalar kəndi ərazisində arvadı X4 vurduğunu və hadisə nəticəsində arvadının öldüyünü eşitmişdir. O, hadisənin necə baş verməsini görməmişdir. İfadəsinin davamı olaraq İlham Xəlilov bildirmişdir ki, o, hadisə yerinə gələndə artıq arvadı Günel Xəlilovanı xəstəxanaya aparmışdılar. Hadisə zamanı Təqsirləndirilən şəxs qarşısına uşaq çıxmayıb sadəcə sonuncu avtomobili yüksək sürətlə idarə edibdir. Hadisə Kosalar kəndinin içərisində baş verib və həmin yolda icazə verilən maksimal sürət həddi 30-40 km/saatda olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs özü onun arvadı Güneli xəstəxanaya aparıb və yolda təcili yardım avtomobilinə qoyub. Xaqanin yaxın qohumları hadisədən sonra barışıq üçün gəlsələr də o, sonuncuları yaxın buraxmamışdır. O, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ağır cəza verilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qazax rayonu, Çinarın dibi deyilən ərazidə Şahid4la xidmətdə olan zaman Qazax RPŞ-dən Qazax rayonu, Kosalar kəndi ərazisində piyada vurma ilə bağlı yol-nəqliyyat hadisəsi baş verməsi və hadisəni törətmiş sürücünün zərərçəkmişi xəstəxanaya aparması barədə məlumat verilmişdir. Bundan sonra o, xidmət yoldaşı ilə birlikdə Qazax RMX-ya getmiş, lakin sürücü Təqsirləndirilən şəxs xəstəxanada olmamışdır. Onlar hadisə yerinə getdikdə Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olduğunu və orada 17 metr tormoz izi olduğunu bilmişlər. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, hadisə yerindəki tormoz izi Təqsirləndirilən şəxs hərəkət istiqamətində yolun sol hissəsində olmuş, sonuncu avtomobili idarə edib Qazax MRX-ya gəlmişdir. Həmin avtomobilin qabaq sol hissəsində zədə olmuşdur. Hadisə baş verən ərazidə sürət həddi 60 km/saatla məhdudlaşdırılmışdır. Tormoz izinə əsasən hadisə zamanı Təqsirləndirilən şəxs təxminən avtomobilini 60-70 km/saatda sürətlə idarə etdiyini demək olardı. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta radələrində həmkəndlisinin yığıncağında iştirak edib spirtli içki olan araq içmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs də həmin yığıncaqda iştirak etmiş, lakin o, sonuncunun spirtli içki içib-içmədiyini bilməmiş, çünki onlar ayrı masalarda əyləşmişlər. Həmin məclisdən çıxdıqdan bir müddət sonra Kosalar kəndində yol-nəqliyyat hadisəsi baş verdiyini eşitmiş və oraya getmişdir. Hadisə yerinə çatan kimi Xaqaniyə kömək edib zərərçəkmiş həmkəndlisi Güneli Xaqaninin avtomobilinə qoyub xəstəxanaya aparmasına köməklik etmişdir. O, hadisənin necə baş verməsini görməmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, ona həmkəndliləri Kosalar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verdiyini demişdir. Hadisə yerinə gəldikdə piyadanın avtomobilin qarşısında uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra köməklik edib piyadanı Xaqaninin avtomobilinə qoyaraq xəstəxanaya aparmışlar və yolda təcili yardım avtomobilinə mindirmişlər. Hadisə yerinə gəldikdə Təqsirləndirilən şəxs avtomobili yolun sol hissəsində olmuş, avtomobilin qabaq hissəsi isə dirəyə dəyib əzilmişdir. Zərərçəkmiş şəxsi xəstəxanaya aparan zaman o da Təqsirləndirilən şəxs avtomobilində olmuşdur. Piyadanı Təqsirləndirilən şəxs avtomobilinə qoyan zaman sonuncunun yaşayıbyaşamadığını bilməmişdir. O, hadisə baş verən zaman Təqsirləndirilən şəxs yanında olmamış, hadisə yerinə sonradan piyada gəlmişdir. Yol-nəqliyyat hadisəsi barədə eşitdikdə oradan təxminən 200 metr aralıda olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə saat təxminən 19 radələrində yaşadığı evdə həyətdə olan zaman küçədə bərk tappıltı səsi eşitmiş və küçəyə çıxanda həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi QAZ- 2410 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol tərəfində piyada dayanmış digər həmkəndlisi X4 avtomobilin qabaq sol tərəfi ilə vurduğunu və piyadanın avtomobillə yolun sol tərəfində olan beton işıq dirəyinin arasında qaldığını görmüşdür. Həmin vaxt Xaqani və hadisə yerinə sonradan gəlmiş Şaiqlə birlikdə Güneli Xaqaninin idarə etdiyi qara rəngli QAZ-2410 markalı avtomobilin arxa oturacağına qoymuşlar, Şaiq arxada, o da qabaqda əyləşmiş, Xaqani isə maşını sürmüş ki, piyadanı tez xəstəxanaya çatdırsınlar. Yolda özü təcili tibbi yardıma zəng etmiş, onlar Canallı kəndi ərazisində olan zaman təcili tibbi yardım maşını ilə qarşılaşmış və Güneli təcili yardım maşınına mindirib xəstəxana istiqamətində yola salmışlar. Xaqani də maşını sürüb xəstəxana istiqamətində getmiş, Şaiqlə o sonuncu ilə birlikdə getmişdir. Xəstəxanada olan zaman Günelin almış olduğu bədən xəsarətlərindən ölməsini bilmişlər. Maşını xəstəxananın qarşısında qoymuşlar, o, maşının yanında qalmış, Şaiq isə Xaqani ilə birlikdə yaşadıqları Kosalar kəndinə getmişdir. Xaqani öz evlərinə getmiş ki, ailə üzvləri ilə görüşüb sonradan polis şöbəsinə gedərək təslim olsun. O, sonradan bilmiş ki, Xaqani yaşadığı evə yenicə çatmışdır ki, polis əməkdaşları evə gəlib Xaqanini Qazax rayon polis şöbəsinə aparmışlar. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Qazax rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 10 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 meyitində aşağıdakı xəsarətlər - açıq kəllə-beyin travması, sol tərəfli gicgah sümüyünün və kəllə əsası sümüklərinin sınığı, baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar, döş sümüyünün və sol 4-5-6-7-8-ci qabırğaların yerdəyişməli sınıqları, sol ağ ciyərin cırılmış yarası, başın alın və sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol döş qəfəsinin, sağ və sol bazunun qançırları, epiqastral nahiyənin sıyrığı. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhum X2 ölümündən azacıq əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, qərarın təsviri hissəsində göstərilmiş müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində, hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Günel Xəlilovanın ölümü meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvəl baş vermişdir. Günel Xəlilovanın ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar ilə müşayiət olunan açıq kəllə-beyin travması olmuşdur. Günel Xəlilovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində spirt və narkotik maddə aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/2857 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki: 1) QAZ-2410 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; 2) Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur; 3) Sürücü X.V.Müsayev avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; 4) Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və plan sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Qazax rayonu, Canallı-Kosalar avtomobil yolunun Qazax rayonu, Kosalar kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş vermiş avtomobil yolu asfalt-beton olmaqla düz və quru vəziyyətdədir, yolun ümumi eni 5,4 metrdir. Yolun mərkəzində heç bir nişanlama xətti yoxdur. Avtomobil yolu ikitərəfli hərəkət üçün nəzərdə tutulmuş, hər bir hərəkə hissənin eni 2.70 metrdir. Yolun sağ tərəfində 1.60, sol tərəfində isə 2.70 metr enində ehtiyat hissə vardır. Hadisə yerində piyadanın vurulma yerinə qədər QAZ-2410 markalı avtomobilə məxsus 17.40 metr uzunluğunda tormoz-sürtünmə izi vardır. Hadisə yerinə baxış zamanı piyadanın Canallı kəndi istiqamətində yolun sol ehtiyat hissəsində vurulması müəyyən edilmişdir. Hadisədən əvvəl piyadanı vurmuş QAZ-2410 markalı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, QAZ-2410 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin qabaq sol tərəfinin əzilməsi, sol farasının alt hissəsində buferin əzilməsi və bir hissəsinin qırılıb tökülməsi müəyyən edilmişdir. Avtomobilin sol qanadında sol farada, kapotda batıq və həmin hissədə boyada sürtünmə-sürüşmə izləri vardır. Qeyd edilən zədələrin olması avtomobilin yol-nəqliyyat hadisəsi zamanı deformasiyaya uğramasını göstərir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X2 meyitinə baxış zamanı bədəni üzərində müxtəlif dərəcəli xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şahid statusunda olarkən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətdiyi yeri əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 20:11-də Qazax rayon TTYS həkimi telefonla məlumat verərək, Qazax rayonu, Kosalar kənd sakini 1986-cı il təvəllüdlü X2 yol nəqliyyat hadisəsi zamanı vəfat etməsini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-ın rəisi Murad Hüseynzadənin tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:11-də yaşadığı evdə saxlanılaraq Qazax RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyi 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılmasını xx.xx.2019-cu il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AE 306902 nömrəli Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək AE 306902 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 53 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, həmin tarixdə sürücü Təqsirləndirilən şəxs alkoqollu içkinin qəbulu nəticəsində yüngül dərəcəli, yəni 0,763 promil alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AA 236902 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, QAZ-2410 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada psixoloji qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RİH başçısının xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1986-cı il təvəllüdlü arvadı X5, xx.xx.2009-cu il təvəllüdlü qızı Nuray Musayeva və xx.xx.2011-ci il təvəllüdlü oğlu Nurlan Musayevlə birlikdə Qazax rayonu, Kosalar kəndində yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İİ 321361 nömrəli və AZ-İİ 728518 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, QAZ-2410 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün Qazax RPŞ-nin cərimə meydançasına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəmə baxışı zamanı xx.xx.2025-ci il tarixdə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmamış və sonuncudan şikayətçidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməsinə baxmayaraq, ifadəsində hadisə vaxtı hərəkətdə olduğu istiqamət üzrə yolun sağ kənarından qarşısına uşaq çıxdığı üçün əyləci basıb sükanı bir qədər sola çəkdiyini, buna görə hadisənin baş verdiyini və hadisə vaxtı avtomobili 60 km/saatda idarə etdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, onun məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və plan sxemdən görünür ki, hadisə yerində piyadanın vurulma yerinə qədər QAZ-2410 markalı avtomobilə məxsus 17.40 metr uzunluğunda tormoz-sürtünmə izi vardır. Həmçinin xx.xx.2024-cü il tarixli, 8/2857 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs yaşayış məntəqəsi ərazisində avtomobili 70 km/saatda sürətlə idarə etməsi, habelə onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanın olması da öz təsdiqini tapmışdır. O cümlədən iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə hadisə baş verən yerdə azyaşlı uşaqların olması öz təsdiqini tapmamışdır. Habelə Təqsirləndirilən şəxs hadisədən əvvəl hərəkətdə olduğu istiqamət üzrə yolun sağ kənarından qarşısına uşaq çıxdığını iddia etsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə hadisə vaxtı yolun kənarında uşaqların olması xüsusatı öz təsdiqini tapmamış, müdafiə tərəfi də qeyd edilən xüsusata dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan X2 ölümünə səbəb olub yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin İ-ci hissəsində göstərilmişdir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin Qanunun 33-cü maddəsinin İV-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa - sürücülük vəsiqəsi dəyişdirilənədək; Sürücülük vəsiqəsinin etibarlıq müddəti “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsində göstərilmişdir. Həmin maddənin V-ci hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün - 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün - 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin İV-cü hissəsinin 1-ci bəndinə görə isə sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması onun dəyişdirilməsini tələb edir. Göründüyü kimi sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Plenumun həmin Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi ehtiva edir. Hazırkı iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs verilmiş sürücülük vəsiqəsinin etibarlıq müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Belə olan halda o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İci hissəsinin 3-cü bəndində göstərilmişdir ki, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin İ-ci hissəsinin 8-ci bəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən və Qazax Rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə isə cəzasını çəkib qurtarmışdır. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Hazırkı iş üzrə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini xx.xx.2024-cü il tarixdə törətmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2019-cu il tarixdə hesablamaqla bir il keçdiyi üçün Xəqani Musayevin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş hesab olunur və həmin əmələ görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyi üçün onun əməlində cinayətlərin residivi mövcud deyildir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən Təqsirləndirilən şəxs əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməməsi, həmin cinayət əməllərinə görə məhkum olunmaması, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi, hadisədən sonra hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməyə cəhd etməsi, hadisədən dərhal sonra təcili tibbi yardım stansiyasına zəng etməsi, eləcə də hadisədən əvvəl sərxoş vəziyyətdə olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi, sonuncunun ondan şikayətçi olması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməməsi Təqsirləndirilən şəxs cəza təyini zamanı nəzərə alınmalı hallardır. Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və Qazax RPŞ-nin cərimə meydançasında saxlanılan QAZ-2410 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza ona əsas cəza kimi təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Qazax RPŞ-nin cərimə meydançasında saxlanılan QAZ-2410 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-386/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-386/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver