Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-387/2022 09.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qıznın və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Tovuz rayonunun Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonunun Əyyublu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə, saat 11:25-də arvadı X34 Federasiyasının İrkutski vilayətində yaşayan xalası oğlu X41 ilə “Whatsapp” yazışma proqramı vasitəsilə danışarkən, sonuncu ona xx.xx.1986-cı ildə anadan olmuş, Tovuz rayonunun Əyyublu kəndində yaşayan X19 Əvəz oğlu ilə aralarında olan pul mübahisəsi ilə əlaqədar ona zəng vurduğunu, lakin sonuncunun onun telefon zənginə cavab vermədiyini bildirib, ondan Bəxtiyar Əkbərovun ona zəng etməsi üçün sonuncuya məlumat verməsini xahiş etdikdə, həmin günü saat 18:30 radələrində sərxoş vəziyyətdə Bəxtiyar Əkbərovla onun atası Əvəz Əkbərovun yaşadığı Tovuz rayonunun Əyyublu kəndində yerləşən evin qarşısındakı küçədə rastlaşdıqda ona Elsevən Cəfərova olan borcunu qaytarmaması ilə bağlı iradını bildirib sonuncunun telefon zənglərinə cavab verməsini tələb etdiyi üçün Bəxtiyar Əkbərovla aralarında yaranmış mübahisə zamanı sonuncu onu yerə yıxıb özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməklə sifət nahiyəsindən yumruqla vurub ona sağ gözün tış ağlı qişasına qansızma ilə müşaiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdikdə, həmin vaxtı oraya gələn həmkəndliləri X47 və X48 onları araladıqdan sonra Bəxtiyar Əkbərovun ona qarşı etdiyi hərəkətləri özünə qarşı qəbul edilməz təhqir hesab edərək, qisas almaq niyyəti ilə, Bəxtiyar Əkbərovu qəsdən öldürmək qərarına gəlmiş və öz cinayətkar niyyətini həyata keçirmək üçün yaxınlıqda yerləşən yaşadığı evə gedib tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 235 mm olan, qatlanmayan, dəstəyi qara rəngli plasmasa oxşar materialdan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu isə deşici xassəyə malik, kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı bir ədəd mətbəx bıçağını götürərək, sonuncu ilə aralarında mübahisənin baş verdiyi həmin yerə qayıdarkən, həmin kənd sakini X21 yaşadığı evin qarşısındakı küçədə Bəxtiyar Əkbərovla yenidən rastlaşıb oradan keçən su arxının kənarında ona yaxınlaşdıqda Bəxtiyar Əkbərov yenidən onun ailə üzvlərinin ünvanına nalayiq ifadə işlədib həmin vaxtı əlində olan ağac parçası ilə onu vurmaq istəyərkən ağac parçasını onun əlindən alıb özü ilə gətirdiyi həmin mətbəx bıçağı ilə Bəxtiyar Əkbərovun döş nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya sol döş qəfəsinin bir ədəd boşluğa keçən, ürək kisəsini, sol mədəciyin zirvəsini zədələyən, kəskin qan itirmə nəticəsində ölümünə səbəb olan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan xəsarətlər yetirərək Bəxtiyar Əkbərovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs edilənədək Tovuz rayonunun Əyyublu kəndində ailəsi ilə birlikdə yaşamışdır. Hadisədən təxminən 4-5 ay əvvəl Rusiya Federasiyasının İrkutsk vilayətində yaşayan arvadının xalası oğlu olan Elsəvər ona “Watsapp” ani mesajlaşma proqramı vasitəsilə zəng vuraraq biraz hal-əhval tutduqdan sonra, ondan X1 tanıyıb-tanımadığımı soruşmuş, o isə X35 tanıdığını və Bəxtiyarın atasıgilin evinin özünün atasıgilin yaşadığı küçədən bir küçə aralıda yerləşdiyini bildirmişdir. Elsəvər ona “Bəxtiyarın onu aldadaraq 58000 rus rublu pulunu ələ keşirdiyini” deyərək Bəxtiyarı görsə ona zəngini açmasını deməsini bildirmişdir. Bundan sonra o, Bəxtiyargilin evinə getmiş və ona bu barədə məlumat vermişdir. Bəxtiyar isə ona Elsevərlə danışıb məsələni həll edəcəyinə dair söz vermişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində o, “Whatsapp” proqramı vasitəsilə Elsəvərə zəng edib onunla hal-əhval tutduqdan sonra, Elsəvər ona Bəxtiyarın yenidən onun zənglərinə cavab vermədiyini, Bəxtiyarı görsə, onun zənginə cavab verməyini deməsini bir daha xahiş etmiş və daha sonra sağollaşmışlar. O, həmin gün təxminən 13:30 radələrində Əyyublu kəndinin mərkəzində kafedə yemək yeyib, biraz spirtli içki qəbul etdikdən sonra atasıgilə hal-əhval tutmağa getmişdir. Saat təxmin 17:30 radələrində o, atasıgilə məxsus evdən çıxıb, öz yaşadığı evə gələrkən Bəxtiyarı sonuncunun atasına məxsus evin qarşında görmüşdür. O, Bəxtiyara Elsəvərlə telefonla danışmalı olduğunu və Elsəvərə zəng vurmasını və ya Elsəvərin telefon zənglərinə cavab verməsini bir daha demişdir. Bu zaman Bəxtiyar onu bezdirdiyini dedikdə, o, pis bir söz demədiyini, sadəcə Elsəvərə zəng vurmasını xahiş etdiyini bildirmişdir. Bundan sonra Bəxtiyar ona “sən kimsən?!” demiş, onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyərək ona tərəf yaxınlaşmışdır. Onlar üzbəüz dayandıqdan sonra o, Bəxtiyarın yaxasından tutmuş və onlar dava etməyə başlamışlar. Bundan sonra Bəxtiyar onu yerə yıxmış, gözünün üstündən və üz nahiyyəsindən 2-3 dəfə yumruqla vurmuşdur. Bəxtiyar onu yumruqla vurduqdan sonra ondan aralaşmışdır. O, isə əsəbi halda yerindən qalxmış və ona “burda gözlə gəlirəm” demişdir. Bəxtiyar isə ona söyüş söyərək “gəlməyənin var yoxuna” deyərək nalayiq söyüş söymüşdür. Bundan sonra o, daha da əsəbiləşərək yaxınlıqda yerləşən yaşadığı evə getmiş və mətbəx otağında olan mətbəx bıçağını götürüb şalvarının arxa tərəfində kəmərinə keçirmiş, evdən bıçaq götürməyini isə heç kim görməmişdir. O, bıçağı götürdükdən sonra evdən çıxıb Bəxtiyarla dalaşdığı yerə gəlmişdir. Bu zaman, yəni xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində Bəxtiyar onu görən kimi ona “yenə gəldi” demiş və onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyərək əlində olan ağac parçası ilə üstünə gəlmişdir. O, da Bəxtiyar ona söyüş söydüyü üçün sonuncunun üzərinə getmişdir. Bəxtiyar gələ-gələ onun və ailə üzvlərinin ünvanına yenidən nalayiq söyüşlər söymüşdür. Bəxtiyar ona çatdıqdan sonra əlində olan ağac parçası ilə onu vurmaq istəyərkən o, Bəxtiyarın əlindən tutmuşdur. Bu zaman Bəxtiyar yenidən onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. O, bu söyüşləri özünə qarşı qəbul edilməz təhqir hesab edərək evdən gətirdiyi bıçağı şalvarının kəmərindən çıxarıb Bəxtiyar Əkbərovun döş qəfəsinin sol yuxarı nahiyəsindən, yəni ürək nahiyyəsindən bir zərbə vurmuş, zərbənin təsirindən Bəxtiyar xəsarət alaraq yerə yıxılıb huşsuz vəziyyətdə qalmış, sərxoş olduğundan və həyacanlandığından həmin anda Bəxtiyarın ölüb-ölməməsinə fikir verməmişdir. Bundan sonra oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Evə gedərkən Bəxtiyara xəsarət yetirdiyi həmin bıçağı hadisə yerindən bir qədər aralıda yolun kənarında yerləşən ətrafı hasarlanmış bağ sahəsinə atmış və evə gələrək yatmışdır. Təxminən 1 saat sonra isə evlərinə Tovuz rayonu Qovlar polis şöbəsinin əməkdaşları gələrək ona Bəxtiyara vurduğu zərbədən sonuncunun öldüyünü bildirmişdirlər. Onun X19 Əvəz oğlu ilə hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Sol gözündəki və üz nahiyəsindəki xəsarətləri Bəxtiyar Əkbərov ona sonuncunu öldürməmişdən əvvəl mübahisə zamanı onu yerə yıxıb, yumruqla vuran zaman almışdır. X1 bıçaqla vurmaqda məqsədi, onun və ailə üzvlərinin ünvanına söydüyü nalayiq söyüşlərə görə ondan qisas almaq olmuşdur. Təxmini yadında qaldığı qədər o, Bəxtiyarla mübahisə edən zaman, yəni Bəxtiyar onu yıxıb, yumruqla vuran zaman orada Bəxtiyarın əmisi oğlu Nemət də olmuşdur. O, Bəxtiyarı bıçaqla vuran zaman həmin hadisəni kimlərinsə görməsini bilmir. Sonradan həmin yerə kimlərin gəlməsi barədə də məlumatı yoxdur. X10 döşünün sol yuxarı nahiyyəsindən bıçaqla bir dəfə vurmuşdur. X1 bıçaqla vurmaqda məqsədi onun, arvadının, anasının və ailəsinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün ondan qisas almaq olmuşdur. Hadisə vaxtı əynində tünd göy rəngli qısaqol gödəkçə, göy rəngli cins şalvar və sarımtıl-bozumtul rəngli uzunqol köynək olmuşdur. Təxmini yadında qaldığı qədərilə X15 əynində ağımtıl-bozumtul rəngli uzunqol köynək və göy rəngli cins şalvar olmuşdur. Hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Heç vaxt alkoqolizimdən və ya narkomaniya xəstəliyindən əziyyət çəkməmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir.Məhkəmənin diqqətinə çatdırır ki, onun mərhum Bəxtiyar Əkbərovu öldürmək fikri olmamış, sonuncu onu söydüyü üçün, həmçinin ağac parçası ilə üzərinə gəldiyi üçün ondan qisas almaq istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X11 ifadəsində göstərmişdir ki, 05 may 2022-ci tarixdə vəfat etmiş X42 onun əri olmuşdur. Bəxtiyarın qardaşı X65 Federasiyası vətəndaşıdır və Rusiya Federasiyasının İrkutsk vilayətində öz ailəsi ilə birlikdə yaşayır. Bəxtiyar onunla birlikdə Rusiya Federasiyasının İrkutsk vilayətinə gedib bir-iki il qalıb orada işlədikdən sonra, uğur qazana bilmədikləri üçün Tovuz rayonunun Əyyublu kəndinə yaşadıqları evə qayıtmışlar. Bəxtiyar hadisə olmamışdan təxminən 4 ay əvvəl, yəni yanvar ayının axırında Tovuz rayonunun Əyyublu kəndinə gəlmişdir. Bəxtiyar daimi olaraq heç bir yerdə işləməsə də, avtoyuma məntəqəsində maşın yuyub ailəsini dolandırmışdır. 05 may 2022-ci il tarixdə tutulmuş Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla əvvəllər hər hansısa ədavətləri və ya düşmənçilikləri olmamışdır. Hadisədən təxminən 5 ay əvvəl, yəni 2021-ci ilin dekabr ayında əri Bəxtiyar Rusiya Federasiyasının İrkutsk vilayətində Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elsəvər adlı şəxslə balıq alverində şərik olmuş, təxminən 1 ay yarım sonra isə Bəxtiyar Elsəvərdən ayrılmış və Elsəvərə 56000 Rus rublu borclu qalmışdır. Qaynatası Əvəz və qaynı İxtiyar isə Bəxtiyarın borcunu ödəyəcəklərini öz boyunlarına götürmüşlər. Bundan sonra onlar yanvar ayının sonlarında Tovuz rayonunun Əyyublu kəndinə qayıtmışlar. Bəxtiyar evdə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs onu çölə çağırmış, Elsəvərə olan borca görə onu danlamış, Bəxtiyar isə Turala həmin borcun ödəniləcəyini bildirmişdir. Hadisə günü, yəni 05 may 2022-ci il tarixdə hava yağışlı olduğundan Bəxtiyar işə getməmiş və evdə qalmışdır. Saat təxminən 17 radələrində Bəxtiyar atasıgilin evinə gedəcəyini, orada simsiz internet (WİFİ) olduğundan, Watsapp proqramı vasitəsilə atası Əvəz Əkbərovla danışacağını bildirmiş və evdən çıxıb getmişdir. Belə ki, Bəxtiyarın mobil telefon nömrəsi olmamış o, tanışları ilə ancaq “watsapp” proqramı vasitəsilə danışmışdır. Təxminən saat 19 radələrində qonşu onu çağıraraq, Bəxtiyarın ayağının ağrıdığını və onu xəstəxanaya apardıqlarını bildirmişdir. Bundan sonra o, qonşunun avtomobili ilə xəstəxanaya gedərkən yolda bilmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs atasıgilin yaşadığı evdən çıxıb, öz yaşadığı evə gələrkən Bəxtiyarı atasıgilin evinin qarşısında görmüş, onların borc məsələsinə görə mübahisəsi düşmüş, mübahisə zamanı Tural sərxoş olduğundan Bəxtiyarı bıçaqla ürəyindən vurub öldürmüşdür. zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 hadisə nəticəsində 3 körpə övladının yetim qaldığını, onları dolandıra bilmədiyini, hadisənin onların həyatına ağır maddi-mənəvi zərbə vurduğunu məhkəmənin diqqətinə çatdırmış, sərxoş halda, özünə aid olmayan, mənasız bir söhbətə görə ərini qətlə yetirmiş Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X16 ifadəsində göstərmişdir ki, hazırda Tovuz rayonunun Əyyublu kəndində qeydiyyatda olmaqla qayınatası X57, qaynanası X7, uşaqları X49 və qızı X26 ilə birlikdə yaşayır. Qaynanası və qaynatası heç bir yerdə işləmir. Özü də heç bir yerdə işləmir. Oğlu Nihad 6-cı sinifdə, qızı Nihanə isə 3-cü sinifdə oxuyur. Təqsirləndirilən şəxs onun əridir. Qaynı X53 Federasiyasında yaşayır. Təqsirləndirilən şəxsla təxminən 13 il əvvəl rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki övladı vardır. Tural daimi olaraq heç bir yerdə işləməsə də, usta işləməklə ailəsini dolandırmışdır. Tural orta təhsillidir və hərbi xidmətdə olmuşdur. Hadisədən 4-5 ay qabaq o, Turalın yanında olarkən, sonuncunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə Rusiya Federasiyasının İrkutsk vilayətində yaşayan xalası oğlu Elsəvər “Watsapp” proqramı vasitəsilə zəng vuraraq, biraz hal-əhval tutduqdan sonra, ondan həmkəndlisi olan X22 tanıyıb-tanımadığını soruşmuşdur. Tural isə ona Bəxtiyar Əkbərovu tanıdığını və Bəxtiyarın atasıgilin evinin öz atasıgilin yaşadığı küçədən bir küçə aralıda yerləşdiyini bildirmişdir. Elsəvər də ona “Bəxtiyarın onu aldadaraq 58000 rus rublu pulunu atdığını” demiş və Bəxtiyarı görsə ona zəngini açmasını deməsini xahiş etmişdir. Bundan sonra Tural Bəxtiyargilin evinə getmiş və sonuncuya bu barədə demişdir. Hadisə günü, yəni, xx.xx.2022-ci il tarixdə əri Tural səhər saat 09 radələrində evdən çıxaraq, iş olduğunu və ona baxmağa gedəcəyini bildirmiş, günorta isə evə gəlməmişdir. Saat təxminən 18:30 radələrində isə görmüşdür ki, Tural sərxoş vəziyyətdə evə gəlmişdir. O, Turalın üzünə baxıqda, Turalın sol gözünün qızardığını, dodağının qırağında və çənəsində qurumuş qan ləkəsinin olduğunu görmüşdür. Həmçinin Turalın paltarları palçıq və islanmış vəziyyətdə olmuşdur. O, Turaldan nə olduğunu soruşduqda, Tural həmkəndlisi olan Bəxtiyarla dalaşdığını və onu bıçaqla vurduğunu demişdir. Bundan sonra Tural paltarlarını soyunmuş və yatmışdır. Təxminən 15 dəqiqə sonra isə evlərinə polis əməkdaşları gəlmiş və Turalın Bəxtiyarı bıçaqlayaraq öldürdüyünü bildirərək Turalı özləri ilə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X83 ifadəsində göstərmişdir ki, hazırda Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olmaqla arvadı X12, gəlini Mahirə Hüseynova, nəvələri X49 və X26 ilə birlikdə yaşayır. Özü, arvadı və gəlini heç bir yerdə işləmirlər. Nəvələri Nihad 6-cı sinifdə, Nihanə isə 3-cü sinifdə oxuyur. Rəxşəndə Hüseynova ilə 1986-cı il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından 4 oğlan və 3 qız övladı anadan olmuşdur. 05 may 2022-ci il tarixdə tutulmuş Təqsirləndirilən şəxs doğma oğludur. Təqsirləndirilən şəxs evin böyük uşağı olmuş, buna görə də Tural ailəsilə birlikdə onlardan ayrı yaşamışdır. Digər oğlu X53 Federasiyasında, ortancıl oğlu Samir Hüseynov isə onlardan ayrı yaşayır. Balaca oğlu isə hal-hazırda hərbi xidmətdədir. Qızları da ailə həyatı quraraq onlardan ayrı yaşayır. Tural özü 1988-ci il təvəllüdlüdür. Oğlu Təqsirləndirilən şəxs gəlini Mahirə Hüseynovla təxminən 13 il bundan qabaq evlənərək ailə həyatı qurmuş və 2010-cu il təvəllüdlü Nihad Hüseynov və 2013-cü il təvəllüdlü Nihanə Hüseynova adlı uşaqları olmuşdur. Tural daimi olaraq heç bir yerdə işləməsə də, usta işləməklə ailəsini dolandırmışdır. Tural hətta maddi cəhətdən də onlara kömək etmişdir. Tural orta təhsillidir və hərbi xidmətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində oğlu Tural sərxoş vəziyyətdə onlara gəlmişdir. O, Tural meyvə gətirmiş və biraz söhbət etmişdirlər. Tural təxminən 25-30 dəqiqə oturduqdan sonra onlara evə getmək istədiyini demiş, o və arvadı Rəxşəndə isə Turala getməməyi, yatıb qalmağını demişdirlər. Tural isə qalmaq istəmədiyini və evə getmək istədiyini demiş və evdən çıxıb getmişdir. Axşam saat təxminən 20 radələrində isə bilmişdir ki, Tural onların yaşadığı evdən çıxıb, öz yaşadığı evə gedərkən yolda Bəxtiyarı görmüş, X37 mübahisəsi düşmüş, mübahisə zamanı da Bəxtiyar Turalı döymüş və söymüş, Tural da sərxoş olduğundan bundan əsəbləşərək evdən mətbəx bıçağını götürərək geri qayıtmış və Bəxtiyarı bıçaqla vuraraq, onu öldürmüşdür.. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X48 ifadəsində göstərmişdir ki, hazırda Tovuz rayonu, Əyyublu kəndində ailəsi ilə birlikdə yaşayır. Özü daimi olaraq heç bir yerdə işləmir və fəhləçilik etməklə ailəsini dolandırır. 05 may 2022-ci tarixdə vəfat etmiş X42 doğma əmisi oğludur. Bəxtiyarın valideynləri Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Özü isə Rusiya Federasiyasının İrkutski vilayətinə ailəsi ilə birlikdə gedib bir-iki il qalıb orada işlədikdən sonra, Tovuz rayonu Əyyublu kəndinə evinə qayıtmışdır. Bəxtiyar hadisə olmamışdan təxminən 3 ay əvvəl Tovuz rayonu Əyyublu kəndinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə tutulmuş Təqsirləndirilən şəxs da həmkəndlisidir. Hadisə olmamışdan təxminən 10 gün qabaqdan başlayaraq Şəmkir rayonunda fəhlə işləmişdir. 05 may 2022-ci il tarixdə isə yağış yağdığından işə getməmiş və həyat yoldaşı Nabat Qasımova ilə özünə məxsus həyətdə işləmişdir. Günorta yeməyini yedikdən sonra isə yağış gücləndiyindən bağçaya işləməyə getməmiş və yerinə uzanıb yatmışdır. Saat təxminən 17:30 radələrində isə çöldən səs-küy gəldiyini eşitmiş və evdən çölə çıxmışdır. O, çölə çıxdıqda əmisiX73la həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evlə yanbayan qonşu olan Bəxtiyarın atasının evinin qarşısında dalaşdığını, Bəxtiyarın Turalın üzərində olduğunu və Turalı döydüyünü, həmkəndlisi Qurban Şamilovun isə Bəxtiyarın qolundan tutaraq onları araladığını görmüşdür. Qurban müəllim onu görüb köməyə çağıraraq, onları aralaya bilmədiyini, gücü çatmadığını, gəlib kömək etməyini bildirmişdir. Bundan sonra o, tez onlara yaxınlaşmış və Bəxtiyarı Turalın üzərindən qaldıraraq onları aralamışdır. Bəxtiyar da onlardan aralanaraq yaşadığı evə tərəfə getmişdir. O, Turalın sərxoş vəziyyətdə olduğunu və ayaq üstündə zorla dayandığını görmüş, buna görə də Turala “qadan alım, ayıbdır, hər nə söhbətiniz varsa sabah söhbət edərsiz” demiş, Tural isə söyüş söyə-söyə aralaşaraq evinə tərəf getmişdir. Qurban müəllim də qoyunları evə tərəf qayıtdığından onların arxasınca öz yaşadığı məhləyə tərəf getmişdir. Bundan sonra o, evinin qarşında, yolun o biri tərəfindən axan arxın ətrafında Bəxtiyarın yanına getmiş və ondan nə haqq-hesab olduğunu soruşmuş, Bəxtiyar isə ona “pul haqq-hesabı olduğunu və bu pul haqq-hesabının Turala aid olmadığını” bildirmişdir. O isə Bəxtiyara “görmürsənmi, Tural sərxoş vəziyyətdədir, niyə onunla dalaşırsan, ya gəl bizə gedək, yada ki, çıx get evinizə” demiş, Bəxtiyar isə ona “Tural elə bildi ki, mən zəyifəm və məni buna görə döyəcək, həm də ki, neynəməli idim, Tural məni söyür, mən bu söyüşləri özümə qəbul edəcək deyildim ki” demişdir. Bundan sonra onlar başqa şeydən danışmağa başlamış və Bəxtiyar ona burda dolana bilmədiyini çıxıb Rusiya Federasiyasına gedəcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra, Turalın evləri tərəfdən gəldiyini görmüş, Tural onlara çatana yaxın isə Bəxtiyarın üzərinə qaçmışdır. Bəxtiyar isə bunu görüb təxminən 1-2 metr aralanmış və yerdən əlinə ağac parçası alaraq, Turalın üzərinə getmişdir. Bəxtiyar əlində olan ağac parçası ilə Turalı vurmaq istəyərkən, Tural onun əlindən tutmuş və onlar təxminən 5-10 saniyə süpürüşmüş, bundan sonra Bəxtiyar “mənə soxdu” demişdir. Həmin vaxt o, Turalın əlində bıçaq olduğunu görmüşdür. O, əvvəlcə elə bilmişdir ki, Tural Bəxtiyara bıçaqla vurmamış, sadəcə olaraq Bəxtiyar Turalın ondan aralanmağı üçün bu sözü demişdir. Bundan sonra Bəxtiyar yerə çökmüş və Tural çıxıb getmişdir. O, Bəxtiyarın yerə çökdüyünü görüb ondan tutmuş və əynində olan kurtkanın qarşısını açaraq bədəninə baxdıqda köynəyinin sol yuxarı tərəfinin qana bulaşdığını görmüş və paltarını qaldırdıqda sol tərəfində bıçaq yarası olduğunu və qan axdığını görmüşdür. Bundan sonra o, səs-küy salmağa başlamış və Bəxtiyarı qolundan tutaraq, evlərinin qarşına gətirmişdir. O, evə gedərək, tez evdən dəsmal götürüb, onun yarasının üstünə qoymuş və maşın axtarmağa çalışmışdır. Bundan sonra həmkəndlisi “Yuska” kimi tanıdıqları şəxsin özünə məxsus çəhrayı rəngli VAZ 2106 markalı avtomobillə gəldiyini gördmüş, tez onu saxlatdırıb, Bəxtiyarı onun avtomobilinə qoyub kənd xəstəxanasına aparmış, lakin orada heç kim olmadığından, rayona tərəf gəlmişdirlər. Yuskanın avtomobili nasaz olduğundan kəndin mərkəzində avtomobili saxlamış və Yuskaya Bəxtiyarı başqa maşına qoymağını, üzərində mobil telefonu olmadığını, əmisi Elmana xəbər vermək istədiyimi demişdir. Daha sonra isə orada olan həmkəndlilərinə yaxınlaşmış və qışqıraraq əmisi Elmana məlumat vermələrini bildirmişdir. Qayıtdıqda isə görmüşdür ki, Bəxtiyar həmkəndlisi Tofiq İsmayılovun VAZ 2101 minik markalı avtomobilindədir. Bundan sonra onlar Tovuz rayon mərkəzi xəstəxanasına gəlmişdirlər. Onlar təcili tibb yardım şöbəsinə çatdıqda isə ona Bəxtiyarın artıq vəfat etdiyini bildirmişdirlər.Nemət Qasımov həmçinin ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı dəqiq olaraq onların nə səbəbə mübahisə etdiklərini bilməsə də, sonradan eşitmişdir ki, X54 Hüseynovun arvadının xalası oğlu olan Elsəvər adlı şəxsə borcu olmuş və bu səbəbdən Təqsirləndirilən şəxsla Bəxtiyar Əkbərovun mübahisəsi düşmüşdür. Mübahisə zamanı da Bəxtiyar Turalı döymüş və söymüş, Tural da çox güman ki, sərxoş olduğundan bundan əsəbləşərək evdən mətbəx bıçağını götürərək qayıtmış və Bəxtiyarı bıçaqla vuraraq, onu öldürmüşdür. X42 ilə Təqsirləndirilən şəxs arasında heç vaxt hər hansısa bir ədavət və ya düşmənçilik olmamışdır. Əksinə onların münasibətləri həmkəndli kimi və həmyaşıd kimi həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxsla, Bəxtiyar Əkbərovun mübahisə etməsinin şahidi olmuşdur. Belə ki, çöldən səs-küy gəldiyini eşitdiyinə görə evdən çölə çıxarkən əmisiX73la həmkəndlisi Təqsirləndirilən şəxs evlə yanbayan qonşu olan Bəxtiyarın atasının evinin qarşısında dalaşdığını, Bəxtiyarın Turalın üzərində olduğunu və Turalı döydüyünü, həmkəndlisi Qurban Şamilovun isə Bəxtiyarın qolundan tutaraq onları araladığını görmüş və kömək edərək onları aralamışdır. Bundan sonra Qurban müəllim qoyunlarının yanına getmişdir. O və Bəxtiyar təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra isə Tural gəlmiş və Bəxtiyarın üzərinə qaçmışdır. Bəxtiyar isə təxminən 1-2 metr aralanmış və yerdən əlinə ağac parçası alaraq, Turalın üzərinə getmişdir. Bəxtiyar əlində olan ağac parçası ilə Turalı vurmaq istəyərkən, Tural onun əlindən tutmuş və onlar təxminən 5-10 saniyə süpürüşmüşdürlər. Bundan sonra Bəxtiyar ona “mənə soxdu” demiş, həmin vaxt o, Turalın əlində bıçaq olduğunu görmüşdür. Bundan sonra Bəxtiyar yerə çökmüş və Tural çıxıb getmişdir. Tural Bəxtiyarı bıçaqla vuran zaman orada yalnız özü olmuşdur. Turalın əmisıoğlu Bəxtiyarı bıçaqla vurmasını konkret olaraq görməsə də, onlar təxminən 5-10 saniyə süpürüşdükdən sonra Bəxtiyar “mənə soxdu” demiş və Turalın əlində bıçaq olduğunu həmin vaxt görmüş və hər şey çox ani vaxtda baş vermişdir. Bundan sonra Bəxtiyar yerə çökmüş və Tural evləri tərəfə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X47 ifadəsində göstərmişdir ki, hazırda Tovuz rayonu, Əyyublu kəndində ailəsi ilə birlikdə yaşayır. Tovuz rayonu Əyyublu kənd 2 nömrəli tam orta məktəbində coğrafiya müəllimi işləyir. 05 may 2022-ci tarixdə vəfat etmiş X42 həmkəndlisidir. Bəxtiyarın valideynləri Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Özü isə Rusiya Federasiyasının İrkutsk vilayətinə ailəsi ilə birlikdə gedib bir- iki il qalıb orada işlədikdən sonra, Tovuz rayonu Əyyublu kəndinə evinə qayıtmışdır. Eşitdiyi qədərilə, Bəxtiyar hadisə olmamışdan təxminən 2-3 ay əvvəl Tovuz rayonu Əyyublu kəndinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə tutulmuş Təqsirləndirilən şəxs da həmkəndlisidir. Tural usta işləməklə ailəsini dolandırmışdır. 05 may 2022-ci il tarixdə səhər dərsi olduğundan məktəbə getmiş və dərsini keçdikdən sonra günorta evə qayıtmışdır. Günorta yeməyini yedikdən sonra biraz dincəlmiş və saat təxminən 17:30 radələrində qoyunlarını otarmaq üçün məhləyə çıxarmışdır. Qoyunlarını kənddə Təzə məhlə adlanan yerə apararkən Bəxtiyar Əkbərovun atasının evinin qarşısında Bəxtiyarın Təqsirləndirilən şəxsla yerdə süpürüşdüklərini, Bəxtiyarın Turalın üzərində olduğunu və Turalı döydüyünü görmüşdür. Bundan sonra onlara yaxınlaşaraq “utanmırsınızmı, ayıb deyilmi, niya dalaşırsız” deyib, onları aralamaq istəsə də, şəkər xəstəsi olduğundan və gücü çatmadığından onları aralaya bilməmiş və həmin evlə yanbayan qonşu olan Bəxtiyarın əmisi oğlu olan Nemət Qasımovu köməyə çağırmışdır. Bundan sonra Nemət evdən çölə çıxmış, o, Neməti görüb, ona Bəxtiyargili aralaya bilmədiyini, gücünün çatmadığını və gəlib kömək etməsini bildirmişdir. Bundan sonra Nemət tez onlara yaxınlaşmış və Bəxtiyarı Turalın üzərindən qaldıraraq onları aralamışdır. Bu zaman o, Turalın sərxoş vəziyyətdə olduğunu görmüşdür. Bəxtiyar onlardan aralanaraq Nemətgilin evi ilə üzbəüz olan arxın yanına tərəfə getmiş, Tural isə söyüş söyə-söyə aralaşaraq öz evinə tərəf getmişdir. Bundan sonra Bəxtiyar və Nemət öz evləri ilə üzbəüz olan, yolun o biri tərəfindən axan arxın ətrafına gedib orada söhbət etmişdirlər. O da qoyunları evə tərəf qayıtdığından onların arxasınca öz yaşadığı məhləyə tərəf getmişdir. Təxminən 10-15 dəqiqə sonra isə Nemətgilin evinin qarşından bərk səs-küy gəldiyini eşitmiş, lakin, mən buna fikir verməyib geri qayıtmamış və qoyunlarının yanında dayanmışdır. Bundan sonra eşitmişdir ki, Tural evlərindən bıçaq götürərəkən geri qayıtmış və Bəxtiyar Əkbərovu bıçaqlayaraq öldürmüşdür. Qurban Şamilov həmçinin ifadəsində göstərmişdir ki, hadisə vaxtı dəqiq olaraq onların nə səbəbə mübahisə etdiklərini bilməsə də, sonradan eşitmişdir ki, X54 Hüseynovun arvadının xalası oğlu olan Elsəvər adlı şəxsə borcu olmuş və bu səbəbdən Təqsirləndirilən şəxsla Bəxtiyar Əkbərovun mübahisəsi düşmüşdür. Mübahisə zamanı da Bəxtiyar Turalı döymüş və söymüş, Tural da çox güman ki, sərxoş olduğundan bundan əsəbləşərək evdən mətbəx bıçağını götürərək qayıtmış və Bəxtiyarı bıçaqla vuraraq, onu öldürmüşdür. Bildiyi qədərilə Təqsirləndirilən şəxsla Bəxtiyar Əkbərovun arasında heç vaxt hər hansısa bir ədavət və ya düşmənçilik olmamışdır. Əkisinə onların münasibətləri həmkəndli kimi və həmyaşıd kimi həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxsla, Bəxtiyar Əkbərovun mübahisə etməsinin şahidi olmuşdur. Belə ki, qoyunlarını kənddə Təzə məhlə adlanan yerə apararkən Bəxtiyar Əkbərovun atasının evinin qarşısında Bəxtiyarın Təqsirləndirilən şəxsla yerdə süpürüşdüklərini, Bəxtiyarın Turalın üzərində olduğunu və Turalı döydüyünü görmüş, onları aralamaq istəsə də, gücü çatmadığından həmin evlə yanbayan qonşu olan Bəxtiyarın əmisi oğlu olan Nemət Qasımovu çağırmış və Nemət də gəlib onları aralamışdır. Bundan sonra o, qoyunlarının arxasınca evinin yerləşdiyi məhləyə tərəf getmişdir. Təxminən 10-15 dəqiqə sonra isə Nemətgilin evinin qarşısından bərk səs-küy gəldiyini eşitmi, lakin, buna fikir verməmiş və qoyunlarının yanında dayanmışdır. Təxminən 20 dəqiqə sonra eşitmişdir ki, Tural evdən mətbəx bıçağı götürərək geri qayıtmış və Bəxtiyarı həmin arxın üzərində bıçaqla vuraraq onu öldürmüşdür. O, Turalın Bəxtiyarı bıçaqla vurmasını konkret olaraq görməmiş və həmin vaxt yanlarında olmamışdır. Bildiyi qədərilə, həmin vaxt orada həmkəndlisi, Bəxtiyarın əmisi oğlu Nemət Qasımov olmuşdur. Turalın Bəxtiyarı bıçaqla vurmasını konkret olaraq görməmiş, həmin vaxt onlardan təxminən 40-50 metr aralıda olmuş və qoyunlarının arxasınca getmişdir. Sonradan eşitmişdir ki, Tural geri qayıdaraq Bəxtiyarı bıçaqlamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X27 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, X58 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, hazırda Tovuz rayonu, Əyyublu kəndində ailəsi ilə birlikdə yaşayır. Daimi olaraq heç bir yerdə işləmir, fəhləçilik etməklə ailəsini dolandırır. 05 may 2022-ci tarixdə vəfat etmiş X42 həmkəndlisidir. Bəxtiyarın valideynləri Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Eşitdiyi qədərilə, Bəxtiyar özü də Rusiya Federasiyasının İrkutsk vilayətinə ailəsi ilə birlikdə gedib bir-iki il qalıb orada işlədikdən sonra, Tovuz rayonu Əyyublu kəndinə evinə qayıtmış və Bəxtiyar hadisə olmamışdan təxminən 2-3 ay əvvəl Tovuz rayonu Əyyublu kəndinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə tutulmuş Təqsirləndirilən şəxs da həmkəndlisidir. Tural usta işləməklə ailəsini dolandırmışdır. 05 may 2022-ci il tarixdə ona məxsus olan və baş etibarnamə əsasında idarə etdiyi “Vaz 2106” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşının tormoz şlanqı nasaz olduğundan Tovuz rayon Əyyublu kəndinin mərkəzində yerləşən avtomobil ustasına aparmaq istəmiş, axşam saat təxminən 18 radələrində evdən çıxmış və Bəxtiyarın atası Əvəz Əkbərovun evlərinin yerləşdiyi küçədən asfalt yola dönərək, həmkəndlisi Nemət Qasımovun evinin qarşısında bir neçə nəfər şəxsin toplaşdığını görmüşdür. Onu görən həmkəndlisi Nemət Qasımov və orda olan şəxslər avtomobilinə yaxınlaşaraq avtomobilini saxlamağımı xahiş etmiş, o da avtomobili saxlamışdır. Bu zaman Nemət ona avtomobili tez darvazasının qarşısına sürməyimi bildirmiş, o da avtomobili Nemətin evinin darvazasının qarşısına sürmüşdür. Bu vaxt darvazalarının qarşısında yerdə üzü üstə uzanmış vəziyyətə bir nəfəri görmüş, Nemət ona tez aşağı düşməyini və kömək etməyini, həmin şəxsi avtomobilə qoymağımızı xahiş etmişdir. O da avtomobildən aşağı düşmüş və həmin şəxsi arxası üstə çevirib avtomobilin arxa oturacağına qoyarkən həmin şəxsin X1n olduğunu görmüş, Bəxtiyarın sinəsi, yəni, üst paltarları qan içində olmuşdur. Bundan sonra o, Nemətdən Bəxtiyarı hara aparacaqlarını soruş, Nemət ona Bəxtiyarı tez kənd xəstəxanasına aparmağını bildirmişdir. Bundan sonra o, avtomobili kənd xəstəxanası tərəfə sürmüş, yolda olarkən Nemətdən nə baş verdiyini soruşduqda, Nemət ona Bəxtiyarla həmkəndlisi Təqsirləndirilən şəxs mübahisəsi düşdüyünü, mübahisə zamanı isə Təqsirləndirilən şəxs içkili vəziyyədə olduğunu və Turalın mübahisədən sonra evdən bıçaq gətirərək Bəxtiyarı bıçaqla vurduğunu bildirmişdir. Onlar kənd xəstəxanasına çatdıqda, iş vaxtı olmadığından kənd xəstəxanasında heç kim olmamışdır. Qərara gəlmişdirlər ki, Bəxtiyarı tez Tovuz rayon mərkəzi xəstəxanasına çatdırsınlar. Bundan sonra geri qayıdıb avtomobilə əyləşərək üzü Tovuz rayon tərəfə sürmüşdürlər. O, arxaya çönüb Bəxtiyara baxdıqda, Bəxtiyarın özündə olmadığını, onun eləcə nəfəsi aldığını görmüşdür. O, yolda olarkən Nemətə avtomobilinin tormoz sisteminin nasaz olduğunu, bu vəziyyətdə rayona gedə bilməcəyini demişdir. Nemət də ona avtomobili kəndin mərkəzinə sürməyini, oradan taksi vasitəsilə Bəxtiyarı xəstəxanaya aparacağını bildirmişdir. Bundan sonra o, avtomobili kəndin mərkəzində olan taksilərin dayandığını dayanacağa tərəfə sürmüşdür. O, həmin yerə çatdıqdan sonra, Nemət və o, avtomobildən düşərək taksi axtarmağa başlamışdırlar. O və Nemət həmkəndlisi Tofiq İsmayılova yaxınlaşaraq, avtomobildə xəstə olduğunu və həmin xəstəni onun avtomobilə qoyaraq, onu tez bir şəkildə Tovuz rayon mərkəzi xəstəxanasına çatdırmağını xahiş etmiş, Tofiq də yaxşı demişdir. Bundan sonra Nemət və o, həmkəndlisi Bəxtiyar Əkbərovu ona məxsus avtomobildən düşürərək Tofiqə məxsus “Vaz 2101” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoymuşdurlar. Bundan sonra Tofiq avtomaşını işə salaraq üzü Tovuz şəhəri tərəfə sürmüşdür. Orada dayanan şəxslər ondan həmin şəxsin kim olduğunu və nə baş verdiyini soruşduqda, o, həmin şəxsin X19 Əvəz oğlu olduğunu, Bəxtiyarla həmkəndlisi Təqsirləndirilən şəxs mübahisəsi düşdüyünü və Turalın mübahisədən sonra evdən bıçaq gətirərək Bəxtiyarı bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra o, narahat olduğundan avtomobili maşın ustasına aparmamış və evə qayıtmışdır. Bir neçə saat sonra eşitmişdir ki, Bəxtiyarı Tovuz rayon mərkəz xəstəxanasına aparsalar da, Bəxtiyar artıq yolda olarkən ölmüşdür. Yusif Qasımov həmçinin ifadəsində göstərmişdir ki, hadisə vaxtı dəqiq olaraq onların nə səbəbə mübahisə etdiklərini bilməsə də, sonradan televizora baxdıqdan və kənd camaatı ilə söhbət etdikdən sonra bilmişdir ki, X55 Hüseynovun borc məsələsinə görə mübahisəsi düşmüş, mübahisə zamanı da Bəxtiyar Turalı döyüb və söymüş, Tural da sərxoş olduğundan bundan əsəbləşərək evdən mətbəx bıçağını götürərək qayıtmış və Bəxtiyarı bıçaqla vuraraq, onu öldürmüşdür. Bildiyi qədərilə onların arasında heç vaxt hər hansısa bir ədavət və ya düşmənçilik olmamışdır. Həmin vaxt orada olmamış və onların mübahisə etmələrini görməmişdir. Bildiyim qədərilə, həmin vaxt orada həmkəndlisi, Bəxtiyarın əmisi oğlu Nemət Qasımov olmuşdur. Bəxtiyar Əkbərovu ona məxsus olan avtomobilə qoyduqdan sonra, yəni, yolda olarkən X38 nə olduğunu soruşduqda Nemət Qasımov ona Bəxtiyarla həmkəndlisi Təqsirləndirilən şəxs mübahisəsi düşdüyünü, mübahisə zamanı isə Təqsirləndirilən şəxs içkili vəziyyədə olduğunu və Turalın mübahisədən sonra evdən bıçaq gətirərək Bəxtiyarı bıçaqla vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X23 ifadəsində şahid X58 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X17 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, X43 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, hazırda Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olmaqla arvadı X28 ilə birlikdə yaşayır. O və arvadı Rusiya Federasiyasının Moskva şəhərinə gedib 5-6 ay qalıb orada işlədikdən sonra, Tovuz rayonu Əyyublu kəndinə öz evlərinə qayıtmışdırlar. Rəfiqə Əkbərova ilə 1984-cü il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 1986-cı il təvəllüdlü X42 və 1988-ci il təvəllüdlü X50 anadan olmuşdur. 05 may 2022-ci il tarixdə vəfat etmiş X42 doğma oğludur. Bəxtiyar Əkbərov evin böyük uşağı olmuş, buna görə də Bəxtiyar ailəsilə birlikdə ayrı yaşamışdır. İxtiyar Əkbərov isə Rusiya Federasiyası vətəndaşıdır və Rusiya Federasiyasının İrkutski vilayətində öz ailəsi ilə birlikdə yaşayır. Bəxtiyar özü 1986-cı il təvəllüdlüdür. X73 gəlini Zülfiyyə Əkbərova ilə 2009-cu il tarixdə evlənərək ailə həyatı qurmuş və birgə nikahlarından 2011-ci il təvəllüdlü Məryəm Əkbərova və 2013-cü il təvəllüdlü Yusif Əkbərov anadan olmuşdur. Hazırda gəlini hamilədir. Bəxtiyar Rusiya Federasiyasının İrkutski vilayətinə ailəsi ilə birlikdə gedib bir-iki il qalıb orada işlədikdən sonra, Tovuz rayonu Əyyublu kəndinə evinə qayıtmışdır. Bəxtiyar hadisə olmamışdan təxminən 4 ay əvvəl, yəni yanvar ayının axırında Tovuz rayonu Əyyublu kəndinə gəlmişdir. Bəxtiyar daimi olaraq heç bir yerdə işləməsə də, moykada maşın yuyub ailəsini dolandırmışdır. 05 may 2022-ci il tarixdə tutulmuş Təqsirləndirilən şəxs həmkəndlisidir. Təxminən 5 ay bundan əvvəl, yəni dekabr ayında oğlu Bəxtiyar Rusiya Federasiyasının İrkutski vilayətində Tovuz rayonu Düz Qırıqlı kəndindən olan Elsəvər adlı şəxslə balıq alverində şərik olmuşdurlar. Təxminən 1 ay yarım sonra isə Bəxtiyar Elsəvərdən ayrılmış və Elsəvərə 56000 Rus rublu borclu qalmışdır. O və oğlu İxtiyar, Bəxtiyarın borcunu ödəyəcəklərini öz boyunlarına götürmüşdürlər. Bundan sonra Bəxtiyar yanvar ayının sonlarında öz ailəsi ilə birlikdə Tovuz rayonu Əyyublu kəndinə qayıtmışdır. Bəxtiyar kəndə qayıtdıqdan sonra isə demək olar ki, hər gün “Vatsapp” proqramı vasitəsilə danışmışdırlar. Lakin, xx.xx.2022-ci il tarixdə o, oğlu ilə danışa bilməmişdir. Axşam saat təxminən 22 radələrində ona zəng gəlmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs atasıgilin yaşadığı evdən çıxıb, öz yaşadığı evə gələrkən Tovuz rayonu Əyyublu kəndində olan evinin qarşısında Bəxtiyarı görmüş, Bəxtiyarla Turalın mübahisəsi düşmüş, mübahisə zamanı da Bəxtiyar Turalı döymüş, Tural da sərxoş olduğundan bundan əsəbləşərək evdən bıçağını götürərək geri qayıtmış və Bəxtiyarı bıçaqla vuraraq, onu öldürmüşdür. Bundan sonra o, Azərbaycan Respublikasına bilet alıb, Tovuz rayonuna gəlmişdir.Əvəz Əkbərov həmçinin ifadəsində göstərmişdir ki, oğlu ilə Təqsirləndirilən şəxs arasında heç vaxt hər hansısa bir ədavət və ya düşmənçilik olmamışdır. Əksinə onların münasibəti həmkəndli və həm yaşıd kimi yaxşı olmuşdur. Sonradan eşitdiyi qədərilə, Tural hadisə günü, yəni, 05 may 2022-ci il tarixdə arvadının xalası oğlu olan Elsəvərlə “Vatsapp” proqramı vasitəsilə danışmış, X14 zənglərinə cavab vermədiyini, Bəxtiyarı görsə, onun zənginə cavab verməyini demiş, bundan sonra Tural kafedə yemək yeyib, biraz spirtli içki qəbul etdikdən sonra, atasıgilin yaşadığı evə gəlmiş, orada biraz oturduqdan sonra öz yaşadığı evə gedərkən ona məxsus evin qarşısında Bəxtiyarı görmüş, həmin yuxarıda qeyd etdiyi pul məsələsinə görə Turalla Bəxtiyarın mübahisəsi düşmüş, mübahisə zamanı da Bəxtiyar Turalı döymüş, Tural da sərxoş olduğundan bundan əsəbləşərək evdən mətbəx bıçağını götürərək geri qayıtmış və Bəxtiyarı bıçaqla vuraraq onu öldürmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, həmin cinayət işi, xx.xx.1988-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə, saat 18 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadığı evin yaxınlığında xx.xx.1986-cı ildə anadan olmuş X1 qəsdən öldürmək məqsədilə üzərində olan bıçaqla onun döş qəfəsinin sol yan hissəsinə bir dəfə vuraraq sonuncunu qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi faktına görə 05 may 2022-ci il tarixdə Tovuz rayon prokuroru, baş ədliyyə müşaviri X44 tərəfindən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb xx.xx.1988-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə, saat 18 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadığı evin yaxınlığında xx.xx.1986-cı ildə anadan olmuş X1 qəsdən öldürmək məqsədilə üzərində olan bıçaqla onun döş qəfəsinin sol yan hissəsinə bir dəfə vuraraq sonuncunu qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi faktı ilə əlaqədar toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tovuz rayonu, Əyyublu kəndində, həmin kənd sakini X29 məxsus evin qarşısındakı küçədə yerləşir. Evin qarşısındakı asfalt yolun sağ tərəfindən su arxı keçir. Arxın sağ kənarında X30 məxsus yaşayış olmayan torpaq sahəsi yerləşir. Baxış iştirakçısı X48 bildirmişdir ki, hadisə yeri evinin qarşısında yerləşən həmin su arxının kənarıdır. Hadisənin baş verdiyi yerdən 121 metr aralıda Əyyublu kənd sakini X13 məxsus bağ sahəsində otların arasından bir ədəd dəstək və tiyə hissəsindən ibarət olmaqla qatlanmayan, dəstəyi qara rəngli, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində qanabənzər ləkələri olan mətbəx bıçağı aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X15 meyitinə baxış zamanı onun əynində olan bir ədəd tünd göy rəngli uzunqol poluver, bir ədəd mavi rəngli qısaqol köynək, bir ədəd ağımtıl-boz rəngli mayka, bir ədəd belində qara rəngli parça kəməri olan qara rəngli şalvar, bir ədəd göy rəngli naxışları olan qara rəngli idman şalvarı, bir ədəd boz rəngli idman şalvarı, bir ədəd ağ və açıq yaşıl rəngli naxışlardan ibarət olan trusik, bir ədəd ağ və yarasına qoyulmuş qırmızı rəngli naxışlardan ibarət əl-üz dəsmalı, bir cüt tünd göy rəngli corab və bir cüt qara rəngli ayaqqabı işi üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “paltarların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı X8 istintaqa təqdim etdiyi, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd tünd göy rəngli qolsuz gödəkçə, bir ədəd göy rəngli cins şalvar və bir ədəd sarımtıl-bozumtul rəngli uzunqol köynək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi, hadisə yerindən götürülərək tanınmaya təqdim edilmiş tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 235 mm olan, qatlanmayan, dəstəyi qara rəngli plasmasa oxşar materialdan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu isə deşici xassəyə malik, kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını Təqsirləndirilən şəxs tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2016-cı il tarixli AZ-İİİ 694118 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 Tural Əvəz oğlunun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2016-cı il tarixli AZ-İİİ 694120 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X5 Tural Əvəz oğlunun oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 06 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “telefon cihazına baxış keçirilməsi barədə” protokoldan görünür ki, telefonun media qalareyasına, telefon rəhbərinə (kitabçasına) və həmçinin “SMS” qutusuna baxış keçirilmiş, qeyd olunan yerlərdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Baxış zamanı mobil telefonun “Whatsapp” bölməsinə daxil olduqda, həmin bölmədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə olan “Whatsapp” zənglərinə baxış keçirilərkən onun hadisə günü yəni, 05 may 2022-ci il tarixdə saat 11:25-də arvadı Mahirə Hüseynovanın xalası oğlu Elsevər Cəfərova “Whatsapp” proqramı vasitəsilə zəng vurması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan həmin “Xiaomi Redmi 9” markalı mobil telefon cihazında aşkar edilmiş qeyd olunan məlumat iş üçün əhəmiyyət kəsb etdiyindən printer vasitəsi çap edilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(062)-43/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 may 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Tovuz rayon mərkəzi xəstəxanası” X75 daxil olmuş 16 may 2022-ci il tarixli, 667 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs „Tovuz RMX” PHŞ-nin Poliklinika şöbəsində həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz RİHB Əyyublu kənd İƏD nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 4010 və 4009 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonunun Əyyublu kəndində pasport qeydiyyatındadır və həmin kənddə yaşayır, atası 1963-cü il təvəllüdlü X57, anası 1967-ci il təvəllüdlü X9, qardaşı 1990-cı il təvəllüdlü X31, qardaşı 1992-ci il təvəllüdlü X59, qardaşı 2004-cü il təvəllüdlü X60, 1989-cu il təvəllüdlü X16, 2020-cu il təvəllüdlü X64, 2015-ci il təvəllüdlü X18 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz RİHB Əyyublu kənd İƏD nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 4011 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonunun Əyyublu kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X39 Publik Hüquqi şəxsin Ağstafa rayon şöbəsinin Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 235 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədənində sağ gözün tış ağlı qişasına qansızma kimi xəsarət aşkar edilmişdir, həmin xəsarət küt əşyanın təsirindən törənmişdir, qeyd olunan ekspertizanın təyin olunması barədə qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əllə vurma nəticəsində əmələ gələ bilərdi və həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X39 Publik Hüquqi şəxsin Ağstafa rayon şöbəsinin X3 meyitinin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 15 nömrəli rəyindən görünür ki, müayinə zamanı X3 meyiti üzərində sol döş qəfəsinin bir ədəd boşluğa keçən, ürək kisəsini, sol mədəciyin zirvəsini zədələyən kəsilmiş-deşilmiş yarası aşkar edilmişdir, həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, kəsici alətin təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixə uyğun gəlir, ekspertizaya təqdim olunmuş bıçaqla yetirilə bilərdi. X3 ölümünün səbəbi kəskin qanaxma olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 791 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, hadisənin yerini və baş vermə şəraitini, o cümlədən mərhum X42 ilə mübahisə etdiyi, mübahisədən sonra yaşadığı evə gedərək evin mətbəx otağından bıçağı götürdüyü, daha sonra mərhum Bəxtiyar Əkbərovu bıçaqla vurub ona xəsarət yetirməklə öldürdüyü və hadisədən sonra bıçağı atdığı yerləri və şəraiti göstərməklə, törətdiyi cinayəti əməlini səmimi etiraf etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 10 may 2022-ci il tarixli, 289/99 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Tovuz rayon X40 Hüquqi Şəxs tərəfindən verilmiş 667 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və hal-hazırda onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə trasoloji və ballistik ekspertizasının 16/590/591 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bıçaq tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 235 mm olan, qatlanmayan, dəstəyi qara rəngli plasmasa oxşar materialdan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu isə deşici xassəyə malik, kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağıdır. Bıçağın üzərində təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişikliklər edilməmişdir. İbtidai istintaq zamanı götürülərək tədqiqata təqdim edilmiş X3 hadisə zamanı əynində olmuş poluverin, köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmentin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-lifli materialların tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/589 nömrəli rəyindən görünür ki, ibtidai istintaq zamanı götürülərək tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X4 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. X4 məxsus 01 ədəd poluverin üzərindən tapılmış açıq qəhvəyi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd poluverin tərkib liflərinə uyğun gəlirlər. X4 məxsus 01 ədəd şalvarın üzərindən tapılmış tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd poluverin üzərindən tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə X4 məxsus 01 ədəd poluverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X4 məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 10 may 2022-ci il tarixli, 289/99 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdipsixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hal-hazırda da anlayır. Təqsirləndirilən şəxs baş vermiş hüquqazidd hərəkətlərdən əvvəl adi, hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa, yalan danışmağa meyilli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi bioloji ekspertizasının 362/2022-MTBŞ nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X3 ABO sistemi üzrə qrup göstəricisi (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) AB(İV), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) A(İİ)-dir. Ekspertizaya təqdim olunmuş X4 məxsus bir ədəd trusik, qara rəngli idman şalvarı, bir ədəd qolsuz mayka, qısaqol kofta, uzunqol kofta, bir cüt ayaqqabı və bir ədəd əl-üz dəsmalı üzərində periferik mənşəli insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alınmışdır. Bu qan ləkələri AB (İV) qruplu bir şəxsə, o cümlədən X4 məxsus ola bilər. Lakin, göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin Təqsirləndirilən şəxs da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışıq qanın olması mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, əldə edilmiş əməliyyat məlumatlarına əsasən xx.xx.2002-ci il tarixdə Tovuz rayonu, Əyyublu kənd sakini Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində yaşadığı kənddə üzərində olan bıçaqla X1n döş qəfəsindən bir dəfə vuraraq onu qəsdən öldürmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, iş üzrə maddi sübutlar - hadisə yerindən götürülmüş tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 235 mm olan, qatlanmayan, dəstəyi qara rəngli plasmasa oxşar materialdan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu isə deşici xassəyə malik, kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı, X15 meyitinin üzərindən götürülmüş bir ədəd tünd göy rəngli uzunqol poluver, bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd boz rəngli mayka, bir ədəd qara rəngli, göy rəngli zolaqları olan iki yan cibə malik idman şalvarı, bir ədəd boz rəngli iki yan cibə malik idman şalvarı, bir ədəd qara rəngli iki yan, iki arxa cibə malik belində qara rəngli kəmər olan şalvar, bir ədəd boz rəngli kişi alt tumanı, bir ədəd qırmızı, göy, ağ, qəhvəyi, damalı, naxışlı dəsmal, bir cüt tünd göy rəngli corab, bir cüt qara rəngli ayaqqabı, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd göy rəngli, ön hissəsi zəncirbəndli, iki yan cibə malik qolsuz gödəkçə, bir ədəd qəhvəyi rəngli ön hissəsində iki ədəd düymə ilgəyi olan uzunqol polver, bir ədəd göy rəngli iki yan, iki arxa cibə malik, ön hissəsi zəncirbəndli cins şalvar Tovuz rayon prokurorluğunda saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varis X6 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətçidir və ona ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun Bəxtiyar Əkbərovu öldürmək fikrinin olmamasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2022-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut hesab edilən və Tovuz rayon prokurorluğunda saxlanılan – hadisə yerindən götürülmüş tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 235 mm olan, qatlanmayan, dəstəyi qara rəngli plasmasa oxşar materialdan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu isə deşici xassəyə malik, kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı məhv edilməli, X15 meyitinin üzərindən götürülmüş bir ədəd tünd göy rəngli uzunqol poluver, bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd boz rəngli mayka, bir ədəd qara rəngli, göy rəngli zolaqları olan iki yan cibə malik idman şalvarı, bir ədəd boz rəngli iki yan cibə malik idman şalvarı, bir ədəd qara rəngli iki yan, iki arxa cibə malik belində qara rəngli kəmər olan şalvar, bir ədəd boz rəngli kişi alt tumanı, bir ədəd qırmızı, göy, ağ, qəhvəyi, damalı, naxışlı dəsmal, bir cüt tünd göy rəngli corab, bir cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd göy rəngli, ön hissəsi zəncirbəndli, iki yan cibə malik qolsuz gödəkçə, bir ədəd qəhvəyi rəngli ön hissəsində iki ədəd düymə ilgəyi olan uzunqol polver, bir ədəd göy rəngli iki yan, iki arxa cibə malik, ön hissəsi zəncirbəndli cins şalvar qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 127 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 05 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Tovuz rayon prokurorluğunda saxlanılan – hadisə yerindən götürülmüş tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 235 mm olan, qatlanmayan, dəstəyi qara rəngli plasmasa oxşar materialdan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu isə deşici xassəyə malik, kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı məhv edilsin, X15 meyitinin üzərindən götürülmüş bir ədəd tünd göy rəngli uzunqol poluver, bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd boz rəngli mayka, bir ədəd qara rəngli, göy rəngli zolaqları olan iki yan cibə malik idman şalvarı, bir ədəd boz rəngli iki yan cibə malik idman şalvarı, bir ədəd qara rəngli iki yan, iki arxa cibə malik belində qara rəngli kəmər olan şalvar, bir ədəd boz rəngli kişi alt tumanı, bir ədəd qırmızı, göy, ağ, qəhvəyi, damalı, naxışlı dəsmal, bir cüt tünd göy rəngli corab, bir cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd göy rəngli, ön hissəsi zəncirbəndli, iki yan cibə malik qolsuz gödəkçə, bir ədəd qəhvəyi rəngli ön hissəsində iki ədəd düymə ilgəyi olan uzunqol polver, bir ədəd göy rəngli iki yan, iki arxa cibə malik, ön hissəsi zəncirbəndli cins şalvar qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 127 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-387/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-387/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver