Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-387/2025 16.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Filizman oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7 və Dövlət ittihamçısı, təqsirləndirilən şəxs ƏlTəqsirləndirilən şəxs və onun müdafiəçiləri Tovuz Rayon vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Tovuz rayonu, Köhnəqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Tovuz rayonu, Köhnəqala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbayca Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 05 noyabr 2024-cü il tarixdə, saat 21:30 radələrində mülkiyyətində olan “Toyota Aurıs” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş halda Qovlar-Saratovka avtomobil yolunun Tovuz rayonu, İbrahimhacılı kəndi ərazisindən keçən hissəsi ilə Saratovka kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən, sürücü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, bu tələblərə riayət etməyərək, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətlərini davam etdirərək hərəkət istiqamətinin sağ ehtiyat hissəsi ilə piyada hərəkət edən X4 vurmuş, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda, öz hərəkətlərini davam etdirərək yol-nəqliyyat hadisəsi yerindən qaçmış, nəticədə ehtiyatsızlıqdan X2 baş beynin travmatik ödemi və baş beyin toxumasına, qişaları altına, mədəciklərə qansızma ilə müşayət olunmuş kəllə tağı və kəllə əsası sümüklərinin sınığı ilə nəticələnmiş sağ gicgah və sağ təpə nahiyəsinin əzilmiş cırılmış yaraları kimi dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və həmin xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilərək, özünü 264-cü maddə ilə özünü maddəi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o əks istiqamətdən gələn avtomobildən gözünə işıq düşdüyünü üçün bilmədən nə isə vurduğunu hiss etmişdir. O, avtomobil ilə 50-60 metr irəliyə getdikdən sonra avtomobili saxlamış və avtomobilin sağ qanadı ilə nəyisə vurduğunu bilmişdir. Daha sonra avtolmobildən düşmüş və Salah adlı şəxsə zəng etmişdir. Daha sonra o qəza törətdiyi yerə gəlmiş və insanların qəza yerinə toplaşdığını görmüşdür. O hadisə yerindən qasmamış, təcili tibbi yardım maşını gəlmiş və o, mərhum şəxsin təcili tibbi yardım maşınına daşınmasına köməklik göstərmiş, daha sonra hadisə yerinə gələn şəxslərdən qorxduğundan bir qədər kənarda dayanmış, sonra isə təslim olmaq üçün poli idarəsinə getmişdir. O, zərəçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi yerlə evinin arasında 150 metr məsafə olmuşdur. Hadisə küçəyə dönən yolda baş vermişdir. Nəvəsi ona zəng etmiş, nənəsinin avtomobil ilə vurulduğunu demişdir. Az sonra o hadisə yerinə gəlmiş, yoldaşının yerdə uzandığını görmüş, əli ilə yoldaşını sirkələmiş və vəfat etdiyini bilmişdir. Daha sonra onun qızı gəlmiş, qızının evi də hadisə yerinə yaxın olmuşdur. Daha sonra polis əməkdaşları gəlmiş və hadisə yerinə insanlar toplaşmışdır. O, mərhum yoldaşını evə aparmaq istəmiş, polis əməkdaşları isə icazə verməmişdir. Daha sonra təcili tibbi yardım maşını gəlmiş və onun yoldaşını rayona aparmışlar. Onun oğlu və qızı təcili tibbi yardım maşının arxası ilə getmişlər. O isə kəfən götürmək üçün evə getmişdir. O hadisə zamanı həyacanlı olmuş və hadisə yerində olan insanlar qəza törədən şəxsin orada olduğunu ona demişlər. Daha sonra mərhumənin cəsədini gətirib ona təhvil vermişlər. O isə izahat verərək şikayətçi olmadığını və qəza törədən şəxsin tutulmağını istəmədiyini bildirmişdir. Hal-hazırda onlara dəyən ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun oğlu Əhmədov Sahibə zəng etmişdir. Əhmədov Sahib isə ona Ramilin kimisə vurduğunu və Ramilin yanına getməsini demişdir. O oğlunun dediyi yerə getmişdir. O, hadisə yerinə getmiş, hadisə yerində Ramilin avtomobilini və Ramilin digər insanlar ilə bir yerdə hadisə yerinə toplaşdığını görmüşdür. O, hadisə yerində ilk olaraq əli ilə mərhum qadına toxunaraq baxmış, nəfəs almadığını və vəfat etdiyini bilmişdir. Daha sonra o evə qayıtmışdır. Hadisədən bir müddət sonra Ramil onun evinə gəlmiş və nə etməli olduğunu ondan soruşmuşdur. O isə Ramilə təslim olmağını demiş və Ramil ilə birlikdə polis şöbəsinə getmişlər. Ramil təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o evində qapısının ağzında durarkən Əli adlı şəxsi görmüşdür. Əli ona Ramilin avtolmobillə adam vurduğunu demiş, hadisə yerindən indi gəldiklərini və Ramilin təslim olmağa getdiyini demişdir. Onlar birlikdə şöbəyə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o hadisənin baş verdiyi gün təqsirləndirilən şəxslə birlikdə toy məclisində olmuşdur. Toy məclisindən çıxdıqdan sonra o, evə getmişdir. Axşamüstü dostu ona zəng etmiş və Ramilin avtoqəza törətdiyini demişdir. O, Ramilə zəng vurmuş, Ramil ona avtoqəza törətdiyini demiş və polis şöbəsinə getdiyini bildirmişdir. O, hadisə yeri ilə 10 dəqiqəlik məsafədə olmuşdur. Daha sonra o, hadisə yerinə getmiş, hadisə yerində polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları hadisə yerində hadisəni kimin törətdiyini araşdırmaq üçün kamera axtarmışlar. O isə polis əməkdaşlarına yaxınlaşmış, hadisəni Ramilin törətdiyini və hal-hazırda təslim olmaq üçün polis şöbəsinə getdiyini bildirmişdir. O, polis əməkdaşlarına məlumat verdikdən sonra Tovuz rayon xəstəxanasına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o mərhum şəxs Bağırova Kimyanın qızıgildən evə gedəndə, Səbinə orada 5-10 dəqiqə qalmış və onlar söhbət etmişlər. O, mərhumə ilə birlikdə irəliyə getmiş və o, Səbinəni gözləmişdir. Kimya isə gözləməmiş və getmişdir. Səbinə onun yanına çatana yaxın Kimyanı maşın vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o bacısı və anası ilə birlikdə gedəndə bacısı ilə söhbət edərkən anası qabağa getmiş, o isə bacısı Bağırova Nərminə ilə təxminən 10 dəqiqə söhbət etmişdir. Anası onu gözləməmiş küçəyə tərəf dönəndə anası X4 maşın vurmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 noyabr 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(062)-55/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında tərtib olunmuş 05 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, yolnəqliyyat hadisəsinin baş veridiyi yer Qovlar-Saratovka avtomobil yolunun Tovuz rayonu, İbrahimhacılı kəndi ərazisindən keçən, asfaltörtüyə malik hissəsində yerləşir. Yol-nəqliyyat hadisəsi baş verən zaman yol örtüyü asfalt-beton örtüklü, quru və hamar olmaqla bərabər avtomobillərin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi düzdür. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş vermiş avtomobil yolunun hərəkət hissəsinin eni 6,50 metrdir. Yolun hərəkət hissəsində nişanlanma xətti mövcud deyil. Yol sağ və sol tərəfdən yol çiyni ilə birləşir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs sərxoş halda idarə etdiyi “Toyota Aurıs” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu, Qovlar şəhəri istiqamətindən üzü Gədəbəy rayonu istiqamətinə doğru asfalt örtüyə malik avtomobil yolu ilə hərəkətdə olmuşdur. Piyadanı vurma yeri avtomobil yolunun üzü Tovuz rayonu, Qovlar şəhəri istiqamətində sol tərəf kənar hissəsindən yolun mərkəzinə doğru 0.80 metr məsafədə yerləşir. Yol-nəqliyyat hadisəsindən sonra hadisə yerinə baxış zamanı avtomobil yolunun həmin hissəsində maksimum sürətin məhdudlaşdırılması yol nişanı aşkar edilmişdir. Avtomobil yolunda hər hansı bir tormozlama izi aşkar edilməmişdir. Hadisə yerinin foto-cədvəli və sxemi tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş sərxoşluq hallarını bütün növlərinin təyini məqsədi ilə keçirilmiş müayinəyə dair xx.xx.2024-cü il tarixli, 524 nömrəli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə törədilən zamanı yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14in 23 noyabr 2024-cü il tarixli, 3955 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə götürülmüş qan nümunəsinin tərkibində 0,8 % qatılığında etil spirti aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X14in Tovuz rayon şöbəsinin 28 noyabr 2024-cü il tarixli, 37 nömrəli rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər-baş beynin travmatik ödemi və baş beyin toxumasına, qişaları altına, mədəciklərə qansızma ilə müşayət olunmuş kəllə tağı və kəllə əsası sümüklərinin sınığı ilə nəticələnmiş sağ gicgah və sağ təpə nahiyəsinin əzilmiş cırılmış yaraları aşkar olunmuş, X2 meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən 05 noyabr 2024-cü il tarixdə əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, Qeyd edilən xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobilin piyada X4 vurması nəticəsində əmələ gəlməsi istisna edilmir. X2 ölümünə səbəb nəqliyyat travması nəticəsində baş vermiş baş beynin travmatik ödemi və baş beyin toxumasına, qişaları altına, mədəciklərə qansızma ilə müşayət olunmuş kəllə tağı və kəllə əsası sümüklərinn sınığı olmuşdur. X2 qanında məhkəmə kimyəvi tədqiqat nəticəsində etil spirti və digər güclü təsiredici maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 yanvar 2025-ci il tarixli, 8/3309 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Aurıs” minik markalı, **-HM- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Toyota Aurıs” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsindən daxil olmuş 03 fevral 2025-ci il tarixli, 016-60-3-13-16-9/2-65/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək BB-045577 saylı, “B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Tovuz rayon Mərkəzi Xəstəxanası” X10 əldə edilmiş 03 fevral 2025-ci il tarixli, 18-1-76/2-140/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz RMX PHŞ-i Poliklinika şöbəsində həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 08 fevral 2025-ci il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, “Toyota” markalı, “Aurıs” minik modelli, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş BD 556520 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota” markalı, “Aurıs” minik modelli, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil Tovuz rayon Köhnəqala kənd sakini Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisə yerindən qaçmaması ilə bağlı ifadəsini inandırıcı hesab etməyib zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, və digər istintaq materialları ilə tam təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşaraq məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyindən və hadisə yerindən qaçdığından onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə tövsif edilməli və qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadından o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndinlərində göstərilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yolnəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsində həmçinin göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nın 59.1.12-ci, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə səmimi etirafını, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 6 ildən, həmçinin CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cəza daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni 1 il 6 aydan artıq ola bilməz. Məhkəmə tərkibi yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə, həmin Məcəllənin 264cü maddəsi ilə isə maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəza növü olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaqla ona həmin maddələrlə təyin edilmiş cəzaların hər birindən çox olan qəti əlavə və əsas cəza təyin olunmalı və cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında təyin edilməli olan beş ildən artıq təşkil edəcək qəti cəzanın məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməli olmasına münasibət bildirərək qeyd edir ki, CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayətn Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq: - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin sözügedən qərarından göründüyü kimi qanunvericilik həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilmiş cinayətlərə görə cəza təyini zamanı cəzanın məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməsinin müəyyən edilməsi üçün qəti cəza müddətinin deyil, məhz cinayətlərin məcmusuna daxil olan ehtiyatsızlıqdan törədilən cinayətə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının beş ildən artıq olmayan müddət həddində olmasını nəzərdə tutur. Hazırki halda Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında təyin olunacaq cəza beş ildən artıq təşkil etsə də, ona ehtiyatsızlıqdan törədilən cinayətə görə təyin olunmuş cəzanın müddəti beş il həddini aşmır. Məcmuya daxil olan ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətə görə isə Təqsirləndirilən şəxs təyin olunacaq cəza azadlıqdan məhrum etməklə əlaqədar deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş əsas qətimkan tədbiri qismində “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş, Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əsas qətimkan tədbiri qismində 04 (dörd) ay müddətə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdən isə barəsində əsas qətimkan tədbiri qismində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixdədək şübhəli şəxs qismində tutulduğu və “ev dustağlığında” olduğu 05 (beş) ay 09 (doqquz) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İş üzrə maddi sübut - Tovuz RPŞ-nin duracağında saxlınalan “Toyota Aurıs” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni Təqsirləndirilən şəxs qaytarılmaldır. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 264-cü maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması əsas cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzalar Azərbaycan Respublikasının CM-nin 66.3 və 66.4 maddələrinə əsasən qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixdədək şübhəli şəxs qismində tutulduğu və ev dustağlığında olduğu 05 (beş) ay 09 (doqquz) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) il 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan ilə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. İş üzrə maddi sübut Tovuz RPŞ-nin duracağında saxlınalan “Toyota Aurıs” minik markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-387/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-387/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver