Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-388/2022 03.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1995-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə 2 ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri 99.088 qram, 87.578 qram, ümumi təmiz çəkisi 186.666 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və barəsində daxil olmuş məlumat əsasında 18 aprel 2022-ci il tarixdə, saat 00:30-da Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Əminə” marketin yaxınlığında saxlanılaraq Gəncə şəhəri Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, Polis İdarəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman üzərində olan qara rəngli çantanın içərisində olan 2 ədəd plastik qablarda təmiz çəkiləri 99.088 qram, 87.578 qram, ümumi təmiz çəkisi 186.666 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs oğlunun qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Daşkəsən şəhəri İ.Qayıbov küçəsi ev 32, mənzil 2-də qeydiyyatda olmaqla yaşayır. Təxminən 6 ay olar ki narkotik maddə olan heroini qəbul edir. Əvvəllər müxtəlif yollarla şəxsi istifadəsi üçün əldə etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən tanımadığı şəxsdən narkotik vasitə almış və Gəncə şəhərinə qayıtmışdır. Təxminən saat 00:30 radələrində Gəncə şəhəri Atatürk prospektində yerləşən “Əminə” marketin qarşısında olarkən mülkü geyimdə olan iki nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra onu Gəncə şəhər BPİnə gəlməyi üçün dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmiş və orada inzibati otaqların birində hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etdin. O da üzərində olan qara rəngli çantanın içərisində gəzdirdiyi 2 ədəd plastik qabda heroini təqdim etmişdir. Həmin narkotik vasitə olan heroin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 258.66 qram olmuşdur. Sorğu zamanı həmin kütlənin heroin olduğunu və ona məxsus olduğunu, həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə əlaqə yaratdığı, şəxsən tanımadığı “Kral” ləqəbli İran İslam Respublikası vətəndaşından pul müqabilində şəxsi istifadəsi üçün aldığını və həyacanlı olduğundan satmaq üçün aldığını da bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, sonra zərfə qoyularaq 91 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Həmin narkotik vasitəni özü istifadə etmək üçün almış, satmaq məqsədi olmamışdır. İstintaq zamanı ona təzyiq göstərilməmişdir.Tutularkən həyacanlı olduğundan narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini və yalandan olaraq İran vədəndaşından aldığını bildirmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Daşkəsən şəhəri İ.Qayıbov küçəsi ev 32, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 18 aprel 2022-ci il tarixdə saat təxminən 16 radələrində Gəncə şəhər BPİ-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Daşkəsən şəhər sakini Elnur adlı şəxs X3 dövriyəsi ilə məşğuldur və hal-hazırda Gəncə şəhəri Atatürk prospektindədir. Odur ki, daxil olmuş məlumat idarə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri Atatürk prospektində yerləşən “Əminə” marketin yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-yə gətirdik, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi qara rəngli çantanın içərisində olan 2 ədəd plastik qabda heroini təqdim etmiş, həmin plastik qablarda olan kütlələr müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 258.66 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu və ona məxsus olduğunu, həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə əlaqə yaratdığı, şəxsən tanımadığı “Kral” ləqəbli İran İslam Respublikası vətəndaşından pul müqabilində, şəxsi istifadəsi və satmaq üçün aldığını bildirmişdir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılmış, sonra zərfə qoyularaq 91 saylı möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olmuşdur. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitələr satdığı şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin çox vaxt üzərində saxlaması və onların satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan “Follow me” və “Nano1” yazılı qapaqları olan qutular təqdim edərək həmin qutuların içərisində heroin olduğunu bildirdi.Həmin kütlə aptek tərəzisində çəkildi, ümumi çəkisi 258,66 qram oldu. Həmin kütlə qablaşdırılaraq möhürləndi. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki,xx.xx.2022-ci il tarixdə təxminən saat 00:30 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri Atatürk prospektində yerləşən “Əminə” marketin yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-yə gətirmişlər, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X7 müdafiəçi təyin edilir və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi qara rəngli çantanın içərisində olan 2 ədəd plastik qabda heroini təqdim edir, həmin plastik qablarda olan kütlələr müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilir, ümumi çəkisi 258.66 qram olur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu və ona məxsus olduğunu, həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə əlaqə yaratdığı, şəxsən tanımadığı “Kral” ləqəbli İran İslam Respublikası vətəndaşından pul müqabilində, şəxsi istifadəsi və satmaq üçün aldığını bildirir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılır, sonra zərfə qoyularaq 91 saylı möhürlə möhürlənir, bu barədə protokol tərtib edilərək video çəkilir, protokolun doğruluğunu imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** nömrəyə daxil olan və və çıxan zənglərə, o cümlədən smslərə baxış keçirilmiş və hər hansı bir əhəmiyyət kəsb edəcək telefon nömrəsi aşkar edilmədi. Materialların məhkəmə-ekspertizasının xx.xx.2022-ci il tarixli 16/447 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri 99,088 qram, 87, 578 qram, ümumi təmiz çəkisi 186,666 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Kral ləqəbli İran İslam Respublikası vətəndaşı “Kral” ləqəbli şəxsin, sonuncunun Bakı şəhəri ərazisində yaşayan Bakı Beynəlxalq Avtovağzalına narkotikvasitəni gətirib gizlədən tanışın, Gəncə şəhəri ərazisində yaşayan Fərid adlı, Samka ləqəbli şəxslərin, həmçinin Gəncə şəhəri Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən Yasəmən adlı çayxanada Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilməsi ilə bağlı əməliyyat tapşırığı verilsə də, alınmış cavab məktubunda zəruri əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticənin əldə olunmadığı göstərilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 838saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 aprel 2022-ci ildən hesablanmışdır. Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Nuruyev X6 şəhəri İ.Qayıbov küçəsi ev 32, mənzil 2-də yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələr ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmışdır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 186,266 qram narkotik vasitə heroin, 21 ədəd kağız pipet, 02 ədəd dəftərxana kəsicisi, Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini satmaq niyyətinin olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, təxminən 3 ay əvvəl instaqram səhifəsində maraq üçün “patı kola” yazaraq axtarış etmiş və qarşısına bir neçə səhifə çıxmışdır. Bundan sonra həmin səhifələrə yazaraq kasıb olduğunu bildirib pulsuz narkotik maddə əldə etməyə çalışmış və həmin səhifələrdən biri ilə bir müddət yazışdıqdan sonra ona narkotik vasitə olan heroin verməyə razı olmuşdur. Həmin şəxs ona təxminən 15-20 qram heroin vermiş və həmin heroinin hamısını özü istifadə etmişdir. Sonra həmin şəxsdən heroin əldə edərək həm istifadə etmək həm də sataraq pul qazanmaq qərarına gəlmiş və yenidən instaqram səhifəsində həmin şəxslə əlaqə yaratmışdır. O, Kral ləqəbli şəxslə danışan zaman sonuncu ona 2021-ci ilin noyabr ayında Bakı şəhər sakininə 1 kiloqram çəkidə heroin göndərdiyini, kütlənin üzərindən götürüb ona sata biləcəyini bildirmişdir. Bir qədər yazışdıqdan sonra onunla razılığa gəlmiş və təxminən 2022-ci ilin yanvar ayında həmin şəxs ona 50 qram çəkidə heroin vermişdir. Həmin heroinin bir qismini istifadə etmiş və bir qismini də Gəncə şəhəri ərazisində tanımadığı şəxslərə satmışdır. O, əldə etdiyi pulları şəxsi tələbatlarını ödəməkdən ötrü xərcləmişdir. O, Kral ləqəbli və sonuncunun tanışı Bakı şəhər sakini ilə şəxsən görüşməmişdir, O, Kral adlı şəxslə İnstaqram və Whatsapp sosial şəbəkəsilə əlaqə yaratmış və ona Bakı şəhərində müəyyən məkana getməyini demişdir. Bakı şəhərinə, həmin şəxsin dediyi məkana getdikdə, ona məkanda olan bir yer şəkli göndərərək narkotik vasitəni əvvəlcədən orada gizlətdiyini və onun götürməyini demişdir. Həmin yeri axtarıb taparaq narkotik vasitəni oradan götürüb Gəncə şəhərinə gəlirmiş. xx.xx.2022-ci il tarixdə təxminən saat 00:30 radələrində Gəncə şəhəri Atatürk prospektində yerləşən “Əminə” marketin qarşısında olarkən mülkü geyimdə olan iki nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra onu Gəncə şəhər BPİnə gəlməyi üçün dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmiş və orada inzibati otaqların birində hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etdin. O da üzərində olan qara rəngli çantanın içərisində gəzdirdiyi 2 ədəd plastik qabda heroini təqdim etmişdir. Həmin narkotik vasitə olan heroin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 258.66 qram olmuşdur. Sorğu zamanı həmin kütlənin heroin olduğunu və ona məxsus olduğunu, həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə əlaqə yaratdığı, şəxsən tanımadığı “Kral” ləqəbli İran İslam Respublikası vətəndaşından pul müqabilində, şəxsi istifadəsi və satmaq üçün aldığını bildirmişdir. Ümumilikdə həmin şəxsdən 3 dəfə narkotik vasitə əldə etmiş, hər dəfə Bakı Beynəlxalq Avtovağzalı ərazisində əldə etsə də, narkotik vasitəni hər dəfə avtovağzal ərazisində olan müxtəlif yerlərdə gizlətmiş və ona həmin yerlərin fotoşəklini sosial şəbəkə ilə göndərmişdir. O da axtararaq həmin yerləri tapıb orada olan narkotik vasitələri götürmüşdür. Həmin şəxslərin şəxsiyyəti və yaşayış ünvanları barədə əlavə məlumatı yoxdur. Əldə etdiyi narkotik vasitələri satdığı Yasəmən çayxanası Gəncə şəhəri Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşir. Onun digər yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla dövriyyəsi qadağan edilmiş əşyası yoxdur. Həmin narkotik vasitə heroni həm satmaq, həm də özü şəxsi istifadə etmək məqsədi ilə əldə edib özündə saxlamışdır. Üzərindən aşkar edilmiş AzərTürkBank ASC-nə məxsus plastik kartını o, 2022-ci ilin aprel ayının əvvələrində günorta saatlarında Gəncə şəhəri Atatürk prospekti 197 ünvanının yaxınlığında yerdən tapmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı verilən suallara cavab olaraq o, plastik pul kartına narkotik vasitələrin satışı ilə məşğul olduğu zaman şəxslər tərəfindən pul vurulduğunu həyəcanlı olduğu üçün demişdir. Lakin ona həmin kart vasitəsi ilə hər hansı bir şəxs pul göndərməmişdir. Ümumiyyətlə o, həmin plastik pul kartından digər məqsədlər üçün istifadə etməmişdir. Parolunu bilmədiyi üçün plastik pul kartını bankomat qurğusunda da, o, yoxlamamışdır. O, “Kral” ləqəbli şəxsə pulu sonuncunun vatsap proqramı vasitəsi ilə ona göndərdiyi plastik pul kartlarına Bakı şəhəri ərazisində yerləşən milliön ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Pul karta yükləndikdən sonra Kral ləqəbli şəxs ona narkotik vasitə heroini Bakı şəhərində yaşayan adını bilmədiyi və üzünü görmədiyi tanışının vasitəsi ilə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığına qoydurub, həmin yerin fotoşəkilini Vatsap proqramı vasitəsi ilə ona göndərmişdir. O da, fotoşəkil gəldikdən sonra gedib narkotik vasitəni götürmüşdür. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 186,266 qram narkotik vasitə heroin, 21 ədəd kağız pipet, 02 ədəd dəftərxana kəsicisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X8 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 18 aprel 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 186,266 qram narkotik vasitə heroin, 21 ədəd kağız pipet, 02 ədəd dəftərxana kəsicisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X8 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-388/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-388/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver