Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-389/2022 14.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X3 ibarət tərkibdə, X11 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyytada olmaqla yaşamış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 97,594 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 03 radələrində, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölməsinin Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti 50 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölməsinin Regional Şöbəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən həmin 1 ədəd sarı rəngli yapəşqanlı lentlə sarınmış şəffaf polietilen torbanın içərisində olan külli miqdarda-yəni, təmiz çəkisi 97,594 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оğlu оnа elаn edilmiş ittihаm üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 noyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhəri N.Nərimanov prospekti 50 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyiımlı şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək, onun üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə olduğunu, həmin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhərində yerləşən şöbəsinə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onaüzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməsi bildirilmiş, o da əynində olan tünd göy rəngli şalvarımın sol yan cibidən 1 sarı rəngli sellofan bağlamanı, sağ yan cibimdən 1 ədəd özünə məxsus “Samsung” markalı mobil telefonu və 20 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Ona məxsus 20 manat pul özünə qaytarılsa da mobil telefonu ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisində metamfetamin olması müəyyən edilmişdir. Həmin bağlama elektron tərəzi ilə çəkilmiş və çəkisinin 102 qram olması müəyyən edilmişdir. Sorğu-sual zamanı o, təqdim etdiyi sellofan bağlamada olan kütlə psixotrop maddə metamfetamin olmuşdur.O, üzərindən aşkar edilmiş maddəni Gəncə şəhəri ərazisində tanımadığı binalardan birinin blokundan götürmüşdür. Həmin yerə bu maddənin qoyulmasını ona 4 ay öncə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Firuz” adlı şəxs demiş,həmin kütləni götürərək ona deyilən yerə qoymağı müqabilində Firuz adlı şəxs ona 10 qram metamfetamin verməyi söz vermişdir. O, narkotik tərkibli maddələrin istifadəçisi olduğu üçün Firuz adlı şəxslə razılaşmışdır.O, psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, o narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini özü istifadə etmək üçün saxlamış, onun psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamini əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmrah Fikrət oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin Gəncə şəhəri ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat almışdır.Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin şəxsin xx.xx.1991-ci ildə Bakı şəhəində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospektində olduğunu müəyyən edərək həmin əraziyə getmişlər. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti 50 ünvanının yaxınlığında saxlanılmış və BNMİ-in QBRŞ-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və X7 Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi bildirimişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 1 ədəd sarı rəngli sellefonı bağlamanı, sağ yan cibindən isə 1 ədəd “Samsung” markalı telefonu və 20 manat məbləğində pulu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya və ya predmet tapılmamışdır. Bundan sonra 20 manat Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmin 1 ədəd sarı rəngli sellefon bağlamaya baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfinə oxşar kütlə olması müəyyən edilmiş və həmin kütlə sellefon bağlama ilə birlikdə elektron tərəzidə çəkilmiş və metamfetaminə oxşar kütlənin sellofan ilə birlikdə çəkisi 102 qram olmuş və zərfdə qablaşdırılaraq ağzı möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamada olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni saxlanılmadan bir qədər öncə, saxlanıldığı yerin yaxınlığında yerləşən binalardan birinin giriş hissəsində gizlədilmiş yerdən götürdüyünü, həmin yerə bu maddənin qoyulmasını ona adını "Firuz” kimi bildiyi İran İslam Respublikasının vətəndaşının bildirdiyini demişdir. Həmin şəxslə 4 ay bundan əvvəl tanış olmuş, aşkar edilmiş sellofan bağlamanı ona deyiləcək yerə qoyulması müqabilində həmin kütlənin 10 qramını öz istifadəsi üçün götürmək barədə razılıq əldə etmişdir. Özünün 4 ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olmuş, başqa heç bir yerdə narkotik tərkibli maddə saxlamamış, bu fəaliyyətindən heç kimin xəbəri olmamışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra yuxarıda qeyd edilən psixotrop maddəni “Firuz” adlı şəxs ilə aralarında olan razılaşma əsasənda götürdüyünü və həmin kütlənin 10 qramının ona məxsus olduğunu bildirmişdir. Onun Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı məlumatı olmuş,lakin onlar tərəfindən həmin şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid3 və Şahid2 Əmrah Fikrət oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə eyniməzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə, yəni 13 aprel 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə, yəni 13 iyun 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-136/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 iyul 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatmış, Təqsirləndirilən şəxs barəsində 13 iyul 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə“qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 13 noyabr 2021-ci il tarixli 16/1204 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” sözlər və imzalar olan kağız paketdəki; bir ədəd sarı rəngli yapışqanlı lentə sarınmış şəffaf polietilen torbada təmiz çəkisi 97,594 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.Qeyd: Metamfetamin təmin çəkisi – 97,594 qram, tədqiqata cəmi sərf edildi – 0,2 qram, qalıq – 97,494 qramdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmənarkoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli 145 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azrbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş arayışdan görünürü ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X21 xx.xx.2021-ci il tarixli 1414 nömrəli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyytada olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X23 xəstəxanasında müalicə olmayıb. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X21 xx.xx.2021-ci il tarixli 3989 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında qeydiyytada olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş istintaqın obyektiv aparılmasının təmin edilməsi və cinayətin digər iştirakçılarının ifşa edilməsi məqsədi ilə istintaqın obyektiv aparılmasının təmin edilməsi və cinayətin digər iştirakçılarının ifşa edilməsi məqsədi ilə təqsirləndirilən şəxs X4 istifadəsində olmuş “***- ***-**-**” saylı "xxxx" nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, zənglər zamanı həmin nömrələrin hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi haqqında qərar verilməsi və icrasının Azərceel MMC-yə tapşırılması üçün təqdimatla Kəpəz Rayon Məhkəməsinə müraciət edilmiş, Nizami Rayon Məhkəməsinin həmin təqdimatla bağlı xx.xx.2021-ci il tarixli qərarı icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-dən daxil CD diskə tərəfimdən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, içərisində 4 ədəd fayl vardır. Birinci faylplayer proqramıilə açıldı və içərisində ***-***-**-** saylı mobil nömrəyə Təqsirləndirilən şəxs istifadəsin olan ***-***-**-** saylı mobil nömrədən göndərilən “Malnan patiynan deisen var. ” məzmunun mesaj mətni müəyyən edilmişdir.Bundan başqa ikinci faylplayer proqramıilə açıldı və içərisindəTəqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***- **-** saylı mobil nömrədən göndərilən “Qardasim Kanal var nəsə götürməyə”, bundan başqa ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən göndərilən “Necesen Ureim..?? Menem Jaledi, bir Saata uzagi cixacam burdan gedicem paselka Hezi Aslanova eve, ev padrugamin evidi bow evdi, nese vacib iwun yoxtursa gedek oturag biraz?? Agriyiram neyunse varsa goturda orda bawimizi qatmaga,, bir cavab yazarsanda Ceyxun bilmesiun aaa” məzmununda göndərilən mesaj mətnlərinin olduğu müəyyən edilmişdir.Bundan başqa üçüncü faylplayer proqramıilə açıldı və içərisindəxx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı ***-***-**-** saylı nömrə Bakı şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur. Bundan başqa dördüncü faylplayer proqramıilə açıldı və içərisində xx.xx.2021-ci il tarixdə saat 00:00-dan xx.xx.2021-ci il, saat 00:00-a qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə mobil telefonlar vasitəsi ilə telefon zənglərinin və danışıqlarının aparıldığı digər mobil nömrələrin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının əks olunduğu məlum olur. Həmin siyahıda olan mobil nömrələrin sahibləri barədə məlumatlar iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrı-ayrılıqda qeyd olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş istintaqın tam, hərtərəfli və oyektiv aparılması məqsədilə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin nömrələrin sahiblərinin şəxsiyyətini və olduğu yeri müəyyən etmək etmək məqsədilə əməliyyat tapşırığı verilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ***-***-**-** saylı nömrənin Bakı xx.xx.1952-ci il təvəllüdlü Bakı şəhər sakini X2, ***-***-**-** saylı nömrənin xx.xx.1984-ci il təvəllüdlü Bakı şəhər sakini X8, ***-***-**-** saylı mobil nömrənin xx.xx.1988-ci il təvəllüdlü Bakı şəhər sakini X9, ***-***-**-** saylı mobil nömrənin xx.xx.1989-cu il təvəllüdlü X13 məxsus oldu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13 noyabr 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı istifadə edilmiş video çəkiliş cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən DİN-in BNMİ-nin QBRŞ-də Azərbaycan Respublikası DİN-in BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X5, Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in baş əməliyyat müvəkkili, polis kapitanı Əmrah Fikrət oğlu, həmin şöbənin məsul növbətçisi, polis baş leytenantı Şahid3 və həmin şöbənin polis nəfəri, polis serjantı Şahid2, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və oun müdafiəçisi X7 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulur, əgər varsa təqdim etməsi bildirilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 1 ədəd sarı rəngli sellefon bağlamanı, sağ yan cibindən 1 ədəd “Samsung” markalı telefonu və 20 manat məbləğində pulu masanın üzərinə qoyaraq təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şçəxsi axtarış keçirilir və üzərindən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilmir. Daha sonra 20 manat məbləğində olan pul Təqsirləndirilən şəxs özünə qaytarılır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofana bükülmüş kütlə iştirakçıların yanında açılır, həmin bükülünün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən edilir. Həmin kütlə elektron tərəzidə çəkildi və metamfetaminə oxşar kütlənin sellofan ilə birlikdə çəkisi 102 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamada olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni saxlanılmadan bir qədər öncə, saxlanıldığı yerin yaxınlığında yerləşən binalardan birinin giriş hissəsində gizlədilmiş yerdən götürdüyünü, həmin yerə bu maddənin qoyulmasını ona adını "Firuz” kimi bildiyi İran İslam Respublikasının vətəndaşının bildirdiyini, həmin şəxslə 4 ay bundan əvvəl tanış olduğunu, aşkar edilmiş sellofan bağlamanı ona deyiləcək yerə qoyulması müqabilində həmin kütlənin 10 qramını öz istifadəsi üçün götürmək barədə razılıq əldə etdiyini, özünün 4 ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik tərkibli maddə saxlamadığını, bu fəaliyyətindən heç kimin xəbərinin olmamasını bildirir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy A3” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy A3” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində olan mesajlar bölməsində “İr” adı ilə qeyd edilmiş “+**********44” saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında mütəmadi olaraq danışıqlar olmuş, “Whatsapp” mobil tətbiqində həmin danışıqların xx.xx.2021-ci il başlamış, həmin danışıqlarda olan səs qeydləri, şəkillər və yazışmalar narkotik vasitələrin istifadəsi, alqı-satqısı ilə bağlı olmuşdur. bundan başqa xx.xx.2021-ci il tarixdə “İr” adı ilə qeyd edilmiş “+**********44” saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında olan yazışma, səs qeydləri və foroşəkillərdən görsənir ki, Təqsirləndirilən şəxs “+**********44” saylı mobil nömrə istifadəçisinin ona bildirdiyi Gəncə şəhəri ərazisində olan yerdən narkotik vasitənin əldə etməsi üçün Bakı şəhərindən Gəncə şəhərinə gəlmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş11 mart 2022ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, özxüsusiyyətinəəlamətlərinə,üzərindəhadisəninizlərinisaxladığına görəcinayəttəqibi üzrəəhəmiyyət kəsb edənhalların müəyyən edilməsinəkömək etdiyindənGəncə şəhərBPİninsaxlama anbarınasaxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 97,494 qram psixotrop maddə metamfetamin, həmçinin xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən DİN-in BNMİ-nin QBRŞ-də üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və sonuncuya məxsus 1 ədəd “Samsung Galaxy A3” markalı mobil telefon və "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk hazırkı cinayət işi üzrə maddi sübut, iş üzrə təqsirləndirilən və şahid ifadələri, şəxsi axtarış, baxış və götürmə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertlərin rəyləri, həmçinin digər istintaq sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ondan aşkar olunan narkotik vasitələri heç kimə satmaması, sadəcə kuryer kimi fəaliyyət göstərməsiilə bağlı verdiyi ifadəsinin özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, SMS yazışmaları və digər mötəbər sübutlarla təkzib edildiyindənhəmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 97,594 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 03 radələrində, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölməsinin Regional Şöbəsinin məkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti 50 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölməsinin Regional Şöbəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən həmin 1 ədəd sarı rəngli yapəşqanlı lentlə sarınmış şəffaf polietilen torbanın içərisində olan külli miqdarda-yəni, təmiz çəkisi 97,594 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının külli miqdardan dəfələrlə artıq olması, xırda bükümlərə bölünməsi, qalıq çəkisi 97,594 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hal kmi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilədəyişdirilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədənsaxlanılmalı,Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı08 (səkkiz) aymüddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmaldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhəri Baş Polis İdarəsindəsaxlanılan qalıq çəkisi 97,494 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsindəvə “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı,Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və sonuncuya məxsus cinayət işinə əlavə edilmiş 1 ədəd “Samsung Galaxy A3” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpikməbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 07 (yeddi)il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 08 (səkkiz) ay müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhəri Baş Polis İdarəsindəsaxlanılan qalıq çəkisi 97,494 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsindəvə “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və sonuncuya məxsus cinayət işinə əlavə edilmiş 1 ədəd “Samsung Galaxy A3” markalı mobil telefon onun yaxın qohumlarına qaytarısın. İş üzrə 32,40 manat (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-389/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-389/2022
14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver