Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-39/2022 06.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və Zərərçəkmiş şəxs, ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi X24 və müdafiəçi - Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında 28 avqust 1988-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 221.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən, haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə işə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 iyul 2020-ci il tarixdə, saat 16 radələrində idarə etdiyi “Volkswagen Touareg” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xalası oğlu Şahid4 ilə birlikdə Tərtər rayonu Hacıqərvənd kəndində yerləşən, Şahid9 məxsus “Halal” marketin qarşısına gələrək istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən qanunsuz olaraq əldə etdikdən sonra idarə etdiyi nəqliyyat vasitəsində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış, tiyəsinin üzərində “Stainless Steel” yazısı həkk olunmuş, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici hissəyə malik olan, qatlanmayan, bozqara rəngli, dəstəyinin üzərində naxışlar və göy rəngli muncuqlu hissələri olan, ümumi uzunluğu 294 mm təşkil edən, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını nəqliyyat vasitəsindən götürüb marketə daxil olmuş, marketin sahibi Şahid9 qışqıraraq “icazə vermə ki, məni öldürsünlər” dedikdən sonra çölə çıxaraq xalasıoğlu Şahid4 ünvanına yüksək səs tonu ilə nalayiq ifadələr işlətməklə, həmçinin ucadan “Allahu Əkbər” sözləri qışqırmaqla çoxsaylı insanların dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini nümayiş etdirib, ictimai qaydanı kobud şəkildə pozub cəmiyyəti təlaşa salaraq insanların istirahət konstitusion hüququnu pozmuş, gediş-gəlişin sıxlıq təşkil etdiyi ictimai yer hesab olunan marketin qarşısında idarə etdiyi nəqliyyat vasitəsindən enərkən üzərində götürdüyü bıçağı ətrafdakılara göstərib ünvansız hədələr etməklə insanları öz iradəsindən müvəqqəti asılı vəziyyətdə saxlamağa çalışmış, ictimai qaydalara əhəmiyyətli dərəcədə laqeydlik və cəmiyyətə açıqca hörmətsizlik sərgiləyib özünü cəmiyyətin fövqündə görərək Şahid9 məxsus “Halal” marketin içərisində müştərilərin və ətrafdakı insanların gözü qarşısında ucadan nalayiq söyüşlər söyüb bir-neçə şüşə vazasını sındıraraq əmlakın məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, bu şəkildə ətrafda olan dinc sakinlərin rahatlığını, həmçinin marketin normal iş fəaliyyətini 10-15 dəqiqə müddətində pozmuşdur.Bundan sonra, Təqsirləndirilən şəxs Tərtər rayonu, Hacıqərvənd kəndində yerləşən hadisənin baş verdiyi “Halal” marketdən çıxıb 02 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Tərtər rayonu, Hacıqərvənd kənd sakini X5 məxsus fərdi yaşayış evinə gedərək həyətdən götürdüyü stulla evin pəncərəsinə vurmaqla şüşələrini qırıb əmlakı məhv etməklə həmin vaxt evdə olan, əvvəllər tanımadığı insanları heç bir səbəb olmadan “sizi öldürəcəm, hardasınız, bura gəlin” deyib sözlə hədələyərək həmin fərdi yaşayış evinin həyətində yerləşən armud ağacının yanına qoyulmuş, kustar üsulla hazırlanmış, metal tiyəsinin uzunluğu 152 mm təşkil edən, bir tərəfi küt, digər tərəfi kəsici xassəyə malik, kəsici tərəfinin hər iki üzü itilənmiş, dəstəyi boz rəngli taxtaya oxşar materialdan hazırlanmış təsərrüfat-məişət təyinatlı alət olan ketmanı silah qismində istifadə etmək üçün götürüb həmin vaxt qızı Aynişan Əliyeva ilə birlikdə evin pilləkəni ilə qalxmağa çalışan, Təqsirləndirilən şəxs əlində ketmanla üzərinə gəldiyini görüb qızı Aynişanı qorumaq üçün üstünə uzanan və əli ilə başını tutaraq özünü müdafiə etməyə çalışan Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə qəsdən həyatdan məhrum etmək məqsədilə ketmanla baş nahiyəsindən bir neçə zərbə vurmuş, qonşuluqda yaşayan Şahid7 gəldiyini görüb ondan uzaqlaşaraq evin qarşısındakı həyətə gedib “bura gəlin sizi öldürəcəm” sözlərini ucadan qışqırmaqla ağacların arasından baxan azyaşlı, 2017-ci il təvəllüdlü X9 öldürmək məqsədilə üstünə getmiş, bu zaman ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar azyaşlı oğlunu müdafiə etməyə çalışan Zərərçəkmiş şəxs, həmin an köməyə gəlmiş xalası Şahid2 və oğlu Ömər Ağazadənin gözləri qarşısında ona əzab və istirablar verdiyini dərk edərək, xüsusi amansızlıqla, heç bir əsaslı səbəb olmadan qəsdən həyatdan məhrum etmək məqsədilə yenidən ketmanla baş nahiyəsindən çoxsaylı zərbələr endirib onun həyat və sağlamlığına, təhlükəsiz yaşamaq konstitusion hüququna qəsd etmiş, bununla da Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin sıyrığı, sağ said nahiyəsinin qançırı və sıyrığı, alın, sol gözyuvasıaltı ilə sol gicgah, sol bazu, sağ diz oynağı nahiyələrinin qançırları, sağ əlin İV-V barmaqlarının proksimal falanqalarının yerdəyişən sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra aldığı xəsarətlərdən huşunu itirmiş Zərərçəkmiş şəxs öldüyünü zənn edib sonuncunu bilavasitə qəsdən həyatdan məhrum etməyə yönəlmiş niyyətini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək onu xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, daha sonra əxlaq və mənəviyyət normalarına saymazlıq nümayiş etdirməklə açıq-aşkar köməksiz vəziyyətdə olan, ona qarşı edilən hərəkətlərin xarakterini əqli inkişafı ilə əlaqədar dərk etmək iqtidarında olmayan, eləcə də fiziki vəziyyətinə görə müqavimət göstərmək imkanına malik olmayan azyaşlı X9 heç bir əsaslı səbəb olmadan, yaxını olan anasının xalası Şahid2 gözləri qarşısında ona əzab və istirablar verdiyini dərk edərək, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla başından ketmanla çoxsaylı zərbələr endirməklə Ömər Ağazadənin həyat və sağlamlığına qəsd etmiş, bununla da Ömər Ağazadəyə açıq kəllə-beyin travması, başın ənsə nahiyəsinin əzilmiş-çapılmış yarası, başın ənsə sümüyünün basılmış sınığı, başbeyin qişalarına, baş-beyin toxumalarına və mədəciklərinə qansızması xəsarətləri ilə müşayiət olunan, yetirildiyi anda həyat üçün təhlükəli olan, kəllə qapağının sınığı ilə başbeyin toxumalarına və mədəciklərinə qansızması nəticəsində ölümünə səbəb olan xəsarətlər yetirməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Ömər Ağazadəni heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar,habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəm iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin müvafiq maddələrində nəzərdə tutulan ittihamlar üzrə özünü təqsirli bilib-bilməməsi ilə bağlı göstərmişdir ki, əvvəllər rayon prokurorluğuna verdiyi ifadəni xatırlamır və hadisənin nə vaxt və hansı şəraitdə baş verməsi ilə bağlı hər hansı fikri yoxdur. Təqsirləndirilən şəxs ona verilən qısa suallara cavab olaraq bildirmişdir ki, idarə etdiyi avtomobildən götürdüyü, ov bıçağını haradan əldə etdiyini xatırlamır. “Halal” market mağazasına daxil olarkən həmin bıçağı hansı səbəblə götürdüyünü bilmir, üzərində götürdüyü bıçaqla bağlı heç bir fikri yoxdur. Ovçuluq fəaliyyəti ilə məşğul olmamış, ov silahından istifadə etməklə bağlı hər hansı icazə sənədi yoxdur. Bədəni üzərində hadisə zamanı olan xəsarətlərin nə vaxt, hansı şəraitdə, kim tərəfindən yetirilməsi ilə bağlı heç nəyi xatırlamır. Narkotik və ya digər hər hansı növ psixiatrik maddə qəbul etməsi yadında deyildir. Məhkəmə iclasında tədqiq olunan təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 avqust 1988-ci il tarixdə Tərtər şəhərində anadan olmuşdur. Ailədə onunla birlikdə 3 qardaş, atası və anası olmuşdur. 2005-ci il tarixdə Tərtər şəhərində yerləşən 6 nömrəli məktəbi bitirmiş, qaraciyər xəstəliyi ilə əlaqədar hərbi xidmət etməmiş, ruhi xəstəliyi olmamış, buna görə heç bir dispanser və ya xəstəxanada qeydiyyata alınmamışdır. Tərtər şəhəri, Sahil küçəsində yerləşən ona məxsus evdə yaşayıb. Spirtli içki içmədiyini, arabir siqaret çəkdiyini, namaz qıldığını bildirmişdir. Qardaşı Şahid5 məxsus “Volksvagen” markalı avtomaşını idarə etmişdir. Təxminən 10 ildir Tərtər Ticarət Mərkəzində qəssab işləyib. Ona məxsus ***-***-**-** nömrəli mobil telefondan istifadə etmişdir. Tərtər rayonu Hacıqərvənd kənd sakini X7 ilə uzaq qohumluğu olmuş, anası Fatma Təhmasibin anasının dayısı qızı imiş, münasibətləri yaxşı olmuş, aralarında dava-dalaş, ədavət olmamışdır. Təxminən 3-4 il əvvəl Təhmasibin anası rəhmətə gedəndə Hacıqərvənd kəndində Təhmasibin evində olmuşdur. 02 iyul 2020-ci il tarixdə, saat 06 radələrində bazara getmiş, günortaya kimi ət satmış, günorta Sahil küçəsində yerləşən yaşadığı evə gəlib nahar etmiş, saat 15 radələrinə kimi evdə olmuş, sonra həyat yoldaşı Zərərçəkmiş şəxs idarə etdiyi maşınla Tərtər şəhərində çalışan Eldar adlı diş həkiminə aparmış, təxminən 16 radələrində evə qayıtmışdır. Bundan sonra maşınla şəhərdə marketə gedib uşaqları üçün ərzaq alıb evə vermiş, sonra şəhərə qayıtmış, şəhərdə Hacıqərvənd kəndində yaşayan xalasıoğlu Şahid4 görüb kəndə aparmağı təklif etdikdə Emin onunla razılaşmış, o Emini maşınla Hacıqərvənd kəndinə aparmışdır. Emin maşında qabaq oturacaqda oturmuş, Emini evlərinə düşürdükdən sonra Tərtər şəhərinə qayıtmışdır. Sonra xatırlamadığı səbəbdən yenidən Hacıqərvənd kəndinə getmişdir. Daha sonra xalasıoğlu Eminə zəng vurub Emini evdən maşınla götürmüş, kənddən şəhərə qayıdan zaman kəndin mərkəzində yerləşən Raminin işlətdiyi mağazaya çatanda özünü narahat hiss etmiş, başı dumanlanmış, maşının nəyəsə dəydiyini və dayandığını hiss etmişdir. Maşında olan özünə məxsus bıçağı götürüb maşından düşmüş, qaçaraq Şahid9 mağazasına girib qapını içəridən bağlamış, Emin də mağazaya daxil olmuş, bundan başqa mağazada əlavə bir-iki adam da olmuşdur. Bundan sonra kiminsə onun üstünə gəldiyini düşünərək “məni sən başa düşərsən, qardaşın da gəlir, qoyma” deyib Raminin üstünə qışqırmış və nəyisə dağıtmışdır. Emin və Ramin onu saxlamaq istəyəndə əllərindən qaçıb mağazadan çıxmış, qiyamət günü olduğunu düşünərək “Allahu-əkbər, Allahu-əkbər” deyib qışqırmışdır. Bundan sonra baş verənləri xatırlamadığını, hara getdiyini və nə iş gördüyünü bilmədiyini, ancaq şüşənin qırılma səsini eşitdiyini, sonra qardaşları Eldar və Tərlanın onu tutub Tərtər şəhərində yaşayan bibisigilə gətirdiyini, orada özünə gəldiyini, təcili yardım çağırılaraq ona iynə vurulduğunu, gecə atasının polis şöbəsinə getməli olduqlarını dediyini, atasından bunun səbəbini soruşduqda atasının ona Hacıqərvənd kəndinə gedib dalaşdığını bildirdiyini, cavabında heç nəyin yadında olmadığını dediyini, həmin vaxt ayaqları tutulduğundan bibisioğlu Zöhrabın onu qucağına alıb polis şöbəsinə apardığını, orada olarkən Hacıqərvənd kəndində Təhmasibin evinə gedib ailəsi ilə dalaşdığının və uşağını vurduğunun ona məlum olduğunu, ancaq Təhmasibin evində kimlə dalaşdığını və kimi, nə ilə vurduğunu xatırlamadığını bildirmişdir. Əlavə olaraq o, maşından götürdüyü bıçağı suvenir kimi maşında saxladığını, Raminin mağazasına düşəndə bıçağı nəyə görə götürdüyünü bilmədiyini, qaçaraq Raminin mağazasına girməkdə məqsədinin Raminin din adamı olduğundan onu başa düşəcəyini fikirləşməsi olduğunu, qışqırdığını, mağazanın qapısını içəridən örtəndən sonra bayırda adamların olduğunu gördüyünü, onları içəri və içəridə olan adamları bayıra buraxmadığını, birdən əllərindən çıxıb qaçdığını, hara qaçdığını və nə hadisə törətdiyini xatırlamadığını, mağazadan qaçandan sonra nə etdiyinin yadında olmadığını, ancaq şüşə qırılmasının səsini eşitdiyini, qiyamət günü olduğunu və balanı anadan ayırdıqlarını düşündüyünü, əcaib, xoşagəlməz səslər eşitdiyini və hər şeyin ona yuxu kimi gəldiyini bildirmişdir. Təhmasib Ağazadənin arvadı Zərərçəkmiş şəxs vurmasını, oğlunu öldürməyini xatırlamadığını, həmin hərəkətləri edərkən özündə olmadığını, cinayəti törətməsinin səbəbini bilmədiyini, hadisə vaxtı əynində qara rəngli qısa qol köynək və boz rəngli şalvar olduğunu, əynindəki paltarları istintaqa təqdim etdiyini, əvvələr hər hansı bir cinayət əməli törətmədiyini, hadisədən əvvəl hər hansı bihuşedici maddə, narkotik vasitə və ya spirtli içki qəbul etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, mərhum Ömər Ağazadə onun oğludur. 2015-ci ildə ailə qurmuş və birgə nikahdan 2 övladı olmuşdur. Digər övladı isə 4 yaşlı Aynişan Əliyevadır. Ailəsi ilə birlikdə Tərtər rayonu, Hacıqərvənd kəndində fərdi yaşayış evində yaşayır. Tərtər şəhər sakini Təqsirləndirilən şəxs ilə uzaq qohumluq əlaqələri vardır. Elmirin Hacıqərvənd kəndində 2 dayısı və xalası yaşayır. Təqsirləndirilən şəxs ilə yaxın münasibəti olmamış, arabir kənddə görüşmüşdür. 6 il əvvəl anası rəhmətə gedən zaman Elmir yas mərasimində iştirak etmişdir. 02 iyul 2020-ci il tarixdə, saat 09 radələrində işlədiyi Tərtər qaz istismarı idarəsində olmuş, sonra şəhərə gəlib bazarın içərisində Elmirin işlədiyi qəssabxananın yanından keçmiş, Elmiri orada görmüş, işlərini görüb sonra evə qayıtmışdır.Təxminən saat 15 radələrində Tərtər şəhəri, Bayraq Meydanı adlanan yerdə olan kafedə Elmirin xalası oğlu Eminlə birlikdə oturduğunu görmüş, lakin dayanmadan keçib evə getmiş, həmin gün saat 16 radələrində Elmir idarə etdiyi ağ rəngli “Volksvagen” markalı avtomobili ilə çox surətlə kəndin arasında onun yanından keçmişdir. Bundan bir saat sonra təxminən 17 radələrində o evdən çıxıb piyada kənd qəbristanlığında dəfn olunmuş anasının qəbri üstünə ziyarətə gedərkən kəndin mərkəzində “xırman” deyilən yerdə Təqsirləndirilən şəxs ilə rastlaşmış, Təqsirləndirilən şəxs avtomobili ilə onun yanından keçən zaman avtomobili saxlayıb avtomobildən düşmədən qapını açıb onunla əl uzadaraq görüşmüş, həmin vaxt Elmir avtomobildə tək olmuş, hal-əhval tutub uşaqları soruşmuşdur. Elmir onu qəbirstanlığa düşürməyi təklif etmiş, o isə lazım olmadığını bildirmiş, qəbristanlığa çatanda qonşusu Yavər zəng edib “sən hardasan? Uşağını pis vəziyyətdə xəstəxanaya apardılar” demiş, qaça-qaça evlərinə gəlmişdir. Oraya çatdıqda çoxlu insanın toplaşdığını görmüş, nə baş verdiyini soruşduqda ona “İsanın oğlu Elmir sənin uşağını vurubdur” demişlər. Tez taksi ilə Bərdə rayon mərkəzi xəstəxanasına getmiş, orada oğlu Ömərin başından ağır xəsarətlər aldığını, vəziyyətinin ağır olduğunu öyrənmiş, həkimlər uşağı ya Gəncə ya da Bakı şəhərinə aparmalı olduğunu bildirdikdən sonra Öməri X6 aparmış, orada Ömər başından əməliyyat edilmiş və gecə saat 00:40 radələrində həkimlər Ömərin öldüyünü bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, 02 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs kəndə gəlmiş, kəndin mərkəzində Şahid9 işlətdiyi mağazaya girib orada səs-küy salmış, mağazadan çıxdıqdan sonra qonşusu Telmanın həyətindən onun həyətinə keçmiş, həmin vaxt evdə həyat yoldaşı Zərərçəkmiş şəxs, bacısı Şahid1, Şəbnəmin 2 azyaşlı uşağı və onun 2 azyaşlı uşağı olmuşdur. Elmir həyətdə olan stulu götürüb mətbəxin şüşələrini sındırmış, azyaşlı qızının saçından tutanda həyat yoldaşı Lamiyə həyətdə olan alaq təmizləmək üçün istifadə olunan “ketmanı” götürüb Elmiri vurmaq istəyərkən Lamiyə ketmanı kənara tullayıb qızı Aynişanı Elmirin əlindən alıb qaçmış, bu zaman Elmir yerdəki ketmanı götürüb oğlu Ömərin başından bir neçə dəfə vurmuş, Lamiyə uşağın üstünə yıxıldıqda Lamiyəni də vurmuş, səs küyü eşidən qonşuluqda yaşayan Lamiyənin xalası Könül oraya gəlmiş, Elmir Könülü də ketmanla vurub ketmanı həyətə tullayıb qonşuluqda yaşayan Habil Abbasovun həyətinə keçmiş, həyətdə Habilin oğlundan su alıb içdikdən sonra stəkanı tullamış, bundan sonra Elmirin qardaşı Eldar gəlib Elmiri evlərinə aparmışdır. Elmirlə heç bir ədavətlərinin olmadığını, ona görə də Elmirdən şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Tərtər şəhər sakini Təqsirləndirilən şəxs hadisəyə qədər tanımamış, üzünü görməmişdir. 02 iyul 2020-ci il tarixdə, günorta vaxtı həyat yoldaşı Təhmasib yeməyini yeyib Bərdə rayonuna getdikdən sonra evdə iki uşağı, baldızı Şəbnəm və Şəbnəmin iki uşağı ilə qalmış, təxminən saat 16 radələrində Təhmasib evə gəlib yemək yemiş və saat 17 radələrində evdən çıxıb piyada kənd qəbristanlığında dəfn olunmuş anasının qəbri üstünə getmişdir. O, həyətdə hamamın yanında paltar yuyarkən iki azyaşlı uşağı və Şəbnəmin iki azyaşlı uşağı birlikdə həyətdə, evin qarşısında armud ağacının altında oynayırmışlar. Paltarı paltaryuyan maşından çıxarmaq istəyən zaman bir nəfərin, sonradan adını bildiyi Təqsirləndirilən şəxs həyətdə olan daxalın yanından keçib telefonla danışa-danışa evin qarşı tərəfinə, uşaqların oynadığı yerə getdiyini görmüş, həmin şəxsin Təhmasibi soruşduğunu düşünmüş, Elmirin arxasınca evin qarşısına getdikdə baldızı Şəbnəmin qışqıraraq özünü evin aynabəndinin pəncərəsindən yerə atdığını görmüş, Şəbnəm onun yanından qaçaraq qonşuları köməyə çağırmış, Elmir həyətdə olan dəmir stulla evin aynabəndinin şüşəsini vurub qırmış, “sizi öldürəcəm, hardasınınz, bura gəlin” demişdir. Bundan sonra Elmir əlində stulla onun üstünə gəlib “hara qaçırsan, bura gəl, səni öldürəcəm” deyə qışqırdıqda daxala girmiş və qapını arxadan bağlamışdır. Elmir daxalın qapısının bayır tərəfdən dəstəyindən tutub silkələyib qapını açmaq istəsə də, aça bilməmişdir. Daxaldan bir neçə dəfə bərkdən Təhmasibi çağırmış, daxalın pəncərəsindən baxdıqda Elmirin əlində stul evin qarşısına tərəf getdiyini görmüş, qəflətən uşaqların evin qarşısında oynadığı yadına düşmüş, evin qarşısı ilə daxalın arasında məsafə 15-20 metr olmuş, tez daxaldan çıxıb uşaqlara tərəf getdikdə Elmirin bir əlində stul Aynişana tərəf getdiyini görmüşdür. Həmin vaxtı Şəbnəmin uşaqları böyük olduğu üçün qaçmış, o da qaçıb Aynişanı götürərək evə qalxmaq istəmiş, evin pilləkəni ilə qalxan zaman Elmirin onun arxasınca gəldiyini görmüş, pilləkənin yanında Elmirin Aynişanı vura bilməməsi üçün Aynişanın üstünə uzanmışdır. Elmir həyətdə armud ağacının yanında olan, alaq təmizləmək üçün olan ketmanla onun başından vurmağa başlamış, əlini başına tutduğundan ketman əlinə dəymiş, yerdə uşağın üstünə uzanmış vəziyyətdə olanda qonşusu Şahid7 həyətdə görmüş, Yavər Elmirin əlində ketmanı görüb özü də əlinə nə isə alıb Elmiri vurmaq üçün geri qayıtmış, Elmir ona ketmanla bir neçə dəfə vurduqdan sonra ondan əl çəkib aralaşmış, Aynişan isə həmin vaxt heç bir xəsarət almamışdır. Sonra pilləkənlə evə qalxıb Aynişanı evə salmış, Aynişana qaçıb gizlənməsini demiş, evdən bayıra çıxıb qapını örtmüş, başını həyətə tərəf çevirəndə Ömərin evin qarşısındakı həyətdən, balaca ağacların arasından ona baxdığını görmüş, bu zaman Elmir evin qarşısında, onunla Ömərin arasında dayanıb “bura gəlin, sizi öldürəcəm” deyə qışqırmışdır. X36 görüb əlində ketman Ömərin üstünə getmiş, Ömər armud ağacına tərəf qaçdıqda ayağı ilişib yıxılmış, Elmir Öməri vurmamış o, Elmiri kənara itələdikdə Elmir ketmanla yenidən onu vurmağa başlamış, həmin vaxtı artıq huşu getdiyindən zərbənin başından və ya belindən dəydiyini xatırlamamış, zərbədən yerə yıxılmış, başını qaldıranda Ömərin başından qan axdığını görmüş, Öməri qucağına götürüb bir anlıq özümü itirmişdir. Elmirin onun xalası Könül ilə dalaşdığını, Könülü vurduğunu görməmişdir. Özünə gələndə Öməri qucağına alıb yola qaçmış, bu zaman qonşular yola çıxmış və qonşusu Nəriman adlı şəxsin maşını ilə Öməri Tərtər xəstəxanasına aparmış, qonşusu Yavər də maşında olmuş, Tərtər xəstəxanasına çatmamış təcili yardım maşını ilə rastlaşmış, Öməri təcili yardım maşınına qoyub Tərtər xəstəxanasına aparmış, orada ilkin yardım göstərilmiş, təcili yardım maşını ilə Bərdə rayon xəstəxanasına, oradan isə X6 aparılmış, xəstəxanada Öməri başından əməliyyat etmişlər və gecə saatlarında Ömər dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxs onu alaq təmizləmək üçün nəzərdə tutulmuş ketmanın ağız, yəni dəmir hissəsi ilə bədəninin müxtəlif yerlərinə vurduğunu, başından, sol və sağ əllərindən, sol çiynindən, sağ dizindən, dizdən aşağı ətraflardan xəsarətlər aldığını, Təqsirləndirilən şəxs həyətə girəndə telefonla nə danışdığını bilmədiyini, tez-tez danışdığından başa düşmədiyini, hadisə vaxtı əynində göy rəngli dizdən olan şalvar (şortik) və dəsti göy rəngli koftası olduğunu, həmin paltarların evdə olduğunu və istintaqa təqdim etdiyini, hadisə vaxtı Elmirin əynində boz rəngli şalvar və qara rəngli qolsuz köynək olduğunu, Elmirin həyətə girdikdə və daxaldan evə tərəf gedəndə sərbət hərəkət etmədiyini, düz yerimədiyini, ora-bura aşdığını, hətta həyətə girəndə səndələyərək həyətdə olan hovuzun barısına dəydiyini, Elmirin qızı Aynişana heç bir xəsarət yetirmədiyini, həmin vaxt Elmirin ancaq onu vurduğunu bildirmişdir. Həmçinin o, qızı Aynişanın azyaşlı olduğuna görə baş verən hadisələri dərk edə bilmədiyindən Aynişanın dindirilməməsini və Elmirin onlara qarşı törətdiyi əməllərin səbəbibi bilmədiyini, onlarla heç bir ədavətlərinin olmadığını, ona görə də Elmirdən şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Tərtər rayonunun Hacıqərvənd kəndində yaşayan X7 onun qardaşıdır, Tərtər şəhər sakini Təqsirləndirilən şəxs hadisəyə qədər tanımamış, üzünü görməmişdir. Tərtər şəhərində yaşadığı ər evində təmir işləri aparıldığı üçün hadisədən təxminən bir həftə əvvəl azyaşlı uşaqları ilə birlikdə Hacıqərvənd kəndində ata evinə, yəni Təhmasibin evinə gəlmişdir. Təhmasibin evində arvadı Lamiyə və iki azyaşlı uşağı yaşamışdır. 02 iyul 2020-ci il tarixdə, günorta Təhmasib evdə olarkən birlikdə nahar etmiş, uşaqları ilə yatmış, təxminən 16-17 arası oyandıqda uşaqları yemək istəmiş, həmin vaxt Təhmasib də uşaqlarla birlikdə yemək yedikdən sonra Təhmasibə zəng gəlmiş, Təhmasib anasının yuxusuna girdiyini, Sərdarla birlikdə qəbir üstünə gedəcəyini bildirmişdir. Təhmasib tək evdən getdikdə o, Lamiyə və uşaqlarla evdə qalmış, evin qabağında çörək yemiş, yeyib qurtardıqdan sonra onun və Lamiyənin azyaşlı uşaqları evin qabağında yemək stolunun yanında olmuş, oğlu Naib isə tək aynabəndin qabaq tərəfində oynamışdır. Sonra qabları yumaq üçün evdə yerləşən mətbəxə aparıb qoymaq istəyərkən pəncərədən bir nəfərin daxal tərəfdən evin qabağına gəldiyini görmüş, sonradan adını bildiyi Təqsirləndirilən şəxs mətbəxin pəncərəsindən onu görüb mobil telefonu qulağına tutmuş vəziyyətdə “bura gəlin, bura gəlin, sizi öldürəcəm, arvadını, uşağını öldürəcəm” sözlərini dediyini eşitmiş, Elmir evin giriş qapısına tərəf gəldikdə qapı açıq olmuş, o qapıya yaxınlaşıb Elmirdən “siz kimsiniz” deyə soruşmaq istədiyi zaman Elmir evin qarşısında pilləkənin yanında olan köhnə dəmir stulu əlinə alıb bayır tərəfdən ona atmış, stul pəncərənin şüşələrini sındırıb yerə düşmüş, həmin vaxt o aynabənddə “ay camaat, bizə kömək edin” deyib qışqırmış və aynabəndin pəncərəsindən özünü yerə atmışdır. Bu zaman Lamiyə həyətdəki əl yerində paltar yuyan maşına paltar tökmüşdür. Lamiyə ona tərəf gələ-gələ “bacı, o kimdir” deyə soruşduqda Lamiyəyə tanımadığını, camaatı köməyə çağırmasını bildirərək dayanmadan tək oynayan oğlu Naibin əlindən tutub evin qarşısından deyil, daxal tərəfdən evin arxasındakı qonşusu Dilarənin həyətinə tərəf qaçmış, digər uşaqlar evin qarşısında qalmış, qonşuluqda yaşayan Yavəri, Abdullanı qışqıraraq köməyə çağırmış, bu zaman Lamiyənin xalası Könülün onun səsinə iti yerişlə evin qarşısına keçdiyini görmüş, o isə tanımadığı bir nəfərin onları öldürmək istədiyini ətrafdakılara demiş və Dilarəgilin həyəti tərəfdə olan körpünün üstündə durub qışqırmışdır. Təxminən 5 dəqiqədən sonra evin qarşısına tərəf gedəndə Lamiyənin qucağında oğlu Ömərlə, bir əlini Ömərin başının arxasından tutmuş vəziyyətdə asfalt yola tərəf qaçdığını görmüş, Lamiyənin arxasınca getmək istədikdə Lamiyə qırmızı rəngli maşına minib getmiş, bir az sonra atasının əmisioğlu Habilin arvadı Elnarə müəllimə də onun həyətinə gəlmiş, Elnarədən həmin adamın kim olduğunu soruşduqda Elnarə Fatmanın oğlu olduğunu, qaçıb Elnarəgilin evinə girdiyini, qapını arxadan bağladığını bildirmişdir. Sonra Elnarənin evində imtahana hazırlaşan Şəmistan oraya gələrək ona Elmirin Habilin evinə girib Şəmistandan su istədiyini, suyu içib qalanını Şəmistanın üzünə vurduğunu, həmin vaxt Elmirin qardaşlarının barıdan keçib evə gəldiklərini bildirmişdir. O, sonradan Təqsirləndirilən şəxs ketmanla vurub Təhmasibin azyaşlı oğlu Öməri öldürdüyünü, Lamiyəni və Könülü də vurub qaçdığını, Elmirin onları necə vurduğunu görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həyətə girən zaman telefonu qulağına tutduğunu, onları hədələdiyini, başqa adamla danışdığını eşitmədiyini, Elmirin onu görəndə başqa adamla danışdığı halda onu hədələdiyini həmin adamın eşitdiyini, Elmir həyətə girəndə əlində heç nə olmadığını, bir əli ilə telefonu tutduğunu, sonradan stulu götürüb ona atdığını, Elmirin cinayət törətdiyi ketmanı həyətdə gördüyünü, hadisədən əvvəl ketmanın evin qarşısındakı armud ağacının yanındakı setkaya söykədildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısının qızıdır. Lamiyə ilə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə hadisəyə qədər görməmiş və tanımamışdır. 02 iyul 2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısında qonşusu Səadətlə söhbət etmişdir. Bu zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs ayaqyalın vəziyyətdə qaçaraq onun yanına gəlmiş və “məni şərləyiblər” deməyə başlamışdır. O Elmiri tanımadığını bildirmiş, Elmirdən kim olduğunu soruşmuşdur. Həmin vaxt qonşusu Səadətgilin həyətinin qapısı açıq olduğundan Elmir qaçaraq həyətə girmiş, Səadət nə baş verdiyini, həmin şəxsin kim olduğunu öyrənmək məqsədilə Elmirin arxasınca həyətə keçmiş, o da həmin ərazidən uzaqlaşaraq öz evinə tərəf getmişdir. Təxminən 5 dəqiqə sonra yaxınlıqdan səs-küy eşitdikdə dərhal qaçaraq səsin gəldiyi istiqamətə getmişdir. Yolda qonşusu Şəbnəmin qaçaraq getdiyini görmüşdür. Bacısı qızı Lamiyənin yaşadığı evin yanına çatdıqda Elmir adlı şəxsin Səadətgilin həyətindən keçərək Lamiyəgilin həyətinə gəldiyini, orada Lamiyəni və Lamiyənin azyaşlı oğlu Öməri ketmanla döydüyünü, Lamiyənin Öməri qorumağa çalışdığını, Elmirin isə Lamiyənin və Ömərin baş nahiyəsindən çoxsaylı zərbələr vurduğunu görmüşdür. Həyətə daxil olduqda orada qonşulardan heç kim olmamış, Elmirin Öməri və Lamiyəni döyüb öldürmək istədiyini gördükdə qışqıraraq qonşuları köməyə çağırmış, bundan sonra Elmir əlində ketmanla onun üstünə gəlmiş, ketmanla bədəninə bir dəfə vurduqdan sonra yenidən vurmaq istədikdə Elmirin əlindən zorla ketmanı almış, bu zaman Elmir qaçaraq qonşuları Habil Abbasovun evinə girmiş, o isə öz evlərinə gedib bu barədə anasına xəbər vermişdir. Sonra Elmirin qardaşları tərəfindən maşına mindirilərək aparıldığını görmüşdür. Bundan əlavə o, Elmirin ona bir dəfə ketmanla vuraraq xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, Lamiyəgilin həyətində olarkən Elmirin heç bir söz demədən ketmanla Lamiyənin və Ömərin başından zərbələr vurduğunu, Lamiyənin aldığı xəsarətlərdən özündən getdiyini, Elmirin onun gözləri önündə Ömərin baş nahiyəsindən zərbələr endirdiyini, Elmirin Lamiyəgilin həyətə girdikdə “bura gəlin, sizi öldürəcəm” deyə qışqırdığını hadisədən sonra öyrəndiyini bildirmişdir.Elmirin nə üçün heç bir səbəb olmadan belə əməllər etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Tərtər rayonu Hacıqərvənd kəndində yaşayır. X7 ilə qonşu yaşayır, aralarında qohumluq, düşmənçilik, ədavət olmamışdır. Tərtər şəhər sakini Təqsirləndirilən şəxs hadisəyə qədər tanımamış, üzünü görməmişdir. Yaşadığı evin darvazası kəndin asfalt yoluna açılır. 02 iyul 2020-ci il tarixdə, təxminən saat 17-18 radələrində həyət darvazasının qarşısında yolda dayanıb Lamiyənin xalası Könül ilə söhbət edərkən bir nəfər oğlan, sonradan adını bildiyi Elmir kəndin mərkəzində yerləşən “Xırman” deyilən tərəfdən asfalt yolla ona tərəf bərk qaçmış, arxasınca heç kim olmamışdır. Elmir onun yanına gəlib dayanmış, həmin vaxt Elmirin ayaqlarında ayaqqabı olmamış, qara rəngli corablar olmuşdur. Elmir ona yaxınlaşaraq “bibi, qoy burda gizlənim, məni şərləyiblər” deyərək onun həyətinə keçmək istəmiş, Elmirdən “mən səni tanımıram, sən kimsən?” deyə soruşduqda Elmir qaçıb onların həyətinə girmiş, o Könüldən həmin adamın kim olduğunu soruşduqda Könül tanımadığını bildirmişdir. Sonra o Elmirin arxasınca həyətə girmiş, Elmirin evə girdiyini düşünüb evi axtarsa da, tapmamış, sonra Elmirin evə girmədiyi, onun yaşadığı mənzilin həyətindən Təhmasibin yaşadığı həyətə keçdiyi məlum olmuşdur. Bu zaman Təhmasibin həyətindən qışqırıq səsləri eşitmiş, öz həyətindən Təhmasibin həyətinə keçən zaman qonşusu Habilin həyət darvazasının bərk səs elədiyini və Habilin arvadının “çıx çölə” dediyini eşitmişdir. Yola çıxdıqda Lamiyənin qucağında uşaqla yolla gəldiyini, həmin vaxt çoxlu adamların toplaşdığını, Lamiyəni uşaqla birlikdə xəstəxanaya apardıqlarını görmüşdür. Sonra qonşularla birlikdə Təhmasibin yaşadığı həyətə daxil olmuş, orada Könülün də xəsarət aldığını gördükdə ona məlum olmuşdur ki, Elmirin arxasınca həyətə daxil olub evi axtaran zaman Könül də səs-küyə Təhmasibin evinə qaçmış, Elmir onun həyətindən Təhmasibin həyətinə keçib orada ketmanla Lamiyəni, onun azyaşlı oğlu Öməri və Könülü vurmuş, Elmiri qovduqda qaçıb Habilin evinə girmişdir. Sonra yola çıxdıqda Elmiri Habilin evindən çıxarıb apardıqlarını görmüş və Elmiri aparan şəxslərin qardaşları olduğunu eşitmişdir. Həmçinin, Elmirin yolda qaçaraq ona yaxınlaşanda və onun həyətinə girəndə əlində heç bir əşya görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, Elmir onun xalası oğludur. 02 iyul 2020-ci il tarixdə, saat 16 radələrində Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən “Səhəng” adlı kafedə dostları Emin və Babək ilə çay içərkən anasının mobil nömrəsindən ona zəng gəlmiş, telefona cavab verdikdə anası ona heyvanları açmaq vaxtı olduğunu bildirib evə gəlməsini demiş, dostları Babək və Eminə evə getməli olduğunu dedikdə dostları oturub çay içəcəklərini bildirmiş, dostları ilə söhbət edən zaman Elmirin “Volksvagen Touareg” markalı ağ rəngli avtomobillə keçdiyini görmüş, həmin vaxt evə getmək üçün Elmirin istifadəsində olan ***- ***-**-** saylı nömrəyə zəng edib onu evə düşürməsini bildirdikdə Elmir qayıdıb onu götürəcəyini demişdir. Təxminən 3-4 dəqiqə sonra Elmir özünə məxsus avtomobillə onun yanına gəlmiş, o Elmirin maşınına əyləşdikdə Elmir ona Tərtər rayonu, Cəmilli kəndində yerləşən fermaya gedəcəyini bildirmiş, sonra Elmir onunla söhbət edə-edə onu Tərtər rayonu, Hacıqərvənd kəndində yerləşən evinin qarşısında düşürmüş, Elmirə evə getməyi təklif etdikdə Elmir tələsdiyini bildirib getmişdir. Sonra o, heyvanları açıb örüşə aparmış və örüşdə olan zaman Elmir onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə öz istifadəsində olan nömrə ilə zəng edərək dalaşdığını, qardaşı Eldarı öldürmək istədiklərini, təcili rayona gəlməli olduğunu bildirmişdir. Elmirə heyvanların yanında olduğunu, çıxa bilməyəcəyini dedikdə Elmir gəlib onu götürəcəyini bildirmişdir. Sahələri evin yaxınlığında olduğundan heyvanları anasına tapşırıb evin qarşısına çıxaraq Elmiri gözləmişdir. Təxminən 10 dəqiqə sonra Elmir oraya çatmış, o avtomobilə əyləşdikdə Elmir rayona getməli olduqlarını, qardaşı Eldarı güllə ilə vuracaqlarını bildirmişdir. Elmirdən Eldarı kimin vuracağını soruşduqda o cavab verməmişdir. Həmkəndlisi Şahid9 məxsus ərzaq mağazasına 200 metr məsafə qalmış Elmirə atasından zəng gəlmiş, telefonu açıb atası ilə danışaraq Eldarı çölə çıxmağa qoymamasını, Eldarı atacaqlarını bildirmişdir. Şahid9 mağazasına çatan zaman Elmir ağ rəngli VAZ 2107 markalı dayanmış avtomobili gördükdə “məni bu avtomobildə olan şəxslər öldürəcəklər” deyib qışqırmağa başlamış, Elmir qışqırdıqda o avtomobilin içərisinə baxmış, lakin avtomobildə heç kimin olmadığını görmüşdür. Qəflətən Elmir avtomobili Şahid9 ərzaq mağazası istiqamətində sürüb dayanmış, maşından ağ-boz rəngli bıçağı götürüb yerə düşmüş və qaçaraq mağazaya daxil olmuşdur. O, Elmirin ardınca maşından düşüb mağazaya daxil olmaq istəsə də, Elmirin bıçağı mağazanın qapısının dəstəyinə keçirib içəridən bağladığına görə içəriyə daxil ola bilməmiş, içəridə qışqıraraq Raminə “məni öldürəcəklər” deməsini eşitmiş, Elmirə mağazadan çıxmasını xahiş etdikdə Elmir Raminə onu içəri buraxmamasını, onun Elmiri öldürmək istədiyini bildirmişdir. Ramin Elmiri sakitləşdirərək çölə çıxmış, ona “ayıb deyil, sən xalan oğlu ilə dava-dalaş edirsən” demiş, o isə cavabında Elmirin özündə olmadığını, başının pozulduğunu bildirmişdir. Bundan sonra Elmir əlində bıçaqla “Allahu-əkbər” deyib qışqırmağa başlamış, o Elmiri sakitləşdirməyə və əlindəki bıçağı almağa çalışmışdır. Bundan sonra Ramin mağazaya daxil olmuş, Elmir isə mağazanın qarşısında hərləndikdən sonra əlində bıçaqla mağazaya daxil olmuşdur. Elmir mağazaya daxil olduqda Raminə “sənin namaz qılmağına baxmayaraq nisyə dəftərin var” demişdir. O, Elmirin əlindəki bıçağı almağa çalışmış, lakin Elmir mağazadakı şüşə qabı götürüb yerə vurmuşdur. Həmin vaxt mağazada olan Raminin qardaşı Eldəniz də Elmiri sakitləşdirmək istəmiş, buna baxmayaraq Elmir bıçaqla Eldənizi hədələyərək “yaxına gəlmə, məni öldürmək istəyirsən” demişdir. Ramin mağazadan ağac parçası götürüb Elmiri qorxudub çölə çıxarmaq istədikdə Elmir ona “məni döyməklərinə icazə vermə” demişdir. O, Elmirə bıçağı verəcəyi halda döymələrinə icazə verməyəcəyini bildirmiş, həmin vaxt Ramin ağacla Elmiri vurmaq istədikdə Elmirin qarşısına keçmiş, ağac onun sol qolundan dəymiş, Elmir isə mağazadan çölə çıxıb qaçmağa başlamışdır. Sonra o, Raminə Elmirin vurduğu ziyanı ödəyəcəyini bildirərək Raminin Elmirin ardınca düşməsinə mane olmuşdur. Elmirin mağazadan çölə çıxıb hara qaçdığını bilməmiş, təxminən 15 dəqiqə Elmiri axtarıb tapa bilməyərək Raminin mağazasının qarşısına gəlmiş, bundan 5 dəqiqə sonra mağazadan 200 metr uzaqlıqda səs eşidərək qaçaraq həmin istiqamətə getmiş, oraya çatdıqda xalasıoğlu Eldarın Elmiri VAZ 2107 markalı avtomobilə əyləşdirib aparmaq istədiyini görmüş, xalasının oğulları Eldar və Tərlanla birlikdə Elmiri maşına əyləşdirmək istəyərkən Elmir qışqıraraq kənd camaatına “qoymayın, məni bunlar öldürməyə aparır” demiş, daha sonra Elmiri maşına əyləşdirmiş, Eldar və Tərlan isə Elmiri kənddən uzaqlaşdırmışdır. Sonradan ona məlum olmuşdur ki, Elmir mağazadan qaçıb Təhmasibgilə getmiş və Təhmasibin arvadı Lamiyəyə, həmçinin Təhmasibin azyaşlı övladına xəsarətlər yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır, Tərtər şəhəri, Sahil küçəsində ayrı-ayrı evlərdə yaşayırlar. Elmir təxminən 10 ildir Tərtər mərkəzi bazarında qəssablıqla məşğul olur, o isə əti kəsib bazarda Elmirə verir. Elmirin xarakteri sakit təbiətli olub, heç kimlə dava-dalaşı olmamışdır. Siqaret çəkmiş, spirtli içki içməmiş və namaz qılmışdır. Elmir evlidir, 4 azyaşlı uşağı vardır. Hacıqərvənd kəndində yaşayan Ağazadə Təhmasiblə uzaq qohumluq münasibətləri vardır. Təhmasiblə və onun ailə üzvləri ilə Elmirin v əvə onların heç bir ədavətləri və ya düşməncilikləri olmamışdır. 02 iyul 2020-ci il tarixdə, günortaya qədər Elmirlə bazarda bir yerdə olmuş, günorta saat 13 radələrində Elmir və bazarda onlara kömək edən yoldaşları ilə “Tərtər İstirahət” restoranına yemək yeməyə getmişdir. Evi yeməkxananın yanında olduğu üçün Elmir namaz qılmaq üçün evə getmiş, onlar yeməyə davam etmiş, Orxanla 100 qram spirtli içki içmiş, Sərxan namaz qıldığına görə araq içməmişdir. Təxminən saat 13:30 radələrində Elmir oğlu ilə onun yanına gəlmiş, stola spirtli içki qoyduqlarını ona irad tutmuş, yarım saat onlarla oturub saat 14 radələrində birlikdə istirahət mərkəzini tərk etmişlər. Oradan çıxıb evə getmiş, Elmir isə arvadını həkimə aparmağa getmişdir. Evə gedib yatmış, təxminən saat 17-18 radələrində yoldaşı onu yuxudan oyadaraq Elmirin zəng etdiyini, “Eldara denən evdən çölə çıxmasın, onu öldürəcəklər” dediyini bildirmişdir. Öz mobil telefonu ilə Elmirin istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefona zəng etmiş, lakin ona zəng çatmamışdır. Bu zaman Hacıqərvənd kəndindən xatırlamadığı, ancaq tanıdığı bir nəfər ona zəng vurub Elmirlə “xırmanda” dalaşdıqlarını demişdir. Bu zaman özünə məxsus 07 markalı avtomaşınla qardaşı Tərlanı götürüb Hacıqərvənd kəndinə getmiş, “xırman” deyilən yerə 300-400 metr qalmış həmin kənddə yaşayan anasının bibisi oğlu Habil Abbasovun evinin yanında çoxlu adamların toplaşdığını görmüşdür. Tərlanla birlikdə maşından düşüb orada olan qadınlardan nə baş verdiyini, Elmirin harada olduğunu soruşduqda Elmirin Habilin həyətinə girib qapını arxadan bağladığını, bir nəfər uşağı vurduğunu öyrənmişdir. Qardaşı Tərlanla birlikdə həyətin darvazasını döymüş, Habilin oğlu qapını açdıqda həyətə daxil olmuşdur. Habilin oğlu ona Elmirin evə girdiyini bildirmiş, o da evə daxil olmuş, Habilin qardaşı Çingizin oğlu Şəmistanın və Elmirin otağın ortasında qarşı-qarşıya dayandıqlarını, Elmirin əlində stəkanla Şəmistanın üstünə qışqırdığını görmüşdür. Elmir onu görəndə “kömək elə, məni öldürürlər” demiş, Elmirin pis vəziyyətdə olduğunu, qışqırdığını görmüşdür. Elmirə evə getməyi təklif etdikdə Elmir “məni öldürməyə aparırsan” demiş, o qardaşı Tərlanla birlikdə Elmirin əllərini tutub qollarına girərək evdən çıxarmış, maşına qoyub birbaşa Tərtər şəhəri, Nizami küçəsində yaşayan bibisinin evinə gətirmişdir. Elmirin bərkdən “Allahu-əkbər” deyib qışqırdığından, ağla gəlməyən sözlər, adam adları çəkdiyindən Elmirin və onun balaca uşaqlarının qorxacaqlarını düşünüb Elmiri bibisinin evinə aparmağı məsləhət görmüşdür. Elmiri evə gətirdikdə bunu eşidən atası İsa, bibisioğlu Zöhrab, bibisinin kürəkəni Aqil oraya gəldikdə onlara Elmirə sakitləşdirici iynə vurmalarını tapşırmış və Elmirin uşaq vurduğunu dediklərinə görə özü xəstəxanaya yollanmışdır. Elmiri evə gətirdikdən sonra evdə olan zaman Hacıqərvənd kəndindən adları yadında olmayan adamlarla tez-tez danışmış, həmin adamların deməsindən ona məlum olmuşdur ki, Elmir Təhmasibin uşağını vurmuş və uşağı Bərdə rayon mərkəzi xəstəxanasına aparmışdırlar. Bundan sonra o, Bərdəyə getmiş, oradan Hacıqərvənd kəndindən olan qohumu Elçinin maşını ilə Təhmasib, onların qohumu Yavərlə birlikdə uşağı X6 aparmışdır. Xəstəxanada uşağı əməliyyat etmişdirlər. Sonra xəstəxanaya ödəniş pulunun qalanın götürmək üçün Tərtərə qayıtmış, şəhərə çatana yaxın ona zəng vurub uşağın öldüyünü demişdirlər. Sonradan ona məlum olmuşdur ki, Elmiri Raminin mağazasından qovduqdan sonra Elmir ayaqyalın qaçıb bir nəfər qadının həyətinə, oradan Təhmasibin həyətinə keçmiş və onun azyaşlı uşağını ketmanla vurmuşdur. Gecə qardaşı Tərlandan eşitmişdir ki, Elmiri bibisinin evinə qoyub gedəndən sonra Elmir pəncərədən çıxıb hündür barıdan yola tullanmış, qardaşı Tərlan Elmiri tutub evə gətirmişdir. Elmirə iynə vurandan sonra Elmir yatmış, oyanandan sonra atası Elmiri polis şöbəsinə aparmışdır. Hadisə vaxtı Elmirin üstündə olan mobil telefonun harada olduğunu bilmədiyini, əvvəllər Təhmasibin özü və ailəsi ilə qohumluq münasibətlərinin olduğunu, aralarında ciddi narazılıq, dava-dalaş olmadığını, bir-birinin xeyir-şərinə getdiklərini, Elmirin Təhmasibgilə gedib-gəlmədiyini, Təhmasib Ağazadənin onlara pul borcunun olmadığını, Elmirlə onun nisyə dəftərlərinin olduğunu, ancaq orada Təhmasib Ağazadənin adının qeyd olunmadığını, Elmirin təxminən 2012-ci ildə yolnəqliyyat hadisəsi zamanı qapalı kəllə-beyin travması aldığnı, Gəncə şəhəri, Abbas Səhhət adına Xəstəxanada müalicə olunduğunu, bundan başqa huşsuzluq və baş ağrıları ilə əlaqədar Bakıda müalicə aldığını, Elmirin hamıya hörmət etdiyini, əvvəllər heç kimlə dalaşmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır, Elmir təxminən 10 ildir Tərtər mərkəzi bazarında qəssablıqla məşğul olur. Xarakteri sakit təbiətli olmuş, heç kimlə dava-dalaşı olmamışdır. Elmir siqaret çəkmiş, spirtli içki içməmiş, namaz qılmışdır. Elmir evlidir və 4 azyaşlı uşağı vardır. Hacıqərvənd kəndində yaşayan Ağazadə Təhmasiblə uzaq qohumluq münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 02 iyul 2020-ci il tarixdə, günorta saatlarında evdə olarkən qardaşı Elmir atası İsa Hüseynova zəng edərək “Eldara denən evdən çölə çıxmasın, onu öldürəcəklər” dedikdə dərhal atası ilə birlikdə Tərtər şəhəri, Sahil küçəsində yaşayan qardaşı Eldargilə getmişdir. Eldargilin evinə çatdıqda qardaşı Elmirin Eldara da zəng edib çölə çıxmamasını, Eldarı öldürəcəklərini bildirdiyi məlum olmuş, bu zaman qardaşı Eldarla birlikdə Eldara məxsus VAZ 2107 markalı avtomobilə əyləşərək Elmiri axtarmağa getmiş, yolda olarkən qardaşı Elmirin idarə etdiyi “Volksvagen Touareg” markalı avtomobilin Tərtər rayonu, Hacıqərvənd kəndində olduğu barədə məlumatları olmuş, bunu öyrəndikdən sonra Hacıqərvənd kəndinə yollanmış və “xırman” deyilən yerə 300-400 metr qalmış həmin kənddə yaşayan anasının bibisi oğlu Habilin evinin yanında çoxlu adamların toplaşdığını görmüşdür. Qardaşı Eldarla birlikdə maşından düşüb orada olan qadınlardan nə baş verdiyini, Elmir harada olduğunu soruşduqda Elmirin uşaq vurduğunu, Habilin həyətinə girib qapını arxadan bağladığını öyrənmişdir. Qardaşı ilə həyətin darvazasını döydükdə qapını Habilin oğlu açıb Elmirin evə girdiyini demiş və o həyətə daxil olmuşdur. Evə daxil olduqda Habilin qardaşı Çingizin oğlu Şəmistan və Elmirin otağın ortasında qarşı-qarşıya dayandıqlarını, Elmirin əlində stəkan Şəmistanın üstünə qışqırdığını görmüş, Elmir onu və qardaşı Eldarı görən zaman “kömək elə, məni öldürürlər” demişdir. O, Elmirin pis vəziyyətdə olduğunu, nə etdiyini başa düşmədiyini və rabitəsiz sözlər danışdığını görmüş, qardaşı Eldar Elmirə evə getməyi dedikdə Elmir onu öldürməyə apardığını bildirmiş, daha sonra qardaşı Eldarla birlikdə Elmirin əllərini tutaraq qollarına girib evdən çıxarmış, maşına qoyub birbaşa Tərtər şəhəri, Nizami küçəsində yaşayan bibisi Havvanın evinə gətirmiş, Elmirin bərkdən “Allahuəkbər” deyib qışqırdığından, ağıla gəlməyən sözlər, adam adları çəkdiyindən uşaqların Elmiri həmin vəziyyətdə görüb qorxacaqlarını düşünərək Eldarın məsləhəti ilə Elmir bibisi Havvanın evinə aparılmış, bunu eşidən atası İsa, bibisi oğlu Zöhrab, bibisinin kürəkəni Aqil oraya gəlmiş, qardaşı Eldar isə onlara Elmirə sakitləşdirici iynə vurmağı tapşırıb hadisə yerinə getmişdir. Elmiri evə gətirdikdən sonra Eldar Hacıqərvənd kəndindən adlarını xatırlamadığı adamlarla tez-tez danışmış, bu zaman X11 uşağını vurduğu və uşağın Bərdə rayon xəstəxanasına aparıldığı ona məlum olmuş, qardaşı Eldar Bərdəyə getmiş, o isə evdə Elmirlə birlikdə qalmışdır. Elmiri sakitləşdirmək üçün siqaret çəkməyi təklif edib pəncərənin yanına gətirmiş, pəncərənin torunu çıxardan zaman Elmir özünü pəncərdən çölə atmış və qaçaraq qarşıdakı hasardan aşağı tullanmışdır. Hasarın çöl tərəfdən hündürlüyü təxminən 4 metr olmuş və Elmir hasardan tullanan zaman yıxılmışdır. Sonra o Elmirin ardınca qaçaraq Elmiri tutmuş və bibisigilin evinə gətirmişdir. Elmiri evə gətirdikdən sonra onu polis şöbəsinə dəvət etdiklərindən getmiş, polis şöbəsində olarkən ona Elmirin xəsarət yetirdiyi X22 xəstəxanada dünyasını dəyişdiyi barədə məlumat vermişdirlər. Hadisə vaxtı Elmirin üstündə olan mobil telefonun harada olduğunu bilmədiyini, Təhmasibin özü və ailəsi ilə qohumluq münasibətlərinin olduğunu, aralarında ciddi narazılıq, dava-dalaş olmadığını, bir-birinin xeyir-şərinə getdiklərini, Elmirin Təhmasibgilə gedib-gəlmədiyini, Elmirin heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, hadisə vaxtı Elmirin üzərində olan xəsarətlərin bibisi Havvanın evindən qaçıb hündür hasarın üzərindən tullanıb yıxılarkən yarana biləcəyini, Elmirin təxminən 2012-ci ildə yol-nəqliyyat hadisəsi zamanı qapalı kəllə-beyin travması aldığını, Gəncə şəhəri, Abbas Səhhət adına Xəstəxanada müalicə olunduğunu, bundan başqa huşsuzluq və baş ağrıları ilə əlaqədar Bakıda müalicə aldığını, Elmirdə yuxuda sayıqlama, qorxma, huşsuzluq kimi psixoloji problemlərin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Tərtər rayonu, Hacıqərvənd kəndində yaşayır. X7 ilə kirvəlik münasibəti vardır, qohumluğu, ədavəti yoxdur. Tərtər şəhər sakini Təqsirləndirilən şəxs hadisəyə qədər tanımamış, üzünü görməmişdir. 02 iyul 2020-ci il tarixdə, təxminən saat 17 radələrində həyətdə oturub çay içdiyi zaman Təhmasibin həyətində bərkdən qadın səsi eşitmiş, lakin buna əhəmiyyət verməyərək Təhmasibin arvadı ilə mübahisə etdiyini düşünmüş, təxminən 10 dəqiqə keçmiş Təhmasibin bacısı Şəbnəm Təhmasibin yaşadığı evdən çıxıb qonşu Elşənin həyətinə qaçaraq “qoymayın bizi öldürdülər” deyə qışqırmışdır. Səsi eşidib Təhmasibin həyətinə getdikdə saqqallı bir nəfər cavan oğlanın, sonradan adını bildiyi Elmirin evin qarşısındakı pilləkənin yanında əlində bir ədəd ketman arxası ona tərəf Təhmasibin arvadı Lamiyəni vurduğunu, Lamiyə isə qucağında uşaq aşağı oturmuş vəziyyətdə, əllərini başına tutub uşağı və özünü qoruduğunu görmüşdür. Həmin vaxt Lamiyə arxasını evə söykəmiş, üzü isə ona tərəf olmuşdur. O Elmirdə “sən kimsən, nə istəyirsən?” deyə soruşduqda Elmir ona tərəf çevrilmiş, ketmanı onun üstünə qaldıranda yola tərəf çəkilmişdir ki, Elmir onun üstünə gəlsin, Lamiyədən və uşaqdan aralansın. Elmir onun arxasıyca evin qarşısından evin arxasına kimi gəlmiş, o öz ailə üzvülərinin gəldiyini görüb onlara bərkdən qayıtmalarını, ağacdan, yavadan bir şey gətirmələrini demişdir. Onun ailə üzvləri gələnə kimi Lamiyənin xalası Könül gəlmiş, Elmir Könülün üstünə cumub onu ketmanla bir dəfə vurmuş, ikinci dəfə ketmanı qaldırıb vurmaq istəyəndə Elmirin üstünə getmiş, bu zaman Elmir ketmanı tullayıb yola tərəf qaçmış, o da Elmirin arxasınca qaçaraq onu tutub kim olduğunu öyrənməyə çalışmışdır. Elmir Təhmasibin atası Eldənizin əmisi Habilin həyətinə girmiş, Habilin arvadı Elnarə müəllimə darvazadan çölə çıxdıqda Elnarəyə Elmiri tutmasını, qaçmağa qoymamasını demişdir. Elnarə isə Elmiri tanıdığını bildirərək İsfəndiyar əmisinin nəvəsi olduğunu demişdir. Həmin vaxt Lamiyə qucağında uşaq Habilin darvazasının yanına gəlmiş, o Lamiyə ilə birlikdə Nərimanın taksi maşını ilə uşağı Tərtər rayon xəstəxanasına aparmışdır. Nəriman yolda təcili yardıma zəng vurmuş, icra hakimiyyətinin arxasında təcili yardım maşını ilə qabaqlaşmış, uşağı təcili yardım maşınına qoyub xəstəxanaya aparmış, təxminən orada yarım saat həkimi gözləsələr də, həkim gəlməmiş, bir tibb bacısı uşağın başını sarımışdır. O da öz növbəsində qan axmaması üçün binti yaranın üstünə basmış, sonra Tərtər rayon xəstəxanasının təcili yardım maşını ilə uşağı Bərdə rayon xəstəxanasına aparmış, orada yaranı tikdikdən sonra Ömər Ağazadənin ənsə sümüyünün qırılıb içəri batdığı, təcili Gəncəyə ya da Bakıya aparılmalı olduğu bildirilmişdir. O uşağın atası Təhmasib və Elmirin qardaşı Eldarla birlikdə Hacıqərvənd kəndindən olan Elçin adlı şəxsin minik maşını ilə uşağı X6 aparmış, Ömər Ağazadə əməliyyata götürülmüş, təxminən saat 12 radələrində evə qayıtdıqdan bir saat sonra xəbər almaq üçün zəng vurduqda Ömərin öldüyünü öyrənmişdir. Təhmasibin həyətində Elmirin pilləkənin yanında Lamiyəni ketmanla vurduğu zaman Lamiyənin qucağında hansı uşağın olduğunu dəqiqi bilmədiyini, həmin vaxt evin qarşısında, yan ağacların arasında başqa uşaq görmədiyini, Elmirin ketmanla Lamiyəni vurduğunu gördüyünü, Lamiyənin əllərini başına tutub qorunduğunu, həm Lamiyənin, həm də uşağın qana bulaşdığını, Lamiyə qucağında uşaq Habilin evinin yanına gələndə yaralı uşağı haradan qucağına götürdüyünü görmədiyini, Habilin evinin yanında olanda Lamiyə qucağında uşaqla gəldiyini, uşağın başındakı yaranı gördüyünü, Elmirin əlində ketmandan başqa alət, yaxud əşya görmədiyini, Ömər Ağazadəni xəsətəxanaya gətirəndə Lamiyənin maşında Elmirə söydüyünü, “qoymayın balam ölsün” dediyini, hadisə zamanı Elmirin heç bir söz işlətmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, mərhum X13 ərinin əmisi nəvəsi, Tərtər şəhər sakini Təqsirləndirilən şəxs isə onun əmisi nəvəsidir. Təqsirləndirilən şəxs bir neçə il əvvəl yol-nəqliyyat hadisəsi törətdiyindən travma almış və bundan sonra Elmirdə problemlər olmuşdur. Təqsirləndirilən şəxs və Təhmasib Ağazadə ilə münasibətləri daim qaydasında olmuş, aralarında heç bir problem, ədavət və ya düşmənçilik olmamışdır. 02 iyul 2020-ci il tarixdə, günorta radələrində bacısı Pərvanə xəstə olduğundan əri Habil və oğlu Tamerlanla birlikdə bacısına baş çəkməyə getmiş, saat təxminən 16 radələrində ev işlərini görmək məqsədilə bacısıgillə sağollaşıb oğlu ilə birlikdə evə gəlmiş, əri Habil isə bacıgildə qalmışdır. Evə gəldikdən sonra saat 17 radələrində həyətdə çörək bişirdiyi zaman çığırtı səsləri eşitmiş, səsin hardan gəldiyini və nə məsələ olduğunu müəyyən etmək üçün həyət darvazasından çölə çıxdıqda qonşusu Yavərin əlində taxta ilə Təqsirləndirilən şəxs arxasına düşdüyünü və Elmiri tutmağa çalışdığını görmüş, Yavər ona səslənərək Elmiri tutmasını istəmiş, Yavərdən nə baş verdiyini soruşduqda Yavər Elmirin adam öldürdüyünü deyərək təkidlə ondan Elmiri tutmasını istəmiş, o, Yavərə Elmiri yaxşı tanıdığını, Elmirdən kimsəyə ziyan gəlməyəcəyini, Elmirin onun əmisi İsfəndiyarın nəvəsi olduğunu bildirmişdir. Elmir onun yanına çatdıqda gözlərinin böyümüş olduğunu, ayağında ayaqqabılarının olmadığını görmüş, Elmir ona yaxınlaşaraq “bacı, qoyma məni öldürürlər, kömək elə” deməyə başlamış, o bir daha Yavərdən nə baş verdiyini soruşduqda Yavər ona “bu uşaq qonşumuz Təhmasibin oğlunu ketmanla vurub yaralayıb, qoyma qaçsın” demiş, o üzünü çevirib Elmirdən məsələni soruşmaq istədikdə Elmir onların həyətə daxil olub həyət qapısını arxadan bağlamışdır. Həmin vaxt Elmir özündə olmamış, əlaqəsiz sözlər danışmışdır. O Elmiri tanıdığından, aralarında qohumluq münasibətləri olduğundan Elmirin kimisə öldürdüyünü düşünməmiş, ərk edərək evlərinə girib qapını arxadan bağladıqda narahat olmamış, Elmir əvvəllər bir neçə dəfə onlara qonaq gəlmiş, Elmirlə və ailəsi ilə münasibətləri daim qaydasında olmuşdur. Sonra Elmir evin içərisinə daxil olub evdə olan qardaşı oğlu Şəmistandan və oğlu Tamerlandan su istəmiş, o çöldə gözləyərkən Lamiyənin qucağında Ömərlə birlikdə həyətlərindən çıxıb yola sarı getdiyini, qonşulardan birinə məxsus maşına minərək xəstəxanaya getdiyini görmüş, təxminən 5 dəqiqə sonra Elmirin qardaşları Eldar, Tərlan və xalasıoğlu Emin Elmiri evlərinə aparmaq üçün onların həyata gəlmiş, qapı bağlı olduğundan hasarın üzərindən aşıb qapını açmışdırlar. O həyətdəki adamlarla birlikdə evə daxil olmuş, Elmirin qohumları Elmiri maşına mindirərək evə aparmışdır. Sonra ona məlum olmuşdur ki, Elmir qonşuluqda yaşayan Təhmasibin arvadı Lamiyəni və oğlu Öməri ketmanla vurub xəsarət yetirmiş, Təhmasibin azyaşlı oğlu Ömər aldığı xəsarətlərdən xəstəxanada olarkən dünyasını dəyişmişdir. Bundan əlavə o, Təqsirləndirilən şəxs onların həyətinə gəldiyində ona heç bir xəsarət yetirmədiyini, əksinə “qoyma, məni öldürmək istəyirlər” deyərək ondan kömək istədiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Tərtər rayonu Hacıqərvənd kəndində ailəsi ilə birlikdə yaşayır. Tərtər şəhərində “Patron” şirkətində briqadir vəzifəsində işləyir. Əvvəllər Tərtər şəhər sakini Təqsirləndirilən şəxs ilə yaxından tanışlığı olmamışdır. Təqsirləndirilən şəxs qəssab kimi yaxşı, sakit, namaz qılan biri olaraq tanımış və bir neçə dəfə Elmirdən ət alarkən münasibəti olmuşdur. 02 iyul 2020ci il tarixdə, günorta radələrində bacanağı Şahid9 məxsus Tərtər rayonu, Hacıqərvənd kəndində yerləşən “Halal” marketdən ərzaq alıb çıxdıqdan sonra maşınına əyləşən zaman maşınının arxasında Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Volksvagen Touareg” markalı avtomobilin dayandığını görmüş, avtomobilə əyləşdikdə Elmir maşınından düşüb ona yaxınlaşaraq “qoyma, atam məni güllələmək istəyir, qaç sən də özünü qoru, birdən güllə sənə də dəyər” deyib bacanağı Raminin mağazasına daxil olmuşdur. Həmin vaxt Elmirin yanında xalasıoğlu Emin olmuş, məsələnin nə olduğunu aydınlaşdırmaq üçün o, maşından düşüb mağazaya daxil olmuş, mağazada olarkən Elmirin əlində bıçaqla “qoymayın məni öldürmək istəyirlər” dediyini görmüş, həmin vaxt Elmir özündə olmamış və nə etdiyini bilməmişdir. Elmirin xalasıoğlu Emin Elmirin əlindəki bıçağı almağa və Elmiri sakitləşdirib oradan uzaqlaşdırmağa çalışmışdır. Sonra mağazaya Eldəniz adlı kənd sakini də daxil olmuş və birlikdə Elmirin əlindən bıçağı almağa çalışmışdırlar. Bundan əlavə o, Elmirin əlindəki bıçaqla kimsəyə xəsarət yetirmək fikrində olmadığını, özünü xəyali olaraq kimdənsə müdafiə etdiyini, mağazada olduğu müddətdə Elmirin heç kimə qarşı zor tətbiq etmədiyini, xəsarət yetirmək imkanına malik olsa da, belə bir şeyin baş vermədiyini, sadəcə mağazada olarkən özündə olmayaraq rabitəsiz sözlər danışdığını, mağazada olan 2 ədəd vazanı sındırdığını, bacanağı Raminin Elmirin əlindəki bıçağı vurub salmaq üçün uzun taxta götürdüyünü, həmin taxta ilə Elmirin əlindəki bıçağı salmağa çalışdığını, bu zaman Elmirin əlindəki bıçağın yerə düşdüyünü, Elmirin mağazadan qaçıb çıxdığını, Elmirin hara getdiyini bilmədiklərini demişdir. X20 mağazasından çıxıb kənd sakini Təhmasibin evinə getdiyini, orada Təhmasibin azyaşlı oğlunu və arvadını ketmanla vurduğunu öyrəndiyini, mağazada olarkən Elmirin özündə olmadığından əlindəki bıçaqla özünü xəyali olaraq kimdənsə müdafiə etdiyini, əlindəki bıçağı ətrafdakı insanlara nümayiş etdirib ünvansız hədələr etdiyini, Təqsirləndirilən şəxs mağazanın içərisində və mağazanın qarşısında olarkən ucadan “Allahu-əkbər” deyib qışqırdığını, Elmirin xalasıoğlu Eminə söyüş söydüyünü, mağazada Elmirin heç kəsə bıçaqla xəsarət yetirmədiyini və hədələmədiyini və Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığının bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Şahid10 oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 02.07.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Tərtər rayonu, Hacıqərvənd kəndində yerləşir. Hadisə yerinin girişində iki taylı paslı darvazadan ibarətdir. İçəri daxil olduqda sağ tərəfdə ağaclıq, sol tərəfdə isə fərdi yaşayış evi yerləşir. Fərdi yaşayış evinin qarşısında, həyətyanı sahədən Təqsirləndirilən şəxs azyaşlı Ömər Ağazadəni qətlə yetirdiyi, uzunluğu təxminən 1,50 sm olan, sapı taxtadan ibarət 1 ədəd ketman aşkar edilərək götürülmüşdür. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 03.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tərtər rayonu, Hacıqərvənd kəndində, kəndin qərb hissəsində, “Xırman” adlanan yerin yaxınlığında yerləşən, həmin kənd sakini X5 məxsus fərdi yaşayış evi ilə ağaclar olan həyətin arasıdır. Hadisə yerindən nömrələnmiş qanabənzər ləkələrdən 4 ədəd ayrı-ayrı zərflərdə pambığa hopdurulma üsulu ilə nümunələr və 1 tay göy rəngli uşaq ayaqqabısı (çəkələk) aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Paltarlara baxış keçirilməsi və götürülməsi haqqında» 03.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş və şübhəli şəxs qismində dindirildikdən sonra təqdim etdiyi 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd boz rəngli şalvar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Paltarlara baxış keçirilməsi və götürülməsi haqqında» 05.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş və istintaqa təqdim etdiyi 01 ədəd göy rəngli dizdən olan şalvar (şortik) və onun dəsti 01 ədəd göy rəngli köynəyə baxış keçirilmiş və baxış zamanı şalvarın ön və arxa tərəfində, köynəyin boyun hissəsində qanabənzər ləkələr aşkar edilmişdir. 01 ədəd göy rəngli dizdən olan şalvar (şortik) və onun dəsti 01 ədəd göy rəngli köynək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Paltarlara baxış keçirilməsi və götürülməsi haqqında» 07.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,X8 hadisə vaxtı əynində olmuş 01 ədəd qırmızı rəngli qısaqol köynək və 01 ədəd yan hissəsi qırmızı, qara rəngli şalvara (şortik) baxış keçirilmiş və baxış zamanı şalvarın və köynəyin arxa tərəfində qanabənzər ləkələr aşkar edilmişdir. 01 ədəd qırmızı rəngli qısaqol köynək və 01 ədəd yan hissəsi qırmızı, qara rəngli şalvara (şortik) müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Avtomaşına baxış keçirilməsi haqqında» 05.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Volkswagen Touareg” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya, dəlil, habelə qananvənzər ləkələr aşkar edilmədi. «Bıçağa baxış keçirilməsi və götürülməsi haqqında» 07.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Hacıqərvənd kənd sakini Şahid9 məxsus mağazaya daxil olarkən üzərində götürdüyü və mağazanın qarşısında olarkən ünvansız hədələr edərək ətrafdakı insanlara nümayiş etdirdiyi 01 ədəd dəstəyinin uzunluğu 12 sm, tiyəsinin uzunluğu 17 sm, ümumi uzunluğu 29 sm olan, dəstəyinin və qınının üzərində naxışlar və göy rəngli muncuqlar olan, boz-qara rəngli bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Videomüşahidə aparatına baxış keçirilməsi haqqında» 08.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış Tərtər rayonu, Hacıqərvənd kəndində, Şahid9 məxsus “Halal” marketin içərisində keçirilmiş, mağazanın sahibi Şahid9 01 ədəd videomüşahidə aparatını göstərərək aparatın özünə məxsus olmasını və mağazanın içərisindəki müşahidə kabinəsində qoyulmasını, aparat vasitəsilə mağazanın çölündə və içərisində quraşdırılan müşahidə kameralarının idarə edilməsini bildirmişdir. 02 iyul 2020-ci il tarixdə müşahidə aparat və naqilləri işlək vəziyyətdə olmuşdur. Daha sonra Şahid9 təqdim etdiyi videomüşahidə aparatına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 02 iyul 2020-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Tərtər rayonu, Hacıqərvənd kəndində, kənd mərkəzində yerləşən Ramin adlı şəxsin işlətdiyi ərzaq mağazasına daxil olur, orada ünvansız söyüşlər söyməyə başlayır, mağaza sahibi onu çölə çıxarmağa çalışır, Təqsirləndirilən şəxs əlində bıçaqla mağazadan çölə çıxaraq əlindəki bıçağı ətrafdakı insanlara nümayiş etdirərək ünvansız hədələr etməyə başlayır. Daha sonra yenidən Şahid9 məxsus mağazaya daxil olur, əlindəki bıçaqla mağazadakıları yaxına gəlməyə qoymur, mağazada olarkən əşyaları əli ilə vurub dağıdır. Mağaza sahibi Şahid9 əlinə taxta alaraq onun əlindəki bıçağı vurub salır və onu mağazadan çətinliklə də olsa, çölə çıxarır. Təqsirləndirilən şəxs mağazadan çıxaraq qaçır. Baxış keçirilərkən videomüşahidə aparatının yaddaşında olan həmin görüntülər iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd diskə köçürülərək götürülmüş və cinayət işinin materiallarına əlavə edilmişdir. «Meyitə baxış keçirilməsi haqqında» 03.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 başının təpə-ənsə nahiyəsində 15 sm uzunluğunda üzərində cərrahi tikişlər olan yara vardır. Sağ körpücük və sağ bazu nahiyələrində 1,7x1,6 sm ölçüdə sıyrıqlar vardır Tərtər rayon polis şöbəsinin 24 dekabr 2020-ci il tarixli 184-24967-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən əvvəl narkotik vasitə hesab olunan çətənə bitkisi-kannabinoiddən istifadə edərək Tərtər rayonu, Hacıqərvənd kənd sakini X5 məxsus fərdi yaşayış evinə getmiş və heç bir səbəb olmadan Zərərçəkmiş şəxs həyətdən götürdüyü ketmanla vurub öldürməyə cəhd göstərmiş, daha sonra azyaşlı oğlu X9 isə baş nahiyəsindən çoxsaylı zərbələr vurmaqla öldürmüşdür. Təqsirləndirilən şəxs Ömər Ağazadəni öldürməsinin və Zərərçəkmiş şəxs xəsarət yetirməsinin motiv və məqsədinin müəyyən olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş və cinayətin heç bir səbəb olmadan törədildiyi müəyyən edilmişdir. Həmin cinayətin törədilməsində digər şəxslərin bu və ya digər formada iştirakı və marağı, digər şəxslərin cinayətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs təhrik etməsi, eləcə də cinayətin törədilməsinin qabaqcadan planlaşdırılması müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə X7 arasında uzaq qohumluq əlaqələri olsa da, aralarında şəxsi yaxınlıq münasibətləri mövcud olmamış, Təqsirləndirilən şəxs ilə Təhmasib Ağazadənin ailə üzvləri arasında əvvəllər heç bir münasibət olmamış və hadisəyə qədər bir-birilərini görməmiş və tanımamışdırlar. Həmçinin, aparılmış əməliyyat tədbirləri nəticəsində hər hansı şəxsin həmin cinayət hadisəsinin törədilməsində məlumatının, köməkçiliyinin, əlbirliyinin və iştirakçılığının olmadığı müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs hadisəyə qədər harada olması, narkotik vasitəni nə vaxt, haradan əldə etməsi və kimlərlə birlikdə qəbul etməsinin müəyyən olunması ilə bağlı əməliyyat yolu ilə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Tərtər rayon məhkəməsinin 17 avqust 2020-ci il tarixli 1078 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Tərtər rayon məhkəməsinə cinayət işi və ya təqsirləndirici material daxil olmamışdır. Tərtər rayon polis şöbəsinin 17 avqust 2020-ci il tarixli 184-17784-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Tərtər RPŞ-də müraciəti, təqsirləndirilməsinə dair cinayət işi və ya material yoxdur. Tərtər rayon polis şöbəsinin 28 dekabr 2020-ci il tarixli 184-25416-1220 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs barəsində Tərtər RPŞ-də müraciəti, təqsirləndirilməsinə dair cinayət işi və ya material yoxdur. Tərtər rayon məhkəməsindən 06 yanvar 2021-ci il tarixli 2325 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs barəsində Tərtər RPŞ-də müraciəti, təqsirləndirilməsinə dair cinayət işi və ya material yoxdur. “Tərtər rayon mərkəzi xəstəxanası” X29 daxil olmuş 03 iyul 2020-ci il tarixli, 407 nömrəli və 16 yanvar 2021-ci il tarixli, 23 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəstəlik ilə bağlı xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərinə müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır. “Tərtər rayon mərkəzi xəstəxanası” X29 daxil olmuş 16 yanvar 2021-ci il tarixli 24 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir xəstəlik ilə bağlı Tərtər RMX-na müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 04.07.2020-ci il tarixli 234 saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər – başın təpə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin sıyrığı, sağ said nahiyəsinin qançırı və sıyrığı, alın, sol göz yuvasıaltı ilə sol gicgah, sol bazu, sağ diz oynağı nahiyələrinin qançırları, sağ əlin İV-V barmaqlarının proksimal falanqalarının yerdəyişən sınığı vardır. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, ketmanla, yumruqla, təpiklə törənə bilər, müddəti 02 iyul 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 05.07.2020-ci il tarixli 233 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər – sol gözaltı nahiyəsinin, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin qançırları, sol bazunun 1/3-nin ön səthinin, sol bazunun ön-bayır səthinin, qarının sol yan səthinin, sol əlin baş barmaq nahiyəsinin arxa səthinin, sol dirsək oynağının arxa səthinin, sol saidin yuxarı 1/3-nin arxa-bayır səthinin, sağ bazunun orta 1/3-nin ön səthinin sıyrıqları vardır. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 02 iyul 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 04.07.2020-ci il tarixli 235 saylı rəyindən görünür ki, Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər – sağ bud nahiyəsinin qançırı və sıyrığı, sol bazu nahiyəsinin qançırı və sıyrığı vardır. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, ketmanla, yumruqla, təpiklə törənə bilər, müddəti 02 iyul 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 06.04.2021-ci il tarixli 41 saylı rəyindən görünür ki,X2 meyitinin məhkəmə-tibbi ekspertizasına və onun adına yazılmış tibbi sənədlərə əsasən iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq nəticəyə gəlinmişdir ki, X2 meyitinin bədənində aşağıdakı xəsarətlər – açıq kəllə-beyin travması, başın ənsə nahiyəsinin əzilmiş-çapılmış yarası, başın ənsə sümüyünün basılmış sınığı, baş-beyin qişalarına, baş-beyin toxumalarına və mədəciklərinə qansızması vardır. Həmin xəsarətlər həyatidir, çapıcı xüsusiyyətə malik olan çapıcı alətin təsirindən törənmişdir, ketmanla yetirilməsi istisna olunmur, müddəti 02 iyul 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X2 ölümünə səbəb kəllə qapağının sınığı ilə baş-beyin toxumalarına və mədəciklərinə qansızma olmuşdur. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 10-12 saat olar baş vermişdir. Materialların məhkəmə ekspertizasının 01.09.2020-ci il tarixli 16/591 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş X10 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X10 məxsus 01 ədəd şalvarın və 01 ədəd köynəyin üzərindən tapılmış xakki rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qırmızı və göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X10 məxsus 01 ədəd şalvarın və 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə-ballistik ekspertizasının 12 sentyabr 2020-ci il tarixli 16/591/592 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatlarını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilən ketman əldəqayırma üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı alətdir və soyuq silah hesab edilmir. Üzərində təyinatlarını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir.Tədqiqata təqdim edilmiş X2, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarların üzərində trasoloji zədə aşkar edilməmişdir. “Məhkəmə Psixiatrik Espertiza Mərkəzinin„ X30 15 fevral 2021-ci il tarixli 10 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamış, cinayət əməlini törətdiyi zaman emosional oyanıq vəziyyətdə olmuş, həmin vəziyyət onun hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, tənzimləyə bilməsinə neqativ təsir göstərmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən depressiv tipli üzvi affektiv pozuntudan əziyyət çəkmişdir. İstintaq orqanı tərəfindən aparılan araşdırmalara, cinayət işindəki ifadələrə, habelə narkoloji yoxlama və ekspertizasının nəticələrinə görə cinayət hadisəsini törətdiyi gün onun kannabinoid tərkibli narkotik vasitədən istifadə etdiyi və bununla əlaqədar olaraq əziyyət çəkdiyi üzvi affektiv pozuntunun gedişində arzuolunmaz dəyişikliyin baş verdiyi ehtimal olunur. Odur ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs müəyyən edilən depressiv tipli üzvi affektiv pozuntu qeyri-psixotik olduğundan məcburi müalicə tələb edən səviyyədə deyildir. Hal-hazırda psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs qarşı tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan depressiv pozuntunun dərinləşməməsi, psixotik xarakter qazanmaması, intihar fikirlərinin özünüöldürmə cəhdlərinə keçməməsi və digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Təqsirləndirilən şəxs müəyyən edilən depressiv tipli üzvi affektiv pozuntu qeyri-psixotik olduğundan onun hal-hazırda özünə və ətrafdakılara aşkar şəkildə zərər yetirmək təhlükəsi yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs depressiv tipli üzvi affektiv pozuntu formasında psixi pozuntudan əziyyət çəkməsi, suisidal cəhd edə biləcəyinin istisna olunmaması və neqativ təbiətli qeyri-əlverişli amillərin uzunmüddətli təsiri şəraitində belə bir patologiyanın dərinləşərək nisbətən ağır dərəcəyə keçə bilməsi nəzərə alınaraq həmin şəxsin istənilən şəraitdə vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. Maddi sübutların ekspertizasının 18 dekabr 2020-ci il tarixli 895/2020-MTBŞ saylı rəyindən görünür ki,şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu göstəricisi B(İİİ), X8 ABO sistemi üzrə qan qrupu göstəricisi O(İ), Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu göstəricisi O(İ)-dir. Ekspertizaya təqdim edilən bir ədəd ketman, mərhum Ömər Ağazadəyə məxsus şortik, qolsuz mayka, Zərərçəkmiş şəxs məxsus qadın köynəyi, şalvar, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə „H“ antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən də X10 və ya Zərərçəkmiş şəxs məxsus ola bilər. Ambulator məhkəmə-narkoloji ekspertizasının 08.07.2020-ci il tarixli 552 saylı rəyindən görünür ki, 08 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs sidiyində test üsulu ilə müayinə zamanı THC (kannabinoid) aşkar edilmişdir. Narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə 5-6 gün əvvəl qəbul etməyi uyğundur. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” 03.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tərtər Rayon Məhkəməsinin 04.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 iyul 2020-ci ildən hesablanmışdır. Tərtər Rayon Mərkəzi Xəstəxanasının 03.07.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərinə müraciət etməmiş və dispanser qeydiyyatında dayanmır. Tərtər şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.04.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də ailə üzvləri həyat yoldaşı X21, övladları X14, X17, X18 və X15 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ İV № 430346 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X15 23.04.2020-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X16r. AZ İİ № 924671 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X14 23.07.2012-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X16r. AZ İV № 082051 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X18 23.01.2018-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X16r. AZ İİİ № 082051 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X17 08.02.2016-cı il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X16r. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi barədə» 23.04.2021-ci il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs törətdiyi cinayətin aləti olan 01 ədəd ketman, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd boz rəngli şalvar, üzərində naxışlar və göy rəngli muncuqları olan 01 ədəd boz-qara rəngli bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli dizdən olan şalvar (şortik), onun dəsti 01 ədəd göy rəngli köynək, mərhum X10 məxsus 01 ədəd qırmızı rəngli qısaqol köynək, 01 ədəd yan hissəsi qırmızı, qara rəngli şalvar (şortik), hadisə yerinə baxış zamanı götürülmüş 04 ədəd pambıqda hopdurulmuş qan ləkələri və 01 tay göy rəngli uşaq ayaqqabısı (çəkələk) maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 istintaq orqanına təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Təkrar satsionar məhkəmə psixiatrik ekspertizasının 16.12.2021-ci il tarixli 163 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə “ÜZVİ ŞİZOFRENİYAYABƏNZƏR POZUNTU” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 06.2) formasında kəskin psixotik vəziyyət keçirmişdir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar sübut edir. Belə ki, Təqsirləndirilən şəxs 2012-ci ildə avtomobil qəzası nəticəsində qapalı kəllə-beyin travması almış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasında stasionar müayinədə olarkən “qapalı kəlləbeyin travmasından sonrakı ensefalopatiyası diaqnozu təyin edilmiş, ambulator qaydada dəfələrlə nevroloqa müraciət etmiş, ona antikonvulsant (qıcolma əleyhinə) dərman preparatı təyin olunmuşdur.Cinayət işi materiallarına əsasən Təqsirləndirilən şəxs təsvir edilən əməli törətdiyi dövrdə qəflətən heç bir səbəb olmadan özünü pis hiss etmiş, mağazaya daxil olduqdan sonra kiminsə onun üstünə gəldiyini düşünərək “məni sən başa düşərsən, qardaşın da gəlir, qoyma” kimi məntiqsiz fikir söyləmiş, ətrafdakıların üstünə qışqırmış, mağazadakı əşyaları dağıtmış, mağazadan çıxıb qaçaraq “Allahu-əkbər, Allahuəkbər” deyib qışqırmış, qiyamət günü olduğunu düşünmüş, sonradan tanımadığı adamların yaşadığı həyətə daxil olaraq hamını öldürəcəyi ilə hədələmış, pəncərə şüşələrini qırmış, qarşısına gələn şəxslərin kim olduğunun fərqinə varmadan azyaşlı X1 xəsarətlər yetirməklə onu amansızlıqla öldürmüşdür. Qeyd olunan əməli qiymətləndirərkən belə qənaətə gəlmək olur ki, Təqsirləndirilən şəxs davranışı şəraitə qeyri-adekvat olmuş, məqsədsiz xarakter daşımış, aqressiv və dağıdıcı hərəkətləri psixi pozuntu əlamətləri (kəskin yaranmış sayıqlama fikirləri, eşitmə hallüsinasiyaları) ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs keçirdiyi psixi pozuntu onun davranışını müəyyən etmiş, ətrafda baş verənləri təhrif olunmuş formada qavramasına və qiymətləndirməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda qeyd olunan “Üzvi şizofreniyayabənzər pozuntu” nəticəsində öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs baş beynin üzvi zədələnməsi nəticəsi olan şizofreniyayabənzər pozuntu kəskin başlamış, nisbətən qısa müddət davam etmişdir. Üzvi zəmində baş verən patologiyanın təzahürü olan kəskin psixotik əlamətlər sonradan affektiv sferanın pozulması (depressiya) ilə əvəzlənmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs “DEPRESSİV TİPLİ ÜZVİ AFFEKTİV POZUNTU” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.36) müəyyən edilir. Bunu şəxsi işində qeyd olunan istintaq təcridxanasındakı davranışına aid olan məlumatlar (təcridxanada saxlanıldığı müddətdə özünə və digər şəxslərə xəsarət yetirməyə, intihar etməyə meyilli olması), şöbədaxili müşahidə nəticələri (şöbədə müayinə olunduğu müddət ərzində geyiminə və təmizliyinə az fikir verməsi, ünsiyyətən çəkinməsi, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, əhvaliruhiyyəsinin aşağı olması, yuxusuzluqdan və baş ağrısından şikayətlənməsi) sübut edir.Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixlatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs, (qeyri normal hərəkətləri nəzərə alınmaqla) hər hansı bir psixi xəstəlikdən əzyyət çəkirmi? Əgər çəkirsə onda o, həmin cinayəti törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək imkanına malk olmuşdunmu? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldövründə “Üzvi şizofreniyayabənzər pozuntu formasında psixotik pozuntu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qərarda təsvir edilən və ona ittiham olunan cinayəti törədərkən psixotik halda olduğu üçün öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Sual 2. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşürmü və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı varmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməlini psixotik halda törətdiyi üçün həmin əməl barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür.Sual 3. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkirmi? Əgər çəkirsə hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək imkanına malikdirmi? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazirda “Depressiv tipli üzvi affektiv pozuntu kimi pozuntudan əziyyət çəkir. Bu pozuntu onu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından məhrum edir. Sual 4. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşürmü və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı varmı? Cavab. Əvvəlki suallar cavablandırılarkən qeyd edildiyi kimi, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təkrar komisyon satsionar məhkəmə psixiatrik ekspertizasının 12.03.2022-ci il tarixli 29 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət hadisəsini törədərkən ÜZVİ ŞİZOFRENİYAYABƏNZƏR POZUNTU (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 06.2) formasında kəskin psixotik vəziyyət keçirmişdir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar sübut edir. Belə ki, Təqsirləndirilən şəxs 2012-ci ildə avtomobil qəzası nəticəsində qapalı kəlləbeyin travması almış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasında stasionar müayinədə zamanı ona c...qapalı kəllə-beyin travmasından sonrakı ensefalopatiyasıə diaqnozu təyin edilmişdir. Bununla yanaşı ambulator qaydada dəfələrlə nevroloqa müraciət etmiş, ona antikonvulsant (qıcolma əleyhinə) dərman preparatı təyin olunmuşdur. Cinayət işi materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs təsvir edilən əməli törətdiyi dövrdə qəflətən heç bir səbəb olmadan özünü pis hiss etmiş, mağazaya daxil olduqdan sonra kiminsə onun üstünə gəldiyini düşünərək «məni sən başa düşərsən, qardaşın da gəlir, qoyma» kimi məntiqsiz ifadələr söyləmiş, ətrafdakıların üstünə qışqırmış, mağazadakı əşyaları dağıtmış, mağazadan çıxıb qaçaraq Allahu-əkbər, Allahu-əkbər deyib qışqırmış, qiyamət günü olduğunu düşünmüş, sonradan tanımadığı adamların yaşadığı həyətə daxil olaraq hamını öldürəcəyi ilə hədələmiş, pəncərə şüşələrini qırmış, qarşısına gələn şəxslərin kim olduğunun fərqinə varmadanazaşlı X1 xəsarətlər yetirməklə onu amansızlıqla öldürmüşdür. İ.Hüseynovun törətdiyi cinayət əməlini qiymətləndirərkən belə qənaətə gəlmək olur ki, onun davranışı şəraitə qeyri-adekvat olmuş, məqsədsiz xarakter daşımış, aqressiv və dağıdıcı hərəkətləri psixi pozuntu əlamətləri (kəskin yaranmış sayıqlama fikirləri, eşitmə hallüsinasiyaları) ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs keçirdiyi psixi pozuntu onun davranışını müəyyən etmiş, ətrafda baş verənləri təhrif olunmuş formada qavramasına və qiymətləndirməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli dövründə onda qeyd olunan «Üzvi şizofreniyayabənzər pozuntu» nəticəsində öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.Təqsirləndirilən şəxs baş beynin üzvi zədələnməsi nəticəsində yaranan şizofreniyayabənzər pozuntu kəskin başlamış, nisbətən qısa müddət davam etmişdir. Üzvi zəmində baş verən patologiyanın təzahürü olan kəskin psixotik əlamətlər sonradan affektiv sferanın pozulması (depressiya) ilə əvəzlənmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs DEPRESSİV TİPLİ ÜZVİ AFFEKTİV POZUNTU (psixi və davranış pozuntularının beynəlxakı təsnifatının 10-cu baxışında kodu F06.36) müəyyən edilir. Bunu şəxsi işində istintaq təcridxanasındakı davranışına aid qeyd olunan məlumatlar (fəcridxanada saxlanıldığı müddətdə özünə və digər şəxslərə xəsarət yetirməyə, intihar etməyə meyilli olması), hal-hazırkı psixiatrik müayinənin nəticələri (şöbədə müayinə olunduğu müddət ərzində geyiminə və səliqəsinə az fikir verməsi, ünsiyyətə meyili olmaması, özünə qapılması, əhvali-ruhiyyəsinin aşağı olması, başında olan sıxılmalardan, ağrılardan və yuxusuzluqdan şikayətlənməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə zamanı narahat və gərgin görünməsi, simasında qəmginlik ifadəsinin müşahidə olunması, produktiv verbal kontakt qurmaqda bir qədər çətinlik yaranması, söhbətə həvəssiz qoşulması, suallara bir qədər long cavablar verməsi, başı aşağı, gözləri bir nöqtəyə zillənmiş şəkildə oturması, ünsiyyət zamanı qeyri-fəal, öz aləminə qapılmış vəziyyətdə olması, təfəkkürü ləng tempdə olmaqla torpid xarakter daşıması, yaddaşında müəyyən qədər zəiflik, diqqətində dağınıqlıq, fikir cəmləmə qabiliyyətinin azalmasının müəyyən edilməsi, baş vermiş hadisələri xronoloii ardıcıllıqla çatdırmaqda çətinlik çəkməsi, emosional reaksiyalarında ümumən dəyişkənlik qeydə alnması, əhvali-ruhiyyə fonunda enmənin və mimikasında kədər ifadəsinin müşahidə edilməsi, söhbət zamanı motivasiyasının olmaması, maraq dairəsinin və alınan zövqün azalması, onun üçün əhəmiyyətli olan mövzularda danışdıqda belə maraq göstərməməsi, müayinə zamanı xarici görünüşündə düşkünlük, narahatlıq, daxili təşviş hissininin özünü büruzə verməsi, hərəkətlərində lənglik müşahidə olunması, hadisələrin gedişatını, necə baş verməsini xatırlaya bilməməsi, bu zaman gərginləşdiyinin müşahidə olunması, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibətinin yetərincə olmaması, ekspertizanın gedişinə və nəticəsinin necə olacağına maraq göstərməməsi, öz gələcək aqibətinə biganə yanaşması) sübut edir. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin halhazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman və hazırda hər hansı ruhi xəstəlikdən əziyyət çəkirmi? Cinayət əməlini törədərkən və hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olmuşdurmu və anlaqlı hesab edilirmi?Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda təsvir edilən və ona ittiham olunan cinayət əməlini törətdiyi zaman dövründə onda «Üzvi şizofreniyayabənzər pozuntu» formasında psixotik pozuntu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixotik vəziyyətdə olduğu üçün öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Hal-hazırkı müayinə zamanı Təqsirləndirilən şəxs Depressiv tipli üzvi affektiv pozuntun müəyyən edilir. Həmin - pozuntu Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək imkanından məhrum edir.Əgər onda psixi xəstəlik vardırsa, hadisə baş verən və hazırda psixi xəstəlik hansı mərhələdə olub?Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən Üzvi şizofreniyaya bənzər pozuntu formasında kəskin psixotikvəziyyət keçirmişdir. Təqsirləndirilən şəxs üzvi şizofreniyayabənzər pozuntu əsasən üzvi mənşəli paranoid vəziyyətlə özünü göstəmişdir. Psixoproduktiv simptomatika bir aydan artıq davam etmədiyindən həmin vəziyyət şizofreniyaya keçməmişdir. Lakin Təqsirləndirilən şəxs psixotik vəziyyətdən çıxdıqdan sonra baş verənləri qəbul edə bilməməsi, bununla əlaqədar olaraq əhvali-ruhiyyəsinin əhəmiyyətli dərəcədə enməsi səbəbindən onda «Depressiv tipli üzvi affektiv pozuntu» formalaşmışdır. Əgər onda psixiki pozuntu olubsa, cinayət hadisəsini törətdiyi gün onun kannabinoid tərkibli narkotik vasitədən istifadə etməsi həmin xəstəliyə hansı formada təsir göstərə bilərdi və öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarın məhdudlaşdıra bilərdimi? Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman üzvi şizofreniyayabənzər pozuntudan əziyyət çəkmişdir. Cinayət hadisəsini törətdiyi gün Təqsirləndirilən şəxs kannabinoid tərkibli narkotik vasitədən istifadə etməsi onun psixi vəziyyətinə təsir edərək psixotik vəziyyətinin pisləşməsinə və kəskinləşməsinə səbəb olmuşdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, elmi ədəbiyyatlardakı məlumata görə, kannaboid tərkibli psixoaktiv maddələrin kiçik dozasının qəbulu belə psixi cəhətdən sağlam insanda psixotik vəziyyətin (izləmə, təqib sayıqlamaları, hallüsiyasiyalar və s.) yaranmasına gətirib çıxarda bilər. Təqsirləndirilən şəxs mərkəzi sinir sisteminin travmaya məruz qaldıqdan sonra bir sıra üzvi dəyişikliklərə uğraması onda kəskin psixotik vəziyyətin formalaşmasına təkan vermişdir.15.02.2021-ci il tarixli stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə 16.12.2021-ci il tarixli təkrar stasionar məhkəmə-psixiafrik ekspertizasının rəyi arasında mövcud olan Təqsirləndirilən şəxs qoyulmuş diaqnozların fərqliliyi nə ilə izah oluna bilər? Həmin diaqnozların fərqliliyi o cümlədən, cinayət hadisədən sonra Təqsirləndirilən şəxs kannabinold tərkibli narkotik vasitədən istifadə etməməsi səbəbindən mümkündürmü? Həm 15.02.2021-ci il tarixli stasionar məhkəmə-psixiatrik ekspertizasının, həm də 16.12.2021-ci il tarixli təkrar stasionar məhkəmə-psixlatrik ekspertizasının rəylərində yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti nəzərə alınaraq ona Depressiv tipli üzvi affektiv pozuntus diaqnozu qoyulmuşdur. Bununla yanaşı, 16.12.2021ci il tarixli təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının rəylərində yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən Üzvi şizofreniyayabənzər pozuntu formasında kəskin psixotik vəziyyət keçirdiyi göstərilmişdir. Belə ki, 15.02.2021-ci il tarixli ekspertizanın keçirilməsindən sonrakı dövrdə məhkəmə tərəfindən aparılmış araşdırılmalar nəticəsində Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən onun kəskin psixotik vəziyyət keçirdiyini təsdiqləməyə imkan verən şahid ifadələri toplanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə iclası protokollarındakı şahid ifadələrinin təhlili zamanı Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi dövrdə kəskin psixotik vəziyyət keçirməsi qənaətinə gəlinmişdir. Təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının 16.12.2021-ci il tarixli rəyində bu nüanslar əsas götürülmüş, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədənədək üzvi psixi patologiyadan əziyyət çəkdiyi və müvafiq medikamentoz müalicə aldığı, həmçinin hadisəni törətməzdən bilavasitə qabaq-kamnabinoid tərkibli narkotik vasitədən istifadə etməsindən ondakı psixotik vəziyyətin kəskinləşdiyi nəzərə alınmış, mövcud klinik mənzərənin şizofreniyaya bənzədiyi aşkarlandığından. nəticə olaraq Üzvi şizofreniyayabənzər pozuntu diaqnozu qoyulmuşdu .Təqsirləndirilən şəxs aşkar edilmiş üzvi şizofreniyaya bənzər pozuntun əvvəllər müayinə zamanı hansı səbəbdən aşkar edilməmişdir? Və onda olan psixi pozuntu sonradan ağırlaşmışdırmı? Əgər ağırlaşmışdırsa səbəbləri nə ilə bağlı olmuşdur? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 16.12.2021-ci il tarixli təkrar stasionar məhkəməpsixiatrik ekspertizasının rəyində müayinə zamanı onun törətdiyi əməl dövründə Üzvi şizofreniyayabənzər pozuntu formasında psixotik pozuntudan əziyyət çəkdiyi müəyyən edilmişdir. Bundan əvvəlki sual cavablandırılarkən artıq qeyd edildiyi kimi, məhkəmə araşdırması zamanı verilən şahid ifadələri belə bir diaqnozun qoyulmasına imkan yaradan kifayət qədər etibarlı bir material kimi ekspert komissiyası tərəfindən əsas olaraq götürülmüşdür. Təqsirləndirilən şəxs hal-hazırda Depressiv tipli üzvi affektiv pozuntuə olması məsələsinə əvvəlki suallar cavablandırılarkən artıq aydınlıq gətirilmişdir. 16.12.2021-ci il tarixli təkrar stasionar məhkəmə-psixlatrik ekspertizasının rəyi ilə müəyyən edilmiş ixtisaslaşıdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair gəlinmiş nəticə Təqsirləndirilən şəxs aşkar edilmiş hansı psixi pozuntu ilə bağlı olmuşdur? Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı Depressiv tipli üzvi affektiv pozuntu aşkar edilmişdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. 16.12.2021-ci il tarixli təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə ixtisaslaşdırılmış psixtatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair gəlinmiş nəticə Təqsirləndirilən şəxs aşkar edilən Depressiv tipli üzvi affektiv pozuntup ilə bağlı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs «Depressiv tipli üzvi affektiv pozuntu» formasında psixi pozuntudan əziyyət çəkməsi, suisidal cəhd edə biləcəyinin istisna olunmaması və neqativ təbiətli qeyri-əlverişli amillərin uzunmüddətli təsiri şəraitində belə bir patologiyanın dərinləşərək nisbətən daha ağır dərəcəyə keçə bilməsi nəzərə alınaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin zəruriliyini göstərir. Beləliklə, məhkəmə tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “Depressiv tipli üzvi affektiv pozuntu” kimi psixi pozuntu nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyərək və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 221.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 221.1 və 228.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədərkən anlaqsız olmaqla öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını və barəsində məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməli olmasını sübuta yetirilmiş hesab edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən o, cinayət məsuliyyətindən və cəzadan azad edilməklə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08.11.2012-ci il tarixli 8 saylı qərarının 14-cü maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Cinayət işindəki ekspertiza rəylərinə, həmçinin Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Tərtər rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd boz rəngli şalvar,təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli dizdən olan şalvar (şortik), onun dəsti 01 ədəd göy rəngli köynək, zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, mərhum X10 məxsus 01 ədəd qırmızı rəngli qısaqol köynək, 01 ədəd yan hissəsi qırmızı, qara rəngli şalvar (şortik), zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, eləcə də cinayətin aləti olan 01 ədəd ketman, üzərində naxışlar və göy rəngli muncuqları olan 01 ədəd boz-qara rəngli bıçaq, hadisə yerinə baxış zamanı götürülmüş 04 ədəd pambıqda hopdurulmuş qan ləkələri və 01 tay göy rəngli uşaq ayaqqabısı dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli, 127 (yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 344-348, 356 və 468 - 477 -ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 221.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin və haqqında ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Tərtər rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd boz rəngli şalvar, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli dizdən olan şalvar (şortik), onun dəsti 01 ədəd göy rəngli köynək, zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, mərhum X10 məxsus 01 ədəd qırmızı rəngli qısaqol köynək, 01 ədəd yan hissəsi qırmızı, qara rəngli şalvar (şortik), zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, eləcə də cinayətin aləti olan 01 ədəd ketman, üzərində naxışlar və göy rəngli muncuqları olan 01 ədəd boz-qara rəngli bıçaq, hadisə yerinə baxış zamanı götürülmüş 04 ədəd pambıqda hopdurulmuş qan ləkələri və 01 tay göy rəngli uşaq ayaqqabısı dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli, 127 (yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(100)-39/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-39/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver