Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-39/2023 24.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx xxxxx 2000-ci ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2021-ci ilin aprel ayında Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində yerləşən ada tipli torpaq sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 8227 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2021-ci il tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsindəki ada tipli torpaq sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib-becərdiyi, xüsusi aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 8227 ədəd, tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri özlərinin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, bir azyaşlı övladı vardır, əvvəllər məhkum olunmuşdır, rəsmi olaraq heç yerdə işləmir. Təxminən 2 ildir narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitələri yaşadığı kəndin ərazisində olan yabanı halda bitən kollardan yığmış və ya rayon ərazisində başqa şəxslərdən alıb istifadə etmişdir. Narkotik vasitə aldığı şəxslərin anket məlumatları maraqlı olmadığına görə deyə bilmir. Narkotik vasitə bitkilərini əkmək qərarına gəlmiş, bu barədə tanışı həmkəndlisi Təqsirləndirilən şəxs1 ona təklif etmiş, onunla razılaşmış və oturub bu barədə danışıb kəndin ərazisində olan Kür çayıın sahilindəki torpaq sahəsində çətənə kolları əkmək qərarına gəlmişlər. Bu barədə heç kimə məlumat verməmişlər və həmin torpaq sahəsinə bir neçə dəfə gedib oraya baxmışlar. Oraya baxanda ətrafda başqa şəxslər olmamışdır. Hər ikisi narkotik vasiotə olan marixuanadan istifadə etdikləri üçün hər dəfə çəkdikləri narkotik vasitənin toxumlarını yığmışlar. Beləliklə əllərində xeyli miqdarda çətənə toxumları olmuşdur. Bundan başqa rayon ərazisində yabanı halda bitən çətənə kollarından toxumlar yığıb saxlamışlar. Birlikdə internet saytlarında çətənə birkilərinə hansı qaydada qulluq edilməsinə baxıb öyrənmişlər. Bu hadisələr 2020-ci ilin payız aylarında baş vermişdir. 2021-ci ilin mart ayının 15-də əvvəlcədən baxdıqları torpaq sahəsinə gedib orada çətənə toxumlarını əkib onlara su vermişlər. Bundan bir neçə gün sonra həmin yerə gedib yenə toxumlara su vermişlər. Toxumları əkdikdən təxminən 20 gün sonra onların cücərdiklərinin şahidi olmuşlar və toxumlar cücərdiyinə görə ştilləri çıxarıb başqa yerdə əkmək qərarına gəlmişlər. 2021-ci ilin aprel ayının ortalarında həmin yerə getmişlər və cücərən ştilləri çıxarıb cərgə ilə əkməyə başlamışlar. Ştilləri əkdikdən sonra onlara mütəmadi olaraq qulluq edərək onlara su vermişlər, diblərini belləmişlər, gübrələmişlər. Həmin ştillərə suyu isə əkin yerinin yanında olan Kür çayından təmin etmişlər. Orada bəzi kollar hündür olsa da, bəziləri balaca olmuşdur. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Tayfunla çətənə kolları əkdikləri torpaq sahəsində işləmək üçün gedən zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuşlar, özlərini təqdim edərək anket məlumatlarını qeyd etmişlər, həmin şəxslər də DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyib onların külli miqdarda çətənə kolları əkdikləri barədə onlarda məılumat olduğunu demişlər. İfşa olunduqlarını bilib törətdikləri əməli etiraf edərək yaşadığımız kəndin ərazisində çətənə kolları əkdiklərini etiraf etmişlər və oraya baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra onlara mülki geyimdə 3 nəfər şəxs təqdim olunaraq onların baxışda iştirak edəcək hal şahidləri olduqlarını demişlər və onları tanıyıbtanımadıqlarını, ədavətlərinin, düşmənçiliklərinin olub-olmamasını soruşmuşlar. Həmin şəxsləri tanımadıqlarını, düşmənçiliklərinin, ədavətlərinin olmadığını demişlər. Bundan sonra ərizə yazıb çətənə kollarını əkdikləri torpaq sahəsinə getmişlər. Onların, hal şahidlərinin və aqronomun iştirkakı ilə baxış keçirilmiş və baxış zamanı orada olan kollar kökündən çıxarılaraq sayılmışdır. Bundan sonra digər adaya baxış keçirilmiş və orada olan kollar da yığılıb sayılmışdır. Sorğu zamanı həmin adada olan çətənə kollarının onlara məxsus olmadığını demişlər, lakin ilkin yerin onlara məxsus olduğunu bildirmişlər. Həmin kollara aqronom baxış keçirmiş və onlara qulluq edildiyini bildirmişdir. Bundan sonra birlikdə Ağdaş RPŞ-nə dəvət edilmişlər. Orada vəkillərlə təmin olunub və üzərilərinə baxış keçiriləcəyi izah edilmişdir. Şəxsi axtarış zamanı üzərilərindən mobil telefonlar aşkar edilmiş, telefonlar da götürülmüşdür. Bundan sonra müvafiq sənədləşmə işləri aparılmışdır.Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, subaydır, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç yerdə işləmir. Təxminən 2 ildir narkotik vasitə olan marixuanadan istifadə edir, narkotik vasitələri yaşadığı kəndin ərazisində olan yabanı halda bitən kollardan yığmış və ya rayon ərazisində başqa şəxslərdən alıb istifadə etmişdir. Yaşadığı Ağdaş rayonu, Pirəzə kəndi ərazisində narkotik vasitə bitkilərini əkmək qərarına gəlmiş, bu barədə tanışı, həmkəndlisi Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Oturub bu barədə danışmışlar və kəndin ərazisində olan Kür çayıın sahilindəki torpaq sahəsində çətənə kolları əkmək qərarına gəlmişlər. Bu barədə heç kimə məlumat verməmişlər və həmin torpaq sahəsinə bir neçə dəfə gedib oraya baxmışlar. Oraya baxanda ətrafda başqa şəxslər olmamış, hər ikisi narkotik vasitə olan marixuanadan istifadə etdikləri üçün hər dəfə çəkdikləri narkotik vasitənin toxumlarını yığmışlar. Bundan başqa rayon ərazisində yabanı halda bitən çətənə kollarından toxumlar yığıb saxlamışlar. Birlikdə internet saytlarında çətənə bitkilərinə hansı qaydada qulluq edilməsinə baxıb öyrənmişlər. Bu hadisələr 2020-ci ilin payız aylarında baş vermiş, 2021-ci ilin mart ayının 15-də əvvəlcədən baxdıqları torpaq sahəsinə gedib orada çətənə toxumlarını əkib onlara su vemişlər. Bundan bir neçə gün sonra həmin yerə gedib yenə toxumlara su vermişlər. Toxumları əkəndən təxminən 20 gün sonra onların cücərdiklərinin şahidi olub toxumlar cücərdiyinə görə ştilləri çıxarıb başqa yerdə əkmək qərarına gəlmişlər. 2021-ci ilin aprel ayının ortalarında həmin yerə getmişlər və cücərən ştilləri çıxarıb cərgə ilə əkməyə başlamışlar. Ştilləri əkdikdən sonra onlara mütəmadi olaraq qulluq edərək onlara su vermişlər, diblərini belləmişlər, gübrələmişlər və s. Həmin ştillərə suyu isə əkin yerinin yanında olan Kür çayından təmin etmişlər. Beləliklə kolların kifayət qədər böyüməsini təmin etmişlər. Orada bəzi kollar hündür olsa da, bəziləri balaca olmuşdur. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Çingizlə çətənə kolları əkdikləri torpaq sahəsində işləmək üçün gedən zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuşlar. Özlərini təqdim edərək anket məlumatlarını qeyd etmişlər, həmin şəxslər də DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyib onların külli sayda çətənə kolları əkdikləri barədə onlarda məılumat olduğunu demişlər. İfşa olunduqlarını bilib törətdikləri əməli etiraf edərək yaşadığımız kəndin ərazisində çətənə kolları əkdiklərini etiraf etmişlər və oraya baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra onlara mülki geyimdə 3 nəfər şəxs təqdim olunaraq onların baxışda iştirak edəcək hal şahidləri olduqlarını demişlər və onları tanıyıb-tanımadıqlarını, ədavətlərinin, düşmənçiliklərinin olubolmamasını soruşmuşlar. Həmin şəxsləri tanımadıqlarını, düşmənçiliklərinin, ədavətlərinin olmadığını demişlər. Bundan sonra ərizə yazıb çətənə kollarını əkdikləri torpaq sahəsinə getmişlər. Onların, hal şahidlərinin və aqronomun iştirkakı ilə baxış keçirilmiş və baxış zamanı orada olan kollar kökündən çıxarılaraq sayılmışdır. Bundan sonra digər adaya baxış keçirilmiş və orada olan kollar da yığılıb sayılmışdır. Sorğu zamanı həmin adada olan çətənə kollarının onlara məxsus olmadığını demişlər, lakin ilkin yerin onlara məxsus olduğunu bildirmişlər. Həmin kollara aqronom baxış keçirmiş və onlara qulluq edildiyini bildirmişdir. Bundan sonra birlikdə Ağdaş RPŞ-nə dəvət edilmişlər. Orada vəkillərlə təmin olunub və üzərilərinə baxış keçiriləcəyi izah edilmişdir. Şəxsi axtarış zamanı üzərilərindən mobil telefonlar aşkar edilmiş, telefonlar da götürülmüşdür. Bundan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 14 iyun 2021-ci il tarixdə Ağdaş rayonu Pirəzə kənd sakimləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. 15 iyun 2021-ci il tarixdə Ağdaş rayonuna çatıb Ağdaş RPŞ-nə getmişlər. PŞ-in bir qrup əməkdaşı onlarla birlikdə keçiriləcək əməliyyat-axtarış tədbirlərində onlara köməklik göstərmələri barədə tapşırıq verilmişdir. Həmin tarixdə həmin şəxsləri müəyyən etmək məqsədilə yaşadıqları Ağdaş rayonu, Pirəzə kəndinə yola düşüb kəndə çatmışlar. Həmin gün saat 11:30-da kəndin ərazisində piyada hərəkət edən xarici görünüşlərinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oxşar şəxslərin olması müşahidə edilmiş, həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını deyib onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqlarını bildirmiş və anket məlumatlarını qeyd etmişlər. Həmin şəxsləri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etmişlər və onların qanunsuz olaraq tərkibində narkotik təbiətli bitkiləri külli miqdarda kultivasiya etmələri barədə məlumat daxil olduğunu demişlər. Həmin şəxslər dediklərini təsdiq edərək, Kür çayının yaşadıqları kəndin ərazisindən keçən hissəsindəki adaların birində çətənə bitkiləri əkdiklərini qeyd etmişlər. Həmin yeri göstərmələrini xahiş olunmuş, bundan sonra aqronom və baxışda iştirak etməsi üçün 3 nəfər hal şahidləri dəvət olunmuşdur. Bundan sonra birlikdə adaların birinə lotka vasitəsilə getmişlər. Oraya çatan zaman təhqiqatçı videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini qeyd etmiş, həmin şəxslər etiraz etməmiş və bu zaman baxış başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adalarda olan birtkiləri təqdim edərək həmin bitkilərin çətənə bitkiləri olduğunu demiş, bu zaman aqronom həmin bitkilərə baxış keçirmiş və bitkilərin narkotik təbiətli çətənə bitkiləri olduğunu qeyd edərək həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Orada şərait olmadığı üçün təhqiqatçı videoçəkilişi dayandırmış və həmin kollar orada iştirak edən şəxslər vasitəsilə torpaqdan çıxarılmağa başlanmışdır. Həmin bitkilər torpaqdan çıxarılmış və orada ümumilikdə 8227 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunmuş bitkiləri birlikdə kultivasiya etdiklərini bildirmişlər. Bundan sonra birlikdə Ağdaş RPŞ-in inzibati binasına gəlmişlər. Orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilib üzərilərinə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağı bildirilmiş, onlar etiraz etməmişlər. Bundan sonra təhqiqatçı vəkilllərin siyahsını onlara təqdim etdikdə həmin şəxsər istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiklərini demişlər. Bundan sonra 2 nəfər vəkil dəvət edilmiş və həmin şəxslərə təqdim olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərindən qanunsuz əşya aşkar olunmamış, bundan sonra videoçəkiliş dayandırılmış, baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, həmin protokolu hər bir iştirakçı kimi imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və X31 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir və fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmamışdır. 15 iyun 2021-ci il tarixdə həmkəndliləri Şahid9 Əlihəsən oğlu və Şahid10 ilə yaşadıları kəndin yaxınlığında yerləşən “Ləki Market” adlanan yerin yaxınlığında olan zaman bir neçə polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmiş və adlarını soruşmuşdur. Hər biri anket məlumatlarını qeyd etmiş, bundan sonra polis əməkdaşları iki nəfər şəxsin Kür çayının Ağdaş rayonu, Pirəzə kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etmələri barədə məlumat daxil olduğunu deyərək onların həmin əraziyə keçiriləcək baxışda hal şahidi kimi iştirak etmələrni xahiş etmişlər. Onlara etiraz etməmişlər və bundan sonra birlikdə Ağdaş Rayonu, Pirəzə kəndi ərazisinə getmişlər. Orada polis əməkdaşları iki nəfər şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və ondan anket məlumatlarını soruşmuşlar. Bu zaman həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını demiş və anket məlumatlarını qeyd etmişdir. Bundan sonra polis əməkdaşları onları həmin şəxslərə təqdim edərək onları tanıyıb-tanımadıqlarını, düşmənçiliklərinin olub-olmadığını soruşmuş, həmin şəxslər onları tanımadıqlarını, ədavətlərinin və düşmənçiliklərinin olmadığını bildirmişlər. Həmin sullar onlardan də soruşulmuş və onları tanımadıqlarını, ədavətlərinin və düşmənçiliklərinin olmadığını demişlər. Bundan sonra polis əməkdaşları həmin şəxslərdən narkotik bitkiləri əkib-əkmədiklərini, əgər əkmişlərsə yerini göstərmələrini xahiş etmiş, bundan sonra həmin şəxslər adların birində çətənə bitkiləri əkdiklərini təsdiq etmiş və oranı göstərəcəklərini demişlər. Bundan sonra həmin yerə lotka vasitəsilə getmişlər. Oraya çatan zaman təhqiqatçı videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini qeyd etmiş, həmin şəxslər etiraz etməmiş, bu zaman baxış başlanmış və baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adalarda olan bitkiləri təqdim edərək həmin bitkilərin çətənə bitkiləri olduğunu demişlər. Bu zaman aqronom həmin bitkilərə baxış keçirmiş və bitkilərin narkotik təbiətli çətənə bitkiləri olduğunu qeyd edərək həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Orada şərait olmadığı üçün təhqiqatçı videoçəkilişi dayandırmış və həmin kollar orada iştirak edən şəxslər vasitəsilə torpaqdan çıxarılmağa başlanmışdır. Həmin bitkilər torpaqdan çıxarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin adadakı kolları birlikdə kultivasiya etdiklərini qeyd etmişlər. Bundan sonra birlikdə Ağdaş RPŞ-in inzibati binasına gəlmişlər. Orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah edilib üzərilərinə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağını bildirilmiş, onlar etiraz etməmiş və vəkillər dəvət olunmuşdur. Bundan sonra 2 nəfər vəkil dəvət edilmiş və həmin şəxslərə təqdim olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərindən qanunsuz əşya aşkar olunmamış, sonra videoçəkiliş dayandırılmış, baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, həmin protokolu hər bir iştirakçı kimi imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Əlihəsən oğlu və Şahid10 şahid X8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. xx.xx.2021-ci il tarixli Raportdan görünür ki, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 və Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək Ağdaş rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 və Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək Ağdaş rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən əməliyyat qrupu yaradılması barədə qərar qəbul olunmuşdur. “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Kür çayında yerləşən torpaq sahələrinə baxış keçirilən zaman 02 ədəd ada tipli torpaq sahələrindən külli miqdarda aqrotexniki qaydada qulluq edərək yetişdirilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür xx.xx.2021-ci il tarixli Mütəxəssis rəyindən görünür ki, 15 iyun 2021-ci il tarixdə Ağdaş rayonu, Pirəzə kəndində yerləşən Kür çayındakı 2 ədəd adaya baxış zamanı həmin adanın müxtəlif hissələrində çətənə bitkiləri, kolları aşkar olundu. Həmin kolların ən kiçiyinin uzunluğu, 1,5 metr ən böyüyünün uzunluğu isə 3 metr olması müəyyən edildi, bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər kollardır, bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir, dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. böyük adadan aşkar edilmiş kolların sayı 8227 ədəd, kiçik adadan aşkar edilmiş kolların sayının isə 5780 ədəd olmaqla ümumilikdə cəm sayının 14007 ədəd olması müəyyən edilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilmədən öncə aqronom alim X32 baxış zamanı aşkar edilmiş çətənə koluna bənzər kolara aqro texniki qaydada qulluq edildiyini həmin kolların 8221 ədədinin 1 ci adadan aşkar edildiyini, 5780 ədədinin isə ikinci adadan aşkar edilmiş ümumilikdə hər iki adadan 14007 ədəd çətənə koluna bənzər kollar aşkar edilərək götürüldüyünü bildirdi. Burada olan zaman ilk növbədə X41 oguunun üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı onun əynində olan qara rəng şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar edilsə də digər ciblərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 izah edilməklə ona məxsus olan mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün gölürüldü.Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçırıldı. Şəxs axtarış zamanı sonuncunun əynində olan qara rəngli şortunun sağ yan cibindən 1 ədəd “Xiaomi” markalı mobil telefon aşkar edilsə də digər hər hansı əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs1 izah edilməklə ona məxsus olan mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, 15 iyun 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Ağdaş RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu Pirəzə kənd sakinləri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim etdiyi nisbətən böyük ölçülü adadan aşkar olunan ümumilikdə 8227 ədəd, 12 270 kq çəkidə, ölçüləri 150 sm-dan 300 sm-dək olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri 71 ədəd bağlamada, sonuncuların təqdim etdiyi nisbətən kiçik ölçülü adadan isə 5780 ədəd, 8650 kq çəkidə, ölçüləri 150 sm-dan 300 sm-dək olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri 22 ədəd bağlamada Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X24 17/435 nömrəli rəyi ilə 3 nömrəli möhürlə qablaşdırılmışdır. Ümumilikdə qeyd olunan 93 ədəd bağlamada narkotik tərkibli çətənə (kannabis) bitkiləri Ağdaş RPŞ-nın saxlancına təhvil verilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 17/435 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş bağlamanın içərisində hündürlükləri 150 sm-dən 300sm-dək, ümumi təmiz çəkiləri – 12270 kiloqram olan 8227 (səkkiz min iki yüz iyirmi yeddi) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Tədqiqata təqdim olunmuş ümumi sayları 14007 (on dörd min yeddi) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər.Aqronom mütəxəssis Arif Səmədovun 15 iyun 2021-ci il tarixli rəyinə əsasən 14007 (on dörd min yeddi) ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir.Qeyd: çətənə bitkilərinin ümumi təmiz çəkisi – 20920 kq, tədqiqata sərf edildi – 6.00 qr, (120 ədəd bitkidən 0,05 qr) qalıq – 20919 kq 994 qr. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3401 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3391 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2021-ci il tarixli Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 başqa cinayətlərdə iştiraklarını, həmin şəxslərin cinayət hadisəsini törədən zaman onlara köməklik etmiş şəxslərin, eləcə də cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmamışdır. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli, 19532 nömrəli müşayiət məktubu əsasında alınmış 01 ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə **********73 mobil nömrəyə “Ay ussa niye bele edirsen senin adinnan sey gelir bakiya balamin cani 100 qramdi” və xx.xx.2021-ci il tarixdə **********12 nömrəsindən Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***- ***-**-** nömrəyə “Ay qa axsam 2sini 30m karofqa vermisem seher pulunu vereceydi sene gondereceydim deyir ay qa bular yaramir karofqalar ele gelmir qalanini ozum cekecem zede pis vezyetde qoydum sen ol 1ci gununen o terefe qalmiyacaq.allah haqi.opurem goruserik” məzmunlu smslər göndərilməsi müəyyən edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakcell MMC-dən daxil olmuş diskə baxış zamanı 01 ədəd CD diskdə Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin sahibi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və telefon nömrəsinin sahibinə dair məlumatların olması müəyyən edildi. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazı dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən Ağdaş rayon Pirəzə kəndində qeydiyyatdadır və həmin kənddə nənəsi X9, atası, X13, anası X7, qardaşı X33, arvadı X14 və övladı xx.xx.2020-ci il təvəllüdlü X18 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazı dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən Ağdaş rayon Pirəzə ində qeydiyyatdadır və və həmin kənddə atası X3, anası X15, qardaşı X22 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Azərbaycan Memamarlıq və İnşaat Universitetinin tərəfindən verilmiş qiymət kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 inşaat mühəndisliyi ixtisası üzrə təhsil alır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 iyun 2021-ci il tarixdən hesablansın. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 iyun 2021-ci il tarixdən hesablansın. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində xüsusi aqrotexniki qaydada yetişdirib kultivasiya etdikləri 8227 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və DİN-in Ağdaş RPŞ-nin sübutların saxlanma kamerasına təhvil verilmiş, 04 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X16, X26, X10, X34, X4, X5 və X23 barələrində Azərbaycan Respublikası CM-in 234.2, 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə, düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiklərindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində yerləşən ada tipli torpaq sahəsində əkdikləri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X11 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İİİ siyahısnda Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin adı və miqdarı göstərilmişdir. Həmin qanunan əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər-çətənə növlü bitkilər- küllü miqdar 16 ədəd nəzərdə tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində yerləşən ada tipli torpaq sahəsində əkdikləri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin sayı küllü miqdar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, universitet tələbəsi olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu maddənin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Ağdaş Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində xüsusi aqrotexniki qaydada yetişdirib kultivasiya etdikləri 8227 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X6 X11 üzrə Dövlət Komissiyasının Daimi X30 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 04 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 15 iyun 2021-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 15 iyun 2021-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Ağdaş Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Kür çayının Bərdə rayonunun ərazisindən keçən hissəsində xüsusi aqrotexniki qaydada yetişdirib kultivasiya etdikləri 8227 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X6 X11 üzrə Dövlət Komissiyasının Daimi X30 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 04 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-39/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-39/2023
24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver