Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-39/2024 12.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, 23 avqust 1980-ci ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu Xıdırlı kəndində daimi, Bərdə rayonu Böyük Göyüşlü kəndində müvəqqəti qeydiyyatda olmaqla ünvan 1da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının ortalarında istintaqla müəyyən edilə bilinməyən vaxt və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ Siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 07 (yeddi) ədəd göy rəngli sellofan bükümlərə ayrılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,146 qram, 0,127 qram, 0,186 qram, 0,218 qram, 0,225 qram, 0,174 qram, 0,116 qram olmaqla ümumi təmiz çəkisi 1,192 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, həmin Qanunun İ Siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 04 (dörd) ədəd sellofan və 01 (bir) ədəd gümüşü kağız bükümlərə ayrılmış ayrı-ayrılıqda təmiz çəkiləri 20,288 qram, 4,954 qram, 6,970 qram, 0,875 qram, 0,406 qram olmaqla ümumi təmiz çəkisi 33,493 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, həmçinin həmin Qanunun İİ Siyahısına əsasən külli miqdarda, yəni 16 (on altı) ədəd sellofan bükümlərə ayrılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,546 qram, 0,520 qram, 0,227 qram, 0,403 qram, 1,684 qram, 0,662 qram, 0,272 qram, 0,657 qram, 0,285 qram, 0,289 qram, 0,288 qram, 0,263 qram, 0,284 qram, 0,284 qram, 0,258 qram, 0,259 qram olmaqla ümumi təmiz çəkisi 5,485 qram olan, ümumilikdə 7,181 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib həmin bükümlərdən 0,546 qram, 0,520 qram, 0,227 qram, 0,403 qram olmaqla ümumi təmiz çəkisi 1,696 qram psixotrop maddə olan metamfetamini özünə məxsus pul kisəsinə yerləşdirib idarə etdiyi VAZ 21150 markalı, ** UE *** dövlət qeydiyyat nişanlı minik avtomobilində daşıyıb həmin avtomobilin qarşı sağ oturacağının üzərində həmin pul kisəsində xx.xx.2022-ci il saat 21 radələrinədək, ayrıayrılıqda təmiz çəkiləri 0,146 qram, 0,127 qram, 0,186 qram, 0,218 qram, 0,225 qram, 0,174 qram, 0,116 qram olmaqla ümumi təmiz çəkisi 1,192 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, ayrı-ayrılıqda təmiz çəkiləri 20,288 qram, 4,954 qram, 6,970 qram, 0,875 qram, 0,406 qram olmaqla ümumi təmiz çəkisi 33,493 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, ayrı-ayrılıqda təmiz çəkiləri 1,684 qram, 0,662 qram, 0,272 qram, 0,657 qram, 0,285 qram, 0,289 qram, 0,288 qram, 0,263 qram, 0,284 qram, 0,284 qram, 0,258 qram, 0,259 qram olmaqla ümumi təmiz çəkisi 5,485 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini isə yaşadığı Ağdam rayonu ikinci Baharlı qəsəbəsi 536 saylı evin yataq otağına daşıyıb 2 (iki) ədəd üzərinə “Rhotmans” yazısı yazılmış siqaret qutusuna yerləşdirib həmin otaqda xalçanın altında xx.xx.2022-ci il saat 01 radələrindək, yəni Ağdam rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunub götürülənədək qəsdən satış məqsədi ilə külli miqdarda psixotrop maddə və narkotik vasitələri qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotk vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində adını bilmədiyi şəxsdə özü qəbul etmək üçün 4 büküm psixotrop maddə (metamfetamin) almış və pul kisəsinə qoyaraq özü ilə götürmüşdür. Sonra Bərdə rayonuna getmək məqsədi ilə eyni qəsəbədə yaşadığı tanışı Şahid6 idarə etdiyi “VAZ-21150” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili Şəmsidən xahiş edərək idarə etmək məqsədi ilə götürmüşdür. Həmin avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “X13” adı ilə fəaliyyət göstərən aptekin qarşısında dayanıb orada yerləşən mağazaya getmək istəyəndə polis əməkdaşları ona özlərini təqdim edərək X4 dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib Ağdam RPŞ-yə dəvət etmişlər. Üzərinə və avtomobilə baxış keçirilmiş, avtomobildən qarşı sağ oturacağının üzərinə qoyduğu pul kisəsindən dörd ədəd ağ rəngli sellofan bükümlərdə olan psixotrop maddə -metamfetamin aşkar olunmuşdur. Hər büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilərkən 0,546 qram, 0,520 qram, 0,227 qram və 0,403 qram çəkidə, ümumilikdə isə 1,696 qram olmuşdur. Bükümlər aşkar olunduqdan sonra onun və müdafiəçisinin iştirakı ilə protokol tərtib edilmiş, daha sonra həmin bükümlər kağız zərfə qablaşdırılmış və iştirakçılarla birlikdə o da tərtib edilmiş protokolu imzalamışdır. Sonra həmin gün yaşadığı Ağdam rayon İkinci Baharlı qəsəbəsi 536 saylı evə onun və müdafiəçisinin, habelə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilərkən yataq otağında yerə sərilmiş xalçanın altından 2 ədəd üzərində "Rhotmans" yazısı yazılmış siqaret qutularının içərisindən müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə bir ədəd 50 qramlıq tərəzi daşı aşkar edilmişdir. Bükümlərdə olan maddələr sayılaraq elektron tərəzi ilə ayrı-ayrılıqda çəkilmişdir. Evdən aşkar edilmiş metamfetaminlərin çəkiləri 1,684 qram, 0,662 qram, 0,272 qram, 0,657 qram, 0,285 qram, 0,289 qram, 0,288 qram, 0,263 qram, 0,284 qram, 0,284 qram, 0,258 qram, 0,259 qram ümumi çəki isə 5,485 qram müəyyən olunmuşdur. Eyni zamanda evdən aşkar edilmiş 4 ədəd bükümlərdə olan narkotik vasitə-triyəklərin hər bir bükümü 20,288 qram, 4,954 qram, 6,970 qram, 0,875 qram, 0,406 qram ümumi çəkisi isə 33,493 qram çəkilmişdir. Bundan başqa yenə evdən aşkar edilmiş 7 ədəd bükümlərdə olan narkotik vasitə-heroinlərin çəkiləri 0,146 qram, 0,127 qram, 0,186 qram, 0,218 qram, 0,225 qram, 0,174 qram, 0,116 qram ümumi çəki isə 1,192 qram çəkidə çəkilmişdir. Həmin bükümlər də aşkar olunduqdan sonra onun və müdafiəçisinin iştirakı ilə protokol tərtib edilmiş, daha sonra həmin bükümlər kağız zərfə qablaşdırılmış və iştirakçılarla birlikdə o da bu barədə tərtib edilmiş protokola imza etmişdir. Polis əməkdaşlarına evindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını bildirmiş, ona hədə-qorxu gəlinmiş və o da qorxusundan evdən aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. İbtidai istintaq zamanı qorxduğu üçün evindən aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olmasını Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən “Mal bazarı” deylən ərazidən taparaq yuxarıda qeyd edilən evə gətirib orada gizlətdiyi barədə ifadələr vermişdir. Həmin narkotik vasitələri evə polis əməkdaşlarının özləri tərəfindən qoyulmasını ehtimal edir. O narkotik vasitənin satışı ilə məxsus olmamış, avtomobildən aşkar olunmuş psixotrop maddə -metamfetamin özü qəbul etmək üçün almışdır. Buna baxmayaraq psixotrop maddə -metamfetamini əldə edib gəzdirdiyinə görə əməlində səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağdam rayonu İkinci Baharlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat daxil olduğundan xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ifşa etmək üçün şöbə rəhbəriyinə raportla məruzə edərək əməliyyat tədbiri keçirilməsi üçün qərar qəbul etmişdir. Həmin gün saat 21 radələrində Polad idarə etdiyi VAZ 21150 markalı, ** UE *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “X13” adı ilə fəaliyyət göstərən aptekin yaxınlığında olarkən dəqiqləşdirilmişdir ki, avtomobildə narkotik vasitələr vardır. O, şöbənin sahə polis nəfəri Şahid3 və əməliyyat müvəkkili Şahid2la birlikdə Poladın idarə etdiyi avtomobilə yaxınlaşaraq Polada X4 dövriyyəsində şübhəli olmasını bildirib Ağdam RPŞ-yə dəvət etmişlər. Şöbədə Poladın idarə etdiyi avtomobildən psixotrop maddələr, yaşadığı Ağdam rayonu İkinci Baharlı qəsəbəsində yerləşən evindən də narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Ancaq o, həmin tədbirlərdə xidməti zərurətlə əlaqədar olaraq iştirak edə bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağdam rayonu İkinci Baharlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən keçirilən əməliyyat tədbirində iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Poladın idarə etdiyi VAZ 21150 markalı, ** UE *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “X13” adı ilə fəaliyyət göstərən aptekin yaxınlığına gəlməsi və həmin avtomobildə narkotik vasitələr olması barədə məlumat dəqiqləşdirildiyindən şöbənin axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və sahə polis nəfəri Şahid3la həmin yerə getmişlər. Polad həmin aptekin qarşısında idarə etdiyi VAZ 21150 markalı, ** UE *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobildə olduğundan avtomobilə yaxınlaşıb özlərini təqdim edərək X4 dövriyyəsində şübhəli olmasını Polada bildirib Ağdam RPŞ-yə dəvət etmişlər. Şöbənin inzibati binasının həyətində Polad idarə edən VAZ 21150 markalı, ** UE *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə baxış keçirilərkən avtomobilin qarşı sağ oturacağınının üzərində olan qara rəngli dəri materialdan hazırlanmış pul kisəsinin içərisindən kiçik sellofan hissələrinə bükülü vəziyyətdə 4 ədəd bükümlər aşkar edilmiş, bükümlər açıldıqda psixotrop maddə olan metamfetamin olmaları məlum olmuşdur. Bükümlər elektron tərəzidə çəkilərək kağız zərfə qablaşdırılsada çəkiləri dəqiq yadında qalmamışdır. Bu barədə tərtib edilmiş protokolu iştirakçılarla birlikdə o da imzalamışdır. Bundan sonra tədbirin davamı olaraq həmin gün Poladın yaşadığı ünvan 1ünvanında yerləşən evə baxış keçirilərkən çarpayının üzərinə qoyulmuş döşəyin altından gümüşü rəngli 50 qramlıq çəki daşı tapılmışdır. Həmin otaqda xalçanın altından 2 ədəd üzərinə ”Rothmans” sözü yazılmış siqaret qutuları müəyyən edilmişdir. Birinci siqaret qutusundan xırda-xırda ağ rəngli sellofan hissələrə bükülmüş yadında qalmayan sayda bükümlər, yaşıl rəngli sellofan hissələrə bükülmüş yenə yadında qalmayan sayda maddələr, 1 ədəd isə ağ rəngli sellofan hissəsinə bükülmüş qara rəngli iri maddə, 2-ci siqaret qutusundan isə siqaret qutusunun içərisində olan gümüşü rəngli kağıza bükülü vəziyyətdə qara rəngli, eyni ilə sellofan hissəsinə bükülmüş qara rəngli iri maddə, 2 ədəd sellofan hissəslərinə bükülü vəziyyətdə iri kütlələr aşkar olunmuşdur. Sorğu zamanı Polad həmin kütlələrin heroin, tiryək və metamfetamin olduqlarını bildirmişdir. Göstərilən bükümlər elektron tərəzidə çəkilərək kağız zərfə qablaşdırılmış və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla birlikdə imzalamışdır. Həmin kütlələrində çəkiləri hazırda yadında qalmamışdır. Təqsirləndirilən şəxs məhəkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, evindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu, evinə narkotik vasitə qoyulmadığını və həmin narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsi üçün heç bir hədə-qorxu gəlinmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olduğu üçün Ağdam RPŞ-yə gətirildiyindən o, şöbənin kriminalistik tədqiqatlar qrupuna məxsus “Panasonic” markalı video kamera ilə bu barədə həyata keçirilən video çəkilişləri həyata keçirmişdir. Şöbənin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21150 markalı, ** UE *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə baxış keçirilərkən avtomobilin qarşı sağ oturacağınının üzərində olan qara rəngli dəri materialdan hazırlanmış pul kisəsinin içərisindən kiçik sellofan hissələrinə bükülü vəziyyətdə 4 ədəd bükümlər aşkar olunmuşdur. Bükümlər açıldıqda psixotrop maddə metamfetamin olmaları məlum olmuşdur. Bundan sonra tədbirin davamı olaraq həmin gün Poladın yaşadığı Ağdam rayonu İkinci Baharlı qəsəbəsi ev 536 ünvanına baxış keçirilərkən çarpayının üzərinə qoyulmuş döşəyin altından gümüşü rəngli 50 qramlıq çəki daşı tapılmışdır. Həmin otaqda xalçanın altdından 2 ədəd üzərinə ”Rothmans” özü yazılmış siqaret qutuları müəyyən edilmişdir. Birinci siqaret qutusundan xırda-xırda ağ rəngli sellofan hissələrə bükülmüş yadında qalmayan sayda bükümlər, yaşıl rəngli sellofan hissələrə bükülmüş yenə yadında qalmayan sayda bükümlər, 1 ədəd isə ağ rəngli sellofan hissəsinə bükülmüş qara rəngli iri maddə, ikinci siqaret qutusundan isə siqaret qutusunun içərisində olan gümüşü rəngli kağıza bükülü vəziyyətdə qara rəngli, eyni ilə sellofan hissəsinə bükülmüş qara rəngli iri maddə, 2 ədəd sellofan hissəslərinə bükülü vəziyyətdə iri kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin psixotrop maddə metamfetamin, narkotik vasitə triyək və heroin olmalarını bildirmişdir. Göstərilən kütlələr elektron tərəzidə çəkilərək kağız zərfə qablaşdırılmış və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla birlikdə o da imzalamışdır. Həmin kütlələrində çəkiləri yadında qalmamışdır. O, bu barədə çəkdiyi video görüntüləri sonra diskə köçürüb təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs məhəkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, evindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu, evinə narkotik vasitə qoyulmadığını və həmin narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsi üçün heç bir hədə-qorxu gəlinmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə eyni qəsəbədə yaşayır. Poladla bir qəsəbə sakini kimi münasibəti yaxşıdır. VAZ 21150 markalı, ** UE *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili onunla eyni qəsəbədə yaşayan Şahid7 almaq istəmiş, lakin Qafarın sürücülük hüququ olmadığı üçün sonuncu ondan xahiş etmişdir ki, avtomobili onun adına idarə etmək üçün sənədləşdirsinlər. O, Qafarın təkilifi ilə razı olduqdan sonra həmin avtomobil onun adına idarə etmək üçün etibar olunmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 20-21 radələrində o, Qafarla qəsəbədə bir yerdə olan zaman Polad Ağdam rayonu Xındırıstan kəndinə mağazaya gedib-gəlmək adı ilə həmin avtomobili idarə etmək üçün ondan istəmişdir. O, Qafarın razılığı ilə avtomobili idarə etmək üçün Polada vermişdir. Bundan təxminən 2 saat sonra Poladın narkotiklə bağlı Ağdam rayon polis şöbəsi tərəfindən tutulduğunu eşitmişdir. xx.xx.2022-ci il tarixli «Raport»-dan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanılmasında və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat tədbirinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Ağdam rayonu Xıdırlı kəndində pasport qeydiyyatında olmaqla ağdam rayon Baharlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərinə, idarə etdiyi VAZ 21015 markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə və yaşadığı evə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar edilməmişdir. «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən 4 ədəd bükümlərdə psixotrop maddə hesab olunan metamfetaminlər aşkar edilərək götürülmüşdür. Bu barədə çəkilmiş video görüntünü özündə əks etdirən 1 ədəd disk iş materiallarına əlavə olunmuşdur. «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu İkinci Baharlı qəsəbəsi 536 saylı evdən 12 ədəd bükümlərdə olan metamfetamin, 4 ədəd bükümlərdə triyək və 7 ədəd bükümlərdə heroin aşkar edilərək götürülmüşdür. Bu barədə çəkilmiş video görüntünü özündə əks etdirən 1 ədəd disk iş materiallarına əlavə olunmuşdur. “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. Ağdam RPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən və yaşadığı evindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddələri haradan və kimdən alması, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısında və daşınmasında kimlərinsə onunla əlbir olması barədə məlumat əldə etmək mümkün olmamışdır. Materialların məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/1123 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 4 (dörd) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,546 qram, 0,520 qram, 0,227 qram, 0,403 qram ümumi təmiz çəkisi 1,696 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Yaşadığı evdən aşkar edilmiş 12 (on iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,684 qram, 0,662 qram, 0,272 qram, 0,657 qram, 0,285 qram, 0,289 qram, 0,288 qram, 0,263 qram, 0,284 qram, 0,284 qram, 0,258 qram, 0,259 qram çəkilərdə ümumi təmiz çəkisi 5,485 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Eləcə də yaşadığı evdən 4 (dörd ədəd) sellofan bükümlərdə və 1(bir) ədəd gümüşü kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,288 qram, 4,954 qram, 6,970 qram, 0, 875 qram, 0,406 qram çəkilərdə ümumi təmiz çəkisi 33,493 qram olan maddələr, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Eyni zamanda yaşadığı evdən 7 (yeddi) ədəd göy sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,146 qram, 0,127 qram, 0,186 qram, 0,218 qram, 0,225 qram, 0,174 qram, 0,116 qram çəkilərdə ümumi təmiz çəkisi 1,192 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. X14 Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs X14 Dispanserində dispanser müşahidəsində deyil. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 1811 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Ağdam RMX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ağdam rayon, Xıdırlı kəndində qeydiyyatda olan, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdam RMX publik hüquqi şəxsi klinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. Gəncə şəhəri Psixonevroloji Dispanserinin məhkəmə-psixiatrik eskpertizasının xx.xx.2022-ci il tarixli, 673 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik keçirmir. O, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O. hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Bərdə rayon Böyük Göyüşlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 335 nömrəli arayışdan görünür ki, həqiqətən Təqsirləndirilən şəxs Böyük Göyüşlü kəndində müvəqqəti yaşayır. Bərdə rayon Böyük Göyüşlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü nizam-intizamlı, səmimi, bacarıqlı,bir şəxs kimi göstərmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci ildən hesablanmışdır. Ağdam Rayon Məhkəməsinin 5(013)-99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Ağdam RPŞ CAB-nin ə/müvəkkili, polis leytenantı Şahid1 xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmlərin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü ildə Azərbaycan Respublikası ACDİÜ Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 29,120.2.2; 221.3; 66.3-cü maddələri 11 il 06 ay A.M.E cəzasına məhkum olunmuş, Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə höküm dəyişdirilib cəzası CMnin 29,120.1-ci maddəsinə tövsif olunaraq 7 il cəza təyin edilib, xx.xx.2011-ci il tarixdə isə cəzasının sonu ilə azad olunub. Eləcə də Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 144.2.3, 144.2.5-ci maddələri ilə 08, 06 ay A.M.E cəzasına məhkum edilmişdir. Habelə Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 317.2.1; 66.5-ci maddəsi ilə 08 il 09 ay A.M.E cəzasına məhkum edilmişdir. Bundan başqa Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 317-2.1; 66.5-ci maddəsi ilə 08 il 09 ay A.M.E cəzasına məhkum olunmuşdur. Eyni zamanda Qaradağ rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə CM-nin 317-2.1,67.1-ci maddəsi ilə 05 il 08 ay A.M.E cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə CMdə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək xx.xx.2013-cü il tarixli qərarından və xx.xx.2015-ci il tarixli hökmündən residivə aid müddəlar xaric olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilərək cəza müddəti 05 il 05 aya endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübutlar olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülərək 2 ədəd kağız zərfə qablaşdırılmış 4, yaşadığı evdən götürülmüş 12 büküm metamfetaminlər, eləcə də yaşadığı evdən aşkar edilmiş 5 büküm tiryəklər, 7 büküm heroinlər 1 ədəd pul kisəsi 2 ədəd üzərinə “Rothmans” sözü yazılmış siqaret qutuları, 1 ədəd 50 qramlıq çəki daşı saxlanması üçün Ağdam RPŞ-nin saxlancına təhvil verilmişdir. Şəxsi axtarış, baxış keçirmə, və telefon danışıqları barədə olan disklər isə iş materiallarına əlavə olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilmədiyini, evindən aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilir, idarə etdiyi “VAZ-21150” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobildən və yaşadığı Ağdam rayonu İkinci Baharlı qəsəbəsi 536 saylı evdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri 2022-ci ilin sentyabr ayının ikinci on günlüyündə Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən “Mal bazarı” deylən ərazidən taparaq yuxarıda qeyd edilən evə gətirib orada gizlətmişdir. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində həmin psixotrop maddələrdən (metamfetamin) 4 bükümünü pul kisəsinə qoyaraq özü ilə götürmüş, qalanları isə evdə qalmışdır. Sonra Bərdə rayonuna getmək məqsədi ilə eyni qəsəbədə yaşadığı tanışı Şahid6 idarə etdiyi “VAZ-21150” markalı, **-UE- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili Şəmsidən xahiş edərək idarə etmək məqsədi ilə götürmüşdür. Həmin avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “X13” adı ilə fəaliyyət göstərən aptekin qarşısında dayanıb orada yerləşən mağazaya getmək istəyəndə polis əməkdaşları ona özlərini təqdim edərək X4 dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib Ağdam RPŞ-yə dəvət etmişlər. Şöbədə müdafiəçinin və bir neçə polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi "VAZ-21150" markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qarşı sağ oturacağının üzərinə qoyduğu pul kisəsindən dörd ədəd ağ rəngli sellofan bükümlərdə olan psixotrop maddələr-metamfetaminlər aşkar edilərək götürülmüşdür. Hər büküm ayrıayrılıqda elektron tərəzidə çəkilərkən 0,546 qram, 0,520 qram, 0,227 qram və 0,403 qram çəkidə, ümumilikdə isə 1,696 qram olmuşdur. Bükümlər aşkar olunduqdan sonra onun və müdafiəçisinin iştirakı ilə protokol tərtib edilmiş, daha sonra həmin bükümlər kağız zərfə qablaşdırılmış və iştirakçılarla birlikdə o da tərtib edilmiş protokolu imzalamışdır. Sonra həmin gün yaşadığı Ağdam rayon İkinci Baharlı qəsəbəsi 536 saylı evə onun və müdafiəçisinin, habelə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilərkən yataq otağında yerə sərilmiş xalçanın altında gizlətdiyi 2 ədəd üzərində "Rhotmans" yazısı yazılmış siqaret qutularının içərisindən müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə bir ədəd 50 qramlıq tərəzi daşı aşkar edilmişdir. Bükümlərdə olan maddələr sayılaraq elektron tərəzi ilə ayrı-ayrılıqda çəkilmişdir. Evdən aşkar edilmiş metamfetaminlərin çəkiləri 1,684 qram, 0,662 qram, 0,272 qram, 0,657 qram, 0,285 qram, 0,289 qram, 0,288 qram, 0,263 qram, 0,284 qram, 0,284 qram, 0,258 qram, 0,259 qram ümumi çəki isə 5,485 qram müəyyən olunmuşdur. Eyni zamanda evdən aşkar edilmiş 4 ədəd bükümlərdə olan narkotik vasitə-triyəklərin hər bir bükümü 20,288 qram, 4,954 qram, 6,970 qram, 0,875 qram, 0,406 qram ümumi çəkisi isə 33,493 qram çəkilmişdir. Bundan başqa yenə evdən aşkar edilmiş 7 ədəd bükümlərdə olan narkotik vasitə-heroinlərin çəkiləri 0,146 qram, 0,127 qram, 0,186 qram, 0,218 qram, 0,225 qram, 0,174 qram, 0,116 qram ümumi çəki isə 1,192 qram çəkidə çəkilmişdir. Həmin bükümlər də aşkar olunduqdan sonra onun və müdafiəçisinin iştirakı ilə protokol tərtib edilmiş, daha sonra həmin bükümlər kağız zərfə qablaşdırılmış və iştirakçılarla birlikdə o da bu barədə tərtib edilmiş protokola imza etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən, eləcə də onun iştirakı ilə idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilib narkotik vasitə və psixotrop maddələr aşkar edilib götürülərkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamaları bükülməsi və işin halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsəsən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində təhlükəli residivinin olması Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını və CM-nin 65-ci maddəsinin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Ağdam RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən və yaşadığı evdən götürülmüş və tədqiqata sərf edildikdən sonra qablaşdırılmış 16 bükümdə qalıq təmiz çəkisi 6.701 qram olan metamfetamin, 5 bükümdə olan qalıq təmiz çəkisi 33.393 qram tiryək, 7 bükümdə olan qalıq təmiz çəkisi 0.842 qram olan heroin,1 ədəd pul kisəsi 2 ədəd üzərinə “Rothmans” sözü yazılmış siqaret qutuları, 1 ədəd 50 qramlıq çəki daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də bir ədəd DVD disk və üç ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 152 (yüz əllii iki) manat, 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən və yaşadığı evdən götürülmüş və tədqiqata sərf edildikdən sonra qablaşdırılmış 16 bükümdə qalıq təmiz çəkisi 6.701 qram olan metamfetamin, 5 bükümdə olan qalıq təmiz çəkisi 33.393 qram tiryək, 7 bükümdə olan qalıq təmiz çəkisi 0.842 qram olan heroin,1 ədəd pul kisəsi 2 ədəd üzərinə “Rothmans” sözü yazılmış siqaret qutuları, 1 ədəd 50 qramlıq çəki daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də bir ədəd DVD disk və üç ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 152 (yüz əllii iki) manat, 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-39/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-39/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver