Məhkəmə qərarları › İş №1(100)-39/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-39/2025

24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-39/2025 24.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X20 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Muhammet Cilin, zərərçəkmiş şəxslər - mülki iddiaçıların nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili X13 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1992-ci il tarixdə Ağdam rayonu, Kosalı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Kosalar kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, 689 nömrəli Yeni Quzanlı qəsəbəsi, Zərifə Əliyeva prospekti, ev 60-da yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində X9 Agentliyin İqtisadi zonalarda infrastruktura dəstək şöbəsinin Elektrik infrastrukturuna xidmət bölməsində iş fəaliyyətinə X28 infrastrukturuna xidmət göstərmək aid olan təsərrüfat işləri üzrə texniki işçi vəzifəsində işləyərkən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin sentyabr ayının əvvəllərində X28 ərazisində həmin Sənaye Parkının qeyri-rezidenti olan "xxxx" QSC-nin nümayəndəsi Türkiyə Respublikasının vətəndaşı Muhammet Cilə Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri xaric, digər işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunacağına dair yalan məlumat verməklə, həmin məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işləyən vəzifəli şəxsə 8000 manat məbləğində pul vəsaiti verməli olduğunu aldatmaqla bildirib, pulu qısa müddətə qaytaracağına dair yalan vəd verərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində X9 Agentliyinin əməkdaşı kimi özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək Muhammet Cil ilə razılaşıb, həmin adla 2022-ci ilin sentyabr ayının əvvəllərində Ağdam rayonunun Quzanlı qəsəbəsinin ərazisində sonuncudan 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini şəxsən aldıqdan sonra, eyni niyyətlə 2022-ci ilin sentyabr ayının əvvəllərində Ağdam rayonunun Quzanlı qəsəbəsinin ərazisində görüşləri zamanı arvadının əziyyət çəkdiyi xərçəng xəstəliyinin müalicəsi ilə bağlı 2000 manat məbləğində pul vəsaitinin lazım olduğunu Muhammet Cilə aldatmaqla bildirib, pulu qısa müddətə qaytaracağına dair yalan vəd verərək, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək Muhammet Cil ilə razılaşmaqla, həmin adla 2022-ci ilin sentyabr ayının əvvəllərində Ağdam rayonunun Quzanlı qəsəbəsinin ərazisində sonuncudan 2000 (iki min) manat məbləğində pul vəsaitini aldıqdan sonra, cinayətkar niyyətini davam etdirərək həmin məqsədlə 2022-ci ilin sentyabr ayının sonlarında Muhammet Cilə guya özünün artıq Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri xaric, digər işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyinatı ilə bağlı işinin həll olunduğunu bildirməklə özbaşına özünü Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri xaric, digər işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsi kimi təqdim edərək onu özünün, yəni Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri xaric, işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin etmək imkanına malik olmasına dair yalan vəd verərək, həmin məsələnin müsbət həll olunması üçün səlahiyyətli vəzifəli şəxslərə 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini bildirib aldatmaqla və özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək Muhammet Cilin razılığını almaqla onunla sövdələşərək, həmin adla 8 oktyabr 2022-ci il tarixdə Bərdə şəhərində, Heydər Əliyev prospekti 88 A ünvanında yerləşən "xxxx" ASC-nin Bərdə filialının yaxınlığında 4000 (dörd min) manat məbləğində pul vəsaitini Muhammet Cildən alaraq, ümumilikdə Muhammet Cilə məxsus cəmi 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri vahid niyyətlə törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin sentyabr ayının ortalarında "xxxx" QSC-nin nümayəndəsi Türkiyə Respublikasının vətəndaşı Muhammet Cil vasitəsilə tanış olduğu "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 ilə Ağdam rayonunda yerləşən X28 ərazisində görüşləri zamanı özbaşına özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində X9 Agentliyin Ağdam və X10 rəhbəri kimi təqdim edərək, X28 ərazisində 1 000 000 m3 qazıntı və 15 km asfalt yol örtüyünün çəkilişi ilə bağlı guya keçiriləcək tender müsahibəsində qalib gələrək, işi podratçı şirkət kimi "xxxx" MMC-yə verillməsini təmin etmək imkanına malik olmasına dair yalan vəd verərək, həmin məsələnin müsbət həll olunması üçün səlahiyyətli vəzifəli şəxsə 10.000 (on min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini bildirib aldatmaqla, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs2 razılığını almaqla onunla sövdələşib, həmin adla 2022-ci ilin oktyabr ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən “Nord” otelinin restoranında 10.000 (on min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alaraq şəxsi ehtiyaclarına sərf edib, bundan sonra əlavə olaraq özü vasitəsilə birbaşa yolla maddi nemət olan 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin vəzifəli şəxsə verilməsi zərurətinin yarandığını bildirib aldatmaqla, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək sonuncu ilə sövdələşməsinə baxmayaraq, sonuncu aldadılmasını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə, vahid niyyətlə Zərərçəkmiş şəxs2 məxsus 40.000 (qırx min) manat məbləğində pul vəsaitini ələ keçirməyə nail olmadıqığından, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, 30.000 (otuz min) manat vəsaitini Zərərçəkmiş şəxs2 ala bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 40.000 (qırx min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri vahid niyyətlə törətməklə təkrar vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək və mülki iddianı tam qəbul edərək Muhammet Cilin epizodu ilə bağlı ifadəsində göstərmişdir ki, o, X29 işlədiyi müddətdə "xxxx" QSC-nin rəhbəri olan Türkiyə Respublikasının vətəndaşı Muhammet Cil ilə tanış olmuşdur. O, Muhammet Cildən ümumilikdə 14000 manat pul almışdır. Həmin məbləğin 10000 manatını borc kimi, 4000 manatı isə sonuncunu Prezidentin xüsusi nümayəndəsinin müavini vəzifəsinə işə düzəltmək adı altında aldadıb almışdır. Lakin onun Muhammeti həmin vəzifəyə düzəltmək imkanı olmamışdır. O, Muhammet Cildən borca aldığı 10000 manatı əvvəlcə 8000 sonra isə 2000 manat olmaqla almışdır. Həmin epizodla bağlı Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, o, ehtiyacı olduğu üçün Muhammet Cildən 10000 manat borc almışdır. Daha sonra yenidən özünə pul lazım olduğu üçün Muhammet Cili aldadıb 4000 manat almışdır. Sonuncudan 10000 manat borc alan zaman bunu hər hansı bir formada rəsmiləşdirməmiş, o, Muhammet Cilə sadəcə özünə pul lazım olduğunu və iki ay müddətində qaytaracağını demişdir. Sonuncu da ona pulu vermiş, lakin o, işdən çıxdığı üçün borcunu qaytara bilməmişdir. O, Muhammet Cildən ümumilikdə aldığı 14000 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2la Muhammet Cil vasitəsilə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs2 işğaldan azad edilmiş ərazilərdə qazıntı işlərinin aparılması və yolun səviyyəsinin düzəldilməsi işlərinin sonuncuya həvalə edilməsini bildirərək aldadıb ondan 10000 manat almışdır. Həmin epizodla bağlı Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 sadəcə 10000 manat almış, əlavə olaraq 30000 manatı sonuncudan nə almamış, nə də verməsini istəməmişdir. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadəsi elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, “İİ Qarabağ” müharibəsinin iştirakçısı olmuş və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Könülü olaraq getdiyi “Vətən” müharibəsindən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X15 İdarəsində sosial işçi kimi işləmişdir. “44 günlük” müharibədən sonra müddətdən artıq xidmət edən əsgər olaraq xidmətə davam etmiş və 2021-ci ilin dekabr ayında hərbi xidmətdən tərxis olunmuşdur. 08 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində X9 Agentliyin Planlaşdırma və sənaye yerləşməsi departamentinin Əlaqələndirmə və təhlükəsizliyə nəzarət sektorunun mütəxəssisi vəzifəsinə təyin olunmuş, 20 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində X9 X3 İnfrastruktura dəstək şöbəsinin Elektrik infrastrukturuna xidmət bölməsində təsərrüfat işləri üzrə texniki işçi vəzifəsinə keçirilmiş və iş fəaliyyətini X29 həyata keçirmişdir. Onun vəzifələrinə X29 rəhbərlik tərəfindən verilən gündəlik tapşırıqların yerinə yetirilməsi, ağac və kol bitkilərinə qulluq edilməsi, ərazisinin təmizliyinə, su drenaj sistemlərinə, habelə qeyd olunan Parkın ərazisində quraşdırılmış avadanlığa nəzarət edilməsi və sair aid olmuşdur. 21 dekabr 2022-ci il tarixdə qeyd olunan Agentliyin İqtisadi zonalarda infrastruktura dəstək şöbəsinin mütəxəssisi-inzibatçı rəhbər vəzifəsinə təyin olunmuş və 18 yanvar 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X28 qeyri-rezidenti "xxxx" QSCnin nümayəndəsi olan Türkiyə Respublikasının vətəndaşı Muhammet Cil ilə aralarında dostluq münasibətləri yaranmışdır. Ailə üzvlərinin müalicəsi ilə bağlı maddi ehtiyacı olduğu üçün 2022-ci ilin sentyabr ayının əvvəlində X28 ərazisində Muhammet Cilə Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri xaric, işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunacağını və buna görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işləyən adını bildirmədiyi vəzifəli şəxslərə təcili olaraq 8000 manat məbləğində pul verməli olduğunu demişdir. O, həmin zaman borc olaraq Muhammet Cildən 8000 manat məbləğində pulu istəmiş və sonuncuda inam yaranması üçün Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi vəzifəsinə təyin olunacağını bildirmişdir. Muhammet Cilin özündə pul olmadığından, o, sonuncuya Ağdam şəhərində tikinti materialları mağazası və qum-çınqıl karxanası olan Nəriman adlı şəxsdən borc almasını demişdir. Sonrakı gün Muhammet Cil onunla birlikdə Nəriman adlı şəxslə Ağdam rayonu, Quzanlı kəndində yerləşən kafedə görüşmüş və həmin zaman Muhammet Cil sonuncudan qısa müddətlik borca pul istəmişdir. O, adına 7000 manat kredit borcu olduğundan, təxminən 6 ay ərzində həmin borcu bağlayıb, yenidən kredit götürərək Muhammet Cilə pulu qaytarmağı fikirləşmişdir. Nəriman adlı şəxs bir gün sonra sentyabr ayının əvvəlində Ağdam rayonu, Quzanlı kəndində inşaat materialları mağazasının yaxınlığında yerləşən kafedə onun yanında Muhammet Cilə 8000 manat məbləğində pul vermiş və sonra, həmin gün Ağdam rayonu, Quzanlı kəndinin ərazisində Muhammet Cil idarə etdiyi “JAC” model avtomobildə 8000 manat məbləğində pulu ona təqdim etmişdir. Bundan bir neçə gün sonra, 2022-ci ilin sentyabr ayının əvvəlində X36 rayonu, Quzanlı kəndinin ərazisində görüşmüş və həmin zaman arvadının xərçəng xəstəliyi ilə bağlı müalicəsinin aparılması üçün təcili ona 2000 manat məbləğində pul verməsini istəmişdir. Muhammet Cil onun yanında Nərimanla danışıb, 2000 manat məbləğində borca pul istəmiş və həmin gün sonuncu yaşadığı evdə Muhammet Cilə 2000 manat məbləğində pul vermişdir. Həmin tarixdə, 2022-ci ilin sentyabr ayının əvvəlində Ağdam rayonu, Quzanlı kəndində yerləşən kafedə Muhammet Cil 2000 manat məbləğində pulu ona təqdim etmişdir. Sonra 2022-ci ilin oktyabr ayının əvvəlində pulu qaytara bilmədiyi üçün Muhammet Cilə artıq Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri xaric, işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunduğunu və sonuncunu özünə müavin götürə biləcəyini demiş, bunun üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işləyən vəzifəli şəxsə 4000 manat məbləğində pul verilməli olduğunu da əlavə etmişdir. Muhammet Cil onunla razılaşmış və Türkiyə Respublikasında yaşayan atası sonuncuya həmin vəsaiti göndərmişdir. Muhammet Cildə inanım yaranması üçün hərbi xidməti, məhkumluğu, sağlamlığı barədə arayış verməsini istəmişdir. 2022-ci ilin oktyabr ayının əvvəlində X39 şəhərində yerləşən "xxxx"dan 4000 manat məbləğində pulu götürüb həmin bankın qarşısında ona təqdim etmişdir. X22yıtdıqdan sonra o, həmin vəsaiti “Million” aparatı vasitəsilə "xxxx" da adına açılmış kart hesabına yüklənmişdir. X30 dəfələrlə işi ilə bağlı maraqlandığı üçün 2022-ci il noyabr ayının əvvəllərində yaşadığı ünvanda şəxsi istifadəsində olan “Xiaomi Note 8” model mobil telefona yüklənmiş “Photoshop” tətbiqi vasitəsi ilə internet şəbəkəsi üzrə Azərbaycan Beynəlxalq Bankının internet saytından şəkilini götürdüyü **********789102 nömrəli əmək haqqı kartının sahibinin adını Muhammet Cilə dəyişmiş, həmçinin Muhammet Cilin adına 2588 nömrəli Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağ üzrə nümayəndəliyinin rəhbərinin köməkçisi vəsiqəsini hazırlamışdır. Bununla yanaşı, 2022-ci ilin noyabr ayının əvvəllərində yaşadığı evdə, istifadəsində olan kompüter vasitəsi ilə “Word” proqramından istifadə edərək Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Kərəm Həsənovun adından 04 noyabr 2022-ci il tarixli PA-09/08-56/84 nömrəli öz adına göndərilən 13 şəxsin işə qəbulu ilə bağlı sənədlərin göndərilməsi barədə məktubu hazırlayıb, yaşadığı evdə çap edərək Kərəm Həsənovun adından imzalamışdır. Bank kartının və vəsiqənin fotoşəkillərini WhatsApp mobil tətbiqi vasitəsi ilə Muhammet Cilə göndərmiş, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının adından olan məktubu isə 2022-ci ilin noyabr ayının ortalarında şəxsən sonuncuya vermişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi sıxıntıları ilə əlaqədar əlavə pul vəsaitinə ehtiyacı olduğu üçün 2022-ci ilin sentyabr ayının əvvəllərində Muhammet X2tı və yol çəkilişi aparan şirkətdən rəhbərliyin narazı olduğunu, buna görə 1 000 000 kub/metr qazıntı və 15 km asfalt yol örtüyünün çəkilişi ilə bağlı keçiriləcək tender müsahibəsində qalib gələrək işi podratçı şirkət kimi ona verə biləcəyini bildirmişdir. Bununla bağlı X37 Hüseynov və Türkiyə Respublikasının vətəndaşı Şahid2 ilə danışacağını demişdir. 2022-ci ilin sentyabr ayının ortalarında Ağdam rayonunun Əfətli kəndi ərazisində Muhammet Cil ilə birlikdə Zərərçəkmiş şəxs2la görüşmüş və sonuncularla birlikdə X32 getmişdir. Həmin parkın ərazisində yerləşən konteyner tipli ofisində Zərərçəkmiş şəxs2 İqtisadiyyat Nazirliyi tərəfindən X40 ərazisində 1 000 000 kub/metr qazıntı və 15 km asfalt yol örtüyünün çəkilişi ilə bağlı keçiriləcək tender müsahibəsində qalib gələrək, işi podratçı şirkət kimi Zərərçəkmiş şəxs2 idarə etdiyi "xxxx" MMC-yə verillməsini təşkil etmək imkanına malik olduğunu bildirib, tenderdə qalib gəlmək üçün X9 Agentliyində işləyən rəhbər vəzifəli şəxslərə 10000 manat məbləğində pul verilməli olduğunu əlavə etmişdir. O, həmin zaman pulun veriləcəyi şəxs barədə məlumat verməmiş, ümumiyyətlə həmin işlərlə bağlı tenderin elan olunması nəzərdə tutulmamış və pulu hansı yolla qaytaracağını əvvəlcədən fikirləşməmişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmış və 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhərində, Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən otelin restoranında Muhammet Cilin iştirakı ilə Zərərçəkmiş şəxs2la görüşmüş və həmin zaman X14tı və asfalt örtüyünün çəkilməsi ilə bağlı tenderdə qalib gəlmək üçün Zərərçəkmiş şəxs2 ona 10000 manat məbləğində pul vermişdir. Qazıntı və asfalt yol örtüyünün çəkilişi ilə bağlı o, Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıdığı Şahid2 ilə əlaqə saxlamışdır. Pulu aldıqda sonra, 16 oktyabr 2022-ci il tarixdə yaşadığı evdə istifadəsində olan kompüterə yüklənmiş “Word” proqramı vasitəsi ilə internet şəbəkəsindən götürdüyü müqavilə nümunəsi əsasında "xxxx" MMC ilə X29 arasında 65.47 ha sahədə tikinti-quraşdırma işlərinin aparılması barədə ASP/PXM-0046 N-li podrat müqaviləsini tərtib edib, çap edərək əllə boş sahələrini doldurmuşdur. Bundan başqa, "xxxx"da olan kredit hesabından çıxarış edib, “PDF” formatından “Word” formatına keçirmiş və “Word” proqramı vasitəsi ilə həmin sənədin tərtibatını dəyişərək “X28 "xxxx"da olan hesabına 4377976,80 manat məbləğində vəsaitin köçürülməsi və sənaye parkının cari balansının 4384856,43 manat vəsait olması barədə məlumatları yazmışdır. Hazırladığı sənədləri WhatsApp mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs2 və Şahid2a göndərmişdir. 19 oktyabr 2022-ci il tarixdə Ağdam rayonu, Quzanlı kəndində Zərərçəkmiş şəxs2la görüşmüş və sonuncu ASP/PXM-0046 N-li podrat müqaviləsinə imza atmışdır. Sonradan onlarda inam yaranması üçün 2022-ci ilin oktyabr ayının 21-də yaşadığı evdə, istifadəsində olan kompüterə yüklənmiş “Word” proqramı vasitəsi ilə Elşad Nuriyevin adından 21 oktyabr 2022-ci il tarixli İZİA-11/01-00/46 nömrəli öz adına göndərilən podrat müqaviləsinə əsasən "xxxx" MMC-yə ödəniləcək vəsait barədə məktubu hazırlayıb, Ağdan rayonunun Quzanlı qəsəbəsində yerləşən foto çap mərkəzində çap edərək Elşad Nuriyevin adından imzalamışdır. Sonra yenidən yaşadığı evdə istifadəsində olan kompüterə yüklənmiş “Word” proqramı vasitəsi ilə internet şəbəkəsi üzrə götürdüyü nümunə əsasında “X40” MMC tərəfindən "xxxx" MMC-nin hesabına aralarında bağlanmış müqaviləyə görə 4377976,80 manat pul köçürülməsinin nəzərdə tutulduğu əks olunan “A”Formatlı N84 ödəniş tapşırığı tərtib edib, elektron qaydada hazırladığı X28 möhürünü həmin sənədə əlavə etmiş və Ağdan rayonunun Quzanlı qəsəbəsində yerləşən foto çap mərkəzində çap edərək imzalamışdır. Həmçinin, 2022-ci ilin noyabr 14 noyabr 2022-ci il tarixdə yaşadığı evdə, istifadəsində olan kompüterə yüklənmiş “Word” proqramı vasitəsi ilə Elşad Nuriyevin adından 14 noyabr 2022-ci il tarixli İZİA-45/320 nömrəli öz adına göndərilən maliyyə əməliyyatlarının təxirə salınması barədə məktubu hazırlayıb, Ağdan rayonunun Quzanlı qəsəbəsində yerləşən foto çap mərkəzində çap edərək Elşad Nuriyevin adından imzalamışdır. Qeyd olunan sənədləri o, WhatsApp mobil tətbiqi proqramı vasitəsilə Muhammet Cil, Zərərçəkmiş şəxs2 və Şahid2a göndərmişdir. Podrat müqaviləsinin İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev və X16 Agentliyinin sədri Elşad Nuriyev tərəfindən təsdiq edilmədi üçün Zərərçəkmiş şəxs2 30000 manat məbləğində pul istəməmiş, həqiqətən Zərərçəkmiş şəxs2 ona qarşı inamın yaranması üçün özünü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Ağdam və Cəbrayıl rayonları üzrə ”Sənaye Parklarının” rəsmi nümayəndəsi kimi təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 və Muhammet Cili X29 rəhbər vəzifəsində işlədiyini deməklə aldatmışdır. Halhazıradək ziyanla bağlı zərərçəkmiş şəxslərə hər hansı bir ödəniş etməmişdir. Söhrab və Muhammetdən pul alıb onlara söz verdiyi işi görməyə onun səlahiyyəti olmamış, özünün pula ehtiyacı olduğu üçün həmin pulları almışdır. Saxta müqavilələri özü komputer vasitəsilə düzəltmiş, onları düzəltməkdə məqsədi Söhrab və Muhammetə işlərin düzəlməsinə dair inam yaratmaq və vaxt qazanmaq olmuş, çünki o, bilirmiş ki, axır-əvvəl sonuncuların verdikləri pulu qaytaracaq və ona görə pulu düzəltmək üçün vaxt qazanmağa çalışmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tədqiq edilmiş istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Muhammet Cil ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının 18-də "xxxx" QSC-ə menecer vəzifəsinə işə qəbul olunmuş və həmin vaxtdan X29 yerləşən "xxxx" QSC-ə aid beton zavodunda iş fəaliyyətinə başlamışdır. Həmin dövrdə o, X29 Vətən Müharibəsinin iştirakçısı olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs bildirməsinə əsasən 2-ci Qarabağ müharibəsinin iştirakçısı olması, Şuşa şəhəri uğrunda döyüşməsi, əsir düşməsi onda sonuncuya qarşı rəğbət yaratmışdır. Təqsirləndirilən şəxs X29 hansı vəzifəni tutması barədə onun məlumatı olmamış, lakin sonuncu özünü X28 rəsmi nümayəndəsi kimi təqdim etmiş, həmin Parkda nümayəndə kimi şirkətləri, jurnalistləri qarşılamış və digər inzibati işləri həyata keçirmişdir. Bir müddət sonra aralarında yoldaşlıq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində X9 Agentliyinin Ağdam və X11 rəsmi nümayəndəsi olduğunu bildirmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində X28 ərazisində Təqsirləndirilən şəxs ona müraciət edərək Azərbaycan Respublikası Prezident Administrasiyasına yüksək vəzifəyə getdiyini və Administrasiyada işləyən bəzi vəzifəli şəxslərə pul verilməsi üçün təcili olaraq 8000 manat pul lazım olduğunu deyib ondan 8000 manat məbləğində pul istəmişdir. O, sonuncudan hansı vəzifəyə getdiyini soruşarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri xaric, işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunacağını demişdir. Təqsirləndirilən şəxs pulunun olmadığını bildirdikdə, sonuncu Ağdam şəhərində iş adamı olmaqla onunla yaxın münasibəti olan Nəriman adlı şəxsdən borc almasını demişdir. O, sonuncunun özünün Nəriman adlı şəxsi tanıdığını və hansı səbəbdən özünün borc almadığını soruşduqda, Təqsirləndirilən şəxs Nəriman adlı şəxsin sonuncunun özünə borca pul verməyəcəyini, onun isə Türkiyə Respublikasının vətəndaşı olduğu üçün borca pul ala biləcəyini qeyd etmişdir. Sonrakı gün o, Təqsirləndirilən şəxsla birlikdə Nəriman adlı şəxslə Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən kafedə görüşmüş və həmin zaman o, Nəriman adlı şəxsdən 8000 manat məbləğində qısa müddətlik borca pul verməsini istəmişdir. Çünki Təqsirləndirilən şəxs 1 həftə ərzində aldığı pulu qaytaracağını demişdir. Nəriman adlı şəxs bir gün sonra sentyabr ayının əvvəllərində Ağdam rayonu, Quzanlı qəsəbəsində inşaat materialları mağazasının yaxınlığında yerləşən kafedə Təqsirləndirilən şəxs yanında ona 8000 manat məbləğində pul vermiş və o, pulu aldıqdan sonra, həmin gün Ağdam rayonu, Quzanlı qəsəbəsinin ərazisində istifadəsində olan “JAC” model avtomobildə 8000 manat məbləğində pulu Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan bir neçə gün sonra, 2022ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxsla Ağdam rayonu, Quzanlı qəsəbəsinin ərazisində görüşən zaman sonuncu arvadının xərçəng xəstəliyi ilə bağlı müalicəsinin aparılması üçün təcili 2000 manat məbləğində pula ehtiyacının olduğunu demişdir. O, pulunun olmadığını bildirərkən Təqsirləndirilən şəxs yenidən Nəriman adlı şəxsdən borc almasını istəmişdir. Təqsirləndirilən şəxs inamı olduğu üçün o, Nəriman adlı şəxslə əlaqə saxlayıb, sonuncudan 2000 manat məbləğində əlavə olaraq borca pul istəmişdir. Həmin gün Nəriman adlı şəxs ona gəlib evindən pulu götürməsini bildirdiyi üçün o, 2022-ci ilin sentyabr ayının əvvəllərində Ağdam rayonu, Quzanlı qəsəbəsində Nəriman adlı şəxsdən sonuncunun yaşadığı evin qarşısında 2000 manat məbləğində pulu alıb, həmin gün Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən kafedə Təqsirləndirilən şəxs vermişdir. 2022-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs pulu qaytarmasını istədikdə sonuncu öz işinin artıq həll olunduğunu və onu Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri xaric, işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin etmək imkanında olmasını bildirmişdir. Təqsirləndirilən şəxs özünün, yəni xüsusi nümayəndənin müavini vəzifəsinə təyin olunması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işləyən vəzifəli şəxsə 4000 manat məbləğində pul verilməli olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin vəzifəli şəxsin şəxsiyyəti barədə ona məlumat verməmiş, yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yüksək vəzifəyə sahib olmasını demişdir. O, Təqsirləndirilən şəxs təklif ilə razılaşmış və Türkiyə Respublikasında yaşayan atası Orhan Cilə zəng vurub 4000 manat pul göndərməsini xahiş etmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs ondan hərbi mükəlləfiyyəti, məhkumluğu, sağlamlığı barədə arayışları istəmişdir. O, hərbi mükəlləfiyyətli olması, məhkumluğunun olmaması barədə arayışları, özünün və ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədləri Təqsirləndirilən şəxs X29 təqdim etmişdir. 2022-ci ilin oktyabr ayının 7-də atası pul köçürmə sistemindən istifadə edərək bank vasitəsi ilə ona 4000 manat məbləğində pul göndərmişdir. 8 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla Bərdə şəhərinə gedib bankdan atasının göndərdiyi 4000 manat pulu götürüb Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri xaric, işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin edilməyi üçün Bərdə şəhərində, bankın qarşısında həmin vəsaiti Təqsirləndirilən şəxs vermişdir. Nicat X4yıtdıqdan sonra təxminən saat 13 radələrində həmin vəsaiti “Million” aparatı vasitəsilə kiməsə göndərmişdir. Sonradan 10 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs WhatsApp mobil tətbiqi vasitəsi ilə istifadəsində olan +**********01 mobil telefon nömrəsinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından onun şəxsi işi ilə bağlı məxfi bağlamanın göndərilməsinin fotoşəkilini göndərmişdir. Bununla bağlı əlaqə saxladıqda Təqsirləndirilən şəxs sənədləri ona təqdim edəcəyini bildirmişdir. 15 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən WhatsApp tətbiq proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***- **-** mobil nömrəsinə Azərbaycan Beynəlxalq Bankında adına açılmış **********789102 nömrəli əmək haqqı kartının və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağ üzrə nümayəndəliyinin rəhbərinin köməkçisi olaraq adına hazırlanmış 2588 nömrəli şəxsi vəsiqənin fotoşəkilini göndərmişdir. Sonra o, 16 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla sonuncunun yaşadığı Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən evində görüşmüş və bağlamanın daxilində olan sənədləri ona göstərməsini istəmişdir. Həmin zaman Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş 04 noyabr 2022-ci il tarixli PA-09/08-56/84 nömrəli məktubu vermiş və həmin məktubda onunla birlikdə qeyd olunan ümumilikdə 13 şəxslərin 14 noyabr 2022-ci il tarixdən işə başlayacaqları qeyd olunmuşdur. Bununla yanaşı, həmin zaman Təqsirləndirilən şəxs ona Azərbaycan Beynəlxalq Bankında adına açılmış **********789102 nömrəli əmək haqqı kartının fotoşəkilini və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağ üzrə nümayəndəliyinin rəhbərinin köməkçisi kimi adına hazırlanmış 2588 nömrəli şəxsi vəsiqəni göstərmiş, lakin həmin sənədləri verə bilməyəcəyini qeyd etmişdir. Sonra, Təqsirləndirilən şəxs bir necə günə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının vəzifəli şəxsinin onu təqdim edəcəyini və artıq əmək haqqısının hesablandığını bildirmişdir. **********789102 nömrəli bank kartını internet üzərində yoxladıqdan həmin kartın nümunə kimi bankın səhifəsində istifadə olunduğu öyrənmiş və Təqsirləndirilən şəxs onu aldatdığı başa düşmüşdür. Təqsirləndirilən şəxsla bu barədə danışdıqda sonuncu özünün də işdən çıxdığını və qısa müddətdə onun pulu qaytaracağını demişdir. Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş və müxtəlif bəhanələr gətirərək aldığı pulu geri qaytarmamışdır. Bundan başqa, təxminən 2022-ci ilin sentyabr ayının əvvəlində Təqsirləndirilən şəxs X28 ərazisində qazıntı işini aparan şirkətin işdən imtina etdiyini və bu işi görəcək yeni şirkət axtarıldığını bildirmiş və o, bu barədə "xxxx" MMC-də işləyən tanışı Zərərçəkmiş şəxs2 məlumat vermişdir. Bir müddət sonra, 2022-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs onun iştirakı ilə Zərərçəkmiş şəxs2la X29 görüşmüş və görüləcək işlər barədə məlumat vermişdir. Sonra Təqsirləndirilən şəxs həmin gün ofisində İqtisadiyyat Nazirliyinin X40 ərazisində 1.000.000 kub/metr qazıntı və 15 km asfalt yol örtüyünün çəkilişi ilə bağlı keçiriləcək tender müsahibəsində iştirak edib işi podratçı şirkət kimi "xxxx" MMC-yə verilməsini təşkil etmək imkanına malik olmasını deyib X9 Agentliyində işləyən rəhbər vəzifəli şəxslərə 10000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 razılaşdıqdan sonra, 2022-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la görüşmək üçün onunla birlikdə Bakı şəhərinə getməsini xahiş etmiş və onlar birlikdə Bakı şəhərinə gəldikdən sonra, Q.Qarayev metrosu yaxınlığında yerləşən “Nord Face” otelində yerləşmişlər. Sonrakı gün otelin restoranında Zərərçəkmiş şəxs2la görüşmüşlər və sonuncu Təqsirləndirilən şəxs 10000 manat məbləğində pul vermişdir. Təxminən 1 həftə sonra, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 müqavilə bağlamaq üçün Ağdam rayonu, Quzanlı qəsəbəsinə gəlməyə dəvət etmişdir. Sonrakı gün Zərərçəkmiş şəxs2 Ağdam rayonu, Quzanlı qəsəbəsinə gəlmiş və o, Təqsirləndirilən şəxsla sonuncunu qarşılayıb həmin qəsəbədə yerləşən kafeyə getmişlər. Təqsirləndirilən şəxs özü ilə 6 vərəqədən ibarət 2 nüsxədə ASP/PXM-0046 N-li müqavilə gətirmişdir. Həmin müqavilədə Nicat Məmmədovun təmsil etdiyi “X31”-sifarişçi, "xxxx" MMC-nin isə Podratçı olmaqla Parkın 64,47 ha sahəsində tikinti–quraşdırma işləri aparılması qeyd edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən müqavilənin İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev və “X16 Agentliyi”-nin sədri Elşad Nuriyev tərəfindən təsdiq edildikdən sonra Zərərçəkmiş şəxs2 İqtisadiyyat Nazirliyinə çağıracağını bildirmişdir. Həmin gün, Təqsirləndirilən şəxs İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev və X16 Agentliyinin sədri Elşad Nuriyevin həmin müqaviləni təsdiq etməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işləyən vəzifəli şəxsə 30000 manat verilməli olduğunu Zərərçəkmiş şəxs2 bildirmiş, lakin sonuncu imtina etmişdir. Bununla bağlı o, Təqsirləndirilən şəxsla danışıqda sonuncunun Zərərçəkmiş şəxs2 İqtisadiyyat Nazirliyində işləyən vəzifəli şəxsə təqdim edilməsi üçün 30000 manat məbləğində pul verilmədiyi təqdirdə, müqavilənin imzalanmayacağını demişdir. Bundan sonra, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pulu qaytarmasını istəmişdir. Daha sonra, işi guya həll etməsini təsdiq etmək üçün xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrədən WhatsApp tətbiq proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “A” Formatlı ödəniş tapşırığı və N84 adlı sənədin fotoşəkilini göndərmişdir. Həmin sənədin məzmununa görə xx.xx.2022-ci il tarixdə “X40” MMC tərəfindən "xxxx" MMC-nin hesabına aralarında bağlanmış müqaviləyə görə 4377976,80 manat pul köçürüləcəyi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs ona köçürmənin hazır olduğunu və işlərin aparılması üçün Zərərçəkmiş şəxs2 30000 manat verməli olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs2la əlaqə saxlayarkən Təqsirləndirilən şəxs qeyd edilən fotoşəkili sonuncuya da göndərdiyini öyrənmişdir. Sonra Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə ona X16 Agentliyinin sədri Elşad Nuriyevin imzası ilə olan məktubun fotoşəkilini göndərmişdir. Həmin məktubda X28 baş planının yenidən işlənib hazırlanması ilə bağlı bütün maliyyə əməliyyatlarının xx.xx.2023-cü il tarixə kimi dayandırılması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs2la danışaraq gözləməsini və xx.xx.2023-cü il tarixdə işlərin qaydasına düşəcəyini bildirməsini istəmiş, buna cavab olaraq o, Təqsirləndirilən şəxs özünün Zərərçəkmiş şəxs2la razılaşmasını demişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs - mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs X29 işləmişdir. Sonuncu özünü iqtisadiyyat nazirliyinin nümayəndəsi kimi təqdim etmişdir. O, "xxxx" MMCnin laboratoriya müdiri olaraq inşaat işləri ilə əlaqədar Ağdam rayonuna gedib Nicatla görüşmüşdür. Sonuncu orada olan inşaat işlərini göstərmiş və orada işləmək üçün kargüzarlığa 10000 manat pul verilməli olduğunu demiş, o da Bakı şəhərində Qara Qarayev metrostansiyasının yaxınlığında Nicata 10000 manat pul vermişdir. Bundan sonra Nicat müqavilə bağlamaq üçün onları Ağdam rayonuna çağırmış, Kapital Banka məxsus hesaba pul yatırılması ilə bağlı saxtalaşdırılmış sənədləri onlara təqdim etmiş, əlavə olaraq da sənədləşmə işinin aparılması, imzalama prosesinin həyata keçirilməsi üçün İqtisadiyyat nazirliyinə, mühasibatlıq şöbəsinə 30000 manat pul verilməli olduğunu demişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Nicat onlara tender yolu ilə X29kı yürümə yollarının asfalt olunması və beton yollar işini söz vermişdir. Nicat onların ilkin verdiyi 10000 manat pulu tenderdə qalib gəlmək üçün kargüzarlığa veriləcəyini, 30000 manat pulun isə İqtisadiyyat nazirliyinə verəcəyini demişdir. Muhammet Cil ilə Nicat sənaye parkında birlikdə işləmiş, X23 vasitəsilə İqtisadiyyat nazirliyinin X29 görülən işlərin rəhbəri kimi tanımış, çünki özünü elə təqdim etmişdir. O, Muhammet Cil ilə Bakı şəhərində birlikdə işləmiş və sonuncunu həmin vaxtdan tanımışdır. Muhammet Cil ona Nicat haqqında danışandan sonra, Nicatı onunla tanış etmək üçün Bakı şəhərinə çağırmış, orada görüşmüşlər, sonra Nicat onları X32 aparıb ərazini gəzdirmiş, özünü İqtisadiyyat nazirliyinin nümayəndəsi kimi təqdim edərək sənaye parkında görülən işlərin onun rəhbərliyi altında həyata keçirildiyini demiş və onlara görüləcək işlərlə bağlı məlumat vermişdir. Təqsirləndirilən şəxs görünüş baxımından səlahiyyətli şəxsə bənzəməmiş, lakin o, sonuncunun danışığından səlahiyyətli şəxs olduğunu düşünmüşdür. O, Təqsirləndirilən şəxsla X29 danışıb razılaşmış, ilkin verdiyi 10000 manat pulu Bakı şəhərində Qarayev metrosunun yaxınlığında Sevinc hotelin yeməkxnasında vermişdir. Sonra müqavilə bağlamaq üçün Ağdam rayonuna gedəndə Nicat onlara İqtisadiyyat nazirliyinin adından saxta sənədlər təqdim etmiş, müqaviləni imzalamazdan əvvəl işləri həll etmək üçün maliyyə şöbəsinə 30000 manat pul verməli olduğuqlarını demiş, bu zaman onlar sənədlərin saxta olmasından şübhələnib elektron qaimələri və bankın sənədlərini araşdırmış və saxta olduğunu müəyyən etmişlər. Ona ümumilikdə 10000 manat ziyan dəymiş, həmin məbləğin heç bir hissəsi də ona qaytarılmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, pulunun qaytarılmasını tələb edir, əks halda Nicatın qanuna müvafiq qaydada cəzasını çəkməsini istəyir. Əvvəlki məhkəmə istintaqı zamanı nümayəndəsi tərəfindən verilmiş mülki iddianı müdafiə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikası vətəndaşı Muhammet Cilə borca pul vermiş və həmin pulu indiyədək istəməmişdir. O, Muhammetə pulu faizə yox, sadəcə münasibəti yaxşı olduğu üçün borc vermişdir. O, Muhammet Cilə ayrı-ayrı olmaqda 8000 manat və 2000 manat, ümumilikdə 10000 manat borc pul vermişdir. Muhammet Cil ondan pulu nə üçün istədiyini deməmiş, sadəcə ayın sonunadək borc pul lazım olduğunu demiş, o da vermişdir. Muhammet Cil işlədiyi şirkət üçün ona məxsus inşaat materialları mağazasından və qum-çınqıl karxanasından tikinti materialları aldığından onların tanışlığı yaranmışdır. O, Muhammet Cilə verdiyi borc pul üçün zəng etməmiş, sonuncunun atası bir dəfə ona zəng vurub oğluna köməklik etdiyi üçün təşəkkür etmiş və borcu qaytaracağını demişdir. O, X30in ondan borca aldığı pulu Təqsirləndirilən şəxs verdiyini bilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasının vətəndaşı və Ağdam rayonu ərazisində beton zavodunda işləyən Muhammet Cil ilə 2021-ci ildə tanış olmuşdur. Sonuncunun işlədiyi "xxxx" QSC-ə ilə arasında, ona məxsus inşaat materialları mağazasından, eləcə qum-çınqıl karxanasından inşaat və tikinti materiallarının alqı-satqısı barədə müqavilə bağlanmışdır. Muhammet Cil işlədiyi şirkət üçün daim ona məxsus olan inşaat materialları mağazasından, eləcə qumçınqıl karxanasından tikinti materialları almış və onunla Muhammet Cil arasında səmimi dostluq münasibətləri yaranmışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində Muhammet Cil onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş və o, Muhammet Cil ilə Ağdam rayonu, Quzanlı kəndində yerləşən kafedə görüşmüşdür. Həmin zaman Ağdam rayonu, Quzanlı qəsəbə sakini və özünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində X9 Agentliyinin Ağdam və X11 rəsmi nümayəndəsi kimi təqdim Nicat da Muhammet Cil ilə birlikdə gəlmişdir. Nicatın ailəsi onunla qonşuluqda yaşasa da, gedişgəlişləri və aralarında yaxın münasibətləri olmamışdır. Görüş zamanı Muhammet Cil işi ilə bağlı qısa müddətlik 8000 manat məbləğində borc istəmiş və o da sonuncuya etibarı olduğu üçün borc verəcəyini bildirmişdir. Sonrakı gün o, Ağdam rayonu, Quzanlı kəndində özünə məxsus inşaat materialları mağazasının yaxınlığında yerləşən kafedə Nicat ilə birlikdə gəlmiş Muhammet Cil ilə görüşmüş və sonuncuya borc olaraq 8000 manat pul vermişdir. Bir necə gün sonra Muhammet Cil onunla əlaqə saxlayıb, əlavə olaraq 2000 manat məbləğində borc istəyərək, ümumi 10000 manat məbləğində vəsaiti bir yerdə ayın sonuna qaytaracağını bildirmiş və o da cavab olaraq həmin vəsaiti sabah gəlib yaşadığı evdən götürməsini qeyd etmişdir. Bir gün sonra, 2022-ci ilin sentyabr ayının əvvəllərində X41 ilə birlikdə Ağdam rayonu, Quzanlı qəsəbəsində onun yaşadığı evin qarşısına gəlmiş və həmin zaman o, Muhammet Cilə əlavə olaraq 2000 manat borc pul vermişdir. X17 Cili, özünün yüksək vəzifəyə getməsi və sonuncunu da vəzifəyə təyin edəcəyi adı ilə aldadıb, pulun vəzifəli şəxslərə verildiyini bildirməklə, ondan borc olaraq aldığı 10000 manat və əlavə olaraq 4 manat məbləğində pulu ələ keçirdiyi məlum olmuşdur. Həmçinin, X24 tanışından da iş görmək adı ilə 10000 manat aldığını sonradan öyrənmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, o, elan edilmiş ifadəsini təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində X16 Agentliyinin Ağdam və X11 rəsmi nümayəndəsi kimi işlədiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində X18 Agentliyinin Hüquq və İnsan Resursları şöbəsinin müdiri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs 2022-ci il tarixdə X18 Agentliyinin əməkdaşı olmuşdur. Onlar Agentlik olaraq X7 vətən müharibəsi iştirakçılarını və qaziləri işə götürməkdə maraqlı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs Agentliyin X15 filialına müraciət etmiş, onlar da sonuncunu işə qəbul etmişlər. Təqsirləndirilən şəxs “X40” MMC-nin Planlaşdırma və Sənaye Yerləşməsi Departamentində mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs X29 190 hektarlıq ərazidə təsərrüfat işlərinə məsul şəxs kimi işə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs bəzi şəxslərə özünü faktiki vəzifəsinə və statusuna uyğun olmayan, rəhbər vəzifədə olan, müəyyən bank hesabının olduğunu, orada sənaye parkının fəaliyyətinin təşkili ilə bağlı müqavilə bağlamaq səlahiyyəti olan şəxs kimi tanıtması barədə məlumat daxil olmuşdur. Bununla bağlı Recai Hastunç və adını xatırlamadığı başqa iş adam ilə Bakı şəhərində görüşmüş və sonuncular da Təqsirləndirilən şəxs barəsində olan xoşagəlməz məlumatı təsdiqləmişlər. xx.xx.2023cü il tarixdə Ağdam rayonuna gedib Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt Muhammet Cil adlı şəxs onlara özünü zərərçəkmiş şəxs kimi təqdim etmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs özü də deyilənləri təsdiqləmiş, lakin bütün bunları nə üçün etməsi ilə bağlı heç bir səbəb göstərə bilməmişdir. Səhv etmirsə X41 Əhmədova Nicatın guya özünün hər hansı vəzifəyə təyin ediləcəyindən sonra onu da müavin vəzifəsinə qəbul edilməsi üçün 15000 min manat pul verdiyini bildirmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs proqram vasitəsi Muhammetin maaş kartının şəklini göndərmiş və yaxın zamanlarda özünə təqdim olunacağını demişdir. Onlar bütün məlumatları topladıqdan sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhərində qayıtmış və Təqsirləndirilən şəxs əmək müqaviləsinə xitam verilmişdir. Təqsirləndirilən şəxs hərəkətləri çalışdığı Agentliyin işgüzar nüfuzuna xələl gətirdiyinə görə barəsindəki materialları toplayıb Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərmişlər. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxsla söhbət zamanı sonuncu Agentliyin adından saxta blankda sənədlər, saxta müqavilə hazırladığını etiraf etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, X9 agentliyində, infrastruktura xidmət şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs da X40 üzrə inzibatçı rəhbər vəzifəsində çalışmış, yəni o, sonuncunun şöbə müdiri olmuşdur. Nicatın əmək funksiyası sənaye parkında görülən təsərrüfat işlərinə nəzarət etmək olmuşdur. Nicat rezidentlər, iş adamları və tikinti-podratçı təşkilatlarla əlaqəli şəxs olmuşdur. Problem olanda şəxslər Nicata bildirmiş, sonuncu da öz növbəsində agentliyə məlumat vermişdir. Bununla belə, Nicatın sənədləşmə işi aparmaq üçün səlahiyyəti olmamış, sonuncu sadəcə kimlərin gəlib-getdiyinə nəzarət etmiş, gələn şəxsləri də qarşılamışdır. Bir müddət sonra podratçı təşkilatlarla işləyən Türk vətəndaşları tərəfindən Təqsirləndirilən şəxs müəyyən iş adamları ilə görüşüb saxta sənədlər təqdim edərək özünü səlahiyyətli şəxs kimi təqdim etməsi və həmin şəxsləri sənaye parkında görülən işlərə cəlb etmək müqabilində onlardan pul alması barədə məlumatlar daxil olmuşdur. Onlar da həmin məlumatları araşdırmış və doğruluğu təsdiq olunmuşdur. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, onlar Nicatdan izahat almış və sonuncu müəyyən şeyləri etiraf etsə də bəzi şeyləri boynuna almamışdır. Nicat X40 üzrə inzibatçı rəhbər vəzifəsində çalışmış, eyni zamanda qazi olduğu üçün hər kəs elə bilmiş ki, ondan təmiz adam yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Kasım ifadəsində göstərmişdir ki, Muhammet Cil onun iş yoldaşı olmuşdur. Sonuncu ona X29 iş olduğunu demiş, o da bu barədə dostu Söhraba demişdir. O, inşaat rəhbəri kimi bu işi görməyi düşünmüşdür. Nicat tenderdə qalib gəlmək üçün müəyyən miqdarda pul verilməli olduğunu demişdir. Sonra tender olmayacağını, İqtisadiyyat nazirliyinin ona yeni səlahiyyət verdiyini demiş və işin alınması üçün 30000 manat pul göndərməli olduğunu demişdir. Bundan sonra onlar sonuncunun onları aldatdığını başa düşüb şikayət etmişlər. İfadəsinin davamı olaraq Rəcai Hastunc bildirmişdir ki, Muhammet Cil onun tanışı olmuş, o, sonuncu ilə “AzerSun” Holdingdə birlikdə işləmişdir. X29 iş olduğunu Muhammet demiş, o da bu barədə dostu Söhraba demişdir. Təqsirləndirilən şəxsla ilk dəfə Muhammet Cil danışmış, sonuncular birlikdə “Yüksəl beton”-da işləmiş, Nicat həmin şirkətin nümayəndəsi olduğu üçün o, işin alınacağına inanmışdır. Muhammet onun dostu olduğu üçün Təqsirləndirilən şəxsla görüşlərində o da iştirak etmiş, hətta Nicatın hazırladığı saxta sənədlərin şəkillərini Muhammet ona da göndərmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Məmmədov Əli-Seyran Əmir oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC onun tərəfindən təsis edilmiş və həmin şirkətin işini Zərərçəkmiş şəxs2 həyata keçirmişdir. Zərərçəkmiş şəxs2la birlikdə həmin şirkəti açmış və özü digər işlərlə məşğul olduğu üçün, Zərərçəkmiş şəxs2 "xxxx" MMC-də laboratoriya müdiri vəzifəsində işləməsinə baxmayaraq, şirkətə faktiki rəhbərlik etmişdir. Həmin şirkət geodeziya avadanlıqlarının satışı, təmiri və kolibrasiyasını həyata keçirmiş, o cümlədən tikinti lisenziyasına da sahib olmuşdur. 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 tanışı Cil Muhamməd vasitəsi ilə özünü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Ağdam və Cəbrayıl rayonları üzrə ”Sənaye Parkalarının” rəsmi nümayəndəsi kimi təqdim edən Təqsirləndirilən şəxsla görüşmüş və sonuncu Söhrab X25 Parkı ərazisində 1 000 000 kub/metr qazıntı və 15 km asfalt yol örtüyünün çəkilişi ilə bağlı keçiriləcək tender müsahibəsində qalib gələrək, işi podratçı şirkət kimi "xxxx" MMC-yə verillməsini təşkil etmək imkanına malik olmasını bildirib, tenderdə qalib gəlmək üçün X9 Agentliyində işləyən rəhbər vəzifəli şəxslərə 10000 manat məbləğində pul verilməli olduğunu demişdir. Bununla bağlı, 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 10000 manat məbləğində pul vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs müxtəlif qurumların vəzifəli şəxslərinin adından saxta məktublar, köçürmə qəbzləri tərtib edib Zərərçəkmiş şəxs2 göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs Söhrab X25 Parkı ilə "xxxx" MMC arasında qeyd olunan işlərin görülməsi haqqında müqaviləni göstərib, müqavilənin təsdiq olunması üçün İqtisadiyyat Nazirliyində Maliyyə idarəsinin müdiri vəzifəsində işləyən şəxsə 30000 manat verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hal-hazıradək aldığı 10000 manat məbləğində vəsaiti qaytarmamış və "xxxx" MMC tərəfindən X28 ərazisində hər hansı bir iş həyata keçirilməmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/672-5/559 nömrəli məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim olunmuş Sənaye Parkının ərazisində 65,47 ha sahədə tikinti-quraşdırma işlərinin aparılması barədə tərtib olunmuş ASP/PXM-0046 №-li podrat müqaviləsinin kserosurətində “1.1 və 1.2” bəndlərində əks olunmuş əlyazma mətnlər, xx.xx.2022-ci il tarixli “A Formatlı ödəniş tapşırığı №84” adlı sənədin kserosurətində “Müştərinin imzası” qrafasında “1” rəqəmi qarşısında əks olunmuş imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur; 2) Tədqiqata təqdim "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığında olan möhür əksi və imza, 27 oktyabr 2022-ci il tarixli 84 nömrəli “A” formatlı ödəniş tapşırığında olan ştamp əksi və imza axıntılı çap qurğusunda çap edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 310, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş informasiya daşıyıcısı olan diskdən və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən mobil telefon “Huawei” markalı olmaqla “İmei 1” şifrəsi **********06070, “İmel 2” şifrəsi **********16087-dir. Mobil telefonun WhatsApp mobil tətbiqinə daxil olduqda həmin tətbiqin +99***-***-**-** mobil telefon nömrəsinə bağlı olduğu müşahidə olunmuşdur. Qeyd olunan mobil tətbiq vasitəsi ilə “X42” adı ilə qeyd olunmuş “+99***-***-**-**” mobil telefon nömrəsinin istifadəçisi arasında yazışmanın aparıldığı müəyyən edilmişdir. 16 sentyabr 2022-ci il tarixdə “X42” adı ilə qeyd olunmuş şəxs tərəfindən ərazinin görünütüsü əks olunmuş 1 ədəd video çəkiliş, bundan başqa 80 faiz ödənişin ilik olaraq, 20 faizin ödənişin iş yekunlaşdıqdan sonra ödənilməli olması, sənədlə bağlı özünə təqdim edilməli olan məbləğin tez verilməli olması, işçilərin hər bir şəraitlə təmin olunacağı məzmunda 4 ədəd səs yazısı həmin tətbiq vasitəsi ilə göndərilmişdir. “X42” adı ilə qeyd olunmuş şəxs tərəfindən 12 və 14 oktyabr 2022-ci il tarixlərdə “ASP rezidentlər” adlı fayların göndərildiyi müşahidə olunmuşdur. 16 oktyabr 2022-ci il tarixdə “X42” adı ilə qeyd olunmuş şəxsə qeyd olunan mobil telefondan "xxxx" ASC-də açılmış "xxxx" MMC-yə aid hesab nömrəsinin fotoşəkili göndərilmişdir. Sonra “X42” adı ilə qeyd olunmuş şəxs tərəfindən ünvanı soruşması barədə səs yazısı və buna cavab olaraq "xxxx" MMC-nin hüquqi ünvanın qeyd olunan fotoşəkil göndərilmişdir. 18 oktyabr 2022-ci il tarixdə “X42” adı ilə qeyd olunmuş şəxs tərəfindən imzalanmamış “Sifarişçi” adından çıxış edən Təqsirləndirilən şəxs və “Podratçı” adından çıxış edən Məmmədov Əli-Seyran Əmir oğlunun arasında olan “Podrat müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşma”nın, "xxxx" ASC-də açılmış X28 AZ06UBAZ**********1010AZN001 nömrəli hesabına dair çıxarışın göndərilməsi müşahidə olunmuşdur. 20 oktyabr 2022-ci il tarixdə “X42” adı ilə qeyd olunmuş şəxs tərəfindən imzalanmamış “Sifarişçi” adından çıxış edən Təqsirləndirilən şəxs və “Podratçı” adından çıxış edən Məmmədov Əli-Seyran Əmir oğlunun arasında olan “Podrat müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşma” göndərilmişdir. 22 oktyabr 2022-ci il tarixdə “X42” adı ilə qeyd olunmuş şəxs tərəfindən 21 oktyabr 2022-ci il tarixli İZİA-11/01-00/46 nömrəli, ASP/PXM-046 nömrəli podrat müqaviləsinə əsasən sifarişçiyə ediləcək ödəniş barədə X9 X8 sədrinin adından tərtib olunmuş məktub, 23 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına “Kapital Bankda” açılmış **********294799 nömrəli bank kartının fotoşəkili göndərilmişdir. 24 oktyabr 2022-ci il tarixdə baxış keçirilən mobil telefon nömrəsindən “X42” adı ilə qeyd olunmuş şəxsə “Ə*** N*** H***” adına olan 5404********4799 nömrəli bank kartına həmin tarixdə 500 manat məbləğində vəsaitin köçürülməsi barədə qəbzin fotoşəkilinin, işçilərin və texniki vasitələrin siyahısının göndərilməsi müşahidə olumuşdur. 27 oktyabr 2022-ci il tarixdə “X42” adı ilə qeyd olunmuş şəxs tərəfindən X40 tərəfindən "xxxx" MMC-yə 4.377.976,80 manat məbləğində vəsaitin köçürülməsi nəzərdə tutulmuş həmin tarixli 84 nömrəli ödəniş tapşırığının fotoşəkili göndərilmişdir. 10 noyabr 2022-ci il tarixdə “X42” adı ilə qeyd olunmuş şəxs tərəfindən sənaye parkının ətrafında torpaq səviyyəsinin qeyd olunduğu fotoşəkil göndərilərək, həmin fotoşəkil əsasən hansı ölçüdə qazıntıların aparılması, “Autocad” tətbiqində istifadə olunan formatda həmin faylın evində olması, bazar günü keçmiş podratçıların işdən çıxması, həftənin 4-cü günü topoqrafiya heyətinin artıq işə çıxmalı olması məzmunda səs yazılarının göndərildiyi müşahidə edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, WhatsApp mobil tətbiqində +99***-***-**-** mobil telefon nömrəsinə bağlı olan mobil telefon onun şirkətinə aid olan iş telefonu kimi Şahid2 tərəfindən istifadə olunmuşdur. Şahid2 inşaat mühəndisi olduğu üçün X29 aparılmalı olan 1 000 000 kub/metr qazıntı və 15 km asfalt yol örtüyünün çəkilişi ilə bağlı mühəndis hesablama və topoqrafik plana alma işlərinin sonuncu tərəfindən həyata keçirməsi nəzərdə tutulmuşdur. Buna görə də, X29 aparılmalı olan işlərlə bağlı Şahid2 Təqsirləndirilən şəxsla əlaqə saxlamış və “X42” adı ilə qeyd olunmuş “+99***-***-**-**” mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs olmuşdur. İlkin video çarxda Təqsirləndirilən şəxs qazıntı işlərinin aparılmalı olduğu sahənin video görüntüsünü çəkmiş, sonra ifadəsində qeyd etdiyi saxta tərtib etdiyi məktubları, müqavilələrə əlavələri, ödəniş tapşırıqlarını göndərimişdir. Səs yazılarında isə Təqsirləndirilən şəxs ondan tələb etdiyi 10000 manat məbləğində vəsaitin tez verilməsini istədiyini, işlərin artıq "xxxx" MMC-yə verilməsini, hazırda işdə olan podratçıların ərazini tərk etmələrini və həftənin 4-cü günü topoqrafiya işçilərinin işə çıxmalı olmalarını bildirmişdir. Təqsirləndirilən şəxs Şahid2dan 500 manat borca pul istədiyi üçün kart hesabına həmin vəsait göndərilmiş, qeyd olunan 500 manat vəsaitin sonuncunun aldığı 10000 manat məbləğində vəsaitə aidiyyəti olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş informasiya daşıyıcısı olan diskdən və fotoşəkillərdən görünür ki, Cil Muhammet tərəfindən təqdim edilən mobil telefon “İphone” markalı olmaqla “İmei” şifrəsi **********65291-dir. Mobil telefonun WhatsApp mobil tətbiqinə daxil olduqda həmin tətbiqin +99***-***-**-** mobil telefon nömrəsinə bağlı olduğu müşahidə olunmuşdur. Qeyd olunan mobil tətbiq vasitəsi ilə “X21 Nazirliği” adı ilə qeyd olunmuş “+99***-***-**-**” mobil telefon nömrəsinin istifadəçisi ilə arasında yazışmanın aparıldığı müəyyən edilmişdir. 27 oktyabr 2022-ci il tarixdə “X21 Nazirliği” adı ilə qeyd olunmuş şəxs tərəfindən baxış keçirilən mobil telefona X40 tərəfindən "xxxx" MMC-yə 4.377.976,80 manat məbləğində vəsaitin köçürülməsi nəzərdə tutulmuş həmin tarixli 84 nömrəli ödəniş tapşırığının fotoşəkili göndərilmişdir. 8 noyabr 2022-ci il tarixdə “X21 Nazirliği” adı ilə qeyd olunmuş şəxs tərəfindən baxış keçirilən mobil telefona “Sənədləriniz də gəldi mənə” mesajı yazılmış, buna cavab olaraq sonuncuya “Menim vesikam maaş kartım sendedi” məzmunlu mesaj göndərilmişdir. Sonra “X21 Nazirliği” adı ilə qeyd olunmuş şəxs tərəfindən “Paketlərin hamsı gəlib bir topa sənəddi” mətninin yazılması müşahidə olunur. 10 noyabr 2022-ci il tarixdə “X21 Nazirliği” adı ilə qeyd olunmuş şəxs tərəfindən baxış keçirilən mobil telefona 1 ədəd üzərində Azərbaycan Respublikasının Qerbi olan və üzərində “Azərbaycan Respublikası Prezident Administrasiyası, Adı: Muhammet, Soyadı: Çil, Atasının adı: Orhan, Sənədin növü: Məxfi” yazıları olan bağlamanın fotoşəkilləri göndərmişdir. 14 noyabr 2022-ci il tarixdə “X21 Nazirliği” adı ilə qeyd olunmuş şəxs tərəfindən baxış keçirilən mobil telefona xx.xx.2022-ci il tarixli İZİA-45/320 nömrəli X28 baş planının yenidən işlənib hazırlanması ilə bağlı bütün maliyyə əməliyyatlarının xx.xx.2023-cü il tarixə kimi dayandırılması barədə X16 Agentliyinin sədri Elşad Nuriyevin imzası ilə olan məktubun fotoşəkilini göndərmişdi. 15 noyabr 2022-ci il tarixdə “X21 Nazirliği” adı ilə qeyd olunmuş şəxs tərəfindən baxış keçirilən mobil telefona “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağ üzrə nümayəndəliyinin rəhbərinin köməkçisi Çil Muhammet adına hazırlanmış 2588 nömrəli şəxsi vəsiqənin və Azərbaycan Beynəlxalq Bankında Cil Muhammet adına açılmış 5167 1234 5678 9102 nömrəli əmək haqqı kartının fotoşəkilini göndərmişdi. 15 noyabr 2022-ci il tarixdə “X21 Nazirliği” adı ilə qeyd olunmuş şəxs tərəfindən baxış keçirilən mobil telefona “Sabah atanın da pulun tapıb verəcəm axşama kimi, recai gilin də işin pozacam pulların alıb verəcəm. Mənə inanmayan adamlarla yol getmərəm” mətni yazılmışdır. Baxışda iştirak edən Cil Muhammet bildirmişdir ki, WhatsApp mobil tətbiqində +99***-***-**-** mobil telefon nömrəsinə bağlı olan mobil telefon onun istifadə olunmuşdur. “X21 Nazirliği” adı ilə qeyd olunmuş “+99***-***-**-**” mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi saxta tərtib etdiyi məktubları, X40 tərəfindən "xxxx" MMC-yə 4.377.976,80 manat məbləğində vəsaitin köçürülməsi nəzərdə tutulmuş ödəniş tapşırığını, adına açılmış bank kartının, şəxsi vəsiqənin, bağlamanın fotoşəkilini ona göndərmişdir. Yazışmalarda isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri xaric, işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin olunmağını təsdiq edən sənədlərin bir bağlamada özünə göndərildiyini və adına tərtib olunmuş saxta iş vəsiqəsinin, əmək haqqı kartının hazır olduğunu, eləcə sonradan aldığı pulu qaytacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Rabitə qurğuları ilə ötürülən məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş "xxxx" MMC ilə "xxxx" MMC-dən təqdim olunmuş informasiya daşıyıcı olan disklərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan (051) ***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan (077) ***-**-** və Şahid2un istifadəsində olan (055) ***-**-** mobil telefon nömrələri arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mütəmadi olaraq danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan (051) ***-**-** mobil telefon nömrəsi ilə Muhammet Cilin istifadəsində olan (055) ***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mütəmadi olaraq danışıq aparılmışdır. "xxxx" MMC-dən təqdim olunmuş diskdəki “Zənglərin detallaşması” adlı faylda olan məlumatlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** mobil telefon nömrəsi ilə Muhammet Cilin istifadəsində olan (055) ***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək danışıqlar aparılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X9 Agentliyin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında onun etibarından sui-istifadə edərək aldatmaqla ondan 10000 manat pul aldığını göstərib sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Muhammet Cilin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr-oktyabr aylarında onun etibarından sui-istifadə edərək aldatmaqla ondan 14000 manat pul aldığını göstərib sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X9 Agentliyin xx.xx.2022-ci il tarixli, K-08 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Agentliyin Plalaşdırma və sənaye yerləşməsi departamentinin Əlaqələndirmə və təhlükəsizliyə nəzarət sektorunun mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X9 Agentliyin xx.xx.2022-ci il tarixli, K-24 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Agentliyin İqtisadi zonalarda infrastruktura dəstək şöbəsinin Elektrik infrastrukturuna xidmət bölməsində texniki işçi (təsərrüfat işləri üzrə) vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X9 Agentliyin xx.xx.2022-ci il tarixli, K-24 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Agentliyin İqtisadi zonalarda infrastruktura dəstək şöbəsinin Kommunal infrastruktura dəstək bölməsinin texniki işçisi (təsərrüfat işləri üzrə) vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi X9 Agentliyin xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində əsasən xx.xx.2023-cü il tarixdən Agentliklə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxslərin təqdim etdiyi sənədlərdən görünür ki, “MUHAMMET ÇİL”in adına Azərbaycan Beynəlxalq Bankının **********789102 nömrəli bank kartının fotoşəkili, Muhammet Cilin adına, sonuncunun demoqrafik məlumatları daxil edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağ üzrə nümayəndəliyinin rəhbərinin köməkçisi vəzifəsi üzrə 2588 nömrəli Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına aid şəxsi vəsiqə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının blankı formasında “İşğaldan azad olunmuş rayonlar üzrə Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi cənab Təqsirləndirilən şəxs” adına ünvanlanmış sırasında Muhammet Cilində olduğu 13 şəxsin işə qəbulu ilə bağlı sənədlərin göndərilməsi məzmunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin X1 Məsələləri şöbəsinin müdiri – Kərəm Həsənovun adından 04 noyabr 2022-ci il tarixli PA-09/08-56/84 nömrəli məktub, "xxxx" ASC-nin möhürü və bankın birinci müavini Heybət Qədirovun adından təsdiq edilmiş X28 "xxxx" ASC-də olan hesabına 4377976,80 manat məbləğində vəsaitin köçürülməsi və X28 cari hesabında 4384856,43 manat məbləğində vəsait olması barədə çıxarış, "xxxx" MMC-ilə X40 arasında, 1.1 və 1.2-ci bəndlərinin əl yazısı ilə tərəflərin X29 65.47 ha sahədə tikinti-quraşdırma işlərinin aparılması barədə razılığa gəlmələri barədə bağlanmış ASP/PXM-0046 N-li podrat müqaviləsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X16 Agentliyinin blankı formasında olan “Qarabağ İqtisadi Rayonu və X33 Zonasının rəhbəri cənab Təqsirləndirilən şəxs” adına ünvanlanmış ASP/PXM-0046 N-li podrat müqaviləsinə əsasən "xxxx" MMC-yə 4.377.976,80 manat məbləğində vəsaitin bank vasitəsi ilə 10 noyabr 2022-ci il tarixdə ödənilməsi məzmunda X16 X8 sədri – Elşad Nuriyevin adından 21 oktyabr 2022-ci il tarixli İZİA-11/01-00/46 nömrəli məktub, aralarında bağlanmış ASP/PXM-0046 N-li müqaviləyə əsasən X40 tərəfindən "xxxx" MMC-nin hesabına 4.377.976,80 manat pul köçürülür məzmunda mətn qeyd olunan X28 möhürü ilə təsdiq edilmiş “A”Formatlı N84 ödəniş tapşırığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X16 Agentliyinin blankı formasında olan “Qarabağ İqtisadi Rayonu və X33 Zonasının rəhbəri cənab Təqsirləndirilən şəxs” adına ünvanlanmış bütün maliyyə əməliyyatlarının xx.xx.2023-cü il tarixə kimi təxirə salınması məzmunda X16 X8 sədri – Elşad Nuriyevin adından 14 noyabr 2022-ci il tarixli İZİA-45/320 nömrəli məktub tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində X9 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Agentlik tərəfindən ASP/PXM-046 nömrəli podrat müqaviləsi imzalanmamış, həmçinin 2022-ci il 21 oktyabr tarixli İZİA 11/01-00/46 nömrəli və 14 noyabr tarixli İZİA-451320 nömrəli məktublar mövcud olmamışdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 14 noyabr 2022-ci il tarixli PA-09/08-56/84 nömrəli məktub Agentliyə daxil olmamışdır. Eyni zamanda X28 ərazisində 1.000.000 kubmetr qazıntı və 15 km məsafədə asfalt yol örtüyünün çəkilişi ilə bağlı Agentlik tərəfindən satınalma proseduru həyata keçirilməmiş, Agentliyin "xxxx" ASC-də heç bir bank hesabı olmamış, “Promap Group" MMC adlı təşkilatla hər hansı müqavilə imzalanmamış və ona heç bir ödəniş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanına əsasən Ağdam rayonunda X40 yaradılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində X9 Agentliyinin 8 aprel 2022-ci il tarixli K-08 nömrəli əmri ilə Planşaldırma və sənaye yerləşməsi departamentinin Əlaqələndirmə və təhlükəsizliyə nəzarət sektorunun mütəxəssisi vəzifəsinə təyin olunmuş, 20 may 2022-ci il tarixli K-24 nömrəli əmri ilə Agentliyin İqtisadi zonalarda infrastruktura dəstək şöbəsinin Elektrik infrastrukturuna xidmət bölməsində təsərrüfat işləri üzrə texniki işçi, 21 dekabr 2022-cü il tarixli K-108 nömrəli əmri ilə həmin Şöbənin mütəxəssisi (inzibatçı rəhbər) vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində X9 X8 sədri tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən İqtisadi zonalarda infrastruktura dəstək şöbəsinin Elektrik infrastrukturuna xidmət bölməsində təsərrüfat işləri üzrə texniki işçinin vəzifələrinə ağac və kol bitkilərinə qulluq etmək, su, drenaj sistemlərini quraşdırmaq və sair infrastruktura xidmət göstərməklə bağlı olan iş fəaliyyəti aid olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, **********789102 nömrəli və son rəqəmləri ilə müxtəlif kombinasiyada axtarış aparılsa da, bank kartlarına dair məlumatlar tapılmamış və Təqsirləndirilən şəxs adına həmin Bankda hesab nömrəsi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X5 mülkiyyətində olan və ya özgəninkiləşdirilən daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X34 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Xəstəxanası” X34 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RİH başçısının Göytəpə kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Kosalı kəndində qeydiyyatda olmaqla, məcburi köçkün kimi Ağdam rayonu, Quzanlı köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış və məskunlaşdığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının İ-16603 nömrəli vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X12, Veteranları və X27 Birlik tərəfindən verilmiş 022832 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı statusu verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2023cü tarixli, 4/672-5/559 nömrəli rəy, Azərbaycan Beynəlxalq Bankının **********789102 nömrəli bank kartının fotoşəkili, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağ üzrə nümayəndəliyinin rəhbərinin köməkçisi vəzifəsi üzrə 2588 nömrəli Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına aid şəxsi vəsiqə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının blankı formasında “İşğaldan azad olunmuş rayonlar üzrə Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi cənab Təqsirləndirilən şəxs” adına ünvanlanmış sırasında Muhammet Cilində olduğu 13 şəxsin işə qəbulu ilə bağlı sənədlərin göndərilməsi məzmunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin X1 Məsələləri şöbəsinin müdiri – Kərəm Həsənovun adından 04 noyabr 2022-ci il tarixli PA-09/08-56/84 nömrəli məktub, "xxxx" ASC-nin möhürü və bankın birinci müavini Heybət Qədirovun adından təsdiq edilmiş X28 "xxxx" ASC-də olan hesabına 4377976,80 manat məbləğində vəsaitin köçürülməsi və X28 cari hesabında 4384856,43 manat məbləğində vəsait olması barədə çıxarış, "xxxx" MMC-ilə X40 arasında, 1.1 və 1.2-ci bəndlərinin əl yazısı ilə tərəflərin X29 65.47 ha sahədə tikinti-quraşdırma işlərinin aparılması barədə razılığa gəlmələri barədə bağlanmış ASP/PXM-0046 N-li podrat müqaviləsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X16 Agentliyinin blankı formasında olan “Qarabağ İqtisadi Rayonu və X33 Zonasının rəhbəri cənab Təqsirləndirilən şəxs” adına ünvanlanmış ASP/PXM-0046 N-li podrat müqaviləsinə əsasən "xxxx" MMC-yə 4.377.976,80 manat məbləğində vəsaitin bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ödənilməsi məzmunda X16 X8 sədri - Elşad Nuriyevin adından 21 oktyabr 2022-ci il tarixli İZİA-11/01-00/46 nömrəli məktub, aralarında bağlanmış ASP/PXM-0046 N-li müqaviləyə əsasən X40 tərəfindən "xxxx" MMC-nin hesabına 4.377.976,80 manat pul köçürülür məzmunda mətn qeyd olunan X28 möhürü ilə təsdiq edilmiş “A”Formatlı N84 ödəniş tapşırığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X16 Agentliyinin blankı formasında olan “Qarabağ İqtisadi Rayonu və X33 Zonasının rəhbəri cənab Təqsirləndirilən şəxs” adına ünvanlanmış bütün maliyyə əməliyyatlarının xx.xx.2023-cü il tarixə kimi təxirə salınması məzmunda X16 X8 sədri - Elşad Nuriyevin adından xx.xx.2022-ci il tarixli İZİA-45/320 nömrəli məktub, Təqsirləndirilən şəxs Muhammet Cil və Zərərçəkmiş şəxs2la aralarında olan yazışmaların və danışıqların mətni və həmin məlumatların köçürüldüyü 2 ədəd “CD” daşıyıcısı, "xxxx" MMC-dən daxil olan 1 “CD” daşıyıcısı, "xxxx" MMC-dən daxil olan 1 “CD” daşıyıcı maddi sübut kimi tanınaraq iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Muhammet Cil xx.xx.2024-cü il tarixdə dövlət sərhədini Türkiyə Respublikası istiqamətində tərk etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs mülki iddiaçı Muhammet Cilin iddia ərizəsinin sürətindən görünür ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyana görə 14000 (on dörd min) manat, eləcə də iddia ərizəsi üçün ödənilmiş 132 (bir yüz otuz iki) manat məbləğində vəsaitin, ümumilikdə isə 14132 (on dörd min bir yüz otuz iki) manat məbləğində vəsaitin tutularaq öz xeyrinə ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia ərizəsinin sürətindən görünür ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyana görə 10000 (on min) manat, eləcə də iddia ərizəsi üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində vəsaitin, ümumilikdə isə 10120 (on min bir yüz iyirmi) manat məbləğində vəsaitin tutularaq öz xeyrinə ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan ödənilməmiş, ona görə də o, Təqsirləndirilən şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il təvəllüdlü Nihat Əhmədzadə adlı övladı vardır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(100)-39/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs - mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində Muhammet Cildən aldığı ümumilikdə 14000 manat puldan 10000 manatını borc kimi götürdüyünü, Zərərçəkmiş şəxs2 da sadəcə 10000 manat aldığını, əlavə olaraq sonuncudan 30000 manatı nə aldığını, nə də verməsini istədiyini göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin telefon danışıqlarına dair məlumatlar, digər istintaq hərəkətlərinə dair protokollar, protokollara əlavələr və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs aldığı vəsaiti əvvəlcədən qaytarmaq niyyəti olmamış, sonuncu Muhammet Cilə həqiqətə uyğun olmayan Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri xaric, digər işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunacağına dair məlumat verərək şəxsi münasibətləri ilə bağlı özünə qarşı yaranmış inamdan istifadə etmiş, həmçinin Zərərçəkmiş şəxs2 başqa, iş üzrə ifadələri alınmış digər şəxslər də Təqsirləndirilən şəxs sonuncudan saxtalaşdıraraq tərtibi etdiyi ASP/PXM-0046 N-li podrat müqaviləsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin birinci müavini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində X16 Agentliyinin sədri tərəfindən təsdiq olunması ilə bağlı əlavə olaraq 30000 manat məbləğində pul vəsaitini özü vasitəsi ilə verilməli olduğunu bildirdiyi qeyd etmişlər. Bununla da, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməsi, həmçinin təkrar vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi tam olaraq sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 yun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn, daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayət əməlinə münasibətdə cinayətlərin təkrar törədilməsini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs - mülki iddiaçı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs - mülki iddiaçı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Muhammet Cil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyana və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə ümumilikdə 14132 (on dörd min bir yüz otuz iki) manat məbləğində vəsaitin tutularaq öz xeyrinə ödənilməsini xahiş etmişdir. Həmçinin digər zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyana və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə ümumilikdə 10120 (on min bir yüz iyirmi) manat məbləğində vəsaitin tutularaq öz xeyrinə ödənilməsini xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarın 38-ci bəndində məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-in 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Cinayət-Prosessual Məcəllənin 89.1-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəllənin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəllənin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət-Prosessual Məcəllənin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Cinayət-Prosessual Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Cinayət-Prosessual Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət-Prosessual Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Məhkəmə tərkibi işin faktiki hallarına və yuxarıda qeyd olunan araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslər - mülki iddiaçılar Muahmmet Cil və Zərərçəkmiş şəxs2 maddi ziyan vurulması məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Ona görə məhkəmə tərkibi hesab edir ki, ayrı-ayrılıqda hər iki zərərçəkmiş şəxs - mülki iddiaçının mülki iddiası tam təmin edilməli, cinayət nəticəsində dəymiş maddi ziyanla bağlı 14000 (on dörd min) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 132 (bir yüz otuz iki) manat, ümumilikdə isə 14132 (on dörd min yüz otuz iki) manat məbləğində vəsait təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Muhammet Cilə ödənilməli; eləcə də cinayət nəticəsində dəymiş maddi ziyanla bağlı 10000 (on min) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 120 (bir yüz iyirmi) manat, ümumilikdə isə 10120 (on min yüz iyirmi) manat məbləğində vəsait təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə müdafiəçisi Müdafiəçi tərəfindən göstərilmiş 88 (səksən səkkiz) iş saatı (38 iş saat xx.xx.2025-ci il tarixədək, 50 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 778 (yeddi yüz yetmiş səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 140 (bir yüz qırx) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2023-cü tarixli, 4/672-5/559 nömrəli rəy, Azərbaycan Beynəlxalq Bankının **********789102 nömrəli bank kartının fotoşəkili, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağ üzrə nümayəndəliyinin rəhbərinin köməkçisi vəzifəsi üzrə 2588 nömrəli Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına aid şəxsi vəsiqə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının blankı formasında “İşğaldan azad olunmuş rayonlar üzrə Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi cənab Təqsirləndirilən şəxs” adına ünvanlanmış sırasında Muhammet Cilində olduğu 13 şəxsin işə qəbulu ilə bağlı sənədlərin göndərilməsi məzmunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin X1 Məsələləri şöbəsinin müdiri – Kərəm Həsənovun adından 04 noyabr 2022-ci il tarixli PA-09/08-56/84 nömrəli məktub, "xxxx" ASC-nin möhürü və bankın birinci müavini Heybət Qədirovun adından təsdiq edilmiş X28 "xxxx" ASC-də olan hesabına 4377976,80 manat məbləğində vəsaitin köçürülməsi və X28 cari hesabında 4384856,43 manat məbləğində vəsait olması barədə çıxarış, "xxxx" MMC-ilə X40 arasında, 1.1 və 1.2-ci bəndlərinin əl yazısı ilə tərəflərin X29 65.47 ha sahədə tikintiquraşdırma işlərinin aparılması barədə razılığa gəlmələri barədə bağlanmış ASP/PXM- 0046 N-li podrat müqaviləsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X16 Agentliyinin blankı formasında olan “Qarabağ İqtisadi Rayonu və X33 Zonasının rəhbəri cənab Təqsirləndirilən şəxs” adına ünvanlanmış ASP/PXM-0046 N-li podrat müqaviləsinə əsasən "xxxx" MMC-yə 4.377.976,80 manat məbləğində vəsaitin bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ödənilməsi məzmunda X16 X8 sədri - Elşad Nuriyevin adından 21 oktyabr 2022-ci il tarixli İZİA-11/01-00/46 nömrəli məktub, aralarında bağlanmış ASP/PXM- 0046 N-li müqaviləyə əsasən X40 tərəfindən "xxxx" MMC-nin hesabına 4.377.976,80 manat pul köçürülür məzmunda mətn qeyd olunan X28 möhürü ilə təsdiq edilmiş “A”Formatlı N84 ödəniş tapşırığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X16 Agentliyinin blankı formasında olan “Qarabağ İqtisadi Rayonu və X33 Zonasının rəhbəri cənab Təqsirləndirilən şəxs” adına ünvanlanmış bütün maliyyə əməliyyatlarının xx.xx.2023-cü il tarixə kimi təxirə salınması məzmunda X16 X8 sədri - Elşad Nuriyevin adından xx.xx.2022-ci il tarixli İZİA-45/320 nömrəli məktub, Təqsirləndirilən şəxs Muhammet Cil və Zərərçəkmiş şəxs2la aralarında olan yazışmaların və danışıqların mətni və həmin məlumatların köçürüldüyü 2 ədəd “CD” daşıyıcısı, "xxxx" MMC-dən daxil olan 1 “CD” daşıyıcısı, "xxxx" MMC-dən daxil olan 1 “CD” daşıyıcı maddi sübut kimi tanınaraq iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-187, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 24 oktyabr 2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 778 (yeddi yüz yetmiş səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı Muhammet Cilin mülki iddiası tam təmin edilsin. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyanla bağlı 14000 (on dörd min) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 132 (bir yüz otuz iki) manat, ümumilikdə isə 14132 (on dörd min yüz otuz iki) manat məbləğində vəsait tutularaq Muhammet Cilə ödənilsin. İş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası tam təmin edilsin. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyanla bağlı 10000 (on min) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 120 (bir yüz iyirmi) manat, ümumilikdə isə 10120 (on min yüz iyirmi) manat məbləğində vəsait tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 140 (bir yüz qırx) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2023-cü tarixli, 4/672-5/559 nömrəli rəy, Azərbaycan Beynəlxalq Bankının **********789102 nömrəli bank kartının fotoşəkili, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağ üzrə nümayəndəliyinin rəhbərinin köməkçisi vəzifəsi üzrə 2588 nömrəli Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına aid şəxsi vəsiqə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının blankı formasında “İşğaldan azad olunmuş rayonlar üzrə Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi cənab Təqsirləndirilən şəxs” adına ünvanlanmış sırasında Muhammet Cilində olduğu 13 şəxsin işə qəbulu ilə bağlı sənədlərin göndərilməsi məzmunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin X1 Məsələləri şöbəsinin müdiri – Kərəm Həsənovun adından 04 noyabr 2022-ci il tarixli PA-09/08-56/84 nömrəli məktub, "xxxx" ASC-nin möhürü və bankın birinci müavini Heybət Qədirovun adından təsdiq edilmiş X28 "xxxx" ASC-də olan hesabına 4377976,80 manat məbləğində vəsaitin köçürülməsi və X28 cari hesabında 4384856,43 manat məbləğində vəsait olması barədə çıxarış, "xxxx" MMC-ilə X40 arasında, 1.1 və 1.2-ci bəndlərinin əl yazısı ilə tərəflərin X29 65.47 ha sahədə tikintiquraşdırma işlərinin aparılması barədə razılığa gəlmələri barədə bağlanmış ASP/PXM- 0046 N-li podrat müqaviləsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X16 Agentliyinin blankı formasında olan “Qarabağ İqtisadi Rayonu və X33 Zonasının rəhbəri cənab Təqsirləndirilən şəxs” adına ünvanlanmış ASP/PXM-0046 N-li podrat müqaviləsinə əsasən "xxxx" MMC-yə 4.377.976,80 manat məbləğində vəsaitin bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ödənilməsi məzmunda X16 X8 sədri - Elşad Nuriyevin adından 21 oktyabr 2022-ci il tarixli İZİA-11/01-00/46 nömrəli məktub, aralarında bağlanmış ASP/PXM- 0046 N-li müqaviləyə əsasən X40 tərəfindən "xxxx" MMC-nin hesabına 4.377.976,80 manat pul köçürülür məzmunda mətn qeyd olunan X28 möhürü ilə təsdiq edilmiş “A”Formatlı N84 ödəniş tapşırığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X16 Agentliyinin blankı formasında olan “Qarabağ İqtisadi Rayonu və X33 Zonasının rəhbəri cənab Təqsirləndirilən şəxs” adına ünvanlanmış bütün maliyyə əməliyyatlarının xx.xx.2023-cü il tarixə kimi təxirə salınması məzmunda X16 X8 sədri - Elşad Nuriyevin adından xx.xx.2022-ci il tarixli İZİA-45/320 nömrəli məktub, Təqsirləndirilən şəxs Muhammet Cil və Zərərçəkmiş şəxs2la aralarında olan yazışmaların və danışıqların mətni və həmin məlumatların köçürüldüyü 2 ədəd “CD” daşıyıcısı, "xxxx" MMC-dən daxil olan 1 “CD” daşıyıcısı, "xxxx" MMC-dən daxil olan 1 “CD” daşıyıcı maddi sübut kimi tanınaraq iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar