Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-390/2022 30.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X4 ibarət tərkibdə, X19 və X9 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, Samux rayonu, Qarayeri qəsbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobil ilə ehtiyatsızlıqdan bir nəfər şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törədib, yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə saat 19 radələrində, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, Qanunun bu tələbini pozaraq sürücülük vəsiqəsi olmadan tanışı Zərərçəkmiş şəxs faktiki məxsus olan “Vaz 21013” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Samux rayonu, Seyidlər-Qarayeri kənd avtomobil yolu, Babək Cəfərov küçəsi ilə üzü Samux rayonu, Qarayeri qəsəbəsi istiqamətində 60-70 kilometr saat sürətlə hərəkətdə olarkən onun hərəkət istiqamətinə əks istiqamətdə qarşıdan gələn, ibtidai istintaqa dövlət qeydiyyat nişanı məlum olmayan “Vaz 2107” markalı avtomobilin işıqlarının onun gözünü qamaşdırdığından idarə etdiyi avtomobillə kəndçisi X5 yaşadığı fərdi yaşayış evinin qarşısına çatarkən onunla eyni istiqamətdə qarşıda yolun sağ hərəkət hissəsi ilə gedən piyadaları görüb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə görə sürücü gözü qamaşdıqda qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda dayandırmamış, habelə həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50km\saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60-70 km\saat sürətlə idarə etdiyindən hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunan maddələrin tələblərinə əməl etməməsi səbəbindən idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə qarşısında yolun sağ hərəkət hissəsi ilə onunla eyni istiqamətdə gedən piyada X7 vuraraq zərərçəkmiş Mübariz Məmmədova ehtiyatsızlıqdan açıq-kəllə beyin travmasından, başın yumşaq toxumalarına təpə-ənsə nahiyəsinə uyğun hissədə böyük ölçülü qansızmadan, sağ gicgah sümüyündə alın sümüyünə doğru uzanan 12 sm uzunluqda xətti formalı sınığından, döş qəfəsinin qapalı küt travmasından, döş qəfəsinin sol tərəfində İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ qabırğaların ön qoltuqaltı xətt üzrə, sağ tərəfində İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ qabırğaların məmə xətt üzrə, sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların onurğayanı xətt üzrə sınıqlarından, hər iki körpücük sümüyünün qapalı sınığından, sınıq ətrafı yumşaq toxumalara qansızmalardan, hər iki ağciyərin cırılmasından, sol döş boşluğunda 300 ml, sağ döş boşluğunda 500 ml maye qanın olmasından, təpə-ənsə nahiyəsinin yarasından, alın, sağ gicgah, burun və qarın nahiyələrinin sıyrıqlarından və Şahid2 ölümünə bilavasitə səbəb olan açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüklərinin sınığından və baş beyinə qansızmadan ibarət, canlı şəxslərdə həyat üçün təhlükləli olan sağlamlığa AĞİR zərər vurmaya aid olmaqla ehtiyatsızlıqdan X6 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həmkəndlisi Zərərçəkmiş şəxs balıqçısı olmuş, sonuncuya məxsus “Vaz 21013” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. O, adətən balıq tutmağa həmin avtomobillə getmişdir. Onun həmin avtomobilə dair heç bir sənədi, həmçinin sürücülük vəsiqəsi olmamışdır. 12 mart 2022-ci il tarixdə, saat 19 radələrində o, evdə olan zaman Zamin ona zəng edib sonuncunu evindən götürüb Kür çayının kənarında yerləşən Asəf adlı şəxsin kafesinə aparacağını xahiş etmişdir. O, piyada Zamingilə getmiş və Zaminlə birlikdə avtomobili götürmək üçün qəsəbədə Atvo-Yuma məntəqəsinə getmişlər. Onlar avto-Yuma məntəqəsindən Fəqanı da götürüb Asəf adlı şəxsin kafesinə getmişlər. O, Zaminlə Fəqanı kafedə düşürüb yenidən Samux rayonu, Qarayeri qəsəbəsinə yaşadığı evə qayıtmışdır. O, evə qayıdan zaman Samux rayonu, Qarayeri qəsəbəsinə getmişdir. İdarə etdiyi “Vaz 21013” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Seyidlər-Qarayeri kənd avtomobil yolunun Qarayeri qəsəbəsi ərazisindən keçən hissəsində Babək Cəfərov küçəsi ilə 60-70 km saat sürətlə hərəkətdə olan zaman ondan əks istiqamətdə dövlət qeydiyyat nişanını bilmədiyi “Vaz 2107” markalı avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobil ondan 25-30 metr aralıda olmuş, həmin avtomobilin işıqları onun gözünə düşdüyündən, onun gözləri 5-6 saniyə qamaşmış və o, qarşı tərəfi görməmişdir. Həmin “Vaz 2107” markalı avtomobil onu keçəndən sonra o, qarşıda onunla eyni istiqamətdə yolun sağ tərəfində iki nəfər şəxsin, birinin asfalt yolun kənarı ilə, digərinin isə asfalt yola yaxın yerlə üzü Qarayeri qəsəbəsi istiqamətinə düzünə piyada yavaş yerişlə hərəkət etdiklərini görmüşdür. O, onları görən zaman aralarında təxminən 6- 8 metr məsafə olmuşdur. O, onları vuracaq deyə idarə etdiyi avtomobilin əyləc pedalını basmadan yolun sol tərəfinə çəkmiş, buna baxmayaraq o, qəzadan yayına bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə sonradan adının X3 bildiyi şəxsi vurmuşdur. Zərbənin təsirindən Mübariz avtomobilin qabaq sağ tərəf şüşəsinə dəyərək bilmədiyi istiqamətə düşmüşdür. Bundan sonra o, idarə etdiyi avtomobillə təxminən 10 metr gedib avtomobili yolun sağ tərəfində saxlamış və avtomobildən düşərək Mübarizin yanında olan Elşən adlı şəxsdən Mübarizin hara düşdüyünü soruşmuş, sonuncu da Mübarizin su kanalına düşdüyünü bildirmişdir. O, cəld su kanalına düşmüş və Mübarizin suyun içində olduğunu görmüş, həmin vaxt kömək çağırmış, hadisə yerinə gəlmiş kənd camaatının köməkliyi ilə Mübarizi su kanalından çıxarıb asfalta uzandırmışlar. Həmin vaxt o, öz mobil telefonu ilə atasına zəng vurmuş, atası da 5-6 dəqiqəyə onun yanına çatmışdır. Sonra Siyavuş adlı şəxs 103 xidmətinə zəng vurmuş, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobli gəlmiş və onlar köməkli Mübarizi təcili tibbi yardım avtomobilinə yerləşdirərək xəstəxanaya yola salmışlar, sonra isə o, hadisə yerində qalaraq polisləri gözləmişdir. Hadisə zamanı o, avtomobildə tək olmuş, qəza zamanı heç bir xəsarət almamış, idarə etdiyi avtomobilə təxminən 150 manat maddi ziyan dəymişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığından məhkmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, mərhum X11 onun doğma atası, Təqsirləndirilən şəxs həmkəndlisi olmuşdur, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 12 mart 2022-ci il tarixdə saat 21 radələrində qohumları onun mobil telefonuna zəng vurub atası X14 rayonu, Qarayeri qəsəbəsi ərazisində avtomobillə vurulduğunu, hazırda Samux rayonu, Seyidlər kəndinə gedən yolda huşsuz vəziyyətdə olduğunu bildirmişlər. O, dərhal Gəncə şəhərindən hadisə yerinə gəlmiş, hadisə yerinə gələn zaman o, atasının asfalt yolun kənarına uzadıldığını görmüşdür. Daha sonra o, atasını təcili tibbi yardım avtomobilinə yerləşdirərək onu Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışdır. Ancaq atası artıq hadisə yerində ölmüşdür. O, sonradan həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21011” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə atası X7 idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vurduğunu bilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, X11 onun həmkəndlisi olmuş, Təqsirləndirilən şəxs isə tanımamışdır. 12 mart 2022-ci il tarixdə, saat 19 radələrində o, yaşadığı küçə ilə, yəni Zahid Zeynalov küçəsi ilə Babək Cəfərov küçəsinin kəsişməsində həmkəndlisi mərhum Mübariz ilə təsadüfən qarşılaşmış, Qarayeri qəsəbəsinin mərkəzinə kimi birlikdə getməklərini qərara almışlar. Onlar Samux rayonu, Qarayeri qəsəbəsi istqamətində yolun sağ tərəfi ilə piyada qəsəbə mərkəzinə doğru getməyə başlamışlar. O, Mübraizin sağ tərəfində, Mübariz isə asfalt yol ilə ehtiyat yolun kəsişməsi ilə getmişlər. Təxminən 200 metr piyada gedən zaman qəflətən onların arxa tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21013” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə Mübarizi vurmuşdur. Zərbənin təsirindən Mübariz “Quşqara” çayı adlanan çaya düşmüşdür. Təqsirləndirilən şəxs isə idarə etdiyi avtomobillə bir qədər qabağa gedərək əks istiqamətli hərəkət yolunda saxlamışdır. Bundan sonra o, Mübarizin arxasınca qaçmış və Mübarizin suda olduğunu görmüşdür. Sonradan hadisə yerinə toplamış kənd camaatının köməkliyi ilə onu sudan çıxartmışlar. Bir qədər sonra hadisə yerinə Mübarizin oğlu Salman da gəlmiş və onlar Mübarizi təcili tibbi yardım avtomobili ilə Gəncə şəhərinə, xəstəxanaya yola salmışlar. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Mübarizi necə vurmağının birbaşa şahidi olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və hadisə yerinə baxış protokolundan və hadisə yerinin sxemindən görünür ki,hadisə yeri Samux rayon Seyidlər- Qarayeri kənd avtomobil yolu, Babək Cəfərov küçəsində yerləşir. Hadisə baş verən yer düz yol olmaqla, asfalt örtüklüdür, yer qurudur, yol nişanları vardır, yolun nişanlanma xətləri yoxdur, qarşılıqlı ikitərəfli hərəkət yoludur. Həmin yolun başlanğıcında 50 saat\km sürət həddini müəyyən edən yol nişanı vardır. Hadisə baş verən yolun eni 6 metrdir. Üzü Samux rayon Qarayeri qəsəbəsi istiqamətində baxdıqda yolun sol ehtiyat hissəsinin eni 1 metr, sağ tərəf ehtiyat hissəsinin eni 1,20 metrdir. Sol və sağ tərəf ehtiyat hissələr torpaq örtüklüdür. Qəzanın baş verdiyi yer yaşayış məntəqəsidir. Yolun sağ tərəfindən kəndarası “Quşqara” adlı çay keçir. Hadisə yerində “VAZ 21013” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. “VAZ 21013” markalı avtomobil yolun sol tərəfində, əks istiqamətli hərəkət yolunda Qarayeri qəsəbəsi istiqamətində dayanmışdır. Hadisə yerində “VAZ 21013” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada Mübariz Məmmədovu vurmuş olduğu nöqtə müəyyən edilmiş, belə ki, “VAZ 21013” markalı avtomobilin piyada Mübariz Məmmədovu vurma nöqtəsindən üzü Samux rayon Qarayeri qəsəbəsi istiqamətinə baxdıqda yolun sağa tərəf ehtiyat hissəsinə qədər 0,97 metr məsafə vardır. Piyadanın vurulduğu yerdən avtomobilə qədər 15 metr, çaya qədər isə 13,20 metr məsafə vardır. Hadisə yerində heç bir tormoz izi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli “təqsirləndirlən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2022-ci il tarixli 29 saylı rəyi ilə müəyyən edilmişdir ki, X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər : Sağ gicgah sümüyünün alın sümüyünə doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, başın yumşaq toxumalarına təpəənsə nahiyəsinə uyğun hissədə qansızma, döş qəfəsinin sol tərəfində İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ- Vİİİ-İX-X-Xİ-Xİİ qabırğaların ön qoltuqaltı xətt üzrə, sağ tərəfində İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX- X-Xİ-Xİİ qabırğaların məmə xətti üzrə, sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların isə onurğayanı xətt üzrə sınıqları, hər iki körpücük sümüyünün qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin cırılması, təpə-ənsə nahiyəsinin yarası, alın, sağ gicgah, burun və qarın nahiyələrinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidir, bərk KÜT əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüklərinin sınığı və baş beyinə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq, belə hesab olunur ki, ölümün müddəti müayinə olunan vaxta nəzərən 14-18 saatdır( meyit xx.xx.2022ci il tarixdə saat 11:00-da müayinə edilmişdir). X1 meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat ekspertizasının 13 iyul 2022-ci il tarixli № 8/1512 rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: 1a. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21013 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Abbasov avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Abbasov avtomobili maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. 1b.Piyadanın hərəkətlərinin tədqiqi yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 12 mart 2022-ci il tarixli, 525\2022№li tibbi müayinə aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs sərxoşluq əlaməti aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Samux RPŞ-nin DYPB-si tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Avtoservis müəssisəsinin 11 avqust 2022-ci il tarixli aktı ilə müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21013” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 106 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidl ifadələri, ekspert rəyi, iş üzrə tərtib olunmuş istintaq hərəkəti protokolları, eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası bu mənada «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını 59.1.12-ci maddəsinə əsasən və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinə əsasən və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona cəza təyin edərkən CM nin 60-cı maddəsini onun barəsində tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən yüngülləşdirən hallar olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzasının yuxarı həddinin, yəni 08 (səkkiz) ilin dörddə üçündən 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüqüqundan məhrum edilməklə ona azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəndə çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməməkhaqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli və bu cəzanın icrası əsas cəzanı çəkib qurtardığ vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan, mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökm icraya yönəldiyi vaxtdan, yəni onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 45.2-ci maddəsinə əsasən ona əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. Hökmün icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan, mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-390/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-390/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver