Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-390/2025 26.02.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Müslümov Bəhruz Firizman oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, X7 və X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları; kiçik ədliyyə müşavirləri X4 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2007-ci il tarixdə Tərtər rayonu, Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Tərtər rayonu, Hacıqərvənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 29 avqust 2024-cü il tarixdə gecə saat 01:00 radələrində Tərtər şəhəri, Heydər Əliyev prospekti ərazisində həmkəndlisi Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “Mercedes Benz 190” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər şəhərindən yaşadıqları Hacıqərvənd kəndinə qayıdarkən həmin vaxt onları təhlükəli formada ötüb keçən və içərisində Tərtər rayonu, Qarağacı kəndində yaşayan Zərərçəkmiş şəxs da sərnişin qismində əyləşdiyi “Mercedes Benz 190” markalı avtomobilin onları təhlükəli ötmə əməliyyatı etməsi və onları sıxışdırıb yoldan çıxarması səbəbindən Şahid1la həmin avtomobilin sürücüsü X5, həmçinin avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs və qardaşı Şahid3 mübahisə etdiyini görüb onların mübahisəsinə müdaxilə etmiş və həmin vaxt aralarında Zərərçəkmiş şəxs Şahid1 döyməsi səbəbindən zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən müəyyən edilməyən küt əşya ilə bir neçə dəfə vuraraq sonuncuya müştərək travma, qapalı kəllə beyin travması, baş beyin əzilməsi və sıxılması, sağ alın nahiyəsinin epidural hematoması, sol gicgah payında hemorragik əzilmə ocağı, sağ alın sümüyündə gözyuvası hissəsinə qədər davam edən yerdəyişməyən sınıq xətti, təpə nahiyəsində, sağ gözyuvası və alın sümüyünün sağ hissəsi ətrafında dərialtı ödem, sağ əng və almacıq sümüklərinin xətti sınıqları, alının sağ yarısında və sağ təpə nahiyəsinin, orta təpə, sol təpə və sağ qaş nahiyələrinin əzilmiş cırılmış yaraları ilə müşayiət edilən və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə gecə vaxtı olmuşdur. Onlar köhnə avtovağzalda yerləşən mağazaya getmiş, mağazadan alış-veriş edib oradan da dönər yeməyə getmişlər. Onlar dönər yeyib qayıdan zaman onlar körpünün üstündə olanda onalrın tanımadığı avtomobil ötmə əməliyyatı etmişdir. Ötmə əməliyyatı edən avtomobil onların üzərinə gəlmiş və onların sürücüsü onlardan uzaqlaşmışdır. Həmin vaxt onların sürücüsü ötən avtomobili saxlatdırmış və sonuncuya belə maşın sürməzlər “nəsə ola bilərdi, avtomobildə adam, uşaq və s.. demişdir”.Ötən avtomobilin sürücüsü onlara cavab olaraq “mən belə sürürəm” demiş və onların üzərinə gələn zaman onların avtomobili səkiyə dəymişdir. Onların sürücüsü ona “sən canından bezmisən, mən canımdan bezməmişəm” demişdir. Bundan sonra onun yanında olan şəxslər avtmobildən düşmüşlər. Sonra mübahisə yaranmış və avtomobildə olan şəxslərdən birini vurmuşlar. O avtomobilin yanına gələrək onları aralamaq istəmişdir. Buna baxmayaraq onlar onun üzərinə hücum çəkdiklərindən o onlarla dalaşmış və onları vurmuşdur. O zərərçəkmişi taxra parçası ilə vurmuşdur. Həmin taxta parçası orada olan evakuator avtomobilində olmuşdur. Əməlindən peşmandır məhəkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı heç nə xatırlamır. Anlaşılmazlıq olmuşdur. Başındakı batıq hadisədən sonra yaranmışdır. Təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhəkəmə istintaqı zamanı qısa ifadə verdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Zərərçəkmiş şəxs istintqda verdiyi ifadəsində göstərmişdir ki, «….hadisə 29 avqust 2024-cü il tarixdə gecə saat 01 radələrində Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən “Oskar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş vermişdir. hadisə təxminən 02-03 dəqiqə müddətində davam etmiş, hadisənin səbəbi Rahibin Vüsalın idarə etdiyi avtomobili təhlükəli ötməsi olmuşdur. Hadisə zamanı adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs taxta parçası ilə onun başına və sifət nahiyəsinə 4-5 dəfə zərbə vuraraq xəsarət yetirmiş, sonuncunun onun sifət nahiyəsinə yumruqla zərbə endiridiyini dəqiqliklə xatırlamır. Belə ki, o, Yusiflə üzbə-üz dalaşmışdır. Həmçinin başından zərbə aldığı üçün hadisənin detallarını tam xatırlamır. O, Şahid1la mübahisə etdiyini xatırlayır, ola bilsin ki, onu vurmuşdur. Ancaq Vüsalı vurub-vurmadığı tam yaddaşında qalmayıb. Lakin xatırladığı qədər o, kiməsə xəsarət yetirməmişdir. Hadisəyə qardaşı İsmət və həmkəndlisi Rahib şahidlik etmişlər, başqa kimlərin şahidlik etdiyini bilmir. Hadisədən əvvəl “Xan bağı” kafesində 2-3 bakal pivə içmiş, lakin ayıq vəziyyətdə olmuş, sərxoş olmamışdır. Səs-küyə kiminsə gəldiyini xatırlamır. Belə ki, gecə vaxtı olmuş və yolda maşınlar da az olmuşdur. Hadisə zamanı o, ucadan nalayiq ifadələr işlətməmiş, başqa kiminsə də işlətdiyini xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar rayondan mağazadan siqaret almaq istəmişlər. Həmin avtomobil atasına məxsus olmuş, onun avtomobili idarə etməsi üçün etibarnaməsi olmuşdur. Hadisə vaxtı orada Taqət, Rahib və Taqətin qardaşı olmuşdur. Onlar «Tərtər körpüsü» adlanan körpünü keçmiş və həmin vaxt digər avtomobil ötmə əməliyyatı etmişdir. Ötmə əməliyyatı edən avtomobil onun avtomobili tərəfə istiqamətlənmişdir. O avtomobili sağ istiqamətə istiqamətləndirmiş və avtomobili səkiyə dəymişdir. Sonra onların arxası ilə getmiş abidənin yanında ona işıqla dayanmasını bildirmişdir. Həmin vaxt onlar ötmə əməliyyatı edən avtomobili saxlatdırmış ilk olaraq avtomobildən sürücü düşmüşdür. O sürücüyə belə avtomobil sürülmür, bəlkə avtomobildə ailə uşaq vardır, hadisə baş verərdi demişdir. Onun həmin avtomobili saxlatmaqda məqsədi sürücünü başa salmaq olmuşdur. Həmin vaxt o ötən avtomobilin sürücüsünün içkili olmasının gömüşdür. Həmin vaxt qarşı tərəfdə avtomobildə olan şəxslər onlara nəlayiq ifadələr işlətmişlər. Bundan sonra Taqət avtomboilin qapısını açaraq “biz belə sürürük...”, mən isə ona “heç nə Allah köməyiniz olsun, lap yaxşı sürürsüz sürün heç nə...” demişdir. Bundan sonra Taqət ona “sən məni yola verirsən...”, o da cavab olaraq ona mən sürücü ilə danışıram demişdir. Həmin vaxt ona yumruq atılmış və orada olan digər sürücü onu öz avtomobilinin yanına çəkib aparmışdır. O öz avtomobilinin yanında olan zaman onlar söhbət etmişlər. Digər avtomobilin sürücüsü Rahib ona ,“qaqa çıx get...” demiş o da “yaxşı qaqa mən sənə yenə deyirəm, mən səni pis mənada saxlatmamışam...” demişdir. Onlar orada bir qədər söhbət etmiş və o avtomobili saxlatdırmasının səbəbini izah etmişdir. Bundan sonra Taqət yenidən yaxınlaşmışdır. Həmin vaxt digər sürücü ona “sən get otur maşına məndə gəlirəm” demişdir. Həmin vaxt Taqət “yox ee bu niyə belə yekə yekə danışır” demişdir. O da “yekə danışmıram bəlkə mənim avtomobilimdə ailəm uşağım olardı, mən olmayım sən ol və ya başqası olsun, bədbəxt hadisə baş verərdi...” demişdir. Sonra onu döymüşlər. Aralaşan zaman Taqət Yusifin üzərinə getmiş, Yusif həmin vaxt orada dayanmış evakuatorun üzərində olan o taxta parçasını götürmüş və Taqəti vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə gecə saat 12 radələrində olmuşdur. Həmin vaxt onlar avtomobillə hərəkətdə olmuşlar. Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında mübahisə olmuşdur. Həmin vaxt o avtomobildə əyləşmişdir. Bundan sonra o zərərçəkmiş şəxsin yerə yıxıldığını görmüşdür. Həmin vaxt onun avtomboili qarşı tərəfin avtomobilindən 30-40 metr aralıda olmuşdur. O, öz avtomobilindən düşərək hadisə yerinə gəlmək istəyən zaman, Yusiflə Vüsal öz avtomobilinə əyləşərək həmin ərazidən uzaqlaşmışlar. Daha sonra o,Taqəti xəstəxanaya aparmış və orada onun baş nahiyyəsinə tikiş qoyulmuşdur. Bundan sonra onlar gecə saat 3-4 radələrində xəstəxandan çıxmışlar. Ertəsi gün Taqətin baş nahiyyəsində qan sızması olduğundan o, Taqəti «Qarabağ» klinikasına aparmışdır. Həmin vaxt Taqətin valideyinləri hadisədən məlumatlı olmuşlar. Sonra isə Taqətin valideyinləri Taqəti müalicə və müayinə üçün Bakı şəhərinə aparmışlar. Taqətin deməsinə görə onu Yusif vurmuşdur. Amma o görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yaranmış narazılıq əsasında mübahisə yaranmışdır. Mübahisənin yaranma səbəbi avtomobilin yanlarından sürətlə ötməsi olmuşdur. Bundan sonra onların sürücüsü də onların yanından sürətlə keçmişdir. Sonra həmin avtomobil saxlanılmış və mübahisə baş vermişdir. Mübahisə nəticəsində dava düşmüşdür. Onun qardaşı Zərərçəkmiş şəxs mübahisə nəticəsində yaralanmışdır. 11 dekabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(061)-52/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şəxsin şübhəli kimi saxlanıldığı vaxtdan yəni 11 dekabr 2024-cü il tarixdən hesablanmışdır. 12 fevral 2025-ci il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Şahid1 arasında üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs üzünə qarşı bildirərək sonuncunun hadisə zamanı onu yumruqla vurduğunu, bu səbəbdən də Təqsirləndirilən şəxs əlindəki taxta parçası ilə Zərərçəkmiş şəxs onu müdafiə etmək məqsədi ilə baş nahiyəsindən zərbələr endirdiyini və daha sonra hadisə yerindən çıxıb getdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs da ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, həmçinin hadisə zamanı Şahid1la mübahisə etsə də başından zədə aldığı üçün onu vurubvurmadığını dəqiqliklə xatırlamadığını, ola bilsin ki, vuduğunu qeyd etmişdir. 12 fevral 2025-ci il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs üzünə qarşı onu məhz Şahid1 yumruqla döyməsi səbəbindən onun əlindən almaq və müdafiə etmək məqsədi ilə vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs da ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, həmçinin hadisə zamanı Şahid1la mübahisə etsə də başından zədə aldığı üçün onu vurub-vurmadığını dəqiqliklə xatırlamadığını, ola bilsin ki, vuduğunu qeyd etmişdir. 04 sentyabr 2024-cü il tarixdə hadisə yerinə baxış keçirliməsi haqqında protokolundn görünür ki, baxış zamanı hadisə yerinin Tərtər-Goranboy asfalt yulunun Tərtər şəhəri, Heydər Əliyev prospekti ərazisində keçən hissəsində yerləşən dairənin yanı və “Oskar” yanacaqdoldurma məntəqəsinin yaxınlığı olması müəyyən edilmiş, protokol tərtib edilmiş və baxış zamanı foto və videoçəkliş edilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin müvafiq ekspertizasının 14 fevral 2025-ci il tarixli 227 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müayinəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin X6 Şöbəsinin müvafiq ekspertizasının 27 dekabr 2024-cü il tarixli 963 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlikdən əziyyət çəkməmiş, cinayəti törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra hər hansı psixi pozuntudan əziyyət çəkmir, o, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsussiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. «MTE və PAB» PHŞ-nin Bərdə rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2024-cü il tarixli, 268 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- müştərək travma, qapalı kəllə beyin travması, baş beyin əzilməsi və sıxılması, sağ alın nahiyədə epidural hematoması, sol gicgah payında hemorragik əzilmə ocağı, sağ alın sümüyündə gözyuvası hissəsinə qədər davam edən yerdəyişməyən sınıq xətti, təpə nahiyəsində, sağ gözyuvası və alın sümüyünün sağ hissəsi ətrafında dərialtı ödem, sağ əng və almacıq sümüklərinin xətti sınıqları, alının sağ yarısında və sağ təpə nahiyəsində, orta təpə, sol təpə sağ qaş nahiyələrinin əzilmiş cırılmış yaraları müxtəlif xarakterli küt əşya (əşyalar) ola bilsin dəmir və ya ağac parçası təsirindən törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. xx.xx.2024-cü il tarixdə CAB-dən daxil olmuş cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, hadisə qısa zaman kəsiyində baş verdiyindən hadisəyə kənar şəxslər şahidlik etməmiş, ictimai qaydanın kobud şəkildə davamlı olaraq pozulması halı müşahidə edilməmiş, ətrafa hər hansı bir ziyan dəyməmiş, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi əşyanın yerini müəyyən etmək mümkün olmamışdır. Hadisə yerinə baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk 15 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut qismində tanınmışdır və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir və məhkumluğu yoxdur. Tərtər rayon X3 Hüquqi Şəxsin 19 dekabr 2024-cü il tarixli, 18-1-75/2-1396/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda deyildir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, o Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması Azərbaycan Respublikasının CM-nin 59.1.2-ci maddəsinə, zərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.2, 59.1.12, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyəti, yaşayış yerindən müsbət xarakterizə olunması, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olması,cinayətin zərərçəkmişin təşəbbüsü ilə başlanması, yetkinlik yaşına çatmaması, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, “müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, barəsində ibtidai istintaq zamanı seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə iş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Tər-tər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə iş üzrə ekspertiza və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-390/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-390/2025
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver