Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-393/2022 30.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 3,564 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 3,195 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, barəsində daxil olmuş məlumat əsasında 19 aprel 2022-ci il tarixdə saat 14:20 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Gəncə şəhəri, N.Rəfibəyli küçəsi, ev 43-ün yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 174 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılmış, Polis Bölməsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,564 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,195 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində nənəsi X2 ilə birgə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. O, narkotik vasitələrdən asılılıqdan əziyyət çəkdiyindən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini falqada çəkmə yolu ilə qəbul edir. Tutulmamışdan təxminən 4-5 gün əvvəl mobil telefonda “İstaqram” səhifəsi vasitəsi ilə narkotik vasitələrin satışı ilə məşğul olan adını bilmədiyi və üzünü görə bilmədiyi Bakı şəhər sakini ilə tanış olmuşdur. Həmin şəxsə pul müqabilində narkotik vasitə və psixotrop maddə sifariş vermişdir. Həmin şəxsin Vatsap proqramı vasitəsi ilə ona göndərdiyi plastik pul kartına 120 manat pul göndərmiş və narkotik vasitəni, psixotrop maddəni götürməkdən ötrü avtobus ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində yerləşən avtovağzalın yaxınlığında sahibsiz yerə gedib yerdən bükümləri götürmüş, sonra həmin günü Gəncə şəhərinə geri qayıtmışdır. Narkotik vasitə və psixotrop maddə üzərində olan zaman yaşadığı Gəncə şəhəri, N.Rəfibəyli küçəsi ilə evinə gələrkən evinin yaxınlığında küçədə 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda, gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olmağını bildirərək onu 4cü PB-nə gətirmişlər. 4-cü PB-də olan zaman polis əməkdaşları üzərində şəxsi axtarış aparmış, şəxsi axtarışa başlamazdan əvvəl üzərində qanunsuz olaraq hər hansı bir əşya olub-olmadığı soruşulan zaman üzərində olan narkotik və psixotrop maddələri özü əynində olan şalvarın sağ yan cibindən çıxararaq polislərə təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, ağ rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin ümumilikdə 5 qram, psixotrop maddə olan metamfetamin isə 3,6 qram təşkil etmişdir. Bundan sonra həmin kütlələr zərfdə qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs eyni zamanda bildirmişdir ki, o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini heç kimə satmamış və belə bir məqsədi də olmamışdır. O, həmin maddələri özü istifadə etmək məqsədilə üzərində saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əgər “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsdən istifadə etmək məqsədilə almışdırsa həm özünün, həm də həmin tanış olduğu şəxsin “İnstagram”da hansı profildən istifadə etməsi barədə suala cavab verə bilməmişdir, həmçinin əgər həmin narkotik vasitəni və psixotrop maddəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsdən istifadə etmək üçün almışdırsa, həmin tanış olduğu şəxsdən həmin maddələri almasına dair yazışmaları göstərə bilib-bilməməsinə dair suallara da cavab olaraq, “İnstagram” sosial şəbəkəsinə daxil olunarsa nə özünün, nə həmin tanış olduğu şəxsin “İnstagram” profilini, nə də həmin şəxslə olan yazışmalarını göstərə bilməyəcəyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışında cinayət işinin materiallarında onun barəsində olan məhkəmə-narkoloji ekspertizasının rəyində onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi göründüyü halda, ifadəsində narkotik vasitələrdən asılılıqdan əziyyət çəkdiyindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini istifadə etmək üçün əldə etməsini bildirməsinin səbəbinə dair verilmiş suala cavab verə bilməmiş, həmçinin onun barəsində olan məhkəmə-narkoloji ekspertizasının həmin rəyində onun yalnız psixotrop maddə metamfetamindən epizodik istifadə etmə hallarının olduğu göstərildiyi halda, ifadəsində narkotik vasitə heroini əldə edib daşımasının səbəbini də izah edə bilməmişdir. Göstərilənlərdən başqa, həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi izahatında sonrakı ifadələrindən fərqli olaraq, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi ilə əlaqədar göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində yaşadığı evinin yaxınlığında yerləşən Gəncə şəhəri, 42 saylı orta məktəbin yaxınlığında küçədə yol ilə gedən zaman yerdə ağ rəngli 2 ədəd sellofan büküm olmasını görmüş və həmin bükümləri götürüb baxan zaman birinin narkotik vasitə heroin, digərinin isə psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin bükümləri götürüb üzərində saxladığı zaman evinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır (iş vərəqə: cild İ, səh.27-28). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi izahatı ilə onun sonrakı ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ilkin izahatı, həmçinin ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ziddiyyətli izahat və ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 aprel 2022-ci il tarixdə məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Ayxan adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda yaşadığı Gəncə şəhəri, N.Rəfibəyli küçəsindədir. Daxil olmuş məlumat bölmə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, N.Rəfibəyli küçəsində saxlayaraq Gəncə şəhər 4-cü polis bölməsinə gətirmişlər. Şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunaraq, müdafiəçi ilə təmin edildikdən sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı əşya varsa çıxarıb təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd sellofan bükülü çıxarıb təqdim etmişdir. Həmin sellofanda olan kütlənin birinin narkotik vasitə “kokos” dedikləri heroin, digərinin isə psixotrop maddə olan “patı” kimi tanıdığı metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddələri yaşadığı evin yaxınlığında yerləşən Gəncə şəhəri 42 saylı tam orta məktəbin yanında küçədə yerdən tapdığını, özü şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, ağ rəngli sellofan büküm sellofanla birlikdə 3,6 qram, digər ağ rəngli sellofan büküm isə 5 qram olmuşdur. Sonra həmin maddələr zərfə qoyulub, möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə çoxsaylı əməliyyat məlumatları vardır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götümə haqqında protokol”dan, həmçinin xx.xx.2022-ci il tarixli “video diskə baxış keçirilməsi barədə protokol”dan görünür ki, Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsində Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd sellofan bükülüdə olan heroin və psixotrop maddə olan metamfetamini təqdim etmiş və həmin maddələr qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh.25-26, 106). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2022-ci il tarixli, 16/453 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 3,564 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 3,195 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 2-ci siyahısına daxildir (iş vərəqə: cild İ, səh.34-37). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2022-ci il tarixli, 836 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.113). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gəncə şəhər BPİ-nə verilmiş əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və onlardan istifadə etməsi barədə əməliyyat məlumatları var (iş vərəqə: cild İ, səh.101). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,504 qram narkotik vasitə heroin və 3,135 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntünün əks olunduğu bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, psixotrop maddə metamfetamin və narkotik vasitə heroin isə saxlanılması üçün Gəncə şəhər BPİ-nə saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.143-153). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.18). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.72-74). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.102). Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.127). Cinayət işinin materiallarına əlavə edilmiş hərbi xidmət üzrə xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild İ, səh.140). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş həm “heroin” narkotik vasitəsinin, həm də “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ondan aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, istifadə etmək üçün üzərində saxlayıb daşımasına dair vermiş olduğu ifadəsində göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ayrı-ayrı bükümlərdə və ayrı-ayrı növlərdə, həmçinin külli miqdarda olan həmin maddələri, yəni heroini və metamfetamini yalnız istifadə etmək üçün saxlayıb daşıması inandırıcı olmadığı kimi, cinayət işinin faktiki hallarına da uyğun deyil. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini falqada çəkmə yolu qəbul edir, ona görə də üzərindən aşkar edilmiş həmin maddələri istifadə etmək üçün üzərində saxlayıb daşımışdır. Lakin cinayət işinin materiallarında Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, həmçinin həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs heroin narkotik vasitəsindən ümumiyyətlə istifadə etmir, o, yalnız psixotrop maddə olan metamfetamindən epizodik hallarda istifadə etmişdir. Narkomaniya xəstəliyindən heç bir asılılığı olmayan və ümumiyyətlə narkotik vasitənin həmin növündən istifadə etməyən şəxsdən heroin narkotik vasitəsinin aşkar edilməsi və yaxud psixotrop maddə olan metamfetamindən epizodik hallarda istifadə edən şəxsin külli miqdarda metamfetamin və heroin əldə edib saxlayaraq daşıması, həmin ayrı-ayrı bükümlərdə və ayrı- ayrı növlərdə, həmçinin külli miqdarda olan narkotik vasitəni və psixotrop maddəni istifadə məqsədilə saxlayıb daşımasına dair ifadəsinin inandırıcı olmadığını bir daha təsdiq etməklə və onun inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. Eyni zamanda cinayət işinin materialları və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələri qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitəni və psixotrop maddəni istifadə etmək məqsədilə üzərində saxlayıb daşımasına dair göstərdiyi hallarla bağlı müəyyən olunmuş ziddiyyətləri izah edə bilməməsi, üzərindən aşkar edilmiş maddələri istifadə etmək məqsədilə əldə etdiyi təqdirdə həmin maddələrin əldə edilməsi mənbəyi ilə bağlı ilkin araşdırma və sonrakı mərhələlərdə tamamilə fərqli fikirlər bildirməsi, həmçinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin ifadəsində həmin maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsdən istifadə etmək məqsədilə aldığını göstərdiyi təqdirdə həmin yazışmaları göstərə bilməyəcəyini bildirməsi onun ifadəsində göstərdiklərinin qeyri-səmimi, inandırıcı olmayan, heç bir sübutlarla təsdiq olunmayan, yalan məlumatlar olduğunu bir daha təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlayıb daşıması qənaətinə gələrkən aşkar edilmiş maddələrin müxtəlif növlərdə olmasını, həmçinin həmin maddələrin çəkisinin külli miqdardan artıq olmasını və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə və hərbi xidmət üzrə müsbət xarakterizə olunmasını, onun gənc olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 19 aprel 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2022-ci il tarixli, 836 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkiləri 3,504 qram narkotik vasitə heroin və 3,135 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş qalıq çəkiləri 3,504 qram narkotik vasitə heroin və 3,135 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-393/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-393/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver