Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-394/2022 03.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X6 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə rayon məhkəməsinin 5 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək 1 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 3 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon məhkəməsinin 17 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunmuş, Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olmaqla həbs edilənədək ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 7 may 2022-ci il tarixdə, saat 21:00 radələrində Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən Cümə məscidinin yaxınlığında tanışı ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs 5 may 2022-ci il tarixdə geri qaytarması şərti ilə müvəqqəti olaraq verdiyi, özünə məxsus “Redmi” markalı mobil telefonu qaytarmadığına görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs çiyin nahiyəsinə bir dəfə bıçaqla qəsdən vuraraq ona sol bazu oynağının ön səthinin döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş xəsarəti, soltərəfli açıq pnevmotoraks ilə müşayiət olunan dərəcəsinə görə törənmə anında həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər Azərbaycan Respublikası CM-in 221.3 və 234.1-ci maddələri ilə məhkum olunmuş, hadisədən 3 ay əvvəl azadlığa çıxmışdır. Zərərçəkmiş şəxs təxminən 4-5 il əvvəl Bərdə rayon polis şöbəsinin müvəqqəti saxlama yerində inzibati qaydada həbsdə olan zaman tanımışdır. Əvvəllər Zaur ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Baş vermiş hadisədən təxminən 2-3 həftə əvvəl Zaur istifadə etməsi məqsədilə “powerbank” adlandırdıqları cihazı ona vermiş, hadisədən təxminən 2-3 gün əvvəl isə borcu olduğunu və 1 saatlıq girov qoymaqla pul götürmək üçün mobil telefonunu verməsini istəmişdir. Buna görə də o, özünə məxsus olan “Redmi” markalı mobil telefonu həmin məqsədlə Zaura vermiş, əvəzində heç bir şey almamışdır. Zaurun mobil telefonu 1 saatlıq istəməsinə baxmayaraq, 2-3 gün ərzində telefonu qaytarmamışdır. 7 may 2022-ci il tarixdə axşam saatlarında mobil telefonunu geri almaq məqsədilə istifadəsində olan mobil nömrəsindən Zaurun istifadəsində olan xatırlamadığı mobil nömrəyə zəng edərək harada olduğunu soruşmuşdur. Bu zaman Zaur ona Bərdə şəhəri ərazisində olduğunu demişdir. Daha sonra Zaura mobil telefonunu geri almaq məqsədilə görüşmək istədiyini bildirmiş və təxminən 5-10 dəqiqə sonra Bərdə şəhər poçt filialının qarşısında görüşüb birlikdə piyada şəkildə İ.Qayıbov küçəsində yerləşən məscidə doğru addımlamağa başlamışlar. Həmin vaxt Zaurdan mobil telefonunu özünə qaytarmasını istədikdə, Zaur mobil telefonu pul götürmək üçün girov qoyduğunu bildirmişdir. Elə bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Zaur ünvanına nalayiq ifadələr və təhqirlər işlətdiyindən əsəbiləşmiş və ətrafa göz gəzdirib yaxınlıqdakı qaz borusunun üzərində bir ədəd qırmızı dəstəkli, qatlanmayan tipli, təxminən 10-15 santimetr uzunluğunda bıçaq olduğunu görmüşdür. Zaur nalayiq ifadələr işlətməyi davam etdirərək üzərinə gəldiyindən özünü müdafiə etmək üçün bıçağı borunun üzərindən götürüb bir dəfə Zaurun sol tərəfindən qəsdən zərbə endirmişdir. Bundan sonra qaçaraq hadisə yerindən uzaqlaşıb Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən 1 saylı tam orta məktəbin qarşısına getmişdir. Məktəbin qarşısına çatanda özü ilə götürdüyü, hadisənin törədilməsində istifadə etdiyi bıçağı səkinin kənarına tullamışdır. Ardınca Bərdə şəhərində “Ayaq körpüsü” deyilən yerin yaxınlığındakı çayxanalardan birinə gedib əyləşmişdir. Hadisə barəsində heç kimə məlumat vermədən günün qalan hissəsini və gecəni Bərdə şəhəri ərazisində keçirmişdir. 8 may 2022-ci il tarixdə isə Bərdə şəhərində “Taxta-şalban bazarı” deyilən yerdə qalan tanışı Arzumanın yaşadığı evə getmişdir. Zaura bıçaqla xəsarət yetirməsi barədə nə Arzumana, nə də digər hər hansı şəxsə heç nə danışmamışdır. Təxminən yarım saat həmin evdə vaxt keçirdikdən sonra evdən çıxıb tanımadığı taksi avtomobilinə əyləşərək Zümürxan kəndi istiqamətində hərəkət etmişdir. Bu zaman tanımadığı polis əməkdaşları avtomobilin hərəkətini saxlayaraq onu baş vermiş hadisə ilə əlaqədar Bərdə rayon polis şöbəsinə aparmışlar. Hazırda törətdyi əməldən peşmandır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, “ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 2017-ci ildə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmuş, 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş amnistiya qərarı ilə azad edilmişdir. Təqsirləndirilən şəxs təxminən 5-6 il əvvəl Bərdə rayon polis şöbəsinin müvəqqəti saxlama yerində inzibati qaydada həbsdə olan zaman tanımış, həmin vaxtdan aralarında tanışlıq münasibətləri hökm sürmüşdür. Əvvəllər Orxan ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamış, bir neçə dəfə aralarında “pul söhbəti” olmuşdur. Belə ki, Orxan ona olan pul borcunu qaytarmamış, o isə həmin borcu geri tələb etməmişdir. Hadisədən təxminən 5-10 gün əvvəl “powerbank” və portmanatını istifadə etməsi üçün Orxana vermiş, Orxan qarşılığında özünə məxsus smartfon model mobil telefonu ona verərək satmasını istəmiş, telefonu satacağı halda ona 25 manat pul verəcəyini bildirmişdir. 06 may 2022-ci il tarixdə mobil telefon vasitəsilə Orxana zəng edib “powerbank”ını geri istəmiş, eyni zamanda portmanatın və əvvəllər verdiyi pul borclarının ehtiyac olmadığını, sadəcə 25 manat pul verməsini, əvəzində mobil telefonunu özünə qaytaracağını söyləmişdir. Həmin gün Bərdə şəhərində yerləşən “Ayaq körpüsü” deyilən yerin yaxınlığında Orxanı gözləsə də, Orxan gəlib çıxmamışdır. 07 may 2022-ci il tarixdə Orxanın qardaşı Hünər mobil telefon vasitəsilə ona zəng edib “Ortada mən varam, pulu mən sənə verəcəm” sözlərini demişdir. Bu zaman Hünərdən pulu gətirib özünə verməsini istəmişdir. Həmin gün axşam saatlarında Orxan onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş və təxminən 5-10 dəqiqə sonra Bərdə şəhər poçt filialının qarşısında görüşüb birlikdə piyada şəkildə İ.Qayıbov küçəsində yerləşən məscidə doğru addımlamağa başlamışlar. Həmin vaxt Orxan ondan mobil telefonunu qaytarmasını istədikdə, o, Hünərlə danışdığını, telefonu Hünərə qaytaracağını deyib “powerbank”ı verməsini tələb etmişdir. Orxan təkidlə ondan mobil telefonunu istədiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Orxan qəflətən bıçaqla bir dəfə sol çiyin nahiyəsindən zərbə endirmiş, lakin Orxanın bıçağı haradan əldə etdiyini və əlamətlərini görə bilməmişdir. Orxan onu bıçaqladıqdan sonra yolu keçib oradan uzaqlaşmış özü isə tanımadığı taksi avtomobilinə əyləşərək Bərdə rayon Mərkəzi Xəstəxanasına getmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs böyük qardaşıdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, Zaur ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Orxan əvvəllər 7 may 2022-ci il tarixdə axşam saatlarında evdə olan zaman Orxan mobil telefon vasitəsilə ona zəng edərək bir nəfər şəxsin onun mobil telefonunu girov qoyduğunu, telefonu qaytarmaq üçün həmin şəxsə 10 manat pul verdiyini bildirmişdir. Daha sonra Orxan mobil telefonu yanındakı şəxsə ötürüb onu həmin şəxs ilə danışdırmışdır. Sonradan adının Zaur olmasını bildiyi şəxs ona Orxandan 10 manat pul aldığını, lakin Orxanın təkidlə mobil telefonunu istədiyini demişdir. O, telefonla danışarkən Orxanla Zaur arasında mübahisə yaranacağını hiss etmiş və bunun qarşısını almaq məqsədilə Zaura Orxandan aldığı 10 manat pulu geri qaytarmasını, həmin pulu sonra özünün ödəyəcəyini bildirmişdir. Bundan sonra nə Orxan, nə də Zaur ilə arasında heç bir söhbət baş tutmamışdır. Ertəsi gün, yəni 8 may 2022-ci il tarixdə saat 06:00 radələrində yaşadığı evdə yatarkən polis əməkdaşları evinə gəlib Orxanın bir nəfər şəxsə bıçaqla xəsarət yetirməklə cinayət törətdiyini bildirmiş və ondan qardaşının harada olmasını soruşmuşlar. Orxanın harada olmasını bilmədiyi üçün polis əməkdaşlarına heç bir məlumat verə bilməmişdir. Həmin gün günortadan sonra Orxanın törətdiyi cinayət əməlinə görə Bərdə rayon polis şöbəsində olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Bərdə rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin müşayiətçi polis nəfəri işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs 8 may 2022-ci il tarixdə saat 21:35-də Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 9 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünün Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi hadisəsi üzrə verdiyi ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə həmin ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkətində ondan Təqsirləndirilən şəxs müdafiəçisi Xanım İsayeva da iştirak etmişdir. Təqsirləndirilən şəxs iştirakçıları Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən məscidlə üzbəüz istiqamətdəki döngəyə aparıb 7 may 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs məhz həmin yerin yaxınlığından keçən boru xəttinin üzərindən götürdüyü bıçaqla xəsarət yetirdiyini bildirmiş və hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 8 may 2022-ci tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən məscidin yaxınlığındakı döngədir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında” 9 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 1 ədəd qara rəngli kapişonlu gödəkçə, 1 ədəd ağ rəngli qolsuz mayka və 1 ədəd boz rəngli idman şalvarı “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” X7 təqdim edilmiş və həmin geyim əşyaları müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı gödəkçənin sol qoltuqaltı hissəsində və maykanın sol yan nahiyəsində tünd qonur rəngli, qeyri-müəyyən formalı qanabənzər ləkələr aşkar edilmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq 9 may 2022-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, törətdiyi əməli tam olaraq etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq Məhkəmə-Tibbi Ekspertiza və X3 16 iyun 2022-ci il tarixli 305 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinədən keçirilərkən sol bazu oynağı nahiyəsinin ön səthində və döş qəfəsi nahiyyəsinin sol yarısında-Vİİ qabırğarası sahədə çapıq toxuması tapılmışdır. Həmin yaranın əmələ gəlmə mexanizmini, müddətini və dərəcəsini dəqiq müəyyən etmək üçün tibbi yardım alması barədə tibbi sənədi məhkəmə-tibbi ekspertiza şöbəsinə təqdim olunmalıdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq Məhkəmə-Tibbi Ekspertiza və X3 23 iyul 2022-ci il tarixli 305 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarət – sol bazu oynağının ön səthinin döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası, sol tərəfli açıq pnevmotoraks aşkar olunmuşdur. Həmin xəsarət deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti 7 may 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11in 31 may 2022-ci il tarixli 303/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən 0 (1)-dir. Ekspertizaya təqdim edilmiş mayka və gödəkçə üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda 0 (1) qrupunu əsas xarakterizə edən “H” antigeni və alfa,beta aqqlyutininləri alınmışdır. Beləliklə, bu qan 0 (1) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilmiş idman şalvarının vizual müayinəsi zamanı onun üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11in 29 iyun 2022-ci il tarixli 245/2022-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin sol qolunun ön yuxarı səthində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı və mayka üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11in 22 iyul 2022-ci il tarixli 520 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 3 iyun 2022-ci il tarixli, 358 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən daxil olmuş 11 may 2022-ci il tarixli 510 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi əsəb kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” 8 may 2022-ci il tarixli protokoldan və Bərdə Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 8 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Ağdam rayon İcra Hakimiyyəti başçısının Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 10 may 2022-ci il tarixli 2748 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Bərdə şəhərində yaşayır və nümayəndəliyə onun haqqında neqativ məlumat daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onunla barışmışdır. Səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyini, onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini və Təqsirləndirilən şəxs həbsə alınmamasını xahiş etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təqsirləndirilən şəxsin etirafedici ifadələrini digər sübutlarla qarşılıqlı şəkildə təhlil edib hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 12 saylı cəzaçəkmə müəssisəsinin 27 oktyabr xx/xx-3579 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv olunduqdan sonra 27 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 30 may 2022-ci il tаriхli tələbnаmədən və Bərdə rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 5 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək 1 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 3 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon məhkəməsinin 17 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə göə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinə əlavə olunmuş tələbnamədən və hökmlərin surətindən göründüyü kimi Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzadan 27 dekabr 2021-ci il tarixdə azad olunmasına baxmayaraq məhkumluğu ödənilməmişdən yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Odur ki, onun hazırki cinayət əməli cinayətin residivi kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi olaraq peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində cinayətin residivinin olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini yüngülləşdirici hal kimi nəzərə alınsa da, əməllərində cinayətin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qəbul edildiyindən cəza təyin olunarkən bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz.. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 8 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə maddi sübutlar –Bərdə RPŞ-də saxlanılan 1 ədəd qara rəngli kapişonlu gödəkcə, 1 ədəd ağ rəngli qolsuz mayka və 1 ədəd boz rəngli idman şalvarı təsərrüfat əhəmiyyətini itirdiyindən məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən Şirinov X9 müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tanrıverdi oğlu həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 23 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 23 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi Tanrıverdi oğlunun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 138 manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 8 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar–Bərdə RPŞ-də saxlanılan 1 ədəd qara rəngli kapişonlu gödəkcə, 1 ədəd ağ rəngli qolsuz mayka və 1 ədəd boz rəngli idman şalvarı təsərrüfat əhəmiyyətini itirdiyindən məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi Tanrıverdi oğlunun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 138 (yüz otuz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-394/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-394/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver